Məhkəmə qərarları › İş №1(091)-133/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-133/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-133/2022 21.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 və Balakən rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1985-ci ildə Balakən rayonu Tülü kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx.xx.1969-cu ildə Balakən rayonu Hənifə kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 21 yanvar 2022-ci il tarixdə günorta radələrində Balakən rayonu mərkəzi bazarında ət satışı ilə məşğul olduğu yerdə Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs1 50 (əlli) manat pul müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusuna doldurulmuş təmiz çəkisi 6,03 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı alaraq əldə edib əynindəki qış gödəkçəsinin sol yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 21 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Seyidov X5 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 1855-dən 1925-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayında Balakən şəhəri ərazisindən axan “Çaylaq” adlı çaya çimməyə getdiyi zaman orada çayın kənarında tapdığı yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən 06 (altı) ədəd toxumları yığıb yaşadığı Balakən rayonu Talalar kəndində yerləşən evinə gətirib evin zirzəmisində gizlədib saxlamış, 2021-ci ilin iyul ayında həmin toxumları Balakən rayonu Talalar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsindəki mal tövləsinin yanındakı daş hasarın dibinə qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan cücərmiş 04 (dörd) ədəd, yəni xeyli miqdarda olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2021-ci ilin sentyabr ayında əkib-becərib yetişdirərək kultivasiya etdiyi həmin 04 (dörd) ədəd çətənə bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə ümumi təmiz çəkisi 717,97 qram olan, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evə gətirib 01 (bir) ədəd 03 (üç) litrlik şüşə balona, daha kiçik ölçülü 03 (üç) ədəd şüşə və 01 (bir) ədəd plastmas bankalara bölüb yaşadığı evin zirzəmisində qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə gizlədib saxlamış, 21 yanvar 2022-ci il tarixdə günorta radələrində yaşadığı evin zirzəmisində plastmas və şüşə qablara bölüb gizlədərək saxladığı narkotik vasitə-qurudulmuş marixuananın üzərindən 13,43 qram narkotik vasitə –qurudulmuş marixuananı götürüb həmin qurudulmuş marixuananın 7,40 qram çəkidə olan hissəsini siqaret qutusunun üzərindən çıxmış bir ədəd sellofan torbaya büküb, 6,03 qram çəkidə olan hissəsini isə bir ədəd boş kibrit qutusuna doldurub əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoyub qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə saxlayaraq daşımaqla həmin gün günorta radələrində əynindəki gödəkçənin sol yan cibində bir ədəd kibrit qutusunda saxladığı 6,03 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı Balakən rayon mərkəzi bazarında Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə 50 (əlli) manata satmışdır. 21 yanvar 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Seyidov X5 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 1855-dən 1925-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən sonuncuya satdığı 6,03 qram çəkidə qurudulmuş marixuana sonuncunun üzərindən, tədbirlərin davamı olaraq Əhmədov X6 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 2055-dən 2125-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq üzərində bir ədəd sellofana büküb saxladığı təmiz çəkisi 7,40 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Həmçinin 21 yanvar 2022-ci il tarixdə saat 2150-dən 2300-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı ünvana baxış keçirilən zaman onun qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edib daşıyaraq yaşadığı evin zirzəmisində 01 (bir) ədəd şüşə balona, daha kiçik ölçülü 03 (üç) ədəd şüşə və 01 (bir) ədəd plastmas bankalara bölüb gizlədərək saxladığı, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri -301,43 qram, 56,79 qram, 90,81 qram, 118,58 qram və 136,93 qram – ümumi təmiz çəkisi 704,54 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə – qurudulmuş marixuana, eləcə də qəsdən, qanunsuz olaraq əkib-becərib yetişdirərək kultivasiya etdiyi xeyli miqdarda, yəni 04 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ümumi təmiz çəkiləri 360 qram olan 06 (altı) ədəd hissələri yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs1 2021-ci ilin əvvəllərindən tanımış, həmin müddət ərzində sonuncudan hər dəfə 50 manata olmaqla təxminən 05 dəfə bir kibrit qutusunda narkotik vasitə marixuana almışdır. Sonuncu dəfə 21 yanvar 2022-ci il tarixdə günorta saatlarında bazarda olan vaxtı Əli onun işlədiyi bazara gələrək onunla bir qədər söhbət edəndən sonra cibindən içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusunu çıxardıb ona vermişdir. Bunun qarşılığında Əliyə 50 manat pul vermiş, sonra Əli çıxıb getmişdir. Əlidən aldığı marixuananı əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə qoyub saxlamış, həmin gün işlərini bitirdikdən sonra axşam saatlarında bazardan çıxıb yaşadığı evə getmişdir. Evə gedib çatandan bir qədər sonra iki nəfər polis əməkdaşları yaşadığı ünvana gələrək onu səsləyib bayıra çağırmış, yola çıxanda həmin iki nəfər polis əməkdaşları özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qış gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd kibrit qutusundakı narkotik vasitə- qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə- marixuana elektron tərəzidə çəkildikdən sonra kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üç nəfər polis əməkdaşı onun işlətdiyi mağazaya gələrək orada narkotik vasitə olduğunu iddia etmiş, həmin şəxslərə orada narkotik vasitə olmadığını bildirsə də polis əməkdaşları kartof kisəsinin üzərindəki gödəkçəni ona göstərib narkotik vasitənin toxumlarını aşkar etdiklərini bildirmişlər. Polis əməkdaşları həmin toxumları götürüb polis şöbəsinə getmiş və ondan səhəri gün polis şöbəsində olmasını istəmişlər. Səhəri gün rayon polis şöbəsinə getmiş orada Bəxtiyar və Amil adlı polis əməkdaşları onun qarşısına içərisində narkotik vasitə olan siqaret qutusunu onun önünə qoyaraq 3000 manat verməsə həbs olunacağını demişdir. Polislərə bir baş quzu verə biləcəyini bildirsə də, polislər ondan 2000 manat pul istəmiş, sonda polislərlə 15 yanvar 2022-ci il tarixdə çatdırmaq şərtilə 1000 manata razılaşmışdır. 15 yanvar 2022-ci il tarixdə Bəxtiyar adlı polis əməkdaşı onun yanına gələrək pulu istəmiş, sonuncuya pulu 20 yanvar 2022-ci il tarixdə verə biləcəyini bildirmişdir. 20 yanvar 2022-ci il tarixdə Bəxtiyar ona zəng vuraraq pulu istəmiş, sonuncuya pulu 21 yanvar 2022-ci il tarixdə verəcəyini bildirmişdir. 21 yanvar 2022-ci il tarixdə Balakən şəhər bazarına gedərək Təqsirləndirilən şəxs2 100 manat pul istəmiş, sonuncu ona 50 manat pul verdikdən sonra birlikdə narkotik vasitə qəbul etmişlər. Sonra Balakən rayon Polis Şöbəsinə gedərək orada Bəxtiyar adlı polis əməkdaşına 1000 manat pulu tapa bilmədiyini bildirmiş, Bəxtiyar ondan 50 manat pulu almamışdır. Həmin gün saat 0530-da polis əməkdaşları onun mağazasına gələrək yenidən narkotik vasitə axtarmağa başlamışlar. Həmçinin polislər mağazada olan 560 manat pulu götürmüş, sonra onu mağazadan çıxartmışlar. Şöbədə polislər onu döyərək narkotik vasitəni kimə satdığını bildirməsini tələb etmiş, sonra Dinarı polis şöbəsinə gətirib sonuncunu döyərək ondan narkotik vasitə almasını etiraf etməsini tələb etmişlər. Dinar narkotik vasitəni ondan aldığını dedikdən sonra onun cibinə narkotik vasitə qoyaraq həmin narkotik vasitənin ona məxsus olduğunu demişlər. Təhqiqatçı onun cibindən həmin narkotik vasitəni çıxartdıqdan sonra Anar adlı polis əməkdaşı 750 qram narkotik vasitəyə razılıq verməsə on kiloqram narkotik vasitəni onun ailə üzvlərinin boynuna qoyub saxlayacaqlarını demişdir. Bundan sonra Rəşad adlı polis əməkdaşı Anar adlı polis əməkdaşına zəng vuraraq kolları həyətə qoyduqlarını bildirmişdir. Saat 23 radələrində vəkil və aqronomun iştirakı ilə yaşadığı evə gedərək narotik tərkibli bitkiləri aşkar etmiş, evin zirzəmisindən də bankalarda narkotik vasitə olan marixuana aşkar etmişlər. Polislərə həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında çimmək üçün Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən və “Çaylaq” adlanan əraziyə gedərkən həmin vaxt orada çay kənarında yabanı halda bitmiş bir ədəd çətənə bitkisinin üzərində olan altı ədəd toxumları yığıb yaşadığı evə gətirərək iyul ayında yaşadığı evin həyətyanı sahəsindəki dirrikdə hasarın dibində əkmişdir. Həmin toxumlardan cücərmiş 04 ədədi narkotik tərkibli çətənə bitkilərinə qulluq etmiş, yaxşı məhsul vermələri üçün diblərini alaq otlarından təmizləyib suvarmışdır. 2021-ci ilin sentyabr ayının ortalarında həmin 04 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərlərində olan yararlı hissələrini yığıb dirrik sahədə sellofan torbanın üzərinə sərib qurutmuş, qurutduğu narkotik vasitə olan marixuananın bir hissəsini dörd ədəd 1 kiloqramlıq şüşə bankalara, qalan hissəsini isə bir ədəd 3 kiloqramlıq şüşə bankaya yığıb evinin zirzəmisində saxlamışdır. İki ədəd şüşə bankaları 1 ədəd sellofan torbaya, bir ədəd 3 kilqoramlıq şüşə bankanı bir ədəd sellofan torbaya büküb zirzəmidə olan masanın üzərinə qoymuş, qalan iki ədəd 1 kilqoramlıq şüşə bankaları isə açıq şəkildə masanın üzərindəki kompot və turşu bankalarının arasına qoymuşdur. Həmin narkotik vasitə marixuanadan beş dəfə olmaqla beş ədəd kibrit qutusuna doldurub hər dəfəsində 50 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, sonuncu dəfə 21 yanvar 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman zirzəmidə saxladığı 01 kiloqramlıq şüşə bankalardan birinin qapağını açıb içərisində olan narkotik vasitə marixuanadan bir qədər götürüb özü istifadə etmək məqsədi ilə siqaret qutusunun üzərində olan şəfaff rəngli sellofana büküb cibinə qoymuşdur. Daha sonra Dinara satmaq məqsədi ilə həmin narkotik vasitə olan marixuanadan bir qədər də götürüb bir ədəd kibrit qutusuna dolduraraq əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq günorta saatlarında yaşadığı evdən çıxıb Dinarın işlədiyi Balakən Mərkəzi Bazarına getmişdir. Dinar ilə bazarda görüşüb söhbət edən zaman gödəkçəsinin sol yan cibində saxladığı içərisində narkotik vasitə marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb Dinara vermişdir. Kibrit qutusunu Dinara verəndə sonuncu kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu başa düşərək kibrit qutusunu ondan alıb cibinə qoyduqdan sonra heç bir söz demədən cibindən həmişə olduğu kimi 50 manat pul çıxarıb ona vermişdir. Pulu alrıdqdan sonra oradan uzaqlaşaraq pulu şəxsi ehtiyaclarına xərcləmiş, axşam saatlarında yaşadığı evə getmişdir. Yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək özlərini təqdim edib narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Balakən rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan qış gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd sellofan bükümdəki narkotik vasitə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan büküm elektron tərəzidə ölçülərkən çəkisi 7,73 qram təşkil etmiş, həmin sellofan büküm polis əməkdaşı tərəfindən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Dinara 50 manat müqabilində bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana satdığını, narkotik vasitə - marixuananı evinin həyətindəki dirrikdə əkdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq saxladığını, həmçinin həmin bitkilərin qalıqlarının olduğu yeri göstərə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə yaşadığı evin həyətində olan dirrik sahəsinə keçirilən baxış zamanı hasarın dibində əkdiyi dörd ədəd narkotik tərkibli çətənə bitkiləri, iki ədəd qurumuş bitkilər aşkar edilərək bir ədəd sintetik kisədə qablaşdırılıb götürülmüşdür. Bundan sonra yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman zirzəmidə olan masanın üzərindən bir ədəd qırmızı sellofan torbadakı iki ədəd şüşə bankalarda çəkisi 680 qram olan, bir ədəd sellofan torbadakı bir ədəd şüşə bankada çəkisi 1055 qram olan və həmin masanın üzərində açıq halda qoyulmuş iki ədəd şüşə bankalarda çəkisi 965 qram olan narkotik vasitə - marixuanalar aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın qarşısında aşkar edilərək Balakən rayon Polis Şöbəsinə gətirildikdən sonra şübhəli şəxs qismində dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxardıb təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, Dinar Əliyev verilən suallara cavab olaraq həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 50 manata tanışı Əli adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütləni Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs1 50 manata aldığı müəyyən edildiyindən sonuncunun yaşadığı ünvana gedib Təqsirləndirilən şəxs1 da Balakən rayon Polis Şöbəsinə gətirmişlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Balakən rayon X9 Əhmədov şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən siqaret qutusunun üzərindən çıxmış sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər bitki kütləsini təqdim edərək çəkmək üçün üzərində saxladığını bildirmişdir. Sellofan büküm açıldıqda içərisindən aşkar edilmiş çəkisi 7,73 qram olan narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkarlanmış narkotik vasitəyə oxşar kütləni yaşadığı evin həyətində damın yanında iyun ayındı əkdiyi 4-5 ədəd narkotik bitkisindən sentyabr ayında yığıb əldə etdiyini, evin həyətində əkdiyi məhz həmin narkotik bitkilərinin üzərindən yığdığı narkotik vasitədən Dinara da satdığını, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitənin də həyətyanı torpaq sahəsində əkdiyi narkotik bitkilərindən əldə etdiyini, yanvar ayı olmasına baxmayaraq həmin narkotik bitkilərini kökündən çıxartmadığına görə, üzərindən yığdığını görə qurumuş halda hazırda əkdiyi yerdə qaldığını, həmin bitkilərin olduğu yeri göstərə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 22-23 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evinə və həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı həyətdəki mal tövləsinin arxa tərəfinə, daş hasarın dibində olan taxta çubuqlardan hazırlanmış üçbucaq qəfəs kimi yerdə ağac konstruksiyanın altında əkilmiş qurumuş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin bitkilərdən cəmi 4-5 ədəd əkdiyini, lakin qulluq etmədiyinə görə quruduqlarını bildirmişdir. Qeyd edilən bitki kolları ağac konstruksiyanın altından çıxarılaraq mütəxəssisin iştirakı ilə baxış keçirilərkən bitkilərin kökləri və budaqları ilə birlikdə hündürlüklərinin 80 sm.-dən 150 sm-dək olduğu altı ədəd hissəsi aşkar olunmuşdur. Bitki hissələri qablaşdırılaraq götürülmüş, evin zirzəmisinə baxış keçirilən zaman həmin zirzəmidə üzərində qaz sobası və ev şəraitində konservləşdirilmiş şüşə bankaların düzüldüyü masanın üzərində, şüşə bankaların üzərinə qoyulmuş iki ədəd rəngli polietilen torbalar aşkar olunmuşdur. Həmin polietilen torbalar açıldıqda torbalardan birinin içərisindən bir ədəd bir kiloqramlıq plastmas qabda və bir ədəd bir kiloqramlıq şüşə qabda çəkisi 680 qram olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar olunmuş, digər sellofan torbadan isə ağzı rezin qapaqla bağlanmış bir ədəd 3 kiloqramlıq şüşə bankada çəkisi 1055 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Baxış zamanı ev şəraitində konservləşdirilmiş meyvə və tərəvəzin olduğu bankaların arasında daha iki ədəd içərisində çəkisi 965 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu şüşə bankalar aşkar ounlmuşdur. Aşkar edilmiş qablar içərisində olan narkotik vasitəqurudulmuş marixuanaya bənzər bitki kütlələri ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş mütəxəssis-aqronom Şahid4 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının dəvəti əsasında Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı ünvanına baxış keçirilən zaman həyətdəki mal tövləsinin arxa tərəfində hasarın dibində olan taxta çubuqlardan hazırlanmış üçbucaq qəfəs kimi yerdə ağac konstruksiyanın altında əkilmiş qurumuş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar olunmuş, aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Bu barədə rəy yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Qeyd edilən qurumuş bitkilər sintetik kisəyə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüş, daha sonra evin giriş pilləkənlərindən sağ tərəfdə yerləşən zirzəmiyə baxış zamanı üzərində qaz sobası və ev şəraitində konservləşdirilmiş şüşə bankaların düzüldüyü masanın üzərində, şüşə bankaların üzərinə qoyulmuş iki ədəd rəngli polietilen torbalar aşkar olunmuşdur. Həmin polietilen torbalar açıldıqda torbalardan birinin içərisindən bir ədəd bir kiloqramlıq plastmas qabda və bir ədəd bir kiloqramlıq şüşə qabda çəkisi 680 qram olan qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar olunmuşdur. Digər sellofan torbadan isə ağzı rezin qapaqla bağlanmış bir ədəd 3 kiloqramlıq şüşə bankada çəkisi 1055 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Baxış keçirilən zaman ev şəraitində konservləşdirilmiş meyvə və tərəvəzin olduğu bankaların arasında daha iki ədəd içərisində çəkisi 965 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu şüşə bankalar aşkar olunmuşdur. Aşkar edilmiş qablarda olan narkotik tərkibli qurudulmuş marixuanaya oxşar bitki kütlələri qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 22 yanvar 2022-ci il tarixli 17/81 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda..” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 6,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 7,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evin zirzəmisindən aşkar edilmiş 5 ədəd bankalarda ..” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki 01 (bir) ədəd şüşə balonda, 03 (üç) ədəd şüşə və 01 (bir) ədəd plastmas bankalarda, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri -301,43 qr.,56,79 qr.,90,81 qr.,118,58 qr. və 136,93 qram, ümumi təmiz çəkiləri -704,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda, 01 (bir) ədəd şəffaf sellofan bükümdə, 01 (bir) ədəd şüşə balonda, 03 (üç) ədəd şüşə və 01 (bir) ədəd plastmas bankalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “ Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş 6 ədəd...” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki, ümumi təmiz çəkiləri - 360,00 qram olan 06 (altı) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Aqronom mütəxəssis Şahid4 21 yanvar 2022-ci il tarixli rəyinə əsasən 06 (altı) ədəd çətənə (kannabis) bitkisinin hissələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 fevral 2022-ci il tarixli 209 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 fevral 2022-ci il tarixli 219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Əhmədov X6 rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Seyidov X5 rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Himayəsində iki azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Əhmədov X6 rayonu Talalar kəndində qeydiyyatda olmaqla barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 21 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1845-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2045-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon məhkəməsinin 23 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 23 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon prokurorluğunun 30 mart 2022-ci il tarixli qərarından göürünr ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması və ona qarşı digər qanunsuzluqlar edilməsinə dair müraciəti üzrə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun evinə və üzərinə qoyulmasına, polis əməkdaşlarının onun döyərək işgəncə verməsi, həmçinin ondan pul istəmələrinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs2 ifadəsi, aşkar olunan narkotik vasitənin miqdarı, çeşidi və işdə olan digər sənədlər əsas verir. Həmçinin məhkəmə belə bir halı da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması, həmçinin polis əməkdşalarının ondan pul istəmələrinə dair müraciəti üzrə Balakən rayon prokurorluğu tərəfindən araşdırma aparılaraq 30 mart 2022-ci il tarixli preyudisial əhəmiyyətə malik olan qərarla cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəni daha obyektiv və işin hallarına uyğun gələn ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin müvafiq olaraq CMin 234.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 21 yanvar 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 21 yanvar 2022-ci il 23 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik, Təqsirləndirilən şəxs2 17,27 AZN (on yeddi manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılaraq ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Balakən rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik, Təqsirləndirilən şəxs2 17,27 AZN (on yeddi manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Balakən Rayon Polis Şöbəsində saxlanılan 717,62 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuanalar və ümumi təmiz çəkiləri -360,00 qram olan 06 (altı) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar