Məhkəmə qərarları › İş №1(091)-130/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-130/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-130/2020 03.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxx 1988-ci ildə Göyçay rayonu Kurdəmiş kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Göyçay rayonu Kürdəmiş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X14 Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonu Kürdəmiş kəndində, yaşadığı evin həyətyanı sahəsində xurma ağaclarının diblərində torpaqda və qara rəngli bitişik plastik qablarda qanunsuz olaraq əkib 19 ədəd şitillərdən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin bağda 1 ədəd xurma ağacının dibində 3 ədəd, 1 ədəd xurma ağacının dibində 2 ədəd, 1 ədəd xurma ağacının dibində 1 ədəd, eləcə də 1 ədəd xurma ağacının dibində torpağın üzərindəki qara rəngli bitişik plastik qablarda 13 ədəd olmaqla ümumilikdə həmin 19 ədəd əkilib becərməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il əvvəldən narkotik vasitədən istifadə etməklə 2019-cu ilin yaz aylarında yaşadığı evin həyətyanı sahəsindəki özünə məxsus meyvə bağında xurma ağacının dibində 1 ədəd çətənə toxumu əkib becərərək, həmin çətənədən özü istifadə etmişdir. Həmin vaxt becərdiyi çətənə bitkisinin toxumundan özündə saxlamış, 2020-ci ilin mart ayının əvvəllərində saxladığı 19 ədəd toxumlardan meyvə bağında olan bir xurma ağacının dibində 3 ədəd, bir xurma ağacının dibində 2 ədəd və bir xurma ağacının dibində 1 ədəd çətənə toxumu, həmçinin bir xurma ağacının dibində torpağın üzərində qeyd etdiyi qara rəngli bitişik plastmas qablarda 13 ədəd çətənə toxumlaırnı əkmişdir. Həmin toxumları mütəmadi olaraq suvarmış, toxumlar bitdikdən sonra qulluq göstərərək becərməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək onu çağırdıqdan sonra ona çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Şübhəli şəxs kimi tutulduqdan sonra müdafiəçinin, aqronom-mütəxəssisin və hal şahidlərinin iştirakı ilə həyətyanı sahəsinə keçirilən baxış zamanı xurma ağaclarının diblərində, yəni bir xurma ağacının dibində 3 ədəd, bir xurma ağacının dibində 2 ədəd, bir xurma ağacının dibində 1 ədəd becərdiyi çətənə şitilləri, həmçinin 1 xurma ağacının dibində torpağın üzərində bitişik qara rəngli plastmas qablarda qulluq edərək becərdiyi 13 ədəd çətənə şitilləri aşkar edilmişdir. Həmin ümumi 19 ədəd çətənə şitillərinin hündürlükləri 10 santimetrdən 21 santimetrədək uzunluqda olmuş, çətənə şitillərinin əkildiyi yerdən torpaq nümunəsi də götürülərək sellofana qoyulmuşdur. Çətənə şitilləri və torpaq nümunəsi 1 ədəd karton qutuya qoyularaq qablaşdırılmışdır. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin X6 Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib dəvət edilmiş aqronom-mütəxəssisin və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətində meyvə bağında bir xurma ağacının dibində 1 ədəd, bir xurma ağacının dibində 2 ədəd, bir xurma ağacının dibində 3 ədəd, həmçinin bir xurma ağacının dibində torpağa bitişik qara rəngli plasmas qabda 13 ədəd, cəmi 19 ədəd, 10 sm-dən 21 sm-dək hündürlükləri olan narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər aşkar edilərək kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş, baxışda iştirak edən aqronom-mütəxəssis Şaiq İsmayılov bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsində baş əməliyyat müvəkkili işləyən Şahid2, hal şahidləri olmuş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 17/239 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 19 ədəd...” sözləri yazılmış karton qutunun içərisindəki 01 ədəd sellofan torbada və 13 ədəd plastik qablarda, hündürlükləri 10 sm-dən 21 sm-dək, ümumi təmiz çəkiləri 45,65 qram olan 19 ədəd bitki şitilləri narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom-mütəxəssis Ş.İsmayılovun xx.xx.2020-ci il tarixli rəyinə əsasən 19 ədəd çətənə(kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd sellofan torbada olan torpaq nümunəsinin içərisindəki bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləridir. Tədqiqata təqdim olunmuş nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 582 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui istifadə etməsi nəticəsində “narkomaniya” xəstəlihindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1310-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Göyçay rayonun Kürdəmiş kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda Göyçay rayonu Kürdəmiş kəndində yaşamaqla, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx xxx 2020-ci il tarixli 2407 saylı məktubda göstərilmişdir ki, Göyçay rayon Kürdəmiş kənd sakini, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(046)-150/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X7 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış AZ-İ № 815144 saylı nikah pozulmuş, boşanmadan sonra xx xxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxx 2014cü il təvəllüdlü X11 anaları X2 himayəsinə verilmiş, xx xxxxxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment və xx xxxxxx 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını,törətdiyi əməldən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs qismində həbsə alındığı xx xxxxx 2020-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon Polis Şöbəsində saxlanılan 19 ədəd çətənə şitilləri və torpaq nümunələri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 51,06 AZN (əlli bir manat, altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-cu il tarixdən hesablansın. İş üzrə 51,06 AZN (əlli bir manat altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 19 ədəd çətənə şitilləri və torpaq nümunələri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X14 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar