Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-134/2020 24.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X6 oğlu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Zaqatala rayonunun Yolayrıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Yolayrıc kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X7 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 22-30 radələrində yaşadığı Zaqatala rayonun Yolayrıc kəndində yerləşən evinin həyət qapısını açıb çöl tərəfə çıxarkən həmin yerin yaxınlığından ötüb keçən qonşusu Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini hiss edib qorxub qaçaraq yaşadığı evin həyətinə daxil olmaq istədikdə ayağı ilişib yerə yıxılmış, yerdən iki ədəd daş götürərək Zərərçəkmiş şəxs tərəfə atmış, daşlardan biri onun sifət nahiyəsinin sol tərəfinə dəymişdir. Bununla əlaqədar aralarında mübahisə baş verərək bir-birləri ilə dalaşarkən Zərərçəkmiş şəxs əli ilə baş nahiyəsini qoltuğunun altına salıb sıxdıqda əlinin 2-ci barmağı onun ağzına girmiş və həmin vaxt Təqsirləndirilən şəxs dişləri ilə Zərərçəkmiş şəxs barmağını sıxmışdır. Zərərçəkmiş şəxs isə dişləri ilə onun qulağından dişlədikdə, Təqsirləndirilən şəxs üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən bədəninə 03 ədəd zərbələr endirərək ona döş qəfəsinin ön səthində döş boşluğuna nüfuz edərək hemotoroksla nəticələnmiş, bir ədəd nüfuz etməyən iki ədəd kəsilmiş deşilmiş yaralar ilə müşayiət olunan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,xx xxxxxx 2020-ci ildə saat 22-00 radələrində, yaşadığı evin həyətindən yola çıxarkən qonşusu Səfərlə qarşılaşmışdır. Səfərin əlində olan mobil telefonun işığı onun üzünə düşmüşdür. Elə bilmişdir ki, Səfər qəsdən telefonun işığını onun üzünə verərək onun üstünə gəlir. Səfərdən qorxaraq yaşadığı evin həyətinə qayıtmaq istədikdə ayağı ilişib yerə yıxılmışdır. Yerdə uzanmış vəziyyətdə yerdən daş götürüb Səfər tərəfə atmış, daşdan biri Səfərə dəymiş və Səfərlə tutaşmışlar. Səfərin ayağından tutarkən Səfər onun başını qoltuğunun altına alıb sıxmış, Səfərin barmağı onun ağzına girmiş və dişi ilə Səfərin barmağını dişləmişdir. Səfər isə onun qulağını dişləmişdir. Səfər barmağını onun ağzından çıxararkən ağzındakı dişi qopmuşdur. Səfər onun qulağından dişləməyi davam etdirərkən onun başı Səfərin qoltuğunun altında olmuşdur. Bu vaxt cibindən bıçağı çıxarıb Səfərin bədən nahiyəsinə 2-3 dəfə vurmuşdur. Həmin vaxt Səfər qulağını buraxaraq ondan aralanmış, o isə yaşadığı evin həyətinə qaçmışdır. Səfərə bıçaq zərbələri vuran zaman başı Səfərin qoltuğunun altında olduğu üçün Səfərin bədən nahiyəsini görməmiş, eləcə də bıçağı Səfərin bədəninin hansı nahiyəsinə vurduğunu bilməmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 22:20 radələrində piyada qonşusu Ramazanın yaşadığı evin həyət qapısının yanından ötüb keçərkən Ramazan həyət qapısını açaraq onun tərəfə iki dəfə daş atmışdır. Həmin daşlardan biri onun sol sifət nahiyəsinə dəymişdir. Ramazan onun üstünə gələrək onunla tutaşmışdır. Ramazan onun ayağından tutmaq istədikdə Ramazanın boynundan tutub sıxmış, sağ əlinin 2-ci barmağı Ramazanın ağzına girmişdir. Ramazan sağ əlinin 2-ci barmağını dişləmişdir. Ramazan onun barmağını buraxsın deyə Ramazanın qulağından tutub dişləmişdir. Ramazanın başı da onun qoltuğunun altında olmuşdur. Həmin vaxt qoltuqaltı nahiyələrində ağrı hiss etmişdir. Ramazanın qulağını dişləyərkən Ramazan 3-cü zərbəni onun sol sinə nahiyəsinə vurmuşdur. Ramazanın qulağını buraxıb ona «sən məni bıçaqladın” demişdir. Ramazan yaşadığı evin həyətinə qaçmışdır. Onun əlində telefon olsa da həmin telefonun işığını Ramazanın üzünə verməmişdir. Ramazan qəflətən onun qarşısına çıxaraq «səni axtarırdım» deyib 2 ədəd daş atmışdır. Həmin daşlardan biri ona dəymişdir. Mübahisə və dava vaxtı Ramazan onu öldürəcəyi ilə hədələməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 22:15 dəqiqədə gəlini Aynur zəng vurub yaşadığı evin həyət qapısının yanında Ramazanla Səfər arasında mübahisə baş verdiyini demişdir. Ramazanın yaşadığı evin həyətinə gəlmişdir. Ramazandan nə baş verdiyini soruşduqda Ramazan ona heç bir söz deməmiş, ayaq üstə donub qalmışdır. Polis əməkdaşları gəlib Ramazanı apararkən polis əməkdaşları tərəfindən ona məlum olmuşdur ki, Ramazan mübahisə vaxtı Səfəri bıçaqlayıb xəsarət yetirmişdir. 2019-cu ilin noyabr ayında Ramazanla Səfər arasında mübahisə olduğunu eşitmişdir. Şahid1 məhkəmədə Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Yolayrıc kəndində yerləşən yaşadığı evin həyət qapısının qarşısındakı hadisə yerindən 11 ədəd üzərində qanabənzər ləkələr olan daşlar, eləcə də yaşadığı evindəki şkafın içərisindən bir ədəd mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ qulaq seyvanında sağ burun dodaq büküçü üzərində, üst dodağında, sol əlin İİ barmağında 1 (bir) ədəd sıyrıqlar vardır. Yuxarı çənədə soldan 1 karios dişin tacıı sınığı-bərk küt əşyanın (əşyaların) təsrindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə xx.xx.2020-ci ildə insanın bədəninin hissələrinin (diş, əl vs) təsirindən əmələ gələ bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin ön səthində döş boşluğuna nüfuz edərək hemotoroksla nəticələnmiş 1 (bir), nufuz etməyən 2 (iki) ədəd kəsilmiş deşilmiş yaralar-hər hansı kəsici-deşici alətin (alətlərin) ola bilsin ki bıçağın təsirindən. sol almacıq , sol gicgah sol diz oynağı nahiyələrində sağ əlin İİ barmağında 1 (ədəd) sıyrıqlar isə-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. İlk yardım üçün Zaqatala MRX-ya müraciət etdiyi müddətdən az əvvəl yəni qərarın təsviri hissəsində göstərilən müddətdə xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Döş boşluğuna nüfuz edərək hemotoraks əmələ gətirən yara dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, döş boşluğuna nufuz etməyən 2 (iki) ədəd yaralar ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər, bədəni üzərində aşkar edilmiş sıyrıqlar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx xxxx 2020-ci il tarixli H18 nömrəli ekspert rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqdim olunmuş maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinir. Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan ləkələri, hadisə yerindən götürülmüş 03 ədəd daşlar üzərində insana məxsus qan ləkələri, həyət darvazası tərəfindən götürülmüş 04 ədəd daşlar üzərində insana məxsus qan ləkələri, həyət darvazası tərəfindən götürülmüş 03 ədəd daşlar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanların ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs mıxsus bir ədəd gödəkcə, bir ədəd cins şalvar. 1 ədəd kofta. 1 ədəd mayka üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. xx xxxxx 2020-ci il tarixli 17/223 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə və dəyşikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır, (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdi xüsisiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meylli deyildir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx xxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirmişdir ki, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Lakin iş materiallarından, o cümlədən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Odur ki, işin faktiki hallarına uyğun gəlmədiyinə görə məhkəmə bu hissədə Təqsirləndirilən şəxs ifadəsini obyektiv, həqiqi və səmimi ifadə kimi qəbul etmir. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq CM-nin 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. CM-nin 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin heç bir tələbi və şikayətinin olmaması, himayəsində 2015-ci il təvəllüdlü Umuküs, 2018-ci il təvəllüdlü Patimat, 2020-ci il təvəllüdlü Herov adlı 3 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” müddəası nəzərə alınır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış, xx xxxxxx 2020-ci ildə isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxxx 2020-ci ildə isə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs 4 (dörd) ay həbsdə olmuşdur. Onun ibtidai araşdırma zamanı həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ekspertiza xərci 51 (əlli bir) manat 6(altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olduğu xx xxxxxx 2020-ci ildən xx xxxx 2020-ci ilə kimi olan 4 (dörd) ay təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın. Üzərində qəti cəza 2 (iki) il 8 ( səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, məhkəmə iclas zalından həbs edilsin. Saxlanması üçün X3 təhvil verilsin. Onun Şəki PM-nə çatdırılması və təhvil verilməsi X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni xx xxxxxxxx 2020-ci ildən hesablansın. Maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 11 ədəd üzrində qanabənzər ləkələr olan daşlar, mətbəx bıçağı məhv edilsin. Bir ədəd gödəkcə, bir ədəd cins şalvar. 1 ədəd kofta. 1 ədəd mayka Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza xərci 51 (əlli bir) manat 6 (altı) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində ŞəkiAğır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-134/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-134/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver