Məhkəmə qərarları › İş №1(091)-135/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-135/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-135/2020 25.09.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1988-ci il tarixdə İsmayıllı rayonunun Tircan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonu V.Osmanov küçəsi ev 1 mənzil 6 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 12 mənzil 2 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, ümumilikdə təmiz çəkisi 4,724 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib x xxx 2020-ci il tarixədək kirayədə yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 12 mənzil 2 ünvanında yerləşən evdə saxlamış, x xxx 2020-ci il tarixdə saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 12 mənzil 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının altından ayrı-ayrılıqda 33 ədəd kağız bükümün içərisində saxladığı cəmi 1,117 qram çəkidə, 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində saxladığı 1,572 qram çəkidə, 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində saxladığı 2,003 qram çəkidə və 1 ədəd 1 milliqramlıq tibbi şprisin içərisində saxladığı 0,032 qram çəkidə olmaqla, ümumilikdə təmiz çəkisi 4,724 qram təşkil edən narkotik vasitə heroin, habelə həmin narkotik vasitəni çəkib hissələrə ayırmaq məqsədi ilə istifadə etdiyi “BP-N” seriyalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı aşkar olunan narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib özündə saxlamışdır. Özü narkomaniya xəstəliyindən əziyyət çəkir və həmin narkotik vasitəni də məhz şəxsi istifadəsi üçün əldə etmişdir. Onun narkotik vasitəni satmaq niyyəti olmamışdır. Odur ki, məhkəmədən əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunan CM-nin 234.4.3-cü maddəsi üzrə təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli və həmin əmələ görə onun təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq olunan mötəbər sübutların məcmusu ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunan ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi bina 12 mənzil 2 ünvanını kirayə götürərək orada yaşamışdır. x xxx 2020-ci il tarixdə Sumqayıt şəhəri Saray qəsəbəsinə gedərək orada yaşayan yaşlı bir kişidən ümumilikdə 4.800 qram təşkil edən narkotik vasitə hesab olunan kakos (heroin) almışdır. Heroini aldıqdan sonra tanımadığı avtomobil ilə Sumqayıt şəhərindən İsmayıllı rayonuna gəlmişdir. Evdə olarkən heroini ayrı-ayrılıqda 33 bağlamaya yerləşdirmişdir. Bağlama dedikdə evdə olan falqa ilə hazırladığı bükümü nəzərdə tutmuşdur. Hər bir bağlamanın çəkisi təxminən 0,08 qram təşkil etmişdir. Bağlamaların çəkisini bir neçə gün öncə aldığı elektron tərəzidə çəkərək dəqiqləşdirmişdir. Bundan sonra falqa ilə 2 ədəd böyük bağlama hazırlamış və heroinin bir hissəsini həmin 2 bağlamaya yerləşdirmişdir. Həmin bağlamaları elektron tərəzidə çəkməmişdir. Qeyd etdiyi 35 bağlamanı satmaq niyyəti ilə hazırlamışdır. Bundan sonra almış olduğu heroinin az bir qismini evdə olan flakona tökmüşdür. Daha sonra flakonun içərisinə maye əlavə etmişdir. Mayenin heroin ilə qarışaraq qaynaması üçün flakonun alt hissəsini alışqan ilə qızdırmışdır. Flakonda heroin mayeyə qarışdıqdan sonra həmin mayeni 1 milliqramlıq şprisə çəkərək bədəninə yeritmişdir. Bir neçə saat sonra isə eyni üsul ilə yeni bir şpris vasitəsilə heroini bədəninə yeritmişdir. Lakin həmin şprisin içərisində az bir miqdarda heroin məhlulu qalmışdır. Hazırladığı 35 bağlama heroin, 2 ədəd şpris, elektron tərəzi, falqanı yataq otağında yerləşən çarpayısının altında gizlətmişdir. Diz qapağında sınıq var və başında yolnəqliyyat hadisəsindən qalma xəsarət olduğu üçün müəyyən vaxtlarda ağrıları olmuş və buna görə də, müxtəlif ağrıkəsici həblərdən istifadə etmişdir. x xxx 2020-ci il tarixdə saat 12 radələrində kirayədə yaşadığı evdə olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları yaşadığı evin qapısını döymüşlər və o, qapını açmışdır. Polis əməkdaşları özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat məlumatlarının olduğunu və İsmayıllı rayon məhkəməsi tərəfindən qərar qəbul olunduğunu bildirib evinə baxış keçirəcəklərini bildirmişlər. O, İsmayıllı rayon məhkəməsinin qərarı ilə tanış olduqdan sonra baxışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və polis əməkdaşları yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdə narkotik vasitə və ya digər qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuşdur. O, yataq otağında yerləşən çarpayının altında narkotik vasitə olan heroin saxladığını bildirərək içərisində heroin olan kağız bükümlərin olduğu yeri göstərmişdir. Polis əməkdaşları ona məxsus yataq otağında yerləşən çarpayını qaldıraraq çarpayının altından 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada narkotik vasitəyə bənzər toz halında maddə, içərisində narkotik vasitəyə bənzər məhlul olan 1 ədəd 1 milliqramlıq şpris, içərisi boş halda olan 1 ədəd 1 milliqramlıq şpris, gümüşü rəngli falqa və elektron tərəzi aşkar edilmişdir. Ondan aşkar olunan əşyaların nə olduğu, nə üçün istifadə edildiyi soruşulduqda o, 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada toz halında olan maddələrin narkotik vasitə olan kakos olduğunu, həmin kakosu x xxx 2020-ci il tarixdə Sumqayıt şəhəri Saray qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi və satmaq üçün aldığını bildirmişdir. Bundan əlavə o, 1 ədəd 1 milliqramlıq şprisin içərisindəki məhlulun narkotik vasitə olan kakos olduğunu bildirərək şprislərin köməyi ilə heroini bədəninə yeritdiyini qeyd etmişdir. O, falqanı bükərək içərisinə kakos yığdığını, içərisində kakos olan həmin bükümləri elektron tərəzidə çəkdiyini, bükümlərin təxminən 0.08 qram olduğuna əmin olduqdan sonra həmin bükümlərin birini 5 manata satdığını demişdir. Baxış zamanı yatağın kənarından 1 ədəd bağlamada toxumlar aşkar edilmişdir. Ondan həmin toxumların nə olduğu, nə üçün istifadə edildiyi soruşulduqda o, həmin toxumların narkotik vasitə olan çətənə bitkisinin toxumları olduğunu, həmin toxumları 2020-ci ilin aprel ayının sonları İsmayıllı şəhəri ərazisində dəqiq xatırlamadığı yerdən tapdığını demişdir. 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada narkotik vasitəyə bənzər toz halında maddələr elektron tərəzidə çəkilmiş və çəkisinin 6.69 qram olduğu müəyyən edilmişdir. Aşkar olunan 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada narkotik vasitəyə bənzər toz halında maddələr, içərisində narkotik vasitəyə bənzər məhlul olan 1 ədəd 1 milliqramlıq şpris, içərisi boş halda olan 1 ədəd 1 milliqramlıq şpris, gümüşü rəngli falqa, elektron tərəzi və 1 ədəd bağlamada toxumlar götürülüb qablaşdırılaraq üzəri şöbənin 74 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı yataq otağından qırmızı və ağ rəngli həblər aşkar olunmuşdur. Ondan həmin həblərin nə olduğu, nə üçün istifadə edildiyi soruşulduqda o, həmin həblərin narkotik vasitə olmadığını, müxtəlif növ ağrıkəsici dərmanlar olduğunu, xəstəliyi ilə bağlı həmin dərmanları istifadə etdiyini bildirmişdir. Aşkar olunan həblər götürülüb qablaşdırılaraq üzəri şöbənin 74 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib edildikdən sonra o və digər iştirakçılar protokolun doğruluğunu imzayla təsdiq etmişlər. Baxış bitdikdən sonra o, polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon PŞ-nə getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş və o, ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmişdir. Təqdim edilmiş vəkillərin siyahısından X1 və qısa müddət sonra həmin müdafiəçi ona təyin edilmişdir. Həmin gün saat 15 radələrində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və 2 nəfər hal şahidinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis şöbəsində, növbətçi hissənin qarşısında üzərinə şəxsi axtarış zamanı əynində olan paltarların ciblərində və digər hissələrində narkotik vasitə və qadağan olunan digər maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edildikdən sonra o və digər iştirakçılar protokolun doğruluğunu imzayla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur ki, əvvəlki ünvanı İsmayıllı şəhəri Qələbə küçəsi bina 12 mənzil 2 olan İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 12 mənzil 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Buna görə də, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi barədə İsmayıllı rayon məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar x xxx 2020-ci il tarixdə saat 12 radələrində o, Şahid1, Şahid6, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs evin qapısını açdıqdan sonra özlərini оna təqdim etmişlər. Yaşadığı evə baxış keçirilməsi barədə İsmayıllı rayon məhkəməsi tərəfindən qəbul olunmuş qərar ilə Bəkirovu tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan və yaşadığı evə baxış keçirilməsi məqsədilə evə daxil olmalı olduqlarını Təqsirləndirilən şəxs bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və ya digər qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs yataq otağında yerləşən çarpayının altında narkotik vasitə olan heroin saxladığını bildirərək içərisində heroin olan kağız bükümlərin olduğu yeri göstərmişdir. Təqsirləndirilən şəxs məxsus yataq otağında yerləşən çarpayını yuxarı qaldırdıqda çarpayının altından 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada narkotik vasitəyə bənzər toz halında maddə, içərisində narkotik vasitəyə bənzər məhlul olan 1 ədəd 1 milliqramlıq şpris, içərisi boş halda olan 1 ədəd 1 milliqramlıq şpris, gümüşü rəngli falqa, gümüşü rəngli, “BP-N” seriyalı elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan əşyaların nə olduğu, nə üçün istifadə edildiyi soruşulduqda o, 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada toz halında olan maddələrin narkotik vasitə olan kakos (heroin) olduğunu, həmin kakosu x xxx 2020-ci il tarixdə Sumqayıt şəhəri Saray qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi və satmaq üçün aldığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 1 ədəd 1 milliqramlıq şprisin içərisindəki məhlulun narkotik vasitə olan kakos olduğunu bildirərək şprislərin köməyi ilə heroini bədəninə yeritdiyini qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs falqanı bükərək içərisinə kakos yığdığını, içərisində kakos olan həmin bükümlərin çəkisini öyrənmək üçün elektron tərəzi vasitəsilə çəkdiyini və bükümlərin içərisindəki kakos ilə birlikdə təxminən 0.08 qram çəkidə olduğuna əmin olduqdan sonra həmin bükümlərin birini 5 manata satdığını bildirmişdir. Baxış zamanı yatağın kənarından 1 ədəd bağlamada toxumlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin toxumların nə olduğu, nə üçün istifadə edildiyi soruşulduqda o, həmin toxumların narkotik vasitə olan çətənə bitkisinin toxumları olduğunu, həmin toxumları 2020-ci ilin aprel ayının sonları İsmayıllı şəhəri ərazisində dəqiq xatırlamadığı yerdə tapdığını demişdir. 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada narkotik vasitəyə bənzər toz halında maddələr elektron tərəzidə çəkilmiş və çəkisinin 6.69 qram olduğu müəyyən edilmişdir. Aşkar olunan 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada narkotik vasitəyə bənzər toz halında maddələr, içərisində narkotik vasitəyə bənzər məhlul olan 1 ədəd 1 milliqramlıq şpris, içərisi boş halda olan 1 ədəd 1 milliqramlıq şpris, gümüşü rəngli falqa, elektron tərəzi, 1 ədəd bağlamada toxumlar götürülüb qablaşdırılaraq üzəri şöbənin 74 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı həmin otaqdan qırmızı və ağ rəngli həblər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin həblərin nə olduğu, nə üçün istifadə edildiyi soruşulduqda o, həmin həblərin narkotik vasitə olmadığını, müxtəlif növ ağrıkəsici dərmanlar olduğunu, xəstəliyi ilə bağlı həmin dərmanları istifadə etdiyini bildirmişdir. Aşkar olunan həblər götürülüb qablaşdırılaraq üzəri şöbənin 74 saylı möhürü ilə möhürlənmişdir. Baxışın sonunda protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə İsmayıllı rayon Polis Şöbəsinə getmək təklif olunmuş və sonuncu etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Qısa müddət sonra İsmayıllı rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X6 şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsində həmin gün saat 15 radələrində dəvət edilmiş 2 nəfər hal şahidinin iştirakı ilə İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt İsmayıllı RPŞ-nin NH-nin məsul növbətçisi, polis baş leytenantı Şahid3 iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarların ciblərində və digər hissələrində narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonda protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid6, Şahid2 və Şahid3 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, x xxx 2020-ci il tarixdə polis əməkdaşları və özündən əlavə daha bir nəfər şəxsin iştirakı ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən 33 ədəd kiçik bağlamada və 2 ədəd böyük bağlamada narkotik vasitəyə bənzər toz halında maddə, içərisində narkotik vasitəyə bənzər məhlul olan 1 ədəd 1 milliqramlıq şpris, içərisi boş halda olan 1 ədəd 1 milliqramlıq şpris, gümüşü rəngli falqa, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilmiş, daha sonra aşkar edilənlər qablaşdırılaraq götürülmüşdür. Həmçinin daha sonra polis şöbəsində növbətçi hissənin qarşısında vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan paltarların ciblərində və digər hissələrində narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonda protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilməsi mümkün olmayan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və müəyyən olunmuşdur ki, sonuncu da ibtidai istintaq zamanı Şahid7 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə İsmayıllı rayonu V.Osmanov küçəsi ev 1 mənzil 6 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri Qələbə küçəsi bina 12 mənzil 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədəəməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 2). Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 3) Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 5(037)-13/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 12 mənzil 2 ünvanına daxil olma və baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 10) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 12 mənzil 2 ünvanına polis əməkdaşları tərəfindən baxış və axtarışın keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 11) Cinayət işinin materiallarında olan xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi ev 12 mənzil 2 ünvanına baxış keçirilmiş və evin yataq otağında olan çarpayının altından ayrı-ayrılıqda 33 ədəd kağız bükümün içərisində saxladığı cəmi 1,117 qram çəkidə, 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində saxladığı 1,572 qram çəkidə, 1 ədəd gümüşü rəngli kağız bükümün içərisində saxladığı 2,003 qram çəkidə və 1 ədəd 1 milliqramlıq tibbi şprisin içərisində saxladığı 0,032 qram çəkidə olmaqla, ümumilikdə təmiz çəkisi 4,724 qram təşkil edən narkotik vasitə heroin, habelə həmin narkotik vasitəni çəkib hissələrə ayırmaq məqsədi ilə istifadə etdiyi “BP-N” seriyalı elektron tərəzi, 1 ədəd bağlamada toxumlar və qırmızı və ağ rəngli həblər aşkar edilərək götürülmüşdür. Protokola fotoşəkillər və prosessual hərəkətin həyata keçirilməsinin əks olunduğu CD əlavə olunmuşdur. (cild 01, iş vər. 12-19) Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “İsmayıllı rayon Polis Şöbəsi. İstintaq Bölməsi. Hal şahidləri” sözləri və imzaları yazılmış zərfin içərisindəki 33 (otuz üç) ədəd kağız bükümlərdə, ümumi təmiz çəkisi-1.117 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (sıfır bir) ədəd gümüşü rəngli kağız bükümün içərisindəki sellofan bükümdə, təmiz çəkisi-1.572 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (sıfır bir) ədəd gümüşü rəngli kağız bükümün içərisindəki sellofan bükümdə, təmiz çəkisi-2.003 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (sıfır bir) ədəd gümüşü rəngli kağız bükümdə, ümumi təmiz çəkiləri – 0,10 qram olan 07 (sıfır yeddi) ədəd bozumtul-qəhvəyi rəngli bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından onların müqayisəli tədqiqatı aparılmadı. 01 (sıfır bir) ədəd 1ml-lik şprisdə olan məhlul narkotik vasitə-heroin məhluludur. Heroin məhlulunda olan heroinin quru maddəsinin təmiz çəkisi – 0.032 qramdır. 01 (sıfır bir) ədəd 1ml-lik şprisdə olan maddə hissəcikləri – heroin. Tədqiqata təqdim olunmuş 33 ədəd kağız bükümlərdə, 02 ədəd gümüşü rəngli bükümlərin içərisindəki 02 ədəd sellofan bükümlərdə olan heroinlər və 01 ədəd 1 ml-lik şprisdə olan heroin məhlulu tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 51-54) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020ci il tarixli 6/817 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ ...Təqsirləndirilən şəxs yaşadığı evdən... ” sözləri olan kağız paketdəki “Рифампицин- Белмед 150 мг” göstəriciləri olan 3 ədəd konvolyutda 27 ədəd dərman kapsullarının əsas təsiredici maddəsi rifampisin, 27 ədəd ağ rəngli dairəvi formalı bölgü xətti olmayan dərman həblərinin əsas təsiredici maddəsi etambutol, 28 ədəd ağ rəngli dairəvi formalı bir bölgü xətti olan dərman həblərinin əsas təsiredici maddəsi pirazinamidir və həmin dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. (cild 01, iş vər. 234-240) Cinayət işinin materiallarında olan arayışdan görünür ki, əvvəllər İsmayıllı şəhəri Qələbə küçəsi 12/2 saylı adlandırılmış ünvan hal-hazırda Ərəstun Mahmudov küçəsi 12/2 saylı ünvan adlanır. (cild 01, iş vər. 217) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 246) Cinayət işinin materiallarında olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış x xxxx 2020-ci il tarixli 218 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 224) AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə polis şöbəsinə İsmayıllı rayonu V.Osmanov küçəsi ev 1 mənzil 6 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri Qələbə küçəsi bina 12 mənzil 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədəəməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, daha sonra vəsatət və təqdimatla məhkəməyə müraciət olunaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi barədə qərar əldə edilmiş, videoçəkilişlə hal şahidlərinin, polis əməkdaşlarının və şübhəli şəxsin iştirakı ilə ünvana baxış keçirilərək evdən narkotik vasitə, elektron tərəzi, toxumlar və həblər aşkar olunmuşdur. Götürülmüş maddələrməhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqdaəldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, o cümlədən ekspert rəyləri və biri digərini tamamlayan digər dəlillər vasitəsi ilə tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı düzgün olaraq təqsirləndirilən şəxsin əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etməsi barəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara yığılmaqla (33 büküm) saxlanılması, digər tərəfdən evdən elektron tərəzinin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və bükümlərə bölüşdürülməklə saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üstüstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Bəkirov X3 şəhəri V.Osmanov küçəsi ev 1 mənzil 6 ünvanında 2010-cu il təvəllüdlü, 2012-ci il təvəllüdlü və 2017-ci il təvəllüdlü azyaşlı uşaqları ilə qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddətdə müsbət səciyyələndirilmişdir. (cild 01, iş vərəqi 231-233) İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 1264 nömrə qeyd edilərək bağlanmış nikah pozulmuş və birgə nikahdan olan 2010-cu il təvəllüdlü, 2012-ci il təvəllüdlü və 2017ci il təvəllüdlü azyaşlı uşaqların X2 yanında saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin birgə nikahdan üç azyaşlı uşağı olsa da, cinayət işinin materiallarında olan sənədlərdən belə müəyyən olunur ki, həmin uşaqlar ananın himayəsindədir və təqsirləndirilən şəxsdən uşaqların saxlanılması üçün hər hansı məbləğdə alimentin tutulması nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birgə nikahdan olan uşaqların təqsirləndirilən şəxsin himayəsində olmasını müəyyən etmədiyindən, həmin halı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul etmir. İş materiallarına əlavə edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Bəkirov X3 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan 3 ay 5 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. (cild 01, iş vər. 110-111, 226- 230, 263-264) Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə şəxsin şəxsiyyətini, onun əvvəllər də bu qəbildən olan cinayətin törədilməsinə görə məhkumluq həyatı yaşamasını, üzərində məhkumluq olmasa da, əməlindən nəticə çıxarmadığını və yenidən ağır cinayət törətməsini, bu halın da onun şəxsiyyətini mənfi səciyyələndirdiyini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumirejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 30, 92-94) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcıonun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyinolunacaq cəzamüddətinədaxiledilməlidir. Beləki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan narkoloji ekspertizanın rəyində əks olunanları, yəni təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsini əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, həmçinin yaşadığı yer üzrə Narkoloji Dispanserdə profilaktik qeydiyyatda alınmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan və İsmayıllı rayon PŞ-nin saxlanc anbarında saxlanılan gümüşü rəngli falqa, “BP-N” seriyalı elektron tərəzi və tədqiqatdan sonra ümumi təmiz çəkisi 4.724 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroin, o cümlədən ümumi təmiz çəkisi 0.10 qram olan 07 ədəd çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ümumilikdə 82 ədəd olan dərman həbləri isə təqsirləndirilən şəxsə qaytarılmalıdır. İş üzrə 185,47 AZN (bir yüz səksən beş manat, qırx yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı İsmayıllı rayonu üzrə Narkoloji Dispanserdə profilaktik qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı rayon PŞ-nin saxlanc anbarında saxlanılan gümüşü rəngli falqa, “BP-N” seriyalı elektron tərəzi və tədqiqatdan sonra ümumi təmiz çəkisi 4.724 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroin, o cümlədən ümumi təmiz çəkisi 0.10 qram olan 07 ədəd çətənə (kannabis) bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, ümumilikdə 82 ədəd olan dərman həbləri isə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 185,47 AZN (bir yüz səksən beş manat, qırx yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X11 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar