Məhkəmə qərarları › İş №1(091)-134/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-134/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-134/2023 25.05.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Zaqatala rayonu, Çobankol kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1, 332.2.1, 180.2.2, 180.2.4, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 05 il 03 aya endirilmiş, 08 fevral 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Zaqatala rayonunun Çobankol kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törətməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs məxsus mobil telefonu ələ keçirmə məqsədi, yəni tamah niyyəti ilə 22 yanvar 2023-cü il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə yaşadığı Zaqatala rayonu, Çobankol kəndində piyada hərəkət edən Zərərçəkmiş şəxs hücum edib, əlləri ilə arxadan tutaraq özünə sıxdıqdan sonra üzərində gəzdirdiyi silah qismində istifadə edilən əşya tətbiq etməklə, yəni üzərində gəzdirdiyi dırnaqtutan alətin kəsici xarakterə malik hissəsini boyun nahiyəsinə dirəyib sonuncudan mobil telefonunu tələb etmiş, verməyəcəyi halda isə boynunu kəsəcəyi ilə hədələməklə, vermədiyinə görə həmin əşya ilə Zərərçəkmiş şəxs boyun nahiyəsini qəsdən kəsib sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən 01 ədəd səthi kəsilmiş yara xarakterli xəsarət yetirərək, həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət edilən basqın törətməklə quldurluq etmiş, sonuncunun müqavimətini qırdıqdan sonra isə 500 manat dəyərində Samsung A32 markalı mobil telefonu qoruyucusunun arasında olan 100 manatla birlikdə əynindəki idman gödəkçəsinin sağ yan cibindən götürüb hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə spirtli içki qəbul edib sərxoş vəziyyətdə kəndin çöl yolu ilə yaşadığı ünvana qayıdan zaman saat 23 radələrində Zərərçəkmiş şəxs görmüş, zarafat etmək məqsədilə sonuncuya arxa tərəfdən yaxınlaşıb dırnaqtutanı boğazına dirəmiş və Zərərçəkmiş şəxs məxsus olan mobil telefonu satmaq niyyəti olmadan götürüb yaşadığı fərdi yaşayış evinə getmişdir. Daha sonra o, mobil telefonu Zərərçəkmiş şəxs qaytarmaq istəsə də etdiyi hərəkətə görə sonuncunun onunla dalaşacağını fikirləşərək fikrindən daşınmışdır. 23 yanvar 2023-cü il tarixdə saat 05 radələrində polis əməkdaşları yaşadığı fərdi yaşayış evinə gəlib onu polis şöbəsinə aparmışlar və orada olan zaman o, hadisənin onun tərəfindən törədildiyini, lakin Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədinin olmadığını və hadisə vaxtı dırnağının sonuncunun boyun nahiyəsini cızdığını ehtimal etdiyini qeyd etmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirərək onu döymüşlər. Araşdırma zamanı əvvəlcə Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini, dırnağının sonuncunun boyun nahiyəsini cızdığını demiş, lakin polis əməkdaşları onu döyərək ifadəsində Zərərçəkmiş şəxs dırnaqtutanla xəsarət yetirdiyini deməsini tələb etdikləri üçün fərqli məzmunda ifadə verməyə məcbur olmuşdur. Dövlət hesabına təmin olunduğu müdafiəçi onun hüquqlarını lazımı şəkildə müdafiə etməmiş, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində xəsarətlər almış, lakin polis əməkdaşlarının törətdiyi qanunsuz əməllər və aldığı xəsarətlərlə bağlı heç bir dövlət orqanına şikayət etməmiş, habelə pentensiar müəssisəyə qəbul olunan zaman onda aşkar olunan xəsarətlərin hansı şəraitdə yarandığını bildirməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşmüş, saat 23 radələrində yaşadığı ünvana gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs ondan qabaqda getdiyini görmüş, sonuncunun mobil telefonunu ələ keçirmək məqsədilə arxa tərəfdən Zərərçəkmiş şəxs yaxınlaşıb qollarını sıxmış, əlində olan dırnaqtutanın kəsici tərəfini boyun nahiyəsinə dirəyərək üzərində olan mobil telefonu verməsini tələb etmiş və verməyəcəyi halda üzərində olan kəsici alətlə boynunu kəsəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs isə mobil telefonu verməyəcəyini bildirdiyi üçün o, sonuncunu orada olan ağacın yaxınlığına apararaq dırnaqtutanın kəsici tərəfi ilə boynunun sağ yan tərəfini kəsmiş, üzərində olan mobil telefonu verməsi üçün sonuncuya qarşı fiziki zor tətbiq etməyə davam etmiş, lakin Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan zəif olduğuna və arxa tərəfdən sonuncuya yaxınlaşaraq qollarını tutduğuna görə Zərərçəkmiş şəxs ona müqavimət göstərə bilməmişdir. Bundan sonra, o, sol əli ilə Zərərçəkmiş şəxs tutub sağ əli ilə sonuncunun üzərini yoxlayan zaman gödəkçəsinin sağ yan cibində mobil telefonun olduğu aşkar edərək götürmüş, ardınca isə Zərərçəkmiş şəxs yolun kənarına aparıb həmin ərazidən kənarlaşmış, sonuncu isə orada qalmışdır. Hadisə baş verən zaman baş geyimi olan papaq oraya düşmüş, habelə sonradan Zərərçəkmiş şəxs götürdüyü mobil telefonla qoruyucusunun arasında 100 manat məbləğində pulun olduğunu aşkar edərək özündə saxlamışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə saat 23 radələrində piyada şəkildə Zaqatala rayonunun Çobankol kəndində yerləşən fərdi yaşayış evinə gedən zaman arxa tərəfdən bir nəfər şəxs ona yaxınlaşaraq qollarını tutub onu sıxmağa başlamış və kəsici aləti boğazına dirəyərək üzərində olan mobil telefonu verməsini tələb etmiş, verməyəcəyi halda isə üzərində olan kəsici alətlə boyun nahiyəsini kəsəcəyini bildirmişdir. O isə özünə məxsus olan “Samsung A32” markalı mobil telefonu verməyəcəyini həmin şəxsə bildirmiş, qeyd olunan şəxs isə onu orada olan ağacın yaxınlığına gətirərək üzərində olan kəsici alətlə boyun nahiyəsinin sağ hissəsinə bir xəsarət yetirmiş, ardınca sol əli ilə onun qolundan tutaraq, sağ əli ilə onun üzərini axtarmış və mobil telefonu aşkar edərək götürmüşdür. Daha sonra həmin şəxs ona sakit dayanmasını deyərək onu kənara aparmış, hava qaranlıq olduğundan və həmin şəxsin başında papaq olduğundan o, qeyd olunan şəxsin sifətini görə bilməmiş, buna baxmayaraq danışıq səsinə əsasən ona hücum edən şəxsin Təqsirləndirilən şəxs olduğunu təxmin etmişdir. Daha sonra həmin şəxs qeyd olunan yeri tərk etmiş, göstərilən şəxsin bədən quruluşundan və hərəkətlərindən, habelə getdiyi istiqamətdə yerləşən fərdi yaşayış evinin sahibinə görə ona hücum edən şəxsin Təqsirləndirilən şəxs olduğuna əmin olmuş, lakin qorxduğu üçün sonuncunun arxası ilə qaçmamışdır. Hadisə baş verən zaman üzərində olmuş və Təqsirləndirilən şəxs ondan götürdüyü “Samsung A32” markalı mobil telefonla qoruyucusunun arasında 100 manat məbləğində pul olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs tərəfindən Zaqatala Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 22 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, o, Zaqatala rayonunun Çobankol kəndinin ərazisində piyada şəkildə hərəkət edərkən tanımadığı şəxsin kəsici aləti boğazına dirəyərək üzərində olan mobil telefonu alması və ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 181.2.5-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonunun Çobankol kəndində yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evə qayıdan zaman kəndin çöl yolunda yerləşən körpünün üzərində hərəkət edərkən bir nəfər tanımadığı şəxsin arxadan yaxınlaşaraq onu tutduğunu, ona zor tətbiq edərək üzərində olan mobil telefonu tələb etdiyini, verməyəcəyi halda boynunu əlində olan kəsici alətlə kəsəcəyini dediyini, daha sonra zor tətbiq edərək körpünün yaxınlığında yerləşən ağacın yaxınlığına apardığını, zor tətbiq edərək üzərində olan mobil telefonu götürdüyünü, daha sonra onu həmin yerdən kənara apardığını və oradan qaçdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı başında olmuş bir ədəd qəhvəyi rəngli papaq müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum edərək zor tətbiq etməklə əldə etdiyi bir ədəd “Samsung A32” markalı mobil telefon və bir ədəd C95488458 seriyalı 100 manatlıq pul əskinası Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmənin aparılması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum edərək zor tətbiq etdiyi zaman istifadə etdiyi bir ədəd dırnaqtutan Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əməl CM-in 181.1-ci maddəsindən CM-in 181.2.5-ci maddəsinə tövsif edilmiş və qeyd olunan maddə ilə cinayət təqibi davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 25 yanvar 2023-cü il tarixli 25 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynunda kəsici səthə malik əşyanın (alətin) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22 yanvar 2023-cü il tarixdə dırnaqtutan alətin kəsici hissəsinin kəsməsi nəticəsində yetirilə bilən və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən 1 (bir) ədəd səthi kəsilmiş yara aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 97 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ruhi xəstə deyildir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyətinin psixopatik cizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığını istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsindən daxil olmuş 13 fevral 2023-cü il tarixli 3-13-11/2-2031/2023 nömrəli məktubdan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində təqdim edilmiş 01 ədəd papağın daxili səthində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs (xx xxxx 1994-cü il, Zaqatala rayonu) (Zaqatala RPŞ-nin 30 yanvar 2023-cü il tarixli 3-13-118/2-1606/2023 nömrəli məktubu ilə) məxsus olması müəyyən olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 20 fevral 2023-cü il tarixli 3/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış, tərəfləri kəsici xassəyə malik olan məişət təyinatlı dırnaqtutandır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 01 mart 2023-cü il tarixli 24 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət hadisəsini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırki hərəkətləri CM-in 21.3cü maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 23 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Zaqatala rayonu, Çobankol kənd sakini Zərərçəkmiş şəxs kənd ərazisində hücum edərək zor tətbiq etməklə sonuncuya məxsus olan mobil telefonu götürməkdə və ona əlindəki kəsici alətlə xəsarət yetirməkdə şübhəli şəxs Zaqatala rayonu, Çobankol kənd sakini Təqsirləndirilən şəxs olması əməliyyat yolu ilə müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 fevral 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotester vasitəsilə testdən keçirilmiş və onun THC (marixuana), OPİ (opium və onun sintetikləri), MOR (morfin), AMP (amfetamin) və BZO (benzodiazepin) istifadə etməsi aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 16 fevral 2023-cü il tarixli raportdan görünür ki, Zaqatala rayonu, Çobankol kənd sakini Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini Təqsirləndirilən şəxs təkbaşına törətməsi və həmin cinayətin törədilməsində başqa şəxs(lər)in iştirakının olmaması əməliyyat yolu ilə müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 23 fevral 2023cü il tarixli PHŞ-6-78/2-225/2023 nömrəli məktubdan görünür ki, Əzizov X4 RMX-da Narkoloji və Psixatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “ARD Telekom”dan təqdim edilmiş 06 mart 2023-cü il tarixli arayışdan görünür ki, 01 ədəd 2021ci il istehsalı olan açıq mavi rəngli “Samsung A32” markalı smartfon mobil telefonun 22 yanvar 2023-cü il tarixdə faktiki dəyəri 450-500 manat aralığında təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 144, 145, 181.2.4, 182.1 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 23-cü bəndində göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Bu Qərarın 25-ci bəndində göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsləsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törətməklə quldurluq etmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində qeyd olunanları etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə vaxtı Zərərçəkmiş şəxs sonuncuya məxsus olan mobil telefonu quldurluq məqsədilə ilə deyil, zarafat etmək məqsədilə satmaq niyyəti olmadan götürdüyünü və sonradan qaytarmaq istəsə də etdiyi hərəkətə görə sonuncunun onunla dalaşacağını fikirləşərək fikrindən daşındığını, araşdırma zamanı polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsirtəzyiqlərə və işgəncəyə məruz qalması səbəbindən Zərərçəkmiş şəxs dırnaqtutanla xəsarət yetirərək sonuncuya məxsus mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə ifadə verdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, iş materiallarında olan sübutlar (baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi və s.) onun dediklərini tam təkzib edir. Həmçinin iş materiallarından görünür ki, istintaq hərəkətləri aparılan zaman orada müdafiəçi də iştirak etmişdir. Əgər belə bir hal mövcud olmuş olsaydı, müdafiəçi dərhal buna reaksiya verər və qeyd olunanların qarşısını alan hərəkətlər etmiş olardı. Halbuki müdafiəçi tərəfindən keçirilən prosessual hərəkətlə bağlı heç bir irad bildirilməmiş və protokola hər hansı bir qeyd aparılmamışdır. Eyni zamanda ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsa idi bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya müdafiəçisinə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə heç kəsə məlumat verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadənin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də zərərçəkmiş şəxsin ifadəsinin və başqa sübutların iş materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadəni və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadənin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 181.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 mart 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödədiyini, sonuncu ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Əzizov X4 rayonu, Çobankol kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Qurbanov X1 rayonu, Çobankol kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmünün və Şəki Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarının surətlərindən görünür ki, Əzizov X3 Hərbi Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmü ilə CM-in 330.1, 332.2.1, 180.2.2, 180.2.4, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarı ilə cəzası 05 il 03 aya endirilmiş və 08 fevral 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmünün və 23 may 2023-cü il tarixli məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hökm 22 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-in 83.1ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 182.2.2 və 182.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət hesab olunur və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin təhlükəli residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 181.2.5-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 23 yanvar 2023-cü il tarixdə saat 20:15-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 23 yanvar 2023-cü il tarixdə saat 20:15-dən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin CM-in 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının və stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərini, habelə narkotesterin nəticəsinə dair raportu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd dırnaqtutan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd papaq Təqsirləndirilən şəxs, habelə Zərərçəkmiş şəxs məxsus bir ədəd 100 (bir yüz) manatlıq pul əskinası və bir ədəd “Samsung A32” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsində saxlanılan bir ədəd dırnaqtutan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd papaq Təqsirləndirilən şəxs, habelə Zərərçəkmiş şəxs məxsus bir ədəd 100 (bir yüz) manatlıq pul əskinası və bir ədəd “Samsung A32” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar