Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-128/2021 27.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi – hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi - X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X12, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - Qanuni nümayəndə, xx xxxxxxx 1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müşahidə altında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinin materiallarına Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 1998-ci ildən düçar olduğu psixi xəstəliyi ilə əlaqədar 2001-ci il tarixdən X23 dispanserində "paranoid şizofreniya" diaqnozu ilə qeydiyyata alınıb psixoloji vəziyyətinin gərginləşməsinin qarşısını almaq məqsədilə həkim psixiatrlar tərəfindən tövsiyə edilmiş dərman preparatlarını qəbul etməkdən imtina etdiyi üçün birgə yaşadığı anası X21 ilə aralarında dəfələrlə şəxsi münasibətlər zəminində mübahisə yaranmış, sonuncunun haqlı iradları və təkidləri səbəbindən 01.01.2021-ci il tarixdə saat 15:00 radələrində yaşadıqları Mingəçevir şəhəri Nizami prospekti ev 13 ünvanında yerləşən 05 nömrəli mənzildə anası Afaq Əhmədova ilə şəxsi münasibətlər zəmininində mübahisə etmiş, anasının həkim psixiatrlar tərəfindən tövsiyə edilmiş dərman preparatlarını qəbul etməsi təkidləri davam etdiyindən mövcud olan psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyərək yaşadığı evin eyvanından götürdüyü çəkiclə divanda əyləşən anası Afaq Əhmədovanı qəsdən öldürmək məqsədilə sonuncunun həyat üçün mühüm rol oynayan baş nahiyəsinin gicgah hissəsinə ard-arda 3 dəfə zərbə endirərək açıq kəllə-beyin travması, sağ gicgah, təpə və ənsə sümüklərinin açıq basılmış qəlpəli sınıqları, sağ gicgah payının açıq zədələnməsi nəticəsində inkişaf edən travmatik beyindaxili qanaxması dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid 03 ədəd xəsarət yetirib anası Afaq Əhmədovanı şəxsi münasibətlər zəminində öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyindən qanuni nümayəndəsinin iştirakı ilə onun ibtidai istintaq zamanı cinayət prosessual fəaliyyət qabiliyyəti istisna edilmədiyi halda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs qanuni nümayəndəsi və həkimmütəxəssisin iştirakı ilə dindirilərkən göstərmişdir ki, psixoloji xəstəlikdən əziyyət çəkdiyinə görə müxtəlif vaxtlarda həkim müayinəsində olmuş, həkimlər xəstəliyi ilə əlaqədar onun səhhətini yaxşılaşdıracaq dərman preparatları qəbul etməsini tövsiyə etməsinə baxmayaraq həmin dərman preparatlarını heç vaxt könüllü qəbul etməmişdir. Həmin dərman preparatlarını anasının təkidləri ilə qəbul etmiş və bu səbəbdən mütəmadi olaraq anası ilə arasında mübahisələr yaranmışdır. 18 dekabr 2020-ci il tarixdə anası yenə həkim tərəfindən yazılmış dərman preparatlarını qəbul etməyə məcbur etdiyinə görə anası ilə mübahisə etmiş və yaranmış münaqişə zamanı sillə ilə anasının üz nahiyəsinə zərbə endirmişdir. Baş vermiş bu hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma başlanılmış, daha sonra yaxın qohumları tərəfindən X23 dispanserinə aparılmışdır. Orada həkimlər yenə tövsiyə vərəqəsi yazıb evə gedə biləcəyini bildirmişlər. 01.01.2021-ci il tarixdə anası Afaq Əhmədova səhər tezdən həkimlər tərəfindən yazılmış dərman preparatlarını qəbul etməli olduğunu bildirsə də, həmin dərmanları qəbul etməkdən imtina etmişdir. Bir müddət keçdikdən sonra anasının məcburi təkidləri davam etdiyinə görə anasını öldürmək qərarına gələrək yaşadıqları evin eyvanında yerləşən şkafdan çəkic götürmüş, divanda əyləşən anasının baş nahiyəsinə çəkiclə bir dəfə zərbə endirmişdir. Zərbə endirən kimi anası huşunu itirərək divana yayılmışdır. Anası divana yayıldıqdan sonra onun hirsi soyumamış və anasının ölmədiyini yəqin edərək eyni nahiyəyə 4-5 dəfə də əlindəki çəkiclə zərbə endirmişdir. Daha sonra anasının hərəkətsiz qaldığını görüb öldüyünü anlamış və əlindəki çəkici eyvanın qarşısında döşəmə üzərinə atmışdır. Daha sonra yaşadığı mənzili tərk edib qonşusu Şahid1 qapısını döyüb, sonuncuya anasını öldürdüyünü bildirmişdir. Qonşusu Fizuli dərhal onunla birlikdə mənzilə daxil olaraq anasının cansız bədənini divan üzərində görmüş, hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermişdir. Çox keçmədən hüquq-mühafizə orqanları hadisə yerinə gəlmiş və saxlanılaraq Mingəçevir şəhər prokurorluğuna gətirilmişdir. Anlaqsız vəziyyətdə cinayət törədən Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiyi Mingəçevir şəhəri Nizami küçəsi 13 ünvanında yerləşən 5 nömrəli mənzil anası X15 məxsusdur. Həmin mənzildə anası ilə birlikdə yaşamışdır. Hadisənin baş verdiyi gün həmin mənzildə anası Afaq Əhmədova olmuşdur. Uzun müddətdir ki, "paranoid şizofreniya" psixi xəstəliyindən əziyyət çəkmiş və bununla bağlı bir çox psixoloji dispanserlərdə, o cümlədən Mingəçevir və Şəki psixoloji dispanserlərində həm ambulator, həm də stasionar müalicə olunmuşdur. Təxminən bir və ya iki ildir ki, ambulator müayinələrdə olduğundan həkimlər tərəfindən hər gün psixi vəziyyətini normallaşdıran dərman preparatları qəbul etməsi tövsiyə edilmişdir. Lakin artıq dərman preparatları qəbul etməkdən bezdiyinə və həmin dərmanların onun səhhətinə mənfi təsir etdiyini düşündüyünə görə həmin dərmanları qəbul etməkdən imtina etmişdir. Həkim-psixiatrlar tərəfindən yazılmış dərman preparatlarını hər gün səhər yeməyindən sonra qəbul etmişdir. Sonuncu dəfə həmin dərman preparatlarını 31.12.2020-ci il tarixdə qəbul etmişdir. 01.01.2021-ci il tarixdə həmin dərman preparatlarını qəbul etməmək qərarına gəldiyi səbəbindən anası Afaq Əhmədova ilə mübahisə etmişdir. Psixi xəstəliyi ilə əlaqədar həkim-psixiatrlar tərəfindən tövsiyə edilmiş dərman preparatlarını qəbul etməkdən imtina etməsinə görə anası ilə dəfələrlə mübahisə etmişdir. Əvvəllər anasına olan hirsini ev əşyalarını qırmaqla və ya dağıtmaqla biruzə verdiyi halda 18 dekabr 2020-ci il tarixdə anasına qarşı fiziki zor tətbiq etməyə başlamışdır. Həmin vaxt anasının üz nahiyəsinə sillə ilə vurmuşdur. Baş vermiş bu hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarında, o cümlədən Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılmış, oradan X23 dispanserinə aparılmışdır. Orada ona bir sıra dərman preparatları verdikdən sonra artıq evə getməsinə icazə verilmişdir. 01.01.2021-ci il tarixdə anası X5 yeməyindən sonra psixi xəstəliyi ilə əlaqədar olaraq həkim-psixiatrlar tərəfindən tövsiyə edilmiş dərman preparatlarını qəbul etməli olduğunu bildirdikdə anasına həmin dərman preparatlarını qəbul etməyəcəyini bildirmiş, lakin anası dərman preparatlarını qəbul etməli olduğunu israr etməkdə davam etdiyinə görə aralarında sözlü mübahisə yaranmışdır. Sözlü mübahisə onun psixi vəziyyətini gərginləşdirmiş və anasını öldürmək qərarına gəlmişdir. Anası ilə yaşadıqları evin qonaq otağında mübahisə etmişdir. Artıq anasını öldürmək qərarına gəldikdə həmin qonaq otağının önündəkı eyvanda yerləşən şkafdan çəkici götürüb divanda əyləşən anasının üzərinə hücum edərək sonuncunun baş nahiyəsinə əlindəki çəkiclə zərbələr endirmişdir. Anasını öldürmək məqsədilə digər bədən üzvlərinə deyil, baş nahiyəsinə təxminən 4-5 dəfə zərbə endirmişdir. İlk zərbəni endirdikdən sonra anası huşunu itirib oturduğu divana yayılmışdır. Lakin anasının ölmədiyi qənaətinə gəldiyinə görə ard-arda həmin nahiyəyə zərbələr endirmiş və artıq anasının öldüyü qənaətinə gəlib həmin çəkici eyvanın qarşısında döşəmə üzərinə tullamışdır. Anasının baş nahiyəsinə zərbə endirdiyi zaman anası ona müqavimət göstərməmiş və yalvarmamışdır. Anası onu çəkiclə vuracağını düşünməmişdir. Belə ki, anası onun psixoloji tutmaları olduğu zaman evdəki əşyalara zərər yetirdiyini bilmiş və dəfələrlə onun şahidi olmuşdur. Əlindəki çəkiclə anasına ilk zərbəni vurduğu zaman sonuncu huşunu itirərək əyləşdiyi divan üzərinə yayılmış və daha sonra həmin nahiyəyə bir neçə dəfə yenə zərbə endirib anasını öldürmüşdür. 01.01.2021-ci il tarixdə istifadə etdiyi çəkicin tutacağı taxta materialdan, başlığının bir üzü yastı, digər üzü isə dik olmaqla dəmir materialından olmuşdur. Qonşusu Şahid1 bu barədə məlumat verməkdə hər hansı məqsədi olmamışdır. Törətdiyi əməldən peşmandır. (cild 1, iş vər. 49-52; 68-80) Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhum zərərçəkmiş şəxs X21 onun anası, cinayət törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Atası hadisədən təxminən bir il əvvəl vəfat etmişdir. Bundan sonra Mingəçevir şəhərində yerləşən evlərində mərhum anası və qardaşı birlikdə yaşamışlar. Anası əvvəllər xəstəxanada işlədiyinə və dərmanları tanıdığına görə xəstə qardaşına evdə baxmışdır. Qardaşı İslam anadangəlmə psixi xəstə olmamışdır. Belə ki, qardaşı İslamın 19-20 yaşı olan zaman onlar qardaşında anormal hallar müşahidə etməyə başlamışlar. Onlar qardaşını Rafael həkimin yanına aparıb müayinə etdirdikdə qardaşının psixi xəstəliyinin olduğunu bilmişlər. Həmin vaxtdan sonra qardaşı dərmanlar qəbul etməklə yaşamışdır. Qardaşı İslam çox yaxşı və mədəni uşaq olmuşdur. Ancaq keçirdiyi psixi xəstəlik onu pis vəziyyətə salmışdır. Qardaşına baxmaq üçün kişi cinsindən adam lazım olmuşdur ki, qorxub çəkinərək vaxtında dərmanlarını qəbul etsin. Ona qadının gücü çatmırdı. Atasının sağlığında qardaşı atasından qorxaraq dərmanlarını qəbul etmiş və vəziyyəti yaxşı olmuşdur. Atası vəfat edəndən sonra isə anası ona baxa bilməmişdir. Tez-tez anası ilə qardaşı arasında münaqişələr baş vermişdir. Dərmanlarını atmaq üçün anası ona təkid edəndə o, anası ilə dalaşmış, onu söymüş və vurmuşdur. Ancaq qardaşı dərmanlarını atandan sonra özünə gəlmiş və etdiklərinə görə peşman olaraq anasından üzr istəmişdir. O, anasına bir neçə dəfə qardaşını xəstəxanaya yerləşdirmələrini bildirdikdə isə anası ona yalnız demişdir ki, oğlu dərmanları qəbul edəndə çox yaxşı olur və etdiklərinə görə peşman olaraq üzr istəyir. Ona görə də, anası qardaşının xəstəxanaya yerləşdirilməsinə razı olmamışdır. Daha sonra qonşu zəng edərək onu çağırmışdır. O, anasıgilin yaşadığı evə getdikdə anasının vəziyyətinin pis olduğunu görmüşdür. Anası qardaşına dərmanları qəbul etməsini dediyinə görə qardaşı əsəbiləşərək dərmanları balkondan atmışdır. Anasını da necə vurmuşdursa, ayağı qırılmışdır. O, anasını xəstəxanaya aparmış, həmin vaxt polislə getmişdir. Qardaşını da xəstəxanaya aparmış, Rafael həkimə vəziyyəti danışmışdır. Başqa bir həkim qardaşını Bakı şəhərinə xəstəxanaya aparmaq üçün təcili göndəriş yazmışdır. Onlar da qardaşını Bakı şəhərinə aparmışlar. Həmin xəstəxanada bir nəfər kişi həkim olmuşdur. Həmin vaxt növbə dəyişdiyinə görə həmin həkim onları qəbul etməmişdir. Ondan sonra gələn bir nəfər qadın həkim onları qəbul etmişdir. Həmin həkim onun qardaşını xəstəxanaya yerləşdirməkdən imtina etmişdir. Onları Şəki şəhərində yerləşən psixiatriya xəstəxanasına göndərmişlər. Onlar daha sonra Rafael həkimin yanına qayıtmışlar. Yenə də qardaşını evdə dərmanlarını qəbul etməsi üçün evə aparmışlar. 10 gün sonra qonşuları Fizuli və Bəxtiyar qardaşının onları narahat etdiklərini bildirmişlər. O, polis əməkdaşı ilə evə getmişdir. Yenə də qardaşını Rafael həkimin yanına aparmış və iynələrini vurdurmuşlar. Bundan sonra o, anasını özünün yaşadığı evə aparmışdır. Qardaşı anası üçün darıxdığını və onun ac qaldığını deyib yalvarmışdır. Anası da evə qayıtmaq istəmişdir. O da anasını aparmış, evə qoyub qayıtdıqdan iki saat sonra qeyd edilən hadisənin baş verməsi barədə xəbər almışdır. Hadisənin baş verməsinə səbəb 1 saylı Respublika Psixiatriya Xəstəxasının həkimlərinin səhlənkarlığı olmuşdur. Çünki onlar vaxtında həkimin göndərişini nəzərə alaraq xəstə olan qardaşını xəstəxanaya qəbul etmiş olsaydılar, belə bir hadisə də baş verməmiş olardı. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşu olmuşdur. 01 yanvar 2020-ci il tarixdə qeyd edilən hadisə baş vermişdir. Belə ki, o, yemək yeyən zaman səs eşitmişdir. Həmin vaxt qadının qışqırıq səsini eşitmiş və səsi kəsilmişdir. Təqsirləndirilən şəxs ilə anasının yaşadığı mənzilin qapısı həmişə açıq olmuşdur. O, qapıdan içəri baxdıqda mərhum zərərçəkmiş şəxs X13 divanda oturduğunu, diqqətlə baxdıqda isə ondan qan axdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs isə pəncərənin qabağında sakitcə dayanmışdır. O, Təqsirləndirilən şəxs nə etdiyini soruşduqda İslam sakit səslə anasını öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, həkim psixiatr işləyir. Təqsirləndirilən şəxs psixi xəstə kimi ona müraciət etmiş, bir neçə dəfə stasionarda olmuşdur. 2013-cü ildən stasionar bağlandığına görə xəstəni xəstəxanaya yerləşdirə bilməmişlər. X24 əvvəllər aptekdə əczaçı işlədiyinə görə dərmanları tanımış və buna görə də, xəstəyə evdə özü baxmışdır. Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar olaraq aqressiv olmuşdur. O, tez-tez Təqsirləndirilən şəxs anası ilə dalaşdığını, dərmanları qəbul edəndən sonra isə peşman olub anasından üzr istədiyini eşitmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs son dəfə anası ilə mübahisə edən zaman ona xəsarət yetirməsi barədə onun bacısı tərəfindən məlumatlandırılmışdır. Belə olub onlara artıq xəstənin aqressivləşdiyini, onun ətrafdakılara ziyan yetirmək ehtimalının yüksək olduğunu, ona görə də, Bakı şəhərində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsinin məsləhət olduğunu bildirmiş, lakin rəsmi həkim göndərişini o yazmamışdır, çünki yaxınları tərəfindən İslam Əhmdov həmin ərəfədə başqa həkimin yanına aparılmış və həmin həkim onu yoxladıqdan sonra müvafiq göndərişi yazmışdır. Amma Bakı şəhərində yerləşən 1 saylı Psixiatriya Xəstəxanası tərəfindən xəstənin qəbul edilməməsinin səbəbini, habelə oradan Şəkidə yerləşən X2 hansı təlimata uyğun olaraq göndərildiyini bilməmiş, əslində isə əgər həkim göndərişi ilə xəstə gəlirsə, onun qəbul edilməsinin zəruri olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadəsində Şahid2 bildirmişdir ki, 2013-cü ildən etibarən ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Elə həmin tarixdən X16, sonuncunun əri Yaşar Əhmədovu və onların ailə üzvlərini, o cümlədən Təqsirləndirilən şəxs tanımışdır. Yaşar Əhmədov və onun ailə üzvləri ilə mehriban qonşuluq münasibəti olmuşdur. Yaşar Əhmədovun biri qız, ikisi oğlan olmaqla üç övladı olmuşdur. X6 ailə həyatı qurduqdan sonra Yevlax rayonunun Varvara kəndində yaşamağa başlamışdır. X3 bir müddət Mingəçevir şəhərində yaşasa da, daha sonra qardaşı Təqsirləndirilən şəxs psixoloji xəstəliyi ilə əlaqədar anormal davranışlarına görə ailəsi ilə birlikdə Bakı şəhərinə getmişdir və hal-hazırda orada yaşayır. 2013-cü il tarixdən Təqsirləndirilən şəxs hərəkətlərində kəmağıllılıq, həyətdə özüözü ilə danışmaq, hər xırda hadisəyə görə evdə mübahisə etdiyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs psixoloji vəziyyəti get-gedə daha da pisləşmiş, davranışı daha da təhlükəli xarakter almağa başlamışdır. Onun qonşusu Yaşar Əhmədov öldükdən sonra Təqsirləndirilən şəxs davranışı tamamilə dəyişmiş və artıq evdə tənha qalan anası Afaq Əhmədovaya fiziki zor tətbiq etməyə, həm anası, həm də cəmiyyət üçün təhlükəli olmağa başlamışdır. Onun təkidlərinə baxmayaraq X27 Əhmədovu stasionar müalicə üçün tibb müəssisəsinə yerləşdirməmişdir. X25 özü evdə qulluq edib sağaldacağını bildirmişdir. 19 dekabr 2020-ci il tarixdə saat 20:00 radələrində işdə olduğu zaman Təqsirləndirilən şəxs Afaq Əhmədovaya fiziki zor tətbiq etdiyi xəbərini almışdır. Daha sonra həmin mübahisənin nəticəsi olaraq Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs X23 dispanserinə aparıldığını və həmin dispanserin səlahiyyətli əməkdaşları Təqsirləndirilən şəxs Bakı şəhəri Maştağa rayonunda yerləşən psixiatrik xəstəxanaya getməli olduğu qənaətinə gələrək müvafiq göndəriş tərtib etdiyini, lakin Azərbaycan Respublikası ərazisində "COVİD 19" pandemiyası səbəbindən Təqsirləndirilən şəxs Bakı şəhəri Maştağa rayonunda yerləşən psixiatrik xəstəxanaya qəbul edilmədiyi barədə qonşusu Fizuli məlumat vermişdir. Daha sonra X27 Əhmədov ilə birlikdə yaşamaqdan qorxduğuna və 19.12.2020-ci il tarixdə baş vermiş hadisə zamanı ayaq nahiyəsindən xəsarət aldığına görə Yevlax rayonunun Varvara kəndində yaşayan qızı Fəxriyyənin yanında yaşamağa davam etmişdir. Həmin bir neçə günü Təqsirləndirilən şəxs tənha yaşamış və həmin zaman kəsiyində dərman preparatlarını qəbul etməkdən yayındığına görə psixoloji vəziyyəti daha da mürəkkəbləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs tənha yaşdığı zaman gecə vaxtı təxminən 04:00 radələrində onun yaşadığı ünvanın qapısını döyərək yaşadığı mənzili satmaq və evlənmək istədiyini bildirmişdir. Bu vəziyyət, demək olar ki, hər gün davam etmişdir. İslam həmçinin eyni sözləri onun qonşusu Şahid1 də bildirmişdir. Daha sonra mənzildə olan paltar və digər əşyaları həyətə atmışdır. Artıq öz ailə üzvlərinin təhlükəsizliyi baxımından da narahat olmağa başlamışdır. 01.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs çağırışı əsasında X17 şəhərinə oğlunun yaşadığı ünvana geri qayıtmışdır. Həmin gün qeyri-iş günü olduğuna görə bütün günü evdə olmuşdur. Saat 15:00 radələrində nahar etdiyi zaman Fizuli ona zəng edərək X19 baş nahiyəsinə çəkiclə zərbə endirərək xəsarət yetirdiyini bildirmişdir. Dərhal yaşadığı evdən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Həmin vaxt içəri daxil olduqda Afaq Əhmədovanı qonaq otağında yerləşən divan üzərində sağ tərəfə yayılmış vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə qonaq otağının qarşısında dayandığını və ayağının yanında üzərində qanabənzər ləkələr olan çəkici görmüşdür. Belə olan halda Fizuli tərəfindən çağırılmış Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları gələnə qədər həmin mənzili tərk etməmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs anasını öldürdüyünü deyib daha sonra sakit dayanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 01 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri - Mingəçevir şəhəri Nizami prospekti 13 ünvanında yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində olan 05 nömrəli mənzildir. 5 mərtəbəli bina köhnə tikilidir. Blokun içərisində yuxarı mərtəbələrə qalxmaq üçün nəzərdə tutulmuş pilləkan qəfəslik vardır. Pilləkan qəfəsliyi qalxdıqdan sonra həmin binanının 3-cü mərtəbəsində sağ tərəfdə bir mənzil, sol tərəfdə bir mənzil, orta tərəfdə bir mənzil vardır. Orta tərəfdə olan mənzil X15 məxsus fərdi yaşayış evidir. Həmin mənzilin ağ rəngli taxta materialdan ibarət giriş qapısı vardır. Qapının üzərində göz ilə görünə bilən zədə və ya zədə izləri aşkar olunmur. Qapı açıq vəziyyətdədir. Qapının üzərində rəqəmlə 5 (beş) yazılmışdır. Həmin qapıdan içəri daxil olduqda mənzil 2 otaqdan ibarətdir. Girişdə uzunluğu 70 sm, eni 50 sm olan dəhliz vardır. Dəhlizin sağ divarında hamam otağı, dəhlizdən təxminən 2 metr məsafədə sağ tərəfdə mətbəx otağı yerləşir. Həmin dəhlizin sonunda uzunluğu 1.2 metr, eni 1.5 metr olan qonaq otağı və həmin qonaq otağının yanında yataq otağı vardır. Mənzilin bütün otaqlarının qapısı taxta materialdandır. Mənzilin döşəməsi taxta materialdandır. Qonaq otağının sol divarına bitişik 01 ədəd divan, orta divarında 01 ədəd stol və 02 ədəd stul, sağ divarında eyvana giriş və çıxışı nəzərdə tutan taxta materialdan qapı, həmin qapının yanında 38 düyüm "OMG" markalı qara rəngli televizor və qəhvəyi rəngli televizor altlığı vardır. Divan üzərində sol tərəfə yayılmış vəziyyətdə olan üzəri ağ çarşafla örtülü olan meyit vardır. Meyit qadın cinslidir. Meyitin baş nahiyyəsinin sağ tərəfindən xəsarət aldığı və həmin nahiyyədən xeyli qan axdığı müşahidə olunur. Həmin qan ləkələri çarşaf və divanın üzərində də müşahidə olunur. Həmin otaqdakı eyvanın girişi qapısı önündən təxminən 2 metr məsafədə döşəmə üzərində uzunluğu 70 sm olan taxta tutacaqlı dəmir başlıqlı təmir aləti çəkic vardır. Çəkicin dəmir başlığı üzərində qanabənzər ləkələr müşahidə olunur. Baxış zamanı ağ rəngli çarşaf və üzərində qanabənzər ləkələr olan çəkic müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 03-09) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Meyitə baxış keçirilməsi haqqında” 01 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, əynində aşağıdakı paltarlar - qara rəngdə yun jaket, göyümtül rəngdə güllü don, bozumtulgüllü ikinci don, qara rəngdə rituz, ağ rəngdə alt köynəyi, ağ tuman, boz rəngdə corablar olmuşdur. Meyit qadın cinslidir, düzgün bədən quruluşludur. Sifəti qana bulaşmışdır. Meyit nisbətən soyumuşdur. Dərialtı piy təbəqəsi zəif inkişaf etmişdir. Saçları xənalanmışdır, uzunluğu 30-40 sm-ə qədərdir. Boyunun uzunluğu 164 sm-dir. Meyit ləkələri bədənin arxa və yan səthlərində zəif inkişaf etmişdir, barmaqla təsir etdikdə itir və 3 dəqiqə müddətində yenidən bərpa olunur. Meyid qacıması müayinə olunan bütün qrup əzələlərdə yaxşı inkişaf etmişdir. Əllədikdə sağ gicgah nahiyyəsində patoloji hərəkətlilik vardır. Göz qapağı qapalıdır. Göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir, buynuz qişa şəffafdır. Göz almasının birləşdirici toxumalarında qansızmalar yoxdur. Burun dəlikləri sərbəst keçiricidirlər. Hər iki xarici qulaq keçəcəkləri sərbəst keçiricidirlər. Dişləri yoxdur, damaq hamar və zədəsizdir. Boyunu adi ölçüdə və hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə patoloji hərəkətlilik qeyd olunmur. Qarnı döşündən aşağı səviyyədədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri qadın cinsli normal inkişaf etmişdir. Arxa keçəcək təmizdir, ətraf dərisi zədəsizdir. Ətrafları normal inkişaf etmişdir. Sağ gicgah nahiyyəsində 9x9 sm sahədə 4x2 sm ölçüdə 3 ədəd bir-biri ilə birləşən kənarları nahamar açıq yara vardır, yaradan baş-beyin toxuması xaric olur. Sağ gözünün ətrafı şişkindir, yumşaq toxumalar qansızmalıdırlar. Əllədikdə sağ təpə və gicgah sümükləri kəllə boşluğuna doğru basılmış vəziyyətdədirlər, sınıq fraqmentləri hərəkətlidirlər. Bədənində başqa xəsarət aşkar olunmadı. (cild 01, iş vər. 10-16) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “götürmə və baxış keçirilməsi haqqında” 01 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 01.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən Afaq Əhmədovanın üzərində olan 01 (bir) ədəd uzunqol köynəyə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi:
1. 01 (bir) ədəd gecəlik ağ və göy rənglərdən ibarətdir. Həmin gecəliyin döş qəfəsi nahiyəsindən başlayaraq çiyin hissəsinə qədər davam edən göy rəngli zolaq vardır. Gecəliyin üzərində bir-birindən 2 sm məsafədə olmaqla göy rəngli gül təsvirləri vardır. Gecəliyin üzərində gözlə görünən qanabənzər ləkələr vardır. Gecəliyin boyun hissəsində 18x20 sm ölçülü tünd qırmızı rəngli və boyun hissəsindən ətək hissəsinə qədər davam edən 14x25 sm ölçülü açıq qırmızı rəngli genişmiqyaslı qanabənzər ləkələrin mövcud olduğu müəyyən olundu.
2. 01 ədəd şalvar qara rənglidir. Həmin şalvar üzərində gözlə görünən zədə və ya izlər müşahidə edilmədi. Həmin köynəyə təbii və süni işıq altında baxdıqda üzərində qana bənzər ləkələrin mövcud olmadığı müəyyən olundu.
3. 01 ədəd xələt ağ, şabalıdı və göy rənglərdən ibarətdir. Həmin xələtin qurşağa qədər olan hissəsində ağ, şabalıdı və göy rəngli olmaqla dairəvi şəkildə təsvirlər vardır. Qurşaqdan aşağı hissədə ağ, şabalıdı və göy rənglərdən ibarət gül təsvirləri vardır. Xələtin üzərində gözlə görünən qanabənzər ləkələr vardır. Belə ki, xələtin boyun hissəsində 18x21 sm ölçülü tünd qırmızı rəngli qanabənzər ləkələrin mövcud olduğu müəyyən olundu.
4. 01 ədəd uzunqol köynək qara rənglidir. Həmin uzunqol köynəyin qarın hissəsində bir-birindən 7 sm məsafədə olmaqla ağ, sarı və qırmızı rəngli zolaqları vardır. Həmin uzunqol köynəyin üzərində gözlə görünən zədə və ya izlər müşahidə edilmədi. Həmin uzunqol köynəyə təbii və süni işıq altında baxdıqda üzərində qanabənzər ləkələrin mövcud olmadığı müəyyən olundu. Baxış aparılarkən “Sony” markalı rəqəmsal fotoaparatdan istifadə edildi, fotoşəkillər çəkildi, protokola əlavə olundu. (cild 01, iş vər. 20-25) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “götürmə və baxış keçirilməsi haqqında” 01 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 01.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs X16 çəkiclə öldürərkən üzərində olan paltar cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş 01 (bir) ədəd uzunboğaz köynək, 01 (bir) ədəd idman şalvarı və 01 (bir) ədəd gödəkçəyə Mingəçevir şəhər polis şöbəsinin müvəqqəti saxlama yerində baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi:
1. 01 (bir) ədəd uzunboğaz köynək qara rənglidir. Köynəyin üzərində gözlə görünən zədə və ya izlər müşahidə edilmədi. Həmin köynəyə təbii və süni işıq altında baxdıqda üzərində qanabənzər ləkələrin mövcud olmadığı müəyyən olundu.
2. 01 ədəd idman şalvarı qara rənglidir. Şalvarın sağ və sol tərəfində topuğa qədər olan hissəsində 3 ədəd olmaqla ağ rəngli zolaq vardır. Şalvarın sol cibinin üzərində “adidas” yazısı və loqosu vardır. Həmin şalvar üzərində gözlə görünən zədə və ya izlər müşahidə edilmədi. Həmin köynəyə təbii və süni işıq altında baxdıqda üzərində qanabənzər ləkələrin mövcud olmadığı müəyyən olundu.
3. 01 ədəd gödəkçə açıq boz rənglidir. Gödəkçənin üzərində gözlə görünən zədə və ya izlər müşahidə edilmədi. Həmin gödəkçəyə təbii və süni işıq altında baxdıqda üzərində qanabənzər ləkələrin mövcud olmadığı müəyyən olundu. (cild 01, iş vər. 54-61) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.01.2021-ci il tarixli “Raport”dan görünür ki, 01.01.2021-ci il tarixdə saat 14:52-də DİN-in 102 xidmətindən daxil olmuş məlumatda Mingəçevir şəhəri Nizami küçəsi ev 13 mənzil 5də yaşayan X9 zəng edərək psixi xəstəliyi olan təxminən 40 yaşında olan İslam adlı qonşusunun anası Afaqın baş nahiyəsindən çəkiclə vurub xəsarət yetirməsini bildirdi. Qadının hərəkətsiz qan içində yerdə uzanması barədə məlumat verdi. (cild 01, iş vər. 118) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin 19.01.2021-ci il tarixli 158-2426-1221 saylı məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Əhmədov X10 şəhəri Nizami prospekti ev 13 mənzil 5-də qeydiyyatdadır. (cild 01, iş vər. 141) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 144) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 rəyindən görünür ki, 1948-ci il təvəllüdlü X13 meyitinin müayinəsi zamanı meyitində aşkar olunan xəsarətlər:- açıq kəllə-beyin travması, sağ gicgah, təpə və ənsə sümüklərinin açıq basılmış qəlpəli sınıqları, sağ gicgah payının açıq zədələnməsi nəticəsində inkişaf edən travmatik beyindaxili qanaxması qərarda göstərilən müddətdə və şəraitdə yəni 01.01.2021-ci il tarixdə dəmir materialdan hazırlanmış çəkiclə zərbələr nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. 1948-ci il təvəllüdlü X13 ölümünə səbəb, baş-beyin toxumalarının həyatla bir araya sığmayan açıq zədələnməsi olmuşdur. X13 ölümü meyitin meyitxanadakı müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. X15 yetirilmiş xəsarətlər bədənin eyni nahiyyəsinə (başına) eyni vaxta və ardıcıllıqla yetirildiyi üçün ayrılıqda hansı xəsarətin onun ölümünə səbəb olduğunu müəyyən etmək mümkün deyildir. X13 başının sağ gicgah nahiyəsinə 3 dəfə ardıcıllıqla zərbə yetirilmişdir. (cild 01, iş vər. 208-211) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X26 21.01.2021-ci il tarixli, 20/2021-MTBŞ nömrəli rəyindən görünür ki, X13 şəxsiyyət vəsiqəsinin kserosurətinin ABO sistemi üzrə qan qrupu: O/1/-dir. Ekspertizaya təqdim olunmuş çəkic, mələfə, A.Təqsirləndirilən şəxsya məxsus şalvar, xələt, gecəlik, poluver, üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigenləri alındı. Bu qan ləkələri O (1) qruplu bir şəxsə, o cümlədən X15 məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus sviter və idman şalvarı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş çəkic, mələfə, A.Təqsirləndirilən şəxsya məxsus şalvar, xələt, gecəlik, poluver üzərində olan ləkələrdə yararlı hüceyrə elementləri aşkar olunmadığı üçün qanın regionunu (bədənin hansı nahiyyəsinə aid olması) təyin etmək mümkün olmadı. (cild 01, iş vər. 212-219) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2021-ci il tarixli 6/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X15 məxsus olduğu qeyd edilən 01 ədəd xələtin səthi üzərində aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə qərarda Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. (cild 01, iş vər. 229-236) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, həqiqətən, Mingəçevir şəhəri Nizami küçəsi 13 mənzil 5-də yaşamış, yaşadığı müddətdə dəfələrlə ailədaxili mübahisə yaratmışdır. Təqsirləndirilən şəxs psixi pozuntusu olduğunu qonşular da etiraf edir. (cild 01, iş vər. 248) Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qeyd edilən cinayət əməli cinayətin obyektiv cəhətinin ünsürlərindən olan hərəkət və ya hərəkətsizliklə yanaşı nəticənin də baş verməsini nəzərdə tutan əməl olduğundan, yəni maddi tərkibli cinayət əməli olduğundan törədilən cinayət əməli ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması ilə şərtlənir. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halında qiymət verərək, həqiqətən də, ictimai təhlükəli əməlin törədilməsi və həmin əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gəlir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Odur ki, şəxs cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.01.2021-ci il tarixli 1434 saylı arayışdan görünür ki, ünvan 5 ünvanında yaşayan 1981ci il təvəllüdlü Təqsirləndirilən şəxs 13.10.2001-ci ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində “paranoid şizofreniya” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. (cild 01, iş vər. 26) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sənədlərə baxış keçirilməsi haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X23 Xəstəlikləri Dispanserindən daxil olmuş sənədlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs 1998-ci ildən etibarən psixoloji xəstəlikdən əziyyət çəkdiyi, 2001-ci ildən tarixdən etibarən X23 dispanserində "paronoid şizofreniya" xəstəliyi ilə qeydiyyatda durduğu, 03.12.2011-ci il tarixdə X23 dispanserində stasionar müalicəyə alındığı, 2012-ci ildən etibarən isə ambulator müalicəyə alındığı, eyni zamanda həmin tarixdə əliliyin alınmasından ötrü müvafiq sənədlərin TSEK-ə göndərilməsinə razılıq vermədiyi və həmin sənədləri məhv etdiyi, 2016-ci il tarixdən 2020-ci il tarixədək ev şəraitində ambulator müayinəyə alındığı, 21.12.2020-ci il tarixdə xəstəliyində kəskinləşmə müəyyən olunduğundan stasionar müalicə üçün Respublika Psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı göstəriş yazıldığı, həmin göndəriş üzərinə Respublika Psixiatriya xəstəxanasının səlahiyyətli həkimləri tərəfindən xəstəxanada yerin məhdud olduğu, xəstədə hal-hazırda psixoz müşahidə edilmədiyi, xəstənin dəfələrlə Şəki psixiatrik xəstəxanada yatdığı, ehtiyac olduqda yenidən Şəki psixiatrik xəstəxanada yerləşdirilməsi məsləhət görüldüyü barədə qeyd edilməklə stasionar müalicəyə qəbul edilmədiyi müəyyən edilmişdir. (cild 01, iş vər. 149-187) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 18.02.2021-ci il tarixli 309 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin qeydiyyat sənədlərinə əsasən 1981-ci il təvəllüdlü Əhmədov X10 ŞHK-nin Çağırış Komissiyasının 30.01.2003-cü il tarixli qərarı ilə “Xəstəliklər cədvəli”nin İ qrafası 13c maddəsinə əsasən səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsızlığı, müharibə dövründə məhdudiyyətlə yararlılığı müəyyən edilərək müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilib ehtiyata verilmişdir. 05.05.2006-cı, 02.06.2009-cu, 03.07.2012-ci və 21.07.2015-ci il tarixlərdə təkrar tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs “Xəstəliklər cədvəli”nin İ qrafası 18b maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsızlığı təsdiq edilmişdir. “Xəstəliklər cədvəli”nin 18b maddəsi ruhi-əsəb pozuntularına (şəxsiyyətin mülayim dərəcədə ifadə olunmuş, davamsız kompensasiya ilə və ya kompensasiya olunmuş) aiddir. (cild 01, iş vər. 188-189) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 08.02.2021-ci il tarixli 08 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “PARANOİD ŞİZOFRENİYA” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 20.0) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” formasında xroniki prosessual psixi patologiyadan əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreyniya” xəstəliyinin gedişində psixotik vəziyyət indiyə qədər davam etdiyindən həmin şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs mübtəla olduğu “Paranoid şizofreniya” kimi psixi patologiya çərçivəsində təzahür edən psixotik xarakterli əlamətlərin hal-hazırda davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səxiyyədə yerinə yetirmək, digər məhkəməistintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. (cild 01, iş vər. 190-194) Cinayət işinin materiallarından, zərərçəkmiş şəxsin hüquqi varisinin və iş üzrə dindirilmiş şahidlərin ifadələrindən, həmçinin ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs 1998-ci ildən etibarən psixoloji xəstəlikdən əziyyət çəkmiş, 13.10.2001-ci ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində “paranoid şizofreniya” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüş, xəstəliyi ilə bağlı ayrı-ayrı vaxtlarda ambulator və stasionar müalicələr almış, cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında” 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmışdır. (cild 01, iş vər. 195-196) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli 4(051)-28/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. (cild 01, iş vər. 200) Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468-478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” 01 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.01.2021-ci il tarixdə saat 16:55-də həkim-psixiatr və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 47-48) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 02.01.2021-ci il tarixli, 4(051)-1/2021 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 yanvar 2021-ci ildən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 94-95) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 24.02.2021-ci il tarixli 4(051)-29/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin əvəzinə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilmişdir. (cild 01, iş vər. 227-228) Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla cinayət işinin materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertlərin rəyinə və həmçinin Azərbaycan Respublikası CMnin 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. İş üzrə maddi sübut olmaqla Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd çəkic, 01 ədə ağ rəngli çarşaf dəyəri olmadığından, Təqsirləndirilən şəxs oğluna məxsus bir ədəd qara rəngli uzunboğaz köynək, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd açıq boz rəngli gödəkçə, mərhum X15 məxsus 01 ədəd ağ rəngli gecəlik, 01 ədəd qara rəngli şalvar, 01 ədəd rəngli xələt, 01 ədəd uzunqol köynək isə tələb olunmadığından məhv edilməlidir. İş üzrə 104.16 AZN (yüz dörd manat, on altı qəpik) ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddianın, müsadirə olunması təklif edilən pulun və ya digər əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 348-ci və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə
q ə r a r a a l d ı:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində tətbiq olunan təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd çəkic, 01 ədəd çarşaf, Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd idman şalvarı, bir ədəd gödəkçə, mərhum X15 məxsus 01 ədəd gecəlik, 01 ədəd şalvar, 01 ədəd xələt, 01 ədəd köynək məhv edilsin. İş üzrə 104,16 AZN (yüz dörd manat, on altı qəpik) ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Sədrlik edən Rəşad Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov