Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-132/2021 06.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən: Əliyev Rafail Əyyub oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclas katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinnin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasını üzvü Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 (mülki iddiaçı), Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə 04 avqust 1991-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 178.3.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: X13 qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən topdan satış qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının satışı biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin fevral ayının sonlarında, saat 17 radələrində, Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən «Yenilik» ticarət mərkəzinin yanında 2000 (iki min) manat, 2018-ci ilin may ayında, saat təxminən 17 radələrində, Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi «Anar» marketin qarşı tərəfində 2000 (iki min) manat, 2018-ci ilin avqust ayının ortalarında, saat 12 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Aura» çay evində 2000 (iki min) manat və 2018-ci ilin oktyabr ayında saat təxminən 12 radələrində yenə də Aura çay evində 2000 (iki min) manat olmaqla ümumilikdə 8000 (səkkiz min) manat pulununu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının topdan satış biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin iyul ayının sonlarında Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən “Nuran” kafesində 2.000 (iki min) manat, 2018-ci ilin oktyabr ayının sonlarında Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən "Yenilik" ticarət mərkəzinin qarşısında 2.000 (iki min) manat, 2018-ci ilin dekab ayının əvvələrində Şəki şəhərində yerləşən 10 saylı tam orta məktəbin binasının qarşısında 1500 manat, 2019-cu ilin yanvar ayının ortalarında Yeni Çələbixan qəsəbəsində yerləşən yaşadığı evin yanında 3000 (üç min) manat, 2019-cu ilin yanvar ayının sonlarında Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən X26 filialının binasının qarşısında 6000 (altı min) manat, 2019-cu ilin fevral ayının ortalarında Şəki şəhərinin mərkəzi hissəsində 1500 min beş yüz) manat, 2019-cu ilin fevral ayının sonlarında Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki ərazi Şöbəsinin qarşısında 2000 (iki min) manat, 2019-cu ilin mart ayının əvvələrində Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən "Yenilik" ticarət mərkəzinin yaxınlığında 2000 (iki min) manat, 2019-cu ilin mart ayının əvvələrində Bakı şəhəri, Nəriman Nərimanov rayonu ərazisində yerləşən Aynə Sultanovanın heykəlinin yaxınlığında 4000 (dörd min) manat və 2019-cu ilin mart ayının ortalarında Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən "Aura" çay evinin qarşısında 5000 (beş min) manat pulununu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 ümumilikdə vahid niyyətlə xeyli miqdarda, yəni 29.000 (iyirmi doqquz min) manat ziyan vurmaqla qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının topdan satış biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin avqust ayında saat təxminən 15 radələrində Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən “Nuran” kafesində 10.000 (on min) manat manat, 2018-ci ilin noyabr ayında saat təxminən 18 radələrində, Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən işlədiyi «Arena» klubun kabinetində 10.000 (on min) manat, sonuncu dəfə isə 2019-cu ilin fevral ayında saat 20 radələrində Şəki şəhəri, X29 küçəsi dalan 4, ev 8 ünvanda yerləşən özünün yaşadığı evin qarşısında 8.000 (səkkiz min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 vahid niyyətlə ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Oqtay oğluna «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının topdan satış biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 04.10.2018-ci il tarixdə saat 15 radələrində Şəki şəhərində yerləşən "Taxtalı" çay evində 19.000 (on doqquz min) manat, 27.10.2018-ci il tarixdə saat 17 radələrində Şəki şəhəri, X15 prospektində yerləşən bərbər köşkünün qarşı tərəfində 3000 (üç min) manat, 27.11.2018-ci il tarixdə saat 11 radələrində Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən "Yenilik" ticarət mərkəzinin qarşısında 15000 (on beş min) manat, 18.12.2018-ci il tarixdə saat 09 radələrində Şəki şəhəri, Calğalı bulaq küçəsində yerləşən "Milli Yeməklər" kafesinin qarşısında 5000 (beş min) manat, 01.01.2019-cu il tarixdə saat 21 radələrində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən "Aura" çay evində 10.000 (on min) manat, 17.01.2019-cu il tarixdə saat 21 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən «Elit» çay evində 10.000 (on min) manat, 05.02.2019-cu il tarixdə saat 13 radələrində Şəki rayonunun Qoxmuq kəndinin giriş hissəsində yerləşən "Ağ Qaya" restoranında 17.000 (on yeddi min) manat, 19.02.2019-cu ildə saat 19 radələrində Şəki şəhərinin Gəncəli məhəlləsində yerləşən "Qaqarin" restoranında 18.000 (on səkkiz min) manat, 28.03.2019-cu il tarixdə saat 14 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında 14.000 (on dörd min) manat və 2019-cu ilin aprel ayının əvvəllərində saat 23 radələrində Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "XXİ əsr" marketin qarşısında 4000 (dörd min) manat pulununu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə külli miqdarda, yəni 115.000 (bir yüz on beş min) manat ziyan vurmaqla qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının topdan satış biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq 05.10.2018-ci il tarixdə Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən Şəki Məhkəmə Kompleksinin yaxınlığında 3000 manat, 23.11.2018-ci il tarixdə Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən "XXİ əsr" adlanan mağazanın yaxınlığında 2000 manat, 10.02.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində yerləşən Niyaqara restoranının yaxınlığında 5000 manat və 25.03.2019-cu il tarixdə Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən "Yenilik" ticarət mərkəzinin qarşısında 10.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 vahid niyyətlə ümumilikdə 20.000 (iyirmi min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının topdan satış biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin noyabr ayının əvvəllərində saat təxminən 20 radələrində yaşadığı Şəki şəhəri, Olimpia məhəlləsi, Bəhram bəy Nəbibəyov küçəsində yerləşən evinin yanında 10.000 (on min) manat və 2019-cu ilin yanvar ayının ortalarında saat 16 radələrində Şəki şəhəri, Heydər Əliyev prospektində yerləşən «Bacsell» müştəri xidmətinin qarşı tərəfində 3000 (üç min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 vahid niyyətlə ümumilikdə 13.000 (on üç min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının topdan satış biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin noyabr ayının sonlarında saat 11 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən satıcı işlədiyi dəftərxana ləvazimatlarının satışı mağazasının qarşısında 600 (altı yüz) manat pulunu alıb ələ keçirməklə qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının topdan satış biznesini təşkil edib yüksək gəlir əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr ayının əvvəllərində saat 12 radələrində tanışı Zərərçəkmiş şəxs8 vasitəsi ilə Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən «Aura» çay evində 5000 (beş min) manat və 2019-cu ilin fevral ayının əvvəllərində saat 16 radələrində Zərərçəkmiş şəxs8 vasitəsi ilə sonuncunun yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında 10.000 manat olmaqla vahid niyyətlə ümumilikdə 15.000 (on beş min) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla qəsdən təkrarən dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs X13 CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərin hər birini tanımaqla həmin şəxslərdən pulları alıb evinin təmirinə xərcləmiş, lakin zərərçəkmiş şəxslərə pulu evin təmirinə xərcləməsi barədə heç bir söz deməmişdir. Belə ki, ittihamda göstərildiyi kimi Zərərçəkmiş şəxs1 8000 (səkkiz min) manat, Zərərçəkmiş şəxs6 29.000 (iyirmi doqquz min) manat, Zərərçəkmiş şəxs2 28.000 (iyirmi səkkiz min) manat, Zərərçəkmiş şəxs3 Oqtay oğlundan 115.000 (bir yüz on beş min) manat , Zərərçəkmiş şəxs5 20.000 (iyirmi min) manat, Zərərçəkmiş şəxs4 13.000 (on üç min) manat, Zərərçəkmiş şəxs8 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs7 15.000 (on beş min) manat pulu müxtəlif vaxtlarda alıb onlara da xeyir verəcəyini bildirmişdir. Həmin şəxslər onu dərman şirkətində işləyən şəxs kimi tanımış, sonunculara əlavə pul verəcəyini demişdir. Zərərçəkmişlərlə razılığa gəlmiş, hər birinə dəymiş zərəri ödəmişdir. Həmiçinin mülki iddianı qəbul etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, H.Əliyev küçəsində yerləşən «Anar Market» mağazasını icarəyə götürüb işlətməklə Şəki şəhər sakini X8 təxminən 10-12 il əvvəldən tanımış, münasibətləri normal olmuşdur. Niyazi ailə üzvləri ilə Bakı şəhərində yaşamaqla Şəki şəhərinə gələn zaman onunla görüşmüş, görüşlərin birində söhbət zamanı Niyazi ona, «Depoda», yəni dərman şirkətində işlədyini demiş, həmçinin Niyazinin idarə etdiyi avtomaşına oturanda da dərman qutularını görmüşdür. Niyazidən həmin dərmaq qutularını nə üçün atmadığını soruşanda, sonuncu ona həmin qutuları aprtekdən götürüb yığdığını, bir neçəsini yığıb təhvil verəndə üstündə həmin dərmandan verildiyini, o da həmin dərmanı satıb pul qazandığını demişdir. Niyazinin həqiqətən də «Depoda» işlədiyinə əmin olmuş, təxminən 2016-cı ildə Niyazi ilə görüşüb çay içib söhbət edən zaman sonuncu artıq Şamaxı rayonundan Balakən rayonuna kimi fəaliyyət göstərən apteklərdən sifariş qəbul edib şirkətdən dərmanları götürüb apteklərə paylamaqla məşğul olduğunu Şəki şəhərindəki evlərində qaldığını demişdir. 2018-ci ilin fevral ayında Niyazi ona, işi ilə əlaqədar pul lazım olduğunu demiş, ondan imkan daxilində 4000, 3000 və ya 2000 manat borc pul təşkil etməsini xahiş etmişdir. Niyaziyə inanıb 2.000 manat pulu olduğunu bildirib həmin pulu borc kimi vermiş, təxminən 2-3 gün sonra Niyazidən sonuncunun başına nə iş gəldiyini, işinin düzəldiyini və onun pulunu nə vaxt qaytaracağını soruşmuş, Niyazi də ona Deponun nisyə dərman vermədiyini, 10 faiz endirimlə dərmanı alıb aparıb aptekə 10 faiz bahasına nisyə verməsi, ayın sonunda gedib pulu aptekdən götür nəqd götürməsi üçün pul lazım olduğunu, onun pulunu da dərman alverinə yönəltdiyini, hər ay gələn qazancı onunla böləcəyini demişdir. Niyaziyə inanıb razılaşmış, Niyazi ona alverin hər ay eyni olmadığını, bəzən çox, bəzən isə az qazanc olduğunu demişdir. Niyazi ondan 2000 manat pulu aldıqdan sonra hər ayın sonunda bəzən 200, bəzən 180 və bəzən də 160 manat pul vermişdir. Pulu götürdükdən təxminən 3 ay sonra Niyazi ona alveri böyütmək lazım olduğunu, çox dərman alıb satsalar çox pul qazanacaqlarını deyib əlavə pul istəmişdir. Yenə də 2000 manat pul düzəldib Niyaziyə vermiş, 2018-ci ilin avqust ayında Niyazi və digər dostu Tural ilə birlikdə çay içib söhbət edən zaman, Niyazi dostu Turala da eynilə dərman alveri barədə məlumat verib, sonuncuya da dərman alveri ilə məşğul olmağı təklif etmişdir. Tural əvvəl Niyaziyə inanmasa da Niyazi Turala onun başının çıxmadığını, bunun ərzaq alveri olmadığını, dərman alverində qazancın çox oldğunu, Lətif özü də onunla birlikdə dərman alveri ilə məşğul olmaq üçün pul verdiyini və hər ay qazancını verdiyini demişdir. Həmin söhbətdən təxminən 2-3 gün sonra Niyazi ona zəng edib Turalın pul verib-verməməsini soruşmuş, o da Turala zəng edib soruşanda, sonuncu razılaşdığını demişdir. Təxminən 4-5 gün sonra Tural onun yanında Niyaziyə 10.000 manat pul vermiş, sonra əlavə 10.000 manat və 8.000 manat olmaqla cəmi 28.000 manat pul vermişdir. Sonradan Tural ona hər ay Niyazinin Turala müxtəlif məbləğdə pul verdiyini demiş, bundan sonra o, Niyaziyə həmin ilin sonuna qədər iki dəfə, hər dəfə 2000 manat olmaqla 4000 manat da bir pul vermişdir. Beləliklə o, Niyaziyə alver üçün cəmi 8000 min manat pul vermiş, Niyazi də ona hər ayın sonunda 400 manat, bəzən isə 350 manat pul vermişdir. Bundan başqa 2018-ci ilin avqust ayının sonlarında tanışları Tural və Anarla birlikdə kafedə oturub çay içən zaman Niyazi də oraya gəlmiş, söhbət zamanı Niyazi tanışı Anara da dərman alveri barədə məlumat verərək sonuncuya yenə də onu misal çəkib birlikdə işlədiklərini demişdir. O da Anara həqiqətən də Niyaziyə pul verdiyini, sonuncu da ona hər ay gətirib əldə etdiyi qazancın yarısını verdiyini demişdir. Bundan sonra Anar da Niyaziyə inanaraq həmin söhbətdən bir neçə gün sonra onun yanında Niyaziyə əvvəlcə 19.000 manat, sonra 3.000 manat, daha sonra 15.000 manat pul vermişdir. Sonradan söhbət zamanı Anar da Niyazinin hər ay gətirib pul verdiyini demişdir. 2019-cu ilin fevral ayından Niyazi artıq ona pul verməmiş, 2019-cu ilin mart ayının ortalarında yenə də o, Tural və Anar birlikdə kafedə oturub çay içib söhbət edən zaman Tural və Anar da Niyazinin artıq pul vermədiyini ona demişlər. Buna görə də birlikdə zəng edib Niyazidən pul barədə soruşanda, sonuncu onlara bayram olduğuna görə şirkətin işləmədiyini, pulların yığılıb qaldığını və köçürmə olmadığını, pulu götürən kimi onların pulunu verəcəyini demişdir. Bundan bir müddət sonra yenə də Niyaziyə zəng edib pulla bağlı soruşanda, sonuncu burnundan əməliyyat olunduğunu, əməliyyatdan çıxandan sonra görüşəcəyini demişdir. Beləiklə də Niyazi hər dəfə bir bəhanə gətirib onların pulunu verməkdən boyun qaçırmışdır. 2019-cu ilin aprel ayında Niyazi onu və Anarı Bakı şəhərinə çağırmış, Anarla birlikdə Bakı şəhərində yerləşən Təhsil Nazirliyi ilə üzbə-üz yerləşən, çox mərtəbəli binanın qarşısına dəvət edib, həmin binanın 10-cu mərtəbəsində yerləşən «Shan company» dərman şirkətində işlədiyini bildirmiş, həmin vaxt maraqlananda Niyazinin həmin şirkətdə dərman alveri ilə məşğul olmadığını bilmişlər. 2019-cu ilin may ayında Anarla birlikdə Bakı şəhərinə gedib pulu tələb edən zaman, Niyazinin dayısı onları qarşılayıb, şikayət etməmələrini xahiş edərək pulu az-az ödəyəcəklərini demişdir. Niyazinin dayısı Anara 5000 manat pul vermiş, Sonra isə pul verilmədiyi üçün o, Anarla birlikdə Niyazinin Bakı şəhərində yerləşən evinə gedib sonuncunun atasına və anasına vəziyyəti danışıb Niyazinin onları aldadıb pullarını aldığını demişlər. Atası da onlara Şəkidəki evi satıb onların pulunu verəcəyini demişdir. Buna baxmayaraq Niyazi nə onun, nə də Anarın və Turalın pulunu ödəməmişdir. Sonradan Anarın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Niyazi barəsində şikayət etdiyini bilmişdir. Sonradan o da Niyazinin barəsində şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Zərərçəkmiş şəxs1 və Tural adlı şəxslərlə dostluq münasibəti olmuş, 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona zəng elib, Şəki şəhəri Mərkəzi poçtun yaxınlığında yerləşən "Taxtalı" çay evinə çay içməyə dəvət etmişdir. Niyazi Cavidli də orada olmuş və sonuncu ilə orada tanış olmuşdur. Söhbət zamanı Niyazi ona "Şan Company" adlı şirkətdə, Şamaxı rayonundan Balakən rayonu istiqamətində yerləşən rayonlarda dərman preparatlarının satışı üzrə bölgə müdüri vəzifəsində işlədiyini, müxtəlif apteklərə dərman paylayıb yaxşı qazanc əldə etdiyini, işlədiyi şirkətdə kampaniyalar olduğunu, bir çox dərmanları ucuz qiymətə alıb, baha qiymətə satmalqa qazanc əldə etdiyini, bu işləri görmək üçün çoxlu pul qoyub gəlir əldə edə biləcəklərini bildirmişdir. Niyazinin dedikləri ilə razılaşmış, həmin vaxt işsiz olduğuna görə gəlir əldə etmək üçün Niyazidən dərman preparatlarının satılmasa pulun batma ehtimalının olubolmamasını soruşmuş, Niyazi də onu əmin edib pulun batma ehtimalının olmadığını və istədiyi vaxt dərman preparatlarını qaytarıb pulu geri götürə biləcəyini demişdir. Niyazi ilkin olaraq bu işlərin görülməsi üçün ondan 60.000 manat pul istəsə də sonuncu o qədər pul tapa bilməyəcəyini deyərək, tapa bilərəcəyi qədər pul verəcəyini demişdir. 2018-ci ilin sentyabr ayının sonlarında "Acsses Bank"a gedib bibisi oğlu Şahid2 adına 19.000 manat kreditə pul götürmüş, 03.10.2018-ci il tarixdə "Taxtalı" çay evində Lətif və Turalın yanında 19.000 manat pulu Niyaziyə vermişdir. Təxminən bir ay sonra 27.10.2018-ci il tarixdə Niyazi ona zəng edib yenə pul lazım olduğunu bildirmiş, Niyaziyə 3000 manat pulu olduğunu bildirib, Lətif Məmədova zəng edib Niyazinin ondan yenə pul istəməsi barədə məlumat vermişdir. Bir qədər sonra Lətiflə birlikdə Niyazinin avtomaşınına əyləşib 3000 manat pulu sonuncuya vermişdir. Niyazini Lətifin vasitəsi ilə tanıdığına görə pulu sonuncunun yanında Niyaziya vermişdir. 27.11.2018-ci il tarixdə Niyazi ona zəng edib yenə dərman preparatları alması üçün 15.000 manat pul lazım olduğunu dedikdən sonra arvadı X3 adına "Kapital Bank"dan 8500 manat kreditə pul götürmüşdür, 6500 manat isə dostu Namiqdən borc alaraq ümumilikdə 15000 manat pul toplayıb, Şəki şəhərində yerləşən "Yenilik" ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 yanında Niyaziyə vermişdir. Bundan sonra Niyazi Cavidli həmin pulu da götürüb yaxşı qazanc əldə edəcəklərini deyib çıxıb getmişdir. 18.12.2018-ci il tarixdə Niyazi Cavidli yenə ona zəng edib yaxşı dərman sifarişi olduğunu, pul lazım olduğunu deyib yenə ondan pul istəmişdir. Bu dəfə bibisi oğlu Şahid2 5000 manat borca pul alıb Şəki şəhərində yerləşən "Milli Yeməklər" kafesinin qarşısında Lətifin yanında həmin 5000 manat pulu Niyaziyə vermişdir. Həmin dövrdə Niyazi Cavidli qazanc kimi ona əvvəlcə 1900 manat pul vermiş, qeyd olunan məbləğləri Niyazi Cavidliyə verdikdən sonra həmin şəxs qazanc kimi ona 200 manat bir, 300 manat bir, 700 manat olmaqla, ümumilikdə 1200 manat pul vermişdir. 01.01.2019-cu il tarixdə Niyazi Cavidli ona zəng edib yenə çoxlu dərman sifarişi olmasını bildirərək 10.000 manat pul istəmiş, həmin ərəfədə özünün «Toyota Camry» markalı, **- NS-*** dövlət qeydiyyat nişanlı avtomobilini 23.000 manata sataraq həmin pulun 10.000 manatını Şəki şəhərində yerləşən "Aura" çay evində Niyaziyə vermişdir. Qalan pulun 5000 manatını Rasimə olan borucunu qaytarmış, 5600 manata isə özünə Vaz-2106 markalı avtomobil almışdır. Bir müddət sonra 17.01.2019-cu il tarixdə Niyazi yenə də ondan alveri böyütmək üçün 10.000 manat pul istəmiş, həmin ərəfədə onda pul olmadığı üçün dostu Şahid1 10.000 manat borc alıb Şəki şəhərində yerləşən «Elit» çay evində 10.000 manat pulu Niyaziyə vermişdir. 05.02.2019-cu il tarixdə Niyazi Cavidli ilə "Ağ Qaya" restoranında dostu Müşfiq Qasdımovdan aldığı 17.000 manat pulu Niyaziyə vermiş, bundan sonra 19.02.2019-cu ildə "Qaqarin" restoranında Niyazi Cavidli ilə görüşüb yenə də Müşfiqdən borc aldığı 18.000 manat pulu Niyaziyə vermişdir. Bundan sonra Niyazi Cavidli yenə ondan dərman sifarişi adı ilə 28.03.2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən yaşadığı evə gəlib orada ondan 14.000 manat pulu almışdır. Niyazi arabir gətirib ona fərqli olaraq 400 manatla 1000 manat arasında pul verib dərman alverindən onlara qalan qazanc olduğunu bildirərək pulun yarısını özü götürmüş, yarısını isə ona vermişdir. Niyazinin verdiyi pulların bir hissəsini yığıb özündə saxlamış, həmçinin aldığı «Vaz-2106» markalı avtomaşını da satmışdır. Buna görə o, Niyaziyə 14.000 manat özünün pulunu vermişdir. Sonuncu dəfə 2019-cu ilin aprel ayının əvvəllərində Niyazi ondan 4000 manat pul istəyib 3 günə qaytaracağını demiş, dostu Müşfiqdən 5000 manat borc götürüb həmin pulun 4000 manatını Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "XXİ əsr" mağazasının qarşısında Niyaziyə vermişdir. Niyazi həmin 4000 manatı gətirib verməmiş, borc aldığı 5000 manat puldan qalmış 1000 manatın üstünə 1000 manat da qoyub Müşfiqə qaytarmışdır. Niyazi Cavidli qazanc kimi ümumilikdə ona 18000 manat pul vermiş, sonra Niyazi Cavidlinin dayısı İsmayıl İsayev ona Niyazinin yerinə 5000 manat pul verərək qalan pulu da hissə-hissə qaytaracağını demişdir. 115.000 manat pulu Niyaziyə 2018-ci ilin oktyabr ayından 2019-cu ilin aprel ayına kimi olan müddətdə, yuxarıda qeyd etdiyi məbləğlərdə olmaqla hissə-hissə vermişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, M.F.Axundov küçəsində yerləşən «Playstation» klubu icarəyə götürüb işlətməklə Şəki şəhər sakini X8 2-3 il əvvəldən tanımışdır. 2018-ci ilin avqust ayında tanışı Lətiflə birlikdə çay içib söhbət edən zaman Niyazini də orada tanımışdır. Söhbət zamanı Niyazi dərman şirkətində işlədiyini, əvvəllər şirkətin dərmanlarını apteklərə paylamaqla məşğul olduğunu, sonradan isə şirkətin dərmanını nəqd pula alıb apteklərə satmaqla məşğul olduğunu, çoxlu pul olsa dərman alveri ilə məşğul olub yaxşı qazanc əldə etməyin mümkün olduğunu demişdir. Əvvəl Niyaziyə inanmadığı üçün razılaşmamış, Niyazi isə ona Lətifi göstərib, sonuncunun da pul verdiyini, birlikdə işlədiklərini, Lətifin də hər ay qazancını götürdüyünü demişdir. Lətif də Niyazinin dediklərini təsdiq etdiyinə görə həmin söhbətdən 2-3 gün sonra Lətiflə telefonla söhbəti zamanı Niyazinin dedikləri ilə razılaşmışdır. Həmin ərəfədə «Priyora» markalı avtomobilini 12.000 manata satmış, bir gün sonra Niyazi ilə görüşüb Lətifin yanında sonuncuya əvvəlcə 10.000 manat pul vermişdir. Bundan sonra Niyazi hər ay gətirib ona fərqli olaraq 1500-2000 manat arası pul vermiş, həmin ilin sonuna qədər Niyaziyə əlavə 10.000 manat da pul vermişdir. 2019-cu ilin fevral ayına kimi isə 8000 manat da əlavə pul vermişdir. Beləliklə Niyaziyə ümumilikdə 28000 manat pul vermis, Niyazi də ona sonuncu dəfə 2019-cu ilin fevral ayında pul vermişdir. Niyazi alverlə məşğul olmaq üçün digər tanışı Anardan da pul almış, artıq mart ayında Niyazi ona pul verməmişdir. 2019-cu ilin mart ayında tanışları Lətif və Anar ilə çay içib söhbət edən zaman Niyazinin mart ayında sonunculara da pul vermədiyi məlum olmuşdur. Həmin vaxt Niyaziyə zəng edib maraqlananda sonuncu bayramla əlaqədər şirkətin pulu köçürə bilmədiyini, ona görə də pul götürə bilmədiyini, bayramdan sonra pulu götürüb onların pullarını verəcəyini demişdir. 2019-cu ilin aprel ayının əvvəlində yenə də Niyaziyə zəng edib maraqlanan zaman sonuncu onlara, burnundan əməliyyat olunacağını bildirib, əməliyyat olunduqdan sonra sağalıb gətirib pullarını verəcəyini desə də bundan sonra Niyazidən xəbər çıxmamışdır. Sonradan Niyazinin «Shan company» dərman şirkətində işləsə də dərman alveri ilə məşğul olmadığını və onları aldadaraq pullarını ələ keçiridiyini bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında tanışları Tural və Lətiflə birlikdə oturub çay içib söhbət edən zaman Niyazi oraya gəlmiş, Niyazini həmin vaxt orada tanıyıb tanış olmuşdur. Niyazi onunla söhbət zamanı «Shan company» dərman şirkətində işlədiyini, dərman alveri ilə məşğul olduğunu, 7 rayonun satış müdiri işlədiyini bildirmişdir. Həmçinin söhbət zamanı Niyazi ona firmadan dərmanları ucuz qiymətə alıb apteklərə satmaqla məşğul olduğunu, yaxşı pul olsa yüksək səviyyədə qazanc əldə etməyin mümkün olduğunu demişdir. Maraqlanan zaman Niyazinin həqiqətən də dərman şirkətində işlədiyini, Turaldan da pul alıb hər ay Turala müəyyən məbləğdə pul verdiyini bilmişdir. 2018-ci ilin sentyabr ayında Şəki şəhərində Niyaziyə 500 manat vermiş, təxminən 20-25 gündən sonra Niyazi gətirib ona 600 manat pul verib 500 manatın ondan aldığı pul, 100 manatın isə qazanc olduğunu bildirmişdir. Bundan sonra Niyaziyə 700 manat pul vermiş, yenə də 25-30 gündən sonra Niyazi gətirib ona 850 manat pul verib 700 manatın verdiyi pul, 150 manatın isə qazanc olduğunu bildirmişdir. Həmin dövrdə onun «Lada Priyora» markalı avtomaşını olmuş, söhbət zamanı Niyazi avtomaşını satıb əlinə maya düzəltməsini, 5-6 aya avtomaşının təzəsini ala biləcəyini ona demişdir. Yenə də Niyaziyə inanıb avtomaşını 13.000 manat satıb, 2018-ci ilin noyabr ayının əvvəlində Şəki şəhərində tanışı Turalın yanında Niyaziyə 10.000 manat pul vermişdir. Niyazi pulu götürüb, ona hər ayın sonunda alverdən asılı olaraq ən azı ona 1500 manat pul verəcəyini demişdir. 2018-ci ilin dekabr ayının əvvəllərində Niyazi gətirib ona 1700 manat pul verib həmin pulun alverdən olan qazac olduğunu demiş, 2019-cu ilin yanvar ayında isə ona 1700 manat verib həmin pulun alverdən olan qazanc olduğunu demişdir. Həmin ayın ortalarında Niyaziyə 3000 manat da əlavə pul vermiş, bundan sonra 2019-cu ilin fevral ayının əvvəllərində Niyazi ona 2200 manat pul verib alverdən olan qazanc pulu olduğunu demişdir. Bundan sonra Niyazi ona pul verməmiş, həmin ilin mart ayında o, Niyaziyə zəng edib pulla bağlı soruşanda, sonuncu ona bayram olduğuna görə şirkətin pulu köçürmədiyini, bayramdan sonra pulunu verəcəyini demişdir. Aprel ayının əvvəllərində yenə də Niyaziyə zəng edib pulla bağlı soruşanda, sonuncu ona, burnundan əməliyyat olunduğunu, sağalandan sonra gətirib pulu verəcəyini bildirmişdir. Bundan sonra tanışları Lətif, Tural, eləcə də Anarla birlikdə çay içib söhbət edən zaman Niyazinin həmin şəxsləri də eyni üsulla aldadıb pullarını ələ keçirdiyi məlum olmuşdur. Özü də dəfələrlə Niyaziyə zəng edib pulunu istəsə də sonuncu hər dəfə bir bəhanə ilə yayınaraq pulu qaytarmaqdan boyun qaçırmışdır. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayında şəxsi işləri ilə əlaqədar Şəki şəhərinə gələrkən dostluq münasibəti olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə birlikdə əyləşib çay içərkən sonuncuların tanışları X13 ilə tanış olmuşdur. Söhbət zamanı Niyazi Cavidli "Şan Campany" adlı dərman firmasında Şamaxı şəhərindən Balakən rayonuna qədər olan rayonlar üzrə satış müdüri işlədiyini və müxtəlif apteklərə dərman payladığını bildirmişdir. Niyazi Cavidli ona dərman firmasında kampaniyalar olduğunu və həmin kampaniya vaxtı dərman preparatlarını ucuz qiymətə alıb baha qiymətə satmaqla qazanc əldə etdiyini, Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs3 da Niyaziyə yüksək məbləğdə pul verdiyini və həmin şəxslərlə birlikdə dərman preparatlarını alıb satmaqla qaznac əldə etdiyini bildirmişdir. Niyazi ilə arasında olan bu söhbətlərdən sonra Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 zəng edib bu barədə soruşmuş, sonuncular da Niyazinin dediklərini təsdiq etmişlər. Bundan sonra Niyazinin sözlərinə inanıb 05.10.2018-ci il tarixdə saat 15 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində Şəki Şəhər Məhkəmə kompleksinin yaxınlığında Niyaziyə 3000 manat pul vermiş, həmin vaxt Niyazi ona, narahat olmamasını, hər 3000 manata görə ayda 400-500 manat verəcəyini söz vermişdir. 23.11.2018-ci il tarixdə Şəki şəhəri, H.Əliyev prospektində "XXİ əsr" adlanan marketin yaxınlığında Niyazi ilə görüşüb əlavə olaraq sonuncuya 2000 manat pul vermişdir. Ümumilikdə əvvəlcədən Niyaziyə verdiyi 5000 manat pul onun özünə aid olmuş, həmin pulu hissə-hissə toplamışdır. Həmin ərəfələrdə arabir Niyazi Cavidli ilə Bakı şəhərində və Şəki şəhərində görüşüb söhbət edərkən Niyazi ona məbləğin artacağı halda qazancın da artacağını demiş, 10.02.2019-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində yerləşən Niyaqara restoranı yaxınlığında Niyazi ilə görüşüb sonuncuya 5000 manat əlavə pul vermişdir. 5000 manat pulu Niyaziyə verən zaman sonuncu 5000 manata görə hər ay 500- 600 manat məbləğində qazanc verəcəyini bildirmiş, bundan sonra Şəki şəhərinə gəlib bir müddət orada işləri ilə məşğul olmuşdur. 20.03.2019-cu il tarixdə Şəki şəhərində olarkən Niyaziyə zəng edib 10.000 manat pulu olduğunu, qazanc əldə etmək məqsədi ilə həmin pulu vermək istədiyni bildirmiş, Niyazi də ona 2-3 günə kimi Şəki şəhərinə gələcəyini demişdir. 3-4 gün sonra 25.03.2019-cu il tarixdə Niyazi Şəki şəhərinə gəldikdən sonra sonuncu ilə Şəki şəhəri, H.Əliyev prospektində yerləşən "Yenilik" ticarət mərkəzinin qarşısında görüşərək 10.000 manat pulu Niyaziyə vermişdir. Niyazi həmin pula görə ona ayda 800 manat gəlir verəcəyini bildirmişdir. Müxtəlif vaxtlarda ümumilikdə Niyaziyə 20.000 manat pul vermiş, bu müddət ərzində 2018-ci ilin noyabr ayından, 2019-cu ilin mart ayına kimi Niyazi hər ay 500 manat olmaqla, ümumlikdə ona 2500 manat məbləğində qazanc olaraq pul qaytarmışdır. 2019-cu ilin mart ayından sonra Niyazi ilə əlaqə saxlaya bilməmişdir. X16 Cəlilovdan 115.000 manat, digər şəxslərdən isə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etdiyini bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə yaxın dostluq münasibəti olmuş, Niyazi Cavidlini də sonuncunun vasitəsilə tanımışdır. 2018-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1ila görüşüb çay içərkən bir iki dəfə Niyazi Cavidli də onlarla əyləşib çay içmişdir. Niyazi ilə söhbət edərkən sonuncu "Şan Campany" adlı dərman firmasında Şamaxı şəhərindən Balakən rayonuna qədər olan rayonlar üzrə satış müdiri işlədiyini və müxtəlif apteklərə dərman payladığını bildirmişdir. Bununla yanaşı Niyazi dərman firmasında kampaniyalar olduğunu və həmin kampaniya vaxtı dərman preparatlarını ucuz qiymətə alıb baha qiymətə satmaqla qazanc əldə etdiyini demişdir. Həmin vaxt işsiz olduğuna görə Niyazidən işlədiyi şirkətə onu da düzəltməsini xahiş etmiş, Niyazi ona şirkətdə iş yeri olmadığını, lakin dərman alverində yaxşı pul olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 da bu işə pul qoyub gəlir götürdüyünü bildirmiş, ona da pulu olsa birlikdə dərman alıb, sataraq gəlir əldə edə biləcəklərini demişdir. Niyazinin sözlərinə inanaraq uzun müddət əvəl yığıb saxladığı 2000 manat pulu 2018-ci ilin iyul ayının sonlarında Şəki rayon Prokurorluğunun yaxınlığında yerləşən kafedə Niyazi ilə görüşüb sonuncuya vermişdir. Niyazi pulu alıb sayıb cibinə qoymuş və bir qədər orada əyləşib çay içdikdən sonra çıxıb getmişdir. 2018-ci ilin avqust ayının sonlarında Niyazi qazanc olaraq gətirib ona 400 manat pul vermişdir. 2000 manat pulu Niyaziyə bir aylıq verdiyinə görə, sonuncu 400 manat pulu verərkən 2000 manat pulun Niyazidə qalmasını gələn ay da 300-400 manat qazanc olacağını demişdir. Niyazi ilə razılaşaraq 2000 manat pulu götürməmiş, 2018-ci ilin sentyabr ayının sonlarında Niyazi gətirib ona 300 manat pul verib qazanc olduğunu demişdir. Niyazinin yaxşı pul verməsini görüb inanaraq yenə şəxsi işləri üçün yığıb saxladığı 2.000 manat pulu 2018-ci ilin oktyabr ayının sonlarında Şəki şəhərində yerləşən "Yenilik" ticarət mərkəzinin yaxınlığında Niyazi ilə görüşüb sonuncuya məxsus avtomaşında qeyd olunan məbləği vermişdir. Hər ayın sonunda Niyazi ona 300-400 manat pulu verib qazanc olduğunu demiş, Niyazinin bu hərəkəti onda dərman alverinə olan marağı artırdı buna görə də Niyazinin ondan istədiyi məbləğləri hardan olsa tapıb vermişdir. Niyazi də hər dəfə görüşəndə pulu artırmağını, daha çox qazanc əldə edəcəklərini deyib onu daha da inandırmışdır. 2018-ci ilin dekabr ayının əvvələrində dostu Şahid8 1500 manat borc alıb Şəki şəhəri 10 saylı məktəbin qarşısında Niyaziyə vermiş, 2019-cu ilin yanvar ayının ortalarında yenə dostu Şahid8 3000 manat əlavə borc pul alıb Yeni Çələbixan qəsəbəsində Niyazi ilə görüşüb pulu sonuncuya vermişdir. Niyazi ondan hər pul aldıqdan sonra hər keçən ay üçün ona 300-400 manat pul verib qazanc olduğunu demişdir. Bu səbəbdən 2019-cu ilin yanvar ayının sonlarında onun təkidi ilə anası X1 Bankın Şəki filialından kreditə götürdüyü 6000 manat pulu da elə orada gözləyən Niyaziyə vermişdir. Niyazi yenə ona zəng edib yenə pul lazım olduğunu bildirdiyinə görə 2019-cu ilin fevral ayının ortalarında dostu Şahid8 1500 manat pul alıb, Şəki şəhərinin "Kino" deyilən yerində Niyazi Cavidli ilə görüşüb qeyd olunan məbləği sonuncuya vermişdir. 2019-cu ilin fevral ayının sonlarında Niyazi ona zəng edərək işin çox olduğunu, yüksək məbləğdə pul lazım olduğunu, çox mal alıb, çox da satıb qazanacağını deyərək yenə pul istəmiş, Niyaziyə pulu olmadığını bildirsə də sonuncu buna baxmayaraq pul tapıb verməsini təkid etdiyinə görə atasından 2000 manat pul alıb aparıb Şəki şəhəri Əmlak Komitəsinin yaxınlığında Niyaziyə vermişdir. Həmin vaxt Niyazi işlərin yaxşı getdiyini, yaxşı qazanc əldə edəcəklərini deyərək ona yenə pul tapmasını demiş, bundan sonra şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olarkən Niyazi yenə ona zəng edib 2000 manat pul lazım olduğunu bildirmişdir. O da atası Şahid6 zəng edib 2000 manat pul lazım olduğunu dedikdən sonra sonuncu Bank of Bakudan 2000 manat kredit götürüb həmin pulu Niyaziyə çatdırılması üçün taksi ilə Zərərçəkmiş şəxs1 göndərmişdir. Zərərçəkmiş şəxs1 da həmin pulu 2019-cu ilin mart ayının əvvələrində Niyaziyə vermişdir. Bir müddət sonra Niyazi ona zəng edib yenə pul lazım olduğunu bildirmiş, bu dəfə dostu Şahid8 4000 manat pul alıb, Bakı şəhəri, N.Nərimanov rayonu, ərazisində A.Sultanova deyilən yerdə Niyazi ilə görüşüb həmin məbləği sonuncuya vermişdir. Bakı şəhərində işlərini bitirib Şəki şəhərinə qayıtmış, bir müddət keçdikdən sonra 2019-cu ilin mart ayının ortalarında Niyazi ona zəng edib yenə pul lazım olduğunu demişdir. Həmin ərəfədə İsveçrə vətəndaşı olmaqla həmin vaxt Azərbaycan Respublikasına gələn dayısı X5 5000 manat borc pul alıb Şəki şəhərində yerləşən "Aura" çay evinin qarşısında Niyaziyə vermişdir. Niyazi də pulu aldıqdan sonra yaxşı gəlir gələcəyini deyib pulu sayıb götürüb getmişdir. Bu müddət ərzində yəni, 2018-ci ilin iyul ayından, 2019-cu ilin mart ayına kimi Niyazi Cavidli hər ay 400-600 manat olmaqla, ümumlikdə ona 8100 manat pul vermişdir. 2019-cu ilin mart ayından sonra Niyazi ilə əlaqə saxlaya bilməmiş, X16 Cəlilovdan 115.000 manat, digər şəxslər Zərərçəkmiş şəxs1, Toğruldan da müxtəlif məbləğlərdə pul alaraq dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Cavidli Niyazi ondan aldığı 29000 manat puldan 8100 manatını qaytarmış qalan məbləği qaytarmadığına görə sonuncu ilə barışmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən işlədiyi mağazanın qonşuluğunda Zərərçəkmiş şəxs7 da gül satılan mağazası yerləşmiş, X8 2009-cu ildə həqiqi hərbi xidmətdə olarkən Şəmkir şəhərində N saylı hərbi hissədə X17 bir aylıq kursda olarkən tanımış, Niyazi ilə bir Şəkili kimi və əsgər yoldaşı kimi münasibəti yaranmışdır. 2018-ci ilin sentyabr ayında Qafqaz restoranında kürəkəni Zərərçəkmiş şəxs1la əyləşib yeyib-içərkən Niyazi Cavidli də orada olmuş, Niyazi ilə birlikdə hərbi xidmətdə olduğunu xatırlamışdır. Zərərçəkmiş şəxs1la Niyazi Cavidli dərman preparatlarının alış-verişi barədə söhbət etmiş, həmin vaxt Niyazi Cavidlidən nə işlə məşğul olduğunu soruşanda, sonuncu ona, Şan Company adlı dərman firmasında Şamaxı rayonundan Balkən rayonuna kimi bölgə müdüri vəzifəsində işlədiyini, həmin firmada dərman preparatlarının satışı ilə bağlı kompaniyalar olduğunu, həmin kompaniyalar zamanı dərmanları ucuz qiymətə alıb, baha qiymətə satmaqla yaxşı qazanc əldə etdiyini bildirmişdir. Həmin vaxt Niyazi ona Zərərçəkmiş şəxs1 da dərman alveri üçün pul verdiyini, həmin pula dərman alıb-satmaqla əldə etdiyi gəlirin yarısını Lətifə verdiyini demişdir. Söhbət zamanı Niyazi ona da pul verməsini təklif edib istəyirsə pul verib alverə qoşulmasını demişdir. Hissə-hissə yığdığı 1.000 manat pulu 2018-ci ilin sentyabr ayının ortalarında Şəki şəhərində yerləşən Yenilik ticarət mərkəzinin yaxınlığında Niyazi Cavidliyə vermiş, Niyazi həmin pulu aldıqdan sonra oktyabr ayının ortalarında qazanc olaraq ona 100 manat pul vermişdir. Sonradan onun maddi vəziyyəti yaxşı olmadığına görə həmin 1.000 manat pulu oktyabr ayında Niyazi Cavidlidən almışdır. Niyazi Cavidliyə 1.000 manat pulu verərkən sonuncu ona pula nə vaxt ehtiyacı olarsa geri ala bilcəyini demişdir. Niyazidən pulu istəyəndə, sonuncu heç bir etiraz etmədən pulu özünə qaytarmış, 2018-ci ilin dekabr ayının əvvələrində işləyib yığdığı 600 manat pulu dərman alveri ilə məşğul olmaq üçün Şəki şəhəri, S.Rəhman küçəsisində işlədiyi dəftər-qələm satılan mağazanın qarşısında Niyazi ilə görüşüb sonuncuya vermişdir. Bir müddət sonra Niyazi Cavidliyə zəng edib pula ehtiyacı olduğunu bildirmiş, Niyazi də ona 100 manat pul verib, həmin pulun onun qazancı olduğunu bildirmişdir. İşlədiyi mağzanın qonşuluğunda mağazası olan Zərərçəkmiş şəxs7 ilə söhbət edən zaman sonuncuya da bu məslə ilə bağlı danışmış, bir neçə gün sonra Niyazi işlədiyi mağazanın qarşısına gəlmişdir. Orada Niyazi ilə söhbət edən zaman Şöhrət də onlara yaxınlaşıb Niyazi ilə tanış olduqdan sonra sonuncu Şöhrətə də «Şan Campany» dərman satışı şirkətində işlədiyini, həmin şirkətdən ucuz qiymətə dərman alıb baha qiymətə apteklərə satmaqla dərman preparatlarının satışı biznesini təşkil edib yüksək gəlir əldə edəcəyini bildirmişdir. Niyazi gedəndən sonra Zərərçəkmiş şəxs7 bir qədər fikirləşib evini satdığını və əlində pul olduğunu, həmin pul ilə qazanc əldə etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 ilkin olaraq 2019-cu ilin yanvar ayının əvvəllərində Niyaziyə verməsi üçün ona 5.000 manat pul vermiş, Zərərçəkmiş şəxs7 verdiyi 5.000 manat pulu 2018-ci ilin yanvar ayının əvvələrində təxminən saat 12 radlərində Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən "Aura" çay evində Zərərçəkmiş şəxs1la birlikdə Niyaziyə vermişdir. Bundan sonra Niyazi Cavidli onun vasitəsilə Zərərçəkmiş şəxs7 iki ay dörd yüz olmaqla gəlir olaraq cəmi 800 manat pul vermişdir. Niyazi Cavidli ilə görüşən zaman həmin şəxs çox pul olduğunda, çox pul qazanacaqlarını demiş, Zərərçəkmiş şəxs7 2019-cu ilin mart ayının əvvəllərində Niyazi Cavidliyə verməsi üçün ona 10.000 manat pul vermişdir. Həmin pulu aldıqdan sonra həmin gün saat 16 radələrində ünvan 6 ünvanında yaşadığı evin darvaza qapısının önündə Niyazi Cavidli ilə görüşüb 10.000 manat pulu sonuncuya vermişdir. X18 həmin 10.000 manat pula görə Zərərçəkmiş şəxs7 bank vasitəsi ilə qazanc olaraq 1300 manat pul göndərmişdir. Bütün bunlardan sonra Niyazi Cavidli onun və Şöhrətin telefon zənglərinə cavab verməmiş, sonradan Niyazinin ondan başqa Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və bir neçə tanımadığı şəxsləri eyni üsulla aldadıb pullarını ələ keçirdiyini eşitmişdir. Niyazi Cavidli onun ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla cəmi 2100 manatını qaytarmış, Şöhrətə də 2500 manat pul göndərməklə cəmi 4600 manat pul verdiyini eşitmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən gül mağazasında fərdi qaydada fəailiyyət göstərmiş, mağazasının qonşuluğunda Zərərçəkmiş şəxs8 işlədiyi dəftər-qələm satılan mağaza yerləşmişdir. Zərərçəkmiş şəxs8 ilə yaxşı münasibəti olmuş, 2018-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs8 ilə söhbət edərkən sonuncu ona Niyazi adlı şəxsin dərman firmasında işlədiyini və dərman alqı-satıqından yaxşı gəlir əldə ediyini bildirmişdir. Həmçinin Tofiq ona Niyaziyə dərman alveri üçün pul verdiyini, Niyazinin də hər ay ona qazanc gətirib verdiyini, bundan başqa qaynı Lətifin də Niyaziyə pul verdiyini və hər ay Lətifə də gətirib pul verdiyini bildirmişdir. Həmin ərəfədə o, evini satıb digər yerdən aldığı torpaq sahəsində ev tikmək fikiri olmuş, həmin ərəfədə Niyazi Tofiqlə mağazanın qarşısında söhbət edərkən Tofiq onu görüb Niyazi ilə tanış etmişdir. Tofiq onu da Niyaziyə göstərib onun da dərman alverinə qoşulmaq istədiyini bildirmişdir. Həmin vaxt Niyazi ona heç bir narahatçılıq olmadığını, dərman alverində yaxşı gəlir əldə edəcəklərini, hər ay artıqlaması ilə əldə etdiyi gəliri ona göndərəcəyini demişdir. 2019-cu ilin yanvar ayının əvvələrində 5.000 manat pulu Niyaziyə çatdırması üçün Tofiqə vermiş, sonuncu da ondan aldığı pulu aparıb Niyaziyə vermişdir. Niyazi pulu aldıqdan sonra iki ay ərzində hər ay dörd yüz olmaqla cəmi səkkiz yüz manat ona pul verib həmin pulun dərman alverində ənldə etdiyi qazanc olduğunu demişdir. 2019-cu ilin mart ayının əvvəllərində Tofiqə əlavə olaraq Niyaziyə çatdırması üçün 10.000 manat pul vermiş, Tofiq də ondan aldığı pulu aparıb Niyaziyə vermişdir. Niyazi sonuncu dəfə aldığı 10.000 manata görə bir ay ərzində ona 1.300 manat pul göndərmişdir. Niyazinin ondan aldığı pula görə gəlir olaraq ümumilikdə 2.100 manat pul vermişdir. 2019-cu ilin may ayından sonra Niyazi artıq nə Tofiqin nə də onun telefon zənglərinə cavab verməmiş və onlar Niyazi ilə heç bir əlaqə saxlaya bilməmişlər. Niyazinin atası Elnur Şəki şəhərinə qardaşının hüzürünə gələrkən onun işlədiyi mağazaya gələrək oğlu Niyazinin ondan aldığı pulu ödəməsi üçün vaxt verməsini xahiş etmişdir. Elnura, övladının xəstə olduğunu, uşağın müalicəsinə pul lazım olduğunu bildirib, buna görə Niyazinin ondan aldığı pulu qaytarmasını tələb etmişdir. Elnur oğlu Niyaziyə zəng edib ona 2.500 manat pul göndərməsini demiş, Niyazi də təcili olaraq bank vasitəsi ilə onun adına 2.500 manat pul göndərmişdir. Bankdan həmin pulu götürmüş, həmin vaxtdan bu günə kimi Niyazi Cavidli ondan aldığı 15.000 manat pula görə ümumi olaraq 4.600 manat pul qaytarmışdır. Sonradan Niyazinin dərman şirkətində işlədiyini bildirib guya həmin şirkətdən dərman alıb apteklərə satmaqla pul qazanacağını deyərək onu aldatmaqla həmin pulu ələ keçirdiyini bilmişdir. Çünki sonradan Niyazinin dərman alveri ilə məşğul olmadığı məlum olmuşdur. Həmçinin Niyazinin ondan başqa Tofiqi, sonuncunun qaynı Lətifi və Anar adlı oğlanı eyni üsulla aldadıb pullarını ələ keçirdiyini eşitmişdir. Hazırda ona dəymiş ziyan ödənilməklə təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Zərərçəkmiş şəxs3la yaxın dostluq münasibəti olmaqla 2019-cu ilin yanvar ayından mart ayına kimi olan dövrlərdə dostu Anar ondan ümumilikdə 48.000 manat borc pul almışdır. Anar həmin pulu ondan hissə-hissə, 3000, 10.000, 17.000 və 18.000 manat məbləğlərində aldığı puldan ona hissə-hissə olmaqla cəmi 18.000 manat qaytarmış, 30.000 borcu qalmışdır. Anar ondan borc pul alarkən pulu Niyazi adlı tanışına verdiyini, sonuncunun dərman işinə baxaraq dərman alveri ilə məşğul olduğunu, Niyazi də həmin pula dərman alveri ilə məşğul olaraq qazancın yarısını Anara verəcəyini, sonuncu da hissə-hissə olmaqla bir neçə aya onun pulunu qaytaracağını. Anardan pulunu istədikdə sonuncu da ona Niyazinin Anarı aldadıb dərman şirkətində işləsə də, dərman alveri ilə məşğul olmadığını, buna görə də pulunun qalan hissəsini qaytara bilmədiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun doğma dayısı oğlu olmaqla 2018-ci ilin payız aylarının əvvəllərində, Anar ona 20.000 manat pula ehdiyacı olduğunu və bankdan onun adına kredit götürmək istədiyini bildirmiş, bundan sonra Acsses bankın Şəki filialından 19.000 manat kredit götürüb Anara vermişdir. Bankdan verilən müqavilə və digər sənədləri də Anara vermiş, Anar hər ay həmin krediti özü ödəmişdir. Bundan başqa 2018-ci ilin sonlarında Anar ondan 5000 manat da borc pul istəmiş, o da Anara 5000 manat borc pul vermişdir. Bir müddətdən sonra Anar ondan borc aldığı 5000 manat pulu qaytarmışdır. Sonradan Anarın həmin pulları alıb Niyazi adlı şəxsə verdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Zərərçəkmiş şəxs3 onun dostu olmaqla 2018-ci ilin oktyabr-noyabr aylarında Anar ondan 6.500 borc pul istəmiş, dostluq münasibəti olduğu üçün etiraz etməyib Anara 6500 manat borc pul vermişdir. Təxminən 2-3 aydan sonra Anar gətirib ondan aldığı 6.500 manat pulu qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Zərərçəkmiş şəxs5 onun yaxın dostu olmaqla 2019-cu ilin mart ayının əvvəllərində, Elmir ona ehtiyac olduğu üçün 5000 manat borc pul istəmiş, həmin vaxt Elmirə 5000 manat borc pul vermişdir. Elmir də həmin pulu ona 2019-cu ilin sonuna kimi hissə-hissə olmaqla qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəki şəhər sakini Zərərçəkmiş şəxs5 onun dostu olmaqla 2019-cu ilin mart ayının əvvəllərində Elmir ondan 5000 manat borc pul istəmiş, həmin vaxt Elmirə 5000 manat borc pul vermişdir. Elmir də həmin pulu 2019-cu ilin sonuna kimi hissə-hissə olmaqla ona qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onun doğma oğlu olmaqla 2019-cu ilin fevral ayının sonlarında oğlu Elxan ona Niyazi adlı dostunun dərman şirkətində işlədiyini, şirkətdən dərmanı ucuz alıb apteklərə satmaqla qazanc əldə etdiyini və həmin işə Elxanı da qoşduğunu demişdir. Elxana pul lazım olduğuna görə öz kartinda olan 2000 manat pulu çıxarıb Niyaziyə verməsi üçün Elxana vermiş, sonuncu da 2000 manat pulu bankomatdan çıxardıqdan sonra pulu aparıb Niyaziyə vermişdir. Bir müddət sonra oğlu Elxan yenə də Niyaziyə verməsi üçün 2000 manat pul istəmiş, Bank of Baku bankının Şəki filialından 2100 manat kredit götürüb, 2000 manatı oğlu Elxana vermişdir. Həmin vaxt oğlu Elxan kredit sənədlərini ondan götürüb, həmin krediti dostu Niyazi özü ödəyəcəyini demiş, təxminən bir aydan sonra Bank of Baku bankının Şəki filialından ona zəng edib, götürdüyü krediti ödəmədiyini, kreditin ödənilməsi gecikdirsə üstünə əlavə faiz gələcəyini demişlər. Bu barədə oğlu Elxana bildirmiş, sonradan isə Niyazinin Elxana guya dərman alveri ilə məşğul olub yaxşı gəlir əldə edəcəyi barədə yalan vədlər verib aldadaraq pullarını mənimsədiyini bilmişdir. Elxan həmçinin ondan başqa anasının da adına X26 filialından 6000 manat kredit götürüb Niyaziyə vermişdir. Həmçinin söhbət zamanı Elxan dayısından da 5000 manat, dostu Orxandan 10.000 manat borc alıb həmin pulları da Niyaziyə verdiyini demişdir. Niyazi Elxandan ümumilikdə 29.000 manat pul almış, hər ay az-az olmaqla guya qazanc olduğunu bildirib ümumilikdə 8100 manat pulu Elxana qaytarmışdır. Məhkəmədə şhid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2009-cu ildə qida əlavəsi və gigyenik vasitələrin idaxalı və satışı ilə məşğul olmaq üçün VÖEN alaraq fərdi sahibkar kimi fəailiyyət göstərmiş, özü ilə yanaşı 10 nəfərə yaxın şəxslə xidmətə müqavilə bağlamışdır. Həmin şəxslər bağlanmış müqavilə əsasında onun xaricdən gətirdiyi Bioloji Fəallığa malik qida (BFMQƏ) əlavlərinin reklamı ilə məşğul olmuşlar ki, həmin şəxslərə müqavilə üzrə hər ay 100 manat xidmət haqqı vermişdir. 2016cı ildə onunla əməkdaşlıq edən X10 ona Niyazi adlı xalası oğlunun işsiz olduğunu bildirib sonuncunu da işə götürməsini xahiş etmiş, həmin dövrdə xaricdən gətirdiyi məsulların reklam edilməsi üçün şəxsə ehtiyac olduğuna görə Niyazi Cavidli ilə əməkdaşlıq etmək üçün 03 yanvar 2019-cu il tarixdə 022 nömrəli xidmət müqaviləsi bağlamışdır. Niyazi Cavidlinin işi onun sifarişi əsasında xaricdən gətirdiyi qida əlavələrini Şamaxı rayonundan Balakən rayonu istiqamətinə olan rayonlarda yerləşən müxtəlif apteklərdə reklam edib satışını təmin etməkdən ibarət olmuşdur. 2019-cu ilin may ayının əvvəllərində Niyazi Cavidli burun nahiyyəsi sarğılı vəziyyətdə ofisə gəlib işdən çıxmaq istədiyini, atasının işləməsinə razı olmadığını bildirmiş, sonra Niyazi Cavidli ilə əlaqə saxlamaq mümkün olmamışdır. Buna görə də 21 may 2019-cu il tarixdə birtərəfli olaraq Niyazi Cavidli ilə aralarında bağlanılmış 022 nömrəli xidmət müqaviləsinə xitam verilmişdir. Niyazi Cavidlinin "Shan Company" şirkəti ilə heç bir əlaqəsi olmamış, heç bir dərman satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Şəki şəhərində yaşayan Zərərçəkmiş şəxs6 onun tələbə yoldaşı və dostu olmaqla 2018-ci ilin dekab ayında dostu Elxan ondan 1500 manat borca pul istəyərək həmin pulla alver edəcəyini bildirmişdir. Elxana 1500 manat borc pul vermiş, 2019-cu ilin yanvar ayının ortalarında Elxan yenə də ondan 3000 manat borc pul istəmişdir. Həmin pulu Elxana vermiş, təxminən 1 ay sonra, yəni 2019-cu ilin fevral ayının ortalarında Elxan yenə ondan 1500 manat borc pul istəmişdir. Elxana həmin məbləğdə pulu vermiş, sonuncu dəfə Elxan 2019-cu ilin mart ayında ondan 4000 manat borc pul istəmişdir. Həmin məbləği də Elxana vermiş, Elxan hissə-hissə olmaqla ona cəmi 1000 manat pul qaytarmışdır. Sonradan Elxanın ondan aldığı pulu Niyazi adlı tanışına verdiyini, sonuncunun da Elxandan 29000 manat pul alıb guya dərman alveri etmək adıyla Elxanı aldatdığını bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzinin” 19.10.2020-ci il tarixli 3207 nömrəli məktubda göstərilmişdir ki, ünvan 7 ünvanda qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü X13 BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Psixatriya xəstəxanasının 20.10.2020-ci il tarixli 622 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanda qeydiyyatda olan, 1991-ci il təvəllüdlü X13 həmin xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, X13 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Şəki Regional Qİ və TB şöbəsindən daxil olmuş 20.10.2020-ci il tarixli 300-132-1222 nömrəli məktubda göstərilmişdir ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Şəki Regional Qİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompyuter bazasına əsasən X6 adına avtonəqliyyat vasitələri qeydiyyata alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 21.10.2020-ci il tarixli **********39 nömrəli məktubunda qeyd olunmuşdur ki, X6 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X28 üzrə X21 Ərazi Bölmələrini İdarəetmə birliyi Şəki Rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsdən daxil olmuş 22.10.2020-ci il tarixli 2635 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanda qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü X4 MRX-nın PHŞ-nin Narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin təqdim etdiyi arayəşdan görünür ki, X13 ünvan 8 ünvanda pasport qeydiyyatında olmaqla yaşayır, himayəsində bir az yaşlı övladı var, yaşayış yeri üzrə məsbət səciyyələndirilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxs X13 ilə barışdıqlarını göstərmiş, Zərərçəkmiş şəxs6 isə ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 mülki iddia verərək Niyazi Cavdlinin hərəkətləri nəticəsində ona 20030 manat 40 qəpik maddi ziyan dəydiyini və həmin məbləğin Niyazi Cavdilidən tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, sonra məhkəməyə ərizə ilə müraciət edərək mülki iddiadan imtina etdiyi üçün mülki iddiası üzrə icraata xitam verilməsini xahiş etmişdir. CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər X6 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 178.3.2-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X6 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 ilə barışıq əldə etməsini və həmin şəxslərə vurulmuş zərəri ödəməsini CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən X6 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların movcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxs Niyazi Cavidli azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və CMnin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiadan imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X13 təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X6 cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci ildən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiadan imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilsin. X6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimklan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxs X13 hökmün surətini aldığı) gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi): Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-132/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-132/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver