Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-128/2025 23.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər: Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X20, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlərə məhkəmələrdə dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi: X24, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayış evində yaşamış, subay, orta təhsilli, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)- 80/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təqsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Sahil küçəsində yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış evinin darvazasını, giriş qapısını və digər ev əşyalarını satdığına görə doğma atası X21 ilə əvvəllər mütəmadi olaraq mübahisə edib hər dəfəsində ona qarşı fiziki zor tətbiq edərək sonuncunu döyməsinə baxmayaraq atasının bununla bağlı şikayəti olmadığını bilib və törətdiyi hadisələrə görə məsuliyyətə cəlb olunmayacağını düşünərək yenidən xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhər ərazisində spirtli içki qəbul edib həmin gün təxminən saat 18:35-dən 22:00-a qədər olan vaxt aralığında sərxoş vəziyyətdə yaşadığı Mingəçevir şəhəri Sahil küçəsində yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış evinə gəlib evin qarşısında oturan atasının spirtli içki qəbul etməsini və ayrı-ayrı şəxslərdən pul diləndiyini bəhanə edib, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqünə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib onun qolundan tutub sürüməklə yaşadığı otağa aparıb öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib, törətdiyi əməlin ictimai təhlükəli olduğunu bilib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu etməklə qəsdən onun burnuna, dodaqlarına, hər iki almacıq nahiyyələrinə, çənəsinə, hər iki gözlərinin alt və üst qapaqlarına, alın nahiyyəsinə, təpə nahiyyəsinə, boynunun ön səthində döş qəfəsinin sol-ön yuxarı hissəsinə, belinin yan səthlərinə təpik və yumruqla vuraraq ona qançırlar və sıyrıqlarla nəticələnən dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, əməlini davam etdirməklə onun sağ 3-4-5-6cı və sol 5-6-7-8-ci qabırğalarına dizi ilə zərbələr endirməklə ona döş qəfəsinin iki küt predmet arasında sıxılması, konkret halda döş qəfəsinin üzərində uzun müddət təsir etməklə sıxılma nəticəsində əmələ gəlməyə xarakterik dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qabırğaların çoxsaylı sınıqları ilə nəticələnən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X12 döş qəfəsinin uzun müdət sıxılması nəticəsində inkişaf edən mexaniki kompression asfiksiyadan ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü içkili vəziyyətdə olmuş və özündə olmamışdır. Törətdiyi əməldən çox peşmandır. Evə gələn vaxt atası ona nalayiq ifadələr işlətmişdir. Bundan sonra məlum hadisə baş vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisə günü içkili olmuşdur. Hadisə günü “araq” içmiş və özündə olmamışdır. Hadisədən əvvəl atası ona söyüş söymüş və daş atıb evin pəncərəsini qırmışdır. Bundan sonra məlum hadisə baş vermişdir. Atasının nəyə görə onu söydüyünü bilmir. Atası çöldə - qapılarının yanında dilənirmiş. Atası mütəmadi olaraq spirtli içki qəbul etmişdir. Atası əlini açıb dilənməmiş, ancaq qapının yanından keçən adamlardan pul almışdır. Atasının gündəlik ehtiyaclarını qarşılamasa da, balıqdan gələndə ona pul vermişdir. Yəni atasına gücü çatan qədər kömək etmişdir. Evə girmiş və atasından niyə diləndiyini soruşmuşdur. Elə bu vaxt atası ona söymüş və pəncərəyə daş atmışdır. Daha sonra aralarında mübahisə yaranmışdır. Bundan sonra atasını əli ilə vurmağa başlamışdır. Sonrasında onu dizi ilə sıxmışdır. Atasına neçə zərbə vurduğunu xatırlamır. Atasının bədən nahiyyəsinə zərbələr vurmuşdur. Atasının baş nahiyyəsinə vurduğunu xatırlamır. Atasını evin içində vurmuşdur. Davadan sonra atası sağ-salamat olmuşdur. Sonra onu evdə qoyub dənizə balığa getmişdir. Sonra zəng gəlmişdir ki, atasının vəziyyəti ağırdır və onu xəstəxanaya aparıblar. Atasını vurandan sonra evdən çıxıb spirtli içki qəbul etmişdir. Atasını vurandan sonra çayçıya gedib “pivə” içmişdir. Atası daima yanlarında olmuş və o, onları böyütmüşdür. Ancaq onu qeyd edir ki, özü işləyib özünə baxmışdır. Atasının qabırğa hissəsinə əli ilə vurmuş və daha sonra dizi ilə sıxmışdır. Atasını dizi ilə neçə dəqiqə sıxdığı yadında qalmamışdır. O, evdən çıxan zaman atasının vəziyyəti normal olmuşdur. Atası ilə ayda bir dəfə mübahisələri olmuşdur. Hər dəfə mübahisə olan vaxt atasını vurmurmuş. Özündə olmadığı üçün atasını vurmuşdur. Atasını vuran vaxt ona nə dediyi yadında qalmamışdır. Qardaşı ilə münasibəti pisdir və onunla barışmamışdır. Hadisə baş verməzdən əvvəl də qardaşı ilə danışmamışdır. Nə anası ilə, nə də qardaşları ilə danışmamışdır. Heç biri ilə münasibəti yoxdur. Ancaq atası qardaşıları və anası ilə danışırmış və arada qardaşıgildə gedib qalırmış, sonra isə evə gəlib qardaşıgilə söyürmüş. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X21 atasıdır. X2 şəhəri, 2-ci Günəş döngəsi ev 17 ünvanında yəni, ata evində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Sahil küçəsində nömrə qeydiyyatı olmayan hal-hazırda uçulmuş vəziyyətdə olan yaşayış yerində yaşamışdır. Qeyd edilən fərdi yaşayış evində əvvəllər ailə üzvləri ilə birlikdə yaşamışdır. “Nurəddin” və “Vüsal” adlı iki qardaşı vardır. Vüsal ailənin kiçik övladı olmuşdur. Anası Fatma təxminən 2 ildir ki, həmin evi tərk etmişdir. Ailə səadətləri məhz kiçik qardaşı Təqsirləndirilən şəxs tərəfindən dağıdılmışdır. Təqsirləndirilən şəxs dəfələrlə ailə üzvlərini X32i, anası Fatmanı döymüş, onları da həmin yaşadıqları ata evindən qovmuşdur. Vüsal yaşadıqları fərdi yaşayış evinin qapılarını, dəmir qəfəsliyi, əşyalarının hamısını satmışdır. Buna görə də atası Heydər ilə Vüsal arasında həmişə mübahisələr baş vermiş və hər dəfəsində Vüsal mütəmadi olaraq atasını döymüşdür. Dəfələrlə atasına müraciət edib ona Vüsal barəsində hüquq-mühafizə orqanlarına müraciət etməli olduğunu bildirsə də, atası onun sözlərinə məhəl qoymamışdır. Ümumilikdə Təqsirləndirilən şəxslə heç kəsin münasibəti normal olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Yevlax rayonuna getdiyi zaman əmisi Sərvər ona zəng edərək qardaşı Vüsalın X32i yenə də döydüyünü və atasının vəziyyətinin pis olduğunu bildirmişdir. Belə olan halda Mingəçevir şəhərinə qayıdıb atasıgilin yaşadıqları ünvana getmiş və orada atasının öldüyünü öyrənmişdir. X1 ünvanında yerləşən fərdi yaşayış evində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. X5 mülayim bir şəxs olmuşdur. X26 spirtli içkinin aludəçisi olmuşdur. Lakin heç kəslə mübahisə etməmişdir. Qardaşı Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürən şəxsdir. Qonşuluqda qohumçuluqda hər hansı şəxslə münasibəti olmamışdır. Əvvələr törətdiyi oğurluq cinayətinə görə məhkum olunmuşdur. Atasını dəfələrlə döyməsinə baxmayaraq atası qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquq-mühafizə orqanlarına müraciət etmələrinə icazə verməmişdir. Təqsirləndirilən şəxs yaşadıqları fərdi yaşayış evinin bütün avadanlıqlarını satmış və atasını müflis vəziyyətə salmışdır. Həmçinin, Təqsirləndirilən şəxs özündən yaşlı olan “Firuzə” adlı qadınla sevgi münasibəti saxlamış, atası da onun bu hərəkətlərinə fikir bildirdiyi zaman aralarında mübahisə yaranmış və atasını mütəmadi olaraq döymüşdür. Birbaşa baş vermiş hadisənin şahidi olmasa da, hadisənin şahidi qonşuları olmuşdur. X32 mütəmadi olaraq qardaşı Təqsirləndirilən şəxs tərəfindən fiziki zora məruz qalmışdır. Elə atasının da ölümünə səbəb qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsi olmuşdur. Həmçinin hadisə baş verdikdən sonra yır-yığış etdiyi zaman atasının yastığının sulu olduğunu görmüşdür. Düşünmüşdür ki, Vüsal atasını döydükdən sonra onun şüurunun qapalı vəziyyətdə olduğunu görüb başına su tökməklə onu oyatmağa çalışmışdır. Təqsirləndirilən şəxs şikayətçidir və qanunla müəyyən edilmiş qaydada onun ağır qaydada cəzalandırılmasını tələb etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Nəbi Nəbiyev göstərmişdir ki, atasının 64 yaşı olmuşdur. Qardaşı atasını əvvəllər dəfələrlə döymüşdür. Qardaşı atasını zorla balığa aparmışdır. Atasına Vüsalla balığa getməməsini demişdir. Atası da cavab verirmiş ki, buna məcburdur, çünki Vüsal onu döyür. Qardaşı atasına elektroşok vururmuş. Anası da həmin evdən qardaşı Vüsala görə çıxmışdır. Çünki Vüsal anasını döymüşdür. Anası Vüsalgildən çıxdıqdan sonra ona şəhərdə kirayə ev tutmuşlar. Vüsalın hərəkətləri barədə polisə məlumat vermişdir. Polisə demişdir ki, Vüsal atasını döyür. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Atası qorxduğu üçün Vüsaldan ayrılmamışdır. Bundan əlavə, atası və qardaşı Vüsal tüfeyli həyatı seçmişlər. Onlar hər gün spirtli içki içmişdirlər. Atasının evinə tez-tez gedib gəlməmişdir. Atası heç vaxt dilənməmişdir. Atası qapının yanında oturan vaxt kənd camaatı ona pul verib köməklik etmişdir. Hadisəni barədə məlumatı hadisənin baş verdiyi günün səhərisi gün saat 11 radələrində eşitmişdir. Əmisi zəng edib hadisə barədə ona məlumat vermişdir. O da atasının yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində bildirmişdir ki, X16 tanıyır. X2 şəhəri, 2-ci Günəş döngəsi ev 17 ünvanında qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Sahil küçəsində nömrə qeydiyyatı olmayan hal-hazırda uçulmuş vəziyyətdə olan yaşayış yerində üzbəüz qonşuluğunda yaşamışdır. Özünə məxsus fərdi yaşayış evinin girişi Heydər Nəbiyevin yaşadığı fərdi yaşayış yerinin qarşı tərəfi ilə üzbəüz vəziyyətdə yerləşir. Əvvəllər qeyd edilən fərdi yaşayış evində Heydər Nəbiyev ailə üzvləri ilə birlikdə yaşamışdır. X29, Nurəddin və Vüsal adlı üç övladı olmuşdur. Vüsal ailədə kiçik övladdır. Heydər Nəbiyevin arvadı Fatma təxminən 2 ildir ki, həmin evi tərk etmişdir. X12 ailəsini məhz kiçik oğlu Təqsirləndirilən şəxs dağıtmışdır. Təqsirləndirilən şəxs dəfələrlə ailə üzvlərini X32i, anası Fatmanı döymüş qardaşlarını həmin yaşadıqları ata evindən qovmuşdur. Yaşadıqları fərdi yaşayış evinin qapılarını, dəmir qəfəsliyi, əşyalarının hamısını satmışdır. Buna görə də onların arasında həmişə mübahisələr baş vermiş və hər dəfəsində Vüsal mütəmadi olaraq atasını döymüşdür. Heydər Nəbiyevin qardaşları Eldar və Sərvər Mingəçevir şəhərində yaşayırlar. Hər iki şəxs dəfələrlə Heydər Nəbiyevə müraciət edib Vüsal Nəbiyəv barəsində hüquq mühafizə orqanlarına müraciət etmələrini bildirmiş, lakin Heydər Nəbiyev oğlunun barəsində hüquq mühafizə orqanlarına müraciət etməmiş, hər dəfəsində oğlunu bağışlamışdır. Vəziyyət bu formada cərəyan etdiyinə görə Heydər Nəbiyevin özü ilə qonşuluqda yaşayan Eldar və Sərvər adlı qardaşları da onunla danışmamış və əlaqələri olmamışdır. Ümumilikdə, Təqsirləndirilən şəxslə münasibəti normal olan şəxs olmamışdır. Yalnız X32 uzun müddət həmin ünvanda yaşadığında digər oğullar Nəbi və Nurəddinin təkliflərini qəbul etmədən elə həmin ünvanda Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:35 radələrində yaşadığı evin pəncərəsində dayandığı zaman qonşuluğunda yaşayan Qıztamamı görmüşdür. Həmin vaxt Qıztamam Vüsalın yenə də atası Heydəri döydüyünü bildirmışdir. Belə olan halda 27-5-83-64 şəhərlərarası telefonla DİN-nin 102 Xidmətinə zəng edib qonşuluqda yaşayan oğlunun atasını döydüyünü bildirmişdir. Həmin vaxt hadisənin Mingəçevir şəhərində Mingəçevir kəndinə baş verdiyini bildirmiş, bir müddət keçdikdən sonra polisin gəlmədiyini görüb yenidən DİNnin 102 xidmətinə zəng edib polisin gəlmədiyini bildirdiyi zaman operator polisə məlumat verildiyini qısa zamanda polisin gələcəyini bildirmişdir. Həmin axşam 102 xidmətindən ona zəng gəlmiş və ******* telefona zəng etməyi məsləhət edilmişdir. Bundan sonra səhər tezdən durub Heydərgil tərəfə baxdığı zaman Heydərin adəti üzrə çıxıb evin qarşısında oturmadığını görüb qardaşı Sərvərin arvadının istifadəsində olan mobil telefona zəng edib dünən Vüsalın atası Heydəri döydüyünü, Heydərin adəti üzrə hər gün səhər oyandığı zaman çölə çıxıb qapının qarşısında dayanmadığını, gəlib evdə onun vəziyyəti ilə maraqlanmalarını xahiş etmişdir. Belə olan halda Eldar qeyd edilən ünvana gəlib evə daxil olduğu zaman qardaşı Heydərin öldüyünü görmüşdür. X5 mülayim bir şəxs olmuşdur. X26 spirtli içkinin aludəçisi olsa da heç kəslə mübahisə etməmişdir. Təqsirləndirilən şəxs tüfeylı həyat tərzi sürən şəxsdir. Qonşuluqda qohumçuluqda hər hansı şəxslə münasibəti olmamışdır. Əvvələr törətdiyi oğurluq cinayətinə görə də məhkum olunmuşdur. Atası və anasını dəfələrlə döymüşdür. Anası da bu səbəbdən həmin yaşadığı evi tərk etmişdir. Təqsirləndirilən şəxs yaşadıqları fərdi yaşayış evinin bütün avadanlıqlarını satmış ailəsini müflis vəziyyətə salmışdır. Həmçinin Təqsirləndirilən şəxs özündən yaşlı olan Firuzə adlı qadınla sevgi münasibəti saxlamış, atası onun bu hərəkətlərini fikir bildirdiyi zaman aralarında mübahisə yaranmış və atasını mütəmadi olaraq döymüşdür. Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış evinə Təqsirləndirilən şəxs və yaxud Heydər Nəbiyev tərəfindən savayı Təqsirləndirilən şəxs sevgi münasibətində olduğu Firuzə adlı qadının gəldiyini görmüşdür. Həmçinin bir dəfə sarı saçlı qadının qeyd edilən ünvana gəldiyini görmüşdür. Gələn qonaqlar ancaq Təqsirləndirilən şəxs qonaqları olmuşdur. Oraya gələn qadınlar da Təqsirləndirilən şəxs kimi tüfeyli həyat tərzi sürən şəxslər olmuşdur. Onların ev şəraiti yaxşı olmadığından onlara başqa qonaq gələn şəxsin olduğunu görməmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs qaranlıqda yaşadığı evinin taxtalarla bərkidilmiş eyvanında gəzdiyini görümüşdür. Təqsirləndirilən şəxs istifadəsində mobil telefonun olduğunu görmüş, yalnız həmin telefonun markasının və istifadəsində olan nömrəni bilməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrə qədər X23 mübahisə səslərini eşitmişdir. xx.xx.2024-cü il tarixdə digər qonşuları Təhminə və Qıztamam da Vüsalın atası Heydəri döydüyünün şahidi olmuşdur. Belə ki, Qıztamam Heydərin fəryad edərək “Vüsal bəsdir, eləmə, məni döymə” deyə-deyə yalvardığını eşitmiş, digər qonşusu Təhminə xx.xx.2024-cü il tarixdə Vüsalın atası Heydəri sürüyərək evə çıxardığını şahidi olmuş, özü isə Heydərin qışqıraraq “Ə bəsdi mən sənə nağarmışam” ifadəsi ilə qışqırdığını eşitmişdir. Bu hal birinci dəfə baş verməmiş Təqsirləndirilən şəxs dəfələrlə atası Heydərə fiziki zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində birdirmişdir ki, X21 böyük qardaşıdır. X2 şəhəri, 2-ci Günəş döngəsi ev 17 ünvanında yəni, ata evimizdə qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Sahil küçəsində nömrə qeydiyyatı olmayan hal-hazırda uçulmuş vəziyyətdə olan yaşayış yerində yaşamışdır. Digər qardaşı X22rşı olan münasibətinə görə ümumiyyətlə onunla danışmasa da, özü Heydəri yaşadığı evə dəvət edib gündə 3 dəfə onu yeməklə təmin etmiş, imkan daxilində siqaretini və digər zəruri maddi ehtiyaclarını ödəmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində yaşadığı evdə olduğu zaman qardaşı Sərvər istifadəsində olan mobil telefona zəng edib qardaşı Heydərin yeməyə gəlibgəlmədiyini soruşmuş, o, isə cavabında qardaşı Heydəri görmədiyini, hətta dünən axşam yeməyinədə gəlmədiyini bildirmişdir. Belə olan halda qardaşı Sərvərin tələbi ilə Heydərin yaşadığı ünvana getmişdir. Həmin ünvana çatdığı zaman otağa qalxmaq üçün pilləkan qəfəslik Vüsal tərəfindən sökülüb satıldığına görə otağa daxil ola bilməmiş, otağın sağ divarında olan mişar daşlarının üzərinə çıxıb pəncərədən uca səslə qardaşı Heydəri səsləmişdir. Nə qədər uca səslə Heydəri səsləsə də sonuncu ona cavab verməmişdir. Vəziyyətin bu cür cərəyan etdiyini görüb qardaşı Sərvərə zəng edib Heydəri səslədiyini lakin sonuncunun cavab vermədiyini bildirmişdir. Həmin vaxt qardaşı ilə qonşuluqda yaşayan Həqiqət onun səsinə çölə çıxıb dünən Vüsalın Heydəri döydüyünü sonuncunun qışqırıq səslərini eşitdiyini bildirmişdir. Həmin vaxt qardaşı Sərvər gəlmiş və onlar içəri keçib böyük qardaşının yataqda yatılı vəziyyətdə uzanıqlı olduğunu görüb silkəliyib oyatmağa çalışmışlar. Lakin daha sonra qardaşının hərəkətsiz olduğunu görüb öldüyünü dərk edib dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermişlər. X1 ünvanında yerləşən fərdi yaşayış evində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. X5 mülayim bir şəxs olmuşdur. X26 spirtli içkinin aludəçisi olmuşdur. Lakin heç kəslə mübahisə etməmişdir. Təqsirləndirilən şəxs tüfeylı həyat tərzi sürən şəxsdir. Qonşuluqda qohumçuluqda hər hansı şəxslə münasibəti olmamışdır. Əvvələr törətdiyi oğurluq cinayətinə görə məhkum olunmuşdur. Atasını dəfələrlə döymüşdür. Anasını və qardşalarını isə evdən qovmuşdur. Təqsirləndirilən şəxs yaşadıqları fərdi yaşayış evinin bütün avadanlıqlarını satmış atasını müflis vəziyyətə salmışdır. Həmçinin Təqsirləndirilən şəxs özündən yaşlı olan Firuzə adlı qadınla sevgi münasibəti saxlamış, atası bu hərəkətlərini fikir bildirdiyi zaman aralarında mübahisə yaranmış və atasını mütəmadi olaraq döymüşdür. Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış evinə kimlərin gəldiyini görməmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında görmüşdür. Elə həmin vaxt Heydər Nəbiyev də yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmışdır. Həmin vaxt qardaşı Heydəri yemək yeməsi üçün yaşadığı evə dəvət etmiş, lakin sonuncu hələki ac olmadığını birazdan gələcəyini bildirmişdir. Oradan uzaqlaşdıqda hər iki şəxs yaşadığı evin qarşısında olmuşlar. Bu hadisədən sonra nə Vüsalı nə də Heydəri görməmişdir. Özü birbaşa baş vermiş hadisənin şahidi olmamış, lakin hadisənin şahidi olmuş qonşular vardır. X28 mütəmadi olaraq oğlu Təqsirləndirilən şəxs tərəfindən fiziki zora məruz qalmışdır. Elə qardaşının da ölümünə səbəb X14 Nəbiyev tərəfindən döyülməsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Aslan oğlu Şahid4 verdiyi ifadəyə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “arayış”dan görünür ki, Mingəçevir şəhər prokurorluğuna həmin tarixdə saat 13:30 radələrində ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayış evində yaşayan xx.xx.1960-cı il təvəllüdlü X12 üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış yeridir. Yaşayış evi köhnə tikilidir, divarın yarı hissəsi açıq qırmızı yarı hissəsi isə ağ rəngli boya ilə boyanmışdır. Qeyd edilən fərdi yaşayış evi yan-yana vəziyyətdə yerləşən ayrı-ayrı girişləri olan iki otaqdan ibarətdir. Fərdi yaşayış evinin otaqlarına daxil olmaq üçün nərdivan mövcud deyildir, taxta materiallardan hazırlanmış altlıq mövcuddur. Fərdi yaşayış evinin sağ tərəfindən birinci otağa daxil olundu. Həmin otaq X17 məxsusdur. Otağın giriş qapısı şabalıdı rəngli olmaqla taxta materialından hazırlanmışdır. Evə daxil olduqda divarları saat əqrəbi istiqamətinə müvafiq olaraq “1”, “2”, “3”, “4” nömrələri ilə nömrələndiyi halda üçüncü divarın qarşısında taxta materialdan hazırlanmış çarpayının üzərində X12 meyiti vardır. Əynində boz rəngli köynək və qara rəngli cins şalvar vardır. Çənəsinin ön səthi şişkindir, müxtəlif ölçülü göyümtül rəngdə tək-tək və biri-biri ilə birləşmiş müxtlif formalı qançırlar vardır. Hər iki gözlərinin alt və üst qapaqlarında, alın nahiyyəsində, təpə nahiyyəsində çoxsaylı müxtəlif ölçülü həmin xarakterdə qançırlar vardır. Boynun ön səthində döş qəfəsinin sol-ön yuxarı hissəsini əhatə etməklə intensiv geniş sahədə həmin xarakterdə qançır vardır. Döş qəfəsinin ön və yan səthlərində, belində yan səthlərdə çoxsaylı qançırlar vardır. Bundan sonra otağa nəzər sadıqda otaq təmirsizdir, döşəməsi taxta materialdan ibarət olmaqla evin eni 3 metr, uzunluğu 4 metr, hündürlüyü 1.85 metrdir. Evin giriş hissəsinin sol tərəfində birinci divarın qarşısında şüşə və plastik materialdan hazırlanmış kiçik həcmli bankalar, karton qutunun işərində istifadəyə yararsız halda olan geyim əşyaları vardır. Qeyd edilən fərdi yaşayış evinin digər otağının giriş qapısı şabalıdı rəngli olmaqla taxta materialından hazırlanmışdır. Evin giriş hissəsinin sol tərəfində boşqab, qaşıq, xeyli sayda bankalar, sair məişət əşyaları və qara rəngli sintetik materialdan hazırlanmış gödəkçə, göy rəngli parça materialdan hazırlanmış balınc vardır. İkinci otağa daxil olundu, sahəsi 15 kv.metrdir. Otaq təmirsizdir, divarları açıq qırmızı boya ilə rənglənmiş, döşəməsi taxta materialdan ibarət olmaqla evin eni 3 metr, uzunluğu 5 metr, hündürlüyü 1.85 metrdir. Otağın divarları saat əqrəbi istiqamətinə müvafiq olaraq “1”, “2”, “3”, “4” nömrələri ilə nömrələndi. Otağın 2-ci divarının qarşısında taxta materialdan hazırlanmış çarpayı vardır. Çarpayının üzərində qırmızı rəngli üzəri naxışlı formada yataq dəstləri vardır. Həmin çarpayının qarşısında dəşəmənin üzərində Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə bağlı verilmiş xüsusi vasitə aşkar olundu. Həmin xüsusi vasitə qolbağ formasında olmaqla qara rənglidir. Baxış zamanı iş üçün cinayət izlərini özündə əks etdirən sübut əhəmiyyəti kəsb edə biləcək Təqsirləndirilən şəxs otağından sonuncuya təyin edilmiş cəza ilə bağlı verilmiş xüsusi vasitə müvafiq şəkildə qablaşdırılaraq götürüldü. X17 məxsus meyitin xarici və daxili müayinəsini təmin etməkdən ötrü meyit PA Birliyinin Mingəçevir şəhər şöbəsinin morquna aparıldı (cild 01, iş vər. 05-12). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 38-39). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 1127 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinədən keçdiyi vaxt Təqsirləndirilən şəxs Heydər oğlunda yüngül dərəcəli sərxoşluq vəziyyəti olmuşdur (cild 01, iş vər. 57). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(051)-67/2024 nömrəli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 110-111). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 18:44-də DİN-in 102 Xidmətindən daxil olmuş ********** nömrəli məlumatda, özünü təqdim etməyən şəxs zəng edərək, “Vüsal” adlı şəxsin atasını döyməsini bildirmişdir (cild 01, iş vər. 115). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 18:44-də DİN-in 102 Xidmətindən daxil olmuş ********** nömrəli məlumatda, özünü təqdim etməyən şəxs zəng edərək, “Vüsal” adlı şəxsin atasını döyməsi barədə məlumat vermişdir. Məlumatla əlaqədar ********** nömrəsi ilə əlaqə saxlanılan zaman əvvəlcə telefonu uşaq açmış, daha sonra digər şəxs telefonu götürüb şikayəti olmadığını, səs-küy olduğu üçün müraciət etdiyini, anlaşılmazlıq olduğunu bildirmişdir. Fakt təsdiqini tapmadı (cild 01, iş vər. 116). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 13:28-də DİN-in 102 Xidmətindən daxil olmuş ********** nömrəli məlumatda, “Habil” adlı şəxs Mingəçevir şəhəri Sahil küçəsində qardaşı Heydərin öz oğlu tərəfindən öldürülməsi barədə məlumat vermişdir. ***-**-** nömrəsindən zəng edən qadın danışıq zamanı xx.xx.2024-cü il tarixdə qonşusu Heydərin döyülməsi ilə bağlı “102” XZM-nə müraciət etsə də, Mingəçevir ŞPŞdən ünvana polis yaxınlaşmadığı bildirmişdir (cild 01, iş vər. 117). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Mingəçevir Şəhər Xəstəxanası PHŞ-nin TTYS-dən telefonla məlumat verilərək, Mingəçevir şəhər 2-ci Günəş döngəsi ev 17-də yaşayan xx.xx.1960-cı il təvəllüdlü X21 yaşadığı mənzildə ölmüşdür (cild 01, iş vər. 120). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-80/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 01, iş vər. 135-140). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 566 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Heydər oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - döş qəfəsinin arxa səthində qançırlar küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti müayinədən 3-5 gün əvvələ uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur (cild 01, iş vər. 174). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 36 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü X12 meyidinin müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sifətidə şişkinlik fonunda: burnunda, dodaqlarında, hər iki almacıq nahiyyələrində çənəsində, hər iki gözlərinin alt və üst qapaqlarında, alın nahiyyəsində, təpə nahiyyəsində, boynunun ön səthində döş qəfəsinin sol-ön yuxarı hissəsində, belində yan səthlərdə çoxsaylı qançırlar, alın nahiyyəsində, belində sol tərəfdə, sol arxa qalça tinində sıyrıqlar, bərk küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişlər. - sağ tərəfli hematoraksla miişayət olunan sağ 3-4-5-6-cı qabırğaların, sol 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları kompressiya yəni döş qəfəsirinin iki küt predmet arasında sıxılması, konktert halda döş qəfəsinin üzərində uzun müddət təsir etməklə sıxılma nəticəsində əmələ gələ bilərdilər. -xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yaxud ölümü ərəfəsində əmələ gəlmişlər. -ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə qançırlar və sıyrıqlar yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər. hematoraksla müşayət olunan qabırğaların çoxsaylı sınıqları sağlam şəxslərdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. -1960-cı il təvəllüdlü X12 ölümünə səbəb, döş qəfəsinin uzun müdət sıxılması nəticəsində inkişaf edən mexaniki kompressıon asfiksiya olmuşdur (cild 01, iş vər. 176-180). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Nəbiyev X10 şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-80/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir (cild 01. iş vər. 191-192). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sözügedən dispanserdə psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir (cild 01, iş vər. 205). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sözügedən dispanserdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 206). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nəbiyev X10 şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-80/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata götürülmüşdür. xx.xx.2024-cü il tarixdə məhkum barəsində Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, tutulmanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Odur ki, cəzasının 2 il 2 ay 28 günü icra edilmiş, 2 ay 28 günü isə icra edilməmiş qalmışdır. Həmçinin, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək məhkum ENV-i enerji ilə təmin etməyərək onun işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək vəzifəsini pozduğu üçün izlənilməsi mümkün olmamışdır (cild 01, iş vər. 207). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Nəbiyev X11 şəhəri 2-ci Günəş döngəsi ev 17 ünvanında yaşayır, anası və qardaşlarından ibarət ailə tərkibi vardır və onun barəsində heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 208-209). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 21 noyabr 2024-cü il tarixli 3/1652 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs X17 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar olunmuş şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Təqdim edilmiş şalvarın səthində olan zədə bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik ilişib-cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda yuxarıda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından bu zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs X17 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar olunmuş köynəyin, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs Heydər oğluna məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin, şalvcarın səthində trasoloji zədə yoxdur (cild 01, iş vər. 213-216). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 noyabr 2024-cü il tarixli 1902 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməmiş, narkomaniya xəstəliyindən əzab çəkməmiş və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 217). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 14 noyabr 2024-cü il tarixli 859 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (cild 01, iş vər. 218-221). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fiziki-kimyəvi(lifli) ekspertizasının 04 noyabr 2024-cü il tarixli 3-16-16/2-6/4949 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş X17 məxsus olduğu qeyd edilən şalvar səthi üzərində aşkarlanmış tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərlib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən idman gödəkçəsinin səthi üzərində aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X17 məxsus olduğu qeyd edilən tərkib liflərinə uyğun gəlirlər (cild 02, vər. 01-07). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 120.2.2 və 221.1-ci maddələrinin tərkib əlamətləri mövcud olmadığından onun barəsində qeyd edilən maddələrlə cinayət təqibinin başlanması AR CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərində dərəcəsi təyin olunmayan xəsarətlərin aşkar olunması epizodu üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər anası X18 fiziki zor tətbiq etməsi epizodu öz təsdiqini tapmadığından həmin hissədə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, X13 iş üzrə Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra onu iş yerinə aparması epizodu üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 02, iş vər. 31-52). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ- 54372 və İ-5200 nömrəli medalların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir (cild 02, iş vər. 68-69). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 148733 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X15 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. CM-in 126.1, eləcə də 126.2-ci maddəsində göstərilən əməllərin törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi hesab edilir. CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli isə subyektiv cəhətdən təqsirin qarışıq formasında, yəni sağlamlığa ağır zərər vurulmaya münasibətdə qəsdən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Heydər Nəbiyev Təqsirləndirilən şəxs atası olmuş və cinayət hadisəsi baş verənədək onların münasibətləri yaxşı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Sahil küçəsində yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış evinin darvazasını, giriş qapısını və digər ev əşyalarını satdığına görə doğma atası X21 ilə əvvəllər mütəmadi olaraq mübahisə edib hər dəfəsində ona qarşı fiziki zor tətbiq edərək sonuncunu döymüş və X32 onun bu əməllərindən oğlu olması ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs X32i döyməsinə baxmayaraq atasının bununla bağlı şikayəti olmadığını bilib və törətdiyi hadisələrə görə məsuliyyətə cəlb olunmayacağını düşünərək yenidən xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhər ərazisində spirtli içki qəbul edib həmin gün təxminən saat 18:35-dən 22:00-a qədər olan vaxt aralığında sərxoş vəziyyətdə yaşadığı Mingəçevir şəhəri Sahil küçəsində yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış evinə gəlib evin qarşısında oturan atasının spirtli içki qəbul etməsini və ayrı-ayrı şəxslərdən pul diləndiyini bəhanə edib qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Nəticədə isə Təqsirləndirilən şəxs qəsdən onun burnuna, dodaqlarına, hər iki almacıq nahiyyələrinə çənəsinə, hər iki gözlərinin alt və üst qapaqlarına, alın nahiyyəsinə, təpə nahiyyəsinə, boynunun ön səthində döş qəfəsinin sol-ön yuxarı hissəsinə, belinin yan səthlərinə təpik və yumruqla vuraraq ona qançırlar və sıyrıqlarla nəticələnən dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, əməlini davam etdirməklə onun sağ 3-4-5-6-cı və sol 5-6-7-8-ci qabırğalarına dizi ilə zərbələr endirməklə ona döş qəfəsirinin iki küt predmet arasında sıxılması, konktert halda döş qəfəsinin üzərində uzun müddət təsir etməklə sıxılma nəticəsində əmələ gəlməyə xarakterik dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qabırğaların çoxsaylı sınıqları ilə nəticələnən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X12 döş qəfəsinin uzun müddət sıxılması nəticəsində inkişaf edən mexaniki kompression asfiksiyadan ölümünə səbəb olmuşdur. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, ekspertizanın rəyləri və işdə olan biridigərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarət və həmin aldığı ağır xəsarətlərdən ölməsi ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin ona yetirdiyi zərbələr nəticəsində almışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs sağlamlığa zərərvurma ilə bağlı əməllərini xuliqanlı niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqünə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, eləcə də cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadığı Mingəçevir şəhəri Sahil küçəsində yerləşən nömrə qeydiyyatı olmayan fərdi yaşayış evinə gəlib evin qarşısında oturan atasının spirtli içki qəbul etməsini və ayrı-ayrı şəxslərdən pul diləndiyini bəhanə edərək qeyd olunan cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs X32i baş nahiyyəsinə vurduğunu xatırlamaması, davadan sonra atasının sağ-salamat və normal vəziyyətdə olmasına dair göstərdiyi bu halları onun məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1960-cı il təvəllüdlü X12 meyidinin müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sifətidə şişkinlik fonunda: burnunda, dodaqlarında, hər iki almacıq nahiyyələrində çənəsində, hər iki gözlərinin alt və üst qapaqlarında, alın nahiyyəsində, təpə nahiyyəsində, boynunun ön səthində döş qəfəsinin sol-ön yuxarı hissəsində, belində yan səthlərdə çoxsaylı qançırlar, alın nahiyyəsində, belində sol tərəfdə, sol arxa qalça tinində sıyrıqlar, bərk küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişlər, sağ tərəfli hematoraksla müşayiət olunan sağ 3-4- 5-6-cı qabırğaların, sol 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları kompressiya yəni döş qəfəsirinin iki küt predmet arasında sıxılması, konktert halda döş qəfəsinin üzərində uzun müddət təsir etməklə sıxılma nəticəsində əmələ gələ bilərdilər, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yaxud ölümü ərəfəsində əmələ gəlmişlər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə qançırlar və sıyrıqlar yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər, hematoraksla müşayiət olunan qabırğaların çoxsaylı sınıqları sağlam şəxslərdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. 1960-cı il təvəllüdlü X12 ölümünə səbəb, döş qəfəsinin uzun müdət sıxılması nəticəsində inkişaf edən mexaniki kompressıon asfiksiya olmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında 09 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirakı ilə əlaqədar “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif təltif olunmasını, habelə onun İİ Qarabağ müharibəsinin veteranı olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır və qiymətləndirilir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Mingəçevir Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hissəsi 02 günə 01 gün hesablanmaqla, yəni 01 ay 14 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd boz rəngli ön tərəfi zəncirbəndlə bağlanıla bilən papaqlı gödəkçə, X17 məxsus bir ədəd açıq boz rəngli uzunqol köynək və tünd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, iş üzrə 218 (iki yüz on səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 218 (iki yüz on səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hissəsi 02 günə 01 gün hesablanmaqla 01 (bir) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, qəti olaraq 10 (on) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir şəhər prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd boz rəngli ön tərəfi zəncirbəndlə bağlanıla bilən papaqlı gödəkçə, X17 məxsus bir ədəd açıq boz rəngli uzunqol köynək və tünd göy rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 218 (iki yüz on səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-128/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-128/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver