Məhkəmə qərarları › İş №1(091)-135/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-135/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-135/2021 05.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı – X7, Müdafiəçilər –Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, xx xxxxxxx 1992-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Göyçay Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxx 1994-cü il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, subay, Göyçay şəhəri Nizami küçəsi ev 170-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 19.01.2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin günü saat 19:20 dəqiqədə Yevlax şəhər ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında magistral yolun kənarında Şahid1 külli miqdar hesab edilən 4,851 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ümumilikdə 300 manat pul qarşılığında əldə edərək, narkotik vasitə heroinin ümumi təmiz çəkisi 3,829 qram olan hissəsini 0,336 qram, 0,334 qram, 0,944 qram, 0,385 qram, 0,354 qram, 0,363 qram, 0,346 qram 0,354 qram və 0,413 qram təmiz çəkilərdə 09 (doqquz) ədəd sellofan bükümlərdə, təmiz çəkisi 0,742 qram olan hissəsini 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,280 qram olan hissəsini 01 ədəd sellofan bükümdə, eləcə də psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 2,325 qram olan hissəsini 0,443 qram, 0,964 qram, 0,382 qram və 0,361 qram təmiz çəkilərdə 04 (dörd) ədəd sellofan bükümlərdə və təmiz çəkisi 0,175 qram olan hissəsini 01 ədəd kağız bükümdə qablaşdırıb, üzərində və ünvan 2 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 21 yanvar 2021-ci il tarixdə Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərindən və yaşadığı evdən həmin çəkilərdə narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 19 yanvar 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, həmin günü saat 19:20 dəqiqədə Yevlax şəhər ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında magistral yolun kənarında Şahid1 külli miqdar hesab edilən 4,851 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini ümumilikdə 300 manat pul qarşılığında əldə edərək saxlamış, həmçinin idarə etdiyi “Renault Megane” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Göyçay rayonuna daşıyaraq, həmin miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həmin günü öz avtomobilində saxladıqdan sonra səhəri günü tanışı Təqsirləndirilən şəxs1 vermiş, 21 yanvar 2021-ci il tarixdə saat 17:30 dəqiqədə Təqsirləndirilən şəxs1 Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göyçay şəhəri ərazisində saxlanıb rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,280 qram, həmçinin həmin günü yaşadığı evə baxış keçirilən zaman yaşadığı evdən 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qr., 0,334 qr., 0,944 qr., 0,385 qr., 0,354 qr., 0,363 qr., 0,346 qr., 0,354 qr., 0,413 qr., ümumi təmiz çəkisi 4,851 qram külli miqdarda narkotik vasitə olan heroin, eyni zamanda 01 ədəd plastik qutudakı 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qr., 0,964 qr., 0,382 qr., 0,361 qr., 0,175 qr., ümumi təmiz çəkisi 2,325 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ilk əvvəl ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını və ona görə də etirafedici ifadə vermək məcburiyyətində qaldığını bildirmiş, daha sora isə özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satmaq niyyəti ilə deyil, şəxsi istifadə üçün əldə edib üzərində və evində saxladığını qeyd etmiş, Təqsirləndirilən şəxs2 bu işdə heç bir əlaqəsinin olmadığını, onun yalnız taksı kimi onu Yevlax rayonuna aparılmasında iştirak etdiyini, əldə olunan narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək üçün istədiyini, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmədiyini göstərmiş və barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitədən istifadə edir. 19.01.2021-ci il tarixdə tanışı Göyçay rayon sakini Turalla şəhər ərazisində təsadüfən rastlaşmış, onunla söhbət zamanı Tural ona demişdir ki, Yevlax rayon sakini Bəxtiyar adlı şəxsdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin var, istəyirsənsə birlikdə pul qoyub gedib alaq, sonra az-az istifadə edərik. Belə ki, Tural onun, eyni zamanda özü də Turalın narkotik vasitə olan heroindən və psixotrop maddələrdən istifadə etdiklərini əvvəlcədən bilirdilər. Belə olub Turalla razılaşmışdır. Narkotik və psixotrop maddələr üçün 100 manat özü, 200 manat da Tural pul qoymuş və həmin günü axşam radələrində Turalın idarə etdiyi Renault Megane markalı qeydiyyat nişanını bilmədiyi avtomobillə ikisi birlikdə narkotik və psixotrop maddələri almaq üçün Yevlax rayonuna getmişlər. Bəxtiyar adlı şəxsi ümumiyyətlə tanımamışdır Həmin şəxslə əvvəlcədən və yol gedərkən Tural mobil telefonla zəngləşib əlaqə saxlamış, Yevlax şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Tural avtomobili saxlamış, sonra avtomobildən şərikli qoyduqları 300 manat pulu götürüb avtomobildən enib yolun digər tərəfinə keçmişdir. Belə ki, Tural Bəxtiyar adlı şəxslə harada görüşmələri barədə yolda mobil telefonla danışıb razılaşmış, lakin özü avtomobildə gözləmiş və onları görməmişdir. Bir neçə dəqiqə sonra Tural geri qayıtmış və iki büküm göstərib bildirmişdir ki, bir bükümdə narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra birlikdə geri qayıtmışlar. 21.01.2021-ci il tarixdə səhər radələrində Turala zəng vurub narkotik vasitə və psixotrop maddələrin harada olduğunu soruşmuş, Tural da avtomobildə saxladığını demişdir. Bundan sonra Turala bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələri gətirib ona versin ki, istədikləri vaxt götürüb istifadə etmək məqsədilə öz evində xırda bükümlərə ayırsın, Tural da həmin günü səhər radələrində idarə etdiyi avtomobillə narkotik vasitə və psixotrop maddələri gətirib ona vermişdir. Bundan sonra yaşadığı evdə narkotik vasitə və psixotrop maddələri Tural və özü üçün az-az istifadə etmək məqsədilə xırda bükümlərə ayırıb yaşadığı evdə saxlamış, eyni zamanda bir büküm heroin də götürüb üzərində saxlamışdır ki, istəyəndə özü istifadə etsin. 21.01.2021-ci il tarixdə saat 17:30 radələrində Göyçay şəhəri Şirvan küçəsində yerləşən evinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində vəkil ilə təmin olunmuş və hal şahidlərinin də iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, eyni zamanda həmin büküm elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 0,4 qram olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş sellofan büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Eyni zamanda şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş sellofan bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu və yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin günü öz razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin girişindən sağ tərəfdən birinci otaqda olan paltar rəfinin aşağı dolabında tir gülləsinin plastik qabında 4 ədəd sellofan büküm və 2 ədəd kağız büküm aşkar edilmiş, sellofan bükümlər açıldıqda içərisində kristal formalı ağ rəngli maddə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş maddələr kağız və sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, sellofan bükümlərin çəkisi ayrı-ayrılıqda 1,1 qram, 0,4 qram, 0,5 qram və 0,5 qram olmuş, kağız bükümlər açıldıqda isə onların içərisində qəhvəyi rəngli və ağ rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra içərisində qəhvəyi rəngli maddə olan gümüşü-ağ rəngli kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisi 5,5 qram olmuşdur. İçərisində ağ rəngli maddə olan üzəri yazılı kağız büküm də elektron tərəzidə çəkilmiş və çəkisi 3,5 qram olmuşdur. Evə baxış keçirilərkən həmin otaqda olan televizorun altından DVD aparatının arxa tərəfindən 1 ədəd siqaret qutusunun sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində 9 (doqquz) ədəd kiçik sellofan bükümlərin olması müəyyən edilmişdir. Eyni zamanda sellofan bükümlər açıldıqda hər birinin içərilərində qəhvəyi rəngli maddə olması aşkar edilmiş və həmin maddələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilərkən, sellofan bükümlərin 5 ədədinin hər birinin çəkisi 0,4 qram, 3 ədədinin hər birinin çəkisi 0,3 qram və 1 ədədinin çəkisi 1,1 qram olmuşdur. Şifahi sorğu zamanı aşkar edilmiş sellofan və kağız bükümdəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, aşkar edilmiş sellofan və kağız bükümlər götürülərək bir ədəd zərfə qablaşdırılmışdır. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 19.01.2021-ci il tarixdə tanışı Göyçay şəhər sakini Əhmədlə şəhər ərazisində təsadüfən rastlaşmış, onunla söhbət zamanı Əhməd ondan öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməyini xahiş etmişdir. Bundan sonra Əhmədə Yevlax rayonunda Bəxtiyar adlı dostu yaşadığını, onun da narkotik vasitələrdən istifadə etdiyini və ondan xahiş etsə onlara narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapmaqda köməklik edəcəyini bildirmişdir. Belə olub istifadəsində olan mobil nömrədən Bəxtiyar adlı dostuna zəng edib onlara narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini xahiş etmişdir. Bəxtiyar da ona Yevlax şəhərində “Usta” ləqəbi ilə çağırılan, əsil adı Elşən olan bir nəfər tanışının olduğunu və narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satdığını deyib sonuncunun istifadəsində olan mobil nömrəni ona vermişdir. Daha sonra Bəxtiyar yenidən ona zəng edib Elşənlə danışdığını və onunla əlaqə saxğamağı bildirmiş, həmçinin Elşənə pul borclu olduğunu, ona görə də əgər varıdırsa 260 manat Elşənə onun əvəzinə pul verməsini xahiş etmiş, o isə bununla razılaşmışdır. Bundan sonra o, Elşənə zəng edib onlara narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasını xahiş etmiş və sonuncu onunla razılaşmışdır. Ondan nə qədər heroin və nə qədər metamfetamin istədiyini soruşmuş, o da 40 manatlıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istədiklərini bildirmişdir. Bundan sonra Əhmədlə birlikdə özünə məxsus **- CY-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobillə Yevlax şəhərinə getmiş, avtomobildə ikisindən başqa heç kəs olmamışdır. Elşənlə telefonda danışarkən onu Yevlax şəhərində avtovağzalın yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında gözləməyini bildirmişdir. Bir qədər sonra Elşən idarə etdiyi **-EF-*** dövlət nömrə nişanlı, “Opel Vectra” markalı avtomobillə onların yanına gəlmiş, həmin vaxt avtomobildən düşüb Elşənə yaxınlaşmış, Əhməd isə avtomobildə gözləmişdir. Həmin vaxt ümumilikdə 300 manat pulu Elşənə verib, bu pulun 260 manatının Bəxtiyarın ona olan borcu əvəzində verildiyini, qalan 40 manatın isə narkotik vasitə ilə bağlı olduğunu bildirmişdir və ondan iki ayrı-ayrı büküm almış, sonuncu ona həmin bükümlərin birinin içərisində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra avtomobilinə əyləşib həmin bükümləri Əhmədə vermiş və birlikdə Göyçay şəhərinə qayıtmışdırlar. Göyçay şəhərinə çatdıqda Əhmədi yaşadığı evin yanına düşürmüş, sonra isə çıxıb evə getmişdir. Səhəri gün, yəni 20.01.2021-ci il tarixdə səhər radələrində Əhməd ona zəng vurub içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümlərin onun avtomobilində qaldığını və gətirməsini bildirmiş, belə olub həmin günü səhər radələrində idarə etdiyi avtomobillə narkotik vasitə və psixotrop maddələri aparıb Əhmədə vermişdir. Özü heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Odur ki, barəsində bəarət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında bəzi xüsusatlara dair ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 19.01.2021-ci il tarixdə tanışı Göyçay şəhər sakini Əhmədlə şəhər ərazisində təsadüfən rastlaşmış, onunla söhbət zamanı Əhməd ondan öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməyini xahiş etmişdir. Bundan sonra Əhmədə Yevlax rayonunda Bəxtiyar adlı dostu yaşadığını, onun da narkotik vasitələrdən istifadə etdiyini və ondan xahiş etsə onlara narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapmaqda köməklik edəcəyini bildirmişdir. Belə olub istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Bəxtiyar adlı dostunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib onlara narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini xahiş etmişdir. Bəxtiyar da ona Yevlax şəhərində “Usta” ləqəbi ilə çağırılan, əsil adı Elşən olan bir nəfər tanışının olduğunu və narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satdığını deyib sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona vermişdir. Daha sonra Bəxtiyar yenidən ona zəng edib Elşənlə danışdığını və onunla əlaqə saxğamağı bildirmiş, bundan sonra Elşənə zəng edib onlara narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasını xahiş etdikdə sonuncu ondan nə qədər heroin və nə qədər metamfetamin istədiyini soruşmuş, həmin zaman telefonu Elşənlə danışması üçün Əhmədə vermiş, Əhməd də Elşənə ümumilikdə 300 manatlıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istədiklərini bildirmişdir. Bundan sonra Əhmədlə birlikdə özünə məxsus **-CY-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobillə Yevlax şəhərinə getmiş, avtomobildə ikisindən başqa heç kəs olmamışdır. Elşənlə telefonda danışarkən onu Yevlax şəhərində avtovağzalın yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında gözləməyini bildirmiş, həmin vaxt Əhməd pulunun az olduğunu bildirib ondan 200 manat borc pul istəmişdir. Belə olub Əhmədə 200 manat pul vermiş, bir qədər sonra Elşən idarə etdiyi **-EF-*** dövlət nömrə nişanlı, “Opel Vectra” markalı avtomobillə onların yanına gəlmiş, həmin vaxt avtomobildən düşüb Elşənə yaxınlaşmış, Əhməd isə avtomobildə gözləmişdir. Həmin vaxt 300 manat pulu Elşənə verib ondan iki ayrı-ayrı büküm almış, sonuncu ona həmin bükümlərin birinin içərisində narkotik vasitə olan heroin, digərində isə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra avtomobilinə əyləşib həmin bükümləri Əhmədə vermiş və birlikdə Göyçay şəhərinə qayıtmışdırlar. Göyçay şəhərinə çatdıqda Əhmədi yaşadığı evin yanına düşürmüş, sonra isə çıxıb evə getmişdir. Səhəri gün, yəni 20.01.2021-ci il tarixdə səhər radələrində Əhməd ona zəng vurub içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümlərin onun avtomobilində qaldığını və gətirməsini bildirmiş, belə olub həmin günü səhər radələrində idarə etdiyi avtomobillə narkotik vasitə və psixotrop maddələri aparıb Əhmədə vermişdir. Əhmədə narkotik vasitə və psixotrop maddə təşkil etməkdə məqsədi ondan ibarət olmuşdur ki, Əhməd ona əvvəlcədən demişdir ki, əgər ona narkotik vasitə və psixotrop maddə tapmaqda köməklik etsə, qardaşı Rövşənə pulsuz narkotik vasitə verəcək. Belə ki, qardaşı Rövşən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Buna görə də Elşən adlı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb Təqsirləndirilən şəxs1 vermişdir. Özü isə heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 21.01.2021-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə RPŞ-nin rəisinə raportla məruzə olunmuş, bundan sonra həmin günü tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da onunla birlikdə iştirak etmişdir. Belə ki, həmin günü, yəni 21.01.2021-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Şirvan küçəsində tək gedərkən görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunub müdafiəçi Mətanət Həsənova ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Mətanət Həsənovanın, iki nəfər hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, bundan sonra həmin sellofan büküm içərisindəki maddə ilə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 0,4 qram olmuşdur. Daha həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Eyni zamanda şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan heroin olduğunu, həmçinin yaşadığı evində də narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra həmin günü yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə Təqsirləndirilən şəxs1 yaşadığı evinə də baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evinin girişində sağ tərəfdən birinci otaqda olan paltar rəfinin aşağı dolabında plastik qabının içərisindən 4 ədəd sellofan büküm və 2 ədəd kağız büküm aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda içərisində kristal formalı ağ rəngli maddə olduğu müəyyən edilmiş, aşkar edilmiş maddələr kağız və sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, sellofan bükümlərin çəkisi ayrı-ayrılıqda 1,1 qram, 0,4 qram, 0,5 qram və 0,5 qram olmuşdur. Kağız bükümlər açıldıqda isə birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli maddə olması müəyyən edilmişdir. Daha sonra içərisində qəhvəyi rəngli maddə olan gümüşü-ağ rəngli kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisi 5,5 qram olmuşdur. Eyni zamanda içərisində ağ rəngli maddə olan üzəri yazılı kağız büküm də elektron tərəzidə çəkilmiş və çəkisi 3,5 qram olmuşdur. Bundan başqa baxış zamanı həmin otaqda olan televizorun altından DVB aparatının arxa tərəfindən 1 ədəd siqaret qutusunun sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində 9 ədəd kiçik sellofan bükümlər aşkar edilmiş, sellofan bükümlər açıldıqda hər birinin içərilərində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, aşkar edilmiş maddələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişdir. Sellofan bükümlərin 5 ədədinin hər birinin çəkisi 0,4 qram, 3 ədədinin hər birinin çəkisi 0,3 qram və 1 ədədinin çəkisi 1,1 qram olmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evindən aşkar edilmiş bükümlərdəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, yaşadığı evindən və üzərindən aşkar edilmiş narkotik vasitələrlə psixotrop maddələri 19.01.2021-ci il tarixdə Göyçay şəhər sakini tanışı Turalla birlikdə Yevlax rayonunda 300 manata Bəxtiyar adlı şəxsdən aldıqlarını bildirmişlər. Bundan sonra aşkar edilmiş sellofan və kağız bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmış və Təqsirləndirilən şəxs1 yaşadığı evindən başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir vəsatət daxil olmadığını üçün protokol imzalanmışdır. Bundan başqa 25.01.2021ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Göyçay şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə 300 manat pul qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini aldıqları şəxsin Yevlax şəhər sakini Şahid1 olması müəyyən edilmiş və həmin günü CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2la birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid1 idarə etdiyi Opel markalı **-EF-*** qeydiyyat nişanlı avtomobillə Yevlax rayonunda saxlanılmışdır. Bundan sonra Şahid1 müstəntiq tərəfindən Yevlax rayon polis şöbəsində şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş və üzərində müdafiəçinin, özünün və əməliyyat müvəkkili Şahid2 iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm və açıq şəkildə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Açıq şəkildə aşkar edilmiş qəhvəyi rəngli maddədə bir ədəd kağız bükümə bükülərək sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 5,41 qram olmuşdur. Eyni zamanda Şahid1 idarə etdiyi Opel markalı **-EF-*** qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, baxış zamanı başqa onun üzərindən və avtomobilindən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Şahid1 üzərindən aşkar edilmiş maddələr bükümlərlə birlikdə zəfrə qablaşdırılaraq götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Sonradan məlum olmuşdur ki, Şahid1 üzərindən aşkar edilmiş maddələr narkotik vasitə olan heroindir və o, həmin narkotik vasitəni, həmçinin Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitələrlə psixotrop maddələri Yevlax rayonunda Bəxtiyar adlı şəxsdən almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon sakini Bəxtiyar vasitəsi ilə tanımışdır. Belə ki, Bəxtiyar ona zəng edərək metanfetamin və kakos istəmiş, bir tanışına lazım olduğunu bildirmiş, o da özündə bir qədər olduğunu və ona sata biləcəyini demişdir. Bundan sonra Bəxtiyarın tanışı Tural ona zəng etmiş, telefonda danışıb razılaşmaqla Yevlax rayonunda avtovağzalın yaxınlığında onunla görüşüb 40 manat pul müqabilində Turala kakos və metamfetamin satmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən ibtidai istintaq zamanı ifadəsini oxumadığını, oxumadan imza etdiyini, orda nə yazıldığından xəbərsiz olduğunu, görüş zamanı Təqsirləndirilən şəxs2 300 manat pul aldığını, lakin həmin pulun 260 manatı Bəxtiyarın ona olan borcuna görə verildiyini, Turala yalnız 40 manat dəyərində metanfetamin və kakos satdığını, alış-veriş zamanı Təqsirləndirilən şəxs1 görmədiyini, onu ümumiyyətlə tanımadığını, narkotik vasitə alğı-satqısı ilə bağlı yalnız Turalla danışdığını və narkotiki Turala satdığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Şahid1 göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Göyçay rayon sakini Tural adlı şəxsi ortaq tanışları olan Bəxtiyar adlı şəxsin vasitəsilə tanımışdır. 19 yanvar 2021-ci il tarixdə Bəxtiyarın ona zəng edərək özünün Sumqayıt şəhərində olduğunu və tanışı Tural adlı şəxsin Yevlax şəhərinə gələcəyini bildirmiş, həmçinin əlavə etmişdir ki, yaşadığı küçənin başlanğıcında yerləşən dayanacağın yanında iki ədəd ayrıayrı bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuş, həmin bükümləri oradan götürüb Turala verməyini, Turalın isə ona 300 manat pul verəcəyini demişdir. Bundan sonra gedib həmin yerdən Bəxtiyarın dediyi bükümləri götürüb Turala zəng edərək Yevlax şəhərinə gəlməsini və onu avtovağzalın yanında “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında gözləməsini tapşırmış, bir qədər sonra isə Turalın ona zəng edib avtovağzalın yanında “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında gözlədiyini bildirmiş, bundan sonra həmin yerə gedərək Turalla görüşmüşdür. Belə ki, Turalın **-CY-*** dövlət qeydiyyat nişanlı, Renault Megane markalı avtomobillə gəldiyini və avtomobildə başqa bir nəfər şəxsin olduğunu görmüş, həmin vaxt Tural avtomobildən düşüb ona yaxınlaşmış və iki ayrı-ayrı bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Turala vermişdir. Əvəzində isə Tural da ona 300 manat pul vermişdir. Bundan sonra Tural avtomobilə əyləşib çıxıb getmiş, Turalın ona verdiyi 300 manat pulu isə özünə götürmüşdür. Çünki Bəxtiyarın ona 650 manat borcu olmuş, Bəxtiyara zəng edib həmin 300 manat pulu özünə götürdüyünü və həmin məbləği ona olan 650 manat borcundan çıxdığını demişdir. 25 yanvar 2021-ci il tarixdə yaşadığı küçədə olarkən Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yevlax rayon polis şöbəsinə dəvət etdiklərində heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Orada müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah edilərək müdafiəçi X8 ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, həmin zaman hər hansı bir etiraz etməmiş və iki nəfər polis əməkdaşının və müdafiəçinin iştirakı ilə birlikdə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm aşkar edilərək götürülmüş, aşkar edilmiş maddə kağız və sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 5,41 qram müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi “Opel” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilindən qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bu barədə də protokol tərtib edilmişdir. Şübhəli şəxs qismində ifadə verərkən ifadəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bərdə rayon sakini Aqşin adlı şəxsdən əldə etdiyini bildirərkən əvvəlcə Bəxtiyarın adını vermək istəmədiyi üçün həmin Aqşin adlı şəxsi özündən uydurmuşdur. Əslində isə həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bəxtiyardan almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, həqiqətən də sözügedən tarixdə Təqsirləndirilən şəxs1 həm üzərinə şəxsi axtarışın keçirilməsində, həm də yaşadığı ünvana baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən bir büküm narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan həm narkotik vasitə, həm də psixotrop maddəyə bənzər kütlələr aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Göyçay rayon sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımır. Onu üzərində şəxsi axtarış aparılan zaman hal şahidi qismində iştirak edərkən tanımışdır. Onunla aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmayıb və hazırda da yoxdur. 21.01.2021-ci il tarixdə saat 17:30 radələrində Göyçay rayon Polis Şöbəsinin yaxınlığından keçəndə polis əməkdaşları ona yaxınlaşaraq şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmişlər. Bundan sonra könüllü olaraq razılıq vermiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində adını öyrəndiyi Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməsində ondan başqa bir nəfər hal şahidi, vəkil və polis əməkdaşları da iştirak etmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuş, həmin sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən həmin sellofan büküm elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 0,4 qram olmuşdur. Bundan sonra həmin sellofan büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Başqa Təqsirləndirilən şəxs1 üzərindən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol ucadan oxunduqdan sonra orada iştirak edən hər bir şəxs tərəfindən imzalanmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 həmin maddənin nə olması və başqa onda bu kimi maddələrin olub-olmaması ilə bağlı sorğu etdiklərində sonuncu həmin maddənin narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitədən başqa yaşadığı evində də olduğunu bildirmişdir. Bundan sonra yuxarıda qeyd olunan şəxslərlə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Göyçay rayonu Şirvan küçəsində yerləşən evinə getmiş, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evin girişindən sağ tərəfdən birinci otaqda olan paltar rəfinin aşağı dolabında plastik qabdan 4 ədəd sellofan büküm və 2 ədəd kağız büküm aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda içərisində kristal formalı ağ rəngli maddə aşkar edilmiş, kağız bükümlər açıldıqda içərisində qəhvəyi rəngli və ağ rəngli maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr kağız və sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, sellofan bükümlərin çəkisi ayrı-ayrılıqda 1,1 qram, 0,4 qram, 0,5 qram və 0,5 qram olmuşdur. Daha sonra içərisində qəhvəyi rəngli maddə olan gümüşü-ağ rəngli kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisi 5,5 qram olmuşdur. İçərisində ağ rəngli maddə olan üzəri yazılı kağız büküm də elektron tərəzidə çəkilmiş və çəkisi 3,5 qram olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən həmin otaqda olan televizorun altından DVB aparatının arxa tərəfindən 1 ədəd siqaret qutusunun sellofan bükümü aşkar edilmiş, həmin büküm açıldıqda içərisində 9 (doqquz) ədəd kiçik sellofan bükümlər aşkar edilmiş, həmin sellofan bükümlər açıldıqda hər birinin içərilərində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, sellofan bükümlərin 5 ədədinin hər birinin çəkisi 0,4 qram, 3 ədədinin hər birinin çəkisi 0,3 qram və 1 ədədinin çəkisi 1,1 qram olmuşdur. Başqa Təqsirləndirilən şəxs1 yaşadığı evindən işi üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş maddələr bükümlərlə birlikdə zərfə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bu barədə fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş və orada iştirak edən hər bir şəxs tərəfindən imzalanmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 həmin maddələrin nə olması və haradan əldə etdiyini soruşduqlarında sonuncu həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri tanışı Turalla birlikdə Yevlax rayonunda Bəxtiyar adlı şəxsdən aldıqlarını bildirmişdir. Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli raportdan görünür ki, polis şöbəsinə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq üzərində və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 3). Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 cinayət başında ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onun yaşadığı ünvana və həyətinə daxil olmaqla baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 6) Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,280 qram narkotik vasitə olan herion aşkar edilərək götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 20-24) Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 27) Cinayət işinin materiallarında olan 21.01.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin, polis əməkdaşlarının, Təqsirləndirilən şəxs1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı evdən 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qr., 0,334 qr., 0,944 qr., 0,385 qr., 0,354 qr., 0,363 qr., 0,346 qr., 0,354 qr., 0,413 qr., ümumi təmiz çəkisi 4,851 qram külli miqdarda narkotik vasitə olan heron, eyni zamanda 01 ədəd plastik qutudakı 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qr., 0,964 qr., 0,382 qr., 0,361 qr., 0,175 qr., ümumi təmiz çəkisi 2,325 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 28-45) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2021-ci il tarixli 17/57 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş bükümlər....” sözləri yazılmış zərfin içərisindəki sellofana bükülmüş 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qr., 0,334 qr., 0,944 qr., 0,385 qr., 0,354 qr., 0,363 qr., 0,346 qr., 0,354 qr., 0,413 qr., ümumi təmiz çəkisi 3,829 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 01 ədəd plastik qutudakı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,742 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin 01 ədəd plastik qutudakı 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qr., 0,964 qr., 0,382 qr., 0,361 qr., 0,175 qr., ümumi təmiz çəkisi 2,325 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd....sellofan büküm....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, ümumilikdə 10 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, plastik qabın içərisindəki 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. (cild , iş vər. 59-62) Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qərarından görünür ki, Göyçay Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili polis kapitanı Şahid4 ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə dair 21.01.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər. 147- 148) Cinayət işinin materiallarında olan 26.03.2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi hadisə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs2 Yevlax şəhərində narkotik vasitəni əldə etdiyi yeri göstərmiş və ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində qeyd etmişdir. (cild 02, iş vər. 34-39) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 19 mart 2021ci il tarixli 272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 40) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021ci il tarixli 342 saylı rəyindən gğrünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Nakomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 74) Cinayət işinin materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış 11 fevral 2021-ci il tarixli 595 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 01.10.2020-ci il tarixdən, “Narkomaniya” dioqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs2 isə psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. (cild 01, iş vər. 231) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 21.01.2021-ci il tarxdə polis şöbəsinə Təqsirləndirilən şəxs1 barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılmaqla üzərinə polis şöbəsində müdafiəçi və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuş, daha sonra şəxsin ərizəsi əsasında yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidlərinin və müdafiəçinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 üzərinə və yaşadığı evə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, Şahid1 ibtidai istintaq zamanı verdiyi şahid ifadəsi, habelə digər şahidlərin ifadələri, ekspert rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqının ilkin mərhələsində Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması barədə qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarına əlavə olunmuş Göyçay rayon prokurorluğunun 01.06.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və qeyd olunanlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar təqsirləndirilən şəxsə təqdim olunmuş və müdafiə tərəfindən mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Məhkəmə istintaqının sonrakı mərhələsində Təqsirləndirilən şəxs1 ona elan olunan ittihamda göstərilən cinayət əməlini təkbaşına törətməsi barədə, həmçinin Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə törədilən cinayət əməli ilə heç bir əlaqəsinin olmaması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 bu formada ifadə verməklə həm digər Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək, həm də özünün məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 qeyd etdikləri cinayət işinin materiallarında olan sübutlarla tam təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı aşkar olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadə üçün əldə edərək saxladığı barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, müxtəlif növdə olan narkotik vasitələr olması, həmçinin həmin narkotik vasitələrin ayrı-ayrı bağlamalara, bükümlərə yığılmaqa saxlanılması onu deməyə əsas verir ki, aşkar olunan narkotik vasitələr və psixotrop maddə şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və müvafiq qaydada qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir. Əksinə sonuncunun ibtidai istintaq zamanı qeyd etdikləri iş materiallarında olan və biri digərini tamamlayan sübutlarla üst-üstə düşdüyündən, məhkəmə kollegiyası həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edir və ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında narkotik vasitənin Təqsirləndirilən şəxs1la birlikdə əldə edilməsini və özünə məxsus avtomobil vasitəsi ilə daşınmasını mübahisələndirməsə də, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə narkotik vasitənin və psixotrop maddənin əldə edilməsini qəbul etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs2 əksini bildirsə də, onun özünün narkotik vasitə alüdəçisi olmadığı halda Yevlax rayon sakini olan və narkotik vasitə satan Şahid1la telefon əlaqəsi saxlayaraq 300 manat pulun müqabilində narkotik vasitənin alğı-satqısı ilə bağlı razılığa gəlməsi, öz avtomobili ilə Təqsirləndirilən şəxs1la birlikdə Göyçay rayonundan Yevlax rayonuna getməsi, Yevlax rayonunda Şahid1la görüşməsi və 300 manat pulu ödəyərək narkotik vasitə heroini və psixotrop maddəni əldə etməsi, həmçinin özü istifadə etmədiyi halda narkotik vasitəni almaq üçün gərəkli olan 300 manat pulun 200 manatını özünə aid puldan verməsi, daha sonra əldə olunan narkotik vasitəni və psixotrop maddəni Təqsirləndirilən şəxs1 verməsi və həmin narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 üzərindən və evindən qabaqcadan hazırlanmış xırda bükümlər halında aşkar olunması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdikləri həqiqəti əks etdirmir. Qeyd olunanlar nəzərə alındıqda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 sözügedən narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs1la məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 200 manat pulu Təqsirləndirilən şəxs1 borc kimi verdiyini bildirsə də, məhkəmə istintaqı zamanı həmin pulu Bəxtiyarın borcuna görə Şahid1 verdiyini, əslində isə Şahid1 40 manat dəyərində narkotik vasitənin alındığını bildirmişdir ki, bu hissədə də Təqsirləndirilən şəxs2 ifadələrində ziddiyyət yaranmışdır. Bu halın özü də Təqsirləndirilən şəxs2 səmimi olmadığının göstəricisidir. Odur ki, onun məhkəmə istintaqı zamanı qeyd etdikləri məhkəmə kollegiyası tərəfindən müdafiə xarakterli ifadələr kimi qəbul edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Sonuncunun ibtidai istintaq zamanı narkotik vasitənin əldə edilməsi ilə bağlı verdiyi ifadəsi digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, o cümlədən cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşdüyündən, məhkəmə həmin ifadələri əsaslı qəbul edərək ona elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Eyni zamanda məhkəmə kollegiyası Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə də şübhə ilə yanaşır və bildirir ki, onun məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs1la eyni məzmunlu ifadə verməsi öz məsuliyyətinin, o cümlədən digər şəxslərin məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmış müdafiə taktikasıdır. Belə ki, Şahid1 özü də hazırkı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin sonradan onun barəsində olan cinayət işi ayrıca icraata ayrılmışdır. Odur ki, məhkəmə kollegiyası Şahid1 məhkəmə iclasında qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Əksinə sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə digər sübutlarla uyğunluq təşkil etdiyindən, məhkəmə Şahid1 həmin ifadəsini əsaslı və həqiqəti əks etdirən ifadə kimi qəbul edir, o cümlədən təqsirləndirilən şəxslərə elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, doğum haqqında şəhadətnamənin surətindən və xasiyyətnamədən görünür ki, Abulov X10 şəhəri, S.Ə.Şirvani küçəsi 3 ünvanında ailəsi, yəni arvadı və 22.09.2017-ci il təvəllüdlü bir azyaşlı uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vərəqi 41-44) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Göyçay Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (cild 01, iş vər. 229-230, cild 02, iş vər. 01-06) İş materiallarına əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsindən verilmiş 1(046)-58/2020 saylı 21.09.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Göyçay Rayon Məhkəməsinin 15.07.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökmün icrası barədə göstəriş 11.08.2020-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cəzasının 01 il 01 ay 10 gününü çəkmiş və 04 ay 16 gün çəkilməmiş cəzası qalmışdır. Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Həmçinin, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdran digər hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır, subaydır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vərəqi 82-84) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 225-226) İş materiallarına əlavə edilmiş tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 12 barmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkir. Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 12 barmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət səciyyələnməsini onun cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, habelə əvvəllər də bu qəbildən olan cinayətin törədilməsini və təyin olunan cəza bitmədən islah olunmayaraq yenidən qəsdən ağır cinayət əməli törətməsini əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin, əvvəlki hökm üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi cinayət qanununun müddəalarına əsasən iki günün bir günə bərabər götürülməklə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilib hökmlərin məcmusu üzrə toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Göyçay Rayon Məhkəmənin 24.01.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 21.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 17, 100-102) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21.01.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 27.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29.01.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X6 azadlığa buraxılmışdır. (cild 1, iş vərəq 186, 214-215) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzasının başlanğıcı 05.10.2021-ci-ci il tarixdən hesablanmalı, onun şübhəli şəxs qismində tutulduğu iki gün müddət cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 isə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Göyçay RPŞ-də saxlanılan 4,301 qram narkotik vasitə olan heroin, həmçinin ümumi təmiz çəkisi 2,075 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Göyçay Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmünə əsasən təyin olunan 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 16 (on altı) günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 02 (iki) ay 8 (səkkiz) gün azadlıqdan məhrumetmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il 06 (altı) ay müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27.01.2021-ci il tarixdən 29.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 yerləşdirilməsi üçün X3 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-də saxlanılan 4,301 qram narkotik vasitə olan heroin, həmçinin ümumi təmiz çəkisi 2,075 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 143,88 AZN (yüz qırx üç manat, səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar