Məhkəmə qərarları › İş №1(091)-138/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-138/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-138/2023 20.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: – Yevlax şəhər Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxsin hüquqi varisi: X6 iştirakları ilə, xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" MMC-də fəhlə işləmiş, orta təhsilli, ünvan 2-də qeydiyyatda olmaqla Yevlax şəhəri, Dəmir yolu küçəsi ev 28, mənzil 11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu, lakin ayrılıqda yaşadığı xx.xx.1992-cu il təvəllüdlü Şahid1 ilə aralarında ər-arvad kimi münasibətlərinin pozulmasına səbəb olaraq arvadı Şahid1 başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib arvadının ona xəyanət edib-etməməsini dəqiqləşdirmək məqsədi ilə arvadını güdmək qərarına gələrək 07 yanvar 2023-cü il tarixdə günorta təxminən saat 14 radələrində Şahid1 övladı ilə birlikdə yaşadığı binadan çıxıb övladını bərbər salonuna aparmasını görüb onların arxası ilə gedərək uzaq məsafədən arvadını izləmiş, Şahid1 övladı ilə birlikdə bərbər salonunun yaxınlığına çatan zaman həmin ərazidə əvvəllər tanıdığı X8 özünə məxsus avtomobil ilə hərəkət etdiyini görüb sonuncu ilə salamlaşmış, həmin vaxtı arvadı və oğlunun onun gözündən yayınaraq hansı istiqamətə getdiklərini görmədiyindən onları axtarmağa başlasa da, tapa bilmədiyi üçün arvadının yaşadığı binanın yaxınlığında yerləşən anası Şahid3 ilə birlikdə yaşadığı Yevlax şəhəri Çənlibel qəsəbəsi, Dəmir Yolu küçəsi, ev 24 saylı binanın qarşısına gələrək arvadının öz mənzilinə nə vaxt qayıdacağını müşahidə etmək üçün orada gözləmiş, həmin günü saat təxminən 16 radələrində Şahid1 övladı ilə birlikdə yaşadığı binanın girişindən içəri daxil olmasını görüb həmin mənzilin qarşısına getsə də, lakin mənzilə girməyərək yenidən anasının yaşadığı mənzilə qayıdıb həmin günü təxminən saat 23 radələrinədək mənzildə gözləmiş, arvadının yaşadığı mənzilə kiminsə gəlməsini izləmək məqsədilə yenidən Yevlax şəhər, Çənlibel qəsəbəsi, Dəmir Yolu küçəsi ev 28 saylı binaya daxil olaraq həmin binanın zirzəmisində gizlənib Şahid1 mənzilini güdməyə başlamış, bir müddətdən sonra həmin vaxtı üzünü görə bilmədiyi bir nəfər kişi cinsli şəxsin binanın girişindən daxil olaraq Şahid1 yaşadığı mənzil ilə üzbəüz mənzildə yaşayan baldızı Şahid2 yaşadığı mənzilə daxil olduğunu görmüş, həmin vaxt baldızının mənzilinə daxil olan kişi cinsli şəxsin onun arvadı Şahid1 ilə baldızının mənzilində sevgi münasibətlərində olmasından şübhələnərək həmin şəxsi qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək bu cinayətkar niyyətini həyata keçirmək üçün oradan anasının yaşadığı mənzilə qayıdıb mənzilin mətbəxindən mətbəx bıçağını götürərək yenidən Şahid1 yaşadığı binanın zirzəmisinə gəlib orada həmin kişi cinsli şəxsin mənzildən çıxmasını gözləmiş, 08 yanvar 2023-cü il tarixdə gecə saat 00:15 radələrində həmin kişi cinsli şəxsin baldızı Şahid2 mənzilindən çıxıb binanın girişindən küçəyə doğru çıxmasından sonra o, zirzəmidən çıxaraq həmin şəxsin arxası ilə təxminən 50-60 metr getdikdən sonra anasının yaşadığı binanın qarşısında sonuncunun kim olduğunu əvvəlcə müəyyən etmək məqsədilə qolundan tutub özünə tərəf çəkən zaman həmin şəxsin əvvəllər tanıdığı, günorta saatlarında bərbər salonunun yaxınlığında gördüyü X8 olduğunu bilərək sonuncuya “sən utanmırsan? Ailən, uşağın yoxdur, sənin maşının və pulun var deyə kiminsə arvadını qayırmalısan?” demiş, həmin vaxt Anar Sadıqovun onun yaşadığı mənzilin yerləşdiyi binadan çıxdığını inkar etməsinə əsəbləşərək sonuncunu qısqanclıqla qəsdən öldürmək niyyətini daha da qətiləşdirib üzərində olan məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Anar Sadıqova qarşı rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq Anar Sadıqovun bədən səthinin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri yetirmiş, zərbələri yetirən zaman həmin bıçağın tiyəsi qırıldığından sonuncunu qəsdən öldürməklə bağlı öz cinayətkar niyyətini davam etdirmək məqsədilə yenidən yaxınlıqda olan anasının yaşadığı mənzilə gedərək oradan başqa bir mətbəx bıçağını götürüb yenidən Anar Sadıqova xəsarətləri yetirdiyi yerə qayıdıb yerdə yıxılmış halda çabalayan Anar Sadıqova yaxınlaşaraq həmin mətbəx bıçağı ilə sonuncunun bədən nahiyələrinə yenidən zərbələr yetirmiş, zərbələri yetirən zaman həmin bıçaq əlindən yerə düşdüyündən, qaranlıqda bıçağı tapa bilmədiyindən və Anar Sadıqovun sağ olduğunu görüb yenidən anasının yaşadığı mənzilə gedərək oradan başqa bir mətbəx bıçağını götürüb yenidən Anar Sadıqova xəsarətləri yetirdiyi yerə qayıtmış, yerdə yıxılmış halda çabalayan Anar Sadıqova yenidən yaxınlaşaraq həmin mətbəx bıçağı ilə sonuncunun bədən nahiyəsinə yenidən zərbələr yetirən zaman bıçağın dəstəyi tiyəsindən ayrıldığına görə Anar Sadıqovu həmin bıçaqla da qəsdən öldürə bilməyəcəyini görüb, yenidən anasının yaşadığı mənzilə gedərək oradan dəmir qayçını götürüb Anar Sadıqova xəsarətləri yetirdiyi yerə qayıdaraq aldığı xəsarətlərdən yerdə sağ halda qıvrılmış vəziyyətdə olan sonuncunun bədəninin müxtəlif nahiyələrinə həmin dəmir qayçı ilə təkrarən xüsusi amansızlıqla zərbələr endirərək Anar Sadıqova sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol yuxarı iç hissəsinin 02 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətlərini, gövdənin sol yan tərəfinin yuxarı şöbəsinin 01 ədəd daxilə nüfuz edərək ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yara xəsarətlərini, sağlamlığa yüngül zərər vuran gövdənin sol yan tərəfinin yuxarı şöbəsinin 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara xəsarətlərini, sağ sağrının aşağı tış kvadratının və gövdənin sağ yan tərəfinin aşağı şöbəsinin 13 ədəd deşiİmiş yara xəsarətlərini, təpə-ənsə nahiyəsinin 07 ədəd əzilmiş-cırılmış yara xəsarətlərini və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ qaşüstü nahiyənin şişkinliyi və səthi əzilmiş yaraları xəsarətlərini, ümumillikdə 24 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə X10 qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sevda ilə ailəli olmaqla sonuncu ilə əvvəl çox xoşbəxt olmuş, sonradan Sevda uşaqları təhqir etməyə başlamışdır. Sevdanın mobil telefonuna tez-tez mesajlar gəlmiş, həmin mesajla barədə soruşduqda sonuncu bacısı və qohumları ilə danışdığını bildirmişdir. Onu polislə hədələyərək övladları telefona əl vuran kimi sonuncuları döymüşdür. Sonradan arvadı və baldızının pis yola düşdüklərini eşidərək işlədiyi dəmiryol stansiyasından işdən tez çıxaraq sonuncuları izləmiş, həmin vaxt Anar onu görərək bu barədə Sevdaya xəbər vermişdir. Sevda ona bu barədə deyərək məlumatı qonşularının verdiyini bildirmiş, bu barədə Sevdanın anasının da məlumatı olmuşdur. Hadisə baş verən gün hər iki bacını izləyərək Sevincin mobil telefonla danışdığını görmüş, daha sonra Anarı görsə də sonuncunu tanımamışdır. Axşam tərəfi Anar onu görərək geriyə çəkilmiş, bu zaman binanın zirzəmisinə girmişdir. Həmin vaxt bir nəfər yuxarı qalxaraq “o məni gördü” demiş, həmin vaxt baldızı qarşı tərədfə onun arvadının yaşadığı evin qapısını döyərək “wi fi”-ın kodunu istəmişdir. Həmin şəxsin qonşu olduğunu güman edərək anasıgilə getmiş, 1 saat orada oturub çay içdikdən sonra durmuşdur. Həmin vaxt evdən bıçaq götürərək cibinə qoymuş, evə gedərək arvadının evdə olmadığını görmüşdür. Uşaqları ona arvadının baldızı Sevincgildə olduğunu demiş, aşağıda olan zaman Sevincin evinin qapısı açıldıqdan sonra Anar aşağı düşmüş, arxasınca Sevinc və Sevda da düşmüşdür. Anar çölə çıxdıqdan sonra sonuncunun arxası ilə gedib qolundan tutaraq uşaqlarının neçə vaxtdır döyüldüyünü, təhqir olunduğunu demiş, Anar ona dəvət edildiyinə görə oraya gəldiyini bildirmişdir. Anar ona əl-qol ataraq özündən başqa Vüqar və Taryel adlı şəxslərin də olduğunu dedikdən sonra Anarı bıçaqla vurmuşdur. Üç dəfə anasının evinə gedərək biçaq və qayçı gətirərək həmin bıçaqlar və qayçı ilə Anarı bir neçə dəfə vurmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2009-cu ildə Şahid1 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarında üç uşaqları olmuşdur. Təxminən 2021-ci ilə kimi arvadı ilə münasibətləri normal olsa da son iki il ərzində Sevda onunla faktiki olaraq ərarvad kimi yaşamamışdır. Arvadı Sevda baldızı Şahid2 ilə mütəmadi olaraq telefon əlaqəsi saxladığına görə sonuncunun arvadı Sevdanı yoldan çıxardığını, Sevdanın ona kiminləsə xəyanət etdiyindən şübhələnib arvadı Sevdanı kənardan izləmək qərarına gəlmişdir. Gündüzlər arvadı Sevda ilə birlikdə ünvan 1 ünvanda yaşamış, axşamlar isə anasının yaşadığı ünvan 2-də yerləşən mənzildə gedib qalmışdır. Hadisə baş verən günə qədər arvadının ona xəyanət etməsini aşkar etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində anasının evində oyanıb səhər yeməyi yeyib ailəsinin yaşadığı mənzilə getmiş, həmin vaxt arvadı Sevda onu evə buraxmayaraq bir daha həmin evə gəlməməsini bildirmişdir. Evdən çıxarkən qızları ona arvadı Sevdanın onun azyaşlı oğlu Əlini saçını kəsdirmək üçün bərbərə aparacağını bildirdiyinə görə saat 14 radələrində binanın başında dayanıb arvadı Sevdanın evdən çıxmasını gözləmiş, Yevlax dəmir yolu vağzalının yaxınlığında yerləşən bərbərədək arvadı Sevdaya bənzəyən qadını və az yaşlı oğluna bənzəyən uşağı izləmişdir. Bərbərbaxana tərəfdə bir müddət gözləmiş, ola bilsin ki, Sevdanın bərbərxanadan çıxıb getməyi onun gözündən yayındığından Sevdanın bərbərxanadan çıxmadığını görmüşdür. Həmin vaxt X24 Şöbəsində polis nəfəri işləyən Anar adlı şəxsin özünə məxsus idarə etdiyi ağ rəngli, “Nissan” markalı avtomobillə bərbərxananın yaxınlığında davamlı hərəkət etdiyini görmüş, bir-birlərini tanıdıqlarına görə Anarla salamlaşmışdır. Anarı dəmir yolu vağzalında fəhlə işləyərkən xətt polis şöbəsində polis nəfəri kimi tanımış, aralarında hansısa narazılıqları olmamışdır. Sevdanın bərbərxanadan çıxmadığını görüb anasının evinə qayıdaraq gecə düşməsini gözləmiş, sonra Sevdanın evə gəlməsini kənardan izləmişdir. Saat 16 radələrində Sevda evə gəldikdə həmin qadının arvadı Sevda deyil, sonuncu ilə qarşıdakı mənzildə yaşayan baldızı Sevinc olmasını, həmçinin uşağın da oğlu Əli deyil, Sevincin oğlu Sadiqin olduğunu görmüşdür. Sevincin arvadı Sevdanı pis yola çəkdiyinə şübhələndiyinə görə həmin gün saat 23 radələrində anasının yaşadığı binadan çıxıb öz yaşadığı mənzilin blokuna getmiş, beton pilləkənin altına girib orada dayanmışdır. Bir neçə dəqiqə sonra baldızı Sevinc yaşadığı mənzilin qapısını açaraq əlində fənərlə bloka baxdıqdan sonra telefonda danışdığı şəxsə “gəl, heç kim yoxdur” demiş, sonra onun ailəsinin yaşadığı evin qapısını döymüşdür. Arvadı Sevda qapıya çıxdıqda Sevinc evin “Wifi” internetinin parolunu istəmiş, bu zamanda kök əlamətlərdə, başında qara rəngli papaq olan orta yaşlı bir nəfər kişi cinsli şəxsin bloka daxil olduğunu görmüşdür. Gizləndindiyi üçün həmin şəxs onu görməmiş, Sevinc internetin parolunu Sevdadan soruşduqdan sonra həmin kişini yaşadığı evə salaraq qapını örtmüşdür. Bunu görüb Sevincin həmin şəxslə münasibətinin olduğunu anlamış, arvadı Sevdanın da bir azdan Sevincin evinə keçəcəyindən və həmin şəxslə ona xəyanət edəcəyindən şübhələnməyə başlamışdır. Arvadı Sevdanın da evə keçə biləcəyini zənn edib həmin kişi cinsli şəxsi öldürmək üçün anasının yaşadığı evə gedib mətbəxdən dəstəyində qara rəngli izolent bağlanmış mətbəx bıçağını götürüb yenidən Sevincin yaşadığı binanın blokuna qayıtmış, yenə də pilləkənin altında gözləmişdir. Saat 0015 radələrində Sevincin yaşadığı mənzilin qapısı açılmış, həmin kişinin evdən çıxıb həyətə düşəcəyini düşündüyü üçün blokdan çıxmağa hazırlaşmışdır. Həmin şəxs onun yanından gəlib keçmiş, o da həmin şəxsin ardınca həyətə çıxaraq təxminən 30-40 metr arxası ilə getdikdən sonra anidən həmin şəxsin sol qolundan tutub özünə tərəf çevirməklə qarşıqarşıya dayandıqda həmin şəxsin polis nəfəri Anar adlı şəxsin olduğunu görmüşdür. Anara “sən utanmırsan? Ailən, uşağın yoxdur, sənin maşının və pulun var deyə kiminsə arvadını qayırmalısan?” – deyə bildirmiş, Anar da həmin vaxt ona Sevincin evindən çıxdığını inkar etmişdir. Anarla onun arasında mübahisə yaranaraq biri-birilərini itələməyə başlamış, həmin vaxt onun üzərində olan sarı rəngli gödəkçənin sol döş cibindən evdən götürdüyü mətbəx bıçağını çıxardaraq Anarın sinə və ürək nahiyəsinə bir neçə zərbə endirmış, zərbənin təsirindən mətbəx bıçağının tiyə hissəsi dəstəyindən aralanmışdır. Arxaya dönüb dizini yerə qoyaraq bıçağın tiyəsini axtarmış, həmin vaxt Anar onun bel nahiyəsindən onu qucaqlayaraq Bəhruz adlı şəxsin adını yüksək səslə səsləməyə başlamışdır. Anar kürəyi üstə yerə yıxılmış, lakin hələ ölməyərək hərəkətinə davam etmişdir. X18 əlaqəsinin ola biləcəyini ağlına gətirib daha da əsəbləşmiş, buna görə də yenidən yaxınlıqda yerləşən binada anasının yaşadığı mənzilə gedib mənzilin mətbəxindən dəstəyi çəhrayımtılqırmızımtıl rəngdə olan mətbəx bıçağını götürüb təkrarən həyətə Anarın yanına düşmüşdür. Həmin vaxt Anar yenə kürəyiüstə yerdə uzanmış vəziyyətdə olmaqla hərəkət etmiş, sol əlində olan həmin mətbəx bıçağı ilə Anarın qarın və sinə nahiyələrinə bir neçə dəfə zərbə endirmişdir. Zərbələri endirdikdən sonra mətbəx bıçağı əlindən düşmüş, gecə olduğu üçün bıçağı tapa bilməmişdir. Təkrar anasının yaşadığı evə gedib evin mətbəxindən tiyəsi qısa olan bıçağı götürüb Anarın yanına qayıtmış, həmin bıçaqla da Anarın bədən nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. Bıçağın tiyəsi dəstəyindən ayrıldığı üçün yenidən anasının yaşadığı evə gedib evin dəhlizində olan şkafdan dəstəyi narıncı rəngli olan qayçını götürüb aşağı Anarın yanına düşmüş, kürəyi üstə yerdə uzanan Anarın ilə baş nahiyəsinə və yan nahiyəsinə sol əlində tutduğu qayçı ilə çoxlu sayda zərbə endirmişdir. Zərbənin təsirindən qayçının qulpu sınmış, həmin vaxt Anar ağzı üstə çönərək əlindəki telefonla kiməsə zəng etməyə çalışmışdır. Anar çöndükdən sonra anidən hərəkətsiz vəziyyətdə qalmış, bu zaman o, bıçaqla yetirdiyi xəsarətlər nəticəsində Anarın artıq öldüyünü başa düşmüşdür. Səs-küyə aşağı binada yaşayan Saleh, İlkin, Elgiz və digər xatırlamadığı şəxslər gələrək onu Anardan aralaşdırmış, bundan əsəbi şəkildə baldızı Sevincin yaşadığı mənzilə gedib dəmir giriş qapısını döymüşdür. Həmin vaxt əli Anarın qanına bulaşdığı üçün qapını döydükdə əlindəki qan dəmir qapının üzərinə yaxılmış, qapını açandan sonra Sevincə “utanmırsan, pozğunluq edirsən?” demişdir. Sevinc yatılı olduğunu və yeni oyandığını bildirdikdə sonuncuya gözləri ilə Anarın onun evindən çıxdığını gördüyünü demiş, Sevinc isə boynuna almamışdır. Sonra anası Zenfiranın yaşadığı evə gedib öz ayaqqabısını geyindikdən sonra Yevlax rayon polis şöbəsinə gəlib könüllü təslim olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərmişdir ki, mərhum X17 doğma qardaşı olmaqla X24 Şöbəsinin Post-patrul xidməti manqası, manqa komandiri vəzifəsində işləmiş, 08 yanvar 2023-cü il tarixdə səhər saat 04 radələrində qardaşı Anarın tanımadığı iş yoldaşı ona zəng edərək Anarın bıçaqla qətlə yetirildiyi barədə ona məlumat verdikdən sonra yaşadığı Goranboy rayonundan Yevlax şəhər mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanada qardaşı Anarın Ramil adlı şəxs tərəfindən qətlə yetirildiyini bilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, barəsində ədalətli cəza təyin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmaqla birgə nikahdan üç uşaqları olmuşdur. Təxminən 14-15 il ərzində Ramil ilə daimi ailə daxili mübahisələri olmuş, sonuncu ilə yola getməmişlər. Son iki il ərzində o, Ramillə ümumiyyətlə birlikdə yaşamamış, Ramil hər zaman onu söyüb təhqir etmişdir. Bu səbəbdən də Ramili yaxınına buraxmamış, sonuncu ilə bir evdə yaşamamışdır. Ramil öz anası ilə birlikdə yaşamış, o da öz övladları ilə birlikdə yaşamışdır. Ramil yalnız övladlarını görmək üçün hər gün evə gəlmiş, gecələr isə öz anasının evinə gedib orada qalmışdır. Anar adlı şəxsi ümumiyyətlə tanımamış, sonuncunun bacısı Şahid2 ilə münasibəti olması barədə yalnız hadisə baş verdikdən sonra bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 24 radələrində çöldən səs-küy eşidib öz evinin qapısını açarkən əri Ramilin bacısı Sevincin qapısını yumruqla vurduğunu görmüş, həmin vaxt Ramil bacısının yaşadığı evə daxil olmaq istəmişdir. Nə baş verdiyi soruşmaq istəyərkən, Ramil qanlı əlləri ilə onun üzərinə gəlməyə başlamış, sonra bacısı Sevinc qapını açıb çölə çıxdıqda həmin vaxt Ramil Sevincə nalayiq sözlə istifadə edərək “kələni öldürdüm” deyə bildirmişdir. Sonra Ramil blokun pilləkənlərindən düşərək öz anasının yaşadığı ev istiqamətinə getmişdir. Sonradan əri Ramilin Anar adlı şəxsi binanın qarşısında qətlə yetirdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Sevdanın əri olmaqla onun özü X5 ilə 2008-ci il tarixdə nikaha daxil olmuş, 2016-cı ildə əri vəfat etmişdir. 2018-ci ilin X14 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, həmin münasibətdən 2018-ci ildə oğlu Sadiq dünyaya gəlmişdir. Samir Rusiya Federasiyasında yaşamaqla orada işləmiş, Samirlə yalnız telefon vasitəsi ilə danışmışdır. Təxminən 2022-ci ilin oktyabr ayında Anar Sadıqovla tanış olaraq aralarında yaxın münasibətləri yaranmışdır. Hərdən atası evi olan Yevlax şəhəri, Çənlibel qəsəbəsi, Dəmir yolu binasında qalmış, həmin blokda bacısı Şahid1 öz ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində anası Elmira Hacıyeva ilə oğlu Sadiqi Yevlax rayon mərkəzi xəstəxanasına aparmış, orada oğlu Sadiqi müayinələrdən keçirdikdən sonra xəstəxanadan oğlu Sadiqlə birlikdə çıxıb Yevlax şəhəri Çənlibel qəsəbəsində yerləşən Dəmiryolu binasında yerləşən evinə getmişdir. Anası Elmira isə uşağa dərman alsın deyə şəhərdə qalmışdır. Həmin gün saat 16 radələrində oğlu Sadiqin saçını kəsdirmək məqsədilə Yevlax şəhər mərkəzi bazarının arxasında yerləşən bərbərxanaya aparmış, təminən bir saatdan sonra bərbərxanadan çıxarkən Anarın öz avtomobili ilə yolun kənarında dayandığını görmüşdür. Lakin həmin vaxt Anar ona yaxınlaşmamış, həmin vaxt Anarla telefonla əlaqə saxlayıb sonuncuya orada olan insanların onları birlikdə görmələrini istəmədiyini bildirmişdir. Oğlu ilə birlikdə Yevlax şəhəri Çənlibel qəsəbəsindəki atasının evinə getmiş, saat 23 radələrində Anar ona zəng edib iş tapdığını bildirərək ondan diplomunu istəmişdir. Anara diplomunun Hava Limanı qəsəbəsində yerləşən anası Elmiranın evində olduğunu bildirmiş, Anar ona yaşadığı evin qarşısında olduğunu və israrla onu görmək istədiyini bildirmişdir. Telefon danışığı zamanı Anar ondan Ramilin blokda olub-olmamasını yoxlamağını istəmiş, buna görə bacısına iynə vurmaq adı ilə sonuncunun yaşadığı üzbəüz olan mənzilə getmiş və bacısından iynə vurmağını istəyibistəməməsini soruşmuşdur. Bacısı Sevda da ehtiyac olmadığını bildirmiş, Ramilin blokda olub-olmamasını yoxlamaq məqsədilə telefon işığı ilə bloku yoxlamışdır. Ramilin orada olmadığına əmin olduqdan sonra Anarı evə dəvət etmiş, Anar da onun evinin qapısına gələrək içəri daxil olmuşdur. Anar onun mənzilində təxminən 30-40 dəqiqə qaldıqdan sonra saat 0015 radələrində çıxıb getmişdir. Təxminən 10-15 dəqiqə sonra çöldən güclü səs-küy eşitmiş, həmin vaxt Təqsirləndirilən şəxs onun yaşadığı evin qapısını döyərək qışqıraraq ona görə adam öldürdüyünü bildirməklə ona nalayiq ifadələr işlədərək getmişdir. Ramil əlində olan qan izləri onun mənzilinə giriş qapısının üzərində qalmış, həmin vaxt qorxduğu üçün Ramil mənzilə daxil ola bilməsin deyə qapını açarla bağlamışdır. Sonra onun bacısı Sevda səs-küyə çıxmış, bu dəfə Ramil Sevda ilə mühahisə etməyə başlamışdır. Sonra Ramil blokdan çıxıb anasının yaşadığı evə doğru getmiş, Ramilin arxası ilə gedərkən Anar Sadıqovun ölmüş vəziyyətdə və bədəninin müxtəlif yerlərdən qan axaraq yerdə uzandığını görmüşdür. Həmin vaxt qışqıraraq “Bunu kim öldürüb” deyə soruşmuş, Ramil də “bu Anardır, mən öldürmüşəm sənin oğraşını” demişdir. Daha sonra evə qayıtmış, bir müddətdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onun bacısı Sevda ilə Anar arasında hər hansı bir münasibət olmamışdır. Sevda Anarı ümumiyyətlə tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu olmaqla xx.xx.2009-cu il tarixdə Şahid1 ilə rəsmi olaraq nikaha daxil olmuş, birgə nikahdan 3 övladları olmuşdur. 14-15 il ərzində Ramil ilə Sevda arasında mütəmadi ailə daxili mübahisələr olmuş, son dövrlər isə oğlu Təqsirləndirilən şəxs arvadı Sevda ilə ümumiyyətlə birlikdə yaşamamış, Ramil onun yaşadığı ünvanda yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 22-23 radələrində oğlu Təqsirləndirilən şəxs mətbəxdə çay içdikdən sonra çölə çıxmaq istədiyini bildirib getmiş, bir müddətdən sonra evə qayıtmışdır. Həmin vaxt yataq otağında xəstə ərinə qulluq etdiyi üçün otaqdan çıxa bilmədiyinə görə Ramilin nəyə görə qayıtdığını bilməmiş, Ramil evə daxil olduqdan 2-3 dəqiqədən sonra təkrarən çölə çıxmışdır. Saat 24 radələrində çöldən səs-küy eşidib çölə çıxdıqda oğlu Ramilin adını sonradan bildiyi Anar adlı şəxsə bıçaqla çoxlu sayda xəsarət yetirdiyini görmüş, şəkər xəstəsi olduğuna görə həmin vaxt halı pisləşərək özünü itirmişdir. Ramil Anarı bıçaqladıqdan sonra onun yaşadığı evə getmiş, Ramilin ardınca evə daxil olduqda sonuncu təkrarən evin mətbəxindən bıçaq götürüb çölə çıxmışdır. Oğlunu dayandırmaq üçün ardınca qaçsa da bacarmamış, Ramil bıçağı götürüb təkrar çölə çıxaraq yenidən Anarın üzərinə getmişdir. Ramil evdən təkrarən götürdüyü bıçaqla Anarın bədənin müxtəlif nahiyyələrinə çoxlu sayda xəsarət yetirdikdən sonra təkrarən evə qayıdıb evdən bıçaq götürmüş və təkrarən Anarı bıçaqlayaraq qətlə yetirmişdir. Həmin vaxt o, çarəsiz qaldığı üçün dərhal qızı X2 yaşadığı evə qaçaraq kömək çağırmış, qızı Yeganə və kürəkəni Rəsul Əsədov ilə birlikdə hadisə yerinə qayıtdıqda Anarın ölmüş vəziyyətdə yerdə ağzı üstə uzandığını görmüşlər. Ramil əsəbi şəkildə dayanaraq heç nə danışmamış, sonra çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00 radələrində evdə yatarkən kiçik oğlu ona yaxınlaşıb yuxudan oyadaraq çöldə səs-küy olduğunu bildirmiş, pəncərədən çölə baxarkən qonşuların oraya toplaşdığını görmüşdür. Dərhal əynini geyinib çölə çıxarkən qonşuları Ramilin yaşadığı ünvanın qarşısına getdiyini, adını sonradan bildiyi Anar adlı şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, həmin vaxt Ramil əsəbi şəkildə Anarın yanında dayanmışdır. Ramil Anarın üzərinə hücum etmiş, hadisə yerinə gələn qonşusu Saleh və İlkin ilə birlikdə dərhal Ramilə yaxınlaşaraq sonuncunun qollarından tutub Anarın üzərinə hücum etməsinin qarşısını almışlar. Anar isə hərəkətsiz və qanın içində yerdə uzanıqlı vəziyyətdə olmaqla hadisə yerində bir neçə bıçaq olmuşdur. Ramil bir az sakitləşdikdən sonra harasa çıxıb getmiş, sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, X17 onun əri olmaqla birgə nikahlarından iki övladları olmuşdur. 07 yanvar 2023-cü il tarixdə saat 21 radələrində evdə olarkən əri Anarın mobil telefonuna zəng gəldikdən sonra sonuncu əynini geyinib evdən çıxmış və yarım saat ərzində evə qayıdacağını bildirmişdir. Saat 03 radələrində Goranboy rayonunda yaşayan Anarın qohumları onun mobil telefonuna zəng edib Anarın bıçaqlandığını bildirmiş, xəstəxanada olarkən Anarın bıçaqla Ramil şəxs tərəfindən qətlə yetirildiyini bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 02 saylı rəyindən görünür ki, X1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: İ.Deşilmiş-kəsilmiş yaralar: l). Döş qəfəsinin sol yuxarı iç hissəsinin iki ədəd, gövdənin sol yan tərəfinin yuxarı şöbəsinin bir ədəd daxilə nüfuz edərək ağ ciyəri zədələyən deşilmiş- kəsilmiş, bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarları (cəmi dörd ədəd); İİ.Deşilmiş yaralar: Sağ sağrının aşağı tış kvadratının və gövdənin sağ yan tərəfinin aşağı şöbəsinin yaraları (cəmi on üç ədəd):İİİ. Təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları (cəmi yeddi ədəd); İV). Sağ qaşüstü nahiyənin şişkinliyi və səthi əzilmiş yarası. Qeyd olunan xəsarətlər (ümumilikdə 24 ədəd) həyatidir, ölüm baş verməmişdən az əvvəl yetirilmişdir, ölümlə bir başa səbəbli əlaqəlidir. Bu xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici təsirə malik alətin-alətlərin (əşyanın) ola bilsin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçaqların, deşilmiş yaralar deşici təsirə malik alətin (əşyanın) ola bilsin ekspertizaya təqdim edilmiş qayçının deşici təsirə malik hissəsinin təsirindən, əzilmiş-cırılmış və əzilmiş yaralar bərk küt alətin-alətlərin (əşyanın) təsirindən ölüm baş verməmişdən az əvvəl yetirilmişdir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin üç ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yaraları sağlamlığa ağır zərər vuran, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş və deşilmiş yaralar, təpə-ənsə nahiyəsinin əzilmiş yaraları sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağ qaşüstü nahiyənin şişkinliyi və səthi əzilmiş yarası adətən dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. X1 almış olduğu xəsarətin lokalizasiyasma, yara kanalının istiqamətinə əsasən güman etmək olar xəsarət alan zaman o və xəsarət yetirən ayaq üstə, qarşı-qarşıya olmuşlar. Başm təpə-ənsə ənsə nahiyəsində olan əzilmiş-cırılmış yaralar yetirilərkən X8 üzü üstə uzanmış vəziyyətdə olması isitisna edilmir. Xəsarətin xarakteri və lokalizasiyası onu göstərir ki, X17 xəsarət aldıqdan sonra qısa müddət ərzində iradi hərəkət edə bilərdi. X8 bədənində aşkar edilmiş xəsarətin yerləşdiyi nahiyə ilə hadisə vaxtı onun əynində olmuş köynəyin (“koftanın”) üzərində olan zədə (kəsik) ilə cüzi fərqlə üstüstə düşür. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti, narkotik vasitələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. X1 ölümünə bilavasitə səbəb döş qəfəsinin daxilə nüfuz etməsi, solağ ciyərin zədələnməsi nəticəsində kəskin qan itirmə olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsində 1-1,5 saat əvvəl baş verdiyini göstərir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 02 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən əvvəl hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisəyə qədər, hadisəni törədərkən və hadisədən sonra öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunmuş cinayət hadisəsini törətdikdən sonra psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2023-cü il tarixli, 287 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməballistik, daktiloskopik və trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/165; 3/166; 13/167 nömrəli rəyindən görünür ki, təqdim edilmiş dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan olan bıçağın tiyəsinin üzərində aşkar edilmiş 01 ədəd ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan olan bıçağın tiyəsinin üzərində aşkar edilmiş 01 ədəd ovuc izi Təqsirləndirilən şəxs sol əlinin ovucundan qalmışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd qayçının, 01 ədəd bıçaq tiyəsinin, 01 ədəd tiyəsi dəstəyindən ayrılmış, dəstəyi qara izolent ilə sarılmış bıçağın səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş predmet kustar üsulla hazırlanmış, deşici, kəsici xassəyə malik mətbəx bıçağının tiyəsidir, soyuq silah hesab edilmir və üzərində əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş predmet zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, soyuq silah hesab edilmir və üzərində əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd qayçı zavod üsulu ilə istehsal edilmiş məişət təyinatlı qayçıdır, soyuq silah hesab edilmir və üzərində əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd gödəkçənin, bir ədəd poliverin, bir ədəd köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd gödəkçənin, bir ədəd puloverin, bir ədəd köynəyin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın, iki ədəd bıçaq tiyəsinin də təsirindən yaranması mümkündür. Lakin, həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrinin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bir ədəd bıçaq, iki ədəd bıçaq tiyəsi ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş bir ədəd gödəkçənin, bir ədəd puloverin, bir ədəd köynəyin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd idman şalvarının, bir ədəd alt şalvarının, bir ədəd tumanın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr deşici-kəsici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir, belə predmetlərə təqdim edilmiş qayçı da aiddir. Təqdim edilmiş bir ədəd gödəkçənin, bir ədəd puloverin, bir ədəd köynəyin və bir ədəd idman şalvarının, bir ədəd alt şalvarının, bir ədəd tumanın səthində olan və yuxarıda təsvir edilmiş zədələr X17 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə qismən üst-üstə düşürlər. Tədqiqata təqdim edilmiş bir ədəd papağın, bir cüt corabın, bir cüt idman ayaqqabısının səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq tiyəsi və dəstəyi əvvəllər vahid bütövlük təşkil etmişlər, yəni bir bıçağın iki hissəyə bölünmüş hissəsidir. Tədqiqata təqdim edilmiş bir ədəd qayçı və qayçı dəstəyi əvvəllər vahid bütövlük təşkil etmişlər, yəni bir qayçının iki hissəyə bölünmüş hissəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə lifli materialların ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/495 nömrəli rəyindən görünür ki, Anar Sadıqovun və təqsirləndirilən Təqsirləndirilən şəxs geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında, Anar Sadıqovun gödəkcəsini üzərindən aşkar edilmiş xaki rəngli poliester kimyəvi liflər rənginə və cinsi əlaqmətlərinə görə Təqsirləndirilən şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Anar Sadıqovun gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 53/2023 nömrəli rəyindən görünür ki, X8 ABO sistemi üzrə qan qrupu: 0-alfa,beta/l/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B/lll/. Ekspertizaya təqdim edilən mərhum X11 məxsus gödəkcə, pulover, qısaqol mayka, idman şalvarı, alt şalvarı, trusik, bir cüt idman ayaqqabısı/krasofka/, Təqsirləndirilən şəxs məxsus gödəkcə, sviter, alt köynəyi, şalvar, bir cüt yay başmağı, bir tay corab, jtaxta dəstəkli bıçack qara izolent sarınmış bıçaq dəstəyindən ayrılmış tiyə, tamlığı pozulmuş tiyə, qayçı, hadisə yerindən götürülmüş qurumuş bitki yarpaqları, bir paketdə qablaşdırılmış qurumuş bitki qalıqları, çınqıl daşları, gigiyenik çubuğun ucundakı pambıq, tənzif kəsiyi üzərindəki ləkələrdə və 03 ədəd gigiyenik çubuğun bir ucundakı pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa.beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri 0-alfa,beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X11 məxsus ola bilər. Ləkələrdə B/llİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən mərhum A.Sadıqova məxsus bir cüt corab, hadisə yerindən götürülmüş «çeçenka» papaq, Təqsirləndirilən şəxs şalvarının belinə keçirilmiş kəmər, digər tay corab, üzərində qana şübhəli hər hansı bir ləkə, qara rəngli izolent sarınmış bıçaq dəstəyi üzərində isə qan aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş texniki məlumatların əks olunduğu diskə baxış protokolundan görünür ki, diskdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və X8 mobil telefon nömrələrinə aid rabitə məlumatları əks olunmuşdur. Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair mesajların olduğu fayla baxış keçirdikdə aşağıdakılar müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:02-də Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə “sen nagaarirsan dedemin nömrəsini cornuya atdin dedem nəyisə başa düşər məni öldürər” məzmununda mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair mesajların olduğu fayla baxış keçirdikdə həmin mobil nömrə ilə X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında mesajlaşmalar aşkar edilməmişdir. X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair mesajların olduğu fayla baxış keçirdikdə Şahid1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə ilə mesajlaşma və zənglər olması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Şahid2 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrədən X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə, habelə X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Şahid2 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə zənglərin daxil olması və tərəflər arasında uzunmüddətli telefon danışığının olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:32-də X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng daxil olmuş və tərəflər arasında 35 saniyə telefon danışığı qeydə alınmışdır. xx.xx.2023-cü il tarixdə saat 22:32-də Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng daxil olmuş və tərəflər arasında 20 saniyə telefon danışığı qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında telefon zəngləri aşkar edilməmişdir. Şahid1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrə ilə X8 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında telefon zəngləri aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Yevlax rayon Polis Şöbəsinə gələrək təqsirini boynuna almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 0050-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Yevlax rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 42 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla himayəsində xx.xx.2009-cu ildə doğulmuş Jalə və Lalə Məmmədova və xx.xx.2017-ci ildə doğulmuş Əli Məmmədov adlı üç azyaşlı uşaqları var, yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarin əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Təqsirləndirilən şəxs Anar Sadıqovu öldürərkən sonuncuya çoxsaylı bıçaq xəsarəti yetirməsi, yetirdiyi xəsarətlərdən sonra ona heç bir müqavimət göstərə bilmək iqtidarında olmamaqla yerdə uzanıqlı vəziyyətdə olan zərərçəkmişə qarşı daha da rəhmsizlik nümayiş etdirərək bir neçə dəfə anasının yaşadığı evə gedərək iki dəfə bıçaq və bir dəfə qayçı gətirərək həmin alətlərlə Anar Sadıqova zərbələr endirməsi onun zərərçəkmişi xüsusi amansızlıqla həyatdan məhrum etdiyini bir daha təsdiq edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində üç az yaşlı uşağının olması və könüllü gəlib təqsirini boynuna alması cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 56.1.3-cü maddəsinə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 324 AZN (üç yüz iyirmi dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan mərhum Anar Sadıqova məxsus 01 ədəd qara rəngli papaq, Təqsirləndirilən şəxs məxsus bir cüt qara və qəhvəyi rəngli başmaq, 01 ədəd dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan olan bıçaq, 01 ədəd narıncı rəngli qayçı, 01 ədəd bıçaq tiyəsi, 01 ədəd tiyəsi dəstəyindən ayrılmış, dəstəyi qara izolent ilə sarılmış bıçaq, mərhum Anar Sadıqovun hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd tünd göy rəngli, sinə hissəsində ağ, göy, açıq qəhvəyi və boz boylama zolaqları olan jaket, 01 ədəd ağ və boz rəngli, kişi alt paltarı, 01 ədəd boz rəngli kişi pejama şalvar, 01 ədəd tünd boz rəngli, qisaqol kişi köynək, 01 ədəd tünd göy rəngli idman şalvarı, bir cüt qara rəngli corab və bir cüt qara rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd boz rəngli, qara zolaqlı olan uzunqol üst pejama dəsti, 01 ədəd ağ və boz rəngli zolaqları olan uzunqol kişi sviteri, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli kişi şalvarı, 01 ədəd xaki rəngli kurtka, bir cüt boz rəngli corab, o cümlədən hadisə yerindən götürülmüş 01, 02, 03, 04, 05, 06, 07, 08 və 09 nömrəli qan nümunələri məhv edilməli, iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 324 AZN (üç yüz iyirmi dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax Rayon Prokurorluğunda saxlanılan mərhum Anar Sadıqova məxsus 01 ədəd qara rəngli papaq, Təqsirləndirilən şəxs məxsus bir cüt qara və qəhvəyi rəngli başmaq, 01 ədəd dəstəyi tünd qəhvəyi rəngli taxta materialdan olan bıçaq, 01 ədəd narıncı rəngli qayçı, 01 ədəd bıçaq tiyəsi, 01 ədəd tiyəsi dəstəyindən ayrılmış, dəstəyi qara izolent ilə sarılmış bıçaq, mərhum Anar Sadıqovun hadisə vaxtı üzərində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd tünd göy rəngli, sinə hissəsində ağ, göy, açıq qəhvəyi və boz boylama zolaqları olan jaket, 01 ədəd ağ və boz rəngli, kişi alt paltarı, 01 ədəd boz rəngli kişi pejama şalvar, 01 ədəd tünd boz rəngli, qisaqol kişi köynək, 01 ədəd tünd göy rəngli idman şalvarı, bir cüt qara rəngli corab və bir cüt qara rəngli idman ayaqqabısı, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olmuş 01 ədəd boz rəngli, qara zolaqlı olan uzunqol üst pejama dəsti, 01 ədəd ağ və boz rəngli zolaqları olan uzunqol kişi sviteri, 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli kişi şalvarı, 01 ədəd xaki rəngli kurtka, bir cüt boz rəngli corab, o cümlədən hadisə yerindən götürülmüş 01, 02, 03, 04, 05, 06, 07, 08 və 09 nömrəli qan nümunələri məhv edilsin, iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar