Məhkəmə qərarları › İş №1(091)-122/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-122/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-122/2020 01.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1961-ci ildə Balakən rayonun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olmaqla həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X4 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi ilə məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi hər biri ayrılıqda sellofan torbalara bükülmüş vəziyyətdə ümumi təmiz çəkisi 37,129 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə –heroini və ümumi təmiz çəkisi 6,929 qram olan, yəni külli miqdarda psixotrop maddə –metafetamini boş siqaret qutusuna yerləşdirib əynindəki qış gödəkçəsinin sol yan cibinə qoyub üzərində saxlamaqla daşıyaraq xx xxxxxx 2020-ci ildə Bakı şəhərindən Balakən rayonunun Katex kəndinə gətirmişdir. xx xxxxxx 2020-ci ildə saat 01 radələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qış gödəkçəsinin sol yan cibində üzərində «West” yazısı olan boş siqaret qutusunda saxladığı ümumi təmiz çəkisi 37,129 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 6,929 qram külli miqdarda psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü ( CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir) qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni 2019-cu ilin yayında vəfat etmiş Əliağa Keyserovskidən 2019-cu ilin əvvəlində almışdır. Əlağadan aldığı 50 qram heroin və 15 qram metafetaminin bir hissəsini istifadə etmiş, qalanlar isə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci ildə Bakı şəhərindən Balakən rayonuna gəldiyi zaman həmin narkotik vasitə və psixotrop maddə üzərində olmuşdur. Balakən rayonu Katex kəndinin ərazisində gecə radələrində maşından düşdüyü zaman Balakən RPŞ-nin əməkdaşları onu şübhəli şəxs qismində saxlamışlar və üzərində videoçəkiliş ilə axtarış aparılan zaman qış gödəkçəsinin sol yan cibindən bir ədəd üstündə «West” yazısı olan siqaret qutusuna qoyduğu 2 ədəd sellofan torbalardakı narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Həmin sellofan torbalardan birinin içində heroin, digər sellofan torbada isə metafetamin olmuşdur. Heroin 39,83 qram, metafetaminin isə 7,77 qram olmuşdur. Heroin və metafetamini özü istifadə etmək üçün saxlamışdır. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetaminin istifadəçisidir. Törətdiyi əməldən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Arif oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin gün gecə Yekəyev X2 rayonu Katex kəndində yol kənarından Balakən RPŞ-nə gətirilmişdir. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş, videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq əskinaslar, 2 ədəd 20 qəpik, 1 ədəd şüşə ətir qabı, özünə məxsus olan şəxsiyyət vəsiqəsi, əynindəki qış gödəkçəsinin sol yan cibindən üzərində «West» yazısı olan siqaret qutusu aşkar edilmişdir. Həmin siqaret qutusunun içərisindən 2 ədəd sellofan torbaya qoyulmuş maddələr aşkarlanmışdır. Həmin torbalardan birinin içərisindən narkotik vasitə olan heroinə bənzər tünd rəngli maddə, digərinin içərisindən isə ağ rəngdə psixotrop maddə olan matefetaminə bənzər maddə aşkarlanmışdır. Narkotik vasitə olan heroinə bənzər kütlə aşkarlandığı sellofan torba ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 39,83 qram, psixotrop maddə metafetaminə bənzər kütlə 7,77 qram olmuşdur. Şahidlər Şahid1 və Şahid2 Şahid3 ifadəsiənə uyğun ifadə vermişlər. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 103 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin yan cibindən ...aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-37,129 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfin içərisindəki digər 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 6,929 qram olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İsiyahı,İİ bənd, sıra №27) daxil olan – metafetamindir. xx xxxx 2020-ci il tarixli 193 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərmişdir ki. aşkarlanan narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. AzərbaycanRespublikasının xx xxxx 2005-ciiltarixliQanunu ilə təsdiq olunmuş «Şəxsincinayətməsuliyyətinəcəlbedilməsiüçünkifayətedənnarkotikvasitələrinvəpsixotropm addələrinmiqdarına,habelə onların külli miqdarına görəsiyahılar»a əsasən heroinin və metafetaminin 0,15 qram şəxsi istehlak miqdarı, 2 qramdan çox isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroin isə külli miqdarda 37,129 qram və psixotrop maddə metamfetamin külli miqdarda 6,929 qram, yəni şəxsi istehlak miqdarından dəfələrlə çox olmuşdur. Həm heroin, həm də metafetamin külli miqdarda olmaqla yanaşı, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 234.2-ci maddəsi ilə ( narkotik vasitənin satışı ilə) məhkum edilmişdir. Bu faktlar da onu göstərir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadən düzgün nəticə çıxarmamış və narkotik vasitə satışını davam etdirmişdir. Bu baxımdan da Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixatrop maddə metafetamini özü istifadə etməsi üçün, daşıması, saxlamasına dair ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyinə və təkzibedilməz sübutlarla ziddiyyət təşkil etdiyinə görə səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin və psixotrop maddə metafetamini satış məqsədi ilə üzərində daşımış, saxlamışdır. Eyni zamanda, məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyən etməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, H.A.Yekəyəv Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli xx xxxx 2006-cı ildən hesablanmaqla 5(beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxx 2011-ci ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkəntörətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2- ci maddəsinə əsasən təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 69(altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğluAzərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxscəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan xx xxxxxx 2020-ci ildən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Ekspertiza xərci 69 (altmış doqquz ) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 36,979 qram heroin və 6,829 qram metafetamin məhv edilsin. 03 ədəd DVD disk cinayət işinin materiallarınd saxlansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X4 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar