Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-125/2020 18.08.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxxxxx 1960-cı ildə Balakən rayonu Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, məhkumluğu olmayan, Balakən şəhəri Z.Əliyeva küçəsi ev 71-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM)181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X7 Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində Balakən şəhəri, Heydər Əliyev prospektində yerləşən, Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs satıcı işlədiyi “Şərab evi” adlı dükana gələrək satıcı Zərərçəkmiş şəxs pulunu sonradan verəcəyi şərti ilə bir şüşə araq istəmiş, sonuncu ona pulsuz araq verə bilməyəcəyini bildirdikdə bundan narazı qalaraq həmin tarixdə saat 17 radələrində alkoqol sərxoşluğu vəziyətində yaşadığı evindən götürdüyü soyuq silah hesab edilməyən çapıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı baltayla “Şərab evi” dükanına gələrək qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin baltanı nümayiş etdirməklə hücum edərək satıcı Zərərçəkmiş şəxs həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib zorakılıq tətbiq edəcəyi hədəsini real göstərmək məqsədi ilə əlində tutduğu baltanı dükanın rəflərinə və piştaxtasına bir neçə dəfə vuraraq zədələməklə və “səni kəsərəm” deyərək satıcı Zərərçəkmiş şəxs bir ədəd böyük şüşə araq və bir paket “Chipsi” (qızardılmış kartof) verməsini tələb etmiş, verməyəcəyi təqdirdə satıcı Zərərçəkmiş şəxs həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələmiş, sonuncu ona 1 ədəd şüşə butulkada 1 litr 750 qram tutumda, 20,00 manat dəyərində “Dikiy Oryol” adda arağı və 01 paket “Chipsi” ni verdikdən sonra əlavə olaraq dükanın rəfindən 03 paket “Chipsi”ni də, özü götürüb ələ keçirməklə, cəmi 04 paket hər birinin çəkisi 150 qram olan sellofan torbada qablaşdırılmış, hər birinin qiyməti 1 manat 80 qəpik olmaqla cəmi 7 manat 20 qəpik dəyərində “Chipsi”ləri, ümumilikdə isə, 27 manat 20 qəpik dəyərində özgənin əmlakını ələ keçirməklə qəsdən hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 181.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Nizami adına şəhər orta məktəbin həyətindəki şam ağacının dibində tək özü üçün 1 şüşə 250 qram tutumda araq içdikdən sonra yenidən əlavə araq içmək məqsədilə adətən araq aldığı və tanıdığı Kamran adlı şəxsin satıcı işlədiyi Balakən şəhəri Heydər Əliyev prospetkində yerləşən “Şərab evi” adlanan dükana gedib Kamrandan bir şüşə araq istəyərək hazırda pulu olmadığını və sonradan verəcəyini demişdir. Kamran ona pulsuz araq verə bilməyəcəyini dedikdən sonra sonuncu ilə mübahisə etməyə başlamış, mübahisə zamanı Kamran piştaxtanın üstündə olan limonlardan birini ona tərəf atmışdır. Həmin vaxt mağazadan çıxaraq yaşadığı evə getmiş və bir neçə saatdan sonra yaşadığı evin zirzəmisində olan baltanı götürüb geriyə Kamranın işlədiyi “Şərab evi” dükanına qayıtmışdır. Dükana girdikdən sonra əlindəki baltayla piştaxtaya bir neçə zərbələr vurub Kamrandan bir böyük şüşə araq tələb etmiş, Kamran ona 01 şüşə 1,750 qram tutumda olan “Dikiy Oryol” adda qrafin formalı arağı sellofan torbaya qoyaraq vermişdir. Həmçinin Kamrandan qurudulmuş kartof olan Çipsi də tələb etdiyinə görə sonuncu ona bir torba Çipsi də vermişdir. Həmin vaxtı piştaxtaya yığılmış Çipsi torbalarından əlavə olaraq üç ədəd Çipsi götürdükdən sonra dükandan çıxaraq yaşadığı evə getmişdir. Evdə Kamrandan götürdüyü araqdan bir qədər içdikdən sonra yatmış, sonra onu evdən Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin baltanı Kamrana göstərib onu qorxutmuş, onu vurmaq fikri olmamışdır. Hazırda zərərçəkmişlə barışmış, sonuncuya vurduğu ziyanı tam şəkildə ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində işlədiyi Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Şərab evi” adlanan dükanda olarkən əvvəldən tanıdığı Balakən şəhər sakini Təqsirləndirilən şəxs sərxoş vəziyətdə dükana gələrək ondan bir şüşə araq istəmiş, sonuncuya bir şüşə araq vermək istədikdə Hikmət pulunun olmadığını və arağın pulunu gələcəkdə verəcəyini bildirmişdir. Hikmətə pulsuz araq verə bilməyəcəyini bildirdikdə sonuncu onu nalayiq söyüşlərlə söyüb təhqir edərək dükandan çıxıb getmişdir. Saat 17 radələrində Hikmət təkrarən əlində balta dükana daxil olaraq dükanın vitrininə bir neçə dəfə zərbələr vuraraq “polisi çağır, səhər nə üçün mənə araq vermədin?” kimi ifadələr işlədib iri şüşədə araq tələb etmişdir. Hikmətin hərəkətlərini davam etdirməməsi üçün sonuncuya dükandan 01 ədəd 1,750 qram tutumda olan “Dikiy Oryol” adda qrafin şüşədə araq və bir ədəd qablaşdırılmış qurudulmuş kartof olan Çipsi vermişdir. Mağazadan çıxarkən Hikmət özü vitdindən əlavə olaraq 03 paket “Çipsi” götürərək dükandan çıxıb getmişdir. Bundan sonra həmin tarixdə Hikmətin hərəkətləri barədə Balakən rayon Pois Şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Hikmət əlindəki balta ilə ona xəsarət yetirmək imkanı oklsa da, bunu etməmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslə barışaraq sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsində göstərmişdir ki, Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Şərab evi” adlanan marketi işlətməklə qardaşı Zərərçəkmiş şəxs həmin marketdə əmək müqaviləsi əsasında satıcı işləmişdir. Sonradan ona məlum olmuşdur ki, xx xxxxx 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs içkli vəziyətdə dükana gələrək satıcı işləyən qardaşı Kamrandan pulsuz bir şüşə araq istəmiş, Kamran pulsuz araq verə bilməyəcəyini bildirdikdən sonra Hikmət qardaşını söyərək dükandan çıxıb getmişdir. Həmin gün saat saat 17 radələrində Hikmət təkrarən əlində baltayla dükana gəlib Kamrana hədə-qorxu gələrək dükanın vitrininə bir neçə dəfə baltayla zərbələr vurub Kamrandan böyük şüşədə araq tələb etmiş, bundan sonra Kamran dükandan 01 ədəd 1,750 qram tutumda olan “Dikiy Oryol” adda qrafin şüşədə arağı və bir ədəd qablaşdırılmış çipsini vermişdir. Hikmət dükanın vitrinindən əlavə 03 paket “Cipsi” götürərək dükandan çıxıb getmişdir. Bu barədə bildikdən sonra qardaşı Kamrana Balakən rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət etməsini məsləhət görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs satıcı işlədiyi Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Şərab Evi” marketdə olarkən tanıdığı Təqsirləndirilən şəxs içkili vəziyətdə dükana gələrək satıcı Kamrandan pulsuz araq istəmiş, Kamran Hikmətə pulsuz araq verə bilməyəcəyini dedikdə Hikmət Kamrana nalayiq ifadələr deyərək dükandan uzaqlaşmışdır. Həmin gün saat 17 radələrində Hikmət təkrarən dükana gələrək əlindəki baltayla Kamrana hədə-qorxu gəlib dükanın vitrininə zərbələr endirib özü üçün araq tələb etmiş, həmin vaxtı dükanın arxa hissəsində olduğu üçün Hikmətin hərəkətlərinin şahidi olmamışdır. Sonradan Kamran ona bu barədə bildirərək Hikmətin əlindəki baltayla hədə qorxu gəldiyi üçün sonuncuya bir şüşə araq və bir ədəd “Çipsi” verdiyini, bir şüşə araq verdikdən sonra Hikmət dükanı tərk etdiyini və özü ilə əlavə üç ədəd “Çipsi” götürdüyünü bildirmişdir. Hikmətin baltayla vurduğu piştaxtanın zədələnmiş hissələrini mağazada görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri olmaqla birgə nikahlarından 2003-cü ildə iki əkiz uşaqları olmuşdur. Əri Hikmət spirtli içkilərə meyilli olmaqla əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2015ci ildə azadlığa buraxılmışdır. xx xxxxx 2020-ci il tarixdə əri Hikmətin sərxoş vəziyətdə əlinə balta götürüb Balakən şəhəri Heydər Əliyev prospektində yerşələn “Şərab evi” mağazasına gedərək orada satıcıya baltayla hədə-qorxu gəlib özü üçün içmək məqsədilə spirtli içki ələ keçirdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1591 nömrəli ekspert rəyində göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda mövcud olan qiymətlərə əsasən, tədqiq edilən ekspertizaya təqdim edilməyən müxtəlif çeşidli ərzaq məhsullarının, qərarın təsviri hissəsində və təqdim edilmiş arayışda olan məlumatlara əsasən xx xxxxx 2020-ci il tarixə, Respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən edilir: 01 ədəd şüşə butulkada 1 litr 750 qram tutumda Ağsu-1 istehsalı olan “Dikiy Oryol” adda araq 20,00 manat; 04 paket hər birinin çəkisi 150 qram olan “Gilan” zavodunda hazırlanan selofan torbalara qablaşdırılmış “Chipsi” 7,20 manat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-soyuq silahın tətqiqi və məhkəmə-trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 3/524; 3/518 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd alət kustar üsulu ilə hazırlanmış çapıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı baltadır, soyuq hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd taxta parçasının “a” hərfi ilə işarələnmiş səthində çapıcı xassəyə malik olan alətlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik rəyin tədqiqi hisssəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin təqdim edilmiş baltanın təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Lakin zədələr ümumi əlamətlərinəformalarına, quruluşlarına, ölçülərinə və s. əlamətlərinə görə təqdim edilmiş baltanın təsirindən də, yaranması istisna edilmir. Cinayət işi materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1950-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddənə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2020-ci il tarixli 165 nömrəli tibbi müayinə aktından grünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə sərxoş olmuşdur. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon X5 Hüquqi Şəxsinin xx xxx 2020-ci il tarixli, 1744 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın polikilinka şöbəsində həkim psixiatrın və həkimnarkoloqun qeydiyyatında yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-in 234.1-c maddəsil ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Qax rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluqları ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020ci il tarixli 1284 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, himayəsində xx.xx.2003-cü ildə anadan olmuş Züleyxa Mabnsurova adlı qızı və xx.xx.2003-cü ildə anadan olmuş Rasul Mansurov adlı oğlu vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CMnin 181.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi, 60 yaşında olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırması, zərərçəkmiş şəxslə barışması, sonuncunun onun barəsində şikayət və tələbinin olmaması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 178 AZN (yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi alət olan 01 ədəd kustar üsulu ilə hazırlanmış çapıcı xassəyə malik təsərrüfatməişət təyinatlı balta xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şüşə butulkada 1 litr 750 qram tutumda yarı içilmiş “Dikiy Oryol” adda araq və səthində çapıcı xassəyə malik olan alətlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik zədələr olan 01 ədəd taxta parçası dəyəri olmadığına görə məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şüşə butulkada 1 litr 750 qram tutumda yarı içilmiş “Dikiy Oryol” adda araq və səthində çapıcı xassəyə malik alətlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik zədələr olan 01 ədəd taxta parçası dəyəri olmadığına görə məhv edilsin. Cinayət törədərkən istifadə edilən alət olan 01 ədəd kustar üsulu ilə hazırlanmış çapıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı balta xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 178 AZN (yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) X7 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-125/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-125/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver