Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-127/2021 29.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(091)-127/2021 Cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə QƏRAR 29 iyul 2021-ci il Şəki şəhəri Şəki Ağır Cinayətlər Məhkəməsinin Hakimləri Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Abbasova Aytən Azər qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı məhkəməyə yazılı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs əlavə olaraq başqa ittihamın irəli sürülməsi üçün cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını CPM-nin 159.7-159.9cu tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 1 ay müddətinə uzadılmasını xahiş etmişdir. Vəsatətdə göstərilmişdir ki, istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkiləri 0,981 qram olan 17 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini daşıyıb yaşadığı Mingəçevir şəhəri, S.Vurğun küçəsi 4 saylı binanın 8 saylı mənzilinə gətirərək, həmin heroin bükümlərindən 02 ədədini mənzilin dəhlizindəki asılqanda olan göy rəngli pencəyin sol iç cibindəki “Winston” markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın içində, 05 ədədini eyni cibdə olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın içində, 07 bükümünü həmin mənzilin yataq otağındakı divanın üzərinə qoyulmuş döşəkçənin altına qoyub orada gizlədərək saxlamış, ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qram və 0,059 qram olan 02 ədəd heroin bükümlərini “Winston” markalı siqaret qutusunun şəffaf rəngli sellofanının içərisinə qoyub əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, həmçinin əldə etdiyi bükümlərin içərisində olan təmiz çəkisi 0,012 qram olan 01 ədəd heroin bükümünü 15 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, S.Vurğun küçəsindəki yerləşən yaşadığı 4 saylı binanın girişinin qarşısında xx.xx.2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Şahid5 10 (on) manata qanunsuz olaraq satmış, 15 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun küçəsi 4 saylı binanın yanında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 16:30-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən “Winston” markalı siqaret qutusunun şəffaf rəngli sellofanının içərisində ayrıayrılıqda təmiz çəkiləri 0,053 qram və 0,059 qram olan iki ədəd siqaretin gümüşü kağızına bükülmüş halda narkotik vasitə - heroin aşkar edilərək götürülmüş, davam edən əməliyyat axtarış tədbirləri zamanı həmin tarixdə saat 16:55 radələrində onun yaşadığı Mingəçevir şəhəri, S.Vurğun küçəsi 4 saylı binanın 8 saylı mənzilinə Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən baxış və götürmə zamanı, mənzilin dəhlizindəki asılqandakı göy rəngli pencəyin sol iç cibində olan “Winston” markalı siqaret qutsunun üzərindəki şəffaf sellofanın içindən 02 ədəd bükümlərdə, eyni cibdə olan “Rothmans” markalı siqaret qutusunun üzərindəki şəffaf sellofanın içindən 05 ədəd bükümlərdə və mənzilin yataq otağında yerləşən divanın döşəkçəsinin altından 07 ədəd bükümlərdə olan ümumilikdə, 0,857 qram çəkidə narkotik vasitə –heroin aşkar edilərək götürülmüşdür. İş materiallarına görə Təqsirləndirilən şəxs ümumi təmiz çəkiləri 0,981 qram olan 17 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində və yaşadığı evdə saxlamış, həmin narkotik vasitədən 0,012 qram olan 01 ədəd heroin bükümünü yetkinlik yaşına çatmayan Şahid5 10 (on) manata qanunsuz olaraq satmışdır. Azərbaycan Respublikası 234.3-1-ci maddəsində yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya səhiyyə müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən normasına görə CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulan əməl yalnız narkotik vasitələri və ya psixotrop maddələri satmanı ehtiva edir, satış məqsədi ilə hər hansı narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma həmin norma ilə əhatə edilmir. Nəzərə alınsa ki, Təqsirləndirilən şəxs əldə etdiyi 0,981 qram olan heroinin 0,012 qramını yetkinlik yaşına çatmayan Şahid5 satmışdır, belə olan halda qalan 0, 969 qram narkotik vasitə olan heroinə görə işin hallarından aslı olaraq əlavə olaraq CM-nin 234.1 və ya 234.2-ci madddəsi ilə başqa ittiham da verilməli idi. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən təqsirləndiril şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmə tərkibi, bu barədə tərəflərin fikrini dinləyib hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətə uzadılmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 318.2, 321-ci maddələrini rəhbər tutub məhkəmə, Qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində CM-in 234.3-1-ci maddəsi ilə yanaşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Qərarın surəti təqsirləndirilən şəxslərə, müdafiəçilərə, dövlət ittihamçısına göndərilsin.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 (bir) ay müddətinə- 29 avqust 2021-ci il tarixədək uzadılsın.
Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev