Məhkəmə qərarları › İş №1(091)-133/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-133/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-133/2024 12.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Şahid3, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəki rayonunun Aşağı Küngüt kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs könüllü olaraq iştirakçısı olduğu Vətən müharibəsində (İİ Qarabağ Müharibəsində) mərmi partlayışı nəticəsində aldığı kontuziya səbəbli düçar olduğu “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq emosional sferasında konfliktə meyllilik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional reaksiyalara və aqressiv davranışlara meyllilik, emosional dəyişkənlik, impulsivlik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmaqla əziyyət çəkdiyi psixi pozuntu fonunda 26 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində düşdüyü situasiyanın təsiri altında bacısı Şahid2 əri X21 ilə sonuncunun yaşadığı Şəki rayonunun Aşağı Küngüt kəndində “Candarlı məhəlləsi” adlanan ərazidə yerləşən fərdi yaşayış evində olan zaman Asif Həşimov onun bacısına və övladlarına qeyri-etik hərəkətlər etdiyindən, bacısı Şahid2 ailədaxili münaqişələr zamanı tez-tez övladlarının gözü önündə təhqir edərək döydüyündən, o cümlədən həmin gün davam edən mübahisə zamanı onun və bacısının ünvanına çoxsaylı nalayiq ifadələr işlətdiyindən Asif Həşimovdan özünün istifadəsində olan idarə etdiyi “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməsini tələb etmiş, bundan sonra sonuncu həmin avtomobilin ön sərnişin oturacağında əyləşmiş, özü isə qeyd olunan avtomobilin arxa tərəfində yük yerindən göstərilən tarixdə ünvan 1 ünvanında yerləşən “Məhəmmədin dükanı” adlı mağazadan kababçı işlədiyi restoranda istifadə etmək məqsədilə alıb yerləşdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək avtomobilin sürücü sükanı arxasında əyləşib bıçağı sağ ayağının yan hissəsinə söykəməklə avtomobili idarə edərək həmin yaşayış evindən üzü aşağı kəndin çıxışı istiqamətində 30 metr aralaşdıqdan sonra avtomobili saxlayaraq Asif Həşimovun yenidən onun və bacısı Şahid2 ünvanına nalayiq ifadələr işlətməsindən sonra onun psixi-emosional vəziyyətində qəzəb və emosional reaksiyalara meyllilik əmələ gəlməklə avtomobilində olan özünə məxsus bıçağı götürüb anlaqsız vəziyyətdə həmin bıçaqla avtomobilin sağ yan tərəfində əyləşmiş Asif Həşimovun həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrinə, yəni əvvəlcə sol boyun nahiyəsinə 01 (bir) və döş qəfəsi nahiyəsinə 01 (bir) zərbə ilə, avtomobilin qapısını açaraq düşməyə çalışdığından özü də avtomobildən düşərək sağ tərəfdən Asif Həşimova yaxınlaşmaqla sonuncunun sol bud nahiyəsinə 01 (bir) bıçaq zərbəsi vurmaqla yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “sol xarici yuxu arteriya və venaların kəsilməsi ilə boyunun sol aşağı 1/3-nin 01 (bir) ədəd kəsilmiş yarası”, sağlamlığa yüngül zərərvurmaya aid “döş qəfəsinin ön səthinin daxilə keçməyən 01 (bir) ədəd kəsilmiş-deşilmiş yarası”, sağlamlığa yüngül zərərvurmaya aid “sol budun dəlib keçən və sağ buda daxil olan 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları” xəsarətləri olmaqla cəmi 04 (dörd) xəsarət yetirməklə anlaqsız vəziyyətdə yeznəsi Asif Həşimovun aldığı xəsarətlərdən hadisə yerində kəskin xarici qanaxma nəticəsində ölməsinə səbəb olmuş, bununla da o, anlaqsız vəziyyətdə X14 qəsdən həyatdan məhrum edərək öldürmüşdür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, Şahid2 onun bacısıdır, X21 isə sonuncunun əri olmuşdur. X22 arasında tez-tez mübahisə olmuş, sonuncu onu və bacısı Şahid2 təhqir etmişdir. 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, həmin müharibədən sonra psixi xəstəliklərə düçar olmuş, dərmanlarını vaxtlıvaxtında qəbul etmədikdə psixi durumu kəskinləşmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Fidan” restoranında 3-4 gündən bir kababçı işləmiş, iş olmadıqda Şəki şəhərinə qayıtmışdır. 26 oktyabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində arvadı Şahid3, bacısı Şahid2 və sonuncunun əri Asif Həşimovla birlikdə sonuncunun Şəki rayonunun Aşağı Küngüt kəndində yerləşən yaşadığı fərdi yaşayış evində olan zaman o, həmin kənddə özünün yaşadığı fərdi yaşayış evinin yaxınlığında olan özünə məxsus torpaq sahəsində ev tikərək oraya köçmələrini Asif Həşimova təklif etmiş, sonuncu isə bunu qəbul etməyərək əvvəlcə ailəsinin və onun ünvanına, daha sonra isə onun bacısının ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən o, Asif Həşimova irad bildirmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Əvvəllər də X22 arasında qeyd olunan münasibətlər zəminində mübahisə yarandığından o, bu məsələni birdəfəlik həll etmək qərarına gəlmiş, bu məqsədlə o və onun təklifi ilə Asif Həşimov evi tərk etmişlər. Daha sonra o, özünə məxsus olan “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağında, Asif Həşimov isə ön sağ oturacağında əyləşmişdir. Bu zaman o, kababçı işlədiyi restoranda istifadə etmək üçün Şəki şəhərində bazarda adını xatırlamadığı mağazadan aldığı və özünə məxsus olan avtomobilin yük yerinə qoyduğu bıçağı oradan götürüb yanında saxlamış və həmin vaxt Asif Həşimov bunu görsə də onun və bacısı Şahid2 ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra o, avtomobilin mühərrikini işə salaraq avtomobili idarə etmiş, həmin vaxt Asif Həşimova haqlı iradlarını bildirməsinə baxmayaraq, sonuncu yenidən onun və bacısı Şahid2 ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, Şəki rayonu, Aşağı Küngüt kəndinin ərazisində sağ ayağının yan tərəfinə qoyduğu bıçaqla Asif Həşimovun şah damarına zərbə vurmuş, bu zaman sonuncu ona yalvarsa da o, buna məhəl qoymayaraq sonuncunun ürək nahiyəsinə ikinci zərbəni endirmiş, bundan sonra avtomobili saxlayıb avtomobildən düşərək Asif Həşimovun əyləşdiyi digər ön qapını açdıqda sonuncunun avtomobilin sürücü otağı tərəfə meyl edərək qaçmağa çalışdığını görüb sonuncunun ayaqlarından tutub özünə tərəf çəkmiş və sonuncunun bud nahiyəsinə üçüncü zərbəni endirmişdir. Həmin zərbələri endirməkdə məqsədi Asif Həşimovu öldürmək olmuş, bundan sonra o, avtomobili idarə edərək Şəki Rayon Mərkəzi Xəstəxanasına tərəf hərəkət etmiş və hərəkətdə olan zaman Asif Həşimovun hərəkət etməməsinə əsasən sonuncunun öldüyünü düşmüşdür. O, hərəkət edərək Şəki Rayon Mərkəzi Xəstəxanasına çatıb X5rşısında avtomobilini saxlayıb Asif Həşimovu avtomobildən düşürmüş, daha sonra isə həmin bölmədə qana bulaşmış əllərini yuyub geri qayıtdıqda adını bilmədiyi tibb işçiləri artıq Asif Həşimovun öldüyünü demişlər. Bundan sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinə gedərək özünü təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, Şahid2 ərinin bacısıdır, X21 isə sonuncunun əri olmuşdur. Əri Təqsirləndirilən şəxs və sonuncunun bacısı Şahid2 ilə sonuncunun əri Asif Həşimovun arasında tez-tez mübahisə olmuş və bu zaman sonuncu Təqsirləndirilən şəxs və Şahid2 təhqir etmiş, habelə sonuncunu döymüşdür. Təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, həmin müharibədən sonra psixi xəstəliklərə düçar olmuş, dərmanlarını vaxtlı-vaxtında qəbul etmədikdə psixi durumu kəskinləşmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində müxtəlif yerlərdə kababçı işləmiş, ay ərzində təxminən 4-5 gün Şəki şəhərinə gələrək yaşadıqları evdə qalmışdır. 25 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərindən Şəki rayonuna qayıtmış, 26 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Şəki şəhərində yerləşən bazarda olan zaman sonuncu kababçı işi ilə bağlı “Məhəmmədin dükanı” adlı mağazadan bir ədəd mətbəx bıçağı almış və avtomobilin yük yerinə qoymuşdur. 26 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində əri Təqsirləndirilən şəxs, sonuncunun bacısı Şahid2 və sonuncunun əri Asif Həşimovla birlikdə sonuncunun Şəki rayonunun Aşağı Küngüt kəndində yerləşən yaşadığı fərdi yaşayış evində olan zaman əri Təqsirləndirilən şəxs həmin kənddə özünün yaşadığı fərdi yaşayış evinin yaxınlığında olan özünə məxsus torpaq sahəsində ev tikərək oraya köçmələrini Asif Həşimova təklif etmiş, sonuncu isə bunu qəbul etməyərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu da bu səbəbdən Asif Həşimova irad bildirmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və sonuncunun təklifi ilə Asif Həşimov evi tərk etmişlər, Təqsirləndirilən şəxs özünə məxsus olan “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağında, Asif Həşimov isə ön sağ oturacağında əyləşmiş, avtomobil hərəkətə başlamış, lakin haraya getdiklərini bilməmişdir. Sonradan Şahid15 deməsinə əsasən Təqsirləndirilən şəxs Asif Həşimova bıçaqla zərbələr vuraraq sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X21 onun qardaşı olmuş, Təqsirləndirilən şəxs isə sonuncunun qaynıdır. Asif Həşimov 2006-cı ildə Təqsirləndirilən şəxs bacısı Şahid2 ilə ailə həyatı qurmuş, X23 Həşimovanın arasında tez-tez dava-dalaş olmuş və Asif Həşimov mübahisə vaxtı Şahid2 ünvanına nalayiq ifadələr işlətdiyini ona demişdir. 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində Şahid1 ona zəng edərək qardaşı X24 İsayev tərəfindən öldürüldüyünü demiş, o, qardaşı Asif Həşimov və sonuncunun qaynı Təqsirləndirilən şəxslə danışa bilməmiş, Şahid2 ilə telefonla danışan zaman isə sonuncu Təqsirləndirilən şəxs Asif Həşimova bıçaqla zərbələr vuraraq sonuncunu öldürdüyünü bildirmişdir. Sonradan Şahid2 və Şahid3 demələrinə əsasən 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Asif Həşimovun yaşadığı evdə olan zaman sonuncu ilə Təqsirləndirilən şəxs arasında mübahisənin yaranması, X25 İsayevin sonuncuya məxsus olan “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək həmin yeri tərk etmələri və sonradan avtomobildə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşı Asif Həşimova bıçaqla zərbələr vuraraq sonuncunu öldürməsi ona məlum olmuşdur. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə barışmamışdır və sonuncunun barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X19 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum X21 onun əri olmuş, Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, həmin müharibədən sonra psixi xəstəliklərə düçar olmuş, dərmanlarını vaxtlı-vaxtında qəbul etmədikdə psixi durumu kəskinləşmişdir. Təqsirləndirilən şəxs uzun müddət ərzində Bakı şəhərində yerləşən müxtəlif restoranlarda kababçı işləmiş, Şəki rayonuna gəldikdə isə öz evində qalmışdır. O, 2006-cı ildə Asif Həşimovla ailə həyatı qurmuş, bir müddət Oğuz rayonunun Xaçmaz kəndində yerləşən fərdi yaşayış evində qaldıqdan sonra Şəki rayonunun Aşağı Küngüt kəndinə köçüb Təqsirləndirilən şəxs tapdığı fərdi yaşayış evində kirayədə yaşamağa başlamışlar. Asif Həşimov ailəsinə qarşı çox kobud olmuş, tez-tez əsəbləşib uşaqlarını və onu döymüş, ona və övladlarına qarşı digər qanunsuz hərəkətlər etmişdir. Qeyd olunan səbəbdən də Təqsirləndirilən şəxslə Asif Həşimovun arasında mübahisə yaranmış, lakin dava-dalaş baş verməmişdir. Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixə keçən gecə Bakı şəhərindən Şəki rayonuna gəlmiş, 26 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Şəki şəhərində yerləşən bazarda olan zaman sonuncu bir ədəd mətbəx bıçağı almış və avtomobilin yük yerinə qoymuşdur. Həmin tarixdə saat 14 radələrində əri Asif Həşimov, qardaşı Təqsirləndirilən şəxs və sonuncunun arvadı Şahid3 birlikdə Şəki rayonunun Aşağı Küngüt kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində olan zaman qardaşı Təqsirləndirilən şəxs həmin kənddə özünün yaşadığı fərdi yaşayış evinin yaxınlığında olan özünə məxsus torpaq sahəsində ev tikərək oraya köçmələrini Asif Həşimova təklif etmiş, sonuncu isə bunu qəbul etməyərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu da bu səbəbdən Asif Həşimova irad bildirmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və sonuncunun təklifi ilə Asif Həşimov evi tərk etmişlər, Təqsirləndirilən şəxs özünə məxsus olan “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağında, Asif Həşimov isə ön sağ oturacağında əyləşmiş, avtomobil hərəkətə başlamış, lakin haraya getdiklərini bilməmişdir. Sonradan Şahid15 deməsinə əsasən Təqsirləndirilən şəxs Asif Həşimova bıçaqla zərbələr vuraraq sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Asif Həşimov onun atası olmuş, Təqsirləndirilən şəxs isə dayısıdır. X31 ailəsinə qarşı çox kobud olmuş, tez-tez əsəbləşib onu, qardaşlarını və anasını döymüş və onlara qarşı digər qanunsuz hərəkətlər etmişdir. Dayısı Təqsirləndirilən şəxs hər zaman maddi cəhətdən onlara kömək etmiş, X31 isə insult keçirdikdən sonra evə qazanc gətirməmişdir. Hadisə baş verən zaman o, Bakı şəhərində olmuş, dayısı Təqsirləndirilən şəxs X31u öldürməsinə səbəb sonuncunun anasına qarşı söyüşlər söyüb döyməsi, həm anasına, həm də ona və qardaşlarına qarşı qanunsuz hərəkətlər etməsi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Asif Həşimov isə qızı Şahid2 əri olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, həmin müharibədən sonra psixi xəstəliklərə düçar olmuş, dərmanlarını vaxtlı-vaxtında qəbul etmədikdə psixi durumu kəskinləşmişdir. Təqsirləndirilən şəxs uzun müddət ərzində Bakı şəhərində yerləşən müxtəlif restoranlarda kababçı işləmiş, Şəki rayonuna gəldikdə isə öz evində qalmışdır. Qızı Şahid2 isə təxminən 15 il əvvəl Asif Həşimovla ailə həyatı qurmuş, bir müddət Oğuz rayonunun Xaçmaz kəndində yaşadıqdan sonra Şəki rayonunun Aşağı Küngüt kəndinə köçüb Təqsirləndirilən şəxs tapdığı fərdi yaşayış evində kirayədə yaşamağa başlamışlar. Asif Həşimov ailəsinə qarşı çox kobud olmuş, tez-tez əsəbləşib uşaqlarını və arvadını döymüş və onlara qarşı digər qanunsuz hərəkətlər etmişdir. Qeyd olunan səbəbdən də Təqsirləndirilən şəxslə Asif Həşimovun arasında mübahisə yaranmış, lakin dava-dalaş baş verməmişdir. 26 oktyabr 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxslə yeznəsi Asif Həşimovun arasında baş vermiş mübahisənin şahidi olmamış və sonradan kənddə yaşayan şəxslərin deməsinə əsasən Təqsirləndirilən şəxs Asif Həşimova bıçaqla zərbələr vuraraq sonuncunu öldürdüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində işləyir. 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 16:30 radələrində Şahid5lə növbədə olmuş, X12 giriş-çıxış qapısının yanında dayanmaqla bəzən “Acil” şöbəsinə daxil olmuş, daha sonra isə həmin yeri tərk etmişdir. Bu zaman bir nəfər adını bilmədiyi şəxs “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı, tünd albalı rəngli avtomobildən düşərək həkimin gəlməsini xahiş etmiş, o da xəstənin təkərli araba ilə daşınmasından ötrü adını bilmədiyi porteri və tibb işçilərini çağırmış, porter gəldikdən sonra həmin vaxt avtomobilin sürücüsü avtomobilin ön sağ oturacağından hərəkətsiz formada olan bir nəfər şəxsin meyitini düşürüb təkbaşına xərəyin üzərinə qoymuşdur. Həmin vaxt onun çağırdığı həkimlər çölə çıxaraq xərəyin üzərində hərəkətsiz formada qalan xəstəyə baxmışlar, nəbzini yoxlamışlar və bundan sonra şəxsin artıq öldüyünü bildirmişlər. Həmin vaxt xəstəni gətirmiş şəxs xəstəxananın X17 giriş-çıxış qapısından içəri daxil olmuş, qana bulaşmış əllərini yumuş və gətirdiyi şəxsin artıq öldüyünü öyrəndikdən sonra idarə etdiyi “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı, tünd albalı rəngli avtomobili idarə edib həmin yeri tərk etmişdir. Bundan sonra o, meyitə yaxınlaşdıqda meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğunu, üstündə və yerdə qan ləkələrinin olduğunu aşkar etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən Şahid6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X29 Bölməsinin tibb bacısı vəzifəsində işləyir. 26 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində həmin xəstəxananın X29 bölməsində işdə olarkən dəhlizdə tibb işçiləri təşviş içərisində xəstənin olması barədə səs-küy salmışlar və hər kəsin X29 bölməsinin qarşısına xəstəxananın həyətinə çıxdığını görüb o da həyətə çıxmışdır. Bu zaman bölmənin qarşısında tünd qırmızı rəngli “VAZ 2107” markalı avtomobilin dayandığını, avtomobilin sağ tərəfində yerdə isə üzərində qan ləkələri olan hərəkətsiz vəziyyətdə tanımadığı, adının sonradan Asif Həşimov olduğunu bildiyi şəxsin olduğunu görüb digər tibb işçiləri ilə birlikdə oraya tərəf yaxınlaşmış və bu zaman “Acil” şöbəsinin növbətçi həkimi Şahid9 ilə birlikdə digər tibbi bacıları da həmin şəxsi müayinə edib xəstənin öldüyünü demişlər. X26 meyitinin yanında həmin “VAZ 2107” markalı avtomobilin sürücüsü olan bir nəfər tanımadığı, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs də olmuş və Asif Həşimovu oraya gətirən Təqsirləndirilən şəxs olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Vəfa X9 səhhətini soruşmuş, tibb işçiləri isə artıq şəxsin öldüyünü demişlər və bundan sonra Təqsirləndirilən şəxs X29 bölməsində qana bulaşmış əlini yuyub avtomobilinə əyləşərək həmin yeri tərk etmişdir. Asif Həşimovun ürək nahiyəsindən qan gəldiyini və bud nahiyəsində kəsilmiş-deşilmiş xəsarətin olduğunu görüb sonuncunun öldürüldüyünü bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid7 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən Şahid7 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, əvvəllər Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən “Məhəmmədin dükanı” adlı mağazanı işlətmiş, həmin mağazada təsərrüfat malları, o cümlədən mətbəxdə istifadə üçün nəzərdə tutulan bıçaqlar və sair satılmışdır. Təqsirləndirilən şəxs öz qohumunu öldürdüyü bıçağı məhz ondan alıbalmadığını dəqiq xatırlamamış, lakin 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 12 radələrində adını bilmədiyi xanımla bir nəfər cavan oğlanın oraya gəlib ondan bıçaq aldığını xatırlamış, lakin gün ərzində çox insan gəlib ondan bazarlıq etdiyi üçün həmin adamın kimliyini xatırlamamış, lakin həmin bıçağı hansı məqsədlə aldıqlarından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Asif Həşimovu öldürdüyü bu bıçaq onun işlətdiyi mağazada satılan bıçaqlardan olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid10 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etmiş, döyüşlər zamanı mərminin partlaması nəticəsində başından kontuziya almış, dövlət tərəfindən bir sıra medallarla təltif edilmiş və müharibədən qayıtdıqdan sonra mütəmadi olaraq psixoloji dərmanlardan istifadə etmişdir. Kənddə yaşayan şəxslərin deməsinə əsasən Asif Həşimovun arvadı Şahid2 və övladlarını döyməsi, fiziki zor tətbiq etməsi, nalayiq ifadələr işlədərək təhqir etməsi, baş vermiş hadisədən əvvəl də X24 İsayevin bacısı Şahid2 ünvanına nalayiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Asif Həşimova bıçaq zərbələr vuraraq sonuncunu öldürməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxslə sonuncu dəfə 26 oktyabr 2023-cü il tarixdə saat 12:40 radələrində görüşmüş və sonuncu təxminən maksimum 30 dəqiqə ərzində Şəki Rayon Psixiatriya Xəstəxanasında onun yanında olmuşdur. O, həmin gün Təqsirləndirilən şəxs müayinə edən zaman sonuncuda impulsivlik, affektiv reaksiyalara meyllilik, tez özündən çıxmağa mübahisəyə meyllilik görmüş, gəldiyi gündən bəri sonuncuda gərginlik olmuş, əvvəllər də onun baş həkimi olduğu xəstəxanada ambulator və stasionar qaydada müalicə almışdır. Dərman olmadığı üçün tez-tez əsəbləri gərilmiş və mübahisə yaratmışdır. Həmin gün Təqsirləndirilən şəxs “Klonazepan”, “Abizol”, “Depakin” və “Amitripilin” dərman vasitələrini vermiş, söhbət əsnasında Təqsirləndirilən şəxs ona artıq bezdiyini, bir yerdə çox işləyə bilmədiyini, tez-tez psixoloji xəstəliyindən dolayı hövsələsiz olduğunu, ona görə də daim iş yerlərində mübahisə edib iş yerini dəyişdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs stasionar qaydada müalicə olunmasını məsləhət görmüş, sonuncu isə problemlərini həll edib gələcəyini demiş və təxminən saat 13:10 radələrində Şəki Rayon Psixiatriya Xəstəxanasını tərk edib getmişdir. Təqsirləndirilən şəxs törədəcəyi cinayət barədə ona hər hansı məlumat verməmiş, lakin ailədaxili problemləri olduğunu və çox sıxıldığını hiss etmişdir. Təqsirləndirilən şəxs dərman qəbul etməyəndə səhhəti çox pis olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etmiş və kontuziya almışdır. Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirakından əvvəl psixoloji durumunda hər hansı problem olmamış, məhz müharibədən sonra sonuncuda kontuziyalar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs daim Şəki Rayon Psixiatriya Xəstəxanasında və 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Kənddə yaşayan şəxslərin deməsinə əsasən Təqsirləndirilən şəxs bacısı Şahid2 ilə sonuncunun əri Asif Həşimovun ailədaxili mübahisələrinin olması, Asif Həşimovun öz ailəsinə, həmçinin də arvadı Şahid2 qarşı qanunsuz hərəkətlər etməsi, qeyd olunan səbəbdən Təqsirləndirilən şəxslə Asif Həşimovun arasında mübahisələrin yaranması ona məlum olmuş, lakin o, qeyd olunanların şahidi olmamışdır. Sonradan o, 26 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Asif Həşimovu öldürdüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki rayonunun Aşağı Küngüt kəndində yerləşən və hazırda qardaşı Əli Dəmirovun mülkiyyətində olan fərdi yaşayış evində Təqsirləndirilən şəxs bacısı Şahid2, sonuncunun əri Asif Həşimov və onların övladları kirayədə qalmışlar. Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etmiş və dövlət təltifləri ilə təltif olunmuşdur. Müharibədən sonra Təqsirləndirilən şəxs psixoloji durumunda gərginlik olmuş, dərman qəbul etməyəndə özündə olmamış, çox hövsələsiz olmuş, baş ağrıları olanda dözə bilməmiş, törətdiyi əməl də sonuncunun müharibə zamanı aldığı kontuziya ilə əlaqədar olmuşdur. Kənddə yaşayan şəxslərin deməsinə əsasən mərhum Asif Həşimovun tez-tez evdə arvadı Əfsanə Həşmovanı və övladlarını döyməsi ona məlum olmuşdur. 26 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində olmuş və Təqsirləndirilən şəxs yeznəsi Asif Həşimovu öldürməsi barədə sonradan məlumatı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:15-də Şəki Rayon Mərkəzi Xəstəxanasından Şəki Şəhər-Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq bir nəfər şəxsin bıçaqla öldürülərək gətirilməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 oktyabr 2023cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:35-də Şəki Rayon Mərkəzi Xəstəxanasından Şəki Şəhər-Rayon Polis Şöbəsinə telefonla zəng olunaraq bir nəfər şəxsin “iti cisimdən istifadə olunmaqla qəsdetmə, sinəsində çoxsaylı və sol ayağında bıçaq yaraları” xəsarətləri ilə öldürülməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 oktyabr 2023cü il tarixli təqrirdən görünür ki, həmin tarixdə saat 16:20 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasından Şəki Rayon Prokurorluğuna telefonla zəng olunaraq Təqsirləndirilən şəxs qeyd olunan tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə göstərilən xəstəxananın həyətinə X11 üzərində kəsilmiş-deşilmiş yaralarla olan meyitini düşürüb çıxıb getməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin könüllü gəlməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinə gələrək qeyd olunan tarixdə saat 16 radələrində “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin içərisində X15 bıçaqla bir neçə zərbə vurduğunu, sonuncunun aldığı xəsarətlərdən öldüyünü və göstərilən avtomobil ilə X32 Rayon Mərkəzi Xəstəxanasına apardığını bildirmiş və sonuncunu öldürən zaman istifadə etdiyi bir ədəd bıçağı təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X12 (“Acil” şöbəsi) giriş-çıxış qapısının qarşısındakı yerdir. X12 giriş-çıxış qapısının qarşısındakı asfalt örtüklü 9 metr enində olan avtomobil yolunun qeyd olunan giriş-çıxış qapısının qarşısına düşən kənarında yerdən 1,2 metr hündürlükdə olan bir ədəd təkərli xərəyə arxası üstə uzadılmış vəziyyətdə X11 meyiti vardır. Meyitin əynində qara rəngli gödəkçə, üzərində göy və ağ rənglərdən ibarət naxışları olan tünd qırmızı rəngli uzunqol kofta, koftanın altında qara rəngli mayka, belində qara rəngli kəməri olan qara rəngli şalvar, ayağında isə alt hissəsi ağ rəngdə olan qara rəngli ipli idman ayaqqabısı vardır və həmin paltarlar qana bulaşmış vəziyyətdə olmaqla əynindəki şalvarın sol ayağının dizdən yuxarı nahiyəsinə düşən hissəsində gözlə görünən 11x1 ölçüdə zədə və həmin zədənin düşdüyü nahiyədə ayağında əllə təmas etmədən gözlə görünən xəsarət vardır. Meyitin üzü qana bənzər ləkələrə bulaşmış vəziyyətdədir. Meyitin baş nahiyəsi X18 giriş-çıxış qapısı istiqamətində (qərb istiqamətinə) olmaqla, həmin qapıdan 9 metr aralıdadır, ayaqları isə əks tərəfə (şərq istiqamətinə) olmaqla avtomobil yolunun eni üzrə qurtaracağından 8,8 metr məsafədədir. Meyitin sağ tərəfi şimal istiqamətinə olmaqla sağ tərfində avtomobil dayanacağı vardır, meyitin sol tərəfi isə cənub istiqamətinədir. Meyitin olduğu xərəyin altında 0,15x0,17 metr ölçüdə qana bənzər ləkənin olduğu gölməçə vardır. Həmin yerdən 3,1 metr şimal-şərq istiqamətində aralıda asfalt örtüklü yerin üzərində 0,5x0,3 metr ölçüdə laxtalanmış vəziyyətdə qanabənzər maye vardır. Həmin yerdən 0,4 metr şərq istiqamətində aralıda asfalt örtüklü yerin üzərində 0,45x0,22 metr ölçüdə qanabənzər ləkələr vardır. Bundan başqa baxışda iştirak edən Şahid5 və Şahid6 26 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində xəstəxanada növbədə olduqları müddətdə bir nəfər tanımadığı şəxsin “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyatlı nişanlı, tünd qırmızımtıl rəngli avtvomobillə X5rşısına gəlib avtomobilini saxlayaraq avtomobilin ön sərnişin oturacağından həmin meyiti düşürüb qeyd olunan avtomobil ilə həmin yeri tərk etdiyini bildirmişlər. Daha sonra qeyd olunan yerlərdən qanabənzər ləkələr ayrı-ayrılıqda pambığa hopdurularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə mərhum X11 meyitinə baxış keçirilmişdir. Meyitin əynində olan qara rəngdə ön hissəsi dəri materialdan, digər hissələri parça materialdan olan gödəkcə, qara rəngdə cins şalvarın sol tərəfində, budun orta 1/3-i proyeksiyasında, içəri və bayır səthlərdə müvafiq olaraq 11,0 x1,0 sm ölçüdə və 4,0x1,0 sm ölçüdə, həmin xətt boyu sağ ayaqlığın içəri orta 1/3-i səviyyəsində 3,0x0,8 sm ölçüdə zədələr vardır. Qırmızı rəngdə olan jaket, qara rəngdə mayka, qara rəngdə tuman və qara rəngdə corablar qana bulaşmışdır. Döş qəfəsinin ön və sol yan səthi, sol aşağı ətraf, bayır və arxa səthi qana bulaşmışdır. Meyit ləkələri bədənin arxa və yan səthlərində zəif inkişaf etmişdir, barmaqla təsir etdikdə itir və 10 saniyə müddətində yenidən bərpa olunur. Meyitin sol çiyin qurşağının yuxarı içəri 1/3-də köndələn istiqamətdə soldan-sağa, nisbətən yuxarıdan aşağı istiqamətdə, köndələn vəziyyətdə 6,0x2,5 sm ölçüdə kəsilmiş-soyulmuş yara vardır. Yara zondla yoxlanıldıqda döş boşluğuna keçmir. Sol budun orta bayır 1/3-də boylama istiqamətdə 9,0x3,5 sm ölçüdə kəsilmiş-deşilmiş yara vardır, yaradan çirklənmiş əzələ xaric olmuşdur. Zondla yoxlanıldıqda yara sol budun içəri orta 1/3-də olan 4,0x2,0 sm ölçüdə yaradan bayıra çıxır və həmin istiqamətdə sağ budun içəri orta 1/3-də olan 3,0x1,5 sm ölçüdə yaraya daxil olur. Döş qəfəsinin ön səthində, döş sümüyünün yuxarı 1/3-i proyeksiyasında köndələn istiqamətdə, kənarları hamar, bucaqları iti, ətrafları qansızmalı 1,5x0,8 sm ölçüdə açıq yara vardır. Yaranın dibini sümüküstlüyü zədələnmiş döş sümüyü təşkil edir. Bədən səthində digər xəsarətlər aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 26 oktyabr 2023cü il tarixli, 99 A nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:20 radələrində könüllü surətdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə özünü təqdim etdiyi vaxt təhvil verdiyi bir ədəd bıçaq qatlanmayandır, gümüşü rənglidir, əl tutan yerinin (dəstəyinin) uzunluğu 113 mm olan hissəsi açıq-qəhvəyi rəngdə taxta materialdandır, 03 ədəd bərkidici vasitəsilə bərkidilmişdir, orta hissədən eni 35 mmdir, üzərində hər hansı naxışları yoxdur, iti hissəsi 180 mm-dir və iti hissəsinin hər iki tərəfi itidir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş geyim paltarlarının könüllü olaraq təqdim olunması, götürülməsi və baxış keçirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olduğunu bildirdiyi bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd ağ-boz rəngli tuman, bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd boz rəngli şalvar, bir ədəd qayış, bir cüt qara rəngli corab və bir cüt qara rəngli ayaqqabını könüllü olaraq təqdim etmiş və həmin geyim paltarları götürülərək baxış keçirilmişdir. Qolsuz mayka ağ rənglidir, arxa tərəfində qanabənzər ləkələr vardır. Bir ədəd tuman ağ-boz rənglidir, sağ yan və sağ aşağı hissələrində gözlə görünən qanabənzər ləkə vardır. Qısaqol köynək qara rənglidir, sağ qol hissəsinin üzərində qanabənzər ləkələr vardır. Bir ədəd şalvar boz rənglidir, ön hissəsinin sağ və sol səthi üzərində qanabənzər ləkələr vardır, arxa tərəfində isə yalnız sağ səthi üzərində qanabənzər ləkələr vardır. Bir cüt ayaqqabı qara rənglidir, həm sağ, həm də sol tayı üzərində qanabənzər ləkələr vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, “VAZ 2107” markalı, **-CH- *** dövlət qeydiyyat nişanlı, tünd albalı rəngli avtomobilin sürücünün əyləşməsi üçün nəzərdə tutulmuş ön oturacağının və ön sərnişin oturacağının üzlüyündə, avtomobilin qara rəngli sükanının üzərində, arxa sağ sərnişin oturacağının ayaqaltısının üzərində, ön sərnişin oturacağındakı üzlüyün üzərində, arxa sərnişin oturacağında olan 1 ədəd qara rəngli gödəkçənin üzərində və arxa oturacağın ayaqaltılarının orta hissəsindəki rezin materialdan olan kiçik ölçülü ayaqaltının üzərində qanabənzər ləkələr aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs məhz həmin avtomobilin içərisində X15 bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürdüyünü və avtomobilin içəri hissəsində aşkar edilmiş qanabənzər ləkələrin sonuncuya məxsus qan ləkələrinin olduğunu bildirdi. Baxış keçirilən zaman qeyd olunan yerlərdən ayrı-ayrılıqda pambıqlara hopdurularaq qanabənzər ləkələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yaddaş qurğusuna baxış keçirilməsi haqqında 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X29 bölməsinin giriş hissəsində quraşdırılmış videomüşahidə kameralarının qeydə aldığı videogörüntülərin əks olunduğu yaddaş qurğusuna baxış keçirilmişdir. ACİL COL 1 adlı kameranın (binanın sol tərəfində X12 girişi ilə üzbəüz durduqda sağ tərəfində quraşdırılmış və X12 giriş hissəsini əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, 26 oktyabr 2023-cü il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyatlı nişanlı avtomobil ilə binanın arxa hissəsindən binanın sol tərəfinə hərəkət edərək X12 giriş hissəsinin qarşısında avtomobili saxlayıb avtomobilin sürücü sükanından çıxaraq əvvəl yeriyərək, sonra isə qaçaraq təcili yardım bölməsinə daxil olur və görüntüdən itir. Daha sonra saat 16:01-də Təqsirləndirilən şəxs bir ədəd boş təkərli xərəyi tək şəkildə avtomobilinin ön sərnişin oturacağının qapısının yanına gətirib saxlayaraq avtomobilinin ön sərnişin oturacağının qapısını açır və hərəkətsiz vəziyyətdə olan Asif Həşimovun əvvəlcə ayaqlarından, sonra isə kürək nahiyəsindən tutaraq sonuncunu avtomobildən çıxarıb avtomobilin sağ tərəfi hissəsində avtomobilə paralel vəziyyətdə, baş nahiyəsi avtomobilin arxa hissəsinə, ayaqları isə avtomobilin ön hissəsinə tərəf asfalt örtüklü yerə arxası üstə uzadır, bu zaman həmin yerə tibbi işçisi geyimində və mülki geyimdə olan bir neçə şəxs, habelə mühafizə xidmətinin işçiləri də toplaşır, həmçinin avtomobildə başqa şəxsin olması müşahidə olunmur. Təqsirləndirilən şəxs Asif Həşimovun kürək nahiyəsindən tutaraq, bir nəfər mülki geyimli kişi cinsli şəxs isə Asif Həşimovun ayaqlarından tutub qaldıraraq xərəyin üzərinə qoymağa cəhd edirlər, lakin həmin mülki geyimli şəxsin bunu bacarmayaraq Asif Həşimovun ayaqlarını yenidən yerə qoyaraq kənara çəkilməsi səbəbindən Təqsirləndirilən şəxs də Asif Həşimovun kürək nahiyəsini yenidən yerə qoyub bir qədər kənara çəkilir və əlini qaldıraraq nəsə deyir. Daha sonra Təqsirləndirilən şəxs yenidən Asif Həşimova yaxınlaşaraq sol əli ilə sonuncunun şalvarının kəmər hissəsindən, sağ əli ilə isə koftasından tutaraq dizi ilə də dəstək verib tək şəkildə sonuncunu xərəyin üzərinə qoyur və 4 saniyə gözlədikdən sonra X29 bölməsinə daxil olaraq saat 16:03-də görüntüdən itir. Təqsirləndirilən şəxs xəstəxanın içəri hissəsinə yollandığı ərəfədə isə oraya toplaşmış tibbi geyimli şəxslərin xərəyin üzərində olan Asif Həşimovu müayinə etmələri müşahidə olunur. Saat 16:04-də Təqsirləndirilən şəxs X29 bölməsindən çıxır və yeriyərək xərəyin üzərində olan Asif Həşimovun yanından və oraya toplanmış şəxslərin yanından keçərək birbaşa avtomobilinə doğru gedib əvvəlcə ön sərnişin qapısını açıb yenidən bağlayaraq avtomobilin arxa hissəsi ilə avtomobilin sükanı arxasına əyləşir və həmin yerdən xəstəxana binasının arxa hissəsi istiqamətində hərəkət edib saat 16:05-də görüntüdən itir. Tibb işçiləri xəstəxanadan bir ədəd örtük gətirərək xərəyin üzərində olan Arif Həşimovun üzərinə örtürlər. 02 və 07 nömrəli kameranın (binanın sol tərəfində X12 girişinin yuxarı hissəsində quraşdırılmış və X12 giriş hissəsini əks etdirən) qeydə aldığı videogörüntülər kameranın qeydə aldığı digər görüntülərlə eynilik təşkil edir. 01 nömrəli kameranın (X12 içərisinə daxil olduqda sağ künc hissədə quraşdırılmış və həmin bölmənin içərisinidəki dəhlizi əks etdirən) qeydə aldığı videogörüntülərdən görünür ki, 26 oktyabr 2023-cü il tarixdə saat 16:00-da mühafizə xidmətinin işçisi dəhlizə daxil olub bir nəfər tibbi sanitar geyimində olan qadın cinsli şəxsi çölə çağırır, bundan sonra digər tibb işçiləri də çöldə hər hansısa hadisənin baş verməsini bir-birilərinə bildirərək çölə çıxırlar. Saat 16:03-da Təqsirləndirilən şəxs təcili yardım bölməsinə yeriyərək daxil olub birbaşa üzbəüz olan otağa daxil olub görüntüdən itir və 42 saniyə sonra saat 16:04-də daxil olduğu otaqdan yenə yeriyərək çıxıb gəldiyi istiqamətdə gedib görüntüdən itir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 62 nömrəli rəyindən görünür ki, X11 meyitində “sol xarici yuxu arteriya və venaların kəsilməsi ilə boyunun sol aşağı 1/3-nin kəsilmiş yarası, sol budun dəlib keçən və sağ buda daxil olan deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə, 26 oktyabr 2023-cü il tarixdə deşici-kəsici əşyanın, bıçağın təsirindən əmələ gəlmiş, həyati, yəni ölümündən bir qədər əvvəl yetirilmiş, ağırlıq dərəcələrinə görə, sol xarici yuxu arteriya və vena damarlarının kəsilməsi həyat üçün təhlükəli olduğundan sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya, hər iki bud nahiyəsində və döş qəfəsinin ön səthində olan yaralar isə yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər. X11 bədəni üzərində qarşılıqlı mübarizəyə xarakterik xəsarətlər aşkar olunmadı. X11 ölümü meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Onun ölümünə səbəb sol xarici yuxu arteriya və vena damarlarının kəsilməsi nəticəsində inkişaf edən kəskin xarici qanaxma olmuşdur. X21 xəsarət alarkən müxtəlif vəziyyətlərdə, o cümlədən oturaq vəziyyətdə ola bilərdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 noyabr 2023-cü il tarixli 62 nömrəli rəyindən görünür ki, X11 meyitində “sol xarici yuxu arteriya və venaların kəsilməsi ilə boyunun sol aşağı 1/3-nin kəsilmiş yarası, sol budun dəlib keçən və sağ buda daxil olan deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə, 26 oktyabr 2023-cü il tarixdə deşici-kəsici əşyanın, bıçağın təsirindən əmələ gəlmiş, həyati, yəni ölümündən bir qədər əvvəl yetirilmiş, ağırlıq dərəcələrinə görə, sol xarici yuxu arteriya və vena damarlarının kəsilməsi həyat üçün təhlükəli olduğundan sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya, hər iki bud nahiyəsində və döş qəfəsinin ön səthində olan yaralar isə yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər. Onun bədəni üzərində qarşılıqlı mübarizəyə xarakterik xəsarətlər aşkar olunmadı. Onun ölümü meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Onun ölümünə səbəb sol xarici yuxu arteriya və vena damarlarının kəsilməsi nəticəsində inkişaf edən kəskin xarici qanaxma olmuşdur. O, xəsarət alarkən müxtəlif vəziyyətlərdə o cümlədən oturaq vəziyyətdə ola bilərdi. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazepin, pirazalon, 1,4 benzodiazepin törəmələri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 20 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X21 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən ön sol və sağ oturacaqların söykənəcək və oturacaq hissələrinin üzlüklərinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi 1 nömrəli cədvəldə göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X15 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X15 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “VAZ 2107” markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən ön sağ oturacağın oturacaq hissəsinin üzlüyünün səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X15 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürüldüyü qeyd edilən ön sol oturacağın oturacaq hissəsinin üzlüyünün səthi üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Asif Həşimov və Təqsirləndirilən şəxs sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərinin, Asif Həşimovun sağ və sol əllərindən götürülmüş yaxma nümunələrinin və hadisə yerinə baxış keçirilən zaman götürüldüyü qeyd edilən 01 ədəd bıçağın səthi üzərində kənar lif mikrohissəcikləri və həmçinin X15 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmədaktiloskopik-ballistik və trasoloji ekspertizasının 27 dekabr 2023-cü il tarixli 3/1928- 3/1929-3/1935 nömrəli rəyindən görünür ki, təqdim edilən 01 ədəd bıçağın səthində papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthindəki papilyar naxış izləri müqayisəli tədqiqat üçün yararsız olduğundan təqdim edilmiş 02 ədəd daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmadı. Təqdim edilmiş 01 (bir) bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bağlamaların üzərində “... X15 məxsus...” yazıları olan gödəkçənin, koftanın, maykanın və şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən gödəkçənin, koftanın, maykanın və şalvarın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş gödəkçənin, koftanın, maykanın və şalvarın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş gödəkçənin, koftanın, maykanın və şalvarın səthində olan və yuxarıda təsvir edilmiş zədələr X11 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə qismən üst-üstə düşürlər. Təqdim edilmiş bağlamaların üzərində “... X15 məxsus...” yazıları olan bir ədəd tumanın, bir cüt corabın və bir cüt idman ayaqqabısının səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bağlamaların üzərində “... Təqsirləndirilən şəxs məxsus...” yazıları olan gödəkçənin, koftanın, maykanın, şalvarın, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının səthində zədə yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi nəzərə alınmış və barəsində CM-in 120.2.2, 120.2.4, 122.1, 221 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbibioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 66/2024-MTBŞ nömrəli rəyindən görünür ki, X11 AB0 sistemi üzrə qan qrupu 0(H)(1)-dir. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A(İİ) RH+dir ( şəxsiyyət vəsiqəsindən). Məhkəmə-bioloji ekspertizasına təqdim olunmuş X15 məxsus qolsuz mayka, cins şalvar və ona keçirilmiş kəmər, köynək (kofta), gödəkçə, tuman, 01 tay corab və 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus qolsuz mayka, şalvar, köynək, gödəkçə, tuman, 01 cüt ayaqqabı, ona məxsus “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol və sağ ön oturacaq və söykənəcək üzlükləri, bir ədəd bıçağın tiyəsi və tutacağı, Asif Həşimovun hər iki əlinin ovuc səthlərindən pambıq topalarına keçirilmiş ləkələr, Asif Həşimovun başının 04 (dörd) nahiyəsindən götürülmüş nümunə tüklərində, onun təqdim edilmiş hər iki əl barmaq dırnaq nümunələrində, hadisə yerinə və “VAZ 2107” markalı, “**-CH-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 06 ədəd pambıq topalarına keçirilmiş maddə ləkələrində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunan zaman antigen qismində yalnız “H” antigeni, bəzi ləkələrdə aqqlyutinin qismində həmçinin “alfa” və “beta” aqqlyutininləri də alındı, “A” və “B” antigenləri isə alınmadı. “H” antigeni digər göstərilən antigenlər ilə müqayisədə resessiv antigen olduğundan bu antigen yalnız tək, homoziqot genotipli halda (h/h), o cümlədən alınmış hər iki aqqlyutininlə birlikdə əsas antigen kimi 0(H)(1) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən yuxarıda göstərilən əşyalarda olan qan ləkələrinin birmənalı olaraq həmin qan qruplu şəxsə (şəxslərə) məxsus olduğunu söyləmək olar və bu halda həmin qan ləkələrinin AB0 sistemi üzrə eyni qan qruplu X15 məxsus olması inkar olunmur. Qan ləkələrinin təyini zamanı Təqsirləndirilən şəxs qan qrupunu xarakterizə edən “A” antigeni alınmadığından ləkələrdə onun qanı AB0 sistemi üzrə inkar olunur. Asif Həşimovun digər tay corabında, Təqsirləndirilən şəxs məxsus tük və dırnaqlarda tədqiqat zamanı qan, Təqsirləndirilən şəxs 01 cüt corablarında və kəmərində isə baxış keçirilən zaman qana şübhəli hər hansı ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə könüllə şəkildə özünü təqdim edən zaman təhvil verdiyi bıçaq digər bıçaqlarla birlikdə Şahid3 təqdim edilmiş və sonuncu həmin bıçaqlar arasında olan bıçağı tanıyaraq bıçağın 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Şəki şəhərində “Təzə Bazar” adlanan ərazidə Sabit Rəhman küçəsində yerləşən “Məhəmmədin dükanı” adlı mətbəx ləvazimatları satılan mağazadan aldıqları bıçaq olduğunu, həmin bıçağı ölçüsünə, dəstəyinin açıq-qəhvəyi rənglərinə və taxta materialdan olmasına, tiyəsinin gümüşü rəngdə olmasına və çörək kəsmək üçün istifadə edilməsinə görə tanıdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 noyabr 2023-cü il tarixli PHŞ- 18-1-71/2-980/2023 nömrəli məktubdan görünür ki, X21 ilə bağlı "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin X3 Yardım Stansiyasına X5rşısında çağırış olunmuş, çağırışa növbətçi həkim Cavid Zeynalov getmiş və hadisə yerində kişi cinsli meyit aşkar olunmuşdur. Müayinə zamanı mərhumun bədəninin müxtəlif yerlərində çoxsaylı iti alətlə kəsilmiş yaralar aşkar edilmişdir. X21 həmin xəstəxananın şöbələrinə, həmçinin, cari il ərzində rayon ərazisində fəaliyyət göstərən digər dövlət tibb müəssisələrinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsinin Şəki Regional Qeydiyyat-İmtahan və X13 daxil olmuş 30 noyabr 2023-cü il tarixli ***-**** nömrəli məktubdan görünür ki, mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisindən 30 mart 2022-ci il tarixdə 29 mart 2023-cü il tarixədək və 30 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək müddəti olan etibarnamə ilə (nəqliyyat vasitəsinə dair sərəncam hüququ) X1 adına 25 noyabr 2021-ci il tarixdə qeydiyyata alınan VAZ 21074 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Şəhər- Rayon Polis Şöbəsindən daxil olmuş 16 fevral 2024-cü il tarixli 313108/2-3695/2024 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonunun Aşağı Küngüt kəndində qeydiyyatda olmaqla yaşayan, Vətən müharibəsində yaralanmış, dəfələrlə müharibədə iştirakına görə dövlət tərəfindən medallarla təltif olunan, müharibədə aldığı kontuziyalarla əlaqədar psixoloji xəstəliklərdən əziyyət çəkmiş Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində yeznəsi X14 "VAZ 2107" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildə bıçaqla ailədaxili şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı öldürdüyü, Təqsirləndirilən şəxs bıçağı Şəki şəhərində Təzə Bazarda yerləşən “Məhəmmədin dükanı" adlanan mağazadan öz həyat yoldaşı Şahid3 ilə birlikdə aldığı, Təqsirləndirilən şəxslə Asif Həşimovun spirtli içkilər və narkotik vasitələrin aludəçisi olmadığı, Təqsirləndirilən şəxs Asif Həşimovu öldürdüyü zaman ətrafda heç kəsin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ-2258 nömrəli “Suqovuşanın azad olunmasına görə” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2368 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İ-36368 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonunun Aşağı Küngüt kəndində yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonunun Aşağı Küngüt kəndində yaşamışdır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının 4-cü bəndinə əsasən, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121- 123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, İsayev X8 Asif Arif oğlunu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CMin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 20 dekabr 2023-cü il tarixli 195 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. O, törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. O, ittiham olunduğu cinayət əməlini törədərkən “Üzvi mənşəli şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmiş, həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti olmuşdur. Buna görə də o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. O, törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onda hal-hazırda da “Üzvi mənşəli şəxsiyyət pozuntusu” müəyyən edilir. Onun hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. O, təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən məlum olur ki, onun əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq, o, hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. O, fərdi-psixi xüsusiyyətlərində və emosional sferasında konfliktə meyllilik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional reaksiyalara və aqressiv davranışlara meyllilik, emosional dəyişkənlik, impulsivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı onun psixi-emosional vəziyyətində qəzəb, emosional reaksiyalara meyllilik əmələ gəlmiş, həmin halların yaranması əziyyət çəkdiyi psixi pozuntu fonunda situasiya ilə əlaqədar olmuşdur. O, hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Törətdiyi əməl zamanı onun keçirdiyi psixi-emosional hal onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən, belə nəticəyə gəlinir ki, o, öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. O, törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Üzvi mənşəli şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmişdir. Hadisə zamanı həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti olduğundan o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. O, törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onda hal-hazırda da “Üzvi mənşəli şəxsiyyət pozuntusu” müəyyən edilir. Onun hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. O, təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Hal-hazırkı psixiatrik müayinənin nəticələrindən məlum olur ki, onun əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti halhazırda da davam edir. Bununla əlaqədar olaraq, o, hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. O, müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan konfliktə və mübahisəyə meyllilik, qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional reaksiyalara və aqressiv davranışlara meyllilik, emosional dəyişkənlik, impulsivlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu fonunda situasiya ilə şərtləşmişdir. O, hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Onun hadisə vaxtı keçirdiyi psixi-emosional hal onda müəyyən edilən psixi pozuntu ilə şərtləşdiyindən o, öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının 31 iyul 2024-cü il tarixli 132 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dekompensasiya (kəskinləşmə) vəziyyəti”ndə olduğundan o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır. Buna görə də o, təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. O, təqsirləndirildiyi cinayət əməlini törədərkən düçar olduğu “Üzvi mənşəli şəxsiyyət pozuntusu”nun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuşdur. Buna görə də o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. O, hal-hazırda da “Üzvi mənşəli şəxsiyyət pozuntusu”ndan əziyyət çəkir. Həmin psixi patologiyanın gedişində hal-hazırda da dekompensasiya mərhələsi davam edir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşür. Onun mübtəla olduğu “Üzvi mənşəli şəxsiyyət pozuntusu”nun gedişində hal-hazırda dekompensasiya mərhələsi davam etdiyinə görə o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. O, özü və ətrafdakılar üçün sosial təhlükə əhəmiyyəti kəsb edir. CM-in 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Onun psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində CM-in 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Onun öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, onda müəyyən edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, dekompensasiya vəziyyəti” psixi patologiyası müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Yoxlanılan şəxsin müayinədə olduğu dövr ərzində kliniki psixopatoloji metodla aparılan müayinə əsasında əziyyət çəkdiyi şəxsiyyət pozuntusu müəyyən edilməsi ilə nəticələnən hazırkı müayinə gedişatında onun simulyasiya və yamsılama etmək iqtidarında olmaması qənaətinə gəlinməsinə əsas verir. Hal-hazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, onda hazl-hazırkı stasionar məhkəmə-psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22 sentyabr 2021-ci il tarixli **********921 nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair Elektron Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 20 yanvar 2006-cı il tarixdən 03 iyul 2007-ci il tarixədək və 30 sentyabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, hərbi həkim komissiyasının rəyinə əsasən xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 27 oktyabr 2021-ci il tarixli 9624 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müayinə olunmuş və ona “posttravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Rayon Psixiatriya Xəstəxanasının 10 fevral 2023-cü il tarixli 118 nömrəli göndərişindən görünür ki, Təqsirləndirilən şəxs üzvi mənşəli emosional labil (astenik) pozğunluq F-06.6 diaqnozu ilə müayinə olunması üçün həmin Nazirliyin Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsindən verilmiş 13 fevral 2023-cü il tarixli 1108 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müayinə olunmuş və ona “fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə özünü kəsmələrlə F62.0” diaqnozu təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki Rayon Psixiatriya Xəstəxanasının 27 sentyabr 2023-cü il tarixli 670 nömrəli göndərişindən görünür ki, Təqsirləndirilən şəxs “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F-62.0” diaqnozu ilə müayinə olunması üçün həmin Nazirliyin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 27 oktyabr 2023-cü il tarixli 1421 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdən həmin xəstəxananın müşahidəsindədir və 21 avqust 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək, 05 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək, 12 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi intihar cəhdləri və özünü kəsmələrlə F-62.0” diaqnozu ilə qeyd olunan xəstəxanada stasionar müalicədə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasında Təqsirləndirilən şəxs adına açılmış AZS-003012/22 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə “posttravmatik stress pozuntusu davranış pozuntuları ilə F.43” diaqnozu təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasında Təqsirləndirilən şəxs adına açılmış AZS-003749/21 nömrəli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə xəstəxanaya daxil olmaqla, ona “Üzvi mənşəli emosional labil (astenik) pozuntu F.066” diaqnozu təyin edilmiş və 04 sentyabr 2023-cü il tarixədək müalicə almışdır. Onun xəstəliyi Vətən müharibəsindən sonra müşahidə edilmiş, tərxis olunduqdan sonra ruhi vəziyyəti pisləşmiş, xəstə aqressiv olmuş, özünə qapanmış, tez-tez qıcıqlanıb güclü baş ağrıları ilə müşahidə olunmuşdur. Xəstə zahirən gərgindir, əsəbidir, verilən suallara aqressiv cavab verir. Kontakta həvəssiz girir, əhvalı aşağıdır, emosional affektlərə meyllidir. Xəstə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin göndərişi ilə müraciət edib. Baş ağrıları, əsəbilik, yuxusuzluq, əhvalın enməsi, davranış pozuntusu vardır. Xəstəliyi Vətən müharibəsində mərmi partlaması nəticəsində aldığı xəsarətdən sonra müşahidə edilir. Tərxis olunduqdan sonra ruhi vəziyyəti pisləşib, özünə qapanmış, aqressiv olmuşdur. Tez-tez konfliktə girmiş, yuxusu pozulmuş, dözülməz baş ağrıları olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı 13 oktyabr 2020-ci il tarixdə mərmi partlaması nəticəsində xəsarət almışdır. 05 dekabr 2020-ci il tarixdə ehtiyata buraxılmış, xəstədə baş ağrısı, yuxusuzluq olmuş, 21 avqust 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək Şəki Rayon Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuş, 20 sentyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinikasında, 27 oktyabr 2021-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinədə olmuşdur. Şəki Rayon Psixiatriya Xəstəxanasına 21 avqust 2021-ci il tarixdə daxil olmaqla “üzvi mənşəli emosional labil (astenik) pozuntu” diaqnozu qoyulmuş, 04 sentyabr 2021-ci il tarixdə isə xəstəxanadan çıxmışdır. Zahirən gərgindir, kontakta narazı halda qoşulur, suallara həvəssiz cavab verir, maraq dairəsi azalıb, əhval-ruhiyyəsi enik haldadır. “Posttravmatik stress pozuntusu”, “gərginlik tip baş ağrısı” diaqnozu təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına tərtib edilmiş 14 oktyabr 2021-ci il tarixli 21269 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 13 oktyabr 2020-ci il tarixdə düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində travma almış, 05 dekabr 2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. 21 avqust 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək Şəki Rayon Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Xəstəliyin səbəb əlaqəsinin təyini üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin rəisinin göndərişi ilə Müdafiə Nazirliyinin mərkəzi hərbi həkim komissiyasına göndərilmişdir. 27 oktyabr 2021-ci il tarixdə Bakı Şəhər Baş Səhiyyə İdarəsində müayinə olunmuş və “Posttravmatik stress pozuntusu F43.1” diaqnozu təyin edilmişdir. 21 avqust 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək Şəki Rayon Psixiatriya Xəstəxanasında, 20 sentyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. Huşu aydındır, bələdliyi bütün növlər üzrə saxlanılıb. Ünsiyyətə həvəssiz, aqressiv daxil olur. Verilən suallara qısa əsəbi cavab verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Emosional labildir. Zahirən narahatdır. Davranışı qeyri-adekvatdır. İntellekti aldığı təhsilə uyğundur. Maraq dairəsi məhduddur. Yaddaşı pozulub. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd edilmir. Zehni inkişaf səviyyəsi yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarına əsasən “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, gərginlik tip baş ağrısı” diaqnozu təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs adına açılmış AZS-003479/23 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək Şəki Rayon Psixiatriya xəstəxanasında müalicələr almışdır. Xəstə Vətən müharibəsi döyüşləri iştirakçısıdır. Tərxis olunduqdan sonra ruhi vəziyyəti pisləşmiş, özünə qapanmış, insanlardan uzaqlaşmış, bu səbəbdən ambulator və stasionar müalicələr almış, son 6 ayda ruhi vəziyyəti daha da ağırlaşmış, intihar fikirləri səsləndirmiş, özünə xəsarət yetirmiş, aqressiv və oyanıq olmuşdur. Daxil orqanlarında patologiya yoxdur. Zahirən gərgin və narahatdır, kontakta normal qoşulur. Verilən suallara formal qısa cavab verir, söhbət uzandıqda əsəbiləşir, özünə qapanıqdır, günün çox hissəsini təklikdə keçirir, əhvalı enikdir. Yuxusu dərmanladır. “Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə özünü kəsmələrlə F62.0” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 083706 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “uzunmüddətli posttravmatik stress pozuntusu F43.1” diaqnozu təyin edilmiş, müayinə zamanı onda nəslinin ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmaması, erkən psixo-fiziki inkişafının adi olması, səfərbəliklə Vətən müharibəsində iştirak etməsi, Tərtər-Ağdərə- Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etməsi, zahirən gərgin olması, ünsiyyətə qoşulmaması, suallara qısa, həvəssiz cavablar verməsi, əhval-ruhiyyəsinin fonunun dəyişkən olması və davamlı müharibə hadisələrindən danışması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdityindən göstərilən maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 26 oktyabr 2023cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin müddəti həmin tarixdə 20 gün olmaqla, 26 fevral 2024-cü il tarixədək uzadılmışdır. CPM-in 474.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı X11 əynində olmuş bir ədəd gödəkcə, bir ədəd cins şalvar, bir ədəd uzunqol kofta (jaket), bir ədəd mayka, bir ədəd tuman, bir cüt corab, bir cüt ayaqqabı, əl-barmaq izləri, dırnaq və tük nümunələri və sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd qolsuz mayka, bir ədəd tuman, bir ədəd bel qayışı, bir cüt corab, bir cüt ayaqqabı, əl-barmaq izləri və dırnaq və tük nümunələri, hadisə yerinə baxış keçirilən zaman hadisə yerindəki meyit yatağından, asfalt örtüyün üzərindən pambıq topalarına keçirilmiş qanabənzər ləkələr, hadisənin baş verdiyi və Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman qanabənzər ləkələrə bulaşmış halda olan sağ və sol ön oturacaqların və onların bel hissələrinin üzlükləri, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli gödəkcə və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq həmin tarixdə maddi sübut qismində tanınmışdır və hazırda Şəki Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəki Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı X11 əynində olmuş bir ədəd gödəkcə, bir ədəd cins şalvar, bir ədəd uzunqol kofta (jaket), bir ədəd mayka, bir ədəd tuman, bir cüt corab, bir cüt ayaqqabı, əl-barmaq izləri, dırnaq və tük nümunələri və sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd qolsuz mayka, bir ədəd tuman, bir ədəd bel qayışı, bir cüt corab, bir cüt ayaqqabı, əlbarmaq izləri və dırnaq və tük nümunələri, hadisə yerinə baxış keçirilən zaman hadisə yerindəki meyit yatağından, asfalt örtüyün üzərindən pambıq topalarına keçirilmiş qanabənzər ləkələr, hadisənin baş verdiyi və Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman qanabənzər ləkələrə bulaşmış halda olan sağ və sol ön oturacaqların və onların bel hissələrinin üzlükləri, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli gödəkcə və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 364 (üç yüz altmış dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 364 (üç yüz altmış dörd) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı X11 əynində olmuş bir ədəd gödəkcə, bir ədəd cins şalvar, bir ədəd uzunqol kofta (jaket), bir ədəd mayka, bir ədəd tuman, bir cüt corab, bir cüt ayaqqabı, əl-barmaq izləri, dırnaq və tük nümunələri və sağ və sol əl ovucundan pambıqla götürülmüş yaxma nümunələri, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd qolsuz mayka, bir ədəd tuman, bir ədəd bel qayışı, bir cüt corab, bir cüt ayaqqabı, əl-barmaq izləri və dırnaq və tük nümunələri, hadisə yerinə baxış keçirilən zaman hadisə yerindəki meyit yatağından, asfalt örtüyün üzərindən pambıq topalarına keçirilmiş qanabənzər ləkələr, hadisənin baş verdiyi və Təqsirləndirilən şəxs məxsus olan “VAZ 2107” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman qanabənzər ləkələrə bulaşmış halda olan sağ və sol ön oturacaqların və onların bel hissələrinin üzlükləri, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qara rəngli gödəkcə və Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman istifadə etdiyi, cinayətin aləti olan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 364 (üç yüz altmış dörd) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar