Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-137/2022 14.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – Musazadə Elvin Elçin oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər cəhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər –Şəki Regional Vəkil Bürosunun vəkilləri Mustafayev Dəyanət Musa oğlu və Bayramov Zaur Vahid oğlunun iştirakı ilə, 28 yanvar 1988-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş 01 il 01 ay müddətinin 01 ilindən azad edilmiş, cəzası başa çatdığı üçün Göyçay Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Həsənov Tərlan Zahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 06 avqust 1998-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 01 il 07 ay 10 gün hissəsi 09 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Adilov Fərhad Mehman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Həsənov Tərlan Zahir oğlu özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə xx.xx.2021-ci il tarixdə gündüz saat 15 radələrində Göyçay rayon Ulaşlı-Şıxlı kəndində yaşayan dayısı Adilov Mehman Əşrəf oğluna məxsus faktiki yaşayış olmayan fərdi yaşayış evinə, evin arxa tərəfində olan yarı açıq vəziyyətdə pəncərəsindən evə qanunsuz daxil olaraq oradan bir ədədinin qiyməti 40 manat olmaqla, 2 ədəd ümumilikdə 80 manat dəyərində 1,90 metr uzunluğunda, 0,90 metr enində olan çarpayı dəstini və 1 ədəd 30 manat dəyərində dəmir materialdan hazırlanmış ağır çəkici gizli yolla talayaraq zərərçəkmiş şəxs Mehman Adilova cəmi 110 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, qohumu Adilov Fərhad Mehman oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsdən və istintaqla dəqiq müəyyən edilməyən vaxda Bakı şəhəri Xətai rayonu Yeni Günəşli qəsəbəsində yol kənarında 1 ədəd sellofan torbada qoyulmuş külli miqdar hesab edilən 2,848 qram psixotrop maddə metamfetamini, külli miqdar hesab edilən 14,4 qram kustar üsulla hazrılanmış narkotik vasitə heroini və külli miqdar təşkil etməyən 01 ədəd blisterdə olan ümumi təmiz çəkisi 0,4 qram 10 ədəd narkotik vasitə metadon tabletlərini həmin yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq yaşadığı ünvan 3 nömrəli evə gətirib saxlamış, 14 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilən zaman yataq otağındakı taxtın üzərində olan döşəyin altından 1 ədəd siqaret qutusunun içərisində 3 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə qablaşdırılmış 0,866 qram, 0,984 qram, 0,998 qram olmaqla ümumi təmiz çəkiləri 2,848 qram külli miqdar hesab edilən həmin psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan külli miqdar hesab edilən təmiz çəkisi 14,201 qram olan həmin narkotik vasitə heroin və külli miqdar təşkil etməyən 01 ədəd blisterdə olan ümumi təmiz çəkisi 0,4 qram 10 ədəd həmin narkotik vasitə metadon tabletləri, eləcə də həmin tarixdə saat 12 radələrində keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı nəticəsində Adilov Fərhad Mehman oğlu Göyçay şəhəri Z.Bünyadov küçəsində saxlanılıb polis şöbəsinə gətirilərkən üzərinə şəxsi axtarış keçirilən zaman əynindək göy rəngli cins şalvarın sağ yan cibindən birgə əldə etdikləri külli miqdarda həmin heroinin eyni tərkibli 0,199 qram hissəsi bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qabaşdırılmış formada aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Adilov Fərhad Mehman oğlu qohumu Həsənov Tərlan Zahir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsdən və istintaqla dəqiq müəyyən edilməyən vaxtda Bakı şəhəri Xətai rayonu Yeni Günəşli qəsəbəsində yol kənarında 1 ədəd sellofan torbada qoyulmuş külli miqdar hesab edilən 2,848 qram psixotrop maddə metamfetamini, külli miqdar hesab edilən 14,4 qram kustar üsulla hazrılanmış narkotik vasitə heroini və külli miqdar təşkil etməyən 01 ədəd blisterdə olan ümumi təmiz çəkisi 0,4 qram 10 ədəd narkotik vasitə metadon tabletlərini həmin yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib qohumu Tərlan Həsənovun ünvan 3 nömrəli yaşadığı evə daşımış, orada psixotrop maddə metamfetamini 0,866 qram, 0,984 qram, 0,998 qram olmaqla ayrı-ayrı bükümlərdə qablaşdırmaqla saxlamış, birlikdə əldə etdikləri 14,4 qram narkotik vasitə heroinin bir hissəsini, yəni 0,199 qram hissəsini satış məqsədilə qanunsuz olaraq bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qabaşdırılmış formada üzərində daşıyarkən, xx.xx.2022ci il tarixdə saat 12 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Z.Bünyadov küçəsində saxlanılıb polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən birgə əldə etdiləri külli miqdarda həmin eyni tərkibli heroinin 0,199 qram hissəsi bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qabaşdırlmış formada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Həsənov Tərlan Zahir oğlu özünü ona qarşı CM-in 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamda qismən (CM-in 177.2.3 və 234.1-ci maddələri ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, dayısı Adilov Mehman Əşrəf oğlunun yaşadığı evdən oğurluq etmişdir. Bu cinayəti qəbul edir. Narkotiklə bağlı epizoda gəlincə isə polis əməkdaşları tərəfindən saxlanılarkən “Covid 19” xəstəsi olmuş, saxlanıdığı zaman 41 dərəcə qızdırması olmuşdur. İfadələri oxumamış, yalnız qol çəkmişdir. Ancaq əslində ifadəsində göstərdiyi kimi olmamış, aşkar olunan narkotik vasitələr ona aid olmuşdur. Narkotik vasitələri almağa getdiyi zaman dayısı oğlu Fərhadın telefonunu götürüb getmişdir. Dayısı oğlu Fərhad rayona qonaq gəlmiş, o da Fərhadı onlara qonaq dəvət etmişdir. Fərhad bir gecə onların evində qalmışdır. Dayısı oğlu Fərhad Adilovun bu işlə heç bir əlaqəsi olmamışdır. Aşkar olunan narkotik vasitələr ona aid olmuşdur. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün alıb özündə saxlamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı ifadəsini oxumamış, yalnız qol çəkmişdir. Fərhad Adilovun narkotik vasitədən istifadə etməsi barədə onun məlumatı olmamışdır. Aşkar olunan narkotik vasitələr ona aid olmuş, həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələri Bakı şəhərindən iran vətəndaşından əldə etmiş, həmin narkotik vasitələrini 300 AZN pul müqabilində almışdır. Narkotik vasitə növlərindən “heroin” və “metamfetamin”dən istifadə etmiş, arada ağrıları olduğu üçün “metadon” həblərindən də istifadə etmişdir. Dayısının ona pul borcu olmuş, məhz o səbəbdən dayısının evindən oğurluq etmişdir. Narkotik vasitələri satmaq niyyəti olmamışdır. Barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Həsənov Tərlan Zahir oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Tərlan Həsənov göstərmişdir ki, 2021-ci ilin iyul ayında dayısı Adilov Mehman Əşrəf oğluna məxsus Göyçay rayon Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən oğurluq hadisəsi törətmişdir. Belə ki, o bir neçə ay əvvəl Göyçay şəhəri ərazisində dayısı Mehmana məxsus xırdavat mağazasının tikintisində usta işləmiş, həmin işin sonunda dayısı Mehman ona verəsi puldan təxminən 420 manatı verməmişdir. O bir neçə dəfə pula ehtiyacı olmasını dayısına desə də dayısı Mehman ona işlədiyi pulu verməmişdir. Buna görə də o fikirləşmiş ki, dayısı Mehmana məxsus Göyçay rayon Ulaşlı- Şıxlı kəndində yerləşən faktiki yaşayış olmayan fərdi yaşayış evinə gedib oradan bir neçə dəyərli əşya oğurlayıb sataraq pulunu bu yolla dayısı ilə əvəz edər. Dayısı Mehman ailə üzvləri ilə birlikdə Göyçay şəhərində yaşasa da, ancaq Ulaşlı-Şıxlı kəndində tam təmirli olmayan fərdi yaşayış evləri də var. Belə ki, o özü əvvəllər bir neçə dəfə həmin evdə pul qarşılığında fəhlə kimi işləmiş, buna görə də həmin evi tanımışdır. O xx.xx.2021-ci il tarixdə dayısına məxsus Ulşalı-Şıxlı kəndində yerləşən evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 15 radələrini gözləmiş ki, oğurluq edərkən onu heç kim görməsin. Çünki, yay fəslində hava həddindən artıq isti olduğundan küçədə heç kim olmadığını bilmişdir. Saat 15 radələrində o yol keçən taksi ilə ilk öncə Ulaşlı-Şıxlı kəndinin ala qapısına gedib, oradan da piyada dayısına məxsus fərdi yaşayış evinə getmişdir. O həyətə girmək üçün nazik dəmir materiallı iki taylı qapının üzərində olan teli açıb həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra sol tərəfdə yerləşən fərdi yaşayış evinə yaxınlaşıb evin arxa tərəfində olan yarı açıq pəncərəsindən evə daxil olmuşdur. Həmin evdə yaşayış olmadığından əvvəlcədən bilmişdir ki, orada dayısının pulu və ya qızıl kimi qiymətli əşyaları yoxdur. Ancaq pəncərədən evə daxil olduqdan sonra yerdə sökülü vəziyyətdə olan iki ədəd dəmir materiallı çarpayı və bir ədəd dəmir materiallı kvalt, yəni ağır çəkili çəkici görüb oğurlamaq qərarına gəlmişdir. O həmin vaxt fikirləşmiş ki, həmin əşyalar dəmir materiallı olduğundan onları oğurlayıb metal qəbulu məntəqəsinə satıb pul əldə edəcək. Buna görə də, ilk öncə o 2 ədəd çarpayı dəstini və 1 ədəd ağır çəkili çəkici ilk öncə pəncərədən həyətə, oradan isə həyətə giriş qapısının yanına daşıyıb yığmışdır. Daha sonra yola çıxıb oradan keçən tanımadığı qırmızı rəngli üzərində taksi sözü yazılan Vaz 2107 markalı avtomobilə əl işarəsi edib saxladaraq həmin əşyaların özünə məxsus olmasını və lazımsız olduğu üçün metal qəbulu məntəqəsinə aparıb satmaq istədyini taksi sürücüsünə bildirmişdir. O həmin əşyaları Göyçay şəhəri Vaqif küçəsində yaşayan Habil adlı şəxsin metal qəbulu məntəqəsinə aparmış, orada o Habilə həmin əşyaların özünə məxsus olmasını, evdə və həyətində artıq yer tutduğu üçün satmaq istədiyini deyib Habili inandıraraq həmin əşyaları 45 manata satmışdır. Əşyaları gətirdiyi taksi şoferinə də 5 manat verib yola salmış, 40 manat pulu da öz ehtiyacları üçün xərcləmişdir. Hadisədən bir neçə gün sonra da rayon polis şöbəsinin əməkdaşları onu rayon polis şöbəsinə dəvət edib baş vermiş oğurluq hadisəsi ilə bağlı sorğu sual etdikdə o da hadisəni necə törətməsini olduğu kimi polislərə bildirmişdir. Qeyd etmiş ki, oğurluq etməyindən heç kimin xəbəri olmamış, o oğurladığı əşyaları Habil adlı şəxsə satan zaman həmin əşyaların oğurluq olmasını Habilə deməmişdir. Bundan başqa isə qeyd etmişdir ki, təxminən 4 ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etsə də, ancaq narkotik vasitə istifadə etməyinə görə əvvəllər tutulmamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı evdə olarkən polis əməkdaşları gələrək evində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Həmin vaxt ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkil Rasim Vəliyevlə təmin olunmuş, bundan sonra vəkilin və hal şahidlərinin də iştirakı ilə yaşadığı evə və üzərinə baxış keçirilmişdir. İlk öncə yaşadığı evə baxış zamanı yataq otağındakı taxtın üzərində olan döşəyin altından 1 ədəd siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusu açıldıqda içərisində 4 ədəd sellofan büküm və 10 ədəd həbdən ibarət 1 ədəd blister aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda onların 3 ədədinin içərisində kristal formalı şəffaf rəngli maddə aşkar edilmiş, 1 ədəd nisbətən böyük büküm açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Həmin bükümlər hər biri ayrı-ayrılıqda tərəzidə çəkilmiş, qəhvəyi rəngli maddənin çəkisi sellofanla birlikdə 15,4 qram, digər şəffaf rəngli maddələrin çəkisi ayrı-ayrılıqda sellofanla birlikdə müvafiq olaraq 1 qram; 1,1 qram və 1,1 qram olmuşdur. Aşkar edilmiş 1 ədəd blisterin üzərinə “Methadone 40” yazısı yazılması müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər və həblərdən ibarət blister götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa baxış zamanı yataq otağındakı stolun üstündən 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə flakon aşkar edilərək götürülmüş, həmin əşyalar da iki ədəd zərfə qoyularaq qablaşdırılmış, zərflərin ağzı kleylənərək bağlanmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürülmə keçirilməsi barədə protokol tərtib edilmiş və imzalanmışdır. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin, ona verilən suallara cavab olaraq yaşadığı evdən aşkar edilmiş siqaret qutusunun içərisində olan bükümdə olan şəffaf rəngli maddə “şüşə” kimi tanıdığı metamfetamin psixotrop maddəsi, digər bükümdə olan qəhvəyi rəngli maddə isə “kokos” kimi tanıdığı heroin narkotik vasitəsi, 01 ədəd blisterdə olan 10 ədəd həblər isə metadon narkotik vasitəsi olmasını bildirmişdir. Belə ki, o yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və psixatrop maddələri onlayn üsulu ilə adını onlara “qəhrəman” kimi təqdim edən İran Respublikası vətəndaşından almışlar. Belə ki, dayısı oğlu Adilov Fərhad Mehman oğlu ilə birlikdə sonuncuya məxsus mobil nömrəsindən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həmin şəxslə əlaqə yaradaraq həmin şəxsin onlara bildirdiyi kart hesabına ümumilikdə 300 manat pul göndərmişlər. Onun pulu az olduğundan həmin pulun 220 manatı Fərhadın, 80 manatını isə o vermişdir. Onlar pulu xx.xx.2022-ci il tarixdə saat 23 radələrində birlikdə Natəvan küçəsində yerləşən “Dəniz” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə həmin şəxsin onlara göndərdiyi kart hesabına köçürmüşlər. Pulu göndərdikdən bir gün sonra xx.xx.2022-ci il tarixdə Fərhadla birlikdə Bakı şəhərinə gedib həmin şəxsin onlara bildirdiyi ünvandan, yəni Xətai rayonu Yeni Günəşli qəsəbəsində yol kənarında gizlətdiyi yerdən götürərək Göyçay rayonuna geri qayıtmışlar. Həmin narkotik vasitələri və psixatrop maddələri özləri istifadə etmək, həmdə birlikdə satmaq məqsədilə almışlar. Onlar rayona qayıtdıqdan sonra gecə qərarlaşdırmışlar ki, narkotik vasitəni növbəti gündən satarlar. Belə ki, o və Fərhad narkotik vasitələrdən istifadə etdikləri üçün son zamanlar narkotik vasitə almağa pulları olmamış, buna görə də onlar narkotik vasitə tələbatların ödəmək üçün əvvəlcədən qərarlaşdırmışlar ki, aldığıqları narkotik vasitədən həm özləri istifadə edərək, həm də yeni narkotik vasitə almaq üçün sataraq pul əldə etsinlər. Onlar narkotik vasitəni aldıqdan sonra həmin qəbzi cırıb atmışlar. O əldə etdikləri həmin narkotik vasitədən heç kimə satmamış və ya verməmişəm. Ancaq onlar Fərhadla birlikdə narkotik vasitəni aldıqdan sonra fikirləşmişmişlər ki, bir hissəsini özləri istifadə edib, bir hissəsini də satıb pul əldə edərək yenidən narkotik alsınlar. Buna görə də ilkin olaraq psixatrop maddəni ayrı-ayrı qablarda bölüb saxlamışlar ki, istəyən olan zaman satsınlar. Həmin narkotik vasitə heroindən bir hissəsini Fərhad götürüb özü ilə aparmış, qalan hissəsini də o öz evində saxlamışdır. Çünki Fərhad atasından qorxduğu üçün onlar qərarlaşmışlar ki, əldə etdyikləri narkotik vasitəni və psixatrop maddəni o öz evin saxlasın. Həmin narkotik vasitələri və psixatrop maddəni satmaq məqsədilə əldə etsələr də, bir gün sonra tutulduqları üçün heç kimə sata bilməmişlər. Buna baxmayaraq evindən 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi və aşkar edilmiş ağ rəngli kiçik ölçülü baş hissəsi cırılmış vəziyyətdə olan dama-dama kağız parçasında narkotik vasitə adlanan “kakos”, “şüşə” adları ilə qram-qram yazılmış formada aşkar olunsa da, həmin kağız parçası əvvəllər satdığı narkotik vasitəyə aid olmasını göstərmişdir. Ancaq həmin kağız parçasında narkotik vasitə satmağı əks etdirən qeydlər 2-3 ay əvvəl olduğundan kimlərə narkotik vasitə satmağını xatırlamamışdır. Yaşadığı evdən aşkar edilən narkotik vasitədən və psixotrop maddədən başqa onda narkoti vasitə olmamışdır. Ancaq polis əməkdaşları yaşadığı evə gəlməzdən təxminən 2-3 saat əvvəl dayısıoğlu Fərhad heroinin üzərindən bir az götürüb özü ilə aparmışdır. Qalan hissəsini də polis əməkdaşları aşkar edənədək o evində gizlətmiş, Fərhaddan başqa heç kimin xəbəri olmamışdır. O, anası Kəmalə Həsənova ilə eyni evdə yaşasa da, bu barədə anasına heç bir söz deməmiş, anasının bundan xəbəri olmamışdı. Həmçinin, o narkotik vasitə tələbatını ödəmək üçün əldə etdiyi narkotik vasitənin bir qismini də tutulmazdan əvvəl istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə əlaqə yaradıb satmışdır. Buna görə də mobil telefonuna baxış zamanı da bu mövzuda mesajlar və zənglər aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Adilov Fərhad Mehman oğlu özünü ona qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamda qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxs Tərlan Həsənov onun dağma bibisi oğludur. Bibisi oğlunun dediyi kimi onun bu işlə heç bir əlaqəsi olmamışdır. O, sadəcə olaraq Tərlan Həsənovdan aşkar olunan narkotik vasitədən özünün istifadəsi üçün 0,9 qram götürdüyünə görə hazırki işlə əlaqələndirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən həmin götürdüyü narkotik vasitə aşkarlanmışdır. Tərlan Həsənov Bakı şəhərinə narkotik vasitə almaq üçün getdiyi zaman onun yanında olmamış, sadəcə telefonu Tərlan Həsənovda olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı müstəntiqə ifadə verməmişdir, müstəntiq özü nə istəmiş, onu da yazmışdır. O da yazılanı oxumamış və yalnız imza çəkmişdir. Sonradan bu barədə heç yerə şikayət etməmişdir. Penitensiar müəssisəyə gəldikdən sonra ifadəsini oxumuşdur. Onun üzərindən yalnız 0,9 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Tərlan Həsənovun narkotik vasitələri necə və haradan əldə etdiyi barədə məlumatı olmamışdır. Tərlan Həsənovun narkotik vasitə aldığından xəbəri olmamışdır. Tərlan Həsənov onu evlərinə dəvət etmiş, məhz o zaman Tərlanda narkotik vasitə olduğunu görmüşdür. Sonra istifadə etmək məqsədilə Tərlandan 0,9 qram narkotik vasitə almışdır. Tərlan Həsənov onun telefonunu alıb harasa getmiş, ancaq hara getdiyi barədə məlumatı olmamışdır. Özünü sadəcə üzərində aşkarlanan narkotik vasitə ilə təqsirli bilmiş, bibisi oğlu Tərlan Həsənovla əlbir olmamış, Tərlan Həsənovdan aşkarlanan narkotik vasitələrlə əlaqəsi olmamışdır. Barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Adilov Fərhad Mehman oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Fərhad Adilov göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən bibisi oğlu Həsənov Tərlan Zahir oğlunun yaşadığı evə piyada gedərkən həmin küçədə polis əməkdaşları onu saxlayaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirirək onu polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə getmişlər. Oraya getdikdən sonra ona məlum olmuş ki, polislər Tərlanın evinə baxış keçirən zaman əvvəlki gün Tərlanla birlikdə Bakı şəhərindən aldıqları narkotik vasitələri aşkar edib götürüb. Polis şöbəsində vəkil ilə təmin olunmuş və ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar olunmuş, kağız büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Həmin kağız büküm elektron tərəzidə çəkilmiş, kağızla birlikdə çəkisi 0,3 qram olmuş, şəxsi axtarış zamanı aşkar edilmiş kağız büküm götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək bağlanmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalanmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş sellofan bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin, o ona verilən suallara cavab olaraq ifadəsini davam etdirmiş, üzərindən aşkar edilmiş bükümdə olan qəhvəyi rəngli maddə “kokos” kimi tanıdığı heroin narkotik vasitəsi olmasını qeyd etmişdir. üzərindən aşkar edilmiş narkotik vasitələri onlayn üsulu ilə adını “Qəhrəman” kimi təqdim edən tanımadığı İran İslam Respublikası vətəndaşından almışlar. Belə ki, bibisi oğlu Həsənov Tərlan Zahir oğlu ilə birlikdə ona məxsus mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə həmin şəxslə əlaqə yaradaraq həmin şəxsin onlara bildirdiyi kart hesabına ümumilikdə 300 manat pul göndərmişlər. Həmin pulun 220 manatı o, 80 manatını isə Tərlan qoymuşdur. Onlar pulu xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Dəniz” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına köçürmüşlər. Pulu göndərdikdən sonra xx.xx.2022-ci il tarixdə Tərlanla birlikdə Bakı şəhərinə getmişlər və həmin şəxsin onlara bildirdiyi ünvandan, yəni Xətai rayonu Yeni Günəşli qəsəbəsində yol kənarında gizlətdiyi yerdən götürərək Göyçay rayonuna geri qayıtmışlar. Həmin narkotik vasitələrdən az bir hissəsini istifadə etmişlər və az bir hissəsini isə növbəti gün səhər yaşadığı evə gedərkən özü ilə götürmüşdür. Qalanını isə birlikdə elektron tərəzidə çəkərək satmaq məqsədilə qablaşdırıb bir ədəd siqaret qutusunun içinə qoyduqdan sonra Tərlan öz yaşadığı evində döşəyin altında gizlətmişdir. Bir neçə saat sonra o yenidən Tərlanın yanına qayıdarkən və aldığı narkotik vasitə heroinin üzərindən götürdüyü həmin narkotik vasitə də üzərində olmuşdur. Polis əməkdaşları onu rayon polis şöbəsinə gətirib üzərinə şəxsi axtarış keçirən zaman birlikdə aldıqları narkotik vasitə heroinin üzərindən götürdüyü hissə üzərindən aşkar edilmişdir. Həmçinin, o narkotik vasitə əldə etdikləri həmin şəxsi şəxsi görməmiş və ya tanımamışdır. Həmin şəxslə internet vasitəsi ilə tanış olmuşlar. Vatsap soial şəbəkəsində həmin şəxs kart hesabını ona göndərdikdən sonra onlar da həmin şəxsə narkotik vasitənin pulunu yükləmişlər. Bundan dərhal sonra həmin şəxs kart hesabının şəklini silmiş, həmin şəkil də telefonundan silinmişdir. Onlar pulu göndərdikdən sonra tutulmaqdan qorxduqları üçün qəbzi də cırıb atmışlar. Həmin şəxsin mobil nömrəsini internet sosial şəbəkələrindən əldə etmişlər. Onunla sadəcə sosial şəbəkə vasitəsi ilə mesajlaşma şəklində əlaqə saxlamışlar. Həmin narkotik vasitələri həm özləri istifadə etmək, həmdə satmaq məqsədilə alsalar da, ancaq heç kimə sata bilmədən tutulmuşlar. Belə ki, mən də Tərlan da narkotik vasitələrdən istifadə etdiyi üçün son zamanlar narkotik vasitə almağa pulları olmamış, buna görə də onlar narkotik vasitə tələbatlarını ödəmək üçün əvvəlcədən qərarlaşdırmışlar ki, ki, aldıqları narkotik vasitədən həm özləri istifadə edib, həm də yeni narkotik vasitə almaq üçün sataraq pul əldə etsinlər. Üzərindən aşkar edilən narkotik vasitədən başqa onda narkotik vasitə olmamış, qeyd etdiyi kimi, qalan hissəni də Tərlan öz evində gizlətsə, ancaq polis şöbəsinə gəldikdən sonra ona məlum olmuş ki, ondan əvvəl Tərlanın evinə baxış zamanı aldıqları narkotik vasitələr aşkar edilərək götürülmüşdür. O narkotik vasitə əldə etdikləri şəxsi görməmiş və ya tanımamışdır. Həmin şəxsin mobil nömrəsini internet vasitəsilə İnstagram sosial şəbəkələrindən əldə etmişlər. Onunla sadəcə sosial şəbəkə vasitəsi ilə mesajlaşma şəklində əlaqə saxlamışlar. Həmin mesajların bir qismi telefonunda Vatsap soial şəbəkəsində qalmış, həmin şəxs özünü ona “Qəhrəman” adı ilə təqdim etdiyi üçün o da həmin şəxsin adını mobil telefonunda bu cür yazmışdır. Üzərində aşkar edilən narkotik vasitədən başqa onda narkotik vasitə olmamış, əldə etdikləri narkotik vasitə və psixatrop maddənin qohumunuz Tərlan Həsənovun yaşadığı evdə saxlamaqlarından başqa kimlərinsə məlumatı olmamışdır. O atasından qorxduğu üçün əldə etdikləri narkotik vasitəni Tərlanın evində saxalamağı qərarlaşdırmışlar. O son olaraq narkotik vasitə istifadəçisi olduğu üçün narkotik tələbatını ödəmək üçün əldə etdikləri narkotik vasitədən həm satıb yenidən özünə narkotik vasitə ala bilsin. Buna görə də ona məxsus 050 *** ** ** saylı mobil telefonunda bu mövzuda mesajlar və zənglər olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Adilov Mehman Əşrəf oğlu ifadəsində göstərmişdir ki, oğurluq edilən yer onun evi deyil, bağ sahəsi olmuşdur. Bağda təsərrüfat işləri ilə məşğul olunmuşdur. Həmin dövrlərdə bacısı oğlu Tərlan Həsənova həmin bağı tapşıraraq bildirmişdir ki, bağa qulluq et meyvə-tərəvəzi sənin olsun. Sonradan bacısı oğlu Tərlan Həsənov narkotik maddələrə qurşanmış, o da Tərlanı bağdan uzaqlaşdırmaq məcburiyyətində qalmışdır. Onun yerinə də başqa bir adam tapmışdır ki, bağa nəzarət etsin və bağın işləri ilə məşğul olsun. O, özü Göyçay ərazisində yaşamır, Bakı şəhərində yaşayır. Bakıda yaşadığı müddətdə vaxtaşırı gəlib bağa dəymişdir. Bir müddət sonra bağa nəzarət etmək üçün tutduğu həmin şəxs onun mobil telefonuna zəng edərək bildirmişdir ki, bağdan oğurluq edilmişdir. Bağdakı əşyaları kimsə oğurlamışdır. Sonra həmin şəxs hadisə barədə polisə məlumat verəcəyini bildirmişdir. Açıqcası onun polisə zəng etmək fikri olmamışdır. Ancaq bir tərəfdən də düşünmüşdür ki, polisin bu işdən məlumatı olsa yaxşıdır. Sonra həmin şəxs hadisə barədə polisə məlumat vermişdir. Həmin oğurlanan əşyalar da bacısı oğlu Tərlan Həsənovun əşyaları olmuşdur. Bir müddət sonra özü polis şöbəsinə zəng edərək hadisə barədə məlumat almaq istəmiş, polis şöbəsindən ona bildirilmişdir ki, oğru tapılıb və oğru həmin kənddəndir. Ancaq oğrunun kim olduğunu deməmişlər. O, oğrunun bacısı oğlu olduğunu hadisədən uzun müddət sonra, bu yaxınlarda polisə ərizə yazdığı zaman öyrənmişdir. Ərizə yazdığı zaman bir də görmüşdür ki, oğurluq edən Tərlandır. O da elə həmin anda polisə iradını bildirmişdir ki, bu məsələni ona başdan bildirmək lazım idi. Çünki bu hadisə cinayət deyil. Həmin oğurlanan əşyalar məhz Tərlan Həsənova məxsus əşyalar olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı yazılanı oxumadan qol çəkmiş, yalnız sonralar oğurluqla bağlı saxlanılan şəxsin bacısı oğlu Tərlan olduğunu öyrənmişdir. Onda da iradını bildirmiş, lakin nəzərə alınmamışdır. Oğurlanan əşyalar ibtidai istintaq zamanı ona qaytarılmışdır. Onun heç nəyi oğurlanmadığı üçün hazırda heç kimdən şikayətçi deyildir. Zərərçəkmiş şəxs Adilov Mehman Əşrəf oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Mehman Adilov göstərmişdir ki, Göyçay rayon Ulaşlı-Şıxlı kəndində ona məxsus təmirsiz vəziyyətdə olan fərdi yaşayış evi vardır. Belə ki, həmin ev tam təmirli olmadığından o və ailə üzvləri orada yaşamır. Maddi imkanı olduqca usta tapıb oranı təmir etdirir. 2021-ci ilin iyul ayı ərzində maddi imkanı normallaşdığı üçün o tanışı Səmədov Rüstəm Eldar oğlu ilə danışdıqdan sonra orada usta işləməyə başlamışdır. O özü də arasıra evə gedib nəzarət edirmiş. xx.xx.2021-ci il tarixdə evində usta işləyən Rüstəm ona zəng edərək evin otağına əvvəlcədən qoyduğu 2 ədəd dəmir materiallı sökülü vəziyyətdə olan çarpayı dəstinin və 1 ədəd ağır çəkili çəkicin yerində olmadığını və oğurlandığını bildirmiş, həmin vaxt o özü Bakı şəhərində olduğundan Rüstəmə bildirmiş ki, bu barədə dərhal polisə məlumat versin. Az sonra Rüstəm ona zəng edərək baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 xidmətinə zəng edib məlumat verdiyini və oraya Göyçay rayon polis şöbəsinin əməkdaşlarının gəlib baxış keçirdiklərini bildirmişdir. Bir neçə gün sonra da o özü də Bakı şəhərindən gəldikdən sonra rayon polis şöbəsinə ərizə ilə müraciət edib izahat vermişdir. Əlavə olaraq qeyd etmək istəmiş ki, evindən oğurlanmış çarpayıların hər birinin qiyməti təxminən 40 manat, çəkicin isə 30 manat təşkil edərmiş. Oğurlanmış çarpayılar və çəkic dəmir materiallı olmuşlar. Çarapayıların hər ikisinin yatacaq hissəsi dəmir setkadan ibarət olmuşdur. Çarpayılardan birinin kənarları, yəni yataqcaq hissəni havada saxlayan dirəkləri gümüşü-parlaq rəngli, digərinin isə kənarları ağ rəngli olmuşdur. Ancaq dəmirin üzərində olan ağ kraskası bir neçə yerdən qopmuş, çarpayıların hər ikisinin uzunluğu 1,90 metr, eni isə 0,90 metr olmuşdur. Həmin hadisədən bir neçə gün sonra o yenidən rayon polis şöbəsinə dəvət olunan zaman ona məxsus evdən qeyd olunan əşyaları öz qohumu, yəni bacısı oğlu Həsənov Tərlan Zahir oğlunun oğurlamasını bilmişdir. Həmçinin, rayon polis şöbəsinin inzibati binasının həyətində evindən oğurlanmış 2 ədəd çarpayı dəstini və 1 ədəd ağır çəkili çəkici görüb tanıyaraq ona məxsus olmasını bildirmişdir. O son olaraq qohumu Tərlan Həsənova heç bir məbləğdə pul borcu olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Vəliyev Rəşid Rəşid oğlu ifadəsində göstərmişdir ki, Tərlan Həsənovun və dayısı oğlu Fərhad Adilovun son zamanlar narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, yaşadığı evdə və üzərində daşıması barədə Göyçay Rayon Polis Şöbəsinin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 14 yanvar 2022-ci il tarixdə tərəfindən şöbə rəhbərliyinə raportla müraciət edildikdən sonra elə həmin günü səhər saatlarında ilk öncə Tərlan Həsənovun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Göyçay şəhəri Z.Bünyadov küçəsi ev 1 ünvanında yaşayan Həsənov Tərlan Zahir oğlunun yaşadığı evinə baxış keçirilməsi üçün gedilmiş, bundan sonra Tərlan Həsəov yaşadığı evdən çağırıb sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. Həmin zaman Tərlan Həsənov yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olmamasını bildirərək bu barədə rayon polis şöbəsinin rəhbərliyinin adına ərizə ilə müraciət etmiş, eyni zamanda Tərlan Həsənovun evinə baxış keçirilməsilə bağlı oraya tərəfindən dəvət edilmiş iki nəfər də hal şahidləri iştirak etmişlər. Bundan sonra ilk öncə təhqiqatçı tərəfindən Tərlan Həsənova müdafiəçi Rasim Vəliyev təqdim edilmiş həmçinin hüquq və vəzifələri izah olunaq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları, iki nəfər hal şahidləri və müdafiəçinin iştirakları ilə sonuncunun yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilərkən Tərlan Həsənovun bir mərtəbəli kürsülü yaşayış evinin yataq otağındakı taxtın üzərində olan döşəyin altından 1 ədəd siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusu açıldıqda içərisində 4 ədəd sellofan büküm və 10 ədəd həbdən ibarət 1 ədəd blister aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda onların 3 ədədinin içərisində kristal formalı şəffaf rəngli maddə aşkar edilmiş, 1 ədəd nisbətən böyük büküm açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Həmin bükümlər hər biri ayrı-ayrılıqda tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa baxış zamanı yataq otağındakı stolun üstündən 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə flakon aşkar edilərək götürülmüş, iki ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmişdir. Şifahi sorğu zamanı Tərlan Həsənov aşkar edilmiş həmin narkotik vasitələri və psixatrop maddəni özləri istifadə etmək və satmaq məqsədilə bir gün əvvəl dayısıoğlu Adilov Fərhad Mehman oğlu ilə qabacadan razılaşaraq ümumilikdə 300 manata “online” yolla tanımadıqları İran İslam Respublikası vətəndaşının onlara göndərdiyi kart hesabına yükləyərək əldə etdiklərini onlara bildirmişdir. Elə həmin gün Tərlanın saxlanılmasından bir müddət sonra Tərlan Həsənovun yaşadığı küçə olan Göyçay şəhəri Z.Bünyadov küçəsində piyada hərəkət edən Adilov Fərhad Mehman oğlunu görüb ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu və üzərində saxlamaqda şübhəli olduğu üçün polis şöbəsinə dəvət edib birlikdə polis şöbəsinə getmişlər. Oraya getdikdən sonra rayon polis şöbəsinin Növbətçi Hissəsinin qarşısında Fərhad Adilov vəkil Hacıyev Cavidan Natiq oğlu ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsilə Fərhadın üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Fərhad Adilovun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar olunmuş, kağız büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Həmin kağız büküm elektron tərəzidə çəkilmiş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Fərhad Adilov üzərinən aşkar edilmiş sellofan bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olmasını və bir gün əvvəl qohumu Tərlan Həsənovla birlikdə özləri istifadə etmələri və satmaları üçün əldə etdikləri narkotik vasitə heroinin üzərindən götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salehov Ceyhun Şöhrət oğlu və Mehdiyev Samir Xanlar oğlu ayrı-ayrılıqda şahid Vəliyev Rəşid Rəşid oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayılov Cavid Ağahüseyn oğlu ifadəsində göstərmişdir ki, Həsənov Tərlan Zahir oğlunun yaşadığı evə xx.xx.2022-ci il tarixdə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Baxışda onunla bərabər digər hal şahidi, müdafiəçi və polis əməkdaşları iştirak etmişdir. Baxış keçirilərkən Tərlan Həsənovun bir mərtəbəli kürsülü yaşayış evinin yataq otağındakı taxtın üzərində olan döşəyin altından 1 ədəd siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusu açıldıqda içərisində 4 ədəd sellofan büküm və 10 ədəd dərman həbi aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda onların 3 ədədinin içərisində kristal formalı şəffaf rəngli maddə aşkar edilmiş, 1 ədəd nisbətən böyük büküm açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, həmin bükümlər hər biri ayrı-ayrılıqda tərəzidə çəkilmiş və sonra qablaşdırılaraq götürülmüşdür. Bundan başqa baxış zamanı yataq otağındakı stolun üstündən 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə flakon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid Mikayılov Şirvan Mikayıl oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da şahid Cəbrayılov Cavid Ağahüseyn oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Babayev Habil Paşa oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Tərlan taksi ilə yaşadığı ünvana gəlmiş, özünə məxsus 2 ədəd dəmir materiallı çarpayı dəstini və 1 ədəd ağır çəkili çəkic olmasını bildirmiş və həmin əşyalar lazımsız olduğu üçün satmaq istədiyini ona demişdir. O da Tərlanın taksi ilə gətirdiyi əşyalara baxıb almağı razılaşmışdır. Tərlanın satmaq üçün gətirdiyi 2 ədəd çarpayı dəstini və 1 ədəd ağır çəkili çəkici sonuncudan ümumilikdə 45 manata almış, ancaq həmin əşyaların oğurluq olmasını bilməmişdir. Həmin gündən bir neçə gün sonra polis əməkdaşları yaşadığı evə gələn zaman o, Tərlanın ona satdığı 2 ədəd çarpayı dəstini və 1 ədəd ağır çəkili çəkici polislərə təqdim etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, ünvan 7 ünvanında yaşayan Adilov Fərhad Mehman oğlunun və ünvan 8da yaşayan Həsənov Tərlan Zahir oğlunun narkotik vasitələrin və psixotrop maddələrin alüdəçisi olması, üzərilərində və evdə saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Adilov Fərhad Mehman oğlunun və Həsənov Tərlan Zahir oğlunun cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Həsənov Tərlan Zahir oğlu yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 23). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə hal şahidlərinin, müdafiəçinin, polis əməkdaşlarının və Tərlan Həsənovun iştirakı ilə sonuncunun yaşadığı ünvana baxış keçirilmiş, baxış keçirilən zaman yataq otağındakı taxtın üzərində olan döşəyin altından 1 ədəd siqaret qutusunun içərisində 3 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə qablaşdırılmış 0,866 qram, 0,984 qram, 0,998 qram olmaqla ümumi təmiz çəkiləri 2,848 qram psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan təmiz çəkisi 14,201 qram olan həmin narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd blisterdə olan 10 ədəd narkotik vasitə metadon tabletləri, 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə flakon aşkar olunaraq götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 23-31). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Adilov Fərhad Mehman oğlunun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 0,199 qram heroinə bənzər kütlə bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qabaşdırlmış formada aşkar edilərək götürülmüş, şəxsi axtarışın əks olunduğu video çəkiliş CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 51-54). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 17/57 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “Vət. F.Adilovun üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan qəhvəyi rəngli maddə.” Sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,199 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Həsənov Tərlan Zahir oğlunun yaşadığı evdən aşkar edilərək götürülmüş 4 ədəd bükümlər və 1 ədəd blister” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 14,201 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 03(üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,866 qr., 0,984 qr., və 0, 998 qr., ümumi təmiz çəkiləri – 2,848 qram olan maddələr “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra № 27) daxil olan – metamfetamindir. Üzərində “Methodone 40” yazısı olan 01(bir) ədəd blisterdə 10(on) ədəd dairəvi formalı həblərin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. T.Həsənovun yaşadığı evdən aşkar edilərək götürülmüş 2 ədəd şpris və 1 ədəd şüşə flakon.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şüşə flakonda, 01 ədəd 1ml-lik və 01 ədəd 3ml-lik şprislərdə olan maddə hissəcikləri – heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təqdim olunmuş heroinlər ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş 01(bir) ədəd kağız bükümdə və 01(bir) ədəd sellofan bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 03(üç) ədəd şəffaf sellofan bükümlərdə olan metamfetamin tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 64-67). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işinin ********* nömrəsi altında davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 148-149). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, Göyçay rayon sakini Səmədov Rüstəm Eldar oğlu həmin tarixdə saat 08:59-da DİN “102 xidməti”nə zəng edərək qeyd etdiyi ünvanda usta kimi işlədiyi pəncərəni açma yolu ilə daxil olan şəxsin 02 ədəd çarpayının oğurlanması barədə məlumat vermişdir (cild 01, iş vər. 152). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Səmədov Rüstəm Eldar oğlu həmin tarixdə Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 09-11 iyul 2021-ci il tarix arasında usta işlədiyi Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Adilov Mehman Əşrəf oğoluna məxsus fərdi yaşayış evindən hər birinin ayrıayrılıqda dəyəri 40 manat olan 02 ədəd dəmir çarpayı və 30 manat dəyərində 01 ədəd kuvaldın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir (cild 01, iş vər. 153). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Adilov Mehman Əşrəf oğluna məxsus fərdi yaşayış evidir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 156-159). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Adilov Mehman Əşrəf oğlu həmin tarixdə Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən xx.xx.2021-ci il tarixdə 02 ədəd dəmir çarpayı və 01 ədəd çəkicin qohumu Həsənov Tərlan Zahir oğlu tərəfindən oğurlandığını bildirmişdir (cild 01, iş vər. 161). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış və götürmə” protokoldan görünür ki, həmin tarixdə ünvan 9 ünvanında yaşayan Babayev Habil Paşa oğlunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı 02 ədəd dəmir çarpayı və 01 ədəd çəkic aşkar olunaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 168-171). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5261 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 110,0 manat müəyyən olunur. O cümlədən 2 ədəd 1,90 metr uzunluğunda və 0,90 metr enində dəmir çarpayı dəsti – 80.00 (2x40m) manat, 1 ədəd dəmir materialdan hazırlanmış ağır çəkic - 30,00 manat təşkil edir (cild 01, iş vər. 177- 178). Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(046)-4/2022 saylı qərarından görünür ki, ünvan 10 ünvanında yaşayan Həsənov Tərlan Zahir oğlunun yaşadığı evə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 222-223). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Həsənov Tərlan Zahir oğlunun müdafiəçinin iştirakı ilə ifadəsi hadisə yerində yoxlanılmış, Tərlan Həsənov Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yerləşən Adilov Mehman Əşrəf oğluna məxsus fərdi yaşayış evindən oğurluq etməsi ilə bağlı ifadəsində bildirdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərmiş və müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 02, iş vər. 23-26). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Adilov Fərhad Mehman oğluna məxsus “POCOPHONE by Xiaomi” markalı mobil telefona özünün və müdafiəçisi Hacıyev Cavidan Natiq oğlunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Fərhad Adilovun qohumu Həsənov Tərlan Zahir oğlu ilə birlikdə əldə etdikləri narkotik vasitəni tutulmazdan əvvəl “Watsap” sosial şəbəkəsində adını “Qəhrəman” kimi təqdim edən +98 ********** saylı mobil nömrəni işlədən tanımadıqları İran vətəndaşı ilə əlaqə yaratdıqları mesajlaşmanın və səs yazılarının olması müəyyən edilmişdir. Həmin məlumatlar iş üçün əhəmiyyət kəsb etdiyindən səs yazıları 01 ədəd CD diskə və yazışmalar isə A4 vərəqlərinə çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuş (cild 02, iş vər. 27-32). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Həsənov Tərlan Zahir oğluna məxsus “honor” markalı mobil telefona müdafiəçisi Vəliyev Rasim Cəfər oğlunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Tərlan Həsənov “Watsap” sosial şəbəkəsində adını “Əkbər Elnur” kimi təqdim edən +98 ********** saylı mobil nömrəni işlədən tanımadığı İran vətəndaşı ilə əlaqə yaratdığı mesajlaşmanın olması müəyyən edilmişdir. Həmin məlumatlar iş üçün əhəmiyyət kəsb etdiyindən yazışmalar A4 vərəqinə çıxarılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 02, iş vər. 33-34) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin 05 mart 2022-ci il tarixli 4160 nömrəli məktubu ilə daxil olmuş CD diskdə olan abunəçilər və telefon danışıqları haqqında məlumatlara baxış keçirilmiş və baxış zamanı abunəçilər qrafasında 050 *** ** ** saylı mobil telefon nömrəsinin Adilov Fərhad Mehman oğlunun adına olması, 050 *** ** ** saylı mobil nömrənin isə Rəhimov Bəhruz Abdul oğlunun adına müəyyən edilmişdir. Qeyd olunan nömrə Bəhruz Rəhimovun adına olsa da, həmin mobil nömrəni Həsənov Tərlan Zahir oğlunun istifadə etməsi müəyyən edilmişdir. Qeyd olunan mobil telefon nömrələrinin daha çox hansı telefon nömrələri ilə əlaqə saxlamasını və kimlərlə mesajlaşmalar həyata keçirdiyini müəyyən etmək məqsədilə SMS.txt qrafasına baxış keçirilmiş və çoxlu sayda mesajlaşmaların olması müəyyən edilmiş, çıxarılaraq cinayət işinə əlavə edilmişdir (cild 02, iş vər. 51-53). Cinayət işinin materiallarında olan “Göyçay RMX” publik hüquqi şəxsdən alınmış 14 aprel 2022-ci il tarixli 1393 saylı məktubda göstərilmişdir ki, Göyçay şəhəri Z.Bünyadov küçəsi ev 1 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Həsənov Tərlan Zahir oğlu narkaloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Göyçay şəhəri H.Əliyev prospekti ev 3-də yaşayan Adilov Fərhad Mehman oğlu xx.xx.2019-cu il tarixdən “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetlərdə qeydiyyatdadır, psixiatrik kabinetdə qeydiyyatda yoxdur (cild 02, iş vər. 71). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2022-ci il tarixli 539 №-li rəyindən görünür ki, Adilov Fərhad Mehman oğlunun narkotik vasitələrdən istifadə edir. Psixatrop maddə olan metamfetamindən və metadondan sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 73). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2022-ci il tarixli 540 №-li rəyindən görünür ki, Həsənov Tərlan Zahir oğlunun narkotik vasitələrdən istifadə edir. Psixatrop maddə olan metamfetamindən və metadondan sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 74). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 15 aprel 2022-ci il tarixli 6/1568 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR ƏN Məhkəmə Ekspertiza mərkəzi Şəki RB-nə məxsus “N3” ştamp əksi, “Ekspert rəyi 17,57... 14 yanvar 2022-ci il... HK-1/76... Göyçay RPŞ...” yazıları olan 01 ədəd kağız paketdəki üzərində “Methadone 40..Faran” yazıları olan blisterdə üzərlərində “FM40” yazısı həkk olunmuş 10 (on) ədəd dərman tabletlərinin tərkibində ümumi təmiz çəkisi 0,4 qram metadon maddəsi müəyyən edildi. Metodon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış” narkotik vasitələrin siyahısına daxildir (cild 02, iş vər. 75-78). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlunun barəsində CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 132-151). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarxdə ünvan 7 ünvanında yaşayan Adilov Fərhad Mehman oğlunun və ünvan 8da yaşayan Həsənov Tərlan Zahir oğlunun narkotik vasitələrin və psixotrop maddələrin alüdəçisi olması, üzərilərində və evdə saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Həsənov Tərlan Zahir oğlunun yaşadığı ünvana gedilərək qanunvericiliyin tələbləri çərçivəsində hal şahidlərinin iştirakı ilə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə bənzər kütlələr və metadon həbləri, o cümlədən digər əşyalar aşkar olunmuşdur. Daha sonra Adilov Fərhad Mehman oğlu saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə Fərhad Adilovun üzərinə şəxs axtarış keçirilən zaman əynində olan şalvarın cibindən içərisində narkotikə bənzər kütlə olan 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Həsənov Tərlan Zahir oğlunun yaşadığı evə baxış keçirilərək narkotik maddənin, psixotrop maddənin və metadon həblərinin aşkar edilməsi zamanı, habelə Adilov Fərhad Mehman oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(046)-4/2022 saylı qərarı ilə ünvan 10 ünvanında yaşayan Həsənov Tərlan Zahir oğlunun yaşadığı evə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir və həmin qərar hazırda qüvvədədir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Eyni zamanda, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Habelə, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətləridir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxs Həsənov Tərlan Zahir oğluna qarşı CM-in 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Adilov Fərhad Mehman oğluna qarşı isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlunun cinayət əməlləri təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması və başqa istintaq hərəkətinin protokolları, o cümlədən biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Tərlan Həsənovun evdən aşkar olunan narkotik vasitənin ona məxsus olması, Fərhad Adilovun həmin narkotik vasitəyə heç bir aidiyyətinin olmaması və aşkar olunan narkotik vasitənin şəxsi istifadəsi üçün əldə edib özündə saxlaması barədə, təqsirləndirilən şəxs Fərhad Adilovun isə üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olması, yalnız istifadə üçün əldə edib üzərində saxlaması, Tərlan Həsənovun evindən aşkar olunanlarla onun heç bir əlaqəsinin olmaması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, hər iki şəxs ibtidai istintaq zamanı heç bir təsir altında qalmadan müdafiəçinin də iştirakı ilə dindirilərkən narkotik vasitənin, psixotrop maddənin və metadon həblərinin necə əldə olunması, hansı qiymətə əldə olunması barədə ətraflı ifadə vermiş, onların həmin ifadələri isə iş üzrə toplanmış sübutlarla (şəxslərin telefonlarına keçirilən baxış zamanı əldə olunan dəlillərlə (səs yazıları və s.), habelə telefon məlumatlarına baxış keçirilərkən əldə olunan məlumatlarla (SMS yazışmaları) və s.) üst-üstə düşərək biri digərini tamamlamışdır. Odur ki, məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Əksinə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrin həqiqəti əks etdirdiyi və təkzib olunmadığı üçün həmin ifadələri əsaslı sübut növü kimi qəbul edir və təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın əsasına məhz həmin ifadələri qoyur. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlara (ona məxsus evdən oğurlanan əşyaların Tərlan Həsənovun özünə məxsus olması ilə bağlı qeyd etdiyi xüsusatlara) gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs Mehman Adilovun təqsirləndirilən şəxs Tərlan Həsənovun doğma dayısı, yəni qohumu olması onun məhkəmə istintaqı zamanı sonuncunun xeyrinə ifadə verməsini anlaşılan edir. Halbuki zərərçəkmiş şəxs özü ibtidai istintaq zamanı ərizə ilə polis şöbəsinə müraciət etmiş və həmin ərizəsində ona məxsus fərdi yaşayış evindən oğurlanan əşyaların məhz qohumu Tərlan Həsənov tərəfindən talandığını bildirmişdir. Odur ki, məhkəmə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşı və onunla razılaşmır. Təqsirləndirilən şəxs Tərlan Həsənova qarşı irəli sürülən ittihamın əsasına isə zərərçəkmiş şəxsin məhz ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Adilov Fərhad Mehman oğlu ailəsi (atası, anası və qardaşı ilə) birlikdə Göyçay şəhəri, H.Əliyev prospekti ev 3 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (cild 01, iş vərəqi 80-82) İş materiallarına əlavə edilmiş tələbnamədən və qərarın surətindən görünür ki, Adilov Fərhad Mehman oğlu Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 01 il 07 ay 10 gün hissəsi 09 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. (cild 02, iş vər. 01-06) Təqsirləndirilən şəxs Adilov Fərhad Mehman oğlu tərəfindən hazırki cinayət əməli törədilərkən onun əvvəlki hökm üzrə məhkumluğu ödənilməsə də, şəxsin əməlində cinayətlərin residivi müəyyən olunmur. Belə ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından göründüyü kimi, Fərhad Adilov Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonradan həmin hökm üzrə üzərinə qoyulan vəzifələrin icrasından qərəzli boyun qaçırdığına görə həmin cəza azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Belə olan halda, Fərhad Adilova məhz sözügedən hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, hazırda onun əməlində cinayətlərin residivi yaranmır. Qeyd olunalara əsasən məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxs Adilov Fərhad Mehman oğlunun əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Həsənov Tərlan Zahir oğlu ailəsi (anası və qardaşı ilə) birlikdə ünvan 11 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir. (cild 01, iş vərəqi 83-85) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Həsənov Tərlan Zahir oğlu Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (cild 01, iş vər. 241-253). İş materiallarına əlavə edilmiş Göyçay Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə olunmuş qərarın surətindən görünür ki, Həsənov Tərlan Zahir oğlu Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş 01 il 01 ay müddətinin 01 ilindən azad edilmiş, cəzası başa çatdığı üçün Göyçay Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Həsənov Tərlan Zahir oğlunda hazırki cinayət əməlini törədərkən əvvəlki hökm üzrə mövcud olan məhkumluğu ödənilməsə də, onun əməlində cinayətlərin residivi müəyyən olunmur. Belə ki, iş materiallarına əsasən Tərlan Həsənov Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “08 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş 01 il 01 ay müddətinin 01 ilindən azad edilmişdir. Göründüyü kimi, həmin qərarla o, cəzasının çəkilməmiş 01 il 01 ay müddətinin 01 ilindən azad edilmiş, sonra isə cəzası başa çatdığı üçün Göyçay Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Yəni həmin qərarla onun məhkumluğu üzərindən götürülməmişdir. Belə olan halda, onun məhkumluğu nəzərə alınmalıdır. Lakin Tərlan Həsənova da əvvəlki hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, hazırda onun əməlində cinayətlərin residivi yaranmır. Qeyd olunalara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxs Həsənov Tərlan Zahir oğlunun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. Odur ki, məhkəmə kollegiyası Adilov Fərhad Mehman oğlunun əməlində cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallar olmasa da, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, əvvəllər də qəsdən cinayət əməli törətdiyinə görə məhkum olunduğunu və məhkumluğu ödənilmədən nəticə çıxarmayaraq yenidən qəsdən, bu dəfə ağır cinayət əməli törətməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda, məhkəmə kollegiyası Həsənov Tərlan Zahir oğlunun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, habelə şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmasa da, əvvəllər məhkum olunmasını, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasından nəticə çıxarmayaraq məhkumluğu ödənilmədən bu dəfə qəsdən ağır cinayət əməli törətməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxs yalnız bu növdə cəza çəkməklə və real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Adilov Fərhad Mehman oğlu və Həsənov Tərlan Zahir oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan və Göyçay Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarlarından görünür ki, Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barələrində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 19, 47, 139-147). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onların hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlu barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və Həsənov Tərlan Zahir oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, Adilov Fərhad Mehman oğlunun isə yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 14,300 qram heroin, 2,698 qram metamfetamin və 08 ədəd metadon tableti, 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 dəst dəmir çarpayı və 01 ədəd çəkicin zərərçəkmiş şəxs Adilov Mehman Əşrəf oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 229,10 AZN (iki yüz iyirmi doqquz manat, on qəpik) Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlunun hər birindən 114,55 AZN (bir yüz on dörd manat, əlli beş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Həsənov Tərlan Zahir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Həsənov Tərlan Zahir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Həsənov Tərlan Zahir oğluna qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həsənov Tərlan Zahir oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Həsənov Tərlan Zahir oğlu barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Həsənov Tərlan Zahir oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Adilov Fərhad Mehman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Adilov Fərhad Mehman oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Adilov Fərhad Mehman oğlu barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Adilov Fərhad Mehman oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Göyçay Rayon Polis Şöbəsində saxlanılan 14,300 qram heroin, 2,698 qram metamfetamin və 08 ədəd metadon tableti, 2 ədəd şpris, 1 paket ağzı açılmış limon duzu, 1 ədəd elektron tərəzi və 1 ədəd şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 dəst dəmir çarpayı və 01 ədəd çəkicin zərərçəkmiş şəxs Adilov Mehman Əşrəf oğluna qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 229,10 AZN (iki yüz iyirmi doqquz manat, on qəpik) Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğlunun hər birindən 114,55 AZN (bir yüz on dörd manat, əlli beş qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Həsənov Tərlan Zahir oğlu və Adilov Fərhad Mehman oğluna isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-137/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-137/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver