Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-127/2022 30.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 04 ədəd şəffaf sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,261 qram, 1,698 qram, 0,464 qram, 0,801 qram və 0,028 qram olmaqla ümumi çəkisi 13,252 qram külli miqdarda psixotrop maddə olan metamfetamini, 04 ədəd şəffaf sellofan bükümlərdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,810 qram, 0,182 qram, 0,283 qram, 0,077 qram, 0,018 qram olmaqla ümumi təmiz çəkisi 1,370 qram narkotik vasitə olan heroini, 1 ədəd konvalyut kəsiyində 5 ədəd üzərində “F/M40” sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı və 1 ədəd üzərində “F/M40” yazılan konvalyutda 10 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər olmaqla, cəmi 15 ədəd həblərdə 0,6 qram (həbin üzərində olan göstəriciyə əsasən 1 ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır) sintetik narkotik vasitə olan metadonu 16 sentyabr 2021-ci il tarixdə, saat təxminən 05 radələrində Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən əldə edərək Şahid4 etibarnamə ilə idarə etdiyi VAZ-21074 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin qismində əyləşdiyi qabaq sağ sərnişin oturacağının altında görünməyən yerdə sürücü Şahid4 məlumatı olmadan saxlayaraq daşımış, Təqsirləndirilən şəxs sərnişin qismində əyləşədiyi həmin avtomobil Bakı şəhərindən Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman 16 sentyabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində DİN-nin BDYPİ-nin YPXA-nın 722 saylı stasionar postunda Yevlax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılamış, həmin gün saat 1020-dən saat 1115-dək olan müddət ərzində video çəkilişlə həmin avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ sərnişin oturacağının alt hissəsindən Təqsirləndirilən şəxs qəsdən satış məqsədilə əldə edib saxlayaraq daşıdığı 04 ədəd şəffaf sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 10,261 qram, 1,698 qram, 0,464 qram, 0,801 qram və 0,028 qram olmaqla ümumi çəkisi 13,252 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, 04 ədəd şəffaf sellofan bükümlərdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,810 qram, 0,182 qram, 0,283 qram, 0,077 qram, 0,018 qram olmaqla ümumi təmiz çəkisi 1,370 qram narkotik vasitə olan heroin, 1 ədəd konvalyut kəsiyində 5 ədəd üzərində “F/M40” sözləri yazılmış, 1 ədəd üzərində “F/M40” sözləri yazılmış konvalyutda 10 ədəd qəhvəyi rəngli dairəvi formalı olmaqla cəmi 15 ədəd təmiz çəkisi 0,6 qram (həbin üzərində olan göstəriçiyə əsasən 1ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır) olan sintetik narkotik vasitə olan metadon həbləri və bir ədəd üzərində heroin hissəcikləri olan elektron tərəzi aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 və Şahid3 Rəfayıl oğlu onun tanışları olmaqla təxminən 15 sentyabr 2021-ci il tarixdə yaşadığı evdə olan zaman Tural istifadəsində olan mobil telefon vasitəsilə onun nömrəsinə zəng edərək istifadə etmək üçün özünə və Ceyhuna hərəsinə 1 qram olmaqla cəmi 2 qram metamfetamin lazım olduğunu demiş, Turala metamfetamin alaraq verə biləcəyini demişdir. Həmin gün onlar Ceyhunun idarə etdiyi VAZ 21074 markalı avtomaşınla onun Bakı şəhərinə getməsi üçün Gəncə avtovağzalına getmiş, orada Tural gedəcəyi yol pulunu yanacaq pulu kimi Ceyhuna verməsini və sonuncunun avtomaşını ilə Bakı şəhərinə getməyi təklif etmişdir. Bundan sonra Ceyhuna 75 manat pul vermiş və hər üçü birlikdə Bakı şəhərinə yola düşmüşlər. Yevlax rayonu Aran qəsəbəsinin ərazisindən keçən zaman Ceyhundan yolun kənarında olan mağazaların birinin qarşısında avtomobili saxlamasını xahiş etmiş, Ceyhunun avtomobili saxladıqdan sonra mağazaya daxil olaraq orada olan “Miiliön” aparatından Babək adlı şəxsin ona şəklini göndərdiyi bank kartına 300 manat pul göndərmişdir. Yol ilə gedən zaman Bakı şəhərinə çatmağa az qalmış Babəkin ona şəkil və tanımadığı şəxsin səsini göndərərək narkotik vasitələr olan paketi Abşeron rayonu Xırdalan qəsəbəsində olan yanacaq doldurma məntəqəsinin giriş hissəsinə atıldığını bildirmişdir. Telefona gəlmiş şəkildə həmin yerin təsvir olunduğundan onun həmin yeri tanıyaraq Ceyhundan avtomobili Xırdalan şəhərinə sürməsini xahiş etmişdir. Saat 05 radələrində avtomobildən düşmüş və Ceyhundan onu gözləməsini xahiş edərək 15 dəqiqə sonra ağacın dibində olan paketi götürərək geri qayıtmışdır. Bundan sonra Ceyhun avtomobili Bakı şəhər avtovağzalına sürmüş, onlar orada olan kafelərin birində əyləşib çay içmişlər. Əyləşdiyi masada paketdə olan metamfetamini çıxardıb, cibində özü ilə gətirdiyi tərəzi vasitəsilə 2 qram çəkərək sellofan bükümə qoyub Ceyhuna vermiş, sonra isə paketdə olan metamfetamindən bir qədər götürərək özü istifadə etmişdir. Ceyhun və Tural da onlara verdiyi 2 qram metamfetamindən bir qədər götürərək özləri istifadə etmiş, bundan sonra onalar Ceyhunun idarə etdiyi avtomobilə əyləşib Gəncə şəhərinə qayıtmışlar. Yevlax rayonu ərazisində olan Yol Patrul Xidmətinin stasionar postuna çatanda polis əməkdaşları onların olduqları avtomaşını saxladaraq sürücü Ceyhunu postun inzibati binasına dəvət etmiş, o, və Tural da avtomobildən düşmüşlər. Bir müddət sonra polis əməkdaşları Ceyhun ilə birlikdə gələrək avtomobili dayanacağa sürərək orada avtomobilə baxış keçirməyə başlamış, həmin vaxt onun aldığı narkotik vasitələrin qoyulduğu paket avtomobildə qaldığından baxış zamanı narkotik vasitələr aşkar olnacağını bildiyinə görə avtomobilə yaxınlaşmamış, Tural isə avtomobilə yaxınlaşmışdır. Yavaş-yavaş piyada Gəncə şəhəri istiqamətinə hərəkət edərək oradan uzaqlaşmış, bir qədər məsafə qət etdikdən sonra yol ilə keçən Gəncə şəhərinə sərnişin daşıyan mikroavtobuslardan birini saxladıb yaşadığı evə getmişdir. 28 oktyabr 2021-ci il tarixdə Yevlax rayon Polis şöbəsinin əməkdaşları onu Gəncə şəhəri ərazisində saxlayaraq Yevlax rayon Polis Şöbəsinə gətirmiş, Ceyhuna məxsus avtomobildən aşkar olunaraq götürülmüş 13,252 qram psixotrop maddə olan metamfetamin və 1,370 qram narkotik vasitə olan heroin ona məxsus olmaqla həmin narkotik vasitələri özü istifadə etmək üçün İran vətəndaşı olan Babəkdən 300 manat pulun müqabilində almışdır. Aşkar olunmuş marixuna ona məxsus olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə tanışı Şahid3la görüşmüş, sonuncu ona Bakı şəhərinə gedəcəyini bildirmişdir. Sonradan digər tanışları Təqsirləndirilən şəxs da onlara qoşularaq onun idarə etdiyi avtomaşınla Bakı şəhərinə getmişlər. Mirinin Bakı şəhərinə nə məqsədlə getməsini bilməmiş, sonuncunun kiminlə görüşməsindən məlumatı olmamışdır. Hər üçü birlikdə metamfetamin qəbul etdikdən sonra Gəncə şəhərinə qayıdan zaman Yevlax rayonu ərazisində yol patrul xidməti əməkdaşları onun idarə etdiyi avtomaşını saxlatmışlar. Avtomaşına baxış keçirilən zaman avtomaşından metamfetamin, heroin və marixuana aşkar edilmişdir. Marixuana ona məxsus olmuş, digər narkotik vasitənin kimə məxsus olmasını bilməmişdir. Polislərin təzyiqi altında narkotik vasitələrin Miriyə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə etməklə Şahid3 və Təqsirləndirilən şəxs tanışları olmuşdur. 2021-ci ilin sentyabr ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə tanış olduğu bir nəfər şəxs ona 50 manat pul qarşılığında marixuana sata biləcəyini bildirdikdən sonra da bu bardə dostu Turala bildirmiş və Tural ilə birlikdə hər biri 25 manat pul qoyaraq ümumi 50 manata marixuna almaq qərarına gəlmişlər. Bundan sonra Turaldan aldığı 25 manat pulun üzərinə özü də 25 manat pul qoyaraq 50 manata qurudulmuş marixuananı almış, həmin 50 manata aldıqları marixuanadan Tural ilə birlikdə bir qədər istifadə etdikdən sonra qalan marixuananın yaxşı təsirli olmadığına görə sonradan birlikdə istifadə etmək məqsədi ilə idarə etdiyi VAZ 2107 markalı avtomaşının qoltuq altına qoymuşlar. 15 sentyabr 2021-ci ildə saat 21 radələrində idarə etdiyi VAZ-2107 markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərində taksi fəaliyyəti ilə məşğul olan zaman Turalın istifadəsində olan mobil nömrəyə zəng edərək sonuncu ilə görüşmək istədiyini bildirmiş, Tural da razılaşaraq onun yaşadığı binanın yaxınlığına gələrək orada görüşüb söhbət edən zaman “patı” adı ilə tanınan metamfetamin psixotrop maddəsindən söhbət düşmüş, marixuananın təsir gücü zəif olduğundan metamfetamindən istifadə etmək qərarına gəlmişlər. Bu məqsədlə Miri adlı şəxsə istifadəsində olan mobil nömrə ilə zəng edib sonuncudan metamfetamin istəmiş və saat 22 radələrində onların yaşadığı binanın yaxınlığında görüşmüşlər. Miriyə metamfetamin psixotrop maddəsi verməsi müqabilində 60 manat pul vermiş, həmin 60 manat pulun 30 manatını metamfetamin psixotrop maddəsi almaq üçün Tural ona vermişdir. 16 sentyabr 2021-ci il tarixdə onlara metamfetamin verəcəyini dedikdən sonra Miri sonuncunu avtovağzal ərazisinə aparmağı xahiş etmiş, Mirini dediyi kimi avtovağzal ərazisinə aparmışlar. Avtovağzal ərazisinə çatdıqdan sonra Miri Bakı şəhərinə getmək istədiyini bildirərək 65 manat müqabilində Bakı şəhərinə apara bilibbilməyəcəyini soruşmuş, Miri ilə razılaşaraq üçü birlikdə saat 23 radələrində Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə çatmalarına az qalmış saat 03 radələrində Miri avtomobili Xırdalan qəsəbəsinə sürməsini bildirdiyinə görə avtomobili Xırdalan qəsəbinin girişinə sürmüş, oraya çatdıqdan sonra Xırdalan qəsəbəsinin girişində Miri avtomobildən düşərək 15 dəqiqə sonra əlində yaşıl rəngli sellofan torba ilə gəlib avtomobilə əyləşmişdir. Mirinin əlində olan sellofan torbada nə olduğunu bilməmiş, Miri avtomobilə oturduqdan sonra avtomobili Gəncə istiqamətinə sürməyə başlamışdır. Bakı şəhərinin çıxışında Miri metamfetamin psixotrop maddəsini çıxardıb şüşə lampanın içərisinə qoymuş, lampanın içərisinə qoyulan metamfetamin psixotrop maddəsindən hər üçü növbəli şəkildə istifadə etdikdən sonra Gəncə şəhəri istiqamətində yenidən hərəkətə başlamışlar. Yevlax rayonu ərazisində Yol Patrul Xidmətinin stasionar postundan keçən zaman Yol Patrul Xidməti əməkdaşları işarə edərək onun idarə etdiyi avtomobili saxladaraq ondan avtomobilə dair sənədləri istəmiş, sənədləri Yol Patrul Xidməti əməkdaşlarına təqdim etdikdən sonra onlar hər üçünün danışıqlarından şübhələnərək bu barədə Yevlax rayon Polis Şöbəsinə məlumat vermişlər. Məlumat verilən zaman Miri onun avtomobilindən düşərək qaçıb getmiş, Yevlax rayon Polis Şöbəsinin əməkdaşları stasionar posta gəldikdən sonra onun öz razılığı ilə videoçəkiliş vasitəsilə avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sağ oturacağının altından və saxlanc yerindən Miriyə məxsus sellofan torbanın içərisində narkotik vasitə heroin və marixuana, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Baxış zamanı və sonradan izahatı alınan zaman heroin narkotik vasitə və metamfetamin psixotrop maddəsinin Miriyə məxsus olduğunu, lakin marixuananın isə tanışı Tural ilə birlikdə istifadə etmək məqsədi ilə aldıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhərindən tanışı Şahid4 idarə etidiyi Vaz 2107 markalı avtomaşınla Gəncə şəhərinə qayıdan zaman Yevlax rayonunda yol patrul xidməti əməkdaşı onları saxlamış, sonra avtomaşına keçirilən baxış zamanı orada narkotik vasitə aşkar edilmişdir. Ona polis əməkdaşları tərəfindən təsir olduğuna görə narkotik vasitənin həmin vaxt onlarla birlikdə avtomaşında olmuş Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Lakin narkotik vasitələrin kimə məxsus olmasını bilməmişdir. Miridən narkotik vasitə almamış, sonuncuya narkotik vasitə almaq üçün pul verməmişdir. Lakin hər üçü birlikdə narkotik vasitə qəbul etmişlər. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 məhkəməyədək icraat zamanı göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmət Alayının polis nəfəri işləyən Şahid1 Təvəkül oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Yevlax rayon ərazisindən keçən 722 saylı stasianar postda Yol Patrul Xidməti inspektoru Şahid2 ilə birlikdə xidmətdə olarkən Bakı- Qazax avtomagistralının 280-ci km-də Gəncə şəhəri istiqamətində hərəkətdə olan VAZ 2107 markalı 20DR753 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid2 tərəfindən saxlanılmış, həmin vaxt nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim etdikdən sonra nəqliyyat vasitəsində olan sürücü və sərnişinlərin özlərini şübhəli apardıqlarını müşahidə etdiyinə görə sürücüyə nəqliyyat vasitəsini postun duracaq meydançasına sürməsini bildirmişdir. Bundan sonra Şahid2 Yevlax rayon Polis Şöbəsinə xidmət etdikləri ərazidə şübhəli nəqliyyat vasitəsinin olması və nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə məlumat vermiş, polis əməkdaşlarını gözləyən zaman sonradan adının Miri olduğunu bildiyi şəxs oradan qaçaraq uzaqlaşmışdır. Yevlax rayon Polis Şöbəsinin əməkdaşları oraya gəldikdən sonra nəqliyyat vasitəsinə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən sellofan torbanın içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana, eyni zamanda elektron tərəzi və psixotrop maddə metamfetamin, 13 ədəd metadon həbləri və üzərlərinə Dekcalqin və Mejezik yazılmış həblər aşkar olunaraq götürülmüşdür. Avtomobili idarə edən Ceyhun adlı sürücü həmin aşkar olunmuş narkotik vasitə heroin, eyni zamanda elektron tərəzi və psixotrop maddə metamfetaminin, 13 ədəd metadon həblərinin Miri adlı şəxsə məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmət Alayının polis nəfəri işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Təvəkül oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 17/697 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Şahid4 idarə etdiyi... avtomaşından götürülmüş narkotik vasitəyə bənzər vasitələr.”sözləri və imzalar yazılmış zərfin içərisindəki 04 (dörd) ədəd şəffaf sellofan bükümlərdə və 01(bir) ədəd gümüşü rəngli kağız bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri -10,261qr., 1,698 qr., 0,464 qr., 0,801 qr., və 0,028 qr., ümumi təmiz çəkiləri -13,252 qramn olan maddələr Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (l saylı, ll bənd, sıra 27) daxil olan metamfetamindir. 04 (dörd) ədəd şəffaf sellofan bükümlərdə və 01(bir) ədəd gümüşü rəngli kağız bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri -0,810 qr., 0,182qr., 0,283qr., 0,077qr. Və 0, 018qr., ümumi təmiz çəkiləri -1,370 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət Şahid4 idarə etdiyi... avtomaşından aşkar edilmiş dərman və digər şübhə doğuran əşyalar” Sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd elektron tərəzidə olan maddə hissəcikləri-heroin hissəcikləridir. Tədqiqata təqdim edilmiş metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 14 dekabr 2021-ci il tarixli 6/5336 nömrəli rəyində göstərilmişdir ki, iş üzrə tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N85”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi TƏDQİQAT OBYEKTİ N3” dairəvi möhür əksi, “ vət.Şahid4” “ Yevlax RPŞ-nin Rəy 17/697” yazı və imzalar olan zərfdə 1 ədəd konvalyut kəsiyində 5 ədəd üzərində “F/M40” qəhvəyi rəngli, dairəvi formalı həb və 1 ədəd üzərində “F/M40” yazılan konvalyutda 10 ədəd qəhvəyi rəngli dairəvi formalı həb sintetik narkotik vasitə - metadondur. Təqdim olunmuş 15 ədəd həbin tərkibində metadonun təsir ediçi maddənin ümumi miqdarı 0,6 qramdır (həbin üzərində olan göstəriçiyə əsasən 1ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır). Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı ll) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli 158 nömrəli rəyində göstərilmşdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi malicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 99 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı keçirilmiş kəllə beyin travmasının az ifadəli qalıq əlamətləri, arabir müşahidə edilən nevrotik reaksiyalarla XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs kecirilmiş kəllə beyin travmasının az ifadəli qalıq əlamətləri, arabir müşahidə edilən nevrotik reaksiyalarla XBT- 10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirilməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyədə və az ifadəli olması səbəbindən o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan baxış keçirilməsinə dair 16 sentyabr 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, **-DR-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomaşına keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ sərnişin oturacağının alt hissəsindən 04 ədəd şəffaf sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,261 qram, 1,698 qram, 0,464 qram, 0,801 qram və 0,028 qram olmaqla ümumi çəkisi 13,252 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, 04 ədəd şəffaf sellofan bükümlərdə və 01 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,810 qram, 0,182 qram, 0,283 qram, 0,077 qram, 0,018 qram olmaqla ümumi təmiz çəkisi 1,370 qram narkotik vasitə olan heroin, 1 ədəd konvalyut kəsiyində 5 ədəd üzərində “F/M40” sözləri yazılmış, 1 ədəd üzərində “F/M40” sözləri yazılmış konvalyutda 10 ədəd qəhvəyi rəngli dairəvi formalı olmaqla cəmi 15 ədəd olan sintetik narkotik vasitə olan metadon həbləri və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayonu 15 nömrəli evlər üçlüyü tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ailə üzvləri ilə birlikdə Gəncə şəhəri Aydınbəyov küçəsi 12 saylı evdə yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Psixo- Nevroloji Dispanserindən verilmiş 30 noyabr 2021-ci il tarixli 1495/16 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri Aydınbəyov küçəsi ev 12-də yaşayan, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı ildə dispanserə müraciət etmiş və ona “Keçirilmiş kəlləbeyin travmasının qalıq əlamətləri, vaxtaşırı müşahidə edilən nevrotik reaksiyalar” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 08 iktyabr 2008-ci ildə Kəpəz rayon qeydiyyat şöbəsində 737 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahlarından 15 avqust 2008-ci ildə anadan olmuş X5 və 15 oktyabr 2010-cu ildə anadan olmuş X8 ataları Təqsirləndirilən şəxs yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2120-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Yevlax rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 mart 2022-ci il tarixli qərardan görünür ki, X3 barəsində CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət işindən Şahid4 və Şahid3 barəsində CM-in 234.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, çeşidi, aşkar olunan tərəzi və işdə olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Eyni zamanda məhkəmə şahidlər Şahid4 və Şahid3 məhkəmə istintaqı zamanı aşkar olunmuş narkotik vasitənin kimə məxsus olmasını bilməmələri və Təqsirləndirilən şəxs narkotik vasitə alması üçün pul verməmələrinə dair ifadələrini də tanışları Miri Rüstməvun məsuliyyətini yüngülləşdirmək üçün verilən ifadələr kimi qəbul edir və onların məhkəməyədək icraat zamanı verdikləri ifadələri işin hallarına uyğun gəldiyi üçün daha obyektiv və səmimi ifadələr kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşağının olması və İİİ qrup əlil olması cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 192,35 AZN (yüz doxsan iki manat otuz beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutlduğu 28 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 192,35 AZN (yüz doxsan iki manat otuz beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1,120 qram heroin, 13,002 qram metamfetamin və 12,20 qram marixuana, 13 ədəd metadon həbləri, 2 ədəd elektron tərəzi və 4 ədəd falqa məhv edilsin, 5 CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-127/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-127/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver