Məhkəmə qərarları › İş №1(091)-138/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-138/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-138/2024 10.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlərə dair məhkəmələrdə dövlət ittihamını müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X13, zərərçəkmiş şəxsin hüquqi varisi: X10, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Cəyirli kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu **-FA-*** dövlət nömrə nişanlı “Vaz2106” markalı avtomobil ilə müştərini Göyçay rayonu, Cəyirli kəndindən götürüb Göyçay rayonu, Kürdəmiş kəndinə aparmaq üçün Göyçay-Bərgüşad avtomobil yolunun, Göyçay rayonu, Cəyirli kəndindən keçən hissəsində, üzü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, əmisi Şahid8 məxsus bağ sahəsinin qarşısından keçdikdə, yolun kənarında Göyçay rayonu, Kürdəmiş kənd sakini Şahid6 meyvə-tərəvəz məhsulları satdığı piştaxtanın qarşısında əvvəldən tanıdığı Göyçay rayonu, Kürdəmiş kənd sakini xx.xx.1967-ci il təvəllüdlü X4 əmisi oğlu Şahid1 ilə aqressiv formada əl-qol hərəkətləri ilə danışdığını görüb, avtomobilini yolun digər tərəfindən saxlayaraq, avtomobildən düşmədən nə baş verdiyini soruşmuş, bu zaman Şahsən Yusifovun ona “sənlik deyil, aralan çıx get” deməsindən və əmisi oğlu Şahid1 da heç bir şey olmadığını deməsindən sonra, yoluna davam edərək, avtomobilində olan müştərini Kürdəmiş kəndinə düşürüb geri qayıdarkən, Şahsən Yusifovun yenə də həmin piştaxtanın qarşısında əmisi oğlu Şahid1 üzərinə gedib, sonuncu ilə aqressiv formada əl-qol hərəkətləri ilə danışdığını görüb avtomobildən düşərək, sonunculara yaxınlaşıb nə baş verdiyini soruşmuş, bu zaman, Şahsən Yusifovun danışıqlarından sonuncunun əmisi Şahid8 ilə mübahisəsi olmasını, əmisinin əleyhinə danışmasını və sərxoş olmasını görüb, sonuncunu sakitləşdirməyə çalışaraq, məsələni əmisi Şahid8la həll etməsini demiş, həmçinin Şahsən Yusifovu iki dəfə yolun digər tərəfindən olan avtomobilinə əyləşdirərək çıxıb getməsini demiş, sonuncu dəfə Şahsən Yusifovu avtomobilinə əyləşdirib çıxıb getməsini dedikdən sonra, nə baş verdiyini öyrənmək üçün əmisi oğlunun yanına gedərkən, Şahsən Yusifov yenidən avtomobilindən düşərək onlara yaxınlaşıb, əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətmiş, bundan sonra, yenidən Şahsən Yusifovu sakitləşdirməyə çalışarkən, sonuncunun ona və əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətməsi, həmçinin “var-yox” söyüşü işlədərək onun üzərinə gəlməsini görüb, yumruq ilə Şahsən Yusifovun sifət nahiyəsindən bir dəfə qəsdən vurmaqla sonuncunun ölümünə səbəb ola biləcək ictimai təhlükəli nəticələri görməli və görə biləcəyi halda bunları görməmiş həmin zərbə ilə Şahsən Yusifova dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqları xəsarətləri yetirdikdən sonra həmin zərbənin təsirindən Şahsən Yusifovun öz boyu hündürlüyündən arxası üstə sürətlənmiş yıxılaraq, başın arxa sağ təpə nahiyəsinin bərk yer örtüyünə (üzərində müxtəlif forma və ölçülü daşlar olan geniş səthə) dəyərək dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən qapalı kəllə-beyin travması, təpə sümüyünün, sağ və sol gicgah sümüklərinin, sağ təpə sümüyünün qismən basılmış sınığı və ondan sol təpə və gicgah sümüklərinə yayılan xətti sınıq xəsarətləri fonunda beyin maddəsinə qansızma və dərəcəsinə görə sağlamlığa zərər vurmayan başın sol alın-təpə nahiyəsində qançır xəsarətləri alması nəticəsində ehtiyatsızlıqdan X4 xx.xx.2023 saat 1945 dəqiqədə müalicə aldığı Göyçay RMX-nın Reanimasiya şöbəsinə ölməsinə səbəb olmaqla ehtiyatsızlıqdan Şahsən Yusifovu öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 onun yaşadığı Cəyirli kəndi ilə qonşuluqda yerləşən Kürdəmiş kənd sakini kimi tanımış, sonuncu ilə münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus **-FA-*** dövlət nömrə nişanlı “Vaz2106” markalı avtomobil ilə Cəyirli kəndində yerləşən bağçada müəllimə işləyən Leyla adlı şəxsi işlədiyi bağçadan götürüb yaşadığı Kürdəmiş kəndinə aparmış, Göyçay- Bərgüşad yolu ilə üzü Kürdəmiş kəndi istiqamətində gedərkən, əmisi Əliyə məxsus bağ sahəsinin qarşısında, yolun kənarında Kürdəmiş kənd sakini Samir adlı şəxsin meyvətərəvəz məhsulları satdığı piştaxtanın qarşısında əmisi Əlinin oğlu Əlimösüm, meyvətərəvəz məhsulları satan Samirin oğlunun və Şahsən Yusifovun piştaxtanın qarşısında dayandıqlarını, Şahsənin maşınının yolun digər tərəfində üzü Göyçay şəhəri istiqamətində dayandığını görmüşdür. Şahsənin hərəkətlərindən sonuncunun əmisioğlu Əlimösümün üzərinə getdiyini görüb avtomobili saxlayaraq nə baş verdiyini soruşduqda Şahsən ona kobud formada “sənlik deyil, aralan çıx get” demiş, əmisioğlu Əli isə əli ilə işarə edərək, hər hansı problem olmadığını demişdir. Bundan sonra saat 17 radələrində Leyla müəlliməni aparıb evə düşürərək geri qayıdarkən Şahsənin əmisioğlu Əlimösüm ilə yenə də əl-qol hərəkətləri ilə danışdığını görüb avtomobili yolun kənarında, Şahsənin avtomaşınının qarşısında saxladıqdan sonra avtomobildən düşərək sonunculara yaxınlaşmış, həmin vaxt əmisioğlu Əlimösüm, piştaxtanı işlədən Samirin oğlu və Şahsən orada olmuşdur. Sonunculara yaxınlaşaraq Şahsənə əmisioğlu Əlimösümdən nə istədiyini soruşmuş, Şahsən isə olduqları yeri və əmisinin bağ sahəsini göstərib həmin yerlərin ata yurdu olduğunu, orada nə istəyirsə edəcəyini demişdir. Şahsənin hərəkətlərindən və içkinin qoxusundan sonuncunun spirtli içki qəbul etdiyini başa düşüb, sonuncuya yaxşı etidiyini, lakin indi getməsini, sabah gəlib əmisi ilə söhbət etməsini demişdir. Şahsəni aparıb avtomobilinə əyləşdirdikdən sonra məsələnin nə olduğunu öyrənmək və Əlimösümü sakitləşdirmək üçün sonuncunun yanına qayıtmış, bu zaman Şahsən avtomobilindən düşüb yenə də onlara tərəf gəlmişdir. Şahsən içkili halda nalayiq söyüş söyərək, “yenə deyirəm, dediklərimin hamısını edəcəm” demiş, bu zaman yenə də Şahsəni sakitləşdirib geri qaytararaq avtomobilinə əyləşdirmişdir. Şahsənə evinə aparmağımı təklif etdikdə, sonuncu onun təklifini qəbul etməmiş və kobud formada “mənə maşın almısan, özüm sürüb gedəcəm” demişdir. Yenə də Əlimösümgilin yanına qayıtdıqda, Şahsən təkrar olaraq yenə də avtomobildən düşüb yanlarına gəlmiş, Şahsən yenə də əmisi Əliyə qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt orada saxlayan “Kia” markalı avtomobildən bir nəfər tanımadığı qadın və avtomobilin sürücüsü olan kişi cinsli şəxs düşüb alver etmək üçün piştaxtaya yaxınlaşmış, həmin vaxt Şahsən yenə də nalayiq söyüşlər söyməyə davam etmişdir. Şahsənin qadınların yanında nalayiq ifadələr işlətməsini görüb piştaxtanın qarşısından bir qədər şəhər istiqamətinə tərəf gəlmiş, həmin vaxt Şahsən də onun arxasınca gəlmişdir. Şahsən arxasınca gələrkən ümumi olaraq varyox söyüşü işlətdiyinə görə sonuncuya tərəf çönüb öz iradını bildirmiş, bu zaman Şahsən “yaxşı edirəm” deyərək onun və əmisioğlu Əlimövsümün üzərinə tərəf gəlmişdir. Şahsənin onu və əmisioğlunu vuracağını fikirləşib əlinin içi ilə zərbə ilə Şahsəinin burun nahiyəsindən vurmuş, Şahsən isə zərbənin təsirindən arxası üstə yerə yıxılaraq huşu özündən getmişdir. Bu zaman alver etmək üçün dayanan avtomaşının sürücüsü Şahsənin dilini tutmalarını demiş, hadisənin təsirində olduğu üçün, Şahsənin dilini kimin tutmasına fikir verməmişdir. Bundan sonra yoldan keçən avtomaşınlar da saxlayıb oraya yığışmış, həmin vaxt orada olan şəxslərdən biri X19a zəng etmişdir. X19 gəldikdən sonra həkimlər Şahsənə tibbi yardım göstərən zaman, oradan uzaqlaşıb səhər saatlarında duracağa yerləşdirilmiş etibarnaməsiz idarə etdiyi atasına məxsus “Mercedes” markalı mikroavtobusu duracaqdan nə zaman götürə biləcəyini maraqlanmaq üçün Göyçay RPŞnə getmiş, orada ona növbəti gün avtomobilə aid sənədləri götürüb gəlməsini demişlər. Bundan sonra Cəyirli kəndinin ərazisində yerləşən “Mırtı” marketdən alver edib yaşadığı evə getmişdir. Saat 19 radələrində əmisi Vüsal ona zəng edərək, evin qabağına çıxmağını demiş, əmisi öz avtomobili ilə gəlib onu evin qarşısından götürmüşdür. Əmisi ona avtomobildə Şahsəni vurub-vurmadığını soruşmuş, Şahsəni əli ilə sifətindən burun nahiyəsindən vurduğunu və sonuncunun zərbənin təsirindən yerə yıxıldığını demişdir. Bundan sonra əmisi ona Göyçay rayon Polis Şöbəsinə getməli olduqlarını demiş, Göyçay rayon Polis Şöbəsinə getdikdən sonra orada hadisə ilə bağlı onu sorğu-sual etmişlər. Hadisəni olduğu kimi danışmış, bundan sonra, onu Göyçay rayon prokurorluğuna gətirmişlər. Rayon prokurorluğunda olarkən, Şahsənin xəstəxanada ölməsini öyrənmişdir. Hadisə baş verən zaman Şahsənlə əlbəyaxa olmamış, sonuncunu əlinin içi ilə burun nahiyəsindən zərblə vurmuşdur. Zərbədən sonra Şahsən arxası üstə yıxılmış, Şahsənin onu vurmaq istədiyini hiss etdiyinə görə əlinin içi ilə sonuncunun burun nahiyəsindən vuraraq özündən aralamaq istəmişdir. Şahsənin yıxıldığı yerdə daş parçaları olmuş, sonuncu yerə yıxıldıqdan sonra, ağız nahiyəsindən qan gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən 2 gün əvvəl mərhum əri Şahsən Yusifov evə bir qədər əsəbi gələrək Cəyirli kənd sakini Əlinin bağının qarşısında, yolun kənarında xurma ağaclarına dəstək dirək kəsdiyini, bu zaman Əlinin ona “bu ağacları sən əkmisən bura, niyə kəsirsən” dediyini, Şahsən həmin vaxt Əliyə ağacların yol kənarında olduğunu dedikdə isə, Əli Şahsənə “buralar hamısı mənimdir” dediyini bildirmiş, növbəti gün axşam saatlarında isə Şahsən evə gəldikdə Əlinin kənd ərazisində Şahsən barəsində nalayiq ifadələr işlətdiyini bildirmişdir. Şahsənə fikir verməməsini deyib sonuncunu sakitləşdirmiş, xx.xx.2023-cü il tarixdə Şahsən səhər saat 10 radələrində evdən çıxaraq Göyçay şəhərinə mismar almağa gedəcəyini və evə qayıdıb evdə təmir işləri görəcəyini, axşam saatlarında isə Ağdaş rayonuna qızıgilə gedəcəklərini bildirmişdir. Həmin gün axşam saatlarında qayını Rəvan ona zəng edərək, xəstəxanaya gəlməyini dedikdən sonra xəstəxanaya gəldikdə Şahsənin Təqsirləndirilən şəxs tərəfindən xəstəxanaya düşdüyünü və xəstəxanada öldüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində bağ sahələrinin qarşısında, yolun kənarında yerləşən, piştaxtada meyvə-tərəvəz məhsulları satan Samirin oğlu Salman ilə söhbət edən zaman Göyçay rayonu Kürdəmiş kənd sakini Şahsən Yusifov özünə məxsus qırmızı rəngli “Vaz21011” markalı avtomobil ilə gəlib yolun digər tərəfində saxladıqdan sonra onlar tərəfə keçmiş, hərəkətlərindən və içki qoxusundan Şahsənin spirtli içki qəbul etməsini başa düşmşdür. Şahsən onların yanına gəldikdən sonra əli ilə bağ sahələrinin qarşısında, yolun qırağında olan ağacları göstərərək “atan qoymadı məni oradan ağac qırmağa” demiş, Şahsənə həmin ağacları heç kimin kəsmədiyini, buna Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən icazə verilmədiyini bildirmişdir. Bu zaman əmisioğlu Təqsirləndirilən şəxs özünə məxsus “Vaz2106” markalı avtomobil ilə oradan keçərkən avtomobili saxlayıb oradan düşmədən ilk əvvəl Şahsəndən nə baş verdiyini soruşmuş, Şahsən isə Novruza kobud formada “sənlik deyil, aralan çıx get” demişdir. Özü də əli ilə işarə edərək Novruza heç bir şey olmadığını dedikdən sonra Novruz avtomobillə gedib Leyla adlı qadını evini düşürdükdən təxminən 4-5 dəqiqə sonra onların yanına qayıtmışdır. Novruz gələnədək Şahsən yenə də içkili vəziyyətdə eyni sözləri təkrar edərək nalayiq ifadələr işlətmiş, Şahsənə çıxıb getməsini, atası gələndə atası ilə söhbət etməsini desə də, sonuncu onun sözünə qulaq asmamışdır. Novruz avtomobillə gəlib yolun digər tərəfində Şahsənin avtomobilinin qarşısında saxladıqdan sonra avtomobildən düşüb onlara tərəf gəlmiş, Novruz onlara yaxınlaşıb Şahsənə nə baş verdiyini soruşduqda sonuncu içkili vəziyyətdə söyüş söyərək atasının arxasınca danışmışdır. Novruz Şahsəni sakitləşdirərək söyüş söyməməsini demiş, Şahsən isə “bura mənim atamın yurdudur, nə istəsəm edərəm” demişdir. Novruz Şahsəni sakitləşdirərək yolun digər tərəfinə keçirmiş, avtomobilinə əyləşdirib getməsini xahiş etmişdir. Novruz yenidən onlara tərəf gəldikdə Şahsən öz avtomobilindən düşüb yenə də onlara tərəf gələrək, atasına və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt piştaxtanın yanında tünd rəngli avtomobil saxlayaraq avtomobildən bir qadın və bir kişi cinsli şəxs düşərək Salmandan alver etmək məqsədilə piştaxtaya yaxınlaşmışdır. Bu zaman, Şahsən yenə də nalayiq ifadələr işlətməyə davam etmiş, bunu görən Novruz Şahsənə qadınların yanında söyüş söyməməsini və söhbət etmək üçün bir qədər kənara çəkilmələrini demişdir. Bir qədər piştaxtanın yanından aralanmış, Salman isə müştərilərin yanında qalmışdır. Kənara çəkildikdə Şahsən bu dəfə ona və atasına qarşı söyüş söymüş, bu zaman Şahsənin üstünə qışqıraraq camaatın ailəsi var deyə söyüş söyməməsini bildirmişdir. Bundan sonra Şahsən ümumi olaraq “varyox” söyüşü söyərək onun üzərinə gəlmiş, bunu görən əmisi oğlu Novruz əlinin içi ilə Şahsənin burun nahiyəsinə zərblə bir dəfə vurmuşdur. Zərbənin təsirindən Şahsən arxası üstə yerə yıxılmış və başı yerdə olan daşlara dəymişdir. Bu vaxt, Şahsənin yerdə uzanıqlı və hərəkətsiz qaldığını gördükdə Salmanla alver edən müştərilərdən sürücü kişi Şahsənin dilinin qatlandığını və dərhal dilini çıxararaq tutmalarını demiş, həmin vaxt Şahsənin dilini tutmağa çalışmışdır. Şahsənin dilini tutmaq istəyərkən sonuncunun ağzından qan gəldiyini görmüş, piştaxtaya yaxınlaşıb su götürərək Şahsənin üzünə su vurmağa başlamışdır. Sonra Novruzun mobil telefonu ilə atasına zəng edib, Novruzun Şahsəni vurduğunu və Şahsənin yerdə uzanıqlı vəziyyətdə qaldığını bildirmişdir. Atası ona tez təcili yardım çağırmasını bildirmiş, bundan sonra, özünü itirdiyi üçün bağlarında işləyən Samiri çağırmışdır. Samir gəlib Şahsənə köməklik göstərmiş, həmçinin zəng edib X19 çağırmışdır. Şahsənə kömək üçün sonuncunu sol yanı üstə çevirmiş, bir qədər sonra X19 oraya gəlmişdir. Təcili yardım gəldikdən sonra Şahsənin qardaşları Pərvizlə Rəvan da orada olmuş, Şahsəni təcili yardımla Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şahsəni xəstəxanaya apardıqdan sonra Salmanla piştaxtanın yanında qalmışlar. Novruzun isə nə vaxt və haraya getməsini bilməmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onları izahat vermələri üçün rayon polis şöbəsinə dəvət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində işlədiyi Göyçay rayonu Cəyirli kəndinin yaxınlığındakı piştaxta arxasında olan zaman, Əlimösüm onun yanına gəlib, salamlaşaraq ümumi söhbət etməyə başlamış, təxminən yarım saat sonra Şahsən Yusifov idarə etdiyi qırmızı rəngli “Vaz21011” markalı avtomobil ilə gəlib, yolun digər tərəfində saxlayıb, onlara tərəfə yaxınlaşmışdır. Şahsən onlara tərəf gəldikdə sonuncunun hərəkətlərindən və qoxusundan spirtli içki qəbul etməsini başa düşmüş, Şahsən onların yanına gəldikdən sonra Əlimösümə əli ilə bağ sahələrinin qarşısında, yolun qırağında olan ağacları göstərərək, sonuncuya “atan qoymadı məni oradan ağac qırmağa” sözlərini demişdir. Əlimösüm Şahsənə “həmin ağacları heç kimin kəsmədiyini, buna Ekologiya Nazirliyinində icazə verilmədiyini” bildirmiş, bu zaman Əlimösümün əmisi oğlu Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus “Vaz2106” markalı avtomobil ilə oradan keçmişdir. Novruz onların yanlarından keçərkən, avtomobilini saxlayıb, avtomobildən düşmədən ilk əvvəl Şahsəndən nə baş verdiyini soruşmuş, sonuncu isə Novruza aqressiv formada “sənlik deyil, aralan çıx get” sözlərini demişdir. Bu zaman Əlimösüm də əli ilə işarə edərək Novruza heç bir şey olmadığını dediyinə görə Novruz avtomobillə gedib Leyla adlı qadını evinə düşürdükdən təxminən 4-5 dəqiqə sonra onların yanına qayıtmışdır. Novruz gələnə kimi Şahsən yenə də içkili vəziyyətdə eyni sözləri təkrar edərək nalayiq ifadələr işlətmiş, həmin vaxt Əlimösüm yenə də Şahsənə çıxıb getməsini, atası gələndə sonuncu ilə söhbət etməsini demişdir. Buna baxmayaraq Şahsən çıxıb getməmiş, Novruz avtomobili ilə gəlib yolun digər tərəfində Şahsənin avtomobilinin qarşısında saxlayaraq avtomobildən düşüb onlara tərəf gəlmişdir. Novruz onlara yaxınlaşıb Şahsəndən nə baş verdiyini soruşmuş, sonuncu isə içkili vəziyyətdə söyüş söyərək Əliimösümün atasının əleyhinə danışmışdır. Bu zaman Novruz Şahsəni sakitləşdirmək məqsədilə sonuncuya söyüş söyməməsini demiş, Şahsən isə həmin yerin atasının yurdu olduğunu, nə istəsə edə biləcəyini demişdir. Bundan sonra, Novruz Şahsəni sakitləşdirib yolun digər tərəfinə tərəf keçirməklə avtomobilinə əyləşdirib getməsini xahiş etmiş, Novruz yenidən onlara tərəf gəldikdə Şahsən öz avtomobilindən düşüb yenə də onlara tərəf gələrək Əlimösümün atasının ünvanına və Əlimösümün özünə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt piştaxtanın yanında içərisində bir nəfər kişi nə iki nəfər qadının olduğu tünd rəngli avtomobil saxlayaraq bir kişi və qadınlardan biri avtomaşından düşərək onunla alver etmək üçün piştaxtaya yaxınlaşmışdır. Bu zaman Şahsən yenə də nalayiq ifadələr işlətməyə davam etdiyinə görə Novruz Şahsənə qadının yanında söyüş söyməməsini və söhbət etmək bir qədər kənara çəkilmələrini demiş, bundan sonra sonuncular piştaxtanın yanından bir qədər aralanmışlar. Əlimösüm, Novruz və Şahsən kənara çəkildikdən sonra, Şahsən bu dəfə Əlimösümün atasının və özünün ünvanına söyüş söymüş, bu zaman özü və Əlimösüm Şahsənin üstünə qışqıraraq camaatın ailəsi var deyə söyüş söyməməsini bildirmişlər. Bundan sonra Şahsən uca səslə ümumi olaraq “var-yox” söyüşü söymüş, həmin vaxt anidən səs gəlmişdir. Həmin tərəfə baxdıqda Şahsənin arxası üstə yerə yıxıldığını görmüş, həmin vaxt Şahsəni kimin vurmasını görməsə də ancaq sonradan sonuncunu “var-yox” söyüşü söyməsinə görə Novruzun vurmasını öyrənmişdir. Şahsən zərbənin təsirindən arxası üstə yerə yıxılaraq başı yerdə olan daşlara dəymiş, müştəri qadının ondan aldığı sellafona yığdığı pomidorları həmin qadına kömək üçün ön oturacağın üstünə qoyarkən sürücü kişi həmin qadına tez əyləşərək oradan çıxıb getmələri üçün tələsdirmişdir. Müştərilər çıxıb getdikdən sonra Şahsənə yaxınlaşmış, sonuncunun ağzından qan gəldiyini görmüşdür. Daha sonra Əlimösüm piştaxtaya yaxınlaşıb su götürərək Şahsənin üzünə su vurmağa başlamış, bundan sonra, Şahsənə kömək üçün Əlimösüm onu sol yanı üstə çevirmişdir. Bir qədər sonra oraya X19 gəlmiş, sonra Şahsənin qardaşları Pərvizlə Rəvan da orada olmuşlar. X19 gəldikdən sonra Şahsəni təcili yardımla Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şahsəni xəstəxanaya apardıqdan sonra Əlimösümlə piştaxtanın yanında qalmış, Novruzun isə nə vaxt və haraya getməsini bilməmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları izahat vermələri üçün rayon polis şöbəsinə dəvət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus avtomobili ilə kənd yolundan Ucar-Göyçay avtomobil yoluna çıxarkən qonşu Cəyirli kənd sakini kimi tanıdığı Şahid8 onu görüb əli ilə işarə edərək saxlamasını bildirmiş, avtomobildən düşüb söhbət edən zamanı Şahid8 ona qardaşı Şahsəndən şikayət edərək, sonuncunun Əliyə məxsus bağ sahəsindən bir qədər kənarda, yəni yol qırağında olan sakinlər arasında “rus ağacı” kimi tanınan akasiya ağacının budaqlarını kəsmək istəyərkən, Şahsənə mane olduğu üçün aralarında sözlə mübahisə yarandığını demişdir. Həmin vaxt, Əliyə hansısa ağacdan ötrü mübahisə etməyə dəymədiyini, ağacın Əliyə heç bir aiddiyyatı olmadığını dedikdən sonra sonuncu ona bir də belə bir şey olsa Əlinin qıçını sındıracağını, başını paralayacağını demişdir. Əliyə məsələni özlərinin həll etməsini demiş, söz-söhbətin böyüməməsi üçün qardaşı Şahsənə heç bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən Saməddin adlı şəxsin işlətdiyi çayxanada Şahsən, Azər və Səbuhi birlikdə oturub çay içib domino oynayan zaman Şahsən onlara bir-iki gün əvvəl Göyçay rayonu Cəyirli kənd sakini Əli ilə mübahisə etdiyini demiş, Şahsənin həmin mübahisə barədə danışdığını görüb, sonuncuya özünün də həmin mövzuda Əli ilə söhbəti olduğunu deyərək, bir ağacdan ötrü söz-söhbət yaratmamalarını bildirmişdir. Şahsən isə onlara Əlinin xx.xx.2023-cü il tarixdə sözügedən çayxanada Şahsənin arxasınca söyüş söydüyünü, buna görə Əli ilə söhbət edəcəyini demişdir. Həmin masada əyləşən Azər çayın pulunu verərək çıxıb getdikdən sonra Şahsən və Səbuhi orada qalmış, həmin vaxt, qardaşı Şahsən onlara Cəyirli kəndində yerləşən “Ləklilər” kafesi adlanan yeməkxanada yeyib-içməyi təklif etmişdir. Şahsənə işləri olduğunu deyərək avtomobilinə əyləşib getmiş, evə getdikdən yarım saat sonra işləri ilə əlaqədar Göyçay şəhərinə getməli olmuşdir. Bundan sonra kəndin içərisindəki yolda avtobusa əyləşib sözügedən “Ləklilərin” kafesinə çatıb oraya girdikdə Şahsənlə Səbuhinin yemək yediklərini və masanın üzərində isə spirtli içki olan 1 (bir) lt-lik araq olduğunu görmüş, həmin vaxt Səbuhi ona arağın çox olduğunu, onun da Səbuhi ilə Şahsənə kömək etməsini demişdir. Masaya əyləşib birlikdə 2 qədəh araq içdikdən bir qədər sonra masadan qalxıb taksi ilə sakinlər arasında “Məmmədrəşidin dairəsi” adlanan yerə getmiş, həmin dairənin yanında yerləşən çayxanaların birində qardaşı Müseyiblə çay içib söhbət etmişlər. Təxminən 30-40 dəqiqə sonra həmkəndlisi Atabala adlı şəxs ona mobil telefonla zəng edərək qardaşı Şahsəni kimsə döyərək yolun kənarına yıxdığını, dərhal oraya getməsini demiş, dərhal Müseyiblə taksi ilə Atabalanın dediyi yerə getmişlər. Hadisə yerinə çatan vaxt kiçik qardaşı Rəvanın da eyni vaxtda oraya gəldiyini, eyni zamanda da X19 avtomobilinin orada olduğunu görmüşlər. Dərhal taksidən düşərək qardaşı Rəvanla Şahsəni yerdən qaldırıb X19 avtomobilinə qoymuş, X19 işçiləri Şahsənin vəziyyətinin ağır olduğunu və ola bilsin ki, vəfat edəcəyini də demişlər. Şahsənin vəziyyətinin yaxşılaşacağına ümid edərək sonuncunu xəstəxanaya aparmalarını tələb etmiş, Şahsəni X19 avtomobilinə yerləşdirdikdən sonra qardaşı Rəvanla birlikdə X19 avtomobilinə əyləşərək xəstəxanaya getmişlər. Xəstəxanada həkimlər xeyli çalışsalar da, Şahsən bir az keçdikdən sonra vəfat etmişdir. Sonradan eşitdiyinə görə, Əlinin oğlu həmin vaxt bağ sahəsinin qarşısında, yolun kənarında meyvə-tərəvəz məhsulları satılan, piştaxtanın qarşısında olmuş, qardaşı Şahsənə də evinə gedərkən orada baş verən mübahisə zamanı vurulmuşdur. Şahsənin meyitini evlərinə aparıb meyiti yuyarkən konkret olaraq sağ və sol əli olmasını görmədiyi əlinin birinin barmağında göyərti olmasını, başında odun hissələrini gördüyünə görə qardaşının bir neçə nəfər şəxs tərəfindən döyülməsini fikirləşmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində və şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək X5 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun, Göyçay rayonu, Kürdəmiş kəndindən keçən hissəsində yolun kənarında piştaxta qoyaraq, orada meyvə-tərəvəz məhsulları satmaqla məşğul olmuş, piştaxtanın yaxınlığında isə Göyçay rayonu Cəyirli kənd sakini Əliyə məxsus bağ sahəsi olmuşdur. Saat 15 radələrində oğlu Şahid2 piştaxtaya nəzarət eləməsi üçün çağırmış, sonuncunu orada qoyub evə getmişdir. Evə gedib yatan zaman oğlu Salman ona zəng edərək Kürdəmiş kənd sakini Şahsənin vurulduğunu və yolun qırağına yıxılıb qaldığını dedikdən sonra Şahsənin qardaşı Rəvana zəng edib, bu barədə məlumat vermiş, özü də piyada tez piştaxtanın yanına getmişdir. Oraya çatan zaman, Şahsənin yerdə uzanıqlı vəziyyətdə olduğunu, xırıldadığını və burnundan qan gəldiyini görmüş, orada kənardan da adamlar toplaşmışdır. Oraya çatdıqdan bir neçə dəqiqə sonra isə Şahsənin qardaşı Pərviz də oraya gəlmiş, bir qədər sonra isə, X19 avtomobili ilə həkimlər oraya gəlmişlər. Həkimlər Şahsənin vəziyyətinin ağır olduğunu görüb sonuncunu təcili yardım avtomobili ilə xəstəxanaya aparmış, özü də xəstəxanaya getmişdir. Həmin gün axşam saatlarında Şahsənin xəstəxanada ölməsini eşitmişdir. Hadisədən bir neçə gün qabaq, piştaxtanın yanında olarkən, Şahsənin əlində dəhrə ilə oraya gəlib Akasiya ağacından budaq kəsməsini görmüş, bu zaman Əlinin bağında işləyən Samir onun yanına gələrək Şahsənin orada ağac kəsdiyini və Əliyə oraya gəlməsi üçün zəng etdiyini demişdir. Bir qədər sonra Əlidə oraya gələrək Şahsənə həmin ağacları kəsməyə görə irad bildirmiş, ağacı kəsməyə icazə olmadığını demişdir. Həmçinin Şahsənə əgər Ekologiya idarəsindən və Polis Şöbəsindən icazə ala bilirsə, o zaman gəlib ağacları kəsə biləcəyini demişdir. Bundan sonra, Şahsən onun yanına gəlmiş, bir ədəd siqaret alıb çəkdikdən sonra çıxıb getmişdir. Məhəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, səhər saatlarından Əliyə məxsus bağ sahəsində işləmiş, saat 16 radələrində Şahid8 ona zəng edərək xiyar sifarişi olduğuna görə istixanadan xiyar yığmasını tapşırmışdır. Sifarişin çox olduğunu, vedrənin isə bir ədəd olduğunu görüb Şahid8 oğlu Əlimösümü çağıraraq, ona bir-iki ədəd əlavə vedrə gətirməsini tapşırmışdır. Əlimösüm ona vedrə gətirdikdən sonra, bağ sahəsinin qarşısında Kürdəmiş kənd sakini Salman adlı uşağın meyvə-tərəvəz satdığı piştaxtasının yanında olduğunu bildirərək oraya getmişdir. İstixananın içərisində öz işləri ilə məşğul olarkən təxminən yarım saat sonra Əlimösümün uca səslə onu çağıraraq istixanaya tərəf gəldiyini görü nə baş verdiyini soruşduqda, sonuncu həyəcanlı şəkildə ona Kürdəmiş kənd sakini Şahsənin huşunu itirmiş halda yerdə hərəkətsiz vəziyyətdə qaldığını deyib kömək istəmişdir. Dərhal həmin yerə gedərək Şahsənə kömək üçün əl-üzünü su ilə yumağa başlamış, orada olan tanımadığı bir şəxs Şahsənin dilinin qatlandığını və sonuncunun dilini tutaraq saxlamalarını deyib getmişdir. Bundan sonra Şahsənin dilini tutmağa çalışmış, həmin vaxt Şahsənin ağzından qan axmaqla xırıldamışdır. Şahsənin vəziyyətinin ağır olduğunu anlayıb dərhal TTTYS-nın 103 xidmətinə zəng edib həkim çağırmış, bir qədər sonra hadisə yerinə X19ın həkimləri gələrək Şahsəni Göyçay RMX-ya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2011-ci ildə aldığı Göyçay-Bərgüşad avtomobil yolunun, Göyçay rayonu, Cəyirli kəndinin ərazisindən keçən hissəsində üzü Ucar rayonu istiqamətində getdikdə, yolun sağ kənarında, Kürdəmiş kəndinə dönən yol ilə üzbəüz yerləşən torpaq sahəsini aldıqdan sonra Şahsən Yusifov və qardaşları onunla əsassız yerə ədavət saxlamağa başlamış, sonuncular həmin torpaq sahəsini otlaq yeri kimi istifadə etdiklərini ona, həmin yeri nə üçün aldığını demişlər. Bununla bağlı əvvəllər bir neçə dəfə həmin şəxslərlə davası olsa da bu barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdən 4 gün qabaq bağ sahəsində işləyən Samir ona zəng edərək Şahsənin bağ sahəsinin qarşısında olan akasiya ağaclarını kəsdiyini dedikdən sonra bağ sahəsinə gəldikdə Şahsənin bağ sahəsinin qarşısında olan akasiya ağaclarını kəsdiyini görüb sonuncuya yaxınlaşaraq həmin ağacları kəsməyə icazə olmadığını, həmin ağacları bir dəfə atasının da kəsdiyini, buna görə də ona problem yarandığını demişdir. Şahsən isə ona heç bir şey deməyərək çıxıb getmiş, bundan sonra Şahsəni görməmişdir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərinə, “Aqrokredit” adlı bankdan pul götürməyə getmiş, orada olarkən, oğlu ona zəng edərək Şahsənin oğlunun üzərinə gəldiyini demişdir. Oğluna Şahsəndən aralanıb getməsini demiş, bir qədər vaxt getdikdən sonra Əlimösüm ona yenidən zəng edərək qardaşı oğlu Novruzun da oraya gəldiyini, bundan sonra Novruzla Şahsənin mübahisə etdiyini, Şahsən söyüş söydüyü üçün Novruzun Şahsəni vurduqdan sonra Şahsənin arxası üstə yıxılaraq başının yerə dəydiyini və Şahsənin vəziyyətinin ağır olduğunu demişdir. Əlimösümə X19 çağırmasını dedikdən sonra özü də rayona qayıtmış, rayon Polis Şöbəsindən ona zəng edərək bağ sahəsinin qarşısında hadisə olduğunu, X4 bağ sahəsinin qarşısında xəsarət aldığını, Şahsənlə mübahisənin olub-olmadığını soruşmuşlar. Şahsənlə aralarında olan mübahisə barədə məlumat vermiş, həmçinin, oğlunun harada olduğunu soruşduqda, sonuncunun bağ sahəsində olduğunu demişlər. Bundan sonra birbaşa rayon Polis Şöbəsinə getmiş, Polis Şöbəsində qardaşı oğlu Novruzun harada olduğunu soruşduqda, Mingəçevir şəhərindən gəldiyini, Novruzun harada olmasını görmədiyini bildirmişdir. Kiçik qardaşı Vüsal Novruzun evlərinə zəng edərək sonuncuya rayon Polis Şöbəsinə gəlməsini dedikdən sonra Vüsal özü kəndə gedərək Novruzu götürüb Polis Şöbəsinə gətirmiş, sonradan oğlu Əlimösümdən hadisə barəsində məlumat aldıqda, Şahsənin içkili vəziyyətdə oğlunun üzərinə gələrək, hansı səbəbdən ağac kəsməyinə imkan vermədiyini deyərək, oğluna qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra Novruz oradan keçərkən Şahsənin oğlunun üzərinə getməsini görüb, oraya yaxınlaşdığını, daha sonra, Şahsən söyüş söydüyü üçün Novruzun Şahsəni vurduğunu və sonuncunun arxası üstə yerə yıxıldığı ona məlum olmuşdur. Şahsən Yusifovun başına heç vaxt pivə bakalı ilə vurmamış, həmçinin Şahsən Yusifova qardaşı Müseyibi vurmaq üçün maşınına tüfəng qoymağı ilə bağlı sözlü mübahisə etdiyi üçün, əsəbi olduğuna görə demiş, əslində heç zaman kimisə açıq şəkildə vurmaqla hədələməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən Saməddin adlı şəxsin işlətdiyi çayxanada Azər, Şahsən və sonuncunun qardaşı Pərvizlə birlikdə oturub çay içən zaman Şahsən onlara bir-iki gün əvvəl Göyçay rayonu, Cəyirli kənd sakini Əli ilə mübahisə etdiyini, Əlinin bağ sahəsinin qarşısında yolun kənarında olan ağaclardan xurma ağacının budaqları sınmaması üçün dəstək dirəncək kəsmək istəyərkən Əlinin ona icazə vermədiyini, həmin ağacları kəsməyə icazə olmamasını dediyini bildirmiş, özü də Şahsənə yolun kənarındakı ağacı kəsməməsini və buna icazə olmadığını, belə şeylərə görə, mübahisə yaratmamasını deyib Şahsənə irad bildirmişdir. Həmçinin, Azər də Şahsəni yol kənarındakı ağacı kəsməsinə görə öz iradını bildirmiş, saat 13 radələrində, Şahsən onlara nahar vaxtı olduğunu və yemək yeməyə getmələrini demişdir. Azər və Pərviz onlara yemək yeməyə getmədiklərini bildirmiş, Şahsənlə birlikdə “Ləklilər” kafesinə gedib orada oturub yemək yemişlər. Yeməklə birlikdə Şahsənin Soltan adlı şəxsin işlətdiyi mağazadan aldığı bir litrlik spirtli içki olan araq içmiş, sonradan Şahsənin qardaşı Pərviz də oraya gələrək onlarla birlikdə 2 qədəh araq içdikdən sonra çıxıb getmişdir. Pərviz getdikdən sonra birlikdə bir qədər də orada oturmuş, daha sonra isə evə getmək üçün, kafedən çıxmışlar. Kafedən çıxdıqda, mağazaya gedərək, ev üçün çörək almış, Şahsən onu evinə düşürüb öz evinə getməli olmuşdur. Mağazaya girərkən, Şahsənin Ucar rayonu, Qaracallı kənd sakini Məzahir ilə söhbət etməsini görmüş, mağazaya girib, alver edib çölə çıxdıqda, Şahsən hələ də Məzahirin avtomobilində oturub söhbət etmişdir. Buna görə də yolun digər tərəfində olan obyektdə usta işləyən tanışlarının yanına gedib sonuncularla təxminən 15 dəqiqə ərzində söhbət edib geri qayıtdıqda Məzahirin avtomobilinində orada olmadığını, həmçinin Şahsənin də çıxıb getdiyini gördüyünə görə tək evinə getmişdir. Evdə olarkən bağ sahəsinə ot biçməyə getmiş, bağda ot biçib geri qayıdarkən Şahsənlə ortaq tanışı olan Azər ona zəng edərək harada olduğunu soruşmuşdur. Sonuncuya bağda ot biçib evə geri qayıtdığını demiş, Şahsənin harada olduğunu soruşduqda, Azər kafenin qarşısında Şahsənlə ayrılıb evə gəldiyini, Şahsənin döyüldüyünü, vəziyyətinin ağır olduğunu və xəstəxanaya gətirildiyini demişdir. Evə qayıdıb təsərrüfatında olan mal-qaraya qulluq etdikdən sonra Şahsənə baş çəkmək üçün xəstəxanaya getmək məqsədilə evdən çıxmış, yolda avtomaşın gözləyərkən Azər ona zəng edərək Şahsənin vəfat etdiyini bildirmişdir. Sonradan kənd arasında gedən danışıqlardan, Şahsəni Əlinin bağ sahəsinin qarşısında, Əlinin qardaşı oğlu Novruzun vurduğunu, Şahsənin hüzr mərasimində iştirak etdikdə isə sonuncunun başının yerə dəyməsi nəticəsində aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu, Cəyirli kəndində yerləşən Saməddin adlı şəxsin işlətdiyi çayxanada Səbuhi, Şahsən və sonuncunun qardaşı Pərvizlə birlikdə çay içən zaman Şahsən onlara bir-iki gün əvvəl Göyçay rayonu, Cəyirli kənd sakini Əli ilə mübahisə etdiyini, yolun kənarında olan ağaclardan xurma ağacının budaqları sınmaması üçün dəstək dirəncək kəsmək istəyərkən Əlinin ona icazə vermədiyini, həmin ağacları kəsməyə icazə olmamasını dediyini bildirdikdən sonra sonuncuya bir ağac parçasından ötrü Əli ilə mübahisə etməsinə dəymədiyini və belə şeylərə görə mübahisə yaratmamasını demişdir. Bir qədər də çayxanada oturub, çay içib söhbət etdikdən sonra işləri ilə əlaqədar evə getmiş, bundan təxminən bir neçə saat sonra saat 16 radələrində Atabala ona mobil telefonla zəng edərək Şahsənin Göyçay–Bərgüşad yolunun Cəyirli kəndi ərazisində avtomobil yolunun kənarında qan içərisində olduğunu, kiminləsə dalaşdığını yada ki, avtomobil vurduğunu demişdir. Bundan sonra, Şahsənin qardaşı Pərvizə zəng edərək, hadisə barədə məlumat verdikdə sonuncu ona hazırda sakinlər arasında “Məmmədrəşid dairəsi” adlanan yerin yaxınlığında çayxanada olduğunu və dərhal həmin yerə gedəcəyini bildirmişdir. Bir qədər sonra Pərvizlə yenidən mobil telefon əlaqəsi saxladıqda, sonuncu ona qardaşı Şahsəni X19 avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına apardıqlarını demiş, xəstəxanada olan zaman Şahsənin kiminləsə dalaşdığını və dava-dalaş nəticəsində kiminsə sonuncu vurduğunu demişlər. Elə həmin gün həkimlərin Şahsən Yusifova tibbi yardım göstərmələrinə baxmayaraq başından aldığı xəsarətə görə vəfat etdiyini demişlər. X12 bağ sahəsinin qarşısında, Əlinin qardaşı oğlu Novruzun vurduğunu öyrənmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 22 №-li rəyindən görünür ki, X2 bədəni üzərində qapalı kəllə beyin travması, kəllə qapalı sümüklərinin (ənsə sümüyünün, sağ və sol gicgah sümüklərinin) sınıqları. Beyin maddəsinə qansızma.Burun sümüyünün qapalı sınığı. Başın sol alın – təpə nahiyəsində, sağ gözyuvası altı və sol gözyuvası ətrafı nahiyələrin qançırları. Qapalı kəllə beyin travması, kəllə qapalı sümüklərinin (ənsə sümüyünün, sağ və sol gicgah sümüklərinin) sınıqları, beyin maddəsinə qansızma küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum Ş.Ş.Yusifovun ölümündən bir qədər əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gəlmələri inkar olunmur və bu da, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Burun sümüyünün qapalı sınığı küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum Ş.Ş.Yusifovun ölümündən bir qədər əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gəlmələri inkar olunmur və bu da, canlı şəxslərdə dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Başın sol alın – təpə, sağ gözyuvası altı və sol gözyuvası ətrafı nahiyələrdə qançırlar küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, həyatidirlər, mərhum Ş.Ş.Yusifovun ölümündən bir qədər əvvəl baş vermişlər, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gəlmələri inkar olunmur və bu da, canlı şəxslərdə sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Ş.Ş.Yusifovun bədəni üzərində müəyyən edilmiş xəsarətlər müxtəlif şəraitlərdə həmçinin qərarın təsviri hissəsində qeyd edilən yəni, əlin iç nahiyəsi ilə sifətin burun nahiyəsinə bir dəfə vurularaq arxası üstə öz boyu hündürlüyündən yıxılaraq başın tüklü hissəsinin arxa səthinin küt – bərk əşyaya (daşa) dəyməsi nəticəsində əmələ gəlmələri istisna olunmur. X2 ölümünə səbəb – kəllə qapağı sümüklərinin sınıqları fonunda beyin maddəsinə qansızmalar olmuşdur. X2 ölümü xx.xx.2023-cü il tarixdə, saat 19:45 radələrində Göyçay RMX-da baş vermiş, bu da, meyitin məhkəmə - tibbi ekspertizası ilə öz təsdiqini tapır. X2 meyitindən götürülmüş qanda 0,6% etil spirti aşkar edilmişdir. Buda canlı şəxslərdə yüngül dərəcələri sərxoşluq kimi qiymətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş lifli materialların məhkəmə-kriminalistik ekspertizasının 29 sentyabr 2023-cü il tarixli, 17/707 №-li rəydən görünür ki, tədiqaqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış boz rəngli kimyəvi elastan lifləri cinsi əlamətlərinə görə X8 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X8 məxsus 01 ədəd qısaqol köynəyin səthi üzərində tapılmış qəhvəyimtil-boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Şahid1 məxsus geyim əşyalarının səthləri üzərindən tapılmış kənar lif mikrob hissəciklər arasında X8 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Şahid2 məxsus 01 ədəd cins şalvarın üzərindən tapılmış boz rəngli kimyəvi elastan lifləri cinsi əlamətlərinə görə X8 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Şahid1 məxsus 01 ədəd qısaqol köynəyin səthi üzərində tapılmış qəyvəyimtil-boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 609 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmədiyindən o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarından olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. X1 hazırki mərhələdə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizsıanın 20 oktyabr 2023-cü il tarixli, 478/2023 №-li rəydən görünür ki, ekspertizaya təqdim edilmiş X8 məxsus köynəyin boyun nahiyəsində bağlandığı İ düymə yerində yoxdur. Bu düymə ona küt qüvvə tətbiq etməklə, gərilib-dartılması nəticəsində qopub düşmüşdür. Ekspertizaya təqdim edilmiş X8 məxsus bir cüt ayaqqabı və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X8 məxsus bir cüt başmaq, köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid2 məxsus bir cüt ayaqqabı, köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Şahid1 məxsus bir cüt ayaqqabı, köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 656/2023 №-li rəydən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu – Oalfa,beta/İ/ Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/ Ekspertizaya təqdim olunan 03 ədəd pambıq yampon, 06 ədəd çay daşı, X8 məxsus şalvar, köynək və sol tay ayaqqabı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda « H » antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X8 məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar və sol tay rezin başmaq üzərindəki ləkələrdə qan, kofta və başmağın sağ tayı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunan Ş.Ş.Yusifova məxsus sağ tay ayaqqabı, Şahid2 məxsus 01 cüt ayaqqabı, şalvar, köynək, Şahid1 məxsus 01 cüt ayaqqabı, şalvar və köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş təkrar məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli T21/2024 saylı rəyindən görünür ki, X4 meyitinin ilkin müayinəsi zamanı onun bədənində aşağıdakı aşkar olunan xəsarətlər: qapalı kəllə beyin travması, kəllə qapağı sümüklərinin (təpə sümüyünün, sağ və sol gicgah sümüklərinin) sınıqları, beyin maddəsinə qansızma, burun sümüyünün qapalı sınığı, başın sol alın-təpə nahiyəsinin, sol gözyuvası altı və sol göz ətrafı nahiyələrinin qançırları olmuşdur. Ekshumasiya zamanı kəllə skeletində əlavə olaraq aşağıdakı xəsarətlər müəyyən edildi: sağ təpə sümüyünün arxa hissəsində (meyitin ilkin müayinəsində sağ ənsə nahiyəsində kimi göstərilmişdir), sol təpə və sol gicgah sümüyünün xətti sınığı ilə müşayiət olunan bir qədər uzunsov, qeyri-düz üçbucaq formalı, yuxarı və sağ kənarları bir qədər qövsvari, onların birləşən ucları isə girdəvari olan, bir qədər içəriyə basılmış sınığı, burun sümüyündə, əsasən sol və qismən sağ yarımhissəsini əhatə edən çoxqəlpəli, əng sümüyünün yuxarı hissəsinin (gözaltı kənarının) və lakrimal (yaş) sümüyünün sınıqları ilə müşayiət olunan yerini dəyişmiş sınığı, əng sümüyündə olan sınıqla əlaqələnən sol almacıq sümüyünün sağ yuxarı kənarının sınığı. Yuxarıda göstərilən bütün xəsarətlər həyatidirlər, mərhum Ş.Ş.Yusifovun ölümündən bir qədər əvvəl yaranmışdır, qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gəlmələri inkar olunmur, dərəcəsinə görə sağ və sol gicgah sümüklərinin sınıqları, beyin maddəsinə qansızma canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sol alıntəpə nahiyəsindəki qançır sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. X2 ölümünə səbəb kəllə qapağı sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan baş beyin maddəsinə qansızma olmuşdur. Ş.Ş.Yusifovun sağ təpə sümüyündə aşkar edilmiş qismən basılmış sınığın və ondan sol təpə və gicgah sümüklərinə yayaılan xətti sınığın forma, xarakteri, lokalizasiyası, həmçinin, meyitin ilkin məhkəmə-tibbi müayinəsi zamanı qeyd edilən sağ göz yuvası altı və sol göz yuvası ətrafı nahiyələrdə qançırların olmasına əsasən bu xəsarətin şəxsin öz boyu hündürlüyündən arxası üstə sürrətlənmiş yıxılması və başın sağ təpə nahiyəsinin bərk yer örtüyünə (ola bilsin, üzərində müxtəlif forma və ölçülü daşlar olan geniş səthə) dəyməsi nəticəsində yaranmasının mümkünlüyünü inkar etmək olmaz. Burun, əng və almacıq sümüklərində aşkar edilmiş çoxqəlpəli yerini dəyişən mürəkkəb sınığı hər hansı bir bərk küt əşya ilə, o cümlədən yumruqla yetirilən, çox güman ki, bir zərbə nəticəsində əmələ gələ bilərdi. Bu sınıqların xarakteri və həcminə görə əlin ovuc səthi ilə vurulma nəticəsində yaranması inandırıcı deyildir. X4 meyitinin ilkin müayinəsi zamanı başın sol alın-təpə nahiyəsində aşkar edilmiş qançır hər hansı bir bərk küt əşyanın təsirindən müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. X2 meyitinin istər ilkin, istərsə də təkrar müayinəsi zamanı kəllə sümüklərini istisna olmaqla digər sümüklərində hər hansı travmatik dəyişiklik aşkar edilmədi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Göyçay rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 437 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 14 sentyabr 2023-cü il tarixli 18-1-40/2- 1117/2023 nömrəli məktubundan görünür ki, Göyçay rayonu Cəyirli kənd sakini xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloq və psixiatr həkimdə qeydiyyatda yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü tarixdə saat 2105-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Göyçay Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 11 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixli qərarı ilə uzadılmışdır. Məhkəmə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin ehtiyatsızlıqdan adam öldürməni nəzərdə tutan 124.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-in qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). CM-in 1.2-ci maddəsində göstərilir ki, bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. CM-in prinsiplərinin əsasını Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsi, 28-ci maddəsinin İ və İİ hissələri, 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi, 67ci maddəsi, 71-ci maddəsinin İ və İİ hissələri, 127-ci maddəsinin Vİİ və İX hissələri təşkil edir. Cinayət qanunvericiliyində əks olunmuş prinsiplər Konstitusiyada təsbit edilmiş prinsiplərdən irəli gələrək hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olmasını; hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılmasını; hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsini; hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olmasını; tutulan, həbsə alınan və ya cinayət törədilməsində təqsirləndirilən hər bir şəxsə onun hüquqları izah edilməklə tutulmanın, həbsə alınmanın və cinayət məsuliyyətinə cəlb edilmənin səbəblərinin izah edilməsini, özündə ehtiva edir. Nəzərə almaq lazımdır ki, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan ehtiyatsızılıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən bədənə ağır zərər vurma əməmlinin tərkib əlamətləri ilə CM-in 124.1-ci maddəsində nəzərdə tutulan ehtuyatsızlıqdan adam ölürmənin tərkib əlamətlərini fərqləndirərkən həmin əməllər arasındakı aşağıdakı üç əsas məqama diqqət yetirilməlidir. Hər iki əməldə a) zərərçəkmiş şəxsin ölümündən ibarət nəticənin olması, b) təqsirkarın hərəkəti (hərəkətsizliyi) ilə ölümdən ibarət olan zərəli nəticə ilə səbəbli-əlaqənin olması və c) həmin nəticəyə qəsdin ehtiyatsızlıq formasında olan psixi münasibətin mövcud olması. Bu iki cinayətin fərqləndirilməsi üçün əsas diqqət yeirilməsi zəruri olan məqam aralıq nəticə kimi nəzərdə tutulan sağlamlığa yetirilən ağır dərəcəli bədən xəsarətinə təqsirkar şəxsin psixi münasibətidir. Birinci halda (CM-in 126.3) həmin nəticəyə münasibət növündən asılı olmayaraq (birbaşa, dolayı və ya zərərin həcminə münasibətdə konkretləşdirilməmiş) qəsd formasında olduğu halda, ikinci halda (CM-in 124.1) bilavasitə ölümə səbəb olan sağlamlığa ağır zərər vurmaya qəsd formasında psixi münasibət mövcud olmamaqla, sağlamlığa yetirilmiş digər yüngül və ya az ağır dərəcəli bədən xəsarətinə psixi münasibət isə konkretləşdirilmiş qəsd formasında olur. Bundan başqa cinayətlərin tövsifinin ümumi qaydalarına uyğun olaraq ifadə etsək şəxsin cinayəti təqsirli olaraq törətməsi onu törətdiyi əməlin obyektiv əlamətlərini dərk edib-etməməsi, əgər dərk etmirsə dərk etməli olub-olmamsında ifadə olunur. Şəxs əməli təqsirin qəsd formasında törədirsə onda o, öz əməlinin bütün obyektiv əlamətlərini (hərəkət, hərəkətsizlik, ictimai-təhlükəli nəticə və s.) dərk edir. Əgər şəxs öz əməlinin obyektiv əlamətlərindən hər-hansı birini dərk etmirsə onda onun əməlində qəsd istisna olunur və bu zaman artıq şəxsin həmin obyektiv əlaməti dərk etməli olub-olmadığı araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şahsən Yusifovu həyatdan məhrum etmək fikri olmamış, ümumiyyətlə o, Ş.Yusifova yumruqla vurub zərbə endirərkən sonuncunun yıxılaraq başının yer səthinə dəyməsi nəticəsində ağır dərəcəli bədən xəsarəti almasını və bunun nəticəsində həyatdan məhrum oluna biləcəyəni dərk etməmişdir. Onun niyyəti ancaq Şahsən Yusifovu yumruqla vuraraq xəsarət yetirmək olmuşdur ki, həmin zərbə yəni sifət nahiyəsinə yetirilən zərbə bilavasitə Şahsən Yusifovun ölümünə səbəb olmamışdır. Təqsirləndirilən şəxs yetirdiyi yumruq zərbəsinin nəticəsində Şahsən Yusifov yerə yıxılaraq ağır dərəcəli bədən xəsarəti alması imkanını qabaqcadan görməsi və həmin nəticəni arzu edərək şüurlu şəkildə buna yol verməsi halında onun CM-in 126.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması mümkündür ki, iş üzrə də bu cür hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Şahsən Yusifova bilavasitə yumruq vuraraq yetirdiyi xəsarət sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqlarına səbəb olmuş və onun Şahsən Yusifovun sifət nahiyəsinə zərbə ilə vurarkən sonuncunun yıxılaraq başının yer səthinə dəyib ağır dərəcəli bədən xəsarəti almasından ibarət nəticələrin baş verməsini görməli və görə bilməli olduğu halda həmin nəticələrə ehtiyatsızlıqdan yanaşaraq onları görməmişdir. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunanlar ibtidai araşdırma orqanının özü tərəfindən də müəyyən olunaraq verilmiş ittihamda öz əksini tapsa da istintaq orqanı əməlin tövsifinə münasibətdə düzgün olmayan nəticəyə gələrək təqsirləndirilən şəxsin əməlini qəsdən törədilmiş CM-in 126.3-cü maddəsi ilə tövsif etmişdir. Belə ki, verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu **-FA-*** dövlət nömrə nişanlı “Vaz2106” markalı avtomobil ilə müştərini Göyçay rayonu, Cəyirli kəndindən götürüb Göyçay rayonu, Kürdəmiş kəndində aparmaq üçün Göyçay-Bərgüşad avtomobil yolunun, Göyçay rayonu, Cəyirli kəndindən keçən hissəsində, üzü Ucar rayonu istiqamətində hərəkətdə olarkən, əmisi Şahid8 məxsus bağ sahəsinin qarşısından keçdikdə, yolun kənarında Göyçay rayonu, Kürdəmiş kənd sakini Şahid6 meyvə-tərəvəz məhsulları satdığı piştaxtanın qarşısında əvvəldən tanıdığı Göyçay rayonu, Kürdəmiş kənd sakini xx.xx.1967-ci il təvəllüdlü X4 əmisi oğlu Şahid1 ilə aqressiv formada əl-qol hərəkətləri ilə danışdığını görüb, avtomobilini yolun digər tərəfindən saxlayaraq, avtomobildən düşmədən nə baş verdiyini soruşmuş, bu zaman Şahsən Yusifovun ona “sənlik deyil, aralan çıx get” deməsindən və əmisi oğlu Şahid1 da heç bir şey olmadığını deməsindən sonra, yoluna davam edərək, avtomobilində olan müştərini Kürdəmiş kəndinə düşürüb geri qayıdarkən, Şahsən Yusifovun yenə də həmin piştaxtanın qarşısında əmisi oğlu Şahid1 üzərinə gedib, sonuncu ilə aqressiv formada əl-qol hərəkətləri ilə danışdığını görüb avtomobildən düşərək, sonunculara yaxınlaşıb nə baş verdiyini soruşmuş, bu zaman, Şahsən Yusifovun danışıqlarından sonuncunun əmisi Şahid8 ilə mübahisəsi olmasını, əmisinin əleyhinə danışmasını və sərxoş olmasını görüb, sonuncunu sakitləşdirməyə çalışaraq, məsələni əmisi Şahid8la həll etməsini demiş, həmçinin Şahsən Yusifovu iki dəfə yolun digər tərəfindən olan avtomobilinə əyləşdirərək çıxıb getməsini demiş, sonuncu dəfə Şahsən Yusifovu avtomobilinə əyləşdirib çıxıb getməsini dedikdən sonra, nə baş verdiyini öyrənmək üçün əmisi oğlunun yanına gedərkən, Şahsən Yusifov yenidən avtomobilindən düşərək onlara yaxınlaşıb, əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətmiş, bundan sonra, yenidən Şahsən Yusifovu sakitləşdirməyə çalışarkən, sonuncunun ona və əmisi Şahid8 qarşı nalayiq ifadələr işlətməsi, həmçinin “var-yox” söyüşü işlədərək onun üzərinə gəlməsini görüb, yumruq ilə Şahsən Yusifovun sifət nahiyəsindən bir dəfə qəsdən vurmaqla, sonuncuya dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqları xəsarətləri yetirməklə, həmin zərbənin təsirindən Şahsən Yusifovun öz boyu hündürlüyündən arxası üstə sürətlənmiş yıxılaraq, başın arxa sağ təpə nahiyəsinin bərk yer örtüyünə (üzərində müxtəlif forma və ölçülü daşlar olan geniş səthə) dəyərək dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən qapalı kəllə-beyin travması, təpə sümüyünün, sağ və sol gicgah sümüklərinin, sağ təpə sümüyünün qismən basılmış sınığı və ondan sol təpə və gicgah sümüklərinə yayılan xətti sınıq xəsarətləri fonunda beyin maddəsinə qansızma və dərəcəsinə görə sağlamlığa zərər vurmayan başın sol alıntəpə nahiyəsində qançır xəsarətləri yetirərək, həmin xəsarətlər nəticəsində ehtiyatsızlıqdan X4 xx.xx.2023 saat 1945 dəqiqədə müalicə aldığı Göyçay RMX-nın Reanimasiya şöbəsinə ölməsinə səbəb olmuşdur. Göründüyü kimi ibtidai araşdırma orqanı da Təqsirləndirilən şəxs Şəhsən Həsənova bir dəfə yumruqla vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqları xəsarətləri yetirməsini, Şahsən Həsənovun həmin zərbənin təsirindən Şahsən Yusifovun öz boyu hündürlüyündən arxası üstə sürətlənmiş yıxılaraq, başın arxa sağ təpə nahiyəsinin bərk yer örtüyünə (üzərində müxtəlif forma və ölçülü daşlar olan geniş səthə) dəyərək dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən qapalı kəllə-beyin travması, təpə sümüyünün, sağ və sol gicgah sümüklərinin, sağ təpə sümüyünün qismən basılmış sınığı və ondan sol təpə və gicgah sümüklərinə yayılan xətti sınıq xəsarətləri fonunda beyin maddəsinə qansızma və dərəcəsinə görə sağlamlığa zərər vurmayan başın sol alıntəpə nahiyəsində qançır xəsarətləri almasını qəbul etsə də həmin əməlin hüquqi tövsifinə münsibətdə səhvə yol vermişdir. CM-in 126.3-cü maddəsinin dispozosiyası şəxsin sağlamlığına qəsdən ağır dərəcəli bədən xəsarətinin yetirilməsini və həmin xəsarətlərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını ehtiva edir. Lakin isitintaq oraqnının da özünün müəyyən etdiyi kimi Təqsirləndirilən şəxs Şahsən Yusifova qəsdən yetirdiyi xəsarətlər dərəcəsinə görə sağlamlığa ağır zərər vurulmasına, həmçinin bilavasitə ölümdən ibarət olan zərərli nəticəyə səbəb olmamışdır. Şahsən Yusifovun ölmünə səbəb olan ağır dərəcəli bədən xəsarətləri onun yerə yıxılaraq başının yer səthinə dəyməsi nəticəsində olmuşdur ki, onun ağır dərəcəli bədən xəsarətləri almasına təqsirləndirilən şəxsin qəsd formasında psixi münasibəti nüəyyən edilməmişdir. Bununla belə Təqsirləndirilən şəxs bir dəfə yumruq vurmaqla Şahsən Yusifovun sağlamlığına qəsdən az ağır xəsarət yetirərkən sonuncunun yerə yıxılaraq ağır dərəcəli dəbən xəsarəti alması və bunun nəticəsində ölə bilcəyi imkanını görməli olduğu halda bunu etməmiş və nəticədə Təqsirləndirilən şəxs ölümünə olan psixi münasibəti təqsirin ehtiyatsızlıq formasında olmuşdur. Məhkəmənin yuxarıda gəldiyi nəticələr iş üzrə təyin edilmiş komisyon və təkrar komisyon məhkəmə-tibb ekspertizalarının rəyləri ilə də təsdiq edilmişdir. Belə ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli T21/2024 nömrəli rəyində X4 bədən səthində aşkar edilmiş qapalı kəllə beyin travması, kəllə qapağı sümüklərinin (təpə sümüyünün, sağ və sol gicgah sümüklərinin) sınıqlarının eləcə də sağ təpə sümüyünün arxa hissəsində (meyitin ilkin müayinəsində sağ ənsə nahiyəsində kimi göstərilmişdir), beyin maddəsinə qansızma, sol təpə və sol gicgah sümüyünün xətti sınığı ilə müşayiət olunan bir qədər uzunsov, qeyri-düz üçbucaq formalı, yuxarı və sağ kənarları bir qədər qövsvari, onların birləşən ucları isə girdəvari olan, bir qədər içəriyə basılmış sınığı kimi xəsarətlərin ağır dərəcəli və təqsirləndirilən şəxsin bilavasitə ölümünə səbəb olan xəasrətlər kimi qeyd edilməklə həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən arxası üstə sürətlənmiş yıxılması və başın sağ təpə nahiyəsinin bərk yer örtüyünə (ola bilsin, üzərində müxtəlif forma və ölçülü daşlar olan geniş səthə) dəyməsi nəticəsində yaranmasının mümkünlüyü qeyd edilmiş, sol göz yuvasıaltı, sol göz ətrafının qançırı, burun, sol əng və almacıq sümüklərinin çoxqəlpəli sınıqları xəsarətləri dərəcəsinə görə sağlamlığa az-ağır dərəcəli bədən xəsarəti olmaqla bərk küt əşya ilə, o cümlədən yumruqla yetirilən, çox güman ki, bir zərbə nəticəsində əmələ gələ bilməsi qeyd edilmişdir. Bütün qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu CM-in 126.3-cü maddəsindən onun törətdiyi əməlin tərkib əlamətlərinin nəzərdə tutulduğu CM-in 124.1-ca maddəsinə tövsif olunmalı və həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə ona cəza təyin edilməlidir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Şahsən Yusifovu əlinin içi ilə vurması və bunun nəticəsində sonuncunun yerə yıxılaraq xəsarət almasına dair ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmənin belə nəticəyə gəlməsinə məhkəmə tibb ekspertizasının rəyi və işdə olan digər sübutlar təsdiq edir. Belə ki, yuxarıda barəsində bəhs edilən məhkəmə-tibb ekspertizasının rəyindən də görünür ki, burun, əng və almacıq sümüklərində aşkar edilmiş çoxqəlpəli yerini dəyişən mürəkkəb sınığı hər hansı bir bərk küt əşya ilə, o cümlədən yumruqla yetirilən, çox güman ki, bir zərbə nəticəsində əmələ gələ bilərdi. Bu sınıqların xarakteri və həcminə görə əlin ovuc səthi ilə vurulma nəticəsində yaranması inandırıcı deyildir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-in 124.1-ci maddəsinə tövsif edilməklə o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. CM-in 59-cu maddəsinə əsasən yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu 08 sentyabr 2023-cü il tarixdən hesablanmalı, CM-in 56.1.1-ci maddəsinə əsasən o təyin olunan azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 08 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon prokurorluğunda saxlanılan X8 məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək və 01 cüt ayaqqabı, 02 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr və daş parçaları məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd qısaqol köynək və 01 ədəd yay başmağı sahibi Təqsirləndirilən şəxs, Şahid1 məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar və 01 cüt yay başmağı sahibi Şahid1, Şahid2 məxsus 01 ədəd uzunqol köynək, 01 ədəd şalvar və 01 cüt ayaqqabı sahibi Şahid2 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar