Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-126/2021 27.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rəşad Şəmşir oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1994-cü ildə İsmayıllı rayonunun İsmayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq qəsdən külli miqdarda, ümumilikdə təmiz çəkisi 6,582 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarında, ümumilikdə çəkisi 0,72 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd şəffaf rəngdə olan bükümün içərisində, şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi istintaqla müəyyən edilməyən miqdarda, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 6 dekabr 2020-ci il tarixdə, saat 15 radələrində İsmayıllı şəhəri, Mikayıl Müşviq küçəsində yerləşən “Yaşıl Bazarın” qarşısında qanunsuz olaraq qəsdən bir ədəd şəffaf rəngdə olan bükümün içərisində, şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi istintaqla müəyyən edilməyən miqdarda, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş narkotik vasitə olan qurudulmuş marixuananı Şahid7 20 manata satmış və pulun 15 manatını alaraq yerdə qalan 5 manatı Şahid7 daha sonra ödəyəcəyi ilə razılaşmış, 26 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd üzərində “Kent 4” yazılmış siqaret qutusunun içərisində olan 2 ədəd şəffaf sellofan bağlamalardan birində saxladığı 5,081 qram çəkidə psixotrop maddə olan metafetamin və digər şəffaf sellofan bağlamada saxladığı ümumilikdə 21 ədəd kağız bükümün içərisində cəmi 0,330 qram çəkidə narkotik vasitə heroin, habelə əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunun içərisində olan 0,72 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 dekabr 2020-ci il tarixdə təxminən saat 18 radələrində idarə etdiyi Vaz 21074 markalı **- KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini yoxlatdırıb təmir etdirmək üçün təkbaşına Qəbələ rayonuna getmiş, mühərrik ustası axtarsa da tapa bilməmişdir. Saat 19 radələrində Qəbələ şəhərindən İsmayıllı şəhərinə qayıdarkən Qəbələ-İsmayıllı-Şamaxı avtomobil yolunun İsmayıllı rayonunun Xanagah kəndindən keçən hissəsində siqaret çəkmək üçün avtomobili saxlamış, həmin vaxt meşəlik ərazidə siqaret çəkərkən polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxt üstündə ancaq marixuana olmuş, digər narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Şahid7 tanımış, sonuncuya bir dəfə çəkmək üçün əvəzsiz olaraq marixuana vermişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 26 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Qəbələ şəhərindən İsmayıllı şəhərinə gələrkən yolun İsmayıllı rayonu Topçu kəndinin ərazisində düşüb siqaret çəkərkən anidən torpaq üzərində bir ədəd göy rəngli selofan torba görmüş, həmin torbanı yerdən götürüb içərisində baxdıqda orada 1 ədəd üzərində “Kent 4” yazılmış siqaret qutusu və 1 ədəd kibrit qutusu olduğunu görmüşdür. Həmin siqaret qutusunu açdıqda içərisində 2 ədəd selofan bağlama, bağlamaların birini açdıqda isə içərisində psixotrop maddə olan metafetaminin olduğunu görmüşdür. Digər selofan bağlamanın içərisində 21 ədəd kağız büküm, həmin bükümlərin bəzilərində psixotrop maddə olan metafetamin, bəzilərində isə heroin, kibrit qutusunun içərisində isə qurudulmuş marixuana olmuşdur. Həmin bağlamaları üzərində olan gödəkçənin sağ yan cibinə qoymuş və avtomobilinə əyləşərək İsmayıllı şəhəri istiqamətində yola davam etmişdir. Qəbələ-İsmayıllı-Şamaxı avtomobil yolunun İsmayıllı rayonunun Xanagah kəndinin ərazisindən keçən hissəsində, “Ax ox” çayının üzərində olan körpünun yaxınlığında idarə etdiyi Vaz 21074 markalı **-KH-*** markalı avtomobili saxlayaraq yenə avtomobildən enib bir ədəd siqaret çəkərkən avtomobilinin qarşısında başqa bir avtomobil dayanmış, avtomobildən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirilərək onu polis şöbəsinə dəvət etmişlər. İsmayıllı rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik maddə qurudulmuş marixuananın olduğu bir ədəd kibrit qutusunu və içərisində narkotik maddə heroin və psixotrop maddə metamfetamin olan bir ədəd siqaret qutusunu təqdim etmişdir. Baxış zaman bir ədəd kibrit qutusunu açdıqda içərisində kəskin iyi olan quru halda yaşımtıl rəngli kütlə aşkar edilmiş, həmçinin bir ədəd üzərində “Kent” yazısı yazılmış siqaret qutusu açıldıqda içərisindən iki ədəd şəffaf sellofan bükülü aşkar edilmişdir. Həmin sellofan bükülülərdən biri açıldıqda içərisində ağ rəngli toz halında maddə olması və digər sellofan bükülü açıldıqda isə 16 ədəd ağ rəngli kağız bükümlərdə ağ rəngli və 5 ədəd qara rəngli kağız bükümlərdə qara rəngli toz halında maddələr aşkar edilmişdir. Kibrit qutusunda olan quru halda olan kütlənin qurudulmuş marixuana, 01 ədəd siqaret qutusunda aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükülüdə psixotrop maddə olan metamfetamin və 01 ədəd şəffaf sellofan bükülünün içərisindəki 16 ədəd ağ bükümlərdə olan maddələrin isə metamfetamin və 5 ədəd qara rəngli kağız bükümlərdə olan maddələrin isə heroin olmasını etiraf edərək həmin narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. 01 ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisi 4.04 qram, 01 ədəd siqaret qutusundan aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükülüdə ağ rəngli toz halında olan maddə elektron tərəzidə çəkildikdə çəkisinin 5.39 qram, 01 ədəd şəffaf sellofan bükülünün içərisindəki 21 ədəd ağ və qara rəngli kağız bükümlərdə toz halında olan maddələrin isə çəkisi 1.25 qram olmuşdur. Aşkar edilmiş həmin maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində davam edən şəxsi axtarış və avtomaşınına keçirilən baxış zamanı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 26 dekabr 2020-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxikl olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri, Şahid2 və Şahid3 ibarət ayardılmış əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs olduğu İsmayıllı rayonunun Xanagah kəndi ərazisində, həmin kəndin ərazisindən keçən “Ax-ox” çayının üzərində yerləşən körpünün yaxınlığında, özünə məxsus Vaz 21074 markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında sonuncuya yaxinlaşıb özlərini təqdim etdikdən sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla sonuncunu tanış edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla birlikdə İsmayıllı RPŞ-nə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin və iki nəfər hal şahidinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən marixuananın olduğu kibrit qutusunu, heroin və metamfetaminin olduğu siqaret qutusu aşkar edilmişdir. Kibrit qutusunu açdıqda içərisində kəskin iyi olan, quru halda yaşımtıl rəngli kütlə aşkar edilmiş, həmçinin bir ədəd üzərində “Kent” yazısı yazılmış siqaret qutusu açıldıqda içərisindən iki ədəd şəffaf sellofan bükülü aşkar edilmişdir. Həmin selofan bükülülərdən birini açdıqda içərisində ağ rəngli toz halında maddə olması və digər sellofan bükülü açıldıqda isə 16 ədəd ağ rəngli kağız bükümlərdə ağ rəngli və 5 ədəd qara rəngli kağız bükümlərdə qara rəngli toz halında maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrdən kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, siqaret qutusunda toz halında olan maddələrin isə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri bir yerdə 26 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində Qəbələ- İsmayıllı-Şamaxı yolunun kənarında, İsmayıllı rayonunun Topçu kəndinin ərazisində yerləşən meşə sahəsindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Baxış zamanı 01 ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisinin 4.04 qram olduğu, 01 ədəd siqaret qutusundan aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükülüdə ağ rəngli toz halında olan maddə elektron tərəzidə çəkilmiş və selofan büküm ilə birlikdə çəkisinin 5.39 qram olduğu, digər 01 ədəd şəffaf sellofan bükülünün içərisindəki 21 ədəd ağ və qara rəngli kağız bükümlərdə toz halında olan maddələr elektron tərəzidə çəkilmiş və kağız bükümlər ilə birlikdə ümumilikdə çəkisinin 1.25 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İsmayıllı rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3 və İsmayıllı rayon X4 Hissəsinin məsul növbətçisi işləyən Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 26 dekabr 2020-ci il tarixdə saat 20 radələrində İsmayıllı rayon Polis Şöbəsinin qarşısında piyada gedərkən İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq polis şöbəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan 1 nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər. Etiraz etməyərək Polis şöbəsində digər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan gödəkçənin sağ yan cibindən marixuananın olduğu kibrit qutusu, heroinin və metamfetaminin olduğu siqaret qutusu aşkar edilmişdir. Kibrit qutusunun içərisindən kəskin iyi olan, quru halda yaşımtıl rəngli kütlə, üzərində “Kent” yazısı yazılmış siqaret qutusunun içərisindən iki ədəd şəffaf sellofan bükülü, həmin sellofan bükülülərdən birinin içərisində ağ rəngli toz halında maddə və digər sellofan bükülüdən isə 16 ədəd ağ rəngli kağız bükümlərdə ağ rəngli və 5 ədəd qara rəngli kağız bükümlərdə qara rəngli toz halında maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana, siqaret qutusunda toz halında olan maddələrin isə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri bir yerdə 26 dekabr 2020-ci il tarixdə təxminən saat 19 radələrində Qəbələ-İsmayıllı-Şamaxı yolunun kənarında, İsmayıllı rayonunun Topçu kəndinin ərazisində yerləşən meşə sahəsindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Baxış zamanı 01 ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və qutu ilə birlikdə çəkisinin 4.04 qram olduğu, 01 ədəd siqaret qutusundan aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükülüdə ağ rəngli toz halında olan maddə elektron tərəzidə çəkilmiş və selofan büküm ilə birlikdə çəkisinin 5.39 qram olduğu, digər 01 ədəd şəffaf sellofan bükülünün içərisindəki 21 ədəd ağ və qara rəngli kağız bükümlərdə toz halında olan maddələr elektron tərəzidə çəkilmiş və kağız bükümlər ilə birlikdə ümumilikdə çəkisinin 1.25 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə davam edən şəxsi axtarış və avtomaşınına keçirilən baxış zamanı başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu “Köhnə avtovağzal” adlanan yerin yaxınlığında olan binaların birində yaşayan şəxs kimi tanımış, Rüstəmlə münasibəti olduğundan sonuncudan el arasında nəşə kimi tanınan qurudulmuş marixuana çəkmək istədiyini demişdir. Rüstəm də ona bir dəfə istifadəlik nəşə verə biləcəyini demişdir. Təxminən 06 dekabr 2020-ci il tarixdə saat 15 radələrində Rüstəmin istifadəsində olan 055 378 35 45 mobil nömrəsinə zəng edərək 1 dəfə istifadəlik üçün qurudulmuş marixuana istədiyini demiş, Rüstəm də onun üçün qurudulmuş marixuana tapa biləcəyini bildirmişdir. Bundan sonra Rüstəm “Yaşıl bazarın” yanında idarə etdiyi Vaz 21074 markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gələrək avtomobilin öz tərəfində olan yan qapısını açaraq siqaretin üzərində olan şəffaf bağlamanın içərisində ona qurudulmuş marixuana vermişdir. Əvəzində Rüstəmə 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq əskinaslardan ibarət ümumilikdə 15 manat pul vermişdir. Rüstəmlə əvvəldən 20 manata razılaşdıqlarına görə təxminən 4-5 dəqiqə sonra sonuncu ona zəng edərək 15 manat verdiyini demiş, Rüstəmə pulunun olmadığını, gələcəkdə 5 manatını da verəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 dekabr 2020-ci il tarixli 17/647 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 0,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Siqaret qutusundakı 01 (bir) ədəd şəffaf seloffan bükümün içərisində olan 16 (on altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,082 qram, 0,084 qram, 0,080 qram, 0,081 qram, 0,092 qram, 0,091 qram, 0,170 qram, 0,079 qram, 0,075 qram, 0,093 qram, 0,091 qram, 0,084 qram, 0,079 qram, 0,091 qram, 0,135 qram və 0,094 qram, ümumi təmiz çəkisi – 1,501 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Siqaret qutusundakı həmin 01 (bir) ədəd şəffaf seloffan bükümün içərisində olan 05 (beş) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,066 qram, 0,060 qram, 0,071 qram, 0,074 qram, ümumi təmiz çəkisi – 0,330 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Siqaret qutusundakı digər 01 (bir) ədəd şəffaf seloffan bükümdə təmiz çəkisi - 5,081 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şəffaf sellofan bükümdəki 16 (on altı) ədəd kağız bükümlərdə olan metamfetaminlər ilə digəer 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şəffaf sellofan bükümdəki 05 (beş) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 yanvar 2021-ci il tarixli 26 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 11 yanvar 2021-ci il tarixli 02-01-49/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rayon Mərkəzi Poliklinikasının narkoloji, nevroloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş 26 dekabr 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 28 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamasına dair ifadəsini öz müdafiəsi üçün məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin çoxsaylı bükümlərdə olmaqla bir neçə növdə olması, əvvəllər də İsmayıl adlı şəxsə narkotik vasitə satması və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, onun ilk dəfə cinayət törətməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 26 dekabr 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 26 dekabr 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 107,91 AZN (yüz yeddi manat doxsan bir qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 0.70 qram qurudulmuş marixuana, 6.262 qram metamfetamin və 0.230 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rəşad Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-126/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-126/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver