Məhkəmə qərarları › İş №1(091)-127/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-127/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-127/2024 12.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs” qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsının «Şəхsin cinаyət məsuliyyətinə cəlb еdilməsi üçün kifаyət еdən nаrkоtik vаsitələrin və psiхоtrоp mаddələrin miqdаrınа, hаbеlə оnlаrın külli miqdаrınа görə siyаhılаrının təsdiq еdilməsi hаqqındа» 28 iyun 2005-ci il tаrixli Qаnununа əsаsən külli miqdаr hеsаb еdilən, ümumi təmiz çəkisi 3,114 qram olan kustаr üsullа hаzırlаnmış narkotik vasitə heroini istintаqа məlum оlmаyаn tаriхdə və mənbədən satış məqsədi olmadan qаnunsuz olaraq əldə еdib üzərində daşıyaraq saxlamış, 20 oktyabr 2023-cü il tarixdə, saat 1845-də Göyçаy şəhəri, Xaqani küçəsində yaşadığı evin yaxınlığında Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş, həmin gün saat 1906dan 1915-dək X3 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd sellofan bükümdə və 1 ədəd kağız bükümdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 3,042 qram və 0,072 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,114 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin oktyabr ayının əvvəllərində İnstagram sosial şəbəkəsində tanış olduğu və özünü Baba kimi təqdim edən şəxs ona pul müqabilində narkotik vasitə sata biləcəyini demiş, bundan sonra 10 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində olan zaman həmin şəxslə əlaqə saxlayaraq 5 qram narkotik vasitə heroin almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxsin ona bildirdiyi kart hesabına Bakı şəhərində xatırlamadığı yerdə ödəmə terminalından 100 manat pul köçürmüş, bundan sonra həmin şəxsin bildirdiyi yerdən, yəni Bakı şəhəri, Yeni Yasamal ərazisindən yol kənarında olan dəmirlərin altından iki ədəd bükümdə olmaqla biri kağız, digəri isə sellofan bükümdə olan narkotik vasitə heroini götürüb üzərində saxlamışdır. Göyçay rayonuna qayıtdıqdan sonra həmin narkotik vasitənin bir hissəsindən istifadə etmiş, qalan narkotik vasitəni kağız və sellofan bükümlərdə olmaqla gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. 20 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhər, Xaqani küçəsində yaşadığı evin yaxınlığında olarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd ədəd kibrit qutusunun içərisindəki çəkisi 3,38 qram 1 ədəd sellofan bükümdə və 0,28 qram 1 ədəd kağız bükümdə olan qəhvəyi rəngli kütlə halında olan narkotik vasitə heroin aşkar olunduqdan sonra qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, üzərindən aşkar edilən kütlələrin narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən onlayn yolla aldığını, heç kimə satmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Törətdiyi əməldən peşman olmaqla aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkilləri Şahid2 və Şahid3 ilə birlikdə saat 18 radələrində Göyçay şəhəri, Xaqani küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Göyçay rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən isə bir ədəd kibrit qutusunun içərisindən bir ədəd kağız parçasının arasında məkisi 0,28 qram və 1 ədəd sellofan bükümdə çəkisi 3,38 qram olan qəhvəyi rəngli kütlə aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin narkotik vasitə olduğunu, narkotik vasitəni sosial şəbəkədə onlayn yolla tanış olduğu tanımadığı şəxsdən Bakı şəhərində əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və X1 inspektoru işləyən Şahid5 eyni məzmunlu ifadə verərək X4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2023-cü il tarixli 17/758 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd kağız bükümdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 3,042 qr., 0,072 qr., ümumi təmiz çəkisi – 3,114 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd kağız bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 yanvar 2024-cü il tarixli 87 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlələrin olduğu çəkisi 3,38 qram olan bir ədəd sellofan büküm və çəkisi 0,28 qram olan kağız bükümlər aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 04 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay 15 gün müddətinə 02 il sınaq müddəti ilə şərti azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01-273 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, yaşayış yerindən müsbət səciyyələndirilməklə, himayəsində xx.xx.2011-ci ildə doğulmuş Gülay Şərifli adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Göyçay rayon Mərkəzi Xəstəxanası” X7 alınmış xx.xx.2024-cü il tarixli, 18-1-40/2-86/2024 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanda yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “Narkomaniya” diaqnozu ilə narkoloq həkimdə qeydiyyatdadır, psixiatr həkimdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bunu təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işdə ola digər sübutlar bir daha təsdiq edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,90 AZN (yetmiş bir manat doxsan qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,90 AZN (yetmiş bir manat doxsan qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 2,992 qram və 0,052 qram heroin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar