Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-138/2022 01.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi – X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 nümayəndəsi X5 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Ağdaş rayonu Kotanarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Ağdaş rayonu Kotanarx kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29,120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Qəbələ rayonu Daşca kəndində yerləşən dayısı X6 məxsus fərdi yaşayış evində dayısı oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə yemək yeyib orada özü tək başına spirtli içki qəbul etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 ilə birlikdə Qəbələ rayonunun Zarağan kəndində yerləşən qohumları X2 evinə qonaq gəlib, sonuncunun azyaşlı oğlu Şahid2 və bacısı Zərərçəkmiş şəxs2 evdə tək olması səbəbindən gecəni orada qaldığı vaxt 23 oktyabr 2022-ci il tarixə keçən gecə saat 01 radələrində harada yatacağını soruşmaq üçün bacısı Zərərçəkmiş şəxs2 yatdığı otağa daxil olarkən, orada dayısı oğlu Zərərçəkmiş şəxs1 çarpayıda Zərərçəkmiş şəxs2 yanında uzanıb yorğanı üzərinə çəkərək sonuncunun əlindən tutmasını görmüş, sonuncular onu görüb ayağa qalxdıqda yaxınlaşıb onlar arasında hər hansı intim və ya sevgi münasibətlərinin olmasından şübhələnib qısqanclıq zəminində qisas alıb Zərərçəkmiş şəxs1 və bacısı Zərərçəkmiş şəxs2 qəsdən öldürmək niyyəti ilə sərxoş halda cibindən çıxartdığı, dayısı Şahid4 məxsus mağazada ona kömək edərkən malların üzərindəki yapışqanlı lenti kəsmək üçün istifadə etdiyi və üzərində saxladığı soyuq silah hesab edilməyən açılıb-qatlanan bıçağın kəsici hissəsi ilə əvvəl Zərərçəkmiş şəxs1 boyun və döş qəfəsi nahiyələrinə ardıcıl ümumilikdə 7 (yeddi) ədəd bıçaq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs1 zərbələrin təsirindən yerə yıxıldıqdan sonra isə vəziyyəti ona izah etməyə çalışan bacısı Zərərçəkmiş şəxs2 ardıcıl olaraq bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 8 (səkkiz) ədəd bıçaq zərbəsi vuraraq, həmin vaxt Zərərçəkmiş şəxs1 “boyunun sağ aşağı hissəsində V və Vİ boyun fəqərələri səviyyəsində onurğa beyninin zədələnməsi səbəbli hər iki yuxarı ətraflarda natamam, hər iki aşağı ətraflarda tam və çanaq orqanlarının funksiyasının pozulması ilə müşayiət olunan paraplegiya (hissiyatın pozulması) ilə müşayiət olunan, döş qəfəsinin arxa sağ yuxarı boyuna yaxın hissədən və döş qəfəsinin ön sol yuxarı hissəsindən döş boşluğuna nüfuz edən, hər iki tərəfli hemopnevmotoraksa müşayiət olunan, boyunun arxa yuxarı sol və sağ hissəsinin deşilmiş-kəsilmiş yaraları, sol əlin İV-V barmaqların orta falanqalarının ovuc səthinin səthi kəsilmiş yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs2 “döş qəfəsinin arxa sol kürəkaltı nahiyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan, döş qəfəsinin ön sol yuxarı orta hissəsinin döş boşluğuna nüfuz etməyən, boyunun sol ön aşağı hissəsinin, sol çiyinin ön səthinin, sol bazunun bayır yuxarı və ön aşağı 1/3 hissəsinin, sol mil-bilək oynağının deşilmiş kəsilmiş yaraları, sağ bazunun ön yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri yetirmiş, daha sonra onların yetirdiyi xəsarətlərdən öləcəklərini düşünərək evin həyətində dayanmış dayısı X6 məxsus və əvvəlcədən idarə etmək üçün sonuncu tərəfindən ona razılıq verilmiş “Hyundai Getz” markalı ** GT *** dövlət nömrə nişanlı avtomobilə minib sərxoş vəziyyətdə idarə edərək hadisə yerini tərk etmiş, yolda Qəbələ rayonu Savalan kəndi ərazisində avtomobilin idraəetməsini itirib yolun kənarına çıxmış, avtomobilin yararsız hala düşməsi səbəbindən həmin avtomobil ilə hərəkət edə bilmədiyindən avtomobili orada atıb piyada şəkildə yaşadığı Ağdaş rayonuna getmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun zərbələrindən yayınaraq özlərini müdafiə etməklə bıçağın zərbələrinin öldürücü qüvvəsinin qarşısını almaları, həmçinin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatları xilas edildiyindən, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməyib, qəsdən iki şəxsi öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 29,120.2.7-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yalnız Murad və Gülnarəyə bıçaqla xəsarət yetirməyi ilə bağlı özünü təqsirli bilir. Belə ki, Zərərçəkmiş şəxs1 onun dayısı oğlu, Zərərçəkmiş şəxs2 isə doğma bacısıdır. Bacısı ilə həmişə yaxşı münasibəti olmuşdur. Aralarında heç zaman dava-dalaş münaqişə, narazılıq ədavət olmamışdır. O, Ağdaş rayon Kotanarx kəndində qeydiyyatda olsa da son zamanlar Qəbələ rayon Daşca kəndində dayısı Nurlangildə qalmış və sonuncuya məxsus olan Zarağan kəndində avtomobil təmiri hissələri mağazasında satıcı kimi işləmişdir. Həmin mağaza dayısı Nurlana məxsusdur. 22 oktyabr 2021-ci il tarixdə gündüz saatalarında Zərərçəkmiş şəxs1 təhsil aldığı Gəncə şəhərindən Daşca kəndinə gəlmişdir. Həmin kənddə Muradın əmisi, onun isə dayısı Elbrusa məxsus ev olmuş və Murad arabir həmin evdə gəlib qalmışdır. Həmin gün Zarağan kəndində yaşayan xalası Gülnar ona zəng edərək mobil telefonda “evimizdə kimsə yoxdur, gedib bizim evdə qalarsan, Bakı şəhərinə getmişəm, bacın Gülnarədə də Gəncədən gəlib, o da təkdir” deyə bildirmişdir. Belə ki, bacısı da 3-4 gün olarmış ki, oxuduğu Gəncə şəhərindən xalasıgilə qonaq gəlmiş və orada qalmışdır. O, xalasına Muradın da Gəncədən gəldiyini deyəndə xalası Muradın da onlara gedib qalmasını demişdir. Belə ki, Murad ona vatsap vasitəsi ilə sms yazaraq “Gəncədən gəlirəm, məni avtomobilimlə Daşca yolundan götür” deyə bildirmişdir. O dayısı Nurlangildə olan və dayısı Elbrusa məxsus, Muradın isə baş etibarnaməsi olan Hundai markalı avtomobil ilə Muradı Daşca kəndindən götürməli olmuşdur. Həmin avtomobil Daşca kəndində qalmış və Murad kəndə gələndə avtomobili özü idarə etmişdir. Saat 23 radələrində Murad təkrar əlaqə saxlamış və ona “Daşca yoluna çatmışam, gəl məni götür” deyə bildirmişdir. O da dayısıgildən Elburusun Hundai markalı, avtomobilinin açarlarını evdən divardan asıldığı yerdən götürüb təkcə Muradı qarşılamağa getmişdir. Onun evdən avtomobil ilə çıxıb getməyini dayısı Nurlan görmüşdür. O avtomobili idarə edib Daşca kəndində yolun girəcəyindən Muradı qarşılamış, orada Murad özü istəyərək sükana oturmuşdur. Murad ona “Bazarstore mağazasına gedək deyə” bildirmişdir. Birgə Zarağan kəndinin mərkəzindəki “Bazarstore” mağazasına gəlmişlər. Orada hər ikisi avtomobildən düşmüş, Murad mağazadan ərzaq məhsulları və ona 1 ədəd 250 qramlıq araq almış, sonra Daşca kəndinə dayısı Elburusun evinə getmişlər. Evdə heç kim olmamış, apardıqları ərzaqları bişirib yemişlər. O özü təkbaşına aldığı arağın təxminən yarısını içmişdir. Murad isə araq içməmiş, çünki o namaz qılan şəxs olmuşdur. Aralarında heç bir söz-söhbət olmamış, normal münasibətdə olmuşlar. Daha sonra gecə saatlarında Hyundai markalı avtomobili ilə Zarağan kəndinə xalasıgilə getmişlər. Avtomobili Murad idarə etmiş, həyətə çatıb avtomobili həyətə salıb evə qalxmışlar. Evdə bacısı Gülnarə onları qarşılamış evdə Gülnarədən başqa xalasıoğlu Səməddə olmuşdur. Onlar evdə televizora baxmağa başlamışlar. Təxminən 10 dəqiqə sonra, saat 00:30 radələrində bacısı otaqdan çıxmış və yatmağa getdiyini demiş və evin dəhlizinin yuxarı hissəsində yerləşən yataq otağına getmişdir. O, Murad və Səməd isə televizora baxmağa davam etmişlər. Təxminən 30 dəqiqə sonra Murad ona “hamama çimməyə gedirəm” deyə bildirmiş və televizora baxdıqları otaqdan çıxmışdır. Muradın bu sözünü Səməd də eşitmişdir. Murad onlar olan otaqdan çıxmış, lakin onun hamama gedib-getmədiyini bilməmişlər. Onların oturduğu yerdən hamamın qapısı görünməmiş, çünki hamamın qapısı onların arxaları tərəfdə olmuşdur. Murad otaqdan çıxandan sonra hamamın plastik qapısının dərhal açılıbörtülməsinin səsini eşitmişdir. 20 dəqiqə vaxt keçmiş ancaq Murad hamamdan hələ çıxmamışdır. O Murada dəsmal və ya başqa nəyinsə lazım olacağını düşünmüş, buna görə də Muraddan bu barədə maraqlanmaq məqsədi ilə dəhlizə çıxıb Muradın adını çəkərək onu çağırmaqla hamama yaxınlaşmışdır. Hamamın qapısı örtülü vəziyyətdə olmuş, əli ilə qapını yoxladıqda qapının kilidli olmadığını görmüşdür. Muradı çağırıb səsləsə də ancaq səs verən olmamışdır. O hamam və tualetdə Muradı tapmamış, hamamın yeri və ətrafnın quru olduğunu görmüşdür. O əmin olmuşdur ki, Murad hamamda çimməmişdir. Hamamdakı vəziyyəti görüb Muradın həyətə düşməsini güman etmiş, ancaq həyətə düşməmişdir. Gülnarə yatan otağa gedərək orada Gülnarədən evdə yatacağı otağı, həmçinin, yatacağı yeri soruşmaq istəmiş, çünki həmin evdə çox qalmamış, ona görə də yatacağı yeri bilməmişdir. Bu məqsədlə o, bacısı Gülnarə yatan otağa tərəf addımlamış, Gülnarə yatan otağın taxtandan olan qapısı örtülü olmuşdur. Otağa yaxınlaşıb otağın qapısının dəstəyini yoxladıqda qapının kilidli olmadığını müəyyən etmiş, ardıcıl olaraq qapını döymədən və səs çıxartmadan Gülnarəni səsləmədən qapını açıb otağa daxil olmuşdur. Qapının qarşısında dayanıb birbaşa olaraq Gülnarədən “Gülnarə mən harada yatacağam, yerim haradır?” deyib normal səslə surşumuşdur. Ancaq Gülnarənin dərhal ona cavab vermədiyinə görə o, Gülnarənin yatmasını zənn edərək otağın qapısının sağında divardakı işığı yandırmaq üçün olan düyməni basaraq işığı yandırmış və otağın yuxarı hissəsində yəni Gülnarənin yatdığı çarpayı olan tərəfə baxmışdır. Bu zaman görmüşdür ki, Murad Gülnarənin uzandığı birnəfərlik çarpayıda onun yanında uzanmış, Murad və Gülnarənin üstü adyalla örtülü olmuşdur. Ancaq onların başları görünmüşdür. Murad Gülnarənin sağ tərəfində sol çiyni üstə üzü Gülnarəyə tərəf uzanmış, sağ əlini isə adyaldan üstə çıxarıb Gülnarənin bədənini qucaqlamış və Gülnarəni öpmüşdür. Ancaq qucaqlaşmanın və Muradın Gülnarənin öpməsinin könüllü baş verdiyini bacısının da ona müqavimət göstərmədiyini başa düşmüşdür. Murad onu görən kimi sağ əlini Gülnarənin üzərindən götürmüş, lakin yataqdan qalxamamış və adyalı bir qədər öz sifəti tərəfə çəkərək gizlənmək istəmişdir. Ancaq Muradın baş hissəsi görünmüşdür. O, Muradın və bacısı Gülnarənin bu hərəkətini əxlaqsız, ailəsinə qarşı tərbiyəsiz hərəkət kimi sayaraq bunu özünə qəbul etməmişdir. O, Murad və Gülnarənin əxlaqsız və tərbiyyəsiz hərəkətlərinin təsirindən çox həyəcanlanmış, nə edəcəyini dərk etməmiş, həmin an özündə qərara almışdır ki, üzərində olan bıçağı çıxarıb onları cəzalandırsın. Belə ki, o mağazada satıcı işlədiyindən malların üzərindəki yapşıqan lenti kəsmək üçün istifadə etdiyi, həmin an yadından çıxıb üzərində, yəni əyindəki qara rəngli cins şalvarın xatırlamadığı arxa ciblərindən birində qalmış bıçağı çıxarıb onu hər iki əli ilə açmışdır. Murad və Gülnarə hər ikisi elə uzanmış vəziyyətdə olmuşlar. Onlar heç nə deməmişlər. Cibindən bıçağı çıxartmağını onların görüb-görməməsini bilməmişdir. Əgər görmüş olsa da heç bir reaksiya verməmiş və heç nə deməmişlər. O da Murad və Gülnarəyə heç nə demədən, sözlə heç bir irad bildirmədən güclü həyəcan altında sağ əlində bıçaq açıq vəziyyətdə çarpayıya tərəf normal yeriş addımı ilə çarpayıya Murad tərəfdən yaxınlaşmışdır. Bu anda Murad qalxmaq üçün tərpəndikdə Muradın üzərindəki adeyal üzərindən düşmüşdür. Murad onun üzərinə gələrək əlindəki bıçağı görüb əlindən tutmaq istəmiş və ona yumruqla vurmaq istəmişdir. Onlar tutaşmışlar. Onun əlində bıçaq olduğuna görə Gülnarə onları aralamaq üçün aralarına girmişdir. Bu anda istəmədən Gülnarəyə də xəsarət yetirmişdir. Onun, Muradı öldürmək kimi bir fikri olmamışdır. Birdən özünə gəlmiş otaqdan qışıqraraq çıxmışdır. Orda durmamış və birbaşa Ağdaş rayon Kotanarx kəndinə gəlmişdir. Orada əmisinə hər şeyi danışmış və əmisi ilə Ağdaş Rayon Polis Şöbəsinə gəlmişdir. Orada o, növbətçi hissəyə yaxınlaşıb Murad və Gülnarəyə bıçaqla xəsarət yetirdiyini deyərək könüllü təslim olmuşdur. Daha sonra orada təslim olmağı barədə protokol tərtib edilmiş və bu barədə Qəbələ Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları oraya gələrək onu Qəbələ Rayon Polis Şöbəsinə aparmışlar. Onun bacısı Gülnarəni və dayısı oğlu Muradı öldürmək fikri olmamış, yalnız onları cəzalandırmaq istəmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunan halların nəzərə alınmasını və barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan, onun ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qarşılayıb avtomobil ilə “Bazarstore” mağazasına oradan isə Daşca kəndinə dayısı Elbrusun evinə getmişlər. Evdə heç kim olmamış, onlar apardıqları ərzaqları yemiş və o 250 qramlıq arağın hamsını içmişdir. Murad isə araq içməmişdir. Daha sonra gecə saatlarında Muradın “HYUNDAİ” markalı avtomobili ilə Zarağan kəndinə xalasıgilə getmişlər. Həyətə çatıb avtomobili həyətə salıb Murad və xalasıoğlu Səməd ilə birlikdə televizora baxmışlar. Bacısı isə evin baş hissəsindəki otaqda yatmışdır. O bir qədər sonra bayıra çıxıb siqaret çəkmiş, sonra evə qayıdanda bacısı yatan otağa ondan yatacağı yeri soruşmaq üçün getmişdir. Bu zaman o bacısı yatan otaqda çarpayıda Murad və bacısı Gülnarənin əl-ələ tutub oturduqlarını görmüşdür. O daha əvvəl belə şey görməmiş və bunu qəbul edə bilməmişdir. Buna görə də işdən üzərində qalmış əllə qatlanan, açılıb yığılan bıçağı çıxartmış, onraların qarşısına keçib üzbəüz durub bıçağı heç nə demədən sağ əli ilə havaya qaldırıb Muradın boynunun deyəsən sol tərəfindən vurmuşdur. Murad çarpayıya uzanmış. Bacısı həmin vaxt araya girmişdir. Gülnarəyə də bıçaqla xəsarət yetirmiş ancaq necə və harasına xəsarət yetirdiyini xatırlamır. Bacısı və Murad ona “vurma” deyə səslənmişlər. Orada səsküy düşmüşdür. O bayıra çıxanda dəhlizdə xalasıoğlu Səmədi görmüş, Səməd Gülnarədən “nə səs küydür deyə” soruşmuşdur. O da həyətə düşmüşdür. Aşağıda avtomobilin açarlarını götürmədiyi yadına düşmüş, yenidən evə çıxıb həyətdə saxladığı Hundai markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını götürmüşdür. Avtomobili işə salıb həyətdən çıxmış, Ağdaşa əmisigilə getmək qərarına gəlmişdir. Savalan kəndində yolda avtomobil Çaxırzavodu deyilən yerin yanında sürətli getdiyi üçün yoldan çıxmış və dayanmışdır. O yerə düşüb avtomobildən yanmaması üçün elektrikin naqillərini ayırmışdır. Sonra piyada dəmiryoluna çıxıb üzü Ağdaş tərəfə getmişdir. 23 oktyabr 2021-ci il tarixdə axşam saatlarında gəlib əmisigilə çatmışdır. Əmisi ona polislərin onu axtardığını demişdir. Oradan birgə Ağdaş Rayon Polis Şöbəsinə getmiş, oradan da onu Qəbələ Rayon Polis Şöbəsinə gətirmişlər. Həmçinin Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, O Muradın boyun nahiyyəsinə Muradı öldürmək üçün xəsarət yetirmiş, niyyəti onu öldürmək olmuşdur. Boynuna xəsarət yetirdikdən sonra onsuz da öləcəyini düşünmüş, çünki boynundan qan axmışdır. Muradın boynuna bıçaqla vurandan sonra Murad uzandıqda onu təkrar bıçaqla vurmuşdur. O həmçinin Gülnarəyə də xəsarətlər yetirmiş, ancaq nə xəsarətlər yetirdiyini bilməmişdir. Gülnarəyə xəsarət yetirməkdə niyyəti onu da elə Murad kimi etdiyi əməlinə görə öldürmək olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə o, təhsil aldığı Gəncə şəhərindən Qəbələ rayonuna Zarağan kəndində yaşayan xalası X3 evinə gəlmişdir. Çünki dayısı Elbrusun mebel mağazasında xalasına köməklik etmək lazım olmuşdur. Həmin gün o axşam saat 19 radələrində Qəbələyə çatmışdır. Həmin gecə xalasıgildə qalmışdır. Növbəti gün isə xalası Gülnar əri Ağasəf ilə birlikdə Bakı şəhərinə oğlu Rəvanı həkimə aparmağa gedəcəkmişlər. Səhər onlar çıxıb getmişlər. O Zarağan kəndində yerləşən fərdi həyət evində xalasının oğlu azyaşlı Səməd ilə birlikdə qalmışdır. Həmin gün qardaşı Sədi və Murad da oraya gəlib onlarla birlikdə qalcaqdılar. Saat təxminən 23 radələrində Murad və Sədi evə gəlmiş, biraz oturub təzədən evdən çıxıb getmişlər. Daha sonra saat 00:30 radələrində onlar yenidən qayıdıb evə gəlmişilər. Bu zaman o yataq otağında yatılı olmuşdur. Təxminən 20 dəqiqə keçdikdən sonra oturma otağında olan Murad onun yatdığı otağa gəlmişdir. Murad ondan yuyunmaq üçün böyük dəsmal istəmiş, o eşitsə də Murada cavab verməmişdir. Murad daha sonra təkrar ondan dəsmal istəmiş, sonra onun yatdığı çarpayının kənarında oturmuşdur. Murad zarafatla ona yaxınlaşıb qucaqlamış, ondan “yanına gəlim mi” deyə soruşmuşdur. O da razılıq vermişdir. Onlar birlikdə yatağın içində olmuşlar. Lakin Murad ilə aralarında heç bir intim və digər münasibət olmamışdır. Yatağın içində sadəcə uzanmışlar. Hər ikisi geynili olmuş. Həmin anda qardaşı Sədi içəri daxil olmuş və qaranlıq olan otağın işığını yandırmışdır. Sədi onu və Muradı yataqda yorğanın altında görmüşdür. Murad dərhal ayağa qalxmış Sədi isə onlara yaxınlaşmışdır. Sədi onalara söyüş söyməyə başlamışdır. Sədi Murada tərəf yaxınlaşanda Muradı bıçaqla vurmuş, Murad isə qışqırmağa başlamışdır. O həmin an başa düşmüşdür ki, Sədinin əlində bıçaq var. Muradın boğazının sol tərəfindən qan axmağa başlamışdır. Sədi buna baxmayaraq Muradı vurmağa davam etmişdir. O həmin an aralamaq və Muradı onun əlindən almaq üçün onlara yaxınlaşmış, bu zaman ona da bıçaq zərbələri dəydiyini hiss etmişdir. Sədi sonra əlbəyaxa olduğu Muradı buraxmış, həmin an Murad yerə yıxılmışdır. Murad artıq özündə olmamış, Sədi isə otağı tərk edib çölə çıxmışdır. O dərhal aşağı əyilib Muradın boynundan və əllərindən qan axdığını görmüş, sonra qışqırıqlarını eşidib Səməd otağa gəlmiş və ondan nə baş verdiyini soruşmuşdur. O Səmədə Nurlan dayısına zəng etməsini demişdir. Sonra rəfiqəsi Ayselin istifadəsində olan ***-***-**-** nömrəsindən xalası Gülnarın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, xalasına Sədinin onu və Muradı bıçaqladığını demişdir. Daha sonra hadisə yerinə dayısı Nurlan gəlmiş, ondan sonra isə təcili-tibbi yardım maşını gələrək onların hər ikisini X8 Mərkəzinə aparmışlar. Sədi onu qəsdən bıçaqla vurmamış, o Muradla onu aralayan zaman xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Qəbələ rayonu Zarağan kəndi ərazisindəki “Bazastore” mağazasına getmişlər. Belə ki o həmin gün Gəncə şəhərindən dərsdən çıxıb Qəbələyə gəlmişdir. Gələcəyi barədə də Sədiyə xəbər vermişdir. Onlar birlikdə görüşüb qeyd etdiyi marketə getmişlər. Marketdən bazarlıq etdikdən sonra isə Daşca kəndinə onların öz evlərinə getmişlər. Evdə o yemək hazırlamış, onlar bilrikdə yemək yeyərkən Sədi spirtli içki də qəbul etmişdir. O Sədinin qanı qara olduğunu hiss etmiş, üstəlik Sədinin 3-4 gün əvvəl iş yerində kimnləsə mübahisə etdiyini eşitmişdir. Yemək yeyərkən Sədi ona Gülnar bibisigildə qalmalı olduğunu, bibisi Gülnargilin Bakı şəhərində olduğunu, Gülnarın oğlu Səməd ilə Sədiinin bacısı Gülnarənin də evdə tək olduğunu demişdir. O da növbəti gün Bakı şəhərinə getməli olduğu üçün yuyunmalı imiş, lakin öz evlərində isti su olmamışdır. Sonra onlar onun HYUNDAİ GETZ markalı avtomobili ilə Zarağana Gülnarə bibisigilə getmişlər. O yolda Sədiyə avtmobilini idarə etməyə imkan verməmişdir. Orada onları Səməd qarşılamış, Gülnarə isə yataq otağında yerinin içində olmuşdur. Onlar evə keçmiş Sədi və o qonaq otağında televizora baxmış, Səməd isə telefonda oynamışdır. O yuyunmaq üçün Səməddən dəsmal istəmiş lakin Səməd əvvəlcə telefonda oyun oynadığı üçün qalxıb ona dəsmal verməmiş, daha sonra isə ona balaca bir dəsmal vermişdir. Daha sonra o maykada başını yuyub 30 dəqiqə yenidən qayıdıb televizora baxmışdır. Yuxusu gəldiyi üçün yatacağı yeri soruşmaq və böyük dəsmal istəmək üçün Gülnarənin yatdığı otağa keçmişdir. Orada o Gülnarənin yatdığı çarpayının yanında olan dolabın üstündə oturub ondan dəsmal istəmiş və yatacağı yeri soruşmuşdur. Təxminən otağa daxil olmağından 2 dəqiqə keçmişdir. O Sədinin otağa daxil olmasının görməmişdir. O otaqda olarkən otağın işığı yanılı olmamış, ancaq ümumi qonaq otağının işığı yanılı olmuş, pəncərədən onlar olan otağa yaxşı işıq düşmüş, içəri aydın görünmüşdür. O otağın işığının yandırılan yerini də bilməmişdir. Sədinin onun üzərinə gəldiyini görmüş və özünü həmin an yerdə hiss etmişdir. Sədinin onu bıçaqla necə vurduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 atası olan nümayəndəsi X9 göstərmişdir ki, oğlunun hüquqlarını məhkəmədə təmsil edir, oğlunun da iradəsi ilə hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə səhər saatlarında anası Gülnar və atası Ağasəf balaca qardaşı Rəvanı Bakı şəhərinə həkimə aparmışlar. Evdə isə o və xalası qızı Gülnarə qalmışdır. Valideynləri Gülnarəyə onlar Bakıdan qayıtmamış getməsini onunla bir yerdə qalmasını, 1 günə qayıdacaqlarını demişlər. 22 oktyabr 2021-ci il tarixdən 23-nə keçən gecə saat birə işləmiş dayısı oğlu Murad onun 050 *** ** ** saylı mobil telefonuna zəng vurub bildirmişdir ki, xalası oğlu Sədi ilə birlikdə onlara gəlirlər. O maşını həyətə salmaq üçün düşüb həyət darvazasını açmışdır. Həmin vaxt evdə Gülnarədən və ondan başqa heç kim olmamışdır. O Gülnarəyə Murad və qardaşı Sədinin gəldiyini və darvazanı açacağını demişdir. Daha sonra oraya özünə məxsus HYUNDAİ markalı avtomobillə gələn Murad maşını həyətə salmışdır. Sədi və Murad özləri ilə dönər alıb gətirmişlər. Murad və Sədi evə daxil olmuş, lakin Gülnarə qalxıb onları qarşılamamışdır. Gülnarə öz otağından çölə çıxmamışdır. Murad ona onlara çimməyə gəldiyini bildirmişdir. Sədi də tək olmamamları üçün onlarla qalacaqlarını demişdir. Murad və Sədi mətbəxt tərəfdə yerləşən televizora baxmışlar. Bir neçə dəqiqə sonra Murad hamama girib çimmişdir. Həmin müddətdə Sədi və o televizora baxmışlar. O gah televizora baxmış, gah da koridora çıxıb telefonla oynamışdır. Sədi isə onlara gələrkən piyan olmuş, ağzından spirt iyisi gəlmişdir. Hamamdan çıxdıqdan sonra Murad Sədi və onun yanına televizor olan otağa gələrək mobil telefonuna baxıb həmin otaqdan çıxmışdır. O da televizor otağından koridora çıxıb orada telefonla oynamağa başlamışdır. Murad isə televizor otağından çıxıb Gülnarənin yatdığı otağa girmişdir. Həmin vaxt gecə saat 2-yə qalmış olardı. Murad Gülnarənin otağına girərkən həmin otağın işığı yanılı olmamışdır. Muradgil gəldikdən sonra o Gülnarənin yatdığı otağa girməmiş və buna görə Murad Gülnarənin otağına girərkən Gülnarənin yuxulu olub-olmadığını deyə bilmir. Murad Gülnarənin otağına girdikdən təxminən 1 dəqiqə sonra Sədi Gülnarənin otağına getmiş və bir neçə saniyə sonra Gülnarə bacının qışqırıq səsini eşidib qaçıb həmin otağa daxil olmuşdur. O otağa girərkən görmüşdür ki, Murad qan içində həmin otaqda olan iki çarpayının arasına polun üstünə yıxılmış, onun boğazından aşağı tərəfdən qan axmışdır. O Gülnarənin də qolu tərəfdən qan axdığını görmüşdür Həmin vaxt Sədinin əlində bıçaq olduğunu görmüşdür. Həyəcanlı olduğu üçün bıçağın necə bıçaq olduğunu xatırlamır. Başa düşmüşdür ki, Sədi Muradı və Gülnarəni bıçaqlayıb. Gülnarə həmin vaxt çox qorxmuş halda olmuş və qışqırmışdır. Murad isə halsız vəziyyətdə polun üstünə uzanıqlı olmuşdur. Muraddan çoxlu qan axdığını görmüşdür. O otağa girən anda Sədi əlindəki bıçağı cibinə qoyub koridora çıxmış, sonra mətbəxə gedib orada stolun üstündə olan Muradın maşının açarını götürüb evdən çıxıb getmişdir. O qorxduğu üçün Sədidən nəyə görə Muradı və Gülnarəni bıçaqladığını soruşmamışdır. Sədi isə həyətə düşüb Muradın maşınını işə salıb özü də darvazanı açıb maşını sürüb getmişdir. O bunları pəncərədən baxıb görmüşdür. Sonra yenidən Muradın və Gülnarənin olduğu otağa qayıtmış, Muradın getdikcə vəziyyətinin pisləşdiyini görmüşdür. Gülnarənin qolundan qan axdığını lakin onun ayaq üstə olduğunu görmüşdür. Həyəcanlı olduğu üçün və bu hadisədən çox qorxduğuna görə Gülnarədən və Muraddan nəyə görə Sədinin onları bıçaqladığını soruşa bilməmişdir. O hadisə barəsində dərhal onlarla bir kənddə yaşayan dayısı Nurlana zəng vurub məlumat vermiş. Gülnarə də hadisə barədə Bakıda olan anası Gülnara zəng vurub demişdir. Bir neçə dəqiqə sonra dayısı Nurlan gəlib çıxmış və vəziyyəti görmüşdür. Dayısı dərhal təcili tibbi yardım çağırmış, bir neçə dəqiqə sonra təcili tibbi yardım gələrək Muradı və Gülnarəni xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o və həyat yoldaşı Ağasəf Abdullayevlə Bakı şəhərinə övladları Rəvanı həkimə aparmışlar. Evdə isə 13 yaşlı oğlu Səməd tək qalmışdır. Gülnarə isə bir neçə gün imiş ki, Gəncə şəhərindən təhsil aldığı məktəbdən gəlib onlarda qalırmış. Həmin gün o Sədiyə də mobil telefonla məlumat verərək onun da onlara məxsus evdə qalmasını istəmişdir ki, gəlib bacısı ilə qalsın. Sədi də razı olmuşdur. Sədiyə bu barədə məlumat verən zaman o axşam Muradın da gələcəyini və onlarda qalmasını demişdir. Onlar da razı olduqlarını bildirmişlər. 22 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixə keçən gecə saat təxminən 01:30 radələrində onlar Bakı şəhərində olan zaman Gülnarə onun mobil telefonuna zəng edərək bildirmişdir ki, “Sədi Muradla dalaşıb, onu bıçaqlayıbdır”. Ancaq Gülnarə ona ətraflı məlumat verməmiş və nə üçün bıçaqladığını bildirməmişdir. Daha sonra oğlu Səməd ilə əlaqə saxlayaraq Sədinin Gülnarə və Muradı bıçaqladığını, onların xəstəxanaya aparıldığını öyrənmişdir. Səməd bıçaqlamanı tam olaraq görməmiş, ancaq Sədinin, Muradın və Gülnarənin olduğu yataq otağına səsə gedən zaman Sədinin otaqdan çıxdığını, Gülnarə və Muradın isə qan içində olduğunu bildirmişdir. Səhəri gün onlar təcili olaraq evlərinə Qəbələ rayonuna gəlmiş. Ona məlum olmuşdur ki, Sədi Murad və Gülnarəni bir otaqda görərək qısqanclıq zəminində bıçaqla xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2021-ci il tarixdə o Bakı şəhərindən Qəbələyə qayıdarkən yolda qardaşı oğlu Murad ilə telefon ilə danışmışdır. Murad ona Qəbələyə gəldiyini və Sədinin onu qarşılayacağını demişdir. O da Qəbələyə gəlmişdir. Sədi və Murad axşam saat 22 radələrində onlara gəlmiş və yemək yeyib Muradın idarə etdiyi “Hyundai” markalı maşını ilə çıxıb getmişlər. Onlar bacısı Gülnar gilə Gülnarın evində oğlu Səməd və Sədinin bacısı Gülnarənin tək qaldığı üçün onlara dəyməyə getmişlər. Üstəlik Sədi özü də gecə orada qalmalı imiş. Murad isə onlara qayıtmalı imiş. Sonradan o öyrənmişdir ki, Sədi orada təkid etmişdir ki, Murad da onlarla qalsın. Murad da razılaşmışdır. Sonra gecə 02 radələrində Səməd mobil telefon ilə ona zəng vurmuşdur. O ayılıb telefona baxdıqda görmüşdür ki, Səməd onu dəfələrlə yığmışdır. Telefonu açdıqda Səməd ona “Muradı Sədi bıçaqlayıb dayi tez bura gəl” demişdir. O təxminən 5 dəqiqəyə oraya çatmış, orada içəri daxil olduqda görmüşdür ki, Murad yataq otağında qanlar içində yerdə huşsuz vəziyyətdə, Gülnarə isə yenə qanlar içində dəhlizdə olan əlüzyuyanın yanında bədəninin qan axan nahiyyələri su ilə yumaqla məşğul olmuşdur. O dərhal təcili tibbi yardıma zəng vurub gəlmlərini demiş, qısa müddət ərzində təcili-tibbi yardım maşını gəlmiş və onların hər iksini xəstəxanaya gətirmişdir. Orada həkimlər onlara vəziyyətlərinin yaxşı olmadığını demişlər. O Gülnarədən yolda gələndə hadisə haqda soruşsa da Gülnarə danışa bilməmiş və ona heç nə deməmişdir. O daha sonra maraqlanıb öyrənmişdir ki, Murad dəsmal istmək üçün Gülnarənin otağına daxil olub. Çünki çimmək istəmişdir. Həmin vaxt isə Sədi otağa daxil olaraq bıçaqla Muradı bıçaqlamışdır. O Muradı ilk evdə gördükdə dəhşətə gəlmiş, çünki onun əlləri boynu bədəni kəsik-kəsik olmuşdur. Sədi Muradı ölümcül vurmuşdur. Murad huşsuz hala düşdüyü üçün Sədi onun öldüyünü başa düşüb evdən çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Hadisənin birbaşa şahidi olmamış və hadisədən sonra Sədinin Gülnarə və Muradı bıçaqladığını, onların xəstəxanaya aparıldığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materialarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qəbələ rayonu Zarağan kənd sakini X4 məxsus fərdi yaşyayış evidir. Baxış keçirilən ev Qəbələ rayonu Zarağan kəndinin mrəkəzində yerləşməklə yol dairəsindən üzü Qəbələ şəhəri istiqamətdə təqribən 200 metr məsafədə yolun sağında yerləşmişdir. Evin giriş qapısı ev sahibi A.Abdullayev tərəfindən göstərilmişdir. Daha sonra ev sahibi evi ümumilikdə təqdim etmişdir. Həyətədə 1 mərtəbəli mişar daşından ev olduğu görülmüşdür. Evin pilləkənindən evə qalxdıqda A.Abdullayev bildirmişdi ki, pilləkəndən sağda yataq otağında çarpayının yanında topa şəkildə qan və qan laxtaları vardır. Evin dəhlizindən yuxarı hissədə yerləşən yataq otağına daxil olduqda qapıdan girişdən solda 2 ədəd bir-birinə paralael yerləşən çarpayı olduğu, çarpayılardan soldakının iki nəfərlik, sağda yerləşənin isə bir nəfərlik olduğu müəyyən edilmişdir. Tək nəfərlik çarpayının qarşısında döşəmədə və həmin çarpayının üzərində qanabənzər qırmızı rəngdə maye topaları müşahidə edilmişdir. Aşkar edilmiş qanabənzər mayedən üç yerdən bint vasitəsi ilə nümunələr götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Bundan başqa birnəfərlik çarpayının üzərində olan üzlük həmçinin qablaşdırılaraq götürülmüşdür. Evin digər otaqlarına baxış zamanı hadisə ilə bağlı hər hansı əhəmiyyət kəsb edən predmet, əşya və ya qanabənzər ləkələr aşkar edilməmişdir. Fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 14-26). Cinayət işinin materialarında olan 23 oktyabr 2021-ci il tarixli “Könüllü təqdim etmə zamanı götürmə aparılması haqqında” protokoldan görünür ki, 23 oktyabr 2021-ci il tarixdə Qəbələ RDM-dən həkim-cərrah X10 xəsarət almış şəxslər Zərərçəkmiş şəxs1 hadisə zamanı əyinində olmuş 01 ədəd maykanı, ona məxsus 01 ədəd “Samsung Galaxy” markalı mobil telefonu və Zərərçəkmiş şəxs2 hadisə zamanı yənində olmuş 01 ədəd maykanı istintaq orqanına təqdim etmişdir (cild 01, iş vər. 06-09). Cinayət işinin materialarında olan 23 oktyabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Ağdaş-Zarağan yolunun Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında olan ehityyat hissədir. Savalan kəndinin mərkəzindən təqribən 500 metr Zarağan kəndi istiqamətdədir. Yolun sağında asvalt örtükdən 35 məsafədə daşlı torpaqlı yolda HYUNDAİ GETZ markalı **-GT-*** nömrə nişanlı avtomobilin olması görünmüşdür. Asvalt örtüyünün üzərində Ağdaş rayonu və həmin avtomobil istiqamətində 17 metr uzunluqda tormoz izi vardır. Avtomobilin üzü Ağdaş rayonu istiqamətində dayanmışdır. Sağ və sol qapıları açıq vəziyyətədədir. Mühərrik sönülüdür. Avtomobilin içərisində və ətrafında heç kim yoxdur. Avtomobilin sükan və ön hava yastıqları açılmışdır və üzərində heç bir ləkə yoxdur. Avtomobilin qabaq sol kreli və qabaq sol qapısı əzilmiş vəziyyətdədir. Avtomobilin içərisində qan və qanabənzər ləklər aşkar edilmədi. Avtomobil iş üçün əhəmiyyət kəsb edə biləcəyindən evakuator vasitəsi ilə Ford Servis MMC şirkətinin duracağına yerləşdirilmişdir. Fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 28-33). Cinayət işinin materialarında olan xx.xx.2021-ci il tarixdə “İfadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadələrində göstərdiklərini bir daha təsdiq edərək cinayət hadisəsi töətdiyi Qəbələ rayonu, Zarağan kənd sakini X4 məxsus fərdi yaşayış evinin yataq otağını, hadisə yerindən uzaqlaşarkən HYUNDAİ GETZ markalı avtombili atdığı Qəbələ rayonu Savalan kəndi ərazisində yerləşən yol kənarını və cinayət törədərkən istifadə etdiyi bıçağı atdığı ərazini əyani şəkildə göstərmişdir (cild 01, iş vər. 71- 97). Cinayət işinin materialarında olan 24 oktyabr 2021-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılan zaman o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi 01 ədəd bıçağı Ağdaş rayon Kotanarx kənd sakini əmisi Ömər Qəribovun həyət qapısının qarşısındakı su kanalına atdığını bildirmiş və su kanalının içərisindən 01 ədəd əllə qatlanıb açılan, dəstəyi ağımtıl-boz rəngli kauçuk materialdan, ümumi uzunluğu 20 sm olan, tiyəsinin uzunluğu 8 sm, dəstəyinin uzunluğu isə 12 sm olan bıçaq aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 98-99). Cinayət işinin materialarında olan 24 oktyabr 2021-ci il tarixli “Könüllü təqdim etmə zamanı götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi zaman əynində olmuş 01 ədəd qara rəngli şalvarı və 01 ədəd qırmızı rəngli uzunqol, önü düyməli, “L” ölçülü, boyun hissəsində “ENİSSE” sözləri yazılmış köynəyi yuduğunu bildirib onları istintaqa təqdim etmişdir (cild 01, iş vər. 100-105). Cinayət işinin materialarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 536 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində boyunun sağ aşağı hissəsində 5-ci və 6-cı boyun fəqərələri səviyyəsində onurğa beyninin zədələnməsi səbəbli hər iki yuxarı ətraflarda natamam, hər iki aşağı ətraflarda tam və çanaq orqanlarının funksiyasının pozulması ilə müşayət olunan paraplegiya (hissiyatın pozulması) ilə müşayət olunan, döş qəfəsinin arxa sağ yuxarı boyuna yaxın hissəndən və döş qəfəsinin ön sol yuxarı hissəsindən döş boşluqlarına nüfuz edən, hər iki tərəfli hemopnevmotoraksa müşayət olunan, boyunun arxa yuxarı sol və sağ hissəsinin deşilmişkəsilmiş yaraları, sol əlin ıv-v barmaqların orta falanqalarının ovuc sərthinin səthi kəsilmiş yaraları, döş qəfəsinin sağ orta qoltuqaltı xətt üzrə vı qabırğa səviyyəsində cərrahi əməliyyat zamanı Bulau drenayı qoyulmuş deşilmiş-kəsilmiş yaraları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər-Boyunun sağ aşağı hissəsində 5-ci və 6-cı boyun fəqərələri səviyyəsində onurğa beyninin zədələnməsi, döş qəfəsinin arxa sağ yuxarı boyuna yaxın hissəndən və döş qəfəsinin ön sol yuxarı hissəsində döş boşluqlarına nüfuz edən və hər iki tərəfli hemopnevmotoraksla müşayət olunan, boyunun arxa yuxarı sol və sağ hissəsinin deşilmiş-kəsilmiş yaraları, sol əlin ıv-v barmaqların orta falanqalarının ovuc sərthinin səthi kəsilmiş yaraları sayca 7 (yeddi) ədəd olub iti deşici-kəsici xarakterə malik olan alətin (əşyaların) o, cümlədən ekspertizaya təqdim edilən və yuxarıda əlamətləri təsvir edilən bıçağın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 23 oktyabr 2021-ci ildə törənə blərlər. Bədən xəsarətlərinin ümumilikdə ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Ayrı-ayrılıqda ağırlıq dərəcəsinə görə boyunun sağ aşağı hissəsində 5-ci və 6-cı boyun fəqərələri səviyyəsində onurğa beyninin zədələnməsi səbəbli hər iki yuxarı ətraflarda natamam, hər iki aşağı ətraflarda tam və çanaq orqanlarının funksiyasının pozulması-paraplegiya (hissiyatın pozulması) ilə müşayət olunan, döş qəfəsinin arxa sağ yuxarı boyuna yaxın hissəndən və döş qəfəsinin ön sol yuxarı hissəsində döş boşluqlarına nüfuz edən və hər iki tərəfli hemopnevmotoraksa müşayət olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, boyunun arxa yuxarı sol və sağ hissəsinin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə, sol əlin ıv-v barmaqların orta falanqalarının ovuc sərthinin səthi kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sağ qoltuqaltı xətt üzrə vı qabırğa arası nahiyyəsindəki xəsarət onun üzərində 23 oktyabr 2021-ci ildə aldığı ağır travmaya görə aparılmış cərrahi əməliyyat zamanı törənmişdir (cild 01, iş vər. 249-252). Cinayət işinin materialarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 535 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzrərində döş qəfəsinin arxa sol kürəkaltı nahiyyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatorakla müşaiyət olunan, döş qəfəsinin ön sol yuxarı orta hissəsinin döş boşluğuna nüfuz etməyən, boyunun sol ön aşağı hissəsinin, sol çiynin ön səthinin, sol bazunun bayır yuxarı və ön aşağı 1/3-nin, sol mil-bilək oynağının arxa səthinin, sağ bazunun ön yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yaraları və döş qəfəsinin sol orta qoltuqaltı xətt üzrə Vİ qabırğa səviyyəsində cərrahi əməliyyat məqsədi ilə aparılmış ( Bulau drenayı üçün) deşilmiş-kəsilmiş yaraları kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər-Döş qəfəsinin arxa sol kürəkaltı nahiyyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatrokasla müşayət olunan, döş qəfəsinin ön sol yuxarı orta hissəsinin döş boşluğuna nüfuz etməyən, boyunun sol ön aşağı hissəsinin, sol çiynin ön səthinin, sol bazunun bayır yuxarı və ön aşağı 1/3-nin, sol mil-bilək oynağının arxa səthinin, sağ bazunun ön yuxarı 1/3-nin kəsilmiş yaraları sayca 8(səkkiz) ədəd olub iti deşici-kəsici xarakterə malik olan alətin(əşyaların) o, cümlədən ekspertizaya təqdim edilən və yuxarıda əlamətləri təsvir edilən bıçağın təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 23 oktyabr 2021-ci ildə törədilə bilərlər. Bədən xəsarətlərinin ümumilikdə ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Ayrıayrılıqda ağırlıq dərəcəsinə görə döş qəfəsinin arxa sol kürəkaltı nahiyyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoraksla müşayət olunan xəsarət həyat üçün təhlukəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, döş qəfəsinin ön sol yuxarı orta hissəsinin döş boşluğuna nüfuz etməyən, boyunun sol ön aşağı hissəsinin, sol çiynin ön səthinin, sol bazunun bayır yuxarı və ön aşağı 1/3-nin pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə, sağ bazunun ön yuxarı 1/3-nin cızıq şəkilli səthi kəsilmiş yarası ilə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Zərərçəkmiş şəxs2 bədəni üzrərində döş qəfəsinin sol qoltuqaltı xətt üzrə Vİ qabırğa arası nahiyyəsindəki xəsarət onun üzərində 23 oktyabr 2021-ci ildə aldığı ağır travmaya görə üzərində aparılmış cərrahi əməliyyat zamanı törənmişdir (cild 01, iş vər. 253-255). Cinayət işinin materialarında olan təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 120/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 “döş qəfəsinin arxa sol kürəkaltı nahiyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoroksla müşayiət olunan, döş qəfəsinin ön sol yuxarı orta hissəsinin döş boşluğuna nüfuz etməyən, boyunun sol ön aşağı hissəsinin, sol çiyinin ön səthinin, sol bazunun bayır yuxarı və ön aşağı 1/3 hissəsinin, sol mil-bilək oynağının deşilmiş kəsilmiş yaraları, sağ bazunun ön yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər deşicikəsici alətin bıçaqın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2021-ci ilə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin arxa sol kürəkaltı nahiyyəsində döş boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmatoraksla müşayət olunan deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin ön sol yuxarı orta hissəsinin döş boşluğuna nüfuz etməyən, boyunun sol ön aşağı hissəsinin, sol çiynin, sol bazunun bayır yuxarı və ön aşağı 1/3-nin və sol mil-bilək oynağının deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sağ bazunun ön yuxarı 1/3-nin səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (cild 02, iş vər 272-276). Cinayət işinin materialarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 708 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilər (cild 02, iş vər 231-232). Cinayət işinin materialarında olan ambulator məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 57 nömrəli ekspert rəyindən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əsəbi psixi-emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri bacısı və dayısı oğlu aralarında münasibət olması düşüncəsi ola bilərdi. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs hazırda öz hərəkət və davranışlarına sərbəst nəzarət etmək qabiliyyətindədir. Hadisə vaxtı Təqsirləndirilən şəxs öz hərəkət və davranışlarına sərbəst nəzarət etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, malik olduğu fərdi-psixi xüsusiyyətlərə görə iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Təqsirləndirilən şəxs psixi inkşafında gerilik əlamətləri müşahidə olunmur. O, cinayət əməlini törədərkən fizioloji (psixioloji) affekt halında olmamışdır (keçirməmişdir) (cild 02, iş vər. 27-30). Cinayət işinin materialarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2021-ci il tarixli, 21/671R nömrəli ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş hadisə baş verən otaqda 2 çarpayı arasındakı sağ çarpayıya yaxın hissədə döşəmədən və 2 çarpayı arasındakı dolabın yanındakı döşəmədən götürülmüş qanabənzər ləkələr və Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd mayka üzərindən götürülmüş qanabənzər ləkələr insan qanıdır və həmin qan nümunələri Zərərçəkmiş şəxs1 məxsusdur. Ekspertiza nəticəsində müəyyən edildi ki, hadisə baş verən otaqda sol tərəfdə yerləşən çarpayının ayaq hissəsinə yaxın döşəmədən götürülmüş qanabənzər ləkələr və Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd mayka üzərindən götürülmüş qanabənzər ləkələr insan qanıdır və həmin qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusudur. Ekspertiza nəticəsində müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd köynək üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi üçün kifayət qədər bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümükün olmadı (cild 02, iş vər. 11-18). Cinayət işinin materialarında olan məhkəmə-lifli ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5644 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş,Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd idman gödəkçəsinin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd maykanın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir (cild 02, iş vər. 185-190). Cinayət işinin materialarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/2121;3/2123 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq qustar üsula hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 məxsus mayka” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın, üzərində “X7 məxsus mayka” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın və üzərində “ Təqsirləndirilən şəxs məxsus paltarlar” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Üzərində “Zərərçəkmiş şəxs2 məxsus mayka.” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın və üzərində “Zərərçəkmiş şəxs1 məxsus mayka.” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 məxsus mayka” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın və üzərində “Zərərçəkmiş şəxs1 məxsus mayk.” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs2 məxsus mayka” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın və üzərində “Zərərçəkmiş şəxs1na məxsus mayka” yazı qeydləri olan bükülüdən aşkar edilmiş maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus paltarlar.” yazı qeydləri olan bükülüdən aşkar edilmiş şalvarın səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus paltarlar” yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin səthində trasoloji zədə yoxdur (cild 02, iş vər. 191-195). Cinayət işinin materialarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 29,120.2.2, 29,120.2.10, 185.1, 186.1, 221.3, 234.1 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından, həmin hissədə cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 04- 24). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrıayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. CM-in 27-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. CM-in 29-cu maddəsində isə göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs vahid niyyətlə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 soyuq silah hesab edilməyən bıçaqla qəsdən öldürməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə, yəni zərərçəkmiş şəxslərin onun zərbələrindən yayınaraq özlərini müdafiə etməklə bıçağın zərbələrinin öldürücü qüvvəsinin qarşısını almaları, həmçinin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatları xilas edildiyindən, başa çatdıra bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,120.2.7-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsləri öldürmək niyyətinin olmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CM-nin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsini iş materiaları ilə üst-üstə düşən və biri digərini tamamlayan əsaslı sübut növü kimi qəbul edir və məhz həmin ifadəni ona elan olunan ittihamın əsasına qoyur. İş üzrə Zərərçəkmiş şəxs2 ona münasibətdə Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməməsi və özünün araya girərkən xəsarət alması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə bildirir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs doğma bacısıdır və bu hal onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsi hissəsində sonuncunun qeyd etdiklərini təqsirləndirilən şəxsin xeyrinə söylənilmiş ifadələr kimi qəbul edir və həmin ifadələrlə razılaşmır. Həmçinin, məhkəmə çıxışı zamanı müdafiəçi Təqsirləndirilən şəxs əməlinin Zərərçəkmiş şəxs1 yetirilən xəsarətə münasibətdə CM-in 129.1-ci maddəsinə (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma), Zərərçəkmiş şəxs2 yetirilən xəsarətə münasibətdə isə 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, cinayət işinin materialarında olan məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 57 nömrəli ekspert rəyindən belə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixioloji) affekt halında olmamışdır (keçirməmişdir). Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qəbul olunan ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə vaxtı heç də ehtiyatsızlıqdan xəsarət almamış, həmin xəsarəti məhz Təqsirləndirilən şəxs istəyərək, bilərək, qəsdən və arzu edərək yetirmişdir. Belə olan halda onun əməlinin CM-in 129.1 və 131.2-ci maddələrinə tövsif olunması ilə bağlı müdafiə tərəfinin tələbinin təmin olunması qeyri-mümkündür. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Kotanarx kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 176-177). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 237-238). Cinayət işinin materiallarında olan 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Ağdaş Rayon Polis Şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq təxminən 1 gün əvvəl Qəbələ rayonu ərazisində 2 nəfər şəxsə bıçaqla xəsarət yetirdiyini bildirib özünü təqdim etmişdir (cild 01, iş vər. 45). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət törətdikdən sonrakı hərəkətlərini, yəni könüllü olaraq hüquq mühafizə orqanlarına gəlib təqsirini boynuna almasını və cinayət aləti olan bıçağı onlara təqdim etməklə cinayətin açılmasına fəal köməklik etməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə məhz cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 48) Cinayət işinin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(025)-19/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 163-164) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Qəbələ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs1 əyinində olmuş 01 ədəd mayka, Zərərçəkmiş şəxs2 hadisə zamanı yənində olmuş 01 ədəd mayka, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd qan nümunəsi, çarpayının üzərində olan 01 ədəd üzlük, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və ifadəsi yerində yoxlanılarkən təqdim etdiyi 01 ədəd bıçaq, hadisə zamanı onun əynində olmuş 01 ədəd qara rəngli şalvar və 01 ədəd qırmızı rəngli köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmalı, “Hyundai Getz” markalı **-GT-*** dövlət nömrə nişanlı avtomobilin onun sahibi X6 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 364,16 AZN (üç yüz altmış dörd manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Qəbələ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs1 əyinində olmuş 01 ədəd mayka, Zərərçəkmiş şəxs2 hadisə zamanı yənində olmuş 01 ədəd mayka, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd qan nümunəsi, çarpayının üzərində olan 01 ədəd üzlük, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və ifadəsi yerində yoxlanılarkən təqdim etdiyi 01 ədəd bıçaq, hadisə zamanı onun əynində olmuş 01 ədəd qara rəngli şalvar və 01 ədəd qırmızı rəngli köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılsın və “Hyundai Getz” markalı **-GT-*** dövlət nömrə nişanlı avtomobilin onun sahibi X6 qaytarılması nəzərə alınsın. İş üzrə 364,16 AZN (üç yüz altmış dörd manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-138/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-138/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver