Məhkəmə qərarları › İş №1(091)-122/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-122/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-122/2023 30.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X28, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X19 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcələnin 62 və 66.3-cü maddələrinə əsasən 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli qərarı ilə cəzanın çəkilməmiş 02 ay 11 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Ağqıraq kəndində qeydiyyatında olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-cu il tarixdə saat 10 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21014” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, Akif İslamzadə küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə hərəkət yolunu keçən piyadalara və velosipedçilərə yol verməli olduğu halda buna əməl etməyərək idarə etdiyi “Vaz 21014” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin İslamzadə küçəsində “Kür” X20rşısında avtomobil dayanacağı kimi istifadə edilən sahədən, yəni yola bitişik ərazidən əsas yola çıxarkən, əsas yol ilə, yəni İslamzadə küçəsi ilə düzünə hərəkətini davam etdirən X23 idarə etdiyi “Kia Sorrento” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətini davam etdirməsini gözləməyib, yolun “Kia Sorrento” markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə idarə etdiyi avtmomobillə daxil olaraq, “Kia Sorrento” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsindən özünün idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq və bununla da Azər Tağızadənin idarəetməni itirməsinə və idarə etdiyi “Kia Sorrento” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağına keçib əks hərəkət zolağında əsas yola bitişik ərazidə yolu soldan sağa keçmək istəyən piyadalar X11 və X1 vurulmasına, bununla da ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan açıq-kəllə beyin travması, təpə-ənsə sümüyünün açıq sınığı, beyin toxumalarının əzilməsi və beyindaxili qanaxma, qara ciyərin cırılması, daxili qanaxma, bədəninin müxtəlif nahiyələrinin əzik və sıyrıqları, habelə zərərçəkmiş şəxs X2 dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan nazik bağırsaqların və müsaqirənin zədələnməsi, daxili qanaxma, hər iki böyrəyin və böyrəkətrafı toxumaların hematomaları, sağ qalça, qasıq və oturaq sümüklərin çoxqəlpəli qapalı sınıqları, baş-beyin toxumasının ödemi və baş-beyin toxumasının əzilməsi, sağ qamış və incik sümüklərinin açıq yerdəyişən sınıqları, burun əsasının açıq yarası, alın və aşağı ətrafların sıyrıqları, sağ qalça tininin qançırları xəsarətlərinin əmələ gəlməsi ilə nəticələnən və ehtiyyatsızlıqdan iki zərərçəkmiş şəxs, yəni X11 və X1 sağlamlıqlarına ağır zərər vurulmasına səbəb olan, təqsirin cinayətkarcasına etinasızlıq formasında ifadə olunan hərəkətlərlə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X11 həmin tarixdə saat 11:20 radələrində travmatik beyin qanaxmasından, X7 isə aldığı xəsarətlər nəticəsində inkişaf edən travmatik şokdan həmin tarixdə saat 15 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ölmüşlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü ilk əvvəl təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Mingəçevir şəhərində yerləşən “Kür oteldə” müəllimələrin tədbiri olmuşdur. O da istifadəsində olan “Vaz 21014” markalı maşını ilə taksi kimi fəaliyyət göstərdiyindən, həmin otelə adam aparıb düşürdükdən sonra yoluna davam etmişdir. Yola çıxmadan əvvəl sağa və sola baxmışdır. Həmin vaxt yolda maşın olmamışdır. Yola çıxmaq istədiyi vaxt “Kia” markalı maşın sürətlə gəlib onun maşınını vurmuş və onu yolun sağ kənarına atmışdır. Bundan sonra uşaqlar onu maşından çıxarmışdır. Daha sonra öyrənmişdir ki, həmin “Kia” markalı maşın onun maşınını vurduqdan dərhal sonra iki qadını vurmuşdur. Özünə gəldikdən sonra ona məlum olmuşdur ki, hər iki qadın vəfat etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, otelə adam düşürdükdən sonra ikinci dərəcəli yoldan əsas yola çıxmış, o, yola çıxdığı zaman yolda maşın görməmişdir. Qəfildən “Kia” markalı maşın sürətlə gəlib onun maşınını vurmuşdur. O, yola çıxmazdan əvvəl sağa və sola baxmışdır. Yola çıxdığı zaman qarşısında ağaclar olmuşdur. O gördüyü qədəri ilə həmin vaxt maşın gəlməmişdir. Yola girməzdən əvvəl yolun sol tərəfinə baxmış, “Kia” markalı maşınla arasındakı məsafə təxminən 200-300 metr olmuşdur. Onun zənnincə “Kia”markalı maşın təxminən saatda 90 km/saat sürətlə hərəkət etmişdir, halbuki həmin yolda maksimum surət 50 km/saat olmuşdur. O, maşını saxlamadan birbaşa yola girmişdir. Əslində isə qanunun tələblərinə görə kənardan yola daxil olmadan əvvəl dayanmalı və sağa sola baxmalı olmuşdur. Lakin o, həmin vaxt dayanmamış və bir başa yola daxil olmuşdur. Yola bir başa daxil olduğu üçün özünü bu hissədə təqsirli bilir, lakin qadınları o vurmamışdır. Qadınları digər maşın vurmuşdur. Hadisəyə qədər olan təqsirini qəbul edir. Lakin burada qarşı tərəfin də təqsiri vardır. Hazırda hər iki zərərçəkmiş şəxslə barışmışdır, həmin şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Özü ikinci Qarabağ Müharibəsi iştirakçısıdır, üç medalla təltif olunmuşdur. Odur ki, bu halların nəzərə alınmasını və barəsində ədalətli qərarın çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X24 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, hadisə olan günü “Kür oteldə” olmuşdur. Daha doğrusu o, həmin oteldə işləyir. Anası dəftərxana müdiri işləmişdir. Hadisənin şahidi olmamışdır. İşdə olduğu zaman ona xəbər gəlmişdir ki, hadisə baş vermiş və onun anasını maşın vurmuşdur. Hadisədən yarım saat sonra xəbəri olmuşdur ki, anasını maşın vurmuş və rəhmətə getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X29 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, ilk əvvəl təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirsə də, məhkəmə istintaqının yekununda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş, bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Mingəçevir şəhərində yerləşən 12 nömrəli uşaq baxçasında tərbiyəçi işləyir. Hadisə günü işdə olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən yol iş yerinə yaxın olmuşdur. Hadisə olmazdan əvvəl uşaqları baxçada gəzdirirmiş. Həmin günü “Kür” oteldə iclas olduğu üçün yolda adamlar çox olmuş, onun özünün də maşını vardır və maşını həmin gün baxçanın qarşısında saxlamışdır. Maşının içində uşağı olmuşdur. Uşağa tez-tez nəzarət etmək üçün maşına baxmışdır. Belə ki, fikri maşında olmuşdur. Bir də görmüşdür ki, ağacların arasından bir maşın çıxır. Həmin maşın “Kia” markalı avtomobil ilə toqquşmuş və “Kia” markalı avtomoblin sürücüsü idarəetməni itirərək yolu keçən qadınları vurmuşdur. “Kia” markalı avtomobil təxminən saatda 45-50 km/saat sürətlə hərəkətdə olmuşdur. Bundan sonra, hər kəs hadisə yerinə toplanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “Vaz 21014” markalı avtomobil ilə “Kia” markalı avtomobilin toqquşduğunu görmüşdür. Hadisə günü fikri maşında olmuşdur. Çünki maşında uşağı olmuşdur. Hadisə günü ondan hadisəni gördüyünü soruşmuşlar. O da cavab vermişdir ki, hadisəni görmüşdür. Hadisə günü həmin yolda yerləşən kameraya düşüb-düşmədiyini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəyə uyğun ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Mingəçevir ŞPŞ-nin əməliyyat İstintaq Qrupunda olan zaman Mingəçevir ŞPŞnin X10 şəhəri, İslamzadə küçəsində «Vaz 21014» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Sorrento” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avomobilin Mingəçevir şəhəri, Akif İslamzadə küçəsində yerlənən «Kür» otelin qarşısında toqquşması, toqquşma nəticəsində sonuncu, yəni «Kia Sorrento» markalı avtomobilin yolu soldan sağa keçmək istəyən piyadalar, adlarını sonradan bildiyi X13 və X3 vuraraq xəsarət yetirməsi barədə məlumat almışlar və daha sonra əməliyyat istintaq qrupunun tərkibində olduğu üçün əməliyyat istintaq qrupu ilə birgə Mingəçevir şəhəri, Akif İslamzadə küçəsində yerləşən «Kür» otelin qarşısında baş vermiş hadisə yerinə getmişlər. Əməliyyat istintaq qurpu hadisə yerinə çatan zaman orada “Vaz 21014” markalı avtomobil ilə «Kia Sorrento» markalı avtomobilin sürücülərinin hadisə yerində olduğunu müəyyən etmişdir. «Vaz 21014» markalı avtomoblin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs “Kia Sorrento” markalı avtomobilin sürücüsü X23 iştirakı ilə hadisə yerinin müayinəsi Mingəçevir ŞPŞ-nin müstəntiqi tərəfindən aparılmışdır. Daha sonra hər iki sürücü Mingəçevir şəhəri Narkoloji Dispanserdə sərxoş olub-olmaması ilə bağlı müayindən keçirilmiş, habelə “Vaz 21014” markalı, **-BX-*** dövlət qeydiyyat nömrəli avtomobil və «Kia Sorrento» markalı, **-CB-*** markalı avtomobil duracağa yerləşdirilmişdir. Avtoqəza nəticəsində xəsarət almış hər iki piyada X9 və X7 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, qəzadan sonra hər iki şəxsi narkoloji dispanserə aparmışlar və hər iki sürücünün ayıq olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə 15 oktyabr 2022-ci il tarixdə baş vermişdir. Belə ki, əmək məzuniyyətinə çıxdığı üçün Mingəçevir şəhərinə atası evinə gəlmişdir. Həmin gün özünü yaxşı hiss etməmiş, ona görə də, oğlu Azərə bildirmişdir ki, ona məxsus avtomobili götürsün və marketə getsin. Oğlu Azər maşını götürmüş və evdən çıxmışdır. Bir müddət sonra ona xəbər gəlmişdir ki, oğlu maşınla qəza törətmişdir. Dərhal evdən çıxaraq hadisə yerinə getmişdir. Hadisə olan ərazi onların evinə yaxın məsafədə olmuşdur. Gedib görmüşdür ki, yerdə bir qadın yatılı vəziyyətdə uzanmışdır. Sonra görmüşdür ki, onların maşını ilə toqquşan maşın ağacın altındadır. Bir də görmüşdür ki, oğlu Azər ona doğru gəlir. Azər ona yaxınlaşıb bildirmişdir ki, o, qadınları görməmişdir. Yerdəki qadın huşsuz vəziyyətdə uzanmışdır. Bundan sonra, özünü itirmişdir. Xatırladığı qədəri ilə atası və qardaşı hadisə yerində olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, hadisə günü evdə olmuş və özünü yaxşı hiss etmədiyi üçün oğlunu marketə göndərmişdir. Bir müddət sonra, ona xəbər gəlmişdir ki, oğlu qəza etmişdir. Oğlunun sürücülük hüququ yoxdur. Hadisə baş verdikdən bir müddət sonra hadisə yerinə gəlmişdir. Oğlu Azər sərbəst maşın sürə bilir, lakin sürücülük hüququ yoxdur. Hadisə 15 oktyabr 2022-ci il tarixdə səhər saaat 11 radələrində baş vermişdir. Hadisə olan ərəfədə oğlu Azərin 16 yaşı olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, hadisə 15 oktyabr 2022-ci il tarixdə baş vermişdir. Belə ki, hadisə günü səhər saatlarında anasına məxsus “Kia” markalı maşını götürüb evdən çıxıb marketə doğru getmişdir. Maşınla küçələrindən sağa dönərək düz yolla hərəkət etmiş, maşınla bir az hərəkət etdikdən sonra qarşısında dairəvi hərəkət nəzərdə tutulan əraziyə çıxmışdır. Dairəyə yaxınlaşdığı zaman qarşısına maşın çıxmış və onun idarə etdiyi maşınla toqquşmuşdur. Bundan sonra, özünü itirmişdir. Bir qədər sonra başın qaldırmış və əyləcə basmışdır. Dayandıqdan sonra maşından düşmüşdür. Maşınla xanımları vurduğunu xatırlamır. Çünki həmin vaxt özünü itirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, yolda hərəkət etdiyi vaxt qarşısına ağ maşın çıxmışdır. Həmin maşın yolun orta istiqaməti ilə hərəkət etdiyi üçün idarə etdiyi maşını biraz sol tərəfə çəkmiş, lakin yolunu dəyişməmişdir. Yolunu qəzadan sonra dəyişmişdir. Çünki həmin vaxt özünü itirmişdir. Təqsirləndirilən şəxs avtomobilini gördüyü vaxt əyləcə basdığını xatırlamır. Hadisə baş verməzdən əvvəl və ya sonra sürəti artırmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili gördüyü vaxt maşını biraz sol tərəfə çəkmişdir ki, qəzadan yayınsın. Hadisə zamanı sürəti təxminən saatda 45-50 km/saat olmuşdur. Toqquşma baş verdikdən sonra özünü itirmişdir. Bundan sonra, heç nəyi xatırlamır. Hadisədən sonra həkim onu müayinə etmişdir. Həmin vaxt özünü narahat hiss etmədiyini bildirmişdir. O, ümumiyyətlə xanımları görməmişdir. Çünki maşınla toqquşduqdan sonra özünü itirmişdir. Maşınla xanımları vurduğunu xatırlamır. Maşınla toqquşandan sonra dairənin axırında əyləcə basmışdır. Qəza anında əyləcə basmamışdır. Qəza zamanı sürətini artırmamışdır. Anasından tez-tez maşın götürmür. Sərbəst maşın sürə bilir. Maşın sürməyi təlimlərdən öyrənmişdir. Təlimlərə Bakı şəhərində getmişdir. Bir-iki dəfə şəhərə maşın sürməyə çıxmış, lakin yanında nəzarət edən adam olmuşdur. İlk dəfə imiş ki, maşınla tək başına şəhərə çıxırmışdır. Yaşadığı ev hadisə yerinə yaxın məsafədə yerləşir. Hadisə zamanı maşınla təxminən saatda 40-50 km/saat sürətlə hərəkət etmişdir. Hadisə olan yolda sürət həddi səhv etmirsə, 50 km/saat olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Mingəçevir ŞPŞ-yə həmin tarixdə saat 10:15 radələrində şəhərin N.Rəfibəyli küçəsində Kür otelin qarşısında “Vaz 21014” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində “Kia” markalı avtomobilin yolun sol hissəsində hərəkət edən iki piyadanı vurması barədə məlumat verilmişdir (cild 01 iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”lardan görünür ki, Mingəçevir ŞPŞ-yə ünvan 1 ünvanında yaşamış xx.xx.1966-cı il təvəllüdlü X8 və Mingəçevor şəhəri Ş.İ.ünvan 2 ünvanında yaşayan X5 aldıqları xəsarətlərdən ölməsi barədə məlumat verilmişdir (cild 01 iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, Akif İslamzadə küçəsində «Kür» otelin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21014” markalı avtomobil ilə X23 idarə etdiyi “Kia Sorrento” markalı avtomobil toqquşmuş, nəticədə sonuncu idarə etməni itirmiş və yolu soldan sağa keçmək istəyən iki piyadanı vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verdiyi yolda hərəkət hissəsi ağ rəngli qırıq-qırıq xətlərdən ibarət iki hərəkət hissəsindən, hər iki yolun hərəkət hissəsinin ümumi eni 9.10 metr, hadisə baş verdiyi yolun hərəkət hissəsinin eni isə 4 metr 60 santimetr olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 21014» markalı, **-BX-*** dövlət qeyiyyat nişanlı avtomobil ilə yola çıxdığı andan 6 metr 10 santimetr məsafə qət etdikdən sonra X23 idarə etdiyi «Kia Sorrento» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması müəyyən edilmişdir. Baxış istintaq hərəkətini əks etdirən video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir (cild 02 iş vər. 09-15). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar oluan xəsarət: sol dizində qançır, qərarda göstərilən xx.xx.2022-ci tarixdə avtoqəza nəticəsində əmələ gələr bilərdi, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur (cild 01 iş vər. 95). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 39 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü X5 meyidinin müayinəsi zamanı meyidində aşkar olunan xəsarətlər: - açıq kəllə-beyin travması, təpə-ənsə sümüyünün açıq sınığı, beyin toxumalarının əzilməsi və beyin daxili qanaxma, qara ciyərin cırılması, daxili qanaxma, bədənin müxtəlif nahiyələrinin əzik və sıyrıqları qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin hərəkətdə olan yolun kənarında dayanmış piyada vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. 1963-cü il təvəllüdlü X5 ölümünə səbəb travmatik beyin qanaxması olmuşdur (cild 01 iş vər. 96-98). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 38 saylı rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - nazik bağırsaqların və müsariqənin zədələnməsi, daxili qanaxma, hər iki böyrəyin və böyrək ətrafı toxumaların hematomaları, sağ qalça, qasıq və oturaq sümüklərinin çox qəlpəli sınıqları, baş-beyin toxumasının ödemi və baş beyin toxumasının əzilməsi, sağ qamış və incik sümüklərinin açıq yerdəyişən sınıqları, burun əsnasında açıq yarası, alın və aşağı ətrafların sıyrıqları, sağ qalça tininin qançırları, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin hərəkətdə olan yolun kənarında dayanmış piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürüldükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. 1966-cı il təvəllüdlü X1 ölümünə səbəb, yuxarıda göstərilən xəsarətlər nəticəsində inkişaf edən travmatik şok olmuşdur (cild 01 iş vər. 130-133). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “şahid X23 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti barədə” protokoldandan görünür ki, zamanı yetkinlik yaşına çatmayan şahid X31 ifadəsində göstərdiklərini hadisənin baş verdiyi yerdə bir daha ətraflı şəkildə göstərmişdir. Hadisə yerində foto şəkillər çəkilərək, müvafiq protokola əlavə edilmişdir (cild 01 iş vər. 148-150). Cinayət işinin materiallarında olan məhkəmə avtotexniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3253 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Vaz-2104» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Kia Sorrento» markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X23 hadisənin qarşısını almağa texniki imkanı olmamış və hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında “Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. Sürücü A.A.Tağızadə «Kia Sorrento» markalı avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01 iş vər. 159-162). Cinayət işinin materiallarında olan arayışdan görünür ki, 1997-ci il təvəllüdlü Həmidli X16 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur (cild 01 iş vər. 197). Cinayət işinin materiallarında olan arayışdan görünür ki, 1997-ci il təvəllüdlü Həmidli X16 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur(cild 01 iş vər. 198). Cinayət işinin materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2022-ci il tarixli, 839 №-li protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur (cild 01, iş vər. 19). Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs AE 230684 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, hadisə vaxtı onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur (cild 01, iş vər. 47). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə təkrar baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, Akif İslamzadə küçəsində «Kür» otelin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21014” markalı avtomobilin yola çıxdığı andan X23 idarə etdiyi “Kia Sorrento” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsindəki iki ədəd ağ rəngli qırıq xətlərin və onlarında olan məsafə ilə birlikdə ümumi uzunluğu 11 metr 60 santimetr olmuşdur (cild 02 iş vər. 34-35) Cinayət işinin materiallarında olan kompleks qaydada təyin edilmiş yol nəqliyyat və video yazıların məhkəmə ekspertizasının xx.xx.2023-cü tarixli, 8/27-4/05 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş 1 ədəd diskdə qeydə alınmış “İlkin Müstentiq” adlı videoyazıya görə «Vaz 21014» markalı avtomobilin «KİA Sorrento» markalı avtomobilin hərəkət zolağına daxil olduğu andan avtomobillərin toqquşmasına kimi keçən zaman t =0.88 san təşkil edir. Tədqiqata təqdim olunmuş 1 ədəd diskdə qeydə alınmış “İlkin Mustentiq” adlı videoyazıya görə «KİA Sorento» markalı avtomobilin bilavasitə toqquşma anındakı sürəti VKİA Sorrento = 58 km/saat olmuşdur. a.4a İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz-21014 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-cı maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. b.4b X14 KİA Sorrento markalı 99CB-991 dövlət qeydiyyat nişanlı hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saat sürətlə idarə etdiyindən onun 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara, həm də videoyazıların tədqiqatı zamanı müəyyən edilən məlumatlara əsasən «Kia Sorrento» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X23 hadisənin qarşısını almağa texniki imkanı olmamış, onun hərəkətlərində hadisəsini qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərin uyğunsuzluq olmamış və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Sürücü A.A.Tağızadə «Kia Sorrento» markalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqına” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 02 iş vər. 36-45). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 143 və 264-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, X23 barəsində CM-in 143, 185, 263.3, 263.1-4 və 264-cü maddələri cinayət işinin başlanılması rədd edilmişdir (cild 02 iş vər. 46-59). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə baş verən gün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni həmin normanın tələblərinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməli olduğu halda, o, sözügedən qanunun tələblərinə əməl etməmiş, sol tərəfdən A.İslamzadə küçəsinin hərəkət hissəsi ilə Kia markalı avtomobilin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi avtomobili yola bitişik ərazidən A.İslamzadə küçəsinin hərəkət hissəsinə daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, həmin avtomobilə yol verməli və bundan sonra yolun hərəkət hissəsinə daxil olaraq hərəkəti davam etdirməli oldu halda, bunu etməmiş və nəticədə yuxarıda göstərilən yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə baş verən zaman yol hərəkəti haqqında qanunun tələblərini pozduğunu, yola daxil olarkən daha diqqətli olmaq məcburiyyətində olduğu halda bunu etmədiyini etiraf etmiş və bununla bağlı özünü təqsirli hesab etdiyini bildirsə də, “Kia” markalı avtomobilin sürücüsünün də günahının olduğunu və iki qadını məhz həmin avtomobilin vurduğunu qeyd etmiş, eyni zamanda, müdafiəçi məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə təkrar baxış keçirilməsi haqqında” protokolda yazılanları, daha dəqiq baxış zamanı həyata keçirilmiş ölçmə işlərini mübahisələndirmişdir ki, bununla bağlı həm həmin hadisə yerinə baxışda iştirak etməklə ölçmələrin həyata keçirilməsində iştirak etmiş, həm də kompleks qaydada təyin edilmiş yol nəqliyyat və video yazıların məhkəmə ekspertizasının xx.xx.2023-cü tarixli, 8/27-4/05 saylı rəyini tərtib etmiş ekspertlər məhkəməyə dəvət olunaraq dindirilmişdir. X15 məhkəmə istintaqı zamanı iş üzrə tərtib olunmuş yol nəqliyyat və video yazıların məhkəmə ekspertizasının xx.xx.2023-cü tarixli, 8/27-4/05 saylı rəyini müdafiə etmiş və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, iş üzrə müvafiq ekspertizanın təyin edilməsi ilə bağlı qərar onlara daxil olduqdan sonra onların vəsatəti əsasında hadisə yerinə baxış keçirilmiş və onların iştirakı ilə hadisə yerində müəyyən ölçmələr həyata keçirilmişdir. Sözügedən hadisə yerinə baxış protokolunda əks olunan 11,6 metr məsafə məhz etalon ölçü olaraq götürülmüşdür. Həmin ölçünü anlar götürmüşdür. Ölçünün protokolda yanlış yazılmasıyəqin ki, mexaniki səh olmuşdur. Belə ki, hadisə yerinin video görüntüləri də istintaq orqanı tərəfindən onlara təqdim olunmuşdr. Video görüntü əsasında “Kia” markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmadığı üçün hadisə yerinə gəlmiş, hadisə yerində “Vaz” markalı avtomobilin yola daxil olduğu anda “Kia” markalı avtomobilin ondan hansı məsafədə olması və hansı sürətlə hərəkət etməsini müəyyən etmək üçün etalon ölçü götürmüşdür. Bu ölçü kimi hər iki maşın arasındakı yolda olan bir ədəd ağ düz xətt və həmin düz xətlə digər ağ düz xətt arasındakı məsafə götürülmüşdür. Belə ki, nə bundan artıq, nə də bundan az məsafə götürmək mümkün olmamışdır. Çünki artıq götürəndə maşın həmin məsafəni örtmüş və dəqiq ölçü götürmək olmamışdır. Belə olub həmin ölçü 11,6 metr məsafə götürülmüşdür. Bu ölçü ona görə lazım olmuşdur ki, həmin məsafəni “Kia” markalı avtomobilin hansı müddətə getdiyini müəyyən etmək mümkün olunsun. Bu üsulla sonra onun sürətinin müəyyən olunması mümkün olmuşdur. Həmin ölçü ilə (11,6 metr) “Gole Earth” proqramı üzrə baxış keçirəndə də ölçü eyni olmuşdur. Sonra video görüntü əsasında müəyyən olunmuşdur ki, “Kia” markalı avtomobil 11,6 metr məsafəni getmək üçün 0,72 saniyə vaxt sərf edilmişdir. Bu belə hesablanmışdır ki, video görüntünün 1 saniyəsində 25 kadr olur, hadisə zamanı isə video görüntüdən müəyyən olunur ki, “Kia” markalı avtomobil 11,6 metr məsafə üzrə cəmi 18 kadr getmişdir. Hər kadr üçün 0,4 saniyə sərf olunduğu üçün düstur əsasında (0,4*18=0,72 saniyə) müəyyən olunmuşdur ki, 11,6 metr məsafə üçün “Kia” markalı avtomobil tərəfindən cəmi sərf olunan zaman 0,72 saniyədir. Artıq vaxt ilə məsafə müəyyən olunduqdan sonra, buna əsasən sürət müəyyən olunmuşdur. Beləliklə nəticədə müəyyən olunmuşdur ki, (V=S/T, yəni 11,6 m / 0,72 san. = 58 km/saat) “Kia” markalı avtomobilin sürəti həmin anda 58 km/saat olmuşdur. Daha sonra digər ekspert müvafiq tədqiqat aparmış və gəlinən nəticə rəydə əks olunmuşdur. X12 da məhkəmə istintaqı zamanı iş üzrə tərtib olunmuş yol nəqliyyat və video yazıların məhkəmə ekspertizasının xx.xx.2023-cü tarixli, 8/27-4/05 saylı rəyini müdafiə etmiş və ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, “Kia” markalı avtomobilin sürəti müəyyən olunduqdan sonra, mövcud təlimat və düstur əsasında hesablamalar aparılaraq müəyyən olunmuşdur ki, Vaz markalı avtomobil yola daxil olan anda Kia markalı avtomobil ondan 14,2 metr məsafədə olmuşdur. Belə ki, video görüntü əsasında aparılan hesablama ilə müəyyən olunur ki, təqsirləndirilən şəxsin idarə etdiyi Vaz markalı avtomobil yol girəndən toqquşmaya kimi 0,88 saniyə vaxt sərf etmişdir. Buna əsasən hesablama aparılmışdır. Daha sonra istintaq orqanının verdiyi məlumat əsasında, yəni təqsirləndirilən şəxsin idarə etdiyi Vaz avtomobili ilə bağlı verdiyi məlumatlar əsasında hesablamalar aparılmış və bun asasən də təhlükə yaranan anda Kia markalı avtomobilin olduğu məsafənin 11,8 metr olduğu müəyyən olunmuşdur. Sonra həmin yolda sürət məhdudiyyəti 50 km/saat olduğu üçün, həmin sürət əsasında Kia markalı avtomobilin hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması müəyyən olunmuşdur. Çünki 50 km/saat sürətlə əgər hadisənin qarşısını almağa texniki imkanı yoxdursa, onda 58 km/saat sürət üzrə heç hesablama aparmağa ehtiyac qalmır. Belə olub müəyyən olunmuşdur ki, təhlükə yaranan anda Kia markaklı avtomobil əyləci bassa idi, onun dayanma yolu 31,8 metr təşkil edəcəkdi ki, tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, həmin anda Kia markalı avtomobil toqquşma yerindən 14,2 metr məsafədə olub. Odur ki, onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Qeyd olunanları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdıran məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, müdafiə tərəfin üzərində israrla dayandığı hallar məhkəmə istintaqı ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə müəyyən olunan hal ondan ibarət olmuşdur ki, hadisənin baş verməsinə səbəb məhz təqsirləndirilən şəxsin hadisə vaxtı “Yol hərəkəti haqqında” qanunun tələblərini pozması və bunun nəticəsində yol nəqliyyatı hadisəsinin baş verməsi olmuş, Kia markalı avtomobilin sürcüsünün hərəkətləri ilə hər iki qadının vurulması arasında səbəbli əlaqə olmamışdır. İş üzrə ibtidai istintaq orqanı tərəfindən də bu qənaətə gəlinmiş və xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi barədə” qərarla X23 barəsində CM-in 143, 185, 263.3, 263.1-4 və 264-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar hazırda da qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün vermiş olduğu qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmçinin, müdafiə tərəfi məhkəmədə xx.xx.2023-cü il tarixli hadisə yerinə təkrar baxış zamanı tərtib olunan protokola istinad edərək həmin protokolda qeyd edilən yazılarda olan qaralamaları və anlaşılmazlığı şişirdərək dolayısı ilə həmin baxış əsasında həyata keçirilən ölçmələrdən istifadə olunmaqla tərtib olunan yol nəqliyyat və video yazıların məhkəmə ekspertizasının xx.xx.2023-cü tarixli, 8/27-4/05 saylı rəyini də şübhə altına almış, həm protokolu, həm də müvafiq ekspertiza rəyini mübahisələndirmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən protokolda yol verilən qaralama və anlaşılmazlıq müstəntiq tərəfindən yol verilən texniki səhvlə bağlı olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, həmin baxış zamanı müvafiq rəyi tərtib etmiş ekspertlər də, həmçinin müdafiəçi də baxışın keçirildiyi yerdə bilavasitə iştirak etmiş və ölçmələr məhz onların iştirakı ilə həyata keçirilmişdir. Ekspert rəyində də əksini tapan rəqəmlər və ölçmələr məhz həmin vaxt orada götürülən ölçmələr olmuşdur. Odur ki, həmin əsasla xx.xx.2023-cü il tarixli hadisə yerinə təkrar baxış zamanı tərtib olunan protokolun, həm də yol nəqliyyat və video yazıların məhkəmə ekspertizasının xx.xx.2023-cü tarixli, 8/27-4/05 saylı rəyinin şübhə altına alınması və etibarsız sayılması qeyri-mümkündür. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə istintaqı zamanı iş materialalrına əlavə olunmaqla tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X24 və X29 təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs X18 fəal iştirak etmiş, şücaət göstərdiyinə görə müxtəlif fəxri fərman, təşəkkürnamə və “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən kmüharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən, onun X18 fəal iştirak etməklə şücaət göstərdiyinə görə müxtəlif fəxri fərman, təşəkkürnamə və “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən kmüharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 182.2.1, 182.2.3 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcələnin 62 və 66.3-cü maddələrinə əsasən 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli qərarı ilə cəzanın çəkilməmiş 02 ay 11 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Lakin hazırda onun təqsirli bilindiyi cinayət əməli (CM-in 263.3-cü maddəsi) ehtiyyatsızlıqdan törədilən cinayət əməli olduğundan, CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi yaranmamış olur. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən çoxsaylı cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cinayət hadisənin ehtiyatsızlıqdan baş verməsini və hazırda heç bir şikayət və tələbin olmamasını, eyni zamanda şəxsin X18 fəal iştirak etməsini və müxtəlif medallarla təltif olunmasını, bununla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərini də nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, hazırda təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə və təyin olunan cəzanın da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinin təmin edilməsi ilə cəzanın məqsədinə nail oluna bilər və bu hal İdayət Səyadovun gələcəkdə islah olunmasına xidmət edə bilər. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə isə MSY-dən azad edilmişdir (cild 01, iş vər. 56, 87). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 01 iş vər.189-190). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə əsas cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə 378 AZN (üç yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və X23 idarə etdiyi, anası Şahid4 məxsus «Kia Sorento» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21014” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınaraq, saxlanılması üçün müvafiq olaraq İlahə Tağıyevə və Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzerə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut «Kia Sorento» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21014” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 378 AZN (üç yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar