Məhkəmə qərarları › İş №1(091)-134/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-134/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-134/2024 18.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ ŞƏKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkili X8 və Zaqatala Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci ildə Balakən şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən şəhəri Z.Əliyeva küçəsi ev 115-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi, xx xxxx 1974-cü ildə Balakən rayonu Talalar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 12 sentyabr 2023-cü il tarixdə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən “Puçaxovlar” adlanan qəbiristanlığın içərisində tanışı Təqsirləndirilən şəxs1dan 50 manat müqabilində alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,79 qram və 7,33 qram olmaqla ümumi təmiz çəkisi 9,12 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq üzərində daşıyıb saxlamış, daha sonra həmin narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,79 qram olan hissəsini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Balakən şəhəri ərazisində 30 manat müqabilində Balakən rayonu Tülü kənd sakini olan tanışı Şahid1 satmış, geriyə qalan 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,33 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əynindəki şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 14 sentyabr 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid1 saxlanılıb RPŞ-nə gətirilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub saat 1952 dəqiqədən saat 2017 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Balakən şəhəri ərazisində Şahid1 30 manat müqabilində satmış olduğu, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,79 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Şahid1 əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq 14 sentyabr 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılıb RPŞ-nə gətirilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub saat 2137 dəqiqədən saat 2159 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq 12 sentyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 alaraq əldə etdiyi 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,33 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən, eləcə də Təqsirləndirilən şəxs2 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında tanışı Şahid1 satmış olduğu 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,79 qram olan narkotik vasitə qurudulmuş marixuanadan əldə etdiyi 01 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq əskinazlardan ibarət ümumilikdə 30 manat pul Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 2022-ci ilin may ayında Balakən rayonu Talalar kəndi ərazisində yerləşən sahədə aşkar etdiyi istintaqa məlum olmayan sayda yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əvvəlcə yaşadığı evə aparıb gizlədərək saxlamış, daha sonra 2022-ci ilin iyul ayında həmin istintaqa məlum olmayan sayda olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını Balakən rayonu Talalar kəndi ərazisindən keçən “Mazımçay” adlı çayın kənarında torpağa əkmiş, daha sonra 2022-ci ilin sentyabr ayının sonlarında həmin toxumlardan bitmiş istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığıb qurutmaqla qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 01 kiloqram 2,24 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq üzərində daşıyıb əvvəlcə ünvan 1 ünvanında kirayədə yaşadığı evə aparmış, bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuananın 112,24 qram olan hissəsini satış məqsədi və tamah niyyəti ilə ayrı-ayrılıqda təmiz çəkiləri 1,79 qram, 7,33 qram, 4,90 qram, 5,22 qram, 3,49 qram, 3,28 qram, 3,12 qram, 3,68 qram, 3,03 qram, 3,06 qram, 3,34 qram, 3,19 qram, 2,86 qram, 3,53 qram, 3,00 qram, 3,73 qram, 3,01 qram, 3,20 qram, 3,28 qram, 3,95 qram, 3,64 qram, 3,80 qram, 3,74 qram, 3,92 qram, 6,81 qram, 5,51 qram, 7,13 qram, 2,83 qram və 2,87 qram olmaqla 29 ədəd kibrit qutularına, yerdə qalan 890,0 qram hissəsini isə 01 ədəd qara rəngli sellofan torbaya doldurmuş, həmin 29 ədəd kibrit qutularında və 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuanaları başqa bir sellofan torbaya qoyub qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq yaşadığı evin yataq otağındakı dolabda gizlədib saxlamış, daha sonra 12 sentyabr 2023-cü il tarixdə 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,79 qram və 7,33 qram olmaqla ümumi təmiz çəkisi 9,12 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən “Puçaxovlar” adlanan qəbiristanlığın içərisində 50 manat müqabilində Balakən şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs2 satmış, geriyə qalan külli miqdarda, yəni 27 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,90 qram, 5,22 qram, 3,49 qram, 3,28 qram, 3,12 qram, 3,68 qram, 3,03 qram, 3,06 qram, 3,34 qram, 3,19 qram, 2,86 qram, 3,53 qram, 3,00 qram, 3,73 qram, 3,01 qram, 3,20 qram, 3,28 qram, 3,95 qram, 3,64 qram, 3,80 qram, 3,74 qram, 3,92 qram, 6,81 qram, 5,51 qram, 7,13 qram, 2,83 qram, 2,87 qram və 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 890,0 qram olmaqla ümumi təmiz çəkiləri 993,12 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq yaşadığı evin yataq otağındakı dolabda gizlədib saxlamış, 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarından etibarən isə 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,90 qram və 5,22 qram olmaqla, ümumi çəkiləri 10,12 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyi yerdən götürüb əynindəki şalvarın arxa sağ cibinə qoyaraq qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq üzərində daşıyıb saxlamışdır. 14 sentyabr 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid1 saxlanılıb RPŞ-nə gətirilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub saat 1952 dəqiqədən saat 2017 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 50 manat müqabilində 02 ədəd kibrit qutularında satmış olduğu, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,79 qram olan hissəsi Şahid1 əynindəki göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq 14 sentyabr 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılıb RPŞ-nə gətirilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub saat 2137 dəqiqədən saat 2159 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 50 manat müqabilində 02 ədəd kibrit qutularında satmış olduğu, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,33 qram olan hissəsi Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq 14 sentyabr 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılıb RPŞ-nə gətirilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub saat 2312 dəqiqədən saat 2331 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 02 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,90 qram və 5,22 qram olmaqla, ümumi çəkiləri 10,12 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 əynindəki şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 14 sentyabr 2023-cü il saat 23:55 dəqiqədən 15 sentyabr 2023-cü il saat 0045 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 öz könüllü razılığı və iştirakı ilə ünvan 1 ünvanında kirayədə yaşadığı evə baxış keçirilən zaman onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq yaşadığı evin yataq otağındakı dolabda gizlədib saxladığı külli miqdarda, yəni 25 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 3,49 qram, 3,28 qram, 3,12 qram, 3,68 qram, 3,03 qram, 3,06 qram, 3,34 qram, 3,19 qram, 2,86 qram, 3,53 qram, 3,00 qram, 3,73 qram, 3,01 qram, 3,20 qram, 3,28 qram, 3,95 qram, 3,64 qram, 3,80 qram, 3,74 qram, 3,92 qram, 6,81 qram, 5,51 qram, 7,13 qram, 2,83 qram 2,87 qram və 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 890,0 qram olmaqla ümumi təmiz çəkiləri 983,0 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı evin yataq otağındakı dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Balakən şəhəri Səməd Vurğun küçəsi 4 nömrəli evdə olarkən evinin darvazası döyülmüş, qapını açan sonradan Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduğunu bildiyi dörd nəfər ona evində narkotik vasitə olduğunu bildirərək evinə daxil olub baxacaqlarını bildirmişlər. Polislər evdə olan üç otağı axtardıqdan sonra sonuncu yəni üçüncü işıq yanmayan otağa girib geri çıxdıqda əllərində olan qara sellofan torbanı ona göstərib həmin sellofan torbanın ona məxsus olduğunu və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişlər. Torbaya baxdıqda sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana və kibrit qutuları olduğunu görmüş, polis əməkdaşları kibrit qutularının içərisini açıb ona göstərdiyinə görə kibrit qutularının içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Polis əməkdaşlarına həmin narkotik vasitə qurudulmuş marixuananın, həmçinin kibrit qutularının, həmin kibrit qutularının içərisində olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını bildirmiş, polis əməkdaşları onu Balakən rayon polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində polislər ona içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını və sellofan torbanın içərisində olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmiş, polis əməkdaşlarına narkotik vasitənin özünə məxsus olmadığını, narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları Zaur adlı şəxsə narkotik vasitə qurudulmuş marixuana satdığını bildirmiş, həmçinin Harun adlı şəxsi də tutduqlarını ona demişlər. Polislərə nə Zaur nə də ki, Harun adlı şəxsləri tanımadığını, heç kimə narkotik vasitə satmadığını bildirmiş, bundan sonra polis əməkdaşları onu döyməyə başlamışlar. Döyən zaman onu skoçla bağlamış, daha sonra isə ayağının altına rezin dəyənəklə vurmuşlar. İşgəncəyə dözə bilmədiyi üçün polislərin dedikləri ilə razılaşmış, bundan sonra onun şalvarının cibinə iki ədəd içərisində narkotk vasitə marixuana olan kibrit qutuları qoyaraq videoçəkiliş zamanı həmin kibrit qutularının ona məxsus olduğunu etiraf etməsini bildirmişlər. Kibrit qutularını götürməyəcəyini bildirdikdə yenidən polislər ona hədə qorxu gəlmiş, bu zaman yenə də qorxub razılaşdıqdan sonra kibrit qutularını götürüb əynindəki şalvarın cibinə qoymuşdur. Daha sonra polis əməkdaşları ona evində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, polislərə evində narkotik vasitə qurudulmuş marixuana olmadığını dedikdə yenə ona hədə-qorxu gələrək zor tətbiq etmiş, bundan sonra qorxub polislər nə etsələr razılaşacağını bildirmişdir. Bundan sonra müdafiəçi dəvət edərək həmin müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının üzərinə qoyduğu əynindəki şalvarın arxa sağ cibindən 02 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə satıb-satmamağı barədə sual verildikdə məcbur qalıb tutulmamışdan təxminən 15 gün əvvəl və sonuncu dəfə iki gün əvvəl Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını bildirmişdir. Bundan əlavə şəxsi axtarış zamanı yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamaması barədə ona sual verildikdə ilk əvvəl evində narkotik vasitə saxlamadığını, gələndə həmin narkotik vasitəni də gətirdiklərini bildirmiş, sonradan polislərin dedikləri yadına düşərək döyülməkdən qorxduğu üçün kirayədə yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra müdafiəçisi ilə birlikdə Afər Mahmudov və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, baxış keçirilməmişdən əvvəl narkotik vasitəni harada gizlətməyi barədə ona sual verildikdə polislərin əvvəlcədən ona göstərdikləri yataq otağındakı dolabda rəngli sellofan torbada 25 ədəd kibrit qutularında və üzəri yapışqan lentlə sarınmış bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmamış, həmin narkotik vasitələri polislər onun üzərinə və evinə qoymuşlar. Onun bu cinayətə heç bir aidiyyəti olmamış, ona elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmə prosesi zamanı polislər tərəfindən yenidən döyüləcəyindən qorxduğu üçün məhkəmədə heç bir söz deməyərək cinayətə aidiyyətini təsdiq etmiş, Balakən rayon prokurorluğuna daxil olmuş şikayət ərizəsində, həmçinin Balakən rayon prokurorluğunda aparılan araşdırma zamanı verdiyi izahatında yaşadığı evdə 27 ədəd kibrit qutularında və iki ədəd sellofan torbada narkotik vasitə saxladığını etiraf etməsi, həmçinin həmin narkotik vasitənin bir hissəsindən istifadə etməsi, yaşadığı evdə saxladığı narkotik vasitə marixuananın kibrit qutuları və sellofan torba ilə birlikdə ümumi çəkilərinin 200 qram olması, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 27 ədəd kibrit qutusunun isə sayının çox olmasının səbəbini narkotik vasitə qurudulmuş marixuananın səliqəli saxlanması üçün tərəfindən qablaşdırıldığı ilə bağlı göstərməsi ilə bağlı həmin ərizəni Azərbaycan Respublikası Ədliyyə Naziliyinin Penitensiar Xidmətin X2 istintaq təcridxanasında olduğu zaman tanımadığı məhkumlardan biri yazdığını, oxumadan həmin ərizəyə imza etdiyini bildirmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2022-ci ilin may ayında Balakən rayonu Talalar kəndi ərazisində yerləşən və atasından ona pay qalmış fındıq bağında təmizlik işləri görən zaman qonşu sahədə yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı toxumları şəxsi əşyalarının arasında gizlədib saxlamış, 2022-ci ilin iyul ayında gizlədib saxladığı həmin 10 ədəd toxumları gizlətdiyi yerdən götürüb özü ilə Balakən rayonu Talalar kəndi ərazisindən keçən “Mazımçay” adlı çayın kənarına aparmışdır. Həmin ərazidə əkinəyararlı yer tapıb həmin 10 ədəd toxumları orada torpağa əkmiş, bir neçə gündən sonra toxumları əkdiyi yerə gedəndə toxumlardan 07 ədədinin məhv olduğunu, 03 ədədinin isə cücərib bitdiyini görmüşdür. Həmin üç ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə qulluq etməklə 2022-ci ilin sentyabr ayınadək bitkilər yaxşı inkişaf etmiş, 2022-ci ilin sentyabr ayının sonlarında həmin yerə gedərək əkibyetişdirdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yararlı hissələri yığıb elə orada çayın kənarında xəlvət bir yerə sərib bir neçə gün ərzində tam qurutduqdan sonra bir ədəd sellofan torbaya doldurub ünvan 1 ünvanında kirayədə yaşadığı evə aparmışdır. Həmin qurudulmuş marixuanadan bir qədər ayırıb öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamış, qalan hissəsini gələcəkdə satıb qazanc əldə etmək məqsədi ilə 29 ədəd kibrtit qutularına doldurub üzərlərini müxtəlif rəngli sellofan parçaları ilə bükərək qırmızı rəngli sellofan torbaya qoymuşdur. Yerdə qalan narkotik vasitə qurudulmuş marixuananı isə 01 ədəd qara rəngli sellofan torbaya doldurub üzərini yapışqan lentlə bağlamış, İçərisində 29 ədəd kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olan həmin qırmızı rəngli sellofan torbanı və içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd qara rəngli sellofan torbanı başqa bir rəngli sellofan torbaya qoyub kirayədə yaşadığı evin yataq otağındakı dolabda gizlədərək saxlamışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində Balakən şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 onunla görüşüb ondan narkotik vasitə marixuana istəmiş, etiraz etmədən həmin gün yaşadığı evdə 01 ədəd qara rəngli sellofan torbada gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuanadan 55 qram ayırıb sellofan bükümə qoyaraq Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən “Puçaxovlar” adlanan qəbiristanlığın içərisində narkotik vasitə olan marixuananı Zaura 200 manata satmışdır. 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 yenə də ondan əlavə iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana istəmiş, buna görə yaşadığı evdə gizlədib saxladığı 29 ədəd kibrit qutularında olan narkotik vasitə qurdulmuş marixuanadan iki ədədini götürüb eyni qaydada “Puçaxovlar” qəbiristanlığında narkotik vasitə olan marixuananı Zaura 50 manata satmışdır. Öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə qurudulmuş marixuananı 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarında istifadə edib bitirmiş, bundan sonra biraz gəzib hava almaq üçün kirayədə yaşadığı evin qarşısında saxladığı 27 ədəd kibrit qutularında olan narkotik vasitə qurdulmuş marixuanadan iki ədədini də əgər istəyən olarsa satmaq məqsədi ilə götürüb əynindəki şalvarın arxa sağ cibinə qoyaraq üzərində saxlamışdır. Yaşadığı evin qarşısında yolda olan zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Balakən rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın arxa sağ cibindən 02 ədəd kibrit qutularında çəkisi 8,06 və 7,81 qram olmaqla qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı marixuananı tutulmamışdan təxminən 15 gün əvvəl və sonuncu dəfə iki gün əvvəl Təqsirləndirilən şəxs2 satdığını, kirayədə yaşadığı evdə dolabda narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra kirayə yaşadığı evə baxış keçirilən zaman yataq otağındakı dolabda rəngli sellofan torbada gizlədib saxladığı 25 ədəd kibrit qutularında ayrı-ayrılıqda çəkiləri 6,47 qram, 5,29 qram, 10,65 qram, 6,44 qram, 6,21 qram, 8,97 qram, 6,69 qram, 7,17 qram, 6,73 qram, 6,48 qram, 6,25 qram, 6,12 qram, 6,12 qram, 6,23 qram, 7,08 qram, 10,37 qram, 6,49 qram, 6,36 qram, 6,36 qram, 7,16 qram, 6,26 qram, 6,66 qram, 6,90 qram, 7,31 qram və 6,82 qram və üzəri yapışqan lentlə sarınmış çəkisi 0,910 qram olan 01 ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuana aşkar eilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Sonradan ona 14 sentyabr 2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini Şahid1 narkotik vasitə əldə etməkdə və saxlmaqda şübhəli olduğundan Balakən rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyü və sonuncu həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirdiyini, sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışında şübhəli olduğundan 14 sentyabr 2023cü il tarixdə Balakən rayon Polis Şöbəsinə gətirilib şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyünü və Təqsirləndirilən şəxs2 da həmin narkotik vasitəni ondan aldığını bildirdiyi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona həmin elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, qonşuluğunda yaşayan tanışı olan Balakən rayonu Tülü kənd sakini Şahid1 tutulmamışdan təxminən iki həftə əvvəl ona müraciət edərək özü üçün narkotik vasitə marixuana təşkil etməsini xahiş etmiş, o da öz növbəsində tanışı Təqsirləndirilən şəxs1 müraciət edərək sonuncudan narkotik vasitə olan qurudulmuş marixuana istəmişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1lə sonuncunun evinin yaxınlığındakı Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən “Puçaxovlar” adlanan qəbiristanlıqda görüşərək Təqsirləndirilən şəxs1 sellofan torbada gətirdiyi 55 qram narkotik vasitə marixuananı 200 manat pul verib aldıqdan sonra aldığı narkotik vasitəni evinə apararaq hissələrə bölməklə kibrit qutularına doldurub yaşadığı evdə şəxsi əşyalarının arasında gizlədib saxlamış, müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30-50 manat aralığında pul müqabilində Şahid1 satmışdır. Harun demək olar ki, hər gün ondan narkotik vasitə marixuana almış, hətta bir neçə dəfə ondan bir gündə iki dəfə narkotik vasitə marixuana almışdır. Həmin narkotik vasitə marixuana bitdikdən sonra Şahid1 yenidən ondan narkotik istədiyinə görə Məhəmmədlə əlaqə saxlayıb sonuncu ilə yenidən həmin qəbiristanlıqda görüşərək sonuncuya 50 manat pul verib iki ədəd kibrit qutularında olan narkotik vasitə marixuana almışdır. 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Şahid1la yolda görüşüb həmin içərisində narkotik vasitə marixuana olan kibrit qutularından birini 30 manata sonuncuya satmış, Şahid1 narkotik vasitə marixuananın müqabilində ona verdiyi 30 manat pulu əynində olan şalvarın sol yan cibinə, geriyə qalan bir ədəd kibrit qutusundakı narkotik vasitə marixuananı isə əynində olan şalvarın sağ yan cibinə qoyub yaşadığı evə getmişdir. 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarında hava almaq üçün yaşadığı evin qarşısına çıxan zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu Balakən rayon Polis Şöbəsinə dəvət etmiş, Balakən rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs1 aldığı bir ədəd kibrit qutusunda olan 10,25 qram narkotik vasitə qurudulmuş marixuananı, sol yan cibindən isə Şahid1 satdığı narkotik vasitə mariuxuanadan əldə etdiyi 30 manat pulu təqdim etmiş, sorğu zamanı aşkar edilmiş narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs1 aldığını və bir hissəsini Şahid1 satdığını etiraf etmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu və 30 manat pul qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 55 qram deyil, 9 qram narkotik vasitə alrığını, həmin narkotik vasitəni də pul ilə deyil, qarşılıqsız aldığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl son 15 gün ərzində Təqsirləndirilən şəxs2 bir neçə dəfə kibrit qutularında 30-50 manat qiymətləri aralığında narkotik vasitə olan qurudulmuş marixuana almış, sonuncu dəfə 14 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Zaura zəng edib yenə də ona narkotik vasitə marixuana tapmasını istəmişdir. Zaur da onunla razılaşaraq onlar yolda görüşmüş, orada Zaur cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana verərək əvəzində ondan 30 manat pul almışdır. Zaura bir ədəd 20 manat və bir ədəd 10 manat olmaqla ümumilikdə 30 manat pul vermiş, aldığı narkotik vasitə marixuananı əynində olan göy rəngli cins şalvarın sol cibinə qoyaraq evinə getmişdir. Marixuananın bir qismini evdə siqaretə doldurub çəkmiş, qalan hissəni isə kibrit qutusunda qoyaraq cibinə qoymuşdur. Axşam saatlarında evdən çıxıb yaxınlıqda olan çayxanaya piyada gedən zaman Balakən rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə polis şöbəsinə dəvət etmişlər. Balakən rayon Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdfiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs2 adlığı bir ədəd kibrit qutusunda olan 4,66 qram narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş və aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 30 manat müqabilində pul verməklə aldığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini Şahid1 narkotik vasitələri qanunsuz əldə edib saxlaması və mütəmadi olaraq üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan RPŞ-nin KPHQ-nun kiçik inspektoru Şahid3 ilə birlikdə Balakən rayonu Tülü kəndi ərazisində Şahid1 saxlayaraq rayon Polis Şöbəsinə gətirmiş, rayon X11 Layıcov şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Şahid1 əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxladığı çəkisi 4,66 qram olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və həmin kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Həmin bir ədəd kibrit qutusu içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ilə birlikdə qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı Şahid1 üzərindən digər hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra yaradılmış əməliyyat qrupuna daxil olan Polis Şöbəsinin KPHQ-nun kiçik inspektoru Şahid3lə birlikdə ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə Şahid3lə birlikdə Balakən şəhəri Z.Əliyeva küçəsində olan Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılaraq Balakən rayon Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan 01 ədəd kibrit qutusunu, həmçinin əynindəki şalvarın sol yan cibindən 01 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq əskinaz olmaqla ümumilikdə 30 manat pulu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 iki həftə əvvəl “Məhəmməd” adlı şəxsdən 200 manat müqabilində 55 qram narkotik vasitə alıb müxtəlif vaxtlarda 30-50 manat arası pul qarşılığında “Harun” adlı şəxsə satdığını bildirmiş, həmçinin, sonuncu dəfə “Məhəmməd” adlı şəxsdən 02 ədəd kibrit qutularında narkotik vasitə aldığını, aldığı 02 ədəd kibrit qutularında olan narkotik vasitənin 01 qutusunu 30 manat pul müqabilində “Harun” adlı şəxsə satdığını, təqdim etdiyi 30 manat pulu da tanışı “Harun” adlı şəxsin ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin 01 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi ilə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 10,25 qram olmuş, daha sonra qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitəni satmaqda şübhəli olan Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın arxa sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olmaqla çəkiləri 8,06 və 7,81 qram 02 ədəd kibrit qutuları aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 2022-ci ilin may ayında Mazımçay adlı çayın kənarında əkdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yararlı hissələri yığıb qurudaraq kirayədə yaşadığı evə apardığını, 25 ədəd kibrit qutularına və əlavə olaraq sellofan torbaya doldurub kirayədə yaşadığı evdə dolabda saxladığını, Təqsirləndirilən şəxs2 200 manat müqabilində 55 qram narkotik vasitə satdığını, 02 gün əvvəl də Təqsirləndirilən şəxs2 50 manat müqabilində 02 ədəd kibrit qutularında narkotik vasitə satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ərizə ilə PRŞ-nin rəhbərliyinə müraciət edərək, polis əməkdaşları tərəfindən kirayədə yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında kirayədə yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında olan köhnə bir dolabın içərisindən 01 ədəd sellofan torba, həmin sellofan torbanın içərisində əlavə 01 ədəd qırmızı rəngli sellofan torba və üzəri yapışqan lentlə sarınmış 01 ədəd qara rəngli sellofan torba, həmin bir ədəd qırmızı rəngli sellofan torba açılan zaman içərisində müxtəlif rəngli sellofanlara bükülmüş vəziyyətdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu 25 ədəd kibrit qutuları aşkar edilərək qablaşdırlmaqla götürülmüşdür. Həmçinin, aşkar edilmiş bir ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofan torba açılan zaman içərisində çəkisi 0,910 qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələri aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin KPHQ-nun kiçik inspektoru işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əri olmaqla 14 sentyabr 2023-cü il tarixdə bacısı Şahid6 onların ünvan 1 ünvanında olduqları vaxt saat 17-18 radələrində əri Təqsirləndirilən şəxs1 yaşadıqları evə gəlmiş, Məhəmmədə içəri keçməsini bildirsə də sonuncu ona hamama girib sonra evə gələcəyini deyərək ondan paltar və hamam dəsmalı istəmişdir. Əri Məhəmməd hamamdan çıxdıqdan sonra evə girəcəyini bildirdikdən sonra əri Məhəmmədə həm hamam dəsmalı, həm də dəyişmək üçün paltarlar vermişdir. Hamama girdikdən 15 dəqiqə sonra kiminsə Məhəmmədi yoldan çağırdığını eşitmiş, pilləkənin üzərinə çıxıb kim olduğunu soruşduqda həmin şəxs Məhəmmədin lazım olduğunu bildirmişdir. Həmin vaxt əri Məhəmməd hamamdan çıxıb yol qapısına tərəf gedərək qapını açmış, bu zaman təxminən 5-6 nəfər həyətə daxil olmuşdur. Məhəmməd niyə belə etdiklərini dedikdə həmin şəxslər Məhəmmədin qollarını arxaya qatlayıb sonuncunu yola çıxarmış, bacısı Nərminlə birlikdə aşağı düşmək istədikdə təxminən 3-4 nəfər şəxs pilləkənlərlə evə çıxıb polis əməkdaşları olduqdalarını və evə baxacaqlarını deyərək nə bacısı Nərmini nə də onu nə həyətə düşməyə nədə ki, geri evə girməyə imkan verməmişlər. Daha sonra həmin şəxslər evin içərisinə daxil olmaqla oranı axtarmış, lakin polislərin nə axtardığını görməmışlər. Polis əməkdaşları təxminən yarım saat sonra çıxıb getmiş, polis əməkdaşlarından biri ona əri Məhəmmədin işi ilə bağlı gecə məlumat verəcəklərini bildirmişdir. Bacısı Nərminlə birlikdə evə daxil olduqda evdə olan yorğan döşəyin şkafların hər şeyin içərisinin axtarıldığını görmüş, bundan sonra Balakən rayon Talalar kəndində yaşayan qaynı Şahid5 zəng edərək Məhəmmədin polis əməkdaşları tərəfindən aparıldığını bildirmişdir. Bundan sonra qaynı Şahid5, sonuncunun arvadı Şahid7 və qaynanası Adilə Cəyiyeva onların kirayədə yaşadıqları evə gəlmiş, Bəhruz və qaynanası Adilə Cəyiyeva ilə birlikdə Balakən rayon polis şöbəsinə getmişlər. Polis şöbəsinin qarşısında gözlədikdən sonra onu və Şahid5 şöbəyə çağırmış, Bəhruzla birlikdə Balakən rayon polis şöbəsinin inzibati binasının üçüncü mərtəbəsinə qalxmışlar. Üçüncü mərtəbədə onları bir polis əməkdaşı qəbul edərək gözləmələrini demiş, Bəhruzla birlikdə otaqda təxminən yarım saat gözlədikdən sonra Bəxtiyar adlı polis əməkdaşı gələrək Bəhruza dəhlizə çıxmasını demişdir. Bəhruz dəhlizə çıxdıqdan sonra əri Təqsirləndirilən şəxs1 yanını tutmuş vəziyyətdə Bəxtiyar adlı polis əməkdaşının olduğu otağa daxil olmuş, Məhəmmədin qolundan başqa bir polis əməkdaşı tutaraq yeriməsi üçün köməklik etmişdir. Əri Məhəmmədə nə olduğunu soruşduqda onu otaqdan çıxararaq başqa bir otağa keçirmiş, həmin otaqda saat 24-dək qalmışdır. Saat 24 radələrində Bəxtiyar adlı polis əməkdaşı gələrək digər iki nəfər polis əməkdaşları ilə birlikdə polis avtomobili ilə yaşadıqları evə getmiş, Bəxtiyar adlı polis əməkdaşı başqa bir avtomobillə gələn polis əməkdaşları ilə birlikdə evə daxil olmuşlar.Digər iki nəfər polis əməkdaşı ilə birlikdə avtomobildə gözləmiş, bir qədər sonra Bəxtiyar adlı polis əməkdaşı avtomobilə yaxınlaşaraq ona evə çıxmasını, lakin heç nəyə əl dəyməməsini demişdir. Evə daxil olduqdan sonra stolun üstündə sellofan torba kəsikləri görmüş, sonra geri həyətə düşmüşdür. Bəxtiyar adlı polis əməkdaşı qaynı Şahid5 onu aparmasını debikdən sonra onlar evdən çıxıb kəndə qaynatası evinə getmişlər. Bundan sonra əri Təqsirləndirilən şəxs1 məsuliyyətə cəlb edilmiş, Balakən rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimlan tədbiri seçilərək həbs edilmişdir. Lakin o, heç vaxt əri Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığını, saxladığını, narkotik vasitə istifadə etdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid7 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin rəisi işləyən Şahid8 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil omuş məlumat əsasında yaradılmş əməliyyat qrupuna daxil olan CAB-in əməliyyat müvəkkili Şahid2, KPHQ-nun kiçik inspektoru Şahid3 tərəfindən Şahid1 yaşadığı Balakən rayonu Tülü kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Zaur adlı şəxsdən aldığını bildirdiyinə görə Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 isə üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı pul qarşılığında Harun adlı şəxsə satdığını, həmçinin üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə Məhəmməd adlı şəxsdən aldığını göstərmiş, 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 adlı şəxsin üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana satdığını, həmçinin yaşadığı evində də narkotik vasitə qurudulmuş marixuana saxladığını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evinə sonuncunun öz könüllü razılığı ilə baxış keçirilərək yaşadığı evindən də narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. 14 sentyabr 2023-cü il tarixdə Cəyiyev X4 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirildikdən bir qədər sonra sonuncunun arvadı Şahid4 və Təqsirləndirilən şəxs1 qardaşı Şahid5 Balakən rayon polis şöbəsinə yaxınlaşaraq Təqsirləndirilən şəxs1 Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilməsini aydınlaşdırmaq üçün qapı postuna yaxınlaşaraq müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 arvadı Şahid4 və qardaşı Şahid5 öz xidməti otağında qəbul etmişdir. Şahid4 və Şahid5 qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 barədə sonunculara məlumat veriləcəyini bildirmiş, Şahid5 ona öz mobil telefon nömrəsini verərək Təqsirləndirilən şəxs1 işinin necə olması barədə onlara məlumat verməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs1 yanını tutmuş vəziyyətdə onun xidməti otağına daxil olmamış, Təqsirləndirilən şəxs1 polis şöbəsinə gəldikdən sonra şübhəli şəxs qismində saxlanıldıqdan sonra üzərində şəxsi axtarış aparılmaqla həmin proseslər polis şöbəsinin birinci mərtəbəsində aparılmışdır. Şahid4 qaynı Şahid5lə birlikdə polis şöbəsindən çıxıb getdikdən sonra həmin şəxsləri artıq bir daha görməmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə getməmiş, Təqsirləndirilən şəxs1 heç kim vurmamış, Balakən RPŞ-də hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Şahid5 ondan Təqsirləndirilən şəxs1 işinin nəticəsinin necə olacağı ilə bağlı məlumat verməsini xahiş etidiyinə görə özünə məxsus mobil telefon nömrəsi ilə gecə Şahid5 ona verdiyi mobil telefon nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və törətdiyi cinayət əməlinə görə barəsində həbs qətimkan tədbirinin seçilməsi ehtimalının daha çox olduğunu bildirmişdir. Şahid5 evdə kimsə varsa çıxarması barədə heç nə deməmiş, həmçinin baxış zamanı həmin evdə olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 17/691 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Şahid1 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 1,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 7,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş 2 ədəd kibrit qutularında qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut kütlələr." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,90 qram və 5,22 qram, ümumi çəkiləri 10,12 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs1 yaşadığı evindən aşkar edilmiş 25 ədəd kibrit qutularında qurudulmuş marixuanaya oxşar kütlələrdən ibarət maddi sübut kütlələr." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 25 (iyirmi beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 3,49 qram, 3,28 qram, 3,12 qram, 3,68 qram, 3,03 qram, 3,06 qram, 3,34 qram, 3,19 qram, 2,86 qram, 3,53 qram, 3,00 qram, 3,73 qram, 3,01 qram, 3,20 qram, 3,28 qram, 3,95 qram, 3,64 qram, 3,80 qram, 3,74 qram, 3,92 qram, 6,81 qram, 5,51 qram, 7,13 qram, 2,83 qram və 2,87 qram, ümumi çəkiləri 93,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Aşkar edilmiş 1 ədəd sellofan torbada qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd üzəri yapışqan lentlə sarınmış sellofan torbada, təmiz çəkisi 890,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd zərflərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 1655 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 1716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoid qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində çəkisi 10,25 qram olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, sol yan cibindən bir ədəd 10 manatlıq və və bir ədəd 20 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılmasına dair 14 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın arxa sağ cibindən hər birinin çəkisi 8,06 və 7,81 qram olmaqla içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu iki ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş baxış keçirilməsi haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında yataq otağında olan dolabın içərisindəki rəngli sellofan torbanın içərisindən 01 ədəd qırmızı rəngli sellofan torba, həmin sellofan torbada isə çəkiləri 6,47 qram, 5,29 qram, 10,65 qram, 6,44 qram, 6,21 qram, 8,97 qram, 6,69 qram, 7,17 qram, 6,73 qram, 6,48 qram, 6,25 qram, 6,12 qram, 6,23 qram, 7,08 qram, 10,37 qram, 6,49 qram, 6,36 qram, 6,36 qram, 7,16 qram, 6,26 qram, 6,66 qram, 6,90 qram, 7,31 qram, 6,82 qram və 6,12 qram təşkil edən 25 ədəd kibrit qutularında qurudulmuş marixuanaya oxşar bitki kütlələri, bundan başqa rəngli sellofan torbada olan qara rəngli üzəri yapışqanlı lentlə örtülmüş sellofan torbada çəkisi 0,910 kiloqram təşkil edən qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilib götürülmüşdür. İş materiallarında olan “Balakən rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli 18-1-27/2-676/2023 nömrəli məktubdan görünür ki, Balakən rayon sakinləri Təqsirləndirilən şəxs2 və Cəyiyev X4 rayon X7 X5 şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, İslamov X6 rayon Xalq Məhkəməsinin 02 iyul 1997-ci il tarixli hökmü ilə CM-in (köhnə redaksiyada) 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1998-ci il tarixdə cəzadan 07 ay 23 gün vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənildiyindən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, İslamov X6 şəhəri Z.Əliyeva küçəsi 115 nömrəli evdə qeydiyyatda olmaqla yaşamış, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş Aylin İslamova adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Cəyiyev X4 rayonu Talalar kəndində qeydiyyatda olmaqla qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilmişdir. Himayəsində xx.xx.2010-cu il tarixdə doğulmuş Rəhman Cəyiyev və xx.xx.2012-ci ildə doğulmuş Fatimə Cəyiyeva adlı iki azyaşlı uşaları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 2120-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2255-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən rayon Məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon Məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti alıtna vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs1 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana satmış, sonuncu da həmin narkotik vasitəni Şahid1 satmışdır. Təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmalarını bildirmələrinə dair münasibətdə isə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmənin belə qənaətə gəlməsinə iş materiallarında olan təqsirləndirilən şəxslərin video çəkilişlə etirafedici ifadələri, məhkəmə kimyəvi ekspertizasının rəyləri, SMS yazışmalar və işdə olan digər sənədlər təsdiq edir. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs1 onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması, ona qarşı qanunsuzluqlar edilməsinə dair müraciəti üzrə Balakən rayon prokurorluğu tərəfindən araşdırma aparılaraq xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Rədd qərarından da görünür ki, Təqsirləndirilən şəxs1 bədənə səthində aşkar edilmiş hər iki aşağı ətraf pəncəsində olan qançır izlərinin alınması ilə əlaqədar Təqsirləndirilən şəxs1 isintaq təcridxanasına daxil olarkən həmin xəsarətləri iki gün əvvəl hündürlükdən yıxılarkən aldığını bildirmiş, bundan başqa bu barədə olan ekspert rəyində də Təqsirləndirilən şəxs1 qeyd olunan xəsarəti göstərilən şəraitdə ala bilməsi qeyd olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçının üzərində aşkar olunmuş narkotik vasitədən başqa evində də narkotik vasitə olub-olmamasına dair sualına sonuncu ümumiyyətlə onda narkotik vasitə olmamasını deyil, məhz “nə var idisə gətirdiz” kimi cavab verməsi onun instiktiv olaraq özündə narkotik vasitə olmasını qəbul etməsi kimi qiymətləndiriləməli, Təqsirləndirilən şəxs1 narkotik vasitənin evində olmasını deyil, polislərin özləri ilə gətirməsini göstərərək cavab verməsi isə istintaq orqanını çaşdırmaq cəhdi kimi qiymətləndirilməlidir. Bundan başqa digər Təqsirləndirilən şəxs2 da narkotik vaistə olan marixuananı Təqsirləndirilən şəxs1 əldə etməsini etraf etmiş, məhkəmə-bioloji ekspertizasının rəyi ilkə hər iki şəxsdə aşkar olunmuş narkotik vasitələrin tərkiblərinə görə eyni olduqları müəyyən edilmişdir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs2 narkotik vaistəni Təqsirləndirilən şəxs1 pul qarşılığında almamasına dair hissəsini, həmçinin yaxın qohum olduqlarına görə şahidlər Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələrini Təqsirləndirilən şəxs1 müdafiəsinə yönəlmiş müdafiə xarakterli ifadələr kimi qəbul qiymətəndirir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən hallardır. CM-in 61-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 sentyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı tarixdən hesablanmalı, CM-in 56.1.2-cü maddəsinə əsasən hər iki təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixə kimi 02 (iki) gün şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik) Təqsirləndirilən şəxs2 17,27 AZN (on yeddi manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş Şahid1 1,79 qram qurudulmuş marixuananı qanunsuz olaraq satmaqla cinayət yolu əldə etdiyi 30 manat pul xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı --- tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkdiyinə görə barəsində narkomanoyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 17,28 AZN (on yeddi manat iyirmi səkkiz qəpik), Təqsirləndirilən şəxs2 17,27 AZN (on yeddi manat iyirmi yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş cinayət yolu əldə edilmiş 30 manat pul xüsusi müsadirə edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan bir ədəd kibrit qutusunda çəkisi 1,77 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kibrit qutusunda çəkisi 7,31 qram olan narkotik vasitə qurudulmuş marixuana, iki ədəd kibrit qutularında ümumi çəkisi 10,08 qram olan narkotik vasitə qurudulmuş marixuana, 25 ədəd kibrit qutularında ümumi çəkisi 92,50 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd sellofan torbada təmiz çəkisi 889,80 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar