Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-132/2022 24.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə xx.xx.1967-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Füzuli küçəsi, ev 23, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1954-cü ildə Goranboy rayonunun Cinli Boluslu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, ev 44-də qeydiyyatda olmaqla ünvan 4-də yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1991-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 isə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini, həmçinin narkotik vasitə olan heroini və qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,229 qram miqdarında psixotrop maddə olan metamfetamini, 0,046 qram narkotik vasitə olan heroini, 1,31 qram qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Füzuli küçəsi, ev 23, mənzil 6-da həmin külli miqdarda psixotrop maddə olan metamfetamindən 0,481 qram olan hissəsini və 0,046 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1la qabaqcadan aralarıda olan razılaşmaya əsasən bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 25 manata satmaq üçün Təqsirləndirilən şəxs1 götürmüş, qalan 1,748 qram miqdarında psixotrop maddə olan metamfetamini, 1,31 qram narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq özündə saxlamış, Təqsirləndirilən şəxs2 həmin 0,481 qram psixotrop maddə olan metamfetamini və 0,046 qram narkotik vasitə olan heroini etibarnamə əsasında istifadəsində olan VAZ- 21102 markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobillə Yevlax şəhərindən Yevlax rayonunun Aran qəsəbəsinə daşıyaraq orada Təqsirləndirilən şəxs3 25 manata satmış, xx.xx.2022-ci il tarixdə, saat 23:10-da Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə edərək saxlamasında şübhəli bilindiyinə görə Yevlax rayonunun Aran qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində xx.xx.2022-ci il tarixdə, saat 00:20-dən 00:50-dək olan müdət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ona satdıqları bir ədəd sellofan bükümdə 0,481 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sellofan bükümdə 0,046 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirimiş, qablaşdırılıb götürülmüşdür. xx.xx.2022ci il tarixdə, saat 04:35-də Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən yaşadığı evin qarşısında tutularaq polis şöbəsinə gətirilib üzərində həmin gün, saat 05:15-dan 05:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 1,748 qram miqdarında psixotrop maddə olan metamfetamini, bir ədəd salfet kağızına bükülmüş 1,31 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən Aran qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün, saat 02:20-dən 02:50-yə qədər olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən 25 manat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini, həmçinin narkotik vasitə olan heroini və qurudulmuş marixuananı əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2,229 qram miqdarında psixotrop maddə olan metamfetamini, 0,046 qram narkotik vasitə olan heroini, 1,31 qram qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı Yevlax şəhəri, Füzuli küçəsi, ev 23, mənzil 6-da həmin külli miqdarda psixotrop maddə olan metamfetamindən 0,481 qram olan hissəsini və 0,046 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2la qabaqcadan aralarında olan razılaşmaya əsasən bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 25 manata satmaq üçün Təqsirləndirilən şəxs2 vermiş, qalan 1,748 qram miqdarında psixotrop maddə olan metamfetamini, 1,31 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq özündə saxlamış, Təqsirləndirilən şəxs2 həmin 0,481 qram psixotrop maddə olan metamfetamini və 0,046 qram narkotik vasitə olan heroini etibarnamə əsasında istifadəsində olan VAZ-21102 markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobillə Yevlax şəhərindən Yevlax rayonunun Aran qəsəbəsinə daşıyaraq orada Təqsirləndirilən şəxs3 25 manata satmış, xx.xx.2022-ci il tarixdə, saat 23:10-da Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə edərək saxlamasında şübhəli bilindiyinə görə Yevlax rayonunun Aran qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində xx.xx.2022-ci il tarixdə, saat 00:20-dən 00:50-dək olan müdət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ona satdıqları bir ədəd sellofan bükümdə 0,481 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sellofan bükümdə 0,046 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 04:35-də Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən yaşadığı evin qarşısında tutularaq polis şöbəsinə gətirilib üzərində həmin gün, saat 05:15-dan 05:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladığı 1,748 qram miqdarında psixotrop maddə olan metamfetamin, bir ədəd salfet kağızına bükülmüş 1,31 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən Aran qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün, saat 02:20-dən 02:50-yə qədər olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən 25 manat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə 0,481 qram psixotrop maddə olan metamfetamini xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs2 yaşadığı Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində 25 manata alaraq əldə edib saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 23:10-da Təqsirləndirilən şəxs3 psixotrop maddələri əldə edərək saxlamasında şübhəli bilindiyinə görə Yevlax rayonunun Aran qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində xx.xx.2022-ci il tarixdə, saat 00:20-dən 00:50-dək olan müdət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan əldə edib saxladığı bir ədəd sellofan bükümdə 0,481 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la qonşu olmuşlar. Səhər yatan zaman, Şahin ona zəng vurmuş və Orxanın ağrıdığını bildirərək, onun üçün narkotik vasitə istəmişdir. Təqsirləndirilən şəxs2 Orxanın kim olduğunu soruşmuşdur, çünki Orxanla əvvəllər tanışlığı olmamış, lakin telefonla danışmışlar. Şahinlə danışandan sonra Şahin qapıdan içəri girmişdir. Həmin vaxt üzərində öz istifadəsi üçün 15 manata aldığı narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni yarıya bölüb, pulsuz Təqsirləndirilən şəxs2 vermiş və ondan pul almamışdır. Səhəri gün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polislər evin açarını alıb, evdə axtarış etmişlər. Evin qarşısında polis əməkdaşları onun üzərinə baxış keçirmiş və üzərində 22 manat pul, sadə telefon və açar olmuşdur. Polislər onun cibinə 2 qram narkotik vasitə qoymuşlar. O, polislərə bunun limon duzu olduğunu və cibinə niyə qoyduqlarını demişdir. Bu vaxta qədər Azərbaycan Respublikasının ərazisində qayda pozmamış, lakin Rusiyada olarkən, taksi sürücüsü işləyən zaman polislər onun maşınından narkotik vasitə aşkar eləmişlər. Maşında sərnişin olan şəxs narkotik vasitənin ona məxsus olmadığını demiş, maşının sahibi olduğu üçün narkotik vasitə onun üzərində qalmış və buna görə həbs olunmuşdur. Təqsirləndirilən şəxs1 ona ünvanlanan sualları cavablandırarkən isə ilk dəfə Şahin adlı şəxsin vasitəsi ilə Orxana narkotik vasitə satdığını və həmin gün evdən çölə çıxa bilmədiyi üçün Şahinə narkotik vasitə verdiyini, özü üçün istifadə etdiyi narkotik vasitənin yarısını pulsuz olaraq verdiyini, Orxanın Şahinə verdiyi 25 manat puldan məlumatının olmadığını, yazı yaza bilmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəni o, yazmamış, yazılanı oxumamış, sadəcə yazılan sənədə qol çəkmişdir. Təqsirləndirilən şəxs3 Moskvada olarkən onun qardaşı ilə tanış olmuş, Orxanla telefonla danışmış, amma üz-üzə görüşməmişlər. O, məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə vermiş, amma qarşılığında pul almamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs3 versin deyə, vermişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni apardığına görə Təqsirləndirilən şəxs3 10 manat yol pulu alacağını bildirmişdir. Üzərində yalnız marixuana olmuşdur. İstintaq zamanı isə Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanımışdır. Psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana istifadəçisi olmuş, lakin satışı ilə məşğul olmamış, təxminən 1 ay qabaq Yevlax şəhəri Çənlibel qəsəbəsində gəzərkən yerdən 04 ədəd bükülü tapmış, həmin bükülüləri açıb içərisinə baxdıqda bükülülərin ikisinin içərisində psixotrop maddə olan metamfetamin, birinin içərisində narkotik vasitə olan heroin, digərinin içərisində narkotik vasitə marixuana olduğunu görmüş, həmin bükülülərin içərisində olan heroindən, metamfetamindən və marixuanadan istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Həmin narkotik vasitələr və psixotrop maddələri həmişə üzərində gəzdirdiyini, evdə ailə üzvləri bu barədə bilməsinlər deyə, 2022-ci ilin yanvarın ayının 03-də, saat 21 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək əvvəllər tanıdığı Orxana istifadə etmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin lazım olduğunu demiş, o da ehtiyaclarını qarşılamaq üçün Orxana narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin sata biləcəyini demiş və bunun müqabilində Orxandan 15 manat pul alacağını bildirmişdir. Şahin onunla razılaşmış və 03 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində Şahin idarə etdiyi avtomaşınla yaşadığı evə gəlmiş, Şahin onun evində çörək yedikdən sonra o, Şahinə Orxana çatdırmaq üçün Yevlax şəhəri, Çənlibel qəsəbəsindən tapıb evdə saxladığı 02 ədəd bükülüdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vermiş, Şahin ondan Orxana narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin çatdıracağı müqabilində ondan əlavə olaraq 10 manat pul alacağını bildirmiş, daha sonra Şahin evdən çıxıb getmişdir. 03 yanvar 2022-ci il tarixdə, saat 04:30 radələrində yaşadığı evin qarşısında piyada gəzən zaman Yevlax RPŞ-nın əməkdaşları özünü şübhəli apardığına görə ona yaxınlaşmış, onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. O, onlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə və onun razılığı ilə üstünə baxış keçirilmiş, baxış zamanı əynindəki cins şalvarının sağ yan cibindən 02 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o, bükülülərin içərisində olan narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini təxminən 1 ay qabaq istifadə etmək və satmaq üçün üzərində saxladığını bildirmiş, polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş, içərisində narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olan bükülüləri zərfə qoyaraq möhürləmiş, sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş və həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə digər iştirakçılar kimi o da protokola və zərfə imza etmişdir. Ona verilən suallara cavab olaraq, o, ilk dəfə Şahin adlı şəxsvasitəsi ilə Orxana narkotik vasitə satdığını, o, həmin gün evdən bayıra çıxa bilmədiyi üçün Şahinə narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə kollegiyasının iclasında CM-in 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ona zəng vuraraq, dərmanın olduğunu və həmin dərmanı Təqsirləndirilən şəxs3 aparmağını demişdir. Təqsirləndirilən şəxs1la qonşu olmuşlar. O, Təqsirləndirilən şəxs1 dediyi dərmanı Təqsirləndirilən şəxs3 vermək üçün aparmışdır. Həmin dərmanın çəkisi çox az olmuşdur. Təqsirləndirilən şəxs1 ona “Stansı Mingəçevirə apar, ordan gəlib götürəcəklər” demişdir. Axşam saat 21-22 radələrində Orxan əlində fənərlə gəlib həmin dərmanı götürmüşdür. Daha sonra polislər onları saxlamış, saxlayan zaman narkotik vasitə və pullar avtomobilin ayaq altına düşmüşdür. Polis əməkdaşları pulu və narkotik vasitəni götürmüşlər. Şöbədə 25 manatı polislər ona vermiş, lakin sonra yenidən pulu ondan geri almışlar. Etdiyi əməldən çox peşman olmuşdur. Təqsirləndirilən şəxs2 sonra ona verilən suallara cavab olaraq, Zaməddinin ona Orxandan 25 manat almağı dediyini, belə ki, 10 manatı taksi olaraq apardığı üçün, 15 manatı isə narkotik vasitəyə görə verdiyini, Orxan və Zaməddinin verdikləri ifadənin yalan olduğunu, narkotik vasitəyə görə olan 15 manatı Təqsirləndirilən şəxs1 verə bilmədiyini, Təqsirləndirilən şəxs1 ona əvvəllər heç nə vermədiyini, narkotik vasitəni taksi puluna görə razılaşaraq apardığını, ancaq nə apardığını bilmədiyini, həmin şeyin bükülü olduğunu, apardığı bükümün nə olduğunu soruşanda, Zaməddin dərman olduğunu dediyini bildirmişdir. Özünü təqsirli bilmir, narkotik vasitəni apardığını qəbul edir, lakin ibtidai istintaq zamanı yazılanlar yalandır. Ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində o, etibarnamə əsasında idarə etdiyi VAZ-21010 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıdığını, 2022-ci ilin yanvarın ayının 03-də, saat 20 radələrində Təqsirləndirilən şəxs3 hal-hazırda xatirində qalmayan mobil nömrə ilə istifadəsində olan ***-***-**-** nömrəyə zəng etdiyini, Orxanın ona telefonda narkotik vasitə lazım olduğunu dediyini, o da “əgər tapsam gətirib verə bilərəm” demişdir. O, Orxanla razılaşmış və Orxana narkotik vasitə taparaq gətirib verəcəyi müqabilində ondan 10 manat pul alacağını demiş, Orxan da pulu verəcəyini bildirmişdir. Bundan sonra Orxanla əlaqəsi yekunlaşmışdır. 03 yanvar 2022-ci il tarixdə, saat 20:30 radələrində o, idarə etdiyi VAZ-21010 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəllər tanıdığı Zaməddinin yaşadığı evin qarşısına getmişdir. Zaməddin onun yaşadığı evin qonşuluğunda yaşayır. O, eşitmişdir ki, Zaməddində narkotik vasitə olur. Zaməddini səsləmiş, Zaməddin qapısının qarşısına çıxmış və ona demişdir ki, bir nəfər tanışına narkotik vasitə lazımdır. Zaməddin də ona 02 ədəd bükümdə narkotik vasitə vermişdir. O, Zaməddindən həmin içərisində narkotik vasitə olan bükülüləri götürmüş və o, idarə etdiyi avtomobillə Yevlax rayonunun Aran qəsəbəsinə getmiş, Orxanla Yevlax rayonunun Aran qəsəbəsində Mingəçevir yolunun üstündə görüşmüş və Orxana üzərində olan 02 ədəd bükülüdə narkotik vasitələri vermiş, Orxan da ona sövdələşdiyi kimi 2 ədəd 10 manatlıq və 5 ədəd 1 manatlıq pul əsginasları vermişdir. O, Orxanın ona verdiyi pulu götürmüş, sonra avtomobili ilə Yevlax şəhərinə geri qayıtmaq istəyən zaman yolun kənarında dayandığı vaxt, saat 01:30 radələrində Yevlax RPŞ-nın əməkdaşları ona yaxınlaşmış və onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. O, onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı, videoçəkiliş vasitəsi ilə və onun razılığı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən Orxanın ona narkotik vasitə almağı müqabilində verdiyi 2 ədəd 10 manatlıq və 5 ədəd 1 manatlıq pul əsginasları aşkar edilmişdir. Polis işçiləri vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş 2 ədəd 10 manatlıq və 5 ədəd 1 manatlıq əsginasları zərfə qoyaraq möhürləmişlər, sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Onun qızı xəstə olduğu üçün dərmanlara pul lazım olduğundan o, belə bir hərəkət etmişdir və etdiyi əməldən çox peşman olmuşdur. Ona verilən suallara cavab olaraq isə Təqsirləndirilən şəxs3 ilə tanışlığının təxminən 10 gün qabaq başladığını, Təqsirləndirilən şəxs3la Yevlax şəhərində tanış olduğunu, Orxanın narkotik vasitə istifadəçisi olmasını bildiyiyini, əvvəllər bir neçə dəfə Orxana pul qarşılığında Zaməddindən alıb narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satdığını bildirmişdir. Digər Təqsirləndirilən şəxs3 məhkəmə kollegiyasının iclasında ifadə verərək bildirmişdir ki, CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilir. Belə ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımışdır. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini qarışdırıb falqanın arasına qoyaraq qızdırmaq üsulu ilə istifadə etmişdir. 2022-ci ilin yanvar ayının 03-də, saat 22:30 radələrində istifadəsində olmayan, halhazırda yadında qalmayan başqa bir Azercell mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan, lakin xatirində qalmayan mobil nömrəyə zəng etmiş və Şahindən ona narkotik vasitə satmasını xahiş etmişdir. Çünki həmin vaxt onun özünə məxsus olan 055 576 38 48 mobil telefon nömrəsi borca görə bağlı olmuşdur. Şahin də onunla razılaşmış və onlar 03 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Yevlax rayonunun Aran qəsəbəsində, Mingəçevir şəhərinə gedən yolun üstündə görüşmüşlər. O, görüşə evdən piyada şəkildə, Şahin isə özünə məxsus taksi fəaliyyəti ilə məşğul olduğu VAZ- 21010 markalı avtomobillə gəlmişdir. Şahinlə görüşən zaman o bir daha Şahindən ona istifadə etmək məqsədilə, ümumilikdə 15 manatlıq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satmasını xahiş etmiş, Şahin isə bunun qarşılığında ondan zəhmət haqqı olaraq əlavə 10 manat olmaqla, ümumilikdə 25 manat pul istəmişdir. O, cibində olan 2 ədəd 10 manatlıq və 5 ədəd 1 manatlıq əsginasları Şahinə vermiş, Şahin isə pulu götürdükdən sonra öz cibində olan 01 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini ona vermişdir. O, Şahinin ona verdiyi, ümumilikdə 02 ədəd bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əynində olan cins şalvarın sağ yan cibinə qoymuş, bundan sonra saat 23:10 radələrində Yevlax rayonunun Aran qəsəbəsində Yevlax RPŞ-nın əməkdaşları onlara yaxınlaşmış və onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. Ona görə onlar polislərlə birlikdə polis şöbəsinə getmişlər. Sorğu zamanı o, bükülülərin içərisində olan heroin və psixotrop maddə olan metamfetamini 03 yanvar 2022-ci il tarixdə Şahin adlı şəxsdən alaraq istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 tanımadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər bir neçə dəfə Şahindən pul qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aldığını və istifadə etdiyini, həmin heroin və metamfetamini özü istifadə etmək üçün Şahindən aldığını, Təqsirləndirilən şəxs2 ona haradan, kimdən və nə vaxt heroin və metamfetamin əldə etməsindən məlumatının olmadığını, aralarında söhbət edərkən Təqsirləndirilən şəxs2 onda narkotik vasitə olduğunu bildirdiyini, metamfetamini aluminium falqada yandıraraq tüstü şəklində qəbul etdiyini, Şahinin Həsənovla yaxın münasibət yaranandan sonra Təqsirləndirilən şəxs2 onda narkotik vasitə olduğunu və nə zaman istəsə təşkil edə biləcəyini dediyini, 25 manatın daxilində həm taksi pulunun, həm də narkotik vasitənin pulunun olduğunu, polis əməkdaşları onları saxlayan zaman Təqsirləndirilən şəxs2 “Artıq iş-işdən keçib, narkotik vasitənin sənin olduğunu boynuna al” dediyini, polislərin narkotik vasitənin kimin olduğunu soruşduqlarını, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarına narkotik vasitənin Təqsirləndirilən şəxs3, 25 manat pulun isə onun olduğunu dediyini, sonuncu dəfə Şahinə zəng vuraraq, “Baba, narkotik vasitə gətirməyə imkan var?” dediyini, Təqsirləndirilən şəxs2 isə “problem yoxdur” dediyini, 25 manatının olduğunu, Təqsirləndirilən şəxs2 10 manatın taksinin pulu olduğunu, 15 manata isə narkotik vasitə gətirəcəyini dediyini, saxlanılan zaman onun üzərində metamfetamin olduğunu, heroinin isə polislərlə razılaşandan sonra qoyulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, ifadəsində Yevlax Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə RPŞ-ya məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə İTB-nin sahə rəisi X12 ilə birlikdə RPŞ-nın rəhbərliyinə məruzə otdiyini və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin gün, saat 23 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı Yevlax rayonunun Aran qəsəbəsi ərazisində saxladıqlarını, bundan sonra Orxanı Yevlax RPŞ-ya gətirdiklərini, polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə videoçəkilişlə şəxsi axrtarış keçirildiyini və həmin vaxt onun əynində olan şalvarın sağ yan cibindən sellofana bükülmüş iki ədəd bükülü əşyanın aşakar olunduğunu, Təqsirləndirilən şəxs3 həmin bükümləri haradan və kimdən əldə etməsi sorüşülduqda, o həmin iki ədəd bükülü vəziyyətdə olan əşyanın Şahin adlı şəxsdən 25 manata aldığını bildirdiyini, Təqsirləndirilən şəxs3 üzərindən aşakar olunmuş kəskin iyli narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələrin qablaşdırılaraq zərfə qoyulduğunu və zərfin üzərinə imza etdiklərini, daha sonra zərfin üzərinə möhür vurularaq, bu barədə protokol tərtib olunduğunu və protokola imza etdiyini bildirmişdir. Daha sonra verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Yevlax RPŞnın Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitə satışı ilə məşğul olması barədə RPŞ-ya məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə əməliyyat müvəkili Şahid2 ilə birlikdə RPŞ-nın rəhbərliyinə məruzə etdiyini və müvafiq sənədləşmələr aparıldığını, həmin gün geçə, saat 02 radələrində Şahin Həsəınovun idarə etdiyi maşınla birgə saxlanılaraq polis şöbəsinə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 25 manat pulu çıxararaq təqdim etdiyini, Təqsirləndirilən şəxs2 ona həmin pulu Orxan adlı şəxsin verdiyini və onun da həmin pulun qarşılığnda ona narkotik vasitə - heroin və psixotrop maddə olan metamfetamin alıb gətirdiyini, eyni zamanda həmin narkotik vasitəni və psixotrop maddəni tanışı Zaməddin adlı şəxsdən 15 manata aldığını və bunun üçün Zaməddinə 15 manat veriləcəyini, 10 manatı isə özü üçün, yəni gediş haqqı kimi aldığını bildirdirmişdir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni Zaməddindən alıb Orxana verdiyini demişdir. Hadisə uzun müddət əvvəl olduğu üçün Təqsirləndirilən şəxs2 saxlanılan zaman onun yanında Təqsirləndirilən şəxs3 olmasını xatırlaya bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Yevlax RPŞ-nın CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitə satışı ilə məşğul olması barədə RPŞ-ya məlumat daxil oldmuşdur. O, məlumat əsasında həmin tarixdə əməliyyat müvəkili Şahid1 ilə birlikdə RPŞ-nın rəhbərliyinə məruzə etmiş və müvafiq sənədləşmələr aparılmışdır. Əməliyyat keçirilmiş, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla birgə saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində onun üzərinə baxış keçirilən zamanı ondan təxminən 20-25 manat məbləğində pul aşkar olunmuşdur. Təhqiqatçı ondan pulu haradan əldə etdiyini soruşanda, o, pulları Orxan adlı şəxsin ona narkotik vasitə alması üçün verdiyini bildirmişdir. Daha sonra təhqiqatçı narkotik vasitəni kimdən aldığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs1 15 manata aldığını bildirmişdir. Yerdə qalan 10 manat pul isə taksi pulu olmuşdur. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, o, tədbirin davamında iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunan pulları Təqsirləndirilən şəxs3 ona narkotik vasitə alması üçün verdiyini demişdir. Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Yevlax RPŞ-nın CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə satışı ilə məşğul olması barədə RPŞ-ya məlumat daxil olmuş, məlumat həmin tarixdə RPŞ-nın rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələrin aparılmışdır. O və digər əməkdaşlar Təqsirləndirilən şəxs1 saxlayaraq polis şöbəsinə gətirmişlər. Onun üzərinə baxış keçirilən zaman ondan 2 büküm aşkar olunmuşdur. Həmin bükülülər açılıb baxıldıqda içərisində psixotrop maddəyə oxşar kütlənin, salfetkaya bükülü olan bükümdə isə marixuanaya bənzər kütlənin olmasının aşkar olunmuş, müdafiəçinin iştirakı və videoçəkilişlə həmin əşyaların götürülərək qablaşdırılmışdır. Daha sonra verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 keçirilmiş tədbirə heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan 03 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 03 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi və onun saxlanılarkən üzərinə və yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 03 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı ilə məşğul olmasında şübhəli bilinərək Yevlax şəhəri, Nizami prospektində saxlanılmış və Yevlax RPŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 04 yanvar 2022-ci il tarixdə, saat 00:15-də şübhəli şəxs qismində tutulmuş və onun azadlığı faktiki olaraq 03 yanvar 2022-ci il tarixdə, saat 23:10-da məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 əvvəlcə əynindəki şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi iki ədəd bükümlərdən bir ədəd sellofana bükülmüş bükümün içərisində narkotik maddə olan heroinə oxşar kütlə, digər bükümün içərisində isə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Bundan başqa şəxsi axtarış və götürmə zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 təqdim etdiyi iki ədəd bükümlərdən bunlardan bir ədəd sellofana bükülmüş bükümün içərisində narkotik maddə olan heroinə oxşar kütləni və digər ikinci bükümün içərisindəki psixotrop maddə olan metamfetaminə oxşar kütləni xx.xx.2022-ci il tarixdə axşam saat 23 radələrində tanıdığı Yevlax şəhər sakini Şahin adlı şəxsdən iyirmi beş manat pul verməsinin müqabilində aldığını, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Yevlax rayonu, Aran qəsəbəsi ərazisində Yevlax RPŞ-nın əməkdaşlarının onu saxlayaraq Yevlax RPŞ-ya gətirdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş iki ədəd bükümlərdəkibunlardan bir ədəd sellofana bükülmüş bükümün içərisində narkotik maddə olan heroinə oxşar kütlənin çəkisinin 0,12 qram, digər ikinci sellofana bükülmüş bükümün içərisindəki psixotrop maddə olan metamfetaminə oxşar kütlənin isə 0,55 qram çəkidə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr maddi sübut əhəmiyyət kəsb etdiyindən ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 Yevlax RPŞ-ya gətirilərkən və Yevlax RPŞ-da olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda o, heç bir təzyiqin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 03 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi və onun saxlanılarkən üzərinə və idarə etdiyi avtomaşına baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışı ilə məşğul olmasında şübhəli bilinərək Yevlax rayonu, Aran qəsəbəsi ərazisində saxlanılmış və Yevlax RPŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 yanvar 2022-ci il tarixdə, saat 01:30-da şübhəli şəxs qismində tutulmuş və onun azadlığı faktiki olaraq həmin vaxtda məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 əvvəlcə əynindəki qara rəngli şalvarın sol yan cibindən iki ədəd on manatlıq əsginas və beş ədəd bir manatlıq əsginas olmaqla, ümumillikdə 25 manat pulu təqdim etmiş və bildirmişdir ki, iki ədəd on manatlıq əsginas və beş ədəd bir manatlıq əsginas olmaqla, ümumillikdə 25 manat pulu ona Orxan adlı şəxs narkotik vasitə alıb aparması üçün vermişdir. O da Zaməddin adlı şəxsdən narkotik vasitəni almış və Orxan adlı şəxsə aparıb vermişdir. Orxan adlı şəxsdən aldığı iki ədəd on manatlıq əsginas və beş ədəd bir manatlıq əsginas olmaqla, ümumillikdə 25 manat pul Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı bundan başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Yevlax RPŞ-ya gətirilərkən və Yevlax RPŞ-da olarkən ona qarşı hər hansı bir formada təzyiqin olub-olmadığını soruşduqda, o, heç bir təzyiqin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi və onun saxlanılarkən üzərinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olmasında şübhəli bilinərək yaşadığı evin qarşısında saxlanılmış və Yevlax RPŞya gətirilmişdir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 yanvar 2022-ci il tarixdə, saat 05:10-da şübhəli şəxs qismində tutulmuş və onun azadlığı faktiki olaraq 04 yanvar 2022-ci il tarixdə, saat 04:35-də məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın arxa sol cibindən hər biri bir manatlıq pul əsginası olmaqla iyirmi iki manat pul, həmçinin bir ədəd “Umico” plastik kartı, iki ədəd siqaret giləsi, şalvarın sağ yan cibindən bir ədəd salfetkaya bükülmüş büküm və bir ədəd şəffaf sellofan büküm aşkar olunmuşdur. Bundan başqa, şəxsi axtarış və götürmə zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd şəffaf sellofana baxış zamanı psixotrop maddə olan metamfetaminə bənzər kütlə, salfetkaya bükülmüş bükümdə isə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Metamfetaminə bənzər kütlə sellofanla birlikdə 1,86 qram, salfetkaya bükülmüş büküm solfetka ilə birlikdə 2 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 metamfetamini həbs olunmuş Azad Hüseynov adlı qohumunun evinin qarşısında yerdən tapdığını, marixuananı isə 4-5 ay əvvəl təxmini adını Faiq kimi xatırladığı şəxsdən metamfetamini verməklə, dəyişərək əldə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 Yevlax RPŞ-ya gətirilərkən və Yevlax RPŞ-da olarkən hər hansı bir formada təzyiq olub-olmadığını soruşduqda o, heç bir təzyiqin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X5 regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2022-ci il tarixli 17/13 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş... sözləri yazılmış zərfin içərisindəki: - bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,046 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - digər bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,481 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X5 regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 04 yanvar 2022-ci il tarixli 17/14 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş.. kütlələr ...” sözləri yazılmış zərfin içərisindəki; - bir ədəd sellofan bükümdə, təmiz çəkisi 1,748 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - bir ədəd salfet kağızı bükümündə, təmiz çəkisi 1,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan 05 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 05 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 05 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barədə əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablanmaqla üç ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 barədə əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X2 rayon Narkoloji Kabinetindən daxil olmuş 17 fevral 2022-ci il tarixli 175 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax rayon Narkoloji Kabinetində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X6 rayon Narkoloji Kabinetindən daxil olmuş 17 fevral 2022-ci il tarixli 176 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon narkoloji kabinetində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X6 rayon Narkoloji Kabinetindən daxil olmuş 17 fevral 2022-ci il tarixli 179 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon narkoloji kabinetində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X1 rayon psixo-nevroloji kabinetindən daxil olmuş 18 fevral 2022-ci il tarixli 332 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər X1 rayon psixo-nevroloji kabinetindən daxil olmuş 18 fevral 2022-ci il tarixli 336 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X5 regional bölməsi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 01 fevral 2022-ci il tarixli 17/83 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə olan metamfetamin ilə üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş...kütlələr....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd sellofan bükümdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 16 fevral 2022-ci il tarixli 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı 65dən yuxarı olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserindən daxil olmuş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 31 mart 2022-ci il tarixli 416 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabnetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 31 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2022-ci ildə CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 31 mart 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 05 yanvar 2022-ci ildə CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 mart 2022-ci il tarixli 439 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin nümayəndəlik tərəfindən verilmiş 20 mart 2022-ci il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 Yevlax rayonunun Aran qəsəbəsində yaşayır. Qəsəbənin ictimai işlərində fəal iştirak edib, qəsəbə sakinləri arasında özünü doğruldub. Onun haqqında qonşular və qəsəbə sakinləri tərəfindən yerli icra nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan ünvan 3 tərəfindən verilmiş 20 mart 2022-ci il tarixli 174 və 175 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax şəhəri, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. ünvan 3 tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 barədə ünvan 3nə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan ünvan 5findən verilmiş 20 aprel 2022-ci il tarixli 120 və 121 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. ünvan 5findən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 barədə Yevlax şəhər 4 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin materiallarında olan Bakcell MMC-nin 22 mart 2022-ci il tarixli, BKC/LGL- 4432/22 saylı məktubu ilə daxil olmuş CD diskə 25 mart 2022-ci il tarixli telefon danışıqlarına və SMS məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, 2021- ci ilin noyabr ayının 01-dən 2022-ci ilin yanvarın 05-dək olan dövr ərzində antenn dairəsi Yevlax şəhəri ərazisində istifadə olunmuş, yəni həmin dövr ərzində Təqsirləndirilən şəxs2 Yevlax şəhərindən kənarda olmamışdır. Bundan başqa, həmin diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə danışıqların olması müəyyən olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəyə ayrı-ayrı vaxtlarda zənglərin daxil olması və çıxması, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** mobil nömrəyə zənglərin daxil olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə baxış zamanı hər hansı bir iş üçün əhəmiyyət kəsb edən SMS yazı mətnləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəyə baxış zamanı hər hansı bir iş üçün əhəmiyyət kəsb edən SMS yazı mətnləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən xx-xx-2021 11:59:41 xx-xx-2021 11:59:41 1.1.**********44 1.1.**********36 Dayi 1qr torpaq lazimdi 30 m cibimde 1qr da das. Qonsular dagudir qapini meni yig, xx-xx-2021 00:35:32 xx-xx-2021 00:35:32 1.1.**********44 1.1.**********36 dayi varyoxun s.... lomkadan cixarmir 10 manat 5 manatdiq olsun olurem bele eleme, xx-xx-2022 21:01:06 xx-xx-2022 21:01:06 1.1.**********77 1.1.**********36 Mənə bir dənə 05 pati və 1 dənə m40 ver təmiz çəki olsun. Senki se, yazı mətnlərinin olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da, hazırda məhkumluğu yoxdur. X11 Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 228-ci maddəsinin 1-ci hissəsinin 73-cü maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 il şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 X11 Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-in 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunsa da, hazırda məhkumluğu yoxdur. Yevlax Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-in 93-3-сü maddəsinin 3-cü hissəsi, 105, 38 maddələrilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2005-ci ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərək narkotik maddənin aşkar edilməsi, Təqsirləndirilən şəxs2 isə üzərinə və idarə etdiyi avtomaşına axtarış keçirilən zaman və digər Təqsirləndirilən şəxs3 üzərinə və yaşadığı evə baxış keçirilən zaman cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 isə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların qeyd olunan cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özlərinin ibtidai istintaq zamanı verdikləri tam etirafedici ifadələri, məhkəmə istintaqı zamanı isə qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, ekspert rəyləri, SMS-lər və biri digərini tamamlayan başqa dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs1 əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı digər Təqsirləndirilən şəxs2 əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edərkən də səhvə yol verməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs3 əməli də düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun verdiyi anlayışlar baxımından (maddə 1.0.11) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 5-ci bəndinə əsasən, beynəlxalq adı “heroin” olan narkotik vasitənin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla), 2 qramı isə külli miqdar (təmiz halda qramlarla) külli miqdar, “Psixotrop maddələr” adlı İİ siyahısının 5-ci bəndinə əsasən isə beynəlxalq adı “metafetamin” olan narkotik vasitənin 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla), 2 qramı isə külli miqdar (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,229 qram miqdarında psixotrop maddə olan metamfetamini, 0,046 qram narkotik vasitə olan heroini, 1,31 qram qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib saxlamış, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Yevlax şəhəri, Füzuli küçəsi, ev 23, mənzil 6-da həmin külli miqdarda psixotrop maddə olan metamfetamindən 0,481 qram olan hissəsini və 0,046 qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1la qabaqcadan aralarıda olan razılaşmaya əsasən bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 25 manata satmaq üçün Təqsirləndirilən şəxs1 götürmüş, qalan 1,748 qram miqdarında psixotrop maddə olan metamfetamini, 1,31 qram narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq özündə saxlamış, Təqsirləndirilən şəxs2 həmin 0,481 qram psixotrop maddə olan metamfetamini və 0,046 qram narkotik vasitə olan heroini etibarnamə əsasında istifadə etdiyi VAZ-21102 markalı ** CC *** dövlət nömrə nişanlı avtomobillə Yevlax şəhərindən Yevlax rayonunun Aran qəsəbəsinə daşıyaraq orada Təqsirləndirilən şəxs3 25 manata satmış, xx.xx.2022-ci il tarixdə, saat 23:10-da Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə edərək saxlamasında şübhəli bilindiyinə görə, Yevlax rayonunun Aran qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində xx.xx.2022-ci il tarixdə, saat 00:20-dən 00:50-dək olan müdət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında ona satdıqları bir ədəd sellofan bükümdə 0,481 qram psixotrop maddə olan metamfetamin, bir ədəd sellofan bükümdə 0,046 qram narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 04:35-də Təqsirləndirilən şəxs1 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən yaşadığı evin qarşısında tutularaq polis şöbəsinə gətirilib üzərində həmin gün, saat 05:15-dan 05:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi ilə əldə edib saxladığı 1,748 qram miqdarında psixotrop maddə olan metamfetamin, bir ədəd salfet kağızına bükülmüş 1,31 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən Aran qəsəbəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün, saat 02:20-dən 02:50-yə qədər olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan qara rəngli şalvarın sağ yan cibindən 25 manat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai sitintaq zamanı verdiyi ifadədən fərqli olaraq məhkəmə iclasında polislərin onun cibinə 2 qram narkotik vasitə qoyduqlarını, ilk dəfə Şahin adlı şəxsin vasitəsi ilə Orxana narkotik vasitə satdığını və həmin gün evdən bayıra çıxa bilmədiyi üçün Şahinə narkotik vasitə verdiyini, özü üçün istifadə etdiyi narkotik vasitənin yarısını pulsuz olaraq verdiyini, Orxanın Şahinə verdiyi 25 manat puldan məlumatının olmadığını, yazı yaza bilmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəni yazmadığını, yazılanı isə oxumadığını, Təqsirləndirilən şəxs2 narkotik vasitə verdiyini, amma qarşılığında pul almadığını, Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs3 versin deyə, verdiyini, Təqsirləndirilən şəxs2 narkotik vasitəni apardığına görə Təqsirləndirilən şəxs3 10 manat yol pulu alacağını bildirdiyini, üzərində yalnız marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, o, istintaqın ilkin mərhələsindən başlayaraq, videoçəkilişlə üzərində və evində axtarış və baxış keçirilərkən, izahat və şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, Yevlax Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən zaman ifadə verərkən törətdiyi əməldə özünü təqsirli bilmiş, Təqsirləndirilən şəxs3 15 manata satdığı narkotik vasitəni çatdırmaq üçün Təqsirləndirilən şəxs2 verdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs1la bərabər, digər Təqsirləndirilən şəxs2 da məhkəmə kollegiyasının iclasında özünü təqsirli bilmədiyini, narkotik vasitəni apardığını qəbul etdiyini, lakin ibtidai istintaq zamanı yazılanların yalan olduğunu, ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini bildirsə də, lakin o istintaqın ilkin mərhələsindən başlayaraq, videoçəkilişlə üzərinə axtarış və baxış keçirilərkən, izahat və şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən, habelə Yevlax Rayon Məhkəməsinin qərarı ilə barəsində qətimkan tədbiri seçilən zaman ifadə verərkən törətdiyi əməldə özünü təqsirli bilmiş, Təqsirləndirilən şəxs3 15 manat vermək üçün Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürdüyünü və bu narkotik vasitənin Təqsirləndirilən şəxs3 çatdırılması üçün Təqsirləndirilən şəxs3 10 manat aldığını etiraf etmişdir. Eyni zamanda, digər Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, saxlanılan zaman onun üzərində metamfetamin olmuş, heroin isə polislərlə razılaşandan sonra qoyulmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə verdikləri ifadələri məhkəmə iclasında dəyişdirmələrinin səbəblərini araşdırıb belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələr işdə olan digər sübutlarla tam təsdiq edildiyindən və biri digərini inkar etmədiyindən, məhkəmədə verdikləri ifadələr isə cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşmadığından və işin həqiqi halları ilə üst-üstə düşmədiyindən, habelə onlara qarşı irəli sürülən ittihamlar cinayət işi üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, onların sonrakı ifadələri özünü müdafiə xarakteri daşıyan taktika kimi qiymətləndirilməli və sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında“ 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində deyilir ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 25-ci bəndində isə qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, polislər onun cibinə 2 qram narkotik vasitə qoymuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlanıldığı vaxtdan məhkəmədə sərbəst ifadə verənədək, polislər tərəfindən hər hansı təsir və təzyiqə məruz qalması və ya polislərin onun cibinə 2 qram narkotik vasitə qoyması barədə heç bir söz deməmiş, nə özü nə də müdafiəçisi vasitəsilə məhkəməyədək icraatı aparan orqan və ya hər hansı bir dövlət qurumu qarşısında bununla bağlı məsələ qaldırmamış, hər hansı narazılıq ifadə edən müraciət etməmişdir. Əksinə, işdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs3 narkotik vasitə satdığını etiraf etmişdir. Ona görə də məhkəmə kollegiyası polislərin onun cibinə 2 qram narkotik vasitə qoyması barədə dəlilləri əsaslı hesab etmir. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (CPM-in 124.1-ci maddəsi). Ancaq bu şahidlərin ifadəlrində ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar görünmür. Ona görə də bu ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (CPM-in 125.2-ci maddəsi). İstinad olunan məlumatlar isə qanunvericiliyin tələb etdiyi tərzdə əldə edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada qanuni və ədalətli cəza təyin edilməlidir. Qeyd olunan məsələlərə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cinayət-prosessual qanunvericiliyinin istinad olunan müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında CMP-in 125-ci maddəsinin müddəalarına əsasən, məhkəmə istintaq orqanının hazırki iş üzrə əldə etdiyi sübutları mötəbər və qanuni hesab edir. Təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin məhkəmə istintaqı zamanı qeyd etdiklərini məhkəmə kollegiyası əvvəlcədən düşünülmüş müdafiə taktikası kimi qəbul edir və hesab edir ki, onların məhkəmə istintaqı zamanı bildirdikləri müdafiə xarakterli əsaslandırmalardır və bunlar təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə və CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin törətdiyi əməllərdə cinayət tərkibi vardır. Onların bu əməldə təqsirsiz olması barədə özünün və müdafiəçilərinin gətirdiyi bütün dəlillər əsassızdır. Düzgün olaraq Təqsirləndirilən şəxs3 CM-in 234.1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də onların hər birinə ayrıayrılıqda CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə verilmiş xasiyyətnamələrdə müsbət səciyyələndirilmələrini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq cəza məsələsinə gəlincə, məhkəmə kollegiyası bu məsələ üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Digər tərəfdən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilmələrini cəzanı yüngülləşdirən hallar kimi qəbul edən və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq cinayətin törədilməsində rollarına, iştirak səviyyəsinə və şəxsiyyətlərinə görə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə beş il altı ay, Təqsirləndirilən şəxs2 beş il müddətə azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs3 isə iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə qeyd olunan cəzaların təyin edilməsini cəzanın islah təsiri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. CM-in 58.3-cü maddəsinə uyğun olaraq, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (təqsirləndirilən şəxslərin əməlləri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət olmaqla, ayrı-ayrı fərdlər üçün deyil, bütövlükdə cəmiyyət və bəşəriyyət üçün son dərəcə təhlükəli əməl olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılmasında, satışınını həyata keçirilməsində fəal iştirak etmələri), təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətlərini (məhkumluqları olmasa da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 bundan əvvəllər də başqa və bu qəbildən olan cinayət əməlləri törətdiklərinə görə məhkum olunmuşlar), cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrilə 5 il 6 ay müddətə, Təqsirləndirilən şəxs2 həmin maddələrlə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 isə CM-in 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi cəzanın islah təsiri baxımından da əsaslı sayıla bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 onlara təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Çünki, təqsirləndirilən şəxslərin hazırda heç bir məhkumluqları olmadığı üçün onlar ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər hesab olunurlar. Ona görə də qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir (CM-in 56.1.2-ci maddəsi). Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları tarixdən hesablanmalı, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, CPM-in 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalı, Təqsirləndirilən şəxs2 barədə ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs3 barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işinin materiallarında olan narkoloji ekspertizanın rəyində əks olunanlar əsas götürülərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 yaşı 65-dən yuxarı olduğuna görə məcburi müalicə tətbiq edilməməli, lakin cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs3 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olub Yevlax RPŞnın maddi sübütların saxlama kamerasına verilən və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış, ümumi çəkisi 0,381 qram psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 0,026 qram narkotik vasitə olan heroin, 1,29 qram marixuana və 1,648 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq olmaqla, 25 manat pul əsginasları Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşadığı Yevlax rayonunun ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Yevlax rayonunun Aran qəsəbəsində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək və narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli olan şəxslərlə ünsiyyətdən çəkinmək kimi əlavə vəzifə qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə 251,79 manat (iki yüz əlli bir manat, yetmiş doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 83,93 manat (səksən üç manat, doxsan üç qəpik) olmaqla, tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia verilməməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə, saat 00:15-dək şübhəli şəxs qismində saxlanıldığı müddət iki gün kimi nəzərə alınıb, CM-in 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, dörd gün ona təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində yaşadığı Yevlax rayonunun ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Yevlax rayonunun Aran qəsəbəsində yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək və narkotik vasitələrin qanunusuz dövriyyəsində şübhəli olan şəxslərlə ünsiyyətdən çəkinmək kimi əlavə vəzifə qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Yevlax RPŞ-nın maddi sübütların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri maddi sübutlar olan ümumi çəkisi 0,381 qram psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 0,026 qram narkotik vasitə olan heroin, 1,29 qram marixuana və 1,648 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq olmaqla, 25 manat pul əsginasları Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə 251,79 manat (iki yüz əlli bir manat, yetmiş doqquz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən ayrıayrılıqda 83,93 manat (səksən üç manat, doxsan üç qəpik) olmaqla, tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-132/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-132/2022
24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver