Məhkəmə qərarları › İş №1(091)-135/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-135/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-135/2023 08.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Eldar qızı, təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X3 iştirakı ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonunun Əkşəm kəndində qeydiyyatda olmaqla, tutulanadək Yevlax rayonunun Aran qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29, 120.2.4, 29, 120.2.8 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və özü üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslər üzərində müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşadığı arvadı, həmin vaxt hamilə olduğunu bildiyi Zərərçəkmiş şəxs1 başqa bir kişi ilə arasında sevgi münasibətləri olmasını eşidib qısqanclıq zəminində arvadı Zərərçəkmiş şəxs1 qisas almaqla öldürmək qərarına gələrək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə özü ilə üzərində kəsici-deşici alət olan bıçaq götürüb, 14 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaxın qohumları ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək giriş qapısından evin yataq otağına daxil olub birbaşa Zərərçəkmiş şəxs1 yaxınlaşaraq üzərində olan bıçağı çıxardıb bir əlində tutub, digəri əli ilə Zərərçəkmiş şəxs1 saçlarından tutub yerə yıxmış, həmin vaxt onun arxası ilə otağa daxil olmuş Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2, xalası Zərərçəkmiş şəxs4 və qardaşı Zərərçəkmiş şəxs3 onun Zərərçəkmiş şəxs1 xəsarətlər yetirməsinin qarşısını almaq istəyən zaman o, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai və birgəyaşayış qaydalarına etinasızlıq göstərib, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, silah qismində istifadə etdiyi həmin bıçaqla ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vuran sağ qaşın, sağ mil-bilək oynağının cərrahi tikişə ehtiyacı olan kəsilmiş yara xəsarətlərini, Zərərçəkmiş şəxs4 sağlamlığa yüngül zərər vuran sağ əlin ovuc səthinin cərrahi tikişə ehtiyacı olan, sağ əlin İİ barmağının dırnaq falanqasının kəsilmiş yara xəsarətlərini, Zərərçəkmiş şəxs3 sağlamlığa yüngül zərər vuran sağ əlin İİİ barmağının orta falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yara xəsarətini yetirməklə müqavimət göstərərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəktlərlə qəsdən xuliqanlıq etməklə sonuncuların müqavimətini qıraraq, Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2, xalası Zərərçəkmiş şəxs4 və qardaşı Zərərçəkmiş şəxs3 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə, bununla onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək, əlində olan bıçaqla xüsusi amansızlıqla və hamilə vəziyyətində olduğunu bildiyi Zərərçəkmiş şəxs1 bədən nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin sağ yarısının plevra boşluğuna keçən kəsilmiş-deşilmiş yara xəsarətləri, sağlamlığa yüngül zərər vuran sol kürək və sol kürəkaltı nahiyəsinin 03 ədəd, sağ arxa qoltuqaltı nahiyəsinin 01 ədəd, sağ bel nahiyəsinin 01 ədəd bıçaqla yetirilməyə xarakterik olan yara xəsarətləri yetirərək Zərərçəkmiş şəxs1 yerə yıxılaraq ödüyünü zənn edib hadisə yerindən qaçdığından və Zərərçəkmiş şəxs1 yaxın qohumları tərəfindən dərhal xəstəxanaya çatdırılaraq ona təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək, hamilə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 29, 120.2.8, 221.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 09 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 ilə el adət ənənəsi ilə, qeyri-rəsmi olaraq evlənmişdir. Onların toy mərasimi Yevlax şəhərində yerləşən “Gül” şadlıq sarayında olmuşdur. Onlar birlikdə Aysunun evində, yəni ünvan 2 ünvanında yaşamışlar. Həmin küçənin köhnə adı Yevlax şəhəri “ünvan 3 evdə onlarla bərabər Aysunun xalası Vüsalə də yaşamışdır. Onun Aysunla birgə evliliklərdən 2020-ci ildə Mədinə Məmmədli, 2021-ci ildə isə Feyruz Məmmədli adlı uşaqları dünyaya gəlmiş, arvadı Aysun üçüncü uşağa hamilə olmuşdur. O, Bakı şəhərində işləmiş və 2022-ci ilin sentyabr ayının 5-də evə gəlmişdir. O, evə gəldikdən sonra Aysun təkidlə onun yenidən işləmək üçün Bakı şəhərinə getməsini tələb etmişdir. O, sentyabr ayının 8-də Bakı şəhərinə getmiş, 25-də isə yenidən evə qayıtmışdır. Lakin həmin vaxt Aysun ona evə gəlməməsini, oğlunu xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirdiyini bildirmiş və buna görə ondan pul göndərməyi tələb etmişdir. Lakin o, evə gəlmişdir. Sonra övladının xəstəliyi ilə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasına getmiş, oğlunun vəziyyəti ilə maraqlanmış, daha sonra isə evə qayıtmışdır. Həmin günün səhəri Aysunun xalası Zərərçəkmiş şəxs4 ona “sənin arvadın Aysun səndən xəbərsiz sosial yardım düzəltdirir” demişdir. Lakin o, Vüsaləyə inanmadığını bildirmişdir. Bu zaman Vüsalə Aysuna zəng etmiş, Vüsalə telefon danışığı zamanı mikrafon rejiminə keçirmiş və o, Aysunun sosial yardım barədə danışığını eşitmişdir. Həmin vaxt o, Aysunun ondan xəbərsiz sosial yardım düzəltdirdiyini öyrənmişdir. Bundan sonra o, həmin gün, yəni 27 sentyabr 2022-ci il tarixdə xəstəxanaya, uşağının yanına gedərək uşağın həkimi olan Bahar həkimə artıq uşağını xəstəxanadan çıxartmaq istədiyini demişdir. Bu zaman Bahar həkim ona uşağı sabah buraxa biləcəyini demişdir. Həmin vaxt söhbət əsnasında Bahar həkimin yanında olan tanımadığı tibb bacısı ona uşağın atasının hərbiçi olduğunu və həmin şəxsin də bir neçə gün əvvəl xəstəxanaya gələrək uşağın atası olmasını və Aysunun da əri olmasını dediyini bildirmişdir. O, bu barədə heç kimə deməmişdir. Xəstəxanadan evə gəlmiş və həmin günün səhəri, yəni 28 sentyabr 2022-ci il tarixdə uşağı xəstəxanadan çıxartmışdır. Uşağı çıxartdıqdan sonra evdə olarkən Aysunun Ülviyyə adlı xalasının qızı Zəhra ona Aysunun başqa bir şəxslə xalası Vüsalənin mobil telefonu vasitəsi ilə danışdığını bildirmişdir. O, Aysundan həmin şəxsin mobil nömrəsini soruşduqda, Zəhra ona mobil nömrənin son rəqəmlərinin 50-62 olmasını demişdir. Həmin vaxt Aysunun mobil telefonu və mobil nömrəsi olmamışdır. O, Vüsalədən mobil telefonunu bəhanə ilə alaraq həmin nömrəni Vüsalənin mobil telefonundan götürmüşdür. Daha sonra həmin ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng etmiş və telefonda danışaraq görüşmək üçün razılaşmışdır. O, həmin şəxslə Yevlax şəhər mərkəzi poçtunun qarşısında görüşmüşdür. Həmin şəxslə görüşdükdən sonra adının Emin olduğunu və dövlət sərhəd xidmətində hərbiçi kimi xidmət etdiyini öyrənmişdir. Aralarında olan söhbət əsnasında Emin ona arvadı Aysunla danışmadığını və Ülviyyə ilə danışdığını bildirmişdir. Bununla da aralarında olan söhbət başa çatmış və o, evə qayıtmışdır. Lakin o, həmin günü xatırlamır. Daha sonra arvadı Aysunun istəyi ilə Aysunla birlikdə yaşadıqları evdən çıxaraq Aysunun anasının yaşadığı Yevlax rayonunun Aran qəsəbəsində yerləşən Rəhman adlı şəxsə məxsus fermaya getmişlər. Onlar orada olan zaman Aysunun anası Günelin nömrəsinə zəng gəldiyini görmüşdür. O, həmin zəngə cavab verdikdə, zəng edən şəxsin Emin olduğunu öyrənmiş və mobil telefonda Emindən nə üçün zəng etdiyini soruşduqda, Emin ona Aysundan onunla Aysun arasında problem olub-olmadığını soruşmaq üçün zəng etdiyini bildirmişdir. Bu zaman o, Eminlə mübahisə etmiş və sonra telefon danışığını sonlandırmışlar. Daha sonra o, arvadı Aysundan nə üçün Eminlə danışdığını soruşduda, Aysun ona izahlı məlumat verməmiş və söhbəti həmin mövzudan yayındırmışdır. O, həmin gündən bir-iki gün sonra evdən çıxıb, işləmək üçün Zərdab rayonuna, Rəhmana məxsus olan fermaya getmişdir. O, fermaya getdikdən sonra həmişə olduğu kimi arvadı Aysuna pul göndərmişdir. Aysun pulu aldıqdan sonra yenidən əvvəlki yaşadığı evə qayıtmışdır. Həmin vaxtlarda o, Aysunla mobil telefonla danışan zaman Aysun ona rahatçılıq vermədiyini və ondan bezdiyini dediyi üçün aralarında mübahisə yaranmışdır. O, Zərdaba getdiyi gündən 15 gün sonra evə qayıtdıqda Aysun xalası Vüsalə ilə birlikdə onun evə daxil olmasına icazə verməmişlər. O, Aysungilə uşaqlarını görmək istədiyini demişdir. Bir neçə saat keçdikdən sonra Aysun ona zəng edərək “uşaqları görmək isəyirsənsə, gəl xalam Ülviyyənin evinə, orada gör” deyə bildirmişdir. Ülviyyə və Günelin evi onların yaşadığı Aysunun xalası Vüsalənin evi ilə eyni həyətdə yerləşir. O, Ülviyyənin evinə getdikdə Aysunun anası Günelin evinin qarşısında hərbiçi çəkmələri olduğunu görmüşdür. O, evdə olarkən Aysundan həmin evdə kimin olduğunu soruşmuş, Aysun ona Ülviyyənin yanına gələn sevgilisinin orada olduğunu bildirmişdir. Daha sonra o, evdən çıxdıqdan sonra Ülviyyəyə zəng etmiş və o, Günelin evinin qarşısında hərbi geyim çəkmələri olduğunu, Aysunun isə həmin şəxsin Ülviyyənin yanına gəldiyini bildirmiş və Ülviyyədən həmin şəxsin yanına gəlib-gəlmədiyini soruşmuşdur. Bu zaman Ülviyyə ona həmin şəxsin Aysuna görə evə gəldiyini bildirmiş və bu barədə heç kimə deməməsini tapşırmışdır. O, Ülviyyə ilə razılaşmışdır. Daha sonra o, bir neçə dəfə evə gələrək uşaqlarını görmək istəsə də, Aysun və Aysunun xalası Vüsalə onun evə daxil olmasına icazə verməmişlər. Bundan bir neçə gün sonra arvadı Aysun ona zəng edərək uşağın xəstə olduğunu bildirmiş və pul göndərməyini tapşırmışdır. Lakin o, özü gəlib uşağını həkimə aparacağını dedikdə, Aysun ona gəlməməsini, yalnız pul göndərməsini bildirmişdir. Aysun uşağı bəhanə edərək ondan pul istəmişdir. Buna görə də o, Aysuna pul göndərməmişdir. Bundan sonra 12 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Aysuna zəng edərək Aysundan ailə həyatlarının necə olacağını və niyyətinin nə olduğunu soruşmuşdur. Bu zaman Aysun ona işləməyini və özünün də uşağı dünyaya gətirdikdən sonra birlikdə başqa yerdə yaşamaq istədiyini bildirmiş, o da Aysunla razılaşmışdır. X19 vasitəsi ilə danışmışdır. Daha sonra Aysuna nə qədər zəng etsə də, Aysun onun mobil nömrəsini qara siyahıya əlavə etdiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. 14 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Aysunun xalası Ülviyyəyə zəng edərək danışdıqda, Ülviyyə ona arvadı Aysunun özünə mobil telefon aldığını və Aysunun özünün mobil nömrəsi olduğunu demiş, həmçinin Aysunun mobil nömrəsini ona vermişdir. O da Aysunun istifadəsində olan həmin ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə, Aysunun onun mobil nömrəsini qara siyahıya əlavə etdiyini anlamışdır. Bundan sonra o, həmin mobil nömrəni istifadə etdiyi “Redmi” markalı mobil telefonun yaddaşına yazaraq nömrənin “Whatsapp” tətbiqində olan profilinə baxdıqda, Aysunun həmin nömrə ilə “Whatsapp” tətbiqini işlətdiyini və profilində həmin Emin adlı şəxslə birlikdə fotoşəklinin olduğunu görmüşdür. O, dərhal həmin fotoşəkili mobil telefonuna yükləmişdir. Daha sonra o, Aysunun birlikdə yaşadığı xalası Vüsalənin nömrəsinə zəng etmiş və Vüsalənin telefonu ilə Aysunla danışmış, telefon əlaqəsi zamanı Aysunun ünvanına təhqiredici sözlər demiş və Aysuna onu öldürəcəyini demişdir. Bu zaman Aysun ona istədiyini edə biləcəyini bildirmişdir. Bundan sonra o, danışığı sonlandırmışdır. O, daha sonra işlədiyi fermanın sahibi Rəhmana zəng edərək uşağının xəstə olduğunu və uşağını görmək üçün yanına getmək istədiyini demişdir. Bu zaman Rəhman ona icazə vermiş və o, həmin fermada qaldığı evdən özü mətbəxdə istifadə etdiyi qara rəngli dəstəyi olan mətbəx bıçağını götürüb əynində olan qara rəngli gödəkcəsinin sol sinə cibinə qoyaraq Yevlax şəhəri, Rəsul Rəsulov küçəsinə, yəni Aysunun yaşadığı evə getmişdir. O, evə daxil olan zaman bıçağı cibindən çıxarıb əlinə almışdır. Evə daxil olan zaman Aysunun anası Günelin evin eyvanında, Aysunun xalası qızı Zəhranın və Aysunun qardaşı Eldarın isə evin qonaq otağında olduğunu görmüşdür. Lakin o, həmin şəxslərə fikir vermədən sürətlə yataq otağına daxil olmuşdur. Aysundan bu məsələ barədə bir daha soruşmuş, Aysun ona “olan olub artıq, bu mənim öz həyatımdır” demişdir. Daha sonra Aysun hələ dünyaya gəlməmiş uşağın atasının o yox, Emin olduğunu deyən zaman o artıq özündən çıxmışdır. Aysuna hansı şəratidə bıçaq zərbələri endirdiyini dəqiq xatırlamır. Ona 2-3 bıçaq zərbəsi vurmuşdur. Aysunun qışqırıq səslərinə anası, xalası və qardaşı gəlmişdir. Ona pol ağacı ilə və boşqabla zərbələr endirmişlər. Aysun yerdə olmasına baxmayaraq, onu özündən çıxardan sözlər deməyə davam etmiş, hətta “sən kişi deyilsən, bir kişi var, o da Emindi” demişdir. O, Aysunun anasına, xalasına və qardaşına bıçaq zərbəsini şüurlu şəkildə vurmamış, sadəcə onlar bıçağı əlindən almaq istəyəndə bıçaqdan tutmuş, o bıçağı çəkəndə xəsarətlər almışdılar. Aysunu vuran zaman şok vəziyyətində olmuşdur. O, Aysunun üzərinə gedib, sağ əli ilə Aysunun saçından tutmuşdur. Həmin vaxt bıçaq onun sol əlində olmuşdur. O, Aysunu tutan zaman Aysun yerdə oturmuşdur. Bu zaman Aysunu vurmaq istəsə də, Aysunun anası Günel arxadan yaxınlaşaraq, onun qollarından tutmuş və əli ilə bıçaqdan tutaraq bıçağı onun əlindən almaq istəmişdir. Bu zaman o, bıçağı özünə tərəf çəkdikdə, Günelin biləyi kəsilmişdir. Bundan sonra Aysunun xalası Vüsalə Aysunun üzərinə yıxılıb, bıçaqla Aysunu vurmasına mane olmaq istəmişdir. Həmçinin, həmin vaxt Günel ondan əl çəkmədiyi üçün o, Güneli sol əli ilə, yəni bıçaq olan əli ilə itələyərək yerə yıxmışdır. Bu zaman Günelin hansı nahiyəsindən vurduğunu bilməmişdir. Bundan sonra həmin bıçaqla Aysunun yan tərəfinən təxminən üç dəfə vurmuşdur. Həmin vaxt orada yaranmış qarışıqlıqla bağlı Aysunu hansı tərəfindən və bədəninin hansı nahiyələrinə bıçaqla vurduğunu bilməmişdir. O, Aysunu vurduqdan sonra Aysunun qardaşı Eldar onun bıçaq olan əlindən tutduğu üçün həmin əli ilə itələyən zaman bıçağın ucundan tutduğuna görə, bıçaq Eldarın əlini kəsmişdir. O, bundan başqa ola bilsin həmin hadisə zamanı əlində olan bıçağı daim hərəkət etdirdiyi üçün bütün ətrafında olan şəxslərə xəsarət yetirmişdir. Lakin həmin şəxsləri hansı nahiyələrindən bıçaqla vurduğunu bilməmişdir. Həmin şəxslərin hamısının yaralı olduğunu gördüyü üçün evdən çıxmış və birbaşa piyada polis şöbəsinə gələrək təslim olmuşdur. Yevlax rayon Aran qəsəbəsindən çıxıb, bıçaq götürüb arvadı Aysunun yaşadığı evə gedən zaman niyyəti Aysunu qorxutmaq olmuşdur. O əvvəlcə Aysuna bıçaqla xəsarət yetirməməsini düşünmüşdür. Aysunu tutan zaman Aysun qışqırdığı üçün və həmin anda Aysunun ona xəyanət etdiyi Emin adlı şəxslə olan fotoşəkili gözünün önünə gəldiyi üçün Aysuna bıçaqla bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. O, baş vermiş qarışıqlıqda Aysuna bıçaqla vurduğu nahiyələri əvvəlcədən müəyyən etməmiş və məqsədli olaraq Aysunun hər hansı bir nahiyəsinə bıçaqla vurmamışdır. Onun niyyəti Aysunu bıçaqlayaraq Aysuna xəsarət yetirmək olmuşdur.. Yaranmış səs-küyə qonşu Xəqani gəlmiş və onu qolundan tutaraq evdən çıxartmışdır. Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o, Aysunun ailə üzvlərinin yanında sonuncuya bıçaq zərbəsi vurmamış, Aysun qışqıranda ailə üzvləri içəri girmiş və onları ayırmağa çalışmışlar. Aysunun ailə üzvləri içəri girəndə o, artıq bıçaq zərbələrini vurmuşdur. Əgər, onun Aysunu öldürmək niyyəti olsaydı, sonuncu otaqda tək olan zaman öldürə bilərdi. Sadəcə ona xəyanət etdiyi üçün cəza vermək istəmiş, niyyəti qisas almaq olmuşdur. O, otağa girəndən sonra Aysun ilə aralarında mübahisə çox çəkməmişdir. Aysunla mübahisələrinin əsas səbəbi pula görə olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 29, 120.2.8, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi evlənmiş, lakin 18 yaşı tamam olmadığına görə, rəsmi nikaha daxil olmamışlar. Onların birgə evlilikləridən xx.xx.2020-ci ildə qızı Məmmədli Mədinə, xx.xx.2021-ci ildə oğlu Məmmədli Feyruz, xx.xx.2022-ci ildə isə oğlu X18 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs onu bıçaqladıqdan bir neçə gün sonra oğlu Turan Bakı şəhərində doğulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə onu bıçaqlamamışdan bir müddət qabaq Sərxandan ayrılmışdır. Bunun səbəbi Sərxanın onların ehtiyaclarını qarşılamaması olmuşdur. Sərxanla evləndikdən sonra birlikdə onun anasının evində yaşamış və Sərxan heç bir yerdə işləməmişdir. Oğlu Feyruzun xəstəliyi olmuş, lakin Sərxan oğlu Feyruzu müalicə etdirməmişdir. 13 dekabr 2022-ci il tarixdə onun mobil nömrəsində kontur olmadığı üçün xalası Vüsalənin mobil telefonu ilə Sərxana zəng edərək uşağa həkimin dərman yazdığını, həmin dərmanları almaq üçün pulunun olmadığını və həmin dərmanları gəlib almasını bildirmişdir. Bu zaman Sərxan onun ünvanına nalayiq sözlər işlədərək həmin dərmanları almayacağını bildirmişdir. Danışıq zamanı Sərxan onun ölmüş atasının ünvanına təhqiqaramiz ifadələr işlətdiyi üçün o da Sərxanın ünvanına həmin sözü demişdir. Bu zaman Sərxan ona “atama söydüyünə görə səni öldürəcəm” demişdir. Sonra o, telefon danışığını sonlandırmışdır. 14 dekabr 2022-ci il tarixdə o, özünə yeni mobil nömrə almış və həmin mobil nömrəni Sərxan bilməmişdir. Bundan sonra Sərxan onun aldığı və hazırda xatırlamadığı mobil nömrənin “Whatsapp” tətbiqinə mesaj yazaraq onu evdən çölə çıxaraq evin həyətindən şəkil çəkib göndərməyini istəmiş, lakin o, evdən çölə çıxmamışdır. Hesab edir ki, Sərxanın onu evdən çölə çıxartmaqda məqsədi onu evin həyətində bıçaqlamaq olmuşdur. Daha sonra o, evdə olan zaman Sərxan onun xalası Vüsalənin mobil telefonuna zəng edərək onunla danışmış və danışıq zamanı gəlib onu öldürəcəyini demişdir. Bu zaman o, Sərxana nə edə bilirsə gəlib etməsini demişdir. Onların telefon danışığından təxminən 3-5 dəqiqə sonra səhər saatlarında evi yığışdırarkən uşaqları da yanında olmuşlar. Həmin zaman bətnində 9 aylıq uşaq olmuşdur. Sərxanın içəri girdiyini görmüş, üzərinə gəlməyə başlamış, onu şkafa doğru itələmişdir. Birinci bıçaq zərbəsini hiss etməmiş, üçüncü zərbədə artıq qan gəldiyini hiss etmiş və huşunu itirmişdir. Daha sonra içəri anası və xalası gəlmişlər. Sərxan onun başını kəsmək istəmiş, saçlarını əlinə dolamış, lakin xalası buna icazə verməmişdir. Bıçaqla çiyninə vurmuş, sonuncu zərbəni isə qoluna endirmişdir. Uşaqlar da həmin vaxtı yanında olmuşlar. Həmin vaxt Sərxan onun saçından tutub yerə yıxmış və əlindəki bıçaqla boğazını kəsmək istəmişdir. Bu zaman anası Günel Sərxanın əlindən tutmuş, lakin Sərxan onun anasını bıçağın arxası ilə vuraraq divara tərəf yıxmışdır. Sərxan yenidən bıçaqla onun boğazını kəsmək istəyərkən xalası Vüsalə özünü onun üzərinə yıxmış və əli ilə bıçaqdan tutmuşdur. Bu zaman Sərxan bıçağı çəkərək xalasının əlindən almış və yenidən bıçaqla onun sol çiyin (kürək) nahiyəsinə vurmuşdur. Yenidən onun anası Sərxanı aralaşdırmağa çalışsa da, Sərxan onun anasının qoluna bıçaqla vurmuş və daha sonra yenidən bıçaqla qoluna vurmuşdur. Həmin vaxt qardaşı Eldar Sərxandan bıçağı almaq istəsə də, Sərxan bıçaqla Eldarın barmağına xəsarət yetirmişdir. Bu zaman xalası Vüsalə əlinin qanını onun boğaz nahiyəsinə sürtərək boğazını qan etmiş və Sərxan yenidən onu vurmaq istəyən zaman “Sərxan, Aysunun boğazını kəsdin, öldü, bunu istəyirdin?” deyəndə, Sərxan “mən də ölməyini istəyirdim” demişdir. O, həmin vaxt artıq huşunu qismən itirmiş və yerdə tərpənmədən uzanıqlı vəziyyətdə olmuşdur. O, bundan sonra baş verənləri xatırlamır. Sərxan onu bıçaqla vuran zaman hamilə olmasından xəbəri olmuşdur. Həmin uşaq Sərxanın uşağı olmuşdur. Həmin uşaq 16 dekabr 2022-ci il tarixdə Bakı şəhərində xətəxanada qeysəriyyə əməliyyatı ilə onun bətnindən götürülmüşdür. Uşağın hazırda səhhəti yaxşıdır və Sərxan ona bıçaqla xəsarətlər yetirən zaman uşaq hər hansı bir xəsarət almamışdır. Hadisə zamanı onun üzərində papaqlı, qarşısı seplə bağlanan göy rəngli paltar olmuşdur. Onun anası Günel həmin koftanı xəstəxanadan götürərək polis şöbəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə ona bıçaqla vuran zaman orada anası Günel, xalası Vüsalə və qardaşı Eldar olmuşdur və hadisə zamanı Təqsirləndirilən şəxs həmin şəxslərə xəsarətlər yetirmişdir. Bundan başqa xalası Ülviyyənin qızı Zəhra həmin hadisə zamanı evin digər otağında, yəni zalda olmuş və Təqsirləndirilən şəxs onun olduğu yataq otağına daxil olmasını görmüşdür. X32 Məmmədov ona bıçaqla vuraraq xəsarət yetirən zaman həmin hadisə baş vermiş otaqda olmamışdır. Əskərov Eminlə bir müddət dost kimi münasibəti olmuşdur. Emin dəfələrlə uşaqlarının müalicəsi üçün ona maddi köməklik göstərmişdir. O, Emini 2022-ci ilin sentyabr ayında tanımışdır. O, həmin vaxt 6 aylıq hamilə olmuş və onun Eminlə hər hansı bir qaydada sevgili kimi münasibəti, əlaqəsi olmamışdır. Sərxan onun Eminlə mobil telefon əlaqəsini aşkar etməmişdir. O, Eminlə birlikdə çəkdirdiyi fotoşəkili yeni aldığı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” tətbiqində profil şəkili etmişdir. Onun yeni aldığı mobil nömrəni Sərxan bilməmişdir. O, Sərxandan 2022-ci ilin təxminən aprel-may aylarında ayrılmış və onların arasında ər-arvad münasibəti olmamışdır. Sərxan ailəsini dolandırmadığı üçün ondan ayrılmışdır. Sərxanın əlində olan bıçağı o, yataq otağına daxil olan zaman görmüşdür. Həmin bıçaq qara rəngli dəstəyi olan mətbəx bıçağı olmuşdur. Sərxanla əvvəllər mübahisə edərkən Sərxan onu öldürməklə hədələmişdir. Zərərçəkmiş şəxs1 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o dəfələrlə ayrılmaq üçün Sərxana müraciət etmişdir. Hadisələrin bu həddə çatmasının əsas səbəbi Sərxanın atası olmuş, onu bir gəlin kimi heç vaxt qəbul etməmişlər. Zərərçəkmiş şəxs1 sonda bildirmişdir ki, bundan əvvəlki məhkəmə iclasında anasının təsiri altında Sərxandan şikayətçi olmadığını demişdir. Lakin hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ona görə də nəzərə alınmasını xahiş edir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iş üzrə digər Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, ifadəsində göstərmişdir ki, yaşadığı həyətdə üç ev vardır. Həmin evin biri ona, biri bacısı Vüsaləyə, digəri isə bacısı Ülviyyəyə məxsusdur. Qızı Aysun bacısı Vüsalə ilə eyni evdə yaşamışdır. Həmin ev onların ata evidir. Aysun xx.xx.2019-cu ildə Sərxanla qeyri-rəsmi ailə qurmuşdur. Aysunla Sərxan evləndikdən sonra birlikdə bacısı Vüsalə ilə eyni evdə yaşamışlar. Lakin son zamanlar Aysunla Sərxanın münasibətləri pozulmuş və tez-tez mübahisə etmişlər. xx.xx.2022-ci il tarixdə, səhər saat 11:30 radələrində Yevlax şəhəri R.Rəsulov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində qab-qaşığı yuyan zaman Sərxanın evin həyətinin dəmir yolu relslərinin açılan tərəfdə olan taxta qapıdan evin həyətinə daxil olduğunu görmüşdür. O, evin eyvanına qalxan pilləkənlərin yanında olan zaman Sərxanla qarşılaşmış və Sərxan ona uşaqları görüb qayıdacağını deyib, sürətlə evin içərisinə daxil olmuşdur. Sərxan birbaşa Aysunun qaldığı yataq otağına keçmişdir. Bu zaman o da Sərxanın arxası ilə getmiş və yataq otağına daxil olduqda Sərxanın Aysunun saçından tutaraq yerə yıxdığını, əlindəki bıçaqla Aysunun boğazını kəsmək istədiyini görmüşdür. Həmin vaxt o, tez Sərxanın əlindən tutaraq özünü Aysunun üzərinə atmışdır. Bu vaxt Sərxan bıçağın arxası ilə onun baş nahiyəsinə vurmuş, sonra divara tərəf itələmiş və o, divara dəymişdir. Sərxan yenidən Aysunu bıçaqla vurmaq istəyən zaman bacısı Vüsalə gəlmiş və Vüsalə Sərxana mane olmaq üçün Aysunun üzərinə yıxılmışdır. Həmin vaxt Sərxan bıçaqla Aysunun kürək nahiyəsindən bir dəfə vurmuşdur. Sərxan Aysunu vuran zaman o, Sərxanın ayaqlarından tutub geri çəkmək istəmişdir. Həmin vaxt Sərxan əlindəki bıçaqla onun sağ bilək nahiyəsinə xəsarət yetirmiş və daha sonra yenidən Aysunu bıçaqla vurmuşdur. Bu zaman bacısı Vüsalə Sərxanın əlindəki bıçaqdan tutaraq mane olmağa çalışsa da, Sərxan bıçağı çəkərək Vüsalənin əlindən çıxarmış və həmin vaxt Vüsalə əlindən xəsarət almışdır. Bundan sonra Sərxan yenidən bıçaqla bir neçə dəfə Aysuna xəsarət yetirmiş və daha sonra içəri oğlu Eldar daxil olmuşdur. Eldar Sərxanın qolundan tutaraq bıçağı əlindən almaq istəyən zaman sol əlinin barmaq nahiyəsindən xəsarət almış, lakin Sərxanın əlindən bıçağı ala bilməmişdir. Sərxan Eldarla dalaşan zaman bacısı Vüsalə Aysunun bədənində olan qanı Aysunun boğazına sürtmüş və Sərxan yenidən Aysunu bıçaqla vurmaq istəyən zaman bacısı Vüsalə Sərxana “Sərxan, Aysunun boğazını kəsdin öldü, bunu istiyirdin” deyə bildirmiş, bu zaman Sərxan da “mən də ölməyini istəyirdim” demişdir. Həmin vaxt qızı Aysun huşsuz vəziyyətdə yerdə qalmış və tərpənməmişdir. Sərxan getdikdən sonra həmin yerə Ülviyyənin qızı Zəhra gəlmişdir. Daha sonra dərhal onlar təcili tibbi yardım stansiyasına zəng etmiş və qanı çox axdığı üçün Aysunu tərpətməmişlər. Həmin yerə təcili tibbi yardım gəldikdən sonra Aysunu götürərək Yevlax Rayon Mərkəzi Xəstəxnasına aparmışlar və onlar da Aysunla birlikdə getmişlər. Xətəxanada onların hər birinə tibbi yardım göstərilmişdir. Aysunun vəziyyəti ağır olduğu üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasında Aysunu cərrahi əməliyyata qəbul etməmişlər və Aysunu daha ixtisaslaşmış xəstəxanaya aparmaları üçün Yevlax ŞMX-dan Bakı şəhərində yerləşən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verilmişdir. O, Aysunu həmin gün axşam Bakı şəhərinə aparmışdır. Xəstəxanada Aysunun qeysəriyyə əməliyyatı olmuş, bətnindəki dölün doğumuna 18 gün qalmasına baxmayaraq, kişi cinsli döl əməliyyat yolu ilə bətnindən götürülmüş və Aysununun hadisə vaxtı aldığı bıçaq yaraları xəsarətləri tikilmişdir. Hadisə zamanı dölün sağlamlığı pozulmamışdır. Hazırda uşağın səhhəti qaydasındadır. Sərxanla barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs4 bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs2 qızı Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi evlənmişlər. Sərxanla Aysun evləndikdən bir müddət sonra Sərxan arvadı Aysunu və azyaşlı övladlarını onun yaşadığı evə gətirərək, ondan onlara baxmağını xahiş etmişdir. Sərxan özü isə işləmək adı ilə Bakı şəhərinə getmişdir. 2023-cü ilin sentyabr ayının xatırlamadığı günündə Sərxan Bakı şəhərindən onun yaşadığı ünvana gələrək, arvadı Aysunu harada yerləşdiyini bilmədiyi təsərrüfat fermasında işləmək üçün həmin fermaya aparmaq istəmiş, lakin Aysun onunla razılaşmamışdır. Buna görə də Sərxan Aysunla mübahisə etmişdir. 2022-ci ilin oktyabr ayının xatırlamadığı günündə Aysunun azyaşlı oğlu Feyruzun səhhəti pisləşdiyi üçün anası Aysun onu Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həmin vaxt Aysun əri Sərxanın mobil nömrəsinə zəng edərək oğlu Feyruzun səhhətinin pis olduğunu, hal-hazırda xəstəxanada olduğunu, buna görə də Bakı şəhərindən gəlməli olduğunu demişdir. Təqsirləndirilən şəxs gəldikdən sonra arvadı Aysunla niyə əvvəldən xəbər vermədən oğlu Feyruzu xəstəxanaya apardığı üçün mübahisə etmişdir. Bütün bu baş verənlərdən sonra Sərxanla Aysunun arasında olan münasibətləri daha da pisləşmişdir. Hadisə baş verməzdən bir neçə gün əvvəl Aysun əri Sərxana zəng edərək xəstə olan övladı üçün lazım olan dərmanları almağa pul istəmiş, lakin Sərxan bundan imtina etmişdir. Buna görə də Sərxan Aysunla mübahisə etmiş, Aysunun ölən atasının ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş, Aysun isə cavab olaraq həmin nalayiq ifadələri Sərxanının atasına demişdir. Bundan qəzəblənən Sərxan Aysunu öldürəcəyini deyərək, onu hədələmişdir. xx.xx.2022-ci il tarixdə Sərxan Aysunun mobil nömrəsinə zəng edərək, Aysuna evin həyətinə çıxıb şəkil çəkdirib ona göndərməyini istəmişdir. O isə Aysuna çölə təkbaşına çıxmamağı və evdə oturmağını demişdir. Daha sonra o evin sanitar qovşağına getmiş və bir müddət sonra evdə bacısı Günelin qışqırıq səslərini eşidərək evin yataq otağına tərəf getmişdir. O, otağa daxil olduqdan sonra görmüşdür ki, Sərxan əlində bıçaqla otaqdadır. Həmin zaman Aysun tərpənmədən, bədəni qanlı vəziyyətdə yerdə uzanmışdır. Bacısı Günel isə aldığı xəsarətlərdən həmin otaqda divarın yaxınlığında olmuşdur. Daha sonra Sərxan əlindəki bıçaqla Aysunu vurmaq istəyərkən, o özünü Aysunun üzərinə ataraq, Sərxana mane olmaq istəmişdir. Bu zaman Sərxan yenə də Aysunu bıçaqla vurmağa, o isə Aysunu qucaqlayaraq qorumağa çalışmışdır. Sərxan Aysunun boğazını kəsməyə çalışmış, həmin vaxt o sağ əli ilə Sərxanın əlindəki bıçağı tutmaq istəyərkən xəsarət almışdır. Bu zaman Sərxan ona çəkilməyini, əks təqdirdə onun boğazını kəsəcəyini bildirmişdir. O isə sağ əlindəki qanı Aysunun boğazına sürtmüş və Sərxan yenidən Aysuna bıçaqla vurmaq istəyən zaman Sərxana “Aysunun boğazını kəsdin, öldü” demiş, Sərxan isə “elə mən də bunu istəyirdim” deyə cavab vermişdir. Həmin vaxt otağa Zərərçəkmiş şəxs3 daxil olmuşdur. Eldar Sərxanın qolundan tutaraq bıçağı əlindən almaq istəyən zaman sol əlinin barmaq nahiyəsindən xəsarət almış, lakin Sərxanın əlindən bıçağı ala bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs evdən çıxaraq getmişdir. Hazırda Sərxanla barışmış, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Sərxan istəsəydi Aysunu öldürə bilərdi, amma öldürməmişdir. Otaqda Günel, Sərxan, Aysun və özü olmuş, daha sonra Eldar gəlmişdir. Sərxanın otaqdan necə çıxmasını görməmişdir. Bıçaqdan özü tutmuş, Sərxanın ona xəsarət yetirmək niyyəti olmamışdır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, çöldə olan zaman qışqırtı səsləri eştmiş, içəri girən zaman Sərxanın bacısı Aysuna yerdə bıçaq zərbələri vurduğunu görmüşdür. Araya girmək istəmiş, lakin fiziki cəhətdən Sərxandan zəif olduğu üçün bacarmamışdır. Sərxanın əlindən bıçağı almaq istəyəndə, Sərxan bıçağı geri çəkmiş və onun barmağı kəsilmişdir. Sərxanın onu vurmaq niyyəti olmamışdır. Daha sonra xalası “burax Aysun öldü” dedikdən sonra Sərxan dayanmış və çıxıb getmişdir. Zərərçəkmiş şəxs3 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o bıçağı tutaraq dartmış, lakin Sərxan yenidən bacısını vurmaq istəmişdir. Həmin vaxt otaqda anası və xalası da olmuşlar. Xalası bacısını qorumaq üçün sonuncunun üzərinə uzanmış, anası da araya girməyə çalışmışdır. Xalası Aysunun öldüyünü dedikdən sonra Sərxan sonuncunu buraxmışdır. Sərxanın içəri girməsi ilə qışqırıq səslərinin gəlməsi arasında vaxtı dəqiq xatırlamır, amma çox tez olmuşdur. Hadisə səhər vaxtı olmuşdur. Sərxanın gedən zaman nəsə deməsi dəqiq yadında deyil. Hazırda Sərxanla barışmış, şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı isə verdiyi ifadəsində bildirmişdir ki, bacısı Aysunla Sərxan nikahdan kənar ailə qurmuşlar. Təqsirləndirilən şəxs Aysunun və azyaşlı övladlarının ehtiyaclarını vaxtı vaxtında ödəməmişdir. Həmçinin, Sərxan Aysunla tez-tez mübahisə etmiş və Aysunu döymüşdür. O isə arada bir işləyib pul qazanıb Aysuna və azyaşlı övladlarına maddi cəhətdən dəstək olmağa çalışmışdır. Hadisə olan gün, yəni xx.xx.2022-ci il tarixdə Aysunun azyaşlı övladlarına “pampers” və şirniyyat almaq üçün mağazaya getmişdir. Evə gələrkən yaşadığı evin yaxınlığında Sərxanın həyətə girdiyini görmüş, həmin vaxt Sərxanın arxasından səslənsə də, Sərxan ona qulaq asmadan qaçaraq onun yaşadığı evə daxil olmuşdur. O da Sərxanın uşaqlarını görmək üçün gəldiyini düşünərək, Sərxanın arxası ilə evə daxil olmuşdur. Daha sonra evin yataq otağında qışqırıq səsləri eşitmiş və evin yataq otağına daxil olmuşdur. Həmin vaxt Sərxanın əlində bıçaq olduğunu görmüşdür. Sərxcan əlində olan həmin bıçaqla bacısı Aysuna ağır xəsarətlər yetirmişdir. Sərxan həmçinin onun xalası Zərərçəkmiş şəxs4 və anası Zərərçəkmiş şəxs2 da əlindəki bıçaqla xəsarətlər yetirmişdir. Daha sonra o, Sərxanın qolundan tutaraq bıçağı əlindən almaq istəyən zaman sol əlinin barmaq nahiyəsindən xəsarət almış, lakin Sərxanın əlindən bıçağı ala bilməmişdir. Həmin vaxt xalası Vüsalə Aysunun bədənində olan qanı Aysunun boğazına sürtmüş və Sərxan yenidən Aysuna bıçaqla vurmaq istəyən zaman xalası Vüsalə “Sərxan Aysunun boğazını kəsdin öldü, bunu istiyirdin? ” deyə bildirmişdir. Bu zaman Sərxan “mən də ölməyini istəyirdim” demişdir. Sərxan onun bacısı Aysunu boğazı qanlı, yerdə tərpənmədən huşsuz vəziyyətdə görüb qaçaraq getmişdir. Daha sonra dərhal təcili tibbi yardım stansiyasına zəng edib kömək çağırmışdır. Sonra evə təcili tibbi yardım stansiyasının əməkdaşları gəldikdən sonra Aysunu götürərək Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra o, özü də xəstəxanaya getmiş və xəstəxanada onlara tibbi yardım göstərilmişdir. Aysunun vəziyyəti ağır olduğuna və əməliyyat olunması üçün anası Günel Aysunu həmin gün axşam Bakı şəhərinə xəstəxanaya aparmışdır. Aysun hadisə olan zaman hamilə olmuş və doğumuna az müddət qalmış, buna görə də Bakı şəhərində xəstəxanada Aysunun bətnindəki dölün doğumuna bir neçə gün qalmasına baxmayaraq, dölü qeysəriyyə əməliyyatı ilə götürmüşlər. Aysunun bir oğlan övladı dünyaya gəlmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, digər ifadələrlə uzlaşır, hadisənin baş vermə halı, xəsarətlərin xarakteri və yetirilmə mexanizmi, habelə təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bunları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadələri cinayət işnin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Hadisə yerinə baxış keçirilməsinə dair protokolla. Onun gedişində xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Yevlax şəhəri, R.Rəsulov küçəsi, 122-də yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu zaman evin yataq otağında, sol tərəfdə bir nəfərlik yatağın yanında, xalçanın və döşəmənin üzərində qan ləkələri aşkar edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir (İ cild, iş vər. 5-9). Şifahi məlumatların qəbulu barədə protokollarla. Bu məlumatlardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 14 dekabr 2022-ci ildə Yevlax RPŞ-nın İB-nin müstəntiqi, polis baş leytenantı X6 şifahi formada məlumat verərək bildirmişdir ki, yaşadığı evdə qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs əlində bıçaqla onun olduğu evin yataq otağına daxil olaraq orada əlindəki bıçaqla ona bir neçə dəfə xəsarət yetirmişdir. Buna görə də əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir (İ cild, iş vər. 10). Digər Zərərçəkmiş şəxs2 da 14 dekabr 2022-ci ildə Yevlax RPŞ-nın İB-nin müstəntiqi, polis baş leytenantı X6 şifahi formada məlumat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqlayan zaman Təqsirləndirilən şəxs aralamağa çalışarkən Təqsirləndirilən şəxs onun qoluna və başına vuraraq xəsarət yetirmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir (İ cild, iş vər. 11). Digər Zərərçəkmiş şəxs4 da 14 dekabr 2022-ci ildə Yevlax RPŞ-nın İB-nin müstəntiqi, polis baş leytenantı X6 şifahi formada məlumat verərək bildirmişdir ki, yaşadıqları evdə bacısı qızı Aysunun nikahdankənar əri Təqsirləndirilən şəxs evin içində Zərərçəkmiş şəxs1 bıçaqlayan zaman Təqsirləndirilən şəxs aralaşdırarkən Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun əllərindən vuraraq ona xəsarət yetirmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir (İ cild, iş vər. 12). Yevlax RPŞ-nın məsul növbətçisi, polis leytenantı Mikayıl Səmədovun raportları ilə. Həmin raportlardan müəyyən olunur ki, 12 dekabr 2022-ci il tarixdə, saat 11:43-də Daxili İşlər Nazirliyinin 102 xidmət zəng mərkəzi sistemindən ********* nömrəli məlumat verərək, Yevlax aeroportu yanı, Şəki tayı küçəsi, ev 122-də yaşayan X14 ***-***-**-** nömrədən zəng edərək, kişinin hamilə olan həyat yoldaşını bıçaqlamasını bildirmişdir (İ cild, iş vər. 4). Eyni zamanda, həmin gün, saat 13:11-də Yevlax ŞMX-nın qeydiyyatçısı Xəlilova telefonla məlumat verərək bildirmişdir ki, Yevlax şəhəri, Şəki tayı küçəsi, ev 122-də yaşayanlar 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa və ön divarının kəsilmiş-deşilmiş yarası xəsarətilə, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 sol əlin pəncəsinin iç səthinin kəsilmiş yarası xəsarətilə, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ saidin aşağı üçdə birinin kəsilmiş yarası xəsarətilə, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 isə əlin 3-cü barmağının kəsilmiş yarası xəsarətilə Yevlax ŞMX-ya müraciət etmişlər. Demələrinə görə, Sərxan adlı şəxs tərəfindən bıçaq xəsarətləri almışlar (İ cild, iş vər. 13). Könüllü gəlmə haqqında protokolla. Həmin protokoldan müəyyən olunur ki, Yevlax RPŞ-nın məsul növbətçisi, polis leytenantı X2 14 dekabr 2022-ci ildə cədvəl üzrə növbətçi olduğu zaman Təqsirləndirilən şəxs könüllü qaydada növbətçi hissəyə yaxınlaşaraq özünü təqdim edib bildirmişdir ki, arvadı Zərərçəkmiş şəxs1 bıçaqla bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir (İ cild, iş vər. 14). Təqdim etmə, götürmə və keçirilməsi haqqında protokolla. Həmin hərəkətlə xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və digərlərini vurduğu - tutacaq hissəsi, yəni sapı qara rəngdə olan, tutacaq hissəsi kəsici hissəsinə yaxın olan tərəfdən qırılmış, tutacaq hissəsi 10 sm, tiyəsi 13 sm olmaqla, ümumi uzunluğu 23 sm olan, tiyəsinin hər iki tərfində qan izləri olan bıçaq fotoşəkillər çəkilərək götürülmüşdür (İ cild, iş vər. 22-26). Təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokolla. Həmin hərəkətlə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 14 dekabr 2022-ci ildə Zərərçəkmiş şəxs1 və digərlərinə bıçaqla xəsarət yetirən zaman Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qış gödəkçəsi və 1 ədəd kofta götürülmüşdür (İ cild, iş vər. 61-65). Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 828 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, Zərərçəkmiş şəxs1 sol kürək və sol kürəkaltı nahiyəsinin üç ədəd, sağ arxa qoltuqaltı nahiyəsinin bir ədəd, sağ bel nahiyəsinin bir ədəd deşilmişkəsilmiş yaraları, sağ böyrəyin zədələnməsi, makrohematuriya olmuşdur. Bu xəsarətlər deşici-kəsici alətin (alətinlərin) (əşyanın), ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Klinik diaqnozun dəqiqləşdirilməsi, növbəti müayinə və müalicə üçün xəstə digər klinikaya təxliyə edilmişdir. Klinik-instrumental müayinə nəticəsində klinik diaqnoz dəqiqləşdirildikdən sonra xəsarətin ağırlıq dərəcəsi təyin ediləcəkdir (İ cild, iş vər. 82). Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 01/Ə nömrəli rəyilə. Həmin rəydə göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının plevra boşluğunun keçən kəsilmiş-deşilmiş yarası olmuşdur. Bu xəsarət deşici-kəsici alətin (əşyanın), ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçaqların təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. Qalan digər xəsarətlər – sol kürəkaltı nahiyənin üş ədəd, sağ arxa qoltuqaltı nahiyənin bir ədəd, sağ bel nahiyəsinin bir ədəd deşilmiş kəsilmiş yaraları səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir (İ cild, iş vər. 82). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 825 nömrəli rəyilə. Həmin rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət – sağ qaşın, sağ mil-bilək oynağının cərrahi tikişə ehtiyacı olan kəsilmiş yaraları iti kənarlı alətin, ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir (İ cild, iş vər. 83). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 827 nömrəli rəyilə. Həmin rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarət – sağ əlin ovuc səthinin cərrahi tikişə ehtiyacıolan, sağ əlin İİ falanqasının kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir (İ cild, iş vər. 85). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 826 nömrəli rəyilə. Həmin rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət – sağ əlin İİİ barmağının orta falanqasının ovuc səthinin cərrahi tikişə ehtiyacıolan kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir (İ cild, iş vər. 84). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 831 nömrəli rəyilə. Həmin rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ budun yuxarı 1/3-nin yan səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sol baldırın aşağı 1/3nin arxa səthinin sıyrıqları küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. (İ cild, iş vər. 86). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 842/2022-MTBŞ nömrəli rəyilə. Bu rəydə göstərilir ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(1). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus jaket, Təqsirləndirilən şəxs məxsus kofta və gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər qanında müşayiətçi “H” antigeni varsa). Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin 0(1) qruplu şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs da (əgər hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) qarışmış qanının olması inkar olunmur (İİ cild, iş vər. 44-49). Kompleks məhkəmə-trasoloji və məhkəmə soyuq silah ekspertizasının nəticəsinə dair xx.xx.2023-cü il tarixli 659 nömrəli rəyilə. Bu rəylə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus koftanın ön səthinin sol yuxarı nahiyəsində bir ədəd və sağ qolun arxa səthinin aşağı nahiyəsində bir ədəd məhdud cırılma xarakterli zədələr aşkar olunur. Bu zədələr küt yaranma mexanizminə malik olub, koftanın müvafiq nahiyələrinin hər hansı predmetə ilişib dartılmsı nəticəsində müxətlif şəraitlərdə əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol qol tikiş üzrə və qolun sərbəst kənarına yaxın olan köndələn tikiş üzrə sökülmələr aşkar olundu. Bu sökülmələr küt qüvvə təsiri ilə gödəkçənin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus koftanın ön səthində sağda iki ədəd (onlardan biri dəlib-keçməyən), koftanın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd, arxa səthində bir qədər solda bir ədəd və arxa səthində sağda iki ədəd deşilmişkəsilmiş zədələr aşkar olunur. Bu zədələr küpü, iti ucu və kafi itilikdə olan ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Bu zədələrin eyni bir alətlə, o cümlədən, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs1 məxsus koftanın arxa səthinin solda olan iki ədəd və arxa səthində sağda olan iki ədəd zədə Zərərçəkmiş şəxs1 bədənində olan eyni xarakterli xəsarətlərlə (sol kürək nahiyəsində bir ədəd, sol kürəkaltı nahiyədə bir ədəd, sağ arxa qoltuqaltı nahiyədə bir ədəd və sağ bel nahiyəsində bir ədəd) yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Eyni zamanda, Zərərçəkmiş şəxs1 sol kürəkaltı nahiyədə bir ədəd deşilmiş-kəsilmiş xəsarət ona məxsus koftada öz əksini tapmamışdır, bu da tək bədənin zədələnməsi ilə əlaqədar ola bilərdi. Zərərçəkmiş şəxs1 məxsus koftanın ön səthində sağda aşkar edilmiş iki ədəd zədə (onlardan biri tam dəlib-keçməyən zədədir) onun bədənində öz əksini tapmamışdır, bu da tək koftanın zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs1 məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrə görə o, zədələri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, zədə nahiyələri isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (İİ cild, iş vər. 39-42). Məhkəmə kollegiyası aparılmış ekspertizaların nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin həqiqi halları və materialları, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı həyətdə üç ev vardır. Həmin evin biri ona, biri bacısı Zərərçəkmiş şəxs4, digəri isə bacısı Zərərçəkmiş şəxs2 məxsusdur. X5 Aysun Rasim qızı Təqsirləndirilən şəxs ilə rəsmi nikahları olmadan evlənərək ailə həyatı qurmuşdur. Həmin evlilik müddəti ərzində Təqsirləndirilən şəxs arvadı Aysun və övladları ilə maraqlanmamış, habelə ailənin ehtiyaclarını qarşılamamışdır. O, kafedə işləyərək övladlarının tələbatlarını qarşılaması üçün bacısı qızı Zərərçəkmiş şəxs1 kömək etmişdir. Təqsirləndirilən şəxs arvadı Aysun ilə tez-tez mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrə ilə onun mobil nömrəsinə zəng edib harda olduğunu soruşaraq, yaşadıqları evə birlikdə getmək üçün dəmiryolu xəttinin yaxınlığında gözləməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs gözləyə bilməyəciyini və birbaşa evə gedəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona səhər işə getməməsini və növbəti gün səhər onların yaşadığı evə gələcəyini demişdir. O da yalandan Təqsirləndirilən şəxsla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə, səhər 09 radələrində işə getmək üçün yaşadığı ünvanı tərk etmişdir. Həmin vaxt qızı Zəhra, bacısı Zərərçəkmiş şəxs2 övladları Aysun və Eldar, habelə digər bacısı Vüsalə evdə olmuşdur. O, evdən çıxdıqdan bir müddət sonra isə qızı Zəhra qonşunun evinə getmişdir. Həmin gün saat 12 radələrində qızı Zəhra onun mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs yaşadıqları evə gəlib əlindəki bıçaqla Zərərçəkmiş şəxs1, bacıları Günelə və Vüsaləyə xəsarət yetirdiyini, habelə təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparıldıqlarını bildirmişdir. O, dərhal xəstəxanaya getmişdir. Xəstəxanaya getdikdə isə bacısı Vüsalə və Günelin, Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri, Zərərçəkmiş şəxs1 isə ağır bədən xəsarətləri aldığını öyrənmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 hamilə olmuş və doğumuna 18 gün qalmışdır. Təqsirləndirilən şəxsla onun arasında onların yaşadığı evdə hərbçi çəkməsi görməsi ilə bağlı söhbət olmamışdır. Həmin çəkmələr bacısı Günelin oğlu Amil Yusubova aid olmuşdur. Belə ki, həmin vaxt Amil Yusubov müddətli həqiqi hərbi qulluqçusu olmuş və məzuniyyət əsasında evə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi tədqiq edilərək elan edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, anası Şahid1 xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində evdən çıxıb işə getmişdir. Həmin zaman evdə xalaları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və xalası Günelin övladları Aysun və Eldar olmuşdur. Anası Ülviyyə getdikdən qısa bir müddət sonra o da rəfiqəsi ilə görüşmək üçün rəfiqəsinin qonşuluqda yaşadığı evə getmişdir. Daha sonra saat 11 radələrində yaşadığı ünvanın yanında təcili tibbi yardım xidmətinin avtomobilini gördüyü üçün evə tərəf getmişdir. Evə daxil olduqda, yataq otağında xalası Zərərçəkmiş şəxs2 qızı Zərərçəkmiş şəxs1 bədənindən qan axdığını və yerdə tərpənmədən uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bu zaman həmin otaqda olan xalaları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Günelin oğlu Zərərçəkmiş şəxs3 bədənlərində xəsarət olduğunu və bədənlərinin müxtəlif nahiyələrindən qan axdığını görmüşdür. Xalasıgil ona Zərərçəkmiş şəxs1 əri Təqsirləndirilən şəxs evə gəlib arvadı Aysunu öldürməyə cəhd etdiyini, həmçinin Sərxanın əlində olan bıçaqla evdə olan digər şəxslərə müxtəlif bədən xəsarətləri yetirdiyini bildirmişdir. Daha sonra təcili tibbi yardım xidmətinin həkimləri xəsarət alanları xəstəxanaya aparmışdır. O da adını xatırlamadığı qonşularının mobil telefonu vasitəsilə anası Ülviyyənin mobil nömrəsinə zəng edərək hadisə barədə məlumat vermiş və həmin vaxt evdə olan Zərərçəkmiş şəxs1 azyaşlı övladlarına baxmaq üçün evdə qalmışdır. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və özü üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını qəsdən öldürməyə cəhd etməsi və silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 29, 120.2.4, 29,120.2.8, 221.3-cü maddələrilə tövsif etməyə imkan verir. Çünki, o, qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşadığı arvadı, həmin vaxtı hamilə olduğunu bildiyi Zərərçəkmiş şəxs1 başqa bir kişi ilə arasında sevgi münasibətləri olmasını eşidib qısqanclıq zəminində 14 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaxın qohumları ilə birlikdə yaşadığı fərdi yaşayış evinin giriş qapısından evin yataq otağına daxil olub birbaşa Zərərçəkmiş şəxs1 yaxınlaşaraq üzərində olan bıçaqla Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2, xalası Zərərçəkmiş şəxs4 və qardaşı Zərərçəkmiş şəxs3 onun Zərərçəkmiş şəxs1 xəsarətlər yetirməsinin qarşısını almaq istəyən zaman o, qəsdən heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə silah qismində istifadə etdiyi bıçaqla ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 sağlamlığa yüngül zərər vuran xəsarətlər qərəzli xuliqanlıq edib onların müqavimətini qıraraq Zərərçəkmiş şəxs1 anası, xalası və qardaşının gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib, onlara əzab və iztirab verəcəyini əvvəlcədən dərk edərək xüsusi amansızlıqla və hamilə vəziyyətində olduğunu bildiyi Zərərçəkmiş şəxs1 bədən nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona ağır bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs1 yerə yıxılaraq öldüyünü zənn edib, hadisə yerindən qaçdığından və Zərərçəkmiş şəxs1 yaxın qohumları tərəfindən dərhal xəstəxanaya çatdırılaraq ona təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək hamilə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olmaması, ona öldürmək üçün deyil, müxtəlif bədən xəsarətləri yetirmək məqsədi ilə xəsarətlər yetirdiyini, yaranmış qarışıqlıqla bağlı Zərərçəkmiş şəxs1 bədənin hansı tərəfindən və bədəninin hansı nahiyələrinə bıçaqla vurduğunu bilməməsi, Zərərçəkmiş şəxs2 qəsdən xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs2 ona arxadan yaxınlaşaraq əli ilə bıçaqdan tutaraq bıçağı onun əlindən almaq istəyən zaman bıçağı özünə tərəf çəkəndə Zərərçəkmiş şəxs2 biləyinin kəsilməsi, yəni Zərərçəkmiş şəxs2 qəsdən xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs1 vurduqdan sonra Aysunun qardaşı Zərərçəkmiş şəxs3 onun bıçaq olan əlindən tutanda həmin əli ilə onu itələyən zaman Eldar Ysubovun bıçağın ucundan tutduğuna görə bıçağın Zərərçəkmiş şəxs3 əlini kəsməsi, yəni Zərərçəkmiş şəxs3 qəsdən xəsarət yetirməməsi, orada olan digər şəxslərin, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 bıçaqla hansı nahiyələrindən vurduğunu bilməməsi və həmin şəxsləri qəsdən vurmaması barədə dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər işdə olan digər sübutlar, özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış keçirilməsi, habelə ifadənin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və digər istintaq sənədləri ilə təkzib edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 29, 120.2.8, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmışdır. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 789 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək, hərəkətlərinə qiymət vermək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur (İİ cild, iş vər. 109-111). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yoxdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in 29, 120.2.4, 29,120.2.8, 221.3-cü maddələrilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 29 (Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;), 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 221.3-cü (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Cinayət işinin materiallarında olan (İ cild, iş vər.175) və məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu yoxdur. Məhkəmə istintaqında tədqiq edilmiş Yevlax Rayon Məhkəməsinin 16 dekabr 2022-cil tarixli 4(039)-191/2022 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, iş vər. 84-86). Bundan başqa, məhkəmədə tədqiq edilmiş (İ cild, iş vər. 199-200) Yevlax ŞİH başçısının Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli 24 nömrəli arayış, xasiyyətnamə, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X9, anası X15, bacısı X7, qardaşı X10, bacısı X11, arvadı Zərərçəkmiş şəxs1, qızı X12, oğlu X13 və oğlu X4 ibarətdir. Uşaqları azyaşlıdırlar. Təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, ünvan 5 ünvanında yaşadığı müddət ərzində qonşularla müəyyən qədər yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə ünsiyyətdə olmuş, birgəyaşayış qaydalarına müəyyən qədər riayət etməyə çalışmışdır. Təqsirləndirilən şəxs yaşadığı müddətdə küçə və məhəllədə qismən yaxşı qonşu kimi səciyyələndirilmişdir. Göstərilənlərlə yanaşı, 14 dekabr 2022-ci il tarixli könüllü gəlmə haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra könüllü Yexlax Rayon Polis Şöbəsinin növbətşi hissəsinə yaxınlaşıb özünü təqdim etmişdir. Eyni zamanda, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışmış, onlara dəyən ziyanı ödəmiş və hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Belə vəziyyətdə məhkəmə kollegiyası CM-in 59.1.4, 59.1.10 və 59.2-ci maddələrinə əsasən, bu halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, CM-in 60-cı maddəsi tətbiq edilməlidir. İş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, CM-in 60-cı maddəsi tətbiq olunmalıdır. Belə ki, CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz (59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi). İşdən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 29, 120.2.8 və 221.3-cü maddələrilə təqsirləndirilir. CM-in 120.2.4 və 120.2.8-cü maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda, Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 120.2.8-cü maddələrinin sanksiyasında nəzərdə tutulan iyirmi ilədək müddətə azadlıqdan məhrum cəzasının dörddə üçündən, yəni on beş il və on beş ilin dörddə üçündən, yəni on bir il üç aydan artıq cəza təyin edilə bilməz. CM-in 221.3cü maddəsilə təyin edilən cəza isə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən, bu cəza ilə tamamilə və ya qismən toplanılmalıdır. İş üzrə CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 29,120.2.4, 29,120.2.8, 221.3-cü maddələrilə təqsirli bilinib, CM-in 29, 120.2.4, 29, 120.2.8 on bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsilə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Səxran Məmmədova qəti olaraq on iki il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 14 dekabr 2022-ci il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. CM-in 99-1-ci maddəsinə əsasən, iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olub Yevlax rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş paltarları - 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd tünd yaşıl rəngli kofta, habelə ona məxsus olan 01 ədəd “Xiaomi” markalı mobil telefon, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd göy rəngli kofta sahiblərinə qaytarılmalı, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd sapı qara rəngdə olan bıçaq isə məhv edilməlidir. İş üzrə məhkəmə xərci, müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-in 29, 120.2.4, 29, 120.2.8, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 29, 120.2.4, 29, 120.2.8-ci maddələrilə on bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsilə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq on iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Yevlax Rayon Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş paltarları - 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd tünd yaşıl rəngli kofta, habelə ona məxsus olan 01 ədəd “Xiaomi” markalı mobil telefon, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd göy rəngli kofta sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd sapı qara rəngdə olan bıçaq isə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar