Məhkəmə qərarları › İş №1(091)-126/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-126/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-126/2024 08.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi: – Yevlax Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2007-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə Yevlax şəhəri ərazisində yetkinlik yaşına çatmayan Şahid2 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra həmin günü axşam saatlarında sonuncunun dostları yetkinlik yaşına çatmayan şəxslər Zərərçəkmiş şəxs və Şahid4 dəvəti ilə onunla Şahid2 arasında olmuş mübahisəyə aydınlıq gətirilməsi üçün növbəti günü şəhər ərazisində görüşmələri barədə razılaşdıqdan sonra 16 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri Dəmiryolu Vağzalının yaxınlığında Şahid2, Zərərçəkmiş şəxs və Şahid4 ilə görüşüb həmin mübahisələrini digər bir yerdə davam etdirmək barədə razılaşdıqdan sonra həmin günü təxminən saat 21 radələrində Dəmiryolu Vağzalının yaxınlığından Yevlax şəhəri E.Ağayev küçəsinə gəlmiş, orada baş vermiş mübahisə zamanı o, sonunculara küçədə dayanıb onu gözləmələrini deyərək yaxınlıqda Yevlax şəhəri Kür küçəsində yerləşən yaşadığı evə gedib evin mətbəx otağından istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçağı götürərək təxminən 10 dəqiqə müddətində yenidən E.Ağayev küçəsinə qayıdarkən saat 21 radələrində Şahid2, Zərərçəkmiş şəxs və Şahid4 ilə Yevlax şəhəri Məhəmməd Xiyabani küçəsində qarşılaşmış, həmin yerdə sonuncularla şəxsi münasibətlər zəminində davam etmiş mübahisə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onu yumruqla vurmasından sonra o, Zərərçəkmiş şəxs qisas almaq qərarına gələrək həmin niyyətlə üzərində olan istintaqla müəyyən edilməyən kəsici-deşici alət olan bıçaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bədəninin döş nahiyəsindən bir dəfə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin sag yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CMin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində dostları Əliş, Elmar və sonuncunun üç nəfər tanımadığı dostu ilə birlikdə Yevlax şəhəri Dədə Qorqud parkında olarkən parkda qarşılaşdığı adını sonradan bildiyi Elşən adlı şəxs parkda olan başqa azyaşlı uşağa siqaret verdiyi üçün həmin şəxsə yaxınlaşıb əlini sonuncunun çiyninə qoyaraq uşağa siqaret verdiyi üçün iradını bildirmiş, bu zaman Elşən ayağa qalxıb ona nalayiq söyüşlər söyərək gedib işi ilə məşğul olmasını bildirmişdir. Elşənin bu sözündən sonra ayağa qalxaraq şillə ilə bir dəfə sonuncunun vurmuş, Elşən də ona “sən görərsən” demişdir. Elşənə uşağa siqaret verməyinin səhv hərəkət olduğunu demiş, səhəri gün xx.xx.2023-cü il tarixdə Qurban adlı şəxs dostu Xəyalın mobil nömrəsinə zəng edərək onu axtarmışdır. Həmin günü Yevlax şəhəri Dədə Qorqud parkında Xəyalla onunla görüşərkən Qurbanın onu axtardığını dediyinə görə Qurbanın mobil nömrəsinə zəng edərək sonuncu ilə danışmış, Qurban onunla söhbət etmək istədiyini deyərək onun yerini soruşmuşdur. X10 parkının yanında olan Fərid marketin qarşısında olacağını demiş, bundan sonra onlar Dədə Qorqud parkında görüşmüşlər. Həmin vaxt onun yanında Əliş, Xəyal, Elmar adlı dostları olmuş, həmin vaxt qarşı tərəfdən ancaq İsmayıl və Ülvi adlı şəxslər gəlmişdir. Buna görə də Xəyalla Elmarı göndərmiş və Əlişlə birlikdə Ülvi və İsmayılla birlikdə X11 tərəfə getmişlər. Dədə Qorqud parkından çıxmamış adını sonradan bildiyi Arafat da onlara qoşulmuş, X11nda olarkən Elşən onların yanına gəlmişdir. Bu zaman İsmayıl, Ülvi və Elşənlə keçib bir kənarda özləri söhbət etmələrini razılaşmış, bundan sonra Əliş, Arafat və İsmayıl, Ülvi, Elşənlə birlikdə ordan uzaqlaşmışlar. Həmin vaxt İsmayıl ondan nəyə görə Elşəni döydüyünü soruşduqda sonuncuya Elşənin parkda azyaşlı uşağa siqaret verdiyi üçün Elşənə şillə vurduğunu, Elşənin səhv hərəkət etdiyini demişdir. İsmayıl ona yaxşı hərəkət etmədiyini, gedib söhbətlərini etmələrini bildirmiş, həmin gün axşam saatlarında Yevlax şəhəri 7 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən “Qala” çay evinin yanında Elşənlə ikisi təkbətək söhbət edən zaman Elşən ona qarşı xoşagəlməz söz dediyi üçün bir-biriləri ilə dalaşmış, həmin vaxt Əlişlə Ülvi də dalaşmışlar. Onlar dalaşan zaman Elşən və sonuncu ilə gələn uşaqlar onun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt onun yanında gələn Arafat adlı tanışı dava-dalaşa qarışmamışdır. Elşən və sonuncu ilə gələn Ülvi və İsmayıl dava zamanı onun ünvanına nalayiq söz işlətdiyi üçün həmin şəxslərə onu gözləmələrini deyərək Əlişlə birlikdə yaşadığı evə getmiş, Əliş evin həyətinin qapısının qarşısında onu gözləməklə gizlicə mətbəx otağından taxta saplı mətbəx bıçağını götürərək sağ arxa yan cibinə qoyduqdan sonra evdən çıxmışdır. Evdən çıxdıqdan sonra Əlişlə birlikdə geri qayıtmış, onlar qayıtdıqda Elşəngil 7 nömrəli məktəbin yan tərəfində Məhəmməd Xiyabanı küçəsinin girişində dayanmışlar. Həmin yerə çatarkən orada olan şəxslərin hamısının əlində daş olduğunu görmüş, İsmayıl qabaqda olduğu üçün onun üstünə tərəf getmişdir. İsmayılın üstünə gedəndə sonuncu ondan üstündə bıçaq olubolmadığını soruşduqda İsmayıla bıçağı olmadığını deyərək üzərinə getmiş və əlindəki daşla onu vuracağını zənn edərək bıçağı arxa cibindən çıxardaraq İsmayıllın sinə nahiyəsindən vurmuşdur. Bu zaman Ülvü daşla onun başından və üzərinə gələrək burun nahiyəsinə yumruqla bir dəfə vurduğuna görə Ülvini də bıçaqla sinəsindən vurmuşdur. Ülvini bıçaqladıqdan sonra Əlişlə birlikdə qaçaraq oradan uzaqlaşmış, qaçarkən əlindəki bıçağı da yolun sol tərəfində yerləşən yeddi nömrəli tam orta məktəbin həyətinə atmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə günün birinci yarısı məktəbdə olan zaman dostu İsmayıl ona digər dostu Elşəni kiminsə döydüyünü və buna görə axşam “söhbətə” gedəcəklərini demiş, bu zaman İsmayıl ilə razılaşaraq sonuncu ilə birlikdə gedəcəyini demişdir. Saat 20 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən məsciddə namaz qıldıqdan sonra Elşənlə birlikdə “Bank Respublika” bankının binasının və dəmir yolu vağzalı tərəfə getmiş, orada İsmayıl, Bəxtiyar, Əliş və sonuncuların yanında olan tanımadığı bir şəxslə qarşılaşmışlar. Əlişi öncədən tanımamış, görüşdükdən sonra danışaraq gedib söhbətlərini kənarda etməyi razılaşmışlar. Oradan uzaqlaşaraq bazarın içərisindən çıxaraq “Qala” çay evinin yanına tərəf gedərək orada olan küçənin kənarında söhbət etməyə başlamışlar. X6 mübahisəsi yaranmış, həmçinin Əlişlə onun arasında da mübahisə yaranaraq dalaşmağa başlamışlar. Baş vermiş mübahisə və dava-dalaş təxminən bir dəqiqə ərzində baş vermiş, bundan sonra Bəxtiyar onlara gözləmələrini deyərək Əlişlə birlikdə 7 nömrəli məktəbin qarşısından keçməklə solda yerləşən küçəyə dönərək getmişlər. Təxminən 10 dəqiqə sonra saat 21 radələrində Bəxtiyar Əlişlə birlikdə geri qayıtmış, Bəxtiyar qayıdan zaman İsmayılın üzərinə tərəf gələrkən İsmayıl Bəxtiyardan üzərində bıçaq olub-olmadığını soruşmuşdur. Bu zaman Bəxtiyar bıçağı olmadığını dedikdən sonra cibindən çıxardığı bıçaqla İsmayılı döş nahiyəsindən vurmuşdur. Həmin vaxt yumruqla Bəxtiyarın sifət nahiyəsinə vurmuş, Bəxtiyarı vurduqdan sonra sonuncu onun döş nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra Elşən küçəyə çıxaraq avtomobil tapmış və həmin avtomobillə onları xəstəxanaya aparmışdırlar. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə günün birinci yarısı məktəbdə olan zaman Elşən adlı tanışı ona Yevlax şəhəri Dədə Qorqud parkında Bəxtiyarın Elşəni şillə ilə vurduğunu demiş, bundan sonra həmin günün axşamı Bəxtiyarı “söhbətə” çağıraraq sonuncunu “başa salmağı” qərarlaşdırmışlar. Bundan sonra Elşənin ona verdiyi mobil telefon nömrəsinə onlarla həmin məktəbdə oxuyan Qurbanın mobil nömrəsində kontur olduğu üçün sonuncunun telefonu ilə zəng edərək telefonu açan şəxsə Elşənin dostu olduğunu və həmin günü axşam saatlarında görüşərək həmin “söhbəti aydınlaşdıracağını” demişdir. Saat 20 radələrində dostu Qurbanla Yevlax şəhəri Dədə Qorqud parkında Bəxtiyarla zəngləşərək görüşmüş, həmin vaxt Bəxtiyarın yanında dostları Əliş, Xəyal və Elmar da olmuşdur. Orada görüşdükdən sonra Elşənlə görüşmək üçün Yevlax şəhəri “Bank Respublika” və eyni zamanda dəmir yolu vağzalı tərəfə getmiş, orada Elşənlə Ülvi də gəlib onlara qoşulmuşdur. Həmin vaxt orada çoxlu sayda kənar şəxslər olduğundan oradan uzaqlaşaraq gedib kənarda söhbət etməyi qərarlaşdırmış, bu səbəbdən Elşən, Ülvi, Bəxtiyar, Əliş və sonuncuların yanında olan tanımadığı şəxslə birlikdə Yevlax bazarının içərisindən keçərək “Oba” marketin qarşısı ilə “Qala” çay evinin yaxınlığında olan küçəyə getmişlər. X6 mübahisəsi yaranmış, bu zaman Ülvi ilə Əliş də dalaşmağa başlamışlar. Orada baş vermiş mübahisə təxminən bir dəqiqə ərzində baş vermiş, bundan sonra Bəxtiyar onlara gözləmələrini deyərək Əlişi də özü ilə apararaq 7 nömrəli məktəbin qarşısından keçərək solda yerləşən küçəyə tərəf getmişlər. Təxminən 10 dəqiqə sonra saat 21 radələrində Bəxtiyar Əlişlə birlikdə geri qayıtmış, Bəxtiyar qayıdana kimi sonuncu qayıdan zaman onun üzərinə gəlsə hazırlıqlı olması üçün yerdən əlinə daş götürmüşdür. Bəxtiyar üzərinə gələrkən sonuncudan üzərində bıçaq olub-olmadığını soruşmuş və bu zaman Bəxtiyar bıçağı olmadığını demişdir. Bundan sonra Bəxtiyar onun üzərinə gələrək bıçaqla bir dəfə döş nahiyəsindən vurduqdan sonra bir dəfə də Ülvinin döş nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra Bəxtiyar Əlişlə birlikdə qaçaraq oradan uzaqlaşmış, oradan əsas küçə olan Yevlax şəhəri Nizami Prospektinə çıxaraq avtomobil tapdıqdan sonra avtomobili idarə edən şəxs onları xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində dostları Bəxtiyar, Elmar və sonuncunun yanında olan üç nəfər dostu ilə birlikdə Yevlax şəhəri Dədə Qorqud parkında gəzərkən Bəxtiyar sonradan bildiyi Elşən adlı şəxsin parkda olan başqa azyaşlı uşağa siqaret verdiyi üçün Elşənə yaxınlaşıb əlini onun çiyninə qoyaraq sonuncuya uşağa siqaret verdiyi üçün öz iradını bildirmiş, bu zaman Elşən ayağa qalxaraq Bəxtiyarın ünvanına nalayiq söyüş işlədib gedib öz işi ilə məşğul olmasını bildirmişdir. Bu zaman Bəxtiyar Elşəni şillə ilə vurmuş, lakin dava-dalaş sona qədər davam etməmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bəxtiyar ona zəng edərək Elşənin dostları ilə birlikdə onları söhbətə çağırdıqlarını dediyinə görə Dədə Qorqud parkında Bəxtiyar, Xəyal və Elmarla görüşmüş, daha sonra İsmayıl və Ülvi də oraya gəlmişlər. Elşən orada olmadığına görə Xəyal ilə Elmarı özləri ilə aparmamış, yuxarıda göstərdiyi digər şəxslərlə birlikdə X11 tərəfə getmişlər. X11nda olarkən Elşən də onların yanlarına gəlmiş, bu zaman Ülvi ilə İsmayıl kənara keçərək bir kənarda özləri söhbət etmələrini bildirmişlər. Bundan sonra hamısı birlikdə ordan uzaqlaşmış, həmin vaxt İsmayıl Bəxtiyardan nəyə görə Elşəni döydüyünü soruşmuşdur. X4 parkda azyaşlı uşağa siqaret verdiyi üçün dalaşdığını bildirmiş, İsmayıl isə Bəxtiyara irad tutub səhv edib vurduğunu demişdir. Buna görə də Elşənlə Bəxtiyarın arasında mübahisə düşmüş, həmin vaxt Ülvi də onunla dalaşmışdır. Bundan sonra Bəxtiyar orada olan şəxslərə gözləmələrini deyərək onunla birlikdə Bəxtiyarın yaşadığı evə getmiş, Bəxtiyarın evə nə üçün getdiyini bilməmişdir. Evin həyətinin qapısının qarşısında Bəxtiyarı gözləmiş, Bəxtiyar evdən çölə çıxdıqdan sonra birlikdə geri qayıtmışlar. Onlar geriyə qayıtdıqda Elşəngil 7 nömrəli məktəbin yan tərəfində Məhəmməd Xiyabanı küçəsinin girişində dayanmış, oraya çatan zaman Bəxtiyar İsmayılın üstünə tərəf getmişdir. Orada gözləyən şəxslərin əllərində daş olmuş, Bəxtiyar İsmayılın üstünə gedəndə sonuncu Bəxtiyardan üstündə bıçaq olub-olmadığını soruşmuşdur. Bəxtiyar İsmayıla bıçağı olmadığını deyərək sonuncunun üzərinə getmiş və arxa cibindən bıçağı çıxardaraq İsmayılın sinə nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman Ülvi Bəxtiyarı vurduğuna görə Bəxtiyar bu dəfə Ülvini sinəsindən bir dəfə bıçaqla vurmuşdur. Bəxtiyar Ülvini bıçaqladıqdan sonra onlar birlikdə qaçaraq oradan uzaqlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində dostu Muradla birlikdə Yevlax şəhəri Dədə Qorqud parkında olarkən parkda qarşılaşdığı və adını sonradan bildiyi Bəxtiyar adlı şəxs onun üzünə iti baxışlarla baxdığı üçün o da Bəxtiyarın üzünə baxaraq nəyə görə baxdığını demiş, bu zaman Bəxtiyar onun üstünə tərəf gələrək aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Bəxtiyara gedib işi ilə məşğul olmasını baxışına diqqət etməsini demiş, buna görə də onların arasında yaranan mübahisə zamanı Bəxtiyar onu bir dəfə şillə ilə vurmuşdur. Həmin vaxtı xəsarət almamış, Bəxtiyarla aralarında dava-dalaş olmadan sonuncuya sonra görüşmələrini demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə məktəbdə olan zaman dostu Murad bu barədə digər dostu İsmayıla demiş, İsmayıl da Bəxtiyarı söhbətə çağırıb başa salacaqlarını demişdir. Həmin günün axşamı İsmayıl dostu Qurbanın mobil telefonu ilə onların Murada verdiyi mobil nömrəyə zəng edərək onun dostu olduğunu və görüşmək istədiyini demişdir. Axşam namazından sonra Məsciddən çıxaraq həmyaşıdları ilə bərabər “Bank Respublikanın” yanında, X9 yaxınlığında Bəxtiyargillə görüşmüş, həmin vaxt İsmayıl və Ülvi ilə birlikdə olmuş, Bəxtiyar və yanında olan adlarını bilmədiyi iki nəfər də olmuşdur. Bəxtiyargilə söhbətlərini kənarda etmələrini demiş, bundan sonra onlar 7 nömrəli məktəbin arxasına söhbət etməyə getmişlər. Saat 21 radələrində 7 nömrəli məktəbin yaxınlığında “Qala” çay evinin yanına getmiş, orada Bəxtiyarla onun mübahisəsi düşərək təkbətək dalaşmağa başlamışlar. Həmin vaxtda Ülvi də adını sonradan bildiyi Bəxtiyarın yanında gələn Əlişlə dalaşmış, bu zaman Bəxtiyar onlara orada gözləmələrini deyərək Əlişlə birlikdə oradan getmişlər. Təxminən 10 dəqiqə sonra hər ikisi oraya qayıtmış, Bəxtiyar qayıdan zaman onların üstünə gəldikdə İsmayıl Bəxtiyara üzərində bıçaq gətirib-gətirmədiyini soruşmuşdur. Bəxtiyar üzərində bıçaq olmadığını desə də əlini belinə atıb bıçağı çıxardıb İsmayıl vurmuş, bundan sonra Ülvi Bəxtiyarın üzərinə gedərək onu yumruqla vurmuşdur. Bəxtiyar da Ülvini bıçaqla vurmuş, sonra Bəxtiyarla Əliş oradan qaçaraq uzaqlaşmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Yevlax şəhəri Dədə Qorqud parkında olan zaman tanışı Bəxtiyarın yanında tanımadığı dostları ilə birlikdə orda olduğunu görüb sonuncuların yanına getmiş, Bəxtiyarla parkda başqa uşaqlarla görüşdüyünü görüb söhbət etməyə getdiklərini başa düşmüşdür. Buna görə həmin şəxslərlə birlikdə 7 nömrəli məktəbə tərəf getmiş, Bəxtiyar ona gəlməməyini desə də heç nəyə qarışmayacağını deyərək getmişdir. 7 nömrəli məktəbə çatmamış solda yerləşən “Qala Çay” evinin qarşısında olan küçədə dayanmış, orada Bəxtiyar adını sonradan bildiyi Elşənlə mübahisə edərək bir-birinə əl-qol atmışlar. Bundan sonra Bəxtiyar onlara gözləmələrini deyib yanında olan adını sonradan bildiyi Əlişlə birlikdə getmiş, qayıdan zaman Bəxtiyar gəldikdən sonra cibindən bıçağı çıxardaraq həmin bıçaqla ilk öncə İsmayılı, daha sonra da Ülvi Bəxtiyarı yumruqla vurduğuna görə Ülvini bıçaqla vurmuşdur. X5 bıçaqla vurduqdan sonra qaçaraq oradan uzaqlaşmış, həmin vaxt orada məktəbin yanında dayanmış taksi ilə hər ikisinin xəstəxanaya getmələrinə köməklik etmişdir. O, həmin vaxt İsmayıl və Ülvinin bıçaqlandığını gördüyü üçün orada məktəbin yanında dayanmış taksi ilə onların xəstəxanaya getmələrinə köməklik etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 657 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmuşdur. Bu xəsarət deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 639 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət - sol gözaltı nahiyənin qançırı, sol alın qabarının şişkinliyi, sağ dirsəyin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 570-2023/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs Şahid4 məxsus sviterin ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində, yuxarıdan saymaqla 2-ci və 3-cü düymələrin öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah edilə bilər. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs Şahid4 məxsus sviter və maykanın, həmçinin Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eyni növ alətin təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs Şahid4 məxsus sviterin və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin lokalizasiyasına görə demək olar ki, zədələr yetirilən anda Şahid4 zədələri yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, iz törədən alət geyim əşyalarının üzərində olan zədə nahiyələrinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədənin lokalizasiyasına görə demək olar ki, zədə yetirilən anda Zərərçəkmiş şəxs zədə yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, iz törədən alət köynəyin üzərində olan zədə nahiyəsinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs Şahid4 məxsus sviterin və maykanın ön səthinin yuxarı hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan döş qəfəsinin sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan döş qəfəsinin sağ yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 762/2023-MTBŞ nömrəli rəyindən görünür ki, 1) Zərərçəkmiş şəxs məxsus şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu /İ/ - dir. 2) Şahid4 məxsus şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu /İİİ/ - dir. 3) Təqsirləndirilən şəxs məxsus şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu /İ/ - dir. 4)Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka, 01 ədəd köynək (kofta), üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə O (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş Şahid4 məxsus 01 ədəd mayka 01 ədəd koftanın üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız B antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə B (İİİ) qruplu şəxsə, o cümlədən də Şahid4 məxsus ola bilər. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri E.Ağayev küçəsi döngə 1 ev 74-də qeydiyyatda olmaqla Yevlax şəhəri Kür küçəsi 103 saylı evdə yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Peşə Məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 1730-da şübhəli şəxs qismində tutlmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs Bəxtiyar Məmmədovun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən səmimi peşimançılıq keçirməsini, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8,41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və cəzanı ağırlaşdıran hal olmadığına görə məhkəmə Bəxtiyar Məmmədova cəza təyin edərkən CM-in 60.1-ci maddəsinin tətbiqini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan heç bir şikayət və tələbinin olmaması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxsnа 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilərək barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar