Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-130/2021 27.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X4, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs xx.xx.1983-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bərdə rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax şəhəri, X11 küçəsi, ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 182.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə üzərində zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 13 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21010 markalı ** BM *** dövlət nömrə nişanlı avtomobili Yevlax şəhəri, Kamil Sabitov küçəsində saxladaraq sonuncunun avtomobilinə əyləşib əlində olan istintaqla müəyyən edilməyən bıçağı Zərərçəkmiş şəxs tərəf tutaraq ona avtomobili Yevlax-Gəncə magistral yolu istiqamətində sürməsini tələb edib həmin istiqamətdə hərəkət etdikdən sonra yolun Yevlax rayonunun Duzdağ kəndi ərazisindən keçən hissəsində avtomobili boş torpaq sahəsində saxladaraq avtomobildən enib daha sonra Zərərçəkmiş şəxs də avtomobildən düşməyə təhrik etdikdən sonra sağ əlində tutduğu istintaqla müəyyən edilməyən bıçağı avtomobildən yerə düşmüş Zərərçəkmiş şəxs tərəf tutaraq onu oturaq vəziyyətdə aşağı yerə tərəf çömbəldib sol əlindəki istintaqla müəyyən edilməyən mobil telefonun videokamerası ilə videoçəkilişə başlayıb Zərərçəkmiş şəxs onun keçmiş arvadı Şahid5 onunla evli olduğu vaxtlarda bir neçə dəfə avtomobilinə mindirib avtomobildə onunla sevgi və intim xarakterli hərəkətlər etməsini təsdiq etməsini deməsinə dair videogörüntünü qeydə aldıqdan sonra, hazırki rüsvayedici videogörüntünü və arvadı Şahid5 ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibətlərinə dair 2020-ci ilin fevral ayının 26-da videogörüntüyə aldığı rüsvayedici videogörüntünü yaymaq hədəsi ilə hədə-qorxu gəlib sonuncunun ünvanına nalayiq söyüşlər söyməklə ona 250-300 manat pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs ayağa qalxıb onun əlindəki mobil telefonu kənara itələmək istəyərkən o, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq etməklə sonuncunun sol yan qarın boşluğuna istintaqla müəyyən edilməyən bıçaqla bir dəfə qəsdən vuraraq ona sol qalça darağı nahiyyəsinin, sol yanaq nahiyyəsinin deşilmiş-kəsilmiş və kəsilmiş yarası ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarəti yetirdikdən sonra tələb etdiyi pulu Zərərçəkmiş şəxs ona verməyə razılaşdığından gəldikləri avtomobillə Yevlax şəhərinə qayıdaraq Yevlax şəhəri Füzuli küçəsində Zərərçəkmiş şəxs tanışı Şahid1 aldığı 200 manat pulun hamısını Zərərçəkmiş şəxs alaraq qəsdən sonuncunun haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə üzərində zor tətbiq etməklə əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 182.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumu olmaqla münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıqları olmamışdır. Təxminən 26 fevral 2020-ci il tarixdə keçmiş arvadı Şahid5 Ceyhun ilə münasibətdə olduğunu öyrənmiş, belə ki, həmin hadisədən bir neçə gün əvvəl tanışlarından bir nəfər şəxs Ceyhun barədə ondan soruşaraq Ceyhunun Yevlax şəhəri yeddi saylı məktəbdə oxuyan oğlunu həmin məktəbə aparan zaman keçmiş arvadı Günayı öz avtomaşıınına mindirdiyini demişdir. Bundan sonra 26 fevral 2020-ci il tarixdə saat 2245 radələrində Ceyhunu yaşadığı evə gətirmiş orada Ceyhun keçmiş arvadı Günayla münasibətdə olduğunu etiraf etmişdir. Ceyhun Günayla münasibətdə olduğunu etiraf edərkən qardaşı Elnur həmin etirafları mobil telefona çəkmiş, həmin vaxt orada atası Elxan, anası Ziyafət, qardaşı Elnur, keçmiş arvadı Günay, Ceyhunun anası Məlahət, atası Əjdər və qardaşı Zaur da orada olmuşdur. Daha sonra Günayın atası Şahid6 də oraya gəlmiş, həmin hadisəni eşitdikdən sonra Günayı götürüb Bakı şəhərinə getmişdir. Bundan bir neçə ay sonra arvadı Günaydan boşanmışdır. 13 dekabr 2020-ci il tarixdə saat 1710 radələrində tanımadığı taksi ilə Yevlax şəhərində hərbi komissarlığın olduğu yolda yerləşən maşın ehtiyat hissələri olan mağazaya getmiş, həmin vaxt yolda Ceyhunun avtomobilini görüb taksini saxladaraq yerə düşdükdən sonra Ceyhunun avtomobilinə oturub sonuncu ilə təxminən 30 dəqiqə söhbət etmişdir. Hadisədən bir gün qabaq oğlunun ad günü olduğuna görə Ceyhunu görüb sonuncunun hərəkətlərini xatırlayıb yenidən əsəbiləşmişdir. Ceyhun avtomobili Aran qəsəbəsi tərəfə sürərək orada boş torpaq sahəsində Ceyhunla söhbət etmiş, Ceyhun ona keçmiş arvadı Günayla münasibətdə olduğu üçün peşman olduğunu, buna görə bağışlamasını demişdir. Ceyhuna kişi olmadığını, sonuncuya qarşı belə şey etməməsini demişdir. Ceyhunla boş torpaq sahəsində söhbət edən zaman Ceyhuna bərk əsəbləşdiyi üçün sonuncunun dediklərini həmin vaxt mobil telefona çəkmiş, Ceyhuna keçmiş arvadı Günayla aralarında olanları etiraf etməsini demişdir. Ceyhunun dediklərini videoya çəkməkdə məqsədi sonuncunu cəzalandırmaq olmuş, Ceyhun videoçəkilişdə olan sözləri dedikdən sonra isə çəkilişi dayandırmışdır. Həmin vaxt Ceyhun yerdə olan daşla onun sol qarın boşluğundan vurmuş, bundan əsəbləşərək Ceyhunu iki əli ilə tutub yerə çırpmışdır. Sonra Ceyhunu yerdən qaldırıb üstünü təmizləmiş, təxminən 15-20 dəqiqə sonra Ceyhunun avtomobili ilə şəhərə qayıtmışdır. Yevlax şəhərində yerləşən “İstanbul” marketin qarşısında Ceyhunun avtomaşınından düşüb çıxıb getmişdir. Ceyhundan hədə-qorxu ilə 200 manat pul tələb etməmiş, sonuncunu bıçaqla vurmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 dekabr 2020-ci il tarixdə saat 17 radələrində işdən çıxaraq özünə məxsus VAZ 21010 markalı **-BM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə evə tərəf getmişdir. Avtomobilinə oturan zaman təxminən 20-25 metr aralıda hərbi komissarlığa gedən yolda dayanmış qırmızı rəngli Mersedes 190 markalı avtomobil qabağına keçdiyinə görə avtomobilini saxlamış, avtomobilini saxlayan zaman qırmızı maşından qohumu Xəlilin düşdüyünü görmüşdür. Xəlil avtomobilinin qapısını açaraq əlində bıçaq qabaq oturacaqda oturmuş, avtomobili qabağa sürməsini, onunla söhbət edəcəyini bildirmişdir. Avtomobili sürüb Gəncə yolu istiqamətinə tərəf getmiş, təxminən 5-6 km getdikdən sonra Xəlil avtomobili saxlamağını dediyinə görə avtomobili Duzdağ kəndi ərazisində boş sahəlikdə saxlamışdır. Xəlillə birlikdə avtomobildən düşmüş, Xəlil avtomobildən düşdükdən sonra ona qarşı nalayiq söyüşlər söyüb pul istəmiş, sağ əlində bıçaqla hədələyib 250-300 manat pul verməyini tələb etmişdir. Ona pul verməsə səs yazısının, videoçəkilişinin olduğunu, həmin çəkiliş və yazıları yayacağını demişdir. 2020-ci ilin fevral ayında Xəlil öz yaşadığı evdə ona bıçaq dirəyərək Xəlilin arvadı Günayla yazışdığını, görüşdüyünü söyləməsini demiş, o da qorxudan Xəlilin arvadı Günayı təxminən 2 dəfə yolunun üstü olduğu üçün öz avtomobili ilə yaşadığı evə apardığını demişdir. Həmin vaxt Xəlilin qardaşı Elnur onu kameraya çəkmiş, Günayla münasibəti olmamış, Günay bir neçə dəfə qohum kimi onun mobil telefonuna zəng edərək Xəlili düz yola qaytarmasını ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onu evlərinin yataq otağında üç-dörd dəfə yumruqla sol qaş nahiyəsindən vurmuş, bu zaman Xəlilin atası Elxan və Günayın atası Telman da orada olmuşdur. Qohum olduqları üçün həmin vaxt həkimə və hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Xəlil ona bir il əvvəl çəkdiyi görüntüləri yayacağını deyərkən Xəlilə pul verməyəcəyini demiş, Xəlil sağ əlində bıçaqla ona diz çöküb, dediklərini söyləməsini, yoxsa onu öldürəcəyini bildirmiş, məcbur olub Xəlilin keçmiş arvadı Günayı maşınla evə apardığını demiş, bu zaman Xəlil sol əlində öz mobil telefonu ilə dediklərini kameraya çəkmişdir. Xəlil həmin sözdən qane olmayaraq əlində olan bıçaqla istintaqa təqdim olunmuş videoçəkilişdə dediklərini deməsini, əks halda onu öldürəcəyini bildirmişdir. Məcbur olub təzyiq altında Günayla aralarında olan intim münasibəti barədə demişdir. Sonra Xəlil onun ləyaqətini alçaltmağa cəhd edərkən ayağa qalxıb kameranı itələmək istəyərkən Xəlil sağ əlindəki bıçaqla sol yan qarın boşluğu tərəfindən bir dəfə vurmuşdur. Xəlilə yumruq atsa da həmin yumruq sonuncunu tutmamış, ayağı sürüşüb yerə yıxılmışdır. Yerdə olanda Xəlil bıçaqla onu vurmağa gələn zaman Xəlilə pul verəcəyini demiş, Xəlil onu yerdən qaldıraraq avtomobilinə oturub şəhərə qayıtmışlar. Şəhərə qayıdan zaman Xəlil ona hardan olursa-olsun pulu tapmasını demiş, sonuncuya üstündə pul olmadığını və iş yoldaşı Şahinə zəng edib sonuncudan alacağını demişdir. Avtomobildə olan zaman Xəlilin yanında iş yoldaşı Şahinə zəng edib pul lazım olduğunu demiş, Şahin də gəlib evdən götürməsini demişdir. Xəlil Yevlax şəhəri Füzuli küçəsi ilə X9 küçəsinin kəsişməsində avtomobildən düşərək pul gətirməyəcəyi təqdirdə çəkdiklərini və 2020-ci ilin fevral ayında çəkdiklərini yayacağını bildirmişdir. Qorxduğu üçün X9 küçəsində yaşayan iş yoldaşı Şahinin evinə gedib sonuncudan 200 manat pul istəyərək özünə lazım olduğunu demişdir. Şahindən 200 manat pul alıb Füzuli küçəsinin başında dayanan Xəlilə verdikdən sonra sonuncunu Füzuli küçəsi ilə Nizami prospektinin kəsişməsində düşürtmüşdür. Daha sonra avtomobili ilə X9 küçəsinə qayıtmış, yolda olan zaman Şahinin mobil nömrəsinə zəng edərərk sonuncunun evlərinin yanında olduğunu demişdir. Şahinə evinin yanında hadisə barədə danışmış, Şahin öz avtomobili ilə onu ilk olaraq yaşadığı evə apararaq anası Məlahətə bu barədə məlumat vermişdir. Daha sonra isə onu Yevlax rayon ailə sağlamlıq mərkəzinə aparmışlar. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 dekabr 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən iş yoldaşı Ceyhun öz mobil nömrəsi ilə ona zəng edərək 200 manat pul lazım olduğunu demiş, Ceyhuna gəlib evdən pul götürməsini demişdir. Təxminən 15-20 dəqiqə sonra Ceyhun evinə gələrək darvazanın yanında ondan 200 manat pul almışdır. Ceyhundan pulu nə məqsədlə aldığını soruşmuş, Ceyhun isə evə pul ehtiyac olduğunu bildirmişdir. Həmin vaxt Ceyhunun qolunun pis vəziyyətdə olduğunu görüb sonuncudan bu barədə soruşmuş, Ceyhun isə həyətdə yıxıldığını bildirmişdir. Ceyhun pulu alıb getdikdən təxminən 5-10 dəqiqə sonra ona zəng edərək tez çölə çıxmasını bildirmiş, çölə çıxan zaman Ceyhun bir nəfər şəxslə dalaşdığını, onu evə aparmasını demişdir. Dərhal Ceyhunu öz avtomobili ilə evlərinə aparmış, evdə Ceyhunun anası gəlmiş və birlikdə avtomobili ilə Ceyhunu Yevlax rayon Ailə Sağlamlıq Mərkəzinə aparmışlar. X6 tərəfindən bıçaqla vurulduğunu bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumları olmaqla münasibətləri normal olmuşdur. 2020-ci ilin fevral ayının axırlarında saat 2330 radələrində yaşadığı evdə olarkən Xəlilin anası ona zəng edib evlərinə gəlməsini dedikdən sonra oğlu Zaurla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evə girən zaman oğlu Ceyhun kresloda sağ qaşı açılmış, qan içində, üst-başı palçıqlı vəziyyətdə olmuşdur. Həmin vaxt Xəlil, Xəlilin anası Ziyafət, atası Elxan və qardaşı Elnur da orada olmuş, Xəlilin arvadı Günay isə digər otaqda olmuşdur. Xəlilgil Ceyhunun gəlinləri Günayla münasibətdə olduğunu bildirmiş, oğlu Ceyhunla və Günayla təklikdə söhbət etmək istəmiş, ancaq buna imkan verməmişlər. Təxminən 35-40 dəqiqə sonra əri Əjdər də oraya gəlmiş, daha sonra Ceyhun onlar gəlməmişdən əvvəl Xəlil oğlunu otağa salıb bıçaq gücünə arvadı Günayla münasibətdə olduğumu deməsini məcbur etmişdir. Ceyhun da qorxaraq Günayla münasibəti olmadığını, sadəcə 1-2 dəfə telefon danışığı olduğunu demiş, həmin vaxt Elnur da bunu telefonunun kamerasına çəkmişdir. Ceyhun ona 1-2 dəfə Xəlilin arvadı Günayı öz avtomobili ilə küçələrinin başına apardığını, bunu da kiminsə Xəlilə dediyini, Xəlilin də buna görə Ceyhunla düşmən kimi olduğunu demişdir. Təxminən 1-2 saat sonra Günayın atası Şahid6 gəlmiş, bu zaman Telman, Xəlil, Elxan və Ceyhun digər otağa keçdikdən bir neçə dəqiqə sonra otaqdan səs gəldiyinə görə Xəlilin Ceyhunu vurduğunu hiss etmişdir. Qapını açmaq istəmiş, ancaq qapı arxadan bağlı olmuşdur. Bir neçə dəqiqə sonra həmin şəxslər çölə çıxaraq Telman qızının olduğu otağa getmiş, onlar isə evlərinə qayıtmışlar. 13 dekabr 2020-ci il tarixdə saat 1815 radələrində ünvan 1 ünvanında yerləşən evində olarkən Ceyhunun iş yoldaşı Şahin öz avtomobili ilə evə gələrək onu darvazanın yanına çağırmış, çölə çıxanda Şahin Ceyhunun yaralı olduğunu, oğlunu xəstəxanaya aparmalarını demişdir. Ceyhundan nə baş verdiyini soruşduqda sonuncu ona qohumları Xəlillə dalaşdığını demişdir. Həmin vaxt Ceyhunun paltarı qan içində olmuş, Şahinin avtomobili ilə Ceyhunu Yevlax şəhəri Ailə Sağlamlıq Mərkəzinə aparmışlar. Ailə sağlamlıq mərkəzində Ceyhuna ilkin tibbi yardım göstərildikdən sonra Ceyhun ona hadisəni tam olaraq danışaraq Xəlil tərəfindən boş torpaq sahəsinə aparılıb orada bıçaqla vurulduğunu, diz çökdürüb bıçaqla hədələndiyini, bunu mobil telefonuna çəkildiyini, 200 manat pul tələb edildiyini, pulu verməyəcəyi təqdirdə isə öldürüləcəyini dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əri olmaqla sonuncu ilə 2012-ci ilin noyabr ayında ailə həyatı qurmuş, evləndikləri vaxtdan Xəlil işləməmiş, avaralıqla məşğul olmuş, onu tez-tez döymüş, ailəsinə biganə yanaşmışdır. Atası Şahid6 onlara maddi cəhətdən köməklik etmiş, dəfələrlə Xəlilə özünə yığışmasını bildirsə də ancaq Xəlil yenə buna məhəl qoymamışdır. 2020-ci ilin mart ayında atası Şahid6 yaşadıqları evə gələrək onu götürüb Bakı şəhərinə getmiş, 2020-ci ilin yaz-yay aylarında Xəlildən rəsmi qaydada boşanmaq üçün Yevlax rayon məhkəməsinə iddia ərizəsi verərək 2021-ci ilin fevral ayında Xəlildən rəsmi qaydada boşanmışdır. Zərərçəkmiş şəxs ilə aralarında heç bir münasibət olmamış, sadəcə olaraq Ceyhun arada bir valideynləri ilə onlara gəldiyi üçün xatırlamadığı mobil nömrə ilə Ceyhuna bir neçə dəfə zəng edərək ona Xəlilə öyüd-nəsihət verməsini, Xəlili düz yola qaytarmasını bildirmişdir. Ceyhunun onunla münasibətdə olmasını etiraf etməsi barədə isə heç bir məlumatı olmamış, belə bir şeyin olub-olmadığını bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin fevral ayının axırlarında qardaşı Təqsirləndirilən şəxs keçmiş arvadı Günayın qohumları Ceyhunla münasibətdə olduğunu aşkar etdikdən sonra Ceyhun və ailəsi ilə olan münasibətləri pozulmuş, qardaşı Xəlil də həmin hadisədən sonra gəlinləri Günayı boşamaq qərarına gələrək bu barədə Günayın atası Şahid6 də məlumat vermişdir. 26 fevral 2020-ci il tarixdə saat 22 radələrində qardaşı Xəlil qohumları Ceyhun və arvadı Günayla birlikdə yaşadıqları evə gəlmiş, Ceyhunla Günayı şəhərdə birlikdə tutduğunu və Ceyhunun avtomobili ilə gəldiyini bildirmişdir. Daha sonra xəbər verdiklərinə görə Ceyhunun atası Əjdər, anası Məlahət, qardaşı Zaur da onlara gəlmiş, həmin vaxt Günay Ceyhunla münasibəti olmadığını bildirmiş, ancaq Ceyhun baldızı Günayla münasibətdə olduğunu etiraf etmişdir. Ceyhunun qardaşı Zaur da Ceyhuna buna görə möhkəm əsəbləşərək, əlini evin divarına çırpmış, Ceyhunun atası Əjdər və anası Məlahət də Ceyhuna buna görə əsəbləşmişlər. Bir neçə saat sonra Günayın atası Şahid6 də oraya gəlmiş, Telman hadisə barədə məlumat aldıqdan sonra qızı Günayı götürüb Bakı şəhərinə getmişdir. Daha sonra isə Xəlillə Günay boşanmış, həmin vaxtı orada heç bir çəkiliş aparmamışdır. Təxminən 2020-ci ilin dekabr ayının axırlarına Xəlilin Ceyhunla dalaşdığını bilmiş, Xəlil Ceyhunla 2020-ci il dekabr ayında dalaşan zaman dalaşdıqları yerdə videoçəkiliş aparmışdır. Xəlilin həmin videoçəkilişi etdiyi mobil telefonda öz mobil telefonunun kartı olmuş, həmin videoçəkiliş silinmiş, həmin videoçəkilişi mobil telefonda olan kartı vasitəsilə Bakı şəhərində yerləşən yerini xatırlamadığı telefon mağazalarının birində bərpa etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 14 dekabr 2020-ci il tarixli 759 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər sol qalça darağı nahiyyəsinin, sol yanaq nahiyyəsinin deşilmiş-kəsilmiş və kəsilmiş yarası deşici-kəsici alətn təsirindən əmələ gəlmişdir, ola bilsin bıçağın təsirindən yaranmışdır, əmələ gəlmə müddəti 13 dekabr 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2020-ci il tarixli 777 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 19 mart 2021-ci il tarixli 153 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında- yəni anlaqlı vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş kompleks məhkəməbioloji və trasoloji ekspertizasının 02 aprel 2021-ci il tarixli 159-MTKŞ/2021 nömrəli rəyində və 05 aprel 2021-ci il tarixli 175/2021-MTBŞ nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məxsus gödəkçənin və köynəyin ön səthində solda bir ədəd dəlib-keçən zədə aşkar olundu, bu zədələr deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilər, Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynək üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Bərdə rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyinə görə onun əmlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan 28 fevral 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videoçəkilişin olduğu CD-diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs yerə çöməlmiş vəziyyətdə oturmuş olduğu, üzü görünməyən bir nəfər şəxsin ona “nətər olubdu danış dediyi” görünür. Zərərçəkmiş şəxs alçaq səslə danışan zaman üzü görünməyən digər şəxs ona “nətər, açıq danış deyir.” Zərərçəkmiş şəxs əlini şalvarına tərəf apararaq deyir ki, cinsiyyət orqanıma əl atıb, sonra isə deyir ki, iki-üç dəfə maşında öpüşmüşük. Həmin anda üzü görünməyən digər şəxs deyir ki, “nətər olubdu ona yazmısan, Zərərçəkmiş şəxs isə deyir ki, instagramda yazmışam, digər şəxs isə deyir ki, kim göstərib instagramı, bununla da videoçəkiliş sona yetir. İş materiallarında olan Azercell-Telekom MMC-də alınmış məlumatların olduğu diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrə ilə hadisə baş verən gün, 13 dekabr 2020-ci il tarixdə saat 1747 və 1812 radələrində iş yoldaşı Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin anten dairəsi hadisə baş verən gün, yəni 13 dekabr 2020-ci il tarixdə Yevlax rayonu ərazisində çıxmışdır. Həmin gün saat 1806 radələrində, 1813 radələrində və 1814 radələrində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami prospekti ilə Füzuli küçəsinin kəsişməsi istiqamətində olan zaman zənglər gəldiyi, Təqsirləndirilən şəxs də həmin nömrə ilə başqa nömrəyə zəng etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il 3 (üç) ay 26 (iyirmi altı) gününü çəkməmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs pul tələb etməməsi və almamasını göstərsə də onun ifadəsində göstərdiyi həmin xüsusatlar məhkəmə istintaqı zamanı təsdiq edilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ondan 200 manat aldığını təsdiq etməsi, Zərərçəkmiş şəxs xəsarət almasını təsdiq edən məhkəmə-tibb ekspertizasının rəyi və işdə olan digər sənədlər məhkəmənin belə qənaətə gəlməsinə əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs keçmiş arvadı ilə arasında olan intim münasibətlərə görə cəzalandırdığını göstərsə də, onun bu hərəkətləri keçmiş arvadı ilə ayrıldıqdan təxminən 10 ay sonra yenidən bu hərəkətləri etməsi, həmçinin Zərərçəkmiş şəxs arvadı ilə yaxın münasibətlərdə olmasını etiraf etməsini öz mobil telefonuna çəkməsi kimi hallar məhkəmə tərəfindən onun ifadəsində göstərdiyi hallara tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qəbul etməyə əsas verir. Beləliklə də, cinayət işinin istintaqı zamanı toplanmış dəlillərlə Təqsirləndirilən şəxs CM-in 182.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddələrlə məhkəmə məsuliyyətinə verilməlidir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-in 182.2.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. CM-in 59-cu maddəsinə əsasəsn Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2021-ci ildə şübhəli şəxs kimi saxlanmış, 02 mart 2021-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun ibtidai araşdırma zamanı həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməməlidir. CM-in 67 və 68.1.1-1-ci maddələrinə əsasən Bərdə rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 3 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.3-cü maddəsi ilə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 67 və 68.1.1-1-ci maddələrinə əsasən Bərdə rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 3 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni 28 fevral 2021-ci ildən hesablansın. İş üzrə maddi sübut olan və Yevlax rayon polis şöbəsində saxlanılan 1 ədəd gödəkçə və 1 ədəd köynək zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın, videogörüntünün olduğu 1 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi): Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-130/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-130/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver