Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-138/2021 02.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Vəkil Bürosunun vəkilləri X3 və X5 xx.xx.1989-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Yevlax rayon məhkəməsinin 28.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 xx.xx.1962-ci il tarixdə Göyçay rayonu Aşağı Qaraməryəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayon məhkəməsinin 03.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 04 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Göyçay rayonu Potu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan müddətdə, mənbədən və istintaqa məlum olmayan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə edərək həmin heroinin külli miqdar hesab edilən 3,040 qram hissəsini və psixotrop maddə metamfetaminin 1,152 qram hissəsini 17.01.2021-ci il tarixdə, saat 16:30-da Göyçay şəhərində, dördyol deyilən ərazidə yerləşən “Bəyaz Market” adlanan mağazanın yaxınlığında Təqsirləndirilən şəxs1 ümumilikdə 300 manata satmış, sonuncu 23 yanvar 2021-ci il tarixdə, saat 09 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göyçay şəhəri, Nizami küçəsində saxlanıb rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 07 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda qablaşdırılmış, təmiz çəkiləri 0,352 qr., 0,373 qr., 0,842 qr., 0,375 qr., 0,366 qr., 0,351 qr., 0,381 qr. olmaqla ümumi təmiz çəkisi - 3,040 qram külli miqdarda narkotik vasitə olan heroin, eləcə də 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda qablaşdırılmış, təmiz çəkiləri 0,069 qr., 0,421 qr., 0,092 qr., 0,070 qr., 0,423 qr., 0,077 qr. olmaqla ümumi təmiz çəkisi - 1,152 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, 24.01.2021ci il tarixdə saat 20 radələrində isə özünün yaşadığı Yevlax şəhəri, Dəmir yolu Binası ev 13, m. 24 ünvana baxış keçirilərkən otaqda olan güzgülü trumonun içərisində 01 ədəd sellofan bükümdə saxladığı 0,041 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 17.01.2021-ci il tarixdə, saat 16:30-da Göyçay şəhərində, dördyol deyilən ərazidə yerləşən “Bəyaz Market” adlanan mağazanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 300 manat pul müqabilində qanunsuz olaraq külli miqdar hesab edilən 3,040 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,152 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, həmin heroini ayrı-ayrılıqda 0,352 qr., 0,373 qr., 0,842 qr., 0,375 qr., 0,366 qr., 0,351 qr., 0,381 qram təmiz çəkilərdə 07 ədəd sellofan bükümlərdə, psixotrop maddə metamfetamini isə ayrı-ayrılıqda 0,069 qr., 0,421 qr., 0,092 qr., 0,070 qr., 0,423 qr., 0,077 qram çəkilərdə 06 ədəd sellofan bükümlərdə qablaşdırılmaqla satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlamış, 23 yanvar 2021-ci il tarixdə, saat 09 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göyçay şəhəri, Nizami küçəsində saxlanıb rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 07 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,352 qr., 0,373 qr., 0,842 qr., 0,375 qr., 0,366 qr., 0,351 qr., 0,381 qr. olmaqla ümumi təmiz çəkisi - 3,040 qram külli miqdarda narkotik vasitə olan heroin, eləcə də 06 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,069 qr., 0,421 qr., 0,092 qr., 0,070 qr., 0,423 qr., 0,077 qr. olmaqla ümumi təmiz çəkisi - 1,152 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən dekabr ayında Yevlax şəhər sakini mərhum X12 onun yanına gələrək ciyər xəstəliyindən əziyyət çəkdiyini artıq ölüm ayağında olduğunu, özü artıq heroin və metamfetamindən istifadə etmədiyini bildirərək özündə qalan 7-8 qram narkotik vasitə olan heroin və 7-8 qram metanfetamin psixotrop maddəsini ona satmışdır. Göyçay rayon sakini ağ rəngli “Vaz 2106” markalı, ** ME *** dövlət qeydiyyat nişalı avtomobili olan Təqsirləndirilən şəxs1 məhkum yoldaşı olan Göyçay şəhər sakini “Yetim” ləqəbli Ruslan Qasımovun vasitəsi ilə tanımış, Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində “Yetim” ləqəbli X17 ilə onun yaşadığı ünavana gələrək özü üçün heroin lazım olduğunu bildirmişdir. Mərhum Faiqin ona satdığı heroindən 1 bükümünü 40 manata Madərə satmışdır. Bundan sonra Madər öz telefon nömrəsindən onun istifadəsində olan nömrəyə bir neçə dəfə zəng vurub heroin almaq istədiyini bildirsə də, Təqsirləndirilən şəxs1 heroin sata bilməyəcəyini demişdir. 17 yanvar 2021-ci il tarixdə günorta saatlarından sonra Madər ona zəng vurub özü istifadə etmək üçün hər birindən 5-6 qram heroin və metamfetamin istəmiş, mərhum Faiq Rzayevin ona satdığı heroinin və metamfetaminin qalan hissəsini Madərə 300 manata sata biləcəyini bildirdikdən sonra Göyçay şəhərində Ucar-Göyçay avtomobil yolunun kənarında “Bəyaz Market” adlı mağazanın yanında 1 bükümdə təxminən 4 qram heroin və 1 bükümdə təxminən 2-3 qram metamfetamini Göyçay şəhərində dördyol deyilən yerin yaxınında, Ucar yolunun üstünə “Bəyaz Market” mağazasının yanında Madərin idarə etdiyi avtomaşında sonuncuya verib 300 manat pul almışdır. Daha sonra isə Madərlə sağollaşıb yaşadığı Yevlax şəhərinə qayıtmışdır. 24 yanvar 2021-ci il tarixdə isə saat 16 radələrində Yevlax şəhəri ərazisində tək piyada gedərkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək özləri ilə Yevlax rayon polis şöbəsinə getməyi dəvət etmişlər. Polislərlə birlikdə polis şöbəsinə getdikdən sonra şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən axtarış zamanı üzərində heç bir narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. Daha sonra dindirilərkən yaşadığı ünvanda otaqda olan güzgülü trumonun içərisində özü istifadə etməsi üçün 1 ədəd bükümdə heroin saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə ünvan 4 ünvana baxış keçirən zaman otaqda qarşıda olan altına ayaqqabılar yığılmış güzgülü trümonun içərisindən mərhum Faiq Rzayevdən aldığı 1 ədəd şəffaf sellofan bükümdə özü isitifadə etməsü üçün saxladığı heroin aşkar olunmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus ağ rəngli “Vaz 21063” markalı, **-ME-*** dövlət qeydiyyat nişalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, bir neçə il əvvəldən narkotik vasitələrdən istifadə etmişdir. “Qoçu” ləqəbli Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edən tanışı “Yetim” ləqəbli Ruslan Qasımovun vasitəsi ilə tanımış, belə ki, özünə məxsus “Vaz 21063” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ruslan Qasımovla 09.12.2020-ci il tarixdə Yevlax şəhərinə heroin alarkən görüşmüşdür. 17 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 zəng vuraraq sonuncudan narkotik vasitə istəmiş, Mənsur da ona 300 manata heroin və metamfetamin gətirə biləcəyini bildirmişdir. Saat 1630-da Mənsurla Göyçay şəhərində dördyolun yaxınında, Ucar-Göyçay avtomobil yolunun kənarında “Bəyaz” marketin yaxınlığında görüşərək Təqsirləndirilən şəxs2 ümumilikdə 300 manat pul verib bir ədəd sellofan bükümdə təxminən 4 qram heroin, bir ədəd sellofan bükümdə isə təxminən 2 qram metamfetamin almışdır. Sonra həmin heroindən və metamfetamindən bir qismini özü istifadə etmiş, qalan hissələrini isə ayrı-ayrılıqda sellofan bükümlərə qablaşdırıb özü istifadə etməsi üçün saxlamışdır. 23 yanvar 2020-ci il tarixdə saat 09 radələrində özünə məxsus “Vaz 21063” markalı, **-ME-*** dövlət qeydiyyat nişalı avtomobili ilə Göyçay şəhəri, Nizami küçəsində, poliklinikanın yaxınında olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Göyçay rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitələrin qanunsuz saxlamağından şübhələndiklərini və özləri ilə Göyçay rayon polis şöbəsinə getməyi dəvət etmişlər. Polislərlə birlikdə Göyçay rayon Polis Şöbəsinə getdikdən sonra orada şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı 6 ədəd şəffaf selofan bükümlərdə kristal halında “şüşə” deyilən metamfetamin psixotrop maddələri, eləcə də 7 ədəd şəffaf selofan bükümlərdə heroin narkotik vasitələri aşkar olunmuşdur. Aşkar olunmuş vasitələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, avtomaşınına və yaşadığı evə baxış keçirilən zaman avtomaşından və evindən narkotik və psixotrop maddələr, eləcə də qanunla qadağan olunmuş başqa hər hanası bir əşya aşkar edilməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, aşkar olunmuş psixotrop maddəni və narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göyçay rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay rayonun Potu kənd sakini Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi VAZ 2106 markalı **-ME- *** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasətələri gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə 23 yanvar 2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 Göyçay şəhəri, Nizami küçəsində poliklinikanın yaxınlığında idarə etdiyi “Vaz 21063” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında tək dayanmış Təqsirləndirilən şəxs1 yaxınlışaraq özlərini təqdim etdikdən sonra sonuncuya qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə Göyçay rayon Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara etiraz etməyərək idarə etdiyi “Vaz 21063” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onlarla birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişdir. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən içərilərində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər ümumilikdə 13 ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlər birlikdə elektron tərəzidə çəkildikdə isə ümumilikdə çəkiləri 1,3 qram olmuşdur. Həmçinin, içərisində bozumtul rəngli heroin narkotik vasitəsinə oxşar maddələr olan 7 ədəd sellofan bükümlər elektron tərəzidə çəkildikdə ümumilikdə çəkiləri - 3,6 qram olmuşdur. Aşkar edilmiş həmin 13 ədəd bükümlər 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs1 avtomobilində və yaşadığı ünvandakı evinə keçirilən axtarış zamanı qanunsuz hər-hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələri Yevlax şəhər sakini Mənsur adlı şəxsdən aldığını bildirdiyinə görə Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının köməkliyi ilə 24 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Yevlax şəhər sakini Təqsirləndirilən şəxs2 Yevlax şəhəri ərazisində saxlanılaraq sonuncuya narkotik vasitələrin satışı ilə məşğul olmaqda üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu izah edilmiş və Yevlax rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 onlara etiraz etməyərək Yevlax rayon Polis Şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən hansısa bir narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda da bir ədəd bükümdə həmin heroindən saxladığını bildirdiyinə görə yaşadığı ünvana gedilərək orada vəkilinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zamanı mənzilə daxil olduqda qarşıda olan ayqqabılar yığılmış güzgülü alçaqboylu trumonun içindəki taxtanın altında içərisində az miqdarda heroinə bənzər boz rəngli maddə olan 1 ədəd şəffaf büküm aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkki işləyən Şahid3, Şahid2, İctimai-təhlükəsizlik Bölməsinin sahə rəisi işləyən Şahid4 və baş inspektor kriminalist işləyən X6 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 24 yanvar 2021-ci il tarixdə saat 2030 radələrində Yevlax şəhərində Fizuli küçəsində mağazaya düşərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bir nəfər şəxsin yaşadığı ünvanda baxış keçirilməsində hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və polislərlə birlikdə yaxınlıqdakı binanın 1-ci mərtəbəsində olan mənzilə baxış keçirilən zaman qapıdan içəriyə daxil olanda qarşıdakı alçaqboylu trümonun içərisindən taxtanın altından 1 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümün içərisində isə az miqdarda boz rəngli toz kimi maddə olmuş, polislər Təqsirləndirilən şəxs2 həmin bükümdəki maddənin nə olması ilə bağlı sorğu etdikdə sonuncu həmin bükümdəki maddənin heroin narkotik vasitəsi olduğunu və özü istifadə etdiyi üçün həmin yerdə gizlədib saxladığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd bükümdəki maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2021-ci il tarixli, 17/61 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümlər.....” sözləri yazılmış zərfin içərisindəki 07 (yeddi) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,352 qr., 0,373 qr., 0,842 qr., 0,375 qr., 0,366 qr., 0,351 qr., 0,381 qram ümumi təmiz çəkisi 3,040 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Digər 06 (altı) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,069 qr., 0,421 qr., 0,092 qr., 0,070 qr., 0,423 qr., 0,077 qram, ümumi təmiz çəkisi – 1,152 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş, ümumilikdə 07 (yeddi) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 06 (altı) ədəd sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2021-ci il tarixli, 17/68 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 yaşadığı otaqda güzgülü trümonun içindən 1 ədəd..... sellofan bükümdə aşkar edilmiş....” sözləri yazılmış 01 ədəd zərfin içərisindək 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,041 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 01 ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdəki heroin ilə digər 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 07 ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2021-ci il tarixli 427 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış markomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2021-ci il tarixli 428 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən, hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayon Məhkəməsinin 21.11.2017-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına, Göyçay rayon məhkəməsinin 16.01.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 01 il, 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması və 500 manat cərimə cəzasına məhkum edilmiş, eyni zamanda həmin məhkəmənin 03.07.2019-cu il tarixli hökmü ilə yenidən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə 02 il, 04 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmişdir. Şəki rayon məhkəməsinin 04.09.2020-ci il tarixli qərarı ilə 11 ay 28 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon məhkəməsinin 28.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23.10.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər ikisi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətdiklərinə görə hər ikisinin əməlində cinayətin residivi vardır. CM-in 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay RİHB-nin Göyçay rayonun Potu kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Göyçay rayonun Potu kəndində yaşayır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhəri, 2 saylı MİS-dən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax şəhəri, Dəmir yolu Binası 13-24 ünvanda yaşayır, onun barəsində Mənzil İstismar sahəsinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış 14 aprel 2021-ci il tarixli 1571 nömrəli məktubda göstərilmişdir ki, Göyçay rayonun Təqsirləndirilən şəxs1 27.12.2019-cu ildən “Narkomaniya” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, psixiatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax ayon Mərkəzi Xəstəxanasından alınmış 13 aprel 2021-ci il tarixli 716 və 984 nömrəli arayışlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 psixiatrik qeydiyyatda yoxdur, 01.11.2018-ci il tarixdən “Narkomaniya”(heroin) diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 23 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 0935-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 24 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1630-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Göyçay rayon məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə X10 Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon İcra və Probasiya Şöbəsinin 25 iyun 2021-ci il tarixli 1(091)-138/21 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 məhkəmənin hökmü ilə üzərində saxlanılmış 500 manat cərimə pulundan 200 manat hissəsini ödəmiş və ödənilməmiş 300 manat hissəsi qalmışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəni psixotrop maddəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş psixotrop maddə və narkotik vasitənin miqdarı, çeşidi ayr-ayrı bükümlərlərdə (13 büküm) saxlanması, daşınması və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, oğlu X7 Qarabağın azad olunması uğrunda 44 günlük Vətən müharibəsində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal cinayətin residividir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, Təqsirləndirilən şəxs2 əlavə cəza təyin olunmasına zərurət yoxdur. CM-in 76.6-cı maddəsinə əsasən Şəki rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl azad edilməsi ləğv edilməli, CM-in 67-ci maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 500 AZN (beş yüz manat) cərimə cəzasının çəkilməmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə hissəsi ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaya qismən və ödənilməmiş 300 AZN (üç yüz manat) cərimə cəzası tam birləşdirilməklə qəti cəza təyin edilməlidir. Odur ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli həbsə alındığı 24 yanvar 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli isə həbsə alındığı 23 yanvar 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlu heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 143,88 (yüz qırx üç manat səksən səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 24 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəki rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl azad edilməsi ləğv edilsin, CM-in 67-ci maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə və 500 AZN (beş yüz manat) cərimə cəzasının çəkilməmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə hissəsi ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaya qismən və ödənilməmiş 300 AZN (üç yüz manat) cərimə cəzası tam birləşdirilməklə qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya və 300 AZN (üç yüz manat) cərimə cəzasına məhkum edilsin. Cərimə cəzası müstəqil icra edilsin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 23 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə məhkəmə məsrəfi olan 143,88 (yüz qırx üç manat səksən səkkiz qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Göyçay rayon Polis Şöbəsində saxlanılan 2,55 qram çəkidə heroin, 1,032 qram çəkidə metamfetamin və 0,021 qram çəkidə qalmış heroin məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-138/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-138/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver