Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-123/2023 11.04.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 927,16 qram, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlamış, həmin narkotik vasitənin bir hissəsini üzərində daşımış və xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının Ağdaş şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra həmin tarixdə saat 1226 dəqiqədən 1239 dəqiqəyədək üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibində olan 02 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 7,16 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüş, daha sonra xx.xx.2023-cü il tarixdə saat 1257 dəqiqədən 1308 dəqiqəyədək Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evinə keçirilmiş baxış zaman sonuncunun yaşadığı evin yataq otağında yerləşən paltar dolabında saxladığı 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 920 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olduğundan arvadı polis şöbəsinə zəng etdiyinə görə polis əməkdaşları onu rayon Polis Şöbəsinə aparmış, orada polislər onun üzərinə narkotik vasitə qoyduqdan sonra sonuncuların dedikləri ilə ona CM-in 234.1-ci maddəsi ilə ittiham verilməsi şərti ilə razılaşmışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 1145 radələrində Ağdaş şəhəri 20 Yanvar küçəsində piyada yol gedən zaman Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu RPŞ-yə dəvət etmiş, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis Şöbəsinə getmişdir. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu və çəkiləri müvafiq olaraq 5,9 və 6 qram olan 02 ədəd kibrit qutusunu təqdim etmiş, həmin qutular qablaşdırıldıqdan sonra götürülmüşdür. Həmçinin həmin vaxt yaşadığı ünvan 3 ünvanında yerləşən evdə də narkotik vasitə olmasını söylədiyinə görə həmin ünvana keçirilən baxış zamanı yaşadığı evin yataq otağındakı paltar dolabından içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğu və çəkisi 1,1 kq olan bir ədəd sellofan torba aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Onun üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitəni 2022-ci ilin iyul ayında Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığında yabanı halda bitən çətənə bitkisindən yığdıqdan sonra yaşadığı evə apararaq orada gizlətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri 20 yanvar küçəsində Maşad qəbiristanlığının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələri üzərində saxlamasında şübhəli olduğuna görə PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Ağdaş RPŞ-nə gəlib orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən çəkiləri müvafiq olaraq 5, 9 və 6 qram olan və içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olduğu iki ədəd kibrit qutusu aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri M.P.Vaqif küçəsi 28 ünvanındakı yaşayış evinə keçirilən baxış zamanı yataq otağındakı paltar dolabından içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olmaqla çəkisinin 1,1 kq olduğu bir ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddəni Maşad qəbiristanlığından yığdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, anasının şikayətindən sonra atası Təqsirləndirilən şəxs polis əməkdaşları rayon Polis Şöbəsinə aparmış, təzminən 2-3 saat sonra polis əməkdaşları atası ilə birlikdə geriyə qayıdaraq onları içəri girməyə imkan vermədən evə daxil olmuşlar. Sonra atasını da avtomaşından düşürərək evə birlikdə daxil olduqdan sonra evdən narkotik vasitə tapıldığını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2023-cü il tarixli 17/44 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində”vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 02 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 3,55 qram və 3,61 qram ümumi təmiz çəkiləri 7,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik narkotik tərkibli maddələr olan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “vət. Təqsirləndirilən şəxs ünvan 5 ünvanındakı evindən şkafın içərisindən aşkar olunmuş sellofan paket 01 ədəd” yazısı, adlar və imzalar olan sellofan torbanın içərisindəki, təmiz çəkisi 920,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 ədəd kibrit qutusunda və 01 ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 230 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən çəkiləri müvafiq olaraq 5,9 qr və 6 qr olmaqla içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu iki ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 2023-cü il tarixli baxış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri M.P.Vaqif küçəsi 28 ünvanında yerləşən yaşayış evinə keçirilən baxış zamanı yataq otağındakı dolabdan içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu və çəkisi 1,1 kq olan sellofan torba aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.P.Vaqif küçəsi 28 ünvanında yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2015-ci ildə doğulmuş Binyamin Cümşüdov adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağdaş rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ/6-22/2-77/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindiromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsi tərəfindən verilmiş 023669 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, təqsirləndirilən şəxs ona qarşı qanunsuzluq edilməsi ilə əlaqədar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, nə də ki, hansısa tibb müəssisəsinə müraciət etməmiş, videoçəkilişlə və müdafiəçilərinin iştirakı ilə aparılan şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı arvadının polis orqanlarına şikayətindən sonra polis əməkdaşları tərəfindən aparıldığını göstərsə də iş materiallarında həmin şikayətlə bağlı hansısa sənəd olmamış və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulduqdan sonra üzərində və yaşadığı evdə narkotik vasitə aşkar olunmuşdur. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta ailə üzvləri tərəfindən müraciət olunması halında belə Təqsirləndirilən şəxs tutulması onun narkotik vasitələrin qanunsuz saxlamaması kimi nəticəyə gəlməyə əsas vermir və məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuna saxlaması aparılmış istintaqla tam sübuta yetirildiyi qənaətinə gəlir. X2 ifadəsinə gəldikdə isə məhkəmə yaxın qohumu olduğuna görə həmin ifadəni də təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına yönəlmiş müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, İİ qrup əlil olması və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 yanvar 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 927,01 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-123/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-123/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver