Məhkəmə qərarları › İş №1(091)-122/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-122/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-122/2022 03.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X15, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X16 iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli və himayəsində iki azyaşlı uşağı olan, Ağdaş şəhəri SU-18 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.1, 234.4.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 2021-ci ilin noyabr ayının sonlarında 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,644 qram və 01 ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,121 qram, ümumi təmiz çəkiləri 0,765 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 03 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,597 qram, 0,083 qram və 0,022 qram, ümumi təmiz çəkiləri 0,702 qram olan psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitələr və psixotrop maddələr xx.xx.2021-ci il tarixdə saat 23:25-də ünvan 2 ünvanda yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüşdür. Bundan sonra o, təkrarən istintaqa məlum olmayan mənbədən 2021-ci ilin dekabr ayının sonlarında 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.45 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı, 03 ədəd sellofan və 01 ədəd gümüşü ağ rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.104 qram, 0.138 qram, 0.082 qram, 0.035 qram, ümumi təmiz çəkisi 0.359 qram narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış heroinləri, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.814 qram, 1.358 qram ümumi təmiz çəkisi 2.172 qram narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış asetilə edilən tiryəki, 2 blister kəsiyində 17 ədəd 50 mq və 2 ədəd üzərində 225 göstəricisi olan ümumi təmiz çəkisi 1,3 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində daşıyaraq saxlamış, həmçinin evində saxlamış, onlardan bir ədəd sellofan bükümdə 0.45 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı Ağdaş rayonu Türyançay qəsəbəsində yaşayan xx.xx.1984-cü il təvəllüldü Şahid1 göstərdiyi 10 manatlıq taksi xidməti haqqının müqabilində xx.xx.2022-ci il tarixdə saat 14 radələrində satmış, xx.xx.2022-ci il tarixdə Ağdaş Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid1 Ağdaş şəhəri Vaqif küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbənin növbətçi hissəsində saat 14:45-də onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs 10 manat xidmət haqqı müqabilində aldığı şəxsi istehlak miqdarında bir ədəd sellofan bükümdə 0.45 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, xx.xx.2022-ci il tarixdə 14 radələrində Ağdaş Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri Vaqif küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbənin növbətçi hissəsində saat 15:30-da onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq, satış məqsədi ilə üzərində saxladığı 03 ədəd sellofan və 01 ədəd gümüşü ağ rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.104 qram, 0.138 qram, 0.082 qram, 0.035 qram, ümumi təmiz çəkisi 0.359 qram narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış heroinlər və ümumi təmiz çəkisi 1,3 qram olan 2 blister kəsiyində 17 ədəd 50 mq kapsul formalı və 2 ədəd üzərində 225 göstəricisi olan tramadol həbləri üzərindən, xx.xx.2022-ci il tarixdə saat 16:08-də Təqsirləndirilən şəxs Ağdaş şəhəri Su-18 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilərkən isə qanunsuz olaraq satış məqsədi ilə saxladığı 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.814 qram, 1.358 qram, ümumi təmiz çəkisi 2.172 qram narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış asetilə edilən tiryək evindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəraitdə 01 ədəd Rusiyada zavod üsulu ilə istehsal edilmiş texniki cəhətdən saz, təyinatı üzrə istifadəyə yararlı, “F-1” tipli qəlpəli döyüş sursatı hesab edilən əl qumbarasının hissəsini-gövdəsini və 01 ədəd “F- 1”, “RQ-42”, “RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdəsinin partladılması üçün nəzərədə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli istifadəyə yararlı partladıcını yəni, həmin qumbara gövdəsinə “UZRQM” tipli istifadəyə yararlı partladıcı bağlandıqda döyüş sursatı hesab edilən “F-1” tipli müdafiə təyinatlı qəlpəli əl qumbarasını təşkil edən predmetləri qanunsuz olaraq əldə edərək evində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16:08-də Təqsirləndirilən şəxs Ağdaş şəhəri Su-18 ünvanında yerləşən yaşadığı evinə baxış keçirilərkən evindən qanunsuz olaraq saxladığı 01 ədəd zavod üsulu ilə istehsal edilmiş F-1 tipli qəlpəli döyüş sursatı hesab edilən əl qumbarasının hissəsi və 01 ədəd “F-1”, “RQ-42”, “RQD-5” tipli qəlpəli əl qumbaralarının partladılması üçün nəzərədə tutulmuş döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli istifadəyə yararlı partladıcı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə vaxtdır ki, narkotik vasitə və psixotrop maddə metamfetamin alüdəçisidir, ehtiyacı olduğu üçün istifadə edir. Lakin narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmuş, istifadə etmək məqsədi ilə əldə edərək üzərində daşımışdır. xx.xx.2022-ci il tarixdə polis şöbəsində üzərindən aşkar edilən narkotik vasitə heroin və tramadol həbləri də ona məxsus olmuş istifadə etmək üçün üzərində daşımışdır. Tramadol həblərini ona Anar adlı dostu vermişdir. Yaşadığı evdən aşkar olunan “F1” qumbarası da ona məxsus olmuş, onu yeni il bayramı günü tapmış və ona maraqlı gəldiyi üçün evə gətirib saxlamışdır. Lakin evdən iki bükümdə aşkar olunan tiryək ona məxsus olmamış, həmçinin Şahid1 göstərdiyi taksi xidmətinin əvəzi olaraq ona marixuana verməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi çoxunluqla üst-üstə düşsə də, bəzi ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Orxan Məməmdov “...özü üçün evdə baxmağa “Popuqay” adlanan quş aldığını, lakin onu salmaq üçün qəfəs olmadığını, buna görə də, xx.xx.2022-ci il tarixdə tanışı, taksi fəaliyyəti ilə məşğul olan Bəhruz adlı şəxsə zəng etdiyini və onu Vaqif küçəsinə aparmağını xahiş etdiyini, saat təxminən 14 radələrində Bəhruzun onlara gəldiyini və Bəhruzun avtomobilinə oturduğunu, pulu olmadığı üçün Bəhruzun ona taksi kimi göstərdiyi 10 manatlıq xidmətin müqabilində ona bir büküm marixuana verdiyini, Bəhruzun da istifadəçisi olduğu üçün həmin marixuananı götürdüyünü və gödəkcəsinin cibinə qoyduğunu, daha sonra Vaqif küçəsinə getdiklərini, orada popuqay üçün qəfəs aldığını, həmin vaxt polis əməkdaşlarının gəldiklərini və onu saxlayaraq üzərində narkotik vasitə olmasından şübəhəli olduğunu bildirdiklərini və onları RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini” göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri SU-18-də qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 22:45 radələrində Orxanın yaşadığı Ağdaş şəhəri SU-18 ünvanında piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu polis şöbəsində dəvət etdiklərini, şöbənin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Orxanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Orxanın əynində olan idman paltarının gödəkçəsinin sağ cibindən 01 ədəd üzərində KENT yazılmış siqaret qutusu və sol cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar olunduğunu, daha sonra aşkar edilmiş 01 ədəd siqaret qutusu açıldığını və içərisindən 04 ədəd falqa büküm aşkar edildiyini, həmin falqa bükümlər açılan zaman birinci falqa bükümün içərisindən qəhvəyi rəngli toz halında narkotik vasitəyə oxşar maddə aşkar edildiyini, ikinci falqa bükümü açılan zaman içərisindən 01 ədəd sellofan büküm aşkar edildiyini, sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz halında narkotik vasitəyə oxşar maddə aşkar edildiyini, üçüncü falqa bükümü açılan zaman isə içərisindən 02 ədəd falqa büküm aşkar edildiyini, həmin falqa bükümlər açılan zaman içərilərindən ağ rəngli kristal halında psixotrop maddəyə oşxar maddə aşkar edildiyini, daha sonra dördüncü falqa büküm açılan zaman onun içərisindən də ağ rəngli kristal halında psixotrop maddəyə oşxar maddə aşkar edildiyini, bu zaman Orxan həmin maddələrdən qəhvəyi rəngdə olan maddələrin “kokos”, yəni heroin olmasını, ağ rəngli kristal halında olan maddələrin isə “patı”, yəni metamfetamin olmasını bildirdiyini, daha sonra həmin maddələrin elektron tərəzidə çəkildiyini və müvafiq qayadada qablaşdırıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Türyançay qəsəbəsində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şahid1 narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə rəhbərliyə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14 radələrində Bəhruzu Ağdaş şəhəri Vaqif küçəsində idarə etdiyi VAZ 21011 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanmış vəziyyətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu avtomobili ilə birlikdə polis şöbəsinə dəvət etdiklərini, şöbənin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Bəhruzun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Bəhruzun əynində olan boz rəngli gödəkcənin sol yan cibindən üzərinə “Wincestr” yazılan 01 qutu siqaret və 01 ədəd konfet, həmin gödəkcənin sol qolunda yerləşən cibindən 01 ədəd sellofan büküm, həmçinin əynində olan şalvarın cibindən qəpik pullar aşkar edildiyini, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm açıldığını, içərisində yaşıl rəngli kəskin iyə malik bitki kütləsi aşkar edildiyini, Bəhruzun həmin bitki kütləsinin narkotik tərkibli qurudulmuş marixuana olduğunu və həmin bükümü ona xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 10 manat borcunun, yəni xidmət haqqının müqabilində verdiyini bildirdiyini, daha sonra həmin sellofan büküm elektron tərəzidə çəkildiyini, müvafiq qaydada qablaşdırılaraq götürüldüyünü, daha sonra Ağdaş şəhəru SU-18 ünvanında qeydiyyatda olan xx.xx.1991ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində və yaşadığı ünvanda saxlaması, satması və qəbul etməsi barədə rəhbərliyə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, bundan sonra şöbənin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Orxanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Orxanın əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ona məxsus qara rəngli “Samsung” markalı mobil telefon, həmin gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd qara rəngli dəri qab, 01 içərisində 02 list olmaqla 17 ədəd 50 mq “Tramadol” həbləri olan qutu və 02 ədəd qırmızı rəngdə üzərinə “225” yazılan Tramadol həbləri aşkar edildiyini, daha sonra aşkar edilmiş siqaret qutusunun içərisində 01 ədəd bükülü formada bir manatlıq pul əskinası, qara rəngli dəri qabın içərisində olan 04 ədəd kağız büküm açıldığını, Orxan həmin pul əskinasının içərisinin boş olmasını və həmin pul əskinasından narkotik maddə qəbul edən zaman istifadə etdiyini bildirdiyini, daha sonra aşkar edilmiş 04 ədəd kağız büküm açıldığını, içərisində tünd qəhvəyi rəngli, toz və kristal rəngdə olan maddə aşkar edildiyini, Orxanın həmin maddənin narkotik maddə olan “kakos”, yəni heroin olmasını, təxminən 3-4 gün əvvəl Yevlax rayonunda tanımadığı şəxsdən 40 manata satın aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin “Tramadol” həblərini ağrıdığı zaman özü qəbul etdiyini, istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmin həbləri Anar adlı şəxsdən aldığını, Anarın xərçəng xəstəsi olduğunu və həmin həbləri ona pay verdiyini bildirdiyini, daha sonra həmin bükümlər elektron tərəzidə çəkildiyini, daha sonra aşkar edilmiş mobil telefon və kağız bükümlər, həmçinin həblər və 01 ədəd bir manatlıq pul əskinasının müvafiq qaydada qablaşdırılaraq götürüldüyünü, daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Orxanın yaşadığı ünvan 6 ünvanında yerləşən yaşayış evinə baxış keçirlidiyini və axtarış aparıldığını, Orxanın yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin yataq otağından yerləşən paltar dolabından 01 ədəd hərbi təyinatlı məqsədlər üçün hazırlanmış “F1” əl qumbarasına bənzər əşya və paltar dolabının yaxınılığında olan çəkməcədən 02 ədəd sellofan büküm aşkar edildiyini, Orxanın 01 ədəd hərbi təyinatlı məqsədlər üçün hazırlanmış “F1” əl qumbarasına bənzər əşyanın əl qumbarsı olmasını bilmədiyini, xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri yaşadığı evin qarşısında yerləşən mağazının qarşısında qoyulmuş stolun üzərindən tapdığını və maraqlı olduğu üçün özündə saxladığını bildirdiyini, həmçinin Orxanın yaşadığı evin yataq otağından aşkar edilmiş 02 ədəd sellofan bükümlər açıldığını, içərisində tünd qəhvəyi rəngli maddə aşkar edildiyini, daha sonra həmin bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 1 qram və 1,58 qram olduğunu, Orxanın həmin bükümlərin özünün olmadığını bildirdiyini, daha sonra onun yaşadığı evdən aşkar edilmiş 01 ədəd hərbi təyinatlı məqsədlər üçün hazırlanmış “F1” əl qumbarasına bənzər əşya və 02 ədəd sellofan bükümün müvafiq qaydada qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da iş üzrə şahidlər Şahid3 və Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı ünvana gəlməyini istəmiş, həmin ünvana gəldikdə Orxan ona onunla birlikdə evdə saxladığı quş üçün qəfəs almağa getməyi təklif etmiş, lakin bildirmişdir ki, xidmət haqqı üçün verməyə pulu yoxdur, əvəzində ona 10 manat dəyərində bir büküm qurudulmuş marixuana verəcəkdir. O da Orxanla razılaşmış və ondan marixuananı almışdır. Orxanla birlikdə Ağdaş şəhəri Vaqif küçəsinə gəlmiş və avtomobili saxlayan vaxt polis əmkədaşları yaxınlaşaraq onları şübhəli olduqları üçün polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən Təqsirləndirilən şəxs aldığı bir büküm marixuana aşkar olunmuşdur. O da aşkar olunmuş marixuananı taksi xidməti müqabilində ona Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid8, Şahid9, Şahid10, Şahid11 və Şahid12 ayrı-ayrılıqda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs mobil telefonunda aşkar olunan SMS yazılarına görə dindirildiklərini, həmin vaxt verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı Şahid13 və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələri ayrı-ayrılıqda elan olunaraq tədqiq olunmuş və həmin şahidlərin də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs mobil telefonunda aşkar olunan SMS yazılarına görə dindirildikləri müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş rayonu Türyançay qəsəbəsində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şahid1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlanması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Ağdaş rayonu Türyançay qəsəbəsində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Şahid1 barəsində əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul olunmuşdur (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əynindəki gödəkcənin sol qolunda olan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan 01 ədəd sellofan büküm aşkar edilərək götürülmüş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 25-26). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhəri, SU-18 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlanması, satması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 34). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhəri, SU-18 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlanması, satması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 35). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Ağdaş şəhəri, SU-18 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz hal kimi əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Orxanın əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ona məxsus qara rəngli “Samsung” markalı mobil telefon, həmin gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd qara rəngli dəri qab, 01 içərisində 02 list olmaqla 17 ədəd 50 mq “Tramadol” həbləri olan qutu və 02 ədəd qırmızı rəngdə üzərinə “225” yazılan Tramadol həbləri aşkar edilmiş, daha sonra aşkar edilmiş siqaret qutusunun içərisində 01 ədəd bükülü formada bir manatlıq pul əskinası, qara rəngli dəri qabın içərisində olan 04 ədəd kağız büküm açılmış, daha sonra aşkar edilmiş 04 ədəd kağız büküm açıldı, içərisində tünd qəhvəyi rəngli, toz və kristal rəngdə olan maddə aşkar edilmiş, daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 0,21 qram, 0,23 qram, 0,10 qram və 0,05 qram olmuş, daha sonra aşkar edilmiş mobil telefon və kağız bükümlər, həmçinin həblər və 01 ədəd bir manatlıq pul əskinası müvafiq qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 52-53). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 54). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, SU-18 ünvanında yerləşən evinə baxış və axtarış keçirilmiş, baxış zamanı yaşadığı evin yataq otağında yerləşən paltar dolabından 01 ədəd hərbi təyinatlı məqsədlər üçün hazırlanmış “F1” əl qumbarasına bənzər əşya və paltar dolabının yaxınılığında olan çəkməcədən 02 ədəd sellofan büküm aşkar edilmiş, Orxanın yaşadığı evin yataq otağından aşkar edilmiş 02 ədəd sellofan bükümlər açılmış, içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmiş, daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 1 qram və 1,58 qram olmuş, daha sonra Orxanın yaşadığı evdən aşkar edilmiş 01 ədəd hərbi təyinatlı məqsədlər üçün hazırlanmış “F1” əl qumbarasına bənzər əşya və 02 ədəd sellofan büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüş, baxışın əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 55-56). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının və məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/6 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət Şahid1 üzərindən aşkar edilmiş sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində "Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış 01(bir) ədəd zərfi açdıqda içərisindəki 01(bir) ədəd qara rəngli dəri üzlüklü metal qutuda 03(üç) ədəd sellofan bükümlərdə və 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri-0.104qr, 0.138qr, 0,082qr, 0,035qr, ümumi təmiz çəkisi -0,359 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroinlərdir, 02 (iki) ədəd blisterdə 17(on yeddi) ədəd göy-ağ rəngli kabsul formalı həblərin və açıq şəkildə 02 (iki) ədəd qırmızı rəngli həblərin tədqiqatı müvafiq laboratoriya cihazı olmadığından aparılmadı. Tədqiqata təqdim edilmiş 03(üç) eded sellofan bükümlərdə və 01(bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evden aşkar edilmiş 02 ədəd sellofan büküm.... sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,814qr., 1,358qr, ümumi təmiz çəkisi - 2,172 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd sellofan bükümlərdə olan asetile edilən tiryəklər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində "Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm formada olan pul əskinası sözləri yazılmış zərfin içərisindəki 1 matalıq pul əskinasından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri - heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 1 manatlıq pul əskinasından hazırlanmış 01(bir) ədəd boruşəkilli bükülünün üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektle 03(üç) ədəd sellofan bükümdə ve 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinlərin müqayisəli tədqiqatının aparılması mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 03(üç) ədəd sellofan bükümdə və 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinlər və 02(iki) ədəd sellofan bükümlərdə olan asetilə edilən tiryəklər müxtəlif növ narkotik vasitələr olduğundan onların müqayisəli tədqiqatı aparılmadı (cild 01, iş vər. 77- 81). Cinayət işinin materiallarında olan məhkəmə-balisstik ekspertizasının xx.xx.2022-ci il tarixli 17/05 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet Rusiyada zavod üsulu ilə istehsal edilmiş “F-1” tipli qəlpəli, döyüş sursatı hesab edilən, əl qumbarasının hissəsidir-gövdəsidir, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet “F-1”, “RQ-42”, RQD-5” tipli qəlpəli əl qumbaralarının gövdəsinin partladılması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQ” tipli partladıcıdır, istifadəyə yararlıdır. Yuxarıda göstərilən qumbara gövdəsinə “UZRQM” tipli partladıcı bağlandıqda, onlar döyüş sursastı hesab edilən “F-1” tipli, müdafiə təyinatlı qəlpəli əl qumbarasını təşkil edirlər, texniki cəhətdən saz vəziyyətdədirlər, təyinatı üzrə istifadəyə (partlayış üçün) yararlıdırlar, üzərilərindəki zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir (cild 01, iş vər. 82-85). Cinayət işinin materiallarında olan qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində olan və CM-in 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi CM-in 228.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq sonuncu ********* nömrə ilə aparılaraq tamamlanmışdır (cild 01, iş vər. 115-117). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Ağdaş Rayon Polis Şöbəsinə Ağdaş şəhəri, SU-18 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlanması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 128). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Ağdaş şəhəri, SU-18 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz hal kimi əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur (cild 01, iş vər. 129). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Orxanın əynində olan idman paltarının gödəkçəsinin sağ cibindən 01 ədəd üzərində KENT yazılmış siqaret qutusu və sol cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar olunmuş, daha sonra aşkar edilmiş 01 ədəd siqaret qutusu açılmış və içərisindən 04 ədəd falqa büküm aşkar edilmiş, həmin falqa bükümlər açılan zaman birinci falqa bükümün içərisindən qəhvəyi rəngli toz halında narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, ikinci falqa bükümü açılan zaman içərisindən 01 ədəd sellofan büküm aşkar edilmiş, sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli toz halında narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, üçüncü falqa bükümü açılan zaman isə içərisindən 02 ədəd falqa büküm aşkar edilmiş, həmin falqa bükümlər açılan zaman içərilərindən ağ rəngli kristal halında psixotrop maddəyə oşxar maddə aşkar edilmiş, daha sonra dördüncü falqa büküm açılan zaman onun içərisindən də ağ rəngli kristal halında psixotrop maddəyə oşxar maddə aşkar edilmiş, birinci falqa bükümdə aşkar edilmiş maddənin çəkisi-1,49 qram olmuş, ikinci falqa bükümün içərisində olan sellofan bükümün çəkisi -0.25 qram, üçüncü falqa bükümdə olan 02 ədəd falqa bükümlərin çəkiləri müvafiq olaraq -0.04 qram, 0.86 qram, dördüncü falqa bükümün çəkisi isə - 0.25 qram olumş, həmin maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 145-146). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 17/832 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü rəngli, kağız bükümdə və 01(bir) ədəd sarı rəngli sellofan bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 0,644 qram və 0,121 qram, ümumi təmiz çəkiləri – 0.765 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.597qram, 0.083qram və 0.022 qram, ümumi təmiz çəkiləri – 0.702 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra N27) daxil olan metamfetamindir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş metamfetaminlər tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 162-166). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/350 saylı rəyindən görünür ki, tədqiqiata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki 2 ədəd üzərində 225 göstəricisi olan qırmızı rənglidairəvi formalı dərman həblərinin və iki ədəd üzərində “Tramadol 50 mq” göstəriciləri olan blister kəsiyində 17 ədəd ağ göy rəngli dərman kapsullarının əsas təsiredici maddəsi tramadoldur, həmin həb və kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,3 qram ( 0,450 qram +0.850 qram) təşkil edir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1nömrəli əlavə)daxildir (cild 02, iş vər. 57-62). Cinayət işinin materiallarında olan telefon məlumatlarına baxılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı, ***-***-**- ** saylı ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrəyə dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “ 2manat çatmayanda belə olur hay, Amma mən o gün 30 manat verdim eybi yox, məzmunu mesaj yazır. X17 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Adam kisi olar men se 6mrunde bu boyda 05 vermisem senol hele indi aciram beyaq aib g6rseydim soxardim...............ele ...........duzelmez” məzmunlu mesaj yazır. Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “qaqa yari olmadi 10 15mattdig var gel” həmçinin həmin tarixdə Şahid10 “Oldu cixiram evden 15m hazirla . Yatmirsanki?, Qa 15m goturub cixdim yatmicanki gelem vallah” məzmunlu mesaj yazır. Daha sonra Orxan ona “yo gel, qaqa artizan yana gel”, daha sonra Şahid10 “Ala kapidan girdim tez gel taksidenem artizandayam”, daha sonra yenidən “Qa sehv vermisene kola vermemisen o birini vermisen olcem bu gece men”, “Qaqa menem elsen evden pul almisam meni yiq”, xx.xx.2022-ci il tarixdə Şahid10 yenidn mesaj yazaraq “Qa vallah 3ce manat var 10 luq versen yaxsi olar ama balaca olmasin. Seher kesiri vercem,”, xx.xx.2021-ci il tarixdə “Ay qaqa teli acda olersen!!! Gelesi oldun, yiqcasan meni gozluyum, umud olum sene qaqa??? Hec olmasa bir cvb yaz”, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid10 “Salam yeke oglansan men Sen İ pis vezyetde qoymadim sen niye bele eliyirsenki hormetsizdiy eleme seher yg gorusey”, xx.xx.2021-ci il tarixdə Şahid10 Təqsirləndirilən şəxs “Qa yeke kiwisen. Sene soz dedim axi ki, yaxwi ele. Ona gore men qiraqa qaciram bax qaqa. İnsafda yaxsi weydi, sene nese ziyan vuramki meni loxluyursan” məzmunlu mesaj yazır. X11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “E kiwisen adamsan gelem sizin terefe bunu qaytaram pulu ver 10 deqaya ordayam”, Orxan ona “e evde dolem senol goycaya gerem gelim gorseriy”, Məmməd Kərimov ona “E ........cavab ver mazgim ..........temiz bu ne hereketdi 1.2 yarim adinnan soxursan hardasan gelim menim pulumu qaytar sene az veribler o menim problem dolu gul kimi 25 yarim alirdimda qoymadin” məzmunlu mesaj yazır. X25 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə Orxana mesaj yazaraq “Qaqa dedem .........salib deyir abedden sonra vercem 20 m indi verende axsamda alirsan. Olem Qurana and olsun mene dobru yarin yarsini ver nolar. Sen e zyetinden axsam cixcam. Naqarim olem qaqa cixdim evden”, “Qacdin got kimi aldatdin yene meni Naqarsan yatmisan 7-8de pulum olsa yiqim oyaq olcan, Qa bir cvb yaz isimi bilim. yiqmiyim tezden seni” Rza İsmayılov istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə orxana “Orxan men burda lomkadan ölem sen prda elinde pul firlafırsan helee e mal alıb cekirsen harrdasan tez yeri de mene lazım dölü da aaa evdesen gelem size cıx qapıya tez ol” məzmunlu mesaj yazmışdır. X20 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Qaqa nerahat olma seni lomkada qoymuycam isim var indi. Harasa qoycam yerini diycem” məzmunlu mesaj yazmışdır. X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə Orxana “Seni. men. qabaqma. allah. cxarb. senen. cox. razyam. men. sen. yandayam.sen. istyene.qedr. senen.xaw. elrm.sende. men.yari. yolda. qoyma.mene.heckm.komy.elemr.alah.blr.heckmide.yoxdu.mene.komy.elyb.bu.yoldn.cxara n.elmdn.tut.komy.ele.qzma.gore.istemrm.heyatm.puc. olsn. yaxwiki. varsan. helely. seher. inwalah. yq. gecn. xeyre”, xx.xx.2021-ci il tarixdə “Bular. yarmsata. catr.gor. tapa. blsn. axwama. qedr. olmuym. bunanda. skdrdi. buralar. olsa. patda. verersn, Alnmadi., Olari.tez.tez.yqda.bu.wansda.elmdn.qacrmym.aqrida.basb”, xx.xx.2021-ci il tarixdə “Salam. neynsn.mam.bwma.oyn.awdi.geldi.biabrclq.eledi.utandiqmdan.sende.yqamadm.evdede.ol rm.nefsm.ctmr, Aqriram. nese. gotr. ustnde. dunenen.pism, Nese.got.aqrirm,” xx.xx.2021ci il tarixdə “Ele.elym. ki.8qedr. aqrimym. mende. pul. yqm. arvadanda. 100gotrm. gedy.valah. mende. bezmwem.toy ve.10nq.ko.bde.pati.cekdynen.falqada.get.”, xx.xx.2021-ci il tarixdə Orxan ona “Nagasan hardasan menem orxan tez yaz”, həmin tarixdə Əflatun Əhmədov “Qonxuda. gelnin.uzun.alrdm.nolb.nese.pirablm.var.ses.ewdlmr, Senenemey. nolb.drem. tez. yaz.dmsn,Ay.orxan.evdym.daym.gelsn.valah.pul.tapamram1sata.gelr.elmdn.bwqa.ne.gelr. valah.ele.pism.neter.elm.zbln.sesi.gelmr”, xx.xx.2021-ci il tarixdə “Catram. 20dyqaya. qram. gotre. bsn. yari. sn. yari. men”, xx.xx.2021-ci il tarixdə “Ay. orxan. gec. alnar. men, getmelymey. sencani.gor.tezewdrda. Klntdi.pul.alcm.naraht.adam.dolu, Me.bele. elemyerdn. gerek.” məzmunlu mesajlar yazmışdır. X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə Orxana mesaj yazaraq Qaqa pati yaddan cixdi qaldi nolar emele getire bilersense verda mene lap bloka biryere qoy yaz mene gelub goturerem.” məzmunlu mesaj yazmışdır. Şahid12 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə sizə mesaj yazaraq “Orxan yarim baw wey verda ehtiyawdi.mende sabah sene vererem.”, “Birdene zeng ele iwim var, Sabah vercem mene p.ver, 5m” məzmunlu mesaj yazmışdır. X21 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Qaqa sat 12 yada 1 de weherde olacam oku gelecem siz terefe usda pervin eydi 07 benzini yox eydi 3 manat ona verdim yuxudan dur meni yig vezyetden cixariq ozun verersen 5 opdum qaqa” məzmunlu mesaj yazmışdır. , Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Qa 5de var onu biryerde dobru ele gorusek kende getmeliyem” məzmunlu mesaj yazmışdır. Röyal Rəhimov istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs mesaj yazaraq “Qa.gelem.elnurdan.onu.eve.dusurduf.gelem.goturmusen.koko.kolani”, xx.xx.2021-ci il tarixdə “Qa cxmisam qebeleden 05 k 5de p gelem” məzmunlu mesaj yazmışdır. X18 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Tez olda taksi gozduyur birde kecen defe az qoymusan bele eleme men xeyri sene verirem teli ac taksi gelib telesirem Gelmirsense men gedim basqasina xeyir verim taksi gedir tez de” məzmunlu mesaj yazmışdır. X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Men zeng eliyende pati var denen he” məzmunlu mesaj yazmışdır. X19 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə “Qaqa gelirem ygda meni 1tor 05 d yoldayam95manat, Qaqa goycay yazilan Terrence girdim ygda meni, Qaqa gelmiseme men zeng Eleda burdayam basda” məzmunlu mesaj yazmışdır. X22 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Orxan zəngimi niə aşmirsan ayqa?, Orxan camaat ağridadi içi mən qarışıq .........sarimisan milləti? Zəngimi aşda qa” məzmunlu mesaj yazmışdır. Elşən Şirinov istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Ay qaqa qer ........ demıyım 6 manat var 20 manatlıq benzın besdı mene 12 11 manat tap, Ay qaqa tez cıxmalıyam gelım catım yaxsı olacaq 35 den qaqa ne pul” məzmunlu mesaj yazmışdır. X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə sizə mesaj yazaraq “Qaqa nolar seymura goturesi oldugun weyi cox ele imkan varsa menim yanima gelir bize” məzmunlu mesaj yazmışdır. Şahid13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Awda belke oluremee.yariin yarsi vaar? 15 maata gelim gotrum Qaqa men cixmiwamey uje burdan 30 du mende.temiz olcaxmi?” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə aid olan məlumatların təhlili zamanı müəyyən edilmişdir ki, X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə ona mesaj yazaraq “3 4 tusdu var nese vurmağa qaqa” məzmunlu mesaj yazmışdır. Ayxan Abdullazadə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021ci il tarixdə “Orxan bahadi alinmir 120manata veriler 2deneni 120manata sene serf edirse goturek yoxsa alinmir Orxan qaqa torpaga 45 veresi idin pulu evde sayra 40manatdi”” məzmunlu mesaj yazmışdır. X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Qaqa rayona gelmeliyem pulsuz qalmisam evdekilernen burda se gore olan pukumu verdim se aldigima sende asmirsan teltonu men bu vezyete niye qoydunki men buyun ora gelcem ama sen men uzume neter baxcan qdamsan ac tellfonu atifdi,” “Qaqa yadindadi bir manatdig turbucqadan ötru bize gelmisdin evde ol mende size gelirem indi senol dicem mal alifdi pulun vermir 15deyqeye meni ygmasan sizdeyem”, Əlihəddin Musayev ona “Qaqa canimcum pulum yoxdu indi sabah tapib vurcam kartaa.bawqa wey fikirrewme yeni.kartimda olan pulu kredite cixilib.narahat olma sabah hell.elicem”, Təqsirləndirilən şəxs ona “Gelmisem agdasdayam saba 100 faiz tap verda senol men bakidan borc aliv gelmisem segöre gözducem sabahi”, Əlihəddin Musayev ona “E qa anasni ........ozum pis oldumda yani bilseydim tutcaxdi naxadi vurardim kartaa.sabah axwama kimi gelcem mingecevirdeyem.onun bunun yanindada agza gele ni daniwma.aramizda olufdu hell elicem.” məzmunlu mesaj yazmışdır. X22 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “Qaqa niye acmirsan teli nagarmagdiki bu meni yg isim var pis lomudayam” bildirmişdir. ***-***-**-** saylı mobil nömrənizə aid olan məlumatların təhlili zamanı müəyyən edilmişdir ki, Elşən Şirinov istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə “OKU QADAWAN ALARAM TELFONUM SONUR YOL GEDECEM,VEZİYYETDEN BİXİM GEDİM” “QAQA MENE BİR SOZ PİSDİ VEZZETİM QAQA MAWİNDA GEDİR" məzmunlu mesaj yazmışdır. Şahid13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021ci il tarixdə sizə mesaj yazaraq “Awda telfonu catram, Qaqa didinki kiwi kimi saatyarima gelib vercem.indide adboy verirsen.seni gozzuyremaxi, Qaqa evdesenda bilem.senol pati cekmiwem yoxsa issemerem.bugunun sabahi vardaa yani, Yari vaar puluynan?senol var pulum awda telfonu” məzmunlu mesaj yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən götürülmüş üzərində ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr olan 01 ədəd Samsung markalı telefonun WhatsApp proqramında olan yazışmalara baxış zamanı müəyyən edilmişdir ki, 30 noyabr 2021-ci il tarixdə saat 20-45 radələrindən etibarən +7 961 293-73-26 saylı mobil nömrə sahibi ilə Təqsirləndirilən şəxs yazışmaları var və Təqsirləndirilən şəxs həmin nömrənin sahibi Anar deyə müraciət etdiyi şəxsin ona “Hansı nömrənə yazım qaqa, yazdım, qaqa, nolar bizə dümələnməyə nese elə sabahda kurtkanı gətirəndə qalanını eliyərikda indi götürəcəydim kurtkanı prostı afiq evə gəldi deyə çıxdım. Sabah evdə olmuyanda girib götürəcəm.Orxan dayı? O biri nömrəyə yazdığımı sildim her kesdən, onun wassabı sende yoxdu?, Orxan həmin şəxsə səs ataraq “olmur ey anar qaqa dümələnməyə siz kayf tutun mən pul axtarım verim kiməsə, olmur silsən sə silməsən fərq eləmir incimə” həmin şəxs Orxana mesaj yazaraq “Allah haqqı vəziyyətim pisdi nolar başa düş də qaqa”, Orxan həmin şəxsə səs ataraq “başa düşürəm ey qaqa sənin vəziyyətini düzəltməyə kola lazımdı o da ki yoxdur, patı da ki, vəziyyəti düzəltmir. İndiyə kimi sənin vəziyyətin pisdi, nətəri oldu yarımın var idi da qaqa, vəziyyətin pis ola bilməz sənin, patı da ki vəziyyəti düzəltmir” həmin şəxs Orxana “Görürsən ki, pulum oldu olmadı sənin yanında oluram da qaqa pulumda olmuyanda yerinə nəsə eliyirəm” Orxan həmin şəxsə “ Nə fərqi var ki, Anar o birisi nömrəyə yaz, həmin şəxs sizə yazdım o birisinə evdəyəm qaqa internetim azdı qurtaracax” məzmunlu yazışmalar vardır (cild 01, iş vər. 88, cild 02, iş vər. 30-35). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 dekabr 2021-ci il tarixli 1558 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 15). Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitələrin mənbəyinin müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olmuş, həmçinin onun evindən aşkar olunan narkotik vasitənin onun ailə üzvlərinə heç bir aidiyyatı yoxdur (cild 01, iş vər.209, 211). Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 10 mart 2022-ci il tarixli 141 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 02, iş vər. 93-95). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, ilk əvvəl xx.xx.2021-ci il tarxdə Ağdaş Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olduğundan şəxs polis şöbəsinə dəvət olunmuş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və üzərindən narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuş, müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmış, məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə sərbəst buraxılmış, xx.xx.2022-ci il tarixdə Ağdaş Rayon Polis Şöbəsinə Şahid1 barədə əməliyyat məlumatı daxil olduğundan şəxs polis şöbəsinə dəvət olunmuş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və üzərindən bir büküm narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuş, Şahid1 həmin kütlənin ona Təqsirləndirilən şəxs tərəfindən ona göstərilən taksi xidmətinin müqabilində verdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs həmin tarixdə polis şöbəsinə gətirilmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və üzərindən narkotik vasitə heroinə bənzər kütlə və “tramadol” həbləri aşkar olunmuş, bundan sonra şəxsin ərizəsi ilə onun razılığı ilə polis əməkdaşları müdafiəçinin də iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, onun yaşadığı evdən 01 ədəd “F1” əl qumbarasına bənzər əşya və 02 büküm narkotik vasitə tiryəkə bənzər bükümlər aşkar olunmuşdur. Götürülmüş maddələr və əşyalar ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl ayrı-ayrı vaxtlarda təqsirləndirilən şəxsin üzərinə və evinə baxış keçirilərək narkotik maddənin, psixotrop maddənin, həblərin, odlu silahın aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 13-cü bəndinə əsasən CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Həmin qərarın 22-ci bəndində isə göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olub-olmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Həmin qərarda göstərimişdir ki, “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Həmçinin həmin qərarın 8-ci bəndində göstərimişdir ki, partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınılması, gəzdirilməsi və ya talaması da müvafiq olaraq Azərbaycan Respublikası CMnin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri-digərinə uyğun gələn digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 228.1, 234.4.2 və 240.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı müxtəlif vaxtlarda ondan aşkar olunan narkotik vasitələri, psixotrop maddələri, “tramadol” həblərini yalnız istifadə emək üçün özündə saxladığı, heç kimə narkotik vasitə satmadığı ilə bağlı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. İbtidai istintaq zamanı Şahid1 bir büküm narkotik vasitə qurudulmuş marixuananı onun göstərmiş olduğu taksi xidmətinin müqabilində ona verməsi ilə bağlı qeyd etdikləri iş üzrə toplanmış sübutlarla üst-üstə düşdüyü və işin obyektiv halları ilə eyniyyət təşkil etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs məhz həmin hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı sayır və ona elan olunan ittihamın əsasına bu xüsusatla bağlı məhkəmə istintaqı zamanı bildirdiyi ifadəsini deyil, məhz məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin müxtəlif növdə olan narkotik vasitələrin aşkar olunması, habelə bir neçə bükümdə aşkar olunması, narkotik vasitə ilə yanaşı ondan psixotrop maddə metamfetaminin, güclü təsir edən həblərin də aşkar olunması, eyni zamanda konkret satış faktının müəyyən olunması (Şahid1 ilə bağlı epizod) onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni, psixotrop maddəni və “tramadol” həblərini məhz satış məqsədi ilə əldə edərək ayrı-ayrı vaxtlarda üzərində və evində saxlamışdır. Təqsirləndirilən şəxsə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə (arvadı və iki azyaşlı uşağı ilə) Ağdaş şəhəri SU-18 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vərəqi 217-218). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 220). İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.02022-ci il tarixli 260 saylı arayışan görünür ki, Ağdaş şəhəri SU-18 ünvanında yaşayan 1959-cu il təvəllüdlü X9 (təqsirləndirilən şəxsin anası) 2014-cü il tarixdən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Endokrinoloji kabinetində “Şəkərli diabet 2-ci tip, ağır forma insulin tələbli” diaqnozu ilə dispanser qeydiyyatdadır. Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və yekunda cinayətlərin məcmusu ilə təyin olunan cəzalar qismən toplanılmala qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, X5 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ikinci dəfə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 49, 142, 198-203, cild 02, iş vər. 9-14) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı birinci dəfə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, onun tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan və Ağdaş Rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 0.881 qram heroin, 1.972 qram tiryək, 0.43 qram marixuana, 0.602 qram metamfetamin, 16 ədəd tramadol kapsulu, 01 ədəd tramadol həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olan Samsung markalı mobil telefon və 01 ədəd üzərində ***-***-**-** saylı nömrə olan Samsung markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd “F1” əl qumbarası və 01 ədəd “UZRQM” tipli partladıcı isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilməlidir. İş üzrə 288,61 AZN (iki yüz səksən səkkiz manat, altmış bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu, ev dustaqlığında və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan - 0.881 qram heroin, 1.972 qram tiryək, 0.43 qram marixuana, 0.602 qram metamfetamin, 16 ədəd tramadol kapsulu, 01 ədəd tramadol həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - 01 ədəd üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olan Samsung markalı mobil telefon və 01 ədəd üzərində ***-***-**-** saylı nömrə olan Samsung markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın; - 01 ədəd F1 əl qumbarası və 01 ədəd UZRQM tipli partladıcı isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilsin. İş üzrə 288,61 AZN (iki yüz səksən səkkiz manat, altmış bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar