Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-134/2022 31.05.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respulikasının vətəndaşı, işləməyən, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 7-ci küçə, Döngə-1, ev 20-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.12.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.4, 181.2.5, 326.2, 185.2.1, 185.2.2, 185.2.4-cü maddələri ilə 10 il müddətinə azadlıqdan mərumetmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən təmiz çəkisi 7.189 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində daşıyaraq saxlamış, 12 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu Kürdşaban kəndi ərazisində olarkən və üzərində həmin psixotrop maddəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 2215-də X7 Hissəsində videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli paltonun sol cibindən 01 ədəd sellofan bükümdə qablaşdırılmış 7,189 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə Göyçay rayonunda yaşayan iş yoldaşının yanına gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman diş ağrısına görə dərman içdiyindən həmin dərmanın təsiri altında olmuşdur. Polislər onu saxlayan zaman özündə olmamış, üzərindən aşkar olunmnuş psixotrop maddə 7 qram deyil, onun hesablamasına görə 4-5 qram olmuşdur. Metamfetaminə qarışdırılmış zəy daşının aşkar olunmasını izah edə bilməmiş, aşkar olunmuş psixotrop maddəni öz şəxsi istifadəsi üçün saxlamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03.01.2022-ci il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən psixotrop maddə olan metamfetamin almış, həmçinin təxminən 40 qrama yaxın zəyi də kiməsə lazım olsa narkotik vasitə adı ilə satması üçün özündə saxlamışdır. Həmin narkotik vasitəni Göyçay rayonunda satmaq məqsədilə 12 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Lökbatan dairəsinə gəlib orada Bakı-Qazax avtomobil yolu ilə rayonlar istiqamətində gedən tanımadığı taksiyə əyləşib Göyçay istiqamətinə gəlmiş, təxminən 2 saat yol gəlib Bakı-Qazax yolunun Ucar rayonu Bərgüşad kəndindən keçən hissəsində çay içmək üçün yol kənarı çayxanaların birində düşüb təxminən 1 saat müddət ərzində çay içdikdən sonra yenidən yola düşmüşlər. Sürücünün Göyçay rayonunun girişi olduğunu dediyi yerdə avtomobildən düşüb yol pulunu verdikdən sonra tək adını sonradan bildiyi Göyçay rayonu Kürdşaban kəndi ərazisində yolun kənarında gəzərkən təxminən 20-30 dəqiqə sonra bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək Göyçay rayon Polis Şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli paltonun sol cibindən bir ədəd ağ sellofan bükümdə psixotrop maddə olan metemafetamin və zəyi təqdim etmişdir. Aşkar olunanlar qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon X3 X9 əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 12.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsı ilə məşğul olması, eləcə də üzərində gəzdirməsi və Göyçay rayonu ərazisinə gələcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə saat 2130 radələrində Göyçay rayonu Kürdşaban kəndi ərazisində yolun kənarında tək dayanmış Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Göyçay rayon Polis Şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sol cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli və kristal formasında psixotrop maddəyə oxşar metamfetamin, eləcə də kiçik salfet kağızı parçası olmuşdur. Təqsirləndirilən şəxs sellofan bükümdəki maddələrdən təxminən 7 qram hissəsinin patı kimi tanınan psixotrop maddə olan metamfetamin, qalan hissəsinin isə zəy olduğunu, qarışıq şəkildə həmin sellofanda saxlayıb üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunanlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 13.01.2022-ci il tarixli 17/45 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi –7,189 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin sellofan bükümün içərisindəki, təmiz çəkisi – 32,061 qram olan digər maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli 516 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.12.2007-ci il tarixli hökmü ilə CM-in 170.3, 181.2.1, 181.2.4, 181.2.5, 326.2, 185.2.1, 185.2.2, 185.2.4-cü maddələri ilə 10 il müddətinə azadlıqdan mərumetmə cəzasına, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18.02.2011-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli qərarı ilə 08 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədiyindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilir. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 12 yanvar 2022-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarı zamanı əynindəki boz rəngli paltonun sol yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofan bükümdə, 01 ədəd kağız bükümdə 7,789 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Abşeron rayonu Xırdalan şəhəri, 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Abşeron rayon Mərkəzi Xəstəxanasından alınmış 05.04.2022-ci il tarixli 583 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ruhiəsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 12 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2205-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin miqdarı, şahid ifadələri və işdə olan digər sənədlər əsas verir. Eyni zamanda şəxsi axtarış keçirilməsinə dair videogörüntünün olduğu CD diskə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrdən 35 qramının zəy daşı olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün zəy daşının qatıldığı psixotrop maddə olan metamfetamindən istifadə etməsini inandırıcı hesab etmir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxs Enur Bilalov azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 12 yanvar 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxs X4 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 12 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxs X4 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay Rayon Polis Şöbəsində saxlanılan ümumi təmiz çəkisi 7,139 qram metamfetamin məhv edilsin. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (X6 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-134/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-134/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver