Məhkəmə qərarları › İş №1(091)-123/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-123/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-123/2024 31.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Ağcabədi rayonu Qaravəlli kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Ə.ünvan 1 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 11 mart 2022-ci il tarixli 246/k nömrəli əmrə əsasən həmin tarixdən 6 Saylı X4 Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Nazirlik yanında Meşələrin İnkişafı Xidməti tərəfindən təsdiq edilmiş vəzifə təlimatının İİ bölməsinə əsasən direktor kimi müəssisənin əsasnaməsinə, müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin, meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı qurmaq məqsədi ilə 14 sentyabr 2023-cü il tarixli ərizə ilə mərkəzə müraciət etmiş Şahid1 19 sentyabr 2023-cü il tarixdə 6 X9 X1 meşəbəyliyinin 21-ci kvadratından meşə əkilməsi nəzərdə tutulmayan, meşə örtülü 1,0 (bir) hektar meşə sahəsinin Şahid1 ayrılması haqqında 19 sentyabr 2023cü il tarixli 07 saylı müqaviləni imzalayaraq, mərkəzin möhürü ilə təsdiq edib sonuncuya təqdim etdikdən sonra xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı ilə məşğul olmaqdan ötrü vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin yerdə hasar çəkilməsi üçün Şahid1 2023-cü ilin sentyabr ayında mərkəzin İsmayıllı rayonu, Xanəgah kəndində yerləşən inzibati binasındakı xidməti otağında 5.000 (beş min) manat məbləğində pul vəsaitini alaraq dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə və Şahid1 hüquqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 mart 2021-ci il tarixdə 6 Saylı X4 Mərkəzinə direktor müavini vəzifəsinə təyin edilərək direktor vəzifəsini icra etmiş, 2022-ci ilin iyun ayından isə direktor təyin edilmişdir. Sabirabad X4nın direktoru Vüsal Talıbov ona zəng edərək arıçılıq məqsədilə ona yer verilməsini xahiş etmiş, sonuncuya bunun turizm-rekreasiya məqsədilə mümkün olmayacağını, arıçılıq məqsədilə isə heç bir problemin olmayacağını bildirmişdir. Vüsal ona Əli adlı şəxsi yanına göndərəcəyini, həmin tanışına arıçılıq üçün torpaq lazım olduğunu bildirmiş, Sonradan əsl adının Faiq olduğunu bildiyi Əli və Azər adlı şəxslər onun yanına gəlmişdir. Həmin vaxt kadastr üzrə baş mütəxəssisi Şahid3la birlikdə Əli (Faiq) və Azəri əraziyə baxıb yer seçmələri üçün göndərmiş, Əli (Faiq) göstərilən ünvandakı yeri bəyənərək çoxlu arı yeşiklərinin olduğunu və həmin yerə yerləşdirəcəyini bildirmişdir. Əliyə (Faiq) torpaq mühafizə olunmursa həmin torpaqdan istifadə olunmasına dəymədiyini bildirmiş, arı yeşikləri oraya qoyulacağı təqdirdə mütləq mənada ərazinin kənarlarının hasarlanmalı olduğunu və gözətçi təyin edilməli olduğuna dair fikir bildirmişdir. Əli (Faiq) bu fikirlə razılaşaraq həmin gün ərizə vermiş, həmin ərizə sənəd dövriyyəsinə daxil olmuşdur. Vüsal ona həmin yerdə mühafizə işlərinin aparılması, balaca gözətçi evinin tikilməsinin uzaq olduqları üçün imkanlarının çatmadığını, Əli (Faiq) və Azərlə birlikdə ona 5000 manat pul göndərəcəyini bildirmişdir. Vüsal həmin şəxslərin çox razı qaldıqlarını bildirmiş, Vüsala arının bal yığan vaxt deyil, arı yeşiklərinin yerləşdirildikləri vaxt tikilinin aparılmasını demişdir. Təxminən 5-10 dəqiqə sonra Vüsal ona zəng vuraraq sonuncuya inanmasını, həmin pulu göndərəcəyini və həmin pula hasar çəkilməsinə köməklik etmısini xahiş etmişdir. Həmin pulu rüşvət kimi yox, hasar tikmək məqsədilə almış, müqavilə bağladıqları 9-cu adam olmaqla əvvəlki şəxsin heç birindən rüşvət alınmamışdır. Arıçılıq faəliyyəti ilə Azər adlı şəxs məşğul olmaq istəmiş, 5000 manat pulu da Azər ona vermişdir. Vüsal ilə onun arasında olan telefon danışığına dair səs yazısı olmamış, Azərlə arlarında olan danığıqlara dair səs yazıları olmuşdur. Azər və Əlidən (Faiq) pul istəməmiş, sonuncular özləri çəpərləmə işləri aparmaq üçün ona 500 manat pulu vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yardımlı rayonunda qohumuna məxsus 20 ədəd arı yeşikləri üçün İsmayılla rayonunda yer axtarmış, bu səbəbdən köməklik etməsi üçün dostu Faiqə müraciət etmişdir. Faiq ona İsmayıllıda yer olduğunu, gedib danışmalarını bildirmiş, Bəxtiyar əraziyə hasarın çəkilməsi üçün bugün-sabah edərək onu incitdiyinə görə məcbur qalıb Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs hasarın çəkilməsi üçün 5000 manat pul vermiş, həmin pulu əraziyə gedib-gələ bilmədiyinə görə inanıb vermişdir. İşləri Şahid3 görməli olsa da müdir olduğu üçün Təqsirləndirilən şəxs vermiş, sonuncu ondan 5000 manat pul tələb etməmişdir. Özü taksi fəaliyyəti ilə məşğul olmaqla arı yeşikləri Rusiya Federasiyasında yaşayan Amid adlı tanışına məxsus olmuş, sonuncunun arı yeşiklərinə yer tapmaq üçün köməklik etmişdir. Buna görə tanışı Faiqə müraciət etmiş, Faiq özü də orada çayxana işlətməyi nəzərdə tutmuşdur. 5000 manat pul özünə məxsus olmaqla bir tanışı tərəfindən ona verilmiş, sonradan Təqsirləndirilən şəxs yaxınları tərəfindən həmin pul ona qaytarılmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi verdiyi ifadəsində göstərmişdir ki, yaxın yoldaşlarının məsləhəti, həm də öz marağı olduğu üçün arıçılıqla məşğul olmaq qərarına gəlmiş, bu məqsədlə Əli adlı tanışına müraciət etmişdir. Əlidən yaxın tanışı olan Sabirabad X4 Mərkəzinin direktoru ilə danışaraq sonuncuya İsmayıllı rayonu ərazisində arıçılıqla məşğul ola biləcəyi bir meşə ərazisi təşkil etməkdə köməklik göstərməsini xahiş etmiş, Əli qeyd edilən tanışı ilə danışdıqdan sonra sonuncu onları 6 Saylı X4 Mərkəzinin direktoru Təqsirləndirilən şəxs yanına göndərmişdir. Əli ilə birlikdə 2023-cü ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs İsmayıllı rayonu Xanəgah kəndində olan xidməti otağına getmiş, sonuncu onları otağında qəbul etmişdir. Təqsirləndirilən şəxs otağında olarkən arıçılıqla məşğul olmaq istədiyini, bu məqsədlə İsmayıllı rayonu ərazisindən ona 1 ha meşə torpağının icarəyə verilməsini xahiş etmiş, sonuncu Bəxtiyar adlı işçisi vasitəsi ilə onları Qəbələ yolu üzərində sol tərəfdə olan torpaq sahəsini onlara göstərmişdir. Əraziyə baxıb bəyəndikdən sonra geri qayıdaraq Şahid3 ona göstərdiyi torpaq sahəsini bəyəndiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan həmin torpaq sahəsinin icarəyə verilməsi müqabilində 5.000 (beş min) manat pul vəsaiti istəmişdir. Həmin vaxt tanışı Əli də yanlarında olmuş, meşə fondu torpaqlarının icarəsinin pulsuz olduğunu bildiyi üçün bu barədə düşünüb cavab verəcəyini bildirməklə öz mobil telefonu vasitəsilə həmin görüşün səs yazısını qeyd etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri ilə ona verilmiş video görüntü vasitəsilə Təqsirləndirilən şəxs ondan tələb etdiyi 5.000 manat pul vəsaitini sonuncunun xidməti otağında təqdim etmişdir. Həmin vaxt Əli adlı tanışı da orada olmuş, Pul vəsaitini 1000 manat formasında 100 manatlıq və 50 manatlıq əskinaslarla Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonuncu isə həmin pul vəsaitini götürüb öz xidməti stolunun siyirtməsinə qoymuş, bundan sonra qeyd edilən torpaq sahəsinin ona arıçılıq məqsədi ilə verilməsi haqqında icarə müqaviləsi bağlanaraq müqavilə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Meşələrin İnkişafı Xidmətinin 3 saylı X5 Mərkəzinin direktoru işləmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında sonradan adının Faiq olduğunu bildiyi Əli adlı şəxs yanına gələrək onlara məxsus olan yeri icarəyə götürmək istədiyini bildirmiş, sonra ona ağsaqqalının Rusiya Federasiyasında olduğunu, məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Sonra qardaşı ilə həmin yerə baxmağa getmiş, yerə baxaraq xoşuna gəldiyinə görə yerə yol çəkəcəklərini bildirmişdir. Əli (Faiq) ona təsərrüffatlarında arıçılıq olduğunu, İsmayıllı, Şamaxı tərəflərdə yolda həmin arıları saxlamaq üçün yer lazım olduğunu bildirərək həmin ərazidə X4 Mərkəzinin direktoruna müraciət edə bilib-bilməyəcəyini soruşmuşdur. Bundan sonra 6 Saylı X4 Mərkəzin direktoru Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq bir nəfər tanıdığı şəxsin arıçılıqla məşğul olmaq istədiyini, həmin şəxsə İsmayıllı tərəfdə arıları saxlamaq üçün ərazi lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs də ona həmin şəxsi göndərməsini, məsələni həll edəcəyini bildirmiş, sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq göndərdiyi şəxslərlə danışdığını, həmin şəxsə köməklik edə biləcəyini, amma şəxsin istədiyi yerdəki ərazilərin vəhşi heyvanların dağıdacağını, buna görə də çəpərləmə yolu ilə tədbir görülməsini bildirmişdir. Bu barədə Əliyə (Faiq) bildirmiş, Əli ona həmin ərazidə heç kimi tanımadığını dedikdə bu barədə Təqsirləndirilən şəxs müraciət etməsini bildirmişdir. Təqsirləndirilən şəxslə 5000 manatla bağlı aralarında heç bir danışıq olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstyərmişdir ki, 2023-cü ilin avqust ayında qardaşı İdrak Talıblıya məxsus Sabirabad rayonu, Qasımbəyli kəndində yerləşən 25 ha ölçüdə torpaq sahəsində olan fermanın satışı ilə əlaqədar Əli adlı şəxslə tanış olmuş, sonuncu fermanı almaq istəsə də qiymətdə razılaşmamışlar. Təxminən 2023-cü ilin sentyabr ayının sonlarında Əli adlı şəxs onun iş yerinə gələrək Rusiya Federasiyasında yaşayan tanışının İsmayıllı rayonu ərazisində arıçılıqla məşğul olmaq məqsədilə torpaq sahəsi axtardığını, ondan bu məsələ ilə əlaqədar köməklik etməsini xahiş etmişdir. O da bu məqsədlə 6 Saylı X4 Mərkəzinin rəisi Təqsirləndirilən şəxs müraciət edərək Əli adlı tanışının İsmayıllı və Qəbələ rayonları ərazisində arıçılıq ilə məşğul olmaq istədiyini və bu mövzuda köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs də onun xahişini yerə salmayaraq, Əlini yanına göndərməsini bildirmişdir. Bundan təxminən bir müddət sonra Əli zəng edərək, gedib Təqsirləndirilən şəxslə görüşdüklərini, işlərinin həll olunduğunu, yaxın vaxtlarda arı yeşiklərini aparıb icarəyə götürdükləri ərazidə yerləşdirəcəklərini bildirərək və ona öz təşəkkürünü bildirmişdir. Həmin vaxta kimi Təqsirləndirilən şəxs sonuncunun Əlinin Şahid1 adlı tanışından 5000 manat rüşvət alması barədə məlumatı olmamış, bu barədə Təqsirləndirilən şəxslə heç bir söhbətləri olmamışdır. Eləcə də Təqsirləndirilən şəxslə aralarında Əliyə və ya sonuncunun Şahid1 adlı tanışına arıların mühafizəsi üçün gözətçi məntəqəsinin tikilməsi barədə danışıq olmamış və bu barədə heç bir xahiş etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azər arıçılıqla məşğul olmaqla həmin arıları Masallı bölgəsində saxlamış, Masallıda ağaclar olmadığına görə yeşikləri İsmayıllı rayonuna aparmağı qərara almışdır. Şahid1lə birlikdə Təqsirləndirilən şəxs qəbulunda olmuş, onun yanında köşk tikilməsi və ərazinin metal torla əhatə olunmasından başqa danışıq olmamışdır. Təqsirləndirilən şəxs yanına getmələrini X7 X2 Talıblının xahişi ilə getmiş, Azərin ona arı saxlamaq üçün İsmayıllı ərazisində yer tapılmasında köməklik etməsini xahiş etdikdən sonra o da öz növbəsində Vüsal Talıbova müraciət etmişdir. Azərin Təqsirləndirilən şəxs pul verib-verməməsini bilməsə də, Azər ona 3 gündən sonra yeri metal torla əhatələnəciyini bildirmişdir. Təqsirləndirilən şəxs yanında olarkən Azərlə sonuncunun yanında pul söhbəti olmasından məlumatı olmamış, sonuncular yerin metal torla əhatələnəciyini və orada köşk tikiləcəyini müzakirə etmişlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağrılan zaman Azərin həmin idarəyə şikayət etdiyini bilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, adının Faiq olmasına baxmayaraq, hamı onu Əli kimi tanımış və bu adla müraciət etmişlər. Şirvan şəhərindən olan tanışı Şahid1 ona müraciət edərək İsmayıllı rayonu ərazisində arıçılıqla məşğul olmaq istədiyini bildirdiyinə görə tanışı olan Sabirabad X4 Mərkəzinin direktoru Şahid2 buna görə köməklik etməsini xahiş etmiş, Şahid2 ilə sonuncunun qardaşının fermasını almaq istəyən zaman tanış olmuşdur. Vüsal 6 Saylı X4 Mərkəzinin direktoru Təqsirləndirilən şəxs zəng edərək tanışlarının İsmayıllı rayonu ərazisində arıçılıq üçün meşə sahəsi axtardığını bildirdikdən sonra Vüsal onlara Təqsirləndirilən şəxs onları gözlədiyini bildirmişdir. Azərlə birlikdə 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs iş yeri olan İsmayıllı rayonu Xanəgah kəndində yerləşən xidməti otağına getmiş, qəbulda olarkən Azər arıçılıqla məşğul olmaq istədiyini və bu məqsədlə İsmayıllı ərazisindən 1 ha meşə torpağının icarəyə verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də Bəxtiyar adlı işçisi vasitəsi ilə onlara Qəbələ yolu üzərində sol tərəfdə olan torpaq sahəsini göstərmiş, əraziyə baxıb bəyəndikdən sonra Azər ilə birlikdə Təqsirləndirilən şəxs xidməti otağına qayıtmışlar. Xidməti otaqda olarkən Bəxtiyarın onlara göstərdiyi torpaq sahəsini bəyəndiklərini bildirmiş, Təqsirləndirilən şəxs Azərdən həmin torpaq sahəsinin icarəyə verilməsi müqabilində 5.000 (beş min) manat pul vəsaiti istəmişdir. Meşə fondu torpaqlarının arıçılıq məqsədi ilə icarəsinin pulsuz olduğunu bildikləri üçün Təqsirləndirilən şəxs təklifi barədə düşünüb cavab verəcəklərini bildirmiş, Şahid1 öz mobil telefonu vasitəsilə həmin görüşün səs yazısını qeyd etmişdir. Bundan sonra Şahid1 müvafiq olaraq, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbiri ilə video görüntü vasitəsilə 5.000 manat pul vəsaitini Şahid1 xidməti otağında Təqsirləndirilən şəxs təqdim etmişdir. Azər pul vəsaitini 1000 manatlıqlar formasında olmaqla 100 manatlıq və 50 manatlıq əskinaslarla Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu isə həmin pul vəsaitini götürüb öz xidməti stolunun siyirtməsinə qoymuşdur. Bundan sonra qeyd edilən torpaq sahəsinin Azərə arıçılıq məqsədi ilə verilməsi haqqında icarə müqavilə bağlanmış və müqavilə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş 6 Saylı X4 Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu xidməti otağına dəvət edərək yanında olan və sonradan adlarının Faiq və Azər olduğunu bildiyi şəxslərin arıçılıqla məşğul olmaq istədiklərini və birlikdə əraziyə getmələrini bildirmiş, həmin şəxslərlə birlikdə əraziyə gedərək kordinatları vurduqdan sonra ərazini qırmızı lentlə bağlamışlar. Azər adlı şəxsin yazdığı ərizə qeydiyyatdan keçdikdən sonra icra üçün ona təqdim olunmuş, 3-4 gün sonra müqavilə hazırlanaraq şəxslər gəlib qol çəkdikdən sonra Təqsirləndirilən şəxs təqdim etmişdir. Hansısa məbləğdə pul alınması ilə bağlı məlumatı olmamış, Təqsirləndirilən şəxs onun yanında Şahid2 ilə arıçılığın yerləşdirilməsi və çəpərlənmə ilə bağlı söhbət etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, baş mühəndis olaraq vəzifəsi meşə fondu torpaqlarında kadastr işlərinin görülməsindən ibarət olmuş, 2023-cü ilin sentyabr ayında mərkəzin rəisi Təqsirləndirilən şəxs onu otağa dəvət edərək Şahid1 arıçılıq məqsədi ilə meşə torpağı axtardığını bildirib ondan sonuncuya ərazini göstərməsini xahiş etdiyinə görə Azər və yanındakı şəxslə birlikdə inzibati binadan çıxaraq, Qəbələ istiqamətində magistral yolun sol tərəfində su kanalı keçən ərazidə Şahid1 istəyinə görə həmin ərazidə GPRS ölçü cihazı vasitəsilə kordinatlar götürmüşdür. Həmin kordinatlar götürdüyü nöqtələrə Azər qırmızı lent bağlamış, ərazi təxminən 1 ha təşkil etmişdir. Bundan sonra, idarəyə geri qayıtmış, Azər rəsmi müraciət edərək, arıçılıq məqsədi ilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həmin ərizə rəsmi qaydada sistemə düşəndən sonra rəis tərəfindən dərkənarla ona verilmiş, məktubu icra üçün qəbul edəndən sonra bir neçə gün ərzində xəritəsi və arıçılıq məqsədi ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi hazırlanmışdır. Təxminən 4-5 gün sonra Azər və yanındakı şəxs idarəyə gəlmiş, həmin vaxt qeyd edilən şəxslər müqaviləni onun yanında imzalayaraq rəisin yanına keçmişlər. Bundan bir neçə dəqiqə sonra rəis Təqsirləndirilən şəxs ondan müqaviləni istəmiş, müqavilə ilə rəisin yanına daxil olub müqaviləni qoyub otaqdan çıxmışdır. Daha sonra Azər və tanışı rəisin yanından çıxanda müqavilənin bir nüsxəsini ona təqdim etmiş, o biri nüsxəsi isə özlərində qalmışdır. Təqsirləndirilən şəxs torpaq sahəsini Şahid1 arıçılıq məqsədi ilə icarəyə verilməsi müqabilində sonuncudan hər hansı məbləğdə pul vəsaiti istədiyi və aldığı barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs tapşırığı əsasında Şahid1 ərazini göstərdikdən sonra müqaviləni tərtib edərək təqdim etrmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-2084/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında 6 ay müddətində texniki vasitələrdən istifadə edilməklə gizli foto və video çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisənin inzibati binasına, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 19 sentyabr 2023-cü il tarixli texniki vasitənin quraşdırılması haqqında protokola əsasən Şahid1 əməliyyat tədbirinin keçirilməsi, yəni danışıqların audio və video yazısının aparılması məqsədilə şikayətçinin üzərinə xüsusi səs və video yazan texniki avadanlığın quraşdırılması müəyyən edilir. İş materiallarına əlavə edilmiş 19 sentyabr 2023-cü il tarixli pul əskinazlarının təqdim edilməsi haqqında protokola əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə təqdim edilmiş pul əskinazlarının nömrələri qeyd edilməklə və şəkilləri çəkilməklə əməliyyat tədbirinin keçirilməsi məqsədilə şikayətçiyə təqdim edilməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə izahatına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, CD diskdə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid4 arasında aşağıdakı məzmunda səs yazısı mövcuddur: R - Sən otur (telefonla danışır) A - Bir hektar yer yaxşıdı R - Bax o dediyimə əməl eləyə bilsə A - Yaxşı yerdə olsa lap gözəl olar R - İndi bu kadastr üzrə mütəxəssisdi, bunu qoşacam sizə, yəni bu o işə baxan adamdı də, indi özünüz danışın, hörmətin-izzətin eliyərsiz, sənətdəşdirər, neyniyər nağayrar, biz də təsdiq eliyərik gedər A - Belə opşi sənətdəşdirmə rüsumu zadı nə çıxır Rəsul müəllim? R - Vallah o belə eliyəcəklər də onu da dedim A - 5000? R - Hə A - 5000 rüsumdu? Yoxsa necə? R - Yox, rüsumsuz olacax A - Rüsumsuz? R - Hə, heç bir dövlətə heç bir pul keçirtmiyəssən A - Bə dövlətə hardasa nəsə rüsum köçürtməliyikmi R - Yox A - Səhərsi günnəri əlimizdə nəsə sənədə görə R - Yox, keşmir də arıçılıq A - Hardasa prablem yaşamıyacağıq ki? R - Arıçılıq üçün Nazirlər Kabinetinin qərarı var, pulsuzdu A - Pulsuzdu R - Bəli A - Amma 5000 manat kənardı F - Bu R - Yəni biz onu A - Belə öz aramızda düzüb-qoşuruq da yəni F - Məllim belə deyir R - Yo, rəsmi şəkildə F - Məllim verir A - Rəsmi R - Rəsmi sənəddi, rəsmi sənəddi sənin üçün A - Aha R - Amma Nazirlər Kabinetinin qərarıynan arıçılıq təsərrüfatı üçün verilən müqavilələr hələ ki, ödəniş yoxdu. Bu qanuni bir haldı, qanunsuz deyil. Sizin əlinizdə olan sənəd qanuni sistemdə oturacax bir sənətdi A - Ay sağ ol R - Elebelə sənəd verilmir sənə. Bu qanuni şəkildə portalda, sistemdə oturan bir sənəddi ki, arıçılıq məqsədiylə filankəsin filan qədər ərazisi var. Bu sistemdə oturur. Bu sənəd sistemə sənətə bu saat sənətə nömrəni sistem qoyur. Artıq o kitab yoxdu ki, kitaba işdiyəsən ki, nömrə qoyum. Bu komputerdi sistemdi. Vahid bazadı. Sən ərizə verəcən, ərizən sistemə girəcək, sistem o ərizəyə özü nömrə qoyacax. Yəni bu qaydada mən levi çöldən sənəd verən adama oxşuyuram heç, oxşamıram A - Yo bildim də levi də bizə lazım deyil R - Yo levi kimə lazımdı ki A - Bizə rüsum nədi o lazımdı R- Yəni ona görə ... məllim onu peçat vurub qolunu çəkəcək mən özümçün mən heç ona ehtiyacım da yoxdu. Sadəcə Vüsal deyib mən onu eliyirəm. R - 3-4 günə sənətini verəciyik biz A - Hə fiso F - Tam düzələcəy belə R - Bəxtiyar gəlsin, amma yenə deyirəm baş meşəbəyinən bunun özünü hərəsinə bir 200 manat 300 manat belə təxminən bir 500 manat pul çıxacax. F - Hə onnarnan bağlı A - Prablem yoxdu məllim R - Yəni olar gedir də, bax bu tapacax F - Bildim R - Siznən bir yerdə gedəcək A - Narmal yer olsun da Rəsul müəllim R - İndi baxın, bəyəndiyiniz yer olsun də, Lahıc yolu qoy görək harda nə var, özü gəlsin yanınızda danışacam, hardan tapacax, neyniyəcək, yəni 40 ilin işçisidi bu. Bizim bu idarənin kadastrıdı, ölçüb biçib xəritəsini verən, sizə xəritə veriləcək, yerinizin xəritəsi olacax. Təsdiq olunmuş xəritəsi olacax. Əlinizdə təsdiq olunmuş müqaviləniz olacax. A - Gətirib oranı setkalamax, sonrasını işdərimizi görmək. İş materiallarına əlavə edilmiş və Şahid1 tərəfindən arıçılıq məqsədi ilə meşə ərazisinin ayrılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 6 Saylı X4 Mərkəzinin direktoru Təqsirləndirilən şəxs pul vəsaitinin verilməsi barədə əməliyyat çəkilişinin əks olunduğu 6 dəqiqə 25 saniyəlik video görüntüdə Təqsirləndirilən şəxs (R), Şahid1 (A) və Şahid4 İsrafil oğlu (F) arasında aşağıdakı məzmunda söhbət mövcuddur: A: Müqavilə şərtlərinə əməl etməklə, ən əsas burda bir bənd var, istifadəyə verilmiş ərazidə heç bir əsaslı tikintiyə yol verməmək, gələcəkdə arıçılıqdan qabaq nəsə eləmək olar? R: Belə deyək siz bu torpağa əl qoyursuz da, gələcəkdə onu turizm rekresiyaya çevirə bilərsiniz, o artıq gələcəyin işi olacaq. Yəni hələ ki, biz ona söz vermirik. Sadəcə o torpaq sizə verilir. 5 illik müqavilə ilə verilir sizə. A: Bir də ki, Rəsul müəllim hansısa qrumdan gəlib bizə dəyib dolaşan olmaz ki? R: Yox rəsmi müqavilə vermişəm sizə. Müəyyən setkalama, mühafizə işləri görə bilərsiniz. A: setka çəkə bilərik? R: Başqa nə iş görmək istəyirsiz orda? A: Arıçılıq hələ ki R: Hə arıçılıqdır da. O yer sənindir heç kim müdaxilə edə bilməz. Bir butka da qoya bilərsən. Avadanlığını yığmaq üçün, qalmaq üçün, mühafizə üçün, yəni ona problem yoxdur. Başqa nə qaranlıq sual qaldı? A: Bütün sənədlər tam hazırdır? Əyər-əksik qalmadı ki? R: Hə hazırdır, qol çək. Xəritəsini də qoydun dalına? F: Qoydum, xəritəsi üstündə, peçatdanmış, qollanmış müqavilədir. 5 il müddətinə qüvvədədir. Gələcəkdə hansısa təyinatını dəyişmək lazım olanda o gələcəyin işidir. R: Kim nə bilir? Mən 5 gün burdayam sonra burda deyiləm. Amma rəsmi elektron sənəd dövriyyəsinə daxil olmuş sənəddir. Qanuni sənəddir. A: Birinci əl? R: Hə, birinci əl qanuni sənəddir. Birbaşa yer sizə verilir. İkinci bir adam ola yoxdur orda. A: Allah xeyrimizi versin. R: Amin, Allah xeyri versin. A: (pulu təqdim edir) bir, bu min manat, iki R: Elə açıq şəkildə ortaya qoyma. Elə açıq şəkildə vermə də. A: üç, dörd, bu da beş R: Bu saat axmaq dövrdüre ona görə deyirəm. A: Yox narahat olma R: (Pulu götürüb stolun siyirməsinə qoyur.) A: Allah avand eləsin. R: Ora bir dənə butka da qoya bilərsiniz, amma yavaş-yavaş da, tədricən. Amma arı yeşiyi həmişə orda olsun. Nə var, nə qaranlıq da varsa deyin. A: Əsas sənəd düzgün yerindədir? R: Mən o işə gedən adam deyiləm. Özüm də polkovnikəm, otuz il də rəis işləmişəm. kifayət qədər mənim imkanım da var. Yəni onun acı da deyiləm. O qanuni sənəddir, başımla da cavabdehəm. A: Oldu müəllim! R: Nə kömək lazım olsa də buralardayam. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fonoskopik ekspertizasının 20 noyabr 2023-cü il tarixli 3-16-16/2-4/1866 saylı rəyindən görünür ki, Şahid1 tərəfindən izahatına əlavə edilmiş CD diskdəki səs yazıları Təqsirləndirilən şəxs və Şahid1 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə fonoskopik ekspertizasının 22 dekabr 2023-cü il tarixli 3-16-16/2-4/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş əməliyyat çəkilişinin əks olunduğu fonoqramda qeydə alınan danışıqlarda situasiya ilə əlaqəli olmayan ifadələrarası və cümlələrarası məntiqi abitənin pozulması, danışıq siqnalında keçid prosesi üçün xarakterik siqnal, akustik şəraitin kəskin dəyişməsi, videofonoqramdakı görüntülərə baxış zamanı kəskin səhnə dəyişikliyi kimi montaj əlamətləri müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Şahid1 19 sentyabr 2023-cü il tarixli müqavilə ilə arıçılıq məqəsdi ilə ayrılmış əraziyə baxış keçilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, ərazi Qəbələ İsmayıllı yolunun İsmayıllı istiqamətində sağ tərəfdə yerləşir. Ərazi meşə sahəsidir. Qeyd edilən ərazinin hüdudlarına qırmızı lentlər bağlanmışdır. Baxış zamanı ərazidə hər hansı tikili müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş, baxış keçilməsi haqqında 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ərizəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “DMS PRO” elektron sənəd dövriyyəsi sisteminə əlavə edilmiş və onunla bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə isə meşə fondu torpaqlarının istifadəyə verilməsinə dair bağlanmış müqavilələrin qeydiyyat kitabına işlənmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10n 9 Saylı Qəbələ Ərazi İdarəsinin 22 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən Şahid1 ayrılmış ərazidə aparılmış ölçmə işləri nəticəsində torpaq sahəsinin mülkiyyət növünün “Dövlət”, kateqoriyasının isə “Meşə fondu torpaqları” olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 30 dekabr 2023-cü il tarixli 4/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 19 sentyabr 2023-cü il tarixli 07 saylı “Meşə fondu sahələrinin arı ailələrinin saxlanılması məqsədi üçün istifadəyə verilməsi barədə” müqavilənin 2-ci səhifəsinin 6-cı bəndində “Tərəflərin hüquqi ünvanları” hissəsinin sol tərəfində “Direkto” qrafası qarşısında olan imza və xx.xx.2023-cü il tarixli ərizənin üzərindəki dərkənarda olan əlyazmalar və “Direktor” qrafası qarşısında olan imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Şahid1 6 Saylı X4 Mərkəzinə ünvanladığı 14 sentyabr 2023-cü il tarixli ərizə və dərkənardan görünür ki, sonuncu müraciət edərək arı ailələrini mövsümlə əlaqədar İsmayıllı rayonuna apardığını, bununla əlaqədar İsmayıllı- Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 ha sahəni icarə müqaviləsi əsasında ona verilməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə müvafiq ərizəni dərkənarı imzalamaqla icra edilməsi üçün Şahid3 tapşırmışdır. İş materiallarına əlavə edilmiş 19 sentyabr 2023-cü il tarixli 07 saylı “Meşə fondu sahələrinin arı ailələrinin saxlanması məqsədi üçün istifadəyə verilməsi barədə müqavilədən görünür ki, müəssisə 6 X9 X1 meşəbəyliyinin 21-ci kvartalının meşə əkilməsi nəzərdə tutulmayan, meşə ilə örtülü 1,0 hektar meşə sahəsini ayırmağı öhdəsinə götürür. Müqavilə sonda mərkəzin direktoru Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin 11 mart 2022-ci il tarixli 246/k saylı əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 3(üç) ay müddətinə Şamaxı X4 Mərkəzinin mühafizə işləri üzrə direktor müavini vəzifəsinə, 6 iyul 2022-ci il tarixli 644/k saylı əmrlə 6(altı) ay müddətinə mərkəzin direktoru vəzifəsinə təyin edilmiş, 12 yanvar 2023-cü il tarixli 029/k saylı əmrlə onunla bağlanmış müqavilənin müddəti 6 (altı) ay müddətinə, 17 iyul 2023-cü il tarixli 782/k saylı əmrlə 1(bir) il müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin 1 noyabr 2023cü il tarixli 1341/k saylı əmri ilə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61 və 68.2-ci maddələrinə əsasən xitam verilmişdir. 13 noyabr 2023-cü il tarixli protokol ilə cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, mərkəzin direktoru müəssisənin əsasnaməsinə, müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin, meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. 13 noyabr 2023-cü il tarixli protokol ilə cinayət işinin materiallarına əlavə edilmiş, “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsinə əsasən, arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində olan ərazilərdən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələri tələb olunmur. Təqsirləndirilən şəxs xidməti otağında 30 oktyabr 2023-cü il tarixdə aparılmış baxış zamanı üzərindən götürülmüş 1000 (min) manat pul vəsaiti 10 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 6 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən göndərilmiş 2 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” X10 tərəfindən göndərilmiş 5 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan “Binəqədi-31” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərvaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 62 nömrəli arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü ehtiyatda olan polkovnik Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında “Şəkərli diabet tip 2” diaqnozu ilə qeydiyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin və arayışların surətindən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissə hissənin tərkibində zabit qismində İ Qarabağ müharibəsində iştirak etmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 311.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmış, barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş, 9 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs statusundan çıxarılmış və onun barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023cü il tarixli qərarından göürünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmiş, onun əməlində CM-in 311.1-ci maddəsinin tərkibinin olması sübuta yetməmişdir. Ona görə də onun əməli CM-in 308.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edilməlidir. Belə ki, , CM-in 311.1-ci madəsində nəzərdə tutulan rüşvət alma cinayətinin tərkib əlamətinin yaranması üçün təqsirkar şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti istəməli və ya almalı, yaxud bu barədə təklif və ya vədi qəbul etməlidir. Halbu ki, istər məhkəmə istintaqı zamanı, istərsə də, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Şahid1 5000 manat məbləğində pulu ona ittihamda irəli sürülən mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı ilə məşğul olmaqdan ötrü deyil, məhz həmin ərazidə hasar tikintisi üçün aldığını bildirmiş, məhkəmə istintaqı zamanı digər şahidlər də bu halı təsdiq etmişlər. Yuxarıda da, göstərildiyi kimi məhkəmə istintaqında şahidlər Şahid1, Şahid4, Şahid2 və Şahid3 qeyd olunan halları təsdiqləmişlər. Belə ki, Şahid1 ifadəsində Təqsirləndirilən şəxs hasarın çəkilməsi üçün 5000 manat pulu əraziyə gedib-gələ bilmədiyinə görə verdiyini, Şahid4 ifadəsində Azərin 3 gündən sonra ona razılaşdırdıqları yeri metal torla əhatələnəciyini, Şahid2 ifadəsində Təqsirləndirilən şəxsun ona zəng vuraraq göndərdiyi şəxslərlə danışdığını, həmin şəxsə köməklik edə biləcəyini, amma şəxsin istədiyi yerdəki ərazilərin vəhşi heyvanların dağıdacağını, buna görə də çəpərləmə yolu ilə tədbir görülməsini bildirdiyini, bu barədə Əliyə (Faiq) bildirdiyini, Əli ona həmin ərazidə heç kimi tanımadığını dedikdə bu barədə Təqsirləndirilən şəxs müraciət etməsini bildirdiyini, Şahid3 isə ifadəsində Təqsirləndirilən şəxs onun yanında Şahid2 ilə arıçılığın yerləşdirilməsi və çəpərlənmə ilə bağlı söhbət etdiklərini göstərmişlər. Bununla yanaşı məhkəmə iclasında məhkəməyədək icraat zamanı toplanmış sübutlar tədqiq edilərkən ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə CM-in 311.1-ci maddəsi ilə ittiham irəli sürərkən həmin cinayətin tərkibinin zəruri əlaməti olan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası olaraq Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsinə əsasən, arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində olan ərazilərdən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələri tələb olunmadığı halda, mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı ilə məşğul olmaqdan ötrü 5000 manat pul almasına dair çəkilmiş əməliyyat-axtarış tədbirlərinin keçirildiyi video-görüntünü və Şahid1 ifadələrini itthamın əsası kimi götürdüyü aydınlaşmışdır. Bununla bağlı məhkəmə hesab edir ki, həmin səs yazılarının və video-gürüntünün məzmununda da tərəflər arasında danışıqlarda Təqsirləndirilən şəxs 5000 manat pulu məhz öz xidməti vəzifələrinin icrası ilə əlaqədar alması tam təsdiq olunmur. Belə ki, Şahid1 Təqsirləndirilən şəxslə arasında olan danışıqlara dair səs yazısında olan diaqloda (A - Belə opşi sənətdəşdirmə rüsumu zadı nə çıxır Rəsul müəllim? R - Vallah o belə eliyəcəklər də onu da dedim A - 5000? R - Hə A - 5000 rüsumdu? Yoxsa necə? R - Yox, rüsumsuz olacax A - Rüsumsuz? R - Hə, heç bir dövlətə heç bir pul keçirtmiyəssən A - Bə dövlətə hardasa nəsə rüsum köçürtməliyikmi R – Yox A - Səhərsi günnəri əlimizdə nəsə sənədə görə R - Yox, keşmir də arıçılıq A - Hardasa prablem yaşamıyacağıq ki? R - Arıçılıq üçün Nazirlər Kabinetinin qərarı var, pulsuzdu A – Pulsuzdu R - Bəli A - Amma 5000 manat kənardı F – Bu R - Yəni biz onu A - Belə öz aramızda düzüb-qoşuruq da yəni F - Məllim belə deyir R - Yo, rəsmi şəkildə F - Məllim verir A - Rəsmi R - Rəsmi sənəddi, rəsmi sənəddi sənin üçün A – Aha R - Amma Nazirlər Kabinetinin qərarıynan arıçılıq təsərrüfatı üçün verilən müqavilələr hələ ki, ödəniş yoxdu. Bu qanuni bir haldı, qanunsuz deyil. Sizin əlinizdə olan sənəd qanuni sistemdə oturacax bir sənətdi A - Ay sağ ol R - Elebelə sənəd verilmir sənə. Bu qanuni şəkildə portalda, sistemdə oturan bir sənəddi ki, arıçılıq məqsədiylə filankəsin filan qədər ərazisi var. Bu sistemdə oturur. Bu sənəd sistemə sənətə bu saat sənətə nömrəni sistem qoyur. Artıq o kitab yoxdu ki, kitaba işdiyəsən ki, nömrə qoyum. Bu komputerdi sistemdi. Vahid bazadı. Sən ərizə verəcən, ərizən sistemə girəcək, sistem o ərizəyə özü nömrə qoyacax. Yəni bu qaydada mən levi çöldən sənəd verən adama oxşuyuram heç, oxşamıram A - Yo bildim də levi də bizə lazım deyil R - Yo levi kimə lazımdı ki A - Bizə rüsum nədi o lazımdı R- Yəni ona görə ... məllim onu peçat vurub qolunu çəkəcək mən özümçün mən heç ona ehtiyacım da yoxdu. Sadəcə Vüsal deyib mən onu eliyirəm. R - 3-4 günə sənətini verəciyik biz A - Hə fiso F - Tam düzələcəy belə R - Bəxtiyar gəlsin, amma yenə deyirəm baş meşəbəyinən bunun özünü hərəsinə bir 200 manat 300 manat belə təxminən bir 500 manat pul çıxacax. F - Hə onnarnan bağlı A - Prablem yoxdu məllim R - Yəni olar gedir də, bax bu tapacax F – Bildim R - Siznən bir yerdə gedəcək A - Narmal yer olsun da Rəsul müəllim R - İndi baxın, bəyəndiyiniz yer olsun də, Lahıc yolu qoy görək harda nə var, özü gəlsin yanınızda danışacam, hardan tapacax, neyniyəcək, yəni 40 ilin işçisidi bu. Bizim bu idarənin kadastrıdı, ölçüb biçib xəritəsini verən, sizə xəritə veriləcək, yerinizin xəritəsi olacax. Təsdiq olunmuş xəritəsi olacax. Əlinizdə təsdiq olunmuş müqaviləniz olacax. A - Gətirib oranı setkalamax, sonrasını işdərimizi görmək.) və əməliyyat çəkilişinin əks olunduğu görüntüdə Təqsirləndirilən şəxs (R), Şahid1 (A) və Şahid4 İsrafil oğlu (F) arasındakı üçtərəfli dialoqdan da görünür ki, (A: Müqavilə şərtlərinə əməl etməklə, ən əsas burda bir bənd var, istifadəyə verilmiş ərazidə heç bir əsaslı tikintiyə yol verməmək, gələcəkdə arıçılıqdan qabaq nəsə eləmək olar? R: Belə deyək siz bu torpağa əl qoyursuz da, gələcəkdə onu turizm rekresiyaya çevirə bilərsiniz, o artıq gələcəyin işi olacaq. Yəni hələ ki, biz ona söz vermirik. Sadəcə o torpaq sizə verilir. 5 illik müqavilə ilə verilir sizə. A: Bir də ki, Rəsul müəllim hansısa qrumdan gəlib bizə dəyib dolaşan olmaz ki? R: Yox rəsmi müqavilə vermişəm sizə. Müəyyən setkalama, mühafizə işləri görə bilərsiniz. A: setka çəkə bilərik? R: Başqa nə iş görmək istəyirsiz orda? A: Arıçılıq hələ ki R: Hə arıçılıqdır da. O yer sənindir heç kim müdaxilə edə bilməz. Bir butka da qoya bilərsən. Avadanlığını yığmaq üçün, qalmaq üçün, mühafizə üçün, yəni ona problem yoxdur. Başqa nə qaranlıq sual qaldı? A: Bütün sənədlər tam hazırdır? Əyər-əksik qalmadı ki? R: Hə hazırdır, qol çək. Xəritəsini də qoydun dalına? F: Qoydum, xəritəsi üstündə, peçatdanmış, qollanmış müqavilədir. 5 il müddətinə qüvvədədir. Gələcəkdə hansısa təyinatını dəyişmək lazım olanda o gələcəyin işidir. R: Kim nə bilir? Mən 5 gün burdayam sonra burda deyiləm. Amma rəsmi elektron sənəd dövriyyəsinə daxil olmuş sənəddir. Qanuni sənəddir. A: Birinci əl? R: Hə, birinci əl qanuni sənəddir. Birbaşa yer sizə verilir. İkinci bir adam ola yoxdur orda. A: Allah xeyrimizi versin. R: Amin, Allah xeyri versin. A: (pulu təqdim edir) bir, bu min manat, iki R: Elə açıq şəkildə ortaya qoyma. Elə açıq şəkildə vermə də. A: üç, dörd, bu da beş R: Bu saat axmaq dövrdüre ona görə deyirəm. A: Yox narahat olma R: (Pulu götürüb stolun siyirməsinə qoyur.) A: Allah avand eləsin. R: Ora bir dənə butka da qoya bilərsiniz, amma yavaş-yavaş da, tədricən. Amma arı yeşiyi həmişə orda olsun. Nə var, nə qaranlıq da varsa deyin. A: Əsas sənəd düzgün yerindədir? R: Mən o işə gedən adam deyiləm. Özüm də polkovnikəm, otuz il də rəis işləmişəm. kifayət qədər mənim imkanım da var. Yəni onun acı da deyiləm. O qanuni sənəddir, başımla da cavabdehəm. A: Oldu müəllim! R: Nə kömək lazım olsa də buralardayam.) Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vəsaitini xidməti vəzifələrinin icrası ilə əlaqədar aldığını təsdiq etmədən ümumiyyətlə arıçılıq üçün torpaq ayrılmasına görə heç bir rüsum nəzərdə tutulmadığını bildirir (A - Amma 5000 manat kənardı F – Bu R - Yəni biz onu A - Belə öz aramızda düzüb-qoşuruq da yəni F - Məllim belə deyir R - Yo, rəsmi şəkildə F - Məllim verir A - Rəsmi R - Rəsmi sənəddi, rəsmi sənəddi sənin üçün). Bundan başqa əməliyyat çəkilişi zamanı da Təqsirləndirilən şəxs elə işə gedən adam olmadığını, kifayət qədər imkanının olduğunu, həmin pula ehtiyacının olmadığını bildirir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs Şahid1 pul alınması ilə bağlı aralarında baş vermiş dialoqda Təqsirləndirilən şəxs həmin pulu məhz rüşvət kimi alması digər sübutlarla təkzib olunduğuna görə dialoqun qeydə alındığı səs yazısı Təqsirləndirilən şəxs CM-in 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi qənaətinə gəlməyə əsas ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 311.1-ci maddəsi ilə ittiham irəli sürülüməsinin əsası kimi Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə, onunla təsqirləndirilən Təqsirləndirilən şəxslə arasında olan üzləşdirmə protokolu çıxış etmişdir ki, bu hissədə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək təqsirləndirilən şəxsin cinayətin törədilməsində sübuta yetirilmiş hesab edilə bilər. Bu səbəbdən də məhkəmə Şahid1 və digər şahidlərin məhkəmə istintaqı zamanı verdikləri əsas götürərək tədqiq edilmiş halların əsası kimi qəbul edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələblərinə uyğun qaydada təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham daxilində Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 308.1-ci maddəsinə tövsif edilməlidir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq ona CM-in 311.1-ci maddəsi ilə ittiham irəli sürlümüşdür. Odur ki, Təqsirləndirilən şəxs isə CM-in 308.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və məhkum edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsində iştirak etməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və “Şəkərli diabet tip 2” diaqnozu ilə qeydiyatda onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmənin yuxarıda təhlil olunanlara əsasən əsassız hesab etdiyi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs CM-in 311.1-ci maddəsi ilə irəli sürüldüyü ittihamın mahiyyəti belə olmuşdur ki, o, vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü və üçüncü şəxs üçün birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 11 mart 2022-ci il tarixli 246/k nömrəli əmrə əsasən həmin tarixdən 6 Saylı X4 Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Nazirlik yanında Meşələrin İnkişafı Xidməti tərəfindən təsdiq edilmiş vəzifə təlimatının İİ bölməsinə əsasən direktor kimi müəssisənin əsasnaməsinə, müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin, meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı qurmaq məqsədi ilə 14 sentyabr 2023-cü il tarixli ərizə ilə mərkəzə müraciət etmiş Şahid1 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsinə əsasən, arı ailələrinin meşə, qoruq, yasaqlıq və digər dövlət mülkiyyətində olan ərazilərdən balyığma mənbəyi kimi mövsümi istifadəsinə görə arıxana sahiblərinin pul və ya digər formada haqq ödəmələri tələb olunmadığı halda, mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı ilə məşğul olmaqdan ötrü özü üçün Şahid1 2023-cü ilin sentyabr ayında mərkəzin İsmayıllı rayonu, Xanəgah kəndində yerləşən inzibati binasındakı xidməti otağında birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib sonuncunun razılığını alıb, 19 sentyabr 2023-cü il tarixdə xidməti otağında özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində alıb, şəxsi ehtiyaclarına sərf etmiş, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar 19 sentyabr 2023-cü il tarixdə 6 X9 X1 meşəbəyliyinin 21-ci kvadratından meşə əkilməsi nəzərdə tutulmayan, meşə örtülü 1,0 (bir) hektar meşə sahəsinin Şahid1 ayrılması haqqında 19 sentyabr 2023-cü il tarixli 07 saylı müqaviləni imzalayaraq, mərkəzin möhürü ilə təsdiq edib sonuncuya təqdim etmişdir. Məhz yuxarıda göstərilən və yuxarıda təhlili aparılmış sübutlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının CM-in 311.1-ci maddəsi ilə irəli sürdüyü bu ittihamın əsassız olduğu və Təqsirləndirilən şəxs təqsirli olaraq məhz CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlmişdir. Bu isə onu göstərir ki, məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 11 mart 2022-ci il tarixli 246/k nömrəli əmrə əsasən həmin tarixdən 6 Saylı X4 Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Nazirlik yanında Meşələrin İnkişafı Xidməti tərəfindən təsdiq edilmiş vəzifə təlimatının İİ bölməsinə əsasən direktor kimi müəssisənin əsasnaməsinə, müvafiq qanun, fərman, sərəncam, qərarlara, metodiki təlimatlara və tövsiyələrə uyğun olaraq müəssisənin əsas iş istiqamətlərinin müəyyən edilməsi, xidməti sahə üzrə illik və perspektiv inkişaf tapşırıqlarının müəyyən edilməsi, xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərinin, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın, həmçinin, ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarətin həyata keçirilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin, meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə fondunda baş verən dəyişikliklərə, meşə fondu torpaqlarının istifadə vəziyyətinə (dövlət ehtiyacları üçün torpaqların alınması, dəyişdirilməsi və ya meşə fonduna torpaq sahəsinin verilməsinə) nəzarətin həyata keçirilməsi, meşə qanunvericiliyinin pozulması halları ilə bağlı təqsirkarın inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün sənədlərin aidiyyatı üzrə məhkəmə, polis, prokurorluq orqanlarına göndərilməsinin təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı qurmaq məqsədi ilə 14 sentyabr 2023-cü il tarixli ərizə ilə mərkəzə müraciət etmiş Şahid1 19 sentyabr 2023-cü il tarixdə 6 X9 X1 meşəbəyliyinin 21-ci kvadratından meşə əkilməsi nəzərdə tutulmayan, meşə örtülü 1,0 (bir) hektar meşə sahəsinin Şahid1 ayrılması haqqında 19 sentyabr 2023cü il tarixli 07 saylı müqaviləni imzalayaraq, mərkəzin möhürü ilə təsdiq edib sonuncuya təqdim etdikdən sonra xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq mərkəzin ərazisinə daxil olan İsmayıllı-Qəbələ magistral yolunun ətrafında, meşə fonduna aid olan ərazidən 1,0 (bir) hektar sahənin arıçılıq təsərrüfatı ilə məşğul olmaqdan ötrü vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin yerdə hasar çəkilməsi üçün Şahid1 2023-cü ilin sentyabr ayında mərkəzin İsmayıllı rayonu, Xanəgah kəndində yerləşən inzibati binasındakı xidməti otağında 5.000 (beş min) manat məbləğində pul vəsaitini alaraq dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə və Şahid1 hüquqlarına mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərkən yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli qərarının 2-ci bəndində cəzanın birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməli olmasına dair tövsiyəsini nəzərə alır. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və ilk dəfə az ağır cinayət törətməsini təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum ediləyəcəyi halda islah oluna biləcəyinə dəlalət edir. Çünki, adıçəkilən qərarın 2-ci bəndində göstərilən digər bir tövsiyəyə görə şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri nəzərdə tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin olunmalı və o, cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına ödəməlidir. Məhkəmə qeyd edir ki, bu nəticələrə gələrkən məhkəmə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamında qeyd edilmiş tövsiyyələri nəzərə almışdır. Məhkəmə hesab edir ki, CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdən ev dustaqlığında olduğu 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət nəzərə alınaraq ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası cərimə cəzasına əlavə cəza kimi təyin edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza kimi cərimə təyin olunduğuna görə ona əlavə cəza təyin edilməsinə zərurət toxdur. İş üzrə məhkəmə məsrəfi olan 426 AZN (dörd yüz iyirmi altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şahid1 məxsus 5000 manat pul ona qaytarılaraq ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs xidməti otağında 30 oktyabr 2023-cü il tarixdə aparılmış baxış zamanı üzərindən götürülmüş 1000 (min) manat məbləğində pul sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. CM-in 99-1.1.2-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib dörd min manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdən ev dustaqlığında olduğu 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq üç min manat cərimə cəzası saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 426 AZN (dörd yüz iyirmi altı manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs xidməti otağında 30 oktyabr 2023-cü il tarixdə aparılmış baxış zamanı üzərindən götürülmüş 1000 (min) manat məbləğində pul özünə qaytarılsın. İş üzrə maddi sübut olan Şahid1 tərəfindən təqdim edilmiş və Təqsirləndirilən şəxslə arasında olan danışığın əks olunduğu 1 (bir) ədəd CD disk, əməliyyat çəkilişinin əks olunduğu 1(bir) ədəd CD disk, Şahid1 6 Saylı X4 Mərkəzinə ünvanladığı 14 sentyabr 2023-cü il tarixli ərizə və dərkənar, eləcə də 19 sentyabr 2023-cü il tarixli 07 saylı “Meşə fondu sahələrinin arı ailələrinin saxlanması məqsədi üçün istifadəyə verilməsi barədə müqavilə və sahənin xəritədən çıxarışı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “DMS PRO” elektron sənəd dövriyyəsi sistemindən və “Meşə fondu torpaqlarının istifadəyə verilməsinə dair bağlanmış müqavilələrin qeydiyyat kitabı”ndan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar