Məhkəmə qərarları › İş №1(091)-139/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-139/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-139/2020 11.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Zaqatala rayon Vəkil Bürosunun vəkili X4, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx xxxx 1997-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il 1 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Balakən rayonu Gərəkli kəndində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM)181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə X6 Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində vət. Zərərçəkmiş şəxs məxsus olan, Balakən rayon Gərəkli kəndindəki yaşayış evinin həyətində yerləşən, saxlanc yeri hesab edilən ərzaq mağazasının həyətyanı sahəyə açılan arxa qapısından həmin mağazaya qanunsuz olaraq girməklə oradan sonuncuya məxsus 1 manat 80 qəpik dəyərində, 1 qutu “Prima” markalı siqareti və 0,5 litr tutumlu 5 manat dəyərində, 1 ədəd “Xan” arağını, yəni 6 manat 80 qəpik dəyərində özgənin əmlakını ələ keçirmək məqsədi ilə sol qolu ilə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub sıxmaqla boğaraq və silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını tətbiq etməklə, yəni bıçağı sağ əlində Zərərçəkmiş şəxs boğazına dirəyib “tərpənmə, yoxsa kəsərəm” deyərək sonuncuya sağ əlinin birinci barmağının kökündə üst səthdə bir ədəd, sağ əlinin ikinci barmağının əsas falanqa nahiyyəsində üst səthdə bir ədəd, sol əlinin beşinci barmağının üst səthində əsas falanqa nahiyyəsində bir ədəd-cəmi üç ədəd birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, iti əşyanın təsirindən törənmiş xəsarətlər yetirməklə sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, yəni quldurluq etmiş, sonuncunun müqaviməti nəticəsində həmin bıçağı və zərərçəkmişin boğazını buraxaraq oradan qaçaraq uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə yaşadığı Balakən rayon Gərəkli kəndində spirtli içki qəbul etdikdən sonra əmisi oğlu Şahid1lə birlikdə sonuncunun evində yeyib içmiş, sonra gecə saat 23 radələrində Orxana siqaret və araq almaq üçün kəndə çıxmalarını demişdir. Bundan sonra Orxanla birlikdə yola çıxaraq Zərərçəkmiş şəxs mağazasının qarşısına getmişlər. Evdən çıxmamışdan qabaq Orxanın evdə çörəyi kəsərkən istifadə etdiyi bıçağı da özü ilə götürüb cibinə qoymuşdur. Orxanla mağazaya gələrkən kəndlərində olan fındıq bağlarının ərazisindən keçərək gəlmiş, Zərərçəkmiş şəxs mağazasına arxa tərəfdən həyətyanı sahədən keçərək içəri daxil olmuşdur. Mağazanın arxa tərəfdən qapısını açarkən Vaqif arxası qapıya tərəf stulda oturaq vəziyyətdə yatdığını görüb qapını əvvəlcə geri bağlamış, bir anlıq oradan uzaqlaşmaq istəsə də sonradan fikrini dəyişərək içəri girmişdir. Həmin vaxt mağazaya içəri girdikdə mağazanın işıqları artıq sönmüş vəziyyətdə olmuş, Orxandan götürdüyü qatlanan bıçaq da onun cibində olmuşdur. Mağazaya daxil olduqdan sonra Vaqif yatdığı stulda oyanaraq tərpənmış, sonra ayağa durmuşdur. Vaqif onun üstünə gəlmiş, Vaqifi itələyib qaçmışdır. Həmin vaxt sərxoş olduğuna görə etdiklərini xatırlamamış, Vaqifin hansı şəraitdə xəsarət almasını xatırlaya bilməmişdir. Həmin yerdən qaçarkən cibindəki bıçaq orada düşmüşdür. Mağazadan çıxaraq əmisi oğlu Orxanla birlikdə qaçmağa başlamışlar. Orxandan ayrıldıqdan sonra yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs qarşı quldurluq etməmiş, ancaq mağazaya siqaret və araq oğurlamaq üçün daxil olmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, mağazaya daxil olduğu zaman Zərərçəkmiş şəxs yatdığı stuldan oyanaraq tərpənmiş və ayağa durmaq istədikdə sol qolu ilə Vaqifin boğaz nahiyyəsindən tutmuşdur. Vaqif ayağa qalxmaq istədikdə cibindəki bıçağı açaraq Vaqifin sol əli ilə boğaz nahiyyəsindən tutaraq sıxmış, həmin vaxt Vaqifin boynunu sıxdığı sol əlinin balaca barmağında ağrı hiss etmişdir. Buna görə həmin vaxt bıçağı əlindən yerə atmış, Vaqif isə həmin yerdə ona bıçaq atmışdır. Vaqifin atdığı bıçağın onun əlindən yerə atdığı bıçaq olduğunu, yaxud da başqa bir bıçaq olduğunu bilməmişdir. Vaqifin boğazından tutarkən sonuncuya heç nə deməmiş, sonra isə qaçaraq çölə çıxmışdır. Orxan da ona qoşularaq qaçmış, gəldikləri fındıq bağı ilə qaçaraq Orxanın yaşadığı evin qarşısına gəlmişlər. Sonra isə Orxanla sağollaşaraq yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Gərəkli kəndində yaşadığı evin həyətində yerləşən ərzaq mağazasında oturduğu stulun arxasında yuxuya getdiyi zaman işığı qəfldən sönmüş, həmin vaxt mağazanın arxa qapısından bir nəfər şəxsin içəri daxil olduğunu hiss etmişdir. Gələn şəxsin arvadı Rəna olmasını hesab etmiş, üzünü arxaya çevirib içəriyə daxil olan şəxsin kim olduğuna baxmaq istəyərkən həmin şəxs arxadan ona yaxınlaşaraq sol qolu ilə boğazından tutaraq onu boğmağa başlamışdır. Həmin şəxsin onu boğduğunu görüb həmin şəxsin qolunu boğazından çıxarmaq istəyən zaman üzünü görə bilmədiyi şəxs sağ əlini boğazına tərəf gətirərək boğazının alt hissəsinə bıçaq tutub sakit səslə “tərpənmə yoxsa kəsərəm” demişdir. Qarşılıqlı mübarizə zamanı hər iki əli ilə bıçaqdan tutaraq həmin şəxsi boğazından kənarlaşdırmaq istəyən zaman həmin şəxsin barmağı ağzına keçmişdir. Həmin şəxsin barmağını var gücü ilə dişlədikdən sonra həmin şəxs əlindəki bıçağı və onun boğazını buraxmışdır. Bıçaq onun əlində qalmış, bıçağı çıxarmaq istəyərkən hər iki əlinin barmaqlarından xəsarət almışdır. Həmin şəxs onun boğazını və bıçağı buraxdıqdan sonra mağazadan çıxaraq qaçmışdır. Həmin şəxs mağazanın arxa qapısından çıxıb qaçarkən üzünü görmədiyi bir nəfər şəxs nə baş verməsini soruşaraq birlikdə oradan qaçaraq uzaqlaşmışlar. Hadisədən sonra oraya gələn ailə üzvləri olan oğlu və arvadına da baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonradan istintaq zamanı mağazasına qanunsuz daxil olaraq boğazına bıçaq dirəyən şəxsin Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə yaşadığı evdə əmisi oğlu Təqsirləndirilən şəxslə 0,5 litr spirtli içki olan araq içdikdən sonra saat 23 radələrində Abdulla ona üzərində 2 manat pulu olduğunu və həmkəndliləri Zərərçəkmiş şəxs mağazasından siqaret almaq istədiyini bildirmişdir. Bundan sonra Abdulla ilə birlikdə kəndlərində mağaza işlədən Zərərçəkmiş şəxs mağazasına getmişlər. Evdən çıxdıqdan sonra qoruqlarla keçərək Zərərçəkmiş şəxs həyətyanı sahəsinin yanına gəlmiş, Abdulla Zərərçəkmiş şəxs həyətinin kənarında olan dəmir şiferin üstündən hoppanıb Vaqifin həyətinin bağ tərəfdən olan qapısını açaraq birlikdə həyətə daxil olmuşlar. Həmin vaxt Abdulla ondan cibindəki bıçağı istədikdən sonra tanışı Şahid2 bir gün əvvəl götürdüyü və cibində olan bıçağı çıxarıb Abdullaya vermişdir. Abdulla bıçağı ondan hansı məqsədlə götürməsi barədə heç bir söz deməmişdir. Abdulla ilə birlikdə mağazaya yaxınlaşmış, Abdulla mağazanın həyət tərəfdən olan qapısını açıb içəri baxarkən Zərərçəkmiş şəxs mağazada arxası qapıya tərəf yatdığını görmüşlər. Bu zaman Abdulla mağazanın qapısını geri bağlamış, Abdullaya geri qayıtmalarını demişdir. Lakin Abdulla geri qayıtmayacağını bildirərək yenidən qapını açaraq Zərərçəkmiş şəxs mağazasına daxil olmuşdur. Həmin vaxt mağazadan Zərərçəkmiş şəxs qışqırdığını, sonra isə Abdullanın qaçaraq çölə çıxdığını görmüşdür. Abdulladan nə baş verdiyini soruşmuş, lakin Abdulla qaçdığına görə o da Abdulla ilə birlikdə qaçaraq oradan uzaqlaşmışdır. Yolda Abdulla ona sol əlinin qanadığını bildirmişdir. Sonra isə Abdulla yolda ondan ayrılaraq öz yaşadığı evə getmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Abdulla spirtli içki və siqareti oğurladıqda Zərərçəkmiş şəxs sonuncunu görə bilməməsini təmin etmək üçün Abdulla mağazaya daxil olduqdan sonra mağazaya gedən ümumi işığı çöldən söndürdüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il saat 21 radələrində kiçik qardaşı Şahid3 və qonşusu Şahid1 ilə birlikdə onun yaşadığı evdə yeyib içən zaman həyətə düşərək mal damında olan bir baş iribuynuzlu inək bağladığı kəndirin dolaşdığını görüb damda söyüş söymüş, həmin kəndiri açmaq istəyərkən qonşusu Ramazan evinin pəncərəsini açaraq ona söyüş söyməsinə görə öz iradını bildirmişdir. Həmin vaxt çölə çıxan Orxan onun Ramazanla mübahisə etdiyini fikirləşmiş, buna görə də inəyin kəndirini açmaq üçün evdən götürdüyü qatlanan bıçağı onun əlindən alıb özündə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə Orxanı görərək sonuncudan bıçağı verməsini xahiş etsə də bıçağı ona verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Balakən rayon Gərəkli kəndində yerləşən yaşadığı evdə yataq otağında olan zaman həyətdən səs-küy gəldiyini eşidib həyətə düşərkən əri Zərərçəkmiş şəxs həyətdə olduğunu görmüşdür. Vaqifdən nə baş verdiyini soruşduqda sonuncu ona tanımadığı bir nəfər şəxsin işığı söndürərək mağazaya daxil olduğunu, boğazından tutaraq boğduğunu və boğazına bıçaq dirəyərək “tərpənmə yoxsa kəsərəm” dediyini, bıçağı həmin şəxsin əlindən aldığını və müqavimət göstərdikdə şəxsin oradan qaçaraq uzaqlaşdığını bildirmişdir. Sonra isə səsə oğlu Şahid5 da oyanaraq oraya gəlmişdir. Əri Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə rayon Polis Şöbəsinə müraciət etmiş, sonradan ərinə qarşı quldurluq edən şəxsin Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 Vaqif oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsində eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 54 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: sol əlinin beşinci barmağının dırnaq üstündə kəsik sol əlinin beşinci barmağının dırnaq falanqasında uc səthində, iç səthində və üst səthində yaralar. Həmin xəsarətlərdən a) bəndində göstərilən iti əşyanın, b) bəndində göstərilənlər bərk küt əşyanın (əşyaların) (ola bilsin ki, insan dişlərinin sıxması nəticəsində) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2020-ci ildə əmələ gələ bilərdilər. Birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 55 nömrəli rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər sağ əli birinci barmağın kökündə üst səthdə bir ədəd sağ əlin ikinci barmağın əsas falanqa nahiyyəsində üst səthdə bir ədəd sol əlin beşinci barmağın, üst səthində əsas falanqa nahiyyəsində bir ədəd yaralar iti əşyanın təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2020-ci ildə əmələ gələ bilərdilər. Birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-soyuq silahın tədqiqi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/416 nömrəli rəyində göstərmişdir ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 304 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Balakən RMX publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 156 saylı arayış), anemnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emmosional davamsızlıq müşahidə edilməsi hövsələsiz və əsəbililiyə meyilli olması tez qıcıqlanması xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İstehsal və İstehlak Kooperativindən daxil olmuş məktubda göstərilmişdir ki, 1 qutu Vant siqaretinin qiyməti 2 manat, 1 ədəd 05 litr Xan arağının qiyməti 5 manat, 1 qutu Prima siqaretinin qiyməti isə 1 manat 80 qəpikdir. Cinayət işi materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2150-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddənə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən və Balakən rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 849/3 nömrəli məktubdan görünür ki, Balakən rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il, 01 ay, 16 gün müddətinə azadlığın məhdudlaşdırılıması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs barəsində Balakən rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 4 ay müddətinə həbs qtimkan tədbiri seçilmişdir. Həmin qərara əsasən həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu xx.xx.2020-ci il saat 2150-dən hesablanmışdır. CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olsa da, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunduğuna görə onun əməlində cinayətlərin residivi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 46 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti və təqsirliliyi tam sübuta yetirilmişdir, əməli ona ittiham elan edilmiş CM-in 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinə tam uyğundur.Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli 1 №-li qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxs qrup zərərçəkmiş Zərərçəkmiş şəxs işlətdiyi mağazaya daxil olub silah qismində istifadə etdiyi bıçaqla sonuncuya basqın etdiyi andan cinayət əməli artıq başa çatmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli CM-in 181.2.3 və 181.2.5-ci maddələri ilə tam əhatə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs zor tətbiq etməməsini göstərməsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri və işdə olan digər sənədlər əsas verir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai araşdırma zamanı fizki təsirə məruz qalmasına dair ifadəsində göstərdikləri cinayət haqqında məlumat kimi araşdırma aparılması üçün aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş və həmin halların təsdiq olunub-olunmamasına ibtidai araşdırma orqanı tərəfindən hüquqi qiymət verilməsi təmin ediləcəkdir və məhkəmə kollegiyası hesab edir ki, həmin halların müəyyən edilməsi Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifinə heç bir təsir göstərmir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, sonuncunun onun barəsində şikayət və tələbinin olmaması və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi CM-in 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində ittiham olunduğu maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 67-ci maddəsinə Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 01 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 01 (bir) ay hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla ona təyin olunacaq cəzaya birləşdirilməklə qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxshəbsdə olduğumüddətcəzaçəkməmüddətinədaxiledilməklətəyinediləcəkazadlıqdanməhrumetmən övündə cəzanınçəkilməsimüddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğuxx xxxx 2020ciiltarixdənhesablanmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. CM-in 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi alət olan 01 ədəd turist bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349 və 351-353-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Balakən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 01 (bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla 01 (bir) il, 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilərək qismən birləşdirilsin və üzərində qəti olaraq 08 (səkkiz) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Cinayət törədərkən istifadə edilən alət olan 01 ədəd turist bıçağı xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 30,60 AZN (otuz manat altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) X6 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar