Məhkəmə qərarları › İş №1(091)-132/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-132/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-132/2023 06.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X14, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X17, zərərçəkmiş şəxsin hüquqi varisi: X3 iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu rayonu Kalva kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞin TTTY Şöbəsində sürücü işləmiş, orta təhsilli, ünvan 1-də qeydiyyatda olmaqla Ağsu şəhəri 20 yanvar küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, sürücülük vəsiqəsi əsasında idarə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X8 Yardım Stansiyasına məxsus, ağ rəngli, vaqon tipli, “X28 111” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Kürdəmir- Bəhrəmtəpə yolunun, Ağsu rayonu Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində, Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə etdiyi zaman nəqliyyat vasitəsini idarə etməməli olduğu və Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, avtomobili yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda qeyd edilən tələblərə əməl etməyib, öz hərəkətini davam etdirərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobilin idarəetməsini itirərək əks istiqamətli hərəkət zolağına çıxmaqla yolu sağ tərəfdən sol tərəfə keçən X4nu avtomobilin qabaq sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Natiq Bəkirovun ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1998-ci ildən Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-in X8 Yardım Şöbəsində sürücü işləməklə Səhiyyə Nazirliyinin X8 Yardım Stansiyasına məxsus olan X28 111 markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı X27 avtomobili ona təhkim olunmuşdur. 01 dekabr 2022-ci il tarixdə illik əmək məzuniyyətinə çıxmış, 13 dekabr 2022ci il tarixdə saat 10 radələrində Ağsu RMX PHŞ-in X27 Şöbəsinin müdiri Şahid4 ona zəng vuraraq Ağsu rayon Mərkəzi Xəstəxanasında olan xəstəni təcili Bakı şəhərinə aparmalı olduğunu bildirib onu xəstəxanaya çağırmışdır. Xəstəxanaya getdikdən sonra ona xəstəxanadan həmin xəstəni “OMEDİ” uşaq xəstəxanasına aparmağı ilə bağlı yol vərəqəsi və ezamiyyə sənədləri verilmiş, lakin məzuniyyətdə olduğu üçün yol vərəqəsi və ezamiyyə sənədləri onun adına deyil, Şöbənin digər sürücüsü Səfdər Zamanovun adına qeyd olunmuşdur. Bundan sonra o, Ağsu RMX-da feldşer işləyən X7 ilə birlikdə həmin xəstəni Bakı şəhəri Nizami rayonunda yerləşən “OMEDİ” uşaq xəstəxanasına aparmış, lakin həmin xəstəxanada yer olmadığından xəstəni 6 nömrəli uşaq xəstəxanasına aparmışdır. Xəstəni həmin xəstəxanaya təhvil verdikdən sonra Ağsu şəhərinə gəlmiş, saat 19 radələrində M.Ə.Rəsulzadə küçəsində yerləşən Səadət şadlıq sarayında keçirilən toy məclisində spirtli içki qəbul etmişdir. Saat 2050 radələrində Səadət şadlıq sarayından çıxıb ona təhkim olunmuş X27 avtomobili ilə Ağsu rayon Pirhəsənli kəndi istiqamətində hərəkət etmiş, Ağsu şəhərinin çıxışına çatdıqdan sonra şəhərin kənarında yerləşən “alternativ yol” deyilən yolla Ağsu rayonu Qaraqaşlı kəndi istiqamətində hərəkət edib Ağsu-Kürdəmir- Bəhrəmtəpə yoluna çıxmışdır. Ağsu rayon Qaraqaşlı kəndi ərazisində Ağsu-Kürdəmir- Bəhrəmtəpə yolu ilə yolun sağ hissəsi ilə, yəni öz yolu ilə Ağsu şəhəri istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət edərkən “Rauf-İnşaat” tikinti materialları mağazasının qarşısında təxminən 2-3 metr məsafədən yolu sağdan sola doğru keçmək istəyən piyadanı qəflətən gördükdən sonra sonuncunu vurmamaq üçün sükanı sol tərəfə çevirib avtomobili yolun soluna çəkməyə çalışmış, bu zaman piyada özünü itirib əvvəlcə arxaya doğru yəni yolun sağına tərəf hərəkət etmək istəsə də onun avtomobili hansı istiqamətə idarə edəcəyini dəqiqləşdirə bilmədiyi üçün yenidən sol tərəfə qaçmışdır. Bu zaman o, əks istiqamətli hərəkət zolağında avtomobilin sol qabaq hissəsi ilə piyadanı vurmuş, piyada zərbənin təsirindən təxminən 10 metr irəliyə, yolun sol kənarına düşmüşdür. Dərhal əyləci basaraq avtomobili bir neçə metr irəlidə saxladıqdan sonra aşağı düşmüş və piyadanın yıxıldığı yerə tərəf qaçmışdır. Bu zaman həmin yerə bir nəfər tanımadığı şəxs də gəlmiş, piyadaya yaxınlaşıb sonuncunun ölüb-ölməməsini dəqiqləşdirmək üçün nəbzini yoxlamışdır. Sonra isə tez avtomobildən xərək götürüb piyadanı orada olan şəxsin köməkliyi ilə xərəyə mindirmiş, bu zaman Ağsu RPŞ-nin əməkdaşı həmin yerə gəlmişdir. Bundan sonra həmin şəxslərin köməkliyi ilə piyadanı avtomobilə mindirərək Ağsu rayon Mərkəzi Xəstəxanasında piyadanın öldüyü məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum X18 onun əri olmaqla 13 dekabr 2022-ci il tarixdə günorta radələrində nahar etdikdən sonra bir sıra işləri görmək üçün evdən çıxmışdır. Saat 22 radələrində qayınanası Mədinə Bəkirova onların yaşadığı evə gələrək Natiq Bəkirovu yolda X27 avtomobilinin vurduğunu və nəticədə Natiq Bəkirovun vəfat etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 13 dekabr 2022-ci il tarixdə saat 21 radələrində xidmətdə olaraq özünə məxsus Vaz 2106 markalı avtomobillə Ağsu rayon Qaraqaşlı kəndindən Ağsu şəhəri istiqamətində hərəkət edərkən Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində yerləşən Rauf-İnşaat tikinti materialları mağazasının qarşısında yolun ortasında X27 avtomobilinin dayandığını və avtomobilin arxasında iki nəfər şəxsin üzərində insan meyiti olan xərəyi X27 avtomobilinə tərəf apardıqlarını görmüşdür. Yol-nəqliyyat hadisəsinin baş verdiyini fikirləşib tez avtomobili saxlayıb avtomobildən aşağı düşərək həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşduqda Ağsu RMX PHŞ-in TTYŞ-də sürücü işləyən Təqsirləndirilən şəxs X27 avtomobili ilə piyadanı vurduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə vurulmuş piyadanı X27 avtomobilinə mindirdikdən sonra Təqsirləndirilən şəxs vurulmuş piyadanı Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O da bu barədə Ağsu RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Sonradan Ağsu rayon Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs də oraya gəlmiş və tibbi müayinə olunarkən sonuncunun orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu RPŞ-nin X2 sahə rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 13 dekabr 2022-ci il tarixdə Ağsu rayon Polis Şöbəsinin əməliyyat-istintaq qrupunun tərkibində növbədə olarkən saat 21 radələrində Ağsu rayon X16 Hissəsindən Ağsu rayon Mərkəzi Xəstəxanasının TTTY Şöbəsinin sürücüsü Təqsirləndirilən şəxs Ağsu rayon Qaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi törədərək piyada vurması və piyadanın ölməsi barədə məlumat verildikdən sonra əməliyyat-istintaq qrupu ilə birlikdə Ağsu rayon Mərkəzi Xəstəxanasına getmiş, orada X4nun artıq öldüyü məlum olmuşdur. Təqsirləndirilən şəxs Ağsu rayon Polis Şöbəsinə gəldikdən sonra orada tibbi müayinə olunarkən orta dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində yerləşən Rauf-İnşaat tikinti materialları mağazasında qarovulçu işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 13 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Rauf-İnşaat tikinti materialları mağazasının qarşısında yolun kənarında yerləşən qarovulxanada olan zaman Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu ilə Ağsu rayon Qaraqaşlı kəndindən Ağsu şəhəri istiqamətində gələn avtomobilin qarovulxananın yanından keçən zaman bərk küt səs gəldiyini eşidib çölə baxarkən həmin vaxt bir nəfər şəxsin avtomobillə vurulub yolun kənarına, yəni Rauf-İnşaat tikinti materialları mağazasının qarşısına düşdüyünü görmüşdür. Yerdə uzanan piyadanın yanına gedərkən bu zaman Təqsirləndirilən şəxs X27 avtomobilini yolun ortasında saxlayıb aşağı düşmüş, hər ikisi vurulmuş piyadaya yaxınlaşmışlar. İlkin tez X27 avtomobilinin arxa qapılarını açıb avtomobildən xərək götürüdükdən sonra birlikdə piyadanı xərəyin üstünə qoymuş, həmin vaxt hadisə yerinə polis əməkdaşı Şahid1 gəldikdən sonra birlikdə piyadanı təcili yardım avtomobilinə mindirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs piyadanı Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağsu rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin müvafiq əmri əsasında sərxoşluq vəziyyətinin müayinəsi və yoxlanılması ona həvalə olunduğundan 13 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Ağsu RPŞ-nin Növbətçi Hissəsindən ona Təqsirləndirilən şəxs X27 avtomobili ilə yol-nəqliyyat hadisəsi törədərək Ağsu rayon Qaraqaşlı kəndi ərazisində piyada vurduğunu və piyadanın öldüyünü bildirdikdən sonra Təqsirləndirilən şəxs sərxoşluğunun olub-olmamasını yoxlamaq üçün Ağsu rayon Polis Şöbəsinin inzibati binasında sərxoşluq vəziyyətini ölçən cihaz vasitəsilə Təqsirləndirilən şəxs sərxoş olub-olmaması tərəfindən müayinə oldunarkən sonuncunun orta dərəcəli sərxoşluq vəziyyətində olduğu məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçiriləməsi haqqında 14 dekabr 2022-ci il tarix protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində Rauf-İnşaat tikinti materiaları mağazasının qarşsında baş vermişdir. Yolun ümumi eni 11 metr olmaqla, quru, üfüqi və hamardır, yolda çala-çuxur yoxdur. Yol hər biri 5,5 metr enində iki hərəkət zolağından ibarət olmaqla, hərəkət hissələrini bir-birindən ayırmaq məqsədilə yolun orta hissəsi ilə düz xətt çəkilmiş, lakin piyada Natiq Bəkirovun vurulduğu yerdə sola və sağa dönmək üçün işarə olan qırıq xətlər çəkilmiş, ancaq sonradan həmin xətlər görünməz vəziyyətə düşmüşdür. X4 yolun sürücü Təqsirləndirilən şəxs hərəkət hissəsində sağ ehtiyyat hissədən 10 metr, yolun orta hissəsi ilə çəkilmiş qırıq xətdən isə 4,5 metr məsafədə vurulmuşdur. Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Ağsu rayonu Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində piyadanın vurulduğu yerdən sonra X8 Yardım Stansiyasına məxsus, ağ rəngli, vaqon tipli, “X28 111” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izləri aşkar edilmişdir. Belə ki, sağ təkərin tormoz izinin 26 metr, sol təkərin tormoz izinin isə 23 metr olması müəyyən olunmuşdur. Hadisə zamanı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə sərnişin və ya yük olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Rauf-İnşaat tikinti materialları mağzasının müşahidə kameralarından əldə olunmuş videogörüntülərə baxış keçirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli protokoldan və videogörüntünün özündən görünür ki, yol-nəqliyyat hadisəsi 13 dekabr 2022-ci il tarixdə axşam saat 21 radələrində, havanın qaranlıq vaxtı, Rauf-İnşaat tikinti materialları mağazasının qarşısında baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi X27 avtomobili ilə piyada Natiq Bəkirovu vurduqdan sonra Natiq Bəkirovun sürətli şəkildə kənara düşməsi müşahidə olunur. CD diskdə olan ikinci video görüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi X27 avtomobili piyada Natiq Bəkirovu vurduqdan sonra avtomobilin əyləcini basaraq avtomobili saxlamağa çalışır və həmin vaxt piyada Natiq Bəkirovun meyiti Rauf-İnşaat tikinti materialları mağazasının qarşısına düşür. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili saxlayıb mərhum Natiq Bəkirovun meyitinə tərəf gəlir. Bu zaman Rauf-İnşaat tikinti materialları mağazasında qarovulçu işləyən Şahid3 da Natiq Bəkirovun meyitinin olduğu yerə yaxınlaşır. Daha sonra Təqsirləndirilən şəxs piyadanın ölüb-ölməməsini yoxlayır. Daha sonra X27 avtomobilinə yaxınlaşıb Şahid3 ilə birlikdə avtomobildən xərək gətirir. Sonra isə Şahid3 ilə birlikdə piyadanı xərəyin üzərinə qoyurlar. Xərəyi avtomobilə mindirmək istəyərkən həmin yerə Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 də gəlir. Bundan sonra onlar birlikdə piyadanı X27 avtomobilinə mindirirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 01 saylı rəyində göstərilmişdir ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər - müştərək ağır kəllə beyin travması, kəllə qapağı, əsası və üz sümüklərinin açıq, basılmış, çox qəlpəli sınıqları, baş beyinin əzilməsi, hər iki baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları, bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları həyatidirlər, ölümündən az əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş müddət və şəraitdə yəni, xx.xx.2022-ci il tarixə yol - nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi halı inkar edilmir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya adiddirlər. X1 ölümünə səbəb - müştərək ağır açıq kəllə beyin travması, kəllə qapağı əsası, və üz sümüklərinin açıq, basılmış, çox qəlpəli sınıqları, hər iki baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları fonunda travmatik şok və baş beyinin əzilməsi olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirzalalon, 1,4 benzodiazepan törəmələri, salisilatlar və fosfor üzvi birləşmələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 11 fevral 2023-cü il tarixli, 382 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli törədən anda öz törətdiyi əməli düzgün qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/605 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən X29 111 markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Vəliyev X12 Benz Vito 111 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Vəliyev X12 Benz Vito 111 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 72 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhəkəmə iclasında tədqiq edilmiş “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 978 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:26 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-in 83-cü maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə CM-in 31-ci maddəsinə əsasən İntizam Xarakterli Hərbi Hissəyə göndərilmiş, Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərarı ilə cəzadan 11 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə CM-in 241-ci maddəsinin “A” bəndi (köhnə redaksiyada) ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağsu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 237.1ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 073/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Məhkəməsinin 1(016)-13/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə 1000 (min) manat cərimə cəzasına məhkum olunmuş və CM-in 69.4-cü maddəsinə əsasən onun həbsdə olduğu gün nəzərə alınaraq cərimə cəzası azaldılaraq 800 (səkkiz yüz) manat təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan cəriməni tam şəkildə ödədiyi üçün onun barəsində şəxsi iş xx.xx.2017-ci il tarixdə Ağsu rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və hal-hazırda o, Ağsu rayon İcra və Probasiya şöbəsinin qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla işlədiyi yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1200-da şübhəli şəxsi qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsinə dair 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə nəticəyə gəlməsinə təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmətibb, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri və işdə olan digər sənədlər əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə müki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X8 Yardım Stansiyasına məxsus, ağ rəngli, vaqon tipli, “X28 111” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-yə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar