Məhkəmə qərarları › İş №1(091)-129/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-129/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-129/2025 14.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosu vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi istintaqla dəqiq müəyyən edilməyən sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayının əvvələrində X8 Qoruğunun yaşadığı Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolayında ayrı-ayrılıqda 02 ədəd yerdə olmaqla qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş yaş vəziyyətdə ümumi təmiz çəkiləri 606 kiloqram 450 qram olan külli miqdarda -214 (iki yüz on dörd) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 05 sentyabr 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saat 13:15-dən 17:15dək olan müddət ərzində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdar hesab edilən yəni, 214 (iki yüz on dörd) ədəd uzunluqları 70 sm-dan 330 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 606 kiloqram 450,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri X8 Qoruğunun Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolayından aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona CM-in 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, aprel və may aylarında narkotik vasitə olan çətənə bitkilərinin toxumlarını iki ayrı sahəyə səpmiş və onlara qulluq göstərmişdir. Cəmi 214 ədəd çətənə kolu aşkar edilmişdir. Çətənə bitkilərinin sayı ilə bağlı problem olmamışdır. Çətənə bitkilərinə qulluq göstərmişdir. Çətənə bitkilərinin alaq otlarını təmizləmiş və suvarmışdır. Qurudulmuş marixuanadan istifadə edir. Çətənə bitkilərini özü üçün əkmişdir. 1-2 ildir ki, qurudulmuş marixuanadan istifadə edir. Çətənə bitkilərinin toxumlarını səpmişdir. Bu qədər çox yetişəcəyini bilməmişdir. Toxumları səpdiyi ərazi dağlıq ərazi olmuşdur. Çətənə kolları aşkar edilən ərazi meşə ərazisidir. Meşə gözətçisini tanıyırmış. Toxumları səpdiyi ərazi gözətçinin görmədiyi yerdə olmuşdur. Törətdiyi əməldən peşmandır. Toxumları səpdiyi ərazi Balakən rayonu, Gərəkli kəndi ərazisidir. 214 ədəd çətənə kolu aşkar edilmişdir. Neçə ədəd toxum səpdiyini dəqiq bilmir. Çətənə toxumlarını tapmışdır. Çətənə toxumlarını tapan zaman saymamışdır. Toxumları iki sahəyə səpmişdir. Ərazilər arasında biraz məsafə olmuşdur. Toxumları səpməyə heç kim köməklik etməmişdir. Toxumları tək səpmişdir. Hər iki ərazini təmizləmiş, sonra toxumları səpmişdir. Toxumları səpdikdən bir müddət sonra Rusiya Federasiyasına getmişdir. Daha sonra ölkəyə qayıdıb polisə təslim olmuşdur. Çətənə toxumlarını səpdikdən sonra qulluq göstərmişdir. Toxumları suvarmışdır. Çətənə kollarını saymamışdır. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, 05 sentyabr 2024-cü il tarixdə Balakən RPŞ-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Qoruğunun Balakən rayonu Gərəkli kənd sahəsi 2 nömrəli dolayında naməlum şəxsin qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra X8 Qoruğunun Balakən rayonu Gərəkli kənd sahəsi 2 nömrəli dolayına baxış keçirilməsi üçün mütəxəssis aqronom polis şöbəsinə dəvət edilmiş və baxış keçirilməsi üçün həmin əraziyə getmişlər. Qeyd edilən əraziyə baxış keçirilən zaman orada narkotik tərkibli çətənə bitkilərinə oxşar çətənə kollarının olması müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis aqronom aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini, bitkilərin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Aşkar edilmiş həmin bitki kollarının hər birinin yanında dayaq basdırılmış və göy rəngli iplərlə bağlanmışdır. Həmin ərazidə su borusunun olması və su borusundan suyun gəlməsi də müşahidə olunmuşdur. Baxış zamanı narkotik tərkibli çətənə kollarına oxşar bitki kollarının əkildiyi ərazinin yanında üzəri polietilen örtüklə bağlanmış müvəqqəti qalmaq üçün yerin düzəldildiyi, həmin yerin üzərindən bir ədəd ov silahının asıldığı müəyyən olunmuşdur. Həmin ov tüfənginə baxdıqda tüfəngin 16 kalibirli, tək lüləli olması, tüfəngin lülə hissəsində 381-H nömrəsinin olması, polietilen örtüklə düzəldilmiş talvarın içərisindəki örtüyün içərisində bir ədəd istifadə olunmamış 16 kalibirli ov tüfənginin patronunun olması müşahidə olunmuşdur. Baxışda həmin ərazidəki polietilen örtüklü talvarın ətrafında 32 ədəd “Keno” markalı, 20 ədəd “LD” markalı, 15 ədəd “Viceroy” markalı siqaret kötüklərini, 7 ədəd qara-qırmızı rəngli tikinti əlcəyini, 1 ədəd qara rəngli gözlər və dodaq yerlərindən deşiklər açılmış yun idman papağını və bir ədəd mavi rəngli sol ön ayaq hissəsində qana bənzər ləkə olan cins şalvarı bioloji nümunə əhəmiyyəti daşıdığından qablaşdırmaqla götürmüşdür. Həmçinin ərazidən aşkar edilmiş yağ qabı kağızının, konserv qutusunun, plastik su qabının və plastik qayçı qabının üzərlərindən 8 ədəd əl barmaq və ovuc izləri götürülmüşdür. Bundan əlavə həmin ərazidən aşkar edilmiş polietilen torbada olan 11 ədəd “Spazmalqon”, 5 ədəd “Parasetamol”, 01 ədəd “Junior of” kremi, üzərlərində baş ağrısı dərmanı, qızdırma dərmanı yazıları olan vərəq hissələri 01 ədəd kağız zərfə qablaşdırılaraq iş üçün əhəmiyyət kəsb edəcəyindən möhür ilə möhürlənmiş və götürülmüşdür. Həmçinin baxış keçirilən ərazidəki talvarda yataq örtüyünün altından 01 ədəd qırmızı rəngli sellofan torbada peçenye, talvarın yataq hissəsində 03 ədəd isti yataq örtüyünün olması ətrafda çox sayda tullantılar da olması, ətrafda balaca qazan, su çaydanı, qaz balonu, əl mişarı, termos, su stəkanları, duz, tomat pastası, bit dərmanı, həşərat və gəmiricilərə qarşı kley, su vedrəsi, göy rəngli ip bağlaması, qayçı, 3 cüt şəpit, 3 ədəd dərin boşqab, iki ədəd böyük qaşıq, bir çömçə, bir böyük qazanın olması müəyyən olunmuşdur. Baxış keçirilən ərazidə kənara atılmış vəziyyətdə, içərisi boş 03 ədəd konserv qabının olması müəyyən olunmuşdur. Habelə baxış zamanı talvarın qarşı tərəfindən sola doğru əlavə plastik su borusunun çəkilməsi müəyyən olunmuş və həmin borunun uzandığı istiqamətə doğru baxdıqda qeyd edilən ərazidən təxminən 50 metr məsafə solda əlavə bir ədəd sahənin olduğu, həmçinin həmin nisbətən kiçik sahədə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının əkilibbecərildiyi, digər sahədəki kimi hər birinin yanında dayaq basdırıldığı və göy iplə bağlandığı müəyyən olunmuşdur. Su borusu həmin sonuncu sahədə yekunlaşmışdır. Mütəxəssis aqronom digər sahədəki kimi bitkilərə də aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Aşkar edilmiş digər ərazidə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları köklərindən çıxarılmışdır. Onların ən qısasının uzunluğu 70 sm, ən uzunun isə 330 sm olması müəyyən olunmuşdur. Kökündən çıxarılmış həmin bitki kolları qablaşdırılması üçün şəraitlə əlaqədar olaraq birinci aşkar olunan sahəyə aparılmışdır. Daha sonra birinci sahədəki narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları kökündən çıxarılmış, bir-birinə yaxın olan hər iki ərazidən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları sayılaraq 31 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Bitki kollarının ümumi sayı 214 ədəd təşkil etmişdir. 31 ədəd sintetik kisəyə qablaşdırlmış bitki kolları sintetik kisələrlə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və sonda ümumi çəkiləri 620 kq 510 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd 16 kalibirli tək lüləli ov tüfəngi və bir ədəd 16 kalibirli ov tüfənginin patronu bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla möhürlənmiş və götürülmüşdür. Həmin ərazidən aşkar edilmiş bir ədəd qaz balonu, 3 cüt şəpit, 1 ədəd əl mişarı, 3 ədəd Supersun markalı üzərlərində konserv qutuları, 1 ədəd göy rəngli termos, 3 ədəd stəkan, 1 ədəd böyük qazan, 3 ədəd dərin boşqab, 1 ədəd çömçə, 2 ədəd qaşıq, 1 ədəd çaydan, 1 ədəd sellofan torbada olan bit dərmanı, həşərat və gəmiriclər üçün kley, 1 ədəd topa və 1 ədəd dırmıq iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla götürülmüşdür. Həmçinin bitki kollarının aşkar edildiyi sahəyə çəkilmiş plastik su borusunun bir hissəsi kəsilərək iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid4, Şahid2 Firudun oğlu, Şahid3, Şahid6 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Kənd Təsərrfüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin Balakən regional mərkəzinin baş aqranomu vəzifəsində çalışır. 05 sentyabr 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Balakən rayon polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona X8 Qoruğunun Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən 2 saylı dolayında naməlum şəxs tərəfindən qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkildiyini, buna görə də həmin yerə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməsini xahiş etmişlər. O da bir qrup polis əməkdaşları və X8 Qoruğunun mühafizə yegeri ilə birlikdə qeyd olunan əraziyə baxış keçirilməsi üçün getmişdir. Həmin əraziyə çatıb baxış keçirilən zaman orada narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmişdir. O, həmin bitkilərə baxaraq narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu, həmçinin ətrafının təmizləndiyini, suvarıldğını, diblərinin yumaşıldığını buna görə də həmin bitkilərə aqarotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş həmin bitki kollarının hər birinin yanında dayaq basdırılmış və iplərlə həmin dayaqlara bağlanmışdı. Həmin ərazidə su borusunun olması və su borusundan suyun gəlməsi də müşahidə olunmuşdur. Baxış zamanı narkotik tərkibli çətənə kollarına oxşar bitki kollarının əkildiyi ərazinin yanında üzəri polietilen örtüklə bağlanmış müvəqqəti qalmaq üçün yerin düzəldildiyi, həmin yerin üzərindən bir ədəd ov silahı və polietilen örtüklə düzəldilmiş talvarın içərisindəki örtüyün içərisindən bir ədəd ov tüfənginin patronu da aşkar edilmişdir. Həmçinin baxış zamanı həmin ərazidəki polietilen örtüklü talvarın ətrafında müxtəlif markalı siqaret kötüklərinin, əlcəklərin, 01 ədəd papağını və bir ədəd cins şalvarın olması müəyyən edilmiş və polis əməkdaşları tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Həmçinin aşkar edilmiş qabların üzərlərindən əl barmaq izləri də götürülmüşdür. Həmçinin baxış zamanı ətrafda müxtəlif növ istifadə olunmuş və olunmamış ərzaq məhsulları, eləcə də gündəlik məişətdə istifadə olunan əşyaların olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı talvarın qarşı tərəfindən əlavə plastik su borusunun çəkilməsi müəyyən olunmuş və həmin borunun uzandığı istiqamətə doğru getdikdə qeyd edilən ərazidən bir qədər aralıda əlavə bir ədəd narkotik tərkibli bitkilərə oxşar bitkilərin əkildiyi sahənin olduğu, digər sahədəki kimi hər birinin yanında dayaq basdırıldığı və göy iplə bağlandığı müəyyən olunmuşdur. O, həmin sahədəki bitkilərə də baxaraq narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu, həmçinin ətrafının təmizləndiyini, suvarıldğını, diblərinin yumaşıldığını buna görə də həmin bitkilərə aqarotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları köklərindən çıxarılmışdır. Onların ən kiçiyinin uzunluğu 70 sm, ən uzununun isə 330 sm olması müəyyən olunmuşdur. Kökündən çıxarılmış həmin bitki kolları qablaşdırılması üçün şəraitlə əlaqadər olaraq birinci aşkar olunan sahəyə aparılmışdır. Daha sonra birinci sahədəki narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları kökündən çıxarılmış, bir-birinə yaxın olan hər iki ərazidən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları sayılaraq 31 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Bitki kollarının ümumi sayı 214 ədəd təşkil etmişdir. 31 ədəd sintetik kisəyə qablaşdırlmış bitki kolları sintetik kisələrlə birlikdə ayrıayrılıqda elektron tərəzidə çəkilmiş və sonda ümumi çəkiləri 620 kq 510 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd ov tüfəngi və bir ədəd patron bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla möhürlənmiş və götürülmüşdür. Həmin ərazidən aşkar edilmiş digər məişət əşyaları da iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla götürülmüşdür. Həmçinin bitki kollarının aşkar edildiyi sahəyə çəkilmiş plastik su borusunun bir hissəsi kəsilərək iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 oğlu ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, o, X8 Qoruğunun Gərəkli sahəsinin 4 saylı dolayının mühafizə yegeri işləyir. 05 sentyabr 2024-cü il tarixdə səhər saatlarında onu Balakən rayon polis şöbhəsinə dəvət etmişlər. O, Balakən rayon polis şöbəsində olduğu zaman X8 Qoruğunun Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən 2 saylı dolayında naməlum şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə Balakən rayon polis şöbəsinə məlumat daxil olduğunu, bunun üçün də qeyd olunan əraziyə baxış keçirəcəklərini baxışda onun iştirak etməli olduğunu bildirmişlər. O, da uzun illər X8 Qoruğunda yeger işlədiyi və ərazini yaxşı tanıdığı üçün baxış keçirilməsində iştirak etmək üçün etriraz etməmişdir. Bundan sonra baxış keçirilməsi üçün həmin əraziyə getmişlər. Qeyd edilən əraziyə baxış keçirilən zaman orada narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının əkilməsi müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis aqronom aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş həmin bitki kollarının hər birinin yanında ağac materialından dayaq basdırılmış və iplərlə həmin ağaclara bağlanmışdır. Həmin ərazidə su borusunun olması və su borusundan suyun gəlməsi də müəyyən olunmuşdur. Baxış zamanı narkotik tərkibli çətənə kollarına oxşar bitki kollarının əkildiyi ərazinin yanında üzəri polietilen örtüklə bağlanmış müvəqqəti qalmaq üçün yerin düzəldildiyi, həmin yerin üzərindən bir ədəd ov silahının asıldığı müəyyən olunmuşdur. Həmin ov tüfənginə baxdıqda tüfəngin 16 kalibirli, tək lüləli olması, polietilen örtüklə düzəldilmiş talvarın içərisindəki örtüyün içərisində bir ədəd istifadə olunmamış 16 kalibirli ov tüfənginin patronunun olması da aşkar edilmişdir. Baxış zamanı həmin ərazidəki polietilen örtüklü talvarın ətrafında müxtəlif markalı siqaret kötüklərini, əlcəklərin, 1 ədəd qara rəngli papaq və bir ədəd cins şalvar da iş üçün əhəmiyyət daşıdığından polis əməkdaşı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Həmçinin ərazidən aşkar edilmiş qabların üzərlərindən əl barmaq izləri də götürülmüşdür. Bundan əlavə həmin ərazidən aşkar edilmiş polietilen torbada olan dərman və krem qabları da iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmçinin baxış keçirilən ərazidəki talvarda yataq örtüyünün altından müxtəlif növ ərzaq məhsullarının, ətrafda çox sayda tullantıların da olması, eləcə də gündəlik məişətdə istifadə olunan əşyaların olması və həmin əşyalardan və qablardan bir çoxunun işlədilməklə yararsız vəziyyətdə olması müəyyən olunmuşdur. Baxış zamanı talvarın qarşı tərəfindən sola doğru əlavə plastik su borusunun çəkilməsi və həmin borunun uzandığı istiqamətə doğru baxdıqda qeyd edilən ərazidən bir qədər irəlidə əlavə bir ədəd sahənin olduğu, həmçinin həmin nisbətən kiçik sahədə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının əkilib-becərildiyi, digər sahədəki kimi hər birinin yanında dayaq basdırıldığı və iplərlə bitkilərin həmin dayaqlara bağlandığı müəyyən olunmuşdur. Mütəxəssis aqronom digər sahədəki kimi bitkilərə də aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Aşkar edilmiş digər ərazidə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları köklərindən çıxarılmışdır. Hündürlükləri ölçüldükdə ən qısasının hündürlüyü 70 sm, ən uzunu isə 330 sm olması müəyyən olunmuşdur. Kökündən çıxarılmış həmin bitki kolları qablaşdırılması üçün birinci aşkar olunan sahəyə aparılmışdır. Daha sonra birinci sahədəki narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları kökündən çıxarılmış, bir-birinə yaxın olan hər iki ərazidən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları sayılaraq 31 ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Bitki kollarının ümumi sayı 214 ədəd təşkil etmişdir. 31 ədəd sintetik kisəyə qablaşdırlmış bitki kolları sintetik kisələrlə birlikdə ayrıayrılıqda elektron tərəzidə çəkilmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd 16 kalibirli tək lüləli ov tüfəngi və bir ədəd 16 kalibirli ov tüfənginin patronu bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla möhürlənmiş və götürülmüşdür. Həmin ərazidən aşkar edilmiş məişət əşyaları da 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla götürülmüşdür. Həmçinin bitki kollarının aşkar edildiyi sahəyə çəkilmiş plastik su borusunun bir hissəsi kəsilərək iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və götürülmüşdür. Həmçinin həmin əraziyə baxış zamanı bir ədəd ağacın kök hissəsindən təxminən 1,5 metr yuxarı hissədən kəsildiyi müəyyən edilmişdir, lakin həmin ağacın hər hansı bir şəxs tərəfindən kəsilməsi üçün motorlu mişar istifadə etməsi lazımdır. Həmin ərazidə təpəlik ərazi olduğu üçün motorlu mişar işlənildiyi halda qoruğun giriş hissəsində mühafizə yegerlərindən ibarət daimi mühafizə postunun diqqətinə cəlb edərmiş, bunun üçün də həmin yerə gedilib baxılardı. 2024-cü ilin iyun ayında həqiqətən də dağlıq ərazidə güclü külək olub leysan yağışlar yağmışdır, ola bilsin ki, həqiqətən də həmin ağac külək nəticəsində qırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahid) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Balakən Rayon Polis Şöbəsinə həmin tarixdə X8 Qoruğunun Balakən rayon Gərəkli kəndi ərazisindəki 2 saylı dolayında naməlum şəxs və ya şəxslər tərəfindən külli miqdarda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Balakən RPŞ-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Qoruğunun Balakən rayonu Gərəkli kənd sahəsi 2 nömrəli dolayında naməlum şəxs və ya şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənən bitkilərini əkib-becərməsi barədə məlumat daxil olmuş, həmin tarixdə mütəxəssis-aqronomun və X8 Qoruğunun yegerinin iştirakı ilə qeyd edilən dağlıq əraziyə baxış keçirilmişdir. Qeyd edilən dağlıq əraziyə baxış keçirilən zaman orada narkotik tərkibli çətənə bitkilərinə oxşar çətənə kollarının olması müəyyən olunmuşdur. Baxışda iştirak edən mütəxəssis aqronom Şahid7 aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini, bitkilərin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Aşkar edilmiş həmin bitki kollarının hər birinin yanında dayaq basdırılmış və göy rəngli iplərlə bağlanmışdır. Həmin ərazidə su borusunun olması və su borusundan suyun gəlməsi müşahidə olunmuşdur. Baxış zamanı narkotik tərkibli çətənə kollarına oxşar bitki kollarının əkildiyi ərazinin yanında üzəri polietilen örtüklə bağlanmış müvəqqəti qalmaq üçün yerin düzəldildiyi, həmin yerin üzərindən bir ədəd ov silahının asıldığı, həmin ov tüfənginin 16 kalibirli, tək lüləli olması, tüfəngin lülə hissəsində 381-H nömrəsinin olması, polietilen örtüklə düzəldilmiş talvarın içərisindəki örtüyün içərisində bir ədəd istifadə olunmamış 16 kalibirli ov tüfənginin patronunun olması müəyyən olunmuşdur. Baxışda iştirak edən RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis mayoru Sadiq Vəzirov həmin ərazidəki polietilen örtüklü talvarın ətrafında 32 ədəd “Keno” markalı, 20 ədəd “LD” markalı, 15 ədəd “Viceroy” markalı siqaret kötüklərini, 7 ədəd qara-qırmızı rəngli tikinti əlcəyini, 1 ədəd qara rəngli gözlər və dodaq yerlərindən deşiklər açılmış yun idman papağını və bir ədəd mavi rəngli sol ön ayaq hissəsində qana bənzər ləkə olan cins şalvarı bioloji nümunə əhəmiyyəti daşıdığından qablaşdırmaqla götürmüşdür. Həmçinin polis mayoru Sadiq Vəziropv tərəfindən ərazidən aşkar edilmiş yağ qabı kağızının, konserv qutusunun, plastik su qabının və plastik qayçı qabının üzərlərindən 8 ədəd əl barmaq və ovuc izləri götürülmüşdür. Bundan əlavə Sadiq Vəzirov tərəfindən həmin ərazidən aşkar edilmiş polietilen torbada olan 11 ədəd “Spazmalqon”, 5 ədəd “Parasetamol”, 01 ədəd “Junior of” kremi, üzərlərində baş ağrısı dərmanı, qızdırma dərmanı yazıları olan vərəq hissələri 01 ədəd kağız zərfə qablaşdırılaraq iş üçün əhəmiyyət kəsb edəcəyindən DİN-in KTİ idarəsinə aid nümunə 38 nömrəli möhür ilə möhürlənmiş və götürülmüşdür. Baxış keçirilən ərazidəki talvarda yataq örtüyünün altından üzərində alındığı mağazanın adı qeyd olunmayan 01 ədəd qırmızı rəngli sellofan torbada peçenye, talvarın yataq hissəsində 03 ədəd isti yataq örtüyünün olması ətrafda çox sayda tullantılar da olması, ətrafda balaca qazan, su çaydanı, qaz balonu, əl mişarı, termos, su stəkanları, duz, tomat pastası, bit dərmanı, həşərat və gəmiricilərə qarşı kley, su vedrəsi, göy rəngli ip bağlaması, qayçı, 3 cüt şəpit, 3 ədəd dərin boşqab, iki ədəd böyük qaşıq, bir çömçə, bir böyük qazanın olması müəyyən olunmuşdur. Baxış keçirilən ərazidə kənara atılmış vəziyyətdə, içərisi boş, 03 ədəd mal əti konserv qabının olması, talvarın qarşı tərəfindən sola doğru əlavə plastik su borusunun çəkilməsi müəyyən olunmuş və həmin borunun uzandığı istiqamətə doğru baxdıqda qeyd edilən ərazidən təxminən 50 metr məsafə solda əlavə bir ədəd sahənin olduğu, həmçinin həmin nisbətən kiçik sahədə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının əkilib-becərildiyi, digər sahədəki kimi hər birinin yanında dayaq basdırıldığı və göy iplə bağlandığı müəyyən olunmuşdur. Mütəxəssis aqronom digər sahədəki kimi bitkilərə də aqrotexniki qaydad qulluq edildiyini, suvarıldığını və alaq otlarından təmizləndiyini bildirmişdir. Aşkar edilmiş digər ərazidə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları köklərindən çıxarılmaqla ölçüldükdə ən qısasının uzunluğu 70 sm, ən uzunun isə 330 sm olması müəyyən olunmuşdur. Kökündən çıxarılmış həmin bitki kolları qablaşdırılması üçün şəraitlə əlaqadər olaraq birinci aşkar olunan sahəyə aparılmışdır. Daha sonra birinci sahədəki narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları kökündən çıxarılmış, birbirinə yaxın olan hər iki ərazidən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları sayılaraq 31 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmışdır. Bitki kollarının ümumi sayı 214 ədəd təşkil etmişdir. 31 ədəd sintetik kisəyə qablaşdırlmış bitki kolları sintetik kisələrlə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və sonda ümumi çəkiləri 620 kq 510 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd 16 kalibirli tək lüləli ov tüfəngi və bir ədəd 16 kalibirli ov tüfənginin patronu bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla möhürlənmiş və götürülmüşdür. Həmin ərazidən aşkar edilmiş bir ədəd qaz balonu, 3 cüt şəpit, 1 ədəd əl mişarı, 3 ədəd konserv qutuları, 1 ədəd göy rəngli termos, 3 ədəd stəkan, 1 ədəd böyük qazan, 3 ədəd dərin boşqab, 1 ədəd çömçə, 2 ədəd qaşıq, 1 ədəd çaydan, 1 ədəd sellofan torbada olan bit dərmanı və həşərat və gəmiriclər üçün kley, 1 ədəd topa və 1 ədəd dırmıq iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmaqla götürülmüşdür. Həmçinin bitki kollarının aşkar edildiyi sahəyə çəkilmiş plastik su borusunun bir hissəsi kəsilərək iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və götürülmüşdür. Baxış “Panasonik”, “Sony”, “Redmi note 6” və “Redmi note 8” markalı video kamera, mobil telefonlarla fasiləsiz olaraq qeydə alınmış və həmin video görüntü protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (cild 01, iş vər. 10-15). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Balakən rayonu Gərəkli kənd sahəsi 2 nömrəli dolayına baxış keçirilən zaman oradan aşkar edilmiş hündürlükləri 70 santmetrdən 330 santmetrədək olan 214 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənməklə suvarılmışdır (cild 01, iş vər. 16). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 06 sentyabr 2024-cü tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 17/750 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş birinin üzərinə yapışdırılmış kağızda “X8 Qoruğunun Balakən rayon Gərəkli kənd sahəsi 2 nömrəli dolayındakı dağlıq sahədən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları.." yazısı, adlar və imzalar olan 31 (otuz bir) ədəd sintetik bağlamanın içərisindəki uzunluqları 70 sm-dən 330 sm-dək, yaş vəziyyətdə, ümumi çəkiləri - 606 kiloqram 450 qram olan ümumilikdə 214 (iki yüz on dörd) ədəd, bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid7 05 sentyabr 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim olunmuş 214(iki yüz on dörd) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 22-23). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 3-13-11/2-10302/2024 saylı məktubdan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTl-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 06 ədədi (ADİS-in məlumat bankına Balakən RPŞ-dən daxil olan) xx.xx.1981-cı il tarixdə Balakən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, adsız və sol əlinin ovuc orta, adsız, çeçələ, barmağlarının (konservə qutusu və plastik su qabından götürülmüş) əksləri ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir (cild 01, iş vər.38). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, həmin tarixdə 12:20-də Təqsirləndirilən şəxs könüllü şəkildə Balakən RPŞ-nin İstintaq Bölməsinə gələrək X8 Qoruğunnun Balakən rayon Gərəkli kənd sahəsi, 2 saylı dolayından aşkar edilərək götürülmüş ümumilikdə 214 (iki yüz on dörd) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləriniəkib becərdiyini deyərək etdiyi əməli səmimi olaraq etiraf etməklə, istintaq hərəkətlərində iştirak etmək istədiyini bildirmişdir (cild 01, iş vər. 40). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:20 dəqiqədə CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 51-52). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 01, iş vər. 65-68). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(019)-27/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində müddəti 04 (dörd) ay həddində müəyyən edilməklə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsin müddəti xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər. 92-94). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cild 01, iş vər. 102). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs Gərəkli kənd sakinidir və ailə üzvləri dörd nəfərdən ibarət olmaqla onun bir azyaşlı uşağı (X7) vardır. Habelə Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə yazılı şikayət daxil olmamışdır (cild 01, iş vər.103-106). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Bundan başqa istintaq zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən xx.xx.2024-cü il tarixli 3-13-11/2-10895/2024 nömrəli məktubdan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd mavi rəngli cins şalvar, 01 (bir) ədəd “Viceroy” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar xx.xx.1981-ci il tarixdə Balakən rayonunda anadan olmuş Təqsirləndirilən şəxs DNT profilləri ilə eynilik təşkil edir. Təqdim edilmiş, Balakən rayonu Gərəkli kəndinin meşə massivi ərazisində narkotik tərkibli bitkilər yetişdirilmiş ərazidən aşkar edilmiş 32 (otuz iki ) ədəd “Keno”, 20 (iyirmi) ədəd “LD”, 14 (on dörd) ədəd “Viceroy” markalı siqaret kötükləri, 07 (yeddi) ədəd qara-qırmızı rəngli tikinti əlcəyi, 01 (bir) ədəd qara rəngli papaq (kustar üsülla hazırlanmış maska) üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (cild 01, iş vər.111). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, 12 oktyabr 2024-cü il tarixdə tərəfimdən tərtib edilmiş “əşyanın tanınmasının aparılması” haqqında protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, X8 Qoruğunun Balakən rayon Gərəkli kənd sahəsi 2 nömrəli dolayındakı dağlıq sahədən aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri olan sahədən aşkar edilərək götürülmüş 01 ədəd 16 kalibrli tək lüləli tüfəng Təqsirləndirilən şəxs tüfənglərin arasından sağdan sola 2ci sırada, 2 nömrə altında tanınmaya təqdim edilmiş, tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib 2 nömrəli 16 kalibrli tək lüləli tüfəngi göstərərək həmin tüfəngin ona məxsus olduğunu, həmin tüfəngin taxta hissəsinin açıq sarı olmasından və dəmir hissəsində müxtəlif heyvan şəkillərinin olmasından tanıdığını bildirdi (cild 01, iş vər.112-114). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məktubundan görünür ki, Motuxov X5 MRX-in Poliklinika şöbəsində narkoloji kabinetdə və psixiatriya kabinetdə qeydiyyatda yoxdur (cild 01, iş vər. 116). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Balakən Rayon Məhkəməsinin 4(019)-30/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 yanvar 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur (cild 01, iş vər. 124-128). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 1815 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 135). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şəki regional bölməsinin 17/884 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “ИЖ” modelli, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “”381 НИ» nömrəli, xarici çaxmaqlı təklüləli tüfəngdir –yivsiz odlu silahdır, saz vəziyyətdədir, silahın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir, təyinatı dəyişdirilməmişdir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “həmin tüfəng atəş üçün yararlıdırmı?” sualını cavablandırmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində, istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patrondur, istifadəyə (atəşə) yararsızdır (cild 01, iş vər. 144-147). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 237.2.1, 259 və 228.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır (cild 01, iş vər. 158-170). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:

1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;

2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;

3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin həmin Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1.2-ci bəndinə əsasən - 16 (on altı) ədəddən 800 (səkkiz yüz) ədədədək (31 hissədən 1550 hissəyədək) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi istintaqla dəqiq müəyyən edilməyən sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayının əvvələrində X8 Qoruğunun yaşadığı Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolayında ayrı-ayrılıqda 02 ədəd yerdə olmaqla qanunsuz olaraq torpağa əkmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkotik vasitələrin satışı, narkotik vasitənin tapması və yaxud əkib-becərməsi , həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda hərhansı şübhəli şəxslərlə əlaqəsinin, habelə sözügedən ərazidə narkotik tərkibli bitkiləri əkibbecərməkdə köməklik edən, ümumiyyətlə hər hansı əlbir olduğu şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığı verilməsinə baxmayaraq qeyd edilən hallar ibtidai araşdırma zamanı müəyyən edilməmişdir. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 05 sentyabr 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saat 13:15-dən 17:15dək olan müddət ərzində X8 Qoruğunun Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolaya baxış keçirilməsi və bunun nəticəsində oradan ümumilikdə külli miqdar təşkil edən 214 (iki yüz on dörd) ədəd uzunluqları 70 sm-dan 330 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 606 kiloqram 450,0 qram olan narkotik tərkibli çətənə (kannabis) kollarının aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək və törətdiyi əməldən səmimi peşmançılıq keçirərək bildirmişdir ki, X8 Qoruğunun yaşadığı Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolayında ayrı-ayrılıqda 02 ədəd yerdə çətənə toxumların əkmiş və bundan sonra əkdiyi toxumlara qulluq edərək yetişdirmişdir. Həmçinin o, X8 Qoruğunun yaşadığı Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolayında ayrı-ayrılıqda 02 ədəd yerdə aşkar olunaraq götürülmüş 214 (iki yüz on dörd) ədəd çətənə bitkisini öz istifadəsi üçün əkib-becərdiyini ətraflı şəkildə bildirmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 də 05 sentyabr 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saat 13:15-dən 17:15-dək olan müddət ərzində X8 Qoruğunun Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolaya baxış keçirdiklərini və həmin vaxt orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edilmiş 214 (iki yüz on dörd) ədəd olan narkotik tərkibli çətənə (kannabis) aşkar etdiklərini bildirmişdirlər. Bundan başqa, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də X8 Qoruğunun yaşadığı Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolayında ayrı-ayrılıqda 02 ədəd yerdə aşkarlanmış çətənə kollarının növünü, sayını, çəkisini və vəziyyətini (yaş halda olmasını) mübahisələndirməmişdir. Əksinə o, etirafedici ifadələr verərək şəxsi istifadəsi üçün X8 Qoruğunun yaşadığı Balakən rayon Gərəkli kəndi ərazisində yerləşən 02 saylı dolayında ayrı-ayrılıqda 02 ədəd yerdə çətənə toxumlarını əkdiyini, daha sonra həmin bitkilərə qulluq edərək yetişdirdiyini dəfələrlə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Həmçinin, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əkərək yetişdirdiyi çətənə kollarını satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yetişdirdiyi çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkibbecərmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137- 1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, istintaqa könüllü gəlkərək təqsirini boynuna alması CM-nin 59.1.10-cu maddəsinə, həmçinin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək törətdiyi cinayət əməlindən peşman olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM–in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və evdustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 31 (otuz bir) ədəd sintetik kisədə qablaşdırılmış uzunluqları 70 sm-dən 330 sm-dək, yaş vəziyyətdə ekspert rəyindən sonra ümumi çəkiləri - 606 kiloqram 447 qram olan ümumilikdə 214 (iki yüz on dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 32 ədəd “Keno” markalı, 20 ədəd “LD” markalı, 15 ədəd “Viceroy” markalı siqaret kötükləri, 7 ədəd qara-qırmızı rəngli əlcək, 1 ədəd qara rəngli gözlər və dodaq yerlərindən deşiklər açılmış yun idman papağı, bir ədəd mavi rəngli cins şalvar, plastik su borusu,11 ədəd “Spazmalqon”, 5 ədəd “Parasetamol” həbləri, 01 ədəd “Junior of” kremi, üzərlərində baş ağrısı dərmanı, qızdırma dərmanı yazıları olan vərəq hissələri, bir ədəd qaz balonu, 3 cüt şəpit, 1 ədəd əl mişarı, 3 ədəd konserv qutuları, 1 ədəd göy rəngli termos, 3 ədəd stəkan, 1 ədəd böyük qazan, 3 ədəd dərin boşqab, 1 ədəd çömçə, 2 ədəd qaşıq, 1 ədəd çaydan, 1 ədəd sellofan torbada olan bit dərmanı, 1 ədəd kley və 1 ədəd dırmıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə iş üzrə maddi sübut olan 01 ədəd 16 kalibirli tək lüləli ov tüfəngi və bir ədəd 16 kalibirli ov tüfənginin patronu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. Eyni zamanda iş üzrə 65 (altmış beş) manat 15 (on beş) qəpik ekspertiza xərci vardır. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat 15 (on beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası,

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 31 (otuz bir) ədəd sintetik kisədə qablaşdırılmış uzunluqları 70 sm-dən 330 sm-dək, yaş vəziyyətdə ekspert rəyindən sonra ümumi çəkiləri - 606 kiloqram 447 qram olan ümumilikdə 214 (iki yüz on dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 32 ədəd “Keno” markalı, 20 ədəd “LD” markalı, 15 ədəd “Viceroy” markalı siqaret kötükləri, 7 ədəd qara-qırmızı rəngli əlcək, 1 ədəd qara rəngli gözlər və dodaq yerlərindən deşiklər açılmış yun idman papağı, bir ədəd mavi rəngli cins şalvar, plastik su borusu,11 ədəd “Spazmalqon”, 5 ədəd “Parasetamol” həbləri, 01 ədəd “Junior of” kremi, üzərlərində baş ağrısı dərmanı, qızdırma dərmanı yazıları olan vərəq hissələri, bir ədəd qaz balonu, 3 cüt şəpit, 1 ədəd əl mişarı, 3 ədəd konserv qutuları, 1 ədəd göy rəngli termos, 3 ədəd stəkan, 1 ədəd böyük qazan, 3 ədəd dərin boşqab, 1 ədəd çömçə, 2 ədəd qaşıq, 1 ədəd çaydan, 1 ədəd sellofan torbada olan bit dərmanı, 1 ədəd kley və 1 ədəd dırmıq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübut olan 01 ədəd 16 kalibirli tək lüləli ov tüfəngi və bir ədəd 16 kalibirli ov tüfənginin patronu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə 65 (altmış beş) manat 15 (on beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Tural Əfəndizadə

Hakimlər: Günay Aşurova

Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar