Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-136/2020 01.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X5, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X8, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxx 1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilsiz, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi bina 4 mənzil 41-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X13 Məhkəməsinin 2 saylı zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 21:30-da, Yevlax şəhəri Nizami prospekti 33 nömrəli yaşayış binasının qarşı tərəfindəki səkidə, sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs qardaşı Şahid1 narkotik vasitələrdən istifadə etməyə öyrətməsi və Şahid1 azyaşlı oğlu Cavad Ağahəsənlini döyməsi səbəbi ilə şəxsi münasibətlər zəminində mübahisə edərək qisas almaq məqsədi ilə üzərində olan ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətlə Zərərçəkmiş şəxs sağ bud və sol körpücükaltı nahiyələrindən iki dəfə qəsdən vuraraq ona “sağ budun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran və sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 20 radələrində yaşadığı evdə Ramillə birlikdə yemək yemiş və 500 qram araq içmişdir. Nicata zəng edərək onun Yevlax şəhəri Nizami prospektində yerləşən kafedə olduğunu bilmişdir. Nicata gözləməsini və oraya gələcəyini demişdir. Yaşadığı evdən özünə məxsus qatlanan cib bıçağını götürüb əynindəki şalvarının cibinə qoymuşdur. Yaşayış binasının arxa tərəfində yerləşən asfalt yolun kənarındakı səkidə dayanmışdır. Həmin vaxt Nicat gələrək ona kafenin bağlandığını, söhbət etmək üçün başqa yerə getmələrini demişdir. Nicata nə səbəbə Ramildən əl çəkmədiyini, Ramilin narkotik vasitədən istifadə etməsində təqsirkar olduğunu demişdir. Nicatdan nə səbəbə azyaşlı Cavadı döydüyünü soruşmuşdur. Nicat Cavadı döymədiyini demişdir. Cavadı çəkdiyi video çəkilişə baxması üçün mobil telefonunu Nicata vermişdir. Nicatın diqqətinin mobil telefona yönəldiyini görmüşdür. Bıçağı cibindən çıxarmış. Nicatın sağ ayağından bir dəfə zərbə endirmişdir. Nicat sağ ayağından xəsarət aldığı üçün aşağı əyilmişdir. Bıçaqla Nicatın sinə nahiyəsindən də bir dəfə zərbə endirmişdir. Nicat qışqıraraq qaçmışdır. Təxminən 20 metr sonra Nicat onun yetirdiyi xəsarətlərdən yerə yıxılmışdır. Nicatın yanına getmiş və sonuncuya bir daha Ramilin yaşadığı evə getməməsini, Ramilə narkotik maddə verməməsini və Cavadı döyməməsini demişdir. Hadisə yerindən uzaqlaşıb piyada olaraq Yevlax Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinin məsul növbətçisinə Nicat adlı şəxsə bıçaqla xəsarət yetirdiyini bildirib hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının 23-də telefonla ona zəng edib Ramilin beş yaşlı uşağı Cavadı vurub-vurmadığını soruşmuşdur. Aqilə Cavadın anası Səminəyə nalayiq ifadə işlətdiyini demişdir. Yalan olaraq Aqilə Cavadın üzündən iki dəfə şillə vurduğunu demişdir. Aqil ondan Ramilin heroin istifadə edib-etmədiyini soruşmuşdur. Aqilə Ramilin heroin istifadə etdiyini demişdir. xx xxxxxx 2020-ci ildə saat 21 radələrində Aqil ona zəng edərək onunla görüşmək istədiyini demiş və harada olduğunu soruşmuşdur. Aqilə “Elburusun kafesi”ndə olduğunu və həmin kafeyə gəlməsini demişdir. Kafedə ofisiant işləmiş Vəli adlı şəxs gələrək kafeni bağlayacağını, kafedən getmələrini demişdir. Habillə birlikdə kafedən çıxmış və piyada olaraq Nizami prospektində asfalt yolun kənarında yerləşən səki ilə yaşadığı ev istiqamətində getmişdir. Habil ondan təxminən 10 metr qabaq tərəfdə getmişdir. Səkidə Aqil ilə rastlaşmışdır. Həmin vaxt Aqil mobil telefonunda video olduğunu, həmin videoya baxmağı ona demişdir. Aqil telefonundakı videonu ona göstərmişdir. Ramilin oğlu Cavadın videoya çəkildiyini görmüşdür. Həmin vaxt onu aldadaraq cibindən çıxardığı bıçaqla onun döş qəfəsinin sol tərəfindən bir dəfə vurmuşdur. Bıçaq onun sinəsinə batmışdır. Bundan sonra Aqil əlindəki bıçaqla onun sağ ayağının bud nahiyəsindən bir dəfə vurmuşdur. Bıçaq onun buduna girmişdir. Aşağı çökmüş, sonra ayağa qalxaraq qaçmışdır. Təxminən 10 metr sonra yerə yıxılmış, Aqil ona çatmışdır. Laki onu vurmamışdır. Aqil oradan getmişdir. Habil yoldan keçən avtomobillərin biri ilə onu X14 Xəstəxanasına aparılmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının sonlarında Nicat onun yaşadığı evə gəlmişdir. Nicatla birlikdə yemək yemiş və onlar spirtli içki qəbul etmişlər. Həmin vaxt Nicat siqaretə narkotik vasitə olan qurudulmuş marixuana doldurmuş və ona verərək çəkməyini bildirmişdir. O, sərxoş vəziyyətdə olduğu üçün Nicatın verdiyi bir ədəd siqaretdə olmuş qurudulmuş marixuananı çəkmişdir. Səhəri gün Nicat yenə də onun yaşadığı evə gəlmiş, onlar yenə də spirtli içki içmişlər. Nicat yenə də çəkmək üçün ona bir ədəd siqaretə doldurulmuş marixuana vermişdir. O, həmin marixuananı da çəkmişdir. 2020-ci ilin fevral ayında Nicat onun oğlu Cavadın üzünü dişləmiş və Cavadın üzü göyərmişdir. Bir neçə gün sonra qardaşı Aqil Cavadın üzünün göyərdiyini görmüş və nə baş verdiyini soruşmuşdur. Aqilə Cavadın üzünü Nicatın dişlədiyini demişdir. xx xxxxxx 2020-ci ildə axşam saatlarında Aqil Nicata zəng edərək harada olduğunu soruşmuşdur. Nicat Yevlax şəhərində yerləşən kafelərin birində olduğunu demişdir. Aqil Nicatla görüşmək üçün getmişdir. Həmin gecə Aqilin arvadı Səidə onun yaşadığı evə gələrək Aqilin bıçaqla Nicata xəsarət yetirdiyini, Aqilin Yevlax Rayon Polis Şöbəsinə təslim olduğunu bildirmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, Ramil təxminən 2014-2015-ci illərdən bir neçə növ narkotik vasitədən istifadə etməyə başlamışdır. Nicat Ramillə birlikdə onun yaşadığı evə bir neçə dəfə gəlmişdir. Nicat və Ramil evdə yemək yemiş və birlikdə spirtli içki içmişlər. 2020-ci ilin fevral ayının ortalarında Nicat onun yaşadığı evdə olan zaman Cavadın hər iki üzünü dişləmişdir. xx xxxxxx 2020-ci ildə Ramil Aqilin yaşadığı evə gedərək onun evdən getdiyini və Nicatın Cavadın üzünü dişlədiyini demişdir. Bundan sonra Aqil Nicatla görüşərək dalaşmış, Aqil bıçaqla Nicata xəsarət yetirmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə saat 19 radələrində Yevlax şəhəri Nizami prospektində yerləşən “Elburusun kafesi”də Nicatla adama təxminən 200 qram araq içmişlər. Saat 21 radələrində kafedən çıxmışlar. Nicatla Nizami prospektində yerləşən asfalt yolun kənarındakı səki ilə yaşadığı ev istiqamətində getmişlər. Yolun kənarında yerləşən mağazanın qarşısında dayanmış və siqaret çəkmişdir. Həmin vaxt Aqil gələrək Nicatla görüşmüşdür. Dayandığı yerdən təxminən 10-15 metr məsafədə Aqil Nicatla söhbət etmişdir. Bir neçə dəqiqə sonra Nicatın qışqırdığını eşitmişdir. Nicatın yanına gedərək Aqilə “sən nə edirsən” demişdir. Aqil oradan getmişdir. Nicatı X14 Xəstəxanasına aparmışdır. Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə səhər saatlarında Nicatın tanışı Səbuhi telefonla ona zəng edərək gecə saatlarında Nicatın bıçaqlandığını, Nicatın X1 demişdir. Nicatla görüşmüş, Nicat Təqsirləndirilən şəxs bıçaqla sinəsindən və sağ ayağından iki dəfə vurub xəsarət yetirdiyini demişdir. İşə əlavə edilmiş protokoldan görünür ki, hadisə yeri Yevlax şəhəri Nizami prospekti 33 nömrəli yaşayış binasının qarşı tərəfindəki səkidir. Məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 122 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət – sağ budun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası, sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ budun yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası səhhətin qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran, sol körpücükaltı nahiyənin döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası isə yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli 206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə-bioloji və trasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 277/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və puloverin ön sol yuxarı nahiyəsində, şalvar və idman şalvarın sağ ayağının ön səthində aşkar edilmiş (hərəsində cəmi bir ədəd) deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus puloverin sol qoltuqaltı tikişi üzərində bir ədəd sökülmə zədəsi aşkar olundu. Bu da, puloverin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, pulover və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. xx xxxx 2020-ci il tarixli 437/2020-MTBŞ nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, kofta, papaqlı kofta, Təqsirləndirilən şəxs məxsus gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarı üzərində qan aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus kofta üzərində qan, şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. İşə əlavə edilmiş Yevlax rayon polis şöbəsinin məsul növbətçisi polis mayoru Qurban Qasımov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 21:45 dəqiqədə tərtib edilmiş könüllü gələrək təqsirini boynuna alma haqqında protokoldan görünür ki, həmin tarixdə və vaxtda Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinə könüllü gələrək həmin gün saat 21:30 radələrində Yevlax şəhəri Nizami prospektində tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirib təqsirini boynuna almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14 Xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli 47 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin tarixdə saat 22:05 dəqiqədə aparılmış müayinə zamanı Təqsirləndirilən şəxs yüngül dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər X7 rayon Narkoloji Kabinetinin xx xxxxx 2020-ci il tarixli 588 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2018-ci il tarixdən narkomaniya (çətənə) diaqnozu ilə həmin kabinetdə qeydiyyatda durur. xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Yevlax rayon polis şöbəsinə müraciət edərək xx xxxxxx 2020-ci ildə saat 21:30-da, Yevlax şəhəri Nizami prospekti 33 nömrəli yaşayış binasının qarşı tərəfindəki səkidə Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı Aqilin əlindəki bıçaqla onun sağ ayağının bud nahiyəsindən və sinə nahiyəsindən iki dəfə vuraraq ona bədən xəsarətləri yetirmiş, hadisədən sonra Təqsirləndirilən şəxs etdiyi əməlindən peşman olmuş, bağışlanmağını bildirmiş, həmçinin, ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxlur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 xx xxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Eyni zamanda, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 126.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2010-cu il təvəllüdlü Rəna və xx xxxxxx 2014-cü il təvəllüdlü Rasim adlı iki azyaşlı uşağının olması, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” müddəası nəzərə alınır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vəsaitləri olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 00:30 dəqiqədə şübhəli şəxs kimi saxlanmış, xx xxxxxx 2020-ci ildə isə saat 21:30-da həbsdən azad edilmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə olmuşdur. Onun ibtidai araşdırma zamanı həbsdə olduğu müddət təyin ediləcək cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Həbs qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Ekspertiza xərci, mülki iddia yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351, 353-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə olduğu xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilə kimi olan 2 (iki) gün təyin edilmiş cəzaya hesablanmaqla çıxılsın. Üzərində qəti cəza 3 (üç) il 2 iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni xx xxxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin, məhkəmə iclas zalından həbs edilsin. Saxlanması üçün X6 təhvil verilsin. Onun Şəki PM-nə çatdırılması və təhvil verilməsi X4 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan və X17 Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd idman şalvarı, bir ədəd poliver və bir ədəd papaqlı poliver, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə müvafiq olaraq sahiblərinə qaytarılısın. . Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X13 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-136/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-136/2020
01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver