Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-124/2021 24.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclasının katibi: X14, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərəçəkmiş şəxsin hüquqi varisi: X8 21 dekabr 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.2 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə X9 adına olub atası Şahid4 məxsus olan “Mercedes-Benz 409” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 2500 manata satışa çıxarılması barədə öz adından elan yerləşdirərək, alıcı kimi ona müraciət etmiş Mingəçevir şəhəri, Naxçıvan 59 ünvanında yaşayan Zərərçəkmiş şəxs həmin avtomobilin atası Şahid4 məxsus olduğunu bildirib, sonuncunun avtomobilin satışından məlumatı olduğunu deyərək, avtomobilə baxmaq üçün avtomobilin saxlanıldığı Mingəçevir şəhəri, S.Vurğun parkının yanına gəlmiş Zərərçəkmiş şəxs və sonuncunun tanışı Şahid6 Fəqan oğlunun yanında öz istifadəsində olan mobil telefonu əlinə götürərək kənara çəkilib guya atası ilə danışdığını atasının satışa icazə verdiyini yalandan deyib, Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq avtomobili 1800 manata satmağa razılaşaraq 21.05.2020-ci il tarixdə Mingəçevir şəhəri Gəncə şossesi ünvanında yerləşən "Karvan Petrol" adlı yanacaq doldurma məntəqəsində sonuncudan 1800 (min səkkiz yüz) manat pul vəsaitini aldıqdan sonra, yük avtomobilinin satılmasından xəbər tutan Şahid4 avtomobilin satılmasının qarşısını almasına baxmayaraq o, aldığı 1800 manat pul vəsaitini Zərərçəkmiş şəxs qaytarmayıb şəxsi ehtiyaclarına xərcləyərək, sonuncuya məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, narkotik vasitənin aludəçisi olduğu üçün qeyri-rəsmi nikah münasibətində yaşadığı arvadı X6 ilə aralarında dəfələrlə mübahisə yaranmış, sonuncunun haqlı iradlarına məhəl qoymayaraq onun ağır həyat şəraiti yaşamasına zəmin yaratmış, əsassız qısqanclıq hissləri ilə Könül Mirzəliyevanı bezdirdiyindən sonuncunun ondan ayrılaraq oğlu Hüseyn İsmayılovla birlikdə atası Ələsgər Mirzəliyevin yaşadığı ünvan 4 ünvanında yerləşən 37 nömrəli mənzilə köçməsini qəbul etməyərək 08.09.2020-ci il tarixdə saat 13:00 radələrində Könül Mirzəliyevanın əczaçı kimi işlədiyi ünvan 5 ünvanda yerləşən "Dokto" aptekinə gələrək sonuncuya evlərinə qayıtmasını, maddi vəziyyətinin çətin olduğunu əsaslandırmaqla ona köməklik etməsini təkid etmiş, Könül Mirzəliyeva ona haqlı iradlar bildirərək, onunla barışmayacağını dedikdə, aralarında yaranmış mübahisələrə və şübhələrinə aydınlıq gətirmədən heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Könül Mirzəliyevanı qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi mətbəx bıçağı ilə sonuncunun həyat üçün mühüm rol oynayan ürək nahiyəsinə qəsdən bir zərbə vuraraq, ürəyin sol qulaqcığının zədələnmələrilə döş boşluğunu dəlib keçən dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid bir ədəd xəsarət yetirib aptekə və ətrafa kənar şəxslərin toplaşmasından ehtiyyat edərək hadisə yerini tərk etmiş, Könül Mirzəliyeva dərhal təcili tibbi yardım avtomaşını ilə İTSDAnın Mingəçevir şəhər Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinin reanimasiya şöbəsinə yerləşdirilərək zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, aldığı xəsarət nəticəsində kəskin qanitirmə fonunda inkişaf edən beyin komasıdan 17.09.2020-ci il tarixdə saat-01:50 də ölmüş, nəticədə Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətində yaşadığı arvadı Könül Mirzəliyevanı xuliqanlıq niyyəti ilə qəsdən öldürərək həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 120.2.2 və 178.1-ci maddələri ilə elan edilmiş itthamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərlan adlı şəxsi ümumiyyətlə tanımamış, avtomaşın barəsində Sadiqlə söhbət etmişdir. Sonuncu ondan avtomaşın hissələri istəmiş, Sadiqə avtomaşını icarəyə verib 1800 manat pul almışdır. Həmin Mersedes markalı avtomaşın atasının adına olmuş, sonuncudan razılıq almadan avtomaşını icarəyə vermişdir. 2019-cu ilin iyun ayında azadlığa çıxdıqdan sonra 8-9 ay müddətində Könül ilə birlikdə yaşamış, hadisədən təxminən 3 ay əvvəl Könül çıxıb atasıgilə getmişdir. Mərhum arvadı Könülü yolunu azmasına görə öldürmüş, sübut kimi sonuncunun telefon nömrələrində olan danışıqlar olmuşdur. Belə ki, Könül onun adına olan 077 ***-**-** nömrəsindən Mingəçevir şəhərində yaşayan Bəhruz adlı şəxslə telefon danışığı olmuşdur. Arvadının ailəsinin Bəhruzun ailəsi ilə gediş gəlişləri olmuş, təxminən 27-28 may 2020-ci il tarixində gecə saatlarında Könül Bəhruzla telefonla danışmışdır. Könülə uşağı ona verməsini, sonra isə çıxıb getməsini demişdir. Uşaq gah onun, gah anasının yanında qalmış, hadisədən 1 gün əvvəl uşağı ona göstərməmişlər. Səhəri gün aptekə gedib Könülə uşağı niyə ona göstərmədiklərini demişdir. Sonra Könülə bir dəfə bıçaqla vurmuş, oradan bir-başa Mingəçevir şəhər Polis Şöbəsinə gedərək Könülü vurduğu bıçağı təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Turbo az saytında avtomobili 2500 manata satması barədə elan qoymuş, tanışı Sadiqlə birlikdə elana baxdıqdan sonra Anarla danışıb vaxt təyin etmişlər. Mingəçevir şəhərində avtomaşına baxanda üstündən hissələrinin çoxunun söküldüyünü görüb 1800 manata razılaşmışlar. Anar avtomaşının əmisinə məxsus olduğunu və atasına həvalə edildiyini, həmçinin avtomaşının pulunun hansısa uşağın təhsilinə xərclənəcəyini demişdir. Anar maşının bəzi hissələrinin evdə olduğunu dediyi üçün sonuncunun evinə getmiş, həmin hissələri də onlara vermişdir. 1800 manat pulu Anara verəndə telefona çəkmişdir. Avtomaşını sürüb gedərkən Anarın atası Şahid4 onlara zəng vurub avtomaşının sonuncuya məxsus olduğunu və həmin avtomaşını qaytarmalarını dedikdən sonra avtomaşını yenidən Mingəçevir şəhərinə qaytarmışlar. Anarın atası onlardan avtomaşını aldıqdan sonra Polis Şöbəsinə müraciət etmiş, 10 gün ərzində Anarı polis şöbəsindən axtarsalar da tapa bilməmişlər. Əlində sübut olsun deyə Anara pulu verəndə telefona çəkmişdir. Anar atasına məxsus olan avtomobili atasının razılığı ilə satacağını bildirib pulu ondan aldıqdan sonra onu aldatmış, ondan aldığı pulu qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, mərhum qızı X23 İsmayılovla qeyri-rəsmi ər-arvad kimi yaşamaqla yaşadıqları 13 il ərzində Təqsirləndirilən şəxs onun qızına əziyyət vermişdir. Sonuncu dəfə Anarın atası Tahir ona zəng edib evlərinə dəvət etmiş, oraya gedərkən ona qızının onlarla dolanmadığını demişlər. Həmin vaxt orada Anar qızını döymüş, taksi çağırıb qızını və nəvəsini götürüb evinə gəlmişdir. 3 ay qızı və nəvəsi onun yanında qalmış, Anar hər gün qapılarına gələrək pul istəmişdir. Qızı da Anar əl çəkib çıxıb getməsi üçün sonuncuya pul alıb vemişdir. Hər gün qızını işə özü aparmış, 08 sentyabr 2020-ci il tarixdə qızını işə aparıb evə gələn kimi Anarın gəlib aptekdə qızını vurduğunu eşitmişdir. Anar Könülün guya Bəhruz adlı şəxslə xəyanət etdiyini demiş, buna görə Bəhruzla söhbət edən zaman sonuncu Könüllə aralarına heç bir münasibətin olmadığını bildirmişdir. Bundan başqa Anar Könülə şər ataraq guya sonuncunun narkoman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Könül onun uzaq qohumu olmaqla Anarı Könülün əri kimi tanımışdır. Könüllə Anarın arasında tez tez ailə münaqişələri olmuş, hadisə baş verən gün, yəni 08 sentyabr 2020-ci il tarixdə səhər Könüllə birlikdə işlədiyi ünvan 5 ünvanda yerləşən "Dokto" aptekinə gəlmiş, o gələnə kimi Könülün atası orada olmuşdur. İşə gəldikdən sonra Könülün atası getmiş, bir az sonra isə Anar gəlib aptekdə Könüllə mübahisə etmişdir. Həmin vaxt o, müştəri yola salmış, qəfildən Könülün əli ilə sinəsini tutduğunu, sinəsinin qan olduğunu görmüşdür. Həmin vaxt Anarın Könülü bıçaqla vurduğunu bilmiş, bundan sonra təcili tibbi yardıma məlumat vermişlər. Anar aptekin içərisində Könüllə barışmaq istəməsini demiş, Könül isə barışmaq istəməmişdir. Anar əvvəllər də hər dəfə aptekə Könüllə danışmaq üçün gəlmiş, Könül həmişə pulunun olmadığını, pulu Anara verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Anarı Könülün əri kimi tanımış, Könül onun işçisi olmuşdur. Son vaxtlar Anarla tez tez mübahisələri olmuş, 2 aptekə nəzarət etidiyindən digər aptekdə oturub kamera vasitəsilə Könülün işlədiyi apteki də izləyərkən son vaxtlar Anarın tez tez aptekə gəlib Könüllə mübahisə etdiyini görmüşdür. 08 sentyabr 2020-ci il tarixdə yenə də Anarın aptekə gəldiyini görüb Könülə zəng edib problem olub-olmamasını soruşmuş, Aytən telefona cavab verib Anarın Könüllə barışmaq üçün gəldiyini demişdir. 2-3 dəqiqə sonra Aytən zəng edib Anarın Könülü bıçaqla vurduğunu demişdir. Anarın Könüllə dalaşdığını canlı görmüş, əvvəl də bir dəfə 2020-ci ilin aprel-may ayında Anar bıçaqla aptekə gəlmiş, həmin vaxt Könül Anardan şikayətçi olmamışdır. Könül Bəhruzun idarə etdiyi taksi ilə uşağı aparıb gətirmiş, X20sqandığını sonuncu ona ağlaya ağlaya demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs ona məxsus olan Mersedes markalı avtomaşını satmasından heç bir məlumatı olmamış, qonşusu ona zəng edərək avtomaşınını evakuator apardığını demişdir. Evakuatorun sürücüsünün mobil telefonun alıb sonuncu ilə ilə danışıb əsəbi halda avtomaşınını hara apardığını soruşmuş, sonra tanımadığı bir nəfər zəng edib avtomaşını Biləsuvara apardıqlarını demişdir. Bundan sonra Mingəçevir şəhərinə gələrək Tərlan və Sadiq adlı həmin şəxslərlə görüşüb avtomaşınını geri qaytarmışdır. Həmin şəxslər polisə məlumat vermək istədiklərini deyəndə razı olmamış, lakin sonradan həmin şəxslər baş verən hadisə ilə bağlı polis şöbəsinə müraciət etdikləri üçün acığa düşüb oğlunun borcunu qaytarmamışdır. Könül Mirzəliyeva isə gəlini olmaqla dəfələrlə oğlu Anarla aralarında sözsöhbət olanda sonuncuların dalaşmasına razı olmamış, sonuncu dəfə isə gəlininin atası gəlib evdən qızını və nəvəsini taksi ilə aparıb getmişdir. Oğlu şəhərdə başını qaldırıb gəzə bilmədiyini desə də sonuncunun gəlininin elə hərəkət etməyəcəyini demişdir. Oğlu ilə birlikdə Bəhruz adlı şəxslə görüşmüş, sonuncu onlara telefonundan zəng olmasına dair məlumatı olmadığını demişdir. 08 sentyabr 2020-ci il tarixdə günorta saatlarında polis şöbəsindən zəng gələrək Anarın Könülü bıçaqla vurduğunu demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Könül Mirzəliyeva ilə eyni məktəbdə oxumaqla sonuncu ilə aralarında heç bir münasibətləri olmamışdır. Ortaq tanışları Anarla onu tanış etmiş, sonuncu harasa gedəndə ona zəng etmişdir. Hətta Anarın oğlunu Qazax rayonuna da aparmışdır. Könül onun avtomaşınına minməmişdir. Anar ondan bir dəfə telefonu istəmiş, sonuncuya telefonu verdikdən sonra telefonunu götürüb evə keçmişdir. Bir qədər sonra telefonunu götürəndə Anarın onun nömrəsini öz nömrəsinə yönləndirdiyini görmüşdür. Anar ona öz telefonundan mesaj yazıraraq uşağını qaçıracağını demişdir. Sonra Anar onu evinə dəvət etmiş, Anarın atasını ağsaqqal hesab edib söhbət etmək üçün evlərinə getmişdir. Anarın atasına Anar özü onun telefonunu götürüb uşağının nömrəsinə zəng etdiyini demiş, Anarın atası onu vurmuşdur. Nömrəsində olan bütün zəngləri çıxartdırıb göstərsə də yenə də ona inanmamışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 Fəqan oğlu məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 21.05.2020-ci il tarixdə dostu Zərərçəkmiş şəxs ona zəng edərək internet informasiyasında "Mercedes Benz" markalı yük avtomobilinin 2500 manata satıldığı elanını gördüyünü və həmin avtonəqliyyata baxmaq istədiyini bildirmiş, həmin vaxt avtomobilin ətrafında olan tanımadıqları bir neçə şəxsdən o cümlədən Dima ləqəbli təmirçidən həmin avtomobilin kimə məxsus olmasının soruşduqları zaman orada olan hərkəs həmçinin təmirçi Dima həmin avtomobilin Təqsirləndirilən şəxs atası Şahid4 aid olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra onlar yenidən Təqsirləndirilən şəxsla telefon əlaqəsi qurduqları zaman sonuncu yük avtomobilinin olduğu yerə gəldiyini onlara bildirmişdir. Bir neçə dəqiqə sonra yanlarına gələn Təqsirləndirilən şəxs yük avtomobilinin atası Şahid4 aid olduğunu və satmaq fikrinə gəldiklərini bildirmiş, Zərərçəkmiş şəxs avtomobilə baxış keçirdiyi zaman həmin nəqliyyat vasitəsinin mühərrik hissəsində detal əksikiliyinin olduğunu bildiyi halda əlavə və zəruri ehtiyyat hissələrinin də olmadığını aşkarladığından həmin nəqliyyat vasitəsinin satış qiymətində endirim etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə baxmaq istədiyini və yük avtomobilini satın aldıqdan sonra Tərtər rayonuna aparıb təmir etdirib istifadə edəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kənara çəkilib istifadəsində olan mobil telefon vasitəsilə kiməsə zəng etdikdən onlara tərəf gələrək istifadəsində olan mobil telefon vasitəsilə atası Şahid4la danışdığını, sonuncunun 1800 manat qarşılığında həmin "Mercedes Benz 409" markalı nəqliyyat vasitəsinin satılmasına etiraz etmədiyini, nəzərdə tutulmuş 1800 manat miqdarında pulu Anara verə biləcəyinə razılıq verdiyini, Qazax rayonunda olması səbəbilə Tərtər rayonunda onlarla görüşərək sənədləşdirmə işlərini orada icra edə biləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs atası Şahid4 həmin nəqliyyat vasitəsinin bir neçə detalının evdə olduğunu, gedib götürə biləcəyini dediyini bildirmişdir. Onlar həmin detalları götürmək istədiklərini bildirdiyi zaman Anar yaşadığı evin ünvanı barədə onlara məlumat verərək bir neçə dəqiqə sonra həmin ünvana gəlib detalları götürə biləcəklərini bildirmişdir. Həqiqətən də dostu Tərlanr Bayramov onun istifadəsində olan nəqliyyat vasitəsilə ünvan 6 ünvanına gedib oradan Təqsirləndirilən şəxs ona satdığı nəqliyyat vasitəsinin detallarını götürüb həm evakuator danışmaq, həm də nəzərdə tutulmuş pul məbləğini götürmək məqsədilə Zərərçəkmiş şəxs yaşadığı ev tərəfə getmiş, sonra Mingəçevir stansiyasının yanında nəqliyyat vasitələrinin daşımalarını həyata keçirən evakuatorla həmin "Mercedes" markalı nəqliyyat vasitəsinin Tərtər rayonuna aparılması ilə bağlı razılığa gəlmişlər. Həmin razılığa əsasən evakuatora 100 manat məbləğində pul ödəyərək Təqsirləndirilən şəxs mobil nömrəsini sürücüyə verdikdən sonnra Təqsirləndirilən şəxs zəng edib evakuatorla danışdıqlarını sonuncunun mobil nömrəsini sürücüyə verdiklərini, bir neçə dəqiqə sonra Stansiya Mingəçevir adlı ünvanda yerləşən Karvan Petrol yanacaq doldurma məntəqəsində görüşə biləcəklərini bildirmişlər. Tərlanla nəzərdə tutulmuş pulu evdən götürüb "Karvan petrol" yanacaq doldurma məntəqəsinə çatdığı zaman Təqsirləndirilən şəxs və evakuator həmin ünvana çatmış, dostu Tərlanın onun nəqliyyat vasitəsimin sərnişin oturacağında əyləşdiyi zaman Təqsirləndirilən şəxs həmin tərəfdən Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncu 1800 manat miqdarında pulu sayıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin vaxt istifadəsində olan mobil telefonla pulun ödənilməsini video lentə almışdır. Təqsirləndirilən şəxs həmin pulu sayıb düz olduğunu gördükdən sonra onlarla sağollaşmış, onlar da evakuatorun arxasınca istifadəsində olan nəqliyyat vasitəsilə üzü Tərtər rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Gəncə şosessinə çatdıqları zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onlarda mövcud olan mobil nömrəsinə çoxsaylı zənglər etsə də sonuncunun telefonu sönülü olduğuna görə əlaqə saxlaya bilməmişlər. Bu hadisədən təxminən bir neçə dəqiqə sonra evakuator sürücüsü istifadəsində olan nəqliyyat vasitəsini saxlayaraq, apardığı "Mercedes Benz 409" markalı nəqliyyat vasitəsinin sahibi olduğunu qeyd edən şəxsin zəng etdiyini və onlarla danışmaq istədiyini bildirmişdir. Danışıq zamanı özünün Təqsirləndirilən şəxs atası Şahid4 olduğunu bildirən şəxs bu alqı-satqıdan xəbərsiz olduğunu, nəqliyyat vasitəsini geri qaytarmalı olduqlarını onlara bildirmişdir. Şahid4 oğlu Anara 1800 manat pul ödədiklərini bildirmiş, sonuncu həmin nəqliyyat vasitəsinin məbləğini ödədikləri məbləğ olmadığını dərhal yük avtmobilini geriyə Mingəçevir şəhərinə qaytarmalarını tələb etmişdir. Bundan sonra nəqliyyat vasitəsini baxış keçirdikləri S.Vurğun meydançasına geri qaytarmış, təxminən yarım saat sonra Şahid4 nəqliyyat vasitəsinin yanına çataraq Təqsirləndirilən şəxsla gəldikləri razılıqdan xəbərsiz olduğunu həmin avtomobilin bazar qiymətinin yüksək olduğunu onlara bildirmişdir. Belə olan halda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ödədiyi 1800 manat məbləğindən pulun atası tərəfindən geri qaytarılmasını tələb etmiş, Şahid4 oğlunun narkomaniyadan əziyyət çəkdiyini pulu Təqsirləndirilən şəxs almalı olduqlarını, ona pul vermədiklərini bildirərək onları təhqir etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı ifadəsində eyni məzmunlu ifadə verərək Şahid6 Fəqan oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Könül Mirzəliyeva anası Təqsirləndirilən şəxs isə atası olmaqla anası X10 şəhəri, 21 saylı binanın qarşısında yerləşən "Dokto" aptekində əczaçı işləmişdir. Atası Təqsirləndirilən şəxs narkotik vasitənin aludəçisi olduğundan anası Könüllə mütəmadi olaraq mübahisələr etmiş və heç bir fərdi əməklə məşğul olmamışdır. Atası Təqsirləndirilən şəxs və anası Könül Mirzəliyeva ilə birlikdə ünvan 7 ünvanında babası Şahid4 məxsus mənzildə yaşamış, atası Təqsirləndirilən şəxs narkotik vasitənin aludəçisi olduqdan sonra narkotik vasitə almaq üçün anası Könüldən pul tələb etməklə pulu olmadıqda isə sonuncunu kimdənsə borc pul tapmağa məcbur etmişdir. 2020-ci ilin iyun ayında atası Anar anası Könül Mirzəliyevanı pul tapmadığından döydüyünə görə o, anası ilə birlikdə babası Ələsgər Mirzəliyevin yaşadığı D.Əliyeva küçəsi ev 2 ünvanında yerləşən 37 nömrəli mənzilə köçmüşdür. Anası ilə həmin ünvanda yaşadığı zaman atası tez-tez həmin ünvana gəlib yenə də anası Könül Mirzəliyevadan pul tələb etmişdir. 07.09.2020-ci il tarixdə atası onu görmək bəhanəsi ilə yaşadıqları ünvana gələrək həmin binanın həyətində onunla görüşmüş, daha sonra atası ona anasından 20 manat pul alıb gətirməsini, əgər anası 20 manat məbləğində pulu verməsə sonuncunu vuracağını bildirmişdir. Təqsirləndirilən şəxs Könül Mirzəliyeva ilə mübahisə etdiyi zaman dəfələrlə həmin sözlərlə anası Könülə hədə-qorxu gəldiyinə görə atası Anarın həmin hərəkəti edəcəyinə ehtimal verməmişdir. Evə qalxıb anası Könülə Anarın dediklərini bildirdikdə Könül Anara verməyə daha pulu olmadığını və Anarın yalan danışdığını onun narahat olmamağını bildirmişdir. Lakin daha sonra X23 İsmayılova 20 manat məbləğində pulu vermişdir. Baş vermiş həmin hadisədən bir gün sonra 08.09.2020-ci il tarixdə Könül Mirzəliyeva əczaçı işlədiyi Dokto aptekində Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş ağır bıçaq yarası nəticəsində 17.09.2020-ci il tarixdə müalicə olunduğu Mingəçevir ŞMX-nın reanimasiya şöbəsində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 24 fevral 2020-ci il tarxili 69 saylı rəyindən görünür ki, X2 ölümü 17.09.2020-ci il tarixdə saat 01:50-də baş vermişdir. 1983-cü ildə anadan olmuş, X2 bədəni üzərində aşkar olunan xəsarətlər: - ürəyin sol qulaqcığının zədələnmələrilə döş boşluğunu dəlib keçən bir ədəd yara, kəsici-deşici əşyanın (alətlərin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişlər. Sağ təpə nahiyyəsində yumşaq toxumalara qansızma (hematoma) küt əşyanın təsirindən əmələ gəlmişdir. Ağırlıq dərəcələrinə görə: - ürəyin zədələnmələsilə döş qəfəsinin daxilinə dəlib-keçən 1 ədəd deşilmiş-kəsilmiş yara yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddir. Sağ təpə nahiyyəsində yumşaq toxumalara qansızma (hematoma) canlı şəxslər üçün götürdükdə yüngül xarakterli xəsarətlər qrupuna aiddir. Xəsarətin hər ikisinin yetirilmə müddətləri qərarda göstərilən 08.09.2020-ci il tarixə uyğundurlar. X2 ölümünə səbəb ürəyin deşilmiş-kəsilmiş yarası nəticəsində kəskin qanitirmə fonunda inkişaf edən beyin koması olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22.12.2020-ci il tarixli, 495 nömrəli rəyindən görünür ki, X7 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 24.09.2020-ci il tarixli 538/241 nörməli rəyindən görünür ki, Təqsirləndirilən şəxs X11 Pozuntusu, Özünü Kəsmələrlə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) hərəkətlərini idarə edə bilmişdir, yəni anlaqlı omuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya əməlini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma xüsiyyətlərinə malik olmuş, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuş və həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə ballistik-trasoloji ekspertizasının 30 oktyabr 2020-ci il tarxili 3/1197 və 3/1198 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “X3 məxsus......” yazı qeydləri olan bağlamadan aşkar edilmiş xələtin, qısaqol donun səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (təqdim edilmiş bıçağın tiyəsi və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş tibbi xələtin, qısaqol donun səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tibbi xələtin, qısaqol donun material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyaların səthində olan deşilibkəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “X3 məxsus......” yazı qeydləri olan bağlamadan aşkar edilmiş xələtin, qısaqol donun səthində olan zədələr qərarın təsviri hissəsində göstərilmiş bədəndə yerləşən “sinə nahiyyəsinə qəsdən zərbə vuraraq..... ” xəsarəti ilə yerləşmə sahəsi və sayına görə nisbi uyğunluq təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “X3 məxsus......” yazı qeydləri olan bağlamadan aşkar edilmiş büstqalterin, üzərində “Təqsirləndirilən şəxs məxsus...…” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, idman şalvarının səthində trasoloji zədə yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə lifli materialların kriminalistik ekspertizasının 21.10.2020-ci il tarixli məhkəmə-lifli ekspertizasının 6/2028 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X2 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında Könül Mirzəliyevanın tibbi xələtinin üzərindən aşkar edilmiş qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Könül Mirzəliyevanın geyim paltarlarından tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 04.12.2020-ci tarixli 894 nömrəli rəyindən görünür ki:1. X2 ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. 2. X12 ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. /Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqələrinin kserosurətlərinə əsasən/ 3.Ekspertizaya təqdim edilən X3 məxsus don, bustqalter, tibbi xələt və bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X3 məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu şəxs Təqsirləndirilən şəxs da qanının olması ABO sistemi üzrə inkar olunmur(əgər hadisə zamanı onun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa). 4. Təqsirləndirilən şəxs məxsus köynək üzərində olan ləkələrdə qan, ona məxsus şalvar üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. 5. Təqdim edilən X3 məxsus don, bustqalter, tibbi xələt və bıçaq üzərindəki qan ləkələri periferik mənşəlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 988 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Telefon rabitəsi vasitəsilə aparılan danışıqlar və ötürülən məlumatlarla bağlı "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********62 GSM mobil nömrə Şahid5 məxsus +**********96 GSM mobil nömrə ilə telefon danışığı aparmasına baxmayaraq, yalandan həmin danışıqların X6 tərəfindən həyata keçirildiyini göstərərək törətdiyi cinayətdə özünə haqq qazandırmağa çalışdığı, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində qeyd etdiyi +**********96 GSM mobil nömrə ilə umumiyyətlə telefon danışığı aparılmadığı, atası Şahid4 şahid qismində verdiyi ifadəsində Şahid5 istifadəsində olduğunu qeyd etdiyi +**********43 GSM mobil nömrə ilə telefon danışığının olmadığı, həmin nömrədən sadəcə 16.07.2020 ci il tarixdə saat 2223-də Whatsap proqramına qoşulmaq üçün istifadə olunun şablon sms-in daxil olduğu, X4 qohumu X13 və iş yoldaşı Şahid1 vasitəsilə təhdit etdiyi müəyyən edilmişdir. İş materiallarında olan “Dokto” aptekinin müşahidə kamerasının görüntülərini əks etdirən “CD” diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs “Dokto” aptekinin daxilində giriş qapısının sol tərəfində yerləşən reklam stendinin qarşısında dayanaraq, şüşə ilə əhatələnmiş satış məntəqəsində dayanan üzərində ağ rənli xələt olan əczaçı X4 yanına çağırmış 00:00:30 saniyə söhbət etdikdən sonra, sağ əlini geyindiyi qara idman şalvarının sağ cibinə salaraq üzərində gəzdirdiyi kəsici aləti hazır vəziyyətdə saxlayıb qəflətən Könül Mirzəliyevanın döş qəfəsinə həyat üçün təhlükəli olan ürək nahiyyəsinə bir dəfə zərbə endirərək hadisə yerindən qaçmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş 25.02.2021-ci il tarixli 331 nömrəli arayışdan görünür ki, İsmayılov X15 şəhəri H.Z.Tağıyev küçəsi ev 89/1-də qeydiyyatda olmaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər Ruhi-Əsəb xəstəlikləri Dispanserindən daxil olmuş 27 noyabr 2020-ci il tarixli 691 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Oyanıqlı psixopatiya. Şəxsiyyətin emosional davamsız pozğunluğu. Alkoqolizm. Polinarkomaniya” diaqnozu ilə ruhi-əsəb xəstəliklərində qeydiyyatdadır. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər rayonlararası narkoloji Dispanserindən daxil olmuş 27 noyabr 2020-ci il tarixli 368 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, Asılılıq sindromu” diaqnozu ilə narkoloji xəstəxanada qeydiyyatdadır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, İsmayılov X15 şəhər Məhkəməsinin 20.08.2007-ci il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə 01 (bir) il islah işləri cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 21.12.2012-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə 4000 (dörd min) manat cərimə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 15.07.2013-cü il tarixli hökmü ilə CM-in 67.1-ci maddəsinə əsasən CM-in 177.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə və 4000 (dörd min) manat cərimə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 04.08.2016-cı il tarixli hökmü ilə CM-in 67.1-ci mnaddəsinə əsasən CM-in 234.1 maddəsilə 01 (bir) 06 ay(altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3900 (üç min doqquz yüz) manat məbləğində cərimə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin 15.05.2018-ci il hökmü ilə CM-in 67.1-ci maddəsinə əsasən CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə və 3900 (üç min doqquz yüz) manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya məhkəməsinin 11.06.2019-cu il tarixli qərarı ilə 04 (dörd) ay, 19 (on doqquz) gün vaxtından əvvəl şərti azad olunmuş, 30.10.2019-cu il tarixdə isə cəza müddəti başa çatmışdır. CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti cəza üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə onun əməlində CM-in 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli resdivi vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 30 iyun 2021-ci il tarixli 96022/3-3 saylı məktubdan görünür ki, İsmayılov X15 şəhər Məhkəməsinin 1(051)-59/2018 saylı, 15.05.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzrəində 3900 manat cərimə cəzası saxlanılmış, Şəki Apellyasiya Məhkəməsinin 27.09.2018-ci il tarixli 1(107)-139/2018 saylı qərarına əsasən üzərində qəti olaraq 3600 manat cərimə cəzası saxlanılmışdır. Məhkuma təyin olunmuş cərimə cəzasının 640 manat hissəsi tutulmuş, 2960 manat ödənilməmiş qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş könüllü gəlib təqsirini boynuna alma haqqında 08 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə İsmayıllı rayon Polis Şöbəsinə gələrək törətdiyi əməli etraf etmiş və cinayətin aləti olan bir ədəd bıçağı təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci tarixdə saat 1755-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 10 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.2 və 178.1-ci maddələrinə tövsifi ilə razılaşır. Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Könül Mirzəliyevanı sonuncunun ona Bəhruz adlı şəxslə xəyanət etməsinə görə öldürdüyünü göstərsə də həmin halı təsdiq edən hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, Oyanıqlı psixopatiya. Şəxsiyyətin emosional davamsız pozğunluğu. Alkoqolizm. Polinarkomaniya” diaqnozu ilə dispanser qeydiyyatda olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61.1.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilən cəzanın müddəti həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 120.2.2 və 178.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 67-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3.900 (üç min doqquz yüz) manat cərimə cəzasının ödənilməmiş 2960 AZN (iki min doqquz yüz altmış manat) hissəsi təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya tam birləşdirilməlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzasının əvvəli şübhəli şəxs kimi həbsə alındığı 08 sentyabr 2020-ci il tarixdən hesablanmalı və CM-in 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 234 AZN (iki yüz otuz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunda saxlanılan bir ədəd qara rəngli idman şalvarı, bir ədəd üzərində ağ qırmızı rəngli zolaqları olan qısaqol köynək, bir ədəd qara rəngli busqalter, bir ədəd tibbi xələt və üzərində ağ naxışları olan qara rəngli don, 01 ədəd mətbəx bıçağı dəyəri olmadığına görə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 67-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin 15 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3.900 (üç min doqquz yüz) manat cərimə cəzasının ödənilməmiş 2960 AZN (iki min doqquz yüz altmış manat) hissəsi ona təyin edilmiş cəzaya tam birləşdirilməklə üzərində qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə və 2960 AZN (iki min doqquz yüz altmış manat) cərimə cəzasına məhkum edilsin. Cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 08 sentyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 234 AZN (iki yüz otuz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokuroluğunda saxlanılan, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd üzərində ağ qırmızı rəngli zolaqları olan qısaqol köynək, bir ədəd qara rəngli busqalter, bir ədəd tibbi xələt və üzərində ağ naxışları olan qara rəngli don, 01 ədəd mətbəx bıçağı dəyəri olmadığına görə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-124/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-124/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver