Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-123/2022 14.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Göyçay Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3 iştirakları ilə, xx xxxx 1974-cü ildə Göyçay rayonu, Bəydövül kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Göyçay rayonu, Bəydövül kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X6 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yaşadığı kənddə həmkəndlisi Şahid7 tərəfindən dəvət edildiyi toy mərasimində həmkəndlisi xx.xx.1983-cü il təvəllüdlü X10 ilə sonuncunun ona özünə məxsus torpaq sahəsində müəyyən işləri görməyi razılaşdıqları halda, həmin işləri başqa şəxsə gördürməsini deməsinə görə Elvin İsmayılov ilə sözlə mübahisə edib həmin mübahisəyə son qoyduqdan sonra, hadisə baş verəndən sonrakı 2 gün ərzində bununla bağlı hər hansı mübahisə etmədən xx.xx.2021-ci il tarixdə saat 17 radələrində özünə məxsus “Opel” markalı **-OG-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı Bəydövlü kəndi ərazisində hərəkətdə olarkən Elvin İsmayılovu kəndin ərazisində yerləşən su təmizləyici qurğunun və şərti olaraq 1 nömrəsi ilə işarələnmiş su bulağının qarşısında gördükdə, heç bir əsaslı səbəb olmadan avtomobilini saxlayıb Elvin İsmayılova yaxınlaşaraq hansı səbəbdən toy mərasimində onunla hörmətsiz davranmasını deyərək mübahisə yaratmağa başlamış, bu zaman Elvin İsmayılovun “nə etmişəm, düz etmişəm” deməsini özünün şəxsiyyətini və nüfuzunu alçaldan hərəkətlər kimi qiymətləndirib onu qəsdən öldürmək qərarına gəlmiş və cinayət niyyətini həyata keçirmək üçün aralırında baş vermiş mübahisəni bəhanə edərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə və özünü ətrafdakılara qarşı qoymaqla qanunsuz olaraq əldə edib üzərində əvvəlcədən gəzdirdiyi və soyuq silah hesab edilən ümumi uzunluğu 210 mm, tiyəsinin uzunluğu 110 mm olan bıçaqla qəsdən Elvin İsmayılovun döş qəfəsinin sol ön yarısında döş boşluğuna nüfuz edən ürəyin zirvəsinin zədələnməsi ilə müşayət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vuran 01 ədəd kəsilmiş deşilmiş yara, belin sağ aşağı tış hissəsindən 01 ədəd və sol budun yuxarı 1/3-nin yan səthindən 01 ədəd daxilə nüfuz etməyən sağlamlığa yüngül zərər vuran kəsilmiş-deşilmiş yaralar, sağ və sol diz oynağının ön hissəsində sıyrıq xəsarətləri yetirərək, sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 120.2.2 və 228.4-cü maddələri ilə elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 həmkəndlisi kimi tanımış, aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. Yaşadığı kənddə kənd təsərrüfatı ilə məşğul olmuş, Elvin isə rayon ərazisində özünə məxsus ekskavator ilə fərdi işlərlə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə qonşuları olan Əlimusanın qızının toy mərasimində iştirak etmiş, Elvinlə ayrı-ayrı masalarda oturmuşlar. Toyun yekununda həmkəndliləri olan Şahid6, Şahid4 və X12 ilə birlikdə toy çadırının axırında oturmuşlar. Həmin vaxt Elvin kənd cavanları ilə rəqs etdikdən sonra gəlib onlar oturan stolda oturmuşdur. Elvin ona da spirtli içki içməsini təklif etmiş, Elvinə içki içmək istəmədiyini, namaz qılmaq fikri olduğunu demişdir. Bu zaman Elvin “fırıldaqçıların hamısının axırı gəlib namaz qılan olur” demişdir. Elvinə nə fırıldağının olduğunu dedikdə, sonuncu “sən mənlə işi danışdın, lakin həmin işi başqasına gördürdün” demişdir. Belə ki, həmin gündən, yəni xx.xx.2021-ci il tarixdən təxminən 20 gün qabaq, özünə məxsus torpaq sahəsinin kol-kosdan təmizlənməsi və nahamar yerlərin düzləşdirilməsi üçün Elvinə müraciət etmiş, Elvin isə həmin işi görməyə ondan 230 AZN manat pul istəmişdir. Elvinə götür-qoy etdikdən sonra məlumat verəcəyini demiş, maddi imkanı çatmadığı üçün, həmin gün Elvinə zəng edib dediyi işləri gördürə bilməyəcəyini demişdir. Bu hadisədən təxminən 3-4 gün sonra, qonşusu Şahid9lə təsadüfi olaraq görüşdükdə, sonuncu torpağını kol-kosdan nə üçün təmizlətmədiyini soruşmuş, Rüstəmə təmizlik işləri etmək istədiyini, lakin maddi imkanı çatmadığını demişdir. Rüstəmin özünün də ekskovatoru olduğu üçün, sonuncu yanacağın pulunu versə həmin işləri görə biləcəyini demişdir. Rüstəmə həmin işi görməsini və onunla razılaşacağını demişdir. Bundan sonra Rüstəm torpaq sahəsində təmizlik işlərini aparmış sonuncuya buna görə 170 manat pul vermişdir. Elvin həmin işləri görmək üçün, torpaq sahəsində olan ağacları kəsməyini demiş, lakin, Rüstəm həmin işlərin hamısını ekskavatorla özü etmişdir. Elvinə həmin işi sonuncu ilə də, Rüstəmlə də danışdığını bildirmiş, həmin işi baha etdiyini, Rüstəmin 150 manata həmin işi gördüyünü demişdir. Bu zaman, Elvin “mən kişi oğluyam, sənin kimi fahişə oğlu deyiləm” demiş, Elvinin bu sözü ona pis təsir etsə də, lakin toy olduğu üçün, kiminsə xeyir işinə söz-söhbət salmaq istəməmiş və bir qədər səbirli olmağa çalışmışdır. Həmin vaxt Elvinin dostu Rusifdə gəlib Elvini oradan uzaqlaşdırmışdır. Həmin vaxt Elvinə heç bir şey deməsə də, sonuncunun bu sözü ona çox pis təsir etmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində özünə məxsus **-OG-*** dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə kənd ərazisində olan su təmizləyici qurğunun və su bulağının yanından keçərkən Elvini orada görmüş, Elvin onu gördükdən sonra əl işarəsi etmişdir. Elvinin toydakı hərəkətinə görə üzr istəyəcəyini fikirləşib, avtomobili saxlayaraq sonuncuya yaxınlaşmışdır. Həmin vaxt Elvin su təmizləyici qurğunun yanında, həmkəndliləri Şahid1 və Şahid2 isə su təmizləyici qurğudan bir qədər aralıda olan çayxananın qarşısında olmuşlar. Elvinə yaxınlaşaraq salamlaşdıqdan sonra Elvin ona “salam kişicik” demiş, yenidən Elvinin onu təhqir etməsini görüb deyəsən ayılmadığını, həmçinin, “adam kişi olar, utanmırsan, toyda nə üçün elə hərəkət etdin” demişdir. Bu zaman Elvin yaxşı edib dediyini bildirərək onu təhqir etmiş, ona qarşı “var-yox” söyüşü işlədərək onu təpiklə vurmuşdur. Bu zaman əsəbiləşdiyi üçün üzərində olan bıçaqla Elvinə xəsarət yetirmiş, əsəbi olduğundan neçə dəfə və hansı nahiyyəsindən bıçaqla vurduğunu bilməmişdir. Bundan sonra bir qədər sakitləşmiş, Elvin isə yolu keçib evinə tərəf getmək istəsə də yolu keçib yerə yıxılmışdır. Bu zaman Elvini Röya ilə birlikdə avtomobilinə qoyub, xəstəxanaya aparmış, yolda qardaşı Zahirə zəng edib hadisə barədə məlumat verərək xəstəxanaya gəlməsini demişdir. Xəstəxanaya çatdıqda Röya ilə Elvini düşürüb xəstəxananın qəbul şöbəsinə vermiş, həmin vaxt qardaşı Zahir də xəstəxanaya çatmışdır. Elvini xəstəxanaya verdikdən sonra oradan uzaqlaşmış və rayon Polis Şöbəsinə gedərək təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, X10 onun əri olmaqla Təqsirləndirilən şəxs da həmkəndlisi kimi tanımışdır. Elvin özünə məxsus ekskovator ilə rayon ərazisində fərdi işlərdə işləmiş, Elvinlə Qılman arasında münasibət yaxşı olmaqla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ilin müəyyən vaxtlarında Rusiya Federasiyasına gedərək, orada işləmiş 2021-ci ilin təxminən avqust ayında Qılman Rusiya Federasiyasından Elvinlə “Whatsapp” vasitəsilə əlaqə yaradaraq, Elvinin kənd ərazisində özünə məxsus torpaq sahəsində təmizlik işləri aparmasını və kol-kosdan təmizləməsini razılaşmışlar. Elvin Qılmanla razılaşdığı işləri gördükdən sonra Qılman Elvinə poçt vasitəsi ilə 100 ABŞ dolları göndərmişdir. Həmçinin, Qılman Elvinlə danışarkən həmin işi Rüstəm adlı şəxsə gördürmək istədiyini, sadəcə olaraq Elvinin işi olmadığını eşitdiyi üçün işi sonuncuya gördürmək istədiyini demiş, Elvin həmin vaxt Qılmana kimə istəyirsə həmin işi gördürməsini desə də, sonradan öz aralarında razılaşmışlar. 2021-ci ilin təxminən oktyabr ayında Qılman kəndə qayıtdıqdan sonra Elvinlə həmin torpaq sahəsində yarımçıq qalan işlərin görülməsi barədə danışmış, bu danışıqlardan konkret olaraq məlumatı olmasa da Qılmanın sonradan həmin işi başqasına gördürdüyünü bilmişdir. Hadisədən təxminən iki gün qabaq həmkəndliləri Əlimusanın qızının toy mərasimində Elvinlə Qılman arasında mübahisə olmuş, mübahisə barədə hadisədən sonra öyrənmişdir. xx.xx.2021-ci il tarixdə Elvin günorta saatlarında həmkəndliləri Röya ilə birlikdə nahar edib spirtli içki qəbul etdikdən sonra birlikdə işləməyə getmiş, Oradan qayıtdıqdan sonra saat 17 radələrində Elvin kənddə olan çayxanaya tərəf getmişdir. Elvin evdən çıxdıqdan təxminən yarım saat sonra qayınanası evə gələrək Elvinin bıçaqla vurulduğunu demiş, bundan sonra xəstəxanaya getmişlər. Xəstəxanada Elvinin artıq vəfat etdiyini öyrənmişdir. Həmin vaxt orada olan Şahid1 və Şahid2 Qılmanın Elvini orada gördükdən sonra həmin yerə gəldiyini və Qılmanın özünün mübahisə yaratdıqdan sonra Elvini bıçaqla vurduğunu demişlər. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 Müsafər qızı və Şahid5 eyni məzmunlu ifadə verərək X3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə həmkəndliləri olan Əlimusanın qızının toy mərasimində olmuş, həmin vaxt Qılmanla Elvin ayrı-ayrı stollarda oturmuşlar. Toydan tez getdiyi üçün, Qılmanla Elvin arasında mübahisə olmasını görməmiş, sonradan Qılmanın özünə məxsus torpaq sahəsində iş görməyi Elvinə söz verməsi, lakin başqa şəxsə gördürməsinə görə mübahisə etdiklərini eşitmişdir. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Elvin zəng edərək, harada olduğunu soruşmuş, sonuncuya evdə olduğunu və küçəyə çıxdığını demişdir. Elvin onu evlərinə dəvət etmiş, Elvingilə getdikdə süfrə açıldığını görmüş və birlikdə oturub yemək yeyib spirtli içki qəbul etmişlər. Yemək yedikdən sonra Elvinlə birlikdə Alıkənd kəndinə getmiş, Elvin orada müəyyən işlər gördükdən sonra saat 17 radələrində geri qayıtmışlar. Elvingilin evinin yanında düşərək öz evinə getmiş, Elvin yuyunub çayxanaya gələcəyini demişdir. Bu zaman sonuncuya evə gedib, açarı götürüb, çayxanaya gedəcəyini demişdir. Elvinə evə gedib açarı götürüb çayxanaya gedəcəyini demiş, saat 1730 radələrində çayxananı açaraq və qaynaması üçün su qoymuşdur. Bundan sonra çölə çıxaraq çayxananın qapısının qarşısında dayanarkən əmisi İxtiyar oraya gəlmiş, əmisi ilə çayxananın qarşısında çömələrək söhbət etmişlər. Təxminən 10 dəqiqə sonra Elvin telefonla danışa-danışa yaşadığı küçədən çıxıb yolu keçmiş və su təmizləyici qurğunun ətrafındakı hasara söykənib telefonla danışmağa başlamışdır. Təxminən 5-10 dəqiqə sonra isə Qılman özünə məxsus Opel markalı avtomobillə gəlib su qurğusunun qarşısında yolun kənarında avtomibili saxlamış, avtomobildən düşüb salam verdikdən sonra Elvinə yaxınlaşaraq öz aralarında söhbət etməyə başlamışlar. Təxminən, 2-3 dəqiqə söhbət etdikdən sonra Elvinin “ah” çəkməsini eşitdiyinə görə ayaq üstə qalxarkən Elvinin su bulağının qarşısında yerdə uzandığını, Qılmanın isə Elvinin yanında ayaqüstə dayandığını görmüşdür. Sonunculara yaxınlaşana kimi Elvin yerindən qalxıb bir neçə addım qabağa gedib yerə yıxılmış, yenidən qalxaraq yolu keçmiş və yolun digər tərəfində yerə yıxılmışdır. Elvin ilk əvvəl ağzıüstə yerə uzanmış, sonuncuya çatana kimi arxası üstə çevrilmişdir. Elvin çevriləndə sonuncunun uzandığı yerdə qan olduğunu və paltarının da qana bulaşdığını görmüş, həmin vaxt Qılman öz avtomobilini işə saldıqdan sonra yolu keçib avtomobili yanlarında saxlamışdır. Əmisi həmin vaxt orada qalmış, özü isə Qılmanla Elvini xəstəxanaya aparmaq üçün, avtomobilin arxa oturacağına qoymuşlar. Yolda olarkən Elvin ilk əvvəl ön sağ oturacaqda oturmuş, yolda Elvinin vəziyyətinin yaxşı olmadığını gördükdə arxaya keçmişlər. Xəstəxanada Elvinin artıq öldüyünü bildrimişlər. Elvinin artıq öldüyünü bildikdən sonra X24 gedəcəyini demiş, Qılmanın qardaşı Zahir də sonuncunun avtomobilinə oturmuşdur. Qılmanla birlikdə rayon polis şöbəsinin qarşısına gəlib Qılman orada avtomaşından düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 16-17 radələrində qardaşı Qılman mobil telefonla zəng edərək Elvinlə dava etdiyini, sonuncunu bıçaqla vurduğunu və hal-hazırda xəstəxanaya apardığını demişdir. Dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına getmiş, xəstəxanada olan vaxt tibb işçilərinin və həmkəndliləri Röyanın köməkliyi ilə Elvini Qılmana məxsus avtomobildən düşürüb xəstəxanaya təhvil vermişlər. Elvinə tibbi yardım göstərsələr də sonuncu vəfat etmiş, bundan sonra, Qılmanla birlikdə Göyçay rayon Polis Şöbəsinə getmişlər. Qılman orada törətdiyi əməli etiraf edərək təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla kənd ərazisində kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində müəyyən işlər görmək üçün Qılman həmkəndliləri Elvinlə razılşamış, Elvin həmin işləri gördükdən sonra X18 pul göndərmişdir. Sonradan Qılman 2021-ci ilin ilin payızında həmin torpaq sahəsində digər həmkəndliləri Rüstəmə müəyyən işlər gördürmüşdür. xx.xx.2021-ci il tarixdə qonşuları olan Əlimusanın qızının toy mərasimində iştirak etmiş, toydan tez getdiyinə görə Qılmanla Elvin arasında mübahisə olmasından məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında digər oğlu Zahir zəng edərək Qılmanın Elvini bıçaqla vurduğunu və Elvinin öldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Qılman Musutafayev əri olmaqla sonuncu təsərrüfatla məşğul olmuş, həmçinin, ilin müəyyən dövrlərində Rusiya Federasiyasına gedərək orada işləmişdir. X10 da həmkəndliləri olmuş, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Qılman 2021-ci ilin yaz ayında Bəydövül kəndində torpaq sahəsi alaraq Rusiya Federasiyasında olarkən həmin torpaq sahəsinə yol salmaq və kol-kosdan təmizləmək üçün özü telefon vasitəsilə Elvinlə danışmış və sonuncu ilə həmin işləri görmək üçün razılaşmışlar. 2021-ci ilin oktyabr ayında Qılman Rusiya Federasiyasından Azərbaycana qayıtdıqdan sonra da həmin torpaq sahəsində müəyyən işlər gördürmüş, həmin işləri Elvinə deyil, həmkəndliləri Rüstəmə gördürmüşdür. xx.xx.2021-ci il tarixdə əmisi Əlimusanın qızının toy mərasimində iştirak etmiş, toyda kişilərdən ayrı oturduqları üçün Qılmanın toyda kiminlə oturmasını və Elvinlə nə vaxt mübahisə etməsini bilməmişdir. X14 toyun sonunda mübahisə etdiklərini, Elvinin hamının yanında Qılmanı nalayiq ifadələrlə təhqir etdiyini eşitmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Qılman mal-qaranı gətirmək üçün otlaq sahəsinə getmiş, malqaranı gətirdikdən sonra evdən 50 manat pul götürüb avtomobilə oturub çıxıb getmişdir. Qılman getdikdən bir qədər sonra, həyətə düşərkən darvaza açıq olduğundan küçədən keçən dayısı oğlu Xalid özünə məxsus heyvanları otlaq sahəsindən gətirərkən, bir nəfər şəxsin sonuncuya çayxananın qarşısında nəsə hadisə baş verdiyini və Qılmanın da həmin istiqamətə getdiyini, həmçinin kimisə Qılmanın avtomaşınına qoyub apardıqlarını demişdir. Qılman həmin gün “Covid-19” virusuna qarşı vaksin vurdurduğu üçün sonuncunun vəziyyətini pisləşməsini fikirləşib tez atasıgilə getmiş və qardaşı Nəzarətdən Qılmana zəng etməsini xahiş etmişdir. Həmin vaxt Qılman telefonu açmamış, sonradan həmkəndliləri olan X16 bıçaqla vurmasını öyrənmişdir. Qılmanın evdən bıçaq götürməsindən məlumatı olmamış, Qılman evdən gedərkən sonuncunun hirsli və ya narahat olmasını hiss etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 eyni məzmunlu ifadə verərək Şahid12 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə həmkəndliləri olan ƏliŞahid7 qızının toy mərasimində iştirak etmiş, həmin vaxt həmkəndliləri Elvin və Qılman da toy mərasimində iştirak etmişdir. Toy yekunlaşdıqdan sonra həmkəndliləri Şahid6, X12 və Təqsirləndirilən şəxs ilə birlikdə toy üçün qurulmuş çadırda oturmuş, həmin vaxt Famillə pivə içmişdir. Amil və Qılman pivə çay içmiş, Elvin çadırın baş tərəfində kənd cavanları ilə oynamışdır. Musiqi bitdikdən sonra Elvin onlara yaxınlaşaraq pivə içmək istədiyini demişdir. Elvin Qılmanın pivə içmədiyini görüb sonuncudan “nə üçün sən də içmirsən” deyə soruşmuş, Qılman ümumiyyətlə içki içmədiyini, namaz qılmaq istədiyini demişdir. Qılman namaz qılmaq istədiyini dedikdə Elvin “fırıldaqçıdan namaz qılan olar?” demiş, Qılman isə Elvinə “mənim fırıldağımı harada görmüsən” demişdir. Bu zaman Elvin Qılmana “işi mənimlə danışıb, başqasına gördürdün” demiş, söhbətindən məlum olmuşdur ki, Qılman Rusiya Federasiyasında olarkən Elvinə zəng edərək özünə məxsus torpaq sahəsində müəyyən işlər görməsini demiş, Elvin də razılaşaraq işləri gördükdən sonra Qılman Elvinə müəyyən qədər pul göndərmiş, bu zaman Elvinə həmin işdən 20 manat borclu qalmışdır. Qılman Elvinə torpaq sahəsində başqa işlər də gördürəcəyini, pulun qalanını da özü gəldikdə bir yerdə verəcəyini desə də Rusiya Federasiyasından qayıtdıqdan sonra həmin işi Rüstəmə gördürmüşdür. Elvin həmin vaxt Qılmana işi Elvinlə razılaşıb sonradan həmin işi başqasına gördürdüyünə və 20 manat borcunu qaytarmadığına görə fırıldaqçı demişdir. Qılman Elvinə “başqasına gördürəndə nolur ki” demiş və cibindən 20 manat çıxaraq Elvinə vermişdir. Elvin həmin pulu götürüb cibinə qoyduqdan sonra, “mənə iş gördürənə, sənə də iş görənə qarşı varyox söyüşü” söymüşdür. Həmin vaxt bu söhbəti eşidən, Qılmanın qayını Nəzarət stola yaxınlaşıb Elvinə o işin əvvəl olduğunu və nəyə görə bu söhbəti açdığını, söhbəti başqalarının yanında deməyinin düzgün olmadığını bildirmişdir. Bu zaman Elvinin dostu Rusif oturduqları stola yaxınlaşmış və Elvinin Qılmanla mübahisələrini görüb, Elvini oradan uzaqlaşdırmışdır. Bundan sonra toy yekunlaşaraq və evlərinə getmişlər. Lakin, hadisə gününədək Qılmanla Elvinin yenidən mübahisə etmələrini eşitməmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində işdə olan zaman, işdən çıxıb evə qayıtdıqda, Qılmanın çayxananın yanında olan su təmizləyici qurğunun qarşısında Elvini bıçaqla vurduğunu və Elvinin almış olduğu xəsarətlərdən öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17, ifadələri elan olunaraq tədqiqi edilmiş Şahid8 və Şahid6 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində özünə məxsus xırdabuynuzlu heyvanları otlaq sahəsindən gətirərkən Elvinin su təmizləyici qurğunun dəmir məhəccərinə söykənərək telefonla danışdığını görmüş, həmin vaxt yaxınlıqda olan çayxananı işlədən Röya və sonuncunun əmisi İxtiyar da çayxananın qarşısında dayanmışlar. Sonunculara salam verib oradan keçib getmiş və gəlib kənd dəyirmanına dönən yola çatmamış Qılmanın özünə məxsus “Opel” markalı avtomobillə gəlib çayxana tərəfə getdiyini görmüşdür. Heyvanları gətirib kənd qəbiristanlığına dönən yola çatdıqda tanımadığı bir nəfər avtomobillə onun yanında saxlayıb salam vermiş və bir qədər arxada kiminsə yerə yıxıldığını və nəsə hadisə baş verdiyini demişdir. Çayxanadan təxminən 500-600 metr məsafədən dönüb geriyə baxdıqda uzaqdan Qılmanın avtomobilinin üzü şəhər istiqamətinə dayandığını və həmin istiqamətə getdiyini görmüşdür. Bundan sonra, Qılmanın mobil nömrəsini bilmədiyi üçün, Elvin orada olduğuna görə sonuncuya zəng etmiş, lakin Elvin telefona cavab verməmişdir. Heyvanları aparıb öz küçələrinə döndükdə, Qılmanın həyat yoldaşı Xəyalənin həyət darvazasının qarşısında olduğunu görüb sonuncuya çayxananın qarşısında nəsə hadisə baş verdiyini, Qılmanın da həmin yerdə olduğunu demiş və Qılmana zəng etməsini bildirmişdir. Bundan sonra Xəyalə evlərinə tərəf getmiş, özü də evinə getmişdir. Təxminən 10 dəqiqə sonra evdə çay içərkən Qılmanın həyətindən səs gəldiyini eşidib çölə çıxdıqda Qılmanın Elvini bıçaqla vurmasını və Elvinin almış olduğu xəsarətlərdən ölməsini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, mərhum Elvin İsmayılov ilə yaxın dostluq münasibəti olmuş, Təqsirləndirilən şəxs isə həmkəndlisi və uzaq qohumu olmuşdur. xx.xx.2021-ci il tarixdə həmkəndliləri Əlimusanın qızının toy mərasimində iştirak etmiş, həmin vaxt Elvin və Qılman da toyda olmuş, Elvinin toyun axırında mağarın içərisində Qılmanla mübahisə etdiyini eşitsə də həmin mübahisəni görməmişdir. xx.xx.2021-ci il tarixdə Qılmanın qayınatası Əfqanın evində işləyərkən Qılman hadisədən təxminən 2 saat qabaq qayınatasıgilə gəlmiş sonuncu ilə ümumi söhbət etdikdən sonra sonuncu çıxıb getmişdir. Saat 17 radələrində işini bitirdikdən sonra Əfqandan aldığı taxılı sonuncuya məxsus “Vaz2107” markalı avtomobil ilə kənd ərazisində yerləşən dəyirmana çəkmək üçün aparmışdır. Dəyirmanda taxılı çəkib həmin taxılı sahəyə səpmək üçün traktora quraşdırılmış avandanlığa tökməyə görə Elvingilin qonşuluğuna getmiş, Elvingil yaşadığı küçəyə döndükdə qarşısına çıxan X19 bıçaqlaşdıqlarını, Elvinin papağının və telefonun orada qaldığını deyərək telefonla papağı ona vermişdir. Tez taxılı düşürüb, xəstəxanaya getməkdən üçün avtomobili qaytarmağa görə Əfqangilə getmişdir. Əfqangilə çatdıqda, Əfqanın həyat yoldaşı Gülqız və qızı Xəyalə ilə birlikdə evdən çıxıb həyətə düşdüklərini görmüşdür. Əfqan ondan nə baş verdiyini soruşduqda sonuncuya Qılmanın Elvini bıçaqladığını demişdir. Bu zaman Xəyalə “Qılman bıçağı götürəndə, mən bilirdim onlar dalaşacaq” demiş, sonradan avtomaşını Əfqana təhvil verib, xəstəxanaya gəlmişdir. Xəstəxanada Elvinin artıq öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə qızı üçün evində keçirdiyi toy məclisində Qılmanla Elvin də iştirak etmiş sonuncular eyni stolda əyləşməsələr də toy mərasimi yekunlaşdıqdan sonra mərasim üçün qurulmuş çadıra daxil olduqda Elvinlə Qılmanın eyni stolda oturduqlarını və söhbət etdiklərini görmüşdür. Toy mərasimi zamanı Qılmanla Elvinin bir-biriləri ilə əlbəyaxa olmalarını, yüksək səslə bir-birilərini təhqir etmələrini görməmişdir. Saat 17 radələrində isə gələn qonaqlar öz evlərinə getmiş, xx.xx.2021-ci il tarixdə işdən evə qayıtdıqda, Qılmanın bıçaqla Elvini vurmasını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, bibisinin kürəkəni Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olduğu üçün 2021-ci ilin yayında aldığı torpaq sahəsinin otundan istifadə etmək üçün ona vermiş, həmin vaxt Elvin özünə məxsus ekskavator ilə həmin torpaq sahəsinə yol açmışdır.2021-ci ilin oktyabr ayında Qılman Rusiyadan kəndə qayıtdıqdan sonra sonuncuya torpaq sahəsinin ortasında olan arx qazılmış yerləri və kol-kosu təmizlətməsini dedikdə, Qılman ondan inciməməsini və bu işi Elvinə gördürəcəyini demişdir. Qılmana heç bir şey deməmiş, lakin həmin yerdə heç bir iş görülmədiyini gördükdə, yenidən Qılmandan nə üçün həmin yeri təmizlətmədiyini soruşmuşdur. Qılman yenə də bu barədə Elvinlə danışdığını, lakin qiymət barədə razılaşmadıqlarını demiş, sonra ondan işi neçəyə görəcəyini soruşduqda Qılmana qonşu olduqları üçün həmin işə görə pul deməyəcəyini bildirmişdir. Bundan sonra, həmin işləri görmüş, həmçinin Qılmanın taxılını sahəyə aparmış, bu işlərə görə Qılman ona 170 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə Çaxırlı kəndində işdə olarkən bacısı oğlu Mürsəl ona zəng edərək, Qılmanın Elvini bıçaqlamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 34 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: döş qəfəsinin sol ön yarısında döş boşluğuna nifuz edən ürəyin zirvəsinin deşilmiş – kəsilmiş yarası. Gövdənin arxa səthində belin sağ aşağı tuş hissəsində və sol budun yuxarı 1/3-nin yan səthində yumşaq toxumaların deşilmiş – kəsilmiş yaraları. Sağ diz oynağının ön hissəsində sıyrıq. Burun tağı nahiyəsində fasiləli və sol diz oynağının ön hissəsində (köhnə) sıyrıqlar. X1 meyitinin məhkəmə - tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – döş qəfəsinin sol ön yarısında döş boşluğuna nifuz edən ürəyin zirvəsinin deşilmiş–kəsilmiş yarası iti uclu – iti ülgüclü kənara malik deşici–kəsici əşyanın təsirindən törənmişdir, mərhum Şahid5 ölümündən az əvvəl baş vermişdir, həyatidir, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlməsi halı inkar edilmir və bu da, canlı şəxslərdə dərəcəsinə görə həyat təhlükəsi olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – gövdənin arxa səthində belin sağ aşağı tış hissəsində və sol budun yuxarı 1/3-nin yan səthində yumşaq toxumaların deşilmiş – kəsilmiş yaraları iti uclu – iti ülgüclü kənara malik deşici – kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, mərhum Şahid5 ölmədən az əvvəl baş vermişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlməsi halı inkar edilmir və bu da, canlı şəxslərdə dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər və ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sağ diz oynağının ön hissəsində sıyrıq küt – bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti mərhum Şahid5 ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi ilə əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlmələri halı inkar edilmir, bu da, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir və ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. X1 meyitinin məhkəmə - tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – burun tağı nahiyəsində fasiləli sıyrıq küt – bərk əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlirlər və bu da, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir və ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. X1 meyitinin məhkəmə - tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sol diz oynağının ön hissəsində sıyrıq küt – bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti mərhum Şahid5 ölümündən dəqiqələrlə ölçülən vaxt vahidi ilə sonra əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilmiş tarix – şəraitdə əmələ gəlmələri halı inkar edilmir, bu da, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir və ölümlə heç bir səbəbli əlaqəsi yoxdur. X1 meyitinin əynində olan paltarların yəni, qırmızı rəngli uzunqol, üzəri qara cizgili jaket, ağ rəngli mayka, boz rəngli isti uzunqol köynək, tünd göy rəngli cins materialından olan şalvar və tünd – göy rəngli trusik üzərindəki parça zədələri ilə üst –üstə düşürlər. X2 bədəni üzərində olan xəsarətlərin yənigövdənin arxa səthində belin aşağı tış hissəsində yumşaq toxumanın deşilmiş – kəsilmiş yaranın istiqaməti sağdan – sola, düz, dərinliyi 8,5 sm, sol budun yuxarı 1/3-nin yan səthində yumşaq toxumanın deşilmiş – kəsilmiş olan yaranın istiqaməti soldan – sağa, bir qədər aşağıdan – yuxarı, dərinliyi 6 sm-dir. X1 ölümünə səbəb – döş qəfəsinin sol ön yarısında döş boşluğuna nüfuz edən ürəyin zirvəsinin zədələnməsi ilə müşayət edilən daxili qanitirmə olmuşdur. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə - kimya tədqiqatı nəticəsində 0,5%-i etil spirti aşkar edilmişdir. Bu da, canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik və dərman maddələri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 34/04 nömrəli rəyindən görünür ki, X1 meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol aşağı tış hissəsində döş boşluğuna nifuz edən, belin sağ aşağı tış hissəsində və sol budun yuxarı 1/3-nin yan səthində yumşaq toxumaların deşilmiş – kəsilmiş yaraları deşilmiş – kəsilmiş yarası deşici–kəsici əşyanın təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla E.M.İsmayilovun ölümündən əvvəl yetirilmişdir, qərarın təsviri hissəsində göstərilmiş tarix və şəraitdə əmələ gəlmişlər və ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd bıçağın təsirindən törənməsi halı inkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 615 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2021-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş мəhkəmə fiziki-kimyəvi ekspertizasının 17/831 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərində tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X8 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaketin səthi üzərindən tapılmış qəhvəyimtil-qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X8 məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X8 məxsus 01 ədəd gödəkçənin səthi üzərində tapılmış açıq-qəhvəyi rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş мəhkəmə-kimyəvi ekspertizasının 3891/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik еkspеrtizаsının 769-MTKŞ/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X8 məxsus paltarların (qolsuz mayka, alt köynəyi, uzunqol qırmızı rəngli köynək və gödəkçə) ön səthində solda bir ədəd, arxa səthinin sağ aşağı nahiyəsində bir ədəd, cins şalvarın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd və trusikin arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və qabırğaları özlərini bir qədər biruzə verən küpü olan yastı tiyə tipli deşici – kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Şahid5 məxsus bir cüt corab və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin arxa səthinin sağ aşağı nahiyəsində bir ədəd dəlib-keçməyən kəsilmiş zədə aşkar olundu. Bu zədə hər hansı bir iti kənarlı əşya ilə (alətlə) əmələ gələ bilərdi. Ekspеrtizаyа təqdim еdilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol köynək, cins şalvar, alt şalvarı, iki cüt corab, uzunqol zolaqlı köynək, bir cüt ayaqqabı və **-OG-*** dövlət nömrə nişanlı “Opel” markalı avtomobildən götürülmüş qısaqol köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının мəhkəmə-bioloji ekspertizasının 698/2021 nömrəli rəyindən görünür ki, mərhum X17 оğlunun АBО sistеmi üzrə qаn qrupu-Oalfa, beta(İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- Oalfa, beta(İ). Ekspertizaya təqdim edilmiş E.M.İsmayilova məxsus iki ədəd uzunqol kofta, bir ədəd qolsuz mayka, trusik, corabının bir tayı, uzunqol gödəkçə (palto) və şalvar. Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol mayka, alt şalvarı, uzunqol sviter və şalvar, hadisə yerində zərflərə ayrı-ayrılıqda qablaşdırılmış 08 ədəd pambıq topası və 11 ədəd çay daşı, bir ədəd bıçağın tiyəsi insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, E.M.İsmayilova məxsus iki ədəd uzunqol kofta, bir ədəd qolsuz mayka və uzunqol gödəkçə (palto). Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol mayka və alt şalvarıüzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən X8 və ya. Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Təqdim olunmuş Şahid5 məxsus ayaqqabının sağ tayı, Təqsirləndirilən şəxs bir cüt ayaqqabısı üzərində qan, Şahid5 məxsus ayaqqabının sol tayı, corabının digər tayı, Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol kofta, iki cüt corab və uzunqol gödəkçə, bir ədəd bıçağın dəstəyi üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik-psixioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 13/06 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İş materiallarına əlavə edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Bəydövül kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu Bəydövül kəndində qeydiyyatda olmaqla yaşamış, himayəsində xx.xx.2007-ci ildə doğulmuş Gülay Mustafazadə adlı bir azyaşlı uşaqları var, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş könüllü gəlib təqsirini boynuna alma haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə İsmayıllı rayon Polis Şöbəsinə gələrək törətdiyi əməli etraf etmiş və cinayətin aləti olan bir ədəd bıçağı təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci tarixdə saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 24 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon Hərbi Komissarlığı tərəfindən təqdim edilmiş 048710 nömrəli vəsiqənin surətindən və digər vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsi veteranı olmaqla “Vətən Naminə” və “Vətənpərvərlik işində Xidmətlərinə Görə” medalları ilə təltif edilmişdir. İç materiallarında olan “Göyçay rayon Mərkəzi Xəstəxanası” X21 təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1758 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Şəkərli diabet, İİ tip, orta ağırlıqda” diaqnozu ilə poliklinika şöbəsinin endokrinoloji kabinetində dispanser qeydiyyatdadır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.2 və 228.4-cü maddələrinə tövsifi ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Elvin İsmayılovu sonuncunun ona nalayiq söyüşlər söyməsinə və ona təpik atmasına görə öldürdüyünü göstərsə də həmin halı təsdiq edən hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilən toy mərasimində Elvin İsmayılovun onu nalayiq söyüşlə təhqir edərək onu “fahişə oğlu” adlandırmasını göstərsə də həmin vaxt orada olmuş digər şahidlər bu halı təsdiq etməmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxslə Elvin İsmayılov arasında həmin vaxt iş gördürmək üstündə mübahisə olsa da həmin mübahisə davaya keçməmiş, tərəflər sözlü mübahisə etdikdən sonra aralanmışlar. Ona görə də həmin mübahisə bitdikdən iki gün sonra Təqsirləndirilən şəxs Elvin İsmayılovu küçədə görərək yenidən mübahisənin təşəbbüskarı kimi çıxış edərək sonuncunun yanına getdikdən sonra aralarında mövcud olmuş və artıq sonlanmış mübahisəni aydınlaşdırmaq üçün heç bir cəhd etmədən bu barədə onunla danışmadan bıçaqla vurub xəsarət yetirməklə öldürməsi məhkəmə tərəfindən şəxsi münasibətlər zəminində və ya digər motivlə (qisas almaq və s.) törədilən cinayət kimi qəbul edilə bilməz. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını və cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışmasını, İ Qarabağ Mühribəsi veteranı olmaqla “Vətən Naminə” və “Vətənpərvərlik işində Xidmətlərinə Görə” medalları ilə təltif edilməsini və “Şəkərli diabet, İİ tip, orta ağırlıqda” diaqnozu ilə poliklinika şöbəsinin endokrinoloji kabinetində dispanser qeydiyyatda olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.2 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 22 noyabr 2021-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə bü dcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunda saxlanılan 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd alt şalvarı, 01 ədəd köynək, 01 ədəd zolaqlı uzunqol köynək, 01 cüt corab, 01 cüt ayaqqabı və 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs, 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd mayka, 01 ədəd trusik, 01 cüt corab, 01 cüt ayaqqabı və 01 ədəd mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 02 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus **- OG-*** dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin üzərində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 01 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus **- OG-*** dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin içərisindən aşkar edilmiş üzərində qanabənzər ləkələr olan qolsuz köynək, Təqsirləndirilən şəxs məxsus qan nümunəsi, X8 məxsus qan nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılaraq ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 22 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Prokurorluğunda saxlanılan 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd alt şalvarı, 01 ədəd köynək, 01 ədəd zolaqlı uzunqol köynək, 01 cüt corab, 01 cüt ayaqqabı və 01 ədəd Samsunq markalı mobil telefon Təqsirləndirilən şəxs, 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd boz rəngli uzunqol köynək, 01 ədəd mayka, 01 ədəd trusik, 01 cüt corab, 01 cüt ayaqqabı və 01 ədəd Honor markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın, hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 02 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus **-OG-*** dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin üzərində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 01 ədəd bağlamada Təqsirləndirilən şəxs məxsus **-OG-*** dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin içərisindən aşkar edilmiş üzərində qanabənzər ləkələr olan qolsuz köynək, Təqsirləndirilən şəxs məxsus qan nümunəsi, X8 məxsus qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-123/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-123/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver