Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-136/2024 06.08.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən: Məmmədov Bilal Mahir oğlu, Hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, Məhkəmə iclas katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinnin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasını üzvü Şəki Regional Vəkil Bürosunun vəkili X8 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Gədəbəy şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikası “Yeni Baxış” X5 Nezarət TV.AZ təşkilatının sədri işləyən, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29,178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunmasına köməklik edəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib aldadaraq 2022-ci ilin may ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə ünvan 3 ünvanında xeyli miqdar təşkil edən 20000 (iyirmi min) manat pulunu alıb ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəki şəhərində restoranların birində keçirilən iclas zamanı tanış olmuş, sonuncu orada öz əri ilə iştirak etmişdir. Arvadı onkoloji xəstə olmaqla sonuncunun əməliyyatı üçün pul lazım olduğuna görə Qazax rayonunda yaşayan qayınatasıgilə pul istəməyə getməyi nəzərdə tutmuş, Zərərçəkmiş şəxs pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona evini girov qoyub təhsil şöbəsinə müdir keçmək üçün bankdan pul götürmək istədiyini bildirmiş, sonuncuya evini girov qoyub heç kimə pul verməməsini, bu işin imtahanla olduğunu, imtahan verə bilməsə keçə bilməyəcəyini demişdir. Zərərçəkmiş şəxs 20000 manat borc almış, sonradan getdiyi rayondan 10000 manat pul tapdığına görə Zərərçəkmiş şəxs qalan 10000 manat pulunu qaytarmışdır. Qalan pulu qaytara bilmədiyinə görə Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, Azərbaycan Respublikası “Yeni Baxış” X7 Nezarət TV.AZ təşkilatının sədri vəzifəsində işləməklə Nərminə Hacızəkəryəyeva təşkilatın Şəki bölməsinin sədri işləmişdir. 2022-ci ilin təxminən aprel-may ayında dostları Aydın və Əlimirzə ilə birlikdə Nərminə Hacızəkəryəyevanın qohumunun yas mərasimində iştirak etmək üçün Şəki şəhərinə getmiş, Nərminə Hacızəkəryəyevanın evində qonaq qaldıqları müddətdə orada iştirak edən sonuncunun rəfiqəsi Zərərçəkmiş şəxs söhbət zaman Şəki- Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir keçməməsini, qalıb hazırki iş yerində işləməsini bildirsə də sonuncu həmin vəzifəyə keçmək istədiyinə təkidlə bildirmişdir. Zərərçəkmiş şəxs maraqlanıb bir söz deyəcəyini, “Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək üçün yüksək məbləğ lazım olduğunu, həmin məbləğə gücünün çatmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs isə ona nə qədər pul lazım olsa düzəldəcəyini dedikdən sonra sonuncuya maraqlanıb bir söz deyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsini götürmüş, səhəri gün sonuncu Nərminə müəllimənin evinə gəlib zəng edərək onu çölə çağırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona 20.000 manat pul vermiş, həmin pulu götürüb işi düzüb qoşmağa çalışacağını bildirmişdir. Ülviyyə həmin pulu ona verən zaman yanlarında heç kim olmamış, həmin gün dostları Aydın və Əlimirzə ilə birlikdə Nərminə müəllimənin qohumunun yas mərasimində iştirak etdikdən sonra birlikdə Tovuz rayonuna getmişlər. Tovuz rayonunda olarkən Ülviyyə ona zəng edib, verdiyi pulun 10.000 manatını qaytarmasını xahiş etmiş, o da etiraz etməyib, Tovuz rayonundan qayıdan zaman Yevlax rayonu ərazisində yol üstü 10.000 manat pulu Ülviyyənin ərinə vermişdir. Bundan sonra dostları ilə birlikdə Bakı şəhərinə qayıdaraq bu işlə maraqlanmış, lakin yaxın adam tapa bilmədiyinə görə Zərərçəkmiş şəxs işini düzüb qoşa bilməmişdir. Pula ehdiyacı olduğu üçün Zərərçəkmiş şəxs ona verdiyi pulu xərcləmiş, bir müddət sonra Zərərçəkmiş şəxs ona zəng edib Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir təyin olduğunu bildirərək ona verdiyi pulu geri istəmişdir. Pulu xərclədiyi üçün Zərərçəkmiş şəxs pulunu qaytara bilməmiş, sonuncu pulun onda qalmasını, sonradan Şəki Təhsil Şöbəsinə müdir keçməsinə köməklik etməsini bildirmişdir. Yenə də bir neçə ay çalışsa da Zərərçəkmiş şəxs işini düzüb-qoşa bilməmiş, həmçinin aldığı pulu geri qaytara bilməmişdir. Bir neçə aydan sonra Ülviyyə müəllimə ona zəng edib, Şəki Təhsil Şöbəsinə müdir təyin olunduğını bildirərək yenə də pulunu geri istəmişdir. Zərərçəkmiş şəxs pulunu qaytara bilməmiş, sonradan Zərərçəkmiş şəxs onun barəsində şikayət ərizəsi yazdığını bilmişdir. Zərərçəkmiş şəxs aldığı 20.000 manat puldan təxminən iki gün sonra 10.000 manatı sonuncunun ərinə, bundan başqa ayrı-ayrı vaxtlarda 2000 manat, 3 dəfə də 400 manat olmaqla cəmi 3200 manat pulu Bakı şəhərində E-manat ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs kartına göndərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2001-ci ildə X9 Üniversitetinin ibtidai sinif müəlliməsi fakultəsini bitirərək 2007-ci ildən müəllim kimi işləmiş, 2017-ci ildən isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləmişdir. 2022-ci ildə yaradılmış Şəki- Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istəmiş, həmin idarəyə müdir təyin olunmaq üçün Təhsil Nazirliyində rəhbər vəzifədə işləyən tanış lazım olduğunu və həmin şəxsin onun namizədliyini irəli sürməsini eşitmişdir. 2022-ci ilin may ayının əvvəllərində yaxın rəfiqəsi Nərminə Hacızəkəriyyəyeva vasitəsi ilə Şəki şəhərində görüşdüyü özünü Azərbaycan Respublikası Yeni X13 Təşkilatının sədri kimi qələmə vermiş Təqsirləndirilən şəxs onu hansısa şirinlik müqabilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin olunmasına köməklik edəcəyini, müdir keçməsi üçün əvvəl 200000, sonra 70000, daha sonra 50000 manat lazım olacağını bildirmiş, Təqsirləndirilən şəxs o qədər pulu olmadığını dedikdən sonra sonuncu ilə 20000 manata razılaşmışlar. Bundan sonra 17 may 2022-ci il tarixdə X15 filialından evini girov qoyub götürdüyü 30000 min manat pulun 20000 manatını 19 may 2022-ci il tarixdə saat 8 radələrində Şəki şəhərində Nərminə Hacızəkəriyyəyevanın evində Təqsirləndirilən şəxs vermiş, sonuncu pulu ondan aldıqdan sonra narahat olmamasını tezliklə işini həll edəcəyini demişdir. Pulu verdikdən təxminən iki gün sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunması barədə xəbər çıxmış, bundan sonra Təqsirləndirilən şəxs zəng edib Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunduğunu, nə üçün onu aldatdığını soruşmuşdur. Təqsirləndirilən şəxs ona yalan danışdığını, hələ müdir təyin olunmadığını, həmin vəzifənin ona aid olduğunu demiş, Təqsirləndirilən şəxs saytlara girib baxmasını dedikdən sonra sonuncu saytlara baxıb xəbərin doğru olduğunu ona demişdir. Təqsirləndirilən şəxs pulunu istəyəndə, sonuncu ona pulun qalmasını, onu Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektoruna müdir təyin etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bankdan kredit götürüb ona verdiyini, hazırda krediti ödəyə bilmədiyini və kreditin bir hissəsini ödəmək üçün pulun 10000 manatını qaytarmasını bildirmiş, Təqsirləndirilən şəxs onunla razılaşaraq Qazax rayonundan çıxıb gəldiyini, Yevlax rayonunda görüşüb pulu verəcəyini bildirmişdir. Əri Şahid1 qeyd edilən vaxtda Yevlax rayonuna gedib Şahvələd müəllimdən 10000 manat pulu götürüb gətirmişdir. Təxminən 6-7 ay sonra Şəki sektoruna müdir təyin olunmuş, həmin müddət ərzində Təqsirləndirilən şəxs hər dəfə ona narahat olmamasını, işinin düzülməsi üçün Təqsirləndirilən şəxs söz verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs inanıb gözləmiş, artıq sektor müdiri təyin olunduqdan Təqsirləndirilən şəxs onu aldadıb 20000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs zəng edib qalan 10000 manat pulunu istəmiş, Təqsirləndirilən şəxs ona narahat olmamasını, sektora müdirinin müvəqqəti təyin olunduğunu, həmin şəxsi qısa müddətdə Nazirlikdə vəzifəyə qoyacaqlarını, sonra onun müdir qoyulacağını bildirmişdir. Məcbur olub Təqsirləndirilən şəxs inanıb gözləmiş, hər dəfə Şahvələdə zəng edib maraqlanan zaman, sonuncu ona, əmrinin hazır olduğunu, qısa müddətə təsdiq olunacağını demişdir. Bundan sonra X14 ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyandan 3450 manat qalmış, həmin məbləği də ödədikdən sonra təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxsə 20000 manatı verdikdən sonra qalan 180000 manatı ödəməklə bağlı aralarında razılaşma olmamış, sonuncu ilə 20000 manata razılaşmışlar. İşi düzəldikdən sonra Təqsirləndirilən şəxs 5-10 min manat aralığında “şirinlik” verməyi nəzərdə tutmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində söhbət əsnasında rəfiqəsi Zərərçəkmiş şəxs Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istədiyini, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən münasib adam olsa, namizədliyini irəli sürməsini bildirmiş, sonuncuya tanışı Azərbaycan Respublikası Yeni X13 Təşkilatının sədri işləyən Təqsirləndirilən şəxs adlı şəxsi məsləhət görmüşdür. Zərərçəkmiş şəxs ondan Təqsirləndirilən şəxsla görüşüb söhbət etməsini xahiş etmiş, 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs Şəki şəhərinə gəldikdə Zərərçəkmiş şəxs ilə birlikdə Şəki şəhərində Şahvələdlə görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Regional Təhsil Şöbəsinə müdir keçməsi üçün 200000 manat lazım olacağını bildirmiş, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs o qədər pulu olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 20- 30 min manat beh istəyərək, gedib danışdıqdan sonra bir söz deyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs razılaşdıqdan sonra 18 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tanışları Aydın və Əlimirzə adlı şəxslərlə birlikdə Şəki şəhərində onların hüzr məclisində iştirak edib Bakı şəhərinə qayıtmışdır. Həmin gün səhər Zərərçəkmiş şəxs ona zəng edib onlara gəldiyini, onun həmin vaxt yatdığını və Təqsirləndirilən şəxs 20000 manat verib gəldiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul alıbalmadığını soruşduqda sonuncu ona həmin məbləğdə pulu aldığını, hər şeyin qaydasında olduğunu, Zərərçəkmiş şəxs işini həll edəcəyini demişdir. Təxminən iki gün sonra Şəki- Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunması xəbəri çıxdığından Zərərçəkmiş şəxs zəng edib Təqsirləndirilən şəxs pulunu istəmiş, sonra Zərərçəkmiş şəxs ona zəng edib 10000 manatı Şahvələddən geri aldığını, qalan 10.000 manata görə Təqsirləndirilən şəxs Ülviyyəni Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektoruna müdir təyin edəcəyini söz verdiyini bildirmişdir. Təxminən 6-7 ay sonra sektora da müdir təyin olunduğuna görə Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs sektora müdirin müvəqqəti təyin olunduğunu, həmin şəxsi qısa müddətdə nazirlikdə vəzifəyə qoyacaqlarını, sonra Zərərçəkmiş şəxs özünün müdir qoyulacağını bildirdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulu qaytarmadığına görə Zərərçəkmiş şəxs Polis Şöbəsinə şikayət ərizəsi yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək X1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında arvadı Zərərçəkmiş şəxs ona Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istədiyini, arvadının rəfiqəsi Nərminə Hacızəkəriyyəyevanın “Yeni Baxış” İctimai nəzarət təşkilatının sədri işləyən Şahvələd adlı tanışının Ülviyyənin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir keçməsinə köməklik edəcəyini, arvadından müxtəlif məbləğlər istədiyini, sonda 20000 manata razılaşaraq evi banka girov qoyub kreditə pul götürməsini bildirmiş, buna görə evin sənədlərini girov qoyaraq X15 filialından 30000 manat pul götürmüşlər. Bundan sonra 20000 manat pulu arvadı Ülviyyə ilə birlikdə aparıb Nərminə Hacızəkəriyyəyevanın evində olan Təqsirləndirilən şəxs vermişlər. Təxminən iki gün sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunduğuna görə Ülviyyə Təqsirləndirilən şəxs zəng vurub pulunu geri istəmiş, Təqsirləndirilən şəxs 10000 manatı qaytara biləcəyini, ancaq qalan 10000 manatı fonda göndərdiyini bildirmişdir. Həmin gün idarə etidiyi avtomaşınla Yevlax rayonuna getmiş və Tovuz rayonundan gələn Təqsirləndirilən şəxs 10000 manat pulu alaraq Şəki rayonuna geri qayıtmışdır. Təqsirləndirilən şəxs 10000 manatı ona qaytırdıqdan sonra digər 10000 manata görə X10 müdir təyin etdirəcəyini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs gedib dövlət qulluğuna imtahan verməsini bildirmiş, Ülviyyəni Bakı şəhərinə aparmışdır. Orada imtahan verdikdən sonra qayıdıb gəlmiş, ancaq Ülviyyə imtahandan keçə bilməmişdir. Təqsirləndirilən şəxs Ülviyyəyə ancaq imtahanda iştirak etməsini, özləri Ülviyyəni imtahandan keçirəcəklərini bildirmişdir. Bundan sonra Şəki- Zaqatala Regional Təhsil İdarəsinin Şəki sektoruna da müdir təyin olunmuş, bundan sonra Ülviyyə Təqsirləndirilən şəxs zəng edib pulunu tələb edəndə sonuncu hər dəfə bir bəhanə gətirib pulu qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra məcbur olub Ülviyyə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizəsinə əlavə etdiyi bir ədəd disk «HP» markalı kompüterə daxil etməklə, Təqsirləndirilən şəxs Məmmədəli oğlunun iştirakı ilə baxış keçirən zaman disk açıldıqda orada 6 ədəd fayllar aşkar olundu. Üzərinə «AUD- 20230825-WA0004» rəqəmlər və hərflər qeyd olunmuş 1-ci faylı açdıqda kişi səsi gəlir. «Aygün vallah iş vermiyiblər, yenə saxladılar bayramdan sonraya, ya buna iş verilməlidir ki, mən o şeylərindən birini götürüm satım gətirim verim. Yəni belə, istəyirsən özündə Nərminə xanım demişdir, gəlinin atası ilə danış. Yəni adam çöldə qalıb, ya hər şeyini satıb çıxarmalıdır, satmaq üçün, gərək icazə verilə, hələki verilməyib görək neynirik». Üzərinə «AUD-20230825-WA0005» rəqəmlər və hərflər qeyd olunmuş 2-ci faylı açdıqda yenə kişi səsi gəlir. «Vallah mən fırlatmıram, gedirik iş vermirlər, iş versinlər ki, ya onu buraxsınlar ki, bütün əmlaklarına ares qoyublar, başa düşdün. Qalmışıq xırdaya-xırtdaya, gətirmişəm maşında mənim qapımdadır. Xeyri yoxdur. Mən dəqiq, məhkəmə deyiləm a dəqiq sabah olacaq, birsi gün olacaq». Üzərinə «AUD-20230825-WA0006» rəqəmlər və hərflər qeyd olunmuş 3-cü faylı açdıqda yenə kişi səsi gəlir. «Vallah iş vermiyiblər neyniyim, məhkəmənin yerinə tutum olara iş verim, iş vermirlərdə, günü günə satırlar». Üzərinə «AUD-20230825-WA0007» rəqəmlər və hərflər qeyd olunmuş 4-cü faylı açdıqda yenə kişi səsi gəlir. «Buraxsalarda, tutsalarda ondan davernus götürəcəm, maşınını satacam, boşlarını bağlayacam. Onun dəxli yoxdur, allah eləsin buraxsınlar. Mən onun yaxasından tutmuşam, gəl gedək bir yerdə tutaq. Kimə verib odur, mən neynim, mən bədbəxt oğlu. Üzərinə «AUD-20230825-WA0008» rəqəmlər və hərflər qeyd olunmuş 5-cü faylı açdıqda yenə kişi səsi gəlir. «Deyir beşi hazırdı, qalanı hazır deyil, mən beşi götürmürəm, deyirəm hamısını ver». Üzərinə «AUD-20230825-WA0009» rəqəmlər və hərflər qeyd olunmuş 6-cü faylı açdıqda yenə kişi səsi gəlir. «Vallah nə veycinədir, burda qırğındayıq ey. Allaha and olsun. Beş min pul verir, iyirmi min birdi, on min, otuz minin əvəzinə beş min verir. Mən alım onu kimə verim, Aslana verim, sənə verim, kimə verim. Pulu bütöv versində. Onun davasıdır. Qırğındayam mən. Allaha and olsun qırğındayam. Gecə saat neçəyə qədər orda qırğında olmuşuq. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Məmmədəli oğlu bildirdi ki, diskdə olan və danışan kişi səsi onun səsidir. Zərərçəkmiş şəxs mobil telefonun Whatsapp proqramı vasitəsi ilə ona səs göndərib pulunu istəyən müddətdə o, Ülviyyə müəllimənin pulunu qaytara bilmədiyi üçün bəhanə gətirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Əsgərov X3 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay, 24 gün islah işləri cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 263.1 və 306.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə və 2 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı Şəhər Narkoloji Mərkəzi PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında qeydiyyatda olan, xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixatriya Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 19989 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olan, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə ünvan 5 ünvanda qeydiyyatdadır. İş yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbrinin seçilməsi haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CMin 29,178.3.2-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi sübuta yetirilməmiş, onun CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs CM-in 29,178.3.2-ci maddəsi ilə ittiham ona görə verilmişdir ki, o, qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə, özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləyən Zərərçəkmiş şəxs 200 000 (iki yüz min) manat pul müqabilində onun Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunmasına köməklik edəcəyinə dair uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin may ayında, istintaqla dəqiq müəyyən olunmamış gündə ünvan 3 ünvanında ilkin olaraq xeyli miqdar təşkil edən 20000 (iyirmi min) manat pulunu alıb ələ keçirmiş, bundan sonra Zərərçəkmiş şəxs Şəki-Zaqatala Regional Təhsil İdarəsinə başqa şəxsin müdir təyin olunmasını öyrəndiyindən qalan məbləği iradəsindən asılı olmayan həmin səbəblərə görə ələ keçirə bilməyərək cinayəti başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs külli miqdarda, yəni 200000 (iki yüz min) manat məbləğində pulunu ələ keçirməyə cəhd etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə cinayət əməlini törətmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 200000 AZN miqdarında pulunu ələ keçirməyə cəhd etməsini qeyd etsə də buna dair hər hansı bir sübut təqdim etməmiş, yalnız zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ondan bu işin 200000 manata başa gələ biləcəyini deməsi ilə kifayətlənmişdir. Halbuki, Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Zərərçəkmiş şəxs istər məhkəməyədək icraat, istərsə də məhkəmə istintaqı zamanı ifadə verərək Təqsirləndirilən şəxsla işə düzəlmək üçün 20000 manata razılşadığını, ümumiyyətlə 200000 manata razılaşmadığını bildirmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs 20000 manat məbləğində pulu beh kimi qalan 180000 manatı sonradan alacağını göstərsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumiyyətlə həmin məbləğə gücü çatmadığını, onun ancaq 20000 manat məbləğində pula imkanının çatdığını, bu barədə əvvəlcədən də Təqsirləndirilən şəxs məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun təhsil sektoruna müdir keçməsi üçün 200000 manat pulun istəməsinə gəldikdə isə məhkəmə tərkibi qeyd edir ki, ifadələrdən də göründüyü kimi Təqsirləndirilən şəxs əvvəl həmin işin 200000 manata başa gəldiyini bildirmiş, sonra zərərçəkmiş şəxsin özünün də bildirdiyi kimi məbləğləri azaldaraq zərərçəkmiş şəxsin 20000 manata imkanının çatdığını bildirdikdən sonra həmin məbləğdə əmlakı aldatma yolu ilə ələ keçirməyə münasibətdə cinayətkar niyyətini konkretləşdirərək bu barədə razılaşdırmışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə əvvəlcə sonuncunun işinin 200000 manata düzələcəyini bildirməsini, zərərçəkmiş şəxsdə həmin işin daha böyük məbləğdə pula düzəldiyini inandırdıqdan sonra özünün təklif etdiyi və onun qəsdinin konkretləşdiyi 20000 manat məbləğində pulun dələduzluq yolu ilə ələ keçirilməsinin üsulu kimi qiymətləndirir. Belə olan halda məhkəmə tərkibi istintaq orqanının göstərdiyi kimi Təqsirləndirilən şəxs 20000 manat pulu beh kimi almasını, qalan 180000 manat pulu isə almaq istəməsi kimi gəldiyi nəticə ilə razılaşa bilmir. Ona görə də həmin hissə ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bütün qeyd edilənləri nəzərə alaraq məhkəmə bir daha hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 200000 AZN pulunu ələ keçirməyə cəhd etməsinə dair ittiham öz təsdiqini tapmadığına görə ittihamdan xaric edilməli, onun Zərərçəkmiş şəxs 20000 AZN məbləğində pulunu ələ keçirməsi ona verilmiş itthamda saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 178.2.4-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin yarıdan çox hissəsini ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 29, 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi, eyni zamanda stasionar qaydada müalicəyə başladıqda bu barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Odur ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CM-in 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Beləliklə, məhkəmkə Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixə kimi şübhəli şəxs qismində həbsdə olduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 2300-dan səhər saat 0600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi, eyni zamanda stasionar qaydada müalicəyə başladıqda bu barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-136/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-136/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver