Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-13/2024 18.03.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihaminin müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X3, X7, X8, X20 və X23, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 xx.xx.1999-cu il tarixdə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri, Ə.Cavad küçəsi, İİ dalan, ev 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü il tarixdə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri, M.Muradov küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.2000-ci il tarixdə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri, Ş.Qurbanov küçəsi, İİİ dalan, ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs3 xx.xx.2006-cı il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3cü maddələri, xx.xx.2002-ci il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən “Qızıl Gül” adlanan və ictimai yer hesab edilən kafedə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir masa arxasında əyləşib spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara baxmalarını bəhanə edərək Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə təpik və yumruq zərbələri ilə ictimai qaydanın pozulmasının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən başın təpə-alın nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları və sol saidin orta 1/3-nin və sağ mil-bilək oynağının bayır səthlərində sıyrıqları, həmin vaxt təpik və yumruq zərbələri ilə, eləcə də silah qismində istifadə etdiyi şüşə pivə bakalı, şüşə qəndqabı, şüşə boşqab, dəmir materialdan olan yanğınsöndürən balon, o cümlədən üzərində olan soyuq silah hesab edilməyən bıçağın tutacağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub müqavimətini qıraraq özü üçün aşkar surətdə köməksiz vəziyyətə gətirdikdən sonra qeyd edilən bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə xüsusi amansızlıqla qəsdən vurub ağır iztirablar verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə hemmoragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sarğıda dörd ədəd deşilmişkəsilmiş yara, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol göz orbitasının xətti sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgah-təpə nahiyəsində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır, ağlı qişaya qansızma xəsarətləri yetirmiş, habelə “Qızıl Gül” adlanan kafenin ümumilikdə 125 manat dəyərində əmlakını məhv etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən “Qızıl Gül” adlanan və ictimai yer hesab edilən kafedə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir masa arxasında əyləşib spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara baxmalarını bəhanə edərək Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə təpik və yumruq zərbələri ilə ictimai qaydanın pozulmasının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən başın təpə-alın nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları və sol saidin orta 1/3-nin və sağ mil-bilək oynağının bayır səthlərində sıyrıqları, həmin vaxt təpik və yumruq zərbələri ilə, eləcə də silah qismində istifadə etdiyi şüşə pivə bakalı, şüşə qəndqabı, şüşə boşqab, dəmir materialdan olan yanğınsöndürən balon, o cümlədən üzərində olan, lakin istintaqa məlum olmayan bıçağın tutacağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub müqavimətini qıraraq özü üçün aşkar surətdə köməksiz vəziyyətə gətirdikdən sonra qeyd edilən bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə xüsusi amansızlıqla qəsdən vurub ağır iztirablar verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə hemmoragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sarğıda dörd ədəd deşilmişkəsilmiş yara, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol göz orbitasının xətti sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgah-təpə nahiyəsində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır, ağlı qişaya qansızma xəsarətləri yetirmiş, habelə “Qızıl Gül” adlanan kafenin ümumilikdə 125 manat dəyərində əmlakını məhv etmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən “Qızıl Gül” adlanan və ictimai yer hesab edilən kafedə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə bir masa arxasında əyləşib spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara baxmalarını bəhanə edərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə təpik və yumruq zərbələri ilə, eləcə də silah qismində istifadə etdiyi şüşə pivə bakalı, şüşə qəndqabı, şüşə boşqab, dəmir materialdan olan yanğınsöndürən balon, o cümlədən Təqsirləndirilən şəxs1 üzərində olan soyuq silah hesab edilməyən, Təqsirləndirilən şəxs2 üzərində olan, lakin istintaqa məlum olmayan bıçağın tutacağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub müqavimətini qıraraq özü üçün aşkar surətdə köməksiz vəziyyətə gətirdikdən sonra qeyd edilən bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə xüsusi amansızlıqla qəsdən vurub ağır iztirablar verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə hemmoragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sarğıda dörd ədəd deşilmişkəsilmiş yara, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol göz orbitasının xətti sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgah-təpə nahiyəsində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır, ağlı qişaya qansızma xəsarətləri yetirmiş, habelə “Qızıl Gül” adlanan kafenin ümumilikdə 125 manat dəyərində əmlakını məhv etmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Göyçay rayonu, Cəyirli kəndi ərazisində yerləşən “Qızıl Gül” adlanan və ictimai yer hesab edilən kafedə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir masa arxasında əyləşib spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara baxmalarını bəhanə edərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə təpik və yumruq zərbələri ilə ictimai qaydanın pozulmasının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən başın təpə-alın nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları və sol saidin orta 1/3-nin və sağ mil-bilək oynağının bayır səthlərində sıyrıqları, həmin vaxt təpik və yumruq zərbələri ilə, eləcə də silah qismində istifadə etdiyi şüşə pivə bakalı, şüşə qəndqabı, şüşə boşqab, dəmir materialdan olan yanğınsöndürən balon, o cümlədən Təqsirləndirilən şəxs1 üzərində olan soyuq silah hesab edilməyən, Təqsirləndirilən şəxs2 üzərində olan, lakin istintaqa məlum olmayan bıçağın tutacağı ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə qəsdən vurub müqavimətini qıraraq özü üçün aşkar surətdə köməksiz vəziyyətə gətirdikdən sonra qeyd edilən bıçağın kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif yerlərinə ardıcıl şəkildə xüsusi amansızlıqla qəsdən vurub ağır iztirablar verməklə Zərərçəkmiş şəxs1 ümumilikdə hemmoragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olmaqla qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sarğıda dörd ədəd deşilmişkəsilmiş yara, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sol göz orbitasının xətti sınığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gicgah-təpə nahiyəsində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır, ağlı qişaya qansızma xəsarətləri yetirmiş, habelə “Qızıl Gül” adlanan kafenin ümumilikdə 125 manat dəyərində əmlakını məhv etmişdir. Bundan başqa, o, təkrar 13 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs6 idarə etdiyi avtomobilin maqnitofonuna yüksək səs verməsinə görə Zərərçəkmiş şəxs6 irad bildirməsinə görə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün getdikləri Göyçay-Ağdaş avtomobil yolunun üzərində yerləşən və ictimai yer hesab edilən “Aznar” adlanan otelin yaxınlığında qardaşı Təqsirləndirilən şəxs5 ilə bir qrup şəxs halında çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs6 sifət və boyun nahiyələrinə yumruq zərbələri ilə ardıcıl olaraq qəsdən bir neçə dəfə, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs5 başının ənsə nahiyəsinə yerdən götürüb silah qismində istifadə etdiyi daş parçası ilə qəsdən bir dəfə vurub Zərərçəkmiş şəxs6 sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən başın sağ alın nahiyəsində sıyrıq izləri, sağ gicgah nahiyəsində və boynun sağ yan orta şöbəsində dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları, Zərərçəkmiş şəxs5 səhhətinin qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığına yüngül zərərvurmaya aid edilən başının sol ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs5 19 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində spirtli içki qəbulu nəticəsində yaranmış sərxoş vəziyyətdə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində Zərərçəkmiş şəxs4 ilə qardaşı Təqsirləndirilən şəxs4 sözlə mübahisə etdiklərini görərək onlara yaxınlaşıb mübahisənin baş vermə səbəbini və mahiyyətini aydınlaşdırmadan, yəni heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs4 sağ qulaq seyvanını qəsdən dişləyib dartaraq ağır iztirablar verməklə qoparıb dərəcəsinə görə həyat üçün təhlükəli olmamaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurmaya aid edilən, lakin nəticələrinə görə ağır hesab edilən qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan, yəni sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan pataloji dəyişikliklə - sağ qulaq seyvanının hissəvi amputasiyası və sifətdə asimmetriya yaradan qığırdaq deffekti ilə nəticələnən qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, o, 13 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs6 idarə etdiyi avtomobilin maqnitofonuna yüksək səs verməsinə görə Zərərçəkmiş şəxs6 irad bildirməsinə görə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün getdikləri Göyçay-Ağdaş avtomobil yolunun üzərində yerləşən və ictimai yer hesab edilən “Aznar” adlanan otelin yaxınlığında qardaşı Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs6 burun nahiyəsinə, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq niyyəti olmadan qərəzli şəkildə davaya qoşulan Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi ilə, ardınca isə yerdən götürüb silah qismində istifadə etdiyi daş parçası ilə Zərərçəkmiş şəxs5 təpə nahiyəsinə qəsdən bir dəfə vurub Zərərçəkmiş şəxs6 burnunun yumşaq toxumalarının bir qədər şişkinlikləri fonunda burun sümüyünün yerdəyişməmiş sınığı ilə müşayiət olunmaqla dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulması və Zərərçəkmiş şəxs5 başının sol təpə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə müşayiət olunmaqla dərəcəsinə görə səhhətinin qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulması ilə nəticələnmiş qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 noyabr 2022-ci il tarixdə tanışları Toğrul, Rəşad və Zamiqlə birlikdə Cəyirli kəndində yerləşən “Qızılgül” kafesində olarkən digər stolda oturan şəxslər onlara baxdıqları üçün səbəbini soruşmuş, bu zaman dava düşmüşdür. Spyüşü ilk olaraq adını sonradan bildiyi Pərvin adlı şəxs işlətmiş, həmçinin ilk öncə Pərvin onu vurmuşdur. Vətən müharibəsində aldığı travmanın təsirindən baş vermiş hadisələri xatırlamamış, törətdiyi əməldən peşimançılıq hissi keçirməklə zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 04 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qızılgül” kafesində tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə yeyibiçmiş, 05 noyabr 2022-ci il tarixə keçən saat 01 radələrində zalda qarşı yan masada adlarını sonra bildiyi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Nazimə adlı qadın əyləşib pivə içmişlər. Seymurla Pərvin ona həmin masadan çəp-çəp baxdığına görə öz masasından qalxaraq sonunculara yaxınlaşıb çəp baxmalarının səbəbini soruşduqda birinci Seymur ayağa qalxıb ona tərəf gəlmiş, Təqsirləndirilən şəxs2 isə onun yanına gəlmişdir. Seymur ona çəp baxmadığını deyərək yüksək tonla danışmağa başlamış, Seymura səsini aşağı salmasını, işi ilə məşğul olmasını dedikdə masada oturan Pərvin ayaqüstə qalxaraq onunla üzbəüz dayanaraq “baxmıyıb, baxdısa da yaxşı eliyib” dedikdə əsəbiləşərək Pərvinin yaxasından tutmaqla bir dəfə yumruqla vurmuş və sonuncunu geriyə itələmişdir. Pərvin ümumi olaraq nalayiq ifadələr işlədərək onu təhqir etdiyinə görə əsəbiləşib Pərvinin sifət nahiyəsindən yumruq zərbələri vurduqdan sonra aralarında davadalaş yaranmağa başlamışdır. Onlar dartışmağa başlayanda Seymur da ona əl qol atmış, onunla bir masada oturan Təqsirləndirilən şəxs2 Seymurun sifətindən yumruqla vurmuşdur. Pərvinlə o, əlbəyaxa olmuş və hamısı dartışmağa başlamışlar. Özü də həmin vaxt Pərvinə yumruq və təpiklə zərbələr endirmiş, bundan sonra Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 da mübahisəyə qoşularaq, yumruq və təpiklə zərbələr endirmişlər. Pərvinə yumruq və təpiklə zərbələr endirərkən Pərvin söyüş söyməkdə davam etmiş, Toğrul Pərvinin söyüş söyməsindən əsəbiləşib, cibində olan əvvəlcədən üzərində gəzdirdiyi bütöv dəmirdən olan qatlanan cib bıçağını çıxarıb Pərvinə bir neçə dəfə bıçaqla zərbələr endirdikdən sonra bıçağı cibinə qoymuşdur. Həmin vaxt kafeni işlədən Aqil adında oğlan gəlib mübahisəyə müdaxilə edərək Pərvinin yanında olan Seymuru əli ilə itələmiş və stolun taxta ayağı ilə Seymurun başından vurmuşdur. Buna cavab olaraq Seymur da taxta parçası ilə Aqilin başından vurduqdan sonra Aqil oradan aralanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs4 Seymura təpik və yumruqlar vuraraq sonuncunu kənara aralaşdırdıqdan sonra qayıdıb ona qoşularaq Pərvini yumruq və təpiklə döyməyə davam etmişlər. Pərvin döyülsə də söyüş söyməyə davam etmiş, həmin vaxt Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3la birlikdə Pərvini yumruq və təpiklə döymüşlər. Pərvin müqavimət göstərdiyi üçün Təqsirləndirilən şəxs2 masanın üzərindəki boşqabı götürüb Pərvinin başından çırpmış, eyni zamanda masanın üzərində olan qənd qabını da sonuncunun başına atmışdır. Daha sonra Toğrul və Zamiq Zərərçəkmiş şəxs2 təpik və yumruqla vuraraq oradan qovduqdan sonra onların yanına qayıtmış, həmin vaxt o, Təqsirləndirilən şəxs3la ilə artıq yerdə qalan Pərvini təpik və yumruqla döyməkdə davam etmişlər. Həmin vaxt o, cibindən qulpunda ağ plastması olan qatlanan bıçağı çıxardıb Pərvini yerdə bir neçə dəfə belindən aşağı nahiyylərindən zərbələr endirməyə başlamış, eyni zamanda bıçağın qulp hissəsi ilə də Pərvinin başından bir neçə zərbə endirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 Pərvinin hələ də müqavimət göstərmək istədiyini və söyüş söydüyünü görüb qırmızı rəngli yanğın söndürən balonunun götürüb Pərvinin başının arxasından vurmuş, sonra hamısı, yəni o, Zamiq, Rəşad, Toğrul Pərvini döyməyə davam etmişlər. Toğrul cibindən yenə bıçağı çıxardıb Pərvini vurmaq istəyəndə isə Zamiq Toğrulun əlindən bıçağı almış, sonra Zamiq həmin bıçaqla əlində gəzərək Pərvinə bir neçə dəfə dirsəyi ilə zərbələr endirmişdir. Toğrul Zamiqdən bıçağı almaq istədikdə isə Zamiq həmin bıçağı pəncərədən atmış, yenə Pərvini döyməyə davam etmişlər. Həmin zaman orada olanlardan kim isə polislərin gəldiyi bildirdiyinə görə onlar hamısı oradan aralaşmışlar. Lakin polis əməkdaşları gəlsə də əsəbi olduğundan qayıdıb artıq halsız vəziyyətdə olan Pərvinə təpik vuraraq sonuncunu yerə yıxmış və yerdə döyməyə davam etmişdir. Polislər onu Pərvindən araladıqdan sonra hamısı polis şöbəsinə gətirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixə keçən gecə Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızılgül” kafesində outrduqları vaxt qarşı stolda oturan şəxslər onlara baxdıqlarına görə həmin şəxslərdən bunun səbəbini soruşmuş, bu zaman Pərvin adlı şəxs onların yanına gələrək “baxıb yaxşı edib” demişdir. Pərvinə onlarla o şəkildə danışmamasını bildirdikrə Pərvin Təqsirləndirilən şəxs1 əl atmış, Zərərçəkmiş şəxs2 əl atan zaman isə sonuncunu vurmuşdur. Pərvini pivə bokalı ilə vurmasını xatırlamamış, qəndqabı ilə vurduğunu isə xatırlamışdır. Həmçinin yanğınsöndürən balonla zərbə vursa da nə onda, nə də ki, yanındakılarda bıçaq olmamışdır. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində dostu Təqsirləndirilən şəxs3la birlikdə Göyçay rayonu, Cəyirli kəndinin ərazisində yerləşən “Qızılgül” çay evinə gedib orada spirtli içki içməyə başlamış, daha sonra dostları Təqsirləndirilən şəxs1, sonra isə Təqsirləndirilən şəxs4 da onların yanına gəlmişlər. Sonra Ruslan adlı dostları da onların yanına gəlmiş, birlikdə oturub pivə içib söhbət etməyə başlamışlar. Həmin vaxt onların əyləşdikləri masadan bir qədər aralıda olan masada adlarını sonradan biliyi Nazimə adlı qadın, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 və başqa bir nəfər tanımadığı şəxs oturub pivə içmiş, xx.xx.2022-ci il tarixinə keçən gecə saat 01 radələrində digər masada olan adlarnı qeyd etdiyi Pərvin ilə Seymur onlar tərəf baxaraq “nə üçün bizə baxırsınız” demişlər. Həmin vaxt dostu Təqsirləndirilən şəxs1 masadan qalxıb Pərvin və Seymura yaxınlaşıb “nə olub, niyə qanqaraçılıq yaradırsınız” demiş, masada oturan Zərərçəkmiş şəxs2 qalxaraq Elşada tərəf gəlmişdir. O da, öz masalarından qalxaraq sonunculara tərəf yaxınlaşmış, həmin vaxt Seymurun yanında oturan Pərvin də ayağa qalxıb onlara yaxınlaşmışdır. Seymur ilə Pərvin onlarla söhbət edərkən Pərvin Elşada qarşı söyüşlər və nalayiq sözlər işlətdiyinə görə söz-söhbət yaranmağa başlamış, ilk öncə Təqsirləndirilən şəxs1 yumruqla Pərvinin çənəsindən yumruqla vurmuşdur. Bu zaman sonuncuların arasında dartışma olmuş və Pərvin də Elşada yumruq atmışdır. Həmin vaxt Seymur da Elşada yumruq atdığına görə Seymurun sifətindən yumruqla vurmuş, Pərvinlə Elşad isə əlbəyaxa olmaqla onlar hamısı dartışmağa başlamışlar. O, özü də həmin vaxt Pərvinə yumruq və təpiklə zərbələr endirmiş, daha sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4la mübahisəyə qoşularaq yumruq və təpiklə zərbələr endirməyə başlamışlar. Onlar Pərvinə yumruq və təpiklə zərbələr endirərkən, Pərvin söyüş söyməkdə davam etmiş, Pərvinin söyüş söyməsindən əsəbiləşərək cibində olan əvvəldən üzərində gəzdirdiyi bütöv dəmirdən olan qatlanan cib bıçağını çıxarıb Pərvinə bir neçə dəfə bıçaqla zərbələr endirdikdən sonra həmin bıçağı cibinə qoymuşdur. Dava-dalaş zamanı kafeni işlədən Aqil adında şəxs gəlib mübahisəyə müdaxilə edərək Pərvinin yanında olan Seymuru əli ilə itələmiş və stolun taxta ayağı ilə Seymurun başından vurmuşdur. Buna cavab olaraq Seymur da taxta parçası ilə Aqilin başından vurduqdan sonra Aqil də Seymurdan aralanmışdır. Həmin vaxt Zamiqlə Seymura təpik və yumruqlar vuraraq sonuncunu biraz kənara aralaşdırdıqdan sonra həmin vaxt Pərvini təpik və yumruqla döyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yanına qayıdıb sonunculara qoşularaq Pərvini döyməyə davam etmişlər. Pərvin döyülsə də söyüş söyməyə davam etdirdiyinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3la birlikdə Pərvini təpik və yumruqla döyməyə davam etdirmişlər. Pərvin müqavimət göstədiyi üçün masanın üzərindən boşqabı götürüb sonuncunun başından çırpmış, eyni zamanda masanın üzərində olan qənd qabını Pərvinin başına atmışdır. Daha sonra o, və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs2 təpik və yumruqlar vuraraq ikinci mərtəbədən qovduqdan sonra sonuncu birinci mərtəbəyə qaçıb getmişdir. Daha sonra Zamiqlə yenidən Rəşadla Elşadın yanına qayıtmış, həmin vaxt Elşad ilə Rəşad artıq yerdə qalan Pərvini təpik və yumruqla yenə də döyməyə davam etmişlər. Həmin vaxt Elşad cibindən qulpunda ağ plastması olan qatlanan bıçağı çıxarıb yerdə Pərvinin belindən bir neçə dəfə zərbələr endirməyə başlamış, eyni zamanda bıçağın arxa hissəsi olan qulpu ilə Pərvinin başından bir neçə zərbə endirmişdir. Pərvinin hələ də müqavimət göstərmək istədiyini və söyüş söydüyünü görüb qırmızı rəngli yanğın söndürən balonunun götürüb Pərvinin başının arxasından vurduqdan sonra hamısı Pərvini döyməyə davam etmişlər. Cibindən yenə bıçağı çıxardıb Pərvini vurmaq istəyəndə Zamiq onun əlindən bıçağı almış, sonra Zamiq həmin bıçaqla əlində gəzərək Pərvinə bir neçə dəfə dirsəyi ilə zərbələr endirmişdir. Zamiqdən bıçağı istəyəndə isə sonuncu həmin bıçağı pəncərədən atmışdır. Onlar yenə Pərvini döyməyə davam edərkən kim isə polislərin gəldiyi bildirdiyinə görə onlar hamısı aralaşmışlar. Polis əməkdaşları gəlsə də Təqsirləndirilən şəxs1 sakitləşməyərək artıq halsız vəziyyətdə olan Pərvinə təpik vuraraq döyməyə davam etmiş, X9 araladıqdan sonra hamısı polis şöbəsinə gətirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızılgül” kafesində tanışları Elşad, Toğrul və Zamiqlə bilrikdə olmuş, dava baş verən zaman orada olmamışdır. Həmin vaxt aşağıda ayayolunda olmuş, ikinci mərtəbəyə qalxan zaman artıq dava başlamışdır. Pərvin nalayiq söyüş işlətməklə Seymur onun tanışlarına əl-qol atmış, Pərvinə nalayiq söyüşlər işlətməməsini bildirdikdə sonuncu ona işi ilə məşğul olmasını bildirdiyinə görə Pərvinin qoluna və çiyninə təpiklə vurmuşdur. Daha sonra dalaşanları aralamağa başlamış, bu zaman Pərvin Zamiqin də ünvanına nalayiq söyüşlər işlətmişdir. Sonra polis əməkdaşları gələrək onların Polis Şöbəsinə aparmış, müstəntiqlərin onu döyməsi nəticəsində istintaqda etirafedici ifadələr vermişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Göyçay rayonu, Cəyirli kəndinin ərazisində yerləşən “Qızıl gül” çay evində pivə içdikləri zaman digər tanışları olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 da onların yanlarına gəlmiş, sonra isə Ruslan adlı dostları da onların yanlarına gəlmişdir. xx.xx.2022-ci il saat 01 radələrində birlikdə oturub pivə içib söhbət etdikləri zaman onların əyləşdikləri masadan bir qədər aralıda olan masada oturub pivə içən adlarını sonradan biliyi Nazimə adlı qadın, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 və başqa bir nəfər tanımadığı şəxslərdən Pərvin ilə Seymur onlara tərəf baxaraq “nə üçün bizə baxırsınız” demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 masadan qalxıb Pərvin və Seymura yaxınlaşaraq “nə olub, niyə qanqaraçılıq yaradırsınız” demiş, bu zaman masada oturan Zərərçəkmiş şəxs2 qalxaraq Elşada tərəf gəlmişdir. Toğrul da masadan qalxaraq sonunculara yaxınlaşmış, həmin vaxt Seymurun yanında oturan Pərvin də ayağa qalxıb onlara yaxınlaşmışdır. Seymur ilə Pərvin onlarla söhbət edərkən Pərvin Elşada qarşı nalayiq sözlər işlətməyə başladığına görə aralarında söz-söhbət yaranmış və bu zaman Təqsirləndirilən şəxs1 Pərvinin çənəsindən yumruqla vurmuşdur. Elşadla Pərvinin arasında dartışma olmuş və bu zaman Pərvin də Elşada yumruq atmışdır. Həmin vaxt Seymur da Elşada yumruq atdıqdan sonra Toğrul Seymurun sifətindən yumruqla vurmuşdur. Pərvinlə Elşad əlbəyaxa olmuş, onlar hamısı dartışmağa başlamışlar. Toğrul da həmin vaxt Pərvinə yumruq və təpiklə zərbələr endirmiş, bundan sonra o da Təqsirləndirilən şəxs4la birlikdə mübahisəyə qoşularaq yumruq və təpiklə zərbələr endirmişlər. Onlar Pərvinə yumruq və təpiklə zərbələr endirərkən, Pərvin söyüş söyməkdə davam etdiyinə görə Toğrul cibindən bütöv dəmirdən olan qatlanan bıçağı çıxarıb Pərvinə bir neçə dəfə bıçaqla zərbələr endirdikdən sonra bıçağı cibinə qoymuşdur. Həmin vaxt kafeni işlədən Aqil adlı şəxs gəlib mübahisəyə müdaxilə edərək Pərvinin yanında olan Seymuru əli ilə itələdikdən sonra stolun taxta ayağı ilə Seymurun başından vurmuş, buna cavab olaraq Seymur da taxta parçası ilə Aqilin başından vurduqdan sonra Aqil Seymurdan aralanmışdır. Həmin vaxt Toğrul və Zamiq Seymura təpik və yumruqlar vuraraq sonuncunu biraz kənara aralaşdırmış, o da Elşad Mərzəliyevlə birlikdə Pərvini təpik və yumruqla döyməyə davam etmişlər. Toğrul ilə Zamiq də yaxınlaşıb onlara Pərvini təpik və yumruqla döyməyə köməklik etmiş, Pərvin nalayiq söyüşlər söyməyə davam etdiyinə görə daha da hiddətlənib Pərvini döyməyə davam etmişlər. Pərvin müqavimət göstədiyi və söyüş söydüyü üçün Toğrul masanın üzərindən boşqabı götürüb Pərvinin başından çırpmış, eyni zamanda masanın üzərində olan qənd qabını Pərvinin başına atmışdır. Daha sonra Toğrul Zamiq ilə Zərərçəkmiş şəxs2 təpik və yumruqlar vuraraq sonuncunu ikinci mərtəbədən qovmuş, həmin vaxt o, Elşad ilə artıq yerdə halsız vəziyyətdə qalan Pərvini təpik və yumruqla döymüşlər. Həmin vaxt Elşad cibindən qulpunda ağ plastması olan qatlanan bıçağı çıxardıb Pərvini yerdə bir neçə dəfə belindən və aşağı nahiyylərindən zərbələr endirməyə başlamış, eyni zamanda Elşad əlindəki bıçağın arxa hissəsi olan qulpu ilə Pərvinin başından bir neçə zərbə endirmişdir. Toğrul da Pərvinin hələ də müqavimət göstərmək istədiyini və nalayiq ifadələr işlətdiyini görüb qırmızı rəngli yanğın söndürən balonunun götürüb Pərvinin başının arxasından vurmuşdur. Daha sonra onların hamısı Pərvini döyməyə davam etmiş, Təqsirləndirilən şəxs2 cibindən yenə bıçağı çıxardıb Pərvini vurmaq istəyən zaman Zamiq Toğrulun əlindən bıçağı almışdır. Sonra Zamiq həmin bıçaq əlində olmaqla Pərvinə bir neçə dəfə dirsəyi ilə zərbələr endirmişdir. Toğrul Zamiqdən bıçağı istəyən zaman isə sonuncu həmin bıçağı pəncərədən atmış, onlar yenə də Pərvini döyməyə davam etmişlər. Bu zaman kim isə polislərin gəldiyini bildirdiyinə görə onların hamısı oradan aralanmış, polis əməkdaşları gəlsə də Təqsirləndirilən şəxs1 sakitləşməyərək artıq halsız vəziyyətdə olan Pərvinə təpik və yumruqla başına vuraraq döyməyə davam etmişdir. X9 araladıqdan sonra hamısı polis şöbəsinə gətirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X21 CM-in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızılgül” kafesində tanışları Elşad, Toğrul və Rəşadla birlikdə çay və pivə içmiş, saat 01 radələrində Rəşadla birlikdə birinci mərtəbədə yerləşən ayaqyoluna düşmüşlər. Həmin vaxt səs-küy eşitdiklərinə görə yuxarı çıxarkən artıq dava düşdüyünü görmüş, Pərvin onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün sonuncunu dirsəyi ilə vurmuşdur. Bundan sonra heç nə xatırlamamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saatlarında Göyçay şəhərində yaşadığı evində olarkən aşağıdan səs gəldiyinə görə aşağıya düşmüş, orada Şamil adlı şəxsi görüb evdə uşaqlar olduğunu və səs-küy salmamasını bildirmişdir. Şamil ona 26 il orada yaşadığını, nə istəsə edə biləcəyini bildirmiş, bu zaman qardaşı Zahir oraya gələrək üzrhaxlıq etmişdir. Həmin vaxt qonşular oraya gələrək onları aralamış, orada olan şəxslərə gcləri çatmamışdır. Dava bitdikdən sonra hər kəs evinə getmiş, məhlədən çıxan zaman təxminən 50 nəfərə yaxın şəxs onların arxasınca gəldiklərinə görə qardaşı ona oradan qaçmalarını deyərək oradan qaçmışlar. Üçüncü epizodla bağlı isə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qardaşı Zahirlə birlikdə Göyçay şəhərində dayanacaqda olan zaman Emil adlı şəxs avtomaşnı onun üzərinə sürmüş, başını avtomaşından çıxararaq onlara “siz lotusuz, oğrusuz” sözlərini demişdir. Emilə avtomobili ehtiyatla sürməsini bildirmiş, Emil onlara avtomaşına oturmalarını və gedib söhbət etmələrini demişdir. Emilin avtomobilinə oturub onların yaşadıqları kəndin yanına getmiş, Emil avtomaşından düşdükdən sonra qolundakı saatı çıxarın avtomaşının üzərinə qoymuşdur. Xəstəxanadan çıxdığına görə sağ əli sarıqlı, üzü tikişli olmuş, arxa tərəfə gedən zaman Emil onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Həmin vaxt sol əli ilə Emili vurmuş, fəhlələr üzərlərinə gələrək qardaşı ilə onu vurmuşlar. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Göyçay rayonu, Cəyirli kəndinin ərazisində yerləşən “Qızılgül” çay evinə getmiş, çay evində ikinci mərtəbədə dostları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 masada əyləşib pivə içdiklərini görüb sonuncuların yanında əyləşərək bir yerdə pivə içməyə davam etmişlər. Əyləşdikləri masadan bir qədər aralıda adlarını sonradan bildiyi Pərvin Həsənov, Seymur Məhərrəmov, Nazimə adlı qadın otutub pivə içmiş, xx.xx.2022-ci il tarixinə keçən gecə saat 01 radələrində çay evindən çıxıb birinci mərtəbədə yerləşən tualetə düşmüşdür. Aşağıda olarkən yuxarıda səs-küy gəlməsini eşidərək yuxarı qalxmış, Seymurgilin masasının yanında X16 və Seymurla sözlə mübahisə etdiklərini və Seymur ilə Pərvini yumruqla və təpiklə vurduqlarını görmüşdür. Təqsirləndirilən şəxs3la birlikdə mübahisə edən şəxslərə yaxınlaşanda Pərvin onlara qarşı nalayiq ifadələr işlətdiyinə görə Rəşadla birlikdə Pərvinə yumruq və təpiklə zərbələr vurmağa başlamış, həmin vaxt Toğrul cibindən qatlanan bıçaq çıxarıb Pərvinin kürəyinin arxa hissəsindən bir neçə dəfə bıçaqla zərbələr endirdikdən sonra bıçağı cibinə qoymuşdur. Həmin vaxt kafeni işlədən Aqil adlı şəxs oraya gəlib mübahisəyə müdaxilə edərək Pərvinin yanında olan Seymuru əli ilə itələdikdən sonra stolun taxta ayağı ilə Seymurun başından vurmuş, buna cavab olaraq Seymur da taxta parçası ilə Aqilin başından vurduqda sonra oradan aralanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2la birlikdə Seymura təpik və yumruqlar vuraraq sonuncunu biraz kənara aralaşdırmış, daha sonra Toğrulla oraya qayıdıb həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qoşularaq təpik və yumruqla Pərvini döyməyə davam etmişlər. Pərvin söyüş söyməyə davam etdiyinə görə Toğrul masanın üzərindən boşqab götürüb Pərvinin başına çırpmış, eyni zamanda masanın üzərində olan qənd qabını da sonuncunun başına atmışdır. Toğrulla birlikdə Zərərçəkmiş şəxs2 təpik və yumruqlar vuraraq sonuncunu oradan qovmuş, Seymur onların əlindən qaçıb birinci mərtəbəyə getmişdir. Daha sonra Toğrul ilə yenidən qayıdıb Pərvini təpik və yumruqla döymüş, həmin vaxt Elşad cibindən qulpunda ağ plastması olan qatlanan bıçağı çıxardıb Pərvinin yerdə bir neçə dəfə beldən aşağı nahiyyələrindən zərbələr endirməyə başlamışdır. Eyni zamanda Elşad əlindəki bıçağın qulp hissəsi ilə Pərvinin başından bir neçə zərbə endirmiş, Toğrul Pərvinin müqavimət göstərmək istədiyini görüb orada olan qırmızı rəngli yanğın söndürən balonun götürüb Pərvinin başının arxasından vurmuşdur. Onlar hamısı Pərvini döyməyə davam etmiş, Toğrul cibindən bıçağı çıxardıb Pərvini vurmaq istəyəndə Toğrulun qarşısını alıb bıçağını əlindən almışdır. Sonra özü yaxınlaşıb Pərvini dirsəyi ilə bir neçə dəfə belindən vurmuş, Toğrul ondan bıçağı istəyəndə sonuncunun çox əsəbi olduğunu görüb bıçağı pəncərədən atmışdır. Daha sonra polislər kafeyə gəldiyi üçün qaçıb kənarda dayanmış, Təqsirləndirilən şəxs1 isə sakitləşməyərək qayıdıb artıq halsız vəziyyətdə olan Pərvinə təpik vuraraq sonuncunu yerdə döyməyə davam etdirmişdir. Polislər Elşadı aralayıb onları polis şöbəsinə gətirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qardaşı Təqsirləndirilən şəxs5 ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Accsses Bank” qarşısında dayandıqları vaxt ağ rəngdə olan Vaz 2107 markalı onların yanında saxlamış, qardaşı Zahir həmin avtomobilin sürücüsündən avtomobili səliqəli sürməsini xahiş edib həmin şəxsə bu barədə iradını bildirmişdir. Vaz 2107 markalı avtomobilin sürücü isə qardaşı Zahirə "şəhərin lotususan sən?!” ifadəsini işlədərək avtomobilə əyləşməsini tələb etdikdə həmin vaxt ilk öncə o, avtomobilə əyləşmişdir. Avtomobil hərəkətə başladıqda Zahir onların arxasınca çağıraraq özü də avtomobilə oturmuş, həmin şəxslər onlara gedib dalaşmalarını və avtomobili “Az Nar” adlanan otelin yaxınlığına sürərək həmin ərazidə yerləşən özlərinə məxsus kafenin həyətində saxlamağı təklif etmişlər. Onlar avtomobildən düşdükdən sonra kafenin arxasına keçmiş, həmin vaxt adı sonradan ona məlum olan sürücü Zərərçəkmiş şəxs6 onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə sonuncunun sifətinin sağ nahiyəsindən yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Emil də onun sifətinə kəllə ilə zərbə vurduğuna görə aralarında dava-dalaş başlamış, dava zamanı Emilin sifətinin və boynunun sağ hissələrinə yumruq zərbələri vurmuşdur. Avtomaşında olan digər Roman adlı şəxs də Emilə kömək məqsədi ilə hücum etmək istədikdə Zahir Romanın sinəsinə yumruq atmış, lakin zərbə Romana dəyməmişdir. Roman zərbədən qorxaraq geri çəkilib dayanmış, həmin vaxt Zahir Emilin burnuna yumruqla zərbə vurduqdan sonra sonuncu burnunu tutub qışqırmağa başlamışdır. Qardaşı Zahirlə həmin ərazidən qaçaraq uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs6 qardaşı Zərərçəkmiş şəxs5 da onların arxası ilə gəlmiş, Cavid onların yanına yaxınlaşanda əlindəki ağac parçasını yerə atmışdır. Cavidin qardaşı Emil də uzaqdan qaça-qaça onların üzərinə gələrək yenidən ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt Cavidlə qardaşı Zahir arasında dava-dalaş baş vermişdir. Cavid ilk öncə Zahirin sifətinə yumruq zərbəsi vurmuş, Zahir də cavab olaraq Cavidin sifətinə yumruq zərbəsi vurmuşdur. Zahir Cavidlə dava edərkən daş parçası götürüb Cavidin başına zərbə vurmuş, Cavid isə stol götürüb qardaşı Zahirə vuraraq əlinin barmağını sındırmışdır. Həmin vaxt davada iştirak edən Emil də daş parçası ilə onun dodağına zərbə vurub dodağını partlatmış, həmçinin Cavid də ağac parçası ilə onun başına zərbə vurmuşdur. Bundan sonra qardaşı Zahirlə həmin ərazidən uzaqlaşmış, lakin Cavid və qardaşı Emil yenə də sakitləşməyərək onlara çatıb “Az Nar” otelin yaxınlığında təkər sexində əllərinə dəmir parçası götürdükləri üçün Zahir əlinə dəmir parçası, o da daş götürmüşdür. Lakin həmin ərazidə dava olmamış, sonra polis əməkdaşları yaxınlaşıb onları polis şöbəsinə gətirmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saatlarında qardaşı Zahirin evdə olmadığını görüb aşağı düşərkən qardaşı Zamiqin aşağıda sonradan adının Şamil olduğunu bildiyi şəxslə mübahisə etdiyini görmüş, sonuncudan üzrhaxlıq edərək nə məsələ varsa onunla həll etməsini bildirmişdir. Şamil nalayiq söyüşlər işlətməyə başlamış, bu zaman qonşular oraya yığışmışdır. Həmin vaxt Şamil onu vurmuş, o da əsəbiləşərək qəfildən Şamilin qulağını dişləyib qoparmışdır. Həmin vaxt yeznəsinin avtomaşını ilə oradan uzaqlaşarkən onların qarşısını kəsmiş, avtomobildən düşən kimi Şamilin atası Məhəmməd onu vuraraq oğlunun qulağının harada olmasını soruşmuşdur. Səhəri gün ondan şikayət olunduğuna görə onu rayon Polis Şöbəsinə aparmış, sonra barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2023cü il tarixdə qardaşı Zamiqlə birlikdə Göyçay şəhərində Acsess Bankın qarşısında duran zaman Niva markalı avtomaşın onların üzərinə gələrək qəza şəraiti yaratmış, avtomaşının sürücüsü Emil adlı şəxsə musiqinin səsini və sürətini azaltmağını demişdir. Emil ona “sən şəhərin lotususan” dedikdən sonra sonuncuya şəhərin lotusu olmadığını, lakin avtomaşını yavaş sürməsini bildirmişdir. Zamiq Emilin idarə etdiyi avtomaşının arxasında oturduqdan sonra o da avtomaşına oturaraq Emilə hara istəyirsə sürməsini bildirmişdir. Emil aparıb kəndin kənarında saxladıqdan sonra avtomaşından düşərək telefon və saatı çıxarmış, sonra kənara keçmişlər. Həmin vaxt Emil söyüş söymüş, Zamiqin qolu gipsdə olduğuna görə mübahisə zamanı Emilin burnundan vurduqdan sonra sonuncunun burnu sınmışdır. Həmin vaxt oraya gələn Emilin qardaşı Cavidin başına daşla vurmuş, qardaşı Zamiqin daşla vurmasını görməmişdir. Törətdiyi əməldən peşmandır, Vətən müharibəsi iştirakçısı olmaqla təltiflərini və aldığı travmanı nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs5 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qardaşı Zamiq Həzənov və tanışları Elçin adlı şəxslə birlikdə yaşadığı ünvanda yemək yeyib spirtli içki qəbul etdikdən sonra Elçinin istifadəsində olan mobil telefona zəng gəldiyinə görə sonuncu evdən çıxıb getmiş, o da qardaşı Zamiqə mağazaya gedərək siqaret almasını bildirmişdir. Zamiq evdən çıxdıqdan sonra həyətdən səs-küy gəldiyini eşidib eyvandan baxan zaman qardaşı Zamiq ilə tanımadığı bir nəfər şəxsin mübahisə etdiklərini görmüş, buna görə dərhal evdən binanın həyətinə çıxmışdır. Zamiqin mübahisə etdiyi həmin şəxsə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, heç kim ona cavab verməyərək Zamiq ilə həmin şəxs mübahisə etməyə davam etmişlər. Zamiqin qolundan tutaraq kənara çəkdikdən sonra həmin şəxsə Zamiqin böyük qardaşı olduğunu sonuncunun 15 yaşı olduğuna görə sözünü ona deməsni bildirmişdir. Həmin vaxt səs-küyə ətrafdan tanımadığı təxminən 10 nəfər şəxs gəlmiş, həmin şəxslə üz-üzə dayanaraq söhbət edən zaman kənardan kimsə onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Bu zaman qarşısında olan şəxsi yerə yıxaraq üzərinə yıxılmş və sonuncunun qulaq nahiyyəsindən dişləmişdir. Yerdə həmin şəxslə dalaşan zaman ətrafda olan şəxslər onu vurmuş, qardaşı Zamiqin də yerə yıxıldığını görsə də sonuncunu kimin vurmasını görməmişdir. Həmin vaxt ətrafda olan şəxslər və tanışı Elçin onları aralaşdırdıqdan sonra onlar Elçinin avtomobilinə əyləşərək həmin yerdən uzaqlaşmaq istəyərkən tanımadığı şəxslər avtomobili saxlamaq üçün işarə etmişlər. Avtomobildən düşən zaman tanımadığı şəxslər qulağı kimin qopartdığını soruşmuş və onun üz nahiyəsindən sillə ilə vurmuşdur. Həmin vaxt şəxsin yanında olan digər şəxslər onun üzərinə bıçaq çıxartmış, qorxaraq qardaşı Zamiqlə həmin yerdən qaçaraq uzaqlaşmışlar. Bundan başqa, Təqsirləndirilən şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində qardaşı Təqsirləndirilən şəxs4 ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Acsess Bank” qarşısında dayandıqları vaxt ağ rəngli Vaz 2107 markalı, dövlət qeydiyyat nişanına diqqət etmədiyi avtomobil onların yanında saxlamış, həmin avtomobilin sürücüsündən avtomobili səliqəli sürməsini xahiş edərək şəxsə bu barədə iradını bildirmişdir. Vaz 2107 markalı avtomobilin sürücü ona, "şəhərin lotususan sən?!” ifadəsini işlədərək avtomobilinə əyləşməyini tələb etmiş, həmin vaxt ilk öncə qardaşı Zamiq avtomobilə əyləşmişdir. Avtomobil hərəkətə başladıqda həmin şəxsi arxası ilə çağıraraq özü də avtomobilə oturmuş, həmin şəxslər onlara gedib dalaşmağı təklif edərək avtomobili “Az Nar” adlanan otelin yaxınlığına sürərək həmin ərazidə yerləşən özlərinə məxsus kafenin həyətində saxlamışlar. Onlar avtomobildən düşüb kafenin arxasına keçmiş, həmin vaxt adı sonradan ona məlum olan sürücü Zərərçəkmiş şəxs6 qardaşı Zamiqin ünvanına nalayiq ifadələr işlətdiyinə görə Zamiq Zərərçəkmiş şəxs6 sifət nahiyyəsindən yumruqla zərbə vurmuşdur. Həmin vaxt Emil də qardaşı Zamiqin sifətinə kəllə ilə zərbə vurmuş, beləcə aralarında dava-dalaş başlamışdır. Roman da Emilə kömək məqsədi ilə onun, üzərinə hücum etmək istədikdə o, Romanın sinəsinə yumruq atmış, lakin həmin zərbə Romana dəyməmişdir. Roman zərbədən qorxub geri çəkilib dayanmış, həmin vaxt Emilin burnuna da möhkəm yumruq zərbəsi vurduğuna görə sonuncu burnunu tutub qışqırmağa başlamışdır. Qardaşı Zamiq həmin ərazidən qaçaraq uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs6 qardaşı Zərərçəkmiş şəxs5 onların arxası ilə gəldiyini görmüş, Cavid onların yanlarına yaxınlaşanda əlindəki ağac parçasını yerə atmışdır. Cavidin qardaşı Emil də uzaqdan qaça-qaça onların üzərlərinə gələrək yenidən onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt Cavidlə onun arasında davadalaş baş vermişdir. Cavid ilk öncə onun sifətinə yumruq zərbəsi vurmuş, o da Cavidə cavab olaraq sifətinə yumruq zərbəsi vurmuşdur. Cavidlə dava edərkən daş parçası götürüb Cavidin zərbə ilə başına vurmuş, Cavid isə stol götürüb onu vuraraq əlinin barmağını sındırmışdır. Həmin vaxt davada iştirak edən Emil də daş parçası ilə qardaşı Zamiqin dodağına zərbə vurub dodağını partlatmışdır. Cavid isə həmçinin ağac parçası ilə Zamiqin başına zərbə vurmuşdur. Bundan sonra qardaşı Zamiqi götürüb həmin ərazidən uzaqlaşmış, lakin Cavid və qardaşı Emil yenə də sakitləşməyərək onlara çatıb “Az Nar” otelin yaxınlığında təkər sexində əllərinə dəmir parçası götürdükləri üçün o da, əlinə dəmir parçası götürmüşdür. Lakin həmin ərazidə dava olmamış, polis əməkdaşları yaxınlaşdıqdan sonra onları polis şöbəsinə gətirmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində ev heyvanı olan pişik saxlamış və həyətin kənarında olan qapı əvəzi qoyulan dəmir parçasının yanından küçə pişikləri içəriyə daxil olduqları üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə dəmir parçasının kənarına mişar daşlarını yığmağa başlamışdır. Həmin vaxt yaşadığı evin yanında olan binanın 2-ci mərtəbəsindən tanımadığı bir nəfər şəxs binadan çıxaraq ona yaxınlaşıb “Sənsən burda səs-küy salan, səsdən evdə uşaq yata bilmir, qonşular səndən şikayətçidir” ifadəsini işlətmiş, həmin şəxsə 26 ildir ki, həmin ünvanda yaşadığını və qeyd olunan müddət ərzində həmin şəxsi görmədiyini demişdir. Sonradan adının Zamiq olduğunu bildiyi həmin şəxslə orada söhbət edən zaman oraya özünü həmin şəxsin böyük qardaşı kimi təqdim edən sonradan adının Zahir olduğunu bildiyi şəxs onlara yaxınlaşaraq onunla söhbət edən şəxsin balaca qardaşı olduğunu, qardaşı ilə heç kim başqa söhbət edə bilməz deyə söhbətlər etməyə başlamışdır. Bu söhbət əsnasında Zahir və Zamiqin tanışları olan 3-cü şəxs onlara yaxınlaşmış, həmin şəxslərə qoşularaq onunla mübahisə etməyə başlamışdır. Həmin şəxslərə bir-bir söhbət etmələrini, içlərində böyük kimin olduğunu soruşmuş, bu zaman Zamiq ona “mənim neçə yaşım olmalıdır ki, sən mənimlə söhbət edəsən” deyə bildirmişdir. Orada onların aralarında mübahisə böyüdüyündən qonşular onun atasını oraya çağırmış, artıq həmin şəxslər onun hər sözündə səhv tutmağa, hər sözünə yersiz replika verməyə başlamışlar. Mübahisə zamanı Zahir onun sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuş, atası onun vurulduğunu görüb araya girəndə Zamiq atasının üzərinə hücum etmişdir. Həmin vaxt onun qarşısında Zahir, solunda isə Elçin adlı şəxs olmuş, atasına görə narahat olub geri çevrildikdə Zahir onun sağ qulağından dişləyib dartmağa və onu yerə yıxmağa başlamışdır. Həmin vaxt Zahirin dişləməsindən onun qulağı qopmuş, artıq mübahisə böyük olduğundan qonşular hadisə yerinə gəlib onları aralamışlar. Onlar evə qalxan zaman atası ona, başından qan gəldiyini, evə qalxıb başına buz qoymağını bildirmiş, evə qalxdıqda güzgüdə sifət nahiyyəsinə baxan zaman sağ qulaq nahiyyəsinin təxminən 1/3 hissəsinin qopduğunu görmüşdür. Atası da evə qalxdıqda qulağının bir hissəsinin olmadığını görüb onunla birlikdə həyətə düşmüş, Zahirgil Vaz 21074 markalı avtomobilə minib oradan uzaqlaşarkən atası həyətdəki şəxslərə həmin avtomobili saxlamalarını, qaçıb getməyə qoymamalarını bildirmişdir. Atası həmin şəxslərə yaxınlaşaraq sonuncuları söyməyə başlamış və Zahirlə Zamiq oradan qaçıb uzaqlaşmışlar. Sonra hadisə yerinə X29 çağıraraq Göyçay RMX-ya getmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Qızılgül” çay evində olarkən təqsirləndirilən şəxslərin oturduğu stolun arxasında əyləşmiş, həmin vaxt onunla birlikdə Elnur, Seymur və Sakin adlı tanışları onunla birlikdə olmuşlar. O, çay, digər şəxslər isə pivə içmiş, həmin vaxt Seymur digər stolda əyləşən Elşadla mübahisə etmişlər. Mübahisə zamanı Seymurla Elşadın yanına gələrək sonuncudan nə baş verməsini soruşmuş, həmin vaxt əvvəl Elşad sonra isə Toğrul, Rəşad və Zamiq onu yumruq və təpiklə vurmuşlar. Mübahisə zamanı söyuş spyən olmamış, o da söyüş söyməmişdir. Yanğınsöndürən balonla kim isə kürəyindən vurmuş, lakin konkret olaraq kimin vurduğunu bilməmişdir. Elşad və Toğrul bıçaqla onun bel, ayaq və yan nahiyələrindən vurmuşlar. Kameraya baxdıqdan sonra hadisə barədə tam məlumatı olmuşdur. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində dostları Zərərçəkmiş şəxs2, Şahid10 və Sakin Cəfərov ilə Göyçay rayonu, Cəyirli kəndinin ərazisində yerləşən “Qızıl gül” çay evinin ikinci mərtəbəsində zalda sol tərəfdə pəncərənin yanında masa arxasında əyləşib o çay, Elnur, Seymur və Sakin isə pivə içmiş, bir qədər sonra kafedə çalışan Nazimə adlı qadın da onların yanına gələrək onlarla oturub pivə içməyə başlamışdır. Çay evində zalda onlardan başqa girişdə orta cərgədə birinci masada adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2, “Potal” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Ruslan oturmuş, sonuncular öz aralarında uca səslə zarafatlaşıb gülmüşlər. Hərdən diqqət cəlb etdikləri üçün Seymurla birlikdə həmin şəxslərə tərəf baxmış, lakin onlar həmin şəxslərlə mübahisə etməmiş və heç bir söz deməmişlər. xx.xx.2022-ci il tarixinə keçən gecə saat 01 radələrində birdən həmin masa arxasından Təqsirləndirilən şəxs1 adında oğlan qalxıb onun yanında oturan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq “nə olub nə baxırsan, niyə qanqaraçılıq yaradırsınız” sözləri deyərək narazılıq etmişdir. Həmin vaxt Seymur ayağa qalxaraq bir az Elşada tərəf gedərək sonuncular söhbət edib anlaşılmazlığa aydınlıq gətirəndə Elşadın yanındakı Toğrul adlı şəxs də yanlarına gəlmişdir. O da mübahisənin böyüməməsi və lazım olarsa sakitləşdirmək üçün ayağa qalxıb Seymur, Elşad və Toğrula yaxınlaşmış, Seymurla Elşad və Toğrulun arasında sözlə mübahisə böyüyəndə Elşad nalayiq sözlər işlətməyə başlamışdır. Seymura masalarına baxdıqlarına görə narazılıq etməyə davam etmiş, Təqsirləndirilən şəxs1 nəyə görə nalayiq söyüşlər işlətdiytinə görə öz iradını bildirmişdir. Bu zaman Elşadla onun arasında sözlə mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs1 yumruqla bir dəfə onun çənəsindən vurmuşdur. Həmin vaxt onun başı gicəllənsə də özünü itirməmiş, cavab olaraq Elşada yumruq atmışdır. Daha sonra Elşadın yanında olan Toğrul isə Seymura da yumruq atmış, aralarında dartışma olmaqla bir-birlərinə qarışmışlar. Seymurla özlərini müdafiə etmək və aralanmaq üçün Elşad və Toğrula yumruqlar atmış, atdığı yumruqların cəmi bir-ikisi Elşada dəymişdir. Elşad onu yerə yıxan zaman yanlarında olan Rəşad və Zamiq də qaça qaça gələrək onu döyməyə başlamış, həmin vaxt çay evini işlədən Aqil də oraya gəlmişdir. Hamı onun üstünə düşdüyündən kimin onu nə ilə vuduğunu dəqiq görə bilməmiş, zərbələrdən yayınmaq üçün başını əli ilə tutmağa çalşmışdır. Elşad, Toğrul, Rəşad və Zamiq dartışa-dartışa və döyə-döyə onu birinci masanın yanına gətirmiş, Toğrul həmin vaxt bir neçə dəfə arxadan bel nahiyyəsindən onu nə ilə isə bir neçə dəfə vurub xəsarət yetirmişdir. Belindən ardıcıl bir neçə dəfə deşici alətlə zərbələr endirilməsini hiss etdikdən sonra çönüb arxaya baxanda Toğrulun əlində bütöv dəmirdən olan qatlanan bıçağı qatlayıb cibinə qoyduğunu görmüşdür. Əynindəki qara rəngli adi gödəkcə bir qədər dar olduğundan qaça bilməmiş, nə də ki rahat müdafiə oluna bilməmişdir. Elşad, Toğrul, Rəşad və Zamiq hər tərəfdən onu döyməyə davam etmiş, adları qeyd olunan dörd nəfərdən hər biri onu əllərinə keçən əşyalarla, təpik və yumruqla döyərək gözünü açmağa imkan verməmişlər. Eyni zamanda kimsə arxadan onu qırmızı rəngli yanğınsöndürən balonu ilə vurmuş, bu zaman boynunun alt hissəsindən zərbənin dəydiyini hiss edərək tam gicəlləndikdən sonra həmin qırmızı rəngli yanğınsöndürən balonun kənarına düşdüyünü görmüşdür. Tez bir zamanda artıq halsızlaşmış, Elşad, Rəşad, Toğrul və Zamiqdən onu vurmamalarını xahiş etmsə də onun sözlərinə məhəl qoymamışlar. Halsız və köməksiz vəziyyətdə olmağına baxmayaraq Elşad, Rəşad, Toğrul və Zamiqin ondan əl çəkmədiklərini və vəhşicəsinə onu döyməyə davam etdiklərini görüb artıq öləcəyini düşünüb, heç olmasa az da olsa heyif çıxmaq üçün sonunculara söyüş söyməyə başlamış, lakin Elşad, Rəşad, Toğrul və Zamiq daha da aqresivləşərək onu vəhşicəsinə döyməyə və yerdə sürüməyə davam etmişlər. Təqsirləndirilən şəxs1 cibindən bıçaq çıxarıb arxa tərəfi ilə onun başından vurmağa başlamış, gözlərinə qan dolduğundan daha sonra kimin onu vurmasını görməmişdir. Dava-dalaşın ortalarında Elşad şalvarının qabağını açıb onun ləyaqətini alçaltmaq istəmiş, Elşadı əli ilə tutaraq güclə özündən aralamışdır. Elşad təpiklə onun başından vurmağa davam etmiş, Elşadla yanaşı Rəşad, Toğrul və Zamiq də onu döymüşlər. Yerdə köməksiz vəziyyətdə qanın içərisində qalmış, Elşad onu ayaqqabısının daban hissəsi və altı ilə başından zərbələr vurmağa davam etdirmişdir. Bir qədər sonra kimsə polislərin gəldiyini bildirmiş, lakin Toğrul, Zamiq və Rəşad ondan aralaşsalar da Təqsirləndirilən şəxs1 polislər hələ gəlməmiş onu yerdə halsız olduğu vəziyyətdə yenə də başından təpikləməyə davam etdirmişdir. Halsız vəziyyətdə tərpənə və danışa bilməmiş, hadisə yerinə gələn polis əməkdaşları Elşadı ondan güclə aralamışlar. Elə həmin vaxt polislər hadisə yerinə X29 xidməti çağıraraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 polis şöbəsinə aparmış, o isə yerdə qanın içərisində huşsuz vəziyyətdə qalmışdır. Bir qədər sonra hadisə yerinə gələn həkim briqadası X29 Xidməti avtomobili ilə onu xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızıl Gül” kafesini işlətməklə xx.xx.2022-ci il tarixdə tanışları Elşad, Rəşad və Toğrul ilə birlikdə çay içmiş, sonra pivə süzmək üçün aşağı düşmüşdür. Yuxarı qalxanda dava düşdüyünü görmüş, həmin vaxt digər stolda oturan Pərvin Elşada yaxınlaşmışdır. Dava zamanı əvvəl Pərvin Elşadı vurmuş, sonra Pərvinlə bir stolda oturan Seymur adlı şəxs ayağı ilə onu vurmuşdur. Təqsirləndirilən şəxslərlə barışmış, sonuncularaq qarşı heç bir şikayət və tələbləri olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Göyçay rayonun Cəyirli kəndində yerləşən “Qızıl Gül” adlı kafeni işlətməklə həmin kafenin 1-ci mərtəbəsi avtoyuma kimi fəaliyyət göstərmişdir. Kafedə 3 cərgə masalar düzülməklə kafe səhərdən gecə saat 02 radələrinədək fəaliyyət göstərmiş, ondan başqa həmin yerdə Səbirə adlı qadın qab yuyan işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində kafeyə ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 adında şəxslər gələrək orta cərgədəki birinci masanın arxasında əyləşmiş, həmin şəxslər spirtli içki qəbul etmişlər. Həmin şəxslərin hamısını tanıdığı üçün hərdən sonuncuların əyləşdiyi masaya yaxınlaşıb söhbət etmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 hamısı pivə içmişlər. Digər masa arxasında isə sonunculardan qarşıda sol pəncərələr olan tərəfdə şifahi tanıdığı Nazimə adlı qadın, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və başqa bir-iki nəfər tanımadığı şəxslər oturub pivə içmişlər. xx.xx.2022-ci il tarixinə keçən gecə işçisi Səbirənin oğlu Loğman da Xeyrulla adlı başqa bir qohumu ilə oraya gəlib Səbirənin işlərini yekunlaşdırmasını gözləyərək ikinci mərtəbədə kənarda əyləşmişlər. Saat 01 radələrində Pərvinin, Seymurun, Nazimə adlı cavan qadının və başqa iki nəfər oğlanın oturduqları masa arxasından digər masa arxasındakı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 baxmalarına görə Təqsirləndirilən şəxs1 narazılıq etməyə başlamış, Bir az keçdikdən sonra ikinci mərtəbəyə qalxanda pilləkənin yanında Loğmanın dayanıb diqqətlə sol tərəfdə Pərvinin, Seymurun, Nazimə adlı cavan qadının və başqa iki nəfər oğlanın əyləşdikləri masa tərəfə baxdığını görmüşdür. Özü də elə Loğmanın yanına çatarkən Seymurgilin əyləşdiyi masanın yanında Elşadın Seymurgilə nə isə dediyini görmüş, lakin heç nə eşitməmişdir. Seymur ilə Pərvin masanın yanında Elşad ilə söhbət edərkən Pərvin Elşada kobudluq edərək cavab qaytardıqda söz-söhbət böyümüş və bu zaman Təqsirləndirilən şəxs1 yumruqla Pərvinin çənəsindən vurmuşdur. Sonuncuların arasında dartışma olmuş və bu zaman Pərvin də Elşada yumruq atmışdır. Həmin vaxt Seymur da Elşada yumruq atmış və Rəşad bu zaman Seymuru sifətindən yumruqla vurmuşdur. Pərvinlə Elşad isə əlbəyaxa olmuş, orada olanlar hamısı dartışmağa və bir-birlərinə əl-qol atmağa başlamışlar. Toğrul ilə Rəşad da Elşada kömək edərək Pərvinə yumruq və təpiklə zərbələr vurmağa başlamış, Elşad, Toğrul, Rəşad və Zamiq Pərvinə yumruq və təpiklə zərbələr endirərkən Pərvin nalayiq söyüşlər işlətməyə başlamışdır. Həmin vaxt Toğrul cibindən bütöv dəmirdən olan qatlanan bıçağı çıxarıb Pərvinə bir neçə dəfə bıçaqla zərbələr endirdikdən sonra bıçağı cibinə qoymuşdur. Sonuncuları aralamaq üçün tez yaxınlaşıb Seymuru əli ilə dartıb aralamaq istəmiş, lakin Seymur ona söyüş söymüşdür. Həmin vaxt yerdə olan masanın taxtadan olan ayaq hissəsini götürüb Seymuru iki dəfə başından vurmuş, bu zaman həmin taxta parçası qırılmışdır. Seymur da həmin taxta parçasını götürüb onun başından bir dəfə vuraraq ona xəsarət yetirmiş, həmin zaman Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Pərvini döyməyə davam etmişlər. Seymurun başından taxta parçası ilə vurması nəticəsində başının qanadığını görüb oradan uzaqlaşıb mətbəxə getmiş, mübahisənin davam etdiyini görməsə də səs-küy eşitmişdir. Mübahisənin ortalarında isə Seymurun aşağı qaçdığını görmüş, Sakin adında oğlan polisə zəng vurub orada dava olması barədə məlumat verdikdən təxminən 10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polislər gələndə o da ikinci mərtəbəyə qalxmış, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 hələ də Pərvini yerə halsız vəziyyətdə döyməyə davam etmişlər. Pərvin isə yerdə sifəti və paltarı qanın içərisində uzanıq vəziyyətdə qalıb zarıyaraq, hərəkət etməmiş, polislərin gəlməsini görən Toğrul, Zamiq və Rəşad aralaşsalar da Təqsirləndirilən şəxs1 yerdə köməksiz vəziyyətdə qalan Pərvini təpikləməyə davam etmişdir. Polislər cəld Təqsirləndirilən şəxs1 yaxınlaşıb sonuncunu Pərvindən aralamaq istəsələr də, Elşad polislərin gəlməsinə baxmayaraq artıq köməksiz vəziyyətdə yerdə qalmış Pərvini təpiklə başından vurmağa davam etmişdir. Polis əməkdaşları Elşadı Pərvindən güclə araladıqdan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 polislər tərəfindən polis şöbəsinə aparılmış, kafenin içərisi dağınıq vəziyyətdə, döşəmə hamısı qanın içərisində qalmışdır. Pərvin yerdə qanın içərisində huşsuz vəziyyətdə qalaraq tərpənməmiş, hadisə yerinə gələn həkimlər sonuncunu xərək ilə aparmışlar. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhəkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qızıl gül” çay evində tanışı Zərərçəkmiş şəxs1la oturub çay içən zaman digər stolda oturan Təqsirləndirilən şəxs1 onlara yaxınlaşaraq nə üçün stollarına baxdıqlarını bildirmiş, bunun üstnüdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı tanışı Pərvin də oraya yaxınlaşmış, bundan sonra aralarında dava yaranmışdır. Dava zamanı Elşad, Toğrul və Rəşad onun boyun və qol nahiyələrindən xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində dostu Zərərçəkmiş şəxs1 ilə Göyçay rayonu Cəyirli kəndinin ərazisində yerləşən “Qızıl gül” çay evinə getmiş, kafenin ikinci mərtəbəsində Nazimə adlı qadınla bir yerdə üçü pivə içirmişlər. Həmin vaxt ortada olan masa arxasında adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, sonra isə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Ruslan adlı şəxs birlikdə oturub öz aralarında uca səslə zarafatlaşıb gülmüş və hərdən diqqət cəlb etdikləri üçün Pərvinlə birlikdə həmin şəxslərə tərəf baxmış, xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 masadan qalxıb ona yaxınlaşaraq “nə olub, niyə qanqaraçılıq yaradırsınız” deyə bildirmişdir. Həmin vaxt ayağa qalxaraq Elşada tərəf gedib söhbət edərək anlaşılmazlığa aydınlıq gətirən zaman Toğrul da masa arxasından qalxaraq onlara yaxınlaşmış, aralarında söhbət edən zaman Pərvin Elşada nalayiq söyüşlər işlətməyə başlamışdır. Bu zaman aralarında mübahisə yaranmış, ilk öncə Təqsirləndirilən şəxs1 yumruqla Pərvinin çənəsindən zərbə vurmuşdur. Həmin vaxt aralarında dartışma olmuş, bu zaman Pərvin də Elşada yumruq atmışdır. Həmin vaxt onun özü də Elşada iki-üç dəfə yumruq atmış, bu zaman Rəşad onun çənəsindən bir dəfə yumruqla vurmuşdur. Pərvinlə Elşad əlbəyaxa olaraq hamısı dartışmağa başlamış, bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da mübahisəyə qoşularaq yumruq-təpik zərbələri ilə onu və Pərvini vurmağa başlamışlar. O da həmin şəxsləri yumruqla vuranda Toğrul cibindən bütöv dəmirdən olan qatlanan bıçağı çıxarıb Pərvinə bir neçə dəfə bıçaqla zərbələr endirdikdən sonra bıçağı qatlayıb cibinə qoymuşdur. Həmin vaxt kafeni işlədən Aqil adlı şəxs gəlib mübahisəyə müdaxilə edərək əli ilə onu kənara itələmiş, sonra stolun taxta ayağını götürüb bir dəfə onun başına vurmuşdur. Buna cavab olaraq o da taxta parçasını götürüb bir dəfə Aqilin başına vurmuş, həmin vaxt Aqilin başından qan gəldiyinə görə aralanıb getmişdir. Toğrul ilə Zamiq ona təpik və yumruqlar vuraraq oradan qovmağa çalışmış, həmin vaxt Rəşad ilə X12 təpik və yumruqla döyməyə davam etmişlər. Toğrul ilə Zamiq də yaxınlaşıb Pərvini təpik və yumruqla döyməyə köməklik etmiş, Pərvin isə nalayiq ifadələr işlətməkdə davam etmişdir. Həmin şəxslər Pərvinin bu nalayiq ifadələrindən daha da hiddətlənib zərbələr endirdirməyə davam etmiş, Toğrul masanın üzərindən boşqabı, sonra isə qənd qabını götürüb Pərvinin başına atmışdır. Bu zaman Toğrul və Zamiq ona təpik və yumruqlar vuraraq ikinci mərtəbədən qovmuş, ikinci mərtəbədə Rəşad ilə Elşad Mərzəliyev və Toğrul ilə Zamiq artıq halsız vəziyyətdə olan Pərvini döyməyə davam etmişlər. Təxminən 15 dəqiqə sonra oraya PPX əməkdaşları oraya gəlmiş, poislərin gəlməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 Pərvini döyməyə davam etmiş, bundan sonra polis əməkdaşları onların hamısını polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 1530 radələrində qohumu Şahid3 ona zəng edərək qardaşı Emili iki nəfər şəxsin döydüyünü bildirərək qardaşına kömək etmək üçün onu çağırmış, həmin vaxt münaqişənin baş verdiyi əraziyə yaxın meyvə bağında işlədiyin’ görə işini atıb dərhal münaqişə olan yerə gəlmişdir. Oraya gəldikdə onun əlində taxta parçası olmuş, adlarını sonradan ona məlum olan Zamiq və Zahir adlı qardaşların yanına çatdıqda sonuncular əllərində daş parçası olmuşdur. Zamiq və Zahir qardaşlarına əllərində olan daşı yerə atmasını bildirdikdən sonra Zahirin qolundan tutaraq gedib çayxanada qardaşı Emili nəyə görə döydüyünü aydınlaşdırmağı təklif etmiş, həmin şəxslər çayxanaya getməkdən imtina edərək Təqsirləndirilən şəxs5 onu əlindəki daş parçası ilə başının sol hissəsindən vurmuşdur. Döyüldüyünü görüb o da Zahiri yumruqla vurmuş, münaqişə davam edərək Zamiq də əlindəki daş parçası ilə onun ənsə nahiyəsindən vuraraq onu döymüşdür. Həmin vaxt qardaşı Emil öz avtomobili ilə onlara yaxınlaşmış, bu zaman Zahir qardaşı Emili tutaraq yerə yıxdıqdan sonra həmin ərazidən uzaqlaşmışlar. Zamiq və Zahir qardaşlarının əllərindən qaçmaması üçün sonuncuların arxasınca qardaşının idarə etdiyi avtomobil ilə getmiş, sonra “köhnə avtovağzal” deyilən ərazidə Zahir və Zamiqə çatmışdır. Lakin həmin vaxt polis əməkdaşları da oraya gəlib həmin şəxsləri polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxslərlə barışmamış, sonunculara qarşı heç bir şikayət və tələbləri olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Göyçay şəhərində özünə məxsus avtomaşınla gedən zaman Təqsirləndirilən şəxs4 onun avtomaşınını saxladaraq aşağı düşəmsəini istəmiş, təxminən 10 metr aralaşmışdır ki, Zamiqin qardaşı Zahir onun qarşısına çıxaraq hər ikisi avtomobilinə oturub sürməsini istəmişlər. Avtomobildən düşdükdə Zamiq, daha sonra isə Zahir onu döyüb oradan getmişlər. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində özünə məxsus Vaz 2107 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qhumu Ruslan Kərimov ilə birlikdə Göyçay şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən yolun kənarında dayanan əvvəllər tanımadığı şəxs ona əl etdiyinə görə avtomobili saxlamış, avtomobili saxladıqdan sonra pəncərədən bir nəfər şəxs yaxınlaşaraq ona aşağı düşməsini bildirdikdən sonra adının sonradan Zamiq olduğunu bildiyi həmin şəxsə düşə bilməyəcəyini sözü varsa özünün avtomobilinə oturmasını bildirmiş, Zamiq onun avtomobilinə əyləşdikdən sonra avtomobilini bir neçə metr sürdükdən sonra Zamiqin sonradan adının Zahir olduğunu bildiyi qardaşı onu səsləyərək dayanmasını tələb etmişdir. O da avtomobilini saxlamış, Zahir də avtomobilinə yaxınlaşıb arxada əyləşərək avtomobili Ağdaş yoluna sürməsini demişdir. Avtomobili Ağdaş yoluna sürərək orada saxladıqdan sonra dördü də avtomobildən aşağı düşmüş, avtomobildən təxminən 10 metr uzaqlaşdıqları zaman Təqsirləndirilən şəxs4 əli sarıqlı olaraq ona sifətinin sağ nahiyyəsindən yumruq atmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs5 da qardaşına qoşularaq onun burnundan yumruq vurmuş və bu zaman burnu qırılmışdır. Onu döyəndən sonra Zamiq və Zahir qardaşları həmin ərazidən çıxıb getməyə başlamış, bu zaman onun yanında olan qohumu Roman qardaşı Zərərçəkmiş şəxs5 oraya çağırmışdır. Qardaşı Zərərçəkmiş şəxs5 gəldikdən sonra Zamiq və Zahir qardaşları ilə aralarında ondan təxminən 200 metr kənarda mübahisə yaranmış, mübahisə zamanı nə baş verdiyini görməmişdir. Daha sonra o, qardaşı Zərərçəkmiş şəxs5 da götürüb Göyçay RMX-ya gəlmişlər. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbləri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətində köhnə tikili ilə yeni tikili arasında balaca arakəsmə dəmir lövhədən həyətlərinə it, pişik girdiyinə görə oğlu Şamilə həmin yerə daş qoymasını bildirmiş, artıq xx.xx.2022-ci il tarixə keçən gecə küçədən səs-küy gəldiyinə görə həyətə çıxarkən oğlu Şamilin üç nəfər şəxslə mübahisə etdiyini görmüşdür. Davadalaş olmaması üçün həmin şəxslərə yaxınlaşıb Şamilin atası olduğunu bildirib məsələnin nə üstündə olmasını öyrənməyə çalışmış, həmin vaxt oğlu ilə mübahisə edən şəxslərin sərxoş vəziyyətdə olduğunu görmüşdür. Mübahisəyə müdaxilə etdikdə adlarının Elçin, həmçinin iki qardaş olan, Zahir və Zamiq adlı şəxslərin oğlu Şamilə hücum etdiklərini görmüşdür. Aralamağa çalışarkən Zahir Şamilin sağ qulağından dişləyib dartaraq sonuncunu yerə yıxmış, həmin vaxt o da qarışıqlıqda yerə yıxılmışdır. Orada gələn qonşular araya girib müdaxilə edərək onu və Şamili yerdən qaldırmış, digər üç nəfər şəxs isə qaçıb getmişlər. Şamilin qulağından qan gəldiyini görmüş, sonuncunun qulağının bir hissəsi qopmuşdur. Daha sonra o, polisə və təcili-tibbi yardım xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Tanıdığı həkimlərlə əlaqə saxladıqda sonuncular 24 saat ərzində qulağın qopmuş hissəsi tapılarsa toxumlaraın bir-birinə uyğunlaşması mümkün olacağını bildirmişlər. Həmin dava-dalaş zamanı onun tərəfindən heç kimə xəsarət yetirilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yaşadığı evdə olarkən binanın həyətində səs-küy eşidib binanın qarşısına çıxarkən binalarının qarşısında qonşuları Məhəmməd və Şamil ilə üç nəfər tanımadığı şəxsin mübahisə etdiyini, həmin şəxslərin Məhəmmədgilə əl-qol atdıqlarını görmüş, həmin şəxslərdən sonradan adının Zahir olduğunu sonradan bildiyi şəxs Şamili yerə yıxaraq yerdə sonuncunu döymüşdür. Zahiri əli ilə kənara çəkib Şamili Zahirin əlindən aldıqda Şamilin sağ qulağının bir hissəsinin olmadığını və qulağından qan gəldiyini görmüşdür. Həmin vaxt orada olan qonşularla birlikdə Zahir və yanında olan şəxsləri oradan uzaqlaşdırdıqdan sonra sonuncular qaçıb getmiş, bir qədər sonra həmin yerə polis əməkdaşları və təcili-tibbi yardım avtomobili gəlmişdir. Məhkəmədə şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə yaşadığı evdə olarkən küçədə səs-küy eşidib küçəyə çıxdıqda bir nəfər şəxsin qonşuları Məhəmməd həkimin üzərinə çıxıb digər iki nəfər şəxsin isə yerdə olan Şamilin üzərində olduğunu görmüş, araya girib sonuncuları ayırmağa çalışmışdır. Digər qonşularla birlikdə birtəhər həmin şəxsləri oradan uzaqlaşdırmış, sonradan ona bir nəfər şəxsin Şamilin qulağını dişləyib qopardığı ona məlum olmuşdur. Daha sonra polis və təcili-tibbi yardım əməkdaşları gəlmiş, Şamilin qulağının qoparılmasını görməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Ucar rayonundan yaşadığı evə gələrkən yaşadığı binanın həyətində bina sakinlərinin və Göyçay rayon X27 Patrul Xidmət Bölüyünün xidməti avtomobilinin və bir neçə nəfər polis əməkdaşının dayandığını görüb idarə etdiyi avtomobildən düşən zaman binanın həyətində mübahisə olduğunu, tanışı həkim-stamatoloq Mamed həkimin uca səslə oğlunun qulağını qopardılar deyə qışqırdığını, bundan sonra mübahisə edən şəxslərin qaçmağa başladığını görmüş, həmin vaxt Mamed həkim oğlunu öz avtomobilinə qoyaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O da Göyçay rayon Mərkəzi Xəstəxanasına yollandıqda orada Şamilin qulağına tikiş qoyulduqdan sonra öz evinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qohumları Zaur və Zamiq onu evlərinə qonaq çağırdıqlarına görə saat 21 radələrində orada evdə yemək yeyib spirtli içki olan araq içdikdən sonra siqareti bitdiyi üçün evdən çıxaraq yaxınlıqda olan piyada keçidinin yanında olan köşkdən siqaret alıb geri qayıtmış, binanın həyətinə çatan zaman Təqsirləndirilən şəxs4 həyətdə bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs5 da onların yanına gəlmişdir. Zamiq ilə Zahir adının sonradan Şamil olduğunu bildiyi həmin şəxslə mübahisə etməyə başlamış, mübahisənin böyüdüyünü görüb Zamiqi kənara çəkmişdir. Həmin vaxt Zamiq onun əlindən çıxaraq Şamilin üzərinə hücum çəkmiş, bu zaman Zamiq ilə Şamil yerə yıxılmışlar. Səsküy yarandığı üçün ətrafda olan şəxslər də həmin yerə toplaşmış, təkrarən Zamiq ilə Zahiri özünə məxsus olan avtomobilinə əyləşdirib oradan uzaqlaşmaq istəyərkən həmin yerdə olan tanımadığı bir nəfər şəxs əli ilə ona saxlaması üçün işarə etmişdir. Avtomobili saxlayanda həmin şəxs onlara yaxınlaşaraq oğlunun qulağının olmadığını bildirmiş, orada olan digər şəxslər Zahir ilə Zamiqin üzərinə gələn zaman Zamiq ilə Zahir həmin yerdən qaçaraq uzaqlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs6 məxsus avtomobil ilə Göyçay şəhəri, H.Əliyev prospekti ilə “Acses Bank” yaxınlığında hərəkətdə olarkən tanımadıqları şəxs Emilin idarə etdiyi avtomobilə əl edib avtomobili saxlatmış, avtomobilin pəncərəsini açdıqdan sonra sonradan tanıdığı Təqsirləndirilən şəxs4 Emilə avtomobildən düşməsini və sonuncu ilə işi olduğunu bildirmişdir. Emil avtomobildən düşməkdən imtina edərək, Təqsirləndirilən şəxs4 avtomobilə əyləşməyi təklif etmiş, Zamiq də avtomobilə əyləşmişdir. Emil avtomobili sürüb getmək istədikdə Zamiqin qardaşı Zahir onları səslədikdən sonra avtomobilə oturmuşdur. Göyçay-Ağdaş yolunda “Az Nar” otelin yaxınlığında Emil avtomobili saxladıqdan sonra hamısı yerə düşmüşlər. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs6 üzərinə gələrək sonuncunun sifət nahiyəsindən yumruq zərbəsi ilə vurmuş və qardaşı Zahir də Zərərçəkmiş şəxs6 döyməyə başlamışlar. Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs6 vurduqları an Zərərçəkmiş şəxs6 da özünü qorumaq məqsədi ilə Təqsirləndirilən şəxs4 vurmağa başlamışdır. Həmin vaxt o, sonuncuları aralamağa çalışdıqda Təqsirləndirilən şəxs5 ona çiynindən bir dəfə yumruq zərbəsi atsa da zərbə ona dəyməmişdir. Kənara çəkilərək Zərərçəkmiş şəxs6 qardaşı Cavidə zəng edib sonuncunu köməyə çağırmış, Zərərçəkmiş şəxs5 hadisə yerinə gələnə kimi Zahir və Zamiq qardaşları hadisə yerindən təxminən 200 metr uzaqlaşmışlar. Cavid əlində ağac parçası Zahirlə Zamiqin arxasınca qaçmış, o da Cavidə qoşularaq Zamiq və Zahir qardaşlarının arxasınca getmişdir. Həmin vaxt Cavid Zamiq və Zahir qardaşlarını sakitcə söhbət etməyə dəvət etsə də, sonuncular birlikdə Cavidin üzərinə gedib qəsdən vuraraq döyməyə başlamış, həmin vaxt Zahir əlindəki daş parçası ilə Cavidin baş nahiyyəsindən vurmuşdur. Zamiqin də əlində daş parçası olmaqla Cavidi daşla başından vurmuş, dava-dalaş zamanı Cavid də özünü müdafiə etmişdir. Zahir və Zamiq ərazidən uzaqlaşmış, Cavid və qardaşı Emil avtomobilə əyləşərək Zamiq və Zahirin arxasınca getmişlər. Həmin vaxt hadisə yerində qalmış, daha sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X27 Patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə PPXBnin digər əməkdaşı X4 ilə birlikdə Göyçay rayonu ərazisində xidmətdə olarkən saat 15 radələrində rayon polis şöbəsinin Növbətçi Hissəsindən onlara Göyçay rayonu ərazisində Göyçay-Ağdaş yolunda Aznar otelin yaxınlığında bir neçə şəxsin dava-dalaş etməsini və ətrafdan insanların oraya toplaşması barədə məlumat verildiyinə görə dərhal həmin əraziyə yaxınlaşdıqda ətrafdan oraya çoxlu sayda insanların toplaşmasını və orada 4 nəfər şəxslərin artıq dava-dalaş etməsini görmüşlər. Həmin şəxslər onları görüb birbirindən aralaşmış, sonradan şəxsiyyətləri ona məlum olan Zamiq və Zahir adlı qardaşları avtomobilə mindirib rayon polis şöbəsinə dəvət etmişlər. Digər iki qardaşlar Emil və Cavidanı isə rayon Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində xalası oğlu Təqsirləndirilən şəxs3la birlikdə pivə içib istirahət etmək üçün Göyçay rayonun Cəyirli kəndində yerləşən “Qızıl Gül” adlı kafeyə getmiş, həmin vaxt xalası oğlu Rəşad, xalasının nəvəsi Təqsirləndirilən şəxs2, sonuncuların dostu “potal” ləqəbli Elşad, həmçinin sonuncuların Zamiq adlı tanışı və kafeni işlədən Aqil adlı şəxs də orada olmaqla birlikdə masa arxasında əyləşib söhbət edib, həmçinin pivə içmişlər. xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə keçən gecə, saat 01 radələrində o, həmin şəxslərin yanından qalxıb kafenin birinci mərtəbəsində yerləşən tualetə getmiş, neçə dəqiqə sonra ikinci mərtəbəyə qalxdıqda oradakı ofisiantın qorxu və həyəcan içində aşağı qaçdığını görüb ikinci mərtəbəyə qalxdıqda kütləvi dava-dalaş getdiyini görmüşdür. Elşad, sonuncunun yanında olan xalası oğlu Rəşad, xalasının nəvəsi Toğrul, eləcə də Zamiq adlı şəxs digər masada əyləşən şəxsləri, xüsusən də zoğalı rəngli gödəkçə geyinmiş şəxsi əl və ayaq zərbələri ilə, o cümlədən Elşad və Toğrul bıçaqla, Toğrul həmçinin qəndqabı, yanğınsöndürən balonla vurduğunu görmüş, həmin vaxt içəri dağınıq vəziyyətdə olmuşdur. Həmin vaxt araya girib dava-dalaş edənləri ayırmağa, sakitləşdirməyə çalışmış, heç kimə zor tətbiq etməmişdir. Elşad, xalası oğlu Rəşad, xalasının nəvəsi Toğrul, eləcə də Zamiq yenə də dayanmayaraq qeyd etdiyi şəxsi döyməyə davam etmiş, bir qədər sonra polis əməkdaşları oraya gələrək hadisə başa çatmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Göyçay rayon X27 Patrul Xidmət Bölüyündə polis nəfəri işləyən X10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində PPXB-nin polis nəfəri X5 ilə birlikdə xidmətdə olarkən xidmətdə olduqları avtomobil ilə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisində yerləşən “Qızıl gül” adlı kafenin qarşısından keçən zaman bir nəfər şəxs yola qaçaraq həmin kafenin ikinci mərtəbəsində dava-dalaş olmasını və hər tərəfin qan içində olmasını bildirdikdən sonra onlar dərhal həmin yerə getmiş, oraya çatan zaman kafenin pilləkənlərində ucadan nalayiq söyüşlərlə mübahisə olmasını və eyni zamanda kafenin içərisində də ucadan nalayiq ifadələr işlədilməsini eşitmişlər. İçəriyə daxil olduqda kafenin içərisində yerdə uzanıqlı vəziyyətdə olan sonradan adını bildikləri Pərvin adlı şəxsi Elşad adlı şəxs tərəfindən baş və bədən nahiyyələrindən təpik və yumruqla vurmasını görüb sonuncuları aralaşdırmış, həmin vaxt kafenin stolları və orada olan əşyalar sındırılmış vəziyyədə olmuşdur. Elşadın yerdə uzanıqlı vəziyyətdə olan Pərvini vurmasının qarşısını almaq istəyərkən orada olan Toğrul, Rəşad, Zamiq, Aqil və bir neçə adlarını bilmədiyi şəxsləri oradan uzaqlaşdırıb dərhal rayon polis şöbəsinin Növbətçi Hissəsinə və Təcili Yardım Xidmətinə məlumat vermişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 Nurməhəmməd oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixinə keçən gecə saat 01 radələrində dayısı oğlu Hüseyn Abdullyev ilə birlikdə Göyçay rayonu Cəyirli kəndinə yerləşən “Qızıl gül” kafesinə qabyuyan işləyən anası Səbirə Yusifovanı gətirməyə getmiş, anası Səbirə işlərini yekunlaşdırmadığı üçün onlar kafenin içərisində ikinci mərtəbədə dayısı oğlu Şahid11 ilə piləkənin yanında bar masasının arxasında əyləşib pivə içmişlər. Kafenin zalında isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 adlı şəxslər orta cərgədə olan birinci masa arxasında əyləşib spirtli içki qəbul etmişlər. Kafeni işlədən Aqil hərdən həmin şəxslərin yanına gəlib getmiş, digər masa arxasında isə qarşıda sol pəncərələr olan tərəfdə şifahi tanıdığı Nazimə adlı qadın, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və başqa bir-iki nəfər tanımadığı şəxs oturub pivə içmişlər. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 adında oğlanlar qarşıda soldakı masa arxasnda əyləşən Nazimə adlı qadın, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və başqa bir-iki nəfər tanımadığı şəxslərdən kiməsə nə isə demiş və sonuncuların arasında məsafədən söz mübahisəsi yaranmışdır. Şahid11lə birlikdə kənardan həmin şəxslərə baxıb müşahidə etmiş, Təqsirləndirilən şəxs1 masa arxasından qalxıb Seymur, Pərvin və Nazimənin əyləşdikləri masaya yaxınlaşmışdır. Elşad sonunculara “nə olub, niyə qanqaraçılıq yaradırsınız” deyərək sual vermiş, həmin vaxt masada oturan Zərərçəkmiş şəxs2 qalxaraq Elşada tərəf gəlmişdir. Toğrul da masadan qalxaraq sonunculara yaxınlaşmış, daha sonra Rəşad da həmin şəxslərin yanına getmişdir. Seymur ilə Təqsirləndirilən şəxs1 arasında söhbət zamanı Pərvin də ayağa qalxıb Elşadgilin yanına yaxınlaşmış, Seymur ilə Pərvin Elşad ilə söhbət edərkən Zərərçəkmiş şəxs1 Elşada kobudluq edərək cavab qaytardığına görə söz-söhbət böyümüşdür. Bu zaman Təqsirləndirilən şəxs1 yumruqla Pərvini çənəsindən vurmuş, sonuncuların arasında dartışma olmuşdur. Seymur da Elşada yumruq atmış və bu zaman Rəşad Seymuru sifətindən yumruqla vurmuşdur. Pərvinlə Elşad isə əlbəyaxa olmuş, orada olanlar hamısı dartışmağa və bir birlərinə əl-qol atmağa başlamışlar. Toğrul ilə Rəşad da Elşada köməklik edərək Pərvinə yumruq və təpiklə zərbələr endirməyə başlamış, Elşad, Toğrul, Rəşad və Zamiq Pərvinə yumruq və təpiklə zərbələr endirərkən Pərvin söyüş söyməyə davam etmişdir. Toğrul cibindən bütöv dəmirdən olan qatlanan bıçağı çıxarıb bir neçə dəfə Pərvinə bıçaqla zərbələr endirdikdən sonra bıçağı cibinə qoymuş, kafeni işlədən Aqil də gəlib mübahisəyə müdaxilə edərək Pərvinin yanında olan Seymuru əli ilə itələdikdən sonra stolun taxta ayağı ilə Seymurun başından vurmuşdur. Seymur da Aqilə taxta parçası ilə zərbə endirəndə Şahid11lə birlikdə mübahisənin böyüdüyünü görüb ikisi də ikinci mərtəbədən aşağı düşmüşlər. Kiminsə polisə məlumat verdiyini eşidib polislərin gəlməsini gözləmiş, polis əməkdaşları gələnə qədər yuxarıda dava davam etmişdir. Birdən Seymur da qaçaraq aşağı düşmüş, təxminən 15-20 dəqiqə sonra Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəlmişlər. Polislər gəldikdən sonra Şahid11lə birlikdə ikinci mərtəbəyə qalxmış, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 hələ də yerdə halsız vəziyyətdə olan Pərvini döyməyə davam etmişlər. Polislərin gəldiyini görən Toğrul, Zamiq və Rəşad aralaşsalar da Təqsirləndirilən şəxs1 yerdə köməksiz vəziyyətdə qalan Pərvini təpikləməyə davam etdirmiş, polislər Təqsirləndirilən şəxs1 yaxınlaşıb sonuncunu Pərvindən güclə aralamışlar. Sonra isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 polislər tərəfindən polis şöbəsinə aparılmış, Pərvini isə hadisə yerinə gələn həkimlər xərək ilə aparmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 eyni məzmunlu ifadə verərək Şahid1 Nurməhəmməd oğlunun yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində qohumu Zərərçəkmiş şəxs2 və həmkəndliləri Zərərçəkmiş şəxs1 və Sakin Cəfərov ilə birlikdə Göyçay rayonu, Cəyirli kəndinin ərazisində yerləşən “Qızıl gül” çay evinə getmiş, ikinci mərtəbədə zalda sol tərəfdə pəncərənin yanında masa arxasında əyləşib Pərvinlə birlikdə çay, Seymur və Sakin isə pivə içməyə başlamışlar. Yanlarına bir qədər sonra kafedə çalışan Nazimə adlı qadın gələrək onlarla oturub pivə içməyə başlamış, çay evində zalda onlardan başqa girişdə orta cərgədə birinci masa arxasında isə adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2, “Pota” deyilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Ruslan adında oğlanlar oturmuşlar. Sonuncular öz aralarında uca səslə zarafatlaşıb güldükləri üçün diqqət cəlb etdiklərindən hərdən Pərvin ilə Seymur həmin şəxslərə tərəf baxmış, xx.xx.2022-ci il tarixinə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb “nə olub, niyə baxırsan, niyə qanqaraçılıq yaradırsınız” sözləri deyərək narazılıq etmiş, həmin vaxt Seymur ayağa qalxaraq Elşada tərəf gedərək sonuncular söhbət edib anlaşılmazlığa aydınlıq gətirəndə Elşadın yanındakı Toğrul adlı şəxs də oraya yaxınlaşmışdır. Mübahisənin böyüməməsi üçün ayağa qalxıb Seymur və Elşada yaxınlaşmış, lakin Seymurla Elşadın arasında sözlə mübahisə böyüyəndə Elşad nalayiq sözlər işlətməyə başlamış və Seymura masalarına baxdıqlarına görə narazılıq etməyə davam etmişdir. 2016-cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində başından ağır xəsarət aldığından baş verə biləcək dava zamanı kiminsə başından vurmasından ehtiyatlanıb çəkilib kənarda dayanmış, həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 nəyə görə söyüşlə danışdığını, “səninlə söyüşlə danışsalar xoşun gələrmi? sözlər deyərək sonuncuya sual vermişdir. Mübahisə edərkən Təqsirləndirilən şəxs1 yumruqla bir dəfə Pərvinin çənəsindən vurmuş, həmin vaxt Pərvin də cavab olaraq Elşada yumruq atmışdır. Sonuncular dartışmağa başlamış, Elşadın yanında olan Toğrul adlı şəxs də yaxınlaşıb Seymura yumruq atmışdır. Sonuncuların arasında da dartışma olduqdan sonra bir-birlərinə qarışmış, Pərvin və Seymur özlərini müdafiə etmək üçün Elşad və Toğrula yumruqlar atmışlar. Pərvinin atdığı yumruqların cəmi bir-ikisi Elşada dəymiş, Elşad həmin vaxt Pərvini yerə yıxdıqdan sonra Elşadla masa arxasında oturmuş Rəşad və Zamiq adlı şəxslər də qaça-qaça gəlib Elşad və Toğrula qoşularaq Pərvinə yumruq və təpiklə zərbələr endirməyə başlamışlar. Elşad, Toğrul, Rəşad və Zamiq Pərvinə yumruq və təpiklə zərbələr endirərkən Pərvin sonunculara hamısı eyni zamanda birdən döydüklərinə görə narazılıq etməyə və söyüş söyməyə başlamış, həmin vaxt Toğrul cibindən bütöv dəmirdən olan qatlanan bıçağı çıxarıb arxadan bir neçə dəfə bıçaqla zərbələr endirdikdən sonra bıçağı cibinə qoymuşdur. Həmin vaxt kafeni işlədən Aqil adlı şəxs gəlib mübahisəyə müdaxilə edərək Pərvinin yanında olan həmkəndlisi Zərərçəkmiş şəxs2 əli ilə itələmiş, stolun taxta ayağı ilə Seymurun başından bir dəfə vurmuşdur. Seymur da həmin taxta parçası ilə Aqilin başından bir dəfə zərbə endirərkən kənarda dayanmış kafedə qabyuyan işləyən Səbirə adında qadının oğlu Loğman, yanında olan Hüseyn adında oğlan mübahisənin böyüdüyünü görüb ikinci mərtəbədən aşağı düşmüşlər. O da xəsarət ala biləcəyindən qorxduğu üçün tez oranı tərk edərək aşağı birinci mərtəbəyə düşmüş, daha sonra arxası ilə Sakin yerə düşərək birlikdə hadisə barədə polisə məlumat vermişlər. Təxminən 15-20 dəqiqə sonra Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəlmiş, həmin vaxta qədər ikinci mərtəbədə dava-dalaş davam edərək onlardan heç kim oraya qalxmamışdır. Polis əməkdaşları hadisə yerinə gəlib ikinci mərtəbəyə qalxanda o, oradan çıxıb getmiş, sonradan ona Zərərçəkmiş şəxs1 çoxlu qan itirirərək özündən getdiyi və xəstəxanaya aparılaraq əməliyyat olunduğu ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasısının xx.xx.2023-cü il tarixli 72 nömrəli rəyində göstərilmişdir ki, Şahid3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2023-cü il tarixə uyğun xəsarət izləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 73 nömrəli rəyində göstərlimişdir ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sol təpə- ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yaraları - küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 71 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş xəsarətlər: burun yumşaq toxumalarının bir qədər şişkinlikləri fonunda burun sümüyünün yerdəyişməmiş sınığı - küt-bərk əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Başın sağ alın nahiyəsində sıyrıq izləri, sağ gicgah nahiyəsində və boynun sağ yan orta şöbəsində dərinin epidermis qatının əzilmiş-sıyrılmış yaraları küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 75 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs5 oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İİ daraq sümüyü başının qapalı, yerdəyişməmiş sınığı küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 74 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası, alt dodaq hahiyəsində-dodaqaltı nahiyədə bir qədər sol tərəfdə dərinin epidermis qatının sıyrıqları fonunda qançır və boynun sağ yan, yuxarı - orta hissəsində dərialtı qansızmalar və sol əlin İİ daraq sümüyü başında sıyrılmış yara xəsarətləridir, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasısının xx.xx.2022-ci il tarixli 664 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlər – başın təpə - alın nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası və sol saidin orta 3\1-nin və sağ mil-bilək oynağının bayır səthlərində sıyrıqlar küt-bərk əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 665 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2022-ci il tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasısının xx.xx.2022-ci il tarixli 666 nörməli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2022-ci il tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 666 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində olan xəsarətlər – sağ əlin İİ-İİİ barmaq falanqalarında dərinin epidermis qatının sıyrılmış yaraları küt-bərk əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 668 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3ov oğlunun məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2022-ci il tarixə uyğun xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 669 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol qaşüstü nahiyədə 1 (bir) ədəd, sol əlin İ baş barmağın iç nahiyəsində 2 (iki) ədəd, sağ saidin aşağı 1/3-nin arxa-sağ mil-bilək-sağ əlüstü - sağ əlin İ barmaq flanqasında 7 (yeddi) ədəd, gövdənin arxa səthində belin sağ iç hissəsində 1 (bir) ədəd, sağ budun yuxarı 1/3-nin yan səthində 1 (bir) ədəd və hər iki sağrı nahiyələrinin aşağı iç və yuxarı bayır hissələrində 4 (dörd) ədəd yumşaq toxumaların deşilmiş-kəsilmiş yaraları iti kənara malik deşici-kəsici əşyanın (əşyaların) təsirindən, başın sol gicgah-təpə nahiyələrində yumşaq toxumaların 9 (doqquz) ədəd əzilmiş-çapılmış yaraları küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2022-ci il tarixdə əmələ gəlmələri inkar edilmir, dərəcələrinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər və həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə həmin xəsarətlər massiv (çoxlu) qan itirməyə səbəb olduqları üçün dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilir. Sol orbitanın yerdəyişmiş sınıq xətti küt-bərk əşyanın(əşyaların) təsiri nəticəsində törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddirlər. Hər iki göz yuvası ətraflı nahiyədə qançırlar fonunda posttravmatik qapaq dərisi və konyuktiva altına qansızmalar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 670 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində olan xəsarət – başın sağ alın nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 552 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində olan xəsarət – sağ qulaq seyvanının yuxarı əyriliyində qığırdağın travmatik tamamilə qopması küt-bərk əşyanın (ola bilsin insan dişlərinin) təsirindən törətnmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, lakin qeyd edilən xəsarət silinməz xəsarət oluğundan sağlamlığa ağır zərər vuran bədən xəsarəti kimi qiymətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 559 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarət - sol qulaq seyvanının iç və qulaq ətrafı nahiyədə, hər iki saidin orta-aşağı 1/3-nin arxa səthlərində, boynun sol yan orta şöbəsində və gövdənin sağ yan aşağı şöbəsində dərialtı qansızmalar fonunda sıyrıqlar, hər iki bazunun yuxarı 1/3-nin iç-yan səthlərində qançırlar, sağ saidin yuxarı 1/3-nin ön hissəsində və qarnın yuxarı şöbəsinin sol iç hissəsində dərinin epidermis qatının sıyrılmış yaraları və sol saidin yuxarı – orta – aşağı 1/3-nin arxa səthində dərinin epidermis qatının səthi sıyrılmış – cırılmış yarası küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 18–xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixatrik-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 725\259 nömrəli rəyində göstərmişdir ki, Təqsirləndirilən şəxs5 cinayət törədən vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs5 hazırki ekspertiza zamanı da hərəkətlərini ölçüb-biçmək və onları idarəetmək iqtidarındadır. Təqsirləndirilən şəxs5 əməli CM-in 21 və 22-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs5 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamış və cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühim təsir göstərə bilən emosional vəziyyət olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/229 nömrəli rəyinə əsasən – tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 55 nömrəli rəyində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 cinayət törədən vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 hazırki ekspertiza zamanı da hərəkətlərini ölçüb-biçmək və onları idarəetmək iqtidarındadır.Təqsirləndirilən şəxs2 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 54 nörməli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 cinayət törədən vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 hazırki ekspertiza zamanı da hərəkətlərini ölçüb-biçmək və onları idarəetmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 53 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 cinayət törədən vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 hazırki ekspertiza zamanı da hərəkətlərini ölçüb-biçmək və onları idarəetmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 231 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs4 cinayət törədən vaxt öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs4 hazırki ekspertiza zamanı da hərəkətlərini ölçüb-biçmək və onları idarəetmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komissiyon məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T 219/2023 nörməli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 sol qaşüstü nahiyədə bir ədəd, sol əlin İ barmağında iki ədəd, sağ said, mil-bilək oynağı və sağ əlin İ barmağında yeddi ədəd, bel nahiyəsində sağda bir ədəd, sağ budda bir ədəd, hər iki sağrıda dörd ədəd deşilmiş-kəsilmiş yara, sol gicgahtəpə nahiyələrində doqquz ədəd əzilmiş-çapılmış yara, hər iki göz ətrafında qançır və ağlı qişaya qansızma, sol göz orbitasının xətti sınığı olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, yetirilmə müddətləri xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ümumilikdə ağır hemorragik şokla müşayiət olunduğundan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya, sol orbitanın sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş komissiyon məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T218\2023 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs4 – sağ qulaq seyvanının hissəvi amputasiyası və qığırdaq deffekti olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə dişləmə nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs4 sağ qulağında olan deffekt sifətdə asimmetriya yaratdığından silinməz hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Qızıl Gül” adlanan kafesindən götürülmüş videogörüntülərə baxış keçirilməsinə dair protokoldan görünür ki, görüntülərdə olan hər bir şəxsin hərəkətləri aşağıdakı qaydada ayrı-ayrı təhlil edilir: boz rəngli gödəkçə geynimiş və arıq bədən quruluşlu şəxs (bundan sonra şərti olaraq T): sol yumruğu ilə arıq bədən quruluşlu, əynində naxışlı uzunqol poluver olan şəxsin (bundan sonra şərti olaraq S) sifətinə zərbələr vurur, ardınca bıçağı açıb kəsici-deşici hissəsi ilə əynində zoğalı rəngli poluver və qara gödəkçə olan şəxsin (bundan sonra şərti olaraq P) kürəyinə zərbələr vurur. Bundan sonra bıçaq masanın arasında əlindən yerə düşür. Ardınca masadakı boşqabı və şüşə qabı S-in başında qırır, eləcə də onu əl zərbələri ilə döyür. Sonra görüntüdən itir. Bir qədər sonra yenidən geri qayıdıb P-nin başına nə isə vurub sındırır, sonra şüşə pivə bakalı götürüb görüntüyə düşməyən tərəfdə olan şəxsə atır. Ardınca elə həmin tərəfə gedib oradan qırmızı rəngli yanğınsöndürən balon götürüb yerdə döyülən P-nin boyun nahiyəsinə onunla vurur. Bundan sonra divanın üzərində uzanıqlı vəziyyətdə olan P-nin kürək nahiyəsinə iki dəfə yumruq zərbəsi ilə, ardınca yerdən şüşə qırıntısı götürüb onunla vurur. Sonra yerdə uzanıqlı olan P-nin təpə nahiyəsinə iki dəfə təpik zərbəsi vurur, sinəsində hansısa heyvan başı təsviri olan qara uzunqol köynəkdəki şəxs (bundan sonra şərti olaraq Z) onu çəkib aralayır. Bundan sonra o, əlindəki bıçağın kəsici-deşici hissəsi ilə P-nin bədəninə bir dəfə zərbə vurur. Həmin vaxt görünür ki, onun sağ əlinin iç hissəsi qana boyanıb. Bundan sonra digər masanın üzərindən qəndqabını götürüb onunla P-nin təpə nahiyəsinə zərbə vurur. Bundan bir qədər sonra yenə yerdə uzanıqlı vəziyyətdə olan P-nin təpə nahiyəsinə təpiklə bir dəfə zərbə vurur. Həmin vaxt içəri polis əməkdaşları daxil olur. Bunula da, onun hərəkətlərinə son qoyulur. Dolu bədənli, qara rəngli gödəkçədə olan (bundan sonra şərti olaraq E): İlk öncə sol, sonra hər iki əlinin yumruğu ilə P-nin sifətinə zərbələr vurur, masanın üzərinə yıxıb yumruqlayır, eyni zamanda, T bıçaqla P-ni vurur. Həmin vaxt o, araya girən S-in də sifətinə yumruq zərbəsi vurur. Bundan sonra masadan pivə bakalını götürüb P-nin başına vurur. Bundan sonra Pni yumruq zərbələri ilə vurub yerə yıxır və yerdə həm yumruq, həm təpiklə döyür, sonra əlində hansısa predmetlə (ilk baxışdan bıçağa bənzəyir və görünür ki, arxa hissəsidir) Pnin yerdə olan bədəninə zərbələr endirir. Sonra yenə təpik zərbələri, ardınca isə bıçağın arxa hissəsi ilə P-nin təpə nahiyəsinə zərbələr vurur. P macal tapıb ayağa qalxmaq istəyəndə o, P-nin gödəkçəsindən tutub dartmaqla yerə yıxıb yenidən P-ni təpikləyir. Sonra P ayağa qalxmağa macal tapsa da P-ni əli ilə dartışdırıb divanın üzərinə yıxaraq təpik zərbəsi ilə təpə nahiyəsinə zərbə vurur. Sonra P-nin gödəkçəsindən tutub divandan yerə yıxır, onu aralamaq istəyən sinəsində zolaqlar olan, qara rəngli uzunqol poluver, boz cins şalvar, idman ayaqqabısında olan şəxsə (bundan sonra şərti olaraq R) məhəl qoymayıb şalvarının zəncirbəndini açıb zoğalı poluverdəkinin başına siymək istəyir, lakin P-nin onun əlindən çıxıb yayınması ilə bunu edə bilmir və P-nin gödəkçəsindən tutub dartaraq yerdən qalıdırıb divanın digər tərəfinə yerə yıxır, eləcə də əlindəki bıçağın arxa hisəssi ilə P-nin başına ardıcıl zərbələr vurur, ardınca təpiklə başına zərbələr vurur. Bundan sonra yerdə olan P-nin kürək nahiyəsinə bıçağın kəsici-deşici hissəsi ilə iki dəfə zərbə vurur, sonra həmin bıçağı bağlayıb şalvarının cibinə qoyur və təpik zərbələri ilə P-ni vurmağa başlayır. Həmin vaxt R onu çəkib aparmağa çalışır. Bu vaxt P ayağa qalxır və sifət nahiyəsinin qanlar içərisində olması görünür. R-in cəhdlərinə baxmayaraq o, sifəti qanlar içərisində olan P-nin üzərinə yeriyib sağ əli ilə P-nin sifətinə möhkəm yumruq zərbəsi vurur. P divanın üzərinə yıxılır. O isə sağ əlinin dirsək hissəsi ilə P-nin bədəninə bir neçə dəfə möhkəm zərbələr vurur. Həmin vaxt naməlum səbəbdən o və onun tərəfdən olan şəxslər hərəsi bir tərəfə qaçışır. Bir qədər keçmiş o, geri qayıdıb P-ni əli ilə vurub yerə yıxır və yerdə P-ni təpikləməyə başlayır. Elə həmin vaxt içəri polis əməkdaşları daxil olur. O, polisə məhəl qoymayıb P-nin baş nahiyəsinə ardıcıl təpik zərbələri endirməyə davam edir, lakin polis əməkdaşları onu kənarlaşdırırlar. Bununla da onun hərəkətlərinə son qoyulur. Sinəsində heyvan başı təsviri olan qara uzunqol köynək geyinmiş şəxs (bundan sonra şərti olaraq Z): Dava başlayanda orada olmasa da, bir neçə saniyə sonra qaçaraq gəlib S-i əl, sonra ayaq zərbələri ilə vurub döyür. S onun əlindən qaçaraq görüntüdən itir. Lakin o, yenidən geri qayıdıb yerdə olan P-ni təpik zərbələri ilə vurub döyməyə başlayır. Bundan sonra bir qədər kənara çəkilir. Elə ki, E, T və əynində qara rəngli köynək, qara idman şalvarı, qara idman gödəkçəsi geyinmiş, üzü tüklü şəxs (bundan sonra şərti olaraq R1) divanın üzərinə yıxılı vəziyyətdə olan P-ni döyürlər, elə həmin vaxt o, divanın üzərindən P-nin bədəninə çoxsaylı dirsək zərbələri vurmağa başlayır. Elə ki, T bıçaqla Pyə hücum etmək istədikdə o, T-ni çəkib divanın üzərindən aşırmaqla ayırır, əlindəki bıçağı alıb özü görüntüdən itir. Bir qədər sonra əlində həmin bıçaqla geri qayıdır. Bundan sonra kənardan hadisələri izləyir və elə ki, E, T və R1 divanın üzərində P-ni döyürlər, onda o da sağ əli ilə P-nin bədəninə yumruq zərbələri vurur. Sonra nə isə baş verdiyindən onlar hərəsi bir tərəfə qaçışırlar.Bir qədər sonra polislər hadisə yerinə gəlsə də o, otaqda gizlənir və ortaya çıxmır. Bununla da onun hərəkətlərinə son qoyulur. R1: davanın gedişində kənardan qaçıb gələrək döyülməkdə olan P-ni təpik zərbələri vurmaqla döyməyə başlayır, aram-aram sifətinə və baş nahiyəsinə təpiklər vurur. Görüntüdə davanın sonunadək P-ni təpiklə vurur. Sonda polis əməkdaşları gəlir və onun hərəkətlərinə son qoyulur. Üzü saqqallı, nisbətən dolu bədən quruluşlu və nisbətən ucaboylu, əynində qara köynək olan şəxs (bundan sonra şərti olaraq A): Davanın gedişində S yumruqla E-ni vurduğuna görə S-in başına taxta parçası ilə iki dəfə vurur, S də qarşılıq olaraq onun başına taxta parçası ilə vurur. Həmin vaxt onun başı qanadığına görə uzaqlaşıb gedir.Bir qədər sonra bir neçə dəfə geri qayıtsa da paltarla qanayan başını tutur, müdaxilə etmir. Bir qədər sonra polis əməkdaşları gəlir. Əynində göy rəngli cins gödəkçə olan (bundan sonra şərti olaraq S1): Bir qədər sonra gəlir, zorakılıq etmir, sözlə ayırmaq istəyir, sonra çıxıb gedir. Bir qədər sonra yenə qayıdıb bir az fırlanıb gedir. Döyülənlərin stolunda olan və kənarda dayanıb sadəcə izləyən şəxs (bundan sonra şərti olaraq E1): kənardan dayanıb baxır, müdaxilə etmir, sonra çıxıb sakitcə gedir. Döyülənlərin masasında əyləşən qadın (bundan sonra şərti olaraq N): zorakılıq etmir, arada qalıb divana yıxılır, fiziki zorakılığa məruz qalmır, ayırmaq istəyir, lakin faydasız olduğunu görüb bir qədər sonra çıxıb gedir. Naxışlı uzunqol köynək geyinmiş şəxs (bundan sonra şərti olaraq S): E ilə ilk başda mübahisə edir, E, Pni döyəndə o da yumruqla E-ni vurur, A onu taxta ilə iki dəfə vurduqdan sonra o da taxta ilə A-nin təpəsindən vurur, T və Z onu döyərək süpürləşdiyinə görə görüntüdən itir. Bir daha geri qayıtmır. Sinəsində zolaq olan, qara rəngli uzunqol poluver, boz cins şalvar, idman ayaqqabısında olan şəxs (bundan sonra şərti olaraq R): Əvvəldən sonadək aralayır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs3 görüntüdə olan şəxsləri belə təsvir etdi: görüntüdə R1 kimi təsvir edilən şəxs özü, E kimi təsvir edilən şəxs “pota” ləqəbli Elşad, T kimi təsvir edilən şəxs Toğrul, R kimi təsvir edilən şəxs Ruslan, Z kimi təsvir edilən şəxs Zamiq, S kimi təsvir edilən şəxs Seymur, A kimi təsvir edilən şəxs Aqil, P kimi təsvir edilən şəxs isə döydükləri Pərvindir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 məhkumluqları olmamış, Təqsirləndirilən şəxs2 isə Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkumluğu ödənildiyinə, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(037)-8/2024 nörməli hökmündən görünür ki, Təqsirləndirilən şəxs5 CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay rayon Mərkəzi Xəstəxanası” X30 tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli PHŞ-6-40/2-84/2023 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, Göyçay rayonu Kürdəmiş kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs4, ünvan 3 ünvanında yaşayan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdurlar. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən “Postravmatik stress pozuntusu” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır, narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Göyçay rayonu Kürdəmiş kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay şəhəri Ə.Cavad küçəsi dalan 2/4-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Göyçay şəhəri İ.Qurbanov küçəsi dalan 3/2-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Göyçay şəhəri M.Muradov küçəsi dalan 31-də yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-83560 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 noybar tarixli 671s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-7880 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-7600 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-18195 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-4830 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 iyun tarixli 2726 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 1015 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Müdafiə Nazirinin 0215t nömrəli 24 dekabr 2020-ci il tarixli əmri ilə “Şücaətə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Müdafiə Nazirinin 0218t nömrəli 28 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması (xx.xx.2020) nəticəsində keçierilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı postkommotsion sefalgik sindrom və vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Partlayış travması (xx.xx.2020) sol gözün görmə sinirinin posttravmatik hissəvi atrofiyası” hərbi travmasını almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-50025 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-11181 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-6329 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Sol təbil pərdəsininperforasiyası, pıçıltı nitqinin eşitməsinin pozulmaması ilə” hərbi travmasını almışdır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1800-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1930-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 2100-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə saat 1735-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində əvvəli xx.xx.2022-ci il saat 1530-dan hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs4 dərhal həbsdən azad edildiyindən müstəntiq Pünhan Şükürlünün eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyindən müstəntiq Pünhan Şükürlünün eyni tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 CM-in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs5 isə CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan, yəni bir-birlərinə baxmaq üstündə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə xəsarətlər yetirmiş, həmin vaxt orada olan Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da onunla birlikdə qanunsuz hərəkətlərini davam edərək özlərini ətrafdakılardan üstün tutmaqla ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs1 xəsarətlər yetirmişlər. Təqsirləndirilən şəxs5 gəldikdə isə o da qardaşı Təqsirləndirilən şəxs4la mübahisə etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs4 xuliqanlıq niyyətilə xəsarət yetirmiş, eyni zamanda heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs6 və Cavad Məlikova xuliqanlıq niyyətilə xəsarətlər yetirərək ictimai qaydanın qərəzli şəkildə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onların əməlini CM-in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrinə tövsif etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, Vətən Müharibəsində iştirak edərək Füzulinin və Xocavəndin azad olunasmına və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif olunması, eyni zamanda Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Sol təbil pərdəsininperforasiyası, pıçıltı nitqinin eşitməsinin pozulmaması ilə” hərbi travmasını alması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, Vətən Müharibəsində iştirak edərək Şuşanın, Kəlbəcərin və Cəbrayılın azad olunasmına, Hərbi Xidmətlərə görə və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif olunması, eyni zamanda Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən ““Partlayış travması (xx.xx.2020) nəticəsində keçierilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı postkommotsion sefalgik sindrom və vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Partlayış travması (xx.xx.2020) sol gözün görmə sinirinin posttravmatik hissəvi atrofiyası”” hərbi travmasını alması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 oğlunun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını və cinayəti törədərkən yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. İttiham aktında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində xüsusilə fəal iştirak etməklə, Təqsirləndirilən şəxs5 isə cinayəti təkrar törətməklə onalrın əməllərində CM-in 61.1.1 və 61.14-cü maddələrinə əsasən məsuliyyəti ağırlaşdırıcı halların olmasına münasibətdə məhkəmə tərkibib qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 46-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. CM-in 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal hesab edilən bu və ya digər hal (məsələn, cinayətin ağır nəticəyə səbəb olması) təqsirləndirilən şəxsə istinad edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi göstərilmişsə (məsələn, qəsdən adam öldürmə cinayətlərində zərərçəkmişin həyatdan məhrum edilməsi), hökmdə cəzanın təyin edilməsi əsaslandırılarkən, təkrar cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilibgöstərilməməsindən asılı deyillər. Cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə cəzanı ağırlaşdıran hal kimi mahiyyərcə şəxsin cinayət törədilməsində qəsdən iştirakını, onun hadisənin inkişafına həlledici təsir etmək imkanlarını göstərir ki, bu da onun şəxsiyyətinin ictimai təhlükəliliyini artırır. Cinayətin iştirakçılarının məsuliyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterindən və dərəcəsindən asılı olduğundan cinayətin törədilməsində xüsusilə fəal iştirak etmənin konkret hansı hərəkətlərdə ifadə olunması dəqiq göstərilməlidir. CPM-in 223.3.5-ci maddəsinə əsasən şəxsin təqsirləndirilə şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində məsuliyyəti ağırlaşdıran hallar göstərilməlidir. Göründüyü kimi ittiham aktında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində xüsusilə fəal iştirak etmələri məsuliyyəti ağırlaşdıran hal kimi göstərilsə də bu kimi iştirakın konkret olaraq hansı hərəkətlərdə ifadə olunması onlara qarşı irəli sürülən ittihamda öz əksini tapmamış, hər iki şəxsin zərərçəkmiş şəxsə yetirdikləri xəsarətlər və onların ardıcıllığı ağırlaşdırıcı hal kimi onlara qarşı irəli sürülən CM-in 126-cı maddənin 2-ci hissəsində nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs5 gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, CM-in 16.1-ci maddəsinə əsasən həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Təqsirləndirilən şəxs5 isə CM-in 126.2.3 və 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən səbəblərə görə məhkəmə hər üç təqsirləndirilən şəxslərin əməllərində məsuliyyəti ağırlaşdıran halların olmaması qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxslər Elşad Mirzəliev və Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsinə gəldikdə məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirən hallarınn məcmusu, o cümlədən Təqsirləndirilən şəxs1 Vətən Müharibəsində iştirak etməklə Füzulinin və Xocavəndin azad olunasmına və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif olunması, eyni zamanda Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Sol təbil pərdəsininperforasiyası, pıçıltı nitqinin eşitməsinin pozulmaması ilə” hərbi travmasını alması, Təqsirləndirilən şəxs4 isə cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması onların ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilir və CM-nin 62-ci maddəsinə uyğun olaraq müstəsna hal hesab edilərək təqsirləndirilən şəxslərin hər ikisinə CM-in 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəzanı təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsləriin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olması onların hər ikisinin barəsində ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin CM-in 8-ci maddəsində nəzərdə tutulan ədalət prinsipinə əsasən onların şəxsiyyətinə uyğun olmamaqla yanaşı, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan şəxsin islah edilməsinə xidmət etmir. Bundan başqa yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bu hissədə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmasa belə onun bir cinayəti törətdikdən sonra yenidən digər şəxslərlə birlikdə ictimai yerdə və gecə saatlarında iştirakını nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunmaqla mümkün ola bilər. Ona görə də onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs5 azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs5 cəzasının yüngülləşdirən hallar kimi yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ondan heç bir şikayət və tələblərinin olmaması ilə yanaşı, ən əsas hal kimi onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni Vətən Müharibəsində iştirak edərək Şuşanın, Kəlbəcərin və Cəbrayılın azad olunasmına, Hərbi Xidmətlərə görə və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif olunması, eyni zamanda Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən “Partlayış travması (xx.xx.2020) nəticəsində keçierilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı postkommotsion sefalgik sindrom və vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Partlayış travması (xx.xx.2020) sol gözün görmə sinirinin posttravmatik hissəvi atrofiyası” hərbi travmasını alması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs5nа 03 (üç) il sınaq müddəti ilə tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Hər iki cinayəti ictimai yerdə törətməsini nəzərə alaraq sınаq müddəti ərzində Təqsirləndirilən şəxs5 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, spirtli içkiləri qəbul etməmək və saat 2200-dan sonra ictimai iaşə yerlərinə getməmək vəzifələri qoyulmаlıdır. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs1, X1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş yetkinlik yaşına çatmayının nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları 05 noyabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 07 noyabr 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 18 mart 2024-cü il tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində, Təqsirləndirilən şəxs4 isə ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidirlər. CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən İsmayıllı rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs5 təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşrıdılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə barəbər tutularaq 06 ay azadlıqdan məhum etmə cəzası hesab edilməli və təyin edilmiş cəzalar qismən torlanaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 05 noyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə olduğu 10 (on) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs5 barəsində təyin edilmiş cəzanı şərti olaraq tətbiq edərkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci maddəsinin də tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxslərə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxslərə onların təqslirli bilindikləri CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasından az həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumların islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. İş üzrə məhkəmə məsrəfi olan 30,6 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 6,12 AZN (altı manat on iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məclləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 05 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 06 (altı) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu 07 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məclləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 05 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3 və 126.2.4-cü maddələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məclləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 05 noyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs kimi həbsdə olduğu 10 (on) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərərk məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məclləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs5 üzərində qəti olaraq 06 (altı) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq 06 ay azadlıqdan məhrum etmə cəzası hesab edilsin və təyin edilmiş cəzalar qismən torlanaraq üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs5 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs5 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, spirtli içki qəbul etməmək və saat 2200-dan sonra ictimai iaşə obyektlərinə getməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 davranışı üzərində nəzarətin həyata keçirilməsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30,6 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 6,12 AZN (altı manat on iki qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq, bir ədəd yanğınsöndürən balon, pivə bakalı və şüşə qab qırıntıları məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surətlərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-13/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-13/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver