Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-134/2025 31.07.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci ildə Zaqatala rayonunun Kebeloba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Zaqatala rayonunun Kebeloba kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə həmkəndliləri Şahid2 və Şahid1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun qoca bibisi Zərərçəkmiş şəxs1 və bibisinin əri Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətində olan xeyli miqdarda əmlakı, yəni 10 000 (on min) manat pulunu və qızıl-zinət əşyalarını ələ keçirmək məqsədilə əvvəlcədən sifətlərinin tanınmaması üçün başlarına geyinmək məqsədilə qara rəngli, sintetik materialdan olan qadın kalqotkasından maska hazırlamış, hadisə yerində əlbarmaq izlərinin qalmaması üçün əlcək, üzərlərində olacaq başqa geyim əşyalarının diqqət çəkməməsi üçün idman şalvarı, cinayət törədən zaman rahat hərəkət edə bilmələri üçün idman ayaqqabısı, hücuma məruz qalacaq şəxsləri qorxutmaq üçün oyuncaq tapança, həmçinin həmin şəxslərin əl-ayaqlarını bağlamaq üçün yapışqanlı lent əldə etmiş, 16 avqust 2019-cu il tarixdə saat 03 radələrində əlcək və maska istisna olmaqla, sadalanan digər geyim əşyalarını geyinib, birlikdə özü idarə etdiyi “Opel Vectra” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları Zaqatala rayonunun Çökəkoba kəndində yerləşən evin yaxınlığına gələrək özləri ilə gətirdikləri maska və əlcəyi geyindikdən sonra daxil olmağı planlaşdırdıqları evin qonşuluğunda yerləşən yarımçıq tikilidən əldə etdikləri nərdivandan istifadə edib qanunsuz olaraq ev sahiblərinin yaşadığı fərdi yaşayış evinin həyətinə, oradan isə yaşayış sahəsi hesab olunan evin otağına girməklə, həmin otaqdakı çarpayıda yatmaqla köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərlərinə hücum etmiş, onların sifət və baş nahiyələrinə yumruq və təpiklə ardıcıl zərbələr endirdikdən və əl-ayaqlarını özləri ilə gətirdikləri yapışqanlı lentlə bağladıqdan sonra onlardan evdə olan qızıl-zinət əşyalarının və pulun yerini demələrini tələb etmiş, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 qulaqlarındakı dəyəri 320 manat olan 01 cüt qızıl sırğanı çıxardıqdan sonra zərərçəkmiş şəxslərin evdə olan qızıl-zinət əşyalarının və pulun yerini demədiklərini görüb, onları daha aqressiv şəkildə yumruq və təpiklə döyməyə davam etmiş, özü ilə gətirdiyi silah qismində istifadə edilən oyuncaq tapançanın arxası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə möhkəm zərbə endirildikdən sonra sonuncu evdə olan pulların və qızıl-zinət əşyalarının yerini bildirmiş, Zərərçəkmiş şəxs2 məxsus asılqanda olan şalvarın cibindən 241 manat pulu, Zərərçəkmiş şəxs1 məxsus çantadan birinin dəyəri 500 manat, digərinin dəyəri 180 manat olan 02 ədəd qızıl üzüklə bərabər 52 manat pulu götürməsinə baxmayaraq, qrup üzvləri planlaşdırdıqları kimi evdə 10 000 (on min) manat pulu və digər qızıl-zinət əşyalarını tapa bilmədiklərini görüb, məqsədlərinə çatmaq üçün təkrar yumruq və təpiklə zərərçəkmiş şəxslərə zərbələr endirməklə, hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 alının sağ yarısında, sağ gözünün üst qapağında və gözaltı nahiyədə qançırlar, sağ gözün ağlı qişasına travmatik qansızma, göz almasının hematoması, burun qabarı üzərində sıyrıq, sol almacıq nahiyədə qançır və sıyrıq, sol əlin səthində sıyrıq xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə başın sağ təpə-gicgah nahiyəsində sıyrıq və sağ kürəkdə qançır xarakterli, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə həyatları və sağlamlıqları üçün təhlükəli zorakılıqla, həmçinin qızılzinət əşyalarının və pulun yerini bildirməyəcəkləri halda onları özü ilə gətirdiyi silah qismində istifadə etdiyi oyuncaq tapança ilə öldürməklə hədələyərək həyatları üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib, zərərçəkmişlərə məxsus, ümumilikdə 293 manat pulu, cəmi 1000 (min) manat dəyərində 01 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğanı qəsdən ələ keçirməklə quldurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 və Şahid1 həmkəndliləri olduqlarına görə uşaqlıqdan tanımışdır. 2019-cu ilin təxminən iyun ayında Şahid1 uşağı olması ərəfəsində Zaqatala şəhəri, Zərifə Əliyeva adına parkda sonuncu və Şahid2lə görüşdükdə sonuncu ondan 2000 manat, Fərhad isə 200 manat doğum xərclərinə görə borc qismində pul istəmiş, o isə həmin məbləğdə pulları adları qeyd edilən şəxslərə vermişdir. Adları çəkilən şəxslər həmin borcu 1 ay müddətində qaytaracaqlarına söz vermişlər, Şahid2 1000 manat pulu vaxtında qaytarsa da, digər 1000 manat pulu, Şahid1 isə borclu olduğu 200 manat pulu qaytarmamışdır. 2019-cu ilin avqust ayında Zaqatala şəhərində Şahid2lə təsadüfən rastlaşdıqda sonuncudan verdiyi borcla bağlı soruşmuş, Şahid2 isə pulunun olmadığını bildirdikdə aralarında sözlü mübahisə yaranmış və ondan borc qismində pulu Şahid2 və Şahid1 birlikdə götürdüklərini demiş və bu zaman Şahid2 zamin durduğu üçün axşama kimi adları qeyd edilən şəxslərin ona borclu olduqları 1200 manat pulu qaytarmalarını tələb etmişdir. Şahid2 axşam saat 23 radələrində görüşmələrini və pulu həmin vaxt qaytaracağını bildirmiş, saat təxminən 23 radələrində Zaqatala şəhəri, Mədəniyyət evinin qarşısında olan çayxanada Şahid2 və Şahid1lə görüşmüş, Şahid2 onu evinə dəvət etmiş və evdən götürüb pulu verəcəyini bildirmişdir. Daha sonra Şahid2 evinə getsələr də sonuncu evinə daxil olub bir qədər sonra evindən çölə çıxmış, lakin pul gətirməmişdir. Yenidən aralarında sözlü mübahisə baş vermiş, bundan sonra Şahid1 başqa yerdən pulu tapıb verəcəyini bildirmiş, lakin Şahid1 və Şahid2 şəhərdə iki yerə getsələr pul tapa bilməmişlər. Bundan sonra Şahid1 Zaqatala rayonunun Çökəkoba kəndində olan qohumlarının yaşadığı evə getməsini və orada pul tapıb ona verəcəyini demişdir. Həmin vaxtlarda o, dostu Şahid3 idarə etmək üçün “Opel” markalı, **-BE-*** nömrəli avtomobili götürmüş, qeyd olunan avtomobillə Şahid1 və Şahid2lə birlikdə Zaqatala rayonunun Çökəkoba kəndinə getmiş, saat təxminən 24 radələrində həmin yerə çatdıqda Şahid1 və Şahid2 avtomobildən düşüb ona pulu götürüb gələcəklərini və gözləməsini ona bildirmişlər. O, təxminən 20 dəqiqə ərzində adları qeyd olunan şəxslərin gəlməsini gözləmiş, sonra adları çəkilən şəxslərin mobil telefon nömrələrinə zəng etmiş, lakin həmin şəxslərin mobil telefon nömrələrinə zəng çatmamışdır. Bundan sonra o, idarə etdiyi avtomobillə həmin ərazidə hərəkət etmiş, lakin adları qeyd olunan şəxsləri tapa bilməmişdir. Həmin tarixdə axşam Şahid3 ona zəng edərək avtomobilini qaytarmasını bildirmiş, o da Zaqatala şəhərinə gəlib avtomobili sonuncuya qaytarmışdır. Səhəri günü Şahid2 və Şahid1 axtarmış, həmin tarixdə təxminən saat 17-18 radələrində Şahid2 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və sonuncunun deməsinə əsasən əvvəlki gün qeyd olunan şəxsləri avtomobillə düşürdükdən sonra problemli hərəkət etmələri, polis əməkdaşları tərəfindən axtarılmaları ona məlum olmuşdur. O, Şahid2 həmin məsələnin ona aidiyyətinin olmadığını demiş, sonuncu isə onun avtomobili ilə həmin yerə getmələri səbəbindən polis əməkdaşlarının onu da tutacaqlarını demişdir. O, Şahid2lə Şahid1 etdiyi hərəkətləri bilməmiş, lakin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığı üçün qorxmuş və Şahid3 məxsus olan avtomobili götürdüyü üçün həmin tarixdə sonuncu ilə görüşüb ona 30 manat pul vermişdir. Təxminən 18 avqust 2019-cu il tarixdə Balakən rayonunun ərazisindən sərhədi keçib Gürcüstan Respublikasına, oradan da Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. O, Şahid2 və Şahid1lə əlbir olmamış və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olaraq quldurluq yolu ilə sonuncuların əmlaklarını ələ keçirməmişdir. Rusiya Federasiyasında olarkən 10 aprel 2024-cü il tarixdə tutulmuş və 12 aprel 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 15 avqust 2019-cu il tarixdə gecə vaxtı o və əri Zərərçəkmiş şəxs2 yuxulamışlar. Yatmazdan əvvəl o, evin qapılarını bağlamış, lakin yatdığı otağın bir pəncərəsi ilə mətbəxin bir pəncərəsini açıq qoymuşdur. 16 avqust 2019-cu il tarixdə gecə saat 03 radələrində yuxuda olan zaman banditizm, banditizm sözlərinə yuxudan oyanmış və dərhal ayağa qalxdıqda otaqda 3 nəfər şəxsin olduğunu görmüşdür. Otağa daxil olan şəxslər əlində fənəri onun sifətinə tərəf yandırıb söndürmüşlər, o, bunu görən kimi dərhal qışqırmış və bu zaman həmin şəxslərdən biri tez pəncərəni örtmüş, digəri isə sakit olmalarını və oğurluq etmək üçün gəldiklərini demişdir. O, həmin şəxslərin sözünü dinləməyib yenidən qışqırdıqda qeyd olunan şəxslərdən bir nəfər ona tərəf hərəkət edib onun baş nahiyəsinə yumruqla zərbələr vuraraq döyməyə başlamış, ardınca isə asta səslə danışan şəxs göstərilən evə daxil olmuş digər şəxslərə yapışan lent vasitəsilə onun və əri Zərərçəkmiş şəxs2 əllərini bağlamasını təklif etmiş və bu zaman təısvir olunan şəxslər onlara oğurluğa gəldiklərini demişlər. Həmin şəxslər onların əllərini və ayaqlarını bağladıqdan sonra evə daxil olan şəxslərdən bir neçə dəfə nə istədiklərinə və nə üçün gəldiklərinə dair sual vermişdir. Qeyd olunan şəxslərdən yalnız bir nəfər mütəmadi olaraq onlarla danışmış, evlərində qızıl və pul olduğunu bildiklərini və bilmədiyi şəxsin göndərdiyini deyib qızılla pulu götürməmiş getməyəcəklərini demişdir. O, evdə pulun olmadığını desə də onunla danışan şəxs inanmamış, onları öldürəcəyi və evə qaz buraxıb partladacağını demişdir. Üç nəfər şəxsdən biri onu, digər şəxs isə əri Zərərçəkmiş şəxs2 tutmuş, 3-cü şəxs isə yalnız onlarla danışmış və onlara zərbələr vurmuşdur. Mütəmadi olaraq onlarla danışan 3-cü şəxsə 180 manat pulun müqabilində aldığı və Bakı şəhərindən 500 manat pulun müqabilində aldığı iki ədəd üzüyün, çantada da 52 manat pulun olduğunu deyib yerini göstərmiş, Zərərçəkmiş şəxs2 də pul olan şalvarının yerini həmin şəxsə bildirmişdir. Otağa daxil olmuş 3 nəfər şəxsin sifətində maska və əllərində əlcək olmuş, həmin şəxslərdən biri əvvəlcədən onun qulağındakı 320 manat pulun müqabilində aldığı sırğanı götürmüş, sonra da onun qızıl və pulunun yeri olan tərəfə getmiş, lakin onlar götürdükləri qızıllarla, pullarla kifayətlənməmiş, evdə daha çox qızılın və pulun olduğunu iddia etmişlər. Onlar ona dini kitabın içərisində pul olduğunu demişlər, o isə həmin şəxslərə kitabın içərisində pul olmadığını bildirmişdir. Həmin şəxslər ona inanmadıqları üçün kitabın olduğu yeri demiş, qeyd olunan şəxslər kitabın içərisinə baxdıqda orada da pul olmadığını görmüşlər və Zərərçəkmiş şəxs2 zərbələr vurmağa davam etmişlər. Həmin şəxslərdən üçüncü şəxs Zərərçəkmiş şəxs2 pulun və qızılın yerini deməsini tələb edərək nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs2 tutub saxlayan şəxs də ona asta səslə pulun yerini deməsini məsləhət görmüş, onu tutan şəxs isə danışmamış, barmağı ilə ona işarə edərək susmasını tələb etmişdir. Onu tutan şəxs ortada danışan şəxsə əli ilə bilmədiyi işarəni etmiş, ortada danışıq aparan şəxs pərdəni çəkib sandığın üstündəki yorğan döşəkləri axtarmağa başlamış, lakin axtardığı yerdən də heç nə tapmadığından həmin şəxs tapançanı çıxartmışdır. Həmin şəxs Zərərçəkmiş şəxs2 vuracağına işarə edən hərəkət edib tətiyi çəkmiş, atəş açılmadığını gördükdə isə qeyd olunan şəxs onlara bəxtlərinin gətirdiyini demişdir. Həmin şəxs onu tutan şəxsin işarəsi ilə otaqdan çıxmış, sonra isə Zərərçəkmiş şəxs2 tutan şəxs də otağı tərk etmişdir. Bundan sonra da həmin şəxslərdən biri otağa daxil olub onlara hadisə barədə polis orqanlarına məlumat verməmələrini tapşırmış və məlumat verəcəkləri halda yaxında olduqlarını bildirərək gəlib onları öldürəcəkləri ilə hədələmişlər. Əlləri yapışqan lentlə bağlı halda təxminən yarım saat otaqda qaldıqdan sonra çətinliklə də olsa əllərini açmışlar, sonra da bu barədə polis orqanına məlumat vermək istəmişlər. Hər ikisinin mobil telefonu qonaq otağında olmuş, mobil telefonların birinin nömrəsi sınıq olmuş, Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsi isə telefondan çıxarılmış halda kənarda olmuşdur. Mobil telefon nömrəsini mobil telefona yerləşdirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə vaxtı əri Zərərçəkmiş şəxs2 cibində 241 manat pul, onun çantasında isə 52 manat pul, dəyəri 1000 manat təşkil edən iki ədəd üzük olmuş və ümumilikdə ona 1293 manat məbləğində ziyan dəymişdir. Sonradan ibtidai istintaq zamanı evlərinə daxil olub basqın edən şəxslərin qardaşı oğlu Şahid1 və həmkəndliləri Şahid2 və Təqsirləndirilən şəxs olması, məhkəmə baxışı zamanı isə evlərinə basqın zamanı onu Şahid1, əri Zərərçəkmiş şəxs2 isə Şahid2 tutması, hər 3 şəxsin onların əl-ayaqlarını yapışqan lentlə bağlamaları, otağa daxil olan zaman banditizm, banditizm sözlərini deyən, onlarla əsas danışıqları aparan, ortalıqda gəzib qızıl və pulları axtaran, onlara əsasən təpik və yumruqla zərbələr vurub qızıl və pulların yerini öyrənməyə çalışan və əlindəki tapançanı Zərərçəkmiş şəxs2 tuşlayıb öldürməklə hədələyib tətiyi çəkən şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 15 avqust 2019-cu il tarixdə gecə vaxtı o və arvadı Zərərçəkmiş şəxs1 yuxulamışlar. Yatmazdan əvvəl arvadı Zərərçəkmiş şəxs1 evin qapılarını bağlamış, lakin yatdığı otağın bir pəncərəsi ilə mətbəxin bir pəncərəsini açıq qoymuşdur. 16 avqust 2019cu il tarixdə gecə saat 03 radələrində yuxuda olan zaman banditizm, banditizm sözlərinə yuxudan oyanmış və dərhal ayağa qalxdıqda otaqda 3 nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxslərin baş nahiyələrində kapron corabdan olan maska olmuş, hər üçü onların üzərinə hücum etmiş, iki nəfər onu tutub sifətinə yumruqla zərbələr vurmağa başlamış, bir nəfər isə arvadı Zərərçəkmiş şəxs1 tutub zərbələr vurmağa başlamışdır. Bu zaman arvadı qışqırdığı üçün onlardan bir nəfəri onların yataq otağının pəncərəsini bağlamış, həmin şəxslər həm onun, həm də arvadının əllərini və ayaqlarını önə doğru yapışqan lentlə bağlamışlar və qeyd olunan şəxslərdən birinin əlində tapança da olmuşdur. Həmin şəxslərdən onun arvadı Zərərçəkmiş şəxs1 tutan şəxs arvadının qulaqlarındakı sırğaları götürmüş, bu vaxt Umüküs Zəngiyeva həyəcanlı olduğu və səs-küy saldığı üçün sonuncunun ağız nahiyəsini bağlamağa çalışmışlar, lakin arvadı yalvararaq ağız nahiyəsini bağlamamalarını xahiş edərək qışqırmayacağını bildirmişdir. Həmin şəxslər arvadı Zərərçəkmiş şəxs1 əllərini və ayaqlarını bağladıqdan sonra qeyd olunan şəxslərdən biri onunla danışmağa başlamış və evdə çoxlu pul və qızıl olduğunu deyərək ondan qızılları və pulları onlara verməyi tələb etmişdir. O isə qeyd olunan şəxslərə həmin məbləğdə pulunun olmadığını və evdə olan pulun onun şalvarının cibində olduğunu bildirmişdir. Həmin vaxt onun şalvarı evin giriş qapısının yanında asılqandan asılı halda olmuş, şalvarın yerini qeyd olunan şəxslərə demiş, arvadı Zərərçəkmiş şəxs1 da qızılların yerini demiş və bu vaxt qızıllar qonaq otağında stolun üstündə olmuşdur. Evə basqın edən şəxslər üç nəfər olmuş, onlardan bir nəfər şəxs mütəmadi olaraq onu, bir nəfər şəxs arvadı Zərərçəkmiş şəxs1 tutub saxlamış, bir nəfər isə onlardan qızılların və pulların yerini soruşub otaqları axtarmışdır. O, onu tutan şəxsin əlində bıçaq olduğunu düşünmüş, lakin həmin şəxsin əlində konkret olaraq bıçaq görməmiş, digər şəxsin əlində nə olduğunu bilməmişdir. Onunla danışan şəxs mütəmadi olaraq əlavə qızıl və pul istəyib otaqları axtarmış, onlar isə һər dəfəsində evdə tapdıqları qızıl və puldan başqa heç nə olmadığını demişlər, basqına gəlmiş şəxslər isə onlara inanmamışlar. Təxminən 7-8 dəfə otaqdan çıxmış, başqa otaqları da axtarıb gələndən sonra onlara guya pulları dini kitabının içində saxladıqlarını demiş, Zərərçəkmiş şəxs1 isə kitabın yerini həmin şəxslərə demişdir. Həmin şəxs kitabın içinə baxmış, lakin heç nə tapa bilməmiş və hər dəfə tapa bilməyib otağa gəldikdə qeyd olunan şəxs ona zərbə vurmuşdur. Ona təpiklə daha çox zərbəni vuran şəxs Zərərçəkmiş şəxs1 tutan şəxs olmuş, onu tutan şəxs qızılların və pulların yerini deməsini ona məsləhət görmüşdür. Otaqları axtaran zaman Zərərçəkmiş şəxs1 tutan şəxs əli ilə olduğu otağı da göstərmiş, otaqları axtaran şəxsə həmin otağı da axtarmasını bildirmişdir. Həmin ortada gəzən şəxs qeyd olunan otağı da axtarmış, lakin heç nə tapa bilmədikdə göstərilən şəxs tapançasını götürüb ona tərəf tuşlamış, qızıl və pulların yerini deməyəcəyi halda hər ikisini öldürəcəyi ilə hədələmişdir. Onlar yenə də qızıl və pulların olmadığını desələr də həmin şəxs tətiyi çəkmiş, lakin atəş açılmamış və bu zaman qeyd olunan şəxs onlara bəxtlərinin gətirdiyini demişdir. Daha sonra ortada onlarla danışan şəxs Zərərçəkmiş şəxs1 tutan şəxsə işarə edib otaqdan çıxarmış, sonra isə onu tutan şəxs də otağı tərk etmişdir. Bundan sonra həmin şəxslərdən biri otağa daxil olub onlara polis orqanına bu barədə məlumat verməmələrini tapşırmış, məlumat verəcəkləri halda yaxında olduqlarını bildirərək gəlib onları öldürəcəkləri ilə hədələmişlər. Onların evinə basqın edən hər üç şəxsin əlində əlcək olmuş, onlar əlləri və ayaqları yapışqan lentlə bağlı halda bir saata qədər otaqda qalandan sonra çətinliklə də olsa əllərini açmışlar. Hər ikisinin mobil telefonu qonaq otağında olmuş, mobil telefonların birinin nömrəsi sınıq olmuş, onun mobil telefon nömrəsi isə telefondan çıxarılmış halda kənarda olmuşdur. O, mobil telefon nömrəsini mobil telefona yerləşdirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə vaxtı onun cibində 241 manat pul, arvadı Zərərçəkmiş şəxs1 çantasında isə 52 manat pul, dəyəri 1000 manat təşkil edən iki ədəd üzük olmuş və ümumilikdə ona 1293 manat məbləğində ziyan dəymişdir. Sonradan ibtidai istintaq zamanı evlərinə daxil olub basqın edən şəxslərin arvadı Zərərçəkmiş şəxs1 qardaşı oğlu Şahid1 və həmkəndliləri Şahid2 və Təqsirləndirilən şəxs olması, məhkəmə baxışı zamanı isə evlərinə basqın zamanı onu Şahid2, arvadı Zərərçəkmiş şəxs1 isə Şahid1 tutması, hər 3 şəxsin onların əl-ayaqlarını yapışqan lentlə bağlamaları, otağa daxil olan zaman banditizm, banditizm sözlərini deyən, onlarla əsas danışıqları aparan, ortalıqda gəzib qızıl və pulları axtaran, onlara əsasən təpik və yumruqla zərbələr vurub qızıl və pulların yerini öyrənməyə çalışan və əlindəki tapançanı ona tuşlayıb öldürməklə hədələyib tətiyi çəkən şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən “Opel Vectra” markalı, **-BE-*** qeydiyyat nömrəli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuş, həmin avtomobil atasının mülkiyyətində olmuş və etibarnamə əsasında qeyd olunan avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtlarda taksi fəaliyyəti ilə məşğul olarkən tanımış və sonuncunu sərnişin kimi müxtəlif ünvanlara aparmışdır. 15 avqust 2019-cu il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng edib ailəsi ilə birlikdə 2-3 saat müddətinə bilmədiyi yerə istirahət etmək üçün getmək istədiyini demiş, bu məqsədlə ona avtomobili verməsini xahiş etmiş və bunun müqabilində onun 2-3 saat müddətinə taksi fəaliyyəti ilə qazanacağı pulu verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs sonuncunu və ailəsini lazımı ünvana aparmasını təklif etsə də Təqsirləndirilən şəxs israr etmiş və avtomobili ona verməmişdir. Həmin tarixdə təxminən saat 20:30-da Zaqatala şəhəri, Azərbaycan prospektində yerləşən “999” kafesinin qarşısında “Opel Vectra” markalı, **-BE-*** nömrəli avtomobili Təqsirləndirilən şəxs verdikdə sonuncu ona avtomobili saat 23:30-da qaytaracağına söz vermiş və həmin vaxt Təqsirləndirilən şəxs tək olmuşdur. Bundan sonra Zaqatala şəhəri, İmam Şamil küçəsində yerləşən çayxanaya getmiş və orada saat 23:30 radələrinə kimi Təqsirləndirilən şəxs gözləmiş, lakin sonuncunun gəlmədiyini görüb saat 00:00 radələrinə kimi sonuncuya zəng etmiş, lakin sonuncunun mobil telefonuna zəng çatmamışdır. Saat təxminən saat 00:15-də Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, avtomobilini Zaqatala şəhəri, İmam Şamil küçəsində ona qaytarmış və pulu səhəri gün verəcəyini demişdir. Təqsirləndirilən şəxs çıxıb getmiş, 16 avqust 2019cu il tarixdə sonuncu ona zəng etmiş və onu “Meydan” adlanan yerə çağırmışdır. Təqsirləndirilən şəxs orada ona 30 manat pul vermiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs hər hansı cinayət əməlini törətməsi barədə onun məlumatı olmamış, polis şöbəsinə çağırıldıqda isə sonuncunun ondan avtomobili götürən tarixdə quldurluq cinayətini törətməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2lə Təqsirləndirilən şəxs arasında pul məsələsi olmuş, lakin o, həmin söhbətləri bilməmişdir. Təqsirləndirilən şəxs onları hadisənin baş verdiyi yerə saat 02:30 radələrində aparmış, sonuncu onları həmin yerə düşürdükdən sonra qeyd olunan yeri tərk edib getmiş, onların göstərilən evə hansı məqsədlə getmələri barədə Təqsirləndirilən şəxs məlumatı olmamış və sonradan Təqsirləndirilən şəxs görməmişdir. Hadisənin baş verdiyi evdə o və Şahid2 olmuş və evə ikisi daxil olmuşlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumuş, lakin həmin ifadəsinin bəzi hissələri doğru olmamışdır. İbtidai istintaq zamanı 13 dekabr 2024-cü il tarixdə ifadə verməmiş və həmin ifadədə olan imzalar ona məxsus olmamışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun bibisi, Zərərçəkmiş şəxs2 bibisinin əri, Təqsirləndirilən şəxs onun həmkəndlisi, Şahid2 isə onun uzaq qohumu, həmkəndlisi və yaxın dostudur və adları qeyd olunan şəxslərlə aralarında ədavət və düşmənçilik olmamışdır. Tutulmamışdan əvvəl bir neçə şəxsə, o cümlədən Təqsirləndirilən şəxs borcları olmuş, Şahid2lə birlikdə sonuncudan borc qismində 1200 manat pul götürmüş, özünün də ayrıca təxminən 500 manat borcu olmuşdur. Həmin borcları qaytarmaq üçün pulu əldə edəcəyi yer barədə düşünmüş, bu zaman bibisi Zərərçəkmiş şəxs1 ailəsinin torpaq sahəsini satdığını eşitmiş və həmin satışdan təxminən 10 000 manat pulun əldə oluna biləcəyini güman etmişdir. Buna görə də bibisi Zərərçəkmiş şəxs1 evinə basqın etmək qərarına gəlmiş, bibisinin evində əri Zərərçəkmiş şəxs2 başqa heç kəsin yaşamaması səbəbindən evə basqın edib onlara hədə-qorxu gələcəyi halda pulları ala biləcəyini, yaşlı adam olduqlarına görə pulları ehtiyat üçün evdə yığmalarını fikirləşmişdir. Əvvəlcə basqını tək etməyi planlaşdırmış və bunun üçün 14 avqust 2019-cu il tarixdə qadın kalqotkasından bir ədəd maska hazırlamış, maskanı hazırlayarkən kalqotkanın naxış yerini qayçı ilə kəsib ona göz-ağız yeri açmış, hazırladığı maskanı başına taxıb yoxlamışdır. Usta əlcəyini də maska ilə bir yerə basqın zamanı istifadə etmək üçün qoymuş, bibisinin əri ilə birlikdə yaşadığını düşünüb tək gedəcəyi halda çətin olacağını düşünərək bu işi digər şəxslə birlikdə etmək qərarına gəlmişdir. 15 avqust 2019-cu il tarixdə axşam saatlarında dostu və həmkəndlisi Şahid2 zəng edib Zaqatala şəhərində yerləşən Göyəm abidəsi tərəfdə görüşüb basqınla bağlı fikrini demiş, basqını planlaşdırdığı evin bibisinin evi olduğunu, basqın edəcəkləri bibisinin evində təxminən 4000-5000 manat pul olacağını, qızılla birlikdə evdən 10 000 manat pul çıxarmağın mümkün olduğunu bildirmişdir. Şahid2 bibisini və sonuncunun ərini qorxuzub pul alacaqlarını demiş, sonuncu isə məbləği və məqsədini eşidib razılaşmış və bu işə Təqsirləndirilən şəxs də qatmaq istəmişdir. Şahid2 basqını ikisinin etmələrini istədiyini desə də Şahid2 Təqsirləndirilən şəxs tərifləmiş, bu səbəbdən də Şahid2lə razılaşmış və sonuncu Təqsirləndirilən şəxs zəng etmişdir. Bir qədər sonra Zaqatala şəhərinin mərkəzində meydan adlı ərazidə Təqsirləndirilən şəxslə görüşən zaman qurduğu planı sonuncuya izah etmiş, bu zaman evə girəcəklərinə, qadınla kişini qorxuzub pulunu və qızılını alıb çıxacaqlarına və həmin vaxt döymək və vurmaq kimi hərəkətlərin edilməyəcəyinə, basqın zamanı özünün qadını, Şahid2 kişini tutmasına, Təqsirləndirilən şəxs isə həm bədən cəhətdən iri olmasına, həm də Təqsirləndirilən şəxs bibisinin ailəsinin ümumiyyətlə tanımamasına görə sonuncunun yalnız sözlə qorxutmasına dair razılaşmışlar. Basqını gecə saatlarında edəcəklərini planlaşdırmışlar və yemək yemək məqsədilə onun kirayədə yaşadığı Zaqatala rayonunun Yuxan Tala kəndində yerləşən evinə getmişlər. Orada olarkən evə daxil olan zaman baş nahiyələrinə maska, əllərinə isə əlcək taxacaqları və rahat hərəkət etmək üçün ayaqlarına krossovka geyinmək haqqında razılaşmışlar. Əvvəlki günlərdə yalnız özü üçün maska və əlcək hazırlasa da ümumi plana Şahid2 və Təqsirləndirilən şəxs də qoşulduğundan onlar üçün də qadın kalqotkasından maska hazırlamış və əlcəklər də ayırmışdır. Təqsirləndirilən şəxs ona bibisi ilə ərini bağlamaq üçün yapışqan lent də lazım olacağını təklif etdiyinə görə evində olan yapışqan lenti də özü ilə götürmüş və bütün əşyaları bir sellofan torbaya qoyub saxlamışdır. Onların basqın zamanı maskanı taxmaqda məqsədləri tanınmamaq, əlcəkləri geyinməkdə məqsədləri isə barmaq izinin düşməməsi olmuş və basqını gecə saat üçdə, hər kəsin yatdığı bir vaxtda etməyi planlaşdırmışlar. Təqsirləndirilən şəxs Zaqatala rayonunun Çökəkoba kəndinin uzaq yer olduğunu bildirib onlara avtomobilin lazım olduğunu, qadın cinsli şəxslə görüşmək adı ilə dostundan avtomobili götürməyi təklif etmiş, onlar da bu təkliflə razılaşmışlar. Saat 22 radələrində Təqsirləndirilən şəxs avtomobili gətirmək üçün getmiş, bir saat sonra qayıtdıqda özü ilə iki ədəd krossovka, həmçinin Şahid2 üçün idman şalvarı gətirmiş, krossovkanın biri özü üçün, digəri isə Şahid2 üçün olmuşdur. Təqsirləndirilən şəxs özü ilə oyuncaq tapança da gətirmiş və həmin tapançanı yalnız qorxutmaq üçün gətirdiyini demişdir. Şahid2 şalvarını dəyişmiş və özünün şalvarı ilə ayaqqabılarını başqa torbaya qoymuşdur. Onlar da həmin torbaya ayaqqablarını qoymuşlar, evdən özünə məxsus krossovkanı geyinib özünün ayaqqablarını da özü ilə aparmışdır. Təqsirləndirilən şəxs gətirdiyi banında taksi işarəsi olan “Opel” markalı nömrəsini bilmədiyi avtomobillə saat 23 radələrində evdən çıxmışlar və Zaqatala rayonunun Çökəkoba kəndinə gedən yolda videomüşahidə kameralarının olması səbəbindən həmin kəndə əsas yolla deyil, Zaqatala rayonunun Danaçı kənd yolu ilə getməyi təklif etmiş və Təqsirləndirilən şəxs də onun fikrini təsdiq edib həmin kənddə mağazada oğurluq olduğunu, oğurluğun videomüşahidə kameraları vasitəsilə açıldığını və həmin ərazidən keçəcəkləri halda avtomobilin videomüşahidə kameraları tərəfindən qeydə alınacağını demişdir. Onun göstərişi ilə Təqsirləndirilən şəxs avtomobili idarə etmiş, əvvəlcə Zaqatala rayonunun Danaçı kənd yolu ilə Zaqatala rayonunun Çökək kəndinə, oradan da Zərərçəkmiş şəxs1 yaşadığı evin arxa tərəfində olan fındıq ağaclarının olduğu yerə tərəf getmişlər. Təqsirləndirilən şəxs avtomobili orada saxlamış və onlar fındıq ağaclarının olduğu ərazi ilə Zərərçəkmiş şəxs1 evi istiqamətində hərəkətə başlamışlar. Onlar basqın edəcəkləri evin iki pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşlər, lakin pəncərədə plastik çərçivəli tor olmuş və bibisigilin evi tərəfə qayıdıb evə həmin pəncərədən girmək barədə razılaşımışlar. Pəncərə hündürdə olduğu üçün qonşuluqdakı tikintidən nərdivan götürmək qərarına gəlmişlər, lakin hələ nərdivanı götürməmiş, yoldan qayıdıb bibisigilin həyətinə keçmişlər. Onlar təndirin yanında dayanıb gecə saat 03:00 olmasını gözləmişlər və orada siqaret çəkmişlər. Təxminən saat üçə işləmiş Təqsirləndirilən şəxs zəng daxil olmuş və sonuncunun avtomobili götürdüyü adam avtomobili geri istəmişdir. Təqsirləndirilən şəxs onlara avtomobili həmin şəxsin geri istədiyini demiş, sonuncu çıxıb getmiş və saat 3-ə qalmış qayıtmışdır. Onlar təxminən 10- 15 dəqiqə gözlədikdən sonra saat 03:00 olmuş və bundan sonra onlar özləri ilə gətirdikləri maskalarla əlcəkləri geyinərək tikilidən taxta nərdivanı götürüb hasardan keçirmişlər, ardınca isə nərdivanı evə girmək üçün nəzərdə tutduqları Zərərçəkmiş şəxs1 yataq otağının pəncərəsinə söykəmişlər. Təqsirləndirilən şəxs nərdivanla pəncərə tərəfə çıxıb plastik çərçivəli toru çıxarmış, lakin sonuncu nərdivandan yerə düşüb ona beton dayaqların olduğunu və həmin otaqdan keçə bilməyəcəklərini demiş, onlar da nərdivanın yerini dəyişib mətbəxdən girmək məcburiyyətində qalmışlar. Evə birinci növbədə Təqsirləndirilən şəxs, arxasında da o, sonda isə Şahid2 daxil olmuş və mətbəxdən qonaq otağına daxil olmuşlar. Onlar qonaq otağından Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 yatdığı otağa keçmişlər və bu zaman Təqsirləndirilən şəxs banditizm, banditizm sözlərini deyib Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 yatdığı çarpayıya təpiklə zərbələr vuraraq adları qeyd olunan şəxsləri yuxudan oyatmışdır. Bundan sonra o, bibisini, Şahid2 isə Zərərçəkmiş şəxs2 tutmuşdur. Onlar gətirdikləri yapışqan lentlə onların ikisinin də əl və ayaqlarını möhkəm bağlamışlar, Zərərçəkmiş şəxs2 səs çıxartmaq istəsə də Təqsirləndirilən şəxs sonuncunun sifətinə təpik zərbəsi vurmuşdur. Onlar əvvəlcədən hər hansı şəxsə zərbə vurmamaq razılığa gəlsələr də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 zərbə vurmağa məcbur olmuşdur. O, həmin vaxt danışmamış, təkcə əli ilə işarə edərək Zərərçəkmiş şəxs2 zərbə vurmamasını bildirmişdir. O, bibisi Zərərçəkmiş şəxs1, Şahid2 isə Zərərçəkmiş şəxs2 tutmuş, Təqsirləndirilən şəxs danışıqları aparmış və gətirdikləri yapışqan lentlə həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2anın əllərini və ayaqlarını öndən bağlamışdır. Təqsirləndirilən şəxs danışmağa başlamış, evə məlumat əsasında gəldiklərini, evdə 3000-4000 manat pulun və qızılın olduğunu bildiklərini, həmin pulu və qızılı verəcəkləri halda çıxıb gedəcəklərini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bildirmişdir. Zərərçəkmiş şəxs1 pulun olmadığını Təqsirləndirilən şəxs demiş, sonuncu isə qulağındakı sırğaları çıxarmasını Zərərçəkmiş şəxs1 bildirmişdir. O, ehtiyatla sırğaları çıxardıqdan sonra Təqsirləndirilən şəxs əlavə olaraq qızıl və pul tələb etmiş, lakin həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 evdə dəyərli əşyalarının olmadığını demişlər. Təqsirləndirilən şəxs otaqdan çıxıb evi axtarmağa başlamış və bir müddət sonra qayıtmışdır. Təqsirləndirilən şəxs qayıdan kimi yenidən Zərərçəkmiş şəxs2 təpik və yumruq zərbələri vurmuş sonuncu səs çıxardıqda isə o, sonuncunun baş nahiyəsinə təpik zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs yenindən Umüküs Zəngiyevadan pulun və qızılın harada olduğunu soruşmuş, sonuncu isə ağlamağa başlamışdır. Təqsirləndirilən şəxs yenidən başqa otağa gedib pul və qızıl axtarmış, bir müddət sonra Təqsirləndirilən şəxs qayıdıb Umüküs Zəngiyevadan pulun yerini soruşmuş, sonuncunun baş nahiyəsinə oyuncaq tapançanın arxası tərəfi ilə vurmuş, nəticədə bibisinin baş nahiyəsindən qan axmağa başlamış və bundan sonra bibisi pulların pul kisəsinin içərisində olduğunu Təqsirləndirilən şəxs demişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 köynəyinin cibində də pul olduğunu demiş, Təqsirləndirilən şəxs və Şahid2 pulu götürmüşlər. Onlar otaqdan çıxan zaman bibisinin baş nahiyəsindən axan qanı silmiş, bibisinin ayağından və əlindən yapışqan lenti boşaltmışdır. Təqsirləndirilən şəxs tapançasını Zərərçəkmiş şəxs2 tərəf istiqamətləndirib pulun yerini deməyəcəyi halda vuracağını bildirmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürülməmələri üçün yalvarmağa başlamışlar və evdə pulların və qızılların olmadığını demişlər. Təqsirləndirilən şəxs son şanslarının olduğunu deyib bir neçə saniyə gözləmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə yalnız yalvarmışlar. Təqsirləndirilən şəxs tətiyi çəkmiş, lakin tapança həqiqi olmadığı üçün yalnız səs etmiş və Təqsirləndirilən şəxs bəxtlərinin gətirdiyini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 demişdir. Bibisini və sonuncunun ərini sıxışdırmağın gərəksiz olduğunu, evdə pul olacağı halda, əvvəldən verəcəklərini anladıqdan sonra Təqsirləndirilən şəxs və Şahid2aya əli ilə işarə edib getmək lazım olduğunu bildirmiş, evi tərk edən zaman isə Təqsirləndirilən şəxs yaxınlıqda olduqlarını, polis əməkdaşlarına məlumat verəcəkləri halda öldürəcəkləri və evi yandıracaqları ilə hədələmişdir. Daha sonra evi tərk etmişlər, əvvəlcə Zaqatala rayonunun Qazangül qəsəbəsinə, oradan da çaylaq ərazisi tərəfə getmişlər. Orada olarkən pulu və qızılları çıxarmışlar və bu zaman 230 manat pulun olması məlum olmuşdur. Daha sonra pulu bölmüşlər, o, 60 manat, Şahid2 70 manat pul götürmüş, Təqsirləndirilən şəxs isə avtomobili götürdüyü üçün həmin şəxsə verəcəyi 30 manat pul ilə birlikdə 90 və ya 100 manat pul götürmüşdür. Qızıllar Təqsirləndirilən şəxs qalmış və sonuncu həmin qızılları ona göstərib bir cüt sırğa və iki ədəd üzüyün olduğunu bildirib qızılları Bakı şəhərində satıb pulu böləcəyini demişdir. Şahid2 idman şalvarını, onlar da ayaqqabılarını dəyişmiş, şalvarı, əlcəkləri, krossovkaları, rezin əlcəkləri və yapışqan lenti çaylaq ərazisinin ortasında böyük bir ağac kökünün dibinə tullamışlar. Onlar çaylaq ərazisi ilə əvvəlcə Zaqatala rayonunun Kebeloba kəndinə getmişlər, oradan da Şahid2 və Təqsirləndirilən şəxs yaşadıqları evə getmişlər, o isə kirayə yaşadığı Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evə getmişdir. Sonradan Şahid2 deməsinə əsasən Təqsirləndirilən şəxs Ukrayna Respublikasına getməsi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bu cinayəti törətməyi Şahid1lə planlaşdırmışlar, Təqsirləndirilən şəxs isə taksi sürücüsü olaraq aparmışlar. Onun Təqsirləndirilən şəxs borcu olmuş, lakin sonuncunun heç nədən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onları düşürdükdən sonra 10 dəqiqə gözləmiş, lakin onların gəlmədiklərini görüb qeyd olunan yeri tərk etmişdir. Təqsirləndirilən şəxs haraya getdiyini bilməmiş və sonradan sonuncu qayıtmamışdır. Evə 2 nəfər daxil olmuşlar, 3-cü şəxs isə olmamışdır. Hadisənin baş verdiyi vaxtdan 6 il keçdiyi və hadisə vaxtı spirtli içkinin təsiri altında olduğu üçün hadisə yerinə nə vaxt getdiklərini xatırlamır. Birinci dəfə saxlanılan zaman ifadə verməmiş, ikinci dəfə getdikdə isə müdafiəçi ilə təmin olunmasını tələb etmiş, lakin təmin olunmamış və müdafiəçini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində də hazırkı məhkəmə iclasında verdiyi məzmunda ifadə vermiş, lakin ibtidai istintaq zamanı təzyiq altında olduğu üçün verdiyi ifadələri xatırlamır. 12 dekabr 2024-cü il tarixli ifadəsində olan imzalar ona məxsusdur, lakin o, həmin tarixdə ifadə verməmiş və təyziq altında olduğu üçün imza etmişdir. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımamışdır, Təqsirləndirilən şəxs onun tanışıdır, Şahid1 isə uzaq qohumudur. 15 avqust 2019-cu il tarixdə saat 11 radələrində Şahid1 ona mobil telefon vasitəsilə zəng etmiş, daha sonra Zaqatala şəhərində yerləşən Göyəm abidəsi adlanan ərazidə görüşüb söhbət etmişlər, ardınca isə Mədəniyyət evinin qarşısında olan çayxanada Təqsirləndirilən şəxslə görüşmüşlər. Bundan bir müddət sonra Şahid1 dəvəti ilə sonuncunun Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən evinə getmişlər, orada olarkən Şahid1 borclarının olduğunu və borclarını ödəmək üçün oğurluq etmək qərarına gəldiyini demiş və onlara birlikdə oğurluq etməyə getmələrini təklif etmişdir. Şahid1 oğurluq etmək istədiyi evin qohumuna məxsus olduğunu, evdə 3000-4000 manat pulun və qızıl-zinət əşyalarının olduğunu demişdir. Həmin vaxtı onun da Təqsirləndirilən şəxs 1200 manat borcu olmuş və Şahid1 bu təklifi ilə razılaşmışlar. Bundan 5-10 dəqiqə sonra Şahid1 evdən qadın kalqotkasından hazırladığı maskanı və əlcəyi gətirib stola qoyaraq heç kəsin görməməsi və əl izinin qalmaması üçün həmin əşyalardan istifadə edəcəklərini demiş və Şahid1 deməsinə əsasən evdə heç kəsin olmaması ona məlum olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs oğurluğa avtomobillə getmələrini təklif etmiş, tanıdığı qadın cinsli şəxslə görüşmək bəhanəsi ilə tanıdığı şəxsdən avtomobili götürəcəyini demiş, bu zaman onun şalvarı açıq rəngli olduğu üçün Şahid1 ona idman şalvarını vermiş və saat 22 radələrində Təqsirləndirilən şəxs “Opel” markalı avtomobili gətirərək həmin avtomobilin Şahid3 məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs avtomobili Zaqatala şəhəri, Azərbaycan prospekti ilə idarə etmiş və Zaqatala rayonunun Danaçı kənd yolu ilə Zaqatala rayonunun Çökəkoba kəndinə getmişlər. Şahid1 təklifi ilə Təqsirləndirilən şəxs avtomobili avtomobil servis yerinin yanından keçdikdən sonra fındıq ağaclarının olduğu ərazi istiqamətində idarə etmiş və həmin ərazidə avtomobildən düşüb fındıq ağaclarının olduğu ərazi ilə oğurluq edəcəkləri evin yanına çatmışlar. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs avtomobili qaytarmaq lazım olduğunu demiş, həmin yeri tərk etmiş və 10-15 dəqiqədən sonra geri qayıtmışdır. Həmin evin iki ədəd pəncərəsi açıq vəziyyətdə olmuş, pəncərəyə çıxmaq üçün yarımçıq tikilən evin həyətindən nərdivan tapmışlar və qeyd olunan yerdə bir saat gözlədikdən sonra evdə heç kəsin olmadığını, bütün qonşuların yatdığını düşünüb artıq oğurluğa getmək qərarına gələrək maskaları geyinmişlər. Onlar nərdivanı hasardan köməkləşib həyətə keçirmişlər, nərdivanı aparıb evin arxasında açıq pəncərəyə söykəmişlər və Təqsirləndirilən şəxs pilləkənlə qalxmışdır. Təqsirləndirilən şəxs evə daxil olduqdan sonra ardınca Şahid1, daha sonra isə o, evə daxil olmuşdur. Bundan sonra səs gəldiyini eşidib həmin otağa daxil olduqda orada şəxslərin olduğunu görmüşlər, Şahid1 Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 tutmuş, onlar yapışqan lentlə adları qeyd olunan şəxslərin əllərini və ayaqlarını bağlamışlar. Təqsirləndirilən şəxs əlində alışqan olmuş və alışqanın arxasındakı fənərlə işıq salıb hərəkət etmişdir. O, bunu gördükdə artıq müdaxilə etməmiş, qorxmuş və bu vəziyyəti gözləməmişdir. O, otaqdan dərhal çıxaraq kənarda dayanan zaman içəridən səslərin gəldiyini eşitmiş, Şahid1lə Təqsirləndirilən şəxs otaqda olan şəxslərə zərbələr vurduqlarını fikirləşmiş, 5 dəqiqə sonra səs kəsildikdə isə içəriyə daxil olmuşdur. Həmin vaxt Şahid1 yumruq zərbəsi Zərərçəkmiş şəxs2 gözünün alt hissəsinə dəymiş, bundan sonra o, Təqsirləndirilən şəxs otaqdan çıxarmış, ardınca isə sonuncudan nə etdiklərini soruşub getmələrini təkif etmiş, sonuncu isə getməmələrini və nə isə tapdıqdan sonra getməli olduqlarını demişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 olduğu yeri axtarmış, təxminən 10 dəqiqə sonra ona şalvarın cibində pul olduğunu demiş və o, əsas qapının yanında olan paltar asılqanındakı şalvarın cibindən 200 manata yaxın məbləğdə pulu götürmüşdür. Təqsirləndirilən şəxs də həmin müddətdə nə isə tapmış, sonuncu hər dəfə heç nə tapa bilməyəndə yenidən Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 olduğu otağa daxil olub onlardan pulun yerini soruşmuş və Təqsirləndirilən şəxs otaqda Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 zərbə vurduğunu duymuşdur. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs getməyi təklif etmiş və bu zaman sonuncu bu barədə polisə məlumat verəcəkləri halda öldürəcəklərini deyərək Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 hədələmişdir. Daha sonra evi tərk etmişlər, əvvəlcə Zaqatala rayonunun Qazangül qəsəbəsinə, oradan da çaylaq ərazisi tərəfə getmişlər və yolda hərəkətdə olan zaman o, Təqsirləndirilən şəxs əlində oyuncaq tapançanın olduğunu görmüşdür. Orada olarkən pulu və qızılları çıxarmışlar və bu zaman 230 manat pulun olması məlum olmuşdur. Daha sonra pulu bölmüşlər, o və Şahid2 hərəsinə 70 manat pul götürmüşlər, Təqsirləndirilən şəxs isə avtomobili götürdüyü üçün həmin şəxsə verəcəyi 30 manat pul ilə birlikdə 100 manat pul götürmüşdür. Qızıllar Təqsirləndirilən şəxs qalmış və sonuncu həmin qızılları ona göstərib bir cüt sırğa və iki ədəd üzüyün olduğunu bildirib qızılları Bakı şəhərində satıb pulu böləcəyini demişdir. O, idman şalvarını əynindən çıxarmış, daha sonra isə Şahid1 həmin şalvarı, yapışqan lenti, maskaları və əlcəkləri çaylaq ərazisinə tullamış və bundan sonra isə çaylaq ərazisi ilə yaşadıqları evə getmişlər. Bundan 2 gün sonra Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsilə ona Ukraynaya qaçdığını demiş, o da bu barədə Şahid1 məlumat vermiş, sonrakı günlərdə isə o, polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 16 avqust 2019-cu il tarixli raportdan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək qeyd olunan tarixdə saat 03:00 radələrində qara maskalı 3 nəfər naməlum şəxsin ona məxsus olan fərdi yaşayış evinə daxil olması, onu və arvadı Zərərçəkmiş şəxs1 döyməsi, əl-ayaqlarını bağlaması, pulların yerini deməsini tələb etməsi, 300 manat pul və dəyərini bilmədiyi qızın-zinət əşyalarını (01 ədəd üzüyü və 01 cüt sırğanı) götürmələri barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs2 tərəfindən Zaqatala Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 16 avqust 2019-cu il tarixli ərizədən görünür ki, o, həmin tarixdə saat 03:00 radələrində maskalı 3 nəfər tanımadığı şəxsin ona məxsus olan fərdi yaşayış evinə basqın etməsi, onu və arvadını döyməsi, 300 manat pulu, 2 ədəd qızıl üzüyü, 01 cüt qızıl sırğanı və “Sony” markalı mobil telefonu götürmələri barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 16 avqust 2019-cu il tarixli raportdan görünür ki, həmin tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Zaqatala Rayon Polis Şöbəsinə Zərərçəkmiş şəxs2 “sağ göz ətrafı toxumalarının əziyi və qançırı” xəsarətləri ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keşirilməsi haqqında 16 avqust 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonunun Çökək kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evidir. Evin bütün otaqlarında əşyalar dağınıq vəziyyətdədir. Mətbəxin pəncərəsinin biri açıq vəziyyətdədir, həmin pəncərəyə çöl tərəfdən nərdivan söykənmişdir. Qonaq otağında olan telefonun arxası açılmış haldadır. Yataq otağında olan çarpayının yanında yapışqan lent kəsiyi, çarpayının üzərində isə inşaat əlcəyi barmaqlıqları vardır. Evin çöl tərəfində yerləşən təndirin kənarında 01 ədəd üzərində “Rothmans” sözləri yazılmış siqaret kötüyü aşkar olunmuş və müvafiq predmetlər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 avqust 2019-cu il tarixli 313 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “alının sağ yarısında, sağ gözün üst qapağında və gözaltı nahiyədə 01 ədəd qançırlar, sağ gözün ağlı qişasına travmatik qansızına, göz almasının hematoması, burun qabarı üzərində sıyrıq, sol almacıq nahiyəsində qançır, həmin qançırın üzərində sıyrıq, sol əlinin arxa səthində sıyrıq” diaqnozu ilə, 16 avqust 2019-cu il tarixdə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, döyülmə nəticəsində insanın bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilən, ümumilikdə dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 19 avqust 2019-cu il tarixli 315 nömrəli rəyindən görünür ki, X6 məhkəmə-tibb ekspertizasından keçirilmiş və bu zaman onun bədəni üzərində “başının sağ təpə-gicgah nahiyəsində sıyrıq və sağ kürəkdə qançır” diaqnozu ilə, 16 avqust 2019cu il tarixdə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 23 avqust 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid1 ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 avqust 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid2 ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin qaçıb gizləndiyi üçün ona həmin tarixdə qeyd olunan maddə ilə ittiham elan edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının 17 sentyabr 2019-cu il tarixli 19/375R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd "Rothmans..." ticarət markalı siqaret kötüyü və 01 (bir) ədəd boz rəngli inşaatda istifadə olunan əlcəyin iç səthində insana məxsus bioloji mənşəli materialların olduğu və həmin bioloji mənşəli materialların (epiteli hüceyrələri) Şahid2 məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). Tədqiqata təqdim edilmiş “A4” nömrəli kağız zərfin içərisində olan 01 (bir) ədəd qara rəngli kaqotkanın üzərində insana məxsus bioloji mənşəli materialların olduğu və həmin bioloji mənşəli materialların (epiteli hüceyrələri) Şahid1 məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). Zaqatala Rayon Polis Şöbəsinin 17 avqust 2019-cu il tarixli qərarı ilə ekspertizaya təqdim edilmiş 02 (iki) ədəd inşaatda istifadə olunan əlcəyin kəsilmiş barmaqlarının iç səthində insana məxsus bioloji mənşəli materiallar vardır və həmin bioloji mənşəli materiallar (epiteli hüceyrələri) qadın cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Bu nümunələrdən əldə edilmiş DNT profilləri Kriminalistik Tədqiqatlar İdarəsində yerləşən DNT Məlumat Bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş “A1”, “A2” və “A3” nömrəli kağız zərflərin içərisində olan 03 (üç) ədəd qara rəngli corab, “B1” nömrəli kağız zərfin içərisində olan 01 (bir) ədəd sarımtıl rəngli corab, “B2” nömrəli kağız zərfin içərisində olan 01 (bir) ədəd sarımtıl rəngli kalqotka, 02 (iki) ədəd rezin əlcək, 01 (bir) ədəd boz rəngli inşaat əlcəyi, 02 (iki) ədəd narıncı rəngli inşaat əlcəyi və 01 (bir) ədəd ağ fonda üzərində göy rəngli nöqtələri olan inşaat əlcəyinin üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə qeyd olunan cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında 22 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə qeyd olunan cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 181.2.1 və 181.2.3-cü maddələrindən həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunda ittiham elan etmə haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qeyd olunan maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 181.3.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 nömrəli Qərarının (bundan sonra – Qərar) 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 7-ci bəndinə əsasən, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Bu Qərarın 18-ci bəndinə əsasən, əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Bu Qərarın 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bu Qərarın 20-ci bəndinə əsasən, yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bu Qərarın 21-ci bəndinə əsasən, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-in 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Bu Qərarın 23-cü bəndinə əsasən, CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları-cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Bu Qərarın 25-ci bəndinə əsasən, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda, işin konkret hallarından asılı olaraq onun hərəkətləri CM-in 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək 2019-cu ilin təxminən iyun ayında Şahid1 uşağı olması ərəfəsində Zaqatala şəhəri, Zərifə Əliyeva adına parkda sonuncu və Şahid2lə görüşdükdə sonuncunun ondan 2000 manat, Şahid1 isə 200 manat doğum xərclərinə görə borc qismində pul istədiyini, həmin məbləğdə pulları adları qeyd edilən şəxslərə verdiyini, adları çəkilən şəxslərin həmin borcu 1 ay müddətində qaytaracaqlarına söz verdiklərini, Şahid2 1000 manat pulu vaxtında qaytarmasına baxmayaraq, digər 1000 manat pulu, Şahid1 isə borclu olduğu 200 manat pulu qaytarmadığını, 2019-cu ilin avqust ayında Zaqatala şəhərində Şahid2lə təsadüfən rastlaşdıqda sonuncudan verdiyi borcla bağlı soruşduğunu, sonuncu isə pulunun olmadığını bildirdikdə aralarında sözlü mübahisənin yarandığını, ondan borc qismində pulu Şahid2 və Şahid1 birlikdə götürdüklərini, bu zaman Şahid2 zamin durduğu üçün axşama kimi adları qeyd edilən şəxslərin ona borclu olduqları 1200 manat pulu qaytarmalarını tələb etdiyini, Şahid2 axşam saat 23 radələrində görüşmələrini və pulu həmin vaxt qaytaracağını bildirdiyini, saat təxminən 23 radələrində Zaqatala şəhəri, Mədəniyyət evinin qarşısında olan çayxanada Şahid2 və Şahid1lə görüşdüyünü, Şahid2 onu evinə dəvət etdiyini, evdən götürüb pulu verəcəyini bildirdiyini, daha sonra Şahid2 evinə getsələr də sonuncunun evinə daxil olub bir qədər sonra evindən çölə çıxdığını, lakin pul gətirmədiyini, yenidən aralarında sözlü mübahisənin baş verdiyini, bundan sonra Şahid1 başqa yerdən pulu tapıb verəcəyini bildirdiyini, lakin Şahid1 və Şahid2 şəhərdə iki yerə getmələrinə baxmayaraq, pul tapa bilmədiklərini, bundan sonra Şahid1 Zaqatala rayonunun Çökəkoba kəndində olan qohumlarının yaşadığı evə getməsini və orada pul tapıb ona verəcəyini dediyini, həmin vaxtlarda dostu Şahid3 idarə etmək üçün “Opel” markalı, **-BE-*** nömrəli avtomobili götürdüyünü, qeyd olunan avtomobillə Şahid1 və Şahid2lə birlikdə Zaqatala rayonunun Çökəkoba kəndinə getdiklərini, saat təxminən 24 radələrində göstərilən yerə çatdıqda Şahid1 və Şahid2 avtomobildən düşüb ona pulu götürüb gələcəklərini və gözləməsini ona bildirdiklərini, təxminən 20 dəqiqə ərzində adları çəkilən şəxslərin gəlməsini gözlədiyini, sonra adları qeyd olunan şəxslərin mobil telefon nömrələrinə zəng etdiyini, lakin həmin şəxslərin mobil telefon nömrələrinə zəng çatmadığını, bundan sonra idarə etdiyi avtomobillə qeyd olunan ərazidə hərəkət etdiyini, lakin adları çəkilən şəxsləri tapa bilmədiyini, göstərilən tarixdə axşam Şahid3 ona zəng edərək avtomobilini qaytarmasını bildirdiyini, Zaqatala şəhərinə gəlib avtomobili sonuncuya qaytardığını, səhəri gün Şahid2 və Şahid1 axtardığını, həmin tarixdə təxminən saat 17-18 radələrində Şahid2 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etdiyini, sonuncunun deməsinə əsasən əvvəlki gün həmin şəxsləri avtomobillə düşürdükdən sonra problemli hərəkət etmələrinin, polis əməkdaşları tərəfindən axtarılmalarının ona məlum olduğunu, Şahid2 həmin məsələnin ona aidiyyətinin olmadığını dediyini, sonuncunun isə onun avtomobili ilə həmin yerə getmələri səbəbindən polis əməkdaşlarının onu da tutacaqlarını dediyini, Şahid2lə Şahid1 etdiyi hərəkətləri bilmədiyini, lakin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığı üçün qorxduğunu və Şahid3 məxsus olan avtomobili götürdüyü üçün həmin tarixdə sonuncu ilə görüşüb 30 manat pul verdiyini, təxminən 18 avqust 2019-cu il tarixdə Balakən rayonunun ərazisindən sərhədi keçib Gürcüstan Respublikasına, oradan da Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini, Şahid2 və Şahid1lə əlbir olmadığını və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı evə daxil olaraq quldurluq yolu ilə sonuncuların əmlaklarını ələ keçirmədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxslərin və şahidin ifadələri, şübhəli şəxslərin ifadələrinin yerində yoxlanılması haqqında protokollar və s.) onun dediklərini tam təkzib edir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Eləcə də qeyd olunmalıdır ki, Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid2lə Təqsirləndirilən şəxs arasında pul məsələsinin olduğunu, lakin özünün həmin söhbətləri bilmədiyini, Təqsirləndirilən şəxs onları hadisənin baş verdiyi yerə saat 02:30 radələrində apardığını, sonuncu onları həmin yerə düşürdükdən sonra qeyd olunan yeri tərk edib getdiyini, onların göstərilən evə hansı məqsədlə getmələri barədə Təqsirləndirilən şəxs məlumatının olmadığını, sonradan Təqsirləndirilən şəxs görmədiyini, hadisənin baş verdiyi evdə özünün və Şahid2 olduğunu, evə ikisinin daxil olduqlarını, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuduğunu, lakin həmin ifadəsinin bəzi hissələrinin doğru olmadığını, ibtidai istintaq zamanı 13 dekabr 2024-cü il tarixdə ifadə vermədiyini və həmin ifadədə olan imzaların ona məxsus olmadığını qeyd etmişdir. Şahid2 isə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətdiyini etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu cinayəti törətməyi Şahid1lə planlaşdırdıqlarını, Təqsirləndirilən şəxs taksi sürücüsü olaraq apardığını, onun Təqsirləndirilən şəxs borcunun olmadığını, lakin sonuncunun heç nədən məlumatının olmadığını, Təqsirləndirilən şəxs onları düşürüb 10 dəqiqə gözlədiyini, lakin onların gəlmədiklərini görüb Təqsirləndirilən şəxs qeyd olunan yeri tərk etdiyini, Təqsirləndirilən şəxs haraya getdiyini bilmədiyini, sonradan sonuncunun qayıtmadığını, evə 2 nəfər daxil olduqlarını, 3-cü şəxsin isə olmadığını, hadisənin baş verdiyi vaxtdan 6 il keçdiyi və hadisə vaxtı spirtli içkinin təsiri altında olduğu üçün hadisə yerinə nə vaxt getdiklərini xatırlamadığını, birinci dəfə saxlanılan zaman ifadə vermədiyini, ikinci dəfə getdikdə isə müdafiəçi ilə təmin olunmasını tələb etdiyini, lakin təmin olunmadığını və müdafiəçini görmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsində də hazırkı məhkəmə iclasında verdiyi məzmunda ifadə verdiyini, lakin ibtidai istintaq zamanı təzyiq altında olduğu üçün verdiyi ifadələri xatırlamadığını, 12 dekabr 2024-cü il tarixli ifadəsində olan imzaların ona məxsus olduğunu, lakin həmin tarixdə ifadə vermədiyini və təyziq altında olduğu üçün imza etdiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, şahidlər məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına nail olmaq məqsədi güdmüşlər. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxslərin və şahidin ifadələri, şübhəli şəxslərin ifadələrinin yerində yoxlanılması haqqında protokollar və s.) onların dediklərini tam təkzib edir. Habelə qeyd olunmalıdır ki, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətməkdə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır və Şahid1lə Şahid2 məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmünə əsasən hazırda cəza çəkirlər. Bununla bağlı qeyd olunmaldır ki, CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli Qərarına əsasən, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətməsi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması və müvafiq halların qeyd olunan hökmlə sübuta yetirilməsi nəzərə alınmalıdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hadisənin baş vermə şəraiti və Təqsirləndirilən şəxs həmin cinayət hadisəsində iştirak edib-etməməsi ilə bağlı Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə hadisənin baş vermə şəraiti və Təqsirləndirilən şəxs həmin cinayət hadisəsində iştirak edib-etməməsi ilə bağlı Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrinin, eləcə də zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və onlara elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 24 aprel 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış 24 aprel 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Bolayev X4 rayonunun Kebeloba kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CMin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olsa da CM-in 61.1.7-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal olduğundan onun barəsində bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, qeyd olunan cinayətlərin törədilməsində təqsirli şəxslərin rollarını, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə təsirlərini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan və Şahid1 və Şahid2lə müqayisədə daha ağır həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 04 sentyabr 2019cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, əvvəli məhkəmə qərarının icra edildiyi andan hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin tutulması haqqında 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasının Moskva vilayətinin Puşkino Şəhər Məhkəməsinin 12 aprel 2024cü il tarixli qərarından görünür ki, əvvəli 10 aprel 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 40 gün müddətə olmaqla 19 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Rusiya Federasiyasının Moskva vilayətinin Puşkino Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 09 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X1 daxil olmuş, 26 avqust 2024-cü il 3-16-17/37/2-4213/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya olunaraq, 23 avqust 2024-cü il tarixdə X5 gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 09 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 30 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 30 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxil olmaqla onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən tutulduğu 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 1293 manat məbləğində maddi ziyan ödənilmişdir, mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında 24 avqust 2019-cu il tarixli qərardan görünür ki, üzərində “Rothmans” yazısı olan bir ədəd siqaret kötüyü, inşaat əlcəyi barmaqlıqları, yapışqan lent kəsiyi, bir ədəd qara rəngli cins şalvar, bir ədəd içəri tərəfində “BOSS” yazısı olan yapışqan lent, bir cüt üzəri zolaqlı corab, bir cüt üzərində “REEBOK” yazısı olan idman ayaqqabısı, üç ədəd qadın kalqotkası, üç ədəd qadın alt paltarından hazırlanan maska, beş ədəd inşaat əlcəyi, bir ədəd üstündə “Join” yazısı olan sellofan əlcək, bir ədəd göy rəngli idman şalvarı və bir ədəd tünd göy rəngli idman şalvarı həmin tarixdə maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zaqatala Rayon İcra və Probasiya şöbəsində tərtib olunmuş 18 may 2021-ci il tarixli aktdan görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilmiş üzərində “Rothmans” yazısı olan bir ədəd siqaret kötüyü, inşaat əlcəyi barmaqlıqları, yapışqan lent kəsiyi, bir ədəd qara rəngli cins şalvar, bir ədəd içəri tərəfində “BOSS” yazısı olan yapışqan lent, bir cüt üzəri zolaqlı corab, bir cüt üzərində “REEBOK” yazısı olan idman ayaqqabısı, üç ədəd qadın kalqotkası, üç ədəd qadın alt paltarından hazırlanan maska, beş ədəd inşaat əlcəyi, bir ədəd üstündə “Join” yazısı olan sellofan əlcək, bir ədəd göy rəngli idman şalvarı və bir ədəd tünd göy rəngli idman şalvarı Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü və 14 oktyabr 2020-ci il tarixli 1(091)-47/2020 nömrəli icra sənədinə əsasən həmin tarixdə məhv edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübutların digər cinayət işi üzrə məhv edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan üzərində “Rothmans” yazısı olan bir ədəd siqaret kötüyü, inşaat əlcəyi barmaqlıqları, yapışqan lent kəsiyi, bir ədəd qara rəngli cins şalvar, bir ədəd içəri tərəfində “BOSS” yazısı olan yapışqan lent, bir cüt üzəri zolaqlı corab, bir cüt üzərində “REEBOK” yazısı olan idman ayaqqabısı, üç ədəd qadın kalqotkası, üç ədəd qadın alt paltarından hazırlanan maska, beş ədəd inşaat əlcəyi, bir ədəd üstündə “Join” yazısı olan sellofan əlcək, bir ədəd göy rəngli idman şalvarı və bir ədəd tünd göy rəngli idman şalvarının Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü və 14 oktyabr 2020-ci il tarixli 1(091)-47/2020 nömrəli icra sənədinə əsasən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 18 may 2021-ci il tarixli aktı ilə məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-134/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-134/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver