Məhkəmə qərarları › İş №1(091)-131/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-131/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-131/2022 05.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçu) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1991-ci ildə Göyçay şəhərində doğulmuş, subay, Azərbaycan Respulikasının vətəndaşı, işləməyən, orta təhsilli, Göyçay şəhəri, M.ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni 2,571 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdar hesab edilən 3,691 qram təmiz çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib narkotik vasitə heroini 03 ədəd qara rəngli və 01 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda 0,790 qram, 0,537 qram, 0,022 qram və 0,964 qram çəkilərdə, eləcə də 01 ədəd kağız bükümdə 0,258 qram çəkidə qablaşdırılmış formada, psixotrop maddə metamfetamini isə 01 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində 02 ədəd sarı rəngli sellofan bükümlərdə ayrı ayrılıqda 2,934 qram və 0,757 qram çəkilərdə qablaşdırılmış formada satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 08 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, R.İsayev küçəsində saxlanılıb Göyçay rayon polis şöbəsinə gətirilərkən üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 03 ədəd qara rəngli və 01 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda 0,790 qram, 0,537 qram, 0,022 qram və 0,964 qram çəkilərdə, eləcə də 01 ədəd kağız bükümdə 0,258 qram çəkidə qablaşadırılmış formada ümumilikdə külli miqdar təşkil edən 2,571 qram təmiz çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroini və 01 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində 02 ədəd sarı rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda 2,934 qram və 0,757 qram çəkilərdə qablaşdırılmış formada ümumilikdə külli miqdar təşkil edən 3,691 qram təmiz çəkidə həmin psixatrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri, R.İsayev küçəsində yaşadığı evə doğru tək gedərkən həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz narkotik vasitə saxlamasına görə şübhələndiklərini bildirib özləri ilə Göyçay rayon Polis Şöbəsinə getməsini bildirmişlər. Göyçay rayon Polis Şöbəsinə gedib orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sarı rəngli sellofan büküm, həmin sellofan büküm açıldıqda, içərisindən 3 ədəd büküm aşkar olunmuşdur. Bükümlərin birində 2,5 qram metamfetamin, ikisində isə cəmi 2,5 qram heroin olmuşdur. Lakin boş olan digər bükümləri də onun üzərinə yazaraq üzərindən yeddi bükümdə narkotik vasitə aşkar olunmasını protokolda qeyd etmişlər. Həmin bükümlərdəki narkotik maddələri və psixotrop maddələri tutulmamışdan bir gün əvvəl xx.xx.2021-ci il tarixdə “online” şəkildə İran vətəndaşından ümumilikdə 270 manata alaraq həmin 270 manat pulu İran vətəndaşının bank hesabına göndərmişdir. Sonra heroin və metamfetaminləri Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən “Dəniz” şadlıq sarayının yanında ağacın dibindən götürüb həmin vaxtdan üzərində saxlayaraq Göyçaya gəlmişdir. Üzərindən aşkar edilmiş həmin bükümlərdəki heroinləri və metamfetaminləri özü istifadə etmək üçün saxlamış, satmaq niyyəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X3 X8 əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixatrop maddənin istifadəçisi olması və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan Göyçay rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 ilə birlikdə həmin gün saat 22 radələrində Göyçay şəhəri, R.İsayev küçəsində tək hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Göyçay rayon Polis Şöbəsinə gəlib şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sarı rəngli sellofan büküm, həmin sellofan bükümün içərisindən isə 7 ədəd büküm aşkar olunmuşdur. Həmin sellofan bükümlərdən bir ədədinin içərisində çəkisi 3,1 qram olan psixotrop maddə metamfetamin, digər sellofan bükümün içərisindəki gümüşü rəngli kağız bükümün içərisində çəkisi 1,5 qram olan psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üçüncü kağız bükümün içərisində çəkisi 1,1 qram olan qəhvəyi rəngli heroin, digər 3 ədəd qara rəngli və 1 ədəd şəffaf rəngli sellofan bükümlərdə müvafiq olaraq çəkiləri 1,1 qram, 1 qram, 0,8 qram və 1 qram olan qəhvəyi rəngli heroin aşkar olunmuşdur. Daha sonra həmin bükümlər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs cibindən bir ədəd “Samsung A 10” markalı qara rəngli mobil telefon, bir ədəd ödəniş qəbzi, 2 ədəd 10 qramlıq boş şpris və bir ədəd plastik kart aşkar olunaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 və X1 baş inspektoru işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin satan şəxs kimi tanımış, narkotik vasitə istifadəçisi olduğu üçün Elvinin mobil nömrəsinə müxtəlif vaxtlarda zəng edib və ya bir dəfə mesaj yazaraq narkotik vasitə heroin almışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun işlədiyi avtomobil təmiri sexinə avtomaşınını gətirərək orada onunla söhbət edən zaman “kakos” kimi tanıdığı narkotik vasitə heroin satdığını deyib ona da təklif etmiş, təxminən 4-5 dəfə Elvindən narkotik vasitə heroin alıb istifadə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/26 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 03(üç) ədəd qara rəngli və 01(bir) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,790 qr., 0,537 qr., 0,022 qr. və 0,964 qr., ümumi təmiz çəkiləri – 2,313 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,258 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisindəki 02(iki) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 2,934 qr. və 0,757 qr,ümumi təmiz çəkiləri – 3,691 qram olan maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan – metamfetamindir. Tədiqiqata təqdim edilmiş 04(dörd) ədəd sellofan bükümlərdə olan heroinlər öz aralarında tərkiblərinə görə eyni olub, 01(bir) ədəd kağız bükümdə olan heroindən tərkiblərinə görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisindəki 02(iki) ədəd sarı rəngli sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 434 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Şirinov X4 Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 334.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 08 yanvar 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarı zamanı əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 03 ədəd qara rəngli və 01 ədəd şəffaf sellofan bükümlərdə, 01 ədəd kağız bükümdə 0,258 narkotik vasitə heroin, 01 ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində 02 ədəd sarı rəngli sellofan bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 18 mart 2022-ci il tarixli 4803 nömrəli məktubu ilə daxil olmuş CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 862-82-58 saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda mesajlaşmaların olması müəyyən edilmişdir: xx/xx/2021,01:56:34,**********57,**********58, Qaqa 25mdim var. kalonka varsa səhərə çixmisansa gəlı bilsən qapin aqzina görüşək .çünki səhər 9zda kəndə gedəciyik bidə axşam gələcə xx/xx/2021,12:46:24,**********58,**********01,Qaqa sabahin xeyir necesen salamatciliqdi qaqa qardasuva vezyetden cixmaqa komey ele qardasimsan xx/xx/2021,01:35:34,**********58,**********57,Samil cox saqol meni bunnan neçenci defedi alladirsam amma obrileri yox bu meni pis vezyete qoydun kiminse yaninda hansisa g*t mennen xx/xx/2021,01:35:47,**********57,**********58,Qaqa kartun səklin at mənə vatcapda səhər tezdən saat 8 in yarsi mamamla həkimə gedəciyik qaqa.onda marketə girəcəm vuraram karta qaqam .Allaha and olsun ki klent pulu səhər 7 didə işə gedəndə gətirib şotcikimizə qoyacaq. xx/xx/2021,01:38:44,**********57,**********58,Qaqa.Sən başua dönüm helə demə qaqa isdəmərəm səni pis vəzyətdə qoyum can qaqa kartin səklin at yada kodu yaz qurban olum.mən kiminsə xx/xx/2021,01:55:08,**********58,**********57, 4169 7385 2183 6886 kaptal bank Təqsirləndirilən şəxs oqlu xx/xx/2021,23:17:52,**********58,**********01, Usdum qurjonnu qalmisam yolda bes hardasan xx/xx/2021,23:26:10,**********01,**********58,Cix xx/xx/2021,23:27:11,**********01,**********58,Ade cixda ne qeder zanit gedir telefo xx/xx/2021,23:28:59,**********01,**********58,Ay qaqa qoyda bu telefonu yere qalmisame kucede kimse gore gerek xx/xx/2021,00:37:08,**********57,**********58,Qaqam Əsas odurki ÇOX ŞÜKÜR SAQ SALAMATSAN AY QAQA.Allaha and olsun xx/xx/2021,00:37:08,**********57,**********58,ki Səsini eşitdim çox sevindim qaqa.Mən Sənin balaca qardaşinam .Mən Səni tez tez yiqiramki görüm nolub salamatsanmi qaqa. məni pis başa düşmə mənimdə yiqasi səndən başqa heçkəsim yoxdu.((( İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs üzvləri ilə birlikdə Göyçay şəhəri Füzuli küçəsi 128 saylı evdə yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2022ci il tarixli 367 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 08 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, çeşidi, SMS yazışmalar, şahid ifadələri və işdə olan digər sənədlər əsas verir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs onun üzərindən ancaq üç bükümdə hər biri 2,5 qram olmaqla metamfetamin və heroin olmasına dair ifadəsinə də tənqidi yanaşır. Belə ki, onun üzərinə baxış keçirilməsinə dair video gürüntüdən də aşkar olunan yeddi bükümdəki narkotik vasitə və psixotrop maddələrin çəkilişə fasilə vermədən onun üzərindən aşkar olunaraq qablaşdırıldığı və Təqsirləndirilən şəxs buna dair heç bir etirazının olmaması müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 08 yanvar 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 2,321 qram heroin və ümumi təmiz çəkisi 3,591 qram metamfetamin, bir ədəd ödəniş qəbzi və iki ədəd boş şpris məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar