Məhkəmə qərarları › İş №1(091)-130/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-130/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-130/2023 30.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X5, X11 və X2, zərər çəkmiş şəxs: – Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 2002-ci ildə Zərdab rayonu Məmmədqasımlı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Zərdab rayonu Məmmədqasımlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 2005-ci ildə Ucar şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar şəhəri X17 küçəsi döngə 1, ev 44 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 2003-cü ildə Ucar şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar şəhəri ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin anvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 6 dekabr 2022-ci il tarixdə saat 19 radələrində tamah niyyəti ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanınmamaları üçün maskadan istifadə etməklə Ucar şəhəri, Oğuz küçəsi 44 ünvanında yerləşən “VİP” adlanan qızıl-zinət əşyaları satılan mağazanın yaxınlığına gəlib əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 silah qismində istifadə etdiyi dəmir alətlə pusquda qoymaqla, Təqsirləndirilən şəxs2 ilə birlikdə silah qismində istifadə etdikləri dəmir alətlərlə içərisində xeyli miqdarda, yəni 9335 (doqquz min üç yüz otuz beş) manat dəyərində qızıl üzüklərdən ibarət qızıl-zinət əşyalarının olduğu çantanı mağazanın qarşısında dayanmış ağ rəngli “Toyota Corolla” markalı Aİ6505Mİ Ukrayna dövlət qeydiyyat nişanlı minik avtomobilinin başqa saxlanc yeri sayılan arxa yük yerinə yenicə yerləşdirərək yük yerini bağlamış Zərərçəkmiş şəxs üzərinə hücum edib əlində olan dəmir aləti nümayiş etdirməklə həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib, Zərərçəkmiş şəxs başqa saxlanc yeri sayılan avtomobilin arxa yük yerini açaraq içərisində qızıl üzüklərdən ibarət qızıl-zinət əşyalarının olduğu çantanı verməsini tələb edən zaman sonuncu bundan imtina etdikdə qızıl-zinət əşyalarını verməsi üçün əlində olan dəmir alətlə Zərərçəkmiş şəxs zor tətbiq edərək sonuncuya sol əlin İİ barmağının əsas falanqasının ovuc səthinin sıyrığı, sol təpə-gicgah nahiyəsinin, sağ mil-bilək oynağının şişkinliyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib ardınca əlində olan dəmir alətlə avtomobilin arxa sağ xarici işıq cihazını vurub sındırmaqla yenidən Zərərçəkmiş şəxs avtomobilin arxa yük yerini açmağı tələb etdikdə sonuncu qışqıraraq kömək çağırmağa çalışdığından Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerini tərk etməklə özgənin xeyli miqdarda qızılzinət əşyalarını ələ keçirə bilməyərək hücuma məruz qalan Zərərçəkmiş şəxs qarşı quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 6 dekabr 2022-ci il tarixdə saat 19 radələrində tamah niyyəti ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanınmamaları üçün maskadan istifadə etməklə Ucar şəhəri, Oğuz küçəsi 44 ünvanında yerləşən “VİP” adlanan qızıl-zinət əşyaları satılan mağazanın yaxınlığına gəlib əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 silah qismində istifadə etdiyi dəmir alətlə pusquda qoymaqla, Təqsirləndirilən şəxs1 ilə birlikdə silah qismində istifadə etdikləri dəmir alətlərlə içərisində xeyli miqdarda, yəni 9335 (doqquz min üç yüz otuz beş) manat dəyərində qızıl üzüklərdən ibarət qızıl-zinət əşyalarının olduğu çantanı mağazanın qarşısında dayanmış ağ rəngli “Toyota Corolla” markalı Aİ6505Mİ Ukrayna dövlət qeydiyyat nişanlı minik avtomobilinin başqa saxlanc yeri sayılan arxa yük yerinə yenicə yerləşdirərək yük yerini bağlamış Zərərçəkmiş şəxs üzərinə hücum edib əlində olan dəmir aləti nümayiş etdirməklə həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs başqa saxlanc yeri sayılan avtomobilin arxa yük yerini açaraq içərisində qızıl üzüklərdən ibarət qızıl-zinət əşyalarının olduğu çantanı verməsini tələb edən zaman sonuncu bundan imtina etdikdə qızıl-zinət əşyalarını verməsi üçün əlində olan dəmir alətlə Zərərçəkmiş şəxs zor tətbiq edərək sonuncuya sol əlin İİ barmağının əsas falanqasının ovuc səthinin sıyrığı, sol təpə-gicgah nahiyəsinin, sağ mil-bilək oynağının şişkinliyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib ardınca əlində olan dəmir alətlə avtomobilin arxa şüşəsini vurub sındırmaqla yenidən Zərərçəkmiş şəxs avtomobilin arxa yük yerini açmağı tələb etdikdə sonuncu qışqıraraq kömək çağırmağa çalışdığından Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə hadisə yerini tərk etməklə özgənin xeyli miqdarda qızılzinət əşyalarını ələ keçirə bilməyərək hücuma məruz qalan Zərərçəkmiş şəxs qarşı quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 6 dekabr 2022-ci il tarixdə saat 19 radələrində tamah niyyəti ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanınmamaları üçün maskadan istifadə etməklə Ucar şəhəri, Oğuz küçəsi 44 ünvanında yerləşən “VİP” adlanan qızıl-zinət əşyaları satılan mağazanın yaxınlığına gəlib əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən cinayətkar məqsədlərini həyata keçirən zaman şübhəli vəziyyət yaranacağı təqdirdə xəbər vermək və təhlükə yaranacağı halda müdaxilə etmək məqsədilə silah qismində istifadə etdiyi dəmir alətlə mağazanın giriş qapısından sol tərəfdə yerləşən divarının tinində gözlə görünən və eşidilən məsafədə pusquda dayanmaqla Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə silah qismində istifadə etdikləri dəmir alətlərlə içərisində xeyli miqdarda, yəni 9335 (doqquz min üç yüz otuz beş) manat dəyərində qızıl üzüklərdən ibarət qızıl-zinət əşyalarının olduğu çantanı mağazanın qarşısında dayanmış ağ rəngli “Toyota Corolla” markalı Aİ6505Mİ Ukrayna dövlət qeydiyyat nişanlı minik avtomobilinin başqa saxlanc yeri sayılan arxa yük yerinə yenicə yerləşdirərək yük yerini bağlamış Zərərçəkmiş şəxs üzərinə hücum edib əlində olan dəmir aləti nümayiş etdirməklə həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib, Zərərçəkmiş şəxs başqa saxlanc yeri sayılan avtomobilin arxa yük yerini açaraq içərisində qızıl üzüklərdən ibarət qızıl-zinət əşyalarının olduğu çantanı verməsini tələb etmələrinə, sonuncunun bundan imtina etdikdə qızıl-zinət əşyalarını verməsi üçün əlində olan dəmir alətlərlə Zərərçəkmiş şəxs zor tətbiq edərək sonuncuya sol əlin İİ barmağının əsas falanqasının ovuc səthinin sıyrığı, sol təpə-gicgah nahiyəsinin, sağ mil-bilək oynağının şişkinliyi ilə müşayiət olunan sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmələrinə, ardınca əllərində olan dəmir alətlərlə avtomobilin arxa sağ xarici işıq cihazını və şüşəsini vurub sındırmaqla yenidən Zərərçəkmiş şəxs avtomobilin arxa yük yerini açmağı tələb etmələrinə şərait yaratmasına baxmayaraq, sonuncu qışqıraraq kömək çağırmağa çalışdığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerini tərk etməklə özgənin xeyli miqdarda qızıl-zinət əşyalarını ələ keçirə bilməyərək hücuma məruz qalan Zərərçəkmiş şəxs qarşı quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə saat 19 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Ucar şəhərində hər üçünün razılaşdıqları kimi oğurluq məqsədilə Zərərçəkmiş şəxs işlədiyi qızıl mağazasının qarşısına getmiş, Əbdürrəhimlə onun əllərində bir metr uzunluğunda dəmir parçası olmuşdur. Zərərçəkmiş şəxs mağazadan çıxanda sonuncuya tərəf getmiş, lakin Zərərçəkmiş şəxs çatmamış sonuncu əlindəki çantanı avtomaşının yük yerinə qoymuşdur. Zərərçəkmiş şəxs üzərinə hücum edərək əlinə zərbə vurmuş, Zərərçəkmiş şəxs köməyinə kənardan iki nəfər gəldiyinə görə həmin yerdən qaçmışlar. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Zərdab rayonu Məmmədqasımlı kəndində yaşamaqla orta məktəbi bitirdikdən sonra ofisiant kimi işlədiyi Bakı şəhəri Bakıxanov qəsəbəsindəki kafedə Ucar rayon sakini Əbdürrəhimlə tanış olmuş, 2022-ci ilin noyabr ayının əvvəllərində hər ikisi işdən çıxdıqlarına görə maddi cəhətdən sıxıntıları yaranmışdır. Əbdürrəhim ona Ucar rayonuna gedib orada oğurluq edib yenidən Bakıya qayıtmağı təklif etdikdə sonuncu ilə razılaşdığına görə təxminən 2022-ci ilin noyabr ayının 10-da Ucar rayonuna gəlmiş, kirayə ev tapana kimi bir günlük oteldə qalmış, Əbdürrəhim isə Ucar şəhərinda yaşayan nənə və babasının yanına getmişdir. Bir gün sonra Əbdürrəhim Ucar şəhərindən olan dostu Təqsirləndirilən şəxs3 ilə görüşmüş, Əli onun üçün Ucar şəhərində kirayə ev tapmışdır. Həmin evə köçdükdən sonra hər üçü birlikdə həmin evdə görüşüb Əli ilə Əbdürrəhimin təklifi əsasında Ucar şəhəri Oğuz küçəsində yerləşən İsmayıla məxsus mağazadan qızıl oğurlamaq qərarına gəlmiş, hər biri son üç gündə həmin mağazanı nəzarətə götürərək hər gün mağazaya gedib-gələn İsmayılın adını sonradan öyrəndikləri Vüqar adlı dayısının səhər işə gələndə bir çanta ilə gəldiyini və axşam işdən çıxanda isə həmin çanta ilə çıxdığını müşahidə etmişlər. Buna görə çantanın içərisində qızılların olduğunu başa düşərək həmin qızıl olan çantanı Vüqar mağazadan çıxdıqda sonuncunun əlindən almağı qərara almışlar. Danışdıqları kimi 06 dekabr 2022-ci il tarixdə saat 18 radələrində həmin mağazanın arxasına gəlmiş, orada Əbdürrəhimin gətirdiyi çantadan hərəyə bir dəmir parçası götürmüşlər. Əbdürrəhimin boz rəngli qış gödəkçəsi və qaz açarı çantada qalmış, Əbdürrəhim özünə papaqdan üz maskası düzəltməklə Əlinin üzündə qara rəngli tibbi maska, onun üzündə isə boz rəngli tibbi parça maska olmuşdur. Saat 19 radələrində İsmayılın mağazasının qarşısına gələrək Əbdürrəhimlə birlikdə Vüqarın “Toyota” markalı avtomobilinin arxa tərəfində bir qədər aralıda dayanmış, Əli isə kənarda pusquda dayanaraq nə isə bir problem olarsa onlara xəbər etməli, eyni zamanda təhlükə yarandığı anda özü də köməklik etməli olmuşdur. Mağazanın işığı söndükdən sonra Vüqar əlindəki çanta ilə çıxaraq dərhal avtomobilə yaxınlaşmış, onlar Vüqarın əlindəki çantanı almağa fürsət tapmadan sonuncu çantanı avtomobilin yük hissəsinə qoymuşdur. Vüqara yaxınlaşıb avtomobilin yük hissəsini açmasını tələb etmiş, Əbdürrəhim isə onlardan bir qədər kənarda dayanmışdır. Vüqar onlardan kim olduqlarını soruşduqda sonuncunun üstünə gedərək avtomobilin yük hissəni açmasını yenə tələb etdikdə Vüqar üstünə gəlməyə başlamış, Vüqara fikrinin ciddi olduğunu göstərmək üçün əlindəki dəmir parçası ilə sonuncunu vurmağa başlamışdır. Vüqar başından xəsarət almamaq üçün əli ilə başını qorumağa çalışmış, Əbdürrəhim də Vüqarı ondan uzaq tutmaq üçün əlindəki dəmir alətlə Vüqara vurmağa başlamışdır. Vüqar bir qədər geri çəkildikdən sonra sonuncunu qorxudub yük hissəni açması üçün avtomobilin arxa xarici işıq cihazını əlindəki dəmir alətlə vurub qırmış, Əbdürrəhim də həmin avtomobilin arxa şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmışdır. Vüqar səs-küy salmağa başlamış, bu zaman Əli də qışqıraraq onlara getmələrini bildirmişdir. Onlar oradan qaçıb həmin mağazanın arxa tərəfində yerləşən dəmiryoluna tərəf gedərək orada əlindəki dəmir parçasını və üzündəki tibbi maskanı dəmiryolunun kənarına tullamış, oradan da mağazanın arxasında olan çantanı götürmək üçün bazarın içinə getmişlər. Lakin çantanı qoyduqları aranı səhv saldıqları üçün çantanı götürə bilməmiş, oradan birlikdə onun kirayə qaldığı evə qayıtmışlar. Bundan bir neçə saat sonra gecə saatlarında Ucar rayonunu tərk edərkən polis əməkdaşları onları yaxalayaraq Ucar RPŞ-nə gətirmiş, polis şöbəsində Vüqarın hadisə barədə şikayət etdiyini öyrənmişlər. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində Bakıxanov qəsəbəsində kirayə yaşamaqla orada olan kafelərdən birində ofisiant işləyərkən Zərdab rayon sakini Elxanla tanış olmuş, işdən çıxdıqdan sonra maddi sıxıntıları olduğundan Elxana Ucar rayonuna gəlib orada oğurluq edib yenidən Bakıya qayıtmağı təklif etdikdə sonuncu onunla razılaşmış, buna görə 10 noyabr 2022-ci il tarixdə Ucar rayonuna gəlmiş, Elxan bir günlük oteldə qalmaqla onun özü Ucar şəhərində yaşayan nənə və babasının yanına gələrək sonunculara işdən çıxdığını və bu səbəbdən rayona qayıtdığını demişdir. Sonra Ucar şəhərində yaşayan dostu Təqsirləndirilən şəxs3 ilə görüşüb sonuncuya oğurluq məqsədilə ilə Ucara gəldiyini, Elxana kirayə ev tapmalı olduğunu bildirmişdir. Əli Elxan üçün Ucar şəhərində kirayə ev tapdıqdan sonra Elxan həmin evə köçmüş, həmin evdə görüşüb haradan və necə oğurluq etməyi planlaşdırmışlar. Əli ilə Ucar şəhəri Oğuz küçəsində yerləşən İsmayıla məxsus mağazadan qızıl oğurlamaq qərarına gəldikdən sonra hər biri son üç gündə həmin mağazanı nəzarətə götürmüş, hər gün mağazaya gedib-gələn İsmayılın adını sonradan öyrəndikləri Vüqar adlı dayısının səhər işə gələndə bir çanta ilə gəldiyini və axşam işdən çıxanda isə həmin çanta ilə çıxdığını müşahidə etmişlər. Çantanın içərisində qızılların olduğunu anladıqlarına görə həmin qızıl olan çantanı Vüqar mağazadan çıxdıqda sonuncunun əlindən almaq üçün 06 dekabr 2022-ci il tarixdə saat 18 radələrində həmin mağazanın arxasına gəlmişdir. Evdən çıxamamışdan əvvəl çantanın içərisinə 1 ədəd qaz açarı, 3 ədəd dəmir parçası və qızılları götürdükdən sonra izi itirmək üçün boz rəngli qalın qış gödəkçəsi qoymuş, mağazanın arxa tərəfində olan bazarın içərisində hərəsi çantadan bir dəmir parçası götürmüşdür. Həmçinin əvvəlcədən 1 ədəd papaqdan hazırladığı maskanı başına qoymuş, Əlinin üzündə qara rəngli tibb maskası, Elxanın üzündə isə boz rəngli tibbi parça maska olmuşdur. Qaz açarı və gödəkçə isə çantada qalmışdır. Saat 19 radələrində İsmayılın mağazasının qarşısına gəlmiş, Elxanla birlikdə Vüqarın Toyota markalı avtomobilin arxa tərəfində bir qədər aralıda dayanmış, Əli isə kənarda pusquda dayanaraq nə isə bir problem olarsa onlara xəbər etməli, eyni zamanda təhlükə yarandığı anda özü də köməklik etməli olmuşdur. Mağazanın işığı söndükdən sonra Vüqar əlindəki çanta ilə çıxıb dərhal avtomobilə yaxınlaşaraq çantanı avtomobilin yük hissəsinə qoymuş, bu zaman Elxan Vüqara yaxınlaşıb avtomobilin yük hissəsini açmağı tələb etmişdir. Vüqar onlardan kim olduqlarını soruşmuş, Elxan Vüqarın üstünə gedərək avtomobilin yük hissəni açmağı yenə tələb etdikdə sonuncu üstlərinə gəlməyə başlamışdır. Elxan əlindəki dəmir parçası ilə Vüqarı vurmağa başlamış, Vüqar başından xəsarət almamaq üçün əli ilə başını qorumağa çalışmışdır. Vüqarı Elxandan uzaq tutmaq üçün əlindəki dəmir alətlə Vüqara vurmağa başlamış, Vüqar bir qədər geri çəkildiksən sonra Elxan Vüqarı qorxudub yük hissəni açması üçün avtomobilin arxa xarici işıq cihazını əlindəki dəmir alətlə vurub qırmışdır. O da, həmin avtomobilin arxa şüşəsini əlindəki dəmir parçası ilə vurub sındırmış, Vüqar səs-küy salmağa başlamışdır. Əli də qışqıraraq onlara getməyi bildirmiş, oradan qaçıb həmin mağazanın arxa tərəfində yerləşən dəmiryoluna tərəf getmişlər. Orada əlindəki dəmir parçasını dəmiryolunun kənarındakı sahəyə tullamış, oradan da mağazanın arxasında olan çantanı götürmək üçün bazarın içinə getmişlər. Çantanı qoyduqları aranı səhv saldıqları üçün götürə bilməmiş, oradan birlikdə Elxanın kirayə qaldığı evə qayıtmışlar. Bir neçə saat sonra gecə saatlarında Ucar rayonunu tərk edərkən polis əməkdaşları onları yaxalayaraq polis şöbəsinə gətirmişdir. Polis şöbəsinə gəldikdən sonra Vüqarın hadisə barədə şikayət etdiyini öyrənmişlər. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə Ucar şəhərində olarkən tanışı Təqsirləndirilən şəxs2 onunla görüşdükdən sonra Elxan adlı dostu ilə gəldiyini və sonuncuya kirayə ev tapmalı olduğunu, həmçinin Elxan ilə Ucar rayonunda oğurluq etmək istədiklərini bildirib onu da həmin oğurluqda iştirak etməyə dəvət etmişdir. Əbdürrəhimlə razılaşdıqdan sonra Elxan bir günlük oteldə qalmış, sonra Ucar şəhərində 200 manata kirayə tapdığı evə köçmüşdür. Hər üçü həmin evdə görüşüb söhbət edərkən Əbdürrəhimlə o, Ucar şəhəri Oğuz küçəsində yerləşən İsmayıla məxsus mağazadan qızıl oğurlamaq qərarına gəlmiş, hər biri hadisədən əvvəl son üç gündə həmin mağazanı nəzarətə götürmüşlər. Hər gün mağazaya gedib-gələn İsmayılın adını sonradan öyrəndikləri Vüqar adlı dayısının səhər işə gələndə bir çanta ilə gəlməsini və axşam işdən çıxanda isə həmin çanta ilə çıxmasını müşahidə etdikdə çantanın içərisində qızılların olduğunu anlamış, bu səbəbdən həmin qızıl olan çantanı Vüqar mağazadan çıxdıqda sonuncunun əlindən almaq fikrinə düşmüşlər. 06 dekabr 2022-ci il tarixdə saat 18 radələrində həmin mağazanın arxasına gəlmiş, orada Əbdürrəhimin gətirdiyi çantadan hərəsi bir dəmir parçası götürmüşlər. Əbdürrəhimin paltarı və qaz açarı isə çantada qalmış, Əbdürrəhimin üzündə papaqdan düzəltdiyi üz maskası, onun üzündə qara rəngli tibb maskası, Elxanın üzündə isə boz rəngli tibbi parça maska olmuşdur. Saat 19 radələrində İsmayılın mağazasının qarşısına gələrək Elxan və X7 markalı avtomobilinin arxa tərəfində bir qədər aralıda dayanmış, o isə sonunculardan təxminən 15-20 metr kənarda gözətçi kimi dayanaraq gəlib-gedənə fikir verməli, problem olarsa, xəbər verməli olmuşdur. Mağazanın işığı söndükdən sonra Vüqar əlindəki çanta ilə çıxıb dərhal avtomobilə yaxınlaşmış, Elxan ilə Əbdürrəhim Vüqarın əlindəki çantanı almağa fürsət tapmadan sonuncu çantanı avtomobilin yük hissəsinə qoymuşdur. Elxan Vüqara yaxınlaşıb avtomobilin yük hissəsini açmağı tələb etmiş, Vüqar hər ikisindən kim olduqlarını soruşduqda yüksək səslə danışmağa başlamışdır. Elxan Vüqarın üstünə gedərək yük hissəni açmağı yenə tələb etdikdə səs küy yaranmış, Əbdürrəhimin avtomobilin arxa şüşəsini sındırdığını gördükdə, qışqırıb hər ikisini çağırmışdır. Əbdürrəhim və Elxanın qaçmağa başladığını gördükdə həyəcanlanıb mağazanın sağ arxa tərəfindən üzü bazara doğru qaçmağa başlamış, üzündəki maskanı və əlindəki dəmir parçasını dəmiryolunun yaxınlığında xatırlamadığı yerdə atmışdır. Əbdürrəhim və Elxan ilə bazarın yanından keçən dəmiryolunun yaxınlığında görüşmüş, oradan da mağazanın arxasında olan çantanı götürmək üçün bazarın içinə keçmişlər. Lakin çantanı qoyduqları aranı səhv saldıqları üçün çantanı götürə bilməmiş, oradan birlikdə Elxanın kirayə qaldığı evə qayıtmışlar. Bir neçə saat sonra gecə saatlarında Ucar rayonunu tərk edərkən polis əməkdaşları onları yaxalayaraq Ucar RPŞ-yə gətirmiş, polis şöbəsinə gəldikdən sonra Vüqarın hadisə barədə şikayət etdiyini öyrənmişlər. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ucar şəhəri Oğuz küçəsində yerləşən hədiyyəlik əşyalar satılan mağazada bacısı oğlu İsmayılın yanına arabir gəlib-getmiş, həmin mağazada İsmayıl hədiyyəlik əşyalarla yanaşı, ətirlər, o cümlədən qızıl-zinət əşyaların da alqı-satısı ilə məşğul olmuşdur. İsmayıl mütəmadi olaraq iş ilə bağlı Bakı şəhərinə gedib-gəldiyinə görə arabir həmin mağazada sonuncunun yerinə nəzarət etmişdir. 06 dekabr 2022-ci il tarixdə İsmayıl Bakı şəhərində olduğundan yenə də gün ərzində həmin mağazada olmuş, saat 19 radələrində mağazada satıcı işləyən Günay ilə birlikdə mağazanı bağlayıb çıxaraq həmin qızılları olduqları qutularda və satış-nisyə dəftərini iri bazar çantasının içinə qoyub çölə çıxdıqdan sonra həmin çantanı özünə məxsus “Toyota Corolla” markalı Aİ6505Mİ Ukrayna dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə qoyub yük hissəni örtdükdə Günay qapının son qıfılını bağlamışdır. Həmin vaxt üzündə maskalar olan adlarının sonradan Elxan və Əbdürrəhim olduğunu bildiyi şəxslər ona yaxınlaşaraq Elxan adlı şəxs ondan avtomaşının yük yerini açmasını tələb etmiş, Əbdürəhim də eyni sözü deməyə başlamışdır. Hər iki şəxsdən kim olduqlarını və nə üçün avtomaşının yük yerini açmasını istədiklərini soruşaraq həmin şəxslərə yaxınlaşdıqda Elxanın əlində dəmir parçası olduğunu görmüş, Elxan həmin dəmir parçası ilə təpə nahiyəsinə vurmuşdur. Özünü qorumaq üçün sol əlini yuxarı qaldırıb özünü müdafiə etmək istədikdə dəmir parçası onun sol əlinin içərisinə dəymiş, dəmir parçasını tutmaq istədikdə Əbdürrəhim adlı şəxs də onu sağ əlindən vurmuşdur. Bir qədər arxaya çəkilib kömək çağırmaq üçün “qonşu, qonşu” deyə səslənmiş, bu zaman ona basqın edən şəxslər onu buraxıb avtomobilin arxa sağ xarici işıq cihazını və arxa şüşəsini dəmir parçaları ilə vurub sındırdıqdan sonra hadisə yerindən qaçmışlar. Orada hadisə yerindən keçən cavan bir oğlana polisə xəbər verməsini istəmiş, həmin adını bilmədiyi şəxs dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. Məlumat verildikdən sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş, bir neçə saat sonra həmin şəxslərin kim olduqlarını öyrənmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar şəhəri Oğuz küçəsində yerləşən İsmayıl adlı şəxsin işlətdiyi hədiyyəlik əşyalar satılan mağazada satıcı işləmiş, mağazada hədiyyəlik əşyalarla yanaşı, ətirlər, o cümlədən qızıl-zinət əşyaları da satılmışdır. Sonradan həmin mağazaya İsmayılın dayısı Zərərçəkmiş şəxs gəlmiş, İsmayıl mağazada olmadığı vaxtlarda Vüqar həmin mağazaya nəzarət etmişdir. 06 dekabr 2022-ci il tarixdə İsmayıl Bakı şəhərində olduğuna görə saat 19 radələrində Vüqar ilə birlikdə mağazanı bağladıqdan sonra mağazadan çıxmış, Vüqar isə mağazada olan qızıl üzükləri çantaya qoyub mağazadan çıxıb qızıl üzüklərin olduğu çantanı yük yerinə qoymaq üçün orada saxladığı avtomobilinə yaxınlaşmışdır. Bu zaman əllərində dəmir parçaları olan iki nəfər maskalı şəxslər yanından keçərək Vüqara yaxınlaşdıqdan sonra Vüqardan avtomobilin yük hissəsini açmağı tələb etmiş, Vüqar həmin şəxslərdən kim olduqlarını soruşduqda həmin iki nəfərdən biri Vüqarın üstünə hücum çəkib sonuncunu əlindəki dəmirlə vurmağa başlamışdır. Digər şəxs də o biri ilə birlikdə Vüqarı dəmir alətlə vurduqdan sonra hər ikisi əlindəki dəmir alətlərlə avtomobilə vurmağa başlamışlar. Bu zaman Vüqar səs-küy salmağa başlamış, hər iki şəxs oradan yanından qaçaraq getmişlər. Sonra Vüqar bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Vüqar ona yaxşı olduğunu, xəsarətlərinin az olduğunu deyib ondan evə getməsini istədikdə oradan yaşadığı evə getmişdir. Növbəti gün hadisə törətmiş şəxslərin Ucar rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Zərdab rayon sakini Təqsirləndirilən şəxs1 olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci il tarixdə axşam saatlarında Ucar şəhəri Oğuz küçəsi 44 ünvanında yerləşən “VİP” adlanan mağazanın qarşısında Zərərçəkmiş şəxs qarşı naməlum şəxslər tərəfindən quldurluq cinayəti törədilməsi haqqında daxil olmuş məlumatla əlaqədar Ucar RPŞ-nin PPXB-nin sürücü polis nəfəri, polis baş serjantı Şahid3 ilə gecə saatlarında mağazanın arxa tərəfində yerləşən bazarın ərazisində anbar tipli tikililərin olduğu aralardan keçərkən orada iki nəfər naməlum şəxsin divarın kənarında dayandıqlarını və nə isə axtardıqlarını görmüş, həmin naməlum şəxslər avtomobilin işıqlarını gördükdə cəld oradan üzü dəmiryolu istiqamətində qaçmışlar. Avtomobili həmin yerə sürərək iş yoldaşı Şahid3 ilə aşağı düşmüş, həmin şəxslər artıq qaçıb getdikləri üçün yerdə ətrafa baxmışlar. Bu zaman orada anbarlardan birinin divarına söykənmiş şübhəli çanta tapmışlar. Həmin çantaya polis əməkdaşlarının və Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilən zaman çantanın içərisində bir ədəd boz rəngli qış gödəkçəsi və bir ədəd qaz açarı olduğu müəyyən olunmuşdur. Sonradan hadisəni törətmiş şəxslərin Ucar rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Zərdab rayon sakini Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunaraq sonuncular Ucar rayonuna tərk etmək istəyərkən saxlanılmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X14 Patrul Xidmət Bölüyünün sürücü polis nəfəri işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 390 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol əlin İİ barmağının əsas falanqasının ovuc səthinin sıyrığı, sol təpə-gicgah nahiyəsinin, sağ mil-bilək oynağının şişkinliyi küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 26 dekabr 2022-ci il tarixli, 6/7093-9/9184 saylı rəyinin nəticə hissəsindən görünür ki, 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük (1 ədəd qaş yeri boşdur) – metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 3,17 qram, qaşları brilyantdır-1 ədədinin ölçüsü 0,209 karat, 21 ədədinin hər birinin ölçüsü 0,005 karat, 3/3 keyfiyyətdlidirlər – 767,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,31 qram, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,045 karat, 6 ədədinin hər birinin ölçüsü 0,010 karat, 24 ədədinin hər birinin ölçüsü 0,005 karat, 4/3 keyfiyyətdlidirlər – 461,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 4,52 qram, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,057 karat, 1 ədədinin ölçüsü 0,036 karat, 1 ədədinin ölçüsü 0,017 karat, 60 ədədinin hər birinin ölçüsü 0,003 karat, 24 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətdlidirlər – 846,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,45 qram, qaşları brilyantdır, 19 ədədinin hər birinin ölçüsü 0,038 karat, 38 ədədinin hər birinin ölçüsü 0,003 karat, 3/3 keyfiyyətdlidirlər – 1102,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,84 qram, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,012 karat, 14 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətdlidirlər – 302,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,09 qram, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,040 karat, 10 ədədinin hər birinin ölçüsü 0,010 karat, 4/3 keyfiyyətdlidirlər – 460,0 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,60 qram, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,058 karat, 6 ədədinin hər birinin ölçüsü 0,010 karat, 48 ədədinin hər birinin ölçüsü 0,003 karat, 4/3 keyfiyyətdlidirlər – 404,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,72 qram, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,067 karat, 12 ədədinin hər birinin ölçüsü 0,009 karat, 26 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətdlidirlər – 571,0 manat; 4 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “14K/585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 8,24 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 700,0 manat; 9 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “14K/585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 25,98 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 2208,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,10 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 178,0 manat; 4 ədəd sarı rəngli metaldan, üzərində şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 8,85 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 752,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində yarpaq formalı elementləri və şəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,31 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 281,0 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində kürə formalı elementləri olan üzük – üzərində “14K” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 3,57 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 303,0 manat. Tədqiqata təqdim edilmiş məmulatların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9335,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli 755 №-li ekspertiza rəyinə əsasən, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli 756 №-li ekspertiza rəyinə əsasən, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs3 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli 757 №-li ekspertiza rəyinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 əməli CM-nin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və içtimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 06 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Ucar şəhəri, Oğuz küçəsi 44 ünvanında yerləşən “VİP” adlanan qızıl-zinət əşyaları satılan mağazanın törədilmiş cinayət hadisəsi ilə əlaqədar müşahidə kamerasının yaddaşından götürülmüş görüntülərin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Diskə baxış zamanı müəyyən edilmişdir ki, 1 dəqiqədən 21 saniyədən ibarət olan videofaylın başlandığı andan, 16-cı saniyədə Zərərçəkmiş şəxs mağazadan çıxıb avtomobilə tərəf getmiş, 30-cu saniyədə Təqsirləndirilən şəxs2 ağ rəngli papaqlı gödəkçə və maska ilə, Təqsirləndirilən şəxs1 isə əynində qara rəngli gödəkcə, üzündə boz rəngli tibbi maska ilə həmin yerə gəlmiş, avtomobilin arxasına keçdikdən bir qədər sonra, avtomobilə vurub hadisə yerindən qaçmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məmmədqasımlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərdab rayonu Məmmədqasımlı kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələnidirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazyan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, X4 ailə üzvləri ilə birlikdə Ucar rayonu Qazyan kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərdab rayon Mərkəzi Xəstəxanası “X16”dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 05-815 saylı məktuba əsasən Zərdab rayonu Məmmədqasımlı kənd sakini xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, Ucar rayon Mərkəzi Xəstəxanası “X16”dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6-77- 2-2022-1207 saylı məktuba əsasən Ucar şəhər sakini xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 və Ucar rayon Mərkəzi Xəstəxanası “X16”dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 6-77-2-2022-1208 saylı məktuba əsasən Ucar rayon sakini xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdurlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 2030-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2145-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri tərəfindən həyata keçirilsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsəlin özgə əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsi tam təsdiq olundu. Qeyd olunanlar zərərçəkmiş şəxsin və şahid ifadələri, təqsirləndirilən şəxslərin etrafedici ifadələri, müşahidə kamerasında olan görüntülər və iş materiallarında olan digər sənədlərlə tam təsdiq olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışması və dəymiş zərəri ödəməsi və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması və dəymiş zərəri ödəməsi və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs3 zərərçəkimiş şəxslə barışması və dəymiş zərəri ödəməsi və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 61-ci maddəsinə əsasən şəxs Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 61-ci maddəsinə əsasən şəxs Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halın olmamasını və cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq cəza təyin edilərkən ona CM-in 60-cı maddəsi tətbiq olunmalıdır. CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə təqislənririlən şəxs Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmişlə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını və onun ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alaraq hesab edir ki, ona CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı onların şübhəli şəxs kimi tutulduqları 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 180,60 AZN (yüz səksən manat altmış qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 60,20 AZN (altmış manat iyirmi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 180,60 AZN (yüz səksən manat altmış qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 60,20 AZN (altmış manat iyirmi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Ucar rayon Polis Şöbəsində saxlanılan 2 ədəd metal parçaları, 1 ədəd çanta, 1 ədəd boz rəngli qış gödəkçəsi, 1 ədəd qaz açarı, 1 ədəd qara papaqdan hazırlanmış maska məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 28 ədəd qızıl üzüyün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınlsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar