Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-128/2023 08.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlayaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında, dəqiq vaxtı istintaqla müəyyən edilməyən tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evin həyətyanı torpaq sahəsində pomidor bitkilərinin arasındakı torpaq sahəsini kolkosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 3 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmiş, əkib-becərdiyi çətənə bitkilərinin hissələrindən yığıb toplayaraq qurutmaqla satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq kustar üsulla külli miqdar təşkil edən 1900 (min doqquz yüz) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə etmiş və çətənə bitkilərini əkib-becərdiyi yerin yanında əl arabasının içərisinə yığaraq saxlamış, 10 avqust 2022-ci il tarixdə saat 13 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, təmiz çəkisi 8550 qram olan, xeyli miqdar təşkil edən 3 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və həmin bitkilərdən satış məqsədi olmadan qanunsuz olaraq toplayıb kustar üsulla hazırlayaraq əldə etdiyi və saxladığı külli miqdar təşkil edən 1900 (min doqquz yüz) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 237.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona məxsus olan fərdi yaşayış evinin həyətində çətənə bitkilərini əkməmiş, habelə narkotik vasitə əldə etməmiş, həmin həyətdə aşkar olunmuş çətənə bitkiləri qardaşı X5 Ələkbərov tərəfindən əkilmiş, orada olan əl arabasının içərisindəki narkotik vasitə sonuncu tərəfindən əldə olunmuş və həmin narkotik vasitə və çətənə bitkilərinin onun həyətində aşkar olunması səbəbindən narkotik vasitə qurudulmuş marixuananın və çətənə bitkilərinin özünə məxsus olmasını bildirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 12 avqust 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında küçədə olarkən orada 01 ədəd sellofan bükümün olduğunu görmüş və açdıqda içərisində çətənə bitkisinin toxumlarının olması ona məlum olmuşdur. Bundan sonra o, həmin bükümü götürüb evinə gətirmiş və evin damında gizlətmişdir. 2022-ci ilin aprel ayında həyətyanı sahədə gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün çətənə bitkilərini əkib-becərmək qərarına gəlmiş, bu məqsədlə evin damında gizlətdiyi çətənə bitkilərinin toxumlarını götürərək həyətyanı sahəsində pomidor bitkilərini əkib-becərdiyi yerdə əkmişdir. Mütəmadi olaraq həmin çətənə bitkilərinin diblərini alaq otlarından təmizləyib su verib qulluq göstərmiş, 2022-ci ilin ilin iyul ayının ortalarında isə çətənə bitkilərinin hissələrindən yığıb qurutmaq və gələcəkdə istifadə etmək üçün həyətdə olan əl arabasının içərisinə yığmışdır. 10 avqust 2022-ci il tarixdə saat 12:50 radələrində yaşadığı evdə olarkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları oraya gəlib özlərini təqdim edərək həmin evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın qəbul edildiyini bildirib onu həmin qərarla tanış etmişlər və qeyd olunan evin həyətinə videçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilən zaman mütəxəssis qismində iştirak etmək üçün aqronom da dəvət edilmiş və bu zaman evin həyətyanı sahəsində pomidor bitkilərinin arasında əkib-becərdiyi 03 ədəd 02 metrdən yuxarı müxtəlif ölçülərdə narkotik tərkibli çətənə bitkiləri, habelə orada olan əl arabasının içərisində əkib-becərdiyi bitkinin lazımsız quru hissələri və istifadəyə yararlı hissələri aşkar edilmiş və o, həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini və satış məqsədinin olmadığını polis əməkdaşlarına bildirmişdir. Aşkar edilmiş çətənə bitkiləri və marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 28 noyabr 2022-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında Əli Ələkbərovdan borc qismində, sonradan qaytarmaq şərtilə 2000 manat məbləğində pul almışdır. 2022-ci ilin yanvar ayında Əli Ələkbərov ondan borcunu qaytarmasını xahiş etmiş, o isə borcu qaytarmağa imkanının olmadığını demişdir. Bundan sonra Əli Ələkbərov borcun qaytarılmaması müqabilində ona yaz aylarında həyətində üç ədəd çətənə bitkilərini əkib-qulluq etməyə şərait yaratmasını təklif etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Onun həyəti ilə Əli Ələkbərunun həyəti şiferdən hazırlanmış çəpər vasitəsilə ayrılmış və həmin hissədə bir ədəd şifer olmadığından Əli Ələkbərov ona məxsus olan həyətə rahatca daxil olmuşdur. Əli Ələkbərov 2022-ci ilin aprel ayının əvvəllərində şiferdən düzəldilmiş həmin çəpərdən ona məxsus olan həyətə daxil olaraq özü ilə gətirdiyi bir ədəd dibçəkdə üç ədəd hər biri 15-20 sm uzunluğunda olan çətənə bitkilərinin şitillərini torpaqda əkmiş və sonradan həmin çətənə bitkisinin şitillərinə su verib qulluq göstərmişdir. Daha sonra o, həmin çətənə bikilərinin yanında pomidor şitillərini əkib-becərmiş və onlara su verib qulluq göstərmişdir. 10 avqust 2022-ci il tarixdə saat 12:50 radələrində yaşadığı evdə olarkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları oraya gəlib özlərini təqdim edərək həmin evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın qəbul edildiyini bildirib onu həmin qərarla tanış etmişlər və qeyd olunan evin həyətinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilən zaman mütəxəssis qismində iştirak etmək üçün aqronom da dəvət edilmiş və bu zaman evin həyətyanı sahəsində pomidor bitkilərinin arasında əkib-becərdiyi 03 ədəd 02 metrdən yuxarı müxtəlif ölçülərdə narkotik tərkibli çətənə bitkiləri, habelə orada olan əl arabasının içərisində əkib-becərdiyi bitkinin lazımsız quru hissələri və istifadəyə yararlı hissələri aşkar edilmişdir. Bu zaman o, əsl həqiqəti gizlədib məsuliyyəti öz üzərinə götürərək həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini və satış məqsədinin olmadığını polis əməkdaşlarına demiş, lakin həmin həyətdə əkilmiş çətənə bitkilərinin qardaşı X5 Ələkbərov tərəfindən əkildiyini və orada olan əl arabasının içərisindəki narkotik vasitənin sonuncu tərəfindən əldə olunduğunu bildirməmişdir. Aşkar edilmiş çətənə bitkiləri və marixuana müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 10 avqust 2022-ci il tarixdə İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi və saxlaması barədə İsmayıllı RPŞ-yə daxil olmuş məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gedib özlərini təqdim edərək həmin evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi və narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın qəbul edildiyini bildirib həmin qərarla tanış etmişlər və qeyd olunan evin həyətinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilən zaman mütəxəssis qismində iştirak etmək üçün aqronom da dəvət edilmiş və bu zaman evin həyətyanı sahəsində pomidor bitkilərinin arasında əkib-becərdiyi 03 ədəd 2,1 metr, 2,5 metr və 2,6 metr ölçülərdə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, habelə orada olan əl arabasının içərisində narkotik vasitəyə bənzər bitki kütlələri aşkar edilmiş və xüsusi elektron tərəzidə çəkilərkən çəkisinin 3890 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini və satış məqsədinin olmadığını onlara bildirmiş və aşkar edilmiş çətənə kolları və narkotik vasitəyə oxşar kütlələr müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli raportdan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə xx xxxxxx 1959-cu ildə doğulmuş, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 1959-cu ildə doğulmuş, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman giriş qapısından 42 metr aralıda sol tərəfdə pomidor bitkilərinin əkildiyi sahədə torpaqda bitmiş halda narkotik tərkibli bitkiyə bənzər 03 (üç) ədəd bitki kolları, həmçinin kolların yanında qırmızı rəngli dəmir əl arabasının içərisində narkotik tərkibli vasitəyə bənzər quru bitki kütlələri aşkar edilmişdir. Bitki kollarının hündürlükləri ölçülən zaman torpaqda bitmiş halda 02 metr, 02 metr və 2,1 metr, torpaqdan çıxarıldıqdan sonra isə 2,6 metr, 2,1 metr və 2,5 metr olduqları, habelə aşkar edilmiş bitki kütlələri elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 3,890 kiloqram olduğu müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X9 X3 sektorunun müdiri X7 tərəfindən tərtib edilmiş 10 avqust 2022-ci il tarixli rəydən görünür ki, həmin tarixdə saat 13 radələrində İsmayıllı rayonunun Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilmiş və bu zaman orada pomidor bitkisinin əkildiyi cərgənin arasında üç ədəd narkotik tərkibli bitkiyə oxşar bitki aşkar edilmişdir. Əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 avqust 2022-ci il tarixli raportdan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında xx xxxxxx 1959-cu ildə doğulmuş, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi və saxlaması şübhəsi ilə həmin tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli 17/636 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş” sözləri yazılmış 03 (üç) ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri - 3180,0 qram, 3660 qram və 1710,0 qram olmaqla ümumi çəkiləri - 8550,0 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Paşa Məmmədovun 10 avqust 2022ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisindəki, təmiz çəkisi - 1900,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim olunmuş 03 (üç) ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1 və 237.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 1420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 10 dekabr 2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman aşkar edilmiş 03 (üç) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinin şitillərini sonuncunun özünün həyətyanı torpaq sahəsində əkib-becərməsi, həmçinin çətənə bitkilərdən kustar üsulla əldə edilmiş, külli miqdar təşkil edən 1900 (min doqquz yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı da Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkilərindən hazırlayıb qurudaraq əldə etməsi və özü istifadə etməsi məqsədilə yaşadığı ünvanda saxlaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsində üç ədəd narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yeri və marixuananın aşkar olunduğu əl arabasını əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 188, 234.4.1, 234.4.3 və 237.2.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 15 sentyabr 2022-ci il tarixli 02-04-586/22 nömrəli məktubdan görünür ki, Ələkbərov X8 RMX-nin Ruhiəsəb, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ siyahısının 12-ci bəndinə əsasən, təmiz halda 500 qram və daha artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ siyahısının 1.2-ci bəndinə əsasən, 3-15 ədəd (6-30 hissə) çətənə növlü bitkilər xeyli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 28ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət işinin materiallarından görünür ki, 10 avqust 2022-ci il tarixdə İsmayıllı Rayon Polis Şöbəsinə xx xxxxxx 1959-cu ildə doğulmuş, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilmiş və bu zaman torpaqda bitmiş halda narkotik tərkibli bitkiyə bənzər üç ədəd bitki kolları və narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 10 avqust 2022-ci il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilib narkotik tərkibli bitkiyə bənzər bitki kollarının və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda hazırlayaraq əldə etmiş və saxlamışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etdiyini və narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxladığını etiraf etsə də ibtidai istintaqın gedişində 28 noyabr 2022-ci il tarixdə verdiyi ifadəsində qardaşı X5 Ələkbərovdan aldığı borcu qaytara bilməməsi səbəbindən sonuncunun ona olan borcunun qaytarılmaması müqabilində həyətində çətənə bitkilərini əkib-qulluq etməyə şərait yaratmasına dair təklifi ilə razılaşdığını, qeyd olunan səbəbdən Əli Ələkbərovun ona məxsus olan sahədə çətənə bitkilərinin şitillərini əkdiyini və sonradan həmin çətənə bitkisinin şitillərinə su verib qulluq göstərdiyini qeyd etmiş, 10 avqust 2022-ci il tarixdə saat 12:50 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib narkotik tərkibli çətənə bitkiləri, habelə orada olan əl arabasının içərisində çətənə bitkinin lazımsız quru hissələri və istifadəyə yararlı hissələri aşkar edilən zaman əsl həqiqəti gizlədib məsuliyyəti öz üzərinə götürərək həmin bitkilərin Əli Ələkbərov tərəfindən deyil, özü tərəfindən əkilibbecərildiyini dediyini bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə həmin həyətdə aşkar olunmuş çətənə bitkilərinin Əli Ələkbərov tərəfindən əkildiyini və orada olan əl arabasının içərisindəki narkotik vasitənin sonuncu tərəfindən əldə olunduğunu deyərək həmin narkotik vasitə və çətənə bitkilərinin onun həyətində aşkar olunması səbəbindən qeyd olunan maddələrin özünə məxsus olmasını bildirdiyini, əl arabasının içərisindən aşkar olunmuş narkotik vasitənin yararsız tullantı olduğunu, təhqiqatçı Şəhriyar Fərəcovun onunla ədavətinin olduğunu və ibtidai istintaq zamanı ifadə verərkən müdafiəçinin yanında olmadığını qeyd etmişdir. Məhkəmə bunlarla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, habelə ibtidai istintaqın gedişində 28 noyabr 2022-ci il tarixdə verdiyi ifadəsində qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və s.) onun dediklərini tam təkzib edir. Xüsusilə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkmədiyini və narkotik vasitə qurudulmuş marixuananı əldə etmədiyini qeyd edərək cinayət törətməsini təkzib etdiyi 28 noyabr 2022-ci il tarixli ifadəsində Əli Ələkbərovdan aldığı borcu qaytara bilməməsi səbəbindən sonuncunun ona olan borcunun qaytarılmaması müqabilində həyətində çətənə bitkilərini əkib-qulluq etməyə şərait yaratmasına dair təklifi ilə razılaşdığını, qeyd olunan səbəbdən Əli Ələkbərovun ona məxsus olan sahədə çətənə bitkilərinin şitillərini əkdiyini və sonradan həmin çətənə bitkisinin şitillərinə su verib qulluq göstərdiyini qeyd etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Əli Ələkbərovdan aldığı pulu qaytara bilmədiyi üçün sonuncunun borcun qaytarılmaması müqabilində ona ümumiyyətlə hər hansı təklifi etmədiyini bildirməklə özü-özünü ifşa etmişdir. X10 Təqsirləndirilən şəxsla aralarında üzləşdirmə keçirilən zaman çətənə bitkilərinin əkilməsi ilə bağlı aralarında hər hansı razılaşmanın olmadığını sonuncunun üzünə demişdir. Eyni zamanda qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Habelə alınmış məhkəmə-bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli 17/636 nömrəli rəyində də Təqsirləndirilən şəxs məxsus həyətdən aşkar olunmuş narkotik vasitələrin yararlı olduğu qeyd edilmişdir. Eləcə də iş materiallarından görünür ki, müdafiəçi cinayət prosesinə buraxıldıqdan sonra təqsirləndirilən şəxsin iştirakı ilə aparılan bütün istintaq hərəkətlərində iştirak edərək bunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı hüquqlarının lazımı şəkildə müdafiə olunmaması ilə bağlı hər hansı etirazını bildirməmişdir. Eyni zamanda bunlarla bağlı qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi iş üzrə şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı, habelə ibtidai istintaqın gedişində 28 noyabr 2022-ci il tarixdə verdiyi ifadələrində qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin 12 avqust 2022-ci il tarixdə verdiyi ifadəsinin, eləcə də şahid ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 234.1-1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyalarına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Ələkbərov X8 rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır, CM-in 237.1-ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökmün çıxarıldığı 08 iyun 2023-cü il tarixdən hesablanmalı və onun 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materialarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini və “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 1899,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 8549,85 qram çətənə bitkiləri və torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsində saxlanılan 1899,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 8549,85 qram çətənə bitkiləri və torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-128/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-128/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver