Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-133/2021 27.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs xx xxxx 1968-ci ildə Ağsu rayonu Qaraqoyunlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri Nizami küçəsi ev 17, mənzil 2-də qeydiyyatda olmaqla, Ağsu rayonu Qaraqoyunlu kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməkə hal-hazırda Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə qohumu Ağsu rayonu Qaraqoyunlu kənd sakini Zərərçəkmiş şəxs, bir neçə il bundan əvvəl ölmüş qardaşı X4 arvadı Şahid2 Mais qızı ilə yaxın münasibətdə olmasında onu ittiham etməsi və bu barədə kənd sakinləri arasında şayiələr yayması səbəbi ilə uzun müddət aralarında davam edən şəxsi münasibətlər zəminində yaranmış ədavətə son qoyaraq qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün həmin gün saat 15 radələrində, SSRİ-nin Tula “Silah Zavodunda” 1964-cü ildə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-BM” modelli, “148482” №-li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov silahını götürüb hər iki lüləsinə patronlar yerləşdirərək idarə etdiyi «Mercedes C180» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs təqib edib, Ağsu rayonu Qaraqoyunlu kəndi ərazisində, Şahid2 Mais qızının yaşadığı evin yaxınlığında avtomobili saxlamış, daha sonra avtomobildən düşüb silahı götürərək Zərərçəkmiş şəxs doğru tuşlayıb ona böhtan atması səbəbi ilə qarşısında diz çökərək üzr istəməsini tələb etmiş, lakin sonuncu ona əhəmiyyət vermədən geri çevirilməklə yoluna davam edib təxminən 20 metr irəlilədikdən sonra o, həmin silahdan bir dəfə atəş açmaqla Zərərçəkmiş şəxs boyunun sol arxa ənsə nahiyəsinin, kürəyin sol yan hissəsinin, sol yuxarı ətrafın(bazunun, dirsəyin və saidin arxa yan səthlərinin) çoxsalı, oxşar, eyni xarakterli, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmiş, həmin vaxt gözləri önündə cərayan edən hadisələrin inkişafı, ona bir atəşlə də Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək barədə niyyətinin tam həyata keçdiyini dərk etməyə imkan verməklə, silahdan növbəti dəfə atəş açmağa zərurət olmadığını diktə etdiyindən, eləcə də Zərərçəkmiş şəxs hadisə yerindən qaçıb qardaşı Şahin Hacıyevin evinə daxil olmaqla, oradan qohumları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına çatdırılaraq göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ov silahından atəş açmamış, həmin gün yaşadığı evin həyətində saxladıqları cücələrinə qarğa hücüm etdiyi üçün ov silahını götürüb qarğaya atəş açmışdır. Bu vaxt qırmalar küçə ilə hərəkət edən Zərərçəkmiş şəxs təsadüfən dəymiş, Mürvətlə heç bir düşmənçilyi, ədavəti olmamışdır. Mürvətə qəsdən atəş açmamış, Şəfa Hacıyev ilə bağlı Mürvətlə əvvəllər heç bir mübahisəsi baş verməmişdir. Məhkmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla, həm də atasının əmisi nəvəsidir. Zərərçəkmiş şəxslə qohum olmaqlarına baxmayaraq, 2006-cı ildən münasibətləri pozularaq bir-biri ilə danışmamışlar. Belə ki, Zərərçəkmiş şəxs yaşadıqları Qaraqoyunlu kəndində onu Mürvətin qardaşı mərhum Şahin Hacıyevin arvadı Şahid2 Mais qızı ilə yaxın münasibətə olması və bu münasibətlərinin hələ də davam etdirməkdə ittiham etmişdir. Mürvət onun barəsində bu şayəni yaydıqdan sonra, bir neçə dəfə Mürvətə buna görə iradını bildirmiş, hətta sonuncudan barəsində olan söz-söhbətlərə son qoymasını xahiş etmişdir. 2017-ci ildə Mürvətin qardaşı Şahin Hacıyev xəstəlikdən vəfat etdikdən sonra Mürvət tez-tez qardaşı Şahinin evinə getmiş, Mürvətin bu hərəkətləri onda şübhə yaratmışdır. Buna görə bir neçə dəfə Mürvəti görüb, sonuncuya, Şahin qardaşı olsa da evinə getməməsini demiş, kənd sakinlərinin qardaşı arvadı Şəfa ilə yaxın münasibətdə olmasından danışdıqlarını bildirmişdir. Lakin Mürvət onun bu sözlərinə məhəl qoymamışdır. 20 yanvar 2021-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi Mercedes C180 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs evindən təxminən 150 metr məsafə aralıda yerləşən torpaq sahəsinə gəlmiş, orada, avtomobildən düşüb, çəpərə alınmış sahəsinə göz gəzdirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs azyaşlı nəvəsi də qucağında kənd sakini Şahid1 ilə onun yanından keçmiş, hər ikisinə salam verdikdən sonra Məhəmmədhadi salamını qəbul etsə də Zərərçəkmiş şəxs ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs bu hərəkəti ona pis təsir etmiş, Mürvətə yenidən salam deyə müraciət etsə də, sonuncu yenə də ona əhəmiyyət vermədən evlərinə getmişdir. Bir neçə dəqiqə torpaq sahəsində işlədikdən sonra, kənd sakini mərhum Əfrasyat Nəsirovun yas mərasinə getmək üçün avtomobilinə oturmuş, bu vaxt Zərərçəkmiş şəxs də evlərindən çıxmışdır. Mürvətin də yas mərasiminə gedəcəyini düşündüyü üçün avtomobilinə dəvət etmiş, lakin Zərərçəkmiş şəxs onun təklifini qəbul etməyərək oradan uzaqlaşmışdır. Öz avtomobili ilə yas mərasiminə gedərək saat 13 radələrinədək orada iştirak etdikdən sonra evlərinə qayıtmışdır. Evdə nahar etmiş, saat 14 radələrində evdən çıxıb avtomobilə əyləşərək su gətirmək üçün kənd sakini Qarabağ əlili X5 evinə tərəf getmişdir. Şahin Hacıyevin evinin yaxınlığına çatanda Zərərçəkmiş şəxs Şahinin evinə tərəf getdiyini görüb avtomobilini saxlayıb düşmüşdür. Mürvəti arxadan səsləyərək dayanmasını tələb etsə də, sonuncu dayanmadığından avtomobildə olan qoşalüləli ov silahını da götürüb Mürvətin arxasınca gəlmişdir. Aralarında təxminən 5 metr məsafə qalmış, Mürvət dayanıb ona tərəf çevirilərkən sonuncuya «Mürvət görürsən ki, indi hər şey sübüt olunur. Sən özün qardaşın arvadının yanına gəlirsən» dedikdə, Mürvət ona «sən oğraşsan» deyib, geri çevirilməklə ondan uzaqlaşmışdır. Mürvətin bu sözləri ona pis təsir etmiş, əsəbləşərək silahı qaldırıb havaya atəş açmaq istəyəndə özünün də bilmədiyi səbəbdən qırmalar Mürvətin kürək nahiyəsindən dəymişdir. Mürvət qaçıb getmiş, o, isə silahını avtomobilə qoyub Ağsu rayon Polis Şöbəsinə gəlib könüllü təslim olaraq özü ilə gətirdiyi silahı və patronları təqdim etmişdir. Niyyəti Zərərçəkmiş şəxs öldürmək olmamış, qoşalüləli silahın lülə kanalında iki patron olmasına və növbəti dəfə atəş açmaq imkanına baxmayaraq niyyəti sonuncunu qorxutmaq olduğundan silahdan yalnız bir dəfə atəş açmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qaya oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla həm də eyni nəsildən olmuşlar. Təqsirləndirilən şəxs mərhum qardaşı Şahin Hacıyevin arvadı Şahid2 Mais qızı ilə münasibətdə olmasından şübhələnməsinə görə sonuncu ilə münasibəti olmamış, hələ qardaşı Şahin sağlığında bir neçə dəfə Qayaya bu hərəkətinə görə iradını bildirərək evindən qovmuşdur. Bu hadisə çox əvvəl olduğuna görə bundan sonra ümumiyyətlə Təqsirləndirilən şəxslə bu barədə heç nə danışmamışdır. Qayanı nə vaxt görsə sonuncudan uzaq durmağa çalışmış, həmçinin ailə üzvləri də Qayanın xeyir və şər mərasimlərində iştirak etməmişlər. 2020-ci ilin yay ayında Qaya ilə torpaq sahəsinin suvarılmasına görə söz mübahisəsi etmişlər. 20 yanvar 2021-ci il tarixdə saat təxminən 11 radələrində azyaşlı nəvəsi Ayla ilə birlikdə mərhm qardaşı Şahin Hacıyevin evindən çıxıb yaşadığı evə doğru gələrkən küçədə kənd sakini X2 ilə rastlaşmış, sonuncu ilə söhbət edə-edə evin yaxınlığına gələndə Təqsirləndirilən şəxs evindən təxminən 150 metr məsafə aralıda olan torpq sahəsinin qarşısında özünə məxsus «Mercedes» markalı avtomobilin yanında dayandığını görmüşdür. Qayanın yanından keçəndə Məhəmmədhadi Qaya ilə salamlaşmış, o, isə Qayaya əhəmiyyət verməmişdir. Qaya qucağında olan nəvəsini görüb, «Allah saxlasın Mürvət» desə də yenə Mürvətə əhəmiyyət verməyərək yaxınlıqda olan evinə gəlmişdir. Evdə təxminən 20 dəqiqə qaldıqdan sonra həmin gün kənd sakini Əfrasyat Nəsirovun yas mərasiminə getmək üçün evdən çıxmışdır. Qapıdan çıxarkən Təqsirləndirilən şəxs yenə eyni yerdə dayandığını görmüş, Qaya ondan avtomobilinə oturmasını, işi olduğunu desə də, Qayanın təklifini qəbul etməmiş, «səninlə heç bir münsibətim yoxdur. Avtomobilinə də oturmuram. Çıx get, məndən əl çək» deyərək yoluna davam etmişdir. Qaya çox təkid etsə də, o, əhəmiyyət verməmiş, həmin vaxt yeznəsi X9 ilə rastlaşmışdır. Sadiqin avtomobilinə oturaraq saat 12 radələrində yas yerinə gəlmiş, təxminən bir saata yaxın yas mərasimində iştirak etmiş, həmin vaxt Təqsirləndirilən şəxs də orada olmuşdur. Saat 13 radələrində yas yerindən çıxıb yolla piyada gələrkən Təqsirləndirilən şəxs yenə də Mercedes markalı avtomobilllə onu təqib etmişdir. Qaya uenə də avtomobili onun yanında saxlayıb işi olduğunu bildirərək avtomobilə oturmasını tələb etmişdir. Yenə də avtomobilə oturmaqdan imtina edərək ondan əl çəkməsini, çıxıb getməsini tələb etmişdir. Bundan sonra Qaya oradan uzaqlaşaraq avtomobili öz evləri istiqamətində sürmüşdür. Evinə gələrək paltarlarını dəyişmiş, yemək yemiş, saat 14 radələrində qardaşı Şahingilə getmək üçün evdən çıxmışdır. Həmin gün səhər saatlarında Şahingildə olan zaman, qardaşı arvadı Şəfa ona evlərində tozsoranın işləmədiyini, günorta gəlib tozsoranı düzəltməsini, həm də evlərinin həyətində iki ağac əkməsini xahiş etmişdir. Bu məqsədlə evdən çıxıb küçə ilə hərəkət edən vaxt, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ona tərəf gəldiyini görmüş, sonuncu ilə qarşılaşmamaq üçün addımlarını tezləşdirərək qardaşı Şahinin evinə dönən yola doğru istiqamətlənmişdir. Lakin Qaya onu təqib edib avtomobilini yanında saxlamış, yerə düşüb onu səsləmişdir. Qayaya əhəmiyyət vermədən hərəkətinə davam etmiş, bu vaxt Qaya ona, «dayan Mürvət səninlə işim var» dediyi üçün ayaq saxlayıb geri çevriləndə Qayanın əlində silah olduğunu görmüşdür. Qaya ona «dizi üstə yerə çök və məndən üzr istə» deyib silahı ona tərəf tuşlamış, Qayanın silahla onu qorxutduğunu, atəş açmağa cəsarətinin olmayacağını düşünüb «get işinlə məşğul ol» deyərək geri çevrilməklə yoluna davam etmişdir. Təxminən 5 metr məsafə aralanan zaman atəş açılmış, kürək nahiyəsində ağrı hiss etmişdir. Dərhal oradan qaçaraq qardaşı Şahinin evinə girmiş, qışqırıq səsinə Şahinin arvadı Şəfa, qızı Nəzakət və azyaşlı nəvələri çölə çıxmışdır. Daha sonra kürək nahiyəsindən qanaxma olduğu üçün digər qardaşı Nüsrətin evinə keçmiş, oradan isə kənd sakini Şahid4 idarə etdiyi avtomobillə Ağsu Mərkəzi rayon xəstəxanasına gəlmişdir. Orada həkimlər ona tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2021-ci il tarixdə saat 11 radələrində evindən çıxıb, Qaraqoyunlu kənd sakini Əfrasyat Nəsirovun yas mərasiminə getmiş, həmin vaxt yolda qucağında azyaşlı nəvəsi ilə anasının evindən öz evinə tərəf gedən Zərərçəkmiş şəxslə qarşılaşmışdır. Yolları bir olduğu üçün Mürvətlə, sonuncunun evinin yaxınlığınadək gəlmiş, evin yanına çatanda kənd sakini Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsinin yanında dayandığını görmüşdür. Təqsirləndirilən şəxs avtomobildən düşüb onlara salam vermiş, salamı alsa da Mürvət cavab verməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs quçağında olan azyaşlı uşağa görə «Allah saxlasın» desə də, Mürvət yenə də Qayanın bu sözünə əhəmiyyət vermədən evinə tərəf getmişdir. Sonra yas yerinə getmiş, həmin gün gecə Təqsirləndirilən şəxs Mürvəti ov silahı ilə vuraraq yaralamasını eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Mais qızı ifadəsində göstərmişdir ki, Ağsu rayonu Qaraqoyunlu kəndində yaşamaqla Zərərçəkmiş şəxs mərhum əri Şahin Hacıyevin qardaşı olmuş, əri Şahin 2016-cı ildən ankoloji xəstəlikdən vəfat etmişdir. Təqsirləndirilən şəxslə normal münasibətləri olmuş, mərhum əri Şahinlə Qaya dost olmuşlar. Nə Təqsirləndirilən şəxslə, nə də ki, Zərərçəkmiş şəxslə arasında hansısa bir münasibəti olmamış, sonuncuların arasında hansısa münaqişənin olmasından məlumatı olmamışdır. 20 yanvar 2021-ci il tarixdə yaşadığı evdə olmamış, həmin vaxt atası evində olmuşdur. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tüfənglə vurduğunu eşitmişdir. Həmin gün səhər saatlarında Mürvət onlarda olmuş, sonra isə yenidən evlərinə qayıtmışdır. Günorta Mürvətdən yenidən onlara gəlib sınmış vəziyyətdə olan tozsoranı düzəltməsini və həyətlərində ağac əkməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qardaşı olmaqla Təqsirləndirilən şəxslə uzaq qohum olmuşlar. 20 yanvar 2021-ci il tarixdə saat 15 radələrində ailə üzvləri ilə birlikdə evində olarkən qardaşı Mürvətin qışqırıq səsini eşitmiş, Mürvət çəpər qonşusu olan qardaşı Şahinin evindən onun evinə keçmiş,dir. Bundan sonra dərhal həyətə düşmüş, Mürvətin qaçaraq onlara tərəf gəldiyini görmüşdür. Sonuncudan nə baş verdiyini soruşduqda Mürvət ona Qayanın ov silahından atəş açaraq kürəyindən və qolundan vurduğunu bildirmişdir. Həmin vaxt Mürvəti kənd sakini Şahid4 idarə etdiyi Vaz-2107 markalı avtomobilə qoyub Ağsu mərkəzi rayon xəstəxanasına aparmışlar. Orada Mürvətə tibbi yardım göstərilmiş və həyatı xilas edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 yanvar 2021-ci il tarixdə saat 1430 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi «Vaz-2107» markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən kənd sakini mərhum Şahin Hacıyevin evinin qarşısına çatanda yol kənarında adamlar toplaşdığını görüb avtomobilini saxlamış, həmin vaxt Zərərçəkmiş şəxs sol qolunu tutub, yarı əyilmiş vəziyyətdə zarıdığını görmüş, sonuncuya yaxınlaşıb nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs bir az öncə Təqsirləndirilən şəxs ov tüfəngi ilə atəş açdığını bildirmişdir. Mürvtəin qolundan və kürək nahiyəsindən qan axdığını görmüş, sonuncunu avtomobilinə otuzduraraq Mürvtəin qardaşı Nüsrət ilə birlikidə X13 raoyn Xəstəxanasına aparmışlar. Orada Mürvətə tibbi yardım göstərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğlu, həm də bacısının əri, Zərərçəkmiş şəxs isə eyni nəsildən olmuşdur. 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ov silahından atəş açmaqla vurması barədə eşitmiş, lakin Qayanın hansı səbəbdən Mürvətə atəş açmasını bilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla ailəsi ilə birlikdə onunla yaşamışdır. Zərərçəkmiş şəxs da onun qohumu olmaqla bir nəslin nümayəndələri olmuşlar. Zərərçəkmiş şəxs və onun ailəsi ilə heç bir düşmənçilikləriədavətləri olmamışdır. 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs səhər saatlarında idarə etdiyi «Mercedes» markalı avtomobillə evdən çıxıb getmiş, bundan sonra Qayanı görməmişdir. Həmin gün günorta saat 15 radələrində evdə arvadı Zivər Hacıyeva ilə birlikdə oturub televizora baxarkən küçədə atəş səsi eşitmiş, çölə çıxan vaxt qışqırıq səsi də eşitmişdir. Küçəyə çıxdıqda evlərindən bir az aralıda kənd sakini X6 görmüş, sonuncudan nə baş verdiyini soruşanda Ruslan ona oğlu Təqsirləndirilən şəxs Mürvəti ov silahı ilə vurduğunu demişdir. Qayanın Mürvəti vurandan sonra avtomobilinə oturub Ağsu rayonu istiqamətində getdiyini, Mürvətin isə xəstəxanaya aparıldığını bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 25 fevral 2021-ci il tarixli 30 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində, boyunun sol arxa hissəsinin (ənsə nahiyəsinin aşağı hissəsinin), kürəyin sol yan hissəsinin, sol yuxarı ətrafın(bazunun, dirsəyin və saidin arxa yan səthlərinin) çoxsaylı, oxşar, eyni xarakterli kor qırma yaraları vardır. Qeyd olunan xəsarətlər uzunlüləli, odlu silah təsirindən, bir atəşin nəticəsində olmaqla, uzaq məsafədən atılmağa xarakterik olan, odlu silah yarasıdırlar, törənmə müddəti qərarda göstərilən və tibbi sənəddə qeyd olunan müddətdə və şəraitdə-yəni, 20 yanvar 2021-ci il tarixdə əmələ gəlməyə uygundurlar. Ağırlıq dərəcəsinə görə, xəsarətlərin hər biri ayrı-ayrılıqda və birlikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin quruluşuna, xarakterinə və yerləşməsinə görə öz-özünə yetirməsi mümükün deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində qeyd olunan odlu silah zədəsindən başqa xəsarət və xəsarət izi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 15 mart 2021-ci il 3/342, 3/343 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş silah - keçmiş SSRİ-də Tula “Silah Zavodunda” 1964-cü ildə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “TOZ-BM” modelli, “148482” №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin silah saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, ondan tətiyini çəkmədən kənar fiziki təsir nəticəsində özü-özünə atəş açılmır. Tədqiqata təqdim edilmiş iki ədəd patron-16 klibrli olmaqla həmin klibrə malik hamarlüləi(yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan, gilizi zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulu ilə doldurulmuş patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz - yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Gilizin üzərində istehsal illinə və yerinə dair hər hansı yazıişarə olmadığına görə, müəyyən etmək mümkün olmadı. Həmin giliz təqdim edilmiş “TOZ- BM”modelli, “148482” №-li, ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 14 (on dörd) ədəd predmetdən - 11 (on bir) ədədi yivsi odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən müxtəlif kalibrli patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir - 3,25 mm-lik qırmalardır; 03 ədədi daş parçasıdır. Qırmalar silahın lülə kanalına sürtünmə və bərk predmetə dəyməsi nəticəsində əzilərək deformasiyaya uğramışdır. Həmin qırmaların üzərlərində olan və atəş prosesində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən qırmaların 16 kalibirli «Toz-BM» modelli 148482№-li ov tüfəngdən atılıbatılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş giliz ilə vahid bütövlük təşkil edibetməmələrini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin və qurğuşun metal izinin aşkar aşkar edilməməsinə əsasən, həmin zədələr giriş zədəsi olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində, qırmaların təsirindən, arxadan-önə doğru istiqamətdə 2 metrdən yuxarı məsafədən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş tüfəngdən açılan atəş(lər) nəticəsində yaranması mümkündür. Atəş açılan zaman silahın lüləsi zərərçəkənin arxa tərəfinə doğru olmuşdur. Lakin müvafiq elmi metodika olmadığından zədələrə görə atəşin hansı tarixdə açılmasını müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş tüfəngin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, sonuncu təmizləmədən sonra həmin silahdan atəş(lər) açılmışdır. Məhkəmə iclasında tədqiq olunmuş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 16.02.2021-ci il tarixli 343 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs “Üzvi emosional-labil (astenik) pozuntu” müəyyən edilir. Ona aşkar edilən üzvi emosional-labil pozuntu, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamış, onda “Üzvi emosional-labil (astenik) pozuntu” müəyyən edilir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, dəyişkən əhval-ruhiyyəlilik, hövsələsizlik, eqosentrizm, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektul imkanları nəzərə alınmaqla o, hadisə zamanı iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Onda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətlərin xarakter və mənasini anlaya bilərdi. O, cinayət əməlini törətməzdən əvvəl və cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hazırkı psixi-emosional vəziyyəti normaya uyğundur. Onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs yaranmış şəraitin mahiyətini tam dərk etmək və davranışının mümkün nətcələrini görə bilmək qabiliyyətinə malik olmuşdur. İş materaiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 yanvar 2021-c il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Ağsu rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət əməli barədə şifahi şəkildə məlumat vermiş, cinayətin törədilməsində istifadə edilən silahı təqdim etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 1810-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Ağsu rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli həbs qətimkan tədbirinin seçilməs haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyulu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli, 95 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağsu rayonu Qaraqoyunlu kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 10.01.2004-cü ildə anadan olmuş X10, 06.08.2006cı ildə anadan olmuş X3, 01.06.2009-cu ildə anadan olmuş X12 adlı iki yetkinlik yaşına çatmayan və bir az yaşlı uşağı vadır. Beləliklə məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 29, 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoşa lüləli ov tüfəngi ilə atəş açmış və bu zaman onun zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönələn hərəkəti artıq bitmişdir. Zərərçəkmiş şəxs ona atəş açıldıqdan sonra hadisə yerindən qaçdıqdan və xəstəxanaya gedərək ona ixtisaslı tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs öz niyyətini həyata keçirə bilməmişdir. Təqsirləndirilən şəxs Mütvət Hacıyevi öldürmək niyyətinin olmaması, onun çöl quşlarını vurarkən sonuncuya xəsarət yetirməsinə diar ifadəsində göstərdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadığına və işin hallarına uyğun gəlmədiyinə görə özünü müdafiə kimi qiymətləndirilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Sseyidəhməd oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində bir az yaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin odlu silahdan istifadə etməklə törətməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 56.1.3-cü maddəsinə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət törədilərkən alət olan 148482-64 nömrəli ov silahı, 2 ədəd patron, 1 ədəd giliz xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan zərər çəkmiş Zərərçəkmiş şəxs cərrahi əməliyyat zamanı bədənindən çıxarılmış 11 ədəd qırma və 3 ədəd daş parçası məhv edilməli, bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd sviter və bir ədəd idman köynəyi isə sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 20 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 128 AZN (yüz iyirmi səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan zərər çəkmiş Zərərçəkmiş şəxs cərrahi əməliyyat zamanı bədənindən çıxarılmış 11 ədəd qırma və 3 ədəd daş parçası məhv edilsin, bir ədəd gödəkcə, bir ədəd köynək, bir ədəd sviter və bir ədəd idman köynəyi sahibi zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət törədilərkən alət olan 148482-64 nömrəli ov silahı, 2 ədəd patron, 1 ədəd giliz xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah-Sursat Anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-133/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-133/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver