Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-131/2021 16.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rəşad Şəmşir oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 1978-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30.06.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayonu Ə. Salamzadə küçəsi-5 inzibati binada qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “xxxx” tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə satış məqsədilə Bakı şəhərindən istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 22,687 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamış və özü ilə Bakı şəhərindən Zaqatala şəhərinə gətirməklə üzərində qanunsuz olaraq daşımış, 18 yanvar 2021-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə bağlı Zaqatala RPŞ-yə dəvət edilərək üzərində həmin gün saat 09-28 radələrində şəxsi axtarış aparılan zaman əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 22,687 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Velotrek” adlanan yerin qarşısında tapdığı sellofan paketdə olan kütləyə baxarkən həmin kütlənin narkotik maddə olan heroin olduğunu bilmişdir. Həmin vaxt narkotik vasitənin yanında elektron tərəzi də olmuşdur. Bundan sonra gəzmək məqsədilə Bakı Beynəlxalq avtovağzalından Balakən rayonuna gedən tanımadığı taksi ilə Zaqatala rayonuna yola düşmüşdür. 18 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Zaqatala rayonu Tala kəndində taksidən düşdükdən sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək əvvəl şəxsiyyətini təsdiq edən sənədi soruşmuş, onun üzərində sürücülük vəsiqəsi olduğu üçün həmin sürücülük vəsiqəsinin polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları ondan üzərində hər hansı bir qanunsuz əşya olub olmamsını soruşduqda sonunculara üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Zaqatala rayon Polis Şöbəsinə getmiş, orada şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı gödəkçəsinin sol iç cibindən 1 ədəd içərsində narkotik vasitə olan şəffaf rəngli selofan büküm, şalvarın sağ yan cibindən 1 ədəd “Rothmans” markalı papiros, 1ədəd alışqan, 1 ədəd 5 manatlıq və 8 ədəd 1 manatlıq əskinazlarda olmaqla ümumilikdə 13 manat pul, əynindəki gödəkçənin sol iç cibindən bir ədəd qulaqçıq, 1 ədəd açar dəsti, şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, gödəkçənin sol iç cibindən üzərində qara rəngli örtük olan 1 ədəd üzərində “Poçket Seale” yazısı olan elektron tərəzi, gödəkçənin sol iç cibindən üzərində “Askorutin-MBF” yazısı olan 3 ədəd həb, müxtəlif kartlar və sürücülük vəsiqəsi, 1 ədəd qələm, gödəkçənin sağ yan cibindən 1 ədəd adaptor aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən təqdim etdiyi içərisində narkotik vasitə olan kütlə bükümlə birlikdə tərəzidə çəkildikdə ümumi çəkisi 23 qram olmuş, kütlə elektron tərəzidə çəkildikdən sonra polis 1 ədəd ağ rəngli zərfə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra şəxsi axtarış zamanı təqdim etdiyi“Pocket Seale” yazısı olan elektron tərəzi, “Askorutin-MBF” yazısı olan 3 ədəd həb də polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı aşkar edilmiş digər əşyalar özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən X5 oğlu ifadəsində göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə rayon X6 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1la və Cinayət-axtarış bölməsinin kiçik inspektoru Şahid4lə birlikdə xidmətdə olarkən Zaqatala rayonun Yuxarı Tala kəndində bir nəfər şəxs özünü nabələd apardığı üçün şübhələnib sonuncuya yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz əşya və narkotik vasitə olub olmadığını soruşduqda həmin şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra, sonradan həmin şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi Zaqatala rayon Polis Şöbəsinə dəvət edib şübhəli şəxs kimi üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd şəffaf rəngli selofan büküm, şalvarın sağ yan cibindən 1 ədəd “Rothmans” markalı papiros, 1ədəd alışqan, 1 ədəd 5 manatlıq və 8 ədəd 1 manatlıq əskinazlarda olmaqla ümumilikdə 13 manat pul, əynindəki gödəkçənin sol iç cibindən bir ədəd qulaqçıq, 1 ədəd açar dəsti, şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, gödəkçənin sol iç cibindən üzərində qara rəngli örtük olan 1 ədəd üzərində “Pocket Seale” yazısı olan elektron tərəzi, gödəkçənin sol iç cibindən üzərində “Askorutin-MBF” yazısı olan 3 ədəd həb, müxtəlif kartlar və sürücülük vəsiqəsi, 1 ədəd qələm, gödəkçənin sağ yan cibindən 1 ədəd adaptor aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəffaf rəngli kütlənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olmaqla şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş içərsində narkotik vasitə olan kütlə bükümlə birlikdə tərəzidə çəkildikdə ümumi çəkisi 23 qram olmuş, həmin kütlə elektron tərəzidə çəkildikdən sonra 1 ədəd ağ rəngli zərfə qablaşdırılaraq möhürlənmiş, eyni zamanda “Pocket Seale” yazısı olan elektron tərəzi, “Askorutin-MBF” yazısı olan 3 ədəd həb iş üçün əhəmiyyət kəsb etdiyindən ayrı-ayrılıqda zərflərə qablaşdırılıb götürülmüşdür. Digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmədə ifadələri elan olunaraq tədqiq edilmiş Zaqatala rayon X6 mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1, Cinayət-axtarış Bölməsinin kiçik inspektoru Şahid4 və X2 inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək X3 ifadəsində göstərdiyi xüsustları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdən 18 yanvar 2021-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində idarə etdiyi avtomobillə Bakı şəhərindən Balakən rayonuna gəlmərkən Balakən rayon sakini olan Nəpisət adlı qadın və sonradan tanıdığı Bahadur adlı şəxs idarə etdiyi avtomobildə sərnişin olmuşlar. Nəpisət avtomobilin arxa oturacağında Bahadur isə avtomobilin qabaq oturacağında əyləşmiş, Bahadurun deməsinə görə Zaqatala rayonuna qohumları gilə getmişdir. 18 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Zaqatala rayon Yuxarı Tala ərazisinə çatanda Bahadur ondan avtomobili saxlamasını xahiş etmiş, Bahadurun dediyi yerdə idarə etdiyi avtomobili saxladıqda Bahadur avtomobildən düşərək ona yol xərci olaraq 5 manat pul əskik vermişdir. Bahadura nəyə görə 5 manat pulu kəsdiyini dedikdə polis əməkdaşları Bahadura yaxınlaşıb sonuncunu idarə etdiyi avtomobilə mindirib avtomobili polis şöbəsinə sürməsini təklif etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşıb idarə etdiyi avtomobili polis əməkdaşları ilə birlikdə Zaqatala rayon polis şöbəsinin sürmüş, oradan Bahaduru avtomobilindən düşürdükdən bir neçə saat sonra polis əməkdaşlartı tərəfindən Bahadurun üzərindən narkotik vasitə olan heroin aşkar edildiyi ona məlum olmuşdur. Bahadurun üzərində narkotik vasitə olan heroin daşımasında onun xəbəri olmamış, Bahaduru birinci dəfə görmüş və sonuncunu sərnişin kimi idarə etdiyi avtomaşınla Zaqatala şəhərinə gətirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli N 17/44 nömrəli ekspert rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Ackopumun” dərmanı sözləri yazılmış zərfin içərsində 019bir) ədəd üzərində “Ackoputin-MBF” yazısı olan blisterdəki 039üç) ədəd həblərin tədqiqatı üçün zəruri olan laboratoriya cihazı olmadığından həmin obyektlərin tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində”... Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... heroinə bənzər kütlə... sözləri yazılmış zərfin içərsindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-22,687 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2021-ci il tarixli 362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında protokoldan və ona əlavə edlimiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 23 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.01.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs HDQ Hərbi Tribunalının 03.11.1995-ci il tarixli hökmü ilə CM-nin 143 M2 His, 42-1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə, Xətai rayon Məhkəməsinion 08.05.1996-cı il tarixli hökmü ilə CM-nin 145 M 2 His.1.2,6-cı maddəsi ilə təqsirli bilinib 10 il müddətinə, Zaqatala rayon Məhkəməsinin 04.12.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 8 ay müddətinə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03.02.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 6 ay müddətinə, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30.06.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti 24 saylı Mənzil Kommunal Təsərrüfatı sahəsinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi-5 inzibati binada qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0910-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamasına dair ifadəsini öz müdafiəsi üçün məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin miqdarı, həmin narkotik vasitəni Bakı şəhərindən Zaqatala şəhərinə daşıması, aşkar olunmuş tərəzi və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini CMin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.01.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30.06.2009-cu il tarixli hökmü ilə müəyyən edilən(CM-nin 234.4.2, 234.4.3 və 238.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş) məhkumluq istisna olmaqla əvvəlki məhkumluqlar ödənilmişdir. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30.06.2009-cu il tarixli hökmü ilə müəyyən edilən məhkuluq ödənilmədən yenidən ağır cinayət əməli törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv müəyyən edilir. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükləli residividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza CMin 234.4.3-cü maddəsində nəzərdə tutulan cəzanın son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 18 yanvar 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən bir ədəd tərəzi xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 71,94 (yetmiş dörd manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə 71,94 (yetmiş dörd manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Zaqatala rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 22,637 qram çəkidə narkotik vasitə heroin və 03 ədəd həb məhv edilsin. Bir ədəd tərəzi xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rəşad Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-131/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-131/2021
16.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver