Məhkəmə qərarları › İş №1(091)-13/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-13/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-13/2025 13.01.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əfəndizadə Tural Qurbanəli oğlu, hakimlər Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclas katibi – X14, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3Vahid oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Şəki şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, azərbaycanlıdır, evlidir, himayəsində bir az yaşlı övladı vardır, orta ixtisas təhsillidir, məhkum olunmuş, fərdi əməklə məşğul olurdu, Paşa Əliyev küçəsi 29 ünvanda qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamışdır, 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 avqust 2023cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1998-ci ildə Şəki şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, azərbaycanlıdır, subay, orta təhsillidir, məhkumluğu olmayan, fərdi əməklə məşğul olurdu, Heydər Əliyev prospekti 26 ünvanda qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamışdır, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1973-cü ildə Şəki şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, azərbaycanlıdır, evlidir, orta təhsillidir, məhkumluğu olmayan, fərdi əməklə məşğul olurdu, Heydər Əliyev prospekti 20 ünvanda qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamışdır, 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Şəki şəhəri, H.Əliyev prospektində narkotik vasitənin alınmasında onun mənafeyindən çıxış edən, tanışı Təqsirləndirilən şəxs3 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs2 10 (on) manat pul müqabilində bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə etməklə daşıyaraq üzərində saxlamış, 15 avqust 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 15 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər- Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 16 avqust 2023-cü il tarixdə, saat 01:22 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən həmin bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi olmadan, özünün və tanışı Təqsirləndirilən şəxs1 istifadə etməsi məqsədi ilə qanunsuz olaraq 15 avqust 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 10 (on) manat pul müqabilində ona psixotrop maddə olan metamfetamin alması barədə xahişindən sonra, sonuncunun mənafeyindən çıxış edərək Təqsirləndirilən şəxs1 verdiyi 10 (on) manat pulun üzərinə özü də 20 (iyirmi) manat qoymaqla 15 avqust 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 3 ünvanının qarşısındakı küçədə qonşusu Təqsirləndirilən şəxs2 bir bükümü 10 (on) manat olmaqla 30 (otuz) manata bir bükümü Təqsirləndirilən şəxs1 üçün, iki bükümünü isə özü üçün olmaqla cəmi üç ədəd gümüşü-ağ rəngli kağız bükümdə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda çəkiləri 0,081 qram, 0,086 qram, 0,281 qram olmaqla, ümümi təmiz çəkisi 0,448 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin almaqla əldə edib, daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddə olan metamfetaminin bir ədəd gümüşü ağ rəngli bükümdə olan 0,281 qram hissəsini 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Şəki şəhəri, H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs1 verərək sonuncunun psixotrop maddə olan metamfetamin əldə etməsinə vasitəçilik etdikdən sonra, 15 avqust 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 16 avqust 2023-cü il tarixdə, saat 01:22 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən həmin bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 16 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «Macara» otelinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 05:21 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,086 qram olmaqla, ümümi çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan külli miqdarda, ümumi təmiz çəkisi 58,596 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 91,077 qram çəkidə narkotik vasitə olan heroin və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 4295.99 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib bir hissəsini üzərində və bir hissəsini yaşadığı Şəki şəhəri, Heydər Əliyev prospekti 20 ünvanında yerləşən fərdi yaşayış evində gizlədərək saxlamış, 15 avqust 2023-cü il tarixdə, saat 22 radələrində qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etməməklə saxladığı həmin külli miqdarda psixotrop maddə olan metamfetaminin üç ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,081 qram, 0,086 qram, 0,281 qram olmaqla ümumi çəkisi 0,448 qram olan hissəsini Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən «Elman» şirniyyat sexinin yaxınlığında 30 (otuz) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, sonuncu özünün və tanışı Təqsirləndirilən şəxs1 istifadə etməsi məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin psixotrop maddə olan metamfetaminin bir ədəd gümüşü ağ rəngli bükümdə olan 0,281 qram hissəsini 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Şəki şəhəri, H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs1 verərək sonuncunun mənafeyindən çıxış etməklə psixotrop maddə olan metamfetamin əldə etməsinə vasitəçilik etdikdən sonra, 15 avqust 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 16 avqust 2023-cü il tarixdə, saat 01:22 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən həmin bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 16 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «Macara» otelinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 05:21 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,086 qram olmaqla, ümümi çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 16 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən «Elman» halva sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 10:40 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı iki ədəd qızılı-ağ rəngli kağız ayrı-ayrı bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,38 və 0,61 qram olmaqla ümumi təmiz çəkisi 0,99 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd şəffaf sellofan bükümdə 0,384 qram çəkidə narkotik vasitə hesab edilən heroin və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,154 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 16 avqust 2023-cü il tarixdə, saat 12:50 dəqiqədən başlayaraq onun yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin ona aid olan yataq otağındakı dolabdan qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı bir ədəd bənövşəyi rəngli sellofan torbada külli miqdarda, ümumi çəkisi 4295,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, çarpayının üstünə salınmış döşəyin altından qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan ağ rəngli sellofan bükümdə külli miqdarda, ümumi çəkisi 57,994 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı ağ rəngli sellofan bükümdə külli miqdarda, ümumi çəkisi 90,693 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 özünü ona CM-in 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Belə ki, narkotik vasitədən istifadə edir. Hadisə günü Təqsirləndirilən şəxs3 zəng etmiş və demişdir ki, narkotik vasitə olsa onada xəbər edər. Elə olub Faiqlə zəngləşmiş və ondan narkotik vasitə götürmək üçün dediyi ünvana getmişdir. Həmin vaxt evə tələsirmiş. Çünki qandalı olmuşdur. Təxminən saat 11:30 radələri olmuşdur. Faiqlə görüşmüş və narkotik vasitəni yarı-yarıya bölmüşlər. Bundan sonra evinə doğru gedirmiş. Biraz aralanmışdır ki, polis əməkdaşları onu saxlamışlar. Bundan sonra onu polis şöbəsinə aparmışlar və təzyiq göstərmişlər. Hətta polis əməkdaşları onu döyüb, söyüş söyərək təhqir etmişlər. Bundan sonra polis şöbəsinə Təqsirləndirilən şəxs2 gəlmişdir. O, Elmanı həmin vaxt orada tanımışdır. Əvvəllər Elmanla tanışlığı olmamışdır. Polis əməkdaşları Elmandan soruşmuşlar ki, Alimi tanıyırsan? Elman onu tanımadığını bildirmişdir. Eyni qaydada o da demişdir ki, Elmanı tanımır. Səhv etmirsə Elmanın əynində şortik və mayka olmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən Faiqdən aldığı narkotik vasitə çıxmışdır. Həmin narkotik vasitə ağ kağıza bükülü olmuşdur. İttiham aktında göstərilmişdir ki, üzərindən gümüşü rəngli kağızda narkotik vasitə çıxmışdır. Onun üzərində gümüşü rəngli kağıza bükülü narkotik vasitə olmamış və ittiham aktında göstərildiyi miqdarda olmamışdır. Üzərindən aşkar olunan narkotik vasitə istehlak miqdarından az olmuşdur. Şəxsi axtarış zamanı heç bir tərəzidən istifadə olunmamışdır. Sonradan ittiham aktını oxumuş və görmüşdür ki, narkotik vasitənin çəkisi artırılmış və kağız dəyişdirilmişdir. Eyni zamanda, onu qeyd etmişdir ki, ibtidai istintaq zamanı o məzmunda ifadə verməmişdir. Belə ki, müstəntiq ifadəsinə əlavələr etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Faiqə demişdir ki, hansı növ narkotik vasitə tapsan ona da xəbər etsin. Faiq ona narkotik vasitə olan metamfetamin vermişdir. Həmin narkotik vasitəni Faiqdən götürdüyü ərazidə iki yerə bölmüşlər. Həmin ərazi səhv etmirsə Zaqatala küçəsi olmuşdur. Faiqlə aramızda pul söhbəti olmamşdır. Yay vaxtı olmuşdur. Faiqə 10 manat pul vermiş və demişdir ki, su və siqaret alarsan, qalan pulu da telefonuna kontur vurarsan. Faiqə 10 manat pul vermişdir. Faiqin narkotik vasitəni haradan əldə etdiyi barədə məlumatı olmamışdır. Onu axşam saat 22:30 radələrində saxlamışlar. Elmanın hansı vaxt saxlanıldığını bilmir. O, Elmanı polis şöbəsində görmüşdür. Saxlanılan vaxt üzərində mobil telefon olmuşdur. ***-***-**-** mobil nömrəsi üzərində olmuşdur. Polis şöbəsində onu döymüşlər. Hətta ona təcili tibbi yardım gəlmişdir. Başına o qədər vurmuşlar ki, təcili tibbi yardım maşını gəlmişdir. Döyüldükdən sonra burnu qanamışdır. Bədənində bariz şəkildə görünən göyərmələr yox idi. Polis əməkdaşları əsasən başına vururmuşlar. Penitensiar müəssisəyə daxil olan vaxt bədəninə baxış keçirmişlər. Bədənində yüngülvari qızarmalar var idi. Birdə köynəyində qan ləkəsi olmuşdur. Səhv etmirsə xəsarətləri qeydiyyata alınmışdır. Bədənində göyərmələr olmamışdır. Onu polis şöbəsinə axşam saat 10-11 radələrində gətirmişlər. O, Elmanı axşam saat 11 radələrində polis şöbəsində görmüşdür. Onu ikinci mərtəbədə otağa aparmışlar. Daha sonra Elmanı həmin otağa gətirmişlər. Elmanın ayağında hamam şəpiyi, əynində isə şortik və mayka olmuşdur. Polis əməkdaşları Elmana sual vermişlər ki, Alimi tanıyırsan? Elman onu tanımadığını qeyd etmişdir. Eyni zamanda, o, da onu tanımadığını qeyd etmişdir. Bundan sonra Elmanı başqa yerə aparmışlar. Elmanı tutulana qədər tanımamışdır. Elmanla arasında heç bir münasibəti olmamışdır. Elmanı etap olduqdan sonra görmüşdür. Elmanı görən vaxt vəziyyəti yaxşı deyildir. Səhərə yaxın ona təcili tibbi yardım maşını gəlmişdir. Çünki vəziyyəti yaxşı olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərmişlər. Faiqlə zəngləşib görüşmüşlər. İlkin olaraq kimin saxlanıldığını bilmir. O Faiqi sonradan polis şöbəsində görmüşdür. Faiqlə üzləşməsi olmamışdır. Faiqlə bağlı ondan heç nə soruşmamışlar. Polis şöbəsində ona təzyiq olunmuşdur. Vəkili olmamışdır. Belə ki, vəkili üç dəfə görmüşdür. Birinci dəfə üzərinə şəxsi axtarış keçirən vaxt vəkili olmuşdur. Daha sonra vəkili işi bağlanan vaxt görmüşdür. Vəkilinə ona olunan qanunsuzluqla bağlı heç nə deməmişdir. Çünki həmin vaxt polis şöbəsində olmuş və qorxmuşdur. O, vəkillə təklikdə görüşməmişdir. Polis şöbəsində iki gün qalmışdır. Bundan sonra onu X3 etap etmişlər. Ona olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir. Müstəntiq ifadəsinə əlavələr etmişdir. Elan edilən məzmunda ifadə verməmişdir. Müstəntiq ona sual vermişdir ki, sənə təzyiq olunubmu? Həmin vaxt ona təzyiq olunduğu barədə müstəntiqə məlumat vermişdir. Faiqə 10 manat pul vermişdir. Faiqə 10 manat pul verib narkotik vasitə olan metamfetamini götürmüşdür. Sonra həmin metamfetamini yarı-yarıya Faiqlə bölmüşdür. 10 manat pulu Faiqə narkotik vasitənin əvəzi olaraq verməmişdir. Faiqə 10 manat pulu su və siqaret alması məqsədilə vermişdir. Narkotik vasitə almaq və ya satmaq məqsədilə verməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 özünü ona CM-in 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü günorta saat 4-5 radələrində Alim ona zəng etmiş və demişdir ki, nəsə alası olsa onada də xəbər edər. O da ona demişdir ki, bir nəfərə zəng etmiş və ondan narkotik vasitə götürəcəkdir. Elmana 30 manat pul vermiş və narkotik vasitə olan metamfetamini götürmüşdür. Sonra Alimə zəng etmiş və narkotik vasitəni götürə biləcəyini bildirmişdir. Axşam 10 radələrində Alim narkotik vasitəni ondan götürmüşdür. Bundan sonra gecə 02 radələrində küçəyə çıxmışdır. Həmin iki büküm narkotik vasitə üzərində olmuşdur. Bundan sonra polis əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Sonra videoçəkiliş oldu və üzərindən iki büküm narkotik vasitə olan metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, narkotik vasitə olan metamfetamini Elmandan almışdır. Elmandan 3 büküm narkotik vasitə almış və 30 manat pul vermişdir. Alimə metamfetamin verən vaxt ona 10 manat pul vermişdir. Elmandan əvvəllər narkotik vasitə almamışdır. Birinci dəfə idi ki, Elmandan narkotik vasitə alırmış. Elman onun qonşusudur. Elman bilirdi ki, o, narkotik vasitə istifadə edir. Onu axşam saat 02 radələrində saxlamışlar. O, polis şöbəsinə daxil olan vaxt Alim və Elman orada olmuşdur. O, polis şöbəsinə girən vaxt Alim demişdir ki, narkotik vasitəni Faiqdən almışdır. Elmanda bildirmişdir ki, Faiqə narkotik vasitəni o, vermişdir. Gecə 2 radələrində polis şöbəsinə gəlmişdir. Həmin vaxt Elmanı polis şöbəsində görmüşdür. Elmanın əynində səhv etmirsə, şortik və mayka olmuşdur. Elmanı görən vaxt vəziyyəti yaxşı deyildir. Elmanın üzündə qan yox idi. Düşünür ki, Elmanı polis şöbəsində döymüşdürlər. Polis əməkdaşları ona təzyiq ediblər. Polis şöbəsinə gedən vaxt atasıda onunla birlikdə gəlmişdir. Atasının polis şöbəsinə girdiyini görməmişdir. Alim və Elmanı ondan əvvəl saxlamışlar. Alim polis şöbəsində demişdir ki, narkotik vasitəni Faiqdən almışdır. Elman da demişdir ki, Faiqə narkotik vasitəni o, vermişdir. Təqsirləndirilən şəxs2 onun qonşusudur. Bilmişdir ki, Alim narkotik vasitədən istifadə edir. Narkotik vasitəni Alim özü ona zəng edib istəmişdir. Alim telefonda ona demişdir ki, narkotik vasitə götürəsi olsa ona da xəbər edər. O da ona birazdan narkotik vasitə götürəcəyini bildirmişdir. Alimlə axşam saat 10 radələrində görüşmüşdür. Alim qolbağı olduğu üçün tələsirmiş. Alimlə arasında pul söhbəti olmamışdır. Narkotik vasitəni Elmandan əldə etmişdir. Bilmişdir ki, Elman narkotik vasitədən istifadə edir. Elmana 30 manat vermiş və əvəzində 3 büküm narkotik vasitə olan metamfetamin götürmüşdür. Bükümlərin ikisi özünə götürmüşdür. Digərini isə Alimə vermişdir. Polis əməkdaşları ona təyziq etmişlər. Ona olunan təyziqlə bağlı vəkilinə heç nə deməmişdir. Günahıyla barışdığı üçün vəkilə heç nə deməmişdir. Narkotik vasitədən mütamadi olaraq istifadə etməmişdir. Üzərindən aşkar olunan iki büküm ona məxsus olmuşdur. Elmandan aldığı 3 büküm narkotik vasitə eyni rəng kağızda olmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, avqustun 15-i axşam saat 11- 12 radələrində, yəni təxminən 23:00 radələrində onun evinə 9-10 nəfər polis əməkdaşları basqın etmişdir. Onun həmin vaxt qonşusu “Namiq” adlı şəxslə həyətində oturub çay içirmiş. Həmin vaxt əynində isti sudan çıxdığı üçün şortik və şəpik olmuşdur. Polislər evə daxil olandan sonra 15-20 dəqiqə onu dala-qabağa sürümüş və o, nə məqsədlə onu apardıqlarını soruşmuşdur. Ona demişlər ki, polis şöbəsinə getməlidir. O, səbəbini soruşduqda, ona “Alim” adlı şəxsə narkotik vasitə satdığını bildirmişlər. O, elə bir adamı tanımadığını və evdən heç bir yerə çıxmadığını bildirmişdir. Onunla qonşusu Namiqi polis şöbəsinə aparmışlar. Bu vaxt gecə saat 12-yə qalmış olarmış. X31i gətirmişlər və ona narkotik satdığını bildirmişlər. O, ümumiyyətlə, həmin şəxsi tanımadığını bildirmişdir. Alim də onu tanımadığını təsdiqləmişdir. Polislər yenə də gözləməli olduğunu bildirmişlər. O, gözləmiş və saat təxminən 01:30 radələrində X30 gətirmişlər. Faiq ora gələndə onu görmüşdür. Həmin vaxt əynində şortik olmuş və əli qandallı olmuşdur. Faiq bunu orada ifadəsində də bildirmişdir. Faiqə təzyiq edirdilər ki, desin ki, narkotiki Elmandan almışdır. Faiq bununla razılaşmır və onunla qonşu olduğunu bildirirmiş. Bir müddət sonra onları üz-üzə qoymuşlar. Onu əməliyyatçıların otağına aparmışlar. “Coşqun” adlı əməliyyatçı onun sağ çiynindən güclü dozada narkotik vasitə vurmuşdur. O, huşunu itirmiş və səhər ayılmışdır. Həmin vaxt artıq onun əynində şortik deyil, qara rəngdə şalvar olmuşdur. Onu təcili tibbi yardım gəlib ayıltmışdır. Ona səhər vaxtı evinə gedib baxış keçirmək istədiklərini bildirmişlər. O, axşam onun evində olduqlarını və həmin vaxt baxış keçirmək imkanlarının olduğunu bildirmişdir. Ona demişlər ki, onun evində matrasının altında və sevrantda narkotik vasitə olmasını boynuna almalıdır. Əks halda indi nə halda olduğunu görür və onu bundan daha pis hala salarlar. Ona demişlər ki, çəkiliş zamanı narkotik vasitəni boynuna almasa, 25 yaşlı oğlunun üstünə narkotik qoyacaqlar. O, beləcə ölümü görüb gəlmişdir. O, Faiqə narkotik vasitə satmamış, Alimi isə ümumiyyətlə tanımır. Digər təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bilir, o, isə ümumiyyətlə təqsirli bilmir. Onu polis şöbəsinə tək aparmayıblar. Bundan başqa, evində evdə anası və Bakıdan qonağı olmuşdur. Yəni şahidlər var və onlar təsdiq edə bilər ki, onu gecə saat 11-12 radələrində aparıblar. Lakin ittiham aktında yalandan göstərilmişdir ki, onu güya saat 09:40 radələrində evinin qarşısında tutmuşlar. Xahiş edir ki, bu məsələləri tam aydınlaşdırılsın. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Faiqə narkotik vasitə verməmişdir. Faiq onun qonşusudur. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Tutulduğu ərəfələrdə o, narkotik vasitə istifadə etmirmiş. O, narkotik vasitə heroindən əvvəllər istifadə etmiş və sonra narkotikdən istifadəni tərgitmişdir. Müstəntiqə verdiyi ifadəni oxumuşdur. İbtidai istintaq zamanı ifadə verdiyi vaxt vəkili yanında olmamışdır. O, həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılarkən müstəntiq göstərmişdir ki, vəkilin Səbuhi müəllimdir. Ondan əvvəl iki gün vəkilin iştirakı olmadan ondan izahat alınmışdır. O, polislərin verdiyi sənədlərə də vəkili olmadan imza çəkirmiş. O, imza çəkəndə heç nəyi oxumurmuş. Onu 15 avqust saat 23:00 radələrində saxlamışlar. Onun evinin içindən, həyətindən aparmışlar. Bunu təsdiq edən şahidləri vardır. Evinə 9-10 nəfər polis əməkdaşı gəlmişdir. Polislər gələndə evdə ondan başqa anası, qonşusu Namiq və Bakıdan gələn qonağı olmuşdur. Onu polis şöbəsinə əməliyyatçıların otağına aparmışdırlar. Ona Alimə narkotik vasitə satdığını bildirdilər. Alimi görəndə ümumiyyətlə, onu tanımadığını bildirmişdir. Onu 16 avqust saat 09:40-da saxlamaqları barədə iş materiallarında göstərilənlər tamamilə yalandır. O, axşamdan səhərə kimi polis şöbəsində müdafiəsiz qalmışdır. Faiqin atası gecə saat 03- 04 radələrində polis şöbəsinə gələndə onu görmüşdür. O, gecə qolu qandallı polis şöbəsinin koridorunda olmuşdur. Faiqin atası onu orada görmüşdür. Ona narkotik vasitə vurmuşdurlar, oyananda əynində şortik deyil, şalvar olmuşdur. Bundan betər işgəncə yoxdur. Səhər saat 06-ya qalmış üzərinə təcili tibbi yardım gəlmişdir. O, Alim və Faiqin heç birinə narkotik vasitə satmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən heç nə bildirməmişdir. Məhkəməyə gələn kimi o, iki gün müdafiəsiz qalmışdır. Ona vəkili də məhkəmədə göstərmişlər. Məhkəmə prosesində müstəntiq də oturmuşdur. O, heç nə deyə bilməzmiş. O, ola bilər ki, ibtidai araşdırma dövründə birinci dəfə məhkəmə qarşısına çıxanda nə isə demişdir. Amma ikinci dəfə məhkəmə qarşısına çıxanda danışmış və həbs müddəti uzadılmamışdır. İkinci dəfə müstəntiq Alim və onu məhkəmə qarşısına çıxarmışdır. O, orada sözünü demişdir. Bundan sonra həbs müddəti uzadılmamışdır. Elan olunan ifadələri alınarkən vəkili Səbuhi müəllim olmuşdur. O, prokurorluğa şikayət etmiş, Mazan Fətəliyev onun ifadəsini almış və ona bildirmişdir ki, onun işin yenidən başlanılır. Prokurorluqda anasıgil də gedib ifadə vermişdir. O, xahiş etmişdir ki, Müşfiq Qasımov deyil, başqa müstəntiq onun işini aparsın. Ona demişlər ki, narahat olma, onun yenidən ifadəsi alınacaqdır və işə yenidən baxılır. Bundan sonra o, Səbuhi müəllimin iştirakı olmadan ifadə verməmişdir. Prokurorluğa şikayət edəndən sonra demişdirlər ki, ifadən yenidən alınacaqdır. Prokurorluğa evdən də şikayətlər olunmuşdur. Prokurorluğa şikayət olunandan sonra ifadəsini vəkilin iştirakı ilə vermişdir. O, ibtidai istintaq zamanı ifadəsində yazılanları görəndən sonra, prokurorluğa şikayət etmişdir. O, ibtidai istintaqda hər şeyə imza çəkmişdir. İynəni sağ çiyninə vurmuşdurlar və bundan sonra özündə olmamışdır. Onu təcili tibbi yardım ayıltmışdır. Faiqə narkotik vasitə satmamışdır. Faiqin ondan narkotik vasitə almasını bildirməsi tamamilə yalandır. Avqustun 15-i Faiq ona zəng etməmişdir. ***-***-**-** onun mobil nömrəsidir. Avqustub 15-i Faiq ona zəng etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş verə biləcək cinayətlərin qarşısını almaqdan, baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, “Alim” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbul etməsi, üstündə saxlaması və satışı ilə məşğul olması barədə 15 avqust 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman, “Alim” adlı şəxsin, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Həmin məlumat tərəfindən rəsmiləşdirilmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunaraq onnun cinayət başında yaxalanmaları məqsədi ilə Şəki ŞRPŞ-nin PPXT-nın polis nəfəri, polis serjantı Şahid6 və onun özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa rəhbərlik ona həvalə edirmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Bundan sonra həmin gün saat təxminən 23 radələrində Şahid6la birlikdə Şəki şəhəri, Heydər Əliyev prospektində əməliyyat tədbirləri keçirən zaman həmin küçədə, Bağbanlar küçəsinin kəsişdiyi yerin yaxınlığında Təqsirləndirilən şəxs1 müəyyən edib yaxınlaşaraq ona polis əməkdaşları olduqlarını, həmçinin onun narkotik vasitə əldə etməsi, üstündə saxlaması və narkotik vasitənin satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməsini demişlər. Alim də vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. X25 gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyata alınması və üzərində şəxsi axtarış aparılaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün Şöbə rəisinə raportla məruzə etmişdir. Həmin raportun icrası X16ya həvalə edildiyindən, Təqsirləndirilən şəxs1 qeydiyyata götürüldükdən sonra həmin təhqiqatçının xidməti iş otağına aparmışdır. Təhqiqatçı xidməti iş otağında Təqsirləndirilən şəxs1 hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etdi, sonuncu vəkillərdən Ruslan Salahovu seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs1 da etiraz etməmişdir. Bundan sonra Alimin üstünə şəxs axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Alimə üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Alim əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibində saxladığı bir ədəd bükülünü, digər cibində köhnə «Nokia» markalı düyməli mobil telefonu və ayağında qoşulmuş qolbağın idarəetmə sistemini çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Alimin üstünü axtardı və heç nə aşkar edilməmişdir. Alimin üstündən aşkar edilmiş gümüşü ağ rəngli kağız bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təhqiqatçı Alimdən, həmin maddənin nə olduğunu soruşduqda, Alim ona, həmin maddənin patı, yəni metamfetamin olduğunu, tanışı Faiqdən 10 manata aldığını bildirmişdir. Həmin maddə kağızla birlikdə ağ rəngli zərfin içərisinə qoyularaq bağlanmışdır. Həmçinin Alimin üstündən aşkar olunmuş bir ədəd «Nokia» markalı mobil telefon digər zərfrə qoyularaq bağlanıb möhürlənmişdir. Həmin zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Təhqiqatçı sorğu-sual edən zaman Alim bildirmişdir ki, üstündən aşkar olunmuş metamfetamini xx.xx.2023-cü il gecə Şəki şəhərində Faiq adlı tanışından 10 manat verib özü istifadə etmək məqsədilə almışdır. Bundan sonra şəxsi axtarışla bağlı aparılan videoçəkiliş dayandırılmış, videoçəkiliş iştirakçılara nümayiş etdirilmişdir. Sonda isə təhqiqatçı şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edib ucadan oxumuş, düz yazıldığı üçün protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Şəki şəhər sakini kimi üzdən tanıyır, onunla heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmayıb. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ətrafıdnda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı onların narkotik vasitə qəbul etmələri və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Ancaq Təqsirləndirilən şəxs1 konrket harada və kimlərə narkotik vasitə satması barədə dəqiq məlumat əldə olunmamışdır. Lakin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 10 manat dəyərində metamfetamin təşkil etməsini xahiş etmiş, sonuncu da tanışı Təqsirləndirilən şəxs2 bir bükümü 10 manat olmaqla 30 manat verib üç büküm metamfetamin almış, həmin metamfetaminin bir bükümünü 10 manata Təqsirləndirilən şəxs1 satmışdır. İki bükümü isə özü istifadə etmək üçün saxlamışdır. Həmçinin əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 da narkotik vasitənin və psixotrop maddənin qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. X26 başqa kənar şəxslərə psixotrop maddə satmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Elmanın üstündən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri nə vaxt, harada və kimlərdən əldə etməsini müəyyən etimək mümkün olmamışdır. Bu sahədə əməliyyat tədbirlərimiz davam etdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 və Şirxan Seyidməmədovla birlikdə Təqsirləndirilən şəxs1 Şəki şəhərində saxlayaraq Polis Şöbəsinə gətirilmişlər. X23 üzərində şəxsi axtarış aparılmış və üstündən bir büküm psixotrop maddəyə bənzər maddə aşkar olunmuş, Alim həmin psixotrop maddəni Şəki şəhər sakini Faiq adlı şəxsdən aldığını bildirmişdir. Bununla bağlı Təhqiqat bölməsinin təhqiqatçısı Əhməd Rəsullu tərəfindən əməliyyat tapşırığı yazılmış və həmin əməliyyat tapşırığı göstərilən tarixdə icraatıma daxil olmuşdur. Həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı «Faiq» adlı şəxsin, xx.xx.1998-ci il təvəllüdlü, Şəki şəhəri, Heydər Əliyev prospekti 26 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Şəki ŞRPŞ-nin PPXB-nün sıravi polis nəfəri vəzifəsində işləyən Şahid4 ilə birlikdə keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs3 həmin gün gecə saat 03:30 radələrində Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «Macəra» adlanan otelin qarşısında müəyyən edib yaxınlaşaraq ona polis əməkdaşları olduğumuzu, həmçinin ona narkotik vasitə satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməsini demişlər. Faiq vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. X30 gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyata alındıqdan sonra üzərində şəxsi axtarış aparılaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün X16nun xidməti iş otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında Faiqə hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etmiş, sonuncu vəkillərdən Müdafiəçi2 seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət etmişdir. Təhqiqatçı tərəfindən Faiq şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmiş, Faiq də etiraz etməmişdir. Bundan sonra Pərvizin üstünə şəxs axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Faiqdən üstündə olan əşyaları çıxarıb stolun üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Faiq əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd gümüşü ağ rəngli kağız bükümləri və şalvarın digər cibindən bir ədəd mobil telefonu çıxarıb stolun üstünə qoyub, üstündə başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı Faiqin üstünü axtarmış, lakin heç nə aşkar olunmamışdır. Təhqiqatçı Faiqin üstündən aşkar olunmuş iki ədəd kağız bükülüləri açıb baxdıqda içərisində psixotrop maddəy metamfetaminə oxşar maddə olduğu müəyyən olunmuşdur. Təhqiqatçı həmin kağız bükülüləri ağ rəngli boş zərfə qoyub bağlayıb möhürləmişdir. Həmçinin təhqiqatçı Faiqin üstündən aşkar olunmuş mobil telefonu başqa bir boş zərfə qoyaraq bağlayıb möhürləmişdir. Həmin zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Daha sonra videoçəkiliş dayandırılmışq, onlara nümayiş etdirilmişdir. Sonda isə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunub ucadan oxunmuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sorğu sual zamanı Faiq bildirmişdir ki, tanışı Amil ondan Elmandan 10 manatlıq metamfetamin alıb verməsini xahiş etmiş, o da Elmanla görüşüb bir bükümü 10 manat olmaqla 30 manat dəyərində 3 büküm metamfetamin almış, bir bükümünü 10 manat müqabilində Alimə vermişdir. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Faiqlə onun heç bir münasibəti, düşmənçiliyi və yaxud şəxsi ədavəti olmayıb. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ətrafıdnda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilən zamanı həmin şəxslərin narkotik vasitə qəbul etmələri və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Ancaq Təqsirləndirilən şəxs1 konrket harada və kimlərə narkotik vasitə satması barədə dəqiq məlumat əldə olunmamışdır. Ancaq keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 bir bükümü 10 manat olmaqla 30 manata 3 büküm metamfetamin almış, bir bükümünü 10 manata Alimə vermiş, qalan iki bükümü özü istifadə etmək üçün saxlamışdır. Alim və Faiqin kiməsə narkotik vasitə və ya psixotrop maddə satmaları barədə heç bir məlumat əldə olunmamışdır. Həmçinin Elmanın da narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. X26 başqa kənar kimlərə psixotrop maddə satması, eləcədə narkotik vasitə satması barədə dəqiq məlumat əldə olunmamışdır. Bundan başqa Elmanın üstündən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri nə vaxt, harada və kimlərdən əldə etməsini müəyyən etimək mümkün olmamışdır. Bu sahədə əməliyyat tədbirlərimiz davam etdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, onun əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan, cinayət törətmiş şəxslərin tutulmasından, baş verə biləcək cinayətlərin qarşısını almaqdan, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Mahiyyəti üzrə bildirmişdirəm ki, 16 avqust 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin təhqiqat bölməsindən icraatıma əməliyyat tapşırığı daxil olmuşdur. Həmin əməliyyat tapşırığında göstərilmişdir ki, Şəki şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Alim Şəki şəhərində saxlanılıb Polis Şöbəsinə gətirilmiş, X31 şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman onun üstündən bir büküm psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Alim özü etiraf edərək həmin maddənin metamfetamin olduğunu, özü istifadə etmək üçün Şəki şəhər sakini Faiq adlı şəxsdən 10 manata aldığını bildirmişdir. X16 tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında «Faiq» adlı şəxs, yəni Təqsirləndirilən şəxs3 Şöbənin Narkotiklərlə mübarizə qrupunun əməliyyati müvəkkili Şahid2 və polis nəfəri Şahid4 tərəfindən keçirilmiş tədbirlər zamanı Şəki şəhərində saxlanılaraq Polis Şöbəsinə gətirilərək Təhqiqat bölməsinə təqdim olunmuşdur. X16 Faiqidə şübhəli şəxs qismində tutub üzərində şəxsi axtarış aparan zaman onun üstündən iki büküm psixotrop maddəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Faiq də, üstündən aşkar olunmuş psixotrop maddəni Elman adlı şəxsdən aldığını bildirmişdir. Elman adlı şəxsin şəxsiyyəti müəyyən edilərək Polis Şöbəsinə gətirilməsi məqsədilə, Təhqiqat bölməsinin təhqiqatçısı Əhməd Rəsullu tərəfindən əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığı göstərilən tarixdə icraatıma daxil olduqdan sonra icrası ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı «Elman» adlı şəxsin, xx.xx.1973-cü il təvəllüdlü, Şəki şəhəri, Heydər Əliyev prospekti 20 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Şəki ŞRPŞ-nin PPXB-nün sıravi polis nəfəri vəzifəsində işləyən X5 ilə birlikdə keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs2 həmin gün səhər təxminən saat 08:30 radələrində Şəki şəhəri, H.Əliyev prospektində yerləşən «Elman» şirniyat sexinin yaxınlığında saxlayıb, ona narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib həmin məlumatın yoxlanılması məqsədilə onlarla birlikdə Polis Şöbəsinə getməsini təklif etmişlər. Elman da vəziyyəti başa düşüb etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə gəlmişlər. X32 gətirilən şəxslərin qeydiyyatı jurnalında qeydiyata alınması və üzərində şəxsi axtarış aparılaraq qanuna müvafiq qaydada tədbir görülməsi üçün Şöbə rəisinə raportla məruzə etmişdir. Həmin raportun icrası X16ya həvalə edildiyindən, Elman həmin təhqiqatçının xidməti iş otağına aparmışlar. Təhqiqatçı xidməti iş otağında Elmana hüquqlarını, eləcə də müdafiəçi tutmaq hüququnun olmasını izah edərək vəkillərin siyahısı ilə tanış etdi, sonuncu vəkillərdən Səbuhi Rəcəbovu seçdiyi üçün təhqiqatçı həmin vəkili xidməti iş otağına dəvət edib Elmana təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Elman şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələrini izah edilməklə bərabər proses iştirakçılarına etiraz etmək hüququnu da izah edib, video çəkiliş aparmaqla üstünə şəxsi axtarış aparılacağını bildirmişdir. Elman da etiraz etməmişdir. Bundan sonra Elmanın üstünə şəxs axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı Elmana üstündə olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Elman da əynindəki qara rəngli şalvarın sol yan cibindən 2 manat, sağ yan cibimdən isə 4 ədəd bükülüləri çıxarıb masanın üzərinə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı Elmanın üstünü axtarsada heç nə aşkar olunmamışdır. Təhqiqatçı bükülüləri açıb baxdıqda, içərisində metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Təhqiqatçı həmin maddələri ağ rəgnli boş zərfə qoyub bağlayıb möhürləmişdir. Həmçinin Elmanın üstündən aşkar olunmuş iki ədəd 1 manat olmaqla cəmi 2 manat pullar iş üçün subut əhəmiyyəti kəsb etdiyinə görə təhqiqatçı həmin pulları da digər boş zərfə qoyub bağlayıb möhürləmişdir. Zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sorğu sual zamanı Elman etiraf edərək Faiqə 30 manat müqabilində 3 büküm metamfetamin satdığını, aldığı pulu xərclədiyini üstündə 2 manat qaldığını, həmçinin yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Buna görə təhqiqatçı vəkilin, onun öüzünün, polis nəfərinin və Elmanın özünün iştirakı ilə sonuncunun yaşadığı evə videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Baxış zamanı Elman, evinin birinci mərtəbəsində yerləşən özünün deməsinə görə ona məxsus yataq otağında olan şkafdakı paltarların arasında gizlətdiyi sellofan torbanı çıxarıb təqdim etmişdir. Daha sonra yataq otağındakı qoyulmuş çarpayının üstündəki döşəyi qaldırıb altında olan iki ədəd sellofan bükülüləri və bir ədəd elekton tərəzini təqdim etmişdir. Sellofan torba açılıb baxıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Sellofan bükülülər açılaraq baxdıqda birinin içərisində ağ rəngdə psixotrop maddə metamfetaminə oxşar maddə, digərində isə qəhvəyi rəngdə narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Elman bildirmişdir ki, sellofan torbadanın içərisindəki marixuanadır, təxminən 20-25 gün qabaq Yevlax rayonundan gələn zaman yol kənarında yabanı halda yetişmiş çətənə bitkisinin yarpaqlarından yığıb evə gətirib qurudaraq saxlamiışdır. Sellofan bükülülərdə olan metamfetamini və herini də təxminən 15-20 gün qabaq Yevlax şəhərində tanışı Hüseyn adlı şəxsdən 1000 manata aldığını bildirmişdir. Aşkar olunmuş sellofan torba bağlanılaraq, sellofan bükülülər, o cümlədən elektron tərəzi isə ayrı-ayrı zərflərə qoyularaq bağlanıb möhürlənmişdir. Həmin sellofan torbanın üzərinə yapışdırılmış kağıza və zərflərin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra Elmanın yaşadığı evə baxış keçirilməsi davam etdirilsədə şübhə doğuran heç nə aşkar olunmamışdır. Daha sonra video çəkiliş dayandırılaraq iştirakçılara nümayin etdirilmişdir. Sonda isə təhqiqatçı baxışın keçirilməsi ilə bağlı protokol tərtib edib ucadan oxumuş, düz yazıldığı üçün həmin protokola də digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, göstərmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbul etmələri və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Ancaq Təqsirləndirilən şəxs1 konrket harada və kimlərə narkotik vasitə satması barədə dəqiq məlumat əldə olunmamışdır. Lakin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 10 manat dəyərində metamfetamin təqkil etməsini xahiş etmiş, sonuncu da tanışı Təqsirləndirilən şəxs2 bir bükümü 10 manat olmaqla 30 manat verib üç büküm metamfetamin almış, həmin metamfetaminin bir bükümünü 10 manata Təqsirləndirilən şəxs1 vermiş, qalan 2 bükümü özü istifadə etmək üçün üstündə saxlamışdır. Həmçinin əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 da narkotik vasitənin və psixotrop maddənin qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. X26 başqa kənar kimlərə narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən etmək hələlik mümkün olmamışdır. Həmçinin Elmanın üstündən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri nə vaxt, harada və kimlərdən əldə etməsini müəyyən etimək hələlik mümkün olmamışdır. Bu sahədə əməliyyat tədbirlərimiz davam etdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 şahid X17 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, gecə saat 01:30 radəlrində telefonuna zəng gəlmişdir. Zəng edən şəxs onu polis şöbəsinə dəvət etmişdir. Saat 3 radələrində polis şöbəsinə gəlmişdir. Həmin vaxt oğlu Faiqi polis əməkdaşları saxlamışdırlar. Polis əməkdaşları telefonunu almış və baxış keçirəcəklərini bildirmişlər. Bu minvalla 4 saat keçmişdir. Səhər radələrində Təqsirləndirilən şəxs2 polis şöbəsində görmüşdür və ona demişdir ki, “utanmırsan Faiqin üzünə durmusan?” Elman həmin vaxt ona təzyiq olunduğunu və ona görə də, Faiqin adını çəkdiyini bildirmişdir. Bundan sonra polis şöbəsindən çıxıb kafeyə getmişdir. Bir stəkan çay içdikdən sonra təkrar polis şöbəsinə getmişdir. Həmin vaxt yenə Təqsirləndirilən şəxs2la rastlaşmışdır. Bundan sonra telefonunu vermişlər və evinə getmişdir. Elmanı təxminən səhər saat 6-7 radələrində görmüşdür. Həmin vaxt Elmanın yanında bir nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşları Faiqi evdən aparmışlar. İbtidai istintaq zamanı dindirilməmişdir. Çünki bu barədə ona heç nə deməmişlər. Elmanı görən vaxt hava işıqlı olmuşdur. O, polis şöbəsinə gecə saat 3 radələrində getmişdir. Təxminən 4 saat sonra Elmanı görmüşdür. Onun telefonunu Şahid3 baxış keçirmək üçün götürmüşdür. Polis şöbəsinə daxil olan vaxt telefonunu götürmüşlər. Saat 3 radələrində polis şöbəsində olmuşdur. O, Faiqi polis şöbəsində görməmişdir. X31i görməmişdir. Elmanı polis şöbəsində görmüşdür. Polis şöbəsində ikinci mərtəbəyə telefonun arxasınca getmşdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 görmüşdür. Yanında bir nəfər polis əməkdaşı olmuşdur. Həmin vaxt Elman sakit olmuş və vəziyyəti normal görünürmüş. Təqsirləndirilən şəxs2 polis şöbəsində 2 dəfə görmüşdür. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Şəki Təcili və X7 Stansiyasında həkim işləyir. 16 avqust 2023-cü il tarixdə saat 10:04 radələrində polis şöbəsindən Təqsirləndirilən şəxs1 narahat olması ilə bağlı çağırış gəlmişdir. Onlar həmin çağırışa getmişlər. Təqsirləndirilən şəxs1 deməsinə görə onun başında ağrılar və güclü ürək bulanma olmuşdur. Onlarda ona uyğun yardım göstərmiş və ağrıkəsici vurmuşdurlar. Təqsirləndirilən şəxs1 təzyiqini ölçmüş və nəbzini yoxlamışdır. Təqsirləndirilən şəxs1 başının ağrıdığını bildirmişdir. Onlar da ona uyğun yardım göstərmişlər. Təqsirləndirilən şəxs1 nəyə görə başının ağrıdığı barədə ona məlumat verməsi xatırində deyil. Təqsirləndirilən şəxs1 əzələ daxili “Analgin və Dimedrol” adlı dərmanları vurmuşlar. Təqsirləndirilən şəxs baş və boynundakı narahatlıqdan və ürək bulantısından şikayət etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Şəki Təcili və X7 Stansiyasında həkim işləyir. 16 avqust 2023-cü il tarixdə çağırış olmuşdur. Çağırışa getmiş və xəstənin şikayətlərini dinlədikdən sonra, ona uyğun yardım göstərmişlər. Xəstənin baş ağrı narahatçılığı olmuşdur. Çağırış polis şöbəsindən gəlmişdir. Çağırış zamanı həkim o olmuşdur. Yanında ona kömək edən Yusif olmuş və sürücüləri Azər adlı şəxs olmuşdur. Çağırışa 16 avqust saat 05:03 radələrində getmişlər. 5 dəqiqə sonra polis şöbəsində olmuşlar. onlar Təqsirləndirilən şəxs1 görə polis şöbəsinə getmişlər. Elmanı saat 10:20 radələrində polis şöbəsində görmüşlər. Xəstəyə “Analgin, Dimedrol və Diklofenak” dərmanlarını vurmuşlar. Dərmanlar xəstənin ağrısının dozasına görə təyin olunur. Ümumiyyətlə böyüklərə bir ampula bütöv dərman vurulmalıdır. Böyüklərə bəzən 4 qram bütöv ampula dərman vurulur. Dərmanın ağrıya təsir müddəti ağrının xarakterinə görə dəyişir. Belə ki, ağrı spazım mənşəlidirsə, dərman daha çox təsir edir və kömək edir. Ancaq ağrının kökündə iltihab durursa, ola bilər dərmanın təsiri tez keçsin və ağrı tez başlasın. Bir var ilkin ağrı, birdə var xroniki ağrı. Bir var tək ağrı, birdə var müşayiət olunan ağrı. Bunlar tam fərqli ağrılardır. Bu adamda heç vaxt ağrı olmayıbsa, 2 qram “Analgin” baş ağrısını kəsə bilər. Əgər bu adamda ağrılar çox olubsa, ola bilər ki, 2 qram “Analgin” ona yaxşı təsir etməsin. Başı aşağı asılan xəstədə baş ağrısı yaranırsa, 2 qram “Analgin” onun baş ağrısını kəsədə bilər, kəsməyədə bilər. Təqsirləndirilən şəxs1 tutulduğu vaxt xaricində çağırışa getməmişdir. “Analgin” xəstəyə 4-5 saatdan bir vurula bilər. Xəsarət olan vaxt hamısını sənədə qeyd edir. Xəstə Təqsirləndirilən şəxs1 özü başının ağrıdığını bildirmişdir. O da ona uyğun olaraq xəstəyə “Analgin, Dimedrol və Diklofenak” dərmanlarını vurmuşdur. Dərmanlar bəzən 4-5 saat öz təsirini saxlaya bilir. Ancaq elə olur ki, dərmanlar öz təsirini tezdə itirə bilirlər. Əgər belə olarsa xəstəyə ayrı istiqamətdə köməklik edirlər. Təqsirləndirilən şəxs1 nəyə görə başının ağrıdığını onlara deməmişdir. Elə olsa sənədlərə qeyd edərdilər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Şəki Təcili və X7 Stansiyasında həkim işləyir. Onlar həmişəki kimi polis şöbəsinə tibbi yoxlanış üçün çağırılmışdır. Orada Təqsirləndirilən şəxs1 müayinədən keçirmişdir. Xəstə baş ağrısından, halsızlıqdan və ümumi zəiflikdən şikayət etmişdir. Bundan sonra ona yardım göstərməyi təklif etmişdir, lakin xəstə yardımdan imtina etmişdir. O da sənədə qeyd etmişdir ki, xəstə Təqsirləndirilən şəxs1 yardımdan imtina etmişdir. Bundan başqa xəstədə olan köhnə çapıq izlərini sənədlərə qeyd etmişdir. Özü də qeyd etmişdir ki, “lomkaçılıqdayam və başımda az ağrı var”. O da xəstə nə demişdirsə, onu yazmışdır. Bundan başqa öz qeydlərini aparmış və sənəddə qeyd etmiş ki, “xəstə Təqsirləndirilən şəxs1 baş, ağrısı, halsızlıq, ümumi zəiflikdən şikayət edir, onun göz bəbəklərində genişlənmə var. Dəri üzərində əvvəlki çapıq və tikiş izləri var. Lomkaçılıqdadır və başında az ağrı olduğunu qeyd edir”. Tibbi yardım üçün çağırış olub və Təqsirləndirilən şəxs1 yardımdan imtina etmişdir. Ümumi qeydləri bu qədərdir. Bundan başqa xəstəyə “Simes” iynə vurmağı təklif etmiş, lakin Təqsirləndirilən şəxs1 imtina etmişdir. 16 avqust 2023-cü il tarixdə 09:00-da Təcili tibbi yardımdan çıxış etmişlər. Həmin vaxt polis şöbəsinə tək getmişdir. Təqsirləndirilən şəxs1 görmüş, xatırlayır və sistemdə də fotoşəklinə baxmışdır. Getdiyi adam eyni adamdır. Yəni Təqsirləndirilən şəxs1dur. Onların jurnalda da qeyd olunmuşdur. Onların getməmək halı heç vaxt ola bilməz. Çünki onların işləri dəqiq olmalıdır. Təqsirləndirilən şəxs1 çağırışa getmişdir. Onlar saat 09:00-da çıxış etmişlər. 09:20-də xəstəni müayinə etmişlər. 09:55-də geri qayıtmışlar. Onları polis şöbəsi çağırmışdır. Onlar konkret olaraq hansı xəstə ilə bağlı polis şöbəsinə getdiklərini bilməmişlər. Gedib görəndən sonra xəstənin Təqsirləndirilən şəxs1 olduğunu bilmişlər. Ola bilər ki, ondan sonra təkrar çağırış olmuşdur. Polis şöbəsindən çağırış olmuş və gəlmişlər. Polis şöbəsinə qabaq qapıdan giriş etmişlər. Təqsirləndirilən şəxs1 ağrısı olduğunu bildirsədə, yardımdan imtina etmişdir. Normalda “Analgin və Dimedrolun” təsir müddəti 4 saatdır. “Analgin Dimedrol” baş ağrısını kəsməli və ya azaltmalıdır. Ola bilər ki, xəstə ağrısı az olduğu üçün, yardımdan imtina etmişdir. Əgər şəxs başı aşağı asılarsa, üzündə genəlmə və boyun damarlarında genişlik yaranır. Çünki qan dövranı beyinə çox işləyir. Şəxs başı aşağı asılıbsa, üstündən 1 il keçibsə xəsarət və baş ağrısı qala bilməz. Göz bəbəyinin böyüməsi adətən narkotik vasitə qəbul edən şəxslərdə yaranır. İnsan başı aşağı asılan vaxt qan başa yığılır. Daha sonra şəxsdə damarların genəlməsi prosesi baş verir və üzdə qızarmalar meydana gəlir. Onlar belə hala şahid olsa dərhal sənədlərə qeyd edirlər. Ağrı güclü olan vaxt dərman təsirini tezdə itirə bilər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o Şəki Təcili və X7 Stansiyasında həkim işləyir. 16 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la bağlı polis şöbəsindən gələn çağırışa getmişdir. Təqsirləndirilən şəxs2 onun suallarına qeyri-adekvat cavablar vermişdir. Bundan sonra oradakı polis əməkdaşlarına, Təqsirləndirilən şəxs2 yorgun olduğunu, dinlənməyə ehtiyacı olduğunu bildirmişdir, mümkündürsə ona şərait yaradılmasını və onun yatıb dinləncəlməsini bildirmişdir. Ancaq polis əməkdaşları Təqsirləndirilən şəxs2 maddə qəbul etdiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 müayinə etmişdir. Bir balaca təyziqi yuxarı olmuşdur. Daha sonra xəstəyə “Papaverin, dimedrol və Dibazol” iynəsini vurmuşdur. Daha sonra gedərkən təkrar xəstədən narahat olub-olmadığını soruşdur. Həmin vaxt xəstə yenə ona qeyri-adekvat cavablar vermişdir. Xatırladıqları bu qədərdir. Çağırışa saat neçədə getdiyini xatırlamır, lakin sənədlərdə qeyd olunmuşdur. Səhv etmirsə, gecə radələri olmuşdur. Saatı isə dəqiq xatırlamır. İkinci mərtəbəyə qalxan vaxt Elmanın yanında çox adam olmuşdur. Yəqin ki, onlar polis əməkdaşları olmuşlar. Çağırışa o, feldşer və sürücü getmişlər. Sənədlərdə sürücünün və feldşerin adı yazılmalıdır. Hazırda dəqiq xatırlamır. Elman onun suallarına profilə uyğun olmayan, yəni qeyri-adekvat cavablar vermişdir. Elmanın huşu yerində olmuş və heç bir xəsarəti yox idi. Əgər huşu yerində olmasaymış, onlar onu mütləq sənədə qeyd edərdilər. Təqsirləndirilən şəxs2 iynə vurmuşdur. Xəstəyə “Papaverin, Dimedrol və Dibazol” iynəsini vurmuşdur. Təqsirləndirilən şəxs2 təyziqi yuxarı olmuşdur. Ona görə də, ona Papaverin, dimedrol və Furosemid” iynəsini vurmuşdur. “Papaverin” təyziqi aşağı salır. O, xəstəyə 15 dəqiqə baxış keçirmişdir. Xəstənin narkotik vasitənin təsiri altında olub-olmaması onun sahəsi deyil. Narkologiyanın sahəsidir. Narkotikdən dozanı aşan xəstə həkimə müraciət edərsə, xəstəliyin kliniki təzahürünə görə və hazırki qiymtləndirməyə görə müdaxilə olunmalıdır. Furosemid dərmanı sidiyə çıxmağa köməklik edir. Kiminsə gəlib jurnaldan şəxs barədə məlumat toplaması qeyri-mümkündür. Polis əməkdaşlarından soruşmuşdur ki, niyə Təqsirləndirilən şəxs2 qeyri-adekvat cavablar verir? Onlar ona demişdirlər ki, şəxs maddə qəbul etmişdir. Ancaq hansı maddə olduğu bilinmir. Ona görə də, sənədlərə qeyd etməmişdir. Şəxsə verdiyi dərmanların heç bir əks təsiri olmamışdır. Spirtin (Alkoqolun) təsir müddəti 2-6 saatdır. Çağırışa gəldiyi saatı dəqiq xatırlamır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Elmangilin yolunda qalır. Evdə adam çox olduğu üçün Elmanla söhbət etmiş. Elman həmin vaxt evinin böyük olduğunu bildirib ona onun evində qalmağı təklif etmişdir. O da onunla razılaşmışdır. Bundan sonra Elmangildə qalmağa başlamışdır. Elman mədəsi ağrıdığına görə 10-15 gün evdən küçəyə çıxmamışdır. Səhhəti narahat olduğu üçün Elmana dərmanlar alıb gətirirmiş. Hadisə günü axşam radələrində evə gəlmişdir. Həmin vaxt Elman həyətdə oturmuşdur. 10 dəqiqə sonra qəflətən evə polis əməkdaşları daxil olmuş Elmanı tutmuşlar. Həmin vaxt Elmanın cibini axtardılar və qanunsuz heç nə aşkar etməmişdir. Sonra Elmanla onu polis şöbəsinə aparmışlar. Onu 3-4 saat polis şöbəsində saxladıqdan sonra adını, telefon nömrəsini və ünvanını götürüb buraxdılar. O da polis şöbəsindən çıxıb evə gəlmişdir. 3 ay sonra ona zəng gəlmişdi ki, fəhlə işi var. Sonra ona zəng edən şəxslə görüşmüşdür. Həmin şəxs ona demişdir ki, Elman sənin torbanı tikmişdir. O da demişdir ki, yaxşı eləmişdir. Sonra onu polis şöbəsinə aparıb suallar verdilər ki, Elmanı nə vaxt aparıblar. O da cavab vermişdir ki, Elmanı axşam radələrində onun yanında olan vaxt evdən aparmışlar. Onlar ona demişlər ki, Elman səhər radələrində tutulmuş. Ona demişlər ki, yazmalısan ki, Elmanı səhər aparıblar. O da demişdir ki, yalan danışa bilməz. Sonra dedilər ki, yaz axşam radələrində aparıblar, lakin saatı qeyd etmə. O da saatı yazmamışdır, lakin yazmışdır ki, Elmanı axşam radələrində aparmışlar. Polis əməkdaşları mülki formada olmuş və 6-7 nəfər olmuşdur. Polis əməkdaşları axşam saat 11-12 radələrində evə daxil olmuşlar. Polis əməkdaşları Elmanın cibini axtarıb, heç nə tapmamışlar. Sonra Elmanla onu polis şöbəsinə aparmışlar. Narkotik vasitənin haradan çıxdığını bilmir. Onun yanında olan vaxt Elmanın üzərində qanunsuz heç nə olmamışdır. Polislər gələn vaxt evdə o, Elmanın anası və qohumları olan yaşlı bir qadın olmuşdur. O və Elmanı polis şöbəsinə ayrı-ayrı maşınla aparmışlar. Müstəntiq Müşviq müəllimə yazılı şəkildə ifadə vermişdir. Elman tutulmadan əvvəl 3-4 ay onun evində qalmışdır. İbtidai istintaq zamanı ifadə vermişdir. İfadəsində nə göstərdiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs2la münasibəti çox yaxşıdır. Elman qohumu deyil, lakin məhlə uşağıdır. Eyni zamanda, qardaşı ilə birlikdə uzun müddət həbsdə olmuşdur. O, kirayədə qalırmış. Elman demişdir ki, onunla o qədər çörək yemiş və qardaşı ilə həbsdə bir yerdə olmuşdur. Elman ona evlərində pulsuz qalmağı təklif etmişdir. O da onunla razılaşmışdır. İbtidai istintaq zamanı elan olunmuş məzmunda ifadə verməmişdir. Yazılanlar düzgün deyil. İfadənin altındakı imza ona məxsusdur. Polis əməkdaşları ona Elamnın səhər saatlarında saxlanıldığını yazmağını bildirmişlər. O da onlarla razılaşmamış və Elmanın axşam saatlarında saxlanıldığını yazmışdır. Ancaq saatı qeyd etməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, axşam saat təxminən 11:30 radələrində mağazada oturduğu zaman 9 nəfər gəlmiş Elmanın evdə olub-olmadığını soruşmuşlar. O da Elmanın evdə olmadığını bildirmişdir. Polis əməkdaşları onu itələyib evə daxil olmuşlar. Həmin vaxt oğlu həyətdə çay içirmiş. O da onların arxasınca gəlmişdir. Həmin vaxt Elmanın üstündə “Şortik” və ayağında hamam şəpitləri olmuşdur. Polis əməkdaşları Elmanın cibini yoxladılar və qanunsuz heç nə aşkar etməmişlər. Daha sonra oğlunu maşına qoyub aparmışlar. Sonra qonşu Namiqi aparmışlar. Səhəri gün saat 11 radələrində mağazada olduğu zaman 3 nəfər polis əməkdaşı gəlmişdir. Gələn əməkdaşlar ondan izahat almışlar. Ancaq Elman barədə heç nə soruşmamışlar. Əməkdaş altdan-altdan kiməsə mesaj yazmışdır. Birdə həyətdən səslər eşitmişdir. Həyətdə kimin olduğunu soruşmuşdur. Polis əməkdaşı dərhal cavab vermiş və otur həyətdə heç kim yoxdu demişdir. O da durub balkona qaçmışdır. Ancaq həyətdə heç kimi görməmişdir. Kim idisə qaçıb getmişdir. O da polis əməkdaşları gəlmədən 15 dəqiqə əvvəl mətbəxdə olmuşdur. Polis əməkdaşları getdikdən 15 dəqiqə sonra, birdə görmüşdür ki, oğlunu gətirmişlər. Oğlunun əynində qara rəngli şalvar olmuşdur. Oğlunu evə apardılar və onu evə buraxmamışlar. Sonra eşitmişdir ki, evdən narkotik vasitə aşkar edilmişdir. Axı polis əməkdaşları gəlmədən əvvəl mətbəxdən boşqab falan götürmüşdür. Mətbəxdə qanunsuz heç nə olmamışdır. Sona polis əməkdaşları çıxıb getmişlər. Daha sonra Müşviq müəllim ona zəng edib, izahat vermək üçün polis şöbəsinə dəvət etmişdir. O da ayağının narahat olduğunu bildirmiş və demişdir ki, əməkdaş göndərin gəlib izahatını alsın. Bir-neçə gün sonra polis əməkdaşları mağazaya gəlmiş ona demişlər ki, polis şöbəsinə gəlib izahat verməlidir. O da polis şöbəsinə getmiş və gözləməyə başlamışdır. Sonra Müşvif müəllimə otağına getmiş demişdir ki, izahat vermək üçün dəvət olunmuş və o da gəlmişdir. Sonra ondan izahat almamışlar. Axşam saat 11-12 radələrində polis əməkdaşları evə daxil olmuşlar. Həmin vaxt evdə Namiq, yaşlı qohum qadın və Elman olmuşdur. Polis əməkdaşları 9 nəfər olmuşdur. Polis əməkdaşları Elmanı aparan vaxt evə baxış keçirməmişlər. Polis əməkdaşları Elmanı apardıqdan 10 dəqiqə sonra Namiqi aparmışlar. Polis əməkdaşları Elmanı apardıqları günün səhəri saat 11 radələrində təkrar evə gəlmişlər. Gələn əməkdaşların adlarını xatırlamır. Həyətdən ayaq səsləri gəldiyi vaxt, evə girmək istəmiş, lakin ona maneə olmuşlar. Şkafdan narkotik vasitə aşkarlanan vaxt o, mağazada olmuşdur. Onu evə buraxmamışlar. Evin həyət qapısı açıq olmuşdur. Eviləri 2 mərtəbədir. Polis əməkdaşları Elmanı aparan vaxt evə baxış keçirməmişlər. Polis əməkdaşları evdən telefonun üstündən 2 ədəd telefon götürmüşlər. Bu işlə bağlı prokurorluğa gedib şikayət etmişdir. Prokurorluqda Mazan müəllimin yanına getmiş şikayət etmişdir. Təcili yardıma getmişdir. Orada qızlar kitaba baxıb demişlər ki, səhər saat 06:10-da təcili yardım polis şöbəsinə getmiş, Elmana kömək göstərmişdir. Sonra demişlər ki, həkim Elmana “Papaverin, Dibazol” və sidik qovucu iynəsini vurmuşdur. Kitabda iynələrin adını görməmiş, lakin həkim özü Elmana vurulan iynələr barədə məlumat vermişdir. Məhkəmə kollegiyası şahidlər Şahid7 və Şahid8 məhkəmə istintaqında verdikləri ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və onların məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında şahidlər şahidlər Şahid7 və Şahid8 məhkəmə istintaqı zamanı verilmiş ifadələrinin həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, şahidlər Şahid7 və Şahid8 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad etmək, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, həmin şahidlərin Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımaları, Şahid8 onun anası olması, Şahid7 isə Təqsirləndirilən şəxs2 ona öz evlərində qalmağa icazə verməsi onların məhkəmə istintaqında bu formada ifadə vermələrini anlaşılan edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə “Alim” adlı şəxsin Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, alınmış əməliyyat məlumatına əsasən Şəki rayonu ərazisində narkotik vasitələrin qəbulu və saxlanılması ilə məşğul olan “Alim” adlı şəxs, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 8 ünvanında olan və yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirinin tədbirinin keçirilməsi” qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər 28-29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 avqust 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirən zaman onun əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq olunmamışdır (cild 01, iş vər. 48-54). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizanın 16 avqust 2023-cü il tarixli 17/619 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1 Mayil oğlunun üzərindən aşkar edilmiş maddi subut …» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,281 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir (cild 01, iş vər 60- 63). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 10 manata narkotik vasitəni satmış “Faiq” adlı şəxsin xx.xx.1998-ci il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 olması müəyyən edilmiş və o, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən “Macəra” otelinin qarşısında saxlanılaraq Şəki ŞRPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 65). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər 77-78). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 avqust 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirən zaman onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq qablaşdırılıb olunmamışdır (cild 01, iş vər 98-104). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizanın 16 avqust 2023-cü il tarixli 17/ 618 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs3 təqdim etdiyi maddi subut …» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrı təmiz çəkiləri 0,081 qram və 0,086 qram, ümumi çəkisi - 0,167 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir (cild 01, iş vər 110-112). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitəni almış olduğu “Elman” adlı şəxsin yerinin müəyyən olunması məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, həmin tədbirlər nəticəsində “Elman” adlı şəxsin xx.xx.1973-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs2 Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən “Elman” şirniyyatı evinin yaxınlığında saxlanılaraq Şəki ŞRPŞ-yə gətirilmişdir (cild 01, iş vər. 115). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər 130-131). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 avqust 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi subutun götürülməsi barədə” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirən zaman onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən qızılı-ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə psixotrop maddə hesab edilən metamfetamə oxşar maddə aşkar olunaraq qablaşdırılıb götürülmüşdür (cild 01, iş vər 151-159). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 16 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və maddi subutun götürülməsi barədə” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvana baxış keçirilən zaman yaşadığı evin ona aid olan yataq otağındakı dolabda gizlədib saxladığı bir ədəd bənövşəyi rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, çarpayının üstünə salınmış döşəyin altında gizlədib saxladığı ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, qara rəngli sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr və bir ədəd elektron tərəzi aşkar olunaraq qablaşdırılıb götürülmüşdür (cild 01, iş vər 162-165). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizanın 16 avqust 2023-cü il tarixli 17/ 617 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddi subut …» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki - 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,38 qram, 0,61 qram ümumi təmiz çəkisi, 0,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə– qurudulmuş marixuanadır. - 1 (bir ədəd şəffaf rəgli sellofan bükümdə təmiz çəkisi – 0,384 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. - 1 (bir) ədəd gümüşü-ağ rəngli kağıc bükümdə, təmiz çəkisi 0,154 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqdə «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş maddi subut…» sözləri, adlar və imzalar olan bənövşəyi rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamaba, təmiz çəkisi 4295.0 qram bitki mənşəli kutlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş maddi subut…» sözləri, adlar və imzalar olan zərfin içərisində 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 90,693 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim olunmuş üzərinə «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş maddi subut…» sözləri, adlar və imzalar olan zərfin içərisində 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 57,994 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə və bənövşəyi rəngli sellofan torbadakı 01 ədəd qara rəngli sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şəffaf sellfoan bükümdə və 01 (bir) ədəd qara rəngli sellfoan bükümdə olan herinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir. Heroin və qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir (cild 01, iş vər 169-172). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay, yəni xx.xx.2023-cü il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 79-85). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmaqla 3 ay, yəni xx.xx.2023-cü il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər 86-92). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay, yəni xx.xx.2023-cü il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 93-98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Şəki rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 513, 520-ci maddələrinə və CM-nin 76-cı maddəsinə əsasən cəzanın çəkilməmiş 04 ay 23 gün müddəti vaxdından əvvəl şərti azad edilmişdir. xx.xx.2016-cı ildə sınaq müddəti başa çatmışdır. Bundan sonra o, Şəki rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 02, iş vər 141). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3, Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsada, 06 ay şərti sınaq müddətinı buraxılmışdır (cild 02, iş vər 142). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Ağır Cinayətlər üzrə Məhkəmənin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 12 gün vaxdından əvvəl şərti azad edilmişdir. Bundan sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 02 ay (CİDDİ) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilməmişdir. Ali Məhkəmənin xx.xx.2014 -cü il tarixli qərarı ilə Kassasiya şikayəti baxılmadan geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 02, iş vər 143-144). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 11 sentyabr 2023-ci il tarixli mobil telefona baxış protokolunda qeyd olunmuşdur ki, baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsi ilə istifadə etdiyi «Nokia» markalı mobil telefonundan xx.xx.2023-cü il tarixdə xaric və daxil olun zənglərin siyahısında saat 22:22-də ***-***-**-** nömrəsindən zəng qeydə alınmaşdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi psixotrop maddə aldığı tanışı Faiqə məxsusdur. Həmin gün saat 20:27-də Yusif adı altında ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Həmin gün saat 20:17-də ***-***-**-** nömrəsindən zəng qeydə alınmış, Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi əmisi oğlu Tərxana məxsusdur. Həmin gün saat 19:35-də Mama adı altında ***-***-**-** nömrəsindən zəng gəlmişdir. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi anasına məxsusdur. Həmin gün saat 17:34-də ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsinin dəqiq kimə məxsus olduğunu bilmir. Həmin gün saat 15:32-də ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsinin dəqiq kimə məxsus olduğunu bilmir. Həmin gün saat 13:26-da Elvin kürə adı altında ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi kürədə işləyən iş yoldaşı Elvinə məxsusdur. Həmin gün saat 10:10-da ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi həyat yoldaşına məxsusdur. Həmin gün saat 10:07-də ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsinin kimə məxsus oldğunu bilir. Həmin gün saat 08:28-də Pərviz adı altında ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi xalası oğlu Pərvizə məxsusdur. 14 avqust 2023- cü il tarixdə Gündüz həkim adı altında saat 21:53də Gündüz həkim adı altında ***-***-**-** nömrədən zəng gəlmişdir. Həmin gün saat 20:41-də Tofiq hakim adı altında ***-***-**-** nömrəsindən zəng gəlmişdir. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi Tofiq həkimə məxsusdur. Həmin gün saat 18:21də ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsinin kimə məxsus olduğunu bilmir. Həmin gün saat 17:35-də ***-***- **-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsinin çörək sexində işləyən Natiqin mobil telefon nömrəsidir. Həmin gün Saşa adı altında saat 15:36-də ***-***-**-** nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi dələk işləyən Saşanın mobil telefon nömrəsidir. Həmin gün Brat adı altında saat 15:35-də ***-***-**-**nömrəsindən zəng qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsi əmisi oğlu Rasimin mobil telefon nömrəsidir. Həmin gün saat 14:47-də ***-***-**-** nömrəsindən və 13:18-də ***-***-**-** nömrəsindən zənglər gəlmişdir. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin telefon nömrəsinin kimə məxsus olduğunu xatırlamır. 13 avqust 2023- cü il tarixdə saat 17:09-da Fiko adı altında Ftkrət adlı tanışından gələn zəng qeydə alınmışdır. Həmin gün saat 17:09-da Gündüz həkim adı altında ***-***-**-** nömrədən zəng qeydə alınmışdır. Bundan sonra zənglər qeydə alınmamışdır. Baxış zamanı mobil telefonun SMS fayıllında və digər fayıllara baxış keçirilən zaman iş üçün subut əhəmiyyəti kəsb edən heç nə aşkar olunmadı (cild 02, iş vər 160-161). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Rayonlararası Psixatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 1147 №-li məktubundan göstərilmişdir ki, ünvan 10 ünvanda yaşayan, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 11 ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. ünvan 13 ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 xx.xx.2016-cı il tarixdən «Nevrateniya F48.0» diaqnozu ilə Şəki Rayon Psixatriya xəstəxananının dispanser müşahidəsindədir (cild 02, iş vər 181). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlarsarası Narkoloji dispanserindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli 632 №-li məktubundan görünür ki, ünvan 13 ünvanda yaşayan, 1973-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.20109-cu il tarixdən opoidlərin qəbulu nətiəcsində psixi və davranış pozuntuları, asılılıq sindiromu diaqnozu ilə Mingəçevir Şəhər Rayonlarasası narkoloji dispanserdə qeydiyyatdadır (cild 02, iş vər 182). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlarsarası Narkoloji dispanserindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli 632 №-li məktubundan görünür ki, ünvan 10 ünvanda yaşayan, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və ünvan 13 ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Mustafayev X9 Şəhər Rayonlarasası narkoloji dispanserdə qeydiyyatda yoxdur (cild 02, iş vər 183). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki şəhər «Şərbablar» məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətəndə ünvan 13 ünvanda qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 02, iş vər 184-186). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cabbarov X10 Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 02, iş vər. 220-224). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 07 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 01, iş vər. 226-233). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 20 sentyabr 2023-cü il tarixli 1591 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər 249). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 20 sentyabr 2023-cü il tarixli 1591 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddədən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər 250). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 10 oktyabr 2023-cü il tarixli 1679 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 psixotrop maddə olan metamfetamindən epiodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 1). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizanın 12 sentyabr 2023-cü il tarixli 571 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən hər-hansı xroniki psixi xəstəlik keçirməmiş və hal-hazırda keçirmir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, cinayət törədən vaxt və hazırda öz əməlinin faktiki xarakterini və ictisai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehdiyacı yoxdur (cild 03, iş vər 2-5). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizanın 14 sentyabr 2023-cü il tarixli 587 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən hər-hansı xroniki psixi xəstəlik keçirməmiş və hal-hazırda keçirmir. Təqsirləndirilən şəxs3 cinayət törədən vaxt və hazırda öz əməlinin faktiki xarakterini və ictisai təhlükəliliyini dərk etmiş və ya həmin əməli idarə etmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehdiyacı yoxdur (cild 03, iş vər 6-9). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 140 C-23 nömrəli material üzrə Şəki ŞRPŞ-nin Cab-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 əməllərində cinayət tərkibinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanılması rədd edilmişdir (cild 03, iş vər. 45-48). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki şəhər «Fətəli» məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətəndə ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayır, himayəsində bir az yaşlı övladı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 03, iş vər 62-64). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmədə dindirlmə protokolu”ndan görünür ki, X17 ifadəsində göstərdiklərini üzləşmə zamanı Təqsirləndirilən şəxs2 bir daha üzünə qarşı deyərək təsdiq etmişdir (cild 03, iş vər. 80-83). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəza CM-in 70-ci maddəsi tətbiq olunmaqla 06 ay şərti sınaq müddəti ilə şərti hesab edilmişdir (cild 03, iş vər. 90-95). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki şəhər «Şərbablar» məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətəndə ünvan 11 ünvanda qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 03, iş vərəqə: 100-102). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavab “raport”unda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 uzun müddətdir psixotrop maddə, eləcədə Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbul edirlər. Həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olur. Ancaq həmin şəxslərin əvvəl istifadə etdikləri narkotik vasitəni və psixotrop maddəni harada, kimlərdən əldə etməsini, həmçinin Təqsirləndirilən şəxs2 qonşusu Təqsirləndirilən şəxs3 başqa kənar kimlərə narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən etmək mükün olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 15 avqust 2023-cü il tarixdə saat 22 radələrində Şəki şəhərində qonşusu Təqsirləndirilən şəxs2 bir bükümü 10 manat olmaqla 30 manata üç bükümdə metamfetamin almış, həmin metamfetaminin bir bükümünü aldığı qiymətə, yəni 10 manata həmin tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 satmışdır. Bundan başqa keçirilmiş tədbirlər zaman, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 aralarında ədavət, ziddiyyət, düşmənçiliyin olması, əvvəllər onların aralarında borc münasibətlərinin olması və qohumluq münasibətlərinin olması müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törədən zaman kənar şəxslərin məlumatı və iştiraklarının olub-olmamasını və onların qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməllərini törətmələrini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 Şəki şəhərində polis əməklaşları tərəfindən saxlanılan yerin yaxınlığında müşahidə kameralarının olması müəyyən edilməmişdir (cild 3, iş vər 98). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Şəki rayon Məhkəməsinin 1(075)-99/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cabbarov X10 Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və həmin tarixdə ona nəzarət vasitəsi tətbiq edilmişdir (cild 03, iş vər 103). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 104-132). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 03, iş vər. 241-247). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 03, iş vər. 248-250). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş AZ-İİİ 381169 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2014-cü ildə doğulmuş X13 atası Təqsirləndirilən şəxs1dur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 7778/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 7779/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 sağ bud nahiyyəsinin içəri səthində və sağ said nahiyyəsinin içəri səthində 1 ədəd sıyrıq xəsarəti aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin 2023-cü il il tarixli “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”dan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23:10-da, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 03:30-da, Təqsirləndirilən şəxs2 isə xx.xx.2023-cü il tarixdə saat 08:30-da Şəki ŞRPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin 2023-cü il il tarixli “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”dan çıxarışdan görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 köhnə çapıq izlərinin, həmçinin Təqsirləndirilən şəxs3 kəsik izlərinin olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-99/2022 saylı, 05 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş 01 dekabr 2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzasının əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmış və onun cəzası 04 dekabr 2025-ci il tarixində başa çatır. Şəki Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 4(075)-56/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə, yəni 16 avqust 2023-cü il tarixdən hesablanmaqla 16 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Şəki Rayon Məhkəməsinin 1(075)-99/2022 saylı, 05 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 16 avqust 2023-cü il tarixədək çəkilməmiş qalan hissəsi 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gündür. Məhkumun qeydiyyata alındığı 08 dekabr 2022-ci il tarixdən 16 avqust 2023-cü il tarixədək ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzadan 08 (səkkiz) ay 08 (səkkiz) gününü çəkmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki ŞRPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən Şəki şəhərində saxlanılaraq Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman üzərindən mobil telefon aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X39 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X39in təqdim etdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tibbi yardımın göstərilməsi ilə bağlı adlarına tərtib olunmuş tibbi sənədlərin (çağırışın, qeydiyyat aparılmış tibbi kitabçanın) təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis şöbəsində tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili Yardım Qeydiyyat Vərəqəsindən görünür ki, çağırışın qəbulu xx.xx.2023-cü il tarixdə saat 06:08-də olmuş, həmin çağırış briqadanın çıxışı 06:10-da və bölməyə qayıtmaları 07:00-da olmuşdur. X37 Qeydiyyat Vərəqəsinin pasiyent haqqında dəqiqləşdirilmiş məlumat qrafasında görünür ki, pasiyent xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2dur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütünlükdə münasibətdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən –təmiz halda 0.15 qram çəkidən 2 qramadək olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar, 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin – külli miqdar, həmin siyahının 12-ci bəndinin a qrafasında 5 qramdan 500 qramadək qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq çəkidə olan qurudulmuş marixuana külli miqdar, Siyahıların 2-ci siyahısının 67-ci bəndinə əsasən təmiz halda təmiz halda 0.15 qram çəkidən 2 qramadək olan şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramdan artıq çəkidə olan metamfetamin külli miqdar təşkil edirlər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə təqsirli olub-olmaması, olduğu halda onların əməllərinə hüquqi qiymət verilməsi, yəni onların əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onların tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tanıdığı Təqsirləndirilən şəxs3 narkotik vasitə olarsa onada bildirməsini demiş və Təqsirləndirilən şəxs3 qonşusu Təqsirləndirilən şəxs2 psixotrop maddə əldə etdikdən sonra həmin psixotrop maddə olan metanfetamini Təqsirləndirilən şəxs1 vermişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ifadə verərək ifadəsində Təqsirləndirilən şəxs3 ona verdiyi və onun üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından az olduğunu, onun üzərində aşkar edilmiş maddənin kağızda olduğunu, qurğuşunda olmadığını, həmin maddənin polis əməkdaşları tərəfindən artırıldığını, həmçinin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldığını və bunun nəticəsində o, polis şöbəsində olarkən ona təcili tibbi yardımın çağırılmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs1 polis şöbəsində olarkən onun vəziyyəti ilə əlaqədar təcili və X7 çağırılmış və o, polis şöbəsində müayinə olunmuşdur. Təqsirləndirilən şəxs1 müayinə edən təcili və X7 stansiyasının həkimi Elman Məmmədov məhkəmə iclasında ifadə verərək Təqsirləndirilən şəxs1 “lomkaçılıqdayam və başımda az ağrı var.” deyərək tibbi yardımdan imtina etdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 iddia etdiyi kimi ona polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metafetaminin gümüşü rəngli qurğuşun bükümdə deyil, kağız bükümdə olduğu iddia etdiyi halla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərinə şəxsi axtarış keçirilməsini əks etdirən disklərdə olan görüntülər tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan bükümlər və Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş bükümlər eyni materialdan ibarətdir, yəni üzəri kağız, içərisi isə parlaq gümüşü qurğuşundan ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 7779/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 sağ bud nahiyyəsinin içəri səthində və sağ said nahiyyəsinin içəri səthində 1 ədəd sıyrıq xəsarəti aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 xəsarəti həbs edilməmişdən əvvəl aldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadə verərək Təqsirləndirilən şəxs1 tanımadığını, Təqsirləndirilən şəxs3 isə qonşusu olduğunu, nə Təqsirləndirilən şəxs1, nədəki Təqsirləndirilən şəxs3 psixotrop maddə və ya narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs3 təyziq olunduğunu iddia etmiş, həmçinin polis əməkdaşlarının onu xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində saxlayaraq polis şöbəsinə gətirdiyini bildirmişdir. Məhkəmə sözügedən məsələ ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 tutulmazdan bir neçə saat qabaq polis şöbəsinə gətirilməsi və onun orada saxlanılması fakt olaraq məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsində saxlanılması onun saxlanılmazdan əvvəl Təqsirləndirilən şəxs3 psixotrop maddə satmasını təşkil edən faktın nə üstünlüyünə, nədəki mötəbərliyinə kölgə sala bilməz. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı qeyd etdiyi halları bir daha vurğulayaraq psixotrop maddənin 30 manat pul müqabilində Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini üzləşmə zamanı Təqsirləndirilən şəxs2 bir daha üzünə qarşı deyərək təsdiq etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitədən istifadə etdiyini, həmin narkotik vasitələri Yevlax şəhərində təsadüfi tanış olduğu Hüseyn adlı şəxsdən 600 (altı yüz) manata aldığını, aldığı narkotik vasitələrdən üç büküm metanfetamini 30 manata Faiqə satdığını və əməlindən peşman olduğunu bildirmişdir. 16 avqust 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertizanın 17/ 617 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddi subut …» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki - 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,38 qram, 0,61 qram ümumi təmiz çəkisi, 0,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə– qurudulmuş marixuanadır. - 1 (bir ədəd şəffaf rəgli sellofan bükümdə təmiz çəkisi – 0,384 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. - 1 (bir) ədəd gümüşü-ağ rəngli kağıc bükümdə, təmiz çəkisi 0,154 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqdə «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş maddi subut…» sözləri, adlar və imzalar olan bənövşəyi rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamaba, təmiz çəkisi 4295.0 qram bitki mənşəli kutlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş maddi subut…» sözləri, adlar və imzalar olan zərfin içərisində 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 90,693 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Tədqiqata təqdim olunmuş üzərinə «Şübhəli şəxs Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş maddi subut…» sözləri, adlar və imzalar olan zərfin içərisində 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 57,994 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə və bənövşəyi rəngli sellofan torbadakı 01 ədəd qara rəngli sellofan bağlamada olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şəffaf sellfoan bükümdə və 01 (bir) ədəd qara rəngli sellfoan bükümdə olan herinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd ağ rəngli sellofan bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qeyd edilən halların mövcudluğu əsas fakt olmasa belə onlar sübutedici faktları təsdiq edir və sübutedici faktlar, işdə olan digər sübutların məcmusu ilə əsas fakt haqqında, yəni cinayətin Təqsirləndirilən şəxs2 tərəfindən edilməsi haqqında nəticə çıxarmağa əsas verir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 7778/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 xəsarət aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadələrini həmin hissədə inandırıcı hesab etmir və ifadələrinin həmin hissəsini yalan ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında bu cür ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də həmin hissəyə münasibətdə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 etiraf edici ifadələr verərək psixrotrop maddəni Təqsirləndirilən şəxs2 aldığını bir daha qeyd etmişdir. Beləliklə məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs1 tərəfindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış 0,281 qram psixotrop maddə olan metamfetamin əldə edilməsi, Təqsirləndirilən şəxs3 tərəfindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış iki ədəd bükümlərdə ayrı-ayrı təmiz çəkiləri 0,081 qram və 0,086 qram, ümumi çəkisi - 0,167 qram psixotrop maddə olan metamfetamin əldə edilməsi, həmçinin Təqsirləndirilən şəxs2 isə qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən iki bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,38 qram, 0,61 qram ümumi təmiz çəkisi, 0,99 qram olan, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,154 qram olan, habelə 57,994 qram olan metamfetamini, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda 0,384 qram, həmçinin 90,693 qram olan narkotik vasitə hesab edilən heroini və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan 01 (bir) ədəd qara rəngli sellofan bağlamada, təmiz çəkisi 4295.0 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, saxlaması, daşıması və satması faktı təsdiq olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğuna Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Şəki şəhəri, H.Əliyev prospektində narkotik vasitənin alınmasında onun mənafeyindən çıxış edən, tanışı Təqsirləndirilən şəxs3 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs2 10 (on) manat pul müqabilində bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə etməklə daşıyaraq üzərində saxlamış, 15 avqust 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 15 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 16 avqust 2023-cü il tarixdə, saat 01:22 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən həmin bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi olmadan, özünün və tanışı Təqsirləndirilən şəxs1 istifadə etməsi məqsədi ilə qanunsuz olaraq 15 avqust 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 10 (on) manat pul müqabilində ona psixotrop maddə olan metamfetamin alması barədə xahişindən sonra, sonuncunun mənafeyindən çıxış edərək Təqsirləndirilən şəxs1 verdiyi 10 (on) manat pulun üzərinə özü də 20 (iyirmi) manat qoymaqla 15 avqust 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 3 ünvanının qarşısındakı küçədə qonşusu Təqsirləndirilən şəxs2 bir bükümü 10 (on) manat olmaqla 30 (otuz) manata bir bükümü Təqsirləndirilən şəxs1 üçün, iki bükümünü isə özü üçün olmaqla cəmi üç ədəd gümüşü-ağ rəngli kağız bükümdə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda çəkiləri 0,081 qram, 0,086 qram, 0,281 qram olmaqla, ümümi təmiz çəkisi 0,448 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin almaqla əldə edib, daşıyaraq üzərində saxlamış, həmin psixotrop maddə olan metamfetaminin bir ədəd gümüşü ağ rəngli bükümdə olan 0,281 qram hissəsini 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Şəki şəhəri, H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs1 verərək sonuncunun psixotrop maddə olan metamfetamin əldə etməsinə vasitəçilik etdikdən sonra, 15 avqust 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər- Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 16 avqust 2023-cü il tarixdə, saat 01:22 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən həmin bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 16 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «Macara» otelinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 05:21 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,086 qram olmaqla, ümümi çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan külli miqdarda, ümumi təmiz çəkisi 58,596 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamin, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 91,077 qram çəkidə narkotik vasitə olan heroin və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 4295.99 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib bir hissəsini üzərində və bir hissəsini yaşadığı Şəki şəhəri, Heydər Əliyev prospekti 20 ünvanında yerləşən fərdi yaşayış evində gizlədərək saxlamış, 15 avqust 2023-cü il tarixdə, saat 22 radələrində qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə etməməklə saxladığı həmin külli miqdarda psixotrop maddə olan metamfetaminin üç ədəd gümüşü-ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,081 qram, 0,086 qram, 0,281 qram olmaqla ümumi çəkisi 0,448 qram olan hissəsini Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən «Elman» şirniyyat sexinin yaxınlığında 30 (otuz) manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, sonuncu özünün və tanışı Təqsirləndirilən şəxs1 istifadə etməsi məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin psixotrop maddə olan metamfetaminin bir ədəd gümüşü ağ rəngli bükümdə olan 0,281 qram hissəsini 15 avqust 2023-cü il tarixdə, saat 23 radələrində Şəki şəhəri, H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs1 verərək sonuncunun mənafeyindən çıxış etməklə psixotrop maddə olan metamfetamin əldə etməsinə vasitəçilik etdikdən sonra, 15 avqust 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən çörək sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq 16 avqust 2023-cü il tarixdə, saat 01:22 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ arxa cibindən həmin bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,281 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs3 16 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Bağbanlar küçəsində yerləşən «Macara» otelinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 05:21 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı həmin iki ədəd gümüşü-ağ rəngli kağız bükümdə olmaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,086 qram olmaqla, ümümi çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 16 avqust 2023-cü il tarixdə Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən «Elman» halva sexinin yaxınlığında saxlanılaraq Şəki şəhəri, X29 prospekti, 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 10:40 dəqiqədən başlayaraq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarının sağ yan cibindən qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı iki ədəd qızılı-ağ rəngli kağız ayrı-ayrı bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,38 və 0,61 qram olmaqla ümumi təmiz çəkisi 0,99 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı bir ədəd şəffaf sellofan bükümdə 0,384 qram çəkidə narkotik vasitə hesab edilən heroin və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə 0,154 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 16 avqust 2023-cü il tarixdə, saat 12:50 dəqiqədən başlayaraq onun yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin ona aid olan yataq otağındakı dolabdan qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı bir ədəd bənövşəyi rəngli sellofan torbada külli miqdarda, ümumi çəkisi 4295,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, çarpayının üstünə salınmış döşəyin altından qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan ağ rəngli sellofan bükümdə külli miqdarda, ümumi çəkisi 57,994 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı ağ rəngli sellofan bükümdə külli miqdarda, ümumi çəkisi 90,693 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülməsi tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan, Təqsirləndirilən şəxs2 əməlində isə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərini CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlini isə CM-in 234.4.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxslər cinayət əməllərini qəsdən törətmişdir. Onların əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyasına aiddir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində bir az yaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə kollegiyası tərəfindən CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi 02 günə 01 gün hesablanmaqla, yəni 01 il 01 ay 24 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməlidir. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs3 CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilməmişdir. Ali Məhkəmənin xx.xx.2014 -cü il tarixli qərarı ilə Kassasiya şikayəti baxılmadan geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin təhlükəli residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Belə ki, 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Belə olan halda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın son həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 təyin təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs3 təyin təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün müddət cəzasına hesablanmaqla, çıxılmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 təyin təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbs olunmalı və hökm qanuni qüvvəsini alanədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə heroinin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs3 psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şəki rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 0,231 qram psixotrop maddə – metamfetamin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 0,067 qram psixotrop maddə – metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ayrı-ayrı zərflərdə təmiz çəkisi tədqiqatdan sonra qalmış 4295,84 qram narkotik vasitə– qurudulmuş marixuana, təmiz çəkisi tədqiqatdan sonra qalmış 90,977 qram narkotik vasitə – heroin, təmiz çəkisi tədqiqatdan sonra qalmış 58,048 qram psixotrop maddə – metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Nokia» markalı düyməli telefon Təqsirləndirilən şəxs1 qaytarılsın, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs3 qaytarılsın. İş üzrə 248 (iki yüz qırx səkkiz) manat 95 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ayrıayrılıqda 82 (səksən iki) manat 98 (doxsan səkkiz) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, CM-in 99-1.1.2-ci maddəsinə əsasən, Şəki ŞRPŞ-nin Maliyyə hissəsində saxlanılan və cinayət yolu ilə əldə olunmuş Təqsirləndirilən şəxs2 üstündən aşkar olunub götürülmüş 02 manat pul xüsusi müsadirə olunmaqla dövlət nəfinə alınmalıdır İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi 02 günə 01 gün hesablanmaqla 01 (bir) il 01 ay 24 gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunan 01 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər tutulduğu 02 (iki) ay 19 (on doqquz) gün müddət cəzasına hesablanmaqla, çıxılsın və üzərində 01 il 03 ay 11 gün gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs3 saxlanması üçün Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 təhvil verilsin. Təqsirləndirilən şəxs3 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədiləsində təqsirli bilinsin və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 0,231 qram psixotrop maddə – metamfetamin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalmış 0,067 qram psixotrop maddə – metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ayrı-ayrı zərflərdə təmiz çəkisi tədqiqatdan sonra qalmış 4295,84 qram narkotik vasitə– qurudulmuş marixuana, təmiz çəkisi tədqiqatdan sonra qalmış 90,977 qram narkotik vasitə – heroin, təmiz çəkisi tədqiqatdan sonra qalmış 58,048 qram psixotrop maddə – metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd «Nokia» markalı düyməli telefon Təqsirləndirilən şəxs1 qaytarılsın, Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs3 qaytarılsın. İş üzrə 248 (iki yüz qırx səkkiz) manat 95 (doxsan) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 82 (səksən iki) manat 98 (doxsan səkkiz) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Şəki ŞRPŞ-nin Maliyyə hissəsində saxlanılan və cinayət yolu ilə əldə olunmuş Təqsirləndirilən şəxs2 üstündən aşkar olunub götürülmüş 02 (iki) manat pul xüsusi müsadirə olunmaqla dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar