Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-136/2021 31.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax Vəkil Bürosunun vəkili X2, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.2003-cü ildə Zərdab rayon Məmmədqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır cinayətlər Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdə saat 1300 radələrində yaşadığı Zərdab rayonu Məmmədqasımlı kəndində “arxüstü” deyilən yerdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs sol göz nahiyəsindən qəsdən vuraraq ona sol gözdə görmənin itirilməsi ilə nəticələnmiş göz almasının kontuziyası, büllurun postravmatik lyuksasiyası, sol göz ətrafı yumşaq toxumaların əzilməsi və qansızması dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) daimi itirilməsi ilə nəticələnən qəsdən sağlamlığına ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində babasıgildən gələrkən qonşuları Zərərçəkmiş şəxs anası Samirənin saçından tutub dalaşdıqlarını görmüş, anasının belində qan gördüyünə görə Gülməzlə anasını aralaşdırmağa qorxmuşdur. Gülməz anasını bıçaqla vurduqdan sonra bıçaq yerə düşmüş, bundan sonra Gülməz bıçağı yerdən götürərək onun üstünə getmişdir. Gülməz əlində bıçaqla onun üstünə gələn zaman bıçaqla qorunmaq üçün çomaqla 5-6 dəfə Gülməzi vurmuşdur. Vurduğu zərbənin Gülməzin hansı nahiyyəsindən dəyməsini bilməmişdir. İbtidai istintaq zamanı qorxduğu üçün Gülməzi anası vurmasını və babasıgildə olduğunu demişdir. Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, sonuncu məhkəməyədək icraat zamanı onunla barışdığını bildirsə də sonradan barışmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, darvazası çıxdığı küçənin yolu əvvəllər bərbad olmuş, atası həmin yolu düzəltdirmişdir. Qonşuları Təqsirləndirilən şəxs onları nə vaxt küçədə görsə söymüşdür. 16 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində küçədən Nihatın qardaşı Səidin söyüş söydüyünü eşidib küçəyə çıxıb sonuncuya söyüş söyməməsini demiş, Səid də gedib anası Samirəyə Gülməz tərəfindən döyüldüyünü demişdir. Arxa gedən zaman qonşuları Samirə, sonuncunun oğlanları Nihat və Səidin onun üstünə gəldiklərini görmüşdür. Samirə onu öldürəcəyi ilə hədələmiş, sonra bir əlinə daş, digər əlinə ağac götürüb onu döyərək yerdə sürümüşlər. Dava zamanı Nihat çomaqla onu 5-6 dəfə vurmuş və zərbələrdən biri gözünə dəymişdir. Samirə onu evinə keçib getməyə qoymadığı üçün əlində olan qayçı ilə Samirəni arxadan vurmuşdur. Təqsirləndirilən şəxs barışıq üçün cəhd etmiş, əvvəl barışığa dair ərizə versə də, sonradan təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşu olmaqla sonuncu hər dəfə onlar küçədən keçəndə onları söyərək küçədən keçməyə qoymamış, hətta bir dəfə onun inəyi yoldan gələndə Gülməz üstünə qaynar su atıb inəyini öldürmüşdür. 16 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində səs eşidib küçəyə çıxanda Gülməzin oğlu Səidi divara dirəyib boğduğunu görmüş, yaxınlaşıb oğlunu Gülməzdən qorumaq istəyəndə Gülməz onu arxadan bıçaqla vurmuşdur. Bundan sonra oğlu Nihat oraya gəlmiş, həmin vaxt özündə olmadığına görə oğlu Nihatın nə etdiyini bilməmişdir. Gülməzdə bıçağın tiyəsini görsə də Gülməz polisə qayçı təqdim etmişdir. Oğlu Nihat tutulmaması üçün məhkəməyədək icraat zamanı əməli öz boynuna götürərək Gülməzi vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid8 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində evdə olarkən qızı Gülməzi döyüb onun evinin həyətinə gətirmişlər. Gülməzi kimin vurduğunu görməmiş, qonşulardan Gülməzi Nihatgilin vurduğunu eşitmişdir. Gülməz özü isə Samirə və oğulları tərəfindən döyüldüyünü ona demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstəmişdir ki, Gülməz və Samirə qonşuları olmaqla Gülməz biz hər dəfə yoldan keçəndə onları söyərək yoldan keçməyə qoymamışdır. 16 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində ağaclara qulluq edirkən Gülməzin küçədə Səidi boğazından tutub ata-anasını söydüyünü görmüş, bu vaxt Səidin anası Samirə oraya gəlmişdir. Həmin vaxt Gülməzin əlində bıçaq olduğu üçün orada olan qonşulardan heç biri yaxın durmamış, Gülməz əlindəki bıçaqla Samirənin kürəyindən vurmuşdur. Həmin vaxt orada olan Nihat da oraya gəlib yerdən ağac götürüb Gülməzi vurmuşdur. Bu zaman Gülməzin əlindən bıçaq yerə düşmüş, sonra yenə Gülməz yerdən bıçağı götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X4 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evinə gələrkən qonşusu Samirənin evində polis əməkdaşları olduğunu görmüş, oraya gedərkən Gülməzin darvazasının qarşısında Samirə ilə Gülməz dalaşdığını bilmişdir. Aymanla Gülməzin darvazasının qarşısında olmamış, nə də ki, Gülməzin ünvanına söyüş söyməmiş, «arxüstü» adlanan yerdə Gülməzin kiminsə tərəfindən döyülməsini görməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə Nihat onun evə gələrək evlərində telefonları olmadığını deyib onun 050 399-71-46 nömrəli mobil telefonu ilə polisin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ilə Samirə və ailə üzvlərinin dava-dalaşını eşitmiş, ancaq hadisənin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17.09.2020-ci il tarixli, 198 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- sol göz ətrafının yumuşaq toxumalarının əzilməsi və qansızması; sol gözdə yüksək dərəcəli mürəkkəb qarışıq astiqmatizmin hesabına sol gözdə görmənin itirilməsi; sol gözdə görmə itiliyi 0,00-dır; sağ əlin, saidin yumuşaq toxumalarının əzilməsi - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 16.09.2020-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən-sağ əlin və saidin yumuşaq toxumaların əzilməsi- sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən - sol göz ətrafının yumuşaq toxumalarının əzilməsi və qansızması; sol gözdə yüksək dərəcəli mürəkkəb qarışıq astiqmatizmin hesabına sol gözdə görmənin itirilməsi; sol gözdə görmə itiliyi 0,00dır- ümumi əmək qabiliyyətinin üçdə birindən çoxunun (35 faizinin) daimi itirilməsinə səbəb olduğundan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 dekabr 2020-ci il tarixli 325/2020 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol gözdə görmənin itirilməsi ilə nəticələnmiş göz almasının kantuziyası, büllurun postravmatik lyuksasiyası, sol göz ətrafı yumşaq toxumaların əzilməsi və qansızması, sağ əlin, saidin yumşaq toxumalarının əzilməsi-bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən şəraitdə və vaxtda, yəni 16.09.2020ci tarixdə kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində törənə bilərdilər və sol gözdə görmənin itirilməsi ilə nəticələnmiş göz almasının kontuziyası, büllurun postravmatik lyuksasiyası, sol göz ətrafı yumşaq toxumaların əzilməsi və qansızması dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%)daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə istər ayrıılıqda, istərsə də, ümumilikdə sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07.04.2021-ci il tarixli, 04 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində 16.09.2020-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizasının 06.04.2021-ci il tarixli, 168/46 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən əmələi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqdidarında olmuşdur-yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi və yaş xüsusiyyətləri, hadisənin baş verdiyi konkret şəraiti nəzərə alaraq iş üçün vacib olan halları qəbul və dərk edə bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa meyilli deyildir. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik aşkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23.09.2020-ci il tarixli, 193 saylı rəyində göstərilmişdir ki, Şahid2 bədənində olan xəsarətlər – belində iki ədəd səthi kəsilmiş yara və iki ədəd cızıqlar iti kənarları əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindəniti kənarlı əşya ilə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 16.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi kriminalisitik ekspertizasının 11 aprel 2021-ci il tarixli 197-MTKŞ/2021 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş Şahid2 məxsus donun arxa səthində dörd ədəd (üç ədəd kiçik ölçülü və bir ədəd böyük ölçülü) dəlib keçən zədə varı. Bu zədələrdən üç ədəd kiçik ölçülü zədə deşilmiş zədələrdir, iti ucu olan alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir, təqdim olunmuş qayçının tiyəsinin (dilimləri bağlı vəziyyətdə) təsirindən, həmçinin oxşar konstruksiyalı, iti ucu digər alətin (alətlərin) təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Donun arxa səthində olan nisbətən böyük ölçülü (uzunluğu 14 mm olan) bir ədəd zədənin morfoloji əlamətləri tam biruzə olunmur, lakin zədə aşkar olunmuş bəzi əlamətlərə görə bu zədəni iti kənarlı predmetin (alətin) təsirindən törənmiş zədə kimi qiymətləndirmək olar. Bu zədənin təqdim olunmuş qayçının tiyəsinin təsirindən (həm dilimləri bağlı, həm də dilimləri açıq vəziyyətdə) törənməsi inkar olunur. Təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. İş üzrə sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2021-ci il tarixli qərarın nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 157-ci maddəsinin tərkibi olsa da zərərçəkmiş şəxs Şahid2 şikayət və tələbi olmaması barədə ərizəsi nəzərə alınaraq barəsində inzibati icraatın başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş qətimkan tədbiri seçmək haqqında 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı valideyninin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığına görə məhkəmənin 31 avqust 2021-ci il tarixli qərarı ilə həmin qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərdab rayon İcra Hakimiyyəti Başçısının Məmmədqasımlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəruri müdafiə vəziyyətində Zərərçəkmiş şəxs xəsarət yetirməsinə dair dəlillərini əsaslı hesab etmir. Belə ki, CM-in 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa cinayət sayılmır. Qanunvericiliyin mənasına görə zəruri müdafiə vəziyyətində törədilmiş əməl qəsdin və müdafiə zamanı törədilən hərəkətlrin bir sıra şərtlərinə cavab verməlidir. Birinci, ictimai təhlükəli qəsd mövcud olmalıdır. İkincisi, qəsd hüqaqzidd olmalıdır. Üçüncüsü, qəsd real olmalıdır. Dördüncüsü, zəruri müdafiə zamanı zərər bilavasitə qəsd edənə vurulmalıdır. İctimai təhlükəli qəsdlə vurulan zərər bərabər va ya zərər ictimai təhlükəli qəsddən artıq ola bilər. CM-in 36.3-cü maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Şahid2 yetirdiyi xəsarət dərəcəsi təyin olunmayn xəsarət olduğuna görə onun yetirdiyi zərər Təqsirləndirilən şəxs ona yetirdiyi ağır dərəcəli bədən xəsarətinə münasibətdə bərabər və həmin qəsddən cüzi artıq hesab etmək olmaz. Bundan başqa Zərərçəkmiş şəxs Şahid2 Təqsirləndirilən şəxs onu vurduqdan sonra özündə olan qayçı ilə xəsarət yetirdiyini göstərmişdir. Həmçinin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun anasını bıçaqla vurduğuna görə bıçaqla xəsarət yetirməsini qəbul edilsə belə həmin qəsd Zərərçəkmiş şəxs tərəfindən artıq bitmiş və dava-dalaş zamanı yetirilmiş dərəcəsi təyin edilməyən xəsarət kimi qəbul edilir. Bundan başqa məhkəmə nəzərə alır ki, hazırki iş üzrə zərərçəkmiş qadın olmaqla təqsirləndirilən şəxs, onun anası və qardaşının əhatəsində qarşı tərəfin etdiyi hücum və təhdidlərdən özünü qorumağa cəhd etmiş, həmin vaxt üzərində olan qayçı ilə təqsirləndirilən şəxsin anasına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs bərabər vəziyyətdə mübahisə aparan anası ilə zərərçəkmişin mübahisəsinə müdaxilə edib əlində olan taxta parçası ilə qəsdən zərərçəkmişi bir neçə dəfə vuraraq ona xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə müdəfiə tərəfinin bu hissədə olan dəlillərini özünü müdafiə xarakterli dəlillər kimi qəbul edir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq təqsirləndirilən şəxsin əməlini CM-in 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışığa cəhd etməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən səmimi peşimançılıq keçirməsini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməlidir. Belə ki, yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 uyun tarixli 4 №-li qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) da nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, cinayəti zərərçəmiş Zərərçəkmiş şəxs anası Şahid2 qarşı qanunsuz hərəkətlərinin təsiri altında törtəməsi kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxsnа 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-136/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-136/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver