Məhkəmə qərarları › İş №1(091)-13/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-13/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-13/2023 14.02.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştiakı ilə, xx xxxxxx 1951-cı il tarixdə ünvan 2ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 2ində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, ünvan 2ində yerləşən və 08 fevral 2010-cu il tarixli yazılı müqavilə əsasında Zərərçəkmiş şəxs 2400 manat pul müqabilində satdıqdan sonra sonuncunun sahibliyində və istifadəsində olan, 1,4344 ha kənd təsərrüfatı təyinatlı, 29838,96 manat dəyərində torpaq sahəsi üzərində olan əmlak hüquqlarını və həmin torpaq sahəsində Zərərçəkmiş şəxs 2010-cu ildən salaraq qulluq etdiyi - 240 ədəd, 36000 manat dəyərində fındıq ağaclarını ələ keçirmək məqsədilə tamah niyyəti ilə həmin torpaq sahəsinin 2010-cu ildən Zərərçəkmiş şəxs faktiki sahibliyində və istifadəsində olması, bu müddət ərzində sonuncu tərəfindən həmin torpaq sahəsində fındıq bağının salınaraq qulluq göstərilməsi ona aşkar surətdə məlum olduğu, fındıq ağacları əkildiyindən torpaq sahəsinin dəyərinin artdığını bildiyi və həmin fındıq ağaclarının ona məxsus olmadığını anladığı halda Zərərçəkmiş şəxs gizli şəkildə, bu barədə həqiqi məlumatları ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin (həmin vaxt isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi adlanan qurumun) müvafiq səlahiyyətli şəxslərindən gizlədib aldadaraq, eləcə də həmin dövlət qurumundan 2021-ci ilin fevral ayında qeydiyyat tarixi xx.xx.2021-ci il olan, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almış və bu yolla qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən, 29838,96 manat dəyərində torpaq sahəsi üzərində olan əmlak hüquqlarını və həmin torpaq sahəsində olan 36000 manat dəyərində fındıq ağaclarını qanunsuz və əvəzsiz olaraq qəsdən ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda, yəni ümumilikdə 65838,96 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, dövlət aktı əsasında ünvan 2inin “Divaxsı” çölündə ona və ailəsinə 1,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində 65 top fındıq ağacı, qoz və söyüd ağacları olmuş, onları özü əkmiş, lakin həmin torpaq sahəsinə xüsusi qulluq edilməmişdir. 2010-cu ildə o, həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satmamış, sadəcə 10 illik icarəyə vermişdir. Həmin müddət bitəndən sonra isə oğlu ilə Zərərçəkmiş şəxs yanına gedərək ona təklif etmişdir ki, istəyirsə həmin torpaq sahəsini onun adına rəsmiləşdirsinlər. Yoxsa torpaq sahəsini başqa şəxsə satmaq istəyir. Lakin Zərərçəkmiş şəxs həmin vaxt başının qarışıq olduğunu, vaxtının olmadığını, məsələni sonra həll edə biləcəyini demiş, həmin söhbətin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, heç bir hərəkət etməmişdir. Bu müddətdə torpağın vergi borclarını da o, ödəmişdir. Yenidən bir daha Zərərçəkmiş şəxs müraciət etsə də, ondan bir xəbər çıxmamışdır. Belə olub, həmin torpaq sahəsini Şahid1 satmışdır. Odur ki, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin torpaq sahəsinin Şahid1 satacağını Zərərçəkmiş şəxs gizlətmiş, həmin alqı-satqının reallaşması və həmin torpaq sahəsinə sənədlərin düzəldilməsi üçün ilk öncə özü Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Zaqatala ərazi idarəsinə yaxınlaşmış, həmin torpaq sahəsini 2010-cu ildə Zərərçəkmiş şəxs satmağına baxmayaraq, bu barədə həmin xidmətə heç bir məlumat verməmiş, yenidən qeyd olunan torpaq sahəsini Şahid1 satmaq niyyətini olduğu üçün torpaq sahəsininin sənədləri düzəltdiyini bildirməmiş, çünki, düşünürmüş ki, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək torpaq sahəsini yenidən Şahid1 satmaq niyyətini bildirsəydi, həmin idarənin əməkdaşları ona mane olacaqlarmış. Daha sonra torpaq sahəsinə sənədlərin düzəldilməsi üçün geri qalan proseslərin həyata keçirməsini oğlu Sənana tapşırmış, o və ailə üzvləri Şahid1 ilə aralarında alqı-satqı müqaviləsi bağlamazdan öncə Şahid1la Zaqatala şəhər ərazisində görüşərək Zaqatala rayon Qımır kəndində yerləşən 1,4344 ha torpaq sahəsini ona satılması barədə Zərərçəkmiş şəxs razılığını aldığını, alqı-satqı olduqdan sonra əldə etdiyi pulun bir hissəsini Zərərçəkmiş şəxs verəcəyini bildirmiş, daha sonra alqı-satqı müqaviləsi bağlanması üçün o və ailə üzvləri Şahid1la notariat konturuna getmiş, müqavilə bağlanmazdan öncə o, yenidən Vasifə bildirmiş ki, həmin torpaq sahəsininin ona satılmasına Zərərçəkmiş şəxs razılıq vermiş və sonuncunun etirazı yoxdur. Şahid1 onun sözünə inanaraq alqı satqı müqaviləsi bağlamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildə Təqsirləndirilən şəxs öz qohumu vasitəsilə ona bildirmişdir ki, torpağı var və həmin torpağı satmaq istəyir. Belə ki, Şamilin qohumunun ona dediyinə görə, Şamilin kiməsə borcu varmış və həmin borcu ödəmək üçün torpağını satırmış. Həmin torpağı qızı Nərmin istədiyinə görə, torpağı almaq üçün ona pul göndərmiş, Təqsirləndirilən şəxsla həmin torpağı 2400 manata alacağına dair razılığa gəlmişdir. O, Təqsirləndirilən şəxs torpağın sənədinin olub-olmadığını soruşmuş, lakin həmin vaxt dövlət tərəfindən sənədləşmə həyata keçirilmədiyi üçün, Təqsirləndirilən şəxsla razılığa gəlmişlər ki, icra nümayəndəliyində şahidlərin iştirakı ilə müqavilə bağlansın ki, sabah hər-hansı bir problem yaransa əllərində sənəd olsun. Təqsirləndirilən şəxs həmin vaxt ona demişdir ki, narahat olma dövlət tərəfindən sənədləşmə başlanan vaxt, torpağı rəsmiləşdirəcəklər. O da belə olub onunla razılaşmışdır. Təqsirləndirilən şəxsla torpağı aldığına dair müqavilə bağlamış və həmin torpağı almışdır. O, torpağı aldığı vaxt həmin torpaq boş olmuş, yəni torpaqda heç nə əkib-becərilməmişdir. Bundan sonra həmin torpağa yol çəkərək ətrafını bağlamış, daha sonra həmin torpağa fındıq ağacları əkmiş, neçə illər torpağa nəzarət etmiş, gübrə vermiş, qulluq etmişdir. Bu minvalla 10 il həmin torpağa qulluq göstərmişdir. Həm özü torpaqda işləmiş, həm də, işçi qüvvəsi tutmuşdur ki, torpağa qulluq etsin. Boş bir torpaqdan bağ salmışdır. Ona sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu bağı illər sonra, yəni 2020-ci ildə başqa adama satmışdır. O da bununla bağlı müvafiq orqanlara şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 2010-cu ildə Təqsirləndirilən şəxs 2700 ABŞ dolları qarşılığında həmin torpağı almış, həmin dövrdə 2700 dollar təxminən 2400 manat etmişdir. Müqavilə bağlanan vaxt Təqsirləndirilən şəxs ailə üzvləri, iki nəfər də kənd sovetinin üzvləri iştirak etmişdir. O, torpağı aldığı vaxt torpaq boş ərazidən ibarət olmuş, yəni torpaqda heç nə əkilməmişdir. Təqsirləndirilən şəxs 2020-ci ildə torpağı satdığı vaxt, həmin torpaqda onun tərəfindən əkilmiş 240-dan çox fındıq ağacı olmuşdur. Fındıq ağaclarını torpağı aldığı il, yəni 2010-cu ildə əkmişdir. 2010-cu ildə heç kimə torpaq üçün sənəd verilmədiyindən, torpağı alarkən Təqsirləndirilən şəxsla müqavilə bağlamışdır. Təqsirləndirilən şəxs torpağı ona satdıqdan sonra, həmin torpağı hər hansı bir məbləğ qarşılığında geri istəməmişdir. Bir gün eşitmişdir ki, həmin torpağı almaq istəyən var. Həmin şəxsə xəbər göndərmişdir ki, bu torpaq ona aiddir, almasın. Daha sonra Təqsirləndirilən şəxsla görüşüb ondan soruşmuşdur ki, “Sən torpağı satırsan?” Təqsirləndirilən şəxs ona cavab olaraq demişdir ki, bu işin onunla əlaqəsi yoxdur, torpağı məhz onun ailə üzvləri satmaq istəyir. Yəni onu ailə üzvləri məcbur edir ki, həmin torpağı satsın. Təqsirləndirilən şəxs torpağı ona satdıqdan sonra, həmin torpağa qulluq etməmiş, torpağın bütün xərcini o, özü çəkmi və illər ərzində qulluq etmişdir. Müqaviləyə əsasən, sənəd gəldiyi vaxt, Təqsirləndirilən şəxs ona bildirməli olmuşdur ki, onlar gedib torpağı rəsmiləşdirsinlər. Sənədin gəlməsi haqqında onun məlumatı olmamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs soruşmuşdur ki, “torpağın sənədi gəldimi?” Təqsirləndirilən şəxs isə hər dəfə ona demişdir ki, “narahat olma, torpağın sənədi gəlsə, sənə xəbər edəcəyəm.” Torpağı alan şəxs Şahid1la özü danışmamış, lakin Şahid1la əlaqə saxlayıb ona deyiblər ki, bu torpağı alma, çünki həmin torpağın sahibi var. Torpağı aldığı vaxt Təqsirləndirilən şəxs əlində torpağa dair bələdiyyənin sənədi olmuş, bundan başqa, bələdiyyədə torpaqları ölçməklə məşğul olan adam olmuşdur ki, müqavilə bağlanan vaxtı həmin adam da şahid olaraq iştirak etmişdir. O, Təqsirləndirilən şəxs inanmışdır ki, sənəd alındıqdan sonra, torpağı rəsmiləşdirəcəkdir. Onun heç ağlıma gəlməzdi ki, Təqsirləndirilən şəxs torpağı başqasına satar. Torpağı aldıqdan sonra, Təqsirləndirilən şəxs ona heç bir maneə törətməmiş, əksinə torpağa ağac lazım olduqda, gedib tapıb, alıb gətirmişdir. Fındıq ağaclarından təxminən 300-400 kiloqram bar götürmüşdür ki, onun da dəyəri təxminən 700-800 manat etmişdir. Təqsirləndirilən şəxsdən tələbi bundan ibarətdir ki, torpağı geri istəyir. Dəfələrlə Şamilə müraciət etmişdir ki, torpağın sənədini alsın, torpağı rəsmiləşdirsinlər. Şamil hər dəfə ona demişdir ki, “narahat olma sənə sənədi verəcəyəm.” O da ona inandığı üçün, sənəd üçün lazımı orqanlara müraciət etməmişdir. Təqsirləndirilən şəxs torpağı satarkən ailə üzvləri orada olmuş və müqaviləyə imza atmışlar. O da öz növbəsində düşünmüşdür ki, ailə üzvləri torpağın satılmasına razı olublar. Təqsirləndirilən şəxs torpaqda nə isə əkibbecərməyi barədə ona maneə törətməmişdir. Çünki mülkiyyət sahibi Şamil olsa da, faktiki torpağın sahibi o, olmuşdur. Həmin torpağı pul verib almış və illər ərzində qulluq etmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Şəxsdən hər hansı bir məbləğ tələb etmir. O, sadəcə ona məxsus torpağı geri istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs gəlinidir. Bildiyi qədəri ilə qaynatası Təqsirləndirilən şəxs torpağı 2010-cu ildə Zərərçəkmiş şəxs icarəyə vermişdir. O, Zərərçəkmiş şəxs tanımamış, sadəcə adını eşitmişdir ki, qaynatası Təqsirləndirilən şəxs torpağı ona icarəyə vermişdir. Qaynatası Təqsirləndirilən şəxs torpağı Zərərçəkmiş şəxs satmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, Şahid2 həyat yoldaşıdır. Qaynatası torpağı icarəyə verdiyi dövrdə, yoldaşı Rusiya Federasiyasında olmuşdur. İbtidai istintaq zamanı müstəntiqə də bu məzmunda ifadə vermişdir. İcarəyə verdikləri torpaqda 65 top fındıq ağacı olmuşdur. Bildiyi qədəri ilə, torpaq icarəyə verilmişdir, lakin müqavilədən onun xəbəri olmamışdır. Polis əməkdaşları yaşadıqları ünvana gələrək onları polis şöbəsinə aparmış, bir gün axşam radələrinə qədər polis şöbəsində saxlamış, bundan sonra polis şöbəsində onlara hədə-qorxu gəlinmişdir. Onlara deyilmişdir ki, torpağı satmığınızı deməlisiniz. Sonra onlara bəzi sənədlərə imza atdırmışlar. Hətta polis şöbəsində ona olunan təzyiqlə bağlı “102” qaynar xəttinə zəng edərək şikayət etmişdir. Şahid3 məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi həmin ifadəsində Aybəniz Əsgərova göstərmişdir ki, islahat zamanı onun ərinə və ailəsinə ünvan 2i ərazisində 1,43 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 8 sotu onun ərinə düşmüşdür. Belə ki, pay bölgüsündə onun ərinə düşən torpaq sahəsinin 26 sotu başqa ərazidə olmuş, 2010-cu ildə qaynatası Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satmış, onlar torpaq sahəsini satdıqdan təxminən 2 il sonra ərinin qardaşları Sənan və Sərxan gəlib Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə sənəd düzəltməsini bildirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs işi olduğu üçün torpağı sənədləşdirəcəyini demiş, bundan sonra da həmin torpaq sahəsinə sənəd düzəltməyi qalmış, 2021-ci ilin yanvar ayında ərinin qardaşı Sənan qardaşları və bacılarını bir yerə yığaraq uşağı xəstə olduğu üçün torpaqı satmaq istədiyini bildirmiş, onlar da Sənanla razılaşmışlar. Həmin vaxt atası Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satdığını bildirmiş, lakin sonradan ərinin qardaşı Sənan həm Zərərçəkmiş şəxslə görüşmüş, həm də torpağa sənəd düzəltmiş, bundan sonra isə torpaq sahəsinə müştəri tapmışdır. Həmin torpağın Vasif adlı şəxsə satılmasına görə onlara 1600 manat pul düşmüş, həmin pulun da 160 manatını Zərərçəkmiş şəxs alınmış pulun qaytarılması üçün yenidən qaytarılmış, beləcə onlara həmin topaq sahəsinin satılmasına görə 1440 manat pul qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra suallara cavab olaraq şahid Aybəniz Əsgərova göstərmişdir ki, elan edilən ifadədə imza ona aid olsa da, o bu məzmunda ifadə verməmişdir. İibtidai istintaq zamanı verdiyi ifadəmi oxumamışdır. Qaynatası Təqsirləndirilən şəxs qeyd edilən torpağı hansı məbləğdə icarəyə verdiyini bilmir, qaynatası yaşlı olduğu üçün, həm də övladları yanında olmadığı üçün torpağı icarəyə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir. O, torpaq satılmadan əvvəl fındıq zavodunda işləmişdir. Zərərçəkmiş şəxs həmin fındıq zavodunun icraçı drektoru vəzifəsində işləmişdir. Bir gün işə gedərkən Təqsirləndirilən şəxsla qarşılaşmış, Şamil ona bildirmişdir ki, kiməsə borcu var, torpağı satmaq istəyir. Bundan sonra o, zavoda getmiş, Zərərçəkmiş şəxs demişdir ki, onların zavodun yaxınlığında torpaq sahəsi var, özü də ucuz qiymətə satılır. Aydın müəllim həmin vaxt ona bildirmişdir ki, əgər torpağı satan şəxsi tanıyırsa torpağı almaq olar. Belə olub bir müddət sonra danışıqlar getmiş və Təqsirləndirilən şəxs həmin torpağı Zərərçəkmiş şəxs 2400 manata satmışdır. Həmin vaxt şəxslər öz aralarında alğı-satqı müqaviləsi imzalamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, xatırladığı qədəri ilə Zərərçəkmiş şəxs torpaq sahəsini alarkən həmin torpaq sahəsində bir neçə top fındıq ağacı olmuşdur. Torpaq satıldığı zaman, kənarları açıq vəziyyətdə olmuşdur. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında alğısatqı müqaviləsi imzalanmış, həmin müqaviləyə o da imza atmışdır. Ondan başqa həmin müqavilədə Şahid5 da imzası olmuşdur. Müqaviləni tərtib edən Şahid5 olmuşdur. Səhv etmirəsə müqavilədə Təqsirləndirilən şəxs ailə üzvlərinin də imzası olmuşdur. Həmin müqavilənin məzmunu alğı-satqıdan ibarət olmuşdur. Bugünki gündə həmin torpaq sahəsində hansı sayda fındıq ağacı olduğunu dəqiq deyə bilməsə də, bunu deyə bilər ki, həmin torpaq sahəsi alındıqdan sonra, mütəmadi olaraq sahəyə qulluq olunmuşdur. Bir gün eşitmişdir ki, həmkəndlisi Vasif adlı şəxs həmin torpaq sahəsini almaq istəyir. O da Vasifə vəziyyəti izah etmişdir ki, həmin torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Vasif də bir neçə gün torpaq sahəsini almamış, bundan sonra Vasif həmin torpaq sahəsini almışdır. Bildiyi qədəri ilə torpaq Təqsirləndirilən şəxs adına olmuşdur. Müqavilə tərtib olunarkən o, orada iştirak etməmiş, lakin həmin müqavilədə onun imzası olmuşdur. Müqavilənin harada tərtib olunduğu dəqiq yadında qalmamışdır. Müqavilə imzalanan vaxt, Təqsirləndirilən şəxs qızı olan Mətanət xanımı orada görməmişdir. Bir gün eşitmişdir ki, Vasif həmin torpağı almaq istəyir. O da bu barədə Zərərçəkmiş şəxs bildirmiş, Aydın müəllim də belə bir söhbəti eşitdiyini demişdir. Bundan sonra Aydın müəllim Təqsirləndirilən şəxs ilə görüşməyə getmiş, söhbət əsnasında o, Aydın müəllim, Şamil və iki oğlu orada olmuşdur. Aydın müəllim bildirmişdir ki, “torpaq mənimdir niyə satırsız?” Şamil isə bildirmişdir ki, torpağı övladları satmaq istəyir. Şəxslər arasında 2010-cu ildə alğı-satqı müqaviləsi imzalandığını bilmiş, lakin torpaq üçün çıxarış aldıqlarını xatırlamır. Bildiyi qədəri ilə həmin dövrdə torpaq üçün çıxarış almaq olmamışdır. Müqavilə bağlandıqdan sonra Zərərçəkmiş şəxs torpaq sahəsindən sərbəst istifadə etmişdir. Keçən 10 il müddət ərzində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs torpaq sahəsini istifadə etdiyi üçün heç bir maneəçilik törətməmişdir. Zərərçəkmiş şəxs 10 il müddət ərzində həmin torpaq sahəsinə fındıq ağacları əkib və mütəmadi olaraq qulluq göstərmiş, həmin torpaq sahəsindən bar götürmüşdür. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs övladları torpağı Zərərçəkmiş şəxs öz adına keçirməsinə icazə verməmişlər. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun oğlanları ilə görüşmüş, həmin görüşdə o da orada olmuşdur. Aydın müəllim Şamilin oğlanlarına bildirmişdir ki, “sizə 10 min manat pul verim, bu söhbət bağlansın.” Ancaq oğlanlar razılıq verməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs torpağı Zərərçəkmiş şəxs icarəyə verdiyi dövrdə o, Rusiya Federasiyasında olmuşdur. Rusiya Federasiyasından gəldikdən sonra eşitmişdir ki, atası torpaq sahəsini Aydın müəllimə 10 illik icarəyə vermişdir. O da həmin vaxt iradını bildirmişdir ki, buna nə gərək var idi, özləri istifadə etsələrdi daha yaxşı olardı. Atası da bildirmişdir ki, pula ehtiyacı olduğu üçün torpağı icarəyə vermişdir. Bir müddət sonra torpağın 10 illik icarə müddəti bitmiş, bundan sonra qanunla torpağa sənəd düzəltmiş və həmin torpağı Vasif müəllimə satmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, torpaq icarəyə verildiyi vaxt o, Rusiya Federasiyasında olmuş, ona görə də, torpağı icarəyə götürən şəxsin hansı məqsədlə istifadə edəcəyindən məlumatım olmamışdır. Torpaq icarəyə verilmədən əvvəl həmin sahəyə 65 ədəd fındıq ağacı əkmişdir. Zərərçəkmiş şəxs torpağı icarəyə götürdükdən sonra, torpaqdan hansı məqsədlə istifadə edəcəyini soruşmamış, son illərdə bilmişdir ki, onların torpaq sahəsinə fındıq ağacı əkilmişdir. Alğı-satqı müqaviləsindən xəbəri olmamışdır. Atası onlara torpağı satdığını bildirməmiş, torpağı icarəyə verdiyini demişdir. Əgər səhv etmirsə atası torpağı 10 illik müddətə 2400 manata icarəyə vermişdir. O, müqaviləyə imza çəkməmiş, iş materiallarında olan müqavilədəki imza ona aid deyil. Atasının dediyinə görə övladlarından heç kim yanında olmadığı üçün, həm də pula ehtiyacı olduğu üçün torpağı icarəyə vermişdir. Müstəntiqə ifadə verməmiş, sadəcə ona verilən sənədlərə imza çəkmişdir. Şahid2 məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi həmin ifadəsində Şahid2 göstərmişdir ki, islahat zamanı onun ailə üzvlərinə ünvan 2i ərazisində 1,43 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 8 sotu ona düşmüşdür. Belə ki, pay bölgüsündə ona düşən torpaq sahəsinin 26 sotu başqa ərazidə olmuş, 2010-cu ildə atası Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satmış, onlar torpaq sahəsini satdıqdan təxminən 2 il sonra qardaşları Sənan və Sərxan gəlib Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə sənəd düzəltməsini bildirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs işi olduğu üçün torpağı sənədləşdirəcəyini demiş, bundan sonra da həmin torpaq sahəsinə sənəd düzəltməyi qalmış, 2021-ci ilin yanvar ayında qardaşı Sənan qardaşları və bacılarını bir yerə yığaraq uşağı xəstə olduğu üçün torpaqı satmaq istədiyini bildirmiş, onlar da Sənanla razılaşmışlar. Həmin vaxt atası Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Zərərçəkmiş şəxs satdığını bildirmiş, lakin sonradan qardaşı Sənan həm Zərərçəkmiş şəxslə görüşmüş, həm də torpağa sənəd düzəltmiş, bundan sonra isə torpaq sahəsinə müştəri tapmışdır. Həmin torpağın Vasif adlı şəxsə satılmasına görə ona 1600 manat pul düşmüş, həmin pulun da 160 manatını Zərərçəkmiş şəxs alınmış pulun qaytarılması üçün yenidən qaytarmış, ona həmin topaq sahəsinin satılmasına görə 1440 manat pul qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra suallara cavab olaraq Şahid2 göstərmişdir ki, ibtidai istintaq zamanı bu məzmunda ifadə verməmiş, atası torpaq sahəsini Zərərçəkmiş şəxs satmamış, icarəyə vermişdir. Aydın müəllim torpaqdan istifadə etdiyi müddətdə, ailəsindən heç kim ona maneə törətməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamış, sadəcə imza çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, kənddə özünə torpaq sahəsi almaq istəmiş, bir dostu ona demişdir ki, “hazır torpaq sahəsi var, istəmirsən?” O da dostua demişdir ki, “Əgər torpağın qanunla sənədi varsa, ala bilərəm.” Belə ki, dostu Təqsirləndirilən şəxs oğlanlarından birinə zəng etmiş, əgər səhv etmirsə zəng etdiyi Sənan olmuşdur. Dostu Sənana bildirmişdir ki, “Torpaq sahəsinə baxmaq istəyən var, gəlib göstərə bilərsənmi?” Sənan da cavab olaraq “gəlib göstərərəm” demişdir. Beləcə həmin torpaq sahəsinə baxmağa getmiş, bundan sonra Sənandan torpağın sənədinin olub-olmadığını soruşmuş, Sənan isə ona demişdir ki, “bəli, torpağın sənədi var və həmin sənəd hazırda qardaşımdadır.” Sonra kəndə qayıdaraq torpağın sənədinə baxmış, həqiqətən də torpağın sənədinin olduğunu görmüşdür. Sənana demişdir ki, evdə məsləhət edin, əgər razısızsa ona bir xəbər edərsiz. Elə həmin gün istifadəsində olan mobil telefona zəng gəlmişdir ki, “torpağı satmağa razıyıq.” Sonra yenidən torpaq sahəsində həmin şəxslərlə görüşmüş və qiyməti danışmışdır. Nəticə olaraq belə qərara gəlmişlər ki, torpağı 32 min manat pulun dəyərində alsın. Ailə üzvlərinin hamısı torpağın satılmasına razılıq vermişdir. Bundan iki gün sonra, kənddə Abdurahman müəllimlə rastlaşmış, ona torpaq almaq istədiyini və həmin torpağın Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Abdurahman müəllim ona demişdir ki, həmin torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Elə həmin anda Abdurahman müəllim onun yanında Zərərçəkmiş şəxs zəng etmiş və bildirmişdir ki, “torpağı almaq istəyən şəxs var, gəlin oturun danışın.” Ancaq Aydın müəllim nə onların yanına gəlmiş, nə də bir dəfə olsun zəng edib nə isə bildirməmişdir. O da bir müddət sonra, görmüşdür ki, bir xəbər çıxmır, sonra həmin torpağı almışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Abdurahman müəllim ona torpağın Aydın müəllimə məxsus olduğunu dedikdən sonra, Təqsirləndirilən şəxsla bu məsələ haqqında danışmış, Təqsirləndirilən şəxs torpağın özlərinə məxsus olduğunu və əlində sənədinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs söhbət əsnasında bildirmişdir ki, torpağı əvvəllər icarəyə vermiş, ancaq hazırda torpağı geri almışdır. Abdurahman müəllim ona demişdir ki, torpaq sahəsindəki fındıq ağaclarını Zərərçəkmiş şəxs əkdirmişdir. Ağacların kimin əkdiyini Təqsirləndirilən şəxs soruşmamış, şəxsən Zərərçəkmiş şəxslə görüşməmişdir. Abdurahman müəllim Zərərçəkmiş şəxslə onun yanında danışmış, Zərərçəkmiş şəxs ona zəng etməmiş, nə də ondan bir xəbər çıxmamışdır. Vvəziyyət belə olunca, torpağı almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs torpağı Zərərçəkmiş şəxs icarəyə verdiyi dövrdə, o, Bakı şəhərində olmuş, həmin dövrdə atasının torpağı icarəyə verməsindən xəbərim olmamışdır. Sonradan bilmişdir ki, atası torpağı Zərərçəkmiş şəxs 10 illik icarəyə vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əgər səhv etmirsə atası torpağı 10 illik müddət ərzində, 2400 manat pul qarşılığında Zərərçəkmiş şəxs icarəyə vermişir. Onun alğı-satqı müqaviləsindən xəbəri olmamışdır. Atası torpağı Zərərçəkmiş şəxs satmamış, məhz icarəyə vermişdir. İcarə müddəti bitdikdən sonra, atasına bildirmişdir ki, özünə düşən payı satmaq istəyir. Bundan sonra, ailə üzvləri ilə birlikdə razılığa gəlmiş və torpağa sənəd düzəltdirmişdir. Torpağın icarə müddəti bitdikdən sonra, onları torpaqğı geri almış. Bir müddət sonra Aydın müəllim torpağı almaq istəsə də, lakin o, verməmişdir. İbtidai istintaq zamanı Şahid6 ifadəsi alınmamış, iş materiallarında onun ibtidai araşdırmanın ilkin dövründə verdiyi izahatı olmuşdur ki, onun məhkəmədə verdiyi ifadəsi ilə məhz ibtidai araşdırma zamanı veridiyi izahatı arasında ziddiyət yarandığından, şahidin ibtidai istintaq zamanı verdiyi izahatı elan olunaraq tədqiq olunmuş və Şahid6 izahatından da müəyyən olunmuşdur ki, o, Təqsirləndirilən şəxs yaxın qohumlarının ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərdiyi xüsusatları göstərmişdir (cild 1 i/v 14). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2010-cu ildə Çobankol Bələdiyyəsində bələdiyyə qulluqçusu işləmişdir. Bir gün Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs özləri ilə alğı-satqı müqaviləsi gətirib,ondan həmin müqaviləyə oxşar müqavilə hazırlamağını xahiş etdmişlər. O, həmin müqavilədə qeyd olunan adları, məbləği və torpaq sahəsinin yerləşdiyi ərazini dəyişərək yeni müqavilə hazırlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs öz aralarında alğısatqı müqaviləsi bağlamış və həmin müqaviləyə imza atmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, alğı-satqı müqaviləsi üçün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun yanına gəlmiş, Təqsirləndirilən şəxs ona məxsus torpağı satmaq istədiyini, Zərərçəkmiş şəxs də həmin torpağı almaq istədiyini bildirmişdir. Alğı-satqı müqaviləsini onların gətirdiyi nümunəyə əsasən o, tərtib etmişdir. Alğı-satqı müqaviləsində onun, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs imzası olmuşdur. Abdurahman müəllimin həmin müqavilədə imzası olduğunu dəqiq xatırlamır. Çünki hadisənin üstündən xeyli vaxt keçmişdir. Pul söhbəti onun yanımda olmamışdır. Müqaviləyə hansı məbləğ yazıldığını dəqiq xatırlamır. Müqavilə icarə müqaviləsi olmamış, o, məhz alğı-satqı müqaviləsi tərtib etmişdir. Söhbət onun yanında alğı-satqıdan getmiş, o da buna əsasən müqavilə tərtib etmişdir. Torpaq bildiyi qədəri ilə boş sahə olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müqaviləyə başqa şəxslərin də adlarını yazdırmışlar. Müqavilədə adını yazdıqları Təqsirləndirilən şəxs ailə üzvləri olmuşdur. Təqsirləndirilən şəxs qonşuluqda yaşadığı üçün ailə üzvlərini tanımışdır. Lakin hazırda hansı adları müqaviləyə yazdığını dəqiq xatırlamır. O, sadəcə müqaviləni tərtib etmiş, onun bu işdə başqa marağı olmamışdır. Müqavilə üçün Təqsirləndirilən şəxs qızı Mətanət Əsgərovanın yanına getməmişdir. Onun yanında sadəcə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müqaviləyə imza atmışdır. Başqa şəxslərin müqaviləyə imza atmasından onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri onun yanında müqaviləyə imza atmamışlar. Ona kimin adı deyilibsə, onların adını müqaviləyə yazmış, müqavilə hazır olduqdan sonra Şamil və Aydın müqaviləni götürüb getmişlər. Sonrakı gedişatdan mənim məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Duxiyev X1 Rayon Polis Şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini bildirmiş və Təqsirləndirilən şəxs barəsində müvafiq tədbirlərin görülməsini, torpaq sahəsinin isə ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarına əlavə edilmiş sadə əlyazma ilə yazılmış xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs və Duxiyev X1 rayonu Qımır kəndinin “Divaxsı” çölündə yerləşən 1,43 ha torpaq sahəsinin alğı-satqısı ilə bağlı razılığa gəlmiş, Əsgərov X2 rayonu Qımır kəndinin “Divaxsı” çölündə yerləşən ailəsinə məxsus 1,43 ha torpaq sahəsini nağd olaraq 2400 manat pulun müqabilində satmağı, Zərərçəkmiş şəxs isə həmin torpaq sahəsini 2400 manat pulun müqabilində almağı öhdəsinə götürmüşdür (cild 01, iş vər. 05-06). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə ünvan 2ində yerləşən Şahid1 məxsus 1,43 ha torpaq sahəsinə baxış keçirmiş, baxış zamanı fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Müəyyən edilmişdir ki, 1 hektar 43 sot torpaq sahəsi ətrafı dəmir setka ilə çəpərlənmiş, torpaq sahəsinə giriş üçün yol tərəfdən qapı vardır, qapıdan içəri daxil olduqda fındıqlar əkilmiş sahə görülür, torpaq sahəsində bir-biri ilə müəyyən məsafədə yerləşən 240 ədəd fındıq ağacları vardır, mütəxəssis Rəşad İbrahimov həmin fındıq ağacların 5-6 il əvvəl əkildiyini, digər ağacların isə 10-11 il əvvəl əkildiyi bildirmiş, torpaq sahəsinə baxış zamanı digər ağacların olmadığı müəyyən edilmişdir (cild 01, iş vər. 28-34). Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 5(033)-27/2022 nömrəli qərarına əsasən Zaqatala rayon Qımır kəndində yerləşən 33750 manat dəyərində 240 ədəd fındıq ağaclarından ibarət bağın, eləcə də həmin bağın salındığı Daşınmaz Əmlakın dövlət reyesterində Şahid1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 1,4344 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş, bu barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir (cild 01, iş vər. 207-216). Cinayət işinin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi İdarəsinin 04 aprel 2022-ci il tarixli **********93 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu, Qımır kəndində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə və 0,2973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə ümümibirgə mülkiyyət üzrə Təqsirləndirilən şəxs adına, ünvan 2i ünvanında yerləşən 1,4344 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət üzrə Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (cild 01, iş vər. 105-106). Cinayət işinin materiallarında olan Zaqatala rayonu Çobankol bələdiyyəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli 102 nömrəli məktubundan görünür ki, Şahid1 adında olan 1,4344 ha torpaq sahəsinin vergi borcları tamamilə ödənmiş, mübahisəli olan 1,4344 ha torpaq sahəsinin vergi borclarını Zərərçəkmiş şəxs istifadə etdiyi 2010-cu il daxil olmaqla 2017-ci ilə qədər Təqsirləndirilən şəxs adına özü ödəmiş və ödəniş qəbzləri Zərərçəkmiş şəxs təqdim olunmuşdur. 2018-ci ildən 2021-ci il tarixədək torpaq sahəsinin əvvəlki sahibi Təqsirləndirilən şəxs adında olan əmlak və torpaq sahələrinin vergi borclarını Təqsirləndirilən şəxs ödəmişdir (cild 01, iş vər. 240). Cinayət işinin materiallarına əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış”dan görünür ki, Zaqatala rayonu, Qımır kəndində yerləşən 1,4344 ha kənd təsərrüfatı təyinatlı torpaq Təqsirləndirilən şəxs adına xx.xx.2019-ci il tarixdə **********18 reyestr nömrə, ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır (cild 01, iş vər. 220). Cinayət işinin materiallarında olan 08 iyun 2022-ci il tarixli 9/3831, 10/3468 saylı ekspert rəyindən görünür ki, Zaqatala rayon Qımır kəndində yerləşən 1,4344 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövcud olan 240 ədəd 12 illik fındıq topasının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 36,000 manat müəyyən edilir. Zaqatala rayon Qımır kəndində yerləşən 1,4344 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 240 ədəd 12 illik fındıq ağaclarının mövcud olması nəzərə alınmaqla, həmin torpaq sahəsinin ağaclarla birgə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 65838,96 manat məbləğində müəyyən edilmişdir (cild 02, iş vər. 76-79). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.1 və 178.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 144-161). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Həmçinin CPM-nin 21.2-ci maddəsində isə göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 33.1-ci maddəsində müəyyən edilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Habelə həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisənin olması sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayəti sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində isə şəxs o zaman təqsirli bilinə və cəzalandırıla bilər ki, bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulan əməllər külli miqdarda ziyan vurmaqla törədilmiş olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Yuxarıda sadalananları ümumiləşdirdikdə belə nəticə hasil olur ki, dələduzluq cinayəti mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aid cinayətdir, bu cinayətlərin obyekti mülkiyyət münasibətləridir və həmin cinayətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, sözügedən cinayət əməlləri nəticəsində məhz zərərçəkmiş şəxsə məxsus əmlak (və ya əmlak hüququ) itirilmiş və ya əldən çıxmış olur. Bu cinayətin digər talama cinayətlərindən əsas fərqi, yəni spesifikliyi isə ondan ibarətdir ki, bu cinayət iki üsulla (aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə) törədilir və bu cinayət əməli zamanı zərərçəkmiş şəxs özünə məxus əmlakı (və ya əmlaka olan hüququ) təqsirkar şəxsə yalan vədlərin təsiri altında könüllü surətdə vermiş olur. Yəni, bu kateqoriyadan olan cinayətlərin ibtidai istintaqı zamanı ilkin olaraq zərərçəkmiş şəxs tərəfindən təqsirkara verilmiş əmlakın (və ya əmlaka olan hüququn) həqiqətən mövcud olub-olmaması, həmin əmlakın (və ya əmlaka olan hüququn) məhz zərərçəkmiş şəxsə məxsus olub-olmaması və zərərçəkmiş şəxs tərəfindən həmin əmlakın (və ya əmlaka olan hüququn) təqsirkara yalan vədlərin təsiri altında könüllü şəkildə verilibverilməməsi aydınlaşdırılmalı, eyni zamanda, şəxsin niyyətinin əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olması müəyyən olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülən ittihamın məzmunundan görünür ki, ibtidai istintaq orqanı bu qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs sahibliyində və istifadəsində olan, 1,4344 ha kənd təsərrüfatı təyinatlı, 29838,96 manat dəyərində torpaq sahəsi üzərində olan əmlak hüquqlarını və həmin torpaq sahəsində Zərərçəkmiş şəxs 2010-cu ildən əkərək qulluq etdiyi - 240 ədəd, 36000 manat dəyərində fındıq ağaclarını ələ keçirməklə ona qarşı dələduzluq cinayətini törətmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə istintaqı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və onun ailəsinə dövlət tərəfindən Zaqatala rayonunun Qımır kəndinin “Divaxsı” çölündə 1,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, xx.xx.2010-cu il tarixdə isə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında razılıq əldə olunmuş və razılığa əsasən Təqsirləndirilən şəxs ona və ailəsinə məxsus Zaqatala rayonunun Qımır kəndinin “Divaxsı” çölündə yerləşən 1,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Zərərçəkmiş şəxs verməyi, Zərərçəkmiş şəxs isə öz növbəsində həmin torpaq sahəsinə görə Təqsirləndirilən şəxs 2400 manat pul verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan bu razılıq sadə əlyazma ilə tərtib olunan alğı-satqı müqaviləsi (cinayət mühakimə icraatının predmetinə aid olmadığından, həmin müqavilənin tərtib olunma forması, məzmunu, mülki qanunvericiliyin tələblərinə cavab verib-verməməsi məhkəmə tərəfindən araşdırılmamışdır) kimi rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə xx.xx.2010-cu il tarixdə hər iki tərəf (Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs) arasında əldə olunan razılığa münasibət bildirərək qeyd edir ki, tərəflər aralarında xx.xx.2010-cu il tarixdə əldə olunan razılıq sadə əlyazma ilə tərtib olunan alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilmiş olsa da, hər iki tərəf aydın şəkildə bilmişdir ki, bu razılıq formal xarakter daşımış və ilkin razılıq rolunu oynamışdır. Çünki, aralarında razılığa gəldikləri müqavilənin predmeti daşınmaz əmlak sayılan torpaq sahəsi olduğundan, hər iki tərəf bilmişdir ki, torpaq sahəsinin özkəninkiləşdirilməsi yalnız mülki qanunvericilikdə nəzərdə tutulan qaydada, yəni notarial qaydada təsdiq olunan alğı-satqı müqaviləsi ilə həyata keçirilməli və həmin anlaşma əsasında əldə olunan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və torpağa mülkiyyət hüququna dair çıxarış əldə olunmalıdır. Belə ki, həmin razılıq əldə olunan zaman sözügedən torpaq sahəsinin Təqsirləndirilən şəxs və onun ailəsinə ayrılması ilə bağlı dövlət aktı mövcud olsa da, konkret hüquq müəyyənedici sənəd, yəni daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı olmamışdır. Həmin müddətdən, yəni xx.xx.2010-cu il tarixdən Təqsirləndirilən şəxs mübahisəli torpaq sahəsini Zərərçəkmiş şəxs faktiki sahibliyinə vermiş və Zərərçəkmiş şəxs sözügedən torpaq sahəsi üzərində faktiki olaraq sahibliyi həyata keçirməklə ondan istifadə etməyə başlamış, orada fındıq ağacları əkmiş, onlara qulluq etmiş, Təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən isə ona hər hansı bir maneə yaradılmamışdır. Beləliklə, keçən müddət ərzində Zərərçəkmiş şəxs faktiki olaraq həmin torpaq sahəsindən istifadə etsə də, ona bəlli olmuşdur ki, həmin torpaq sahəsinə dair onun heç bir hüququ mövcud olmamışdır. Belə ki, sözügedən torpaq sahəsi daşınmaz əmlak olduğundan, həmin torpaq sahəsi ilə bağlı olan mülkiyyət hüququ, yəni torpağa dair sahiblik, istifadə və sərəncam vermə hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada qeydiyyata alındıqdan sonra yarandığından, Zərərçəkmiş şəxs isə həmin torpaq sahəsinə dair hüquq müəyyənedici hər hansı bir sənədi olmadığından, onun həmin torpaq sahəsi ilə bağlı heç bir hüququ yaranmamış və müvafiq qaydada qeydiyyata alınmamışdır. Bununla yanaşı, keçən müddət ərzində Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi üçün də heç bir hərəkət etməmiş, həmin alğı-satqı müqaviləsinin bağlanmış sayılması ilə bağlı mülki mühakimə qaydasında məhkəmədə iddia qaldırmamış, habelə, həmin torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsi üçün hər hansı bir quruma (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (həmin vaxt isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi adlanan quruma) müraciət etməmişdir. İş materiallarından da görünür ki, 2010-cu il tarixdən 2017-ci ilədək həmin torpaq sahəsi üzrə vergi borcları Zərərçəkmiş şəxs tərəfindən, 2017-ci ildən sonra isə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bu da onunla nəticələnmişdir ki, 2010-cu ildə tərəflər arasında əldə olunan razılıq kağız üzərində qalmış, Zərərçəkmiş şəxs xeyrinə heç bir hüquqi nəticə yaratmamışdır. Həmin torpaq sahəsinin əsl mülkiyyətçisi, mülkiyyət hüququ ilə sahibi Şamil Əsəgərov olaraq qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2-ci maddəsində göstərilmişdir ki, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Habelə həmin Məcəllənin 139-1.1 və 139-1.1.3-cü maddələrində göstərilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsində göstərilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ isə - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmçinin həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən isə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Yuxarıda sadalanan normaların məzmunundan belə aydın olur ki, daşınmaz əmlak barəsində mülkiyyət hüququ yalnız mülki qanunvericiliyin müddəalarında göstərilmiş qaydada əmələ gəlir, dəyişdirilir və xitam olunur. Hər hansı başqa formada daşınmaz əmlak barəsində mülkiyyət hüququnun əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı istisna olunur. Belə olan halda, ibtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə sözügedən mübahisəli torpaq sahəsi üzərində olan əmlak hüququnun Zərərçəkmiş şəxs aid olması ilə bağlı qənaətə gəlinsə də, gəlinən nəticə yanlış olmuş və məhkəmə istintaqı nəticəsində müəyyən olunmuşdur ki, Zaqatala rayonunun Qımır kəndinin “Divaxsı” çölündə 1,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında məhz Təqsirləndirilən şəxs və onun ailəsinə məxsus olmuşdur. Odur ki, Zərərçəkmiş şəxs 2010c ildən sözügedən torpaq sahəsindən istifadə etmiş olsa da (halbuki mülki qanunvericiliyə görə onun belə bir hüququ da olmamışdır, çünki MM-in 146.1-ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, istifadə hüququ daşınmaz əmlak barəsində olan əqdin notarial qaydada təsdiq edildiyi andan əmələ gəlir. Bu şəxslər arasında isə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanmamaışdır), həmin torpaq sahəsi Təqsirləndirilən şəxs və onun ailəsinə məxsus olmuş, dolayısı ilə də Zərərçəkmiş şəxs özünə məxsus olmayan həmin torpaq sahəsini Təqsirləndirilən şəxs hər hansı yalan vədlərin təsiri altında verməmişdir. Habelə, sözügedən torpaq sahəsi əvvəldən Təqsirləndirilən şəxs və onun ailəsinə məxsus olmuş, müəyyən müddət onların nəzarətində olmasa da, Təqsirləndirilən şəxs və onun ailəsinin mülkiyətindən çıxmamış, onların həmin torpaq sahəsinə dair mülkiyyət hüququ itirilməmiş və Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış alması başqasına məxsus əmlakı və ya əmlaka olan hüququnu ələ keçirmə niyyəti ilə əhatə olunmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, iş materialları ilə, habelə məhkəmə istinaqı zamanı dindirilən şəxslərin verdiyi ifadələrdən də aydın olur ki, Aydın Duxioyev heç də gedən proseslərdən xəbərsiz olmamış, ona Təqsirləndirilən şəxs tərəfindən sözügedən torpaq sahəsinə dair artıq müvafiq çıxarışın əldə olunması, həmin torpaq sahəsinin satışı üçün artıq müəyyən hərəkətlərin həyata keçirilməsi bəlli olmuş, buna rəğmən sözügedən torpağın öz mülkiyyətinə keçirilməsi ilə bağlı heç bir hərəkət etməmiş, şüurlu surətdə baş verən prosesləri izləmişdir. CPM-in 7.0.1-ci maddəsində cinayət hadisəsinə anlayış verilmiş və göstərilmişdir ki, hər hansı bir hadisə yox, məhz cinayətin əlamətlərini özündə əks etdirən hadisə cinayət hadisəsi sayılır. Həmin Məcəllənin 7.0.4-cü maddəsində isə cinayət təqibinə də anlayışı verilmiş və həmin anlayışda cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətin cinayət təqibi olduğu müəyyən olunmuşdur. Cinayət prosessual qanunvericiliyin normalarının mənasından görünür ki, cinayət təqibi üzrə həyata keçirilən prosessual fəaliyyət zamanı hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ilkin olaraq bəzi halların sübutlar əsasında müəyyən olunması zəruridir. Bu hallar CPM-in 139-cü maddəsində ardıcıl şəkildə sadalanmış və qanunverici tərəfindən ilk olaraq müəyyən olunması zəruri olan hal kimi isə cinayət hadisəsinin baş vermə faktı və hallarının müəyyən olunması götürülmüşdür. Daha sonra isə ardıcıllıqla təqsirləndirilən şəxsin həmin cinayət hadisəsi ilə əlaqəsinin, həmin şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin və təqsirliliklə bağlı məsələlərin müəyyən olunmasının zəruriliyi sözügedən maddədə öz əksini tapmışdır. Cinayət təqibinə verilmiş anlayışdan da görünür ki, qanunverici ilkin olaraq cinayət hadisəsinin olmasının müəyyən edilməsini bir vəzifə kimi müəyyən etmişdir. Göründüyü kimi, hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ibtidai istintaq orqanı tərəfindən müəyyən olunması zəruri olan ilkin hal cinayət hadisəsinin olubolmamasıdır. Yalnız cinayət hadisəsinin mövcud olduğu qənaətinə gəlindikdən sonra, həmin hadisə ilə bağlılığı olan şəxslərin axtarışı aparılmalı, təqsirləndirilən şəxsin həmin cinayət hadisəsi ilə əlaqəsinin, həmin şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin və təqsirliliklə bağlı məsələlərin olub-olmaması müəyyən olunmalıdır. Hazırki cinayət işi üzrə məhkəmənin gəldiyi qənaət isə məhz ondan ibarət olmuşdur ki, ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuş, yəni bu işdə ümumiyyətlə cinayət hadisəsi baş verməmişdir. Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyət hüququ əsasında məhz ona və ailəsinə məxsus torpaq sahəsini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində rəsmiləşdirməklə öz adına çıxarış almışdır ki, bu əməl heç bir halda cinayət sayıla bilməz. Eyni zamanda, məhkəmə kollegiyası məhkəmə istinaqının yekununda iş üzrə cinayət hadisəsinin olmaması ilə bağlı nəticəyə gəldiyindən, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara qiymət verməyə ehtiyac görmür. Zərərçəkmiş şəxs faktiki olaraq ona məxsus olmayan torpaq sahəsindən istifadə etdiyi müddət ərzində orada əkib-becərdiyi və qulluq etdiyi fındıq ağaclarının taleyinə gəldikdə isə, hazırki cinayət işi üzrə gəlinən nəticə şəxsin ona dəymiş ziyanın ödənilməsi və ya çəkdiyi xərcin ona qaytarılması ilə bağlı mülki mühakimə qaydasında məhkəmədə iddia qaldırmasına maneə olan hal deyildir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə cinayət hadisəsinin olması sübuta yetirilməmişdir. Məhkəmə tərkibi bildirməyi zəruri sayır ki, məhz yuxarıda qeyd olunanlar Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını istisna edir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Barəsində bəraət hökmünün çıxarılmasına dair qənaətə gəlindiyindən, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Cinayət işi üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 100 AZN (bir yüz manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Eyni zamanda, məhkəmə kolegiyası qeyd edir ki, iş üzrə ibtidai istintaqın gedişində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 5(033)-27/2022 saylı qərarına əsasən Zaqatala rayonu, Qımır kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində Şahid1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 1,4343 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda iş üzrə bəraət hökmünün çıxarılması ilə bağlı qənaət formalaşdığından, sözügedən torpaq sahəsinin üzərində olan həbsin qalmasına da zərurət aradan qalxmışdır. Odur ki, həmin daşımaz əmlak üzərinə qoyulmuş həbs də hazırki hökmlə ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisənin olması sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 100 AZN (bir yüz manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 5(033)-27/2022 saylı qərarı ilə Zaqatala rayonu, Qımır kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində Şahid1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 1,4343 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Hökmdən elan olunduğu vaxtdan, 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar