Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-129/2024 06.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdaş şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 144.2.4 və 29, 144.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurlayıb Ağdaş şəhəri, İstiqlal küçəsi 19B ünvanında yerləşən yaşadığı evə aparıb saxlamaq məqsədilə 14 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs Ağdaş rayonu Qülbəndə kəndində yerləşən yaşadığı ünvanın həyətinə gəlib sonuncuya fiziki güc tətbiq etməklə iradəsinin ziddinə onun boynundan yapışdıqdan sonra silah qismində istifadə etdiyi bıçağı sonuncunun boğazına dirəyərək həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə səsini çıxarmamasını tələb etmiş, ardınca onu küçəyə çıxarıb əvvəlcədən Ağdaş rayonu, Qülbəndə kəndindən keçən asfalt yolun kənarında saxladığı özünə məxsus VAZ21099 markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru sürüyərək bir neçə metr hərəkət etdikdən sonra əlləri ilə dartaraq sonuncunun həyat sağlamlığı üçün təhlükəli olmayan sağ mil bilək oynağının ön səthinin qançırı və sağ saidin yuxarı 1/3-nin sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs qışqırıb səs-küy salıb kömək çağırmaqla israrlı müqavimət göstərməsi, habelə sonuncunun imdadına gəlmiş şəxslərin müqaviməti ilə üzləşməsi və həmin şəxslərin Zərərçəkmiş şəxs onun əlindən alması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən əşyadan istifadə etməklə adam oğurluğuna cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 29, 144.2.4 və 29, 144.2.5ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən əvvəl qohum-əqrabası ona deyirdilər ki, zərərçəkmişin ailəsi onu həbs etdirmək istəyir. Hadisədən bir müddət əvvəl də zərərçəkmişin ailəsi onu polisə şikayət etmişdir. Belə ki, qızın ailəsi ona demişdi ki, qızlarına yaxınlaşsa onu tutduracaqlar. 2022ci ilin dekabr ayının 14-ü Gülanə istifadəsində olan mobil telefona zəng etmişdir. O, onunla 4 saata yaxın telefonla danışmışdır. Həmin vaxta qədər ailələr arsında müəyyən anlaşılmazlıqlar yaranmışdır. Belə ki, o, Gülanəni istəyirmiş, lakin onun ailəsi onu ona vermək istəmirmiş. Gülanə ilə telefonda söhbət etdiyi zaman qərara gəlmişlər ki, ailələrini barışdırsınlar və özlərinin həyatı ilə bağlı müəyyən addımlar atsınlar. Çünki ətrafdakı insanlar onların aralarını vurmağa çalışırmışlar. Beləliklə Gülanə ilə bir xeyli telefonda söhbət etmiş və razılığa gəlmişlər. Gülanə 2-3 gün ərzində ona zəng edəcəyini bildirmişdir. Bundan sonra Gülanəyə bir-neçə dəfə mesaj yazmış, lakin Gülanə ona cavab verməmişdir. Bir müddət sonra qardaşının maşınına əyləşib Gülanəgilə getmişdir. Gülanəgilə getmiş və dayısını səsləmişdir. Dayısına demişdir ki, onu içəri dəvət etmək istəmirmi? Bundan sonra dayısı onu evə dəvət etmişdir. Evə girib Gülanə ilə görüşmək istəmiş və əlini uzatmışdır. Həmin vaxt Gülanə ona əlini uzatmamışdır. Dayısının yoldaşı da onunla görüşməmiş və evdən çölə çıxmışdır. Bir xeyli söhbət etmişlər. Bundan sonra Gülanənin yanına getmiş və nə baş verdiyini niyə ona qarşı soyuq davranıldığını soruşmuşdur. Gülanə ona demişdir ki, güya o, hardasa onun ailəsi haqqında xoşagəlməz ifadələr işlətmişdir. Əslində belə söhbətlər lap əvvəldən olmuşdur. Belə ki, kənar şəxslər ona deyirdilər ki, Gülanənin ailəsi sənin haqqında danışır. Söhbət əsnasında Gülanəyə demişdir ki, onun ailəsi haqqında pis heç nə deməmişdir. Kənar şəxslər onların arasını pozmağa çalışır. Həmin vaxt səsinin yüksəkdən çıxdığı üçün dayısının yoldaşı içəri daxil olmuş və ona səsini qaldırmamağı bildirmişdir. Bundan sonra üzünə sillə vurmuş və nalayiq ifadə işlətmişdir. O da özünü itirmiş və qışqırıb demişdir ki, birini də vur. Həmin vaxt gəlinbacısı hirslənmiş və Gülanəni başqa bir adama ərə verəcəyini bildirmişdir. Həmin vaxt hirslənmiş və ağzımdan nalayiq ifadlər çıxarmışdır. 2022-cü ilin mart ayında ona zəng gəlmişdir. Atası zəng etmiş və ona instaqram sosial şəbəkəsində Gülanə və ailənin şəkilləri olan səyfənin ona aid olub-olmadığını soruşmuşdur. Səyfəyə girib baxmış və şəkillərin altında nalayiq ifadələrin olduğunu görmüşdür. Həmin səyfədən onun heç bir məlumatı olmamışdır.Sonra onun barəsində “102” qaynar xəttinə zəng getmişdir. Dayısı özü ona demişdir ki, o, onu polisə şikayət etməmişdir. Bundan sonra barəsində araşdırma getmiş və məlum oldu ki, həmin səyfənin onunla heç bir əlaqəsi olmamışdır. Həmin səyfəni kimin açdığını öyrənmək üçün 4-5 min manat pul xərcləmiş, ancaq tapa bilməmişdir. Bir-neçə adamlara 300-500 manat pul atmışdır ki, həmin səyfənin mənbəyini və kimin açdığını öyrənsın. Hesab edir ki, Gülanəgillə onu düşmən etsinlər deyə bir səyfə açılmışdır. Onların düşmənçiliyi məhz bundan sonra başlamışdır. Dəfələrlə dayısına demişdir ki, həmin səyfəni o, açmamış və sözügedən şəkilləri o, paylaşmamışdır. 16 il Qaz idarəsində şöbə rəisi işləmişdir. Bundan sonra başqa rayona təyinat almış, lakin öz rayonunu tərk etməsin deyə getməmişdir. Bundan sonra topdan yağ ticarəti ilə məşğul olmuşdur. Rusiya-Ukraniya müharibəsi başlayan zamanı yağ gətirə bilməmiş və külli miqdarda ticarətdən zərər etmişdir. Daha sonra sələmə pul götürmüş və borca-xərcə düşmüşdür. Bundan sonra evini və maşınlarını satmışdır. Qısaca hər şeyini itirmiş və vəziyyəti pisləşmişdir. 2023-cü ilin fevral ayında görüşüb söhbət etmişlər və evlənmə qərarı almışlar. Gülanə ona səhər üzüyü götürüb gəlməyini bildirmişdir. Tutulan günü həmin üzük cibində olmuşdur. Səhərisi gün dayısı və dayısının yoldaşı onu polisə şikayət etmişlər. Bu minvalla onların ailəvi münasibətləri pozulmuşdur. Sözün düzü Gülanə ilə sevgili olmuş, bərabər də gəzmişlər və bir çox yerlərə getmişlər. Hadisə olan ərəfələrdə Gülanənin telefonu olmamışdır. Onu da qeyd edir ki, dəfələrlə Gülanə ilə fərqli-fərqli yerlərdə saatlarla oturmuşlar. O, onu oğurlamaq istəsəymiş həmin ərəfələrdə oğurlayarmış. Yəni verilən ittihamla razılaşmır. Ayın 14-ü günü Gülanə ilə görüşməyə getmişdir. Çünki ona deyirmişlər ki, Gülanənin ailəsi onu başqa adamla evləndirmək istəyir. Bu minvalla ayın 14-ü günorta saat 01 radələrində Gülanə ilə görüşməyə getmişdir. Ancaq ona əvvəlcədən demişdilər ki, dayısıgil onu həbs etdirmək istəyir. Buna görə də, maşınını Gülanəgildən çox uzaqda saxlamışdır. Seymur adlı şəxsdə buna şahiddir. Bundan sonra piyada Gülanəgilin qapısına gəlmişdir. Gülanəgilə daxil olmuş və görmüşdür ki, evdə heç kim yoxdur. Biraz sonra Gülanə qonşudan çıxmışdır. O da Xəyalgilin qapısının yanında dayanmışdır. Gülanə qonşudan çıxmış və ona tərəf baxmadan evə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt o da onun arxasınca gedirmiş. Bir anda Gülanə onu görmüş və qorxmuşdur. Gülanə evə daxil olmuş və ona işarə edərək onun yanına gəlməyini bildirmişdir. O da onun yanına getmişdir. Bu vaxt Gülanə anasını səsləmişdir. Ancaq anasından səs çıxmamışdır. Bundan sonra Gülanə ilə söhbət etməyə başlamışlar. Elə bu ərəfədə Gülanənin anasının səsi gəlməyə başlamışdır. Sözün düzü onun ora getməkdə məqsədi Gülanənin ailəsi ilə barışmaq və onun evləndirilmə məsələsi ilə bağlı məlumat almaq olmuşdur. Gülanənin anasının səsini eşidib demişdir ki, xalasıgilin qapısının yanına gedib orda söhbət edək. Bundan sonra Gülanənin xalasigil tərəfə getmişlər. Bu halda Gülanənin anası qapıdan çıxıb qışqıraqışqıra onlara tərəf gəlmişdir. Həmin vaxt Gülanənin anası qışqırıb deyirmiş ki, Azad qızını qaçırmaq istəyir. O da demişdir ki, gəlinbacı o, Gülanəni qaçırtmır. Həmin vaxt nə qədər izah etməyə çalışsada gəlinbacı başa düşməmiş və qışqırıb bacısını çağırmışdır. Gülanənin xalası küçəyə çıxmışdır. Həmin vaxt orada başqa qonşularda olmuşdur. Ancaq onların heç biri şahid qismində yazılmamışdır. Bundan sonra Gülanənin anası qışqırıb demişdir ki, qızını qaçırdırlar. Onu da qeyd edir ki, maşını Gülanəgildən 2 kilometr aralıda olmuşdur. Heç onun maşınının qapılarıda bağlanmır. İbtidai istintaq orqanı işi düzgün aparmamış və qeyd etdiyi halları araşdırmamışdır. Müstəntiq maşınının yerini səhv qeyd etmişdir. Onun maşını yolun qırağında olmamışdır. Bir sözlə Gülanənin anası və xalası qışqırmağa başlamışlar və Gülanəni buraxmağımı bildirmişlər. Bundan sonra Gülanə həyətə getmişdir. Sonra başlamışlar ki, güya o, Gülanəni qaçırmaq istəyirmiş. Sözün düzü həmin vaxt heç nə deməmişdir. Ancaq Gülanənin anası israrla qızını başqa adama ərə verəcəyini bildirmişdir. O da həmin vaxt əsəbləşmiş və ağzımdan nalayiq ifadələr çıxmışdır. Ancaq Gülanənin ailəsini təhqir etməmişdir. Sadəcə əsəbləşmiş və öz-özünə nalayiq ifadələr işlətmişdir. Bir müddət sonra əmisi gəlmişdir. Əmisi gəlmiş və onu vurmağa başlamışdır. O da həmin anda özündən getmişdir, ancaq səsləri eşidmişdir. Həmin vaxt gəlinbacısı demişdir ki, Azad yalan danışır və bilərəkdən ürəyi gedib. Bundan sonra onu dartışdırmağa başlamışlar. Həmin vaxt paltarı əynindən çıxmışdır. Daha sonra paltarını geyinmişdir. Bir saat sonra piyada çıxıb getməyə başlamışdır. Seymur ondan açarı alıb maşını gətirməyə getmişdir. Elə bu vaxt yanında ağ rəngli “Jeep” dayanmışdır. Dayısı maşından düşüb cibindən bıçaq çıxartmış və üstünə hücum etmişdir. Teymur adlı şəxs dayısını tutmağa çalışmışdır. 10-15 dəqiqə dayısıyla mübahisə etmişdir. Dayısına vəziyyəti izah etməyə çalışırmış. Bir müddət sonra Seymur maşınla gəlmiş və onu aparmışdır. Bundan sonra “102” qaynar xəttinə zəng edib şikayət etmiş və polis şöbəsinə gedib izahat yazmışdır. 10 gün sonra onu polis şöbəsinə çağırmışdırlar. Təhqiqatın rəisi ona demişdir ki, ondan şikayət olunub və onu tutduracaqlar. Təhqiqatçı ona demişdir: - “onlar səni şikayət edirsə səndə dayını şikayət et, sonra biz sizi barışdırarıq”. Bundan sonra ekspertizadan keçmiş, dayısından şikayət etməmiş və xəsarət almadığını qeyd etmişdir. Ancaq dayısı ondan şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, maşını Gülanəgilin evindən bir kənd aralıda saxlamışdır. Maşın Gülanəgilin evindən 3-4 kilometr aralıda olmuşdur. Maşını uzaqda saxlamışdır, çünki ona demişlər ki, dayısıgil onu tutdurmaq istəyir. Ona demişdilər ki, Gülanəyə yaxınlaşsa onu həbs etdirəcəklər. Ona görə də, maşını çox aralda saxlamışdır ki, görməsinlər. O, hadisə yerinə maşınsız getmişdir. O, ora maşınla getsəydi o, Gülanəni qaçırmaq niyyəti ilə ora gəldiyini deyəcəklərini bilmişdir. Gülanə ilə axırıncı dəfə hadisədən 4-5 ay əvvəl danışmışdır. Gülanənin telefonu olmamışdır. O, Gülanə ilə söhbət etmək məqsədilə hadisə yerinə getmişdir. Onu qaçırmaq niyyəti olmamışdır. Söz-söhbətə başlamadan 7-8 ay əvvəl Gülanə ilə sevgili olmuş və müəyyən yerlərə gəzməyə getmişlər. Onu qaçırmaq niyyəti olsaymış həmin ərəfələrdə qaçırarmış. Yəni zərərçəkmiş şəxsi qaçırmaq niyyəti olmamışdır. Hadisə günü əlində heç nə olmamışdır. Hadisə baş verən vaxt əlində bıçaq olmamışdır. İbtidai istintaq zamanı heç kimlə üzləşməsi olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı veriyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Ağdaş rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs tanıyır, onun doğma bibisi oğludur, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, lakin təxminən son iki il ərzində aralarında dəfələrlə mübahisələr və dava-davalaşlar baş vermiş, belə ki, təxminən iki il əvvəl Azad ona zəng edərək onu sevib-sevmədiyini soruşmuş, o da Azada fikirləşdiyini və bu işin düz gəlmədiyini bildirmiş, lakin Azad bununla razılaşmamış və müxtəlif vaxtlarda onun yaşadığı evə gələrək ata və anası ilə mübahisələr etmiş, hətta ilk dəfə hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Azad özü tək onların evinə onun üçün elçi gəlmiş, bundan bir qədər sonra isə Azadın ata və anası da onların qapısına onun üçün eçli gəlmişlər, lakin atası onu Azada verməmiş, həmçinin o da Azadla evlənmək istəməmiş, bundan bir neçə ay əvvəl Azadla onun sevgili kimi münasibəti olmuş, buna səbəb isə Azadın ona onu sevdiyini əgər onunla evlənməsə özünü öldürəcəyini söyləməsi olmuş, lakin sonradan Azadın yaxşı bir insan olmadığını gördüyü üçün ondan uzaqlaşmaq qərarına gəlmiş, lakin Aazad bununla razılaşmamış, təxminən 2022-ci ilin aprel ayında anası Şahid2 evdə olan zaman Azad onun yaşadığı evə gələrək anasına onu istədiyini və onunla ailə həyatı qurmaq istədiyini bildirmiş, anası da Azada “sənin mənim qızım yaşda qızın var. Ayıbdır.” deyə bildirmiş, Azad isə anasına cavab olaraq “sən mənə qızını verməsən sənin qızını şantaj edəcəm və onu rüsvay edəcəm, sizdə məcburiyyət qarşısında qalaraq qızınızı mənə verəcəsiniz” deyə bildirmiş, bundan sonra isə Təqsirləndirilən şəxs atasının işlədiyi yerə gedərək anasına bildirdiyi sözləri atasına da bildirmiş, atası da Azadın onun qızını istəməsinə öz etirazını bildirmiş, bundan sonra bu günə kimi, Təqsirləndirilən şəxs onların ailələri arasında narazılıq yaranmış, Azad dəfələrlə onları narahat etmiş və hədələmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində onun yaşadığı evə gəlmiş, yaşadığı evin qonşuluğunda yerləşən Əlyəddin Ədilovun evindən təzyiqini ölçdürüb geri qayıdırmış, həmin vaxt qonşuda Aydan olmuş və onun təziqini də Aydan ölçmüş, qonşunun həyətindən çıxaraq öz yaşadığı həyətin qapısına tərəf gedən zaman qonşulardan birinin qapısının açıldığını eşitmiş, buna görə də geriyə doğru baxmaq istəmiş, bu zaman oradan Azadın çıxaraq ona tərəf gəlməsini görmüş, Azadın əlində bıçaq olmasını gördüyü üçün çox qorxmuş və qaçaraq yaşadığı evin həyətinə daxil olmuş, lakin qorxudan həyəcanlandığı üçün həyətin giriş qapısının arxasını bağlaya bilməmiş, Azad da onun arxasıyca həyətə daxil olmuş, bundan sonra Azad ona yaxınlaşaraq əlində olan adi mətbəxt bıçağı ilə onun boğazına dirəmiş və onu boynundan yapışaraq “səsini çıxarma, yoxsa səni öldürəcəm” deyə söyləmiş və onu sürüyərək yaşadığı evin həyətindən küçəyə çıxarmış, lakin qışqıraraq anasını çağırmış, onun səsinə küçəyə qonşusu Aydan çıxmış və Azadın onu sürüyərək aparmasını görmüş, lakin qorxduğu üçün onlara yaxınlaşmamış və uca səslə “Vüsalə xala!” deyə çağırmış, Azad isə onu sürüyərək küçənin çıxacağına, yəni asfalt yola qədər sürüməyə davam etmiş, təxminən 50-60 metr Azad onu küçə ilə sürüyərək apardıqdan sonra anası yaşadıqları evin həyətindən çıxaraq qaça-qaça onlara tərəf gəlmiş və onu Azadın əlindən almaq istəmiş, lakin Azad anasına “yaxın gəlmə, yoxsa qızı öldürəcəm” deyə söyləmiş, buna baxmayaraq anası onu Azaddan almaq istəmiş, həmin vaxt anası tək olduğundan və Azadın əlində bıçaq olduğundan onu Azadın əlindən ala bilməmiş və uca səslə qışqıraraq qonşuları çağırmış, həmin vaxt Azad onu bir qədər küçə ilə sürümüş və artıq küçənin baş tərəfinə çatmışlar, küçənin baş tərəfində isə onun xalasıgilin evi olmuş, anasının səsini eşitdikləri üçün xalasıgilin yaşadığı evdən xalası Mənsurə çıxmış, daha sonra xalası və anası onu dartaraq Azadın əlindən almışlar və bıçaq Azadın əlindən yerə düşmüş, həmin vaxt Azad əli ilə onun sağ qolundan tutaraq bərk-bərk sıxmış və özünə tərəf dartmış, anası və xalasının onu Azadın əlindən aldıqdan sonra qaçaraq xalasıgilin yaşadığı evin həyətinə girmiş, Azadın qışqıraraq və nalayiq ifadələr işlətməsini eşitdiyi üçün küçəyə baxmış və bu zaman Azadın əynində olan paltarları cırdığını və yerdə uzanaraq üstbaşını toz etdiyini görmüş, atasına zəng edərək baş verənləri danışmış, həmin qonşular İdris Qasımov, Vüsalə Ədilova, Şahid3, Mehbarə Ədilova, Aydan Ədilova orada olmuşlar, sonra Təqsirləndirilən şəxs ona “avtomobilimdə beş açılan silah var, sonra gəlib sizin hər birinizi öldürəcəm” deyə söyləyərək onları hədələmiş, Şahid4 isə Azadı döyməsini görməmiş, atası Şahid1 başqa kənddə usta işləmiş və Azad getdikdən sonra gəlmiş, onun sağ mil bilək oynağının ön səthində qançır xəsarətlərini ona Təqsirləndirilən şəxs yetirmişdir. Təqsirləndirilən şəxs ona “gəl gedək bizə, yad yer deyil, sənin də bibinin evidir” deyə söyləyərək onu küçə ilə dartaraq apardığını, Təqsirləndirilən şəxs yol boyu onu sürüyərkən özünü saxladığını və yerə yıxılmadığını, həmçinin Təqsirləndirilən şəxs da onu küçə ilə dartıb aparan zaman xəsarət yetirmədiyini, yalnız anasının onu Təqsirləndirilən şəxs əlindən almaq istəyən zaman Azadın ona xəsarət yetirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaq olduğu və həmin bıçaqla onu qorxudaraq “səsini çıxarma” dediyi üçün Təqsirləndirilən şəxs müqavimət göstərməkdən qorxduğunu, Təqsirləndirilən şəxs gördükdən sonra ondan qorxduğu üçün “mama” deyə qışqıraraq anasını çağıraraq gəlib mənə kömək etməsini istədiyini, lakin daha sonra Azadın cibindən çıxardığı bıçağı onun boğazına dirədiyi üçün daha kömək çağıra bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı oğludur, Azadla aralarında hər hansı bir mübahisə və ya dava-dalaşları baş verməmiş, lakin son iki ildən bəri aralarında dəfələrlə mübahisələr və dava-davalaşlar baş vermiş, buna səbəb isə Azadın onun qızı Gülanə ilə evlənmək istəməsini söyləməsi olmuş, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında o, evdə olan zaman onun yaşadığı evə gələrək ona qızı Gülanəni istədiyini və Gülanə ilə ailə həyatı qurmaq istədiyini bildirmiş, o da Azada “sənin mənim qızım yaşda qızın var. Ayıbdır.” deyə bildirmiş, Azad isə cavab olaraq ona “sən mənə qızını verməsən sənin qızını şantaj edəcəm və onu rüsvay edəcəm, sizdə məcburiyyət qarşısında qalaraq qızınızı mənə verəcəksiniz” deyə söyləmiş, bundan sonra isə Təqsirləndirilən şəxs onun ərinin işlədiyi yerə gedərək ona bildirdiyi sözləri ərinə də danışmış, qızı Gülanə də Azadın onu istəməsinə öz etirazını bildirmiş, bundan sonra bu günə kimi, Təqsirləndirilən şəxsla onun ailəsi arasında narazılıq olmuş, Azad dəfələrlə onları narahat etmiş və nalayiq ifadələrlə təhqir etmiş, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində qızı Gülanə ona Aydangilə təziqini ölçdürməyə getdiyini söyləmiş, o da qızına inəklərə su verməyə getdiyini bildirmiş, o, inəklərə su vərən zaman qızı Gülanənin qışqıraraq onu çağırmasını eşitmiş, buna görə də dərhal küçəyə tərəf qaçmış, həmin qonşu Aydan da “Vüsala xala” deyərək ucadan qışqırmış, həyətdə çatdıqda həyətlərinin giriş qapısının açıq olmasını və qızının küçədə qışqırmasını eşitmiş, buna görə də küçəyə qaçmış, küçədə olan zaman Azadın əlində bıçaqla qızı Gülanənin boğazından yapışdığını və yaşadığı evdən təxminən 50-60 metr aralı məsafədə qızını sürüdüyünü görmüş, buna görə də qonşulardan kömək istəmək üçün qışqıra-qışqıra Azada tərəf getmiş və qızı Gülanəni Azadın əlindən almaq istəmiş, lakin Azada gücü çatmamış və Azad qızı Gülanəni sürüməyə davam etmiş, onlar artıq bacısı Mənsurənin yaşadığı evin qarşısında olmuşlar, bu zaman bacısı Mənsurə küçəyə çıxmış və onlara tərəf gəlmiş, bacısı Mənsurə də Azaddan Gülanəni buraxmasını tələb etmiş, lakin Azad onlara heç bir məhəl qoymamış, bundan sonra bacısı Mənsurə və o, Gülanəni Azadın əlindən almaq üçün Azadın qolundan yapışmışlar, Azadın əlindəki bıçağı onun əlindən almaq istəmiş, bacısı isə Gülanəni dartaraq Azadın əlindən almaq istəmiş, onlar dartışan zamanı bıçaq Azadın əlindən düşmüş, bundan sonra bacısı və o, Gülanəni dartaraq Azadın əlindən almağa çalışmış, Azad isə onun qızının sağ qolundan yapışaraq özünə tərəf dartırmış, lakin onlar Gülanəni Azadın əlindən almış və Gülanə qaçaraq bacısı Mənsurənin yaşadığı evin həyətinə girmiş, daha sonra Azad Mənsurə və onu ucadan təhqir edərək onlarla mübahisə etmiş, daha sonra həmin yerə qonşular gəlmiş, lakin həmin vaxt həyəcanlı olduğu üçün konkret olaraq kimlərin gəlməsini xatırlamır, yadında qalan qədəri ilə həmin qonşular İdris Qasımov, Vüsalə Ədilova, Mehbarə Ədilova, Aydan Ədilova olmuş, qızı Gülanə Təqsirləndirilən şəxs əlindən alındıqdan sonra Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək əynində olan paltarları cırmış və yerdə uzanaraq üst-başını toz etmiş, sonra Təqsirləndirilən şəxs onun qızına “avtomobilimdə beş açılan silah var, daha sonra gəlib sizin hər birinizi öldürəcəm” deyə bildirərək onları hədələmiş, sonra o və Mənsurə bacısıgilin yaşadığı evin həyətinə girmiş və qapının arxasını bağlamışlar, qonşuları X5 Ədilovu Azadın qırmızı rəngli, VAZ-21099 markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirərək oradan aparmasını sonradan öyrənmiş, həqiqətən də Azad əlindəki bıçaqla qızı Gülanənin boğazından yapışmış, qızını Azadın əlindən almaq istəyən zaman Azad ona “yaxın gəlmə, qızı öldürəcəm” deyə söyləmiş, əri Elçin və Alim Azadı döyməmişlər, Azada heç bir bədən xəsarəti yetirməmişlər, eyni zamanda bıçaqla Azadı vurmamışlar, əri Elçin küçəyə gələn zaman artıq Azad oradan çıxıb getmiş olmuşdur. Həmin vaxt qorxduğu üçün çox həyəcanlı olduğunu və buna görə də yalnız və yalnız qızının həyatı üçün narahat olduğunu, Azadın onun qızının boğazına bıçaq dirəməsini gördükdən sonra öz həyatını təhlükəyə ataraq Azadın üzərinə getdiyini və qızını onun əlindən almağa çağışdığını və bu zaman onların aralarında mübahisə yarandığını, həmin mübahisə zamanı bıçağın yerə düşməsini gördüyünü, lakin daha sonra qızını Azadın əlindən alaraq bacısı Mənsurənin yaşadığı evin həyətinə girdiyini, buna görə də həmin vaxt Azadın əlində olan və istifadə etdiyi bıçağı kimin götürdüyünü və həmin bıçağın hazırda harada olmasını bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı evin həyətində olan zaman küçədə səs-küy olmasını eşitmiş və həmin səslərdən birinin Azada məxsus olmasını eşitmiş, buna görə də küçəyə çıxmış, bu zaman qışqıran şəxslərdən birinin bacısı Vüsalə olmasını Azadın isə əlində bıçaqla bacısı qızı Gülanənin boğazından yapışaraq onun yaşadığı evin qarşısına qədər sürüdüyünü görmüş, buna görə də dərhal onlara yaxınalşmış və Azada sakit olmasını, Gülnanəni buraxmasını və çıxıb getməsini tapşırmış, lakin Azad onun sözünə əhəmiyyət verməmiş, buna görə də Azada yaxınlaşmış və qolundan yapışaraq Gülanədən uzaqlaşdırmaq istəmiş, lakin gücü çatmamış, daha sonra bacısı Vüsalə ilə birlikdə Gülanəni Azadın əlindən almış, bundan sonra Gülanəni onun yaşadığı evin həyətinə salmış, Azad isə ucadan nalayiq ifadələr işlədərək onları təhqir etmiş, daha sonra Azad özünü yerə yıxmış, həmin vaxt onun əlində olan bıçaq da küçəyə düşmüş, bundan sonra yaşadığı evin həyətinə keçərək Gülanənin yanında dayanmış, küçəyə çıxan zaman Azadın əlində bıçaq olmasını, həmin bıçağı Gülanənin boğazına dirəyərək onu sürüməsini görmüş, həmçinin Azad Gülanəni yaşadığı evin həyətindən küçəyə çıxardaraq təxminən 100 metr sürüyə-sürüyə onun yaşadığı evin qarşısına qədər gətirmiş, əri Şahid4 hadisə baş verdikdən təxminən 30-40 dəqiqə sonra küçəyə gəlmiş, Şahid1 isə küçəyə gəlməsini ümumiyyətlə görməmiş, həmin vaxt yaşadığı evin həyətində olmuşdur. Həmin vaxt qorxduğu üçün çox həyəcanlı olduğunu və buna görə də yalnız və yalnız bacısı qızının həyatı üçün narahat olduğunu, Azadın onun bacısı qızının boğazına bıçaq dirəməsini gördükdən sonra öz həyatını təhlükəyə ataraq Azadın üzərinə getdiyini və bacısı qızını onun əlindən almağa çalışdığını və bu zaman onların aralarında mübahisə yarandığını, həmin mübahisə zamanı bıçağın yerə düşməsini gördüyünü, lakin daha sonra bacısı qızını Azadın əlindən alaaraq yaşadığı evin həyətinə girdiyini, buna görə də həmin vaxt Azadın əlində olan və istifadə etdiyi bıçağı kimin götürdüyünü və həmin bıçağın hazırda harada olmasını bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır, xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Gülanə təziqini ölçmək üçün onun yaşadığı evə gəlmiş, həmin vaxt yaşadığı evdə ondan və körpə uşaqlarından başqa heç kim olmamış, Gülanənin təziqini ölçmüş və onun təziqinin çox aşağı olmasını görmüş, bundan sonra onu evlərinə yola salmış və şərbət içməsini məsləhət görmüş, bundan təxminən 5 dəqiqə sonra küçədə səs olmasını eşitmiş, Gülanənin halının pisləşərək yıxılacağından qorxduğu üçün dərhal küçəyə qaçmış, küçəyə çıxanda Gülanənin qohumu kimi tanıdığı Azad adlı şəxsin Gülanənin boynundan yapışaraq onu küçə ilə aparmasını, Gülanənin isə qışqıraraq kömək istəməsini görmüş, küçəyə çıxanda Gülanənin yaşadığı evin qapısı açıq olmuş, bu zaman Gülanənin səsinə anası Vüsalə gəlmiş, lakin onun uşaqları azyaşlı olduğu üçün yaşadığı evin həyətinə girmiş, bundan sonra baş verənlərdən xəbəri olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boynundan yapışaraq küçədə sürüdüyünü görmüş, lakin həyəcanlı olduğu üçün Azadın əlində bıçaq olub-olmamasını dəqiq olaraq görməmiş, Şahid4 Təqsirləndirilən şəxs vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur, Təqsirləndirilən şəxs ilə əvvəllər, iki il bundan əvvələ kimi aralarında hər hansı bir mübahisə və ya dava-dalaş baş verməmiş, lakin son iki ildən bəri aralarında dəfələrlə mübahisələr və dava-davalaşlar baş vermiş, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında həyat yoldaşı evdə olan zaman onun yaşadığı evə gedərək həyat yoldaşı Vüsaləyə qızı Gülanəni istədiyini və Gülanə ilə ailə həyatı qurmaq istədiyini bildirmiş, Vüsalə də Azada “sənin mənim qızım yaşda qızın var. Ayıbdır.” deyə bildirmiş, Azad isə Vüsaləyə cavab olaraq “sən mənə qızını verməsən sənin qızını müxtəlif yollarla şantaj edəcəm və onu rüsvay edəcəm, sizdə məcburiyyət qarşısında qalaraq qızınızı mənə verəcəsiniz” deyə bildirmiş, bundan sonra isə Təqsirləndirilən şəxs onun işlədiyi yerə gələrək Vüsaləyə bildirdiyi sözləri ona da bildirmiş, həyat yoldaşının Azada qarşı dediyi sözləri təkrar olaraq Azada söyləmiş, qızı Gülanə də Azadın onu istəməsinə öz etirazını bildirmiş, bundan sonra bu günə kimi, Təqsirləndirilən şəxsla onların ailələri arasında narazılıq olmuş, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində həmin kənd sakinlərindən birinin evində qonşusu Afət Ədilov ilə birlikdə usta işləyirmiş, həmin vaxt Afət ona evdən zəng edildiyini və evlərində problem olduğu üçün onun təcili evə getməli olduğunu söylədiklərini bildirmiş, bundan sonra həyəcanlı şəkildə usta işlədiyi evdən çıxaraq yaşadığı ev istiqamətində getməyə başlamış, köhnə məktəbin qarşısında olan zaman yolda bir avtomobil gəlməsini görmüş, buna görə də həmin avtomobilin qarşısına çıxaraq onu da aparmasını xahiş etmiş, bundan sonra həmin avtomobilə minmiş və yaşadığı ev istiqamətində getmiş, yaşadığı evin yerləşdiyi küçəyə gələn zaman küçədə bir neçə şəxsin və həmçinin Təqsirləndirilən şəxs olmasını görmüş, bundan sonra problemi Azadın yaratmasını bilmiş, buna görə də Azada buradan çıxıb getməsini və onu və ailəsini narahat etməməsini tapşırmış, Azad isə onunla mübahisə etməyə başlamış, həmin vaxt orada olan şəxslər Seymur, Teymur və Zakir Azadı ona məxsus avtomobilə əyləşdirmişlər və Seymur avtomobili sürərək Azadı oradan uzaqlaşdırmış, bundan sonra yaşadığı evə gəlmiş, evdə olan zaman ailə üzvləri ona baş verənləri danışmışlar, Təqsirləndirilən şəxs bıçaqla hədələməmiş və vint açanla xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onunla arasında indiyə kimi hər hansı mübahisə və dava-dalaş baş verməmişdir. Azadla münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə o, yaşadığı kəndə gedirmiş. Yaşadığı evin yerləşdiyi küçəyə daxil olan zaman evinin qapısının qarşısında Azadı görmüşdür. Həmin vaxt Azadın yanında onun həyat yoldaşı və Azadın dayısı arvadı Vüsalə olmuşdur. O, uzaqdan Azadın qışqırmasını eşitmişdir. Onlara yaxınlaşıb, Azaddan nə baş verdiyini və buraya nə üçün gəlməsini soruşmuşdur. Lakin Azad ona cavab verməmişdir. Həmin vaxt Azad əsəbi halda ona qarşı nalayiq ifadə işlətmişdir. O da bundan əsəbləşib, Azadla arasında mübahisə baş verməməsi üçün oradan uzaqlaşıb yaşadığı evin həyətinə daxil olmuşdur. Daha sonra Azad orada olan avtomobilinə əyləşib uzaqlaşıb getmişdir. Onun bildikləri bundan ibarətdir. Onun orada və başqa hər hansı bir yerdə Azadla arasında hər hansı mübahisə və dava-dalaşı olmamışdır. Azadın onun barəsındə etdiyi şikayət əsassız, şər böhtan xarakterlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 12:00-da Ağdaş rayonu Qulbəndə kəndində yaşayan Şahid1 Siyam oğlu DİN-in “102” xidmətinə zəng edərək, Təqsirləndirilən şəxs adlı şəxsin onun və ailəsini bıçaqla hədələməsi, qızı 21 yaşlı Nuranəni qaçırmağa cəhd etməsini bildirmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə saat 09:20 –də Ağdaş RMXnin həkimi Hilal İsgəndərzadə RPŞ-yə Nİ-nə zəng, edərək ünvan 4 ünvanda yaşayan 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs başın ənsə nahiyəsinin əziyi xəsarəti ilə Ağdaş RmX-ya müraciət etməsini bildirmiş və vətəndaşın deməsinə görə evdə yıxılmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, baxış yeri Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısıdır. Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəni, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs küçədə dayandığı yeri göstərmiş və Təqsirləndirilən şəxs gördükdən sonra qaçaraq yaşadığı evin həyətinə girmiş, Təqsirləndirilən şəxs onun qarxcasıyca gələrək onun boğazından yapışaraq bıçaq dirədiyini və daha sonra onu sürüyərək apardığını bildirmiş və həmin yerləri əyani olaraq göstərmişdir (cild 01, iş vər. 14-18). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının 469 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır (cild 01, iş vər. 29-30). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 468 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər sağ saidin yixarı 1/3-nin sıyrıqdan sonrakı ləkəsi, sağ mil bilək oynağının ön səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 16:45-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə tutulmuşdur (cild 01, iş vər.48). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində dayısı Şahid1 yaşadığı evin yerləşdiyi küçəyə gəlmiş, özünə məxsus avtomobili təxminən 2 kilometr məsafədə saxlamış, piyada küçə ilə gələrək qonşunun qapısının qarşısında dayanmış, bu zaman Gülanənin qonşudan çıxaraq yaşadığı evin həyətinə getməsini görmüş, buna görə də tez ona yaxınlaşmış, Gülanə onu görərək qaçıb yaşadığı evin həyətinə girmiş, o da Gülanənin arxasıyca qaçaraq onun yaşadığı evin həyətinə girmiş, bundan sonra Gülanəyə yaxınlaşmış, Gülanə “mama” deyərək anasını çağırmış, o da Gülanəyə səs salmamasını tapşırmış, Gülanəyə “gəl gedək səninlə söhbət edək” demiş, o, “gedək bizə, bibinin evidi də, atanla anananı da çağıraq, bu işi bir yol üstə qoyaq, mənim məqsədim evlənmək məqsədidi” demiş, Gülanənin çəkindiyini görmüş, Gülanə mamasını bir də çağırmış, həmin vaxt cibində bıçaq olmuş, həmin bıçağı ifadəsində qeyd etdiyi kimi kolbasa kəsən zaman istifadə edirmiş, Gülanəyə səsini çıxarmademiş, bıçağın ucunu Gülanənin boğazına tutaraq “səsini çıxarma” demiş, sonra əlini çiyninə qoymuş və həmin şəkildə çölə çıxmışlar, sonra getməyə başlamışlar, yolda gedən zaman Gülanə ona heç bir müqavimət göstərməmiş, o, əlini Gülanənin çiyninə qoymuş, yol gedən zaman bıçağı aşağı salaraq əlində tutmuş, göy qapı istiqamətində getmişlər, yol gedən zaman əlini Gülanənin çiyinə qoyaraq söhbət etməli olduqlarını, ailə qurmaq istədiyini, analarının söhbət etməsini söyləmiş, əvvəl Gülanənin anası onu döydüyü şikayət etmiş, bundan sonra Gülanəni görə bilməmiş, Gülanəyə onunla görüşüb söhbət etməyə qoymadıqlarını bildirmiş, onlara getməsini, anasıyla atasının gəlib oturub söhbət etmələrini bildirmiş, qonşunun yola çıxmasını görmüş və çöndüb arxaya baxmış, qonşunun gəlini Aydan olmasını görmüş, Aydan küçəyə çıxmış, “Vüsal xala” deyib həyətə qaçmış, onlar yenə də getməyə başlamışlar, təxminən şalbanın yanına çatanda anası gəlmiş, ona “qızı burax” demiş, o da “yox, buraxmayacam” söyləmiş, ağlına elə gəldiyi üçün demiş, anası gəldikdən sonra da yola davam etmiş, Gülanənin anası onlardan qabağa keçmiş, anası onun əmisi Alimgilin həyətinə girmiş, həyətdə qonaqlar olmuş, Rasimə, Məhluqə, sonra hamısı çölə çıxmı.lar, həmin yerdə dayanmış, onlar gələrərk ayıb olduğunu söyləmişlər, o da “ ayıb olsun da, qohum olub neynirik ki, burda” deyə söyləmiş, bu halda onlar onun üstünə gəlmiş, bıçağı əlində tutmuş, kimsə bıçağı onun əlindən almış, qız anasının aldığını bildirmiş, lakin bıçağı əlindən kimin aldığını bilməmiş, qızın sağ qolundan əli ilə tutmuş, onlar dartışdırıraq qızı onun əlindən almaq istəmişlər, o isə buraxmamış, sonra qızı dartıb onun əlindən almışlar və Alimin yaşadığı evin həyətinə salmışlar, avtomobili onların qapısından təxminən 1 kilometr məsafədə Aşağı Qəsil yolunda saxlamış, daha sonra qadınlar orada dayanmış və söhbət etmişlər, qadınlar ona ayıb olduğunu bildirmişlər, Gülanənin anası onunla mübahisə etmiş, sonra səs-küyə qonşular toplaşmış, sonra əmisi gəlmiş, o hazırda artıq əmisindən şikayətini geri götürmüş, əmisi atasının qardaşı olduğu üçün belə bir hadisə olmasını istəməmiş, əmisi onu tənbeh edərək üzüə elə-belə bir iki sillə vurmuş, sonra qapının ağzında gələrək onu yumuruqla vurmağa başlamış və “bunu öldürəcəm, bu bizim namusumuza ləkədi, başımızı aşağı saldı” deyə söyləmiş, əmisi onu itələyərək yaşadığı evin həyətinə doğru aparmış və “bunu pəyəyə salıb öldürəcəm” deyə söyləmiş, hazırda əmisindən şikayəti yoxdur, orada əmisi ilə süprüşmüş, onu vurub və bir anlıq özünü itirmiş, lakin özündən getməmiş, başımdan pis vurulmuş, 4-5-ci udarda səndələyərək yıxılmış, bu zaman kimsə onun üzünə su vurmuş, həmin şəxsin kim olmasını bilməmiş, həmin şəxs təcili yardıma zəng vurmaq istəmiş, o isə qoymamış, özündə olmuş, lakin bir anlıq özündən getmiş, bundan sonra qızın anası Vüsalə “yalandan deyir, o afyordu” deyə söyləmiş, Vüsaləyə yalandan demədiyini, əl-ayağının boşaldığını söyləmiş, ayağa duraraq söhbət etməyə başlamış, bu zaman əmisi yenidən onu vurmağa başlamış, bu zaman Teymur Ədilov onu kiminsə həyətinə aparmış, əmisi Alim həmin evin həyətinin qapısını təpiklə vurmuş, bir qədər həmin həyətdə gözləmiş, ondan avtomobilinin harada olmasını soruşmuşlar, o da həmin şəxslərə avtomobilinin Aşağı Qəsil yolunda olmasını söyləmiş, Seymur Ədilov da onun avtomobilini gətirməyə getmiş, təxminən yarım saat sonra ona avtomobilinin gəldiyini demişlər, o da küçəyə çıxmaq istəmiş, bu zaman ona “küçəyə çıxma səni öldürəcəklər” demişlər, o da “məni öldürməklik mən neyləmişəm ki?” deyə söyləmiş və qapıdan çıxmış, göy qapıya qədər getmiş, həmin vaxt onun arxasıyca Teymur Ədilov və başqa bir şəxs gəlmiş, Onlar onun yanında əmisinin onu vurmamsı üçün gəlmişlər, bu zaman onun yanında ağrəngli bir cip dayanmış, həmin cip qonşunun qayınatasının olmuş və Qəbələdən gəlmiş, dayısı da hardasa işləyirmiş, evdən zəng vuraraq belə bir hadisənin baş verməsini bildirmişlər, dayısı da yola çıxmış və həmin avtomobil rast gəldiyi üçün onunla gəlmiş, o da yol ilə gedirmiş, dayısı həmin avtomobildən düşmüş, əyində boz rəngli pencək olmuş, dayısı əlini cibinə salaraq bıçaq çıxarmış, o da bunu görürmüş, lakin əl qaldırmamış, dayısı bıçağı çıxararaq açmış, həmin bıçaq balaca cib bıçağı olmuş, bıçağı onu vurmaq üçün açmış və “bunu öldürəcəm” demiş, o da yerində durmuş, bir əlində də “atfyorka” olmuş, o da dayısına yaxınlaşmış, lakin dayısı onu vurmamış, belə ki, tez kənarda olan şəxslər Elçini tutmuş, Elçin “atfyorka” ilə onu vurmuş, onun qarnına dəymiş, bıçaqla isə vura bilməmiş, “atfyorka”nın Elçinin əlində olmasını heç kim görməmiş, o da əvvəl görməmiş, tez Elçini tutub yerə yıxmışlar, bıçağı Elçinin almışl, kiminsə “bıçaqla vurma” deyə söyləmiş, lakin Elçini buraxmışlar, daha sonra Elçin onu vurmuş, bundan sonra onun avtomobili gəlmiş, ona avtomobilinə minərək buradan qaçmasını söyləmişlər, o da “ mən nə etmişəm ki, buradan qaçım” deyə söyləmiş, bu zaman dayısının bacanağı olan əmisi Şahid4 yaşadığı evin həyətindən çıxaraq qaçaqaça gəlmış, bundan sonra əlləri ilə onun başından vurmağa başlamış, Teymur Şahid4ovu geriyə itələmiş, onu isə təsadüfən oradan keçən Zakir adlı şəxs avtomobilin arxa oturacağına məcbur mindirmiş, Seymur Ədilov isə avtomobili sürərək onu oradan aparmışdır (cild 01, iş vər. 59-62). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan vəprotokola əlavə edilmiş DVD diskdən görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs öz ifadəsini təsdiq edərək ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qonşudan təziqini ölçdürərək geri qayıdan zaman Təqsirləndirilən şəxs qonşunun qapısından əlində bıçaqla onun üzərinə gəlməsini gördüyünü, buna görə də dərhal qaçaraq yaşadığı evin həyətinə girdiyini, həmin zaman çatdırıb qapını bağlaya bilmədiyini, Azadın həmin zaman bıçağı onun boğazına dirəyərək ona “qışqırma, qışqırsan səni öldürəcəm, mənimlə gedək” deyə söylədiyini və qapıdan çıxardığını, lakin mən Təqsirləndirilən şəxsn qorxsa da qışqırdığını, Təqsirləndirilən şəxs onu sürüyüb küçəyə apardığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə onu sürümədiyini, Zərərçəkmiş şəxs onlara getməsini söylədiyini, Zərərçəkmiş şəxs dediklərinin doğru olduğunu bildirmişdir (cild 01. iş vər. 71-75). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 4(014)-57/2023 nömrəli Ağdaş Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə 04 (dörd) ay müddətə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər 98-101). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 135-136). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati Ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi Rafiq Ədilov, Aybəniz Ədilova və Araz Ədilovdan ibarətdir və Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə daxil olmamışdır (cild 01, iş vər.163-165). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 18-1-22/2-1768/2023 saylı Ağdaş RMX PHŞ-nin məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir (cild 01, iş vər. 166). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına alınmış cavab “raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs oölu silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs boğazına dirəyərək onun iradəsinə zidd olaraq oğurlamağa cəhd etmiş, Zərərçəkmiş şəxs səs-küy salmasını eşidərək oran gələn Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən almaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş, hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçağın yerinin müəyyən edilməsi mümkün olmamışdır. Şahid1 əlində bıçaq olması və Azd Ədilova “dayan səni öldürəcəm” deyə söyləməsi, Şahid1 vint açanla Təqsirləndirilən şəxs xəsarət yetirməsi və Şahid4 Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirməsi öz təsdiqini tapmamışdır (cild 01, iş vər. 167). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in ambulator məhkəmə psixiatrik ekspertizasının 779 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkməmişdir.Təqsirləndirilən şəxs hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir.Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir ruhi-əsəb xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədən zaman anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 01, iş vər. 175-177). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının 108 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyillik əlamətləri müşahidə edilməmişdir (cild 02, iş vər. 23-26). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə verilmiş əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs boğazına dirəyərək onun iradəsinə zidd olaraq oğurlamağa cəhd etmiş, hadisə zamanı Təqsirləndirilən şəxs əlində 01 ədəd mətbəxt bıçağına bənzər bıçaq olmuş, Təqsirləndirilən şəxs həmin bıçağı nümayişkaranə şəkildə əlində saxlamaqla istifadə etmiş, hadisə zamanı yaranmış mübahisə zamanı həmin bıçaq Təqsirləndirilən şəxs əlindən yerə düşmüş, lakin sonradan həmin bıçağın kim tərəfindən, nə vaxt və necə götürlməsi müəyyən edilməmişdir (cild 02, iş vər. 52). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X2 əməlində CM-nin 221.3, 228.4, 29.120, 134, 144.3, 157 və 176-1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır (cild 02, iş vər. 79-95). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət işinin materiallarında mövcud olan sübutların tədqiqi nəticəsində müəyyən olunur ki, həqiqətəndə Təqsirləndirilən şəxs həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə iradəsinin ziddinə onun boynundan yapışdıqdan sonra silah qismində istifadə etdiyi bıçağı sonuncunun boğazına dirəyərək həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə səsini çıxarmamasını tələb etmiş, ardınca onu küçəyə çıxarıb əvvəlcədən kənddən keçən asfalt yolun kənarında saxladığı özünə məxsus VAZ21099 markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə doğru sürüyərək bir neçə metr hərəkət etdikdən sonra əlləri ilə dartaraq sonuncunun həyat sağlamlığı üçün təhlükəli olmayan sağ mil bilək oynağının ön səthinin qançırı və sağ saidin yuxarı 1/3-nin sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirilməsinə səbəb olan fiziki zor tətbiq edərək ittihamda qeyd olunan tarixdə və saatda, qeyd olunan məkanda onun iradəsinə zidd olaraq onu oğurlamağa çalışmış, lakin iradələrindən asılı olmayan səbəbdən qeyd olunan cinayəti başa çatdıra bilməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, o cümlədən iş materiallarında yer alan ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-in 29, 144.2.4 və 29, 144.2.5-ci maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışırlar. Odur ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı verdiyi ifadəsi, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqəti əks etdirmədiyindən, həmin ifadələrlə razılaşılmır. Lakin zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri obyektiv həqiqəti əks etdirdiyi, iş üzrə mövcud sübutlarla üst-üstə düşərək biri-digərini tatamladığı üçün, məhkəmə həmin ifadələri həqiqi ifadə kimi və əsaslı sübut növü kimi qəbul edir və təqsirləndirilən şəxsə qarşı elan olan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələri ilə tövsif edilməlidir və bu cinayətlərin törədilməsində məhz Təqsirləndirilən şəxs təqsirlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş və Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli başa çatmayan cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayəy törətməsi və təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl başa çatmayan cinayət olduğundan ona təyin olunacaq cəza müddəti və həcmi ona verilmiş ittihamda istinad olunan maddənin başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə vahid cəza təyin edilməlidir Məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə növündə cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2-ci maddəsində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, 02 (iki) ədəd CD diskin iş materiallarında olması nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.4 və 29, 144.2.5-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-129/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-129/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver