Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-13/2022 23.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X25, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər - Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, xx xxx 1980-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, Göyçay rayonu, Qarabaqqal kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə, xx xxxxxx 1972-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, Göyçay rayonu, Hacalıkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxxxxx 1963-cü il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi Ekologiya və X20 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsində işləmiş, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 01 yanvar 2015-ci il tarixdən Göyçay rayonu, Qarabaqqal kənd bələdiyyəsinin sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin 24 may 2010cu il tarixli 05 saylı iclas protokolu ilə təsdiq edilmiş «Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin Nizamnaməsi»nin 4-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə, həmçinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X20 aparıcı məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni sədri olduğu həmin bələdiyyənin inzibati ərazisinə daxil olan Qarabaqqal kəndinin dağlıq hissəsində yerləşən ərazidən kərpic istehsalında xammal kimi istifadə ediləcək gil-torpaq qarışığının geniş həcmdə daşınmasına bələdiyyədə rəsmiləşmə aparılmaqla icazə verilməsi, bununla əlaqədar kənd ərazi dairəsi üzrə icra nümayəndəliyi və Regional Ekologiya və X34 tərəfindən torpaq daşınmasının qarşısını almaq üçün qanuni tədbirlər görülməməklə, daşınmaya və qeyrirəsmi qaydada artıq həcmdə daşınmaya şərait yaradılması müqabilində 2021-ci ilin fevral ayında torpaq sahəsinin daşınması məqsədilə özünə müraciət etmiş Şahid1 Göyçay rayonu ərazisində yerləşən kafedə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə görüşləri zamanı 8 saylı Regional Ekologiya və X20 qeyd edilən xarakterli razılığını onun özü almaq şərti ilə 6.000 manat məbləğində pul vəsaiti verməli olmasını bildirib, həmin məbləğdə külli miqdarda maddi neməti özü və əlbir olduğu şəxslər üçün birbaşa yolla Şahid1 şəxsən rüşvət qismində Təqsirləndirilən şəxs2la birlikdə istəyib, Şahid1 özlərinin qanunsuz tələbləri ilə razılaşmasına nail olub, sonradan Şahid1la aralarında baş tutmuş telefon danışıqları zamanı sonuncunun 8 saylı Regional Ekologiya və X20 razılığını da özlərinin almasını bildirməsi səbəbindən öz təşəbbüsü ilə 31 mart 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində Şahid1la birgə həmin idarənin aparıcı məsləhətçisi işləyən Təqsirləndirilən şəxs3lə aralarında baş tutmuş görüş zamanı Şahid1 cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2la birgə 2021-ci ilin fevral ayında istədiyi 6.000 manat məbləğində pul vəsaitini qeyd edilən əməlləri müqabilində sonuncu və özü üçün, 3.000 manat pul vəsaitini isə 8 saylı Regional Ekologiya və X20 vəzifəli şəxsi Təqsirləndirilən şəxs3 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydliyi üçün olmaqla, cəmi 9.000 manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Təqsirləndirilən şəxs3lə birlikdə Şahid1 istəyərək, həmin puldan maddi nemət olan 5.000 manatını qeyd olunan görüş zamanı Şahid1 alıb, Təqsirləndirilən şəxs3lə razılaşmalarına əsasən həmin puldan sonuncuya verilməli olan 2.000 manat pulu 2 aprel 2021-ci il tarixdə sonuncu ilə Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Göyçay Petrol” yanacaqdoldurma məntəqəsinin ərazisində görüşərək Təqsirləndirilən şəxs3 verib, bundan sonra, aldıqları rüşvət müqabilində edəcəkləri hərəkəti pərdələmək, cinayət məsuliyyətindən yayınmaq məqsədilə 16 aprel 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin həmin kənddə yerləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz həmin bələdiyyənin üzvü Şahid2 verdiyi tapşırığa əsasən, sonuncu vasitəsilə Şahid1la Qarabaqqal bələdiyyəsi arasında rəsmi sənəd olan torpaq daşınması barədə müqavilə hazırlamaqla həmin müqavilənin tarix hissəsində bilə-bilə yalan, yəni guya tərəflər arasında müqavilənin 5 aprel 2021-ci il tarixdə bağlanmasına dair məlumatlar tamah və şəxsi niyyətlə yazıldıqdan sonra həmin müqaviləni şəxsən imzalayıb, Qarabaqqal bələdiyyəsinin möhürü ilə təsdiqlədikdən sonra həmin bələdiyyənin inzibati binasında Təqsirləndirilən şəxs2la birlikdə Şahid1la görüşüb sonuncudan rüşvət qismində istədikləri puldan qalan 4.000 manat məbləğində pul vəsaitindən 2.500 manat olan hissəsini həmin vaxt aldıqdan sonra həmin pul vəsaitindən 1.500 manatını tərtib edilən müqavilə üzrə mədən vergisi qismində həmin bələdiyyənin hesabına cinayətdən xəbərsiz Şahid2 vasitəsilə ödəyib, bundan sonra Şahid1 rüşvət qismində istədikləri puldan qalan 1.500 manat məbləğində pul vəsaitini isə həmin gün saat 13 radələrində Göyçay rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən “Sərin məkan” kafesində sonuncudan almaqla, ümumilikdə 31 mart 2021-ci ildən 17 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 (doqquz min) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncular və özü üçün şəxsən birbaşa yolla Şahid1 rüşvət qismində istəyib alaraq yaratdıqları cinayətkar qrup üzvlərinin məqsədlərinə uyğun aralarında bölmüşdür Təqsirləndirilən şəxs2 Göyçay rayon İcra Hakimiyyəti üzrə verilmiş 24 yanvar 2019-cu il tarixli 05 nömrəli əmrlə Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin 3-5-ci maddələrinə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyrihökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək, ilin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək, nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, səlahiyyətləri çərçivəsində əmrlər vermək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparmaq, icra hakimiyyəti başçısının yerli səviyyədə nümayəndəsi kimi müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak etmək, şəhərin, rayonun və şəhər rayonunun yerli ekoloji proqramlarının və ətraf mühitin mühafizəsi tədbirlərinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, müvafiq ərazidə ekoloji şərait barədə əhalinin məlumatlandırılmasını təmin etmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X20 aparıcı məsləhətçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni nümayəndəsi olduğu Qarabaqqal kəndi üzrə bələdiyyənin inzibati ərazisi üzrə dağlıq hissədə yerləşən ərazidən kərpic istehsalında xammal kimi istifadə ediləcək gil-torpaq qarışığının geniş həcmdə daşınmasına bələdiyyədə rəsmiləşmə aparılmaqla icazə verilməsi, bununla əlaqədar kənd ərazi dairəsi üzrə icra nümayəndəliyi və Regional Ekologiya və X34 tərəfindən torpaq daşınmasının qarşısını almaq üçün qanuni tədbirlər görülməməklə, daşınmaya və qeyri-rəsmi qaydada artıq həcmdə daşınmaya şərait yaradılması müqabilində 2021-ci ilin fevral ayında torpaq sahəsinin daşınması məqsədilə qrup üzvü Göyçay rayonu, Qarabaqqal bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid1 Göyçay rayonu ərazisində yerləşən kafedə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə birlikdə görüşləri zamanı 8 saylı Regional Ekologiya və X20 qeyd edilən xarakterli razılığını onun özü almaq şərti ilə 6.000 manat məbləğində pul vəsaiti verməli olmasını bildirib, həmin məbləğdə külli miqdarda maddi neməti özü və əlbir olduğu şəxslər üçün birbaşa yolla Şahid1 şəxsən rüşvət qismində Təqsirləndirilən şəxs1lə birlikdə istəyib, Şahid1 özlərinin qanunsuz tələbləri ilə razılaşmasına nail olub, sonradan qrup üzvü Təqsirləndirilən şəxs1 Şahid1la aralarında baş tutmuş telefon danışıqları zamanı sonuncunun 8 saylı Regional Ekologiya və X20 razılığını da özlərinin almasını bildirməsi səbəbindən aralarındakı cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 təşəbbüsü ilə 31 mart 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində Şahid1la birgə həmin şöbənin aparıcı məsləhətçisi işləyən Təqsirləndirilən şəxs3lə baş tutmuş görüş zamanı aralarında yaranmış cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 Şahid1 özü ilə birgə 2021-ci ilin fevral ayında istədiyi 6.000 manat məbləğində pul vəsaitini qeyd edilən əməlləri müqabilində Təqsirləndirilən şəxs1 özü və onun üçün, 3.000 manat pul vəsaitini isə 8 saylı Regional Ekologiya və X20 vəzifəli şəxsi Təqsirləndirilən şəxs3 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydliyi üçün olmaqla, cəmi 9.000 manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncular vasitəsilə Şahid1 istəyərək, həmin puldan maddi nemət olan 5.000 manatını qeyd olunan görüş zamanı Təqsirləndirilən şəxs1 Şahid1 alıb, Təqsirləndirilən şəxs3lə razılaşmalarına əsasən həmin puldan sonuncuya verilməli olan 2.000 manat pulu 2 aprel 2021-ci il tarixdə sonuncu ilə Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Göyçay Petrol” yanacaqdoldurma məntəqəsinin ərazisində görüşərək Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 vasitəsilə verib, bundan sonra, aldıqları rüşvət müqabilində edəcəkləri hərəkəti pərdələmək, cinayət məsuliyyətindən yayınmaq məqsədilə Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin həmin kənddə yerləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz həmin bələdiyyənin üzvü Şahid2 verdiyi tapşırığa əsasən, sonuncu vasitəsilə Şahid1la Qarabaqqal bələdiyyəsi arasında rəsmi sənəd olan torpaq daşınması barədə müqavilə hazırlamaqla həmin müqavilənin tarix hissəsində bilə-bilə yalan, yəni guya tərəflər arasında müqavilənin 5 aprel 2021-ci il tarixdə bağlanmasına dair məlumatlar tamah və şəxsi niyyətlə yazıldıqdan sonra həmin müqaviləni Təqsirləndirilən şəxs1 şəxsən imzalayıb, Qarabaqqal bələdiyyəsinin möhürü ilə təsdiqləməsindən sonra həmin bələdiyyənin inzibati binasında sonuncu ilə birlikdə Şahid1la görüşüb sonuncudan rüşvət qismində istədikləri puldan qalan 4.000 manat məbləğində pul vəsaitindən 2.500 manat olan hissəsini Təqsirləndirilən şəxs1 vasitəsilə həmin vaxt aldıqdan sonra həmin pul vəsaitindən 1.500 manatını tərtib edilən müqavilə üzrə mədən vergisi qismində həmin bələdiyyənin hesabına qrup üzvü Təqsirləndirilən şəxs1 tərəfindən cinayətdən xəbərsiz Şahid2 vasitəsilə ödəyib, bundan sonra Şahid1 rüşvət qismində istədikləri puldan qalan 1.500 manat məbləğində pul vəsaitini isə həmin gün saat 13 radələrində Göyçay rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən “Sərin məkan” kafesində sonuncudan Təqsirləndirilən şəxs1 vasitəsilə almaqla, ümumilikdə 31 mart 2021-ci ildən 17 aprel 2021ci il tarixədək olan müddətdə ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 (doqquz min) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncular və özü üçün Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla Şahid1 rüşvət qismində istəyib alaraq yaratdıqları cinayətkar qrup üzvlərinin məqsədlərinə uyğun aralarında bölmüşlər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 29 yanvar 2021-ci il tarixli 074/k nömrəli əmrlə 8 saylı Ərazi Ekologiya və X20 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən vəzifə təlimatına əsasən, xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflərin təqdim edilməsi, xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanması, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiqi və ödənilməsi istiqamətində müvafiq işlərin görülməsi, respublikada fəaliyyət göstərən xarci şirkətlərin müvafiq obyektlərinin təbiəti mühafizə təyinatlı qurğularının, avadanlıqların istismara buraxılması üzrə yaradılmış komissiyalarda (o cümlədən, yerli və ölkəxarici səviyyədə yaradılmış) iştirak edilməsi, xidməti ərazisində öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqi üzrə dövlət proqramlarının müvafiq qaydada hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi, dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət edilməsi, təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edilməsi, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət edilməsi, ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edilməsi və satışının qarşısının alınması istiqamətində davamlı monitorinq və nəzarət tədbirlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinə nəzarətin təşkilində sektorun digər əməkdaşları ilə birgə fəaliyyətin həyata keçirilməsi, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılması və müvafiq tədbirlər görülməsi, xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların qəbul edilməsi, sektorda hesabatların ümumiləşdirilməsi, bunun əsasında məlumat bankının yaradılması və ümumiləşdirilmiş hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq fəaliyyətinin təsiri altına düşən Göyçay rayonu Qarabaqqal kəndinin dağlıq hissəsində yerləşən ərazidən kərpic istehsalında xammal kimi istifadə ediləcək gil-torpaq qarışığının geniş həcmdə daşınmasına Qarabaqqal bələdiyyəsində rəsmiləşmə aparılmaqla icazə verilməsi, bununla əlaqədar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və işlədiyi Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən torpaq daşınmasının qarşısını almaq üçün qanuni tədbirlər görülməməklə, daşınmaya və qeyrirəsmi qaydada artıq həcmdə daşınmaya şərait yaradılması müqabilində 2021-ci ilin fevral ayında torpaq sahəsinin daşınması məqsədilə Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid1 ilə aralarında 31 mart 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində Təqsirləndirilən şəxs1 təşəbbüsü və iştirakı ilə baş tutmuş görüş zamanı Şahid1 cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1lə birgə sonuncunun digər qrup üzvü Təqsirləndirilən şəxs2la 2021-ci ilin fevral ayında istədiyi 6.000 manat məbləğində pul vəsaitini qeyd edilən əməlləri müqabilində sonuncular, 3.000 manat pul vəsaitini isə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydliyi müqabilində özü üçün olmaqla, cəmi 9.000 manat məbləğində külli miqdarda maddi nemət olan pulu rüşvət qismində Təqsirləndirilən şəxs1lə birlikdə şəxsən birbaşa yolla Şahid1 istəyərək, həmin puldan maddi nemət olan 5.000 manatını qeyd olunan görüş zamanı Şahid1 Təqsirləndirilən şəxs1 vasitəsilə özü və digər qrup üzvləri üçün alıb, Təqsirləndirilən şəxs1lə razılaşmalarına əsasən həmin puldan özünə verilməli olan 2.000 manat pulu 2 aprel 2021-ci il tarixdə sonuncu ilə Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Göyçay Petrol” yanacaqdoldurma məntəqəsinin ərazisində görüşərək Təqsirləndirilən şəxs1 qəbul edib, bundan sonra, aldıqları rüşvət müqabilində edəcəkləri hərəkəti pərdələmək, cinayət məsuliyyətindən yayınmaq məqsədilə qrup üzvü Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin həmin kənddə yerləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz həmin bələdiyyənin üzvü Şahid2 verdiyi tapşırığa əsasən, sonuncu vasitəsilə Şahid1la Qarabaqqal bələdiyyəsi arasında rəsmi sənəd olan torpaq daşınması barədə müqavilə hazırlamaqla həmin müqavilənin tarix hissəsində bilə-bilə yalan, yəni guya tərəflər arasında müqavilənin 5 aprel 2021-ci il tarixdə bağlanmasına dair məlumatlar tamah və şəxsi niyyətlə yazıldıqdan, eləcə də həmin müqaviləni Təqsirləndirilən şəxs1 şəxsən imzalayıb, Qarabaqqal bələdiyyəsinin möhürü ilə təsdiqləməsindən sonra həmin bələdiyyənin inzibati binasında qrup üzvləri Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 birlikdə Şahid1la görüşüb sonuncudan rüşvət qismində istədikləri puldan qalan 4.000 manat məbləğində pul vəsaitindən 2.500 manat olan hissəsini həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə aldıqdan sonra həmin pul vəsaitindən 1.500 manatını tərtib edilən müqavilə üzrə mədən vergisi qismində həmin bələdiyyənin hesabına Təqsirləndirilən şəxs1 tərəfindən cinayətdən xəbərsiz Şahid2 vasitəsilə ödənilib, bundan sonra Şahid1 rüşvət qismində istədikləri puldan qalan 1.500 manat məbləğində pul vəsaitini isə həmin gün saat 13 radələrində Göyçay rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən “Sərin məkan” kafesində sonuncudan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vasitəsilə almaqla, 31 mart 2021-ci ildən 17 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 (doqquz min) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncular və özü üçün Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla Şahid1 rüşvət qismində istəyib alaraq yaratdıqları cinayətkar qrup üzvlərinin məqsədlərinə uyğun aralarında bölmüşlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Göyçay rayonu Qarabaqqal kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Göyçay rayonu Qarabaqqal kənd bələdiyyəsinə məxsus torpaqların verilməsində səlahiyyətli şəxs olmuş, yəni şirkətlər ilə torpağın daşınması ilə bağlı müqavilə bağlayan tərəf olmuşdur. Qarabaqqal kənd bələdiyyəsinə məxsus torpaqlar kərpic istehsalına yararlı torpaqlar olduğundan, İlham adlı şəxs 2021-ci ilin yanvar ayında torpaq aparılması ilə bağlı onlara müraciət etmiş, lakin ona daşınacaq torpağın pulunu ödəyib karyer yerindən torpaq daşıya biləcəyi bildirilmişdir. İlham isə karyer yerindən yox, başqa yerdən torpaq daşımaq istəmiş və onlar razılaşmamışdır. Göyçay rayonu Qarabaqqal kənd bələdiyyəsinin ərazisindən torpağı ancaq “Kərpiçcan” zavodu götürmüşdür. Həmin zavodun uzunmüddətli müqaviləsi olmuşdur. Bir müddət sonra İlham karyerdən torpaq daşımağa razı olduğunu bildirmiş, onunla dostluq etməyə başlamış və aralarında münasibət yaranmışdır. Aralarında yaxın münasibət yaranandan sonra İlhama torpağın daşınması üçün lazım olan işlərin həyata keçirilməsinin mükünlüyü bildirilmişdir. Belə olub, aralarında müqavilə bağlanmışdır. Müqaviləyə görə daşınacaq torpağın dəyəri qədər pul ödənilməli olmuşdur. İlham Bələdiyyənin inzibati binasına gəlmiş, müqavilə bağladıqları üçün 1500 manat daşınacaq torpağın pulu bələdiyyənin büdcəsinə keçirilmişdir. Torpağın kubu 1 manatdan hesablanmışdır, yəni İlham daşıyacağı torpağın hər kubuna görə 1 manat pul ödəməli olmuşdur. İlhamın torpaq daşıdığı maşınlar 35-40 kub tutmuşdur. Bələdiyyənin büdcəsinə pul maşınlar torpağı daşıdıqca ödənilməliymiş. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, İlham özü ona zəng edib əlaqə saxlamış, sonra onunla görüşüb onu tanımışdır. İlhamla ilk dəfə görüşəndən təxminən 1 ay, 1 ay yarım sonra torpaq daşınması ilə bağlı razılaşma əldə olunmuşdur. İlham torpaq aparmamışdır. Onlar saxlanılan gün torpaq daşınmalı idi, ona görə bələdiyyənin büdcəsinə pul keçirilmişdir. İlhamdan 5000 manat pul alınmış, həmin pulun 1500 manatı bələdiyyənin büdcəsinə keçirilmişdir. Qalan pul isə onda olmuşdur. O, onda qalan 3500 manat pulu torpaq İlhama verildikcə bələdiyyənin hesabına mədaxil etməyi fikirləşmişdir. İlhamdan pulu özü tək istəmiş, həmin vaxt yanında kimsə olmamışdır. Həmçinin, qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni xatırlamır və təsdiq etmir. İbtidai istintaq zamanı ona təzyiq olmuşdur. Təqsirləndirilən şəxs3 tanımışdır, onunla eyni rayonda yaşamışdır. Lakin Təqsirləndirilən şəxs3lə dostluq münasibəti olmamışdır. İlhamın 8 saylı Ərazi Ekologiya və X20 əməkdaşları ilə etdiyi söhbətlərdən onun xəbəri olmamışdır. Bu iş ilə bağlı onun Təqsirləndirilən şəxs3 xahişi olmamışdır. İlham ona pul verən zaman Təqsirləndirilən şəxs3lə bağlı aralarında söhbət olmamışdır. İlhamla Mübariz arasında olan söhbətləri xatırlamır, həmin zaman onların yanında olmamışdır. Habelə onun, Təqsirləndirilən şəxs3lə görüşü olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3lə aralarında üzləşmə istintaq hərəkəti olmuş, Təqsirləndirilən şəxs3lə arasında olan üzləşmə istintaq hərəkəti zamanı məhkəmədə dediklərini demişdir. İlhamdan pulun alınmasında Təqsirləndirilən şəxs2 iştirak etməmiş və Qurban ilə bu barədə razılaşmaları olmamışdır. Torpağın daşınması üçün müqavilənin olması şərt olduğundan, müqavilə bağlanmışdır. İlhamdan cəmi 5000 manat pul almış, həmin puldan 1500 manat pul kassaya keçirilmişdir. Bələdiyənin maddi imkanı olmadığından, onlar Mübariz müəllim ilə məsləhətləşmişlər ki, torpağı başqa ərazidən vermək mümkündür ya yox? o da mümkün olmamışdır. Mübariz müəllim də karyer yerindən torpaq verilməsinə etraz etməmişdir. Ekologiya idarəsinə İlham özü müraciət etmiş, onlar müraciət etməmişdir. Təqsirləndirilən şəxs2 torpaq verilməsində onlarla heç bir əlaqəsi olmamışdır. Sadəcə Qurban ilə kənd ərazisində lazım olan yerlərə birlikdə getmiş, İlham da zəng edən zaman birlikdə getmiş və görüşmüşdür. Bağlanan müqavilə 15 aprel 2021-ci il tarixli olmuş, lakin texniki səhv nəticəsində müqavilədə 5 aprel tarixi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 01 yanvar 2015-ci il tarixdən Göyçay rayonu Qarabaqqal kənd bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq səmimi şəkildə etiraf etmişdir ki, onun bələdiyyə sədri olduğu Qarabaqqal kəndinin ərazisində bələdiyyəyə məxsus olan torpaq sahəsində kərpic hazırlanmasında istifadə olunan faydalı torpaq sahələri vardır. İş adamları həmin torpaq sahələrinin daşınmasını həyata keçirərək ondan kərpic istehsal edirlər. Həmin torpaq sahəsinin satışı dövlət tərəfindən müəyyən edilmiş qaydaya əsasən 1 m3 torpaq sahəsi 1 manat məbləğində satılır. Həmin torpaq sahəsi ilə bağlı sahibkarla aralarında müəyyən müddətə icarə müqaviləsi bağlanır, həmin müqaviləyə əsasən sahibkar oradan daşıdığı hər m3 torpağa görə bələdiyyənin hesabına 1 manat mədən vergisi ödəyir. Bunu müəyyənləşdirmək üçün nəzərə alınır ki, bir dolu kamaz maşını ilə 15 m3 torpaq sahəsi daşına bilir, yəni hər kamaz maşınına görə 15 manat pul ödənilir. Həmin pul vəsaitləri qaydalara görə poçt vasitəsilə bələdiyyənin bank hesabına ödənilir. Həmin torpaq kütləsinin daşınmasına razılığı həmçinin ekologiya idarəsi də verməlidir. Göyçay rayonu da ünvan 1ə Təbii Sərvətlər İdarəsinin ərazisinə daxildir. Ona görə də torpaq sahəsinin daşınmasına icazə verilməsi üçün sahibkar özü həmin idarəyə müraciət edərək, oradan razılıq almalıdır. O, Şahid1 təxminən 2021-ci ilin yanvar ayından tanımışdır. Həmin şəxs ona bələdiyyə ərazisində olan torpaq sahəsinin daşınmasından ötrü müraciət etsə də o, ilk əvvəl Şahid1 razılıq verməmişdir. Belə ki, İlhama bildirmişdir ki, bu işə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin razılığı tələb olunur. İlham da həmin idarənin razılığını özünün alacağını demişdir. Təxminən 2021-ci ilin fevral ayında Göyçay rayonu Qarabaqqal kəndinin ərazisində adını bilmədiyi restoranda Şahid1la icra nümayəndəsi Təqsirləndirilən şəxs2 iştirakı ilə görüşmüş, görüş zamanı İlham ona Qarabaqqal kəndi ərazisindən 100 maşın torpaq aparmaq istədiyini bildirmişdir. Həmin vaxt Qurbanla məsləhətləşib belə qərara gəlmişdirlər ki, 100 maşın torpaq sahəsi daşınması üçün İlhamdan 6.000 manat pul istəsinlər. Belə ki, daşınacaq 100 maşın torpağa görə Qurbana həmin puldan 500 manat verilməli, 1.500 manat mədən vergisi qismində bələdiyyə büdcəsinə ödənilməli, 1.000 manat Göyçay RİHB-nın köməkçisi Vahid İsayevə verilməli, qalan 3.000 manat isə özünə çatmalı imiş. Məhz buna görə Qurbanla birgə İlhamdan həmin vaxt 6.000 manat pul tələb etmişlər. İlham da ekologiya idarəsinin razılığını aldıqdan sonra onunla yenidən əlaqə saxlayacağını həmçinin bu işbirliyinin uzunmüddətli olacağını bildirmişdir. 2021-ci ilin 31 mart tarixində Şahid1 yenidən ona zəng edərək görüşmək istədiyini artıq ekologiya idarəsinin razılığını aldığını bildirmiş, o həmin vaxt İlhama səhəri günü görüşməyi təklif etsə də, İlham həmin gün görüşmələrindən ötrü təkid etmişdir. İlhamın təkidi ilə 31 mart 2021-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən “Sərin məkan” restoranında onunla görüşmüş, həmin vaxt İlham tək olmuşdur. Söhbət əsnasında İlham ona bir daha ünvan 1ə Təbii Sərvətlər idarəsinin rəisi ilə görüşüb onların bu barədə razılığını aldığını, az sonra həmin idarənin əməkdaşı Təqsirləndirilən şəxs3 də onların olduğu yerə gələcəyini bildirmişdir. Təxminən bir saat sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı olan və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs3 gəlməmişdən öncə ona mobil telefonla zəng edib olduqları yeri öyrənib gələcəyini demiş, daha sonra gəlmişdir. Təqsirləndirilən şəxs3 gəldikdən sonra üçü söhbət etdikləri vaxt İlham Təqsirləndirilən şəxs3 yanında ona ekologiya idarəsi ilə bu işə görə 3.000 manat pul verməklə razılığa gəldiyini demiş, daha sonra onunla da bu işə görə 6.000 manat məbləğində razılaşmış, həmin vaxt İlham cibindən 5.000 manat pul çıxardıb sayaraq ona verib həmin pulun 3.000 manatının ona çatacağını, qalan 2.000 manatın isə Təqsirləndirilən şəxs3 çatacağını, yerdə qalan ona verməli olan 3.000 manat və Təqsirləndirilən şəxs3 verməli olan 1.000 manat pulu isə bir neçə gün ərzində görüşüb verəcəyini demişdir. Bundan sonra, o həmin 5.000 manat məbləğində pulu götürüb saymış, puldan 2.000 manatı Təqsirləndirilən şəxs3 vermək istəyən zaman sonuncu həmin pulu səhəri gün ondan götürəcəyini bildirmiş daha sonra çıxıb getmişdir. O isə İlhamla oturub orada çörək yemiş, bundan sonra İlhamla heç bir görüşü və danışığı olmamışdır. Həmin günün səhəri yəni xx.xx.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs3lə Göyçay şəhərində “dörd yol” deyilən ərazidə görüşmüş və 2.000 manat pulu sonuncuya vermiş, Təqsirləndirilən şəxs3 həmin pulu ondan götürüb oradan uzaqlaşmışdır. Qalan 3.000 manat pulu isə öz evinə aparıb qoymuşdur. 15 aprel 2021-ci il tarixdə axşam saat 18 radələrində İlham ona zəng edib Göyçay rayonu ərazisində olduğunu, qalan 4.000 manat pulu vermək istədiyini, səhəri günü yük maşınlarının gələcəyini, həmin vaxt da təxminən saat 12-də görüşüb pulu verəcəyini bildirmiş o da razılaşmışdır. 16 aprel 2021-ci il tarixdə saat 10 radələrində İlham ona yenidən zəng edərək görüşüb pulu vermək istədiyini dedikdə o, İlhama bu işlərlə bağlı sənədləri hazırlamalı olmasını, sənədlər hazır olduqdan sonra görüşməyi dedikdə İlham onunla razılaşmışdır. Bundan sonra, o, kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs2 zəng edərək İlhamın gəldiyini və görüşüb pulu verəcəyini bildirmiş, Qurban da görüşüb pulu birlikdə götürməyi demişdir. Həmin gün saat 11 radələrində İlhamla telefonla danışarkən sonuncu Qarabaqqal kəndindəki “Sərin məkan” kafesində olmasını bildirdiyindən o da kafeyə gedib orada İlhamla görüşmüş, sonuncunu oradan götürüb kənd bələdiyyəsinin inzibati binasına gəlmişdir. Onu da bildirmişdir ki, icra nümayəndəliyi və bələdiyyə bir inzibati binada yerləşir. Binaya gəldikdən sonra orada İlham 4.000 manat pulu çıxarıb verdikdə o, İlhama ilk öncə 2.500 manat pulu verməsini bir qədər sonra qalan 1.500 manat pulu verməli olacağını dedikdə İlham razılaşıb dərhal 2.500 manatı sayaraq ona vermiş, o, İlhamdan 2.500 manat pulu alıb həmin puldan 1.500 manatı bələdiyyə büdcəsinə ödəmiş, bundan sonra İlhamla Qurbanı kafeyə yola salıb aldığı 2.500 manatdan qalan 1.000 manatı Göyçay şəhərində yerləşən RİH-in inzibati binasına gedərək RİHB-nın köməkçisi Vahid İsayevə vermişdir. Həmin pulu Vahid İsayevə verməkdə məqsədi rayon tədbirlərinə sərf etmək olmuşdur, bu işlərin Vahidə aidiyyatı olmamışdır. Bir neçə saat sonra İlham ona zəng edib kafeyə dəvət etmiş. O da Qurbanla İlhamın yanına getmişdir. İlhamın yanına getdikdən sonra sonuncu onlara verməli olduğu puldan qalan 1.500 manat pulu cibindən çıxarıb ona vermiş, o da həmin puldan sayaraq 500 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, qalan 1.000 manat pulu Təqsirləndirilən şəxs3 vermək üçün özü ilə götürüb şalvarın cibinə qoymuşdur. Əlavə etmişdir ki, İlham Təqsirləndirilən şəxs3lə 3.000 manata razılaşdığından və 2.000 manatı daha əvvəl onun vasitəsilə Təqsirləndirilən şəxs3 verdiyindən qalan 1.000 manat İlhamın xx.xx.2021-ci il tarixdə verdiyi pul vəsaiti əsasında verilməli olmuşdur. Pulu İlhamdan götürdükdən bir neçə dəqiqə sonra Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gələrək özlərini təqdim etmiş, onları Baş İdarəyə getməyə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs1 həmçinin ona ünvanlanan “İfadənizdə bələdiyyə ərazisində olan torpaq sahəsinin 1 m3 daşınmasının qaydalara əsasən 1 manata olduğunu, 100 kamaz maşının 15 m3 torpaq kütləsi tutmasını, buna görə də 1 dolu kamaz maşınının torpaq kütləsi üçün 15 manat olmaqla, cəmi 1.500 manat rüsum olduğunu göstərirsiniz. Əgər 100 kamaz maşını torpaq kütləsinin daşınması üçün 1.500 manat rüsum verilməli idisə, hansı əsasla vətəndaşdan 9.000 manat pul tələb etmisiniz. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, o, vətəndaşdan 6.000 manat tələb etmiş, qalan pulu, yəni 3.000 manatı isə ekologiya idarəsinin əməkdaşı Təqsirləndirilən şəxs3 tələb etmişdir. Çünki bu torpaq sahəsinin daşınması üçün ekologiya rəsmi məktubla icazə verməli idi. Onun tələb etdiyi 6.000 manatdan ödənilmiş 1.500 manatdan başqa sonradan 3.000 manat da rüsum kimi ödənilməli, 500 manat icra nümayəndəsi Təqsirləndirilən şəxs2, 1.000 manat isə rayon tədbirlərinə sərf etmək üçün icra başçısının köməkçisi Vahid müəllimə verilməli olmuşdur. Rayon icra hakimiyyətinin başçısının köməkçisi Vahid müəllimin onun torpaq sahəsinin daşınması ilə bağlı pul almasından həmçinin bu danışıqlardan məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 hansı əsasla rüşvət qismində tələb edərək aldığı 6.000 manat puldan 1.000 manat pulu Vahid müəllimə verməsi barədə verilən suala cavab olaraq iş görüb xeyir götürdüyü üçün həmin puldan 1.000 manatı Vahid müəllimə rayon tədbirlərinə sərf olunması üçün verdiyini göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İlhamla arasında heç bir pul söhbəti olmamış, Təqsirləndirilən şəxs1 ona 500 manat borcu olmuş və o, ona olan borcunu qaytarmışdır. Üzərindən aşkar olunaraq götürülmüş pul həmin pul olmuşdur. Onun heç kimlə əlaqəsi olmamış, o, heç bir qrupun üzvü olmamışdır. Təqsirləndirilən şəxs3 yalnız Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində görmüş və tanımışdır, əvvəllər onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Qarabaqqal bələdiyyəsinə məxus torpağın daşınması ilə bağlı onun heç bir səlahiyyəti olmamışdır. 16 aprel 2021-ci il tarixdə o, Ramin və İlham çay evində çay içərkən İlham torpaq daşımaq istədiyini bildirmiş, onun onda bu məsələ ilə bağlı məlumatı olmuşdur. Qarabaqqal bələdiyəsinə məxsus torpaq sahəsinin satılmasında onun rolu olmamışdır. O, İlhamdan pul tələb etməmiş, həmçinin Təqsirləndirilən şəxs1 İlhamdan pul alanda orada olmamışdır. Ramin ona pul verəcəyini bildirməmişdir. O, yalnız Ramindən borcunu almışdır. İbtidai istintaq zamanı eynəyi olmadığı üçün ifadəni oxumamışdır. Təqsirləndirilən şəxs1 torpaq sahəsinin İlham adlı şəxsə satması barədə onunla məsləhətləşməmişdir. İlhamla bir dəfə torpaq sahəsində əraziyə baxış keçirilməsində görüşmüş, bir dəfə də birlikdə yemək yemişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 1996-cı ildən 2000-ci ilədək X41 ərazi idarəsində inkassator, böyük inkassator və mühasib vəzifələrində işləmişdir. 2000-ci il tarixdə həmin işdən öz arzusu ilə çıxıb 8 ay müddətində X42 Ucar rayon şöbəsində kredit yığımı üzrə mütəxəssis vəzifəsində, 02 fevral 2005-ci il tarixdən 09 yanvar 2013-cü il tarixədək "xxxx" ASC-nin Göyçay filialında əvvəllər baş mühasib, müştəri xidmətləri üzrə mütəxəssis, son üç ildə isə filial müdiri vəzifəsində, 2013-2014-cü il tarixlərdə "xxxx" MMC-nin Ağsu rayon filialında filial müdiri vəzifəsində, 2016-2018-ci illərdə X6 Ağsu Regional İdarəsinin Göyçay Xidmət sahəsi üzrə nəzarətçi vəzifəsində, 2018-ci ilin 17 dekabr tarixindən isə Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. İşi ilə əlaqədar olaraq Qarabaqqal kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1lə yaxın münasibətləri vardır. 2021-ci ilin təxminən yanvar-fevral aylarında Təqsirləndirilən şəxs1lə ərazidə olan zaman sonuncuya zəng gəlmiş, həmin zəngdən sonra Təqsirləndirilən şəxs1 ona hansısa vətəndaşın Qarabaqqal kəndində olan torpaq sahələrindən kərpic istehsalı üçün torpaq daşımaq istədiyini və buna görə ona müraciət etdiyini, hazırda həmin şəxsin rayon ərazisinə gəldiyini demiş və ondan birgə görüşdə iştirak etməyini xahiş etmişdir. Habelə, Təqsirləndirilən şəxs1 həmin vaxt ona “vətəndaşdan gələcəkdə pul vəsaiti ala biləcəyi təqdirdə “sənin də hörmətini edəcəyəm” demişdir. Vətəndaşla Göyçay rayonu, Cəyirli kəndi ərazisində olan çayxanada görüşmüşlər, görüş zamanı vətəndaş onlara müvafiq torpaqdan kərpic istehsalında istifadə edəcəyini bildirmiş, bu zaman o, vətəndaşa həmin torpaq sahəsindən müvafiq torpağın daşınması üçün bələdiyyə ilə müqavilə bağlanmalı olması barədə məlumat vermişdir. Həmin vaxt vətəndaş onlara 100 maşın torpağı daşımaq istədiyini demiş, Təqsirləndirilən şəxs1 torpaq daşınmasına görə nə qədər xərcinin çıxacağını soruşanda Təqsirləndirilən şəxs1 cavab olaraq hər maşın üçün 40 manat ödəniş edilməli olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 vətəndaşa rayon İcra Hakimiyyətinin rəhbərliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi ilə məsələnin razılaşdırılmasının zəruri olduğunu bildirmiş, həmin vaxt vətəndaş Təqsirləndirilən şəxs1 İcra Hakimiyyətinin rəhbərliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinin əməkdaşları ilə danışıb məbləği deməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 bu halda qiymətin dəyişə biləcəyini demiş və sonuncular razılığa gəlmişdirlər. Bundan sonra, onlar bələdiyyə sədri Təqsirləndirilən şəxs1lə yenidən əraziyə baxış keçirmək üçün çayxanadan çıxmışlar. Bir müddət sonra Raminlə birgə yenidən həmin vətəndaşla kənd ərazisində görüşmüşlər, görüş zamanı vətəndaş torpaqdan nümunə götürüb yoxlatdırdığını, kərpic istehsalına uyğun gəldiyindən torpaq kütləsi daşımaqla bağlı fikrinin qəti olması qənaətinə gəlməsini bildirmişdir. 16 aprel 2021-ci il tarixdəki görüş isə o, Təqsirləndirilən şəxs1 və Şahid1 arasında olmuşdur. Bu gün, yəni xx.xx.2021-ci il tarixdə təxminən günorta saatlarında Qarabaqqal kəndində yerləşən çayxanada çay içdikləri vaxt Ramin ona Şahid1 gələcəyini və həmin şəxsi qarşılamaq üçün getdiyini demiş, həmin vaxt o, bələdiyyənin mühasibi Şahid3 və bələdiyyə sədrinin müavini Şahid2la çayxanada qalmışlar. Təqsirləndirilən şəxs1 təxminən 15 dəqiqədən sonra Şahid1la gəlmiş, həmin vaxt o, Təqsirləndirilən şəxs1 müqavilə yazıb rəsmiləşdirməsini bildirmişdir. Bundan sonra o, çayxanadan çıxıb işi ilə əlaqədar Qaz İdarəsinə getmiş, idarədən kəndə qayıdan zaman Təqsirləndirilən şəxs1 avtomobilinin Qarabaqqal bələdiyyəsinin yaxınlığında olmasının şahidi olub həmin yerə yaxınlaşmışdır. Bələdiyyənin inzibati binasına daxil olanda elə girişdə Təqsirləndirilən şəxs1 Şahid1 2.500 (iki min beş yüz) manat məbləğində pul verməsinin şahidi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 “gedim pulun 1.500 (bir min beş yüz) manatını bələdiyyənin hesabına keçirim, 1.000 (bir min) manatını da Vahid müəllimə verim gəlirəm” demişdir. Bildirmişdir ki, Vahid müəllim hazırda Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləyir. Təxminən 15-20 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 çayxanaya qayıtmışdır. Bu dəfə isə Şahid1 Təqsirləndirilən şəxs1 1.500 (bir min beş yüz) manat məbləğində pul vermişdir ki, Ramin həmin puldan 1.000 (bir min) manat olan hissəni cibinə qoymuş, qalan 500 (beş yüz) manatını isə ona vermişdir. Onlar Təqsirləndirilən şəxs1lə əvvəlcədən ona hansı məbləğdə pul çatacağı barədə razılaşmamışlar. Belə ki, həmin iş bələdiyyənin səlahiyyətində olan işdir, müqavilə bələdiyyə ilə vətəndaş arasında bağlanır. Ona görə də o, yalnız görüşlərdə iştirak etmiş, vətəndaşa işin qaydalarını izah etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 ona həmin puldan nə versə razılaşacaqmış. Sonuncu ona 500 (beş yüz) manat verən zaman o həmin pulu cibinə qoymuş və həmin məbləğlə razılaşmışdır. Təqsirləndirilən şəxs2 həmçinin ona ünvanlanan “Cinayət işinin materiallarına əsasən müəyyən edilmişdir ki, Şahid1la torpağın daşınmasının hər maşını üçün 60 (altmış) manat məbləğində razılaşdırılmışdır. Siz isə hazırki ifadənizdə Təqsirləndirilən şəxs1 torpaq sahəsinin daşınması üçün 40 (qırx) manat qiymət deməsini bildirirsiniz. Bu ziddiyyəti necə izah edirsiniz?” sualına cavab olaraq göstərmişdir ki, əslində daşınan torpağın hər maşını üçün qiymət 15 manatdır. Belə ki, torpağın 1 m3 qiyməti 1 manatdır. Hər maşın 15 m3 yük götürə bildiyinə görə 15 manat qiymət müəyyən edilir. Təqsirləndirilən şəxs1 40 manat qiymət dedikdə o, düşünmüşdür ki, sonuncu özünə götürəcəyi, ona və Vahid müəllimə verəcəyi pulları da hesablayıb həmin qiyməti deyir. Belə ki, rayon ərazisində belə məsələlər qeyri-rəsmi olaraq Vahid müəllimlə razılaşdırılmalıdır. Lakin, sonradan Təqsirləndirilən şəxs1 qiyməti qaldırması barədə onun məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 ona ünvanlanan “Təqsirləndirilən şəxs1 ifadəsinə əsasən müəyyən edilir ki, vətəndaşla ilk olan görüş zamanı sonuncudan 6.000 (altı min) manat məbləğində pul alınması barədə əvvəlcədən onunla planlaşdırmışdır. Razılaşmaya əsasən həmin pulun 1.500 manatının bələdiyyənin hesabına keçirilməsi, 3.000 (üç min) manatının Təqsirləndirilən şəxs1 çatması, 1.000 (bir min) manatının Vahid adlı şəxsə verilməsi və 500 (beş yüz) manatının sizə çatacağı nəzərdə tutulmuşdur. Siz isə sonuncu ilə əvvəlcədən razılaşmadığınızı deyirsiniz. Bu ziddiyyəti necə izah edirsiniz?” sualına cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə əvvəlcədən bu barədə razılaşmamışdır, o, Təqsirləndirilən şəxs1 tərəfindən vətəndaşa artıq qiymət deyilən zaman həmin pulda özünün də payının olmasını bilsə də bu barədə əvvəlcədən razılaşmamışdırlar. Təqsirləndirilən şəxs2 həmçinin ona ünvanlanan “Baş idarənin Əməliyyat təminatı idarəsinin əməkdaşları tərəfindən keçirilmiş ƏAT nəticəsində əldə edilmiş və sonradan istintaqa təqdim edilmiş xx.xx.2021-ci il tarixdə qeydə alınmış videogörüntülər və həmin görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ramin həmin pul vəsaitini sizə Şahid1 Qarabaqqal kəndi ərazisindən qanunsuz torpaq daşımasına hərəkətsizlik nümayiş etdirməyinizdən ötrü rüşvət qismində vermişdir. Habelə Şahid1 rüşvət qismində pul vəsaitinin alınıb sizə həmin puldan 500 manat veriləcəyi barədə aranızda razılıq olması da istintaq materialları ilə təsdiq olunur. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Şahid1 qanunsuz olaraq torpaq daşıması ilə məşğul olmaq üçün Təqsirləndirilən şəxs1lə görüşəndə, sonuncu İlhamdan qanunsuz torpaq daşınmasına hərəkətsizlik müqabilində pul tələb edərkən onların yanında olmuşsunuz. Bundan başqa xx.xx.2021-ci il tarixdə qeydə alınmış görüntülərdən görünür ki, bələdiyyə ərazisindən qanunsuz torpaq daşınmasına qanuni don geyindirilməsi üçün müqavilənin hansı formada bağlanması barədə danışıqlarda iştirak etmiş, məsləhətlər vermiş, habelə Qarabaqqal bələdiyyəsinin inzibati binasında 2.500 manat məbləğində habelə sonradan kafedə 1.500 manat məbləğində pul vəsaitini rüşvət qismində Raminin İlhamdan almasının bilavasitə şahidi olmuş, aparılan danışıqlar zamanı həmin pulun rüşvət qismində verilməsindən xəbərdar olmuşsunuz. Qeyd edilən fakt sizin həmin pulun rüşvət qismində alınmasından habelə Təqsirləndirilən şəxs1 əlbir olduğu şəxslər, o cümlədən sizinlə bölünməsindən xəbərdar olduğunuzu bir daha təsdiq edir. Qeyd edilənlər barədə nə deyə bilərsiniz?” sualına görüntülərə baxdıqdan sonra cavab olaraq göstərmişdir ki, görüntülərdə müvafiq hissələrdəki şəxs özüdür, habelə görüntüdəki hadisələr həqiqətən də baş vermişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə onlar çayxanada olarkən çəkilmiş görüntüdəki şəxslər o, Təqsirləndirilən şəxs1, bələdiyyə üzvü Əli və mühasib Mahirdir. Bundan başqa 2.500 manat vəsaiti İlham Raminə verdikdən sonra həqiqətən də o, İlhamla kafeyə gəlmişdir, görüntüdəki danışıqlar özünə aiddir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 8 saylı Ərazi Ekologiya və X20 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsində işləmişdir. Tarixini dəqiq xatırlamadığı gündə Şahid1 işlədiyi idarəyə gəlmiş və o, İlhamla birlikdə idarə rəisinin yanına getmişdir. İlham Göyçay rayon Qarabaqqal kənd bələdiyyəsinə məxsus ərazidən torpaq daşımaq üçün icazə istəmişdir. Sonra isə həmin gün axşam saatlarında onlar birlikdə restorana gedib orada yemək yemişdir. İlhamdan torpağı hara daşıyacağını soruşmuş, İlham da torpağı Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən körpünün altına aparacağını demişdir. İlham təkidlə hər kub metr tormağa görə 1 manat pul təklif etmişdir. Həmin vaxt ona həmin ərazidə olan karyerdən torpaq apara biləcəyini bildirmişdir. 16 aprel 2021-ci il tarixdə təxminən 10:00-10:30 radələrində işlədiyi idarəyə getmiş və işlədiyi idarədən də evə qayıtmış, sonra isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə xx.xx.2021-ci il tarixdə görüşməmiş, ondan hər hansı məbləğdə pulu qəbul etməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs1 və Şahid1la yalnız bir dəfə rayon ərazisində restoranların birində yemək yeyərkən görüşmüş, həmin vaxt ora idarə rəisinin göstərişi ilə getmiş, orda İlhama yalnız karyer ərazisindən torpaq aparmağı barədə icazə verilə biləcəyi bildirilmiş, bunun üçün də ekspertiza idarəsindən icazə alınmasının məcburiliyi ona deyilmişdir. Ondan hər hansı bir məbləğdə pul tələb edilməmiş və alınmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərmiş, dost-tanış ilə söhbət etdiyi zaman ona deyilmişdir ki, kərpic zavodlarına torpaq lazımdır, bu işdə yaxşı pul var. Ona isə bir tanışı Göyçay rayonundan torpaq gətirmək olar demişdir. Sonra həmin tanışı vasitəsi ilə məlumat əldə edərək Göyçay rayonu Qarabaqqal kəndinə getmiş və bu işlə əlaqədar olaraq Bələdiyyənin sədri Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Təqsirləndirilən şəxs1 torpaq lazım olduğunu bildirmiş, o da ona demişdir ki, ekologiya idarəsindən icazə almaq lazımdır. Sonra Təqsirləndirilən şəxs1 onu ekologiya idarəsinə yönləndirmişdir. Getdiyi idarənin müdiri onu qəbul etmiş və bildirmişdir ki, “sən get Təqsirləndirilən şəxs3 ilə sonra görüşüb danışarsız”. Sonra Göyçay rayonunda yerləşən kafedə Təqsirləndirilən şəxs1lə oturmuş, bir müddət sonra yanlarına Təqsirləndirilən şəxs3 gəlmişdir. Bir az söhbət etdikdən sora Təqsirləndirilən şəxs3 getmişdir. O, Təqsirləndirilən şəxs1 iş ilə əlaqədar bir miqdar pul vermişdir. Daha sonra isə işləri alınmamışdır. Çünki Təqsirləndirilən şəxs1lə söhbəti zamanı 1 maşın torpağı 40 AZN məbləğində pul müqabilində daşımaqla bağlı razılığa gəlsə də, sonradan bu qiymət 60 AZN olmuşdur. O da bu pul ilə razılaşmamış və məsələ ilə əlaqədar olaraq müvafiq orqanlara şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əvvəllər təqsirləndirilən şəxsləri tanımamış, özü fərdi taksi sürücüsü işləmişdir. Onun kərpic zavodundan müştərisi olmuş, həmin müştəri ilə avtomobildə getdiyi zaman ona bildirmişdir ki, torpaqda yaxşı pul var. O da məhz bu səbəbdən bu işlə maraqlanmışdır. O, Təqsirləndirilən şəxs1lə görüşdüyü zaman bildirmişdir ki, guya qohumu kərpic zavodu açıb, ora torpaq lazımdır. Təqsirləndirilən şəxs1 100 maşın torpaq lazım olduğunu demiş, Təqsirləndirilən şəxs1lə bir maşını 60 AZN-ə razılaşmışdır. Təqsirləndirilən şəxs1 bu işlə əlaqədar olaraq birinci dəfə 2000 AZN pul vermiş, ümumilikdə Təqsirləndirilən şəxs1 iki dəfə pul vermişdir. İkinci dəfə Təqsirləndirilən şəxs1 4000 AZN pul vermişdir. Birinci dəfə Təqsirləndirilən şəxs1lə bir maşın torpağı 40 AZN-ə danışmış, sonradan bu qiymət 60 AZN olmuşdur. Birinci dəfə Təqsirləndirilən şəxs1lə görüşdüyü zaman Təqsirləndirilən şəxs2 yanlarında olmuşdur. Onu ekologiya idarəsinə Təqsirləndirilən şəxs1 yönləndirmişdir. Daha sonra göstərmişdir ki, kərpic zavodlarına torpaq satmaq fikrini ona müştəri demiş, o da Qaradağ bölgəsində bir-neçə zavoda gedərək torpağın qiyməti ilə maraqlanmışdır. Hazırda getdiyi zavodların adı yadında qalmamışdır. Onun üçün vacib olan məsələ torpağı ucuz alaraq baha qiymətə satmaq olmuşdur. O, ekologiya idarəsində bir dəfə olmuş, ekologiya idarəsinin hüquqşünası ilə görüşmüş, daha sonra həmin hüquqşünas olan şəxs onu ekologiya idarəsinin rəisi ilə görüşdürmüşdür. Onun nömrəsini həmin hüquqşünasa Təqsirləndirilən şəxs1 vermişdir. Hazırda həmin hüquqşünasın adını xatırlamır. Ekologiya idarəsinin rəisinə bildirmişdir ki, torpaq daşımaq üçün ona icazə lazımdır. Ekologiya idarəsinin rəisi onu bir az sorğu-sual etmiş, sonra onunla razılaşmamışdır. O da Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi zamanı rəisin onunla razılaşmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 ekologiya idarəsinin rəisi ilə danışmış, ekologiya idarəsinin rəisi ona bildirmişdir ki, “sən get axşam Təqsirləndirilən şəxs3 ilə görüşərsən”. Rəisin qəbulunda olarkən üzərində səs yazan qurğu olmuş, səs yazan qurğu ona məxsus olmamış, həmin səs yazan qurğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məxsus olmuşdur. Təqsirləndirilən şəxs3lə bir dəfə görüşmüş, Təqsirləndirilən şəxs1lə kafədə oturduqları zaman Təqsirləndirilən şəxs3 gəlmiş, o, Təqsirləndirilən şəxs3 rəisin nə dediyi barədə soruşmuş, Təqsirləndirilən şəxs3 ona əli ilə 5 göstərmişdir. O da beş yüz manat, yoxsa beş min manat olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 beş min manat olduğunu bildirmişdir. O da bu məbləğ ilə razılaşmamış, Təqsirləndirilən şəxs3 rəis ilə təkrar bu məbləğ haqqında danış demişdir. Təqsirləndirilən şəxs3 rəis ilə danışdıqdan sonra ona bildirmişdirdi ki, üç min manat olar. Təqsirləndirilən şəxs3lə görüşdüyü zaman da üzərimdə səs yazma qurğusu olmuşdur. Təqsirləndirilən şəxs3lə telefon əlaqəsi olmamışdır. Əvvəl Təqsirləndirilən şəxs1lə bir maşın torpağı 40 AZN-ə razılaşmış, daha sonra həmin məbləğ 60 AZN olmuşdur. O da bu məsələ ilə bağlı olaraq müvafiq orqanlara şikayət etmiş, onda olan səs yazmaları və video-çəkilişləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdir. İlk dəfə torpaq məsələsi ilə bağlı olaraq Ramin Nəbiyəv və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, ilk görüş zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə razılaşma olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə görüşdüyü zaman isə o, Təqsirləndirilən şəxs1 görüşə Təqsirləndirilən şəxs2 da dəvət edilməsini bildirmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə telefon əlaqəsi saxladığı zaman Qurban müəllim işi olduğunu və gələ bilməyəcəyini demişdir. Sonuncu dəfə Ramin Nəbiyəvlə kafedə görüşdüyü zaman, kafeyə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçiləri ilə gəlmiş, Təqsirləndirilən şəxs1lə görüşdükdən sonra Təqsirləndirilən şəxs2 olduğu kafeyə getmişdir. Sonra Ramin və Qurban müəllim ilə birgə bələdiyyəyə getmiş, ancaq bələdiyyədə olan söhbətdə Qurban müəllim iştirak etməmişdir. Bələdiyyədə müqavilə bağlanmış, Təqsirləndirilən şəxs1 1500 AZN pul vermişdir ki, dövlətə olan rüsum ödənsin. Təqsirləndirilən şəxs2 ondan torpaq daşınması üçün pul tələb etməmiş, danışıqları Təqsirləndirilən şəxs1 ilə aparmışdır. Danışıqlar zamanı ilk öncə Təqsirləndirilən şəxs1lə razılaşma olmuş, sonra Ramin müəllim ona bildirmişdir ki, torpaq daşınması üçün ekologiya idarəsindən icazə alınmalıdır. Ramin müəllimə ekologiya idarəsində heç kimi tanımadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 onu mobil nömrəsini ekologiya idarəsinin əməkdaşına vermişdir. Sonra ekologiya idarəsinin hüquqşünası ona zəng edib idarəyə dəvət etmişdir. Ekologiya idarəsində rəis ilə görüşdüyü zaman rəis ilk öncə imtina etmiş, o da Təqsirləndirilən şəxs1, rəisin onunla razılaşmadığını bildirmiş, Ramin müəllim rəislə danışdıqdan sonra, rəis ona bildirmişdir ki, sən get axşam Təqsirləndirilən şəxs3 ilə görüşərsən. Görüşlər zamanı Təqsirləndirilən şəxs1lə toplamda 6000 AZN-ə razılaşmış, bu məbləğin Təqsirləndirilən şəxs1 verilməsi nəzərdə tutulmuş, ekologiya idarəsinin pulu isə ayrıca nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 ilə pul söhbəti olmamış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 onun yanında 500 AZN pul vermiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 niyə pul verdiyini sərxoş vəziyyətdə olduğu üçün xatırlamır. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, 2021-ci ilin əvvəllərində Bakı şəhərində fəaliyyət göstərən kərpic zavodlarının istehsalatda istifadə edəcəkləri torpağı baha qiymətə təhvil aldıqlarını eşidib həmin zavodlara torpaq təhvil vermək və bu yolla bir qədər maddi vəziyyətini yaxşılaşdırmaq qərarına gəlmiş, hazırda xatırlamadığı tanışlarından maraqlandıqda kərpic istehsalında istifadə üçün daha əlverişli torpağın Göyçay rayonu Qarabaqqal kəndi ərazisindəki dağlıq ərazidə olmasını öyrənmişdir. Bundan sonra həmin kəndin ərazisində torpaq daşımaq üçün hansı qaydada icazə alınması ilə bağlı tanışlarından maraqlandıqda ona kəndin bələdiyyə sədrinə müraciət etməli olduğu bildirilmişdir. Qeyd etmişdir ki, fərdi qaydada, kərpic istehsalı ilə məşğul olmadan yalnız torpaq daşımaqla zavodlara təhvil verəcəyini bildirəcəyi halda heç kimin onunla iş görməyəcəyini düşündüyündən özünü hansısa kərpic istehsalı ilə məşğul olmaq istəyən iranlı sahibkarın işlərini görən guya onun əmisinin oğlunun nümayəndəsi kimi təqdim etmək qərarına gəlmiş bu məqsədlə 2021-ci ilin əvvəllərində, yanvar ayında, dəqiq xatırlamadığı tarixdə hazırda xatırlamadığı tanışları vasitəsilə Təqsirləndirilən şəxs1 əlaqə nömrəsini əldə edib onunla Göyçay rayonu ərazisində görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 qeyd etdiyi kimi özünü kərpic istehsalı müəssisəsi işlətmək istəyən hansısa iranlı sahibkarın işlərini görən guya onun əmisi oğlu olmasını bildirdiyi şəxsin nümayəndəsi kimi təqdim etmiş, Qarabaqqal kəndi ərazisində kərpic istehsalına yararlı olan ərazidən 100 maşın torpaq daşımaq istədiyini bildirmiş, həmin torpağı daşımaq üçün kimə müraciət etmək, nə qədər rüsum ödəmək və hansı sənədləri almağın zəruriliyini soruşduqda Təqsirləndirilən şəxs1 torpaq daşınması üçün əvvəllər də bir neçə şəxsin ona müraciət etdiyini, torpağın daşınmasına özünün icazə verdiyini, 100 ədəd Kamaz markalı yük maşını ilə torpağın daşınması üçün hər maşına görə maşının ölçüsündən asılı olaraq 30-60 manat olmaqla ona ümumilikdə 4.000 manat pul verməli olduğunu, lakin bundan başqa torpağın daşınmasına görə Mingəçevir şəhərində yerləşən Ekologiya idarəsindən razılıq alınmalı olmasını və həmin razılığı özünün almalı olduğunu, həmin razılığa görə də ekologiya idarəsinin rəisi ilə danışıb özü razılığa gəlib ödənişi də ayrıca etməli olduğunu demişdir. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs1lə danışarkən yanlarında Qarabaqqal kəndi üzrə icra nümayəndəsi olan Qurban adlı şəxs də olmuş, bütün danışıqları sonuncu da eşitmiş, hətta Ramin həmin torpağın daşınmasına görə verəcəyi pulda onun da payının olmasını söhbət zamanı demişdir. O həmin vaxt bir qədər qiyməti aşağı salmasını Raminə dedikdə Ramin razılaşmayaraq hətta bəlkə bu işin deyilən qiymətdən daha baha qiymətə həll ediləcəyini, 5.000-6.000 manat tələb olunacağını demişdir. Bu danışıqdan sonra aralarında razılıq yaranmadığından o, Ramin və Qurbanla sağollaşıb oradan Bakı şəhərinə evinə qayıtmışdır. Evə qayıtdıqdan sonra Raminin qanunsuz hərəkətləri onu qıcıqlandırdığından o, bu barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmək qərarına gəlmişdir. Raminlə görüşdən bir neçə gün sonra fevral ayının ilk günlərində o, Baş idarəyə müvafiq ərizə ilə müraciət etmiş, ərizəsi əsasında Baş idarənin adını xatırlamadığı əməkdaşı onu qəbul etmiş, qəbul zamanı baş verənləri danışıb əməkdaşlıq etmək və qanunsuz fəaliyyətin ifşasında iştirak etmək istədiyini bildirmişdir. Sonrakı tarixlərdə yəni xx.xx.2021-ci il tarixədək Raminlə Göyçay rayonu ərazisində bir neçə dəfə həmin məsələ ilə bağlı görüşüb danışmış, görüşlərdən birində hətta Ramin torpaq daşınması üçün istifadə edəcəyi, Qarabaqqal kəndi ərazisində dağlıq ərazidə “Mal bazarı” adlanan yerin yuxarı hissəsindəki yeri ona Təqsirləndirilən şəxs2la birgə əyani formada göstərmişdir. Danışıqlar zamanı o, Raminlə bu işə razılıq verməsi müqabilində sonuncuya 4.000 deyil 3.000 manat verməyə razılaşdırmış, sözügedən danışıq hazırda xatırlamadığı tarixdə, 2021-ci ilin fevral-mart ayları ərzində Göyçay rayonu ərazisində ikisi arasında baş tutmuşdur. Nəhayət, 2021-ci ilin mart ayının sonlarında aralarında baş tutmuş telefon danışığı zamanı Ramin ekologiya idarəsi ilə danışıb-danışmadığını soruşanda o, danışmadığını, orada tanış adam olmadığını bildirdiyindən Ramin ekologiya idarəsində hansısa hüquqşünas işləyən adını xatırlamadığı tanışı olmasını ona demiş, habelə həmin tanışına onu zəng edib tapşırmış, hüquqşünasın mobil nömrəsini də ona vermişdir. Həmin hüquqşünasla Mingəçevirə getməmişdən bir gün əvvəl mobil telefonla danışıb torpaq daşımaq istədiyini bildirmiş, razılıq verilməsinə kömək etməyi xahiş etmiş, sonuncu da rəisi ilə danışıb bir söz deyəcəyini demiş, həmin gün sözügedən Vüqar adlı hüquqşünasla aralarında 2-3 telefon danışığı olmuş, sonuncu danışıqda Vüqar ona zəng edərək rəisin həmin idarəyə danışıq üçün gəlməyə icazə verməsini bildirmişdir. Əlavə etmişdir ki, hüquqşünasla telefon danışıqları apardığı arada ona tanımadığı nömrədən zəng gəlmiş, zəng edən özünü Rafiq kimi təqdim etmiş, ona harada, hansı obyektdə kərpic istehsalı ilə məşğul olacağı barədə suallar vermiş, qanunsuz torpaq daşımaqla bağlı bəzi şəxslərə kömək etməsini demiş, o da Rafiqdən özünə də kömək etməsini xahiş etdikdə həmin şəxs ona “sən kiminlə danışırsan onunla danış o, kömək etsə mən də edərəm” demişdir. Sonradan həmin adamın ekologiya idarəsinin rəisi Rafiq olmasını bilmişdir. xx.xx.2021-ci il tarixdə özünə məxsus 100 manatlıq əskinaslarla 50 ədəd ümumilikdə 5.000 manat məbləğində pul vəsaitini götürüb habelə özünə məxsus videoçəkiliş və səsyazan vasitələri üzərinə qoyub həmin adını xatırlamadığı hüquqşünasın Mingəçevirdə ekologiya idarəsinin binasındakı otağına getmiş, otağa daxil olanda kamera və səs yazma cihazı işlək vəziyyətdə olmuşdur. Hüquqşünasla söhbət əsnasında hansı səbəbdən gəldiyini demiş, sonuncu isə bu məsələnin idarə rəisinin səlahiyyətinə aid olmasını deyib onu rəisin qəbuluna salacağına söz vermişdir. Hüquqşünasla aralarında işin detalları habelə pul ilə bağlı danışıq olmamış, o, Vüqara pul təklif etməmiş, Vüqar da ondan hər hansı məbləğdə pul istəməmişdir. Hüquqşünasla bir qədər danışdıqdan sonra sonuncu onu həmin idarənin Rafiq adlı rəisinin qəbuluna salmışdır. Rəisin qəbulunda olarkən də videoyazı və səsyazma cihazı işlək vəziyyətdə olmuşdur. Qəbulda olarkən rəisdən Qarabaqqal kəndi ərazisində 100 maşın torpaq sahəsini daşımağa icazə almaq üçün müraciət etdiyini bildirib bununla bağlı köməklik göstərməsini xahiş etmiş, danışıq zamanı ilkin olaraq Rafiq müəllim bunun mümkün olmadığını bildirsə də söhbətlərinə inzibati binanın həyətində davam edən zaman Rafiq işi kiminlə görəcəyini maraqlanmış, o, Qarabaqqal bələdiyyəsinin sədri ilə iş görəcəyini demiş, həmin əsnada Ramin mobil telefonla zəng etmiş, vəziyyəti izah etdikdə Ramin dəstəyi Rafiq müəllimə verməyini xahiş etmiş, danışıqdan sonra Rafiq müəllim həmin vaxt yanlarında olan sonradan adının Mübariz olmasını bildiyi həmin idarənin əməkdaşına axşam Qarabaqqal kəndinə gedib orada onun iştirakı ilə Raminlə bu barədə görüşüb danışmağı, görüşün nəticəsi barədə ona məlumat verməyini tapşırmış, Mübariz də razılığını vermişdir. Bundan sonra o, həmin gün bir yol maşını ilə Mingəçevirdən Göyçaya, daha sonra Qarabaqqal kəndinə gəlmiş, Raminlə zəng edib onunla kafelərdən birində görüşmüş, görüş zamanı ekologiya idarəsində baş verənlər barədə habelə Mübarizin axşam onlarla görüşəcəyi barədə məlumat verdikdə, Ramin ekologiya idarəsinin rəisi Rafiq müəllimin onun xarici görünüşcə işgörən adam olmadığı qənaətinə gəlməsini, buna görə onunla açıq danışmadığını deməsini bildirmiş, daha sonra Ramin Mübarizə zəng edib olduqları yer barədə məlumat vermiş, Mübariz də yolda olduğunu bir qədər sonra gələcəyini demişdir. Mübariz gələnə qədər Ramin Qurbanı da zəng edib dəvət etsə də Qurban işi olduğundan onlar olduqları yerə gəlməmişdir. Mübariz gələnə qədər Ramin Qurbanı da zəng edib dəvət etsə də Qurban işi olduğundan onların olduqları yerə gəlməmişdir. Mübariz gələnə qədər Raminlə işlə bağlı danışıqlar aparmış, habelə hələ Mübariz gələnə qədər Ramin ondan verəcəyi puldan 3.000 manat verməyi tələb etdiyindən o da pulqabından çıxarıb sayaraq həmin pulu Raminə vermişdir. Mübariz gələnə qədər Raminlə işlə bağlı danışıq olsa da əhəmiyyət kəsb edəcək başqa hadisə baş verməmişdir. Qeyd etmişdir ki, həmin gün Raminlə görüşəndən həmin görüş qurtarana qədər üzərində videoçəkiliş və səsyazan qurğu olmuş, bütün söhbətlər qeydə alınmışdır. Mübariz gəldikdən sonra söhbət əsnasında Mübariz rəisi Rafiq Ədilovun guya 100 maşın torpağı daşımağı üçün sonuncuya onun 2.000 manat pul təklif etdiyini deməsini bildirdikdə o, Rafiqlə arasında pul barədə danışıq olmamasını demiş, belə olan halda Mübariz rəisin ona onun həmin işin müqabilində ən çoxu 2.000 manat verəcəyini düşünməsini ehtimal etdiyindən belə deməsini yəqin etmiş, habelə rəisin 100 maşın torpaq aparacağını deyib reallıqda 150 maşın aparacağını düşündüyünü deməsini bildirmiş, bundan başqa danışıq zamanı 150 deyil maksimum 120 maşın torpaq apara biləcəyini, buna görə danışıqlar zamanı o, kimi xitab etdiyi, əslində isə rəisi Rafiqi nəzərdə tutaraq sonuncunun bu iş üçün 5.000 manat pul tələb etməsini demişdir. Həmin vaxt Mübariz beş rəqəmini əli ilə göstərdikdə o, Mübarizin göstərdiyi beş barmağının nə olmasını, yəni beş yüz və ya beş min manat olmasını soruşanda Mübariz beş min manat istənilməsini demiş, o, məbləğin çox olmasına etiraz edib məbləği aşağı salmağa cəhd göstərmiş, bir qədər danışıqdan sonra 120 maşın torpağı aparmağına icazə vermələrinə görə 3.000 manat verəcəyi ilə bağlı Mübarizlə razılığa gəlmiş, lakin Mübariz yalnız rəisi ilə danışıb razılığını aldıqdan sonra dəqiq söz deyəcəyini demişdir. Bundan əlavə Mübariz həmin vaxt onların verdiyi pul müqabilində rəsmi icazə verməyəcəklərini, Ekologiya nazirliyindən yoxlama gələndə ona cərimə yazacaqlarını, pulun alınması müqabilində isə yalnız torpaq daşıdığı müddətdə onun qanunsuz əməllərinə göz yumacaqlarını, bir növ özləri cərimə etməyə təşəbbüs göstərməyəcəklərini, lakin yoxlama olduğu və ya həmin fəaliyyəti ictimailəşdiyi halda bu barədə tədbir görmək məcburiyyətində qalacaqlarını demiş, o da razılaşmışdır. Hətta həmin vaxt Ramin kəndin demaqoqlarına verəcəyi pul müqabilində bu məsələni ictimailəşdirməmələrindən ötrü sakitləşdirəcəyinə söz vermiş, daha sonra Mübariz həmin yerdən getmiş və Ramin Mübarizin ondan 3.000 manat pul istəməsini görüb özünün ondan az pul tələb etməsi qənaətinə gəlib bu işin ona veriləcək 3.000 manatla düzəlməyəcəyini, xərclərinin olduğunu ona 3.000 manatdan əlavə 3.000 manat da yəni ümumi 6.000 manat verməli olduğunu demiş, o, bir qədər etiraz etsə də Raminə ümumi 6.000 manat verməyə razı olduğunu bildirmişdir. Mübariz getdikdən 20-30 dəqiqə sonra onun xahişi ilə danışığın nəticəsi barədə Mübarizə zəng etməsini Ramindən xahiş etmiş, Ramin Mübarizə onun xahişi ilə zəng edib deyilən məbləğ barədə rəisi Rafiqlə danışıbdanışmadığını soruşanda Mübariz 3.000 manat müqabilində şifahi icazə verməyə razı olduqlarını lakin pulun bütün hissəsinin sabah verilməli olmasını demiş, o, həmin vaxt Mübarizlə danışan Raminə o qədər pulu olmadığını, cəmi 5.000 manat pulu olduğunu, həmin pulun 3.000 manatını ona, 2.000 manatını isə Mübarizə verə biləcəyini, qalanını isə torpağı aparmağa gələndə verəcəyini demiş, Ramin Mübarizlə telefonla danışarkən onların söhbətini aydın eşitdiyindən Mübarizin Raminə razılıq bildirməsini, 2.000 manatı ondan alıb özündə saxlamasını, habelə bir gün sonra onunla görüşüb həmin pulu Ramindən alacağını deməsini eşitmişdir. Telefon danışığından sonra Raminin tələbi ilə pul qabında olan özünə məxsus puldan 20 ədəd 100 manatlıq əskinasları, yəni 2.000 manat pulu sayaraq Raminə vermiş, Ramin də həmin pulu aldıqdan sonra sayıb cibinə qoymuş, daha sonra onlar həmin yeri tərk etmişdirlər. Həmin vaxtdan xx.xx.2021-ci il tarixədək bir neçə dəfə Ramin ilə aralarında telefon danışıqları olmuşdur. xx.xx.2021-ci il tarixdə KQMBİ-nin əməkdaşları üzərinə video və səs qeydə alan cihazlar quraşdırdıqdan habelə 40 ədəd 100 manatlıq pul əskinasını ona verdikdən sonra o, Raminlə əlaqə saxlayıb Göyçay rayonuna gəldiyini bildirmiş, onlar təxminən 11 radələrində Raminlə Qarabaqqal kəndi ərazisində görüşmüşlər, daha sonra ikisi birgə kənd ərazisində çayxanalardan birinə gəlmişlər, həmin yerə gələndə orada Qurban və tanımadığı adlarını sonradan bildiyi Mahir və Əli adlı şəxslər olmuşdur ki, sonradan Mahirin bələdiyyənin mühasibi, Əlinin isə bələdiyyə sədrinin müavini olmasını başa düşmüşdür. Orada olduqları müddətdə Ramin Mahirə onunla torpaq daşınması müqaviləsi bağlamaq lazım olmasını dedikdə o, Mahirin kargüzarlıq işlərini görməsini anlamışdır. Onu da qeyd etmişdir ki, həmin vaxta qədər də Raminlə aralarında olan danışıqlar zamanı verəcəyi puldan Raminin hər hansı hissəni rəsmi qaydada müqavilə bağlamaqla bələdiyyə büdcəsinə köçürəcəyi ilə bağlı aralarında danışıq olmamış, lakin həmin gün görüşəkən Ramin torpaq daşınmasını müqavilə ilə rəsmiləşdirəcəyini və verəcəyi puldan yalnız 1.500 manatı vergi kimi bələdiyyə büdcəsinə ödəyəcəyini dedikdə o da etiraz etməmişdir. Danışıq əsnasında Mahir VÖEN-i olubolmadığını soruşmuş, o isə hələ VÖEN əldə etmədiyini, müqaviləni onun adına bağlamasını demiş, Mahir də razılığını bildirmişdir. Bundan sonra onlar həmin yeri tərk etsələr də Qurban öz şəxsi işi ilə bağlı harasa getdiyindən, onlar dördü Qarabaqqal bələdiyyəsinin binasına gəlmişlər. Orada olarkən Mahirin diqtəsi ilə Əli kompyuterdə müvafiq müqaviləni tərtib edib çap etmiş, daha sonra o, müqavilədə öz adı qarşısında imza etmiş, Ramin isə sənədi imzalamaqla bələdiyyə möhürü ilə təsdiqləmişdir. Bu proses Təqsirləndirilən şəxs1 xidməti otağında olmuş, daha sonra o, Raminlə otaqdan çıxmış, Raminin tələbi ilə üzərində olan 4.000 manat puldan 25 ədəd 100 manatlıq əskinas ayırıb Raminə vermiş, Ramin qalan 1.500 manatı az sonra verməyini tapşırmış, daha sonra Əlini çağırıb verdiyi 2.500 manat puldan 1.500 manatı ayırıb həmin pulu rəsmi qaydada bələdiyyə büdcəsinə ödəyib qəbzi gətirib ona verməyini tapşırmışdır. Daha sonra Ramin işinin olmasını deyib onunla Qurbanı “Sərin məkan” kafesinə nahar etməyə göndərmiş, bir qədər sonra onlara qoşulacağını demiş, həqiqətən də o, Qurbanla birgə həmin kafeyə gəlib yemək sifariş verib nahar etməyə başlamışlar. Təxminən, yarım saat sonra Ramin yenidən onların yanına qayıtmış, Ramin stolda oturduqdan sonra pulun qalan 1.500 manatını da tələb etdikdə o, pulqabından 1.500 manat pulu 15 ədəd 100 manatlıq əskinaslar formasında saymaqla Raminə vermiş, sonuncu da pulu sayıb təhvil almış, bundan sonra elə onun yanında puldan 500 manatını sayıb Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra KQMBİ-nin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və Raminlə Qurbandan az əvvəl aldıqları pul vəsaitini vermələrini tələb etdikdə sonuncular ciblərindən müvafiq həmin məbləğlərdə pul vəsaitlərini çıxarıb həmin əməkdaşlara təqdim etmişdirlər. Şahid1 həmçinin ona ünvanlanan “İş üzrə əlavə dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində xx.xx.2021-ci il tarixdə sizinlə və Təqsirləndirilən şəxs1lə sonuncunun xahişi əsasında görüşməsini, ona heç kimin bu barədə göstəriş vermədiyini göstərmişdir. Siz bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs3 yalan danışır. İlkin ifadəsində bu barədə göstərdiyindən əlavə olaraq qeyd etmişdir ki, Mübariz həmin gün Rafiq Ədilovun tapşırığı ilə Ramin və onunla görüşmüşdür. Bu barədə məlum videogörüntüdə Rafiq özü onun yanında Mübarizə tapşırıq vermişdir. Bundan başqa Şahid1 ona ünvanlanan “ Təqsirləndirilən şəxs3 əlavə ifadəsində xx.xx.2021-ci il tarixdə Raminlə birgə sizinlə görüşərkən sizdən bu və ya digər məbləğdə pul tələb etmədiyini bildirmişdir. Sizin tərəfinizdən xx.xx.2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində məlum görüş zamanı qeydə alınmış habelə sonradan sizin tərəfindən istintaq orqanına təqdim edilmiş müvafiq videofaylın 1-ci dəqiqəsinin 27-ci saniyəsində aparılan danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 anlaşılmayan tərzdə sizə nəsə dedikdən sonra siz ondan “5000? 100 maşına 5000?” deyə soruşursunuz. Həmin vaxt Təqsirləndirilən şəxs3 nə demək istəməsi barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, görüntünün həmin hissəsində Təqsirləndirilən şəxs3 əli ilə işarə edərək ona rəisinin 100 maşın deyib 150 maşın aparacaqlarını nəzərə alaraq 5.000 manat pul tələb etməsini demiş, beş barmağı ilə 5.000 manat istəməsini ifadə etmişdir. Hətta o, təəccüblənib dəqiqləşdirmə üçün sual verdikdə sonuncu da təsdiq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs3 dedikləri yalandır. Bundan başqa Şahid1 ona ünvanlanan “Təqsirləndirilən şəxs2 əlavə dindirilərkən ifadəsində xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 sizdən alıb ona verdiyi 500 manat məbləğində pul vəsaitini əvvəldən ona olan borcu kimi verməsini bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, bunlar yalandır, Qurban özü əvvəldən əksər danışıqlarda iştirak etmiş, qanunsuz torpaq daşınmasından məlumatlı olmuş, hələ fevral ayında aparılan danışıqlar zamanı Ramin özü torpaq daşınmasına görə rüşvət istəyərkən onunun yanında olmuş, həmin vaxt Ramin alınası məbləğdən Qurbana da pay veriləcəyini elə Qurbanın yanında bildirmiş, sonuncu da buna razılığını ifadə etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə ilk olaraq 2500 daha sonra 1500 manat vəsaiti Ramin ondan alanda Qurban yanlarında olmuş, pulun rüşvət qismində alınmasını dəqiq bilmiş, habelə aparılan danışıqlar habelə 500 manat pulu Ramin Qurbana verəndə pulun əvvəl alınmış borcun geri qaytarılması kimi verilməsindən söhbət belə getməmişdir. Bundan başqa Şahid1 ona ünvanlanan “xx.xx.2021-ci il tarixdə ünvan 1ə Təbii Sərvətlər İdarəsinin inzibati binasında habelə sonradan həyətində aparılan gizli çəkilişin görüntüləri habelə həmin görüntülərə baxış keçirilməsi haqqında protokol sizə təqdim edilməklə həmin görüntülərdəki şəxslərin kimliyi, protokolda göstərilənlər yəni danışıqlar zamanı şəxslər tərəfindən işlədilmiş sözlərin doğruluğu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, videogörüntüyə baxdı, baxış protokolu ilə tanış oldu, baxış protokolunda qeyd edilənlər tam doğrudur, həmin vaxt danışıqlar onunla həmin idarənin hüquqşünası Vüqar, daha sonra idarənin rəisi Rafiq, bundan sonra, onun mobil telefonundan istifadə etməklə Təqsirləndirilən şəxs1lə Rafiq Ədilov, sonradan isə Rafiq Ədilovla onun və idarənin əməkdaşı Təqsirləndirilən şəxs3 arasında aparılmışdır. Baxış protokolunda göstərilənlərlə videogörüntüdə olan danışıqlar tamamilə uyğundur. Bundan başqa ona ünvanlanan “xx.xx.2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində sizinlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında baş tutumuş görüş zamanı aparılan gizli çəkilişin görüntüləri habelə həmin görüntülərə baxış keçirilməsi haqqında protokol sizə təqdim edilməklə həmin görüntülərdəki şəxslərin kimliyi, protokolda göstərilənlər yəni danışıqlar zamanı şəxslər tərəfindən işlədilmiş sözlərin doğruluğu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, videogörüntüyə baxdı, baxış protokolu ilə tanış oldu, baxış protokolunda qeyd edilənlər tam doğrudur. Görüş xx.xx.2021-ci il tarixdə axşam 20 radələrində Göyçay rayonu Qarabaqqal kəndi ərazisində səhv etmirsə “Sərin məkan” kafesində baş tutmuş, əvvəlcə Raminlə görüşüb bir qədər söhbət etmişlər, təxminən bir saat sonra həmin yerə Təqsirləndirilən şəxs3 gəlmiş, o, Mübariz gələnə qədər Raminə ilkin olaraq rüşvət qismində 3000 manat pul vermiş, daha sonra Təqsirləndirilən şəxs3 gəlmiş, rəisi Rafiq Ədilovun 100 maşın torpaq daşımaq adı ilə 150 maşın torpaq daşıyacaqlarını əsas gətirib 5000 pul verməli olduqlarını bildirmiş, 5000 manat istməsini əl barmaqları ilə göstərmişdir. Bunu da bildirmişdir ki, sonradan onunla danışıb 100 maşın torpağı daşımağına göz yummaları müqabilində 3000 manat verəcəyi ilə bağlı razılığa gəlsə də Mübarizə qəti fikrini bildirməmişdir, Mübariz həmin vaxt tələsdiyindən getmək istəməsini bildirmiş, o da əvvəldən bu işi guya hansısa iranlı sahibkar və onun işlərini görən onun əmisi oğlunun nümayəndəsi kimi təqdim etdiyindən onlara məlumat verib razılıq aldıqdan sonra fikrini bildirəcəyini demiş, Mübariz də razılaşıb getmişdir. Mübariz getdikdən sonra o, guya əmisinin oğluna zəng edib razılıq almış, daha sonra razı olduğunu Raminə demiş, Ramin Mübarizə öz mobil nömrəsindən zəng etmiş, onun razı olduğunu bildirmiş, həmin vaxt Raminlə Mübarizin arasında gedən danışıqdan Mübarizin belə olan halda 3000 manatın sabah bütöv verilməli olmasını deməsini başa düşmüş, Ramin ona bunu dedikdə üzərində ona daha əvvəl verdiyi 3000 manatdan başqa 2000 manat olmasını, hazırda yalnız 2000 manat verə biləcəyini demiş, qalan 1000 manatı torpağı aparmağa gələndə verəcəyini bildirmiş, Ramin dediklərini həmin vaxt mobil telefonla Mübarizə demiş, Ramin dediklərindən Mübarizin razılıq bildirməsini və pulu ona çatdırması üçün Raminə verməyini deməsini bilmişdir. Bundan sonra da 2000 manat pulu çıxarıb Mübarizə verməsi üçün Raminə vermiş, Ramin də pulu sayıb təhvil almışdır. Danışıqlar onunla Ramin və Mübariz arasında aparılmışdır, baxış protokolunda göstərilənlərlə videogörüntüdə olan danışıqlar tamamilə uyğundur. Bundan başqa Şahid1 ona ünvanlanan “Təqsirləndirilən şəxs1 nə zamansa sizə torpaq daşıyacağınız yeri bilavasitə göstərmişdirmi?” sualına cavab olaraq göstərmişdir ki, Ramin, səhv etmirsə, elə fevral ayında baş tutmuş görüşləri zamanı ona torpaq daşıyacağı yeri göstərmişdir. Həmin yer Qarabaqqal kəndi ərazisində “Mal bazar” adlı yerin yuxarı hissəsində yerləşir. Bundan başqa Şahid1 ona ünvanlanan “Sözügedən əraziyə baxış keçirilməsi haqqında protokolda olan fotoşəkillər sizə təqdim edilir. Həmin ərazi Raminin sizə təqdim etdiyi yerdirmi?” sualına cavab olaraq göstərmişdir ki, bəli, eyni yerdir. Bundan başqa Şahid1 ona ünvanlanan “xx.xx.2021-ci il tarixdə ünvan 3kdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı üzərinizdə quraşdırılan videokamera vasitəsilə qeydə alınmış videogörüntülər habelə həmin görüntülərə baxış keçirilməsi haqqında protokol sizə təqdim edilməklə həmin görüntülərdəki şəxslərin kimliyi, protokolda göstərilənlər yəni danışıqlar zamanı şəxslər tərəfindən işlədilmiş sözlərin doğruluğu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, videogörüntülər xx.xx.2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində qeydə alınmışdır. Görüntünün əvvəlində Təqsirləndirilən şəxs1lə görüşüb kənd ərazisində kafelərdən birinə gedirlər, orada Əli və Mahir adlı şəxslər habelə Qurbanla görüşürlər, orada daşınacaq torpağa görə bələdiyyə ilə müqavilə bağlamaqla bağlı söhbət gedir. Onu da bildirmişdir ki, müqavilə bağlanması barədə əvvəllər Raminlə aralarında danışıq aparılmamış, bu barədə ilk danışıq həmin gün olmuş, söhbət zamanı Qurban və Raminin edəcəkləri qanunsuz hərəkətə hüquqi don geyindirmək istəmələrini başa düşmüş, Mahir söhbət zamanı bu işin qanunsuz olmasını bildirsə də Ramin təkid etmiş, Qurban da müqavilənin tərtibi ilə bağlı zəruri məsləhətlər vermiş, Əli demək olar ki, danışıqlarda iştirak etməmişdir. Məlum olduğu kimi daha sonra oranı tərk etsələr də Qurban öz şəxsi işi ilə bağlı harasa getdiyindən onlar dördü isə Qarabaqqal bələdiyyəsinin binasına gəlmişlər. Orada olarkən Mahirin diqtəsi ilə Əli kompyuterdə müvafiq müqaviləni tərtib edib çap etmiş, daha sonra o, müqavilədə öz adı qarşısında imza etmiş, Ramin isə sənədi imzalamaqla bələdiyyə möhürü ilə təsdiqləmişdir. Bu proses Təqsirləndirilən şəxs1 xidməti otağında olmuş, daha sonra o, Raminlə otaqdan çıxmış, Raminin tələbi ilə üzərində olan 4000 manat puldan 25 ədəd 100 manatlıq əskinas ayırıb Raminə vermiş, Ramin qalan 1500 manatı az sonra verməyini tapşırmış, daha sonra Əlini çağırıb verdiyi 2500 manat puldan 1500 manatı ayırıb həmin pulu rəsmi qaydada bələdiyyə büdcəsinə ödəyib qəbzi gətirib ona verməyini tapşırmışdır. Qeyd etmişdir ki, bundan sonra Ramin işinin olmasını deyib onunla Qurbanı “Sərin məkan” kafesinə nahar etməyə göndərmiş, bir qədər sonra onlara qoşulacağını demiş, həqiqətən də o, Qurbanla birgə həmin kafeyə gəlib yemək sifariş verib nahar etməyə başlamışlar. Təxminən yarım saat sonra Ramin yenidən onların yanına qayıtmış, Ramin stolda oturduqdan sonra pulun qalan 1500 manatını da tələb etdikdə o, pulqabından 1500 manat pulu 15 ədəd 100 manatlıq əskinaslar formasında saymaqla sonuncuya vermiş, sonuncu da pulu sayıb təhvil almışdır, bundan sonra elə onun yanında həmin puldan 500 manatını sayıb Təqsirləndirilən şəxs2 vermişdir. Danışıqlar onunla Ramin və Qurban arasında aparılmışdır, baxış protokolunda göstərilənlərlə videogörüntüdə olan danışıqlar tamamilə uyğundur. Bundan başqa Şahid1 ona ünvanlanan “xx.xx.2021-ci il tarixdə tərtib edilmiş habelə sonradan sizinlə Ramin tərəfindən imzalanmış müqavilədə tarix kimi xx.xx.2021-ci il göstərilmişdir. Həmin müqavilənin xx.xx.2021-ci il tarixə deyil xx.xx.2021-ci il tarixə tərtib edilməsi nə ilə bağlı olmuşdur?” sualına cavab olaraq göstərmişdir ki, bunu hansı səbəbdən etməsi ona məlum olmasa da müqaviləyə tarix kimi xx.xx.2021-ci il tarixi qeyd etməyi Ramin Mahirlə Əİiyə onun yanında tapşırmışdır. Bundan başqa Şahid1 ona ünvanlanan “Siz Ramin, Mübariz və Qurban tərəfindən ümumilikdə sizdən istənilən və alınan 9000 manat məbləğində pulun kimlər arasında hansı qaydada bölünəcəyini bildirdinizmi?” sualına cavab olaraq bildirmişdir ki, danışıqlar zamanı Mübarizin özü və təmsil etdiyi idarə üçün 3000 manat tələb etməsindən bilmişdir ki, 9000 manatdan 3000 manat ekologiya idarəsinə çatacaqdır. Raminə verdiyi puldan Qurbana çatacağını bilsə də başqa kimə hansı miqdarda pul çatacağını bilməmişdir. Bundan başqa Şahid1 ona ünvanlanan “Təqsirləndirilən şəxs1 ifadəsində sizdən aldığı puldan 1500 manatı bələdiyyə büdcəsinə ilkin olaraq keçirsə də qalan puldan 3000 manatı da bələdiyyə büdcəsinə keçirəcəyini bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, bunlar yalandır, həmin 1500 manat pulu bələdiyyə büdcəsinə keçirməklə bağlı danışıq da ilk dəfə xx.xx.2021-ci il tarixdə olmuşdur. Əslində əvvəlcədən özü və əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün 6000 manat pulu rüşvət qismində istəmişdir, lakin düşünür ki, qanunsuz əməli pərdələmək üçün xx.xx.2021-ci il tarixdə saxta müqavilə bağlamaqla bələdiyyə büdcəsinə pul keçirmişdir. Bundan başqa Şahid1 ona ünvanlanan “Təqsirləndirilən şəxs1 ifadəsində sizin ona xx.xx.2021-ci il tarixdə zəng edərək ekologiya idarəsindən artıq razılıq aldığınızı göstərdiyinizi, buna görə sizə icazə verməyə razı olduğunu göstərmişdir. Siz bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, təbii ki, bu yalandır, təqdim etdiyi videogörüntüdən də görünür ki, Rafiq Ədilov icazə vermədikdə o, Təqsirləndirilən şəxs1 zəng edir, Ramin özü Rafiqlə onun telefonundan danışıb sonuncunu razı salmağa çalışır, nəticədə X4rla danışığa göndərir. Habelə digər görüntüdən də Mübarizin Raminin yanında onunla 3000 manata razılığa gəlməsi görünür. Bundan başqa o, ekologiya ilə razılığa gəlmişdirsə Raminin dəfələrlə zəng edib Mübarizi olduqları yerə çağırması məntiqsiz olardı. Odur ki, Raminin dedikləri tamamilə yalandır. İfadəsi elan olunduqdan və tədqiq olulnduqdan sonra Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və həmin ifadəsində göstərmişdir ki, 2003-cü ildən hazırkı vaxtdadək qeyd etdiyi vəzifədə işləyir. xx.xx.2021-ci il tarixədək Şahid1 tanımamış, onunla görüşməmiş və danışmamışdır. Qeyd etdiyi tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək İlham adlı bir nəfərin Qarabaqqal kəndi ərazisindən kərpic istehsalı üçün torpaq daşımaq istədiyini bildirmiş, bu işdə kömək etməyini, yəni torpaq daşımağına işlədiyi idarənin icazə verməsində yardımçı olmağını xahiş etmişdir. Sonradan hazırda xatırlamadığı mobil nömrədən Şahid1 özü onun ***-***-**-** mobil nömrəsinə zəng etmiş, özünü ona təqdim edib Ramin deyən adam olmasını bildirmiş, torpaq daşınmasına razılıq verilməsində köməklik göstərilməsini xahiş etmiş, həmin danışıq zamanı o, rəhbərliklə danışıb bir söz deyəcəyini İlhama bildirmişdir. Həmin gün Şahid1la arasında bir neçə danışıq olmuş, o, apardığı danışıqlar barədə rəisinə məlumat vermiş, sonuncunun razılığı ilə Şahid1 növbəti gün işlədiyi şöbəyə gəlmiş, şöbə rəisi habelə Təqsirləndirilən şəxs3lə həmin şöbədə danışsa da o, bu danışıqlarda iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Şahid1 adlı şəxs onların idarəsinə gəlmiş, həmin günü tərtib olunan müqavilə Şahid1 tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 onu çağırmış və 1500 manat pul verərək vergini ödəməsini ona tapırmışdır. O, ilk əvvəl razılaşmamış və bildirmişdir ki, vergini vətəndaş özü ödəməli və çeki də özündə saxlamalıdır ki, soruşan olnda göstərə bilsin. Sonra həmin pulu götürüb bələdiyyənin mühasibi Şahid3 yanına getmiş, oradan poçtla əlaqə saxlamış və poçtdan da bildirimişdir ki, vergini poçta ödəmək olar. Həmin vaxt o, mədən vergisinin tədiyyə bildirişini və Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini götürüb poçta getmiş, pulu ödəyib çeki gətirib seyfə qoymuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hazırlanan müqavilənin tarixi 5 aprel yazılsa da, əslində 16 aprel tarixinə yazılmalı idi, texniki səhv nəticəsində 5 aprel tarixi yazılmışdır. Həmin vaxt Şahid1 cibindən 1500 manat pulu çıxarıb sayıb Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 də 1500 manat pulu ona vermişdir. Mədən vergisini ödəmək üçün o da 1500 manatı aparıb poçta ödəmişdir. O, 2500 manat pulun Təqsirləndirilən şəxs1 verilməsini görməmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid2 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə keçirilmiş seçkilərdə Qarabaqqal bələdiyyəsinin üzvü, xx.xx.2020-ci il tarixdə keçirilən ilk bələdiyyə iclasında bələdiyyə sədrinin müavini seçilmişdir. Baş vermiş hadisə barədə bildirmişdir ki, Şahid1 adlı şəxsi tanımamış, onu əvvəllər görməmiş, ilk dəfə onu xx.xx.2021-ci il tarixdə Qarabaqqal kəndi ərazisində bələdiyyənin mühasibi Şahid3 ilə birgə oturub çay içdikləri zaman bələdiyyə sədri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la həmin yerə gələrkən görmüş, onun bələdiyyənin ərazisindən torpaq götürmək istəməsindən də orada xəbər tutmuşdur. Bildirimişdir ki, təxminən həmin gün saat 13 radələrində Şahid3la çayxanada olduqları vaxt Ramin mobil telefonla Mahirə zəng edib harada olduğunu dəqiqləşdirib ona heç nə demədən olduqları yerə gəldiyini bildirmiş, az sonra Ramin icra nümayəndəsi Təqsirləndirilən şəxs2 və yanında tanımadığı bir nəfərlə həmin yerə gəlmişdir. Söhbət əsnasında həmin şəxsin adının İlham olmasını, onun bələdiyyə ərazisindən kərpic kəsmək üçün yük maşınları ilə torpaq daşımaq istəməsi ona məlum olmuşdur. Ramin Mahirə bununla bağlı müqavilə tərtib etmək lazım olduğunu demiş, söhbət əsnasında Mahir həmin İlham adlı şəxsdən bu işi görmək üçün şirkət yaradıb-yaratmadığını, müqavilənin kimin və ya hansı şirkətin adına tərtib edilməli olmasını dedikdə İlham şirkət yaradılmadığını, müqavilənin özünün adına tərtib edilməli olmasını demiş, Ramin də razılıq bildirmişdir. Həmin torpağın daşınması ilə bağlı Təqsirləndirilən şəxs1lə İlham adlı şəxsin hansı formada razılığa gəlməsi, İlham tərəfindən Raminə və ya başqa şəxsə bu və ya digər məbləğdə pul verilib-verilməməsi həmin vaxta qədər ona məlum olmamış, aralarındakı sövdələşmə barədə yanlarında hər hansı söhbət edilməmişdir. Habelə müqavilənin tərtibinə görə Ramin ona və ya Mahirə hər hansı məbləğdə pul vəd etməmiş və verməmişdir. Bir qədər çayxanada oturduqdan sonra hamısı birgə çayxanadan birbaşa Qarabaqqal bələdiyyəsinin inzibati binasına gəlmişlər, daha sonra hazır şablon əsasında o, Şahid3 diqtəsilə müqavilə tərtib etməyə başlamışdır. Müqavilə fiziki şəxs Şahid1la bələdiyyə sədri Təqsirləndirilən şəxs1 arasında bağlanmış, müqavilənin müddəti aprel ayının sonuna qədər müəyyən edilmiş, müqaviləyə əsasən Qarabaqqal bələdiyyəsi ərazisindən daşınacaq torpağın bir m3 görə bələdiyyə büdcəsinə 1 manat pul ödənilməli olması müəyyən edilmişdir. Müqavilənin digər şərtləri isə şablona uyğun dəyişdirilmədən saxlanmışdır. Müqavilə tərtib edildikdən sonra Təqsirləndirilən şəxs1 ona İlham adlı şəxsin 100 maşın ümumilikdə 1500 m3 torpaq daşıyacağını, həmin torpağın daşınmasına görə vergini də indi ödəmək istədiyini bildirmiş və ondan tədiyyə bildirişi hazırlamasını tələb etmiş, yenidən o, Şahid3 diqtəsilə kompyuterdə tədiyyə bildirişini tərtib etmiş, həmin bildirişdə 1500 m3 torpağa görə 1500 manat mədən vergisi ödənilməli olmasını göstərmişdir. Qeyd edim ki, bundan sonra Şahid1la Təqsirləndirilən şəxs1 otaqdan dəhlizə çıxmışlar, yalnız həmin vaxt o, Şahid1 sayaraq 100 manatlıq əskinaslarla 2500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 verməsini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 İlhamdan aralanıb həmin tədiyyə bildirişini və İlhamdan aldığı 2500 manat puldan sayaraq 1500 manatı ona verib poçta gedib pulu ödməyini xahiş etmiş, o da poçta gedib pulu ödəyib geri qayıtmışdır. Geri qayıdanda Qurban, Ramin və İlham orada olmamışdırlar. Pulu ödəməyi barədə qəbzi seyfə qoymuş, bir qədər sonra isə bələdiyyə binasına KQMBİ-nin əməkdaşları gəlmişlər, həmin vaxt artıq Qurbanla Raminin saxlanılması ona məlum olmuşdur. Şahid2 həmçinin ona ünvanlanan müqavilənin xx.xx.2021-ci il tarixdə hansı səbəbdən geri tarixdə yəni xx.xx.2021-ci il tarixə tərtib edilməsini bu barədə Təqsirləndirilən şəxs1 ona göstəriş verməsi ilə əsaslandırmış, əlavə etmişdir ki, müqavilənin tərtibində o, yalnız texniki funksiya yerinə yetirmiş, mahiyyəti ilə bağlı heç bir düzəlişi, əlavəsi olmamışdır. Bundan başqa müqavilənin tərtibinə görə hər hansı maddi təmənnası olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay rayonu Qarabaqqal kənd bələdiyyəsində mühasib işləyir, Şahid1 tanımamışdır. Eşitdiyinə görə Təqsirləndirilən şəxs1 torpaq verərək qarşılığında İlham adlı şəxsdən pul almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şahid1la bağlı xidmət müqaviləsi tərtib olunmuş, lakin müqaviləni o, tərtib etməmişdir. Yalnız müqavilənin yazılış qaydasını göstərmiş, müqaviləni Şahid2 tərtib etmişdir. Müqavilə 16 aprel 2021-ci ildə yazılmışdır. Onun pul söhbəti barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ondan müqavilə yazmaq üçün kömək istəmiş, o da müqavilənin yazılış qaydasında Şahid2 köməklik göstərmişdir, lakin pul söhbətində iştirak etməmişdir. Ancaq qəbzi görmüşdür. Şahid2 pulu poçta ödədikdən sonra ona qəbz gətirmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai araşdırma zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, 2001-ci ildən Qarabaqqal bələdiyyəsində mühasib vəzifəsində işləyir. Şahid1 adlı şəxsi tanımamış, onu əvvəllər görməmiş, ilk dəfə onu xx.xx.2021-ci il tarixdə Qarabaqqal kəndi ərazisində bələdiyyə sədrinin müavini Şahid2 ilə birgə oturub çay içdikləri zaman Ramin və Qurbanla həmin yerə gələrkən görmüş, onun bələdiyyə ərazisindən torpaq götürmək istəməsindən də orada xəbər tutmuşdur. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Şahid2la çayxanada olduqları vaxt Ramin mobil telefonla zəng edib harada olduğunu dəqiqləşdirib ona heç nə demədən olduğu yerə gəldiyini bildirdikdə o, razılaşmış, az sonra Ramin icra nümayəndəsi Təqsirləndirilən şəxs2 və yanında tanımadığı bir nəfərlə həmin yerə gəlmişdir. Söhbət əsnasında həmin şəxsin adının İlham olması, onun bələdiyyə ərazisindən kərpic kəsmək üçün yük maşınları ilə torpaq daşımaq istəməsi ona məlum olmuş, Ramin bununla bağlı müqavilə tərtib etmək lazım olduğunu bildirmişdir. Onu da bildirmişdir ki, vəzifə funksiyasına müqavilə tərtibi aid olmasa da işlədiyi Qarabaqqal bələdiyyəsində bu işi həmişə o, gördüyündən Ramin də bunu ona tapşırmışdır. Söhbət əsnasında o, həmin İlham adlı şəxsdən bu işi görmək üçün şirkət yaradıb-yaratmadığını, müqavilənin kimin və ya hansı şirkətin adına tərtib edilməli olmasını soruşduqda İlham şirkət yaradılmadığını, müqavilənin özünün adına tərtib edilməli olmasını demiş, Ramin də razılıq bildirmişdir. Həmin torpağın daşınması ilə bağlı Təqsirləndirilən şəxs1lə İlham adlı şəxsin hansı formada razılığa gəlməsi, İlham tərəfindən Raminə və ya başqa şəxsə bu və ya digər məbləğdə pul verilib-verilməməsi ona məlum olmamışdır. Habelə müqavilənin tərtibinə görə Ramin ona hər hansı məbləğdə pul vəd etməmiş və verməmişdir. Bir qədər çayxanada oturduqdan sonra hamısı birgə çayxanadan birbaşa Qarabaqqal bələdiyyəsinin inzibati binasına gəlmişlər, daha sonra hazır şablon əsasında Şahid2 onun diqtəsilə müqavilə tərtib etməyə başlamış, müqavilə fiziki şəxs İlhamla bələdiyyə sədri Ramin arasında bağlanmış, müqavilənin müddəti aprel ayının sonuna qədər müəyyən edilmiş, müqaviləyə əsasən Qarabaqqal bələdiyyəsi ərazisindən daşınacaq torpağın bir m3 görə bələdiyyə büdcəsinə 1 manat pul ödənilməli olması müəyyən olunmuş, müqavilənin digər şərtləri isə şablona uyğun dəyişdirilmədən saxlanılmışdır. Müqavilə tərtib edildikdən sonra Təqsirləndirilən şəxs1 ona İlham adlı şəxsin 100 maşın ümumilikdə 1500 m3 torpaq daşıyacağını, həmin torpağın daşınmasına görə vergini də indi ödəmək istədiyini bildirib tədiyyə bildirişi hazırlamağını tələb etmiş, yenidən onun diqtəsilə Əli kompyuterdə tədiyyə bildirişini tərtib etmişdir. Həmin bildirişdə 1500 m3 torpağa görə 1500 manat mədən vergisi ödənilməli olması göstərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin bildirişi və 1500 manat cibindən çıxardığı pulu Şahid2 verib poçta gedib vergini ödəməsini xahiş etmiş, Əli də bundan sonra yaxınlıqdakı Qarabaqqal poçt şöbəsinə gedib bildiriş əsasında vergini tam ödəyib qəbzi gətirib Raminə təhvil vermişdir. Bundan sonra Ramin İlham və Qurban ilə birgə getmiş, bir qədər sonra isə bələdiyyə binasına KQMBİ-nin əməkdaşları gəldikdə o, Qurbanla Raminin saxlanılmasını bilmişdir. Şahid3 ifadəsində həmçinin İlham və Təqsirləndirilən şəxs1 arasında bağlanmış müqavilənin mətnində torpağın 1 m3 görə 1 manat mədən vergisi ödənilməli olmasını şablona uyğun qeyd etməsini bildirmişdir. Müqavilədə qeyd edilən torpağın Qarabaqqal bələdiyyəsinə aid dağlardan daşınacağı barədə müddəanı Raminin göstərişi ilə Əliyə diqtə etməsini bildirmiş, lakin, torpağın konkret olaraq haradan daşınacağı ona məlum olmamışdır. Müqavilənin hansı səbəbdən xx.xx.2021-ci il tarixə tərtib edilməsindən məlumatı olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Şahid1 həmin tarixdə yazılı ərizə ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək Göyçay rayonu Qarabaqqal kənd Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 və Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs2 qanunsuz əməllərinin müəyyən edilərək onların məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir (cild 01, iş vər. 10). Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin xx.xx.2021-ci il tarixli 5(001)-158/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qərar qəbul edildiyi gündən 06 (altı) ay müddətinə texniki vasitələrdən istifadə edilməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir (cild 01, iş vər. 15-17). Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin hakimi Mahirə Kərimovanın xx.xx.2021-ci il tarixli 5(001)-445/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrələri ilə aparılan danışıqlar üzrə 1 ay müddətinə qulaqasma əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə icazə verilmişdir (cild 02, iş vər. 123-124). Cinayət işinin materiallarında olan 16 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə əməliyyatçısı, İİ dərəcəli hüquqşünas X30 üzərində xüsusi maddə ilə “Rüşvət 2021” sözləri yazılmış 1.A32548302, 2.C01101920, 3.C41419676, 4.A44094413, 5.C58186861, 6.D17306456, 7.A75747250, 8.C50744991, 9.A88002382, 10.D19794951, 11.A52343239, 12.C93518276, 13.C08906279, 14.A28100451, 15.A92748363, 16.C35171967, 17.A04807435, 18.A51691480, 19.A09646466, 20.C63393747, 21.A24173528, 22.A10033079, 23.A83312342, 24.A42708618, 25.C42744344, 26.C84210854, 27.A64986864, 28.C56669997, 29.A08476773, 30.A29427489, 31.C03006483, 32.A02239014, 33.C69559915, 34.C16022060, 35.A05433832, 36.A61127335, 7.A60103461, 38.B06265941 nömrəli 40 ədəd 100 manatlıq pul əskinasları Şahid1 verilmişdir (cild 01, iş vər. 22-23). Cinayət işinin materiallarında olan 16 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 16 aprel 2021-ci il tarixdə saat 14:50 dəqiqədə Göyçay rayonu, Qarabaqqal kənd bələdiyyəsinin yerləşdiyi Qarabaqqal kənd bələdiyyəsinin inzibati binasının qarşısına gəlinmiş, daha sonra göstərilən əməliyyatda iştirak edən şəxslər binaya daxil olub və dəhlizlə hərəkət edərək Göyçay rayonu, Qarabaqqal kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs1 özünü təqdim edərək xidməti otağında olan rəfləri açaraq rəfdə, iş masasınının üzərində, dəmir seyfdə olan sənədləri baxış iştirakçılarının iştrakı ilə təqdim etməsi xahiş olunduğundan Təqsirləndirilən şəxs1 özünü təqdim etdikdən sonra qeyd olunan sənədləri bir-bir baxış iştrakçılarının iştirakı ilə təqdim etmişdir. Həmin sənədlərə baxış keçirərkən Cəlilabad rayonu, Zəhmədabad kənd sakini Şahid1la 05 aprel 2021-ci il tarixdə müəyyən pul qarşılığında bağlanmış müqavilə aşkar olunmuşdur. Baxışda iştirak edən Qarabaqqal bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 Şahid1 tərəfindən 100 ədəd yük maşını torpaq kütləsinin daşınması qarşılığında aldığı 9.000 manatdan 1.000 manatını Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi X26, 500 manatını Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs2, 2000 manatını Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına verərək qalan hissəsini şəxsi ehtiyaclarına istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təqdim etməsi xahiş olunmuş, Təqsirləndirilən şəxs1 rüşvət qismində aldığı puldan hazırda ona çatan 1.000 manatı sağ cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin pul əskinazlarına xüsusi işıqla baxıldıqda 10 ədəd 100 manatlıq əskinazların üzərində “Rüşvət 2021” yazısı aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu demiş və iş otağında olan əhəmiyyət kəsb edən digər sənədləri araşdırmaya təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 sağ cibindən çıxarılmış 10 ədəd 100 manatlıq pul əskinazları, 01 ədəd şəxsi istifadəsində olan notbuk, qeyd dəftəri və təqdim etdiyi müxtəlif sənədlər qablaşdırılaraq protokola əlavə edilmişdir. Qarabaqqal kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 sağ cibindən çıxararaq təqdim etdiyi 10 ədəd 100 manatlıq pul əskinazlarının nömrələri aşağıdakılardır:C69559915, A08476773, C16022060, A52343239, C93518276, C58186861, A02239014, A61127335, A05433832, A29427489 (cild 01, iş vər. 34-36). Cinayət işinin materiallarında olan 16 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 16 aprel 2021-ci il tarixdə saat 15:35 dəqiqədə Göyçay rayonu, Qarabaqqall kənd bələdiyyəsinin inzibati binanın yanında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qarşısına gəlinmişdir. Daha sonra göstərilən əməliyyatda iştirak edən şəxslər binaya daxil olmuş və dəhlizlə hərəkət edərək Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olmuşdurlar. Bundan sonra Təqsirləndirilən şəxs2 özünü təqdim edərək xidməti otağında olan rəfləri açıb rəfdə, iş masasınının üzərində, dəmir seyfdə olan sənədləri və üzərində olan sənədləri baxış iştirakçılarının iştrakı ilə təqdim etməsi xahiş olunmuş, Təqsirləndirilən şəxs2 özünü təqdim etdikdən sonra xidməti otağında olan sənədləri və üzərində olan pul əskinazlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 cibindən çıxan 05 ədəd 100 manatlıq əskinazların ona 16 aprel 2021-ci il tarixdə Qarabaqqal kənd bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 tərəfindən saxlaması üçün verildiyini və həmin pulların Təqsirləndirilən şəxs1 kim tərəfindən verilməsindən məlumatı olmadığını bildirmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təqsirləndirilən şəxs2 sağ döş cibindən çıxararaq təqdim etdiyi 05 ədəd 100 manatlıq pul əskinazlarının seriya və nömrələri aşağıdakılardır: A60103461, B06265941, C03006483, A67865717, A06582748 (cild 01, iş vər. 37-38). Cinayət işinin materiallarında olan 16 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 16 aprel 2021-ci il tarixdə Göyçay rayonu, Qarabaqqal kənd bələdiyyəsindən çıxaraq bələdiyyə sədri Təqsirləndirilən şəxs1 iştirakı ilə Qarabaqqal bələdiyyəsi ilə Şahid1 arasında bağlanmış müqavilə ilə torpaq daşınması nəzərdə tutulan əraziyə gəlinmişdir. Həmin torpaq sahəsi Bakı-Şamaxı yolundan təxminən 01 km aralıda Qarabaqqal kənd ərazisində yerləşir. Həmin torpaq sahəsinə baxış keçirərkən torpaq sahəsinin müxtəlif şəxslər tərəfindən qazılaraq daşınması məlum olmuşdur. Baxışda iştirak edən Qarabaqqal bələdiyyə sədri Təqsirləndirilən şəxs1 Cəlilabad rayon sakini Şahid1 ümumilikdə 9.000 manat pulu göstərdiyi torpaq sahəsindən torpağın daşınması üçün rüşvət kimi aldığını bildirmişdir (cild 01, iş vər. 39-40). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Şahid1 tərəfindən təqdim edilmiş sonuncu ilə Təqsirləndirilən şəxs1 və digər şəxslər arasında müxtəlif tarixlərdə aparılmış telefon danışıqlarına dair özü tərəfindən qeydə alınmış və təqdim edilən səs yazıları olan 1 ədəd “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilən diskdə 06 ədəd qovluq vardır. Qovluqların adları aşağıdakı kimidir: “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”, “xx.xx.2021”. xx.xx.2021 adlı qovluqda 7 ədəd aşağıdakı səs faylları vardır: WhatsApp Audio 2021-02-07 at 06.08.29, WhatsApp Audio 2021-02-07 at 23.45.11, WhatsApp Audio 2021-02-07 at 23.45.44, WhatsApp Audio 2021-02-07 at 23.45.45 (1), WhatsApp Audio 2021-02-07 at 23.45.45, WhatsApp Audio 2021-02-07 at 23.45.46, WhatsApp Audio 2021-02-07 at 23.46.33. WhatsApp Audio 2021-02-07 at 06.08.29 adlı səs faylına baxış keçirilən zaman Şahid1 həmin danışığın Təqsirləndirilən şəxs1lə onun arasında xx.xx.2021-ci il tarixdə aparılmasını bildirdi. Danışıqların məzmunu aşağıdakı kimidir. Şahid1 (bundan sonra İ. Ə.): Salam əleyküm. Təqsirləndirilən şəxs1 Bələdiyyə sədri (bundan sonra R. N.): Salam. İ. Ə.: Ramin müəllim necəsiz? R. N.: Sağ olun yaxşı olasız. İ. Ə.: İlham idi e size narahat edən. R. N.: Hə, hə İlham. Nətərsən? İ. Ə.: Allah razı olsun, qardaş bir xəbər çıxmadı. R. N.: Deyirəm məsələ nədi e, burda problem yoxdu e, düzələsi işdi. Ora da demişəm, bura da demişəm, prosto ekologiya ilə danışıram, ekologiya deyir ki, nazirliyin özünün yoxlaması var. İ. Ə.: Mən ekologiyanın hörmətin eləyərəm, sənə eləyərəm, sən ekologiya ilə danış. R. N.: Bildim e, onsuzda hörmət olunacaq e onu qoyduq qırağa, deyir ki, nazirliyin yoxlaması var bizim rayonda ... İ. Ə.: Müdiriyyət məndən soruşurdu ona görə mən dedim ki, olara bir xəbər deyərəm. R. N.: Yo yo yo, o iş bu dəqiqə çətindi, danışmışam, lap istəyirsən nömrəsində verim özün də danış. İ. Ə.: Kim ilə? R. N.: Ekologiya ilə. İ. Ə.: Yox, ekologiya ilə mən nə danışacam, ekologiya mənlik deyil. R. N.: Yox, nəyə görə deyirəm, çünki o kişi ... İ. Ə. : Bildim, sən onunla danış, onun hörməti nədi, mən sənə verim sən apar ver ona, heç olmasa mən əvvəl-əvvəl gətirim mən, day sex açılırda burda mən dayanmayım, burda öz işimi görüm. R. N.: Sabah birdə əlaqə saxlayarıqda onunla, sabah birdə yığ məni. İ. Ə. : Hörmətini eləyərəm onun, amma sənə verərəm də sən ver, mən onu tanımayımda, mən onunla gedib nə danışacam ki? R. N. : Bildimdə onsuzda elə olacaqda, elə iş olur? İ. Ə.: yaxşı gözləyirəm zəngini. WhatsApp Audio 2021-02-07 at 23.45.11 adlı səs faylına baxış keçirilən zaman Şahid1 həmin danışığın Təqsirləndirilən şəxs1lə onun arasında xx.xx.2021-ci il tarixdə aparılmasını bildirdi. Danışıqların məzmunu aşağıdakı kimidir: İ. Ə.: Bəli, Ramin müəllim. R.N.: Ə deyirəmdə deyirki, hələki mümkün deyil, mümkün olanda deyəcəm. İ. Ə.: Bəs nə vaxtda? Mən işimi bilim, mən uje Allaha and olsun pis vəziyyətdə qalırame Ramin müəllim. R. N.: 1 həftəyə zada dedi deyəcəm. Sən eşidirsən? Sən o boyda iş görürsən ekologiya nazirliyində, orda, burda adamın yoxdu? Hörmətini elə qalan işləri mən danışımda. İ. Ə.: Yox, burdan elə bir tanışım yoxdur da ona görə. R. N.: Sən maraqlan. İ. Ə.: Sən Vüsal müəllim ilə danış, lazımdırsa gəlim ora onun hörmətini eləyək, ... R.N: O kimdiye guya, o da müdirinə deyir də İ.Ə: Başa düşmədim. R.N: Müdirin işçisidi də o, müdirinə deyir. O da deyib müdirinə, müdir deyib tələsmə hələ, yoxlama var. Sən özün maraqlan, mən də maraqlanıram da burda. İ.Ə.:Bildime gəlib hörmətin eliyərdik, gedib işimizi görərdik də. R.N:Sən özün də maraqlan oralarda. İ. Ə.: Yaxşı. WhatsApp Audio 2021-02-07 at 23.45.44 adlı səs faylına baxış keçirilən zaman Şahid1 həmin danışığın xx.xx.2021-ci il tarixdə onunla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqşünası Vüsalı İsmayılov arasında aparılmasını bildirdi. Danışıqların məzmunu aşağıdakı kimidir: Vüsal İsmayılov(bundan sonra V.İ): Bəli. İ. Ə.: Alo, salam əleyküm. V.İ.: Əleyküm salam. İ. Ə.: Səhv eləmirəmsə, Rüstəm müəllimlə danışıramda. V.İ.: Bəli. İ. Ə.: Ramin müəllim verdiye sizin nömrəni. V.İ.: Hansı Ramin müəllim? İ. Ə.: Göyçaydan. V.İ.: Göyçayda Ramin müəllim çoxdu e. İ. Ə.: Bələdiyyə sədri. V.İ.: Hə, Qarabaqqal Ramin müəllim. İ. Ə.: Bəli V.İ.: Hə, eşidirəm müəllim. İ. Ə.: Müəllim biz ordan, o qoz torpaq deyirlər ondan gətirmək istəyirdik, dedilərki bəs Ramin müəllimdən icazə alın, bəs yoxlama var, nə var, onunla bağlı zəng eləmişdim. Yəqin ki, Ramin müəllim sizə deyib də nə var nə yox. V.İ.: Hə, vallah mümkün deyile o, siz onu nə edirsizki? Hara aparırsız? İ. Ə.: Mən Bakıya, Biləcəriyə gətirəcəm. V.İ.: Yox, vallah mümkün deyile bu dəqiqə o. İ. Ə.: Bəs nə vaxt mümkün olar o? V.İ.:Vallah qoy rəhbərliyə, zada deyək görək nə deyirlər, bəlkə rəsmi aldıq onu. Xəbər eləyərik sizə. Siz özünüz Göyçaylısız? İ. Ə.: Xeyr, mən özüm Cəlilabadlıyam. V.İ.: Onu biz sizə xəbər edərik, indi mümkün deyil, mən Ramin müəllimə dedim axı o gün. İ. Ə.: Bildim e, məndə sexi təzə açmışam. V.İ.: Vallah mümkün deyile elə bir şey. İ. Ə.: Müəllim, gəlin üzbəüz söhbət eləyək. V.İ.: Vallah o iş düz gələn deyile. İ. Ə.: Niyə, müəllim? V.İ.: Bir dəqiqə dayanın. İ. Ə.: Yaxşı. WhatsApp Audio 2021-02-07 at 23.45.45 (1) adlı səs faylına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1lə Şahid1 arasında danışıq aparılması aşkar edildi: R. N.: Bəli. İ. Ə.: Salam Ramin müəllim, Necəsiz, nə var nə yox? R. N.: Sağ ol, yaxşı olasan. İ. Ə.: İlham idi. R. N.: Hə, hə, eşidirəm İlham. İ. Ə.: Nə var, nə yox? Can, baş. R. N.: Salamatçılıq. İ. Ə.: Danışmadın? R. N.: Danışmışame, deyirki qardaş bu yoxlamalar getməsə heç nə kömək edə bilmirik. Deyir gedəndən sonra bəlkə nə isə bir şey eləyərik. İ. Ə.: Hörmətində eləsək kömək edə bilməyəcək? R. N.: Yox e, deyir yoxlamamız var, nazirlikdən yoxlamalar var, onlar gedəndən sonra nəsə bir şey eləyərik. İ. Ə.: Ekologiyadırda, hə? R. N.: Hə. İ. Ə.: Bəs mənim işim dayanır, onu necə eləyim mən? R. N.: Heç nə, ona nə eləmək olar, qərar verməsə, elə şey olur? Mümkün deyil e, iş olarlıqdı. İ. Ə.: Həqiqi? R. N.: 100 faiz. İ. Ə.: Nömrəsin bəlkə verəsən, özümüz danışaq? R. N.: Verirəm gözlə. WhatsApp Audio 2021-02-07 at 23.45.45 adlı səs faylına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1lə Şahid1 arasında danışıq aparılması edildi: R. N.: Alo İ. Ə.: Ramin müəllim, səni mən niyə narahat eləyirəm, sən onunla 100 maşını 1 həftəyə razılaşdır. R. N.: Qardaş bu deyirki, eləyə bilmirik biz, 1 həftə gözlə ondan sonra məlumat verəcək. İ. Ə.: Bildim e bildim, Vüsal müəllimə denənki, müdiriyyəti ilə danışsın, lazımdırsa gələk görüşək hörmətində eləyək. R. N.: Telefon söhbəti deyil, axşamtərəfi gələcəm söhbət eləyərik. İ. Ə.: Yaxşı, gözləyirəm onda zəngini. WhatsApp Audio 2021-02-07 at 23.45.46 adlı səs faylına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1lə Şahid1 arasında danışıq aparılması edildi: R.N.: Alo. İ. Ə.: Ramin müəllim. R. N.: Hə. İ. Ə.: Demək danışdım, nəsə bu eləbil çəkinir, dobro vermir. R. N.: Nə dedi e? İ. Ə.: Deyir, qoy bir rəhbərliklə danışım nəbilim rəsmiyyətə alaq, nəistiyir, nəyə alıralsın da bezproblem, mənim üçün heç bir problem yoxdur. R. N.: Dayan, dayan məni yığır elə qoy danışım onunla. İ. Ə.: Yaxşı. WhatsApp Audio 2021-02-07 at 23.46.33. adlı səs faylına baxış keçirilən zaman Təqsirləndirilən şəxs1lə Şahid1 arasında danışıq aparılması edildi: R. N.: 538 İ. Ə.: Nə ilədir, müəllim? R. N.: 50 ilə. 46-49. Vüsal müəllimdir, denən Ramin müəllim verib nömrəni. İ. Ə.: Müəllim, gör nə deyirəm. Özündə bir dənə yığ denən dostumuzdu. R. N.: Demişəm e, mən hər tərəfli sözümü demişəm, bir dənə sən də danış. İ. Ə.: Yaxşı, adı nəidi? R.N.: Vüsal müəllim. xx.xx.2021 adlı qovluqda 4 ədəd aşağıdakı səs faylları vardır: WhatsApp Audio 2021-04-15 at 11.00.16 (1), WhatsApp Audio 2021-04-15 at 11.00.16 (2), WhatsApp Audio 2021-04-15 at 11.00.16 (3), WhatsApp Audio 2021-04- 15 at 11.00.16 Həmin səs fayllarına baxış zamanı səs fayllarındakı danışıqlardan üçünün 8 saylı regional ekologiya idarəsinin adını bilmədiyi əməkdaşı ilə bir danışığın isə həmin idarənin Rafiq adlı rəisi ilə onun arasında aparılmasını, idarənin əməkdaşının adını hazırda xatırlamadığını lakin onun mobil nömrəsini Raminin ona verməsini bildirdi. WhatsApp Audio 2021-04-15 at 11.00.16 (1) adlı səs faylına baxış zamanı Şahid1 həmin danışığın onunla regional idarənin tanımadığı əməkdaşı arasında xx.xx.2021-ci il tarixdə aparılmasını bildirdi. Danışığın məzmunu aşağıdakı kimidir: Ekologiya(bundan sonra E.): Bəli. Şahid1(bundan sonra İ. Ə.): Salam. E.: Salam. İ. Ə.: Bağışlayın, müəllim, sizin nömrəni Ramin müəllim verdiye. E.: Buyurun. İ. Ə.: Ekologiyadandır da, səhv eləmirəmsə. E.: Bəli İ. Ə.: Mən Ramin müəllim ilə danışmışdım, o, dediki bəs ekologiyadan sizinlə danışmaq istəyirlər. Ona görə mən zəng vurdum sizə. E.: Kim idi, üzr istəyirəm? İ. Ə.: İlham idi müəllim. E.: Bildim, mən bayaq ona məlumat elədim, indi danışıb işi konkretləşdirəcəm, İlham müəllim. İndi sizlə, Ramin müəllimlə, kim ilə istəsəz əlaqə saxlaya bilərik. İ. Ə.: Mənim üçün fərqi yoxdur, müəllim. Onsuzda ki, mən gəlib sizinlə görüşmək istəyirdim, yəni bu telefon söhbəti deyil. Üzbəüz tamam başqa bir şeydir müəllim. Belə siz onu mənə nə vaxta deyə bilərsiniz ki? E.: Mən indi 1 saata, 2 saata danışıb sizinlə əlaqə saxlayacam. Müəllim sizdə torpaq götürüləcək yoxsa nə? İ. Ə.: Bəli, torpaq daşınacaq Bakıya. Əgər lazım olarsa, onsuzda mən o tərəflərə gəlməliyəm sabah, əgər lazım olarsa mən gələrəm Mingəçevirə sizinlə görüşərəm, ordan da keçib gedərəm işimin dalınca. E.: Oldu, indi biz sizə hə-yox deyərik. WhatsApp Audio 2021-04-15 at 11.00.16 (3) adlı səs faylına baxış zamanı Şahid1 həmin danışığın onunla regional idarənin Rafiq adlı rəisi arasında xx.xx.2021-ci il tarixdə aparılmasını bildirdi. Danışığın məzmunu aşağıdakı kimidir: Rafiq Ədilov müdir(bundan sonra R. Ə.): Salam əleyküm. Şahid1(bundan sonra İ. Ə.): Salam Əleyküm. R. Ə.: İlhamdır danışan? İ. Ə.: Bəli. R. Ə.: İlham müəllim, Rafiqdir sizi narahat edən. Sən iranlısan yoxsa bakılı? İ. Ə.: Mən, bakılı. R. Ə.: Sənin yanında iranlı var, bu kərpiczavodla baglı. İ. Ə.: Bəli, bəli. R. Ə.: Ay İlham, bildin niyə narahat elədim? Mən uzun müddət bu Abşeronda olan kərpiczavodlarla yoldaşlığım olub, işləmişəm, indi bir məsələniz var idi, o mənə də gəlib çıxmışdı ona görə maraqlandım, zavodunuz haradadır sizinki? İ. Ə.: Bizim zavodumuz Biləcəridədir. Biləcəridə Binəqədi yolunun üstündə. R. Ə.: Ay qardaş, mən birinci dəfədir orda sex eşidirəm. Siz kərpic buraxırsız yoxsa keramika zad buraxırsız? İ. Ə.: Müəllim, biz sexi təzə götürmüşük, biz hələ əlvan metalları qəbul edirik. Sonra buraxacağıq. R. Ə.: Əlvan metalları qəbul edirsiz? İ. Ə.: Nə gəldi, yəni torpaqları gətirəndən sonra, sözün açıqı bizim müdirimiz, mənim əmimoğludu birdə iranlı onun şərikidir. Onlar pul buraxır, mən işləyirəm. R. Ə.: İranlılardan kimdir? Köhnə iranlılardandır, təzədir? İ. Ə.: Vallah, indi təzə tanış olublar, köhnədir onları özləri bilərlər. R. Ə.: Nadir zad deyilki? İ. Ə.: Xeyr, xeyr. Həsəndir. R. Ə.: Əvvəldən burda işləyəndir? Al-ver zad edəndir? İ. Ə.: Hə, əvvəldən Bakıya gəlib-gedəndir. Bakının hər tərəfin tanıyır. R. Ə.: O, meyvə işinə, meyvə-tərəvəz işinə baxmırki? Bilmirsən? İ. Ə.: Yox. İndi ancaq əmioğlu ilə o optovoy işlərinə baxırlar. R. Ə.: Optovoy nəyinə? İ. Ə.: Optovoy, xaricdən, Türkiyədən, Kitaydan mal vururlar burda dükanlara paylanır. R. Ə.: Nə malları? İ. Ə.: Nə bilim, baxırlarda, ən çox zapçast satırlar, maşın zapçastları. R. Ə.: Bu köhnə anbardandırsa mən onu tanımamış deyiləm. İ. Ə.: Adı Həsəndir. R. Ə.: Bu nömrə mənimdir, sən Həsənə lazım olsa, ehtiyyac olsa bu nömrəni verərsən. Bir dənə o gil məsələniz var ona görə mən maraqlandım. İ. Ə.: Bəli, bəli. R. Ə.: Qurmusuz oranı? Hazırdır uje? İ. Ə.: Hazırdıye, prosto, mən oların yanında bir dəfə yalançı çıxmışam yəni sözün açıqı, mənə arxayın deyillərki get danış, söhbətini elə burax maşınları qoy daşısın, mən də bunlara söz verdimki hazırdır, danışıblar hazırdır. Mən gedib camaatla görüşürəm, camaatın söhbətin edirəm, maşınlar daşıyırda gilləri. Gəldim alınmadı. Alınmadı, indi təzədən onlara demişəmki alınıbda yəni işıq yolu var, ekologiya ilə danışılıb. Deyirlər, danışılıb, sabah get görüş kim ilə lazımdısa nədi, nə deyil, söhbətini elə, maşınlar daşısın. R. Ə.: Sən kiminlə danışmısan ekologiyanı? İ. Ə.: Ekologiyanı mən danışmadım, mən Raminlə danışmışam. R. Ə.: Ramin kimdir? İ. Ə.: Bələdiyyə. R. Ə.: Harada? İ. Ə.: Qarabaqqalda. R. Ə.: Hə, Ramin dedi ki, mən sənə şərait yaradaram daşıyarsan? İ. Ə.: Yox, mən getdim, Ramin dedi ki, belə problem yoxdur daşıya bilərsən amma ekologiya dedi mənlik deyil. Ekologiya dedi icazə vermir, Bakıdan yoxlama zad gəlirdi. 1 həftə dedi burda olacaqlar hələ. Ekologiyaya görə bizim işimiz alınmadı. Bilmək olar, siz kim idiz? R. Ə.: Elə mən o köhnə dostlardan tanışlardan, əvvəllər kömək lazım olanda mən onlara kömək eləmişəm. Amma indi biraz o məsələlər qəlizləşibdə. Ekologiya qoymur, icazə vermir. İ. Ə.: Bildim, haranın işçisisinizki? R. Ə.: Mən elə Bakıda yaşayıram, oralarda lazım olanda kömək etmişəm həmişə. İ. Ə.: Allah razı olsun, Allah köməyiniz olsun. Köməklik edirsinizsə, bizə də edin də. R. Ə.: Siz elə, kimə demisinizsə onunla görüşün, görün nə kömək edir nə deyir sizə, sonra nəsə lazım olsa deyərsən. İ. Ə.: Bizə bir dobro verilməyib axı. R. Ə.: Siz kimə demisinizsə, onunla birdə danışın görün nə deyir. İ. Ə.: Yəni siz onunla danışmısız? Mən ona yığım? R. Ə.: Yox, yox. Mənə heçnə deyilməyib, sən elə öz işini gör, lazım olsa məndə qanuni tərəfdən kömək edərəm. İ. Ə.: Mən danışdım onunla, mənə dedilərki bəs biz gün ərzində sizə cavab deyəcəyik, mən də qalmışam belə gözləyirəm. R. Ə.: Siz gedin oturun görüşün ... İ. Ə.: Mən əvvəldən dedim ki, telefon söhbəti deyil, mənə dobro versinki mən gedim onunla görüşüm. Mənə dobro vermir, mən necə gedim onunla görüşüm? Belə oldu söhbətimiz qaldı. R. Ə.: Sən elə denənki, ordan dobro almasada get görüş gör nə deyir. İ. Ə.: Oldu. WhatsApp Audio 2021-04-15 at 11.00.16 (2) adlı səs faylına baxış zamanı Şahid1 həmin danışığın onunla regional idarənin tanımadığı əməkdaşı arasında xx.xx.2021-ci il tarixdə aparılmasını bildirdi. Danışığın məzmunu aşağıdakı kimidir: Ekologiya(bundan sonra E.): Bəli Şahid1(bundan sonra İ. Ə.): Salam, müəllim. E.: Salam İ. Ə.: Necəsiz? E.: Çox sağ olun, minnətdaram. İ. Ə.: Müəllim, xəbər gəlmədi? E.: Vallah mən demişəm rəhbərliyə, hələ bir söz demədi, dedi dobro versinlər mən sizə deyəcəm. İ. Ə.: İndi sizə bir söz deyim, orada Raufdu yoxsa Rauldu kimdi. E.: Bizdə rəhbərlik? İ. Ə.: Bəli, bəli. E.: Raqif müəllimdir. İ. Ə.: O mənə zəng eləmişdi. Mənə dedi ki, kimlə danışırsan, onunla danış işinizi görün, lazım olar özümdə köməklik edərəm sizə. Çox incitmədi, Allah onun köməyi olsun. E.: İndi mənə də bir söz desə, mən sizinlə əlaqə saxlayaram. İ. Ə.: Mənə dedi ki, zəng elə. Ona görə zəng vurdum. E.: Bildim, başa düşdüm. WhatsApp Audio 2021-04-15 at 11.00.16 adlı səs faylına baxış zamanı Şahid1 həmin danışığın onunla regional idarənin tanımadığı əməkdaşı arasında xx.xx.2021-ci il tarixdə aparılmasını bildirdi. Danışığın məzmunu aşağıdakı kimidir: Ekologiya(bundan sonra E.): Salam, İlham müəllim. Şahid1(bundan sonra İ. Ə.): Müəllim, sizdən bir xəbər çıxmadı. E.: Elə indi vallah, bizdə demişik rəhbərliyə, görək nə qərara gəlmək istəyirlər. Bizim rəhbərlikdə yeni təyin olunub deyə, tam bir-birimizə uyğunlaşmamışıq. İndi demişik görək nəticə nə isə olsa sizə xəbər edəcəm. İ. Ə.: İndi bu gün mənə bir xəbər desəydiniz... E.: 1 gün ərzində çalışacam sizə bir hədən, yoxdan deyim. İ. Ə.: Hə, mən sabah gələndə gəlib orda sizlə görüşüb, sonra keçərdim o yana. E.: Bildim, müəllim, oldu. Narahat olmayın, yəni hə sözü olan kimi sizinlə əlaqə saxlayacam, lap yox sözüdə olsa sizinlə əlaqə saxlayacam. xx.xx.2021 adlı qovluqda bir ədəd WhatsApp Audio 2021-04-15 at 11.00.16 (4) adlı səs faylı vardır ki, həmin fayla baxış zamanı Şahid1 həmin səs yazısındakı danışıqların xx.xx.2021-ci il tarixdə o, Mingəçevir şəhərində regional ekologiya idarəsində olduğu zaman onunla Təqsirləndirilən şəxs1 habelə sonradan həmin idarənin rəisi X46 Nəbiyev arasında aparılmışdır. Həmin danışığın məzmunu aşağıdakı kimidir. Təqsirləndirilən şəxs1 Bələdiyyə sədri(bundan sonra R. N.): Alo Şahid1(bundan sonra İ. Ə.): Salam, Ramin müəllim. R. N.: Salam əleyküm. İ. Ə.: Ramin müəllim, mən burda ekologiyanın yanındayam. Rəisin qəbuluna girmişdim indi. Sənə verilən yer kimin yeridi, hansı yeridi? R. N.: Denən ki, torpaq daşıyıbda ordan, türklər daşıyıb ordan torpaq. İ. Ə.: Türklər? R. N.: Hə. İ. Ə.: Dedi, bir dənə dəqiqləşdir onu, dedi ki, o yer bələdiyyənin yeri deyil, yoxsa kimin yeridi, dedi onu bir dənə dəqiqləşdir denən. R. N.: Ayda, denən bələdiyyənin yeridi. Sən onu çoxda şey eləmədə, denən ki mən yavaş-yavaş daşıyacam torpağı. 20 maşın, 30 maşın aparacam. İ. Ə.: Problem yoxdu e, nə istəyirsə verim e, prosto icazə versin mənə o lazımdı, başqa heç nə lazım deyil. R. N.: Bəs nə deyir e sənə indi? İndi Vüqarın yanına gir. İ. Ə.: Vüqarın, o, həmişə danışdığımızın? R. N.: Hə, Vüqarla danış. İ. Ə.: Mən Vüqarla danışdım, Vüqar məni gətirib saldıda rəisin yanına. R. N.: Rəis nə dedi bəs? İ. Ə.: Rəis dedi ki, Bakıdan icazə almalısan sən, rəsmiləşdirməlisən sonra daşımalısan, yoxsa deyir mənim imkanım hardadı? R. N.: Onda mən nə edim day? İ. Ə.: Deyir, Ramin yerli adamdı, o özü niyə gəlib icazə almırki? Dedim məni Ramin göndərməyib, sizin nümayəndə ilə mən danışdım, sizin nümayəndə mənə dedi. R. N.: Sən maşın göndər, 10 maşın yığ apar. İ. Ə.: 10 maşın mənim harama çatır, Allah sənə kömək olsun. Deyir, Ramin özü niyə gəlib icazəni almırki, səni göndərib. R. N.: Rəis elə deyib? İ. Ə.: Qapıdan içəri girən kimi sağ tərəfdə rəis deyil? Birinci qız oturub, sonra içəri girirsən. R. N.: Sən indi hardasan dəqiq? İ. Ə.: Mən bu dəqiqə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı regional ekoloji və təbii ... R. N.: Sən gəl Göyçaya, mən Göyçayda deyiləm. Sən Göyçayda ona bir 500 manat depozit qoy... İ. Ə.: Hara? R. N.: ... 500 manat qoy, get day işinin dalınca. Mən day sabah gedib Mingəçevirə onunla özüm danışaram. İ. Ə.: Sən hardasan? R. N.: 500 manat nəyə görə deyirəm, ..., gedim onunla danışım, ona hər şeyi deyimki rəhbərlə danışmışam. İ. Ə.: A kişi, mən sənə əməlli başlı pul vermək istəyirəm. ... R. N.: Sən indi Göyçaya get 500 manat qoy. İ. Ə.: Müəllim, Bələdiyyənin yeridi. Rafiq: Örüş yeridir? İ. Ə.: Örüş yeridi, Ramin? R. N.: ... İ. Ə.: Hə, elə çöl yeridi. Rafiq: Çöl yeri olmur. Bələdiyyə torpağında 2 cür olur, əkin yeri var birdə örüş yeri var. İ. Ə.: Örüş yeridi. Əkin yeri deyil. R. N.: Çaylaq yerdi. İ. Ə.: Çaylaq yerdi müəllim, torpağın çaylaq yeri. Lap əvvəl deyir türklər daşıyırdı ordan. Rafiq: Sənəd verə bilmir ora? İ. Ə.: Ramin, sənəd verə bilirsən ora? R. N.: Yox, sənədi bilmirik, sənəd ağır söhbətdi e. Bu əmlak komitəsinin problemləri geri çəkdi bizi. Sən kimlə danışırsan indi, rəislə? İ. Ə.: Bilmədim ki. Müəllim, sizin adınız nə idi? Rafiq: Mənim adım, Rafiq. R. N.: Telefon söhbəti deyil e, bular. Denən ki, burda hamısın razılaşdırmışam, bir dənə qalıb ekologiya, icazə versə, gözün yumsa, 3 günə çıxacaqsan. İ. Ə.: Bilirəm, onun söhbəti yox. Müəllim, bir dənə Ramin sizinlə danıışmaq istəyir. Rafiq: Bəli. R. N.: Hə müəllim, salam əleyküm. Rafiq: Salam. R. N.: Müəllim, orda o türklər daşıdığı yerdən istəyirlər, Göyçay kərpiczavodu yoxdu? Rafiq: Bəli R. N.: Prosto siz bir dənə, işinizi onlarla görün. Bir dənə göz yummaq lazımdır ki, 1 həftəlik işlərin görsünlər getsinlər. 1 həftə, 10 gün belə ... Rafiq: Gəldilər, getdilər, nazirlik tutdu oranı ki, burda oğurluq edirlər, ekologiyada buna göz yumur, kim cavab verəcək ona, Ramin? R. N.: Belə işləmişikdə həmişə. Rafiq: Belə işləmişik, mən də işləmişəm. Amma indi işləyə bilmirəm, elə bil mən gözümü yumdum, kim isə gəldi səni orda tutdu, cavab verə biləcəksən? R. N.: Yox, ekologiyadan gəlsə, mən zəng eləyib orda deyəcəm. Rafiq: Ay sağol, məndə yuxarının yerinə cavab verə bilmirəm, yəni bu gün ona icazə verə bilmirəm. Ona görə, deyirəm ki, qardaş, ... R. N.: Bəs nə edək? ... Rafiq: Bunlar getməlidi ancaq, agentliyə, mineral xammal agentliyi var bizim nazirlikdə, ora müraciət eləməlidir, ... R. N.: Bizim kərpiczavod da Ərdoğanın qohumları, deyəsən, ala bilmir. Rafiq: Hə, vəssalamda, demək Ərdoğanın qohumları ala bilmirsə, bunlar heç voobşe ala bilmir. İndi sən razı olarsanki, 50 maşından ötrü gedəsən sən də yanasan, mən də yanam. Mənə lazımdı? Pul tökülüb küçəyə, mən onu küçədən götürmürəm, gedib kiməsə verim özümü yandırım? R. N.: Müəllim, kömək elədə bunlara, bir 50 maşın aparsınlar. Rafiq: Məndən keçib e o şeylər. P hərfindən söz mənə aid deyil. R. N.: Nə elədimki? Rafiq: Pul verirsəndə, xahiş edib mənə pul verirsən. ... . Bundan yaxşı söz adama deyirlər? R. N.: Müəllim çox üzr istəyirəm, bir dostum var Amerikada yaşayır, deyir and olsun Allaha, Azəbaycanda bu qədər rüşvət yoxdur. Rafiq: Azərbaycanda yoxdu o qədər? R. N.: Deyir, and olsun Allaha, Amerikada olan rüşvət Azərbaycanda yoxdur. Rafiq: Ola bilər. İndi sən mənə bir şey de, bunlar səndən aparır, nə qədər pul verirlər sənə, ay Ramin? R. N.: Onu day mən, ədliyyəni eləməliyəm, əmlak komitəsin, hamısın eləməliyəm. Rafiq: Yox e, nə eləyirsən bilmirəm e, sən bununla danışmısan, maşını neçəyə danışmısan bununla? R. N.: O söhbəti eləməmişik. Elədik alınmadı. Rafiq: Necə elədin alınmadı? R. N.: Müəllim, telefon söhbəti deyile o, görüşək oturaq danışaq. Rafiq: Yox e, mənimlə bəs nə söhbəti eləyəcəkdin. Sizə deyimki, bunun maşınının qiyməti od qiymətinədir. Bunun maşınının 2000 cəriməsidir. Elədir? Bu adam icazəsin alsın, icazəsi ilə qanuni torpağın daşımalıdır. Bu nə qədər pul verəcək, sənə verəcək, polisə verəcək, ekologiyaya verəcək. R. N.: Yox, polis onlarlıqdırda, polis bizlik deyil. Rafiq: Bildim, pul verməlidirdə, onlarlıqda olsa pul verməlidir. Traktoristə pul verməlidir.. R. N.: O, onun öz işidir. Bizim torpaq Yevlaxda da var, İsmayıllıda ... Rafiq: Mən bilirəm e, kərpiczavodların hamısın bilirəm. R. N.: Üzr istəyirəm sözünüzü kəsirəm. Bizim torpağa türklər nə isə vururlar ona, qıp-qırmızı kərpiclər çıxır, Yevlax bişirir çıxmır, İsmayıllı bişirir çıxmır. Okazivayetsya bizim torpağın keyfiyyəti belə imiş. Çatdamır, bişəndə də qıp-qırmızı olur. Rafiq: Ə Cəlal durur, öldü? R. N.: Kim? Rafiq: Qoruqçu Cəlal var idiye. O parnik əkilən yer vare, Göyçay parniki. R. N.: Hə, iri kişi. Rafiq: Hə, oğlu Elşad zad var idi. R. N.: Sən Göyçaydansan? Rafiq: Ə, mən Baharlıyam, ağıllı ol. R. N.: ... Raqif. Rafiq: Nə Raqif. Raqif mənim işçimdi. Raqif məndən 2 sinif yuxarı oxuyub, kəndçiyik, qonşuyuq, qohumuq. R. N.: ... 2 saatdı oturmuşuq. Rafiq: Elçinin yanına getmişdin? R. N.: ... Elçinin anası ölmədi? Rəhmətə getdi. Rafiq: Bilirəm, anası rəhmətə gedib, bu gün burda bir qonağım zadım var ona görə çıxa bilmədim. Dünən zəng eləmişdi Elçin mənə. Çıxa bilmədim. R. N.: Nə edək? Sabah oturub bir söhbət edək onda. Rafiq: Yox, yox, mən heç belə. Sən təsəvvür eləki Elçin məndən aşağı oxuyub. R. N.: Onu demirəm e, onu demirəm. Deyirəm telefon söhbəti deyil. Rafiq: Alınan şey deyile o, o xərc bunlarada sərf eləməz, o xərc bunların nəyinə lazımdı, o qiymətə o gili aparıb Bakıya çatdırmaz... R. N.: ... Hər maşına 20 manat deyirdə, nədi e, çox istəyirsən? Rafiq: Yox e, onu sən heç istəsəndə, eləyə bilmirəm e, alsan belə kömək edə bilmirəm. Lap elə bil səndən 1000 manat aldım, elədi? Sabah Bakıdan gələn olanda deyəcəksən ki, ekologiya cavab ver. Ona 10000 versəm məndən əl çəkər o? Mən özümüdə zibilə salıram, o kişinidə. R. N.: Bəs mən onu necə eləyim? Rafiq: Vallah Ramin, bəri başdan dedimdə sənə ki, ... R. N.: O kişi o qədər iş görübdə. Rafiq: Ramin, çayların o üzündə, o boyda Qarabaqqal yerində söyüdlərdən ağzı aşağı o qədər qoyun güdmüşəm, o qədər Cəlal ordan məni qovub. Yoncaya qoyunu salırdım, atı salırdım, onunda bir həyasız atı olurdu. Neçə yaşın var? R. N.: Yox, mən səndən çox balacayam. Rafiq: Hə, bax Cəlalın atı, ... R. N.: Göyçay rayonunda ... mənim babam Əhməd kişi eləyib, Rövşən Nəbiyevin nəvələrindənikdə biz. Rafiq: Eləmi. Yolun başındakı ferma bizimdi, qardaşımındı. Sonra o torpağı aldız əlimizdən, bura Qarabaqqalın yeridi, burda taxıl əkməliyik, nə var bizim qoyunumuz orda otlayırdı, niyə aldız əlimizdən? İndi görürsən, torpaq istəyirsən. R. N.: Onda mən uşaq olmuşam e. Rafiq: Bilirəmdə, Torpağımızı aldız əlimizdən. İndi istəyirsən torpağı maşınla aparasan. Hektarla almısız əlimizdən, indi maşınla qaytarmaq istəyirsən. R. N.: 100 maşın, 200 maşın aparsın. Rafiq: O zırıltını bizə qoymazlar, ilişdirərsən özünü də məni də. Gəl mən sənə burda bir qonaqlıqda verim. Qorxaqlıqdan getmire söhbət, Ramin. Üzr istəyirəm, gəlib özündən də səviyyəsiz kiminsə bir adamın qabağında min manat puldan ötəri başını əyəsən aşağı kiməsə yalvarasan, ... . İşçilər hamısı evdən, arvaddan pul alıb xərcləyir, bir dənə soruş, çöldən pul almaq söhbəti yoxdur. R. N.: Qardaş, bir dənə söz deyim sənə. O kişi o boyda Bakıdakı işi görübsə, biz 100 maşını veririk, ... Rafiq: Qardaş, gələrsən bura, hamısın başa salaram. Heç bu kişinin o işdən xəbəri yoxdur. Bu kişini elə göndəriblər gedir o başa, gəlir bu başa. Bu pulun yiyəsi var, bu işin yiyəsi var. Bu kişinin deyil bu iş. İ. Ə.: Onlar mənlikdi müəllim. Rafiq: Sənə pul veriblər ki, get bu işi gör. Ona görə Mübariz axşam gələcəkdə, onunla görüşərsən danışarsan. Mübariz sənə bu günki vəziyyəti başa salar. Qardaş işi gərək elə görəsənki, sabah özündən səviyyəsizin qabağında alçalmayasan. R. N.: Müəllim, üzr istəyirəm. Adınız nə oldu? Rafiq: Rafiq. R. N.: Biz görüşməmişik? Rafiq: Yox R. N.: Rafiq müəllim, dediyin çatdı. Rafiq: Axşam Mübarizlə görüş, orada onu ətraflı müzakirə edərsiz. İ. Ə.: Alo R. N.: İlham İ. Ə.: Hə, Ramin müəllim. R. N.: Görürsən, bax, çətinlikləri görürsən hamısın? İ. Ə.: Bəli. R. N.: 500 manat qoyarsan Göyçaya, qoy get. İ. Ə.: Yaxşı, baş üstə. xx.xx.2021 adlı qovluqda bir ədəd WhatsApp Audio 2021-04-01 at 16.44.44 adlı səs faylı vardır ki, həmin fayla baxış zamanı Şahid1 həmin səs yazısındakı danışıqların məzmunu barəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 ilə görüşmüş, görüş zamanı 100 maşın torpağın aparılmasına icazə verilməsi müqabilində Təqsirləndirilən şəxs3 ondan 3000 manat, Təqsirləndirilən şəxs1 isə 6000 manat istəmiş, o, üzərində 5000 manat pul olduğundan həmin pulun 3000 manatını ilkin olaraq Təqsirləndirilən şəxs1 özünə, qalan 2000 manatını isə Təqsirləndirilən şəxs3 razılığı ilə sonuncuya verməsindən ötrü Təqsirləndirilən şəxs1 sayaraq vermişdir. Baxış keçirilən xx.xx.2021-ci il tarixli telefon danışığına dair səs yazısı Təqsirləndirilən şəxs1lə onun arasında baş tutmaqla həmin səs yazısında Təqsirləndirilən şəxs1 aldığı iki min manat pulu müəllim kimi ifadə etdiyi Təqsirləndirilən şəxs3 verəcəyini demişdir. Səs yazısındakı danışıqların məzmunu aşağıdakı kimidir. Təqsirləndirilən şəxs1 (bundan sonra R. N ): Hə, İlham, mənə niyə otboy verirsən, sən bilmirsən mənim vaxtım qızıldı? Şahid1 (bundan sonra İ. Ə.): Salam, əziz qardaş. R.N.: Salam, salam, deyirəm otboy niyə verirsəne yığmışam götürdə. İ. Ə.: Yox, səndə simdi məndə nardı ona görə. Vəziyyət zad nətərdi? R.N.: Sağ ol, sağ ol, sən harda idin? Haçan verəcəksən? İ. Ə.: Elə səhərdən əmioğlu ilə onu söhbət edirdik, ofisə getmişdim. İndi çıxmışam elə, maşına oturdum səni yığdım. Dedi əmioğlu mənə iki gün vaxt verginən, nə pul lazımdı yığıb verim, olar optovoy mal vururlar axı, ona vermişəm qoy 2 gün malları biraz paylayım, problem yoxdu düzəldərəm verərəm. R.N.: Sən reysidə elə etki 2 günə 3 günə nizamlansın daşıyaq qurtarıb getsin. İ. Ə.: Reysi ekologiyada dedilərdə dedi 1 həftəyə qurtar. R.N.: Yo səhər-səhər yığmışdım onlara, dedilərki axşam gələndə zəngləşib götürəcəm. İ. Ə.: Hə, problem yoxdu verərsən. R.N.: Ötürüm pulları day ötürüm, mən də rahatlaşım da day rahatlaşım İ.Ə.: Nətər? RN:Deyirəm mən də haqq-hesabları ötürüm axşam rahatlaşım, İ. Ə.: Kimə nə verəcəksən verginən. R.N:Yo ikini müəllimə verəcəm, sora öz haqq hesabımız olacaq da dünən danışdığımız kimi. İ.Ə.Hə də söhbəti yox, deyirəm kimə nə verəcəksən verginən. R.N.: Deyirəm, sən haçan gələcəksənsə bir gün qabaqcadan mənə de. İ. Ə.: Mən bir gün qabaqdan gələcəyəm, sənnən tam üzlüşəcəyəm, Kamazdarı da dəqiqləşdirəcəyəm. R.N.: Əli ilə danışdın? İ. Ə.: Yox. R.N.: Dünən danışmadın Əli ilə? İ. Ə.: Dünən danışdım. Mənim işimi Əli görəcək R.N.:İşivi o görəcək yoxsa texnikanı özün gətirəcəksən? İ.Ə.:Əli görəcək mənim işimi. R.N:Oldu qardaş. cild İİ, i.v. 29-42 İş materiallarında olan xx.xx.2021-ci il tarixli Baş İdarənin Əməliyyat Təminatı şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə Göyçay rayonu ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində əldə edilmiş videogörüntülər olan 02 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaqa təqdim edilən disklərdən birinci diskin üzərində “xx.xx.2021 İ”, sözləri, digər diskin üzərində isə “xx.xx.2021 İİ” sözləri yazılmışdır. Üzərində “xx.xx.2021 İ” sözləri yazılmış DVD diskdə “2021_04_16__11_05_00” və “2021_04_16__12_05_00” adlı video fayllar vardır. “2021_04_16__11_05_00” adlı video fayla 10 dəqiqəlik olub həmin fayla baxış zamanı aşağıdakı məzmunda danışıqlar müəyyən edildi: Şahid1 (bundan sonra İ. Ə.): Əziz qardaş. Nə var, nə yox? Təqsirləndirilən şəxs1 Bələdiyyə sədri (bundan sonra R. N.): gəlirlər? İ. Ə. : Hə, zəng elədim indi. Zəng eləyib demişəm, deyir sən bizə 5-dən sonra dedin, dedim ə day bizim işimiz tez alındı biraz tez gəlginən. R. N. : Göyçayın kamazlarıdı o? İ. Ə. : Nə? R. N. : Şakmanlar. İ. Ə. : Ə yox nə Göyçay? Yaxın qardaş var sağ olsun. R. N. : İndi qulaq as, biz gedirik, sən bizim işçilərin yanında başqa işdən söhbət eləmə. Ekologiyaya nə qədər verdin, ora nə qədər verdin, bura nə qədər verdin dəxli yoxdu. Biz prosto şota pul ödəyəcəyik. Sənin maşınlarının biri nə qədər tutur? İ. Ə. : Məndə şeydidə, 10 dənə yevrodu, bu gün gələnlər. R. N. : Yevro irilərdəndi? İ. Ə. : Şirkətin maşınlarıdı, eşidirsən? R. N. : Çox iridi? İ. Ə. : Yo, adi yevrolar yoxdumu? R. N. : Nədi, neçə kub tutur o? İ. Ə. : Ə bu kamazların yevrosu yoxdumu? Olardandı R. N. : Hə hə bildim. Elədə böyük deyildə olar. İ. Ə. : yo elədə böyük deyil. R. N. : V obşem indi biz orda müqavilə bağlayacağıq. Şəxsiyyət, şeyi göndərdi? İ. Ə. : Göndərir indi. R. N. : Denən göndərsində. Onun peçatı yoxduki? İ. Ə. : Nə peçatı? R. N. : Peçatıda. İ. Ə. : Hələki yox R. N. : Onun orda poxu zadı çıxsa nətər olacaq? İ. Ə. : Harda? Bakıda? Bakı sənlik deyil. R. N. : Burada mənim. Day yola çıxdı sənlikdi. İ. Ə. : Göyçaydan çıxdı qardaş mənlikdi. R. N. : Yol polisi saxlasa bəlkə səndən nəsə soruşsa? İ. Ə. : Yol polisləri sənlik deyil. Danışdığımız kimidə trassın qayıları sənlik deyil. Nətər danışmışdıq əvvəldən? O formada. R. N. : Ə mən bu işi bilmirəme, məni poxa salacaqsan axırda qalacam pis vəziyyətdə. İ. Ə. : Heç zad pis vəziyyətdə qalmarsan, narahat olma. R. N. : Onun bir dənə raz raz yığıldı çıxdı getdi vsyo da? İ. Ə. : Hə. Ə bu nədi, bura kafedi? R. N. : Hə, Qurban müəllimgil burdadıda. Sən nəsə söhbət elə denən ekologiyanı Raminə icazə verdim, axırda pul məsələsində özüm həll edəcəm, gedib prosto bir dənə kağız yazacağıq orda, aparıb banka görsədəcəm. Mənə baxe, indi buların yanında heç nə vermə. İ. Ə. : Verməyim indi? R. N. : Buların yanında heçnə, Qurban müəllim ... İ. Ə. : Onda kabinetdə oturardıqda. Salam əleyküm. Təqsirləndirilən şəxs2 (bundan sonra Q. K.) : Salam, xoş gəlmisiz, nə var nə yox? İ. Ə. : Çox sağ olun, siz necəsiz? Q. K. : Bir dənə stəkan verin bu içsin A : 100 kamazda, 100 kamazdadakı 15 kub vurarda, elə deyil? Bələdiyyənin mühasibi (bundan sonra müh.) : Torpağı hara qədər aparacaqsız? İ. Ə. : Biləcəriyə. Müh. : Nədi bu? Şirkətdi, nədi? İ. Ə. : Yox, özümüz üçün sex tikmişik. Özümüz deyəndə biraz pis çıxır, əmioğlu özü üçün sex tikib Müh. : bəs bunun adı zadı yoxdu? İ. Ə. : Kərpic sexi olacaq da. Müh. : Sənədi zadı var? İ. Ə. : Hələ dövlətlə müqavilə bağlanmayıb. Hələ VÖEN zad açdırmayıb. Yəni VÖEN-i var idiye bağlatdırıb. R. N. : Ə onun bizə nə dəxli vare? Müh. : Dəxli deyəndə qardaş bu kişi bəyannamə verməlidi, sən buna torpaq verirsən. Bu nətərdi, şəxsi adıma bəyannamə verə bilərəm ona? Verəmmir axı. R. N. : Elə bilki ... Gəlib Bələdiyyəyə müqavilə verib torpaq ... Müh. : Ə mən bunu lap birinci partiya verdim. Q. K. : Elə yox da, müqaviləsiz indi bunu yola sal getsin də, sonrasın deyirsən də, sənəd düzəltsin də, işləyəcək də bu bizlə, elə deyil? İ. Ə. : Bəli. R. N. : Bu elə bilirki biz bunu Bələdiyyəyə aparıb, hər dəfə 100 maşına görə müqavilə bağlayacağıq. Müh. : Ə elə şey olur? İş peşədi bu? Müqavilə il ərzində bağlanır. Bu kişi daşıdığı torpağa, ay ərzində, hər ay bəyannamə verməlidi. Q. K. : Bəyannaməni də verməkdən ötrü VÖEN-i olmalıdı. Müh. : Hə də VÖEN olmalıdı. İ. Ə. : VÖEN açılacaq müəllim hamısı açılacaq. Müh. : 50 maşın, 100 maşın nə bilim 200 maşın torpaq daşındı, sən o kişiyə bildiriş verməlisən, gedib o bankda pulun ödəməlidi, əməliyyat belə olmalıdı. Şəxsi adama sən 1500 kub torpağı verib, bu kişi nə iş görür, nə qayırır orda. R. N. : Ə bizim nəyimizə lazımdı nə iş görür. Nə edəcək aparıb xaricə satacaq? Müh. : Qayda-qanun var da. Bu kişi elə belə ev tikmək istəyirsə gəlsin 10 maşın torpaq elə belə verim R. N. : Bəlkə sizin sənədlər düzdü, VÖEN zad var? İ. Ə. : Var idi bağlatdırıb. Var idi, işləmədi bağlatdırdı, mən onu qəşəng bilirəm. Əvvəl açdırmışdı, işləmədi bağlatdırdı Q. K. : Bunu belə eləmək olar ki, istehsala başlamaq üçün, sınaq müddəti üçün... Müh. : Şəxsiyyət vəsiqəvin kopyasın ver, öz adınla bir müqavilə bağlayaq. R. N. : Yoxe o şirkət kimin adına olub? Ora indi kimin adınadır? İ. Ə. : Torpaq əmioğlunun adına. R. N. : O göndərsin şəxsiyyət vəsiqəsin də İ. Ə. : Demişəm göndərəcək. R. N. : Göndərsin də day sənədləri həll edək. Q. K. : Vatsapla göndərsin. İ. Ə. : Elə demişəm vatsapla göndərəcək. R. N. : Onda bununda şəxsiyyət vəsiqəsin apar məntəqəyə akt yaz, akta sal. Müh. : Nə akt yazıme? Sən elə akt akt deyirsəne, nə akt yazım? R. N. : Bunu ... Akt yazmalısan ki, müqavilənin içinə tikilməlidir ki, ... Müh. : Akt o vaxt yazılmalıdır ki, bu kişi 10 maşın, 20 maşın, 30 maşın torpaq daşıyacaq onda akt yazacam da mən. R. N. : Akt yazırsan ki, bu kişi bu günki gündə burdan bu qədər torpaq çıxardacaq. Sabah gələndəkiu sənədləri qoyum, deyəcəm ki gözlə sənədləri yazım hələ? Müh. : Elə sənəd olur? Qurban müəllim, elə sənəd olur? R. N. : Ay qardaş, akt bağlanmamış sən nətər iş görürsən? Q. K. : Akt yoxe müqavilə bağlanmalıdı. R. N. : Ə müqaviləni yazırsane, yazıb qoydun ora. Bəs akt ... Müh. : Aktı yazacaqsan o vaxt ki, bu kişi 30 maşın, 40 maşın torpaq daşıyacaq, akt yazılacaq bu adam təsdiq edəcək, mən də təsdiq edəcəm ki, bu kişi 40 maşın torpaq apardı. Q. K. : Bunu belə elə e, bu kişi VÖEN-i açıb, bəyannaməsin verəcək ayın axırı. İşlərin, xidmətlərin, görülməsi üçün birinci müqavilə bağlanmalıdı ... Müh. : Bu kişi 3 gün 5 gün torpaq daşıyacaq, sora gələcək bir yerdə akt yazacayıq, bəyannamə yoxdusa akt yazacayıq. Q. K. : Bizə verdi, o da qəbul etdi. Yolu budu da. Bu kişinin indi müqaviləsin bağla, maşınla yola sal, çıxsın getsin. R. N. : Bəs harda göstərəcəksən ki, sınaq üçün bu qədər torpaq Müh. : Bu kişi indi müqavilə bağlayır. R. N. : Müqavilədə göstərəcəksən onu? Müh. : 1 ay müddətində bağlayır, 2 ay müddətində bağlayır sonra müqaviləni dəyişir Q. K. : Şirkət kimi göstərmirik e onu, fiziki şəxs kimi göstəririk. R. N. : Yo ona görə demirəme. Sən bu 100 maşını nə vaxta çıxardacaqsan? Q. K. : Qardaş onu dəqiqləşdirdə bu aya çıxarda bilirsə. İ. Ə. : 1 ay içində. Q. K. : 1 ay yoxe, bax bu gün ayın neçəsidi, 16-sı ayın axırına qədər 100 maşın apara biləcəksən sən? İ. Ə. : Hə, rahat. R. N. : Hə də müqaviləni o formada edərik, əgər təzədən nəsə olarsa o müqaviləni ləğv edərik. Q. K. : Niyə ləğv edirsən, o dururda. Təzədən mayın 1-dən bağlayırsan. Bu müqaviləni qoydun bitdi, təzədən birində bağlayırsan gedirdə 1 il müddətində. R. N. : Sən o müqaviləni nətər eləyirsən, onun şərtlərin mənə başa sal. Müh. : Müqavilə bağlanırki sən torpaq verirsən, bu kişi torpaq aparır. Orda şərtlər varda, apardığım torpağın pulun ödəyəcəm nə bilim nə edəcəm belə də. Q. K. : Yoxdu forması sizdə? Müh. : Var. Bank hesab nömrəsi olmalıdı Q. K. : Rekvizitləri olmalıdı bəli. Şey hüquq vəzifələri olmalıdı, tərəflərin. İ. Ə. : Dayı, dayı qadanı alım ayın axırına qədər bu 100 maşını yola verək sonra nə istəyirsiz edək də. “2021_04_16__12_05_00” adlı video fayla 60 dəqiqəlik olub həmin fayla baxış zamanı aşağıdakı məzmunda danışıqlar müəyyən edildi: Bələdiyyənin mühasibi (bundan sonra müh.): Mən səninlə razıyam e, müqavilədə mən sənin rekvizitini yaza bilməyəndə, hansı bankla ödənəcək bu, sən apardın torpağı sabah mənə pulu vermədin, mən o pulu haradan tələb eləyəcəm? Təqsirləndirilən şəxs1 (bundan sonra R. N.) : Bəs neynəsin necə eləsin? Şahid1 (bundan sonra İ. Ə.) : Torpağın pulun verirəm, torpağı aparıramda. R. N. : İndi ödüyürda İ. Ə. : İndi ödüyümdə mən sənin torpağının pulun. Mən indi sənin torpağının pulun ödəyim, ayın axrı gələrəm, müqavilə bağlayırsız nə bağlayırsız onu edərik, VÖEN açdıraram, yenə də ayın axırı gələrik nə istəyirsiz edərik də. Mən sənə indi torpağının pulun verib, torpağımı aparıram. R. N. : Bu da düz gəlmir? Durduq getdik də. İ. Ə. : Mən sənə pulumu verib torpağı aparıram, başqa nə aparasıyam ki? Mən səndən başqa heç nə istəmirəm ki. 00:01:03-00:03:02-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur R. N. : Maşınlar saat neçəyə gələcək? İ. Ə. : Maşınları danışdım indi çıxırlar. Deyir indi əllərində işləri var. R. N. : Yox e , saat neçəyə gələcək? İ. Ə. : saat uzaq başı 3-ə zada gələr. R. N.: Əli sən bildirişi yaza bilirsən? A: Onu yox. Mədən vergisin yazmamışam axı. Müqavilənin özün yazıb qoymuşam, mədən vergisin yazmamışam. R. N.: Onda gedim götürüb gəlim? A: Burdadı? R. N. : Hə A : Hə, evdədirsə götür. R. N: Burda bir dənə də bir şey var. Bu kişi indi bunu 15 gün ərzində daşıyacaq. 10 maşın çıxdı, biz bunu nətər eləyək ki, bu 10 maşın apardı qaldı bunun 90 maşını. A: Ona kimisə ayırmaq lazımdı nəzarət eləsin, nəzarətçi. R. N. : Bildim e, bu kişi ilə bizim müqaviləmiz var. Sabah kimsə deyərki, nə bilirsən 10 aparıb, bəlkə 15 aparıb. A: Deyirəm ona görə nəzarətçi olacaqda. İ. Ə.: Biriniz orda olacaqda. Sən orda olassanda Ramin müəllim. Vsyo da. Videogörüntüdən onların birlikdə Qarabaqqal kənd bələdiyyəsinin inzibati binasına gəldikləri görünür. 00:04:20-00:06:20-dək iş üçün əhəmiyyət kəsb edən xüsusat müəyyən edilmədi. R. N. : Hə, indi nə qayıraq? Bələdiyyə mühasibi (bundan sonra müh.) : Şəxsiyyət gəldi? İ. Ə. : Şəxsiyyət vəsiqəsin dedim, indi zəng elədim götürmədi yəqin yanında adam var nəsə otçyot zad eləyirlər. Müh. : Sən ona şərik deyilsən? İ. Ə. : Mən işi aparanam. Məndən də edə bilərsən problem nədir ki? Müh. : Ver şəxsiyyətivi. B : Onunki da olsaydı yaxşı olardı da. İ. Ə. : Zəng eləyirəm açmır e, indi harda olsa özü zəng edər. R. N. : Onsuzda bu işi o görməyəcək, Mahir dayı. Elə deyil? Müh. : Şirkət kimin adınadı, sex kimin adınadı o olsa yaxşı olardıda. R. N. : Sex əmioğlunun adınadı? İ. Ə. : Torpaq əmioğlunun adınadı. R. N. : İş görülən torpaq? İ. Ə. : Bəli. R. N. : Bəs sex nə üçündür? Dövlətin xəbəri yoxdu ondan? İ. Ə. : Hələki yoxdur. R. N. : Bəs tutub şey eləsələr nə olacaq? İ. Ə. : Pulu varda verəcək Müh. : Siz harada qeydiyyatdasınız? İ. Ə. : Mən hal-hazırda Cəlilabadda. Əli: O əmioğlu? İ. Ə. : Əmioğlu Bakıda. X: Onunda şəxsiyyəti lazımdı. İ. Ə. : İndi atacaq, harda olsa atacaq. Zəng elədim götürmədi indi otçyotdadı ya hardadırsa indi atacaq. R. N. : Bu kişinin adına yaz, bu kişi Cəlilabadlıdı. Onun adın yazmayaq, qolu kim çəksin? İ. Ə. : Mən çəkərəm. Mən çəkərəm onun əvəzinə qol. 00:08:00-00:10:20-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur İ. Ə. : Hər dəfə kimdir ki onu soruşan görəsən? R. N. : Nəyi? İ. Ə. : Torpağı hara aparırsan, nə edirsən, nə qayırırsan? Redki redki ola bilər o. R. N. : Yox e, bizim nəyimizə lazımdı sən hara aparırsan, apar tökdə hara istəyirsənsə. 00:10:39-00:11:14-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur. R. N. : Müəssisənin bir adı yoxdur ki, ad yazsınlar ora? İ. Ə. : Yox elə şeydidə, kərpic zavodu, üstündə elə yazılacaq. Müh. : VÖEN olanda olacaqda o, üstündə adı zadı olacaq. İ. Ə. : Hə də, olandan sonra özləri qoyarda yəqin. Ramin müəllim mən keçən dəfə də sənə dedim mən yalan yerdən danışa bilmərəm, mən durum indi onların adından sənə nə deyim? Bəlkə mən indi belə deyəcəm onlar adın dəyişib başqa şey qoyacaqlar? Səhv deyirəm kişi? Əli: Bu müqaviləyə əsasən Şahid1 razılaşdırılmış şərtlərlə Qarabaqqal Bələdiyyəsinə məxsus olan dağlardan torpağı daşımalı, hər ay daşınmış torpaq ... Müh. : Hər ay yox, deməli yazırsan aprel ayında 1500 kub. Əli: Aprel ayında daşınmış torpaq haqqında rəsmi sənədin təqdim edilməsi və bunun qarşılığında hər bir kub metr üçün mədən vergisi Bələdiyyənin hesabına ödəməyi öhdəsinə götürür. Müh. : Hər kub metrəsi üçün 1 manat. Fərdi adamla bağlanırda ona görə 1 manat. Qalan yerləridə şərtlərdi, bax gör orda İftixarın adı varsa, onun adın poz bu kişinin adın yaz. Əli: Məsələn, deyir bu aylıq daşınan torpağın hər bir kub metrinə görə 1 AZN ödəniləcək ... Müh. : Aylıq yoxda, aprel ayında daşınan torpağın, ay ərzində daşınan, il ərzində yox. Əli: Ay ərzində yazaq? Müh. : Hə. İ. Ə. : O nə qədər edirki dayı? Müh. : 1500 manat. 1500 kub demirsiz? R. N. : Sən maşınına nə qədər vurursan 15 kub, 20 kub vurursan? İ. Ə. : 15 kub. R. N. : 20 vurursan? İ. Ə. : Yox R. N. : Dəqiq vurursan? İ. Ə. : Hə dəqiq. Müh. : 15 kuba icazə var kamazın vurmağına? İ. Ə. : Yevroduda. Müh. : Şakmandı? İ. E. : Yevro Müh. : Rekvizitlərin dəyişdə. Əli: Rekvizitləri indi bir dənə dəyişim hə. Müh. : Rekvizitin yerinə yazgınan Azərbaycan Respublikası Cəlilabad Rayonu Zəhmədabad kənd sakini filankəsov filankəs. 00:14:39-00:15:10-dək iş üçün əhəmiyyət kəsb xüsusat müəyyən edilmədi. R. N. : Saat 1-də gəlib getsəydilər zor olardıye. 1-də gedib 3-ə kimi ... İ. Ə. : Sən elə dedin mən gecikdimdə. R. N. : Olar haradan gələcək e? İ. Ə. : Uzaq başı 2 saata burdadılar. R. N. : Olar haradan gələcəklər e? ... İ. Ə. : Olar şəhərdən. R. N. : Göyçaydan? İ. Ə. : Yox, nə Göyçay? R. N. : Rayondadılar? Bəs nə qayırır e rayonda? ... 00:15:50-00:17:39-dək iş üçün əhəmiyyət kəsb edən xüsusat müəyyən edilmədi. İ. Ə. : Nə olub? R. N. : Ora nə yaza bilərik ki, torpağı nə edirsən, hara aparırsan, nə edirsən? İ. Ə. : Olar ki həyətə tökürəm? Ev almışam, torpaq almışam həyətə tökürəm. R. N. : Biz bunu yazırıq müqavilə bağlayırıq, sabah Allah eləməsin nəsə olanda sən onu şey eləyirsən ki, nə elədin, hara tökdün. İ. Ə. : Əşi o mənlikdi. R. N. : Aparıb torba-torba satdın, nə bilim nə elədin. İ. Ə. : Əşi olar mənlikdi. R. N. : Onda yaza bilərsən ki, kərpic zavodlarına .. Müh. : Yox, kərpic zavodu, sexin adı familyası yoxdu axı. İ. Ə. : Mən, Ramin müəllimlə danışmışdım dayı, torpağın pulu nədi verim onu, torpağımızı daşıyaq, mən də tələsdirim bunu, ayın axrına qədər adına VÖEN açdırsa, ... Müh. : Yolda ilişib eləyəndə nəsə bir şey olsa. İ. Ə. : Yolda danışılıb, ekologiyanan zadnan danışılıb. R. N. : Yox e, biz vermirik bu müqaviləni, müqavilə bizdə qalacaq. İ. Ə. : Hamısı danışılıb. Hamısı ilə danışılıb dayı. 00:18:56-00:31:17-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur R. N. : Bəri gəl söz deyirəm. Sən nəyə görə ... İ. Ə. : Çox çəkdiye eləbil. R. N. : Nə olsun e, müqavilə bağlanırda, müqavilə olmalı deyil? İ. Ə. : Yox e, çox çəkirsiz. R. N. : Özbaşına onu verə bilmərik ki sənə. İ. Ə. : Bilirəm e, heç ekologiya bunun qədər bizi sıxmadı. R. N. : Yox, ekologiya başqa, mən demirəm ki bizə artıq verirsən, bizə nə 3 vermirsən? 3 birdə 1 olarınkıdırda, 4 onun içindən verəcəyikdə onu demirəm ki sənə artıq nəsə ver. İ. Ə. : Burada verəcəyik? R. N. : Harada? İ. Ə. : İndi verəcəyik? R. N. : Sən indi hamısın çıxartma burda. İ. Ə. : Ə mən hamısın verim sənə, sən özün nə eləyirsən elə. Hə? R. N. : Tələsmə, tələsmə. 00:32:06-00:36:28-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur. Müh. : Axırıncı reys gedəndə, gələrsiz bura bir akt yazarıq. R. N. : Buradadırda bu onsuzda. Müh. : Nə deyirəm ki. R. N. : Hansı axırıncı reys deyirsən ki? 100 maşın qurtarandan sonra? Müh. : Hə, bir akt yazarıq ki, bu qədər torpaq daşındı. İ. Ə. : Baş üstə. Ramin müəllim gətirərdə məni dayı birdə müqavilə bağlamayacayıq ki? Müh. : Yox, sexin adı yaranandan sonra, VÖEN açılandan sonra, bank zad bilinəndən sonra gətirərsiz müqaviləni dəyişəcəyik. İ. Ə. : Baş üstə 00:37:03-00:37:35-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur Müh. : O müqaviləni illik bağlayarıq. İ. Ə. : Onu mən tələsdirəcəm tez-bazar adına VÖEN zad açdırsın eləsin. Bir dənə sənəd alsın. Müh. : VÖEN-i onsuzda özünüz üçün edirsiz. İ. Ə. : Yox, açdırmışdı o, şeben zad daşıyanda açdırmışdı. Sonra işlənmədi deyə bağladı, dondurdu Müh. : Çünki, VÖEN açdırandan sonra kənar xərclər də çox olur. 00:38:06-00:40:06-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur. R. N. : Sən 150 kub torpaq aparırsan. 150 kubada 1500 manat bizim adımızda pul köçürdəcəksən. Q. K. : Elə yox e, bir maşın neçə kubdurki? 15 kubduye. Müh. : 1500 kub yazmışam e mən. Q. K. : 1500 kub, 100 maşında R. N. : Bəs mən nə deyirəm? Q. K. : 150 kub deyirsən e sən. İ. Ə. : Yox, yox 1500 kub. Müh. : Ala, qolun var da? İ. Ə. : Burdan yoxsa, burdan? Q. K. : Bura. Müh. : Vsyo, peçat vurulmalıdıye, ver mənə. İ. Ə. : Elə bu? Bir dənə? R. N. : Hə vsyo, davay get yaşa. Mən Aygünü gətirim bildirişləri zadı da yazaq, pulu da verib getsin, hə? Əli: Oradan şey eləməlididə, mədən vergisinə aid bir dənə yazılsın. 00:41:24-00:42:07-dək iş üçün əhəmiyyət kəsb edən heç bir şey yoxdur. İ. Ə. : Onda biz gedək? Q. K. : Hə, Ramin müəllimlə gedin. Hara gedirsizki? R. N. : Bundan şeyi götürürəm, pulları götürürəm. 1000 manat qalıb onu verəcək, bu bizə verir 6000, 1500 buna gedəcək, 1500 aparıb verəcəm icraya Vahid gözdüyür, vobşemda nəsə 6000 pul verir bu, oları da biz paylaşdıracağıq. 00:42:41-00:45:22-dək iş üçün əhəmiyyət kəsb edən xüsusat müəyyən edilmədi. R. N. : Səndə əllilik var? İ. Ə. : Yoxdur. R. N. : Ə elə demirəme, sən mənə 1500 bir verməlisən 1000-də bir verməlisən. İ. Ə. : Nə qədər verim mən indi sənə? R. N. : 2500-ü indi ver. Videogörüntüdən görünür ki, Şahid1 görüntünün 46-cı dəqiqəsinin 01-ci saniyəsində bələdiyyənin inzibati binasının girişində dayanaraq pulqabısından 25 ədəd 100 manatlıq pul əskinasını çıxarıb saymaqla Təqsirləndirilən şəxs1 verir. Görüntüdən həmin vaxt Təqsirləndirilən şəxs2 da onların yanında olması görünür. Daha sonra Təqsirləndirilən şəxs1 həmin puldan 1500 manatı sayaraq poçta ödəməsindən ötrü Əli adlı şəxsə verir. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid1 Təqsirləndirilən şəxs2la restorana getməsini , özünün bir qədər işinin olduğunu, rayon mərkəzinə gedib qayıdacağını deyir, bu zaman İlham Ramindən qalan pulu kimə verəcəyini soruşduqda Ramin pulu heç kimə verməyib onu gözləməsini İlhama tapşırır. Bundan sonra İlhamla Qurbanın sonuncunun avtomobili ilə bir qədər yol gedib yeməkxanaya gəlmələri görünür. Videogörüntünün üzərində qeyd edilən saat və tarixə əsasən görüntü xx.xx.2021-ci il tarixdə saat 12:05-də başladığı halda həmin gün saat 13.05-də başa çatır. Bundan başqa videonun 48-ci dəqiqəsində, görüntünün üzərindəki vaxtla 12:53 dəqiqədə Təqsirləndirilən şəxs1 Qarabaqqal bələdiyyəsindən rayon mərkəzinə getməsi müəyyən olunur. Qeyd edilənlərdən başqa görüntülərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən xüsusat müəyyən edilmədi. Üzərində “xx.xx.2021 İİ” sözləri yazılmış DVD diskdə “2021_04_16__13_05_00.mkv” və “2021_04_16__14_05_00.mp4” adlı video fayllar vardır. “2021_04_16__13_05_00.mkv” adlı video fayla 60 dəqiqəlik olub həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs2la Şahid1 kafelərdən birində oturub spirtli içki qbul etməklə yemək yemələri, habelə yemək yedikləri müddət ərzində aparılan söhbətlərin məzmunundan Təqsirləndirilən şəxs2 Şahid1 Qarabaqqal kəndindən 100 ədəd yük maşını torpaq daşımaqla bağlı Qarabaqqal bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 habelə Təqsirləndirilən şəxs3lə müvafiq olaraq 6000 və 3000 manat müqabilində razılığa gəlməsi barədə hərtərəfli məlumatlı olması müəyyən edilir. Habelə baxış zamanı görüntünün üzərindəki tarix və saatdan görünür ki, görüntü xx.xx.2021-ci il tarixdə saat 13:05-dən başlayıb, həmin gün saat 14:05-də başa çatır. Videonun 57-ci dəqiqəsində habelə görüntünün üzərindəki saat 14:03-ü göstərəndə danışıq səslərindən Təqsirləndirilən şəxs1 onların olduğu nerə gəlməsi müəyyən edilir. Görüntüdə iş üçün əhəmiyyət kəsb edən başqa xüsusat müəyyən edilmədi. “2021_04_16__14_05_00.mp4” adlı video fayl 7 dəqiqə 30 saniyəlikdir. Göprüntüdəki danışıqlar Qarabaqqal kəndiu ərazisində kafelərdən birində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Şahid1 arasında aparılır. Görüntünün 01:11-ci saniyəsinə qədər iş üçün əhəmiyyət kəsb edən danışıq müəyyən edilmir. Həmin saniyədən etibarən aşağıdakı danışıqlar aparılır. Q.K.:Nə deyirlər? R.N.:Kim? Q.K.:Vahid. R.N.:Nə? Q.K.:Vahid nə deyir? R.N.:Heç nə də, apardım olarnan da qutardım, dedim sabahları deyəllər belədi-belədi, iş görüləndə bilinsin ki, hamısı verilib. Görüntünün 01:29-cu saniyəsindən 02:40-cı saniyəyə qədər əhəmiyyət kəsb edən danışıq olmadı. 02:40-cı saniyədən etibarən aşağıdakı məzmunlu danışıq müəyyən edildi: R.N: Bizim obşi səndə nə qədər pulumuz qaldı, 2500 verdin deməli verməliydin 4000 də? Q.K.: Ə yavaş danış. R.N.:2500 verdin nə qədər qaldı? İ.Ə.:4000, 2500 vermişəm qalıb 1500. R.N.: Hə də hə. Videgörüntünün 03:25-ci saniyəsində Şahid1 pulqabısından pul çıxarması, daha sonra ilkin olaraq 10 ədəd 100 manatlıq əskinas yəni 1000 manat pulu sayaraq Təqsirləndirilən şəxs1 verməsi görünür, daha sonra Təqsirləndirilən şəxs1 həmin pulu alıb sayması, bundan sonra Şahid1 yenidən pulqabısından pul çıxarması, 5 ədəd 100 manatlıq əskinas yəni 500 manat pulu sayıb yenidən Təqsirləndirilən şəxs1 verməsi, 500 manat pulu Təqsirləndirilən şəxs1 alıb saymadan Təqsirləndirilən şəxs2 verməsi, bundan sonra sonuncunun həmin pulu alıb sayıb daha sonra pencəyinin sol iç cibinə qoyması görünür. Vodeogörüntünün 03:50-ci saniyəsindən aşağıdakı məzmunda danışıq aparılır: R.N.: Bularnan bizim işimiz qurtardı. Biz öz haqq hesabımızı özümüz eliyərik. Beşin sənə verdim indi.(Qurbanı nəzərdə tutaraq) Bundan sonra Təqsirləndirilən şəxs2 başı ilə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edir. Görüntüdə iş üçün əhəmiyyət kəsb edən başqa xüsusat müəyyən edilmədi (cild 01, iş vər. 29-42). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Şahid1 özü tərəfindən xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində qeydə alınmaqla sonradan istintaqa təqdim edilmiş videogörüntülər olan 01 ədəd “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilən diskdə 01 ədəd 2021_03_31__16_55_00-ekologiya_con.mp4 video fayl vardır. Sözgedən video fayla baxış zamanı aşağıdakılar müəyyən edildi: Videgörüntü 77 dəqiqəlik olub görüntünün başlanğıcında Şahid1 (bundan sonra İ.Ə) Mingəçevir şəhərində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olması görünür. Həmin idarədə onu Təqsirləndirilən şəxs1 vasitəsilə tanıdığı idarənin Vüsal adlı hüquqşünası qarşılayır. Təxminən 17 dəqiqə müddətində Vüsal ilə torpaq daşınması ilə bağlı ilə aralarında danışıq apardıqdan sonra hüquqşünas onu həmin idarənin məsləhətçisi Təqsirləndirilən şəxs3 yanına göndərir, Təqsirləndirilən şəxs3 onu qarşılayıb hər hansı danışıq aparmadan İdarə rəisi Rafiq Əliyevin qəbuluna salır. İ.Əzizmov hüquqşünasla kərpic istehsalı ilə məşğul olmaq üçün Qarabaqqal kəndi ərazisində torpaq daşımaq istəməsi, buna görə də 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən icazə alınmalı olması barədə danışıq aparsa da buna görə hər hansı məbləğdə pul verilməli olması barədə aralarında danışıq müəyyən edilmir. İ.X43 qəbulunda olarkən sonuncu ilə Şahid1 arasında rayonun Qarabaqqal kəndi ərazisində torpağın daşınılması barədə söhbətlər aparılır. X51 Əzimova qeyd edilən torpağın daşınması ilə əlaqədar rəhbərlik etdiyi idarənin hər hansı bir səlahiyyətinin olmadığını bildirir. Görüntünün 18-ci dəqiqəsindən 32-ci dəqiqəsinədək sonuncular arasında qeyd edilən məzmunda söhbətlər aparılsa da istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat müəyyən edilmir. Daha sonra Rafiq Ədilov öz xidməti otağından inzibati binanın bayırına çıxır və Şahid1la arasında olan söhbət bayırda da davam etdirilir. İdarənin həyətində olan zaman İlham X43 tələbi ilə Təqsirləndirilən şəxs1 zəng edir. Bir qədər sonra Şahid1 mobil telefonundan istifadə etməklə Rafiq Ədilov özü Təqsirləndirilən şəxs1lə mövzu ətrafında danışır. Videogörüntünün 32-ci dəqiqəsindən 48-ci dəqiqəsinədək telefon danışığı aparılır ki, videogörüntünün həmin hissəsinə baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs1 Bələdiyyə sədri(bundan sonra R. N.): Alo Şahid1(bundan sonra İ. Ə.): Salam, Ramin müəllim. R. N.: Salam əleyküm. İ. Ə.: Ramin müəllim, mən burda ekologiyanın yanındayam. Rəisin qəbuluna girmişdim indi. Sənə verilən yer kimin yeridi, hansı yeridi? R. N.: Denən ki, torpaq daşıyıbda ordan, türklər daşıyıb ordan torpaq. İ. Ə.: Türklər? R. N.: Hə. İ. Ə.: Dedi, bir dənə dəqiqləşdir onu, dedi ki, o yer bələdiyyənin yeri deyil, yoxsa kimin yeridi, dedi onu bir dənə dəqiqləşdir denən. R. N.: Ayda, denən bələdiyyənin yeridi. Sən onu çoxda şey eləmədə, denən ki mən yavaş-yavaş daşıyacam torpağı. 20 maşın, 30 maşın aparacam. İ. Ə.: Problem yoxdu e, nə istəyirsə verim e, prosto icazə versin mənə o lazımdı, başqa heç nə lazım deyil. R. N.: Bəs nə deyir e sənə indi? İndi Vüqarın yanına gir. İ. Ə.: Vüqarın, o, həmişə danışdığımızın? R. N.: Hə, Vüqarla danış. İ. Ə.: Mən Vüqarla danışdım, Vüqar məni gətirib saldıda rəisin yanına. R. N.: Rəis nə dedi bəs? İ. Ə.: Rəis dedi ki, Bakıdan icazə almalısan sən, rəsmiləşdirməlisən sonra daşımalısan, yoxsa deyir mənim imkanım hardadı? R. N.: Onda mən nə edim day? İ. Ə.: Deyir, Ramin yerli adamdı, o özü niyə gəlib icazə almırki? Dedim məni Ramin göndərməyib, sizin nümayəndə ilə mən danışdım, sizin nümayəndə mənə dedi. R. N.: Sən maşın göndər, 10 maşın yığ apar. İ. Ə.: 10 maşın mənim harama çatır, Allah sənə kömək olsun. Deyir, Ramin özü niyə gəlib icazəni almırki, səni göndərib. R. N.: Rəis elə deyib? İ. Ə.: Qapıdan içəri girən kimi sağ tərəfdə rəis deyil? Birinci qız oturub, sonra içəri girirsən. R. N.: Sən indi hardasan dəqiq? İ. Ə.: Mən bu dəqiqə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı regional ekoloji və təbii ... R. N.: Sən gəl Göyçaya, mən Göyçayda deyiləm. Sən Göyçayda ona bir 500 manat depozit qoy... İ. Ə.: Hara? R. N.: ... 500 manat qoy, get day işinin dalınca. Mən day sabah gedib Mingəçevirə onunla özüm danışaram. İ. Ə.: Sən hardasan? R. N.: 500 manat nəyə görə deyirəm, ..., gedim onunla danışım, ona hər şeyi deyimki rəhbərlə danışmışam. İ. Ə.: A kişi, mən sənə əməlli başlı pul vermək istəyirəm. ... R. N.: Sən indi Göyçaya get 500 manat qoy. İ. Ə.: Müəllim, Bələdiyyənin yeridi. Rafiq: Örüş yeridir? İ. Ə.: Örüş yeridi, Ramin? R. N.: ... İ. Ə.: Hə, elə çöl yeridi. Rafiq: Çöl yeri olmur. Bələdiyyə torpağında 2 cür olur, əkin yeri var birdə örüş yeri var. İ. Ə.: Örüş yeridi. Əkin yeri deyil. R. N.: Çaylaq yerdi. İ. Ə.: Çaylaq yerdi müəllim, torpağın çaylaq yeri. Lap əvvəl deyir türklər daşıyırdı ordan. Rafiq: Sənəd verə bilmir ora? İ. Ə.: Ramin, sənəd verə bilirsən ora? R. N.: Yox, sənədi bilmirik, sənəd ağır söhbətdi e. Bu əmlak komitəsinin problemləri geri çəkdi bizi. Sən kimlə danışırsan indi, rəislə? İ. Ə.: Bilmədim ki. Müəllim, sizin adınız nə idi? Rafiq: Mənim adım, Rafiq. R. N.: Telefon söhbəti deyil e, bular. Denən ki, burda hamısın razılaşdırmışam, bir dənə qalıb ekologiya, icazə versə, gözün yumsa, 3 günə çıxacaqsan. İ. Ə.: Bilirəm, onun söhbəti yox. Müəllim, bir dənə Ramin sizinlə danıışmaq istəyir. Vodegörüntünün 37:38-ci saniyəsindən etibarən İ.Ə. dəstəyin Rafiq Ədilova verir, Rafiq İlhamdan bir qədər aralıda dayandığından danışıqlar vaxt Təqsirləndirilən şəxs1 dedikləri görüntüdə qeydə alınmasa da Rafiqin dedikləri aşağıdakı kimidir: Rafiq: Bəli. R. N.: - Rafiq: Salam. R. N.: - Rafiq: Bəli R. N.: - Rafiq: Gəldilər, getdilər, nazirlik tutdu oranı ki, burda oğurluq edirlər, ekologiyada buna göz yumur, kim cavab verəcək ona, Ramin? R. N.: - Rafiq: Belə işləmişik, mən də işləmişəm. Amma indi işləyə bilmirəm, elə bil mən gözümü yumdum, kim isə gəldi səni orda tutdu, cavab verə biləcəksən? R. N.: - Rafiq: Ay sağol, məndə yuxarının yerinə cavab verə bilmirəm, yəni bu gün ona icazə verə bilmirəm. Ona görə, deyirəm ki, qardaş, ... R. N.: - Rafiq: Bunlar getməlidi ancaq, agentliyə, mineral xammal agentliyi var bizim nazirlikdə, ora müraciət eləməlidir, ... R. N.: - Rafiq: Hə, vəssalamda, demək Ərdoğanın qohumları ala bilmirsə, bunlar heç voobşe ala bilmir. İndi sən razı olarsanki, 50 maşından ötrü gedəsən sən də yanasan, mən də yanam. Mənə lazımdı? Pul tökülüb küçəyə, mən onu küçədən götürmürəm, gedib kiməsə verim özümü yandırım? R. N.: - Rafiq: Məndən keçib e o şeylər. P hərfindən söz mənə aid deyil. R. N.: - Rafiq: Pul verirsəndə, xahiş edib mənə pul verirsən. ... . Bundan yaxşı söz adama deyirlər? R. N.: - Rafiq: Azərbaycanda yoxdu o qədər? R. N.: - Rafiq: Ola bilər. İndi sən mənə bir şey de, bunlar səndən aparır, nə qədər pul verirlər sənə, ay Ramin? R. N.: - Rafiq: Yox e, nə eləyirsən bilmirəm e, sən bununla danışmısan, maşını neçəyə danışmısan bununla? R. N.: - Rafiq: Necə elədin alınmadı? R. N.:- Rafiq: Yox e, mənimlə bəs nə söhbəti eləyəcəkdin. Sizə deyimki, bunun maşınının qiyməti od qiymətinədir. Bunun maşınının 2000 cəriməsidir. Elədir? Bu adam icazəsin alsın, icazəsi ilə qanuni torpağın daşımalıdır. Bu nə qədər pul verəcək, sənə verəcək, polisə verəcək, ekologiyaya verəcək. R. N.: - Rafiq: Bildim, pul verməlidirdə, onlarlıqda olsa pul verməlidir. Traktoristə pul verməlidir.. R. N.: - Rafiq: Mən bilirəm e, kərpiczavodların hamısın bilirəm. R. N.: - Rafiq: Ə Cəlal durur, öldü? R. N.: - Rafiq: Qoruqçu Cəlal var idiye. O parnik əkilən yer vare, Göyçay parniki. R. N.: - Rafiq: Hə, oğlu Elşad zad var idi. R. N.: - Rafiq: Ə, mən Bığırlıyam, ağıllı ol. R. N.: - Rafiq: Nə Raqif. Raqif mənim işçimdi. Raqif məndən 2 sinif yuxarı oxuyub, kəndçiyik, qonşuyuq, qohumuq. R. N.: - Rafiq: Elçinin yanına getmişdin? R. N.: - Rafiq: Bilirəm, anası rəhmətə gedib, bu gün burda bir qonağım zadım var ona görə çıxa bilmədim. Dünən zəng eləmişdi Elçin mənə. Çıxa bilmədim. R. N.: -. Rafiq: Yox, yox, mən heç belə. Sən təsəvvür eləki Elçin məndən aşağı oxuyub. R. N.: - Rafiq: Alınan şey deyile o, o xərc bunlarada sərf eləməz, o xərc bunların nəyinə lazımdı, o qiymətə o gili aparıb Bakıya çatdırmaz... R. N.: - Rafiq: Yox e, onu sən heç istəsəndə, eləyə bilmirəm e, alsan belə kömək edə bilmirəm. Lap elə bil səndən 1000 manat aldım, elədi? Sabah Bakıdan gələn olanda deyəcəksən ki, ekologiya cavab ver. Ona 10000 versəm məndən əl çəkər o? Mən özümüdə zibilə salıram, o kişinidə. R. N.: - Rafiq: Vallah Ramin, bəri başdan dedimdə sənə ki, ... R. N.: - Rafiq: Ramin, çayların o üzündə, o boyda Qarabaqqal yerində söyüdlərdən ağzı aşağı o qədər qoyun güdmüşəm, o qədər Cəlal ordan məni qovub. Yoncaya qoyunu salırdım, atı salırdım, onunda bir həyasız atı olurdu. Neçə yaşın var? R. N.: - Rafiq: Hə, bax Cəlalın atı, ... R. N.: - Rafiq: Eləmi. Yolun başındakı ferma bizimdi, qardaşımındı. Sonra o torpağı aldız əlimizdən, bura Qarabaqqalın yeridi, burda taxıl əkməliyik, nə var bizim qoyunumuz orda otlayırdı, niyə aldız əlimizdən? İndi görürsən, torpaq istəyirsən. R. N.: - Rafiq: Bilirəmdə, Torpağımızı aldız əlimizdən. İndi istəyirsən torpağı maşınla aparasan. Hektarla almısız əlimizdən, indi maşınla qaytarmaq istəyirsən. R. N.: - Rafiq: O zırıltını bizə qoymazlar, ilişdirərsən özünü də məni də. Gəl mən sənə burda bir qonaqlıq da verim. Qorxaqlıqdan getmire söhbət, Ramin. Üzr istəyirəm, gəlib özündən də səviyyəsiz kiminsə bir adamın qabağında min manat puldan ötəri başını əyəsən aşağı kiməsə yalvarasan, ... . İşçilər hamısı evdən, arvaddan pul alıb xərcləyir, bir dənə soruş, çöldən pul almaq söhbəti yoxdur. R. N.: - Rafiq: Qardaş, gələrsən bura, hamısın başa salaram. Heç bu kişinin o işdən xəbəri yoxdur. Bu kişini elə göndəriblər gedir o başa, gəlir bu başa. Bu pulun yiyəsi var, bu işin yiyəsi var. Bu kişinin deyil bu iş. İ. Ə.: Onlar mənlikdi müəllim. Rafiq: Sənə pul veriblər ki, get bu işi gör. Ona görə Mübariz axşam gələcəkdə, onunla görüşərsən danışarsan. Mübariz sənə bu günki vəziyyəti başa salar. Kim deyir ki, mənə pul lazım deyil, hamıya pul lazımdı, amma qardaş işi gərək elə görəsənki, sabah özündən səviyyəsizin qabağında alçalmayasan. R. N.: - Rafiq: Rafiq. R. N.: - Rafiq: Yox, Mən Göyçayda olmuram ki, Bakıda oluram. Mən Xaçmaz regionalın rəisi olmuşam, Sumqayıtda işdəmişəm. R. N.:- Rafiq: Axşam Mübarizlə görüş, orada onu ətraflı müzakirə edərsiz. İ. Ə.: Alo R. N.: İlham İ. Ə.: Hə, Ramin müəllim. R. N.: Görürsən, bax, çətinlikləri görürsən hamısın? İ. Ə.: Bəli. R. N.: 500 manat qoyarsan Göyçaya, qoy get. İ. Ə.: Yaxşı, baş üstə. Telefon danışığı başa çatdıqdan sonra görüntünün 49-cu dəqiqəsindən etibarən aşağıdakı məzmunda danışıqlar aparılması müəyyən edildi: İ.Ə.: Müəllim istəyirsiz zəng edim əmioğluya bir onunan da danış.(Rafiq Ədilova deyir) R.Ə.: Mən Raminə dedim, axşam uşaqlar Göyçayda görüşər, sən bu gecə qalırsan Göyçayda? İ.Ə.: lazım olar qalaram. R.Ə.:Qalarsan bu gecə orda, danışarsız, indi görün, nəsə ağlım kəsmir, alınan şey deyil, İ.Ə.:Başqa yerdən gələn olanda da sizin xəbəriniz yoxdur. R.Ə.:Sabah gəlib sənə cərimə yazanda sən deyəcəksən mən ekologiyanı tanıyıram, onda mən düşdüm oyuna. İ.Ə.:Yox, mən deyəcəm tanımram. R.Ə.:Yoxlamaya gələn məni çağırıb desə ki, gəl sənədləşdir cəriməni yaz, mən məcbur sənədləşdirib cəriməni yazacam. İ.Ə.:Gəl sənədləşdir cəriməni yaz. R.Ə.:X35 müəllimnən, Raminnən görüşərsiz, ətraflı müzakirə eliyərsiz, nəsə mənim ağlım kəsmir, məsləhətdəşərsiz, ağıl kəsən olsa kömək eliyərəm. Bir neçə saniyə sonra R.Ədilov Təqsirləndirilən şəxs3 yanına çağırır. Görüntünün 51-ci dəqiqəsindən etibarən 54:40-cı saniyəyə qədər R.Ədilov Təqsirləndirilən şəxs3lə iş üçün əhəmiyyət kəsb etməyən mövzuda söhbət aparır. 54:40-cı saniyədən sonuncular arasında aşağıdakı məzmunda danışıq aparılır. R.Ə.: Bu Raminlə danışıb. Bular orda türklərin köhnə yeridi təzə yeridi bilmirəm, türklərdə iki yer var. İ.Ə.:Səhv etmirəmsə köhnə yerdi. Təqsirləndirilən şəxs3 (bundan sonra M.H.): Köhnə yer Qəmbərindi. Təzədən də türklərnən razılaşarsız siz. R.Ə.:Bu nə qədər pul verəcəkki türklərnən də razılaşacaq. İ.Ə.:Biz bir dənə Raminnən razılaşmışıq, başqa heç kimnən. M.H.:Siz öz yerinizə buraxarsız kimisə? R.Ə.:Mən bilirəm ki, buraxası deyillər, səhərdən Raminə onu deyirəm ki, ay Ramin ağıllı ol, sənin yerin çaylağın o biri üzüdü, bura bu biri üzüdü. M.H.:Nisyə söhbəti niyə eliyirikki? İ.Ə.:Mən bir dənə Ramini tanıram. M.H.:Nə Ramin? İ.Ə.:Bələdiyyə. M.H:Ramin kimdi qardaş, Kərpiczavodun yiyəsi var, zavod cibinin pulun verib özünə yer alıb, Raminin illik vergisini ödüyür. Ramin niyə başına güc eliyir, gücümüz çatan şeyi sizə deyək də gücümüz buna çatır, qalanın da təkan ver. Türklərin köhnə karyeri var, istifadə eləmədikləri, ora gedib torpaq götürən kimi, Göyçayın bütün əlaqədar təşkilatları töküləcək ora. İ.Ə.:Ramin deyir, o biriləri mən həll edirəm. M.H.: Ramin həll eliyəcək? Yalan deyir. Özüvü aldatma. İ.Ə.:Alıb aldatmaq deyil ki? M.H.:Yaxşı onda üzr istəyirəm. Mümkünsüzdür. Qardaş əldə olarsan, özüvü tanıdarsan, texnikavı gətirən kimi icra da sənnən yapışacaq, polis də sənnən yapışacaq. İ.Ə.:Ramin deyir hamısının ağzın yumuram, icranın da polisin də. M.H.:İnanırsan?, o sənə bilirsən neçəyə başa gələcək?, bular hamısı pulnandıye. Görüntünün 57.04-cü saniyəsində Şahid1 zəng gəlir, bu vaxt Təqsirləndirilən şəxs3 üzrxahlıq edərək qayıdacağını bildirib inzibati binaya daxil olur, görüntünün 57:40-cı saniyəsində Mübariz yenidən İlhamın yanına qayıdır və onlar arasında qeyd edilən məzmunda söhbət başlayır: İ.Ə.:Ramin deyir, keçən dəfə icranın da işçisi gəlmişdi ora, adı bircürdü Qurban.(Mübariz başı ilə təsdiq edir). Mən orada olarnan qiyməti razılaşmışam, bir maşın aparacam bir maşının pulun verəcəm, 100 maşın aparacam 10 maşının pulun verəcəm, prosta qabağımızı kəsən ekologiyadı. Görüntünün 58.02-ci saniyəsində Təqsirləndirilən şəxs3 üzrxahlıq edərək qayıdacağını bildirib inzibati binaya daxil olur, görüntünün 59:15-ci saniyəsində Mübariz yenidən İlhamın yanına qayıdır və onlar arasında qeyd edilən məzmunda söhbət başlayır: İ.Ə.:Ramin müəllimnən də danışdı(Rafiqi nəzərdə tutaraq). M.H.: Elə? İ.Ə.: Müəllim dedi ki (Rafiqi nəzərdə tutaraq) axşam qala bilərsən Göyçayda?, dedim bir otel tutub qalaram. Dedi ki, Mübariz Ramin sən oturarsız, əgər nəsə yaxşı bir yolu varsa axşam söhbət eliyərsiz, Ramin özü də müəllimnən danışdı. Bundan sonra Təqsirləndirilən şəxs3 bir neçə dəfə Raminə zəng etsə də sonuncu zəngə cavab vermir. Görüntünün 1.03.06-cı saniyəsində R.Ədilov Təqsirləndirilən şəxs3 kənara dəvət edərək onunla söhbət edə-edə Şahid1 kənarlaşır. Görüntünün 1.12.13-cü saniyəsinə qədər iş üçün əhəmiyyət kəsb edəcək xüsusat müəyyən olunmur. Həmin saniyədən etibarən Təqsirləndirilən şəxs3 Şahid1 yaxınlaşması görünür. Onların arasında hər ikisinin Raminə zəng etmələri lakin sonuncunun zəngə cavab verməməsi müəyyən edilir. Görüntünün 1.15.17-ci saniyəsində Təqsirləndirilən şəxs3 Şahid1 Göyçaya gedib Raminlə görüşməsini, axşam özünün də gəlib onlarla görücəyini, görüşdən sonra bir söz deyəcəyini bildirir (cild 01, iş vər. 49-57). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Şahid1 özü tərəfindən xx.xx.2021-ci il tarixdə Göyçay rayonu ərazisində qeydə alınmaqla sonradan istintaqa təqdim edilmiş videogörüntülər olan 02 ədəd “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilən disklərin üzərində “xx.xx.2021 Göyçay İ” və “xx.xx.2021 Göyçay İİ” sözləri yazılmışdır. Üzərində “xx.xx.2021 Göyçay İ” yazısı olan diskdə bir ədəd “2021_03_31__19_07_00-converted.mp4” adlı video fayl vardır. Sözgedən video fayla baxış zamanı aşağıdakılar müəyyən edildi: Videgörüntü 45 dəqiqəlik olub görüntünün başlanğıcında Şahid1 yol kənarında özünə məxsus ağ rəngli Mercedes E class markalı avtomobillə dayandmış Təqsirləndirilən şəxs1lə görüşüb sonuncunun avtomobilinə oturması ilə başlayır. Avtomobillə yol getdikləri zaman habelə bir qədər gedib hansısa kafeyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 Rafiq Ədilovla az əvvəl mobil telefonla danışarkən sonuncunun ona Şahid1 iş görən adama oxşamadığını, geyiminin, habelə danışığının qeyri-ciddi təsir bağışladığını bildirir. Görüntünün 05:26-cı saniyəsində Ramin Təqsirləndirilən şəxs2 zəng edərək Şahid1 gəlməsi barədə məlumat verib onları olduğu yerə dəvət edir. Görüntünün 09:52-ci saniyəsində Ramin Mübarizə zəng edib ondan harada olmasını soruşur, Təqsirləndirilən şəxs3 Mingəçevirdən yeni çıxmasını bildirir, Ramin Mübarizdən gəlib-gəlməyəcəyini soruşur, gəlməyəcəyi halda özünün İlhamla danışıb-danışmamasını soruşduqda Mübariz özünün dəqiqləşdirməli olduğu məsələlərin olmasını bildirib, Raminə İlhamla tək deyil onun iştirakı ilə danışmasını tapşırır, Ramindən onu gözləmələrini xahiş edir, Ramin də razılaşır. Bu danışıqdan sonra həmin kafedə yemək verilmədiyini görən İlhamla Ramin digər kafeyə getməyi qərarlaşdırırlar. Görüntünün 17-ci dəqiqəsinə qədər İlhamla Ramin arasında torpaq aparılması mövzusu ətrafında söhbət aparılır, qeyd edilən dəqiqədə onlar kafedən çıxırlar, görüntüdə naməlum şəxs peyda olur, həmin adam Təqsirləndirilən şəxs1 tanışı olduğundan sonuncu həmin şəxsdən özünə məxsus avtomobillə onları “Kamran” adlı kafeyə aparmasını xahiş edir, daha sonra onlar üçü birlikdə Sərin adlı kafeyə gedirlər. Həmin kafedə üçü birlikdə oturub yemək yeməyə başlayırlar. Həmin müddətdə üçüncü şəxsin adının Elvin olması danışıqlardan məlum. Videogörüntünün sonuna qədər iş üçün əhəmiyyət kəsb edən danışıq müəyyən edilmir. Üzərində “xx.xx.2021 Göyçay İİ” yazısı olan diskdə iki ədəd “2021_03_31__20_07_00-converted.mp4” və “2021_03_31__21_07_00_con.mp4” adlı video fayllar vardır. 2021_03_31__20_07_00converted.mp4 adlı video fayla baxış zamanı aşağıdakılar müəyyən edildi: Görüntü 60 dəqiqədən ibarətdir. Görüntünün 04:00-cı saniyəsinə qədər iş üçün əhəmiyyət kəsb edən hadisə baş vermir, həmin saniyədə aparılan danışıqlardan Elvin adlı şəxsin həmin yeri tərk etməsi aydın olur. Görüntünün 08:00-cı saniyəsinə qədər əhəmiyyət kəsb edən hadisə baş vermir, həmin saniyədə Ramin Mübarizə zəng edib olduqları yer barədə məlumat verir, sonuncu yolun Ağdaşdan keçən hisəsində olmasını, gələcəyini bildirir. Görüntünün 14:00cı saniyəsində Ramin Təqsirləndirilən şəxs2 zəng edərək Şahid1 gəlməsi barədə məlumat verib onları olduğu yerə dəvət edir, Qurban başqa yerdə olmasını və gələ bilməyəcəyini bildirir. Görüntünün 32-ci dəqiqəsinə qədər İlhamla Raminin arasında torpağın hansı maşınlarla, neçə gündən bir, günə neçə maşın daşınılması, habelə veriləcək pulun müqabilində Raminin göstərəcəyi himayədarlığın konkret mənasının nədən ibarət olması barədə söhbətlər aparılır. Görüntünün 32:22-ci saniyəsindən etibarən sonuncular arasında aşağıdakı məzmunlu danışıq aparılır: İ.Ə.: Sonra deməki İlham mənimlə bu söhbəti eləməmişdin, Göyçayın ərazisində polisimi, nəyimi-nəyimi hamısı sənlikdi Ramin müəllim. R.N,:Bəs onu deyirəm ki, o məbləğə gəlmək lazımdıda. Maşına 65 manat demişəm ekologiyadan əlavə. İ.Ə.: Nə qədər demisən? R.N.:Maşına 65 manat. İ.Ə.:Elə söhbət olmamışdır. R.N.: Basıb bağlama. İ.Ə.:Canımçün elə ö olmamışdı, 60 olmuşdu. R.N.:70 dedim, sən dedin 65-nə qutardıq. Mən də razılaşdım. İ.Ə.:60 demişdin mənə. R.N.:Ekologiyadan əlavə. İ.Ə.:Bəli ekologiyadan əlavə 60 manat demişdin. Ekolgiyanan bir yerdə yox sən öz aldığıvı demişdin mənə. R.N. Orda hər maşından 5 manat mənə qalır. İ.Ə.Səni əlavə görəcəm. R.N.:Gəlsin bura danışaq. Bular bura biznən görüşməyə gəlirsə deməli işin razılığına gəlirlərdə. İ.Ə.: Amma bular biznən razılığa gəlməsələr vara bulara zəng gələcək ki, ordan filankəsdərin Kamazı çıxacaq ona dəyməyin, olan bulara olacaq, bunlar pis vəziyyətdə qalacaq. R.N.:O sənin öz işindi. Bular onda ac qalacaqlar(gülür). İ.Ə.:Ağızdarının suyu axa-axa Kamazdarın dalınca baxa-baxa qalacaqlar. R.N.Söhbət eliyəndə onda Mübarizə deyərsən onu. İ.Ə.: Söhbət eliyəciy, olar razı olmasa mən sənin haqq-hesabıvı verəcəm gedəcəm, əmioğluya da deyəcəm ekologiya belə dedi elə dedi, bələdiyyəni gördün-gördüm vəssalam. Bələdiyyəsi, polisi, icrası hamısı hazırdı, bir dənə ekolgiyadı onu da kimnən danışmışdın get danış. R.N.:Türklər elə edib də kərpiczavod yoxdu, olar Bakınan həll ediblər. İ.Ə.:Bakı da baha eliyir də. R.N.:Kəndin demaqoqu da var o birisi də var hamısının ağzına puldan atırıq ki, yazı-pozu olmasın. İş reyse düşdü, ondan sonra iş gedəcək. İ.Ə.: Sən məndən nə qədər istəyirsən hamısının ağzın bağlamağa? R.N.: Otuz min. İ.Ə.: Yox bir 100 min. Tökülüb çölə yığıb gətirəcəm. Sənə mən 3000 manat pul verəcəm indi. R.N.:Bunnan (Mübarizi nəzərdə tutaraq) danışandan sonra. İ.Ə.:Bu razı oldu-olmadı, sən narahat olma. Ekologiyadan bura zəng gəlməmiş mən bura Kamaz gətirməyəcəm. R.N:3000 verdin mənə sonra? İ.Ə.:3000 manatı sənə beh kimi verirəm. Bu mənim torpağımın behi. R.N.:Birdən bu(Mübarizi nəzərdə tutur) gəldi razılaşmadı sənnən? İ.Ə.:Razılaşmır, razılaşmasın. Sənin ekologiyanan işin yoxdu. Mən işimi başqa yerdən görəcəm. Sənə də demirəm gələ bu üç mini sabah tezdən Kamazdarı göndərirəm, mən sənə onu demirəm, mən işimi görüb qurtarandan sonra zəng eliyəcəm Ramin müəllim, mən işimi görmüşəm gəlim sənin bu qədər də puluvu verirəm, sora sənə ekologiya da zəng eliyəcək ki, filankəs gələcək bu qədər torpaq daşıyacaq olara dəymiyin, başqa sözün? R.N.:Vsyo da, başqa heçnə. İ.Ə.:Sən puluvu al dur qıraqda, ekologiyanan işin yoxdu. Razılaşacaq başqa. Razılaşmayacaq tamam başqa. R.N.: Vsyo. İ.Ə. Gəl mən sənə 3000 verim verim. R.N.: 100 Kamaz aparacaqsan? İ.Ə.:Mən 100 Kamaz aparmayacam. R.N.:Mən onu yazdırım da 50 Kamaz. Sən neynirsən o işdər də var da. Videogörüntünün 38:50-ci saniyəsində Şahid1 pulqabısından bir dəstə 100 manatlıq əskinaslar çıxarması görünür. Ramin pulu gördükdən sonra İlhama Mübarizi nəzərdə tutaraq “Onun pulunu saxla da deyir.” İ.Ə.:Sənə 3000 verirəm. Sənin onun pulu ilə işin yoxdur. Lazım olsa bir dənə zəng vuracam yenə əlavə göndərəcəklər. R.N.:Yox e ona(Mübarizi nəzərdə tutaraq) pulu vermək lazımdı. İ.Ə.:Verəcəm. R.N.:İndi verə bilirsən? İ.Ə.:Verəcəm, indi də verəcəm. Görüntünün 39:15-ci saniyəsində İlham əlində tutduğu pul əskinaslarını sayır, pulu saydıqdan sonra həmin pulu Raminə uzadır, Ramin pulu götürüb bir daha özü sayır, pulu saydıqdan sonra pulun 3000 manat olmasını təsdiq edir. Habelə görüntüdə İlhamın 3000 manatı Raminə verməsindən sonra da əlində bir qədər pul qalması görünsə də pulun məbləğini müəyyən etmək mümkün olmur. Daha sonra dialoq davam edir: R.N.:Kəndin demaqoquna aparıb 500 manat verəcəm. İ.Ə.:O sənin işindi Ramin müəllim. Göyçay sənlikdir qardaş Göyçaydan mənə heç nə demə, sən nə qədər istiyəcəksənsə mən onu verəcəm sənə. Göyçayı çıxana qədər Kamazdar sənlikdir. R.N.:Dəyirmanın kruqun o tərəfə keçdi mənlik deyil? İ.Ə.:Göyçayı çıxdı sənlik deyil. R.N.:Vsyo. Bu da behdi haaa. İ.Ə.:O behdi, gələn həftə gələcəyəm, Kamazdardan qabaq sənin sayıb puluvu verəcəyəm, sora da başdıyacıq. Görüntünün 41:00-cı saniyəsindən 45:00-cı saniyəyə qədər iş üçün əhəmiyyət kəsb edən xüsusat müəyyən edilmir, sonuncu saniyədə Raminin tələbi İlham öz mobil telefonundan Mübarizin ********** mobil nömrəsinə zəng edib olduqları yeri ona izah edir. Həmin vaxtdan görüntünün 53-cü dəqiqəsinə qədər əhəmiyyət kəsb edən xüsusat müəyyəb edilmir. Görüntünün 53-cü dəqiqəsinin 10-cu saniyəsində onların yemək yedikləri otağa Təqsirləndirilən şəxs3 daxil olur. Otağa daxil olduqdan sonra sonuncular arasında olan danışıqların məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxs3: (Təqsirləndirilən şəxs1) Bu kişi torpağı haradan götürəcək? Təqsirləndirilən şəxs1 (R.N): Türklər götürən yerdən. M. H. Türklər icazə verəcək buna? R. N O yeri mən vermişəm onlara. O yeri yox. Mal bazarının üstündəki yeri deyirəm. M. H. Ramin, onun sabah söz-söhbəti yazı-pozusu çox olacaq. R. N.: Demaqoqların pulun özüm həll edəcəm. M. H. Sənlikdi də? R. N. Mənlikdi. M. H. Yuxarı ilə hesablaşırsan? R. N. Bu kişi mənə beh verəcək yuxarı ilə hesablaşacam. M. H. Gündə neçə maşın aparacaqsan? Şahid1 (İ. Ə): Ramin müəllim mənə icazə versə günə bir 30 (otuz) maşın çıxararam. Ən azından gündə 15 (on beş) maşın lazımdır. M. H. 15 (on beş) maşın gün bir “reys” edəcək də yəqin Bakıya? İ. Ə. hə bir “reys” M. H. Aşağı yolla gedəcək də? İ. Ə. daha hansı yolla gedəcəksə özləri bilər. M. H. Həmin yeri buna “oformit” edəcəksən? R. N. Sənin nəyinə lazımdı nə edəcəm? M.H. Bu müdir gəldi ora, müdirlə söhbət elədim. ...... Bu kişi gedib ora, müdirlə görüşüb, 100 maşına görə 2 dənə pul deyib. İ. Ə. Yox, yox, öz ölmüşümə rəislə pul barədə danışıq olmayıb. M. H. Bu kişi 100 maşına 2.000 pul deyib, demiyibsə də o kişi (Rafiq Ədilovu nəzərdə tutaraq) mənə elə deyib. 2021_03_31__21_07_00_con.mp4 adlı video fayla baxış zamanı aşağıdakılar müəyyən edildi: Görüntü 60 dəqiqədən ibarətdir. Görüntüdə danışıqların məzmunu aşağıdakı kimidir: M.H. Müdir mənə dedi ki, gedib o kişi ilə söhbət edirsən. Ona görə mən soruşuram ki, haradan götürəcəksən? Problemi var ya yoxdur. Yazı-pozu olsa necə olacaq, yazı-pozu olsa mənlik deyil. Cərimə olsa özü ödəyəcək. Yolda tutulsa mənlik deyil. “Mən görməmişəm”dən söhbət gedir. İ. Ə. Danışdığımız kimi, Ramin müəllim, mən danışmışam ki, Göyçayı çıxana kimi, Ramin müəllimlikdi, ondan sonra mənlikdi. M. H. O, sizin probleminizdi. Mən nəyi gətirirəm, nəyi demək istəyirəm. O (Rafiq Ədilovu nəzərdə tutaraq) mənə dedi ki, 100 maşın deyiləcəksə 120-150 aparacaqlar, ona deyirsən bu (əli ilə 5 rəqəmini göstərərək) İ. Ə. 100 dənəyə? M.H. O (Rafiq Ədilovu nəzərdə tutaraq) deyir ki, 100 deyirsə 150 olacaq İ. Ə. Yox, yox elə deyil. Nə deyilibsə o da aparılacaq. Nəyin pulunu verirəm onu da aparacam. M. H. Mənə bunu dedi. İ. Ə. 5000? M.H. Vallah da billah da İ.Ə. 100 maşına 5000? M.H. Vallah da billah da. İndi ondan nə çıxaq. Mən sabah ona nə deyim, onsuzda səndən indi pul götürməyəcəm. Pul olacaq bu kişidə (Təqsirləndirilən şəxs1 göstərərək). Sabah hə dedi( Rafiq Ədilovu nəzərdə tutaraq) yəqin sən gedəcəksən, nə olsa mən sabah bu kişi (Təqsirləndirilən şəxs1 göstərərək) ilə görüşüb götürəcəm. İ. Ə. Mənə ordan hörmət edin də heç olmasa başına dönüm. Mən də söz yox, ortada vasitəçiyəm, istəyirəm ki, mənim də ordan xeyrim olsun da. M. H. Xeyrin olmasa bu işin dalınca niyə düşəsən ki? İ. Ə. Heç kəs düşməz. M. H. Amma düzələn kimi də. İ. Ə. İndi nə qədərə “dabro” verirsiz, nə qədər daşıyacam. M. H. Onu sən bilərsən. İ. Ə. Məndən olsa yay uzunu. M. H. Təmiz söhbətdən xoşum gəlir. İ. Ə. Mən də elə onu istəyirəm. M. H. Sən yay uzunu işləyə bilmərsən. İ. Ə. Mən Ramin müəllimlə danışmışam, 200 maşın yox 500 maşın çıxaracam. 500 maşın bir günə çıxmayacaq ki? M. H. Təbii ki? İ. Ə. Əgər hansı gün problem olsa zəng eləyəcəm “Ramin müəllim maşını göndərim?” desə ki, yox 2 gün, 1 həftə gözlə mən maşın göndərməyəcəm. Nə desə onu edəcəm. R. N. Nə isə sən o üz bu üz danışırsan. Bu gün biz sənə deyirik 50 maşın, 100 maşın aparırsan. 100 maşından sonra bir də görüşəcəyik? İ. Ə. Müəllim 100 maşına görə çox istəyir axı. 5000 manat 100 maşına çoxdur. M. H. Onsuzda o pulu səndən bu dəqiqə tələb edən yoxdur ki. Sənin o sözün məni bir az çaşdırdı. Deyirsən ki, yay uzunu aparmaq istəyirəm. Bu dəfə 100 maşın apardın, 5 verdin, 3 verdin. İ. Ə. Verdim? 100 maşın qurtardı təzədən bir də gələcəm görüşəcəm. M.H. Neçə müddətdən sonra, nə qədərdən sonra? Bu saat biz onu hesablamırıq. Bunun üçün də, bizim üçün də bu iş oğurluq işdi, qeyri rəsmi kariyerdi. Sənin icazən yoxdu. Kimsə bunu görsə, kimsə bunu yazsa, istər istəməz iş uzansa söz yaranan şeydi. Nazirliyə də xəbər çata bilər ki, Göyçayda filan işi görürlər. On gün iş gördün getdin, daha səni kim gəlib tutacaq ki? Amma bir 20 gündən sonra bir də gəldin, bir 20 gündən sonra bir də gəldim. Amma onu bir gün orda, kimsə sistemə xəbər verəcək. İ. Ə. Bəs siz necə eləmək istəyirsiz ki? M.H. Sən işlədin, səni gör-mə-mi-şik. İ. Ə. Nə sən məni görmüsən, nə də mən səni görmüşəm. M. H. Görməmişik. Yazı-pozu da bu kişi (Təqsirləndirilən şəxs1 nəzərdə tutaraq) deyir ki olmayacaq. Amma iş uzandıqca kimsə sənin dalınca gələcək. İ. Ə. İndi siz nətər məsləhət görürsüz. M. H. Uzun müddətli işə heç kim “dabro” verməz. R. H. Biz sənə 100 maşın verəcəyik. M. H. 100 maşını oğurluq, doğurluq boynumuza çəkə bilərik. Sonrakı Allah kərimdir. Nə bilirsən sabah nə olacaq. İ. Ə. 100 maşını apardım, təzədən gələcəm sizin yanınıza M. H. Aradan bir müddət keçəcək də. R. N. Vaxtın de bizə. M.H. Nə bilsin. İ. Ə. Məndən olsa heç bir gün də keçməyəcək. O sizdən asılıdı. R. N. 100 maşını 1 həftəyə çıxarırsan. İ. Ə. Ən azı vur da günə 20 maşından. R. N. 5 günə 100 maşın? Ona mən razı. İ. Ə. 5 günə 100 maşın gedəcək. R. N. 5 günü keçdi “uje” söhbət bağlandı. M. H. O birisi 100 necə olacaq. İ. Ə. O birisini də gələcəm razılaşacağıq M. H. Yaxşı, onda nuş. (içki içirlər) İ. Ə. Dayan mənim qanım qaraldı e. Nə alacaqsız məndən 100 maşına? R. N. 1500-ə eləyin çıxsın getsin də. M. H. Nə 100 maşına, 2 orda deyib gəlib, deyirsən 1500 olsun? İ. Ə. Yox, mən orda pul söhbəti eləməmişəm. Amma rəis deyirsə qanundur. M. H. Vüqarla söhbət eləmisən? Oradakı hüquqşünasla? İ. Ə. Elə belə orada pul söhbət olmayıb. Nə alacaqsız məndən de işimi bilim. M. H. Onun dediyi və sənin dediyinin qabağında “3”. İ. Ə. 3000 100 maşına? M. H. 3000 İ. Ə. 100 maşına? M. H. 100 maşına. Sən öl, bu dəqiqə o hə də desə konkret söz deməyəcəm. Sabah ona deyəcəm. Söhbət budu. Bəlkə dedi heç olmaz? İ. Ə. Gör nə deyirəm? Demirsən 3000? R.N.:Eybi yoxdur, 100 aparma 120 apararsan. İ.Ə.: Elə onu demək istiyirdim. M.H.: 120 zad apararsan gəlib mən orda sənin maşını sayası deyiləm. 120 apardın deyərəm 100 aparacaq. R. N. Bunu başa düşdük e, bəs mən? Bunun icrası var, demaqoqu var. İ. Ə. Nə oldu e daha, sən qaldırırsan, o da qaldırır. Daha onda mən işləməyim də. R. N. Çox istədin. M. H. Çox istəmədim. Yenə fikirləşsin mən gedirəm, sən (Təqsirləndirilən şəxs1) mənə zəng edib hə, yox deyərsən. Hə olacaq mən də o kişi ilə danışacam(Rafiq Ədilovu nəzərdə tutur), səninlə görüşəcəm. Allah iş avandlığı versin, gəlsin işin görsün, 5 günə, 3 günə yekunlaşdırsın. İ.Ə.:Orda mənim əlavəm də olacaq axı, 6 gün olsun. R.N.:Yaxşı olsun 6. Mən də aparıb demaqoqa pul verəcəm ki, 6 gün burda iş gedəcək demaqoqun ağzın yum, onun ağzın yum bunun ağzın yum. İ.Ə.:Onun mənə dəxli yoxdu Ramin. M.H.:Ramin yazı-pozu sənlikdi haa. Mənə də dəxli yoxdu. İ.Ə.:Mən burda Eldar tanımıram, Əli tanımıram, Vəli tanımıram. M.H.: Mən də onları tanımıram. İ.Ə.:Mən burda kimnən gedib söhbət eliyəsiyəm, onlar hamısı sənlikdi. M.H.:Səndən çox olardan mən çəkinirəm, olardan bir parça yazı olsa mən düşdüm zibilə. Yazı-pozu olmasın. İ.Ə.: Bu rayonda kimsə mənim maşınımı dayandırsa gəlib yapışacam sənin yaxandan.(Raminə deyir) R.N.:Onda siz çox istəyirsiz.(Mübarizə deyir) 11:31-ci saniyədə Mübariz həmin yeri tərk edir. Daha sonra videodan görünür ki, Təqsirləndirilən şəxs3 getdikdən sonra Şahid1 120 maşın torpağın daşınması müqabilində Təqsirləndirilən şəxs3 3000 manat verməyə razı olmasını bildirir. Təqsirləndirilən şəxs1 bundan sonra Təqsirləndirilən şəxs3 zəng edərək Şahid1 3000 manat verməyə razı olmasını deyir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 3000 manatın bütöv formada səhəri gün ona verilməli olmasını dedikdə Şahid1 bu gün yalnız 2000 manat verəcəyini, qalan 1000 manatı torpağı götürməyə gələn zaman verəcəyini deyir. Təqsirləndirilən şəxs1 bunu Təqsirləndirilən şəxs3 bildirən zaman sonuncu razılaşır və 2000 manatı sabah ona verməsi üçün Şahid1 alıb özündə saxlamasını Təqsirləndirilən şəxs1 tapşırır. Bundan başqa Təqsirləndirilən şəxs1 söhbət zamanı 120 maşın torpağın daşınması müqabilində demaqoqların ağzını yummaq, polisi, icranı, əmlakı və ədliyyəni yola vermək adı ilə İlhamdan özü üçün daha 3000 manat pul tələb edir, İlham razılığını bildirir, lakin həmin 3000 manatı torpağı aparmağa gələndə verəcəyini deyir. Görüntünün 24-cü dəqiqəsində Şahid1 pul qabından götürdüyü 20 ədəd 100 manatlıq əskinasları çıxarıb saydıqdan sonra Təqsirləndirilən şəxs1 verir və sonuncu həmin pul vəsaitlərini götürdükdən sonra sayır, daha sonra stuldan asdığı gödəkcəsinin sol içəri cibinə qoyur. Həmin vaxtdan görüntünün sonunadək hər hansı bir əhəmiyyət kəsb edən xüsusat aşkar edilmir. Görüntüyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa xüsusat müəyyən edilmədi. Baxış zamanı əhəmiyyət kəsb edən hissələrdə ekran görüntüsü printscreen funksiyası vasitəsilə götürülməklə fotocədvələ yerləşdirilib protokola əlavə edildi (cild 01, iş vər. 8-69). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Monitorinq Mərkəzindən təqdim edilmiş Şahid1 istifadəsində olmuş ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrələrindən aparılmış danışıqlar zamanı iş üçün əhəmiyyət kəsb edən danışıqların səs yazılarına dair CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, təqdim edilən diskdə 01 ədəd “İlham” adlı qovluqlar vardır. İlham adlı qovluqda aşağıdakı səs faylları vardır: 20.vsf, 21.vsf, 22.vsf, 23.vsf, 24.vsf, 26.vsf, 27.vsf, 30.vsf, 37.vsf. 20.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: Təqsirləndirilən şəxs1 Bələdiyyə sədri(bundan sonra R.N.): Bəli. Şahid1(bundan sonra İ.Ə.): Salam əleyküm. R.N.: Salam. İ.Ə.: Ramin müəllim, necəsiniz, nə var nə yox? R.N.: Sağ olun, yaxşı olasız. İ.Ə.: Canın başın? R.N.: Salamatçılıq. İ.Ə.: Tanıdın? R.N.: Yox İ.Ə.: İlham idi narahat edən. R.N.: Səndə hər dəfə bir nömrə ilə zəng edirsən. İ.Ə.: O birisi nömrədə kontur az idi. R.N.: Ə nə oldu, nətər oldu? Siz yoxa çıxdız? İ.Ə.: Yox, yox, yoxa çıxmaq deyildi. Biraz hüzrümüz var idi. Ona görə qalmışdım. Sözün açığı, sənlə danışıb gəldiyim gündən 2-3 gün sonra pulu aldım qoydum cibimə, elə o gündən cibimdədi o pul. Sabah gələcəm Allah qoysa, tezdəndən. R.N.: Yox e, işə gəlirsən? İ.Ə.: Hə, hə. R.N.: Sabah neçənci gündür? İ.Ə.: Sabah 4-dür, 5-dir? Sabah 5-dir. R.N.: Sabah burda maşın bazarıdı e, onu birigün edərdin. İ.Ə.: Sabah gələk, görüşək, getmərəm də qalaram mən. R.N.: Hə, bu işlər yenə də opasnılaşıb e təmiz, nə qədər maşın gələcək? İ.Ə.: 10 dənə. R.N.: Hə, hələlik 10 dənə? İ.Ə.: Hə R.N.: Hə, yaxşıda İ.Ə.: 10 dənə, sabah gəlim, görüşək, yenə oturub yeyib-içək eləyək. R.N.: Orucluqdu, mən oruc tuturam, mənlik deyil. İ.Ə.: Ə yaxşı görək. R.N.: Vallah hə, yox yox. İ.Ə.: Hə, Allah qəbul eləsin, heç bir şey. Problem yoxdur. R.N.: Onda sən danışarsanda, şeyin nömrəsi var səndə? İ.Ə.: Kimin? Hə, hə R.N.: Sən o maşınları neçədə gətirib çata bilərsən ora? İ.Ə.: Necə yəni? R.N.: Tezdəndən edə bilərsən? İ.Ə.: Yox, tezdəndən onlar yük gətirəcəklər, boşaldacaqlar, günorta, axşamüstü ola bilərəm. R.N.: Axşamüstü eləməyə? İ.Ə.: Axşamüstü çata bilərəm, hə. R.N.: Axşamüstü şeylə danış onda. İ.Ə.: Bazar saat neçədə dağılır? R.N.: Bazar 4-dən, 5-dən sonra. İ.Ə.: 4-dən, 5-dən sonra, uspet eləyə biləcək o? Hava qaralana qədər 10 dənəsin doldursun. R.N.: Ona baxarıq. Onda gərək dayanmasın e orda o. İ.Ə.: Bildim, bildim, başa düşdüm. Bizim aramızda nə qədər qalmışdı? R.N.: Nə deyirsən? İ.Ə.: Aramızda 3 dənə qalmışdı? R.N.: Hə, hə. İ.Ə.: 3 bir dənə də o, 4. R.N.: Ə dayan e, 10 gələcək gedəcək, sonra necə gələcək? İ.Ə.: 10 sabah gəlib gedəcək, birisigün 15 dənə gəlib gedəcək. R.N.: Hə yaxşı, elə az-az olmağı yaxşıdı. İ.Ə.: Oldu, sabah saat 11-12-ə ordayamda biləsən. R.N.: Oldu. 21.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: İ.Ə.: Alo, hə, Ramin müəllim. R.N.: Alo, birdə bir söz deyim sənə. İ.Ə.: Hə. R.N.: İlham, sən deyilsən? İ.Ə.: Mənəm, mənəm. R.N.: Birdə sənə bir söz deyim, o gələndə, o daşıdığın yer vare, şirkətində VÖEN-i varmı, nə bilim nəyi varmı, o həmən şeydən biz pulu köçürdək Bələdiyyənin şotuna. İ.Ə.: Necə ürəyin istəyir. R.N.: Oranın nə sənədləri var? İ.Ə.: Haranın? R.N.: Daşıdığın yerin. İ.Ə.: Daşıdığım yerin hələ indi sənədi yoxdur. İndi uçastkoviynan zadnan danışıb eləmişik, sərbəst işlədirik, amma bizə deyirlər ki, iş gücləşən kimi sənədləşdirin. R.N.: Elə iş olur? İ.Ə.: Sex özümüzündür, torpaq özümüzündür. Torpaq əmimoğlunundur. Şəxsi özünündür torpaq. R.N.: Mənə onun şəxsiyyət vəsiqəsin gətirərsənki, biz ona torpaq veririk aparıb orda bağ salmağa. İ.Ə.: Problem yoxdur, kserokopiya edib gətirərəm. R.N.: Hə, özününkində gətir onunkində. İ.Ə.: Problem yoxdur. 22.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: R.N.: Alo İ.Ə.: Alo R.N.: Hə İ.Ə.: Salam, Ramin müəllim. R.N.: Salam, İlham, salam. İ.Ə.: Necəsiz? R.N.: Sağ ol, yaxşı olasan. İ.Ə. Mən bu şeydən dönürəm uje Göyçaya tərəf, Ucar tərəfdən. R.N.: Sən şəxsiyyət vəsiqələrin götürmüsən? İ.Ə.: Hə, üstümdədir. R.N.: Kiminkin götürmüsən? İ.Ə.: Şəxsiyyət vəsiqəm üstümdədir, əmioğluyada demişəm vatsapla atacaq. Mən də onu Göyçayda çıxardıb verəcəm sənə. R.N.: Hə, sən işdə ol, mən sənə yığacam, gəl çat hələ. İ.Ə.: Yaxşı, çatıram 15 dəqiqəyə ordayam mən. R.N.: Hə, yaxşı, danışarıq. Maşınlar gəlib? İ.Ə.: Maşınları demədinki axşamüstü? İndi gəlib sənin yanında maşınlara zəng edəcəm kamazların böyüyünə, o göndərəcək. R.N.: Nə axşamüstü? Saat 1-də zadda gəlsinlər, 1-də 2-də gəlsinlər çıxsınlar yuxarı. İ.Ə.: Bəs dedi 4-də 5-də qurtarır maşın bazarı? R.N.: Yox, 1-də 2-də çıxsınlar, qulaq as. Sən traktorla danış onda. İ.Ə.: Hə, o traktorla danışacam, görüm başqa traktorda tapsam, iki traktorla tez yola versin. R.N.: Hə, yaxşı, tez ol onda. İ.Ə.: Yaxşı gəlirəm, nə qədər vaxta görüşək? R.N.: Sən işini gör, biz görüşəcəyikdə, nə olub e? Qayıdırsan? İ.Ə.: Yox, qalacam burda axşam. R.N.: Vsyo da, sən işini gör biz görüşəcəyik də. İ.Ə.: Yaxşı 23.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: İ.Ə.: Hə, Ramin müəllim. R.N.: Sən götürürsənsə, yeri bilirsən haradan götürəcəksən? İ.Ə.: Bəli, bilirəm. R.N.: Mütləq ordan götürməlisən? İ.Ə.: Mənə ora sərf eləyirdə, Ramin müəllim, oranın torpağı yaxşıdır mənim üçün. R.N.: Birdəki eşidirsən? İ.Ə.: Hə. R.N.: Mənimlə nə şey elədiyini heç kimin yanında heç nə deyib eləmirsən. Onların hamısın özün ora bura bölüşdürüb ver sakitlik olsun. İ.Ə.: Kimdirki, şey deyil, Qurban müəllim deyil sənin yanında gedən? R.N.: Bildime, mən deyirəmki heç kimin yanında heç nə deyib eləmə. İ.Ə.: Elə? R.N.: Hə, düzgünlük olsunda. İ.Ə.: Bildim e, düzgünlük olsun, prosto, Ramin müəllim qulaq as e, ekologiyanın pulun zadın vermisən sən? R.N.: 3 oranınkidirdə, o heç, onu demişəm Qurban müəllimə ki, 3 ora vermişik. İ.Ə.: Yəni demisən də ona, bilir. R.N.: Hə, elə şey olar? İ.Ə.: Orada rəisə verdin yoxsa Mübarizə verdin? R.N.: Mübarizə. İ.Ə.: Yaxşı, gəlirəm də mən çatıram. R.N.: Sən gəl işini gör, sonra biz axşamtərəfi görüşəcəyikdə. İ.Ə.: Axşamtərəfi niyə? Sən mənə deyəndən sonra mən o kamazların müdirinə, yaxın dostumdur Elnur, onda demişdim maşın bazarı var onlarda 5-dən sonra kamazlar göndər. R.N.: Yox, indi göndər gəlsin. İ.Ə.: İndi səninlə danışandan sonra, mən yığıb dedim ki, səncanı o kamazları göndər day işim altıyacan alındı, dedi əllərində işi var qurtarsın 5-10 dəqiqəyə düz qoş eləyəcəm göndərəcəm gəlsin. R.N.: 10 dənədi? İ.Ə.: 10 dənə gələcək, bəli. R.N.: Hə, yaxşı, traktorla danış. İ.Ə.: Traktor, başqa yerdən də 2 dənə də taparam əlavə, gəl onların nömrəsində verim, başqa traktor tanıyırsan sən? R.N.: Yox e, verməmişdim sənə nömrə? İ.Ə.: Onu bilirəm e, deyirəm əlavə də tapaq tez bazar yığıb getsinlər. R.N.: Sən danışda, onunla danış ... İ.Ə.: Yaxşı. 24.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: R.N.: Alo. İ.Ə.: Ramin. R.N.: Hə. İ.Ə.: Mən bu sərin kafe var e. R.N.: Hə. İ.Ə.: Oradayam. Birdə o şey var e, o gün axşam mənim telefonumla danışmırdı o, ... R.N.: Nə? İ.Ə.: O gün axşam danışmırdı o, ekskavator şoferi ilə. Ona zəng eləyirəm bir qadın açır. R.N.: Açsında qadın, soruş gör Əlidi? Əlinin anasıdır? İ.Ə.: Soruşdumda, dedim Əligildəndir, dedi səhv düşmüsünüz. 2 dəfə zəng elədim. R.N.: Dayan, Əlinin nömrəsin verirəm indi sənə. İ.Ə.: De. R.N.: Gəl sən bunu obed vaxtına sal ki, tez işinizi görüb çıxıb gedəsiniz. 26.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: İ.Ə.: Bəli, Ramin müəllim. R.N.: 051 İ.Ə.: Aha. R.N.: 518 İ.Ə.: Aha. R.N.: 08-78 İ.Ə.: Oldu, 518-08-78. R.N.: Aha, buna yığmamısan sən? İ.Ə.: Yox, mən axırı 11-30 yığmışdım. R.N.: Hə, 518-08-78. İ.Ə.: Yaxşı. 27.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: R.N.: Alo İ.Ə.: Danışdım, Ramin müəllim. R.N.: Hə. İ.Ə.: Deyir mən indi yoxlanıram, o koronaya görədi nəyə görədi, deyir şükür Allaha heç nəyim yoxdur, deyir saat 3-dən sonra həll eləmək olar. R.N.: Hə, gəlində onda. İ.Ə.: O vaxta qədər kamazlarda gəlib çıxar. Mən burdayam e, səni gözləyirəm. R.N.: Sənin işlərin çoxdu e, sən işlərini gör. Mən də orucam e, kafeyə zada girmirəm, görüşəcəyikdə, qoy maşınlar zad gəlsin, ondan sonra görüşək də. İ.Ə.: Problem yoxdu e, prosto mən tək qalım burda? R.N.: Ona görə deyirsən? İ.Ə.: Bəs nəyə görə deyirəm? R.N.: Mən işləyirəm, ora gedirəm, bura gedirəm. Tələsmə otur bir çay iç. İ.Ə.: Mən burada oturmuşam, çay içirəm, sən səncanı biraz tez gəl görüşək. R.N.: Yaxşı, yaxşı. 1 saata yanındayam. İ.Ə.: 1 saata? R.N.: Hə. İ.Ə.: Ayda, yaxşı. Çalışdığın qədər tez gəl. 30.vsf adlı fayldakı danışığın məzmununda iş üçün əhəmiyyət kəsb edən xüsusat müəyyən edilmədi. 37.vsf adlı fayldakı danışığın məzmunu aşağıdakı kimidir: R.N.: Alo İ.Ə.: Əziz qardaş, gəlirsən, yoxsa yox? R.N.: Gəlirəm, çörək yemirsiz? İ.Ə.: Biz çörək yeyirikdə, deyirik gəl yanımızda otur, mən səni bilirsən nə qədər çox istəyirəm, sən məndən niyə qaçırsan ay başına dönüm. R.N.: Ayə, qaçmıram e. Bəs pulu verib ... elə bilirsən kefdəyəm mən? İ.Ə.: Bildim də başına dönüm, gəl yanımıza da, gəl bura. R.N.: Bunlar gəlmədilər? İ.Ə.: Gəlirlər. R.N.: Bir də gördün gəlmədilər. İ.Ə.: Onlar gəlməsə, vsyo onlarla əlaqəmi kəsirəm, kamazdan çox kamaz var, birinə zəng edərəm nə qədər lazımdı düzəldərəm. R.N.: Çatıram ora (cild 01, iş vər. 140-146). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Göyçay rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən, əvvəllər "xxxx" MMC tərəfindən torpaq daşındığı ərazidir. Həmin ərazi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qarabaqqal kəndinin ərazisindən keçən hissəsində dayandıqda, yolun solunda yerləşir. Həmin əraziyə Bakı-Şamaxı-Yevlax avtomobil yolundan çıxıb üzü Bakı şəhəri istiqamətində gedib sola döndükdə torpaq yol ilə getmək mümkündür. Həmin torpaq yola döndükdə, qarşıda bitki örtüyünün zəif olduğu dağlıq ərazi yerləşir. Baxış zamanı iştirak edən Qarabaqqal kənd bələdiyyəsinin sədr müavini Şahid2 Fikrət oğlu "xxxx" MMC tərəfindən torpaq sahəsinin daşındığı yerin həmin dağlıq ərazidə yerləşdiyini bildirdi. Həmin torpaq yolla irəli gedib, dağlıq əraziyə qalxdıqda dağlıq ərazinin üzərində olan torpaq yol ilə daşınmanın həyata keçirildiyi əraziyə gedildi. Həmin yerə çatdıqda orada torpağın üst qatının daşınması və daşınmanın olduğu yerdə yarğanın yaranması müşahidə edildi. "xxxx" MMC tərəfindən torpaq daşınan ərazinin hər iki yan və qarşı tərəfində hündür təpəliklər vardır. Həmin təpəliklərin üzərində zəif ot örtüyü və kol bitkiləri vardır. Baxış zamanı həmin ərazidə son dövrlərdə qazıntı işlərinin aparılması, həmçinin ərazidə qazıntı işlərini aparan texnikanın və ya torpaq daşınmasını həyata keçirən yük maşınlarının izlərinin olmaması müşahidə edildi. Bundan sonra, hasilat aparıldığı yer, yəni torpaq qatının daşındığı ərazidə Azərbaycan Respublikası ETSN-nin nin X44 X1 X36 Tənzimlənməsi və Nəzarəti şöbəsinin baş mütəxəssisi X40 tərəfindən monitorinq və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi X7 tərəfindən ölçmə işləri aparıldı. Baxış zamanı Aydın Əliyev tərəfindən xüsusi texniki vasitə ilə monitorinq aparıldı və bildirildi ki, peyk görüntülərindən əldə edilmiş məlumatlar əsasında son 7 il ərzində yer təkindən istifadə halları nın olmaması müəyən edildi və monitorinqin nəticəsinə dair arayışın surəti baxış protokoluna əlavə edildi. Eyni zamanda DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi X7 tərəfindən “GPS” aləti vasitəsi ilə qeyd edilən əraziyə naturada baxış keçirilməklə çöl ölçmə işləri aparıldı və sonuncu tərəfindən bildirildi ki, ölçmə işlərinin nəticəsi götürülmüş koordinatlar və çöl ölçmə işləri əsasında elektron məlumat bazasında yoxlama aparıldıqdan sonra, ölçülən torpaq sahəsi barədə məlumatlar araşdırmaya təqdim ediləcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib edilməklə həmin protokola əlavə edilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx.xx.2021-ci il tarixli ********** saylı daxil olmuş, icra edilməsi üçün 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş məktubla Göyçay rayon Qarabaqqal kəndi ərazisində bələdiyyənin dağlıq sahəsində yerləşən torpaqdan istifadə edilib-edilməməsi və digər halların yoxlanılması tədbirləri çərçivəsində zərurət yarandığından sözügedən icraedici qurumun (8 saylı RETSİ) dəvəti ilə X44 X2 X36 tənzimlənilməsi və nəzarət şöbəsinin baş mütəxəssisi X40, mütəxəssi X19 iştirakı ilə Göyçay rayonu Qarabaqqal kəndinin dağlıq ərazisində baxış keçirilmiş və ərazidə olan gil yatağında qanunsuz hasilat işlərinin olub-olmaması və mövcud qazıntı işlərinin aparıldığı ərazilərdə təbiətə dəymiş ziyan olub-olmadığı araşdırılmışdır. Göyçay rayon Qarabaqqal kəndi ərazisində bələdiyyənin dağlıq sahəsində yerləşən sahəyə yuxarıda sözüdən məktubda göstərilən xüsusatların araşdırılması məqsədi ilə əraziyə baxış keçirildi və aşağıdakı hallar müəyyən edildi: Göyçay rayon Qarabaqqal kəndi ərazisində bələdiyyənin dağlıq sahəsində yerləşən əraziyə baxış keçirilən zaman ərazidə bitki örtüyünün mövcud olması, qazıntı işləri aparan texnikanın, yükləyici və yük maşınlarının hər hansı bir izinin mövcud olmaması və peyk görüntülərindən əldə edilmiş məlumatlar əsasında son 7 il ərzində yer təkindən istifadə hallarının olmadığı tərəfimizdən müəyyən edilmişdir. Bu ərazidə “Göyçay” gil yatağı mövcuddur. “Göyçay” gil yatağı Göyçay rayonunun inzibati ərazisində, Göyçay şəhər mərkəzindən 6 km cənub-şərqdə yerləşir. “Göyçay” gil yatağında aparılmış geoloji-kəşfiyyat işlərinin hesabatı və MEK-nin 1960-cı il tarixli 22 nömrəli protokolu ilə təsdiqlənmişdir. Eyni zamanda baxış keçirilən sahədə "xxxx" MMC-yə dağ-mədən fəaliyyəti üçün xx.xx.2018-ci il tarixli 01035 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 10 ha ( 5 ha + 5 ha ) sahə ayrılmışdır. Sözügedən ərazidə 5 ha sahə Qarabaqqal bələdiyyə fondunun torpaqlarından Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin 2011-ci il 10 avqust tarixli 08 nömrəli qərarı ilə 50 il müddətində "xxxx" MMC-yə icarəyə verilmişdir, digər 5 ha isə 2002-ci il 15 iyun tarixli 104 nömrəli ilə Göyçay rayon icra hakimiyyətinin sərəncamı ilə ayrılmışdır. "xxxx" MMC 2004-cü il 10 sentyabr tarixində ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Əraziyə baxış zamanı, ölçü işləri aparıldı və müəyyən olundu ki, ərazidə 3923 m2 orta istismar dərinliyi 4 metr olmaqla 15692 m3 həcmində gil hasilatı aparılmışdır. O cümlədən hasilat işlərinin 2013-cü il 1 noyabr tarixindən sonrakı dövrdə aparıldığı peyk görüntüləri əsasında müəyyən edildi. İstismar işləri ekskavator qazma üsulu ilə aparılmışdır. Aparılmış hasilat işləri "xxxx" MMC tərəfindən aparılmaqla 2013-2018-ci illəri əhatə edir. Nəticə olaraq ərazidə qanunsuz hasilat işlərinin olmadığı və mövcud qazıntı işlərinin aparılmış ərazilərdə təbiətə dəymiş ziyanın olmadığı tərəfimizdən aşkar edildi. Bundan başqa, arayışda göstərilən xüsusatlar arayışa əlavə edilmiş müqayisəli fotocədvəl əsasında təsdiq edilmişdir (cild 03, iş vər. 71-82). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli telefon danışıqları barədə CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən Baş İdarəyə daxil olmuş xx.xx.2021-ci il tarixli 11395 nömrəli məktuba qoşma 01 ədəd CD diskdə bir ədəd 12395.zip adlı arxivləşdirilmiş qovluq vardır, həmin qovluq açıldıqda orada ümumilikdə 1 12 ədəd fayl aşkar edildi ki, həmin fayllardan 2-i Excel formatındadır,10 fayl isə mətn fayllarıdır. Mətn fayllarına baxış zamanı iş üçün əhəmiyyyət kəsb edən xüsusat müəyyən edilmədi. Antena.12397 adlı .xls fayla baxış zamanı aşağıdakı xüsusatlar müəyyən edildi: Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 19:31-də 196 saniyəlik, aaat s9:34-də 91 saniyəlik danışıq aparılması müəyyən edildi. Bundan başqa Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixədək ümumilikdə 33 telefon danışığının aparılması müəyyən edildi. Bundan başqa Şahid1 istifadəsində olan ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 20:39-da 34 saniyəlik telefon danışığının aparılması müəyyən edildi. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə 4 telefon danışığı olmuşdur ki, həmin danışıqlardan birincisində Mübariz Raminə saat 19.04-də zəng etmiş və danışıq 70 saniyə davam etmişdir. İkinci danışıq zamanı Ramin Mübarizə 19:17-də zəng etmiş, danışıq 59 saniyə davam etmişdir. Üçüncü danışıq zamanı yenidən Ramin Mübarizə 20:02-də zəng etmiş, danışıq 19 saniyə davam etmişdir. Dördüncü danışıq zamanı həmçinin Ramin Mübarizə 21:13-də zəng etmiş, danışıq 81 saniyə davam etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 07:06-da həmin nömrələrdən istifadə etməklə Mübariz Raminə zəng etmiş, danışıq 31 saniyə davam etmiş, zəng vaxtı Mübariz Göyçay şəhəri, Ramin Qarabaqqal kəndi ərazisində quraşdırılan antenanın əhatə dairəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 23:13-də Ramin Mübarizə zəng etmiş, danışıq 67 saniyə davam etmiş, zəng vaxtı Mübariz Göyçay şəhəri, Ramin Qarabaqqal kəndi ərazisində quraşdırılan antenanın əhatə dairəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə sonuncular arasında başqa danışıq olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 06:39-da yenidən Ramin Mübarizə zəng etmiş, danışıq 46 saniyə davam etmiş, zəng vaxtı Mübariz və Ramin hər ikisi Göyçay şəhəri ərazisində quraşdırılan antenanın əhatə dairəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 07:30-da yenidən Ramin Mübarizə zəng etmiş, danışıq 6 saniyə davam etmiş, zəng vaxtı Mübariz və Ramin hər ikisi Göyçay şəhəri ərazisində quraşdırılan antenanın əhatə dairəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə habelə sonrakı tarixlərdə sonuncular arasında başqa danışıq olmamışdır. Bundan başqa Şahid1 istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan ********** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 20:39-da 34 saniyəlik telefon danışığı olmuşdur (cild 02, iş vər. 198-199). Cinayət işinin materiallarında olan sənədlərin məhkəmə-texniki ekspertizası haqqında xx.xx.2021-ci il tarixli 5/510 nömrəli rəyin nəticə hissəsində qeyd edilir ki, 1.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 götürülmüş 5 ədəd A06582748, A67865717, C03006483, B06265941, A60103461 nömrəli və Nəbiyev Ramiz . Cavanşir oğlundan götürülmüş 10 ədəd A05433832, C93518276, A61127335, A02239014, C58186861, A52343239, A29427489, C69559915, C16022060, A08476773 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. 2.Tədqiqata təqdim edilmiş 5 ədəd Təqsirləndirilən şəxs2 götürülmüş A06582748, A67865717, C03006483, B06265941, A60103461 nömrəli və 10 ədəd X5 götürülmüş A05433832, C93518276, A61127335, A02239014, C58186861, A52343239, A29427489, C69559915, C16022060, A08476773 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “Rüşvət 2021” yazıları müəyyən edildi (cild 03, iş vər. 1-5). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Şahid1 adından Göyçay rayon poçt filialının Qarabaqqal poçt şöbəsi vasitəsilə Qarabaqqal bələdiyyəsinə mədən vergisi qismində nağd formada 1.500 manat ödənilmişdir (cild 01, iş vər.43). Cinayət işinin materiallarında olan Qarabaqqal bələdiyyəsi ilə fiziki şəxs Şahid1 arasında rəsmiləşdirilmiş müqavilədən görünür ki, müqavilənin tarix hissəsində həmin müqavilənin 05 aprel 2021-ci il tarixdə tərtib edilməsi göstərilsə də iş materialları ilə müvafiq müqavilənin xx.xx.2021-ci il tarixdə hazırlanması, Şahid1 tərəfindən imzalanması, bələdiyyə sədri qismində Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmaqla Qarabaqqal bələdiyyəsinin möhürü ilə möhürlənməklə təsdiq edilmişdir. Sözügedən müqavilədən görünür ki, Şahid1 guya fərdi obyektlərində bərpa işlərinin aparılması üçün Qarabaqqal bələdiyyəsinə məxsus dağlardan torpağı daşımağı, aprel ayında daşınmış torpağın miqdarı haqqında rəsmi sənədin təqdim edilməsini və bunun qarşılığında hər bir metr kub üçün mədən vergisini bələdiyyənin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Habelə müqavilədə torpağın konkret olaraq haradan daşınacağı qeyd edilməmişdir. Müqavilə bağlandığı gündən qüvvəyə minməklə 30 aprel 2021-ci il tarixədək qüvvədə olmuşdur (cild 01, iş vər. 45-46). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, müraciət əsasında Ərazi İdarəsinin mütəxəsisi araşdırılan əraziyə göndərilmiş və müvafiq olaraq naturada sözügedən cinayətin predmeti olan, Göyçay rayon Qarabaqqal və Qaraməryəm kəndində yerləşən torpaq sahələrinin koordinatları götürülmüşdür. Göyçay rayonu Qaraməryəm kəndində götürülmüş koordinatlar Ərazi İdarəsində mövcud olan kadastr elektron baza məlumatlarında yoxlanılmış və məlum olmuşdur ki, sözügedən torpaq sahələri (üst münbit qatı daşınmış) kənd təssərüfatı təyinatlı kollu örüş olmaqla Qaraməryəm bələdiyyəsinin inzibati ərazi vahidi daxilində yerləşir. Koordinatı götürülmüş digər torpaq sahəsi Aşağı Qaraməryəm bələdiyəsinə aid olmaqla, Aşağı Qaraməryəm inzibati ərazi vahidi daxilində yerləşir. Göyçay rayonu Qarabaqqal kəndində götürülmüş koordinatlar çərçivəsində yerləşən torpaq sahəsi kənd təsərüfatı təyinatlı olmaqla Qarabaqqal bələdiyəsinə aiddir və Qarabaqqal inzibati ərazi vahidi daxilində yerləşir (cild 03, iş vər. 45-46). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********63 nömrəli məktubundan görünür ki, müraciət əsasında Ərazi İdarəsinin mütəxəsisi araşdırılan əraziyə göndərilmiş və müvafiq olaraq naturada sözügedən cinayətin predmeti olan, Göyçay aryon Qarabaqqal kəndində yerləşən torpaq sahəsinin koordinatları götürülmüşdür. Göyçay rayonu Qarabaqqal kəndində götürülmüş koordinatlar çərçivəsində yerləşən torpaq sahəsi kənd təsərüfatı təyinatlı olmaqla Qarabaqqal bələdiyəsinə aiddir və Qarabaqqal inzibati ərazi vahidi daxilində yerləşir. Göyçay rayonu Qarabaqqal kəndində götürülmüş sonuncu kordinatlar Ərazi İdarəsində mövcud olan kadastr elektron baza məlumatlarında yoxlanılmış və məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Qarabaqqal inzibati ərazi vahidi daxilində olmaqla (üst münbit qatı daşınmış) kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisində yerləşir. Məlumat üçün bildiririk ki, Qarabaqqal bələdiyyəsinin mülkiyyətində olmuş **********17 reyestr nömrəli 5.0 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi xx.xx.2012-ci il tarixli ********* nömrəli hərrac şəhadətnaməsi ilə “ Kərpicsan LTD “ -yə 50 il müddətinə icarəyə verilmişdir.Sözügedən torpaq sahəsinin 0.25 ha hissəsi cinayətin predmeti olan, Göyçay rayon Qarabaqqal kəndində yerləşən koordinatları götürülmüş sonuncu torpaq sahəsinin koordinatları çərçivəsində yerləşir. Beləliklə Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən daxil olmuş yuxarıdakı məktublar əsasında müəyyən edilmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində gil yatağı kimi istifadə edilməklə torpaq daşınması müəyyən edilmiş hər iki sahə, eləcə də onlardan iş üzrə istintaq dövründə qanunsuz olaraq gil kütləsinin daşınması üçün Şahid1 Təqsirləndirilən şəxs1 tərəfində vəd edilən sahə (Mal bazarı adlandırılan yerin yaxınlığındakı sahə) Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşməklə Qarabaqqal bələdiyyəsinin torpaq fonduna aiddir (cild 03, iş vər. 164-169). Cinayət işinin materiallarında olan Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin 24 may 2010-cu il tarixli 05 saylı iclas protokolu ilə təsdiq edilmiş «Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin Nizamnaməsi»nin 4-cü bəndinə əsasən bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs1 əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik olmuşdur (cild 01, iş vər. 47-59). Cinayət işinin materiallarında olan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən, bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs1 bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmişdir (cild 02, iş vər. 229-250). Cinayət işinin materiallarında olan Göyçay Rayon Qarabaqqal bələdiyyəsinin 14 yanvar 2020-ci il tarixli birinci iclasının 1 nömrəli iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə keçirilmiş seçkilərdə Göyçay Rayon Qarabaqqal bələdiyyəsinə üzv, xx.xx.2020-ci il tarixdə həmin bələdiyyəyə sədr seçilmişdir (cild 03, iş vər. 175-178). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin 5-ci maddəsinə əsasən, Göyçay RİHB-nın Qarabaqqal inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi Təqsirləndirilən şəxs2 yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək; əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək; nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək; ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək; ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək; ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq; Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 46.4-cü, 46.5-ci, 46.15-ci və 87.6-cı maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatları yerli icra hakimiyyəti başçısına təqdim etmək, seçki məntəqələrinin ərazilərində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair yerli icra hakimiyyəti başçısına təkliflər vermək; “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək; ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək; ilin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək; nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək; səlahiyyətləri çərçivəsində əmrlər vermək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparmaq və s səlahiyyətləri vardır (cild 03, iş vər. 183-218). Cinayət işinin materiallarında olan Göyçay RİH-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 220 nömrəli məktuba əlavə edilmiş Göyçay RİHB-nın xx.xx.20219-cu il tarixli 05 nömrə əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəsi vəzifəsini icra etmiş, sonuncu tarixdə həmin vəzifəyə təyin edilmişdir (cild 03, iş vər. 151-152,154). Cinayət işinin materiallarında olan Göyçay RİH-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 220 nömrəli məktuba əlavə edilmiş Göyçay RİHB-nın xx.xx.2019-cu il tarixli 167 nömrəli əmrindən görünür ki, həmin tarixdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 daimi dövlət qulluğuna qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanmış, ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir (cild 03, iş vər. 155). Cinayət işinin materiallarında olan Göyçay RİH-dən daxil olmuş xx.xx.2021-ci il tarixli 220 nömrəli məktuba əlavə edilmiş Göyçay RİHB-nın xx.xx.2021-ci il tarixli 34 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəsi vəzifəsindən azad edilməklə sonuncunun dövlət qulluğuna xitam verilmişdir (cild 03, iş vər. 156). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş 4/1353-04-17 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin Nazirliyin 2018-ci il 05 iyul tarixli 644/k nömrəli Əmri ilə 8 saylı Ərazi Ekologiya və X20 Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsinə təyin edilmiş, struktur dəyişikliyi ilə əlaqədar Nazirliyin 2021-ci il 29 yanvar tarixli 074/k nömrəli Əmri ilə 8 saylı Ərazi Ekologiya və X20 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsinə təyin edilmiş, nazirliyin 2021-ci il 21 aprel tarixli 320/k nömrəli Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq işdən kənarlaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 nazirliyin 2021-ci il 14 aprel tarixli 301/ü nömrəli Əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir (üç ay müddətinə vəzifə maaşı 15 faiz azadılmışdır) (cild 03, iş vər. 175-182, 187). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş 4/1353-04-17 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş 8 saylı Ərazi Ekologiya və X28 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunda aparıcı məsləhətçi - müfəttiş vəzifəsində işləmiş Təqsirləndirilən şəxs3 vəzifə təlimatına əsasən onun xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflərin təqdim edilməsi, xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanması, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiqi və ödənilməsi istiqmətində müvafiq işlərin görülməsi, respublikada fəaliyyət göstərən xarci şirkətlərin müvafiq obyektlərinin təbiəti mühafizə təyinatlı qurğularının, avadanlıqların istismara buraxılması üzrə yaradılmış komissiyalarda (o cümlədən, yerli və ölkəxarici səviyyədə yaradılmış) iştirak edilməsi, xidməti ərazisində öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqi üzrə dövlət proqramlarının müvafiq qaydada hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi, dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət edilməsi, təbii ehtiyyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edilməsi, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət edilməsi, ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edilməsi və satışının qarşısının alınması istiqamətində davamlı monitorinq və nəzarət tədbirlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinə nəzarətin təşkilində sektorun digər əməkdaşları ilə birgə fəaliyyətin həyata keçirilməsi, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılması və müvafiq tədbirlər görülməsi, xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların qəbul edilməsi, sektorda hesabatların ümumiləşdirilməsi, bunun əsasında məlumat bankının yaradılması və ümumiləşdirilmiş hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi və s vəzifə funksiyaları olmuşdur (cild 03, iş vər. 183-184). Cinayət işinin materiallarında olan “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 3119 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 həmin xəstəxananın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar (cild 03, iş vər. 142-143). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X22 Şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 5908 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada müalicədə olmamışdırlar (cild 03, iş vər. 144-145). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda göstərilən əməllərin onlar tərfindən təqsirli olaraq törədilmələri təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, o cümlədən iş materiallarında yer alan ekspertiza rəyləri və digər istintaq hərəkətinin protokolları, həmçinin işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər ayrı-ayrılıqda öz müdafiələri üçün çoxsaylı hallara istinad etməklə, təqsirsiz olduqlarını bildirsələr də, məhkəmə istintaqında tədqiq edilmiş təkzibolunmaz sübutların məcmusuna əsasən qeyd olunanların tam əsassız olduğu, irəli sürülmüş itthamların isə əsaslı olduğu müəyyənləşdirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 əməli CM-nin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 CM-nin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Müdafiə tərəfin məhkəmə istintaqı zamanı mübahisələndirdiyi ilk məsələ təqsirləndirilən şəxslərin ümumiyyətlə vəzifəli şəxs sayılmaması ilə bağlı olduğundan məhkəmə kollegiyası ona münasibət bildirərək qeyd edir ki, CM-in 308-ci maddəsinin qeyd hissəsində bu Məcəllənin “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” fəslinə daxil olan maddələrdə “vəzifəli şəxs” anlayışına daxil olan şəxslərin dairəsi müəyyənləşdirilmiş və göstərilmişdir ki, hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri və beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar qeyd olunan fəslə daxil olan maddələr üzrə vəzifəli şəxs hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” qərarında məhkəmənin gəldiyi qənaətə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Həmçinin, həmin qərara əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Yuxarıda göstərilənləri əsas götürən məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 01 yanvar 2015-ci il tarixdən Göyçay rayonu, Qarabaqqal kənd bələdiyyəsinin sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin 24 may 2010-cu il tarixli 05 saylı iclas protokolu ilə təsdiq edilmiş «Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin Nizamnaməsi»nin 4-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə, həmçinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirərkən, Təqsirləndirilən şəxs2 Göyçay rayon İcra Hakimiyyəti üzrə verilmiş 24 yanvar 2019-cu il tarixli 05 nömrəli əmrlə Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay rayonu Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin 3-5-ci maddələrinə əsasən, yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək, nümayəndəliyin fəaliyyətini təsdiq edilmiş perspektiv iş planları əsasında təşkil etmək, ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək, ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək, ilin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat vermək, nümayəndəliyin işçiləri (inzibati vəzifə tutan işçilər istisna olmaqla) barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, səlahiyyətləri çərçivəsində əmrlər vermək, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparmaq, icra hakimiyyəti başçısının yerli səviyyədə nümayəndəsi kimi müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak etmək, şəhərin, rayonun və şəhər rayonunun yerli ekoloji proqramlarının və ətraf mühitin mühafizəsi tədbirlərinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, müvafiq ərazidə ekoloji şərait barədə əhalinin məlumatlandırılmasını təmin etmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirərkən və eləcə də Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 29 yanvar 2021-ci il tarixli 074/k nömrəli əmrlə 8 saylı Ərazi Ekologiya və X20 Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi-müfəttişi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən vəzifə təlimatına əsasən, xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə müvafiq təkliflərin təqdim edilməsi, xidməti ərazidə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanması, ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiqi və ödənilməsi istiqamətində müvafiq işlərin görülməsi, respublikada fəaliyyət göstərən xarci şirkətlərin müvafiq obyektlərinin təbiəti mühafizə təyinatlı qurğularının, avadanlıqların istismara buraxılması üzrə yaradılmış komissiyalarda (o cümlədən, yerli və ölkəxarici səviyyədə yaradılmış) iştirak edilməsi, xidməti ərazisində öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitorinqi üzrə dövlət proqramlarının müvafiq qaydada hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi, dövlət ekoloji ekspertiza rəylərinin tələblərinə riayət edilməsinə nəzarət edilməsi, təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziya və icazənin, təbiətdən istifadə müqavilələrinin şərtlərinə əməl edilməsinə nəzarət edilməsi, meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə, su obyektlərindən səmərəli istifadəyə, yerüstü və yeraltı suların çirklənmədən qorunmasına nəzarət edilməsi, ovu və satışı məhdudlaşdırılmış su bioloji resurslarının qanunsuz dövriyyəsinə nəzarət edilməsi və satışının qarşısının alınması istiqamətində davamlı monitorinq və nəzarət tədbirlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinə nəzarətin təşkilində sektorun digər əməkdaşları ilə birgə fəaliyyətin həyata keçirilməsi, fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılması və müvafiq tədbirlər görülməsi, xidməti ərazi üzrə ətraf mühitin mühafizəsi ilə bağlı görülmüş işlərə dair hesabatların qəbul edilməsi, sektorda hesabatların ümumiləşdirilməsi, bunun əsasında məlumat bankının yaradılması və ümumiləşdirilmiş hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirərkən qeyd olunan cinayət əməlini törətmiş, həmin əməlin törədiləsində xüsusi subyekt qismində çıxış etmişdir ki, dolayısı ilə də ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq onlar vəzifəli şəxs kimi qəbul edilərək onlara qarşı sözügedən ittiham irəli sürülmüşdür. Həmçinin, məhkəmə istintaqı zamanı müdafiə tərəfin mübahisələndirdiyi digər məsələ təqsirləndirilən şəxslərin iş üzrə şahid qismində tanınan Şahid1 tərəfindən cinayətin törədilməsinə təhrik edilməsi ilə bağlı olmuş, müdafiə tərəfi israrla bildirmişdir ki, Şahid1 hüquq mühafizə orqanının işçiləri ilə əməkdaşlıq etmiş, taksi fəaliyyəti ilə məşğul olan şəxs olduğu halda onun kərpic hazırlanması üçün lazım olan torpaq sahəsini almaq kimi bir fikri olmamış və əvvəlcədən bu istiqamətdə hüquq mühafizə orqanının əməkdaşları tərəfindən hazırlanaraq cinayət törətmək üçün, daha doğrusu təqsirləndirilən şəxsləri qanunsuz əməl törətməyə təhrik etmək məqsədi ilə göndərilmişdir. Odur ki, müdafiə tərəfi məhkəmə istintaqı zamanı bu məsələni qaldırdığından və Avropa İnsan Hüquqları Məhkəməsinin sözügedən anlayışla bağlı presedent halına gətirdiyi yanaşması, o cümlədən qeyd edilən məsələyə dair yaratdığı hüquqi mövqeyi mövcud olduğundan, məhkəmə hazırkı iş üzrə sözügedən şəxs tərəfindən “təhrik etmə”nin baş verib-verməməsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, pərdə altında qanuni istintaqın əksinə olaraq, təhrik təhlükəsizlik qüvvələrinin üzvləri, yaxud onların təlimatları əsasında faəliyyət göstərən şəxs olmasından asılı olmayaraq vəzifəli şəxslərin, cinayət fəaliyyətini mahiyyət etibarilə passiv formada araşdırmaqla kifayətlənmədikləri və hüquq pozuntusunun mümkünlüyünü müəyyən etmək, beləliklə, sübut təmin edib cinayət təqibi başlatmaq məqsədilə subyektə onu hüquq pozuntusu törətməyə (əks halda törədilməyəcək bir pozuntuya) sövq edəcək şəkildə təsir etdikləri vəziyyətdir (Ramanasukas Litvaya qarşı iş). Eyni zamanda məhkəmə həmin qərarında göstərmişdir ki, məhkəmə hakimiyyət orqanlarının xüsusən mütəşəkkil cinayət və korrupsiya işlərində xüsusi istintaq metodlarına müraciət etmək zərurətini qəbul edir. Bununla əlaqədar olaraq, o müəyyən etmişdir ki, xüsusi istintaq metodlarından istifadə - ələlxüsus, gizli metodlar – öz-özlüyündə ədalətli məhkəmə araşdırması hüququnu pozmur. Lakin belə metodların istifadəsi zamanı polisin təhriki riskini nəzərə alsaq, onların istifadəsi aydın çərçivə daxilində həyata keçirilməlidir. Mütəşəkkil cinayətkarlığın artması dövlətlərdən müvafiq tədbirlərin görülməsini tələb etsə də, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi tələbini nəzərdə tutan ədalətli məhkəmə araşdırması hüququ ən adidən ən mürəkkəbə qədər bütün cinayət hüququ pozuntularına tətbiq olunur. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi hüququ demokratik cəmiyyətdə elə əhəmiyyətli yer tutur ki, əlverişlilik naminə qurban verilə bilməz. Belə istifadə yalnız sui-istifadəyə qarşı adekvat və yetərli təminatlar, xüsusən sözügedən istintaq tədbirlərinə icazənin verilməsi, onların həyata keçirilməsi və nəzarəti üçün aydın və proqnozlaşdırıla bilən prosedur mövcud olduqda məqbul sayıla bilər. Bununla yanaşı olaraq, məhkəmə polisin gizli fəaliyyət göstərə biləcəyini, lakin cinayətə təhrik etməməli olduğunu vurğulamışdır (Xudobin Rusiyaya qarşı iş). Digər bir qərarında isə məhkəmə qeyd etmişdir ki, (Teyşeyra de Kastro Portuqaliyaya qarşı işdə) məhkəmə o cümlədən ərizəçinin daha əvvəl məhkumluğunun olmamasını, onun barəsində heç bir istintaqın açılmadığını, onun polis əməkdaşlarına məlum olmamasını, evində narkotik maddə tapılmamasını və həbs zamanı onun üstündə tapılan narkotik maddənin miqdarının gizli agentlərin almaq istədiyindən çox olmamasını nəzərə almışdı. Məhkəmə qət etmişdir ki, agentlərin fəaliyyəti gizli agentlərin fəaliyyət sərhədlərini aşıb, çünki onlar şəxsi hüquq pozuntusuna təhrik etmişdilər və onların müdaxiləsi olmasa idi sözügedən hüquq pozuntusunun törədiləcəyini göstərən heç bir əlamət yox idi (37-38). Daha əvvəl məhkumluğun olması öz-özlüyündə cinayət əməlinə meylliliyin mövcud olduğunu göstərmir (Konstantin və Stoyan Rumıniyaya qarşı, 55). Lakin ərizəçinin narkotik maddənin cari qiyməti ilə tanış olması və qısa müddətə narkotik maddə əldə edə bilməsi, eyni zamanda əlində imkanı olsa da, sövdələşmədən imtina etməməsi məhkəmə tərəfindən cinayət fəaliyyətinin və ya belə bir niyyətin daha əvvəl də mövcud olduğunun göstəricisi hesab olunmuşdur (X10rşı (qər.)). Ərizəçinin sözügedən əməli törətmək üçün təzyiqə məruz qoyulub-qoyulmadığı da nəzərə alınmalı olan daha bir amildir. Ərizəçinin cinayət əməlində iştirakı və ya cinayət törətməyə meylli olduğu barədə hər hansı obyektiv şübhə mövcud olmadıqda, ərizəçi ilə əlaqənin qurulmasına təşəbbüsün göstərilməsi (Burak Hun türkiyəyə qarşı, 44), ərizəçinin ilkin etirazına baxmayaraq təkrar təklifin verilməsi, inadkarlıqla cinayətə təhrik (ramanauskas Litvaya qarşı [BP], 67), orta qiymətdən yüksək təklifin verilməsi (Malininas Litvaya qarşı, 37), narkotik abstensiya əlamətlərinə istinad etməklə, ərizəçidə mərhəmət hissi yaratmaq (Vanyan Rusiyaya qarşı, 11 və 49) məhkəmə tərəfindən hüquq mühafizə orqanlarının işçisi və ya onların təlimatı əsasında fəaliyyət göstərən fərdi şəxs olmasından asılı olmayaraq sözügedən agentin ərziəçinin cinayət törətmək üçün təzyiqə məruz qoyduğunu müəyyən edilmişdir. Həmçinin Avropa Məhkəməsinin bu məsələ ilə bağlı qəbul etdiyi son qərarlardan biri olan “Vanyan Rusiyaya qarşı” işində məhkəmə “İnsan Hüuqularının və X14 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qaşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhəkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində əksini tapmış ədalətli məhkəmə araşdırmasına dair tələbdən belə nəticə irəli gəlir ki, narkotiklərin satışına qarşı mübarizəyə olan ictimai maraq belə polis provakasiyası nəticəsində əldə olunmuş sübutlardan istifadə edilməsinə bəraət qazandıra bilməz. O halda ki, polisin gizli agentlərinin hərəkətləri şəxsin cinayətə təhrik edilməsinə yönəldilir və həmin şəxsin bu cinayəti onların (agentlərin) müdaxiləsi olmadan da törədə biləcəyini göstərən əsaslar mövcud deyil, bu vəziyyət “gizli agent” anlayışından kənara çıxır və artıq provakasiya adlandırıla bilər. Odur ki, “təhrik etmə” anlayışına Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda qeyd olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz. Hazırkı iş üzrə müəyyən olunan hal ondan ibarətdir ki, Şahid1 2021-ci ilin fevral ayında torpaq sahəsinin daşınması məqsədilə Göyçay rayonu Qarabaqqal kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 müraciət etmiş, artıq ilk müraciətdən sonra Təqsirləndirilən şəxs1 ona edilən təklifdən könüllü şəkildə imtina etmək imkanı olduğu halda bundan imtina etməmiş, onun tərəfindən müəyyən hərəkətlərin edilməsinə başlanılmış, yəni müvafiq torpaqla bağlı qənaətə gəlmək üçün Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 Göyçay rayonu ərazisində yerləşən sahəyə aparılmış, habelə Təqsirləndirilən şəxs1 ilk müraciətdə artıq Şahid1 müəyyən məbləğ qarşılığında torpağın daşınmasının təmin olunacağı ilə bağlı fikir bildirmiş, həmçinin bu işin tək ondan asılı olmadığı və bunun üçün 8 saylı Regional Ekologiya və X20 də razılığının alınmasının zəruri olduğunu qeyd etmiş, hətta sonrakı müddətdə bununla kifayətlənməyib 8 saylı Regional Ekologiya və X20 əməkdaşları ilə müəyyən razılığın əldə olunması üçün görüşlər təşkil etmiş, həmin görüşlər zamanı açıq şəkildə ediləcək hərəkətlər müzakirə olunmuş, yekunda müvafiq danışıqların nəticəsi kimi Şahid1 onlara qarşı elan olunan ittihamda əks olunan məbləğdə pulu rüşvət qismində almış və keçirilən əməliyyat tədbirləri nəticəsində onların törətmiş olduğu cinayət əməli ifşa olunmuşdur. Belə olan halda Avropa Məhkəməsinin öz qərarlarında yaratdığı hüquqi mövqedən çıxış edib, həmçinin cinayət işinin materiallarında olan sübutlara məcmu halında qiymət verməklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər təhrikə məruz qalmamış, o cümlədən cinayətin törədilməsi üçün provakasiyanın qurbanı olmamışdır. Eyni zamanda, məhkəmə istintaqı zamanı müdafiə tərəfi Təqsirləndirilən şəxs2 saxlanılan zaman və ondan dərhal sonra xidməti otağına baxış keçirilərkən müdafiəçi ilə təmin olunmamasını mübahisələndirmiş və yol verilən pozuntuya görə həmin vaxt, yəni xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 xidməti otağına baxış keçirilməsi ilə bağlı tərtib olunan protokolun etibarsız sayılaraq sübutlar siyahısından xaric olunmasını xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 və digərlərinin saxlanılması əməliyyat tədbiri çərçivəsində həyata keçirilmiş, hüquq mühafizə orqanlarının əməkdaşları Təqsirləndirilən şəxs2 xidməti otağına gəldikdən sonra ona otağa baxış keçiriləcəyi bildirilmiş, onun tərəfindən heç bir etiraz olunmamış, ona heç bir təsir və ya təzyiq olmadan xidməti otağa baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 üzərində olan 500 AZN pulu könüllü təqdim edərək həmin pulun ona Təqsirləndirilən şəxs1 tərəfindən saxlanılması üçün verildiyini bildirmiş, bundan sonra otağa baxış davam etdirilmiş və müvafiq sənədləşmə aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 Bakı şəhərinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gətirilmiş və müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayət işi başlamadan öncə prosessual hərəkətlər həyata keçirilərkən heç bir prosessual pozuntuya yol verilməmiş, şəxsin müdafiə hüququ təmin olunmuşdur. Odur ki, qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin mərhələsində müdafiə hüququnun pozulması qənaətinə gəlinməsi və bu əsasla da xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolun etibarsız sayılaraq sübutlar siyahısından xaric edilməsi qeyri-mümkündür. Müdafiə tərəfin həmçinin mübahisələndirdiyi bir məsələ də Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı təzyiqə məruz qalması nəticəsində, Təqsirləndirilən şəxs2 isə hüquq mühafizə orqanının əməkdaşları tərəfindən aldadılması nəticəsində etirafedici ifadələr verməsi ilə bağlı olmuşdur ki, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hər iki təqsirləndirilən şəxs nə ibtidai araşdırma dövründə müdafiəçinin iştirakı ilə dindirilərkən, habelə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, nə də ki, sonrakı dövrlərdə bu barədə bildirməmiş, hər hansı bir orqana müraciət etməmiş ki, hazırda təqsirləndirilən şəxslərin bu formada ifadə verməsi əvvəlcədən seçilmiş müdafiə taktikası kimi qəbul edilir. Təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqı zamanı ümumilikdə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşaraq bildirir ki, bu şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdikləri cinayət işinin materiallarında olan mötəbər sübutlarla tam təkzib olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs3 verdiyi ifadələri əsaslı saymır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırmanın ilkin dövründə heç bir təsir və təzyiq altında qalmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələri isə əsaslı sayır və onlara qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfi həmçinin o halı mübahisələndirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 qarşı sözügedən ittiham irəli sürülərkən Şahid1 ifadəsi və mobil telefon üzrə müvafiq rabitə qovşaqlarından alınan anten dairə məlumatları əsas götürülmüş və Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1lə Göyçay şəhəri ərazisində dörd yol deyilən ərazidə görüşərək ondan 2000 manat pulu qəbul etməsi ilə bağlı nəticəyə gəlinmişdir ki, anten dairə məlumatı əsas götürülməklə şəxsə qarşı qeyd edilən ittihamın irəli sürülməsi, yəni Təqsirləndirilən şəxs3 tərəfindən rüşvət alınması ilə bağlı qənaətə gəlinməsi əsassız və qanunsuz olmuşdur. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Təqsirləndirilən şəxs3 tərəfindən sözügedən cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən gəlinən nəticə yalnız müdafiə tərəfin istinad etdiyi sübutların (Şahid1 ifadəsi və anten dairə məlumatları) tədqiqi nəticəsində hasil olunmamış, qeyd olunan nəticə həmin sübutlarla yanaşı cinayət işinin materiallarında olan digər sübutların (Təqsirləndirilən şəxs1 ifadəsi və s.) məcmusunun qiymətləndirilməsi ilə formalaşmışdır. Bundan əlavə, müdafiə tərəfi mövcud sübutlar vasitəsi ilə gəliən nəticəni mübahisələndirsə də, nəzərə almamışdır ki, cinayət işinin materiallarında olan xx.xx.2021ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokoldan (cild 03, iş vər. 29-36) görünür ki, Təqsirləndirilən şəxs3 müqavilə əsasında müdafiəçisi Müdafiəçi2 iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş və həmin vaxt sualları cavablandırarkən özü xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1lə Göyçay şəhəri ərazisində dörd yol deyilən ərazidə (Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Göyçay Petrol” yanacaqdoldurma məntəqəsininin ərazisində) görüşdüyünü etiraf etmiş, hətta Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 2000 manat pulun aldığını və ona vermək istədiyini, lakin onun tərəfindən qəbul etmədiyini bildirmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında müdafiə tərəfi Təqsirləndirilən şəxs3 ona elan olunan ittihamda əks olunan cinayət əməlini törətmədiyini, bütün bu işlərin başında həmin ərəfədə 8 saylı Regional Ekologiya və X20 rəisi vəzifəsində çalışan Rafiq Ədilovun dayandığını, ittihamda istinad olunan sözügedən tarixdə Təqsirləndirilən şəxs1 və Şahid1la görüşmək üçün Göyçay şəhərinə məhz Rafiq Ədilovun göstərişi ilə getdiyini və həmin görüş zamanı heç kimdən rüşvət istəmədiyini və almadığını bildirmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Rafiq Ədilovun sözügedən cinayət əməli ilə birbaşa əlaqəsinin olması, o cümlədən onun cinayət məsuliyyətinə səbəb olan hərəkətlərinin olması müəyyən olunmamışdır. Eyni zamanda, cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Rafiq Ədilovun əməlləri araşdırılmış və qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından, onun barəsində CM-in 311-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilmişdir (cild 04, iş vər. 19-126). Hazırda həmin qərar qüvvədədir, müdafiə tərəfinə təqdim olunmuşdur və onlar tərəfindən mübahisələndirilməmişdir. Müdafiə tərəfinin həmçinin Şahid1 xx.xx.2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdən sonra həmin orqanın əməkdaşları tərəfindən sözügedən məlumatın realizə edilməməsi ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əksinə ibtidai araşdırma orqanı həmin müraciətə dərhal reaksiya vermiş, vəsatət və təqdimatla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində texniki vasitələrdən istifadə edilməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərar əldə etmiş, həmçinin ondan sonrakı hərəkətləri həyata keçirərək tədbiri uğurlu şəkildə yekunlaşdırmışdır. İş üzrə Şahid1 verdiyi ifadələrə gəldikdə isə məhkəmə kollegiyası onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin iş üzrə mövcud materiallarla üst-üstə düşdüyü və digər sübutlarla bir-birini tamamladığı üçün həmin ifadəni əsaslı sübut növü kimi qəbul edir, həmçinin qeyd edir ki, üzərindən xeyli vaxt keçdiyinə görə şahidin məhkəmə istintaqı zamanı qismən ziddiyyətli ifadə verməsi anlaşılandır. Habelə, məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və həmin ifadənin həqiqəti əks etdirdiyini qeyd etmişdir ki, məhkəmə bu hala istinadən və yuxarıda qeyd olunanları əsas götürülməklə, həmin ifadəni əsaslı sayaraq məhz onu təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına qoyur. Digər şahidlərin (Şahid2 və Şahid3) məhkəmədə verdiyi ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası həmin şahidlərin ifadələrinə tənqidi yanaşır, onların da ibtidai istintaq zamanı verdiyi ifadələrini əsaslı sayaraq onları qəbul edir və məhz həmin ifadələri təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına qoyaraq bildirir ki, bu şəxslər sözügedən bələdiyyənin əməkdaşlarıdır və onların Təqsirləndirilən şəxs1lə yaxın münasibətləri vardır ki, bu hal da onların məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 xeyrinə ifadələr verməsini anlaşılan edir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 496 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatdadır (cild 03, iş vər. 112). Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 497 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi 1977-ci il təvəllüdlü X8 adlı arvadı, 2006-cı il təvəllüdlü Sevinc Nəbiyeva adlı qızı, 2011-ci il təvəllüdlü Aygün Nəbiyeva adlı qızı, 2019-cu il təvəllüdlü Röyal Nəbiyev adlı oğlundan ibarətdir (cild 03, iş vər. 113). Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 498 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 03, iş vər. 114). Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan, epiqrizin surətindən və Fərdi reabilitasiya və abilitasiya proqramından çıxarışdan görünür ki, 2006-cı il təvəllüdlü Sevinc Nəbiyeva sağlamlıq imkanları məhdud uşaqlar kateqoriyasına aid olmaqla uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir, əlildir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (cild 02, iş vər. 128). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində olan uşaqlarından Sevinc Nəbiyevanın sağlamlıq imkanları məhdud uşaqlar kateqoriyasına aid olmaqla uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 493 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay rayonu Hacalıkənd kəndində qeydiyyatdadır (cild 03, iş vər. 119). Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 494 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi 1977-ci il təvəllüdlü X11 adlı arvadı, 2001-ci il təvəllüdlü Kərimli Kənan adlı oğlu, 2003-cü il təvəllüdlü Kərimli Yasəmən adlı qızı, xx.xx.2007-ci il təvəllüdlü Kərimli Nihat adlı oğlundan ibarətdir (cild 03, iş vər. 120). Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 495 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 03, iş vər. 121). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 02, iş vər. 129). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət törədən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın İkinci Ərəbcəbirli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 480 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində qeydiyyatdadır (cild 03, iş vər. 126). Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın İkinci Ərəbcəbirli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 481 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailəsi 1965-ci il təvəllüdlü X15 adlı arvadı, 1987-ci il təvəllüdlü Röyal Hacıyev adlı oğlu, 1988-ci il təvəllüdlü Turanə Hacıyeva adlı qızı, 1987-ci il təvəllüdlü X12 adlı gəlini, 2012-ci il təvəllüdlü X27 adlı nəvəsi, 2015-ci il təvəllüdlü X31 adlı nəvəsindən ibarətdir (cild 03, iş vər. 127). Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın İkinci Ərəbcəbirli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 9 iyul 2021-ci il tarixli 482 nömrəli xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 03, iş vər. 128). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 oğlu Röyal Hacıyevin ******* nömrəli hərbi biletinin surətindən görünür ki, sonuncu Vətən müharibəsində, aktiv döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunması” medalı ilə təltif olunmuşdur (cild 01, iş vər. 231-240). Cinayət işinin materiallarında olan Əmək və Əhalının Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-nin 13 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X9 həmin filialda qeydiyyatda olmaqla müddətsiz İ qrup əlil kimi 150 manat sosial müavinət, habelə 130 manat məbləğində Prezident təqaüdü alır (cild 01, işv ər. 228). Cinayət işinin materiallarında olan Göyçay RİHB-nın İkinci Ərəbcəbirli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 19 aprel 2021-ci il tarixli 321 nömrəli arayışdan görünür ki, X9 qardaşı Təqsirləndirilən şəxs3 2-ci Ərəbcəbirli kəndində yerləşən evində yaşayır (cild 01, iş vər. 222). Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində İ qrup əlil bacısının olmasını, oğlu X39 Qarabağ Müharibəsində iştirak etməsini və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunması” medalı ilə təltif olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 hansı növ cəzanın və hansı həddə cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək və təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən həddən daha aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların olmasını, eyni zamanda cəzanı ağırlaşdıran halların olmamamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, o cümlədən himayəsində İ qrup əlil bacısının olmasını, oğlu X39 Qarabağ Müharibəsində iştirak etməsini və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunması” medalı ilə təltif olunmasını, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq bu qənaətə gəlir və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən hər üç təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 70-71) Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 206-210) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 16 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 92-95) Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 211-215) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 16 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 115-118) Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 216-220) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 16 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 götürülmüş 5 ədəd A06582748, A67865717, C03006483, B06265941, A60103461 nömrəli və Təqsirləndirilən şəxs1 götürülmüş 10 ədəd A05433832, C93518276, A61127335, A02239014, C58186861, A52343239, A29427489, C69559915, C16022060, A08476773 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanılması, Baş İdarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra üzərlərinə habelə aşkar edilmiş pul vəsaitlərinə baxış keçirilməsi haqqında videogörüntülər olan 01 ədəd disk, həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixdə keçirilmiş ƏAT ilə əldə edilmiş gizli videoçəkilişə dair görüntülər olan 02 ədəd disk, Şahid1 tərəfindən ibtidai araşdırma orqanına təqdim edilmiş sonuncunun özü tərəfindən qeydə alınmış xx.xx.2021ci il tarixdə baxış keçirilmiş telefon danışıqlarına dair səs yazıları olan 01 ədəd disk, Şahid1 tərəfindən təqdim edilmiş, onun özü tərəfindən xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində qeydə alınmış xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş videogörüntülər olan 01 ədəd disk, Şahid1 tərəfindən təqdim edilmiş, onun özü tərəfindən xx.xx.2021-ci il tarixdə Göyçay rayonu ərazisində qeydə alınmış xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş videogörüntülər olan 02 ədəd disk, Azercell Telekom MMC-dən Baş İdarəyə daxil olmuş xx.xx.2021-ci il tarixli 11395 nömrəli məktubla göndərilmiş və xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş 01 ədəd disk, xx.xx.2021-ci il tarixdə Baş İdarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş məktuba əlavə edilmiş Dövlət Təhlükəsizliyi Xidmətindən təqdim edilən Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrəsi ilə aparılan danışıqlara qulaqasma ƏAT nəticəsində əldə edilmiş səs yazıları olan 01 ədəd disk, cəmi 09 ədəd disk və Qarabaqqal bələdiyyəsi ilə fiziki şəxs Şahid1 arasında rəsmiləşdirilmiş xx.xx.2021ci il tarixli müqavilə, xx.xx.2021-ci il tarixli ********* nömrəli Şahid1 adından Göyçay rayon poçt filialının Qarabaqqal poçt şöbəsi vasitəsilə Qarabaqqal bələdiyyəsinə mədən vergisi qismində nağd formada 1500 manat ödənilməsi barədə Mədaxil qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 52 AZN (əlli iki manat) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 17,33 AZN (on yeddi manat, otuz üç qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəza əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılsın və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2 və 62-ci maddələri tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 aprel 2021-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs2 götürülmüş 5 ədəd A06582748, A67865717, C03006483, B06265941, A60103461 nömrəli və Təqsirləndirilən şəxs1 götürülmüş 10 ədəd A05433832, C93518276, A61127335, A02239014, C58186861, A52343239, A29427489, C69559915, C16022060, A08476773 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanılması, Baş İdarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra üzərlərinə habelə aşkar edilmiş pul vəsaitlərinə baxış keçirilməsi haqqında videogörüntülər olan 01 ədəd disk, həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixdə keçirilmiş ƏAT ilə əldə edilmiş gizli videoçəkilişə dair görüntülər olan 02 ədəd disk, Şahid1 tərəfindən ibtidai araşdırma orqanına təqdim edilmiş sonuncunun özü tərəfindən qeydə alınmış xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş telefon danışıqlarına dair səs yazıları olan 01 ədəd disk, Şahid1 tərəfindən təqdim edilmiş, onun özü tərəfindən xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində qeydə alınmış xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş videogörüntülər olan 01 ədəd disk, Şahid1 tərəfindən təqdim edilmiş, onun özü tərəfindən xx.xx.2021-ci il tarixdə Göyçay rayonu ərazisində qeydə alınmış xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş videogörüntülər olan 02 ədəd disk, Azercell Telekom MMC-dən Baş İdarəyə daxil olmuş xx.xx.2021-ci il tarixli 11395 nömrəli məktubla göndərilmiş və xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş 01 ədəd disk, xx.xx.2021-ci il tarixdə Baş İdarənin Əməliyyat təminatı şöbəsindən daxil olmuş məktuba əlavə edilmiş Dövlət Təhlükəsizliyi Xidmətindən təqdim edilən Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrəsi ilə aparılan danışıqlara qulaqasma ƏAT nəticəsində əldə edilmiş səs yazıları olan 01 ədəd disk, cəmi 09 ədəd disk və Qarabaqqal bələdiyyəsi ilə fiziki şəxs Şahid1 arasında rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli müqavilə, xx.xx.2021-ci il tarixli ********* nömrəli Şahid1 adından Göyçay rayon poçt filialının Qarabaqqal poçt şöbəsi vasitəsilə Qarabaqqal bələdiyyəsinə mədən vergisi qismində nağd formada 1500 manat ödənilməsi barədə Mədaxil qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 52 AZN (əlli iki manat) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 17,33 AZN (on yeddi manat, otuz üç qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-13/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-13/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver